Beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür. Mayın 4-dən 9-dək Gəncə İdman Olimpiya Kompleksində Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi olmuş “DZİVA” şousu təqdim ediləcək.

Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, şouda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.

Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivin şir və pələnglərinin unikal çıxışları şounu bənzərsiz edəcək.

Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.

Mənbə: https://azertag.az/