Dekabrın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində SSRİ Xalq artisti, görkəmli dirijor və bəstəkar Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Musiqili gecənin əvvəlində Əməkdar İncəsənət Xadimi, musiqişünas Zümrüd Dadaşzadə maestro Niyazi haqqında söz açdı.
Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayev, Əməkdar artist Fuad İbrahimov və Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib.
Fatimə Cəfərzadə (soprano), Nigar Cəlilova (xanəndə), Fəxri Kazım-Nicat (tenor) tamaşaçılara öz ifalarını təqdim etdilər. Konsertdə bəstəkarın müəllifi olduğu “Rast” simfonik muğamı, “Vətən haqqında nəğmə”, “Xosrov və Şirin” operasından “Şirinin ariyası”, “Çitra” baletindən Süita, “Arzu” romansı, “Qaytağı və Niyazinin işləməsində “Qaragilə” xalq mahnısı səsləndi.
“Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi davam edir. Layihənin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat Yusif Vəzir Çəmənzəminliyə həsr olunub.
XX əsr Azərbaycan ictimai-siyasi fikir tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.
İlk təhsilini Şuşada Molla Mehdinin məktəbində alıb. 1896-ci ildə Şuşa realnı məktəbinə daxil olub. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.
1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olur. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alır. O, “Çəmənzəminli” təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.
1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.
Vətəninə qayıdan Yusif “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyir, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyir.
1938-ci ildə Yusif Vəzir Özbəkistanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyin olunub.
1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.
Dekabrın 12-də Milli Kitabxanada Ümummilli lider Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirilib. Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq iştirakçıları salamlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Direktor bildirib ki, 12 dekabr tarixində Müstəqil Azərbaycanın qurucusu və memarı, görkəmli dövlət xadimi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötür. Direktor vurğulayıb ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ölkəmizdə əmin-amanlıq, sabitlik yaratdı, hərc-mərcliyə, xaosa son qoydu və quruculuq mərhələsi başladı.
Tarixə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən danışan natiq, onun həmçinin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısını da qeyd edib. Vurğulayıb ki, Ulu öndərimiz ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı ilk illərdə – yəni 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya gələrək kitabxananın problemləri ilə maraqlanmış və ciddi çətinliklər dövrlərini yaşayan bu mədəniyyət məbədinin fondlarının zənginləşdirilməsi üçün tədbirlər görməyi tapşırmışdır.
O söyləyib ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətin irsinin təbliği istiqamətində Milli Kitabxananın da öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini söyləyən direktor son olaraq vurğulayıb ki, Azərbaycan xalqı, Müstəqil Azərbaycan Dövləti durduqca, yaşadıqca Ulu Öndərin əziz xatirəsi daim xatırlanacaq, heç vaxt unudulmayacaqdır.
Direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova çıxış edərək bildirib ki, qədirbilən xalqımız 12 dekabrı tarixə öz adını əbədi həkk etmiş, dahi siyasi xadim olan, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmiş Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük minnətdarlıq hissi ilə qeyd edir. Ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olan Ulu öndər daim ölkəni irəliyə aparmaq uğrunda çalışıb.
Direktor müavini qeyd edib ki, bildiyimiz kimi 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur və Cənab Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabr tarixli sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib və Azərbaycan Milli Kitabxanası da ilə töhfə olaraq çoxsaylı layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Daha sonra tədbir iştirakçıları təşkil olunmuş sərgiyə baxış keçiriblər. Sərgidə kitabxananın fondlarında qorunan dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən kitablar, sənədlər, fotolar nümayiş olunub.
Sonda Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə xalqımızın böyük oğlunun xatirəsi bir daha yad edilib.
8-9 dekabr tarixlərində Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Bursa Böyükşəhər Bələdiyyəsi ilə əməkdaşlıq çərçivəsində “Şuşa Günləri” keçirilib. “Şuşa Günləri” 2022-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Bursa şəhərinin bu missiyanı növbəti il üçün Azərbaycanın Şuşa şəhərinə təhvil verməsi münasibətilə təşkil olunub.
“Şuşa Günləri” çərçivəsində Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi ilə əlaqədar onun həyat və yaradıcılığına həsr olunan və Beynəlxalq Mədəniyyət və İrs Fondu tərəfindən hazırlanan “Şuşanın tək incisi” bədii-sənədli filminin premyerası, Azərbaycanın Xalq artisti Mehriban Zəkinin Xurşidbanu Natəvanın şeirlərinin səsləndirməsi və Azərbaycan muğam triosunun müşayiəti ilə ədəbi-musiqili kompozisiya, XX əsr Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin “Qarabağnamə” (“Hökmdar və qızı”) pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında Bakı Bələdiyyə Teatrının hazırladığı “Şuşada ürəyim qaldı” tamaşası (quruluşçu rejissor Mərahim Fərzəlibəyov), dünyaca məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın incisi Şuşa” sərgisi nümayiş olunub.
Həmçinin Beynəlxalq Türk Mədəniyyəti və İrs Fondunun təşəbbüsü ilə yaradılmış “Yeddi gözəl” (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstan sənətçilərindən ibarət; bədii rəhbər Əməkdar artist Turan Manafzadə) musiqi qrupunun konserti və Azərbaycanın tanınmış modelyer-dizayneri Gülnarə Xəlilovanın “Qarabağ qadın milli geyim kolleksiyası”nın nümayişi təşkil edilib. Silsilə tədbirlərlə yanaşı Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun prezidenti Günay Əfəndiyeva, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov və Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva Bursa Bələdiyyə Başkanı Alinur Aktaş və Türkiyənin Bursa şəhərinin valisi Yakup Canbolat tərəfindən rəsmi qəbul görüşü keçirilib.
Görüşdə 2022-ci ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı olaraq Bursada il ərzində təşkil olunan tədbirlər və həyata keçirilən layihələr, Qarabağ Zəfəri, Şuşa və işğaldan azad olunmuş digər ərazilərdə tarixi və dini abidələrimizə qarşı erməni vandalizmi, orada bərpa quruculuq işləri, türk dünyasının ayrılmaz parçası Şuşanın zəngin tarixi, mədəniyyəti və incəsənəti, habelə “Şuşa Günləri”nin əhəmiyyəti haqqında müzakirələr aparılıb.
9 dekabrda TÜRKSOY-un 2022-ci il “Bursa – Türk dünyası mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib.
Mərasimdə TÜRKSOY-un baş katibi Sultan Raev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş çıxış edərək Azərbaycanın zəngin mədəni irsinin beşiyi, dahi şəxsiyyətlərin vətəni olan Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasını bu şəhərin tarixinin yeni və möhtəşəm səhifəsi adlandırıblar. Bu qürurverici hadisənin çox böyük önəm daşıdığı xüsusi vurğulanıb.
Sonra Bursa şəhərinin və TÜRKSOY-ya üzv ölkələrinin sənətçilərinin iştirakı ilə musiqi proqramı təqdim olunub. Konsertdə Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova da çıxış edib.
Bağlanış mərasimin sonunda “Türk dünyasının mədəniyyət paytaxtı” simvolu Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş tərəfindən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova təhvil verilib.
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin “Qu quşunun son rəqsi” adlı hekayəsini təqdim edir. Bu hekayə bir neçə dilə tərcümə edilib, Rumıniya, Türkiyə və Rusiya kimi ölkələrdə ədəbi portallarda və antalogiyalarda dərc edilib.
Axır dönüş Allaha tərəfdir!
Hamı Allahın hüzuruna qayıdacaqdır.
(“Qurani-Kərim” Ali-İmran surəsi, 28-ci ayə)
“Bir də qayıt və özünü yadına sal”
(Cəlaləddin Rumi)
– Kim idi?
– Nə bilim, bir Allah bəndəsiydi. Susuzlamışdı. Tez-tez udqunur, cadar-cadar olmuş dodağını diliylə isladırdı.
– Siması necəydi?
– Sifəti uzunsovuydu, amma baxışları yastıydı.
– Bəs əyin-başı?
– Nimdaşıydı. Plaşı da, panaması da üzülüb getmişdi.
– Su verdinmi ona?
– Verməyib neynəyəsiydim? Yezidəm məgər? Allahın suyudur da.
– Yəqin ki, son damlasınadək içdi, hə?
– Qəribədir ki, yox. Baxışlarını dondurub fincanı xeyli süzdü, sonra da özümə qaytararaq getdi…
lll
Bilmirəm, bayaqdan iki küçəmi, üç küçəmi keçmişəm. Piyada gəzib dolaşmaqdan xoşum gəlir. Addımlarımla səkilərin daş bağrını yarmaq sevimli məşğuliyyətimdir.
Bu zaman yaranan taqqıltı qulaqlarımı səsi qəbuletmə qabiliyyətini tam olaraq ortaya qoymağa vadar edir. Addımların yerə basılması ağırlığı həmin anda beynin və ürəyin yüklənməsi dərəcəsindən asılı olduğu kimi, səki daşlarının ölçü və çəkisindən də asılı olur. Nəticədə də hər addımın taqqıltısının səs tembri fərqlənir.
Görmə bucağımda hey dəyişməkdə olan bina, ağac, avtomobil, insan siluetləri canlı olduqları qədər də hərdən butafora kimi, sadəcə, göz aldatmağa xidmət edir.
Bu gün xüsusi günümdür. Uğurları sıraladıqdan sonra mənə elə gəlməkdədir ki, yerinə yetirdiyim xüsusi missiyama doğru daha bir neçə addım irəliləmişəm. Mən sıradan bir adam deyiləm. Haçansa dünyanı dəyişəcəyim qətiyyətim məni bir az da məmnunlaşdırıb.
Saatın əqrəbləri 18:30-u göstərir. Cəmi bir saat yarıma “Sonalar gölü” baleti başlayır. Heyf ki, dostum N.-i tapa bilmədim ki, mənimlə tamaşaya getsin.
Cibimdəki sıra 13, yer 13 qeydləri aparılmış biletimi barmağımla rahatlayıram. Bileti alanda əsla 13-lərin fərqində olmamışdım. Amma hər halda, 13-lər diqqət tələb eləyirlər. Ən azından, barmağım biletin səthinin rəqəmlər həkk edilmiş qeyri-hamar hissəsinə dəyməklə 13-lərin adilikdən bir baş yuxarı olmasını xəbər verir.
lll
“Məktəbdə oxuyanda uşaqlar öncə qaralama dəftərində yazıb-pozurdular, yalnız düzgün nəticə əldə etdikdə yazdıqlarının üzünü ağlama dəftərə köçürürdülər…
Amma yaşadığımız həyatı yazmaqçün Allah bizə cəmi bir dəftər verib. Ona görə də burada yazıb-pozmaq mümkün deyil. Burada səhvlər pozulmaz. Gərək üstündə əsə-əsə, yüz ölçüb bir biçə-biçə elə yazasan ki, pozmağa ehtiyacın qalmasın”, – dedi nimdaş kişi. Və cəld də soruşdu:
– Sənin, təbii ki, həm ağlama, həm də qaralama dəftərin var idi, hə?
“Hə”, – deyə mızıldandım.
İçini çəkərək davam etdi:
– Valideynlərim həddən artıq kasıb olduqlarından mənə iki dəftər almağa gücləri çatmazdı. Heç vaxt qaralama dəftərim olmadığından mən səhv etməməyə məhkum idim.
lll
– Pas…
– Sissonne…
Qızlar, doğrudan da, qu quşları idilər. Bəmbəyaz, tül paltarda iki sıra düzülmüşdülər. Bir sıra barmaqlarının ucuyla irəliləyəndə digər sıra geriyə çəkilirdi.
Əllərini yana açıb yelləyirdilər. Bu qanadçırpma pəncələrin yerlə ünsiyyətini nizamlayır, dabanların yerə toxunuş həsrətini daha uzunömürlü edirdi.
Səhnənin tən ortasında dayanmış naziksaqqal kişi barmaqlarının hərəkətləriylə qızları yönəldir, arabir də nəsə deyirdi:
– Qızlar, saat səkkizə az qaldı, məşqi tamamlamalıyıq! Kardebalet, tempi aşağı salırıq, get-gedə öldürürük. Korifey gəlir!!!
Onun sözlərinin əks-sədasını yararaq qara tül geyimdə bir huri-mələk fırfıra kimi fırlana-fırlana səhnəyə daxil oldu.
O qədər incə, gözəl idi ki, bahar səhərində gül-çiçəyin üstünə qonmuş şeh damlasını xatırladırdı…
lll
Daha bir küçə də keçməliyəm.
Bu gün insanların çöhrəsi nəsə bir qədər tutqun görünür.
Dostum N. o gün təsadüfən metroya minibmiş, maşını xarab imiş. Deyir, hamı sanki qayğılı, fikirli, dərdliydi. Hərənin də başı öz mobil telefonuna qarışıbmış. Amma illər öncə, metrodakıların sifətlərindən təbəssüm əskik olmazmış. Hamı bir-birinə nəvaziş göstərərmiş, xoş ovqat bəxş edərmiş…
Yeri gəlmişkən, dostum N. də sıradan adam deyil. Ölkənin Şimal Şərqindəki nəhəng dəryaçanın layihələndirmə işlərinə başçılıq edir. Görən, indi neynəyir? Bu cür tamaşanı qaçırdı.
Zəng vururam, cavab vermir.
Parisə gedəcəydi. Həm yorğunluğunu çıxarmağa, həm də qulaqlarına dinclik verməyə. Yazığı jurnalistlər boğaza yığıblar. Dəryaçanın tikintisi zamanı qırılan böyük meşə massivinə görə, qurudulan xırda gölə görə hey hücuma məruz qalır. Ay nə bilim, flora dağıldı, fauna məhv oldu…
O gün bir qəzet yazmışdı ki, meşənin məhv edilməsiylə, gölün qurudulmasıyla bağlı minlərlə quşu təhlükə gözləyir.
Dəryaçanın gətirəcəyi xeyirdən isə danışan yoxdur.
Yaxşı, Parisə gedibsə də, bəs niyə xəbər eləmədən gedib?
… Doğrudan da, bu gün insanlar çox qəribədirlər. Qoluma toxunan bu nataraz oğlan heç üzr də istəmədi. Küçədə söyüşlə danışan o ər-arvada bax, heç kəsi veclərinə almırlar.
Bəs o bir büküm zibili gətirib səkinin kənarına qoyan qadına nə deyəsən?
Saatımın əqrəbləri 18:54-ü göstərir. Tamaşaya bir saatdan bir qədər artıq vaxt qaldı.
Görən 13-cü cərgənin 13-cü yeri tam ortadırmı? Səhnəni necə görəcəyəm?
Neçənci dəfədir ki, baletə gedirəm, amma hələ də Opera və Balet Teatrının tamaşa zalındakı yerlərin düzülüşünü beynimə yerləşdirməmişəm.
Əslində, belə də olmalıdır. Mənim beynim daha ciddi informasiyaların qoruyucu kamerasıdır.
Elm və texnikanın inkişafı, eləcə də iqtisadi həmlələr nəticəsində ekoloji tarazlığın pozulması atmosferin stratosfer qatındakı azon təbəqəsinin get-gedə nazilməsinə gətirib çıxarıb, bu bəllidir. Amma inkişafı dayandıra bilməyəcəyik axı. Odur ki, Yer kürəsinin tavanı hesab edilən və yeri meteoritlərin, digər kənar cisimlərin dağıdıcı təsirindən qoruyan atmosferin xilası üçün onu təşkil edən hava qatının təbii tərkibinə müdaxilə etməyin yolunu tapmaq üzrəyəm.
Doğrudan da, dünyanı dəyişdirməyin astanasındayam.
Hələ vaxta var. Bir stəkan qəhvə içmək üçün yarımzirzəmidəki kafeyə daxil oluram.
Ofisiant daimi müştəri olduğumdan heç nə soruşmayıb qarşıma bir fincan türk qəhvəsi və qəndqabında şəkər tozu qoyur.
Görəsən, dəryaça tikilərkən qurudulan göllərdə məskunlaşmış və təhlükə ilə üzləşmiş quşlar arasında Qu quşları da varmı? Yoxsa, Qu quşları o tərəflərdə məskunlaşmırlar?
Qonşu masadakı gənclərin səsləri kafenin yarımqaranlıq sükutunun bakirəliyini pozmaqdadır:
– Eşitmisən, dünən Sabunçuda bir kişi arvadını, qayınatasını, qayınanasını, bir də iki qaynını güllələyib öldürüb?
– Doğrudan?
– Hə. Bayaq da “Euronews”da göstərdilər ki, Avstraliyada bir manyak məktəbə soxularaq 13 məktəblini qətlə yetirib…
– 13?! – deyə qeyri-ixtiyari qonşu masaya sual ünvanlayıram…
Sualım fincandan burula-burula qalxan buğu tən ortadan yarır.
lll
“Sahildən bir ovuc qum götürməyim gərək idi. Yaxınlaşıb o qumu dənə-dənə götürdüm, zamanımı itirdim. Halbuki sizlər qumu ovuclayıb götürürsünüz”, – söylədi nimdaş plaşlı, nimdaş panamalı uzunsov sifətinə yastı baxışları natarazlıq gətirən nimdaş kişi.
– Nə dediniz?! – deyə söylədiyinin məğzini anlamağın fərqinə varmadan etinasızlıqla soruşdum.
Bükülmüş barmaqlarını açıb ovcunun içindəki dəhşət xətlərini göstərdi. Bu xətlər hörümçək toru kimi bir-birinə qarışmışdı, başlanğıcı və sonu dibsiz uçuruma bənzəyən labirintin içində itib-batmışdı.
lll
Nağıllardanmı, yaxud hansısa dünyadanmı gəlmiş, ağzını açıb oradan od püskürəcək əjdahayla haçansa rastlaşacağımı ağlıma belə sığışdıra bilməzdim. Özü də harada, şəhərin ən mərkəzi, gur yerində: Behbudov prospektinin ortasında – dördtəkər və ikiayaqla hərəkət edən nəsnələrin arasında. Yox, məni qara basmırdı: Qara, qəhvəyi, sarı və yaşılın azacıq parıltı əlavə edilmiş çalarları ilə rənglənmiş nəhəng və əcaib məxluq. Oydu. Ağzını hələ açmamışdı, təbii ki, odu da hələ püskürməyə başlamamışdı. Şüurumdakı və qarşımdakı obrazların fərqini yox etməkçün qeyri-ixtiyari onun yapışqan kimi olan boynuna dırmaşıb (bu cəsarət mənə haradan gəldi, anlaya bilmirəm) əllərimi soxaraq bir-birinə kip pərçim olunmuş dodaqlarını araladım, sonra bir-birinə keçmiş qarmaq dişlərini bir-birindən dartıb qopardım. Ağzı tam olaraq açıldı, amma od görünmədi.
Odu özüm axtarıb tapası oldum. Alışqanımın çaxmağını ha çəkdim, yanmadıqda trotuar boyunca yığılmış zir-zibildən təpə düzəldib onu odlayan donqarbel dalandarın köməyinə sığındım, atəşindən oğurlayıb əjdahanın ağzına dürtdüm. Atəş alovlanmadı, yalnız qığılcım kimi arabir parladı.
Belə olduqda Əjdahanın boynunu sıxıb bərəlmiş, hədəqəsindən çıxan gözlərinə tuş gəldim. Qan sızmış gözlərinin dərinliyində bir qəzəb, nifrət axtardım, amma axtarışlarım boşa çıxdı. Orada sonsuz laqeydlik vardı, biganəlik və soyuqluq vardı. Daşlaşmış başını yumruqladım, barmaqlarımı cırıq-cırıq eləyən cod sifətini cırmağa cəhd etdim, ancaq vücüdünda ağrı yarada bilmədim.
Qəfildən mənə elə gəldi ki, bu Əjdaha mənə kimisə xatırladır. Hər halda, bu sifəti, xüsusən baxışları görmüşdüm axı.
Zəndlə baxdığımı görəndə o da sulanmış gözlərini qırpa-qırpa mənə zillədi, sanki mən də ona tanış gəldim.
Ani nəfəsdərmədən sonra o, özünü bir qədər də toplayıb, ovurdlarını şişirdib, rəngdən-rəngə düşərək istəyimi yerinə yetirməyə – od püskürməyə başladı. Od topa-topa, lopa-lopa sağa-sola atılır, dəydiyi, yapışdığı hədəfi alışdırırdı.
Bu qorxulu halıyla əjdaha dərhal ətrafdakılarda şok effekti yaratdı. Ətrafdakılar vahimə içərisində, təlaşla çığırışaraq aradan çıxmağa başladılar. Basabaş düşdü, dördtəkərlilər bir-birinə çırpılıb bir-birini əzdi, dördayaqlılar bir-birini itələyib, yıxıb tapdalamağa başladı. Bir anda əzilib-tapdalanmış bu nəsnələrin hamısı əcaib-qəraib hala düşdü.
Uff… Mən neynirəm axı, ilahi!
Bu ki bir anda hər şeyi və hər kəsi məhv edəcək…
Dəhşət içində özümü Əjdahaya tərəf atdım, yuxarı dırmaşıb əllərimlə ağzındakı odu söndürməyə cəhd elədim. Barmaqlarımın ağrısı cızıltı səsi artdıqca ərşə qalxmaqdaydı…
lll
“Ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapmırsan, yeriməyi öyrənirsən. Yaxşı yeriyə bilsən uçmaqla mükafatlandırılır, bacarmasan sürünməklə cəzalandırılırsan. Gah ağ-qara, gah da rəngbərəng dünyanın isti-soyuq, şirin-acı təzadlarını gecəli-gündüzlü həyatının yorğan-döşəyi edib, başını da gözləmə adlı balışa dayayıb sonsuz və fasiləsiz gözləntilərlə yaşamağa başlayırsan. Pisin yaxşı olmasını gözləyərək sonucda pisin lap pis olmamasıyla təsəlli tapırsan…
Yox, doğrudan da, ölməmiş doğulmaq yaxşıdır, yaşamağa macal tapırsan hər halda. Amma doğulmamış ölmək çox dəhşətlidir”, – dedi nimdaş kişi.
Və birdən qıyğacı baxışlarla mənə baxıb soruşdu:
– Sən hansılardansan? Birincilərdən, ikincilərdən?
Bu qırsaqqızın yaxamdan haçan əl çəkəcəyini təxmin edəmmədim. Gözümü döydüm, nə cavab verəcəyimi bilmədim. Özü köməyimə çatdı, dedi, sən də, şübhəsiz, hamı kimi birincilərdənsən.
Bir qədər rişxəndlə: “Dünyanı dəyişəcəyini düşünürsən, hə?” – sualını verib cavab gözləmədən də söylədi: “Havanı, torpağı, suyu zəhərləyənlərdən beyni zəhərləyənlər daha təhlükəlidir”.
Səsi xırıltılı gəlsə də nitqi səlist idi. Dedi, hamınız eyni ölçüdə, eyni biçimdəsiniz. Eyni cür yatır, durur, eyni cür yeyib-içir, eyni cür təbii ehtiyaclarınızı ödəyirsiniz. Eyni cür aldadır, eyni cür xəyanət edirsiniz. Yarınız eyni cür Allaha ibadət eləyir, yarınız eyni cür şeytana xidmət edirsiniz. Doğulmağınız, doqquz ay bətndə işıqlı dünyaya can atmanız da eynidir, ölməyiniz, doqquz dəqiqə Əzrayıla can verməyiniz də. Sevginiz də nifrətiniz qədərdir, xoşbəxtliyiniz də bədbəxtliyiniz ölçüsündədir. Toy-büsatınızla yasınız da eyni boydadır.
Qəfildən sifətini bozardıb soruşdu:
– Axırıncı dəfə nə vaxt yemək yeyib qarnını doydurmusan?
Qeyri-ixtiyari qolumdakı saata baxıb bayaq “Elmlər” metrosunda yediyim lavaşarası dönəri xatırlayaraq “Üç saat öncə”, – söylədim (Hətta orada – kafenin qarşısında titrək əlini irəli uzadaraq dilənən məsum baxışlı gəlinə düz 5 manat verdiyimi də dilə gətirmək istədim, amma cəld də fikrimdən daşındım).
Məndən əsla qopmayacağına bu dəfə tam əmin olub dar küçədə hərəkəti məhdudlaşdırılmış nəqliyyat kimi lap sıxıldım.
– Bəs, axırıncı dəfə nə vaxt ürəyini, qəlbini qidalandırmısan? – sualı ilə məni itələyib dar dalana dirədi. Məhdudlaşmış hərəkətim büsbütün dayandırıldı.
Şablon cavab verib də pafosla bu cavaba nə qədər rəng qatsam belə nimdaş kişini razı sala bilməyəcəyimi anlayıb, sadəcə, susdum.
lll
Qara qu quşunun rəqsi sanki ağ qu quşlarını əfsunlamışdı, hamısı gözləri irilənmiş halda onun plastika və mimika mükəmməlliyinin sehrində donub qalmışdılar.
Əllər gah qanadlara dönür, çırpınırdı, gah da nazikləşib lələklərə çevrilirdi.
Libasının qara rəngindən qara çalarlar şəfəq kimi yayılaraq daş-divara dönmüş hərəkətsiz ağ libasların ağlığına hopmaqdaydı.
Naziksaqqal əllərini bir-birinə çırpıb həyəcanla qışqırdı:
– Tanrım! Bu nə gözəllikdir belə! Korifey, cəld kulis arxasına!!! Sənə baxa bilmirəm! Kardebalet, təntənə yaradırsınız, şənlik yaradırsınız, cəld! Möhtəşəm bir şənlik!
Qara qu quşu səhnəyə pərçim olan və heç cür getmək istəməyən ayaqlarını zorla hərəkətə gətirib yavaş-yavaş səhnənin dərinliklərinə yan aldı.
Ağ qu quşları yenidən iki sırada qıy vura-vura süzməyə başladılar.
Naziksaqqal elə hey qışqırırdı:
– Pas de chat!
– Pas de ciseaux!
– Pas de poisson!
lll
Əjdahanın ağzı od püskürməkdəydi. Yanan əllərimlə odu söndürmək cəhdlərim əbəs idi.
Bir anda onun gözlərindən də şimşək çaxıb dəqiq zərbələrlə od lavasını bu dəfə xeyli aralıdakı ünvanlara səpələməyə başladı. Ətrafdakı binalar, ağaclar, maşınlar, adamlar da odlandılar, cızıltıyla yanmağa başladılar.
“Uff… Aman Allah, mən neynədim axı!”, – deyib özümü lənətləyə-lənətləyə get-gedə böyüyən od kütləsini yalın əllə söndürmək acizliyinə qapılmaqdaydım…
lll
Qəfildən içərini yanıq iyi bürüdü. Tamaşa zalı tüstüyə qərq olmağa başladı.
Qızlar çaşqınlıq içində məşqi dayandırdılar.
Naziksaqqal gözünü tüstülənən və get-gedə alova bürünən zala zilləyib qışqırdı:
– Yanğın, yanğın! Personal! Biz yanırıq!!!
lll
“Göz gördüyünü beyinə, bir də ürəyə ötürməlidir. Gözdən beyinə və ürəyə doğru uzanan siqnal eskalatoru ikiistiqamətlidir. Amma nədənsə illər ötdükcə göz yalnız bir istiqamətə məlumat ötürür: beyinə! Nəticədə ürək məlumatsızlıqdan get-gedə korşalır, daşlaşır”, – söylədi həmin kişi.
Dedi ki, diqqət etsən, daşlaşmış insanı daş binalardan, dəmirləşmiş insanı maşınlardan, taxtalaşmış insanı ağaclardan seçə bilməyəcəksən.
Və onu da əlavə etdi ki, ət effektli yanmır, taxtasa dəmir və daş qarışığını atəşfəşanlığa bənzər bir şey yarada-yarada gözoxşayan tərzdə yandırır.
Və qəhqəhə çəkərək əks-səda verən səslə bəyan etdi ki, hər birinizin günah sayınız sizi yandıracaq alovu gurlaşdıran nöyüt ümmanıdır…
lll
Dostum N.-i dalbadal yığmaqdaydım, telefonunu götürmürdü ki götürmürdü.
Nəhayət, səsi gəldi. Xışıltının içindən qırıq-qırıq eşidilən sözlərindən bədənimdə qanım dondu.
– Təsəvvür eləyirsən… Parisdə – Mülen Rujda əjdaha peyda olub…
lll
Səs-küy, qışqırtı, ah-of sədaları ərşə qalxmışdı. Tüstüdən səmanın üzərində qatı bir təbəqə yaranmışdı. Qara qarğaların böyük bir dəstəsi özünü həmin o təbəqəyə vurur, sonra geri çəkilib yenidən həmlə edirdi. Hər həmlədə də qarğalar tüstü təbəqəsini acgözlüklə dimdikləyirdilər.
Qaçanlar ağına-bozuna baxmırdılar, qadınlar, uşaqlar, qocalar belə taptanırdı.
Tərpənməyən, yerində donub qalan tək bir qaraltı diqqətimi cəlb etdi. Bayaq dönər yediyim kafenin qarşısında gördüyüm qadın idi. Əlini açıb sədəqə dilədiyi vəziyyətdəydi…
lll
Balerinalar acışan gözlərini ovuşdura-ovuşdura, öskürə-oskürə birtəhər özlərini zaldan foyeyə, oradan da çölə ata bildilər.
Naziksaqqal kişi onları itələyib özünə yol açaraq zalı ən birinci tərk etmişdi.
Qara qiyafəli qız isə sövq-təbii kreslolardan məhz hansının yanğına səbəb olması fərqinə vararkən tül paltarını alov dilimlərinə tuş gətirmiş, dərhal da alışmışdı.
Yanğını törədən 13-cü cərgənin 13-cü yerindəki kreslo qara qu quşunu ovlamasını alov dilimlərini daha yüksəyə ucaltmaqla qeyd edirdi…
lll
… Qəfildən od püskürməkdə olan Əjdahanın olduqca tanış gözlərinin ifadəsinin haradan mənə tanış gəldiyini xatırladım. Bu baxışlar yamyastıydı. Upuzun sifətini yana tərəf əyməkdəydi.
Sentyabr sarısında havalanan bir yarpaq misalı yerini-yurdunu qəribsəyir şair ömrü. Və bu ömürdən keçənlər yadımıza nağıllardakı “ən yüyrək nədir?” sualını salır. “Şəkinin payızı gözəl olur…”-demişdi şair Hədiyyə Şəfaqət. İl boyu mamırı əksilməyən divarlara düşən gün işığı sarı olmur Şəki payızında; rəngsiz olur. Amma… O mamırlı divarların hamısı adamı yaşadığı “indi”nin əlindən çəkib alır, illərin, əsrlərin başı üstündən yelləyir, yelləyir, bir hovurda uşaqlıqda oxuduğu hansısa kitabın ucu qatlanmış, saralmış, kövrəlmiş vərəqlərinin arasına atır… 2021-ci ilin payızında Bəxtiyar Vahabzadənin əlyazmalarının arasında tapmışdım özümü. Bu dəfə isə Mirzə Fətəli Axundzadənin qələmdanına baxmağa tələsdim. Uşaqkən elə bilirdim ki, Axundzadəni tanımayan adam yoxdur. Böyüdükcə, cild-cild kitablarla daha çox dərdləşdikcə təəssüflə bir şeyin dərkinə vardım: Axundzadə irsi, şəxsiyyəti hələ də tam olaraq araşdırılmamış qalıb. “Araşdırmaq kimin borcudur?” sualını dəfələrlə öz-özümə vermişəm, amma bir dəfə də olsun cəsarətlə, ucadan: “Mənim!”-deyə bilməmişəm….Və bəlkə də, heç vaxt deyə bilməyəcəyəm. “Çünki” ilə başlayan cümlələri “n” qədər quraram, imkanlarımı, imkansızlıqlarımı ömür tərəzisində təkrar-təkrar çəkə bilərəm, sonda yenə əliboş qalacağıma olan əminliyimə yeniləcəyəm. …Böyük mütəfəkkirin Şəkidə yerləşən ev muzeyinin həyətindəki büstünə baxa-baxa bu pessimist düşüncələrə qapılıram. – Xoş gəlmisiniz! Səsə geri çevrilirəm. Yenə həmin xanımdı-muzeyə ilk dəfə gələndə məni qarşılayan, bu muzeyi mənə sevdirən, Axundzadəyə olan ehtiramı gözlərindən oxunan baş fond mühafizi Sevda Rəhimova. – Xoş gördük! Yenə güzgüyə baxmağa gəlmişəm. – İstəyirsiniz, birinci ekspozisiya zalına baş çəkin. – Aha… Tələskənliyim üçün utanıram. Ürəyimdə isə Sevda xanımın muzeyin mistik ab-havasını pozmamaq üçün gələn qonaqların ziyarətini nizamlamasını təqdir edirəm. İçəri keçirik. Gözlərimi qapıdan sola-ədibin yazı masasına çevirirəm. Baxışlarım qələmdana kilidlənir. Ramiz Həsənoğlunun rejissorluğu ilə çəkilmiş “Sübhün səfiri” (2012) filmi düşür yadıma. Axundzadənin öz əsərlərinin obrazlarını necə tanımasını, indi oxuyanda bizi gülümsədən hadisələrə şahid olduqca içində göynəyə dönən qocaman təəssüfünü xatırlayıram. – Buyurun, əyləşin, – deyir Sevda xanım. Çəkinğənliklə baxıram və yazı masasının yanındakı stulda otururam. “Görəsən, bu stulda – ədibin sağ tərəfində qızı Nisə xanım əyləşirmiş, yoxsa oğlu Rəşid bəy?” – deyə bir sual keçir ağlımdan. Amma Sevda xanıma başqa sual verirəm: – Muzey nə vaxtdan fəaliyyət göstərir? –1940-cı ildən. Azərbaycanda ilk ev muzeyidir. – Görəsən, təşəbbüskarı kim olub? –Təşəbbüskarının kim olmağı barədə heç bir məlumat verə bilməyəcəyəm, təəssüf ki. Mirzə Fətəli Axundzadənin anadan olduğu ev 1800-cü ildə tikilib. Şərq üslubunda olan ev tikildiyi dövrdə necəydisə, elə də qalıb. Sonradan evə heç bir əlavə edilməyib. Bu ekspozisiya zalı isə 2012-ci ildə-ədibin 200 illik yubileyi ərəfəsində tikilərək istifadəyə verilib. – Bu yazı masası Tiflisdən gəlib? –Yox, bu evdə olub. 1940-cı ilədək qohum-əqrəba tərəfindən qorunub. Sonra ev muzey kimi fəaliyyətə başlayıb. İndi burda da (ekspozisiya zalını nəzərdə tutur), evdə də olan əşyaların çoxu elə evin öz əşyalarıdır. Qohumlar qoruyub saxlayıblar. – Sədaqətli qohumlar imiş. – O vaxt insanlar indiki kimi deyildi. Maddiyyat güdmürdülər. Evin muzey olmasında da, əşyaların olduğu kimi təhvil verilməsində də əsas məqsəd dahinin gələcək nəsillər tərəfindən tanınması olub. Məsələn, sizin sevdiyiniz bu qələmdan, bu mürəkkəbqabı… Təsəvvür edəndə ki Mirzə məhz bu masada, bu qələm-mürəkkəblə yazıb öz maarifçi fikirlərini, adamda qəribə hisslər oyanır. Həm fəxr edirsən, həm də bu əşyaları qorumağa, gəcələk nəsillərə tanıtdırmağa borclu olduğunu dərk edirsən. – Sonradan əlavə edilən eksponatlar varmı? – Təbii ki… 600-ə yaxın eksponat var muzeydə. Bir qismi burda sərgilənir, bir qismi evdədi. Fond otağında olanları da var. Vaxtaşırı eksponatları dəyişirik ki, tez-tez gələn ziyarətçilər hər dəfə fərqli şeylər görə bilsin. Ekpsonatlar sırasında eləsi var ki, sonradan bizə hədiyyə olunub. – Axundzadənin istifadə etdiyi əşyalardandır o hədiyyələr? – Yox. Amma onun doğulduğu, böyüdüyü dövrə aid əşyalardı. Məsələn, tutaq ki, mən gedirəm anamgilə, orda qədimi bir güzgü görürəm. Hansı ki, müasir dövrdə onlar “köhnəlmiş” sayılır. Mənimçünsə həmin əşya tarixin bir parçasıdır. Tez götürüb gətirirəm, eksponatlar siyahısına əlavə edirəm. Eləcə də muzeyimizin direktoru Ulduz xanım, digər işçilər… Bəlkə də, bizim muzey işçisi olmağımız tarixi məna kəsb edən əşyalara fərqli yanaşmağımıza səbəb olur. Amma əminliklə deyə bilərəm ki, hədiyyə olunan, sonradan əlavə edilən eksponatların sayı çox deyil. – Ədibin öz kitabxanasından olan kitablardan varmı burda? – Yox… Onun mütaliə siyahısını bilmək mənə də maraqlı olardı. Sevda xanımın çöhrəsinə kədərli bir təbəssüm çökür. Yenə yadıma düşür Axundzadə irsinin dərininə enə bilən qəvvasların, demək olar ki, yox dərəcəsində olması… Təəssüfümüz də, kədərimiz də, içimizdə özümüzü günahlandırmağımız da eyni ölçüdədir Sevda xanımla… – Sonradan özünün nəşr olunan kitablarından gətirilib bir az. Kitabxanasından heç nə yoxdur. Əlyazmaları da yoxdur, sadəcə, yazılarının bəzilərinin fotosurəti var. – Hamısı Tiflisdədir? – Heç orda olmamışam. Amma bilirəm ki, ordakı eksponatların sayı burdakından azdır. Burda evin özü də eksponatdır. – Tiflisdəki eksponatlarla burdakıları, belə deyək, dəyiş-düyüş edə bilərsiniz? Ki, oraya getməyə imkanı olmayanlar ədibin əşyaları ilə tanış olmaq imkanı tapsın. Eləcə də ordakılar burda olanları görə bilsinlər. – Bu, maraqlı təklifdi, amma mümkün olub-olmayacağı zamana bağlıdır. Mən özüm Əlyazmalar İnstitutunda ezamiyyətdə olmuşam. Yeni, muzeyə əlavə olunası, daha doğrusu, bizdə olmayan heç nə tapmamışam. – Kaş muzeyin təşəbbüskarı haqqında da azacıq məlumat əldə edə bilək… – Kaş… Düşünürəm ki, bir Axundzadəsevər olub, yəqin. Bəlkə də, qohum-əqrəbadan kimsə olub. Evin sovet dönəmindən qorunmasının özü böyük işdi. Əslində, bura ilk ekspozisiya zalı deyil. İlk zal sovet vaxtı tikilib. Çox primitiv formada idi. Yayda isti, qışda soyuq olurdu. Üstü dəmirdən, yan divarları şüşədən idi. İşçilər üçün ayrıca otaq yox idi. Bir Axundzadəsevər insan var: Səbuhi müəllim. Bir gün muzeyə baş çəkməyə gəlmişdi, zalın get-gedə daha da bərbad hala düşdüyünü gördü. Lazımi yerlərə müraciətlər ünvanladı, diqqət çəkdi. Beləcə, 2012-ci ildə prezidentin sərəncamı ilə bu yeni zal tikildi. Əslində, ilkin fikirlərdə eksponat sayılan evin də ekspozisiya zalının içində olması nəzərdə tutulurdu. Beləcə, ev yağışdan qorunmalıydı. Amma o fikir elə fikir olaraq da qaldı. Yenə şükür, indi işçilər üçün ayrıca otaq da var. Hərçənd, bəzi ziyarətçilər müasir zalın qədimi ab-havaya malik evə yaraşmadığını dilə gətirirlər. Amma zal necə olmalıdır bəs? Bu qədər eksponat o balaca evə sığmır axı. Burda elə rəsmlər, elə əşyalar var ki, evin zirzəmisindən çıxarmışıq, təmizləmişik, gətirib zala qoymuşuq. – Axund Hacı Ələsgərin evi harda olub, görəsən? – Dəqiq deyə bilmərəm. Amma əvvəllər burda-məhlənin bir az aşağısında köhnə ev vardı. Ehtimala görə, Axund Hacı Ələsgərin evi olub. Axundzadənin uzaq qohumu olan Zemfira xanım deyirdi ki, ora mənim nənəmgilin evi olub. – Necə qohumluğu çatır Zemfira xanımın ədibə? – Desəm ki, bunu da dəqiq deyə bilməyəcəyəm, yəqin, məni günahlandırmazsınız. Bilirsiniz, bəzən insan nələrisə özü danışır və sən anlayırsan ki, o, səndən heç bir sual gözləmir. Ona görə də Zemfira xanımın öz danışdıqları ilə kifayətlənirəm. Amma hər halda burdakı evin Axund Hacı Ələsgərə məxsus olması ehtimal edilirsə və Zemfira xanımın nənəsi bu evin sakini olubsa, qohumluğa şübhə etmək olmaz. Hətta bir söz deyim, “Sübhün səfiri” filmində həmin evin bir divarı kadra düşüb. Üstəlik, həmin evin sökülməsi üçün məhz Zemfira xanımdan rəsmi icazə alınıb. – Zemfira xanım Şəkidə yaşayır? – Yox, Bakıda yaşayır. Çox nəcib, nəzakətli və ziyalı xanımdır. Hər il gəlir muzeyə. Bir dəfə bir söz dedi, heç unuda bilmirəm. Dedi: “Hansı il mən muzeyə gəlmədimsə, bilin ki, artıq bu dünyada yoxam…” Biz onun yolunu hər il səbirsizliklə gözləyirik. – Tanrı ömür versin! Soyuna-kökünə vəfalı olmaq da bir xüsusilikdir… – Hə… İkimizin də baxışları yol çəkir… İkimiz də dünənimizə olan vəfa borcumuzu xatırlayırıq, vəfalı olub-olmamağımız barədə özümüzü sorğu-sual edirik… Və yenə cavabsızdır suallarımız… – Axundzadənin nəslinin davamçıları da belə vəfalı olaydı kaş… – İnsanın daim günahkarı kənarda axtarması instinktinə yenilməyim üçün mənə lazım olan cəmi bir neçə an imiş… – Gəlin. – Sevda xanım ayağa qalxıb qarşıdakı divara yaxınlaşır. Tələsik özümü onun yanına çatdırıram. – Baxın, bu şəkildəki ədibin qızı Nisə xanımın nəticəsidir. Adı Pərirux Parsinecatdır. 1982-ci ildə ədibin 170 illiyi keçiriləndə Pərirux xanım öz həyat yoldaşıyla gəlibmiş. Baxın, şəkil də evin qarşısında çəkilib. – İndi harda yaşayır Pərirux xanım? – O vaxt Yaponiyada, Tokioda yaşayırmış. Əri universitetdə professor imiş. Həmin vaxt, yəni 1982-ci ildə Pərirux xanımın Parsi adında 11 yaşlı oğlu varmış. Hazırda həmin oğlan hardadır, nə işlə məşğuldur, bilmirik. Bu yaxınlarda diplomat, alim, tarix elmləri doktoru Həsən Həsənov növbəti dəfə muzeyin qonağı oldu. Şəkli görən kimi dedi: “Bu xanımı o vaxt mən axtarıb tapmışdım, Yaponiyadan dəvət etmişdim”. Sonradan əlaqələr itib… Heç kimi də qınamaq olmur; hamının öz həyat qayğıları, öz ömür naxışları var. – Nəvələr, nəticələr də sürətlə yadlaşır… – Bəlkə də, həyat bunu məcbur edir… – Sizin üçün muzeyin ən dəyərli eksponatı hansıdır? – Söhbətin yönünü dəyişməyə borclu hiss edirəm özümü… – Əl ağacı! – Sevda xanım birnəfəsə deyir və əl ağacının qoyulduğu stendə yönəlir: – Baxın, burdadı. O dövrdə əl ağacı, bir növ, xarakter simvolu idi. Məhz buna görə də o dahi insanın əli dəyən əşyaların içində mənə ən dəyərli gələn əl ağacıdır. – Mənimçünsə… – Nanə xanımın güzgüsü! – Sevda xanım gülümsəyir: – Mənim siyahımda o güzgü əl ağacından sonra gəlir. – Bəs gələn ziyarətçilərin ən çox diqqətini çəkən hansı eksponatlardır? – Qılınc, əl ağacı, kəmər, qələmdan, qrammofon… O qədər adam təəssüflə başını bulayıb ki: “Kaş biləydik ədib bu qrammofonda nəyə qulaq asıb”. Heyif ki, işləmir qrammofon. Təmir edən usta yoxdur deyə, təmir etdirə bilmirik. – Bu daş kitabları kim hazırlayıb? – Əlimlə qarşıdakı masaya işarə edirəm. – Heykəltəraş Məzahir Əliyev. Ədibin daşa həkk olunmuş portretini isə bizə şəkili həkkak İsmayıl Paşayevin nəvəsi hədiyyə edib. Bu örtük də əl işidi, ailəyə aiddir. – O vaxt necə də səbirli olub insanlar. Saatlarla bir masa örtüyünün üstündə işləyiblər. Bəlkə də, günlərlə… – Yenə günahı ataq həyatın boynuna. İndi bizim işimizin yarısını texnologiya görür, bir başqa texnologiya isə vaxtımızı alır. – Bunu deyib Sevda xanım təəssüflə başını bulayır. Bu dəfə gülümsəmə sırası məndədir. Və düşünürəm: “Gülümsəmələr də insanın öz duyğularının üstünə örtdüyü örtük deyilmi?!” – Bura ədibin əlifba layihəsinə həsr olunmuş guşədi. – Sevda xanım əli ilə divardakı çərçivəli fotosurətləri göstərir: Axundzadə əlifbanı sadələşdirmək üçün 3 layihə hazırlayır. Xatirələrində yazır: “Əlifbada bir nöqtə sözü “olum” və “ölüm” kimi dəyişə bilir”. Elə ona görə də ədib istəyib ki, həmin nöqtələr atılsın, əlifba sadələşsin, sadə insanlar da oxuyub anlaya bilsin. 1863-cü ildə ədib Türkiyəyə gedir və əlifba layihəsi orda müzakirə olunur. Layihəsi qəbul olunmur. Bu yağlı boya ilə çəkilmiş rəsm məhz həmin hadisəni əks etdirir. Burdakı yağlı boya ilə çəkilmiş rəsmlərin müəllifi Tofiq Kərimovdur. Ədibin rəsmini isə Əməkdar rəssam Teymur Rzayev 2012-ci ildə muzeyə hədiyyə edib. Xalça-portreti 1982-ci ildə peşə məktəbinin tələbələri toxuyub. – Miniatür kitabı da var ədibin? – Stenddə marağımı çəkən kitabı ovcumun içinə alıram. – Ən sevdiyim kitabıdır! “Puşkinin ölümünə Şərq poeması”dır. – Evə keçək? – Güzgünü görməyə tələsirsiniz? – Sevda xanım mehribanlıqla deyir və əliylə ekspozisiya zalının çıxış qapısını göstərir. Sevincək çıxıram qapıdan, düşürəm pillələri, yüyürürəm və… Və dayanıram böyüklüyünü anlatmaq üçün söz tapmadığım ədibin doğulduğu evin önündə. – Bu evi Axundzadənin öz atası Məhəmmədtağı tikdirib. O, Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində kəndxuda olub. Bir gün orda kəndli iğtişaşı baş verir, kəndxuda kənddən uzaqlaşmağa məcbur olur, ticarət məqsədilə Şəkiyə gəlir. Həmin dövrdə karvansara ticarət mərkəzi idi. O vaxt gediş-gəliş indiki kimi asan deyildi. Məhəmmədtağı burda qalmağa məcbur olur. Burda məhlə alır, 1800-cü ildə bu evi tikdirir. Sonra da Axund Hacı Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir. Mirzə Fətəli 1812-ci ildə məhz bu evdə dünyaya göz açıb. Sonra Məhəmmədtağı Nanə xanımla oğlunu götürüb Xamnəyə qayıdır. Amma Nanə xanım ərinin birinci arvadıyla yola gedə bilmir. Məcbur olur, oğlunu da götürüb Şəkiyə qayıdır. Burda da dövrün ziyalılarından sayılan Axund Hacı Ələsgər onlara himayədarlıq edir. Bundan sonra ədibin ömrünə Mirzə Şəfi Vazeh daxil olur. Ona xəttatlıq öyrədən gəncəli ziyalının Mirzə Fətəlinin həyatında böyük rolu olub. – O məşhur sual-cavab… – Hə… 1834-cü ildən sonra həyatı Tiflislə bağlıdır ədibin. – Bəxtiyar Vahabzadənin ev muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə söhbətimizdə belə bir söz demişdi: “Bəxtiyar Vahabzadə Şəkidə qalsaydı, Bəxtiyar Vahabzadə olmazdı”. Bu fikri Axundzadənin Tiflis yaşamına aid etmək mümkündürmü? – Başqa cür deyərdim: “Balaca Fətəli İranda böyüsəydi, indi dahiliyinə heyran olduğumuz mütəfəkkir, “Tatar Molyeri” olmazdı”. Tiflis isə o vaxt Zaqafqaziyanın mədəni paytaxtı idi. Təbii ki, mühit ədibin şəxsiyyətinə, düşüncələrinə, yaradıcılığına təsir eləmişdi. – Heyif ki, şəcərəsindən tanıdığımız, bildiyimiz kimsə yoxdur. – Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənən Axundzadənin 13 övladı olur. Mənbələrə görə, yalnız ikisi-Nisə xanım və Rəşid bəy sağ qalır. – Bir yerdə oxumuşdum ki, iki qızı sağ qalır: Seyrəbəyim və Nisə xanım. Amma məlumatı doğruluğuna əmin olmaq üçün əlimizdə heç bir istinad nöqtəsi yoxdur. – Ümidim böyükdür. Çox qısa vaxtda Axundzadə irsindəki kölgəli məqamlar da gün işığına çıxar, ədəbiyyat tariximizin görkəmli nümayəndəsi, dramaturgiyamızın banisi olan bu dahi insan haqqında daha ətraflı məlumat ala bilərik. Hətta doğum günü belə qarışıqdır dahinin. Məsələn, internetdə, bəzi mənbələrdə 12 iyul kimi qeyd olunur. Bizsə hər il iyunun 30-da qeyd edirik. Hansı tarix dəqiqdi? Hansı mənbəyə istinadən dəqiqləşdirə bilərik? Bilinmir… – Faciəmiz ondadır ki, bizdə araşdırmaçılar da bir-birindən xəbərsiz araşdırır. Tapdıqları mənbələri qarşılaşdırmırlar. Evə daxil oluruq. Divar dibindəki nimdərlərə, döşəkçələrə, rəflərdəki mis, çini qablara göz gəzdirirəm. Nanə xanımın güzgüsünə baxıram… Üçüncü dəfədir ki, bu güzgünün önündə dayanıram. Amma özümü bu güzgüdə gördüyüm yadıma gəlmir. İndi özümü görmək ümidiylə başımı daha da irəli əyirəm. Yenə mən yoxam o güzgüdə… Dəmir barmaqlıqlı pəncərənin önündə oturmuş, qarşısına sevdiyim qələmdanı qoymuş kiçik Fətəlini görürəm. – Sevda xanım, bilirsiniz, nəyi bilmək istəyirəm? Yaradıcılıq, xüsusən də şeir elə bir şeydir ki, o, insanın ruhunda var. Necə ola bilər ki, Fətəli burda – bu evdə, bu pəncərədən təbiəti seyr edə-edə heç nə yazmasın? – Yazmış olar. Mən də həmişə bunu fikirləşirəm. Amma əlimizdə heç nə yoxdur; nə bir parça kağız qalıb o illərdən, nə də dildə-ağızda hansısa şeiri. Bəlkə də, bu, onun şeirinin qəliz dili ilə bağlıdır. Axı el dilinə daha yaxın olan nümunələr el yaddaşında qalır. Axundzadə isə dövrün ədəbi normalarına uyaraq yazıb. Kiçik evdəki böyük səyahətim nə qədər çəkir, bilmirəm. Burda zamansızlıq hökm sürür… Evdən çıxıram, bir az daha kənardan baxıram bu evə; çardağa qalxan torpaq pillələrinə, zirzəmisinin taxta qapısına… Birdən pilləkənin yanındakı suvağın ovulduğunu görürəm. Əyilirəm ki, daha diqqətlə baxam. – Şəki nəmişlik zonadır axı, gur yağışlar vurur evin divarına, suvağı tökülür. – Sevda xanım hayıfslanaraq deyir. Evin başına fırlanıram, zirzəmisinə baş çəkməyi də unutmuram. Nə axtarıram burda? Bilmirəm ki… Darvazaya çatanda Sevda xanım deyir: – Əvvəl burda Şəki memarlığına uyğun tağlı darvaza da olub. Sonra sökülüb. Yolun başındakı “Səbuhi” bulağında isə rəqəm qarışıqlığı var. Bir tərəfində 1812-ədibin doğum ili yazılıb, digər tərəfində isə bulağın tikilmə tarixi-1982. Bu rəqəmlərin Axundzadənin doğum və ölüm tarixi olduğunu düşünənlər də tapılıb. – Yəni Axundzadə haqqında məlumatsız olan azərbaycanlı var? – Heyif ki, var… Ölkənin başqa bölgələrindən danışmıram, elə Şəkinin özündə də bu muzeyi tanımayanlar var. Elə olur ki, gələn qonaqlar muzeyi çox çətin tapdıqlarını deyirlər. Halbuki Xan sarayına ən yaxın ev muzeyi buradır. Di gəl, tanıyan, səmtini bilən azdır. Bir tərəfdən düşünürsən ki, hamının öz qayğısı var. Digər tərəfdən isə, qınamaya bilmirəm ki, bir xalqın həyatında dönüş nöqtəsi yaratmış mütəfəkkir yaddan çıxır. Axı indinin məktəblisi, gənci Axundzadəni tanımasa, gəlib onun doğulduğu evi görməsə, gələcəkdə öz övladına bu dahini necə anladacaq? Ancaq internetdəki natamam məlumatlarla? Sualına cavab verə bilmirəm Sevda xanımın. Mən də o natamam məlumatlardan daha artıq nəsə bilmirəm axı… Günahkarcasına boynumu bükür və sağollaşıram. Dramaturgiyamızın, ədəbi tənqidimizin banisi olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər”in siyahısına daxil edilən Mirzə Fətəli Axundzadə haqqında oxuduğum pərakəndə məlumatlardan biri də budur: “Qafqaz canişininin yanındakı nüfuzundan istifadə edərək çar hakimləri tərəfindən sürgün edilmiş Q.Zakirin və övladlarının həbsdən, sürgündən azad olunmasına nail olmuşdur. O həmçinin Qarabağın son hakimi Mehdiqulu xanın arvadının və qızı Natəvanın irslə bağlı hüquqlarını müdafiə etmişdir. Eləcə də Gəncə xanlığının hakimi Cavad xan Ziyadxan oğlunun çar qoşunları ilə döyüşdə həlak olmasından sonra onun mal-mülkünün bir hissəsinin varislərinə qaytarılmasına nail olmuşdur”. Xan sarayının divarı boyunca üzü Yuxarıbaşa qalxa-qalxa düşünürəm ki, görəsən, nə vaxtsa ev muzeyində ədib haqqında bildiklərimizin istinad nöqtəsi-mükəmməl bir araşdırma mövcud olacaqmı? P.s. “İnternet əsri”nə güvənib sosial şəbəkədə Axundzadənin kötücəsi Parsi Parsinecatın axtarışına çıxdım. Bir sosial hesab tapdım, qısa mesaj yazdım və 2 həftə cavab gözlədim. Cavab gəlmədi… Tapdığım Hafiz Əhmədovun 2019-cu ildə Parsidən aldığı bir müsahibə oldu ki, orda da kötücənin öz ulu babası haqqında dediyi ən ağır çəkili sözlər bunlar idi: “Mirzə Fətəli Axundzadəni insanları “qutunun kənarında” düşünməyə məcbur edən və ənənəviliyə meydan oxumaq istəyən bir insan kimi təsvir edərdim”. Söhbətləşdi: Şəfa Vəli (Şəki, sentyabr 2022)
Dekabrın 10-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində icra edilən “Şagirdlərdə bloqyaratma və bloqlarında hekayəyazma müsabiqələrinin keçirilməsi” layihəsi çərçivəsində AYB-nin üzvü, Prezident təqaüdçüsü, şair-publisist Namiq Hacıheydərli ilə görüş keçirilmişdir.
Onlayn görüşdə yaradıcı şagirdlərlə bir araya gəlməkdən şad olduğunu bildirərərək Namiq Hacıheydərli onların qələm təcrübələrini dinləmiş, bu mövzuda öz fikir və tövsiyələrini çatdırmışdır.
Görüş zamanı şagirdlərin ədəbiyyat və yaradıcılıqla bağlı suallarına cavablandıran şair bu layihənin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Yaradıcılıq prosesinin və ədəbiyyatın özünəməxsus məziyyətlərindən danışan Namiq Hacıheydərli bu istiqamətdə maraqlı fikirlər səsləndirmiş, sonda şagirdlərə öz şeirlərindən oxumuş və görüşdən məmnunluq keçirdiyini bildirərək onlara uğurlu yol arzulamışdır.
Sumqayıt şəhərindəki Əli Kərim adına Poeziya evində Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli şair Baba Vəziroğlunun “Qalanı xatirədir” kitabının təqdimatı və imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, Poeziya evinin rəhbəri İbrahim İlyaslı şairin yaradıcılığı, onun nəsr və şeirlərinin başlıca hərəkətverici qüvvəsi barədə məlumat verib.
Sonra kitabın redaktoru və tədbirin təşkilatçısı, şəhərdəki 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Təranə Hüseynlinin moderatorluğu ilə davam edən tədbir məktəbin müəllim və şagird kollektivinin çıxışı, şairin şeirlərindən ibarət musiqi nömrələri ilə davam edib.
Baba Vəziroğlu çıxışında yaradıcılığına verilən dəyərə görə təşkilatçılara təşəkkürünü bildirib.
Sonda Baba Vəziroğlu iştirakçıların aldıqları “Qalanı xatirədir” kitablarını imzalayıb.
AZƏRTAC xəbər verir ki, jurnal İlham Əzizin özü ilə söhbəti və “Priçuda” hekayəsi ilə açılır.
“Şeir saatı”nda Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov Natilin və Təranə Dəmirin şeirləri yer alıb. Şəfa Vəli “Dramaturgiyamızın banisi” sərlövhəli müsahibəsində böyük ədib M.F.Axundzadənin Şəkidəki ev-muzeyinin əməkdaşı Sevda Rəhimova ilə həmsöhbət olub. Vaqif Yusiflinin “Əlli beş yaşlı “Ulduz”umuz” sərlövhəli yazısında jurnalın tarixinə nəzər yetirilir, dərginin 55 illik yubileyinə həsr edilmiş sentyabr-oktyabr nömrəsində yer alan nostalji yazıların təhlili aparılır.
“Ulduz” jurnalı və Türkiyənin “Genc yürekler” ədəbiyyat dərgisinin ortaq layihə-rubrikasında Yusif Alper Oyarın “Ağ kölgə” hekayəsi, eləcə də Muhterem Şahinin “Gəncliyə müraciət”, Edip Aykut Çiçəklinin “Mübarək əbədiyyət” esseləri təqdim olunub.
Ay Bəniz Əliyarın “Qayıdan torpaqlar, qayıtmayan oğullar” poeması Vətən Müharibəsi Qəhrəmanı, şəhid Xəyal Həsənova ithaf edilib.
“Tərcümə saatı”nda Afaq Şıxlının tərcüməsində vyetnamlı şair və nasir May Van Fanın şeirlərinə, Məlahət Qənbərovanın tərcüməsində isə Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin “Mənim qızıl balığım” hekayələrinə yer verilib. Gənc alim və şair Tural Adışirinin “Dörd gərək, dörd dörd gərək, bir dörd gərək” yazısı özündə sufi, hürufi təliminin say və hərf simvolikasını ehtiva edir.
“Nəsr” rubrikasının əsasını Aygün Yaşarın “Yurdçu”, Zaur Ərmuğanın “Simic” hekayələri təşkil edir. Qərib Mehdi “İşıq”dan işığa” daxili monoloqunda “Ulduz” jurnalı ilə bağlı xatirələrini bölüşür, dərginin 55 illik yubileyi münasibətilə təbriklərini ünvanlayır.
“Debüt”də Seyfəddin Hüseynlinin təqdimatında gənc şairə Əfsanə Rəhimlinin şeirləri dərc edilib. Filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin “Anarın hekayə sənəti” yazısında – adından da göründüyü kimi Xalq yazıçısı Anarın hekayələri təhlil edilir. Yazıçı, jurnalist Maya İmranın “Şəhid eşqi” reportaj-hekayəsində 2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş Səbuhi Əhmədovun dəfn mərasimində yaşananlar qələmə alınıb.
Oxucular filologiya elmləri doktoru Cəlal Məmmədovun təqdim etdiyi “Qısa fikirlər xəzinəsi” rubrikasında Ceyms Coysun, Tomas Eliotun, Oldos Hakslinin, Elias Kanettinin, Jan Bodriyarın, Xorxe Luis Borxesin, Çarlz Bukovskinin və Tomas Cefersonun müdrik fikirləriylə tanış olmaq imkanı əldə edəcəklər.
Nəhayət, “Dərgidə kitab”da şair Faiq Hüseynbəylinin şeirləri, “Sərgi”də isə rəssam Nərmin Quluzadənin rəsmləri yer alıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bu sözü tək sənə deyirəm, dinlə Çünki çətin anda oldun mənimlə, Bu canım səninlə, ruhum səninlə, Bir gün olmayacam… Ölsəm bağışla… * Soyuq bir üşütmə gəlibdir, yenə Mən harda axtarım, de, qaçım sənə, Hər zaman BİR DƏNƏM deyərdin mənə Bir gün olmayacam… Ölsəm bağışla… * O gülən gözlərin bir gün dolarsa, Uzanan əllərin bomboş qalarsa, İzlərin hər yanda məni axtarsa, Bir gün olmayacam…Ölsəm bağışla… * HƏR ANIN BİR HÖKMÜ VARDIR deyirlər, O ana hökm olub nə vaxtsa gözlər İndi mənədirsə bütün ümüdlər Bir gün olmayacam…Ölsəm bağışla… * Sən mənə dar gündə çox gərək oldun Sinəmdə çırpınan bir ürək oldun Mən əyilən ağac, sən dirək oldun Bir gün olmayacam… Ölsəm bağışla * Hər şeirim kimi… bu da ərmağan Mən deyim, eşitsin bu bəşər, cahan Sevgidir insana gərək hər zaman Mən göydən baxaram bəyaz buluddan Son anda gələrəm yağan yağışla Bir gün olmayacam… Ölsəm bağışla…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bəsdi daha qəm, ağlama Gülər gözüm, gülər gözüm Yetər artıq, yas saxlama Gülər gözüm, gülər gözüm * Həyatın mənası səndə olubdur, Gülə bənzədib şeh, sənə qonubdur Sən baxan hər tərəf nurla dolubdur Gülər gözüm, gülər gözüm… * İntizar çəkməyə alışmışam mən, Qəmdən közərmişəm, alışmışam mən, Bəlkə ağlamaqçun darıxmışam mən… Gülər gözüm, gülər gözüm. * Çoxdandır gülmürsən, şənlik etmirsən, Elə boylanırsan, elə baxırsan, ŞAD XƏBƏR, DOĞMA KƏS gözləyirsən… Gülər gözüm, gülər gözüm Sənin üçün ağladım mən, Sənin hələ gülər gözün…
Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqının XX qurultayı keçirilib.
Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzülüb.
Muğam Mərkəzində davam edən tədbiri giriş sözü ilə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə memarlığın keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarix-memarlıq abidələri bərpa edilir.
Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısının qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
Mədəniyyət naziri Anar Kərimov çıxışında nazirliyin Memarlar İttifaqı ilə uzun illərdir davam edən səmərəli əməkdaşlığından, tarixi-mədəni abidələrimizin bərpası sahəsində birgə görülən işlərdən danışıb. Bildirib ki, Azərbaycan hələ min illər əvvəldən tarixi abidələrə malik olmuş, bu da xalqımızın nə qədər inkişafda olduğunun göstəricisidir. Bu ənənələr davam edərək müasir dövrə qədər gəlib çatıb.
Nazir, həmçinin diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi olaraq biz daima Memarlar İttifaqı ilə birgə işləyir və dəstək oluruq: “Son bir il ərzində ittifaqla bir neçə layihəmiz reallaşdırılb. Tarix-memarlıq abidələrinin reyestrinin elektonlaşdırılması məqsədilə ittifaqla işçi qrup çərçivəsində sıx əməkdaşlıq etmişik. Bu gün bu proseslər və islahatlar müzakirə edilir. Onlar da bu işə öz töhfələrini verirlər. Bu ilin iyun ayında Memarlar İttifaqı ilə Ağstafada konfrans keçirildi. Regiondakı abidələrə baxış oldu. Bu ənənənin bundan sonra da davam etdirilməsi planlaşdırılır. Belə ki, Vətən müharibəsindəki qələbəmizdən sonra Qarabağımızda quruculuq işləri başlanılıb. Bu quruculuq işlərində memarlarımızın da üzərinə məsuliyyət düşür. Həmin ərazilərdə mədəni abidələrimiz və müəssisələrimizin əksəriyyəti dağıdılıb. Burada üzərimizə düşən vəzifə bu abidələri bərpa edərək yeni nəslə ötürməkdir”.
Daha sonra nazir Memarlar İttifaqının sədri Elbəy Qasımzadəyə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovaya “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən nəşr etdirilən kitabları hədiyyə edib.
Qurultayda, həmçinin memarlıq sənətinin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup memara nazirliyin fəxri fərmanları təqdim edilib.
Qurultay öz işini hesabatların dinlənilməsi ilə davam etdirib.
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov dekabrın 9-da Əməkdar incəsənət xadimi, Fəxri Mədəniyyət işçisi, Xalq artisti, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovla görüşüb.
Sərdar Fərəcovu 65 illik yubileyi münasibətilə təbrik edən nazir onun musiqi sənətinin inkişafındakı xidmətlərini, xüsusilə çoxillik pedaqoji fəaliyyətini vurğulayaraq sənətkara ən xoş arzularını çatdırıb.
Bildirib ki, yubilyar sənətkar Azərbaycan mədəniyyətini, musiqi sənətini respublikada və xaricdə təbliğ edərək bir neçə sərgilərin və konsertlərin təşkilatçısı və iştirakçısı olmuş və özünü fəal, təşəbbüskar və işgüzar rəhbər kimi göstərmişdir. Sərdar Fərəcov müxtəlif illərdə 50-dən çox tamaşaya musiqi bəstələyərək musiqi sənətinin inkişafına töhfələrini vermişdir.
Sonda nazir yubileyi münasibətilə Sərdar Fərəcova möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayıb, sənətkarı Mədəniyyət Nazirliyinin “Şuşa – 270” döş nişanı ilə təltif edib.
Sərdar Fərəcov göstərilən diqqətə görə nazirə öz dərin təşəkkürünü bildirib.
Rusiya Federasiyasının Moskva şəhərində fəaliyyət göstərən Rusiya Milli Musiqi Muzeyində Azərbaycan professional vokal məktəbinin banisi, Xalq artisti, tanınmış ictimai xadim, görkəmli opera müğənnisi Bülbülün 125 illik yubileyinə həsr olunmuş sərgi və onun repertuarından ibarət konsert keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Bülbülün Memorial Muzeyi və Rusiya Milli Musiqi Muzeyində qorunub saxlanılan Bülbülə aid eksponatlardan ibarət sərgi təşkil olunub.
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Bülbül bütün həyatını incəsənətə və öz xalqına həsr edib. Bildirib ki, İtaliyada məşhur “La Skala” Teatrında təcrübə keçəndən sonra Vətənə qayıtmış müğənni Azərbaycan, Avropa və rus vokal məktəblərinin sintezini yaradaraq vokal sənətinə yeni münasibətin əsasını qoyub. O, 1997-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Bülbülün 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamdan, Bülbül adına vokal müsabiqəsinin yaradılmasından bəhs edib. Polad Bülbüloğlu Azərbaycanda Bülbülün ev-muzeyinin tarixi barədə də məlumat verib. O deyib: “1981-ci ildə Bakıda, 1983-cü ildə isə Şuşada Bülbülün muzeyləri açıldı. Lakin təəssüf ki, sonradan təqribən 30 illik fasilə yaranıb. Çox sevindirici haldır ki, Şuşada, Bülbülün doğulduğu evdə yaradılmış muzey indi yenidən ziyarətçilər üçün açıqdır”.
Polad Bülbüloğlu Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə bu tədbirin təşkilinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Tədbirdə çıxış edən Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov Bülbülün həyat və yaradıcılığı haqqında söhbət açaraq sərgidə Bülbülün şəxsi əşyaları, diplomları, mükafatları, konsertlərdə çıxışları və opera tamaşalarının proqramlarının nümayiş etdirildiyini və sərginin eksponatlarının musiqiçinin yaradıcılıq yolunu, onun ictimai fəaliyyətini əks etdirdiyini və sərginin açılmasının iki ölkənin mədəniyyət həyatında önəmli hadisə olduğunu bildirib.
Daha sonra Azərbaycanın əməkdar artistləri Elnarə Məmmədova, Anar Şuşalı, Təyyar Bayramov, Bülbül adına müsabiqənin laureatı Nigar Cəfərova Bülbülün repertuarından əsərlər ifa ediblər. Konsert proqramı “Qarabağ şikəstəsi” ritmik muğamı ilə başa çatıb.
Dekabrın 8-də Bakı Şəhər Baş Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Ulu Öndərin xatirəsinə həsr edilmiş mahnılar və kompozisiyalar, Əməkdar artist Aybəniz Haşımova və “Sənət” akademiyasının üzvlərinin ifasında konsert proqramı təqdim olunub.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin 28-30 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.
“Şuşa İli” çərçivəsində gerçəkləşən layihədə müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı insanlar Şuşada bir araya gəldilər. Üç gün ərzində Şuşa ilə yaxından tanış olan 20-dən artıq bəstəkar, musiqişünas, yazıçı, oymaçı, misgər, fotoqraf və digər sənət sahibləri səfər təəssüratı altında uyğun istiqamətlər üzrə əsərlər, əl işləri yaradıblar.
Dekabrın 8-də Beynəlxalq Muğam Mərkəzində layihənin yekun tədbiri keçirildi.
İlk olaraq qonaqlar mərkəzin foyesində emalatxana iştirakçılarının yaratdıqları bədii yaradıcılıq nümunələri ilə tanış oldular. Burada sənətkarların Şuşadan ilhamlanaraq ərsəyə gətirdiyi əl işləri sərgilənirdi. Nəzər Əliyevin misgərlik, Şəhla Əsgərovanın bədii tikmə, Humay Abdullayevanın keramika, Tofiq Əliyevin oyma, Sevinc Əliyevanın ebru və Orxan Əzimin fotoqrafiya işləri böyük maraqla qarşılandı.
Sonra tədbir mərkəzin zalında davam etdi. Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Əməkdar incəsənət xadimi, musiqişünas, layihənin iştirakçısı Zümrüd Dadaşzadə emalatxananın əhəmiyyətindən söz açdı. Bildirdi ki, layihənin məqsədi tarixi və əzəli torpaqlarımızda otuz ilə yaxın sürən işğal dövründə törədilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında ictimaiyyəti daha geniş məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihəyə qatılan yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə təbliğ etməkdir.
Emalatxana iştirakçılarının ərsəyə gətirdiyi əsərləri yüksək dəyərləndirən Z.Dadaşzadə Türkiyədən olan blogerlərin də dolğun reportajlar etdiyini bildirdi: “Bu gün Şuşa bərpa olunur, şəhər göz önündə dirçəlir. Biz səfərimiz zamanı şəhərin dağıntılarını da, bərpasını da eyni anda izləyirdik və bu həm kədərli, həm də qürurverici idi. Şuşada xüsusi bir gözəllik var. Bülbülün evi təmir edilib, Üzeyir bəyin evi təmir prosesindədir. Biz Şuşanı gəzərkən dahiləri yad edirdik. İnanırıq ki, Şuşa haqqında hələ neçə-neçə əsərlər yaranacaq. Bunlar həm lirik, həm də optimist ruhlu əsərlər olacaq. Layihənin təşkilinə görə Mədəniyyət Nazirliyinə bütün iştirakçılar adından təşəkkür edirəm”.
Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Vüqar Məmmədov çıxışında təqdim olunan əsərləri gördükdən, dinlədikdən sonra hər kəsin muğam-sənət beşiyimiz Şuşaya bir qədər də fərqli gözlə baxacağına əminliyini qeyd etdi: “Çünki bu əsərlər gözəl Şuşa haqqında həzin, isti və fərqli təəssüratlar yaradır. Sənət adamları Şuşaya öz duyğuları və hissləri ilə yanaşıblar. İnanıram ki, layihənin davamı olacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Sonda emalatxana iştirakçılarının Şuşada olarkən lentə aldıqları videoçarx, türk youtuber Kerem Gök tərəfindən hazırlanan videoreportaj nümayiş olundu. Bəstəkarlar Əməkdar İncəsənət xadimi Ceyhun Allahverdiyevin “Vida adajiosu” (solist Özcan Cabbari), Vüqar Məmmədzadənin “Adajio”, Xalq artisti Sərdar Fərəcovun “Elegiya”, Könül Hüseynovanın “Qoruyaq dünyamızı” (sözləri Xalq şairi Vahid Əzizindir) (solistlər Xalq artisti Gülnaz İsmayılova, Atəş Qarayev, Babək Şuşalı) əsərləri Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Fəxrəddin Kərimov) tərəfindən ifa edildi.
Həmçinin Xalq artisti Salman Qəmbərov və ifaçı Firidun Həmidovun caz kompozisiyası da maraqla qarşılandı.
Tədbir gənc şair Rəvan Cavidin “Şuşaya” şeiri (qiraətçi Hüseynağa Aslanov) və xanəndələr Babək Şuşalı, Gülzar Fərəcova, Ariz Hüseynovun ifasında (tarda Zəki Vəliyev, kamançada Əməkdar artist Rauf İslamov, nağarada Cavidan Nəbiyev) “Qarabağ şikəstəsi”nin səslənməsi ilə başa çatdı.
Tədbirdə qonaq qismində incəsənət nümayəndələri, qazi və şəhid ailələri, Şuşa mədəniyyət işçiləri iştirak ediblər.
Озарбайжон ўзининг кўҳна ва қадим тарихи, адабиёти ва маданияти, табиати ва гўзал Хазар (Касбий) денгизи соҳилларида жойлашганлиги билан чирой ва мафтункорлик касб этиб, улуғ ҳазрат Алишер Навоийнинг увайс устози сифатида илк “Хамса” достонини яратган Низомий Ганжавий туғилган Ватан, туркий қадим юрт сифатида ҳамиша кўринмас ришталар билан жилваланиб, ўзига ром этгувчи диёр.2022 йил ноябрь ойида Самарқандда бўлиб ўтган Туркий давлатлар ташкилотига аъзо давлатлар раҳбарларнинг саммитида Ўзбекистон-Озарбайжон алоқалари мустаҳкамлиги ва мақсадлар муштараклиги яна бир бор кўринди. Ва бу муносабатлар адабий жараёнлар ривожига ҳам ўз таъсирини кўрсатади.Яқинда Ўзбекистон ва Қорақалпоғистон Ёзувчилар уюшмаси аъзоси, шоир-журналист Ўлмасбек Хўжаев Озарбайжоннинг Боку шаҳрида ижодий сафарда бўлиб қайтди.У 16 ноябрь куни Боку Давлат университети Кутубхоначилик ва ахборот технологиялари факультетида учрашув ўтказди.17 ноябрь куни А.Карим номидаги Шимғоят ижод уйида учрашув ва мушоирада қатнашди. 2022 йил 18 ноябрь куни Озарбайжон Миллий Фанлар Академияси электрон залида Ўзбекистон ва Қорақалпоғистон Ёзувчилар уюшмаси аъзоси, шоир-журналист Ўлмасбек Хўжаевнинг “Низомий Ганжавий ва Алишер Навоий асарларида коммуникациявийлик хусусиятлар талқини” номли китобининг тақдимоти ўтказилди.Унда Озарбайжон Миллий Фанлар Академияси Низомийшунослик шўбасининг мудири Озарбайжон Миллий Фанлар Академияси мухбир аъзоси Нушоба Оросли, Озарбайжон-Туркманистон-Ўзбекистон адабий алоқалари шўбасининг мудири, филология фанлари доктори, профессор Олмос Улви Биннатова, филология фанлари доктори Яшар Қосимбейли, тарих фанлари доктори, доцент Мубориз Оғаларли, филология фанлари доктори Илҳоми Жафарсўй, филология фанлари доктори Захро Оллобердиева, филология фанлари доктори Таҳмина Бадалова Озарбайжон Миллий Фанлар Академияси Низомий Ганжавий номидаги Адабиёт институти илмий котиби, филология фанлари доктори, доцент Ойгун Бағирли китобнинг аҳамияти ҳақида маъруза қилдилар. Тадбирни Озарбайжон Миллий Фанлар Академияси Президенти Маслаҳатчиси, филология фанлари доктори, профессор Ализода Асқарли олиб борди.Тақдимот якунида Ўлмасбек Хўжаевга Озарбайжон Миллий Фанлар Академияси номидан “Низомий Ганжавий ҳаёти ва ижоди” номли китобни профессор Ализода Асқарли совға қилди. Шунингдек Озарбайжон Миллий Фанлар Академияси Низомийшунослик шўбаси тарафидан Низомий Ганжавийнинг “Хамса”си таркибига кирувчи достон китоблари, ҳамда Сайид Имомиддин Насимийнинг ва Фузулийнинг девонларини совға қилдилар.19-Ноябрь куни Ўлмасбек Хўжаев Ганжа шаҳрига бориб, улуғ мутафаккир-шайх Низомий Ганжавийнинг қабрини ва Имомзода зиёратгоҳини зиёрат қилди. Низомий Ганжавий номидаги музейида бўлди. Ганжа Регионал Маданият Идораси Марказий кутубхонаси йиғилишлар залида ҳам китоб тақдимоти ўтказилди. Тадбирни Ганжа Регионал Маданият Идораси раис маслаҳатчиси Роҳиб Ҳусайинов очди ва олиб борди. Тақдимотда Озарбайжон Ёзувчилар уюшмасининг Ганжа бўлими раҳбари Хазонгул Ҳусайинова, маслаҳатчиси-шоир Аламзар Ализода, шоир Фозил Санон, адиблар Инқилоб Исоқ, Имом Жамилли, Мушфиқ Муҳаррамов, Олмаз Юсуф қизи, Озарбайжон Миллий Фанлар Академияси Ганжа бўлими катта илмий ходими, филология фанлари номзоди Алимухтор Мухторов кутубхона фахрий ишчиси Фарида Қадимовалар китоб ҳақида ва шоир Ўлмасбек Хўжаевнинг Озарбайжонда ўтказилган “Насимий йили” ва “Низомий Ганжавий йили”даги илмий конференцияларда зоом орқали онлайн шаклда қатнашиб фаол бўлганлигини таъкидлашди. Онлайн таниши бўлган ижодкор фарзанди Ўлмасбекни Ганжада Низомий зиёрати ва китоби тақдимоти билан, туғилган кунида дийдор кўришиб турганидан севинч ва ҳаяжонда эканликларини изҳор қилишди.Шу куннинг ўзида Ўзбекистоннинг дўсти ва хайрхоҳ ҳамкори, Миллат вакили Ганира хоним Пашшаева ташаббуси ва таклифи билан Бокунинг Муҳамадий шаҳарчасида доктор Жонпўлат Имоновнинг “Холчали уй”ида учрашув меҳмони бўлди.20 ноябрь якшанба куни Ўлмасбек Хўжаев Бокунинг Ичкаришаҳар меъморий мажмуасини, ва кутубхона, китоб дўконларини кўрди.21 ноябрь куни Евроосиё университети филология факультетида ҳам учрашув ўтказди.Шунингдек, Озарбайжон Ёзувчилар уюшмасида бўлиб, уюшма раиси Анор Ризоев билан учрашди.Хазар денгизи соҳилларида ҳар оқшом сайри ажойиб илҳомлар оғушига чорлаган бўлса, адиб дўстлар таклифи билан боргани шаҳидлар қабристонида “урушнинг номи ўчсин, дунё тинч-омон турсин!” дея тилак-дуолар қилинди.Озарбайжонга ижодий сафари давомида Ўлмасбек Хўжаев Озарбайжон Миллий Фанлар Академияси Президенти Исо Ҳабиббейли имзолаган Сертификат, “А.Карим номидаги Шимғоят ижод уйининг “Фахрий меҳмон Дипломи”, “Евроосиё университети Ташаккурномаси”, “Дада Ал-аскар Маркази” ижтимоий бирлашмасининг “Фахрий Дипломи” билан тақдирлан.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Yurdumun hər daşı, qayası əziz Doğma diyarımdı, doğma elimdi Yolunda can verib, can alsaq da biz, HAQQI ÖDƏNİLMƏZ, bu bir deyimdi
Uğrunda oğullar ŞƏHİD oldular, Neçə körpə bala atasız qaldı Analar balasız , gəlinlər başsız, Neçə min ailələr çıraqsız qaldı.
Hamsı yaddaşlarda iz qoydu getdi, Hər oğul bir tarix, hər oğul dastan. Bu harda başladı, bu harda bitdi?! Bu haqda nə qoyub, nəyi yazasan?!
Bəlkə də səhvim var, nəsə nöqsanım, İmkan ver düşünüm, daşınım, qanım. Tapım saf-çürüklə düzü, inanım, Mümkün, hər kəs hərdən aza yol, çaşa, Məni ürəyimlə burax baş-başa.
Yox, haqdan kənara çıxan deyiləm, Üstünə nəyisə yıxan deyiləm, Qəlbini azacıq sıxan deyiləm. Quran da deyiləm oyun, tamaşa, Məni ürəyimlə burax baş-başa.
Dinlədim, eşitdim, şikayətini, Kinli narazılıq hekayətini, Duydum, hiss elədim bil niyyətini. Dürüst qərarıma arxayın yaşa, Məni ürəyimlə burax baş-başa.
Səninçün vəkilə dönəcəm özüm, Olmaz yox, haqqında bircə sərt sözüm. Xırda qüsuruna yumulmaz gözüm. Mümkünsüz nahaqla ruhum barışa, Məni ürəyimlə burax baş- başa.
Fərqi yox, inan ki, ola harda, kim, Şəksiz söz-söhbətdə vicdanım hakim, Hazıram verərsə cəzam nə, çəkim. Düşmə zərrə qədər bundan təlaşa, Məni ürəyimlə burax baş-başa. 16.03.2021
Azərbaycan Yazıçılarının XIII Qurultayı işgüzar şəraitdə uğurla keçirildi. Ədəbiyyatımızın hər nailiyyətini gözü götürməyənlər, Yazıçılar Birliyinə qənim kəsilmiş tək-tüklər yenə də bulanıq suda balıq tutmağa cəhd edirlər. Ayrı irad tapmayanda şəkillərə ilişirlər. Qurultayımızın Rəyasət Heyətində Nizamnaməmizə uyğun olaraq, Xalq yazıçıları, Xalq şairləri, akademiklər, AYB rəhbərləri oturmuşdular. Bu şəkilə etiraz edirlər. Bəs bunlar deyil, kim oturmalıydı? Əvvəllər yalnız müəyyən saytlarda və bəzi qəzetlərdə Yazıçılar Birliynə hücumlar edilirdirsə, indi bu «mübarək» işə bəzi TV kanalları da qoşulub. Yaşlı bir yazıçının məişət problemlərindən gileyini qəsdən şişirdərək, Yazıçılar Birliyinə qarşı yeni təxribata əl atırlar. “Yazıçılar Birliyi niyə həmin yazıçıya qayğı göstərmir” – deyə məsələni şişirdirlər, olayı TV kanalına çıxararaq, Birliyimizə qarşı məhkəmə qururlar. Bu şouda “Azərbaycanda yazıçı yoxdur”, “Mənim xalqım azərbaycanlılar deyil, min nəfərdi” sözləri səsləndi. Əvvəla onu anlamaq istəmirlər ki, Yazıçılar Birliyi yaradıcı təşkilatdır, İctimai təminat nazirliyi deyil, üzvləri olan 2300 yazıçının məişət məsələləriylə, maddi durumuyla, sağlamlıq problemləriylə məşğul olmaq öhdəliyimiz yoxdur. Bunun müqabilində «bəs onda bu Birlik nəyə lazımdır» sualını verənlər görünür yaradıcılıq problemlərinin nə demək olduğunu bilmirlər.
Yaradıcılıq məsələləri ədəbi əsərlərin müzakirəsi, yeni kitabların təqdimatı, ədəbi tədbirlər, yazıçı yubileylərinin keçirilməsi, xarici ölkələrlə ədəbi əlaqələrin qurulması, layiqli əsərlərin mükafatlandırılması, istedadlı gənclərin yetişdirilməsi və istiqamətləndirilməsi, ölkənin mühüm ictimai-siyasi prosseslərində mötəbər yazıçı sözünün səslənməsidir. Bütün bu vəzifələrin icrasına meydan verən ədəbi orqanlarımızın qorunub saxlanmasıdır.
Doğrudur, bundan başqa ən müxtəlif məişət, maddi durum, sağlamlıq, mənzil problemləriylə bağlı bizə müraciət edən üzvlərimizə də imkan daxilində yardım etməyə çalışırıq. Binamızın Birinci mərtəbəsinin icarəyə verilməsi məhz bu məqsədlədir və buna görə də başımız az çəkməyib. Bizə son iradlar onunla bağlıdır ki, ehtiyac olan yaşlı yazıçı Əlisa Nicatı təqaüdçülər siyahısına salmamışıq, amma Əlisanın özünün etiraf etdiyi kimi heç vaxt bu məsələylə bağlı bizə müraciət etməyib. Hər il 50 yazıçıya Prezident təqaüdü veririk. Hər il ən azı bu təqaüdə 200 iddiaçı ərizə verir. İndi özünüz insafla deyin, təqaüd üçün müraciət etməyən yazıçıya təqaüd versək müraciət edib almayanlara necə cavab verə bilərik?
Müxtəlif səbəblərdən Yazıçılar Birliyindən narazı qalan kəsi dərhal dahi adlandırmaq da artıq dəb olub. Əgər bir-iki şeir ya mahnı yazmış, yaxud ifa etmiş adamların TV kanallarında dahi kimi təqdim edilməsini nəzərə alsaq, heç vaxt Azərbaycanda bu qədər dahi olmayıb. Hələ özləri özlərini dahi və istedadlı adladıranları demirik.
Dahi Nizamidir, Füzulidir, Şekspirdir. Televiziya aparıcısı xanım qız bu sözü hər bir çağdaş yazıçıya aid edirsə, deməli, bu sözün mənasını bilmir. Ümumiyyətlə, bəzi TV aparıcılarında və şoumenlərində Yazıçılar Birliyinə səbəbsiz qəzəb onların ədəbi biliklərindən qat-qat üstündür. TV kanallarından biri təşkilatımıza qərəzli münasibəti açıq bildirməmək, gözdən pərdə asmaq üçün Yazıçılar Birliyinin bir təmsilçisini dəvət edərkən Birliyin fəaliyyətindən bixəbər ola-ola ona qarşı çıxış edənlərə meydan verir və təsadüfi adamlardan elə bir auditoriya yığır ki, «Yazıçılar Birliyi lazım deyil» deyəndə gurultulu alqışlar qopsun. Yaxşı, dağıdın, yox edin yazıçılar ocağını, binasını market, otel, hamam edin ya bir oliqarxın igamətgahına çevirin, qəzetimizi, jurnallarımızı bağlayın, burdan evinə çörək aparan yüzlərlə insanı işsiz qoyub dincəlin!
Xoşbəxtlikdən buna dişiniz batmaz.
Hər bir ədəbiyyatın magistral yolu doğma dildə yaranan söz sənətidir. Bu aksiomadır. Amma bununla belə müxtəlif tarixi və ictimai səbəblərdən doğma dilində deyil, başqa dildə yazanları milli ədəbiyyatdan silmək olarmı? Nizaminin, Xaqaninin farsca yazdığını bilməyən ya unudan birisi Çingiz Abdullayevin rus dilində yazdığına görə Azərbaycan yazıçısı saymırsa, təssəvür etmək olarmı ki, hansısa bir qazax ya qırğız şoumeni Çingiz Aytmatovu ya Oljas Süleymenovu rus dilində yazdıqları üçün milli yazıçı saymasın.
Şoumen soruşur ki, Anar müəllim son otuz ildə nə yazıb? Bu suala cavab vermək üçün onu Yazıçılar Birliyinə dəvət edirik ki, Anar müəllimin son otuz ildə yazdığı kitabları ona təqdim edək. Amma hörmətli şoumen özüylə bir hambal də gətirsin. İyirmi qalın kitabı təkbaşına daşımaq ona çətin olar.
88 yaşlı Azərbaycan Yazıçılar Birliyi Xalq və Dövlət tərəfindən dəstəklənərək fərəhli və şərəfli ömrünü davam edir. Heç bir təxribat, dedi-qodu, yalan və böhtan Azərbaycan Yazıçılar Birliyini Haqq yolundan, həqiqi ədəbiyyat yolundan, milli maraqlarımıza xidmət yolundan sapdıra bilməz.
Əlisa Nicat: «AYB-də mənə qarşı soyuqluq o vaxt Rəsul Rzaya balıq aparmamağımın nəticəsidir». Müsahibə. 1 Dekabr 2022
– Anarla münasibətləriniz necədir?
– Yazıçı kimi işim yoxdur. Amma münasibətlərimiz isti deyil. Bunun da səbəbi var. Mənim bir səhvim üzündən Rəsul Rza məni çox incitdi. 10 il Yazıçılar İttifaqına üzv olmağa qoymadı, nəhayət, 1973-cü ildə Mirzə İbrahimovun göstərişi ilə üzv ola bildim. Bundan əlavə Rəsul Rza «Qızılbaşlar» romanımın çapına uzun illər mane oldu. Roman nə zaman çapa gedirdisə, rəy yazmağa qoymurdu.
– Hansı səhvdən söhbət gedir?
– Rəsul Rza məndən balıq istəmişdi, mən də axmaq kimi onun bu istəyini qulaqardına vurmuşdum. Xahiş etmişdi ki, cənub bölgəsində yaxşı balıqlar olur, mənə də bir dənə gətirərsən, mən də elə bil tilsim düşdüm, balıq aparmadım. Sanki kimsə qarşımı kəsib balıq aparmağa qoymadı. O vaxta qədər mənimlə münasibəti yaxşı idi və hətta poemamı oxuyub ön söz yazacağını və məhz özünün çapa verəcəyini demişdi. Amma bir ədəd balıq mənim bütün həyatımı, həyat yolumu dəyişdi. Düşünürəm ki, AYB-də mənə qarşı bugünkü soyuqluq da məhz onun davamıdır. Mövcud situasiya onu göstərir ki, Anar da soyuq münasibətilə, laqeydsizliklə balıq ədavətini davam etdirir.
Birinci şərh: Sizcə bu sözləri deyən adamın ağlı yerindədir? Bu sayaqlamanı başlığa qoyanların, buna inananların necə?
– Bəs son illər Anar sizinlə maraqlanırmı?
– Yox, qətiyyən. Nə yubileylərimi, nə doğum günlərimdə heç bir zaman yada salmayıb. 7-8 il əvvəl Prezident təqaüdü üçün Prezident Administrasiyasına müraciət etmişdim. Çünki Azərbaycanın sırf fəlsəfi yazıçısı mənəm (Görəsən fəlsəfi romanları da bu müsahibəsi səpgisindədir?), mənim bu qədər romanlarım, əsərlərim, məqalələrim var. Amma Fatma Abdullazadə Prezident təqaüdü almağımın qarşısını aldı. O zaman Prezident Administrasiyasına ünvanladığım müraciətimin mətnini mənim necə yazıçı olduğumu müəyyənləşdirmək üçün Azərbaycan Yazıçılar Birliyinə göndərmişdilər. İnsafən deyim, Anar da cavabında yazmışdı ki, AYB Əlisa Nicatın Prezident təqaüdü almasına etiraz etmir. Anar onun sürətini mənə də göndərmişdi. Çox sağ olsun. Anarın mənə pisliyi keçməyib, amma eyni zamanda yaxşılığı da dəyməyib.
İkinci şərh: Yəqin Anara bir dəfə balıq göndərdiyi üçün təqaüd almasına etiraz etməyib və yəqin daha balıq göndərmədiyinə görə başqa yaxşılığı dəyməyib.
Amma elə də sadəlöhv olmayın. Əlisa Nicatın ağlı yerindədir. Elə olmasydı kiçik bir incikliyini ümumxalq müzakirəsinə çıxarmazdı, kitablarını piar edib satdırmazdı və öz etirafına görə bir gecədə küllü miqdarda ianə qazanmazdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın el şairəsi Güllər Məmmədqızının “Mənim” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbayan Jurnalistlər Birliyinin üzvü, şair İbrahim Səfərlinin “Kəlbəcər” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 58 yeni sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 102-ci sayında çap olunub dərc olunaraq, ictimaiyyət nümayəndəlırinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Eh…mənim ömrümü yarı eylədi, Utancaq, ismətli, həyalı eşqin. Ağardıb saçımı, qarı eylədi, Sənin daş ürəkli, qayalı eşqin.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Nə vaxt gedirəmsə ata yurduma Məni kədər qovur, qəm qucaqlayır. Bir ata harayı, qardaş nisgili Açır qollarını məni haqlayır.
Nə atam hay verir, çıxır qarşıma, Nə də ki, qardaşım ötürür məni. Ələnir dünyanın qarı başıma, Zaman damla-damla əridir məni.
Atamın əkdiyi bar ağacları, Ayrılıdan için-için qovrulur. Quruyub gilənar, nar ağacları, Elə bil həsərətən külü sovrulur.
Körpə ağacların körpə budağı, Qardaş salamını yetirir mənə. Qəfil dolu vurmuş solan yarpağı Kövrəlib öpürəm mən dönə-dönə.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri Əziz müəllimlər! Hər birinizin qarşısında baş əyir, peşə bayramınız münasibəti ilə hər birinizi təbrik edir, sizlərə uğurlar diləyirəm!.. Və dünyasını dəyişmiş müəllimlərimə Allahdn rəhmət diləyirəm! Tərəqqinin hər bir sahəsində əməyi olan müəllimlərimizə eşq olsun!
… Saxlayın hörmətin müəllimlərin, Onlardı açarı xəzinələrin. Yazıb-oxumağı öyrətdi bizə, Bir açıq göz verdi gözlərimizə. Ləkə gətirməyin onun adına, Kor olar kəm baxan öz ustadına. Müəllimə hörmət borcdu bizlərə, Haramdı haqqını itirənlərə!!.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəri
Deməyin Əlağa dönüb dumana, Sarıldı hardasa bir dağa, getdi. Deyin hopa-hopa ürəyimizə, Döndü didəmizdə bulağa, getdi!
Məni aqil olan tez düşər başa – Söylərdi dərdini divara-daşa. Axır dərdləriylə verib baş-başa, Eylədi canını sadağa, getdi!
Keçirib göynəkdən hər gələn dərdi, Balatək oxşayıb əzizləyərdi… Hardasa “Dilqəmi” inildəyərdi, Dönərdi bir gövrək uşağa, getdi!
Deyərdi, a Qafqaz, könlüm çağlamır, Bir yanım tikandı, bir yanım mamır… Onsuz da bu dünya qonaq saxlamır, Bir gün də görərsən Əlağa getdi!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bu şeir yazılanda Şuşa hələ həsrət idi… Bir daha belə şeir yazmamaq diləyilə… 😊
İtirilmiş şəhərləri okeanlarda axtarıb Səhralarda tapırıq… Səncə, bu, sevgi deyil?! Harda bir ovuc gülüş var Gözlərimizlə qapırıq… Səncə, bu, sevgi deyil?!
“Ağ yuyub qara sərdiyim” Sənsizliyin qucağına Bir körpə şəkli qoymuşam… Dünən də xəyalımda Şuşaya qədər qaçmışam, Cıdır düzünün köksündə Şeir süfrəsi açmışam… Səncə, bu, sevgi deyil?!
Şeir-şeir, nəğmə-nəğmə Öldürürlər şairləri Bütün gözəl oxucular… İlk şeiri yazanların Son misrası ağı olub; Unudulmur ağıçılar… Səncə, bu, sevgi deyil?!
Dəməşqdə bir qız ağlayır, İstanbulda layla deyir bir nənə… Bizim evə yağış damır; Damla-damla pay bölürük Tanrıyla: “Biri sənə, biri mənə…” Səncə, bu, sevgi deyil?! Məncə, Sevgidir, sevdiyim… 2020
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Şəkinin dumanı nazlanır axı… Çəkir ürəyimi pişik dalaşı, Qonşuda söz qalıb:qapıarası, Qızların göyçəyi piyada gəzmir, Naza həsrət daşlar küçə həyası, İndi necə edim, nə deyim ki, mən Olmayım dumanda nazdan narazı?
Bir naz da mən atdım xatirələrə, Bu gün də yadıma salmadım səni… … Nə eyvan, nə də ki pişik deyiləm, Qatım abırıma, aldadım səni… Mənimki, uzağı, bircə tumardı, Çəkəsən ruhuma, dönəm olam mum… …bilirəm… Bilirəm, gözəl axtaran, Şəkidə eyvan da, qara pişik də, Bu daşlı yollarda ölən ümid də, Lap elə Şəkinin özü də məsum… … Bir mən günahkaram… Bir də, ayrılıq… … Şəkinin dumanı nazlanır axı… Şəfa Vəli (2022)
Gülnar Qasımlı mənim doktorantımdır. “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrının inkişaf yolu və xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir. Ən azı ayda 2-3 dəfə yanıma məsəhətə gəlir. İnanıram ki, yaxın gələcəkdə bir tənqidçi – ədəbiyyatşünas kimi öz sözünü deyəcək.
Onun şeir yazdığını bilirdim, amma bircə misrasını belə oxumamışdım. Həm də ərkyana məsləhət görmüşdüm ki, öz elmi işinlə məşğul ol, şeirlə sonra qonuşarsan. Amma bir gün televiziyada Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mükafatı ona təqdim olunanda qətiyyən hirslənmədim, sevindim.
Və bir gün çəkinə-çəkinə mənə zəng edib “Vaqif müəllim, “aybKitab” layihəsi üzrə şeirlərimi çap etdirmək istəyirəm, ön söz yazarsınızmı?” – deyə soruşdu. Dedim ki, oxuyaram, xoşum gəlsə, mütləq yazaram.
Gülnarın şeirlərini oxudum və etiraf edim ki, belə gözləmirdim. Zənn edirdim ki, bu gün özündə məsuliyyət hiss etmədən ədəbiyyata gələn, şeirlərinin və kitablarının sayı “şairliyinin” müqabilində qat-qat artıq gözə dəyən yazarlardan biridir Gülnar. Amma Gülnar mənim bu təsəvvürümə xətt çəkdi və sanki hər şeirində qışqırtıyla yox, utana-utana dedi ki; “Mən şairəm!”
Gülnar Qasımlı özünə Səma təxəllüsünü götürüb. Böyük riskdir bu. Səma bütün göy üzüdür. O Səmada günəş yanır, dünyaya işıq saçır. Mən şair görmüşəm ki, özünə Dərya təxəllüsü götürüb, amma onun şeirləri dəryanın heç bircə damlası deyil. Mən şair görmüşəm ki, özünə Muğan, ya Şirvan, ya da Qobustan təxəllüsü seçib, amma yazdığı şeirləri və özünü nə Muğanda, nə Şirvanda, nə Qobustanda tanıyırlar. Gülnarın Səma təxəllüsünə hələlik heç bir etirazım yoxdur, çünki mən onun şeirlərində səma təmizliyini, saflığını gördüm. Buludunu, yağışını, günəş zərrələrini gördüm.
Mən gənc şairi tərifləyib ərşi-əlaya qaldırmaq niyyətində deyiləm. Təbii ki, iki şeir kitabı çıxsa da, Gülnarın axtarışları davam edir. (Məgər şair bütün ömrü boyu axtarışda deyilmi?) Deməli, Gülnar Səma adını doğrultmalıdır. Gülnar nədən yazır? Onun bir mövzusu var- sevgi. Bu sevgi kitablardan gəlmir, özünün yaşadığı, ürəyində əmanət saxladığı hissdir, duyğudur.
Bu sevgi yollarda düşüb qaldısa,
Məhəbbət deyilən dili laldısa,
Ayrılıq əbədi bir vüsaldısa,
Mən buna məhəbbət deyə bilmərəm.
Ay sevgi, peşimi burax sən artıq
Daha heç toruna düşən deyiləm.
Ağac əyiləndə sındı deyirlər,
İgidlər ölərsə, niyə əyiləm?
Mən sənə dünyanı bağışlayardım,
Sən mənə bir dünya bağışlasaydın.
Bu misralar sevən bir qəlbin əzablarından doğur. Amma bu əzabın özü də qəm-qüssə gətirmir, işığa can atır o qüssədən uzaq olmaq istəyən ürək.
Gülnarın o balaca səmasını təkcə sevgi duyğuları ilə məhdudlaşdırmaq olmaz. Orada az da olsa , vətən ağrıları da var, yurd itkisindən doğan ağrılar da. Amma hamısında nikbin xallar görürəm. Şair fikirlə hissin vəhdətini əks etdirir və bu vəhdət duyulmazsa, yəni bu iki məfhum- şair üçün hava və su kimi gərəkli olan bu iki konponent bir-birindən ayrı düşərsə, o zaman şeir “ağıllı ürəyin” ifadəsinə çevrilə bilməz. Gülnarın bir sıra şeirlərində bu vəhdət özünü hiss etdirir. Amma çox arzu edərdim ki, o, bir az mövzu məhdudluğundan xilas olsun. Sevgini, həsrəti təkcə bir rəngdə görməsin, həyata, gerçəkliyə geniş nəzərlərlə baxsın.
Mən Gülnar Qasımlıya- Səmaya uğurlar arzulayıram. Onun da atasının adı Vaqifdir, elə mən də onun şeirlərinə mənəvi Ata xeyir-duası verirəm.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini,Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsünü, “Kredo” qəzetinin Baş redaktorunü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin ənənəvi qış konsertini təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xəti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun “Still” adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə “İncredible” adlı albomu işıq üzü görüb və albomdakı “Don’t cry” mahnısı sevilən mahnılar sırasında yer alaraq, eyni zamanda, film musiqisi kimi də tanınıb. Daha sonra isə dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət “Obsession”, həmçinin “Devotion” albomlarını buraxıb.
Bakıdakı Rus Evində “açıq mikrofon” formatında növbəti yaradıcılıq gecəsi keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Rus Evindəki ədəbiyyat klubunun iştirakçıları olan gənc şairlər Aydan Allahyarova, Olqa Şalayeva, Dilarə Mehdiyeva, Nina Tişşenko, Günatay Hüseynova, Tamilla Şıxəmirova, Tatyana Zorina, Aysel İbrahimova, Esmira Atluxanova, Alyaska, Bayram Məhərrəmov, Türkan Bayramzadə öz şeirlərini və tanınmış şairlərin əsərlərini oxuyublar.
Bakıdakı Rus Evində fəaliyyət göstərən ədəbiyyat klubunun növbəti yaradıcılıq gecəsi dekabrın 9-da keçiriləcək.
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, hər il Əlillər Günü Xalça Muzeyi tərəfindən müxtəlif fiziki məhdudiyyətli insanlar üçün xüsusi proqramlar hazırlanır və hazırda muzeydə sərhədsiz muzey adlı proqram həyata keçirilir.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli bildirib ki, bu gün ölkədə fiziki məhdudiyyətli insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Xüsusi qayğıya ehtiyacı olan insanların digər insanlardan fərqlənməməsini, cəmiyyətin bərabər hüquqlu fərdləri kimi yaşamasını, cəmiyyətə inteqrasiya olunmalarını təmin etmək, komplekslərdən qurtulmalarına çalışmaq hər birimizin borcudur. Bunun üçün mütəmadi olaraq onlarla ünsiyyətdə olmağa, onlara mənəvi cəhətdən yardım göstərməyə, daima dinləməyə və anlamağa çalışmaq lazımdır. Ölkəmizin birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməkliyi ilə əlillər üçün xüsusi mərkəzlər tikilir, onların vaxtaşırı zəruri ehtiyacları ödənilir və bir çox xeyirxah işlər görülür. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir. Bundan əlavə, ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Tədbirdə Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli, “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva, “Əlil Qadınlar” Cəmiyyətinin sədri Məhluqə Rəhimova və digər çıxış edənlər ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən diqqət və qayğıdan, bu kateqoriyadan olan insanların yaradıcılıq və idman qabiliyyətlərinin dəstəklənməsi sahəsində görülən işlərdən bəhs ediblər.
Sonra sərgiyə baxış keçirilib.
Sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. nümayiş olunub. Tədbirin bədii hissəsində isə sənətkarlar tərəfindən müxtəlif ustad dərsləri, həmçinin xüsusi internat şagirdlərinin çıxışlarından ibarət konsert proqramı təşkil edilib. Bundan başqa, tədbir zamanı sosial videoçarxlar təqdim olunub.
Rusiya paytaxtı Moskvada MDB-nin ən böyük müalicə-sağlamlıq turizmi forumu olan “Med Tourism-2022” keçirilib. Dörd gün davam edən tədbirdə iştirakçı ölkələrin tibbi turizm fəaliyyəti ilə məşğul olan əsas qurumları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, ölkəmiz forumda Azərbaycan Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar Konfederasiyası Rəyasət Heyətinin üzvü Ruslan Quliyev tərəfindən təmsil olunub. Tədbirin ilk günü Rusiya, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan sağlamlıq turizmi assosiasiyalarını birləşdirən alyansın yaranması elan edilib. Yeni yaradılan qurum üzv ölkələrin tibbi turizmin aparıcı peşəkar assosiasiyaları arasında əməkdaşlığı koordinasiya edəcək. Sonrakı günlərdə forum panel müzakirələri ilə davam etdirilib.
“Rusiya və Yaxın Şərq” adlı paneldə çıxış edən təmsilçimiz Ruslan Quliyev bildirib ki, bu gün belə tədbirlərin keçirilməsi çox vacibdir. Çünki turizm o qədər həssas sahədir ki, dünyada baş verən kataklizmlər, təbiət hadisələri, pandemiya riskləri, iqtisadi və siyasi böhranlar, müharibələr həm qlobal, həm də regional miqyasda ona dərhal təsir edir: “2020-ci ilin əvvəlindən bütün dünyanı qorxu altında saxlayan COVID-19 pandemiyası qısa müddətdə qlobal turizm iqtisadiyyatını iflic vəziyyətinə salıb. Qitələrarası logistika və rabitə sahəsində qlobal məhdudiyyətlər turizm sektorunda trilyonlarla vəsaitin itirilməsinə və 100 milyon iş yerinin bağlanmasına səbəb olub. Nəzərə alsaq ki, qlobal turizm sənayesində çalışanların 75 faizi 25 yaşa qədər gənclər və bir o qədər də qadınlardır, onda bu problemin nə qədər ciddi olduğunu başa düşə bilərik”.
Ruslan Quliyev, həmçinin Azərbaycanın öz tibbi turizmini necə inkişaf etdirməsi ilə bağlı məlumat verərək qeyd edib ki, 2016-cı ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”, “Təbii müalicə sərvətləri, müalicə yerləri və kurortlar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər dövlət proqramları bu sahəni inkişaf etdirmək istiqamətində ölkəmizin sağlamlıq turizminə xüsusi diqqət yetirdiyini göstərir. Diqqətə çatdırıb ki, Azərbaycanın tibbi turizm sahəsində olduqca böyük potensialı mövcuddur: “Min bir dərdin dərmanı olan Naftalan nefti, Qalaaltı sanatoriyası, Naxçıvanda Duzdağ, Masallıda istisu mənbələri hələ sovet dövründən indiki MDB ölkələrində tanınıb və sevilib. 2020-ci ilin Vətən müharibəsində əldə edilən Qələbə Azərbaycanın turizmin digər istiqamətləri ilə yanaşı tibbi turizm imkanlarını bir qədər də genişləndirib. Belə ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da zəngin turizm ehtiyatları hazırda öyrənilir, bu istiqamətdə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilir”, – deyə R.Quliyev bildirib.
Qeyd edək ki, “Med Tourism-2022” forumu çərçivəsində iştirakçı ölkələrin tibbi turizm qurumları arasında əməkdaşlıq memorandumları da imzalanıb. Bu əməkdaşlıq həm assosiasiyalar, həm də tibb müəssisələrini əhatə edib.
Dekabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Rauf Hacıyevin 100 illiyi münasibətilə “Rauf Hacıyevin musiqi miniatürləri” adlı konsert təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, gecədə Fransa Beynəlxalq Musiqi Akademiyasının direktoru, Əməkdar artist Adilə Əliyeva, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və “Şəms-qəmər” kamera xoru (bədii rəhbər və dirijor Leyla Zalıyeva, konsertmeyster Əməkdar müəllim Naibə Şahməmmədova) çıxış edəcəklər.
Xatırladaq ki, Prezident İlham Əliyev sənətkarın anadan olmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, il ərzində ölkəmizdə və xaricdə müxtəlif tədbirlər və layihələr həyata keçirilib.
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, görkəmli şair, ədəbiyyatşünas, publisist, nasir, tərcüməçi, filoiogiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun “Seçilmiş Əsərləri”nin dördcildliyi işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir.
Memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü kimi bu qərar bütün türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəkdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1. Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Bakıda dekabrın 10-11-də Qazaxıstan Kino Günləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, nümayişlər Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək.
Tamaşaçılara “Kenje Kiz” cizgi filmi və “Alga” bədii filmi təqdim olunacaq. Filmləri cizgi filminin rejissoru İvan Ardaşov və bədii filmin baş rol ifaçısı Yerqol Semkulov təqdim edəcəklər.
Hər iki film ingilis subtitrləri ilə rus dilində nümayiş olunacaq.
XX əsr Azərbaycan musiqisinin görkəmli bəstəkarlarından Fikrət Əmirov və Rauf Hacıyevin 100 illik yubileyləri münasibətilə “Ustad dərsləri” həftəsi çərçivəsində cari ilin 28 noyabr-2 dekabr 2022-ci il tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və Sumqayıt, Gəncə, İsmayıllı Regional Mədəniyyət İdarələri tabeliyində fəaliyyət göstərən uşaq musiqi, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin xor dirijorluğu, xanəndəlik və qanun müəllimləri üçün ustad dərsləri keçirilib.
Layihənin həyata keçirilməsində məqsəd Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin səmərəliliyinin artırılması üzrə fəaliyyətin təkmilləşdirilməsi, optimallaşdırılması, bədii təhsil sisteminin daha da inkişaf etdirilməsi, müəllimlərin peşəkarlığının artırılması, UMİM-də təlim prosesinin müasir təhsil standartları əsasında yenidən qurulması və tədris edilən fənlərin təhsilalanlar tərəfindən yüksək səviyyədə mənimsənilməsini təmin etməkdən ibarətdir.
Ustad dərsləri xanəndəlik ixtisası üzrə (28 noyabr və 1 dekabr) Azərbaycan Milli Konservatoriyasının müəllimi, əməkdar müəllim Qəzənfər Abbasov, Bakı şəhər Ş.Ələkbərova adına 20 nömrəli Onbirillik musiqi məktəbinin müəllimi Kəmalə Cahangirova tərəfindən aparılıb.
UMİM-nin xanəndəlik, xor dirijorluğu və qanun müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılması məqsədilə təşkil xor dirijorluğu ixtisası ixtisası üzrə partitura oxunuşu, xorun təşkili (şagirdlərin səslərinin təyini), dərsin təşkili (nəfəs məşğələləri, idman məşğələləri, səs məşğələləri) ,musiqi təhlili (əsərin diapazonu, tonallığı, ladı, ifa çətinlikləri, mətni, janrı), ifa növləri (akapella, unison, cüt səslər) və s. xanəndəliklə bağlı ustad dərsdə Xalq mahnısı və bəstəkar mahnısının ifası, xanəndəlik ixtisasının tədris proqramı haqqında məlumat (siniflər üzrə muğam və mahnılar) muğamlar, təsniflər, qəzəllər, bayatı, qoşma, vəznlər (heca, əruz) haqqında məlumatlar (mənaları, xarakteri, quruluşu, şöbələri və s.), qanun dərsində isə verilən əsərin alətdə üzdən oxunması (üzdən ifası), hər hansı bir əsərin əzbər ifası (sərbəst seçim), alətin yaranması və inkişaf tarixi, ixtisasın metodikası və metodologiyası (əllərin quruluşu, keçidlər, vibrasiya, pozisiyaların mənimsənilməsi yolları, hər iki əl üzərində qoyulan tapşırıqlar və onların həlli yolları və s.) ştrixlər, dinamika, rəng çalarları, cümlə, ibarə, ifaçılıq mədəniyyəti və s. haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, ustad dərslərdə xanəndəlik ixtisası üzrə 31 nəfər, xor-dirijorluq ixtisası üzrə 61, qanun ixtisası üzrə isə 20 nəfər müəllim iştirak etmişdir. Bundan əlavə, aparıcı bədii təhsil müəssisələrinin istedadlı şagirdləri öz çıxışları ilə ustad dərslərə rəng qatıblar.
Bu il Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, ustad tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun (1892-1973) anadan olmasının 130 illiyidir.
Bu münasibətlə dekabrın 6-da II Fəxri xiyabanda sənətkarın məzarı ziyarət olunub.
Mərasimdə Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsi Musiqi sektorunun müdiri Vüqar Hümbətov, mədəniyyət və incəsənət xadimləri, sənətkarın ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sənətkarın oğlu, görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Tofiq Bakıxanov qeyd edib ki, Əhməd Bakıxanov daim axtarışda olub, Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib: “Tar ifaçılarının böyük bir nəsli Əhməd Bakıxanovun yetirmələri olub. Mən də oğlu kimi onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun” və “Rahab” simfonik muğamlarını bəstələmişəm. Bildiyiniz kimi, Prezident İlham Əliyev oktyabrın 21-də Əhməd Bakıxanovun 130 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bu münasibətlə ölkəmizin bir sıra mədəniyyət ocağında tədbirlər keçirilir. Atamın yaradıcılığına göstərilən yüksək diqqətə görə ölkəmizin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti Ağaverdi Paşayev bildirib ki, Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun muğamı var: “Muğam bizim ana laylamızdır. Əhməd Bakıxanov da bütün ömrünü muğama, onun inkişafına və tədrisinə sərf edib. Azərbaycanda Mirzə Fərəc Rzayev, Mirzə Sadıq, Mirzə Mansur Mansurov və başqaları kimi çox tanınmış tar ifaçıları olub. Amma bu sənətkarların içərisində təkcə Əhməd Bakıxanova qismət olub ki, ona müəllim deyiblər. Mən xoşbəxt insanam ki, Əhməd Bakıxanovun sinfində oturub onun dərslərinə qulaq asmışam”.
Çıxışlardan sonra mərasim iştirakçıları sənətkarın məzarı üzərinə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, Əhməd Məmmədrza oğlu Bakıxanov 1892-ci il sentyabrın 5-də Bakıda anadan olub. İranda ustad tarzənlərdən ifaçılığın və muğamatın sirlərinə dərindən yiyələndikdən sonra 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə iştirak edib. 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs deyib. Eyni zamanda musiqi təşkilatçısı olan Ə.Bakıxanov Azərbaycan Radiosu nəzdində Xalq çalğı alətləri ansamblını yaradıb və kollektivə rəhbərlik edib. 1973-cü ildən, sənətkarın vəfatından sonra ansambl ustad tarzənin adını daşıyır. Ansambl Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Hüseynqulu Sarabski, Zülfü Adıgözəlov kimi bir sıra görkəmli xanəndələri müşayiət edərək geniş konsert proqramları ilə insanların zövqünü oxşayıb.
Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi kimi tanınmaqla yanaşı, az ifa olunan “Nəva-Nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi də məşhurdur. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər ifaçılıqda geniş yayılıb.
Ə.Bakıxanovun ərsəyə gətirdiyi “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrləri xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitlərdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.
Görkəmli musiqi xadimi 1973-cü il martın 26-da vəfat edib.
Daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verən görkəmli tarzən Əhməd Bakıxanov muğam aləminin mükəmməl bilicisi olmaqla yanaşı, tar ifaçılığının sirlərinə dərindən yiyələnib. Yüksək istedada malik sənətkar xalqımızın bu misilsiz mədəni-mənəvi irsini bütün fəaliyyəti boyu klassik ənənələrə sədaqətlə qoruyub yaşadıb. Onun ifa etdiyi muğamlar, eləcə də bəstələdiyi mahnı və təsniflər parlaq sənət nümunələri kimi musiqimizin qızıl fondunda özünəməxsus layiqli yer tutur. Ə.Bakıxanovun təşkilatçısı və uzun illər ərzində rəhbəri olduğu xalq çalğı alətləri ansamblı zəngin repertuarı ilə seçilərək, ölkənin mədəni həyatında yaxından iştirak edib. Musiqi salnaməmizə mühüm səhifələr yazmış tar ifaçılarının bütöv bir nəsli məhz Əhməd Bakıxanovun yetirmələridir.
Bu sözləri dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti, ustad tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert proqramından əvvəl çıxış edən Əməkdar artist Azad Şükürov deyib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə görkəmli sənətkarın 130 illiyi silsilə tədbirlərlə qeyd edilir.
Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, Xalq artisti Ramiz Quliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar jurnalist İttifaq Mirzəbəyli görkəmli tarzən Əhməd Bakıxanovun həyat və yaradıcılığından danışıblar. Qeyd olunub ki, 1930-cu illərdən Üzeyir Hacıbəylinin dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Məktəbində muğamdan dərs deyib. Eyni zamanda, Azərbaycan radiosunun nəzdində Xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olub. Ə.Bakıxanov muğam sənətinin dərin bilicisi olub, ifaçılıq təcrübəsində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta” muğamlarının mahir ifaçısı kimi tanınıb. O, həmçinin “Azərbaycan xalq rəngləri”, “Azərbaycan ritmik muğamları”, “Muğam, mahnı, rəng” kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur. Əhməd Bakıxanovun ifasından bəstəkar N.Məmmədov tərəfindən bir çox instrumental muğamlar -“Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları nota salınaraq çap olunub. Ə.Bakıxanovun oğlu, bəstəkar, Xalq artisti Tofiq Bakıxanov onun ifaçılıq üslubundan bəhrələnərək “Dügah”, “Nəva”, “Şahnaz”, “Hümayun”, “Rahab” simfonik muğamlarını bəstələyib.
Konsertdə Azərbaycan Televiziya və Radiosunun Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblı çıxış edib.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, gənc xanım yazar Sona İntizarın “DOST MƏKTUBU”, “KƏNAN AYDINOĞLUNA”, “YAZ, QƏLƏMİM!”, “SEVDİYİM”, “GƏL, APAR!”, “ƏLVİDA!” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru Kənan Aydınoğlunun “Yaşasın RƏHBƏRİ Azərbaycanın!”, “Ustad Aşıq Şəmşirə”, “Sən mənim qədrimi bilmədin, dünya!”, “Məni ayırmayın şeir dünyamdan!”, “Axı Sən gələndə başqadı dünya” adlı şeirləri “Gənclər Şəhəri” doğma Sumqayıtda fəaliyyət göstərən Süleyman Rəhimov adına Qubadlı rayon Ədəbi-İctimai Birliyinin aylıq mətbu orqanı “Sözün Sehri” ədəbi-bədii, ictimai qəzetinin Noyabr sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən əlilliyi olan istedadlı şəxslərin fəaliyyətini ictimaiyyətə təqdim etmək, eyni zamanda əl işlərinin satışına dəstək göstərmək məqsədilə “İstedad sərhədsizdir” adlı fiziki imkanları məhdud şəxslərin əl işlərindən ibarət satış sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dekabrın 8-dək davam edəcək sərgidə fiziki məhdudiyyətli şəxslər tərəfindən hazırlanmış suvenirlər, ağac üzərində oymalar, xalçaçılıq, tikmə və toxuma nümunələri, rəsmlər, bəzək əşyaları, aksesuarlar və s. əl işləri nümayiş olunacaq. Sərgidə həmçinin sənətkarların ustad-dərsləri və bədii hissə də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə cəmiyyətin bir hissəsi olan fiziki məhdudiyyətli insanlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməyə başlanılıb. Bu gün ölkədə fiziki imkanlarından məhrum olan insanların ayrı-seçkiliyə məruz qalmamaları üçün maarifləndirmə işləri aparılır. Dövlət fiziki məhdudiyyətli vətəndaşların qabiliyyətini, bacarığını üzə çıxarmaqla onların iş yerində və əmək bazarında verdikləri töhfənin tanınmasına kömək göstərir.