Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev–100” adlı interaktiv plakat hazırlayıb.

AZƏRTAC xəbər verir ki, interaktiv plakat dörd bölmədən ibarətdir.

Birinci bölmədə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycan və rus dillərində verilib. Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır. Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilib. Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.

İnteraktiv plakatı https://padlet.com/filivara/100-heyd-r-l-yev-100-wehqmwvnfqm3dmoh linki vasitəsilə izləmək olar.

Mənbə: https://azertag.az/