Almaniyanın “Zitate berühmter Personen” mədəniyyət portalı Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli”nə töhfə olaraq, dünya miqyaslı dövlət xadimi Heydər Əliyevin müdrik kəlamlarının yayımına başlayıb.

Bu barədə AZƏRTAC-a Tərcümə Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında məlumatla təqdim olunan kəlamların alman dilinə tərcümə müəllifləri – Almaniya ədəbiyyatşünas alimi Martin Svoboda və Dövlət Tərcümə Mərkəzinin alman dili mütəxəssisi Məryəm Səmədovadır.

Qeyd edək ki, almandilli ölkələrin geniş oxucu auditoriyası tərəfindən izlənilən “Zitate berühmter Personen” portalı mütəmadi olaraq səhifələrində dünyaşöhrətli siyasətçi, filosof, yazıçı və şairlər haqqında məlumatlara və onların aforizmlərinə yer ayırır.

Mənbə: https://azertag.az/