Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3301 - 3360 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mehdi HÜSEYN

Post Views: 179 Hüseynov Mehdi Əli oğlu (Mehdi Hüseyn) (1909-1965) — azərbaycanlı yazıçı, nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950), Stalin mükafatı laureatı (1950).1941-cı ildən Sov.İKP üzvü. Həyatı Mehdi Əli oğlu Hüseynov (Mehdi Hüseyn) 22 mart 1909-cu ildə. Qazax mahalının Şıxlı kəndində anadan olmuşdur.O, …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Yusif SƏMƏDOĞLU

Post Views: 125 Vəkilov Yusif Səməd oğlu (Yusif Səmədoğlu) — Azərbaycanın xalq yazıçısı, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Komsomolu mükafatı laureatı (1970), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) Həyatı Yusif Səmədoğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vaqif SƏMƏDOĞLU

Post Views: 208 Vaqif Səmədoğlu (azərb. Vəkilov Vaqif Səməd oğlu; d. 5 iyun, 1939, Bakı – ö. 28 yanvar, 2015, Bakı) — şair, dramaturq, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014). Həyatı Vaqif Səmədoğlu 1939-cu …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Səməd VURĞUN

Post Views: 157 Səməd Yusif oğlu Vəkilov, d. 21 mart 1906 – ö. 27 may 1956) — görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi (1956), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943), iki dəfə Stalin mükafatı laureatı (1941, 1942) və 2 dəfə Lenin Ordeni kavaleri, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941-1948), Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 143 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AZƏRBAYCAN-TÜRKİYƏ Tükənməyən güc, qüvvət, İki dövlət, bir millət. Qazancı zəfər, şöhrət, Layiqdir hər sevgiyə Azərbaycan-Türkiyə. Qara dəniz, göy Xəzər, Odu ölkələr gəzər. Atatürk, Ulu Heydər, Haqdan bizə hədiyyə Azərbaycan-Türkiyə. Sarsılmazdır dostluğu, Ən şirin, ən xoş duyğu, Millətin mutluluğu, Dönüb nəğmə, türküyə Azərbaycan-Türkiyə. …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İsmayıl ŞIXLI

Post Views: 190 Şıxlınski İsmayıl Qəhrəman oğlu (İsmayıl Şıxlı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycanın xalq yazıçısı (1984), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991). Həyatı İsmayıl Şıxlı 1919-cu il martın 22-də[1] …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mirzə İBRAHİMOV

Post Views: 105 İbrahimov Mirzə Əjdər oğlu (28 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan-sovet yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR əməkdar incəsənət xadimi (1941).[1] Sosialist Əməyi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ

Post Views: 185 Osman Sarıvəlli (əsl adı Osman Abdulla oğlu Qurbanov;17 dekabr 1905 — 3 iyul 1990) — azərbaycanlı şair, 1937-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Xalq şairi (1977). Həyatı Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF

Post Views: 123 Hüseynzadə Hüseyn Camal oğlu (Huseyn Arif) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycanın xalq şairi (1989). Həyatı 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Əslən rayonun Qıraq Kəsəmən kəndindəndir. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 91 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AĞ GÖYƏRÇİNİM Sülh quşu deyirlər adına sənin, Hüdudsuz göylərdir yerin,məskənin. Ümidi olmusan hər bir ölkənin, Azadlıq,sülh quşum, ağ göyərçinim. Yox dedin cahanda,yurdda savaşa, Ey barış carçısı,səni min yaşa. Sevinclə bağdaşsan,fərəhlə qoşa, Azadlıq,sülh quşum, ağ göyərçinim. Sanki bir mələksən,bəmbəyaz qarsan, Qartaltək hünərlə dağlar …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 100 Dünyanı çiynində daşıyan şair, Bir könül qırmadı,qəlb dağlamadı. Özgə ürəklərdə yaşayan şair, Özünə bir gün də gün ağlamadı! Abdulla Memmed Mərhum ürək dostum,şair qardaşım Adil Mirseyidin əziz xatirəsinə YEDİRMƏ ÜRƏYİ ŞEİRLƏRİNƏ. Ayağın altında Vətən yanğısı, Başının üstündə zaman-hörümcək. Köksünün altında qürbət ağrısı, Gözünün içində qərib bir istək. Yığmısan gözünə bəyaz yolları, Gəzib-aradığın …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 90 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, MƏHƏBBƏTLƏ ANIRIQ Ustad şairimiz ,unudulmaz Vaqif Məmmədovun əziz xatirəsinə.06-fevral dəyərli şairimizin vəfatının ildönümüdür Andıqca insanın gözləri dolur, Oyadır hər sözü neçə xatirə. Hər kəlam canlanıb, bir lövhə olur, Bəlkə xoş anılar kədər bitirə. Şairmi, alimmi, müəllimmi deyim? Necə adlandırım, bu sənətkarı? Vəsf …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 117 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, İSTƏDİM “Mənim dünyam” – silsiləsindən Dünyanı dərk edib, anlayan andan, Tanrıdan dağlartək,vüqar istədim. Diləyi dilədim ürəkdən, candan, Ömürlük vəfadar, ilqar istədim. Heç zaman sevmədim bəzəyi, zəri, Hüsnümü süslədi anlımın təri. Olsa da üstümdə Haqqın nəzəri, Rəbbimdən nə sərvət, nə var istədim. Çox …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.Bayatılar

Post Views: 97 Əziziyəm, ha sarı, Aşmaq olmur hasarı. Yaramı yar qanadıb, Ha düyünlə, ha sarı… *** Əzizim, bilməyənin, Öyrənib bilməyənin. Dərdini mənə verin, Dərd çəkə bilməyənin. *** Əziziyəm, bilməzdim, Ağlayardım, gülməzdim. Səndə də vəfa yoxmuş, Mən ki, belə bilməzdim. *** Əziziyəm, gül balam, Çiçək balam, gül balam. Gecə-gündüz iylərəm, Mənim qızılgül balam. *** Əziziyəm, …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 91 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü ALIB GEDİR Bu dünya çox dayazlaşıb, Elə hey boşalıb gedir. Nə etsəkdə düzəliş yox, Paxıllığ baş alıb gedir. Sevgisi …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Məni haqq yoluna döndər, İlahi!”

Post Views: 129 Könlümdə yurd salan kin tonqalını, Dumduru çeşməylə söndür, İlahi! Ulu dərgahında mərhəmətindən, Sən bu yer üzünə endir, İlahi! Məni haqq yoluna döndər, İlahi! Döyüşsəm şeytanla mən ömrüm boyu, Köməyə min mələk göndər, İlahi! Çoxalıb artdısa günahım mənim, Sən mənim özümü dindir, İlahi! Məni haqq yoluna döndər, İlahi! Sentyabr.2009.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Xəlil Rza ULUTÜRK

Post Views: 143 Xəlil Rza Ulutürk (d. 21 oktyabr, 1932, Pirəbbə, Salyan rayonu (kənd indi Neftçala rayonuna daxildir), Azərbaycan SSR – ö. 22 iyun, 1994, Bakı, Azərbaycan) — azərbaycanlı şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1969), Azərbaycanın əməkdar incəsənət xadimi (1986), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycanın …

Azərbaycan ədəbiyyatı

Əziz Musanı doğum günü münasibətilə təbrik edirik! (2 fevral 1951-ci il)

Post Views: 105 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, “Qızıl qələm” media mükafatı laureatını, pedaqogika üzrə fəlsəfə doktorunu, şair-jurnalisti doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, …

Azərbaycan ədəbiyyatı

Əliağa KÜRÇAYLI.Şeirlər

Post Views: 117 SAVALANIN ZİRVƏSİNDƏ QAR GÖRÜRƏM Savalanın zirvəsində qar görürəm, Yellər əsir soyuq-soyuq, sərin-sərin. Köhnə qardan tar bağlamış o yerlərin İlk bahara ehtiyacı var, görürəm, Savalanın zirvəsində qar görürəm. Güneyi də kölgəlidir quzey kimi, Bəli, dağ da tablamazmış həsrətlərə. Nəfəsini xəstə kimi dərə-dərə O inləyir, o sızlayır bir ney kimi, Güneyi də kölgəlidir quzey …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 103 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, OXŞA MƏNİ “Könül dəftərim” – silsiləsindən Dərdə, sərə boyanmışam, Kül olmuşam, lap yanmışam. Boynu bükük dayanmışam, Dön gəl, özün oxşa məni. Dünya sərxoş, dünya yatıb, Dərd yükünü mənə çatıb. Doğmalar da məni atıb, Dön gəl, özün oxşa məni. Zindan kimi, zülmət otaq, …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 136 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Gətirdiyin sevda güllərinin solmuş ləçəklərini hələ də saxlayıram……. Gör nə vaxtdı görüşmürük əzizim, Nə var, nə yox, söylə halın necədi? Sənsiz keçən günlərimi sel yuyur Mənsiz keçən qeylü-qalın necədi? İncələnib ürəyimin …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 90 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Məni Gözlərim buludtək dolub, Qınama, qınama məni. Allah, dözümüm qalmayıb, Sınama, sınama məni. Bir eşqim var adı xəta, Mən yandıqca yanır o da. Ay ellərim, yetin dada, Bürüyün ahıma məni. Haqq adlanan divandayam, Usandığım …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 97 İstəmirəm təm-tarağı İstəmirəm təm-tarağı, Könlüm, gözüm toxdur, Allah. Sözdür qəlbimin çırağı, Var-dövlətim çoxdur, Allah. Sən ilham ver, mən də yazım, Qoy yayılsın xoş avazım. Xoşbəxt olsun oğlum, qızım, Başqa arzum yoxdur, Allah. Daşdan-daşa dəydi başım, And yerimdi damım,daşım İti sözüm, sərt baxışım, Yaydan çıxan oxdur, Allah. Haram tikə götürənin, Ömrə dərd-qəm gətirənin, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 95 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü DÜNYA “Ol” dedi Yaradan, bircə sözündən, Gül kimi boy atdı, böyüdü dünya. Bəzəndi, düzəndi, al-yaşıl oldu, Bitirdi almanı, söyüdü dünya. Adəmi, Həvvanı gətrdi cana, Bəşər övladını verdi cahana, Müqəddəs ad verdi ata, anaya, …

Azərbaycan ədəbiyyatı

Rizvan CƏFƏRLİ.”Sabah o qızın toyudur…”

Post Views: 113 Ceyhun onun yanına gəlmiş bacısını görmək üçün tələsirdi. O,iki ildən çox üzünü görmədiyi böyük bacısını görmək,onunla ürək dolusu söhbət etmək istəyirdri. Axı, uşaq vaxtlarından Ceyhuna ana kimi qayğı göstərən, min bir əziyyətinə qatlaşan bacısı olmuşdur. Kənddə-kəsəkdə olanlardan xəbər tutmaq istəyirdi. Hərbi xidmətə gedəndən, doğma kəndində nələr olduğundan xəbərsiz idi. Kəndləri cəbhə bölgəsindən …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bu gecə qatarla bir şair gedir”

Post Views: 83 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Gülnar Səmaya Bu gecə qatarla bir şair gedir, Bu gecə gül rəngi gülümsəyir ay… Qatar aynasında gecə rəqs edir, Başına bürüyüb qara kəlağay… Bu gecə qatarla bir şair gedir, Axır misra-misra yol işıqları… Hardasa bir sevda dolaşıq düşür, Üşüdür xatirə-dolaşıqları… …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Keçmişin ən gözəl qalığı sənsən”

Post Views: 111 Keçmişin ən gözəl qalığı sənsən düşür xəyalımdan bir bir üzlərin sanırdım tapmışam ikinci mənsən yalana çox doydum görmür gözlərim… Artıq nə xatirən nədə izin var deməyə bir adi doğru sözün var? çox peşman olmuşam şübhələrim var boğur əllərində məni düzlərim… Həsrət ağır gəldi elə ağır ki. nə ilki göründü nə sonu bəlli …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ

Post Views: 200 Məmməd Araz (tam adı: İbrahimov Məmməd İnfil oğlu) — şair, tərcüməçi, publisist, 1957-ci ildə[1]n AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Azərbaycan Əməkdar incəsənət xadimi (1984), Azərbaycan Dövlət mükafatı laureatı (1988), Azərbaycanın xalq şairi (1991[1]) Həyatı Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunun Nursu kəndində anadan olub. Burada orta …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Sınan deyiləm”

Post Views: 138 Məni sarsıtsan da sınan deyiləm, Hələ sınmaq deyil qırılmağım da. Yapış əllərimdən saman deyiləm, Gözlərin qorxmasın qırılmağımdan. Külümü sovurma,qorum alışar, Qoruna bilməzsən qorun əlindən. Qaçmasam ağ olar gorum alışar Eybinə kor olan “kor”un əlindən. Bu dünya qədərdir qədərinəcən, Hər ks ədər qədərlə yoğrulan dərddir. Mənə qəm yedirmə yetərinəcən, Onsuz da yerimə doğulan …

Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Solmaz” (Hekayə)

Post Views: 107 Solmaz Rəcəbin çayına şəkər salib qarışdırdı: – Qoy köynəyini zivədən yığım… İndicə ütüləyib verəcəyəm. Sən yeməyini yeyənə kimi hazır olacaq. O həmişə belə eləyərdi. Ərindən tez yuxudan oyanıb səhər yeməyini hazırlayar, ütülənəsi bir şey varsa ütüləyər, əyin-başını səliqəyə salardı. Sonra birlikdə səhərin şehli havasında qol-qola verib işə gedərdilər. Kənddə hər bir kəs …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 102 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DEYİLMİ Ömür başdan-başa beşikdən-qəbrə həyatın sevinci, qəmi deyilmi? B.Vahabzadə Ömür həyat adlı-sonsuz ümmanda, Sükanı olmayan gəmi deyilmi? Təlatüm, fırtına gəldiyi anda, Dəryalar fələyin camı deyilmi? Zamandır insanı ələyən ələk, Fəhm edək hikmətin, dərk edək gərək. Ümidlər, istəklər, azrzular, dilək, Həyatın ləzzəti, tamı …

Azərbaycan ədəbiyyatı

Əliağa KÜRÇAYLI.Şeirlər

Post Views: 116 AZƏRBAYCAN Mən könlümü təzəcə eşqə düşənlər kimi Pıçıldamaq istərəm – eşidilməsin səsim. Sevgi etirafımı, bu vurulan qəlbimi Elə açmaq istərəm bir kimsə eşitməsin. Eşqimi ovuc-ovuc torpağına, daşına Səpərəm, qız başına şabaş səpənlər kimi. Səni öpmək istərəm – düz on səkkiz yaşına Təzəcə qədəm qoyan qızı öpənlər kimi. Uğrunda həyatımı qurban vermək istərəm, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 89 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, MUĞAM “Mənim dünyam” – silsiləsindən Muğam- türkün haqq səsi, Təmiz ruhu, nəfəsi. Oğuz, Qorqud töhfəsi, Qaval, kaman, həm tarım, Milli sərvətim, varım. Muğam-ana laylası, “Muğam-ruhun qidası”. Muğam-qəlbin sədası, Segah, şüştər, qatarım, Milli sərvətim, varım. Muğam-xalqın güzgüsü, Sevinci, üzüntüsü. Ocağımın tüstüsü, Muğam-bülbülüm, xarım, …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 135 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Aç gözünü Tək- tənha oturmusan xəbərin yox olanlardan, İstəsən zövq alarsan bu günlərdən, bu anlardan. Yox- yox, avamlıq edib olma dərdə qalanlardan, Ayılıb millət balam, tanıyır özü-özünü, Kişi, vallah dəlisən, aç bu dünyaya gözünü! …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 86 * * * Necə girdin ürəyimə, Xəbərim olmadı bundan. Gözümü açınca gördüm Elə min ildi ordasan… Axı,kim öyrədib sənə Bu cadunu,bu ovsunu? Sən gəldin,anlatdın mənə eşqin gözəl olduğunu. Quruyub qalmışam elə, Söz də tapmıram deməyə. Bilmirəm,necə “get” deyim, Yerin varmı ki getməyə… * * * ünən də öldü belə… torpaq tökdüm gözünə. …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 141 Özünün özünə varsa dəyərin Haram var-dövlətin səməri olmaz, Bir az fikirləşib düşünsək dərin. Misgər bazarında dəyəri olmaz, Qızılın, daş-qaşın, nədəki zərin. Vicdan ucuzlaşıb aradan getsə, Hörmət yoxa çıxsa, ləyaqət itsə, Arvad da bir yandan kişilik etsə, Olmaz el içində hörməti ərin. Düşməndən dost olmaz, dostdan da qardaş, Ayaq başa çıxsa, başsız qalar …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, ZALİM GƏLİN Həyat amansızdır. Gözümlə gördüyüm gəlinin öz qaynatasına zülmü, baldızının az yaşlı uşaqlarının yetim qalmasına sevinməsi,daha nələr.. Bu gəlinin rəzil ədalarına dözə bilməyib yazdım.Qaynnası yox idi.Oğlunun toyunu görməyən ana çoxdan dünyasnı dəyişmişdi.Meydan o zalim ğəlinə qalmışdı… Lal, sakit çay kimi dinməz …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 83 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BOYNUNU BÜKMƏ Sən kədərli olanda bənövşələr üşüyür, Günəş saralıb, solur, əsən mehlər töyşüyür, Ruhum canımdan küsür, ürəyimə xal düşür, Gülüm, boynunu bükmə, sənə kədər yaraşmır. Ana deyib ağlayan , körpə bir uşaq kimi, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 87 GƏL SÖYLƏMƏ NAĞIL MƏNƏ! Baxışlarım buludlanıb, Gözümün qanı qaralıb. Dərd üstümə qanadlanıb, Sözümün canı qaralıb. Yazımda selə dönməyən Gözləmə-gələ dünənin. Payızda gülə dönməyən, Gözündən ələ dünəni. Gəl,söyləmə nağıl mənə, Tərifləmə yağını,yar. Yağı verməz ağıl mənə, Dost çıxartsa ağını,yar. Yumruq boyda bir ürəkdə, İki sevgi necə sığar?.. Nərgiz qoxulu çiçək də Həsrətinə gecə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 95 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, YA RƏBB ÖZÜN EYLƏ MƏDƏD “Mənim dünyam” – silsiləsindən Heç bitməyir dərdi- sərim, Qatba- qatdır qəlb kədərim. Olmayır bir xoş səhərim, Ya Rəbb özün eylə mədəd. Dərdlər sarıb vücudumu, Bağlayıbdır əl- qolumu. Bəniz solub, sarı limu, Ya Rəbb özün eylə mədəd. Bəxt …

Azərbaycan ədəbiyyatı

Güldərən VƏLİYEVA.”Görüm”

Post Views: 193 Düz olmayan dünyanın düz dərdini, Bəxti küsən qızların duz dərdini, Ürəyimi üşüdən buz dərdini Kövrəlib də çəkə bilsən, çək görüm. Saçımda ağ kağızın boz kölgəsi, Dərdim baxışımın toran döngəsi… Ömrə eşqim ömürdən də ötəsi, Dizlərinə çökə bilsən, çök görüm. Vaxtsız qonaq qocalıqmı? Gəldimi? Ufuldadan, sızıldadan dərddimi? Düşmənimə açılmayan dərdimi Dost ovcuna bükə …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.”Sevgi tərsə dönəndə….”

Post Views: 115 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Aman Allah məhəbbət Bir cəllada dönərmiş! O gülüşlər, sevinclər.. Ürəklərdə yox olub, Birdəfəlik sönərmiş. Məhəbbətin alovu çəkilərmiş qınına Həsrət də sevgisini gizlicə haraylayıb çağırarmış yanına Sevgi tərsə dönəndə…. Eşqin qığılcımları Qarsalayıb …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Mən”

Post Views: 145 Sərt toxunma, sınar qəlbim, Şairəm, söz adamıyam. Yalan-palan zamanənin, Mindən bir düz adamıyam. Coşğun çayam, mənə varma, Yerli-yersiz söz çıxarma, Ocağımda kül axtarma, Əbədi köz adamıyam. Haram varım-dövlətim yox, Haqqdan başqa sərvətim yox, Bir kimsədən minnətim yox, Allahın öz adamıyam.

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 75 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, S Ə N S Ə N Könül dəftərimdən Sənsən mənim ömrüm, günüm, həyatım, Sənsən mənim şan-şöhrətim, büsatım. Sənsən nəğməm,qoşmam,qəzəl, bayatım, Sevə-sevə xəyalına daldığım, Illər boyu həsrətiylə yandığım. Sənsən sevən ürəyimin parası, Sənsən görən gözlərimin qarası. Sənsən bütün dərdlərimin çarası, Gecə-gündüz şəfa umub, …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Bir gün səni düşünəcəm…”

Post Views: 91 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bir gün səni düşünəcəm… Bağlı qapıları açıb, Açıqları qapayacam… Zümrüd quşdan qanad alıb Qaf dağınacan uçacam. Orda səni sehrləyib Könlümə əsir edəcəm. Yollarını tilsimləyib “Gedər-gəlməz”ə gedəcəm. Üç almanın tək birində Bəxtin rəngini görəcəm… O almanı əllərimlə Büküb sənə göndərəcəm… Yeməsən… …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Atam-anam”

Post Views: 118 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Sumqayıt şəhər Corat qəsəbəsindəki 7 nömrəli orta məktəbin direktoru Təranə Haqverdiyevanın valideynləri-Xəlil və Nigar Bağırovların əziz xatirəsinə Ovuna bilmirəm xatirərlə, Hər gün savaşıram acı qəhərlə. Sizsiz keçirdiyim axşam, səhərlə, Könlümə qəm dolur, ay atam-anam! …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Rüzgar eskiden ne kadar hoşdu”

Post Views: 152 Rüzgar eskiden ne kadar hoşdu şimdi esdikce maziler tökülmüş yapraqlar gibi.. Umudlar ne kadar özeldi eskiden dilek tutduğumuz anda güneş doğar gibiydi. Ağlamak ne kadar anlamlıydı eskiden kendi kalbində doyasıya tökülən yaşlar gibi. Hayat ne kadar gözeldi eskiden yaşamak için can atardıq. Sevmək o kadar safdı ki bir kişi için nələri gözə …

Azərbaycan ədəbiyyatı

Ataxan ƏLİYEV

Post Views: 110 Змея Так много на свете растений, зверей И следует выбрать тебе кто родней? А мне, вот, по жизни, всех ближе-змея, Она мне так нравится-прелесть моя! Поверь мне, пусть даже она холодна, Взгляни и поймёшь как прекрасна она. Не дал ей Всевышний, ни рук и ни ног. Попробуй пожить так-вот, я бы не …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Nə deyim sənə?!”

Post Views: 93 Hər yaşanan eşqdimi? Eşq köləlik məşqimi? Əyilməyən şəstimi Əydin, nə deyim sənə?! Bir dalana tıxandım, Bir əlim, bir yaxamdı. Mən ki, özümə xandım, Bəydim, nə deyim sənə?! Çox əlləşmə göylə sən, Əfv düşmür nə söyləsən. Mənsiz axı, söylə, sən Nəydin, nə deyim sənə?! Tərs üzü qada qanın, – Yeri var sadağanın. Nə …

Azərbaycan ədəbiyyatı

Cavid FƏRZƏLİ.Yeni şeirlər

Post Views: 102 *** Bu günün yağışlı keçdi çətir ola bilmədim sənə. yoxluğun islandı yanımda, Güman ola bilmədim sənə. bir ayaq yer qaldım dünyada içimdə adım-adım yeridim. düşüb getdim özümdən, gətirəcəm məni, gətirəcəm sənə. Bu mən,sən qoxudu Ağladım öz yuxumdu Allahın səndən yoxudu, Saxladım səni, saxladım sənə. *** Anama danışdım. Onda evimizin, pəncərəsinə boyum çatmazdı. …

Azərbaycan ədəbiyyatı

Süleyman RÜSTƏM.”Cənub şeirləri”

Post Views: 313 Xalq şairi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı DİLIMƏ DƏYMƏ TƏBRİZİM Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 82 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü DÜNYA MƏNİM GÖZÜM İLƏ Bu dünya hamıya açıq qapıdır, Dünyanın həm ağı, həm qarası var. İnsanı yuxsulluq, işsizlik əzər, …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.Yeni şeirlər

Post Views: 89 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü * * * Niyə bircə çimdik xoşbəxt olmadım, Səhərin apaydın dərinliyində. Nə ürək gülmədi, nə üz bircə an, Yaslandım bəxtimin gəlinliyində. Təskinlik tapırdım dərd ortağım var, Oda üz çevirdi salamlarıma. Bu gün günortadan axşama doğru Gəlir səssizliyi, salam alıma. Belə üzü yumşaq, …

Azərbaycan ədəbiyyatı

Gülnarə SADİQ.Yeni şeirlər

Post Views: 167 * * * Qəm eləmə, ən az darıxıram sən təki. Nəfəs kimi varlığıma caladığım, Əlim əllərində güvəndə idi. Ey, dua tək ürəyimdən süzülən – Vüsalını bircə günlük daddığım. Belə olmamalı, bu ağrını bu sevgiyə yazmaq günah, bu məcburiyyət, bu ayrılıq – bizi üzər, bizi yıxar sevdiyim. Evimizdən çöldə qalıb bu sevgi. Evimizin …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 89 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ÜSTƏ Əlçim-əlçim qar tökülür, Bu qara torpağın üstə, Qələmim hey toxum səpir, Ağappaq varağın üstə. Qəlbimdə yellər dolaşır, Dərd-qəmim başımdan aşır, Nə vaxtdı qaynayıb, daşır, Bu səbrim ocağın üstə. Zaman axar su kimidi, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Əskişəhərdə məzarı olan Yunusum mənim”

Post Views: 78 Ustadım Yunus Əmrənin ruhuna sevgi və sayqılarla Əskişəhərdə məzarı olan Yunusum mənim, İlhamını tək Allahdan alan Yunusum mənim. Mövlanayla məclisdə əyləşib, söhbətləşən, Ötən xatirəni yada salan Yunusum mənim. O “Vəhdəti-Vücud” kimi fəlsəfəni dərk edib, Gözləri Haqq sevgisindən dolan Yunusum mənim. Saraylardan uzaq durub, yalnız Haqqa sığınan, Ömrü boyu yaddaşlarda qalan Yunusun mənim. …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Yeni şeirlər

Post Views: 603 NECƏSƏN Mənim səndən uzaqlarda Yamandı halım, necəsən? Özgəsinə qismət olan Cahı-cəlalım, necəsən? Yalana döndü gerçəyim, Ay gözəlim, ay göyçəyim. Çəmənim, çölüm, çiçəyim, Pətəyim, balım, necəsən? Daşam yolun üstə bitən, Nə sirdi anlamaz yetən. Gözü, könlü dil-dil ötən, Dilləri lalım, necəsən? Zər-zibam, ləlim, gövhərim, Yaqut-yəmən, simu-zərim, Barmaqları bəxtəvərim, Başı bəlalım, necəsən? Üzün dönməz …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 118 * * * Bəlkə də ən çətini geri dönməkdi elə. Qoyub gəldiyin ocaq demə dönübmüş külə… Sel yuyub,su aparıb sən getdiyin yolları. Qurumuş budaq kimi düşüb yana qolların… İndi könül evinin divarı göy mamırdı. tavanı damır elə, deyirsən,nə yağmurdu? təzə ocaq çatmağa bir dənə kibritin var. Bu yağmurlu havada o da çətin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Yola ver”

Post Views: 86 Kül olsun oğul başına, Girələ, günü yola ver. Hər axşam gələn sabahı Kirələ, günü yola ver. Dərd səni çıxarmaz dağa, Öyrəşməyib bu üz ağa, Vücudundan sola, sağa Kir ələ, günü yola ver. Az gözlərə torpaq ələ, Həqiqətə tor bax hələ, Tanrım, bunu torpaq ilə Bir elə, günü yola ver.