Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 21 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.
Bu gün muzeydə 145 kvadratmetr sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 6 minə yaxın minikitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayış etdirilir.
Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının nəşri olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75×0,75 mm və 3-nün ölçüləri isə 2×2 mm təşkil edir. Eləcə də alman nəşriyyatlarının mikrokitablardan: 1-nin ölçüləri 2,0×2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5×3,5 mm (Münhen) olan kitablar hesab edilir.
2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilmişdir.
Qeyd edək ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.
Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin müəllimi, gənc xanım yazar Sərvanə Dağtumasın məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizidoğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər və “İnformasiya saatı” keçirdilər.
Kitabxananın əməkdaşları Təranə İsgəndərova, İradə Hüseynova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular İçərişəhər Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Saray Kompleksini, Yeraltı hamam və digər tarixi yerləri ziyarət etdilər.
“İnformasiya saatı”nda uzun müddət İçərişəhərdə baş mühafizəçi kimi fəaliyyət göstərən Esmira Kazımova çıxış edərək bildirdi ki, İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir. O, İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar sarayı binasının 2 mərtəbədən, ümumi 52 otaqdan ibarət olduğunu bildirdi. O, kitabxananın əməkdaşlarını və oxucularını sarayın divanxanası ilə tanış edərək bildirdi ki, Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının üzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”. Daha sonra o, Şirvanşah I Xəlilüllahın anasının və oğullarının dəfn olunduğu türbə, xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi, islam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binasının tarixi haqqında geniş məlumat verdi.
Esmira Kazımova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mədəni irsin qorunmasına təkan verdi. Bu nəhəng işin nəticəsi Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi oldu. O, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər gördüyünü vurğuladı.
Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı qədim tarixə, tükənməz mədəniyyətə malikdir və İçərişəhər Azərbaycan xalqının milli sərvətidir.
Kitabxananın əməkdaşları və oxucular Şirvanşahlar Saray Kompleksinin eksponatlarına baxış keçirdilər. Daha sonra Təranə İsgəndərova bir çox sirləri özündə gizləmiş Şirvanşahlar Saray Kompleksinin eksponatları haqqında maraqlı məlumatlar verdi.
Kitabxananın əməkdaşları və oxucular XVII əsrə aid Yeraltı hamama baxış keçirdilər. Hamamda yerləşdirilmiş qədim tarixi eksponatlar haqqında məlumatlandırıldılar.
Ümummili Lider, müasir Azərbaycan dövlətinin memarı, tarix və mədəniyyətin hamisi kimi xidmətləri kitabxanaçılar və oxucular tərəfindən böyük ehtiramla anıldı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırladı.
Qeyd edək ki, 2023-cü il 28 apreldə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Videoçarxda akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri haqqında məlumatlar toplanılmışdır. Videoçarxda həmçinin görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi, əməli təcrübəsi və ailəsi ilə birlikdə olduğu zaman çəkilmiş fotolarını da izləmək mümkündür.
Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə Əliyeva haqqında söylədiyi sözlər də yerləşdirilib.
Videoçarx sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” elegiyası ilə müşayiət olunur.
Aşağıdakı keçidə daxil olub videoçarxı izləyə bilərsiniz:
Bakıda birinci Vesnyanka Ukrayna-Azərbaycan xeyriyyə bahar yarmarkası olub.
AZƏRTAC xəbər verir ki, tədbiri diplomatik korpus, media, ictimaiyyət nümayəndələri ziyarət ediblər. Onlar bununla yarmarkanın təşkilatçılarına, Vesnyanka ideyasına uyğun dəyərlərə ehtiramlarını ifadə ediblər.
Yarmarkanın “Qədim zamandan müasir dövrədək. Novruz və Vesnyankadan Pasxaya qədər” rəmzi devizi multikulturalizm ideyalarını təbliğ etməklə yanaşı, eyni zamanda, azərbaycanlıların Ukraynanın bahar ənənələri ilə tanışlığını, mədəni əlaqələrin qurulması və iki xalqın zəngin mədəni irsinin qarşılıqlı zənginləşdirilməsini əks etdirir.
Lidiya Şestak-Əliyeva deyir: “Azərbaycanda uzun illər yaşayan bir çox ukraynalılar yerli mədəniyyətə fəal şəkildə inteqrasiya ediblər. Burada biz Novruzun gəlişini gözləyirik və bu bayrama hazırlaşırıq. Çərşənbə axşmlarını ənənəvi axşamlara dəvət etdiyimiz qonaqlarla yola salırıq, şəkərbura, paxlava bişiririk. Azərbaycanlı qonşularımız bizə pay gətirir, yüksək qonaqpərvərlik nümayiş etdirir və öz ənənələri ilə tanış edirlər. Bu bayram bizlərə çox doğma və yaxın olub! Şəxsən mən onun gəlişini səbirsizliklə gözləyirəm. Mənim Novruzda həmişə qonaqlarım olur və onlar üçün plov bişirirəm. Novruz gəldikdən dərhal sonra biz Pasxa bayramlarına hazırlaşmağa başlayırıq. Buradaca biz, ukraynalılar ənənəvi olaraq qonaqlarımız üçün Pasxa yeməkləri hazırlayırıq. Əgər Azərbaycanda yaşayan hər hansı bir insandan soruşsanız, onların hər birinin bənzər tarixçələri var. Bir tərəfdən, diaspor nümayəndələri öz ənənələrini qoruyub saxlayır, digər tərəfdən, multikulturalizm və toleyrantlıq ənənələrinə sadiq olan azərbaycanlılar hər zaman başqa xalqların nümayəndələrinə cəmiyyətə inteqrasiya etməyə kömək edirlər. Biz öz tədbirimizlə məhz ukraynalıların Azərbaycan mədəniyyətinə inteqrasiyası ideyasını, həmçinin Pasxa bayramları və Vesnyanka ənənələrini çatdırmaq istəyirik. Qoy insanlar bizim baharı necə qarşıladığımızı, onu səbirsizliklə gözlədiyimizi, ənənələrimizi və yeməklərimizi, Ukrayna evi və milli geyimlərimizi yaxından tanısınlar. Bu, bizim xeyriyyə bahar festivalında daha çox bəhs etmək istədiyimiz mədəni irsdir. Ukrayna və Azərbaycan xalqlarının bir çox ortaq cəhətləri var: azərbaycanlılar hələ İslama qədər mövcud olan Novruz ənənələrini davam etdirirlər, ukraynalılar isə indiyədək baharın gəlişini bayram edir və Kiyev Rus dövlətində xristianlığa qədər qeyd edilən Vesnyankanı və başqa bayramları əziz tuturlar. Xalqlarımızı multikulturalizm, toleyrantlıq, öz ənənələrinə sevgi birləşdirir ki, bu tədbirdə buna bir daha əmin olmaq mümkündür. Mən, həmçinin bütün könüllülərə, Azərbaycanın Ukraynalı Qadınları Birliyinin üzvlərinə bu cür gözəl tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm”.
Ukrayna və Azərbaycan dillərində və iki xalqın milli geyimləri ilə keçirilən konsert bayrama xüsusi ovqat bəxş edib. Səhnədə Ukrayna və Azərbaycan mahnıları səsləndirilib, “1001 nights” xoreoqrafiya studiyası “Marusya” Ukrayna rəsqi və Qarabağ yallısı ilə çıxış edib.
Vesnyanka tədbirinin əsas məqsədlərindən biri də müharibədən əziyyət çəkən Ukrayna sakinlərinə xeyriyyə yardımıdır. Belə ki, festival çərçivəsində “Easter Charity Market” xeyriyyə yarmarkası olub. Əldə olunan vəsait ərzaq məhsulları almaq üçün ukrayanlılara yardım üzrə beynəlxalq qərargaha təqdim ediləcək.
Tədbirin qonaqları arasında Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalkov, Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçaka, Ukrayna və Polşa səfirliklərinin nümayəndələri olublar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev–100” adlı interaktiv plakat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, interaktiv plakat dörd bölmədən ibarətdir.
Birinci bölmədə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycan və rus dillərində verilib. Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır. Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilib. Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.
Beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür. Mayın 4-dən 9-dək Gəncə İdman Olimpiya Kompleksində Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi olmuş “DZİVA” şousu təqdim ediləcək.
Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, şouda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivin şir və pələnglərinin unikal çıxışları şounu bənzərsiz edəcək.
Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.
Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir aprelin 18-dən 20-dək Belqraddakı “Madlena” Art Palaceda keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mahnı və rəqsləri, xalçalar və əl işləri də nümayiş ediləcək.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə təşkil olunan moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq və ya ayrı təsəvvür etmək mümkün deyildir. Bu ona bənzəyər ki, əkiz doğulmuş iki qardaşı bir-birindən ayrı tutursan. Tarix də göstərdi ki, bir damarın qanı iki yerə bölünə bilmir. Buna çox çalışdılar, tarixi saxtalaşdırmağa cəhd etdilər, özünü türk hesab edənlərə ayrı adlar qoymaq istədilər, ancaq toplananların yerini dəyişərkən, cəmin dəyişmədiyini tarix özü isbat etdi. Vaxtilə Osmanlı Türkiyəsini paramparça etmək üçün koalisiya yaradan böyük güc dövlətləri Türkiyənin üzərinə yeriyərkən Azərbaycanlıların dəstə-dəstə Çanaqqalaya, savaşa getdikləri tarixi gerçəklikdir. Orada şəhid olan qəhrəman azərbaycanlıların məzarlığı deyilənin əyani sübutudur. Sonrakı tarixdə erməni-daşnaq-bolşevik birliyinin azərbaycanlılara qarşı soyqırımı törətdikləri zamanda Osmanlı dövlətinin göndərdiyi Qafqaz Müsəlman Ordusu qəhrəman Nuru Paşanın komandanlığı altında qardaş köməyinə gəldi, ölkəmiz işğal altına salmaq istəyən irticaçılardan Azərbaycanı və azərbaycanlıları xilas etdi.
Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Bir ürəkdə iki can – Türkiyə – Azərbaycan” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Keçən əsrin əvvəllərində Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə, “Paşam, qardaşın qardaşa borcu olmaz!” ifadəsi, eləcə də böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” canyanğısı və Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” təəssübkeşliyi varlığımızın, birliyimizin, qan əlaqələrimizin və ayrılmazlığımızın sübutudur.
2020-ci ildə İkinci Qarabağ savaşında Azərbaycanı tək buraxmayan və dünya birliyinə qarşı sinəsini sipər edən Türkiyə Cümhuriyyəti, qanı qanımızdan, canı canımızdan olan türkiyəli qardaşlarımız səsimizə səs, nəfəsimizə nəfəs verdilər. Türkiyənin nümayəndə heyətinin iştirak etmədiyi mötəbər tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yoxdur, biz varıq, burda Azərbaycan var!” ifadəsinin cəsarətlə səslənməsi qardaşlığımızın, candaşlığımızın ən bariz nümunəsidir. Belə hadisələrin sayı çoxdur. Bütün bunlar ondan irəli gəlir ki, ayrılmaz olan varlıqları ayırmaq mümkün deyildir.
Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə onları hər daim bir bədəndə iki can kimi yaşadacaq!
Biz unutmuruq və heç zaman da unutmayacağıq ki, bu gün Türkiyənin inkişafı Azərbaycanın dirçəlişidir. Azərbaycanın dirçəlişi Türkiyənin qol-qanad açması, böyük Türk dünyasının birliyi, bütövlüyü, inkişafı deməkdir.
Bu hisslər, duyğular bərabərcəsinə coşduqca coşmaqdadır, Azərbaycanla Türkiyənin bütün parametrlərdə birliyinin, bərabərliyinin və yüksəlişinin qarşısını ala biləcək qüvvə olmayacaqdır. Biz bu hikməti unutmamalı və sabaha doğru irəliləyən yolumuzu bərabər getməli, dünya birliyinə bərabər inteqrasiya etməliyik. “Güc birlikdədir!” dədə sözü ən ali şüarımız olmalıdır.
1923-cü ildə böyük Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyəti quruldu. Bu günə qədər inkişaf etdi. Öz yerini möhkəmləndirdi. Bu gün isə dünya dövlətləri sırasında sayılıb-seçilən bir dövlət kimi tanınır və hesablaşılır. Çünki Türkiyə son illərdə hərbi sənayesinə görə inanılmaz mərhələyə qədəm qoymuşdur. Azərbaycan da məhz son illərdə elə bir yüksəlişə yetişmişdir ki, 44 günlük Qarabağ savaşında nümunəviliyi ilə dünyanı heyran qoydu. Bu inkişaf prosesi dövlətlərimiz arasındakı həqiqi və yüksək qardaşlıq, candaşlıq əlaqələrinin möhkəmləndirilməsi nəticəsində əldə olunmuşdur. Azərbaycan öz sərvətləri və mənəvi dəstəyi ilə Türkiyəyə, Türkiyə isə Azərbaycana həmişə arxa-dayaqdır. Əldə edilən uğurlar və yüksək göstəricilər ortada olan isbatdır.
Artıq illərdir ki, hər iki dövlətin liderləri möhtərəm İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan milli birliyin, bərabərliyin timsalında xalqlarımızı ayrılmaz bağla bir-birinə qovuşdurmuş və birləşdirmişlər. Bu bağın, bu qovuşmanın tellərini qırmaq isə mümkün deyildir.
Ölkə rəhbərlərimizin şəxsi ünsiyyətləri timsalında, onların siyasi və insani münasibətlərinin təcəssümündə parlaq şəkildə görünən birlik-qardaşlıq və candaşlıq ovqatı, belə yüksək hisslər və duyğular hüdudunda daha da möhkəmlənən əlaqələrimiz sənət xadimləri tərəfindən mədəni kontekstdə öz inkişaf istiqamətini formalaşdırmaqdadır. Rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi artıq 2007-ci ildən etibarən Türkiyə Cümhuriyyətinin demək olar ki, ən böyük şəhərlərində uzunmüddətli və genişmiqyaslı qastrol səfərləri həyata keçirir. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan ibarətdir.
Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək bu yolda daim bizimlə bərabərdir. Bizim bu bərabərliyimiz sənətin ecazkar dili ilə oynadığımız tamaşalar vasitəsilə həyata keçirilir və böyük səmərə verir. Belə səfərlərin davam etdirilməsi bizim üçün prioritetdir. “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin ən böyük şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə növbəti səfərimizə start verəcəyik. Biz belə mühüm tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər salonlarından “Bir bədəndə iki can – Türkiyə – Azərbaycan” deyə, hər daim səslənməkdəyik.
Birliyimiz, bərabərliyimiz, qardaşlığımız və candaşlığımız daim yaşasın və əbədi olsun!
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.
Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin zəngin ənənəli “Merani” nəşriyyatında nəşr edilib.
Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.
Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 ili tamam olub.
İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.
F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.
L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.
Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.
Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 139-cu ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.
Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə – yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyli 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə – 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar…
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi… Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur – hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.
İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. “Bir könül sındırmışam”, “Dalğalar”, “Könül verdim”, “Sənsən ürəyim”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu, tar”, “Səadət”, “Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür…
AZƏRTAC xəbər verir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 8 il ötür.
Ramiz Mirişli 89 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.
Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.
Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.
Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.
Bəstəkarın “Dalğalar” mahnısının 60 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.
Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.
Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın “Oxu tar” (sözləri M.Müşfiqindir.), “Salam kür çayı” (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.
Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb” sözlərini deyib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.
Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Kann Film Festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, sevimli aktyorlar Leonardo Di Kaprio , Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.
Pedro Almodovarın yeni qısametrajlı filmi “Qəribə həyat tərzi” rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Ancaq tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır.
Festivala seçkilərdə qadın rejissorların yeri də araşdırılacaq.
Netflix Kann Festivalı qaydasına əməl etməkdən imtina edərək, “La Mostra de Venise” İtaliya film festivalında iştiraka üstünlük verir.
4- 28 aprel Türkiyənin Ankara şəhərində CSO ADA Ankara`nın Ana Salonunun səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Bu mötəbər festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. Tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda qürurvericidir.
Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəl-zadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.
Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) Fəxri Siyahısına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssam İskəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyevə 11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən qurumun sertifikatları təqdim olunub.
Dünya uşaq ədəbiyyatı yaradıcılarını və uşaqları bir araya gətirən Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) 1953-cü ildə İsveçrənin Sürix şəhərində fəaliyyətə başlayıb və dünyanın 81 ölkəsi üzrə milli bölmələrdən ibarətdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə ölkəmiz 2012-ci ildə Şuraya üzv qəbul edilib və Azərbaycan uşaq ədəbiyyatının təbliği istiqamətində əməkdaşlığa başlanıb.
Qurumun başlıca məqsədi dünyanın hər yerində uşaqlara yüksək bədii zövqə malik kitabları əldə etmək imkanını vermək, xüsusilə inkişaf etməkdə olan ölkələrdə keyfiyyətli uşaq kitablarının nəşrini və yayımını təşviq etməkdir.
Şuranın iki ildə bir təşkil etdiyi beynəlxalq konqreslər uşaqlar üçün ədəbiyyat və kitab mədəniyyəti sahəsində çalışan nüfuzlu mütəxəssisləri bir araya gətirir. Eyni zamanda şura tərəfindən uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan, “Kiçik Nobel Mükafatı” da adlandırılan Hans Kristian Andersen Mükafatı təqdim olunur.
Həmçinin şura tərəfindən görkəmli yazıçılar, illüstratorlar və tərcüməçilərdən ibarət Fəxri Siyahı hazırlanır. Şuranın Fəxri Siyahısı uşaq və yeniyetmələr üçün ədəbiyyatın dünyada təbliğində əhəmiyyətli rola malikdir.
2023-cü il aprelin 12-də Dimitri Şevardnadze adına Gürcüstan Milli Muzeyinin Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub.
Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi çərçivəsində rəssamın müəllifi olduğu əsərlərdən ibarət kataloq təqdim edilib, çoxsaylı nəşrləri – kitab və albomları nümayiş etdirilib.
Qeyd edək ki, “Zamanın pillələri ilə” sərgisi cari ilin 10 may tarixinədək davam edəcək.
Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində 11-12 aprel tarixlərində Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum öz işini aprelin 12-də “Konsepsiya və strateji hədəflər” mövzusunda birinci panel iclasla davam etdirdi.
İclasda “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirovanın moderatorluğu ilə keçən müzakirədə Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatr və təhsil, teatr sənəti dünən və bu gün mövzusunda danışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə teatr sahəsində islahatlar, ənənələr, festivallar və müasir tələblər barədə fikirlərini bölüşdü. “M Teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov müstəqil teatrların problemləri, Azərbaycan Dövlət Yuğ Teatrının quruluşu rejissoru Gümrah Ömər rejissor işi və təcrübə mübadiləsi mövzularında çıxış etdilər.
Panel müzakirədə həmçinin “dOM” teatrının rəhbəri Tərlan Rəsul teatr problemlərinə spesifik yanaşma, “Əsa” teatrının rəhbəri Nihad Qulamzadə isə tamaşaçı-teatr münasibətləri barədə söz açdılar.
İclasda mütəxəssislər tərəfindən suallar cavablandırıldı, müxtəlif təkliflər səsləndirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı”
Günün ikinci yarısında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə forumun sonuncu panel iclası keçirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunan paneldə “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi”, “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski, ADMİU-nun Teatr sənəti kafedrasının dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və Teatr Xadimləri İttifaqının əməkdaşı, teatrşünas Dağlar Yusif qeyd olunan mövzularla bağlı çıxış etdilər. Faydalı müzakirələrin aparıldığı iclasda maraqlı təkliflər irəli sürüldü. Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu, iki gün davam edən forum öz işini başa vurdu. Sonda xatirə şəkilləri çəkdirildi.
Aprelin 11-də Bakıdakı Rus evində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə lentə alınmış filmin nümayişi olub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak edib.
Böyük musiqi xadiminin həyat və yaradıcılığına həsr olunmuş ekran işi maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2022-ci ildə lentə alınıb. Həmin ilin 19 dekabr tarixində Heydər Əliyev Sarayında ilk nümayişi keçirilib. Bədii-sənədli filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 11-12 aprel tarixlərində Bakıda Teatr Forumu keçirilir.
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunan forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşir.
Aprelin 11-də forumun açılışından öncə teatr ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra Teatr Forumu Heydər Əliyev Mərkəzində öz işinə başladı.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli açılış nitqi ilə çıxış etdi.
Forumun Heydər Əliyev Mərkəzində keçirilməsinin təsadüfi olmadığını bildirən Adil Kərimli qeyd etdi ki, Ulu öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər, layihələr həyata keçirilir. İlk teatr forumunun da bu əlamətdar ildə keçirilməsi bu mənada böyük əhəmiyyət kəsb edir.
Qeyd edildi ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün mədəniyyətimiz, o cümlədən teatr sahəsi qayğı ilə əhatə olunub. Cənab Prezidentin diqqəti sayəsində mədəniyyət sahəsinin dayanıqlı inkişafı, mədəniyyət xadimlərinin vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görülür. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqəti ilə əhatə olunublar.
Forum haqqında söz açan nazirin birinci müavini teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğuladı, bu sahədə kadr hazırlığının əhəmiyyətini diqqətə çatdırdı.
Qeyd olundu ki, Teatr Forumunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi də fəaliyyətə başlayıb. Adil Kərimli İB-yə fəaliyyətində uğurlar arzuladı.
Nazirin birinci müavini çıxışının sonunda forumun ərsəyə gəlməsində əməyi keçənlərə, o cümlədən öz tövsiyələrini heç zaman əsirgəməyən Prezidentin köməkçisi cənab Anar Ələkbərova və Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, teatr xadimlərinə, iştirakçılara təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.
***
Sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda məruzəsi dinlənildi. Alim 1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra hər zaman teatra böyük sevgi ilə yanaşan Heydər Əliyevin bu sahədə çalışanlara göstərdiyi diqqətdən söz açdı. Ulu öndərin premyeralara gəlişi, səhnə arxasında aktyor və yaradıcı heyətlə görüşlərini xatırladan teatrşünas gəncliyində onun dram dərnəyinə üzv yazıldığını dedi, Heydər Əliyevin teatr sevgisinin də buradan qaynaqlandığını diqqətə çatdırdı.
Məryəm Əlizadənin çıxışından sonra “Azərbaycan teatrı: dünən, bu gün, sabah” adlı videoçarx nümayiş olundu. Videomaterialda Heydər Əliyevin teatr xadimləri ilə görüşləri, Prezident İlham Əliyevin teatr məkanlarının açılışında iştirakı və teatr ictimaiyyəti ilə görüşlərindən kadrlar əks olunmuşdu.
***
Aprelin 11-də birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları kontekstində çağdaş teatr və onun həndəvərində olan ümumi və spesifik problemlər müzakirə obyektinə çevrildi.
Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın moderatoru olduğu paneldə əsas hədəf teatrın əsas sütunu olan aktyor-rejissor məsələsi idi. Paneldə teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Dramaturq İsmayıl İman, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edib.
Müzakirə qarşılıqlı sual-cavab, iştirakçıların təklif və təəssüratları ilə davam etdi.
Xalq artistləri Afaq Bəşirqızı, Əli Nur, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, eləcə də ayrı-ayrı teatrların təmsilçiləri onları narahat edən mövzuları diqqət mərkəzinə gətirdilər.
***
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-də günün ikinci yarısında öz işini “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” mövzusunda panel iclası ilə davam etdirib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimovun moderatorluğu ilə keçən iclasda “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər” mövzularında çıxışlar dinlənilib.
Paneldə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, GİTİS-in kafedra müdiri Elşən Məmmədov, Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov çıxış edib.
Teatr problemlərinin geniş təhlil edildiyi panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib. Bununla da forumun birinci iş günü yekunlaşıb.
Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirəcək.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb.
Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.
Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.
Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edin.
Əziz iştirakçılar! Festivalda hər birinizə uğurlar arzu edirik!
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcəkdir.
Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcəkdir.
Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaqdır.
Namizədlər müsahibə proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər.
Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqələrin test imtahanı və müsahibə proqramları ilə aşağıda qeyd olunan linkə daxil olmaqla tanış ola bilərsiniz.
Yuxarıda qeyd olunan Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.
Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.
Yazıçı-ssenarist, şairə-qəzəlxan, qiraətçi. YARADICILIĞI – 2012-2015-ci illərdə Şəhriyar adına Mədəniyyət evində müxtəlif tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışam. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşam. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşam. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardanam. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşam. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışam. ÜZVLÜK: “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası”, AYB Xəzər Bölməsi və Azərbaycan Yazıçılar Birliyi. MÜƏLLİFİ OLDUĞU KİTABLAR: “Bir ovuc kölgə…”, “Dözümə yer ver”, “Ayaq səsi”, “Qəzəl gülü”.
ÇƏKDİKLƏRİ
Antologiyalar: “Zərif Kölgələr 1 və Zərif Kölgələr 2”, “Vətən Mücahidləri 1 və Vətən Mücahidləri 2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”. Ssenarilər: “Döyüş vaxtı” dram janrı (45:07 xron.m), “Hərbi Hospital -2020” dram janrı (1:16:25 xron.m), “Özgə həyat” t/s, dram janrı “Bu Son deyil” t/s dram janrı, “Vətən gülü” bədii janr, “Ömürdən alınan 29 il” dram janrı, “Tələbənin günlüyü” t/s komediya janrı, “Qızlar”t/s komediya janrı. İşlədiyim tv programlar: “Badambura” t/s komediya j., “Zərbə” t/s dram j., “Nurayın günlüyü” uşaq verilişi, “Atılmışlar” t/s dram j., “Kitchen chef” , “X-serviz” komediya j., “David Romanov” t/s dedektiv j. və s.
MÜKAFATLARI
No Smoking” Film Festivalı – Ən Yaxşı Rejissor İşi (Santa-Mariya Gəmisi filmi ilə) Bakı/2014/May/p>“Bakı Oskarı” Film Festıvalı – Bakı Oskarı Mükafatı (Ən Yaxşı Film) – “Məriz” Qısametrajlı Filmi Bakı/2015/sentyabr/p>“Dahi Şəxsiyyət və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü/p> münasibəti ilə Dövlətə və Dövlətçiliyə sadiq qaldığına görə” – “Heydər Zirvəsi” Diplomu Bakı/2015/May 10/p>“Milli Mətbuatın 140-cı ildönümü münasibəti ilə” – “Best of The Best” Mükafatı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, müdiri, filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Türkay” aylıq ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru Lütviyyə Əsgərzadənin “İslam Səfərli yaradıcılığında Azərbaycanın poetik vəsfi” adlı məqaləsi “ƏDƏBİ OVQAT” dərgisinin 7-ci sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Əli Kərim adına Poeziya Klubunun təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, II Qarabağ müharibəsi Qazisi gənc şair Məmmədli Elvin İntiqam oğlu Azərbaycan Respublikası Prezidentinin AYB üzvləri üçün ayırdığı Prezident Mükafatına layiq görüldü.
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbycan” ədəbi-bədii jurnalının 3-cü sayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Alapar”, “Sən yadıma düşəndə” şeirləri şıq üzü görüb
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qırğızısatan Yazıçılar Birliyi tərəfindən Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səma Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov imzalayıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.
Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.
“Şuşa günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı gözlənilir.
Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.
Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.
Bədii hissədə Özbəkistanın Xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur “Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.
“Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.
Turon kitabxanasında “Şuşa günləri” tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediləcək.
“Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur.
Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələlxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.
Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.
Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.
Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.
Xatırladaq ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW Berlin, Almaniya), PEN klubun (PEN İnternational, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır.
O, 2018-ci ildə BMT-nin himayəsi altında Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl medalına layiq görülüb. Reqlamentə uyğun olaraq 2019-cu ildə növbəti – 4-cü festival qalibin vətənində – Bakıda Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilib.
Yazıçı müxtəlif illərdə Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA), Rusiyanın “Rossiyskiy kolokol” ədəbi nəşrinin versiyalarında “İlin Yazıçısı” elan olunub. Varşavada keçirilən Salavyan Ədəbiyyat festivalının və YUNESKO-nun Adam Mitskeviç medalına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbiyyat mükafatına layiq görülüb.
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın “Kövrək xatirələrin üstünə getmə”, “İstəmirəm yerlə səma mənim olsun” adlı şeirləri Bakı şəhərində fəaliyyət göstərən “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “DOST MƏKTUBU” və “Əskin gözlərimin önündə durub” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-bədii Birliklərinin üzvü Kənan Aydınoğlunun “Qadının özünə minnətdaram mən”, “Qədəmin atanda yenə də qadın” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan materiallar silsilə formasında davam edir. Növbəti material kitabxana əməkdaşları tərəfindən “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı vidoeoçarxdır. Bir neçə hissədən ibarət olması planlaşdırılan materialın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı videomaterialın növbəti bölümlərinin Ulu Öndərin öz müdrik kəlamlarından, beynəlxalq və yerli siyasi, ictimai, mədəni sahədə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Ulu Öndərlə görüşlər zamanı tarixə həkk olunan hadisələrdən ibarət olması planlaşdırılır.
Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Heydər Əliyev – 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada “Ulu Öndər və Naxçıvanın musiqi mədəniyyəti”, “Dirçəliş strategiyası”, “Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı”, “Milli kinomuzun təəssübkeşi və hamisi”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Tariximizin Heydər Əliyev zirvəsi” kimi məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.
Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.
“Bu il mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk
dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.
Aprelin 11-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinə həsr olunmuş konsert təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, ADMİU nəzdində Humanitar Kollecin Xalq Çalğı Alətləri ansamblı (rəhbər Ədalət Behbudov), solistlər və violin ansamblı, eləcə də kollecin müəllim və tələbələrinin ifalarında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndiriləcək. Konsert proqramında “Misridən Cəngiyə”, “Cəngi” kompozisiyası, “Şah sevəni”, “Yanıq Kərəmi”, “Ovşarı”, “Ruhani” aşıq havaları və digər bəstəkar mahnıları səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Pakistanlı alim Şahina Qəzənfər və onun Yeni Zelandiyadan olan həmkarı Syu Vikisonun altı il davam edən əməkdaşlığının nəticəsi olaraq Londonun Kyu Qarden botanika bağında Qurani-Kərimdə adları çəkilən bitkilərin rəsmlərindən ibarət sərgi açılıb.
AZƏRTAC “Arabnews” qəzetinə istinadla xəbər verir ki, botanika bağındakı Şirli Şervud rəsm qalereyasında yeni zelandiyalı alim və rəssamın müqəddəs Qurani-Kərimdə adı çəkilən 25 bitkinin tablosu nümayiş etdirilir. Pakistanlı botanik isə onların altında müvafiq Quran ayələrini yazıb. Şahina Qəzənfər jurnalistlərə müsahibəsində bildirib ki, “Quran bitkiləri: Tarix və mədəniyyət” kitabını araşdırarkən o, müasir ərəb adları olmayan bitkiləri izləmək üçün qədim Mesopotamiya mixi mətnlərinə və aramey və ivrit semitik dillərinə qayıdıb. “Bunları geri qaytarmaq daha çətin idi. Hər bir bitkinin tarixi və mədəni bağlılığı var və biz bu irsi itirməməliyik. Səudiyyə Ərəbistanının Qırmızı dənizi sahilində dağlar çox zəngin və yaşıldır. Bir yerdə tapılan və xüsusi əhəmiyyət kəsb edən bitkilər və ya hər hansı bitki populyasiyaları qorunmalı və öyrənilməlidir”.
“Kyu Herbarium” botanika bağında bir neçə il işləyən S.Vikison Quran bitkilərinə marağının ilk olaraq Əbu-Dabidə Şeyx Zayed Böyük Məscidini ziyarəti zamanı yarandığını bildirib. “Heyrətamiz məscid binası ilə yanaşı, bütün mərtəbələrdə, sütunlarda və tavanda olan qeyri-adi botanika motivləri məni cəlb etdi. Bundan sonra BƏƏ və Omanın səhra və dağlarına səyahət etdim, orada nadir bitki növlərini tapdım. Bu proses illərlə davam etdi. Bitkini dəqiq və estetik şəkildə təsvir etmək üçün onu canlı materialdan işləmək çox vacibdir. Bəzi bitkiləri Yeni Zelandiyadakı evimdə özüm yetişdirdim – və ya tapmaq üçün dağlara gedirdim”, -deyə alim-rəssam qeyd edib.
Şirli Şervud rəsm qalereyasında Pakistan əsilli amerikalı müasir rəssam Anila Quayyum Ağanın iki möhtəşəm əsəri də nümayiş etdirilir. Onun sərgisi “Quran bitkiləri”ndən ayrı olsa da, ekspozisiyaların bir-birini tamamlayan cəhətləri var. Pakistanlı rəssam deyir: “İqlim dəyişikliyi ilə bağlı bir çox nadir bitkilər yox olur. Əgər tədbir görməsək, onları real həyatda deyil, yalnız muzeylərdə görəcəyik”. Onun “Bütün çiçəklər qadınlar üçündür” adlı heyrətamiz əsəri də İslam incəsənəti və memarlığında istifadə olunan naxışları əks etdirir.
Respublika Uşaq Kitabxanasının uşaq və yeniyetmələr üçün təsis etdiyi “Göy Qurşağı” jurnalının 77-ci buraxılışı işıq üzü görüb.
Kiatbxanadan AZƏRTAC-a bildirilib ki, 32 səhifədən ibarət jurnalda Azərbaycan ədəbiyyatının tarixi inkişaf yoluna dair qiymətli mənbə təşkil edən əsərlər yaratmış və çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr vermiş Firidun bəy Köçərli haqqında geniş və eyni zamanda, maraqlı məlumatlar verilib.
Jurnalın ilk səhifələrində Respublika Uşaq Kitabxanasının “Qızıl fonddan seçmələr” başlığı altında Cəlil Rəfiyevin “Quş yuvası” nağılı və Hikmət Ziyanın “Quşların nəğməsi” şeiri yer alıb.
“Yeni kitablar bizim rəflərimizdə” rubrikasında isə uşaqların bilməsi mühüm olan anlayışlar, zaman, məkan, ölçü vahidləri, sadə toplama və çıxma əməlləri, məntiqi tapşırıqlar, diqqət və yaddaşı inkişaf etdirmək üçün rəngli, şəkilli, nəfis tərtibatlı kitabların annotasiyaları verilib.
Jurnalda “Nəğməkar quş nə deməkdir? ”, “Nağıllar ayı”, “Uşaqlarınızın ehtiyaclarını başa düşün”, başlıqları altında maraqlı məlumatlar, həmçinin Şəlalə Əmrahovanın alman dilindən tərcümə etdiyi “Bir qış axşamı” (Elke Breunling), “Nənə və babalar super qəhrəman kimidirlər” (Fausto Brizzi), “Потешкина дорога” (Yuliya Kərimova), “Brave bear” (Solmaz Amanova) və Ələmdar Quluzadənin balacalar üçün yazdığı şeirlər yer alıb.
Jurnalın digər səhifələrində uşaqlar həmyaşıdlarının yaradıcılığı ilə yaxından tanış ola bilər. Balaca rəssamların “Sualtı fantaziya” mövzusunda olan rəngarəng və gözəl rəsmləri sərgilənib.
Jurnalın son səhifələrində isə yeniyetmə-gənclərin kitaba, mütaliəyə, maarifləndirici yarışlara marağının artırılması, intellektual və yaradıcı inkişafına təkan verilməsi məqsədilə məntiqi suallar, tapmaca və digər əyləncəli oyunlar yer alıb.
Almaniyanın “Zitate berühmter Personen” mədəniyyət portalı Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin müdrik kəlamlarının yayımına başlayıb.
Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəllifləri – Almaniya ədəbiyyatşünas alimi Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən izlənilən “Zitate berühmter Personen” portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və onların aforizmlərinə yer ayırır.
Mədəniyyət Nazirliyinin tabeliyində 2021-ci ildən fəaliyyət göstərən “Filming Azerbaijan” MMC (Azərbaycan Film Komissiyası) ötən müddət ərzində bir çox yerli və beynəlxalq layihələrdə, həmçinin İFFTC və MİPCOM kimi böyük beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edib, bir sıra beynəlxalq kino jurnallarında “Filming Azerbaijan” haqqında məqalələr dərc olunub.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.
2022-ci ildən ABŞ-də yerləşən Ümumdünya Film Komissiyaları Assosiasiyası – AFCİ-yə üzv qəbul edilərək beynəlxalq fəaliyyət üçün sertifikat alan “Filming Azerbaijan” ABŞ, Böyük Britaniya, Almaniya, Pakistan, Hindistan, Türkiyə, İndoneziya kimi ölkələrin tanınmış film istehsalçıları ilə əməkdaşlıq edərək, birgə film, klip, reklam çarxlarının, o cümlədən “Netflix” (“Gray Man” filmi), “Disney+” (“Aar ya paar” filmi) kimi platformalar üçün filmlərin ölkəmizdə çəkilişinə təşkilati dəstək göstərib.
Ən son Pakistan brendi olan “Sufi” üçün reklam çarxı və Hindistanın tanınmış müğənnisi Stebin Ben üçün musiqili videonun (yutub platformasında həmin videonun baxış sayı 33 milyondan çoxdur, https://www.youtube.com/watch?v=8tUtWSVZAXQ) Azərbaycanda çəkilişlərinə dəstək göstərib. “Filming Azerbaijan” hazırda Sinqapur, BƏƏ, Hindistan və Argentina film istehsalçıları ilə bu il ərzində həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr üzərində işlər aparır.
“Heydər Əliyev İli” çərçivəsində uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirmək məqsədilə elan edilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı çərçivəsində eyniadlı müsabiqə elan olunur.
AZƏRTAC xəbər verir ki, yaşı 21-ə qədər şəxslər aprel ayının 25-dək rəsm əsərini fotosu ilə bərabər əsərin adı, öz adı, soyadı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini resmfestival2023@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir.
Güllər mövzusunda olacaq əsərlərdə ölçü və texnika sərbəstdir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək. Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər. Seçim 3 yaş kateqoriyası üzrə aparılacaq və hər yaş kateqoriyası üçün ayrıca sərgi açılacaq. 11 yaşa qədər, 11-16 və 16-21 yaş arası. Birinci turdan keçmiş əsərlər sərgilənmək üçün Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Əlavə suallar üçün 051-310-74 01 telefon və ya vatsap ünvanına müraciət edilə bilər. Sərgilər Xətai Sənət Mərkəzində təşkil olunacaq.
Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikat və fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.
Hər yaş qrupu üzrə ən yaxşı 10 əsərin müəllifi festivala dəvət ediləcək.
Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, festival və müsabiqə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Aprelin 22-də Pasxa bayramı şənlikləri çərçivəsində Bakıdakı Rus Evində ənənəvi xeyriyyə məqsədli Pasxa bazarı açılacaq.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Rusiyalı Həmvətənlər Koordinasiya Şurası, Azərbaycanın Rus icması, Rus Mədəniyyət Mərkəzi və “Yaşlek” tatar gənclər mərkəzinin dəstəyi ilə təşkil olunur.
Yarmarkaya gələnlər ustaların əl işlərindən ibarət hədiyyə və məhsullar əldə edə biləcəklər.
Aksiyadan əldə ediləcək vəsait valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək üçün xərclənəcək.
Pasxa bazarı saat 12:00-dan 17:00-dək açıq olacaq.
Keçən il pandemiya səbəbindən ləğv edilən 25-ci Şanxay Beynəlxalq Film Festivalı cari il iyunun 9-dan 18-dək keçiriləcək.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, pandemiya səbəbindən 2022-ci ildə qəbul edilən festivalın təşkil edilməsinin ləğvi qərarından bu günə kimi təşkilatçılar dünyanın 128 ölkə və regionundan təxminən 8,8 minə yaxın film layihələri qəbul ediblər.
Qeyd edək ki, Şanxay Beynəlxalq Film Festivalı 1993-cü ildən təşkil olunur. Müxtəlif vaxtlarda festivalın münsiflər heyətinin üzvləri Oliver Stoun, Karen Şahnazarov və bir çox başqa tanınmış kinematoqrafçılar olublar. Bu festival çoxdan regional tədbir olmaqdan çıxaraq təkcə Asiyadan deyil, dünya kinosundan da bir çox ulduzları özünə cəlb edir. Bu illər ərzində festival Çin kinematoqrafiyasının inkişafının şahidi olub, eyni zamanda beynəlxalq mübadilə və mədəni əməkdaşlıq platformasına çevrilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Usatımızı Əkbər QOŞALINI, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “Aşıq Veysəl” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Karaman şəhərində fəaliyyət göstərən “Yeni Vezin” edebiyat, kültür və sanat dərgisinin yeni sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Botiçelli və da Vinçinin rəsmləri hətta 500 il sonra da öz parlaq rəngləri ilə tamaşaçısını heyran edir. Yağlı boyalara yumurta sarısının əlavə edilməsi bu tabloları əbədiyaşar edir, onların üzərindəki boya təbəqəsində qırışlar və çat əmələ gəlməsinin qarşısını alır, həmçinin boyaların rənginin dəyişməz qalmasına səbəb olur.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu qənaəti İtaliyanın Piza Universitetinin və Almaniyanın Karlsrue Texnoloji İnstitutunun alimləri hasil ediblər. Onların bu kəşfi haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.
Suda həll olunmuş yumurta sarısından rəngləmək üçün piqmentləri birləşdirən maddə kimi istifadənin tarixi qədim zamanlara gedib çıxır. Lakin XV əsrdə Avropa rəssamları yağlı boyalarla rəsm çəkməyə başladılar və birləşdirici element qismində kətan yağından istifadə etdilər. Bununla belə, tədqiqatlar göstərir ki, Renessans dövrünün bir çox görkəmli rəssamları – Sandro Botiçelli və Leonardo da Vinçi yağlı boyalara yumurta sarısı qatmağa davam ediblər. Onların bunu nə üçün etdikləri bu günədək məlum deyildi.
Bu suala cavab vermək üçün professor Norbert Villenbaxer və onun həmkarları eksperiment həyata keçirdilər və üç növ boya hazırladılar. Birincidə piqmentlərə kətan yağı əlavə edilib, ikincidə bu məhlula bir neçə damcı yumurta sarısı qarışdırılıb, üçüncüdə piqmentləri əvvəlcə suda həll edilmiş yumurta sarısı, məhlul quruduqdan sonra isə yağla siliblər.
“Məlum olub ki, yumurta sarısı boyanın keyfiyyətinə, ilk növbədə onun qatılığına əhəmiyyətli dərəcədə təsir edib. Məhz yumurta sarısı əlavə olunmuş boya ilə impasto texnikasından (kətanın rənglənmiş təbəqələri axmadan onun səthini örtür) istifadə etmək mümkündür. Boyanın aşağı təbəqələrinin qatılığı sayəsində onun xarici təbəqəsi çatlamır və qırışmır”, – deyə Villenbaxer “The Guardian” nəşrinə şərhində bildirib.
Bundan başqa, yumurta sarısı boya təbəqələrini rütubətdən qoruyur, xüsusən, bununla ağ-gümüşü rənglərin saralmasının qarşısını alır. Məhz bunun sayəsində yağlı boyalar gec quruyur və bu, onları daha da dayanıqlı edir, rəsm əsərinin uzun müddət yaxşı qalmasına şərait yaradır.
M. Maqomayev adına Azərbaycan Akademik Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi Zalında görkəmli bəstəkar Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
Kamera və Orqan Musiqi Zalından AZƏRTAC-a bildirilib ki, “Qara Qarayev və tələbələri” adlı konsertdə solistlər Əməkdar artist Töhfə Babayeva (violin), Rasimə Babayeva (orqan), Nigar Məmmədova (orqan), Səbinə Aslanova (orqan), Şəfəq Abdullayeva (orqan) öz ifalarını dinləyicilərə təqdim ediblər.
Proqramda Qara Qarayev, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Arif Məlikov, Firəngiz Əlizadə, Elnara Dadaşova, Cəlal Abbasovun əsərləri səslənib.
Aprelin 3-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Könül Xasıyevanın yaradıcılıq gecəsi keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert proqramında xanəndənin ifasında muğamlarımızla yanaşı, xalq mahnılarımız da səslənəcək. Gecədə həmçinin xanəndənin sənət yoldaşlarının da çıxışları nəzərdə tutulur.
Rusiyanın Sankt-Peterburq şəhərində “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının 25 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Sankt-Peterburqda millətlərarası münasibətlər və miqrasiya siyasətinin həyata keçirilməsi üzrə komitənin nümayəndəsi Andrey Frolov, Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun humanitar məsələlər üzrə konsulu Rəhim Rəhimzadə, yerli hakimiyyət orqanlarının, Azərbaycan diasporunun nümayəndələri və müxtəlif icmaların mədəniyyət qurumlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən qonaqlar “Çinar” vokal-xoreoqrafik rəqs ansamblının bədii rəhbəri Xeyransa Mirzəyevanı və yaradıcı kollektivi yubiley münasibətilə təbrik ediblər. Ansamblın Sankt-Peterburqun mədəni müxtəlifliyinə böyük töhfələr verdiyini vurğulayan natiqlər “Çinar” ailəsinə davamlı uğurlar arzulayıblar.
Sonra “Çinar” ansamblının ifasında rəngarəng konsert proqramı təqdim olunub.
Yubiley konserti yerli kütləvi informasiya vasitələri və “Mir” telekanalı tərəfindən geniş işıqlandırılıb.
Tədbir çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini və adət-ənənələrini əks etdirən sərgi təşkil edilib. Qonaqlara xalçatoxuma dəzgahında ilmələrin atılması, Novruz şirniyyatlarının bəzədilməsi qaydaları nümayiş etdirilib.
Qeyd edək ki, “Çinar” Mədəniyyət Mərkəzinin nəzdindəki eyniadlı vokal-xoreoqrafik rəqs ansamblı Sankt-Peterburq Dövlət Universitetinin baş müəllimi Xeyransa Mirzəyevanın təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. 1998-ci ildən fəaliyyətə başlayan ansambl təkcə Sankt-Peterburqda deyil, Rusiyada və Rusiya hüdudlarından kənarda Azərbaycan musiqisinin və incəsənətinin fəal təbliğatçısı kimi tanınır.
Aprelin 25-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq musiqi axşamında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor Orxan Həşimov) müşayiəti ilə istedadlı violin ifaçıları Ümidə Abasova və Dəniz Həsənov çıxış edəcəklər.
Qeyd edək ki, layihə müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə, o cümlədən musiqi sənətimizi dərindən bilən, onu dərk edərək böyük sevgi hissi ilə ifa edən ifaçıların sayının artmasına xidmət edir. Tanınmış dirijorların rəhbərliyi altında gənc ifaçıların simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə konsertlərinin keçirilməsi onların sənət yolunda inkişafına mühüm zəmin yaradır.
Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.
Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyidir.
Girişi sərbəst olan tədbirdə məşhur uşaq yazıçılarının imzalı kitabları festival ziyarətçilərinə təqdim ediləcək.