
Deyə-deyə adam olmur,
Döyə-döyə adam elə.
Hər gün başının ətini
Yeyə-yeyə adam elə.
Onun şirincə canına
Qıya-qıya adam elə.
Qanına bələ, sonra da
Yuya-yuya adam elə.
Bərəltdiyi gözlərini
Oya-oya adam elə.
Nəsimitək dərisini
Soya-soya adam elə.
Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri