Blog

  • Şəfa EYVAZ.”Çağırış”

    1423756700_sefa-xanim

    Ay mənim ömrümün saat əqrəbi,
    Yaman tez keçirsən ömrümdən, yaman.
    Günlər əvəzləyir biri-birini
    Nə sən qayıdırsan, nə durur zaman.

    Ay mənim ömrümün yaralı yeri,
    Qaysaq tutmağına varmı bir güman?
    Kimsə söyləməsin unudum səni,
    Kimsə toxunmasın yarama, aman.

    Ay mənim ömrümün günəş sevgisi,
    Nə qədər sürəcək bu zülmət duman?
    Ay xəstə adamın son təsəllisi,
    Gəl, qayıt sevinsin bu tənha liman.

    20.04.2015

  • Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

    tedbir

    18 aprel 2015-ci il tarixdə “Dostluq Məşəli” İctimai Birliyi tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru , tanınmış şairə, jurnalist Nəcibə İlkinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının Poeziya şöbəsinin müdiri,şairə Fərqanə Mehdiyeva, DGTYB Yönətim Kurulunun üzvü, Azərbaycan Tələbə Yazarlar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gündəlik İnformasiya Agentliyinin Yönətim Kurulunun Fəxri üzvü, gənc yazar Emil Rasimoğlu və digər qonaqlar iştirak ediblər.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Şəfa Vəliyeva Prezident təqaüdünə layiq görülüb

    sefa1-450x300

    Yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazarlar AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsinin Baş redaktoru Şəfa Valiyeva ədəbi yaradıcılıqlarındakı fəaliyyətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Nemət HACIƏLİYEV.”Qarabağ”

    nemethacileiyev

    Vətəndən gözəl yer cənnət sayılar,
    Vermə bu elləri yağı düşmənə.
    Dərd çəkmə yatanlar bir gün ayılar,
    Vermə başı qarlı dağı düşmənə.

    Qurumuş bədənlər torpağın üstə,
    Güllələr uçuşur evlərin üstə,
    Kimsəsiz uşaqlar qucağı üstə,
    Oxusun analar ağı düşmənə

    Xarı bülbülünü,sarı gəlini,
    İncə lalələrin şirin ətrini,
    Qəhrəman oğullar verən elini,
    Vermə qara bəxtli bağı düşmənə…

  • Harika UFUK.”Peyğamberim”

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Nisan’ın yirmisinde şeref verdin dünyaya,
    İki cihan serveri Hazreti Muhammed’im.
    Nur oldun yıldızlara, doğan güneşe, aya,
    İki cihan serveri Hazreti Muhammed’im.

    Haşimoğulları’nın adı anlı şanlı san,
    Baban Abdullah idi değerli, dürüst insan,
    Sen dünyaya gelmeden göçmüş idi dünyadan,
    İki cihan serveri Hazreti Muhammed’im. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Yazıram, silirəm…”

    10649557_1595229947361302_2038457091311851064_n

    yazıram, silirəm
    misralarım alovlanır
    yanmaq, özümü yandırmaq qədər çətin
    başqalarını yandırmaq qədər asandır.
    körpələrinin gözündə yaniram…
    adını tutmadığın gül üzlü iki körpən.
    günahının səbəbini soruşduğumda;
    -səni itirmək qorxusundan gizlətdim dedin
    bəs itirmədin?! (daha&helliip;)

  • Fidan ABBASOVA.”Bilmirlər ki mən nə üçün ağladım

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Deyirdilər gedən üçün ağlama
    Bilmirlər ki mən nə üçün ağladım
    heç bir zaman xatirəndə saxlama
    Xatirəmdə çox gümanki qalamdın…..

    Üzüb məni yetərincə sözlərin
    ağlar qalıb səndən sonra gözlərim
    şükür hələ gedə bilir dizlərim
    sən heç zaman gerçək hissim olmadın (daha&helliip;)

  • Şəfa EYVAZ.”Gözümdə gözünün şəkli qalmasın”

    1423756700_sefa-xanim

    * * *

    Gözümdə gözünün şəkli qalmasın,
    Ayrılıb gedəndə üzümə baxma.
    Ölsəm bu ölümün adını sən qoy,
    Qatil olduğunu boynuna alma. (daha&helliip;)

  • Şəfa VƏLİYEVA.”Heç bilirsən ayrılıq nə rəngdədir?” (Hekayə)

    sefa1-450x300

    -“Onun gözlərindəki bu sevginin əzabından qorxmuşdum nə vaxtsa… Amma, bu gün, iki uşağımı bağrıma basıb da qoxusunu aldığım anda anlayıram ki, onun ayrılığı…. daha doğrusu, ayrılığa rəng tapması özü bir dastan idi… “Arzu-Qəmbər”dən daha böyük bir dastan…” Bunu kiçik bir sms-dən oxumaq özü bir qəribəlikdi deyilmi? Hə… Maraqlıdırmı sənə?
    Günəş gülümsəməyə çalışırdı… Ancaq, gözlərindəki, o balaca, qəhvə rəngli gözlərindəki gilələnən yaş onun çöhrəsindəki təbəssümü incəliklə kədərə bürüyə bilirdi… Qucağımda böyüyən bu qızın üzündəki bütün ifadələri əzbərləmişəm artıq… Hirsini, hikkəsini, özünə inamlı danışığını, nəyinsə qarşısında aciz qalınca süzgün-süzgün gözlərimə dikilən baxışlarını, kədərlənəndə daha da məsumlaşan, gülərkən batan yanaqlarını…. Odur ki, onun yanaqlarının şehdən islanmış laləyə dönməsinə az qaldığını anlamışdım… Əhvalatı başdan danışmağa qərar vermişdim… (daha&helliip;)

  • Xəyalə SEVİL.”İllər sonrakı görüş”

    1c6ca78d2a83

    Nə yaman gec qayıtmısan?
    Səni elə gözləyirdim.
    Deyirdilər dönməyəcək,
    Bilə – bilə gözləyirdim.

    Eh, soruşma ürəyimi,
    Yadın olub, yadın olub.
    O qızcığaz da böyüyüb,
    Qadın olub, qadın olub. (daha&helliip;)

  • Şafa KAMİLLİ.”Məhkum…”

    sefaxanim

    Bilmirəm nə edim ,
    Nə duşünum ki ,
    Unudum ,unudum ,
    unudum səni,
    Bu qədər dəyərsiz ,
    Bu qədər hecmiş ,
    Səninücun mənasi yoxmuş…
    Bilirsən ,anliya,
    bilmirəm nədən , (daha&helliip;)

  • Əsmər QASIMLI.”Ürəyin məzəmməti”

    1423889445_esmer

    Heç kimin heç kəsiyəm.
    Həm sözdə, həm əməldə
    Hərşeydən keçəsiyəm…
    Mamırlı bir daş kimi,
    Havalanmış baş kimi
    Həyatdan küsəsiyəm…
    Yağmurlu havalarda
    İçimdə üşüyürəm. (daha&helliip;)

  • Şəhanə MÜŞFİQ.”Pəncərəndəki ümid”

    1423890042_pic

    Sevgim qanadı qırılmış quş,
    Yolunu azıb,
    Pəncərənə qondu.
    Pəncərəndən sonra dibsiz uçurum,
    Qaranlıq quyu.
    Ya aç pəncərəni, (daha&helliip;)

  • Eyvaz ZEYNALOV: “Onlar quşa döndülər” (hekayə)

    eyvaz ist

    Farzuq Seyidbəyliyə

    Səmərqənddə, açıq səma altındakı qədim abidələr muzeyindəyəm. Üz-gözündən qəribə bir qədimlik yağan özbək bələdçim özü də elə ətrafdakı abidələrə bənzəyir. Onların nə vaxt, necə yarandığını, zaman-zaman burda baş verənlərin hamısını yerli-yataqlı bilir. Elə bil, həmin o sirli-sehrli əhvalatları ziyarətçilərə çatdırmaq üçün o dövrdən təsadüfən bu abidələrin arasında yaddan çıxıb qalıb.
    – Memar yuxudaymış kimi, birdən ayıldı. Tikintini bu sürətlə davam etdirsə, vaxtından qabaq başa çatdıracaqdı. O zaman sevdiyi qadının daha nə üzünü görəcək, nə də məlahətli səsini eşidəcəkdi. (daha&helliip;)

  • Eyvaz ZEYNALOV: “Meşədən qayıdarkən” (hekayə)

    eyvaz ist

    Bir dəfə nəvəm dirəndi ki, onu meşəyə, göbələk yığmağa aparım. Mən də apardım.

    Nəvəm şəhərdə böyümüşdü. Birinci dəfəydi meşəyə ayaq basırdı. Burda onunçün hər şey yeni, maraqlı idi. Addımbaşı dayanır, yar­­paqların pıçıltısına, quşların cəhcəhinə qulaq asır, ətrafı dinşəyir, elə hey nəsə so­­­ruşurdu. (daha&helliip;)

  • Teymur HƏBİBİ.Yeni şeirlər

    1491698_1718348995058408_1892849279862912385_n

    MƏNİM QƏBİR DAŞIM

    Bir arzum var sevənlərdən,
    Unutmayın sizlər məni.
    Gələndə də ürəklərdən
    Qoparıb atmayın məni.

    Mən öləndə qəbir daşım
    Doğma olsun sizlər üçün.
    Şəkildəki gözüm, qaşım
    Doğma olsun sizlər üçün (daha&helliip;)

  • Tural SAHAB–”Anlatmalıyam…” (Köşə yazısı)

    1545553_10203040697648544_1046483349_n

    İnsanlara sevginin hekayəsini anlatmalıyam və hekayəni sevgi ilə… Zaman dəyişə bilər, ancaq dəyişən zamanın içində dəyişilməyən şeylərin də var olduğunu. Çox sevməyin üzsüzlük olmadığını, sevda uğrunda mücadilə etməyin acizlik olmadığını və sevgilini unuda bilməyənlərin nakişi olmadığını anlatmalıyam…
    Elə bir zamanda yaşayırıq ki, ürəklərimiz ağlımıza təslim olub, ağlımız da, ancaq heyvani istəklərin arzusunda… (daha&helliip;)

  • Debüt: Abdulla MƏMMƏD (Quba şəhəri).Yeni şeirlər

    abdullamemmed

    Abdulla MƏMMƏD (Məmmədov Abdulla Qəzənfər oğlu) 1963-cü il noyabr ayının 4-də anadan olub.1970-1980-ci illərdə Quba şəhər 2 saylı orta məktəbdə təhsil alıb.1981-1985-ci illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.1985-ci ildə ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir.1990-1992-ci illərdə məktəb direktoru, 1997-2002, 2004-2009-ci illərdə direktor müavini vəzifəsində çalışıb.Ailələlidir, iki oğlu var.
    (daha&helliip;)

  • Allahşükür AĞA.Yeni şeirlər

    1424249538_sekil

    Qaranlıq gecənin qara adamı….

    Qaranlıq gecənin qara adamı,
    Burax çıxım gedim, öz yolum ilə….
    Dolanbac yolların yorğunu oldum,
    Burax çıxım gedim, düz yolum ilə..

    Körpə uşaq kimi, ağlatdın məni,
    Duz basıb yarama sızlatdın məni,
    Qaranlıq gecədə aldatdın məni,
    Burax çıxım gedim, düz yolum ilə (daha&helliip;)

  • Vasif ZÖHRABOĞLU.Yeni şeirlər

    1601578_710347309084020_7077466699777794928_n

    Gulnar Qasimli-ya cavab…

    Oruc-oruc pəncərənə,
    Baxar bu ac pəncərənə,
    Ovuc-ovuc pəncərənə,
    Daş gəldi, namə gəlmədi.

    Sənin kimi gözəl ola,
    Gülüm, məndə ürək qalar
    Dur gəl qonağı qarşıla,
    Xoş gəldi, namə gəlmədi.
    (daha&helliip;)

  • Qabil ƏDALƏT.Yeni şeirlər

    Qabil_edalet (2)

    Qalıb hələ…

    barmağından üstümə çıxarıb atdığın
    üzüyün tökülmüş qaşları…
    çırpdığın qapının zərbəsindən
    divarların əməmlə gəlmiş çatları…
    qalıb hələ…
    sındırdığın güzgüdə çiliklənmiş əksimin
    dabanımın qanı ilə yuduğum üzü…
    çərçivədən çıxarıb yandırmaq istədiyin
    toy şəklimizin əzikləri… (daha&helliip;)

  • Tural ADIŞİRİN.Yeni şeirlər

    378318_508394119221817_1971439614_n
    ****

    Ayrıldıq..o gündən səbrim azaldı
    Bacara bilmədim əsəblərimlə
    Sənsizlik dərd olub qaldı mənimlə
    Mənsizlik getdimi görən səninlə?

    Başımda fikirlər gör neçələşdi
    Gör nələr baş verdi bir ayrılıqdan
    Ayrıldıq…aradan axı nə keçdi
    Sənsiz saçlarımda dan ağardı,dan (daha&helliip;)

  • Ruslan Dost ƏLİ.Yeni şeirlər

    10557202_516664981811596_1592662451939323226_n

    * * *

    bu pulun olmayan vaxtı,
    deyirəm nola, bircə vədə
    yeyib-içəsən, deyələrhttp://edebiyyat-az.com/wp-admin/post.php?post=11645&action=edit&message=10#
    hesabı şeirnən ödə.

    ömrün-günün qara vaxtdı,
    şeiri bir bəyaz boya san.
    bircə səhər üzün gülə:
    məktəbə gedən oğlunun
    cibinə şeir qoyasan… (daha&helliip;)

  • İsa HƏSƏNOĞLU.Yeni şeirlər

    10818593_717633538314366_1000672302_n

    CƏNNƏTDƏN GƏLƏN SƏS

    Gəl həsəd aparma yurduma, qardaş?
    Sən gələn diyardan köçüb gəlmişəm.
    Məni bu ünvana səsləyən ki var,
    O kəsin yolunu seçib gəlmişəm.

    Bu yolda başıma gəlməyib nələr?!…
    Əzabla aşmışam dağlar, dərələr,
    Polad qalxanımı etmişəm sipər
    Vəhşi düşmənimdən qaçıb gəlmişəm.
    (daha&helliip;)

  • Debüt: Həsən MİRAT (Naxçıvan Muxtar Respublikası).Yeni şeirlər

    hesen

    Hüseynov Həsən 1982-ci il iyunun 26-sı, Naxçıvan MR-nın Ordubad rayonunda dünyaya göz açıb. Orta təhsilimi Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsindəki 114 saylı məktəbdə başa vurub, 1999-cu ildə Ali məktəbə daxil olmuşam. Təhsilimi bitirib 2006-cı ildə hərbi xidmətə yollanmışam və 2007-ci ildə hərbi xidmətimi bitirib qayıtmışam. Bakınin Buzovna kəndində Hacı Arif Buzovnalının rəhbərliyi ilə təşkil olunmuş “Məcmə-üş-şüəra”nın üzvü olmuşam. 2013-cü ilin sentyabrında İran İslam Respublikasının Urmiya şəhərində keçirilən “Türkdilli xalqların 8-ci beynəlxalq Rəzəvi şeir festivalı”nda yer tutub, diplom və mükafatlarla təltif olunmuşam. Hal-hazırda ixtisasım üzrə orta məktəbdə müəllim işləyirəm. Dövlətçiliyimizə, müstəqilliyimizə xələl gətirənləri, səhv yolda olanları Mirat (güzgü) təxəllüsü ilə yazdığım şeirlərlə tənqid etdiyim üçün yaradıcılığımın əsasını satira təşkil edir. (daha&helliip;)

  • Kənan AYDINOĞLU.”Səmimi hislərin carcısısan sən” (Məqalə)

    Photo Kenan

    QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ

    Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim

    Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış şəxsləri, mütəfəkkirləri, alimləri istedadın UCA Allah tərəfindən gəldiyini anlamış, dərk etmiş və bu haqda öz fikirlərini də söyləməyi unutmamışlar. Qədim yunan filosofları bu haqda daha çox fikir söyləməyə müyəssər olmuşlar. Hər dövr üçün söylədiyi dəyərli fikirlərə, aforizmlərə, hikmətli sözlərə görə dünya ölkələri arasında qabaqcıl yer tutan qədim yunan filolosofu Aristotelin “İnsan yalnız öz gücünə inanandan sonra öz istədiyinə nail olur” -fikri, İngilis ədəbiyyatının klassiki hesab edilən Uilyam Şekspirin “İstedadını danma-istedadlılıq əlamətidir”-deyimi, Xalq şairi Nəriman Həsənzadənin illər öncə qələmindən çıxan “Niyə istedadlı istedadsıza, ya qanan qanmaza hesabat verir?!”-misraları deyilənləri ədəbi fakt kimi təsdiqləyir.
    Son zamanlar dövri mətbuat səhifələrində (istər mətbu orqanlarda, istərsə də müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda) forma və məzmun etibarı ilə bir-birini periodik olaraq tamamlayan şeirləri, məqalələri, hekayələri və müsahibələri ilə diqqətimi çəkən yeni nəsil Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi-istedadlı gənc xanım yazar Şəfa Vəliyeva çağdaş dönəmdə də araşdırmaçıların diqqətindən kənarda qalmalı deyil. Ən sadəsi ona görə ki, gənc xanım yazarın müxtəlif mövzuda ərsəyə gətirdiyi ədəbi-bədii nümunələr, poeziya örnəkləri özünün ifadə etdiyi məzmun və formasına görə müxtəlif üslublarda və janrlarda qələmlərini sınayan yazarlardan köklü surətdə fərqlənir. Nəsr ilə çox maraqlanmasam da, doğrusu, bir neçə il öncə DGTYB başqanı Əkbər Qoşalının mənə oxumaq üçün hədiyyə etdiyi “Bölgələrdən səslər” kitabını (yeri gəlmişkən bu kitab Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” adlı layihə çərçivəsində 2013-ci ildə “Bilik” Poliqrafiya Mərkəzi tərəfindən 240 səhifə olmaqla 500 tirajla dərc olunub.Layihə rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbüycan üzrə başqanı Əkbər Qoşalı idi) varaqlayanda Şəfa xanımın hekayəsini gördüm. Adı da məzmununda olduğu kimi həm maraqlı, həm də diqqətçəkən idi. “Sevimli küçə süpürən” adlanırdı sayğıdəyər dostumuzun hekayəsi. Oxumaq qərarına gəldim. Oxudum da. Doğrusu, vaxtın necə gəlib keçdiyini heç hiss də etmədim. Əslində, bu mənim üçün ilk oxunan və sevilən hekayə olaraq, yaddaşıma hopdu. Əsərin müəllifini də, özünü də çox sevdim. Lap çoooooox. Sonradan facebook sosial şəbəkəsində arayıb buldum. Şeirlərini, məqalələrini və hekayələrini imkanımız daxilində istedadlı yazarların təbliği ilə məşğul olan portallara göndərdik. Şükürlər olsun ki, göndərməkdə heç yanılmadıq da.Nümunə üçün bir il öncə həyata keçirilən “Gənc qələm sahibləri” müsabiqəsində qalib gəlmiş hekayəsini göstərmək olar. Sonrakı günlərdə isə şeirlərini və hekayələrini shahbulaq.az, gundelik.info, edebiyyat-az.com portallarında dərc etməklə, könül xoşluğu ilə sayğıdəyər dostumuza dəstək olmağa çalışdıq. Etiraf edim ki, gənc xanım yazarın uğuru bununla qurtarmadı. Əksinə, sədası müxtəlif mətbu orqanların redakasiyalarından (xüsusilə “Azad qələm”, “Ədəbiyyat qəzeti”) gəldi, “Bəyaz ölüm” pyesi əsasında, rejissor Çinarə Əlizadənin quruluş verdiyi eyniadlı tamaşa Gəncə Dövlət Dram Teatrında təqdim edildi. Azərbaycan Yazıçılar Birliyinə, Dünya Gənc Türk Yazarlar Birliyinə, “Gənc Ədiblər Məktəbi”nə üzv qəbul olundu, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Nəsr” bölməsi üzrə Baş redaktoru təyin olundu. Çağdaş dönəmdə oxucuların ruhundan xəbər verən əsas faktorlardan birini-Türkiyə türkcəsində yazıların, əsərlərin geniş oxucu kütləsi tərəfindən müsbət qarşılandığını nəzərə alsaq, böyük inam hissi ilə deyə bilərik ki, əgər gənc xanım yazarın həm poeziya, həm də nəsr nümunələri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirib dərc olunmaq üçün Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlarda, antologiyalarda, portallarda işıq üzü görərsə, sanarım, sözün yaxşı mənasında böyük rezonans doğura bilər. Müasir Azərbaycan ədəbi dilinin qayda-qanunlarını mükəmməl yiyələnməsi, Ədəbiyyat tariximizdə həmişə aparıcı mövqeyə malik olmuş Bədii üslubun hər üç səviyyədə (fonetik, leksik, qrammatik) göstəriləciləri üçün səciyyəvi olan ən xırda detallara belə həssaslıqla yanaşması, son dərəcə ən mükəmməl bədii əsər ərsəyə gətirməsi istedadından xəbər verən faktorlardan biri kimi səciyyələnməlidir. Sanarım, yazılarının heç birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığı üçün öz yazıları ilə oxucuları düşündürməyə vadar edən, hər yeni əsəri ilə könül xoşluğu gətirən, qəlbinin odunda gəzdirdiyi səmimiyyəti-əsl Türk qadınına layiq olan əxlaqi-fəlsəfi fikirləri ilə ruhumuzdan xəbər verməyi bacaran, hər bir kəsə, dilindən, dinindən, mənsubiyyətindən asılı olmayaraq, eyni doğmalıq hissi ilə yanaşmağı bacarmaq qabiliyyəti və xüsusiyyəti istedadlı gənc xanım yazar, sayğı dəyər dostumuz, qələm yoldaşımız, məsləkdaşımız Şəfa Vəliyeva bir çox spesifik xüsusiyyətləri ilə ən ümdə gedən yazarlardan biri olaraq, bu missiyanı uğurla, Uca Allahın köməyi ilə büdrəmədən həyata keçirməyə müyəssər olur. Bu Ədəbiyyat yolunda yeni yaradıcılıq uğurları və fəaliyyəti diləməyi isə özümə həm qardaşlıq, həm də oxucu borcu bilirəm. Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü
    16 aprel 2015-ci il. Bakı şəhəri

  • “Səmimi hislərin carcısısan sən” (Məqalə)

    Photo Kenan

    QADINSIZ DÜNYANIN YOXDU QİYMƏTİ

    Səmimiyyəti ilə nümunə olmağı bacaran sayğıdəyər dostumuz, istedadlı gənc xanım yazar Şəfa Vəliyeva haqqında düşüncələrim

    Həyatı obrazlı şəkildə əks etdirən söz sənəti Ədəbiyyat yarandığı gündən bu günə qədər müxtəlif irqlərə, dinlərə mənsub olan şəxsləri-ədəbi-bədii yaradıcılıqla məğul olan istedadlı yazarları müxtəlif ideya ətrafında birləşdirməyə müyəssər olub. Hətta, dövrlərinin tanınmış şəxsləri, mütəfəkkirləri, alimləri istedadın UCA Allah tərəfindən gəldiyini anlamış, dərk etmiş və bu haqda öz fikirlərini də söyləməyi unutmamışlar. Qədim yunan filosofları bu haqda daha çox fikir söyləməyə müyəssər olmuşlar. Hər dövr üçün söylədiyi dəyərli fikirlərə, aforizmlərə, hikmətli sözlərə görə dünya ölkələri arasında qabaqcıl yer tutan qədim yunan filolosofu Aristotelin “İnsan yalnız öz gücünə inanandan sonra öz istədiyinə nail olur” -fikri, İngilis ədəbiyyatının klassiki hesab edilən Uilyam Şekspirin “İstedadını danma-istedadlılıq əlamətidir”-deyimi, Xalq şairi Nəriman Həsənzadənin illər öncə qələmindən çıxan “Niyə istedadlı istedadsıza, ya qanan qanmaza hesabat verir?!”-misraları deyilənləri ədəbi fakt kimi təsdiqləyir. (daha&helliip;)

  • Harika UFUK.Muhteşem şiirler

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Hoşgörü

    Sevgi köprüsünden geçenler bilir,
    Kalpten kalbe giden yoldur hoşgörü.
    Dostluk pınarından içenler bilir,
    Tadına doyulmaz baldır hoşgörü.

    Güvercin uçuran mavi semada,
    Kubbede kalacak yalnız hoş seda,
    Savaşa, kavgaya, kine elveda,
    Birlikte, barışta seldir hoşgörü.
    (daha&helliip;)

  • Gənc xanım yazar Ülkər Piriyevamüsabiqənin qalibi oldu

    1425096966_ulkerxanim

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, DGTYB üzvü,Bakı Slavyan Uiversitetinin İnnovasiya və Texnologiya üzrə rektor müşavirliyinin üzvü Ülkər Piriyeva “Yaradıcılıq” müsabiqəsində qalib gəlib.
    Qeyd edək ki, müsabiqə aprel ayının 3-də Bakı Slavyan Universitetində “Kölgə” Kabinetinin təşkilatçılığı ilə keçirilib. Müsabiqənin məqsədi yeniyetmələrin yaradıcılıq fəaliyyətinə cəlb olunmasının onların təhsildə motivasiyasının artırılmasına xidmət etdiyini və gələcək həyat yolunun seçilməsində vacib amil olduğunu göstərməkdir.
    Ükər Piriyeva müsabiqədə “Qeyrətim, oyan” şeiriylə qalib gəlib. Şeir münsiflər tərəfindən yüksək qiymətləndirilib.

  • Əsmər QASIMLI.Yeni şeirlər

    1423889445_esmer

    RUHUM İLLƏR YORĞUNU…

    Açılmayan bir səhərin sorağıyla
    yumuram gözlərimi.
    Səhər ruhumun səhəri…
    Tale yüklü ürəyimdən qələmimə axıb gələn
    sıraladım sözlərimi,
    O söz ruhumun qəhəri…
    Dolub sinəm arzulanmaz arzularla
    Fikrim qanadlanıb uçur
    arzulardan-arzulara
    Yol çəkərkən baxışlarım
    ən ucqari bir nöqtəyə
    Kimsə bilmir,tuşlanıbdır nəzərlərim
    Xoşbəxtlik adlı zirvəyə.
    Xəyalımda addım-addım o zirvəyə yol aldıqca
    Ürəyimdə ümidlərim yavaş yavaş puç olduqca
    Təzadlığın ən dolaşıq düyününə
    rast gəlib ürəyim, ruhum…
    İndi söylə, xəyallarım,
    Arxanca mən hara uçum?… (daha&helliip;)

  • Əli RZAZADƏ.”Onun bir mənzili vardı..” (Hekayə)

    elirzazade

    Onun kiçik bir otağı vardı, həyətdə evdən bir az kənar, indi istfadə olunmayan bir otaqlı həyət evi. Qabaqlar bura evin köhnə, lazımsız əşyaları, dolu və boş bankalar yığardılar. Daha sonra boşaldılmış və istfadə edilməyən bir yerə çevrilmişdi. O öz əşyalarını, doğum günündə aldığı hədiyyələri bura yığıb yalnız özünə aid bir evə çevirmişdi. Anasından güc bəla ilə köhnə bir xalça da alıb atmışdı ayağının altına. Əllə çəkdiyi öz şəkillərini divara asmış, qonağı gələndə onlara göstərərdi. Təklikdən, qaranlıqdan qorxmasaydı gecələr də burada qalardı, amma anasından ayrı yata bilmirdi. Açarını da özü ilə gəzdirər, məktəbdə “evimin açarıdır” deyib böyüklənərdi kiçik qızcığaz. Hamı bilirdi ki, onun bir otaqlı mənzili var. Hərdən sinif yoldaşları ilə bu evə gəlib dərs oxuyardılar, onlara acıqlanardı evinin səliqəsini pozan olanda. Otağının düzənini pozanları bağışlaya bilmir, qapını içəridən kilidləyib, içəridə tək tənha oturar, həyətə açılan pəncərənin bağlı şüşə arxasında oturub nəzər edər, heç kimi danışdırmazdı.
    ***
    İndi yenə qapısını bərk-bərk kilidləmiş uzanmışdı, yataqxananın bir otaqılı mənzilində, hamıdan incik, küskün kənddəki bir otaqlı mənzilini xatırlayıb gözlərindən yaş damırdı. Gör neçə il keçib, 20 ildə artıq bir müddət, yəqin düşmən tapdağı altında qalmış yalnız ona aid olan mənzili indi yox idi, ya yandırılmışdı ya da sökülmüşdü. Qaçhaqçda hamı maşınlara minən zaman qızcığaz “mən qayıdana qədər birdən evimə girər şəkillərimi, oyuncaqlarımı, otaqda mənə aid olan hər şeyimi götürməsinlər” deyib tez mənzilinin açıq qalmış qapısını bağlamış, açarı da özü ilə gətirmişdi. Əsas odur ki, mənzili var, tək ona aid olan, divarında özü çəkdiyi şəkillər olmasa da ziyarətdə çəkdirib çərçivəyə saldırdığı şəkillər asılmış mənzili var. İndi artıq böyüyüb, bu tənha, qaranlıq otaqda anasız da tək yata bilirdi, artıq qorxmurdu. Onsuz anası da həyatda yox idi böyümüş kiçik qızcığazın. Qohumlardan küsmüş, tək tənha evinə sığınmışdı. Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsini eşidəndə qapını açıb onlarla söhbətləşər, deyib gülərdi, bayramlarda evini bəzəməkdə, divardakı şəkillərini tozdan təmizləməkdə böyümüş qızcığaza kömək edərdilər iki kiçik qızcığazlar.
    ***
    İndi yenə qapısını bərk kilidləmiş uzanmışdı ancaq ona aid olan bir başqa yerdə kiçik qaranlıq mənzilində özü də yenə tək tənha, axı artıq öyrəşmişdi tənhalığa. Ziyarətdə çəkdirdiyi şəkilini də asmışdılar mənzilinin divarından, fərq təkcə bu idi ki, bir az səxavətli olmuşdu, daha gizlətmirdi şəkillərini, nə inki qonaq gələnlər elə yoldan ötüb keçənlərdə gözucu baxıb keçirdilər. Evdən çıxarkən qapısını kilidləyib köçmüşdü bu kiçik, qaranlıq, tənha və yalnız ona adi olan otağa. İndi o evi də kənddəki evi kimi yox idi, ya sökülmüşdü, ya da satılmışdı. Yenə qulağı səsdə, gəlib gedənlərin addım səsindən tanıyrıdı.
    Hərdən rəfiqəsinin iki kiçik qızcığazının qapı arxasında səsi gələndə onlarla söhbətləşər, deyib gülər, bayramlarda evini divarlarını bayırdan zər-zinətlə bəzəyərdilər. Hamını soruşardı bu iki kiçik qızcığazdan, amma ancaq qapı arxasından, qapını aça bilməzdi daha, çünki bu kiçik, qaranlıq və soyuq mənzil ancaq və ancaq ona aid idi, ancaq ona, o böyümüş kiçik qızcığaza.

  • İlkin ABBAS.Yeni şeirlər

    10515052_1454147261518412_988404994_n

    Öldürər

    (Qoşma)

    Çalış bədnəzərdən gen dolanasan,
    Bir bəd baxış, göz adamı öldürər.
    Yalandır yanında xəncər yarası,
    Bircə kəlmə söz adamı öldürər.

    Nadan insan üçün özünü yorma,
    Vəfasız birindən etibar sorma.
    Hər “can” deyən kəslə oturub-durma,
    Əyri olan “düz”, adamı öldürər. (daha&helliip;)

  • Məmməd HACIZADƏ.Yeni şeirlər

    memmedhacizade

    Olmasın

    Varlananda qarşındakı adamlar,
    Göz önündə cılız,arıq olmasın.
    Oturanda düzgün otur,yaylanma,
    Gözlə sinən çox qabarıq olmasın.

    Həyat səni sınaqlarla bərkidir,
    Nər kişilik bu həyatın ilkidir.
    Gözəl sözdür,deyir:-pul əl çirkidir,
    Əsas odur zatın qırıq olmasın. (daha&helliip;)

  • Elnur RƏSULOĞLU.Yeni şeirlər

    elnurresuloglu

    Qurtarıb

    Ağla, bulud, ağla. Yoxsa sənin də
    Gözlərin quruyub, yaşın qurtarıb?
    Daşla, fələk, məni. Nə dayanmısan?
    Yoxsa daş atmaqdan daşın qurtarıb?

    Sevgi də, nifrət də qəlbdə bəslənir,
    İnsan fərdilənir, insan kəslənir.
    Atamın dilində tez-tez səslənir:
    “Ölən ölüb gedib, başın qurtarıb”. (daha&helliip;)

  • Elnur ABDİYEV.Yeni şeirlər

    1424259792_elnur

    Qadın göz yaşına inləyir ruhum

    Nə olar,ağlama,sil,göz yaşını,
    Qadın göz yaşına inləyir ruhum.
    Zümrüd gözlərindən daman damlanı,
    Bir nalə,fəryadtək dinləyir ruhum.

    Səni ağladanlar anlamır nədən?
    Qadınsız bir kişi yurddaşsız Vətən.
    Tərk edir bədəni,ruhsuzdur bədən,
    Qalxıbdı,cismimə enməyir ruhum. (daha&helliip;)

  • Rəşad MƏHƏMMƏDOĞLU.Yeni şeirlər

    578951_197118437124368_2030204772_n

    Mən də belə dilənçiyəm

    Yenə Çıxmısan küçəyə,
    Boylanıram gizli sənə,
    Elə baxırsan ki mənə.
    Nə düşünürsən?
    Yazığammı?
    Yoxsa yaşamaqçün əlacsızammı?
    Hə, sənə əl açmışam.
    Pis anladın?
    Mən o dilənçidən deyiləm.
    Nə olsun ki, tanımadın? (daha&helliip;)

  • Nail DAĞLAROĞLU.Yeni şeirlər

    10671462_1506906362912856_7090846000264678093_n

    Təbiətin sirrinə bax

    Dağlar qardı kənt də çiçək,
    Hər ikisi gözəl göycək.
    Gəl bir yerdə seyr eyləyək,
    Təbiətin sirrinə bax.

    Kənt yaşıldi dsğıar ağdı,
    Bunlar yazdan bir soraxdı.
    Bülbül ötən güllü bağdı,
    Təbiətin sirrinə bax. (daha&helliip;)

  • Məhərrəm CƏLİLABADLI.Yeni şeirlər

    meherrem

    Sən oldun

    Nə sağ nədə solunda
    Gəzdim bu eşq yolunda
    Sevgimin baş rolunda
    Mənə qalan sən oldun

    Dedilər atacaq səni
    Düşündüm olar yəni?
    Sevdiyin üçün sən məni
    Mənə qalan sən oldun

    Yaxınlarım uzaqda
    Gərək deyim bu haqda
    Xəstə ikən yataqda
    Mənə qalan sən oldun. (daha&helliip;)

  • Məhəmməd ŞÜKÜRLÜ.”İkinci Dünya” (Hekayə)

    sekil

    Bəlkə də səhər tezdən günəşin işıqları pəncərədən keçib gözümü qamaşdırmsaydı yatmağa davam edərdim. Heç bilmirəm yatağım niyə pəncərə tərəfdədir. Həmişə də yerini dəyişməyə təmbəllik etmişəm. Onu da deyim ki, yuxular mənə başqa bir zövq verir. Bəzən meşənin içi ilə qurumuş yarpaqların üstündə tək tənha gəzdiyimi, bəzən də tanımadığım bir şəhərdə əlləri qanlı zombi kimi gəzdiyimi, ətrafa baxıb zövq aldığımı görürdüm. Hətta nədənsə yuxularımda daha çox bu cür mənasız şeylər görürdüm. Heç bilmirəm belə mənasız və yalnız olduğum yerdə niyə xoşbəxt olurdum. Hansı axmaq belə anormal bir yerdə xoşbəxt olardı ki? Amma nə də olsa nəticədə xoşbəxt olurdum. Xoşbəxt? Hə, yalnız yuxularda. Deyəsən yuxudan durmağın vaxtıdır. Yarı yuxulu halda hamama girib güzgüdə özümə baxmağı sevirdim. (daha&helliip;)

  • EŞQİN HAQQINI VERƏN ŞAİRƏNİN İŞIĞINA TOPLAŞDIQ…

    gunayxanim

    11 aprel 2015-ci ildə gənc yazar, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin üzvü, “Axın” ədəbi birliyinin rəhbəri, BSU Yaradıcılıq fakültəsinin birinci kurs dinləyicisi Günay Həsənlinin “Eşq haqqı” adlı şeir kitabının təqdimat mərasimi keçirildi. Mərasim Bakı Slavyan Universitetinin konfrans zalında baş tutdu. İdarəsinin şairə Fərqanə Mehdiyevaya həvalə olunduğu tədbirdə Hacı Rafiq, Əli Əmirli, Cığatel İsaqızı, Əlişirin Şükürlü, İbrahim İlyaslı, Nəcibə İlkin, Narıngül Babayeva, Pərvanə Şəm, Aybəniz Əliyar, Fəxrəddin Meydanlı,
    Çingiz Musayev, Rəhim Mehnət, Elxan Yurdoğlu
    İlqar Bizəban, Balayar Sadiq və s. kimi Çağdaş ədəbiyyatımızın tanınmış simaları, ziyalılar, gənc yazarlar və Yaradıcılıq fakültəsinin dinləyiciləri iştirak etdilər.
    Kitabın redaktoru gənc şair Gülnar Səma, korrektorları Sərvər Kamranlı, Elşad Barat, rəssamı Nəvai Mətin, ön sözün müəllifi şair İbrahim İlyaslıdır. şairə
    Təbrik üçün söz alan tanınmış söz adamları gənc şairin yaradıcılığından, ədəbiyyatda tutduğu mövqedən danışıb, gələcəkdə daha böyük uğurlar, müvəffəqiyyət arzu etdilər. Tədbir iştirakçılarının marağını daha çox cəlb edən isə kitaba seçilmiş ad oldu. “Eşq haqqı” adını hərə bir cür mənalandırdı.
    Yaradıcılıq fakültəsinin rəhbərliyi adından söz fakültənin dekan müavini Manaf Kərimov, metodist Sevinc Yunusluya, dinləyicilər adından isə Seyran İsmayılov, Gülnarə İsrafilqızı və Sevil İşığa verildi. Yaradıcılıq fakültəsinin birinci kurs dinləyiciləri Ülkər Piriyeva müəllifin kitabda yer alan “Zaman” və “Həyat budur”, Çinarə Ömray “Qovuşarıq” şeirlərini səsləndirdilər. Sonda sevincini paylaşdıqları üçün tədbir iştirakçılarına, xüsusən Bakı Slavyan Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən Günay Həsənli özünün “Dəli sevgilər” şeiri ilə məclisi yekunlaşdırdı.

  • Gənc xanım yazar Günay Həsənlinin yeni kitabı işıq üzü görüb

    11081474_1583527801907388_4857628180611230693_n

    “Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü müasir Azərbaycan poeziyasında özünəməxsus yer tutmuş şair İbrahim İlyaslı yazıb və kitab “Gözəlim” adlı vətənə həsr olunmuş şeirlə başlayır. Redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Gülnar Səmadır. Gözəl rəssam Nəvai Mətin də kitabın üz qabığını hazırlayıb, korrektorları isə DGTYB-nin üzvü Sərvər Kamranlı və Yazıçılar Birliyinin üzvü, AMEA-nın elmi işçisi Elşad Baratdır. Kitabın komputer tərtibatı işlərini Namiq Vəlioğlu, texnoloq işlərini isə Azər Şəmşədoğlu görüb.
    Kitabımın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

    Günay Həsənli

  • Harika UFUK.Muhteşem şiirler

    307114_10150226571147998_8263005_n

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Konçerto

    Konçertodan dökülen nağmeleri
    Topladım eteğime.
    Beethoven çalıyordu.
    Kontrbas içindeki mahpusluğum bitti,
    Piyanoda ilk nota vurulurken…
    Gözler, kulaklar, eller birleşmişti,
    Notaların gizeminde…

    Yorgundu viyola, keman ise acı çekiyordu.
    Hafifledi iniltisi, sonra birden haykırdı!
    Kısacık dinlenirken sazlar piyano coştu,
    Yunan mitolojisinin yarı insan, yarı at tanrısı
    Hermes, koşturuyordu salonda…
    Viyola, mitolojideki tanrılarla buluştu yine…
    Obua, kesik kesik hıçkırdı,
    Teselliye başladı bütün sazlar. (daha&helliip;)

  • Gülnarə İSRAFİLQIZI.”Səni gördüm uzaqdan “

    234435423665547648

    Səni gördüm uzaqdan
    bir nəfəs qədər uzaqdaydın.
    nəfəsimi çəksəm
    ciyərlərimə hopardın bəlkə də hava axını kimi
    uddum nəfəsimi ki, səni gözlərimlə sevim,
    sənsə az qala ürəyimi taptalayacaqdın
    yanımdan qızılquş kimi şığıyıb getdiyində.
    bənövşə boynumu büküb
    dəhlizdən uzaqlaşana qədər arxanca boylandım.
    özümü aldatdım,
    tənhalığımın təkliyində.
    yaxınlaşıb salam verə bilmədim gedişinə.
    yola salmağa həvəsli kimi.
    ey qarmaqarışıq ruhumun qonağı,
    xoş gəlmisən demədən,
    xoş getdin dedim gəlişinə.
    şirin sözə ac olduğum halda,
    acıdım.
    divara hörülmüş kimiyəm.
    yeriyən daş gördünmü heç?
    taptasanda sinəmdəki daşı taptayacaqdın!
    divarlaşmışam insanların arasında.
    sərhədlərim keçiləməz olub.
    hərdən daşın gözlərindən yağış damcılayanda,
    yanağım islanır.
    dup-duru bulaq qaynayır elə bil.
    hərdən də, guruldayıram şimşək kimi
    göyün üzündə.
    nə daşım əriyir, nə də səsim kiriyir.
    sədləşirəm, sərhədləşirəm,
    hisslərimdə.
    varlıqla yoxluq arasında nə sən varsan, nə də mən!
    biz yoxuq!
    gedişin mübarək, gəlişinə daşlaşdığım!
    divara xoş söz desən nə olacaqdı ki…

  • Fidan ABBASOVA.”Ömrümə yazılmış ən gözəl anım…”

    10303732_671065352970864_1651485580712221988_n

    Seni elə sevdim inanmadım ki
    bu sevən mənəmi ? yada xəyalım
    Səni elə sevdim düşünmədim ki
    ömrümə yazılmış ən gözəl anım…

    Səni elə sevdim susdu çay səsi
    qəlbimdə döyünən sevginin səsi
    səni elə sevdim görən hər kəsi
    istədim şahidtək bura çağırım…..

    Səni elə sevdim dənizlər qədər
    bəlkədə göydəki ulduzlar qədər
    sən elə bildinki gedəcək hədər
    getmədi iz qoyub sevgi cığırım…..

    Səni elə sevdim İnanmadım heç
    sən olsan mənimlə desəm burdan keç
    ya uzaq xəyalı ya Fidanı seç
    səni xatirəmlə birgə saxladım…….

  • Şəfa EYVAZ.Yeni şeirlər

    1423756700_sefa-xanim

    Bu sevginin üzü payıza tərəf

    İçində bir ovuc xəzan daşıyır,
    Həzindi, səssizdi, dinmir bu sevgi.
    Bir uçuq daxmada tənha yaşayır…
    Bu sevginin üzü payıza tərəf.

    Əlində kədər var, qəmini didir.
    Çaxılıb üzüstü daşa bu sevgi.
    Elə yarpaq- yarpaq tökülüb gedir,
    Bu sevginin özü payıza tərəf.

    Adı “sevgi” imiş… ad təsəllidi,
    Heç özü bilirmi nədi bu sevgi?!
    Bahar, yay tanımır, tək fəsillidi,
    Bu sevginin izi payıza tərəf.

    27.08.2014

    * * *

    Gözümdə gözünün şəkli qalmasın,
    Ayrılıb gedəndə üzümə baxma.
    Ölsəm bu ölümün adını sən qoy,
    Qatil olduğunu boynuna alma.

    Gedirsən?! Sakitcə arxanı dön, get,
    Demə yaşanacaq nələrsə qaldı.
    Gedərkən basdığın yerə diqqət et,
    Qəlbim ayağının altında qaldı.

    Sən getdin heç nəyin qalmadı məndə,
    İstəsən qayıt künc-bucağı yoxla.
    Mənim də çox şeyim qalmadı, amma,
    Qəlbim əmanətdir, onu bərk saxla.

    05.09.2014

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sefa1-450x300

    * * *

    bir gün gələcəm sizə,
    elə-belə… təsadüf…
    qonşu qoyacaq sözə,
    -arsızdı, özü gəlib…

    keçəcəyəm mətbəxə,
    qaynayacaq çaydanın…
    dadı qalıb deyirlər,
    damağında dolmanın…

    eyninə alma, gülüm,
    çox dolmalar bişəcək…
    bizim toyun apreli
    hər təqvim bəzənəcək…

    Bakıda ayrı olur
    İlin dördüncü ayı…
    Gəncədə bir qız solur,
    Əynində həsrət payın…

    səndən küsən bu qıza
    bu gün dərdin də çoxdur…
    bir gün gələcəm sizə…
    o gün təqvimdə yoxdur…

    * * *

    İki gündü hamı qadından yazır, mən niyə sıradan qalım ? )))
    amma, məndə bir az fərqli misralardadı qadın… Özü də payızdan qalıb…

    Özünə oxşatdın rəngi-ruhumu
    Bu qara qızın da sevgisi sarı…
    Fələklə əlləşən min günahımın
    Beşinci ləçəyi, qönçəsi sarı…

    Qadınlar doğulmur sevinc adına
    Qoyulan bu adlar təsəllimizdi…
    Təsadüfdən gəlib düşsəm yadına
    Bil ki, payızdayıq…bizim fəsildi…

    Bozarıb…saralıb…gözümdə dünya
    Fırçamı silirəm arzularıma…
    Bəlkə hər fəsildən bir ahəng ala…
    Bəlkə… ömrüm dönə göy qurşağına…

  • Şafa KAMİLLİ.Yeni şeirlər

    test

    Bəsdi yağdin ey yağiş…

    Bəsdi yağdin ey yağiş ,
    Sən yağirsan aramsiz ,
    Urəyimi uzursən ,
    Qözlərimdə nəmim var .
    Qəlbimdə kədərim var ,
    Bəsdi yağdin ey yağiş ,
    Uzmusen urəyimi ,
    Satlarla dərdləşdim ,
    Sənınlə mən ey yağiş ,
    Demim bəlkə azalar ,
    Qəlbimdəki yaralar ,
    Azalmadi ,ey yağiş .
    Bəsdi ,yağdin aramsiz .
    Yağma ,dayan amandi .
    Üzursen urəyimi .
    Umudlərim puc olur .
    Dayan besdi yağma sen ,
    Sensiz də ,dərdim coxdu ,
    Yağma ,yağma ,amandi .
    Bitsin ,bu soyuq kulək ,
    sənlə birğə sənqisin,
    Əsməsin oda daha ,
    Bahardi axi bəsdi ,
    Qöy hər tərəf günəşin ,
    İşiqina boyansin ,
    Qüllər -cicəklər acsin ,
    Qoy oxusun bulbuler ,
    Ureyimiz acilsin .
    Yağma ,yağma ey yağiş ,
    Yağma ,yağma ey yağiş…
    Bəsdi ,yağdin ey yağiş ..bəsdi ….

    13.04.2015 15.00

    * * *

    Duşunurəm nədən sen ?
    Niyə sen ?
    Etrafda bu qeder insan var .
    Hec birini nə qörmək ,
    Nə bə eşidmək isdiyirəm .
    Günümdə sən .
    Yuxusuz gecələrimdə sən .
    Butun gün ağlimda yalniz sen .
    İşdədə ,evdədə ,qəzdiyim hər yerdə sən .
    Nədən sən ?niyə sən ?niyə sən ???
    12.04.2015

  • Gənc xanım yazar Xəyalə Sevilin yeni kitabının təqdimat mərasimi keçiriləcək

    kitab

    20 aprel 2015-ci il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, istedadlı gənc xanım yazar Xəyalə Sevilin “Saçlarıma Ay qonub” yeni kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin də iştirakıgözlənilir.
    İştirak etmək istəyən hər kəs dəvətlidir

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Ülkər PİRİYEVA.”Yağışın hissi”

    1425096966_ulkerxanim

    DGTYB üzvü

    Yenə başladı yağış, kim bilir her enən yağış damlasında neçə-neçə insanın ahı gizli, neçə-neçə insanın sevincdən göylərə yüksələn xoşbəxtliyi gizli, neçə-neçə şəhid anasının dərdindən ananın oğulllll deyə ağladığı fəryadı gizli, neçə-neçə körpənin küçələrə atıldığı andan ana kəlməsiylə saxlı göz yaşları gizli. Kim bilir, neçə-neçə sevgilinin ayrılıqdan doğan qaranlığı gizli, neçə-neçə gənc qızların ata-anadan sirr deyə saxladığı, ürəklərini param-parça dağıdan ağ dünyası gizli, neçə-neçə valideynin qocalar evindən, küçələrə atıldığı gündən oğlum, qızım deyə yalvarışları gizli, neçə-neçə körpənin küçələrdə dilənçi kökünə salındığı andan ürək dağlayan məhrumiyyətləri gizli. Kim bilir, neçə-neçə məhəbbət yalvarışları, neçə-neçə ayrılıq acıları gizli, neçə-neçə kəndlinin biz yatarken gecə gündüz alın təriylə becərdiyi yağış yağsın deyə duaları gizli. Kim bilir, neçə-neçə ananın evində boş çörək tabaqlarına acılı göz yaşlarıyla baxdığı ürək ağrısı gizli, neçə-neçə atanın axşam evinə əli dolu gəlsin deyə soyuqdan, ağırlıq qaldırmaqdan qabar olan əlləriylə Allaha hər kəsdən, hətda, ailəsindən gizli olan gözyaşı dolu, Allaha hər şeydən yaxın yalvarışları gizli… (daha&helliip;)

  • Əsmər QASIMLI.Yeni şeirlər

    1423889445_esmer

    GƏTİR…

    Axtar, ara özgələrdən,
    Qar-qarışıq döngələrdən.
    Pərakəndə cərgələrdən,
    Səhmanımı gətir mənim…

    Könül mülkümdəki taxtdan,
    Qalıb təkcə quru taxtan.
    Ümidsizəm mən bu baxtdan,
    Fərmanımı gətir mənim…

    Alnındakı qara ləkə,
    Vay o günə fələk çəkə.
    Məhəl qoyma cütə, təkə,
    Dildarımı gətir mənim…

    Saf arzusan, kirli xəyal,
    Təbiətdən mənə pay al,
    Qar-borandan tapıb macal,
    Baharımı gətir mənim…
    (daha&helliip;)

  • Şəhanə MÜŞFİQ.Yeni şeirlər

    1423890042_pic

    Tənhalığın simfoniyası

    Tənhalığın rəsmini çək, rəssam.
    Bir az aydın çək,
    qarışıq olmasın.
    Qarışıqlığın olmamasıdır
    Tənhalıq.
    Dağınıq saçlar çək,
    Küləyin böyük bir səylə
    üzünə dağıtdığı
    saçların xəfif toxunuşla düzəldənin olmamasıdır (daha&helliip;)

  • Qafqaz ƏVƏZOĞLU.”Yeri get, qız”

    Qafqaz Əvəzoğlu

    Sən məni heç zaman sevə bilməzsən,
    Məni sevənlərin sonluğu – yalqız.
    Aldanma beləcə görkəmimə sən,
    Yeri sev ağıllı bir adamı, qız!

    Məni sevənlərin ağılı yoxdur,
    Mənim şıltaqlığım dözülməz, çətin.
    Yeri get yerində sakitcə otur,
    Vallah, mən deyiləm sənin qismətin!

    Səni qısqanaram mən yerə, göyə,
    Doğma ataya da, südvermişə də…
    Kasası – hamıya, nə var hər şeyə,
    Lap belə dünyasın dəyişmişə də!..

    Tüpürüb dabana elə qaçarsan,
    Ancaq dilədiyin şükrlər olar.
    Mənim sevilməyim deyildir asan,
    Belə bir dəlidən kim sevgi umar?!

    Xətrinə dəyməsin, pis olma da heç,
    Yəqin ki, bu sevgin bir şıltaq ərkdir.
    Yeri get özünə bir babını seç,
    Məni sevmək üçün ürək gərəkdir!!

  • İnsanlar, qoruyaq təbiəti Biz

    Rafiq Oday foto

    Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız.

    Heydər Əliyev,
    Ümummilli lider

    Rafiq ODAY – şair, publisist

    (SOCAR “Azərikimya” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri respublikanın Əməkdar jurnalisti)

    2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədi ilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başlamışdır. Fond Bakı ətrafındakı qəsəbələrin istifadəsiz qalmış sahələrində 20 min həmişəyaşıl ağac əkməklə respublikada rezonans doğuran layihənin əsasını qoymuşdur. Qısa zamanda Azərbaycanın bütün şəhər, qəsəbə və kəndlərində vətəndaşlar bu təşəbbüsə qoşularaq yaşıllaşdırma kampaniyasını davam etdirdilər. Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox yeni ağac əkilmişdir. Bu gözəl təşəbbüs bu gün də davam etdirilir.

    İNSANLAR, QORUYAQ TƏBİƏTİ BİZ

    “Hərəmiz bir ağac əkək” təşəbbüsünə qoşulanların
    çağırış Marşı

    Həzindən həzindi, kövrəkdən kövrək,
    Qışında qar istə, yazında çiçək,
    Adi böcəyin də nazını çəkək,
    Hər şeydən baş sayaq bu ülfəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Yeraltı, yerüstü varı bizimki,
    Min cürə bəhrəsi, barı bizimki,
    Alması, heyvası, narı bizimki,
    Daha da bol edək bu sərvəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Ürəyin atəşi, közüdü elə,
    İnsanın zehnidi, gözüdü elə,
    Təbiət cənnətin özüdü elə,
    Yaradaq, yaşadaq bu cənnəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Qayğı var, yerinə can verəndi o,
    Arzuya, murada yetirəndi o,
    Daşda da gül-çiçək bitirəndi o,
    Ondan pay almışıq məhəbbəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Hər yarpaq bir udum nəfəsdi bizə,
    Hər budaq ilhamdı, həvəsdi bizə,
    Ağacsız bu dünya qəfəsdi bizə, –
    Car çəkək dünyaya həqiqəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Hərəyə bir ağac əkək, sevinək,
    Sonra qayğısını çəkək, sevinək,
    Gülsün üzümüzə çiçək, sevinək,
    Qəlblərə köçürək hərarəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Bu gündən sabaha inam daşıyar,
    Su çıxar, sevgiylə, inan daşı yar.
    İnsan gözəlliklə gözəl yaşayar,
    Dildə şüar edək bu hikməti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

    Yüksəliş yoludur yolu Öndərin,
    Bizlərik qanadı, qolu Öndərin,
    Bizə əmanəti Ulu Öndərin,
    Vətəndir – hifz edək əmanəti biz,
    İnsanlar, qoruyaq təbiəti biz.

  • Harika UFUK.”Günaydın!” (Köşe yazısı)

    307114_10150226571147998_8263005_n

     

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Pek çok kişinin bildiği gibi iki kız annesiyim. “İki kızım, iki gözüm” derim her zaman… Kitaplarımda da onlarla alakalı şiirler, yazılar bulunur. “Güz İkindisi” adlı serbest şiirlerimden oluşan kitabım iki kızıma armağanımdır. İçine baktığınızda Bu kitabımı hayatıma anlam katan sevgili kızlarım Sena ve Seda’ya ithaf ediyorum.” cümlesiyle karşılaşırsınız. Öz geçmişimde ise özel hayatımdan söz etmememe rağmen “Sena ve Seda adlarında iki kız annesidir.” ibaresi mutlaka yer alır. Dün Sena’ya yazdığım şiirimi paylaştım, çok beğenilen, güzel yorumlar alan “Ebedi Güneşim” hece tarzında idi. Bu şiirim 4 Mevsim Kültür Sanat Edebiyat ve Haber Dergisinin Temmuz-Ağustos- Eylül sayısında yayınlandı. Basıma hazırlanan “Bir Kalp Bıraktım Sana” kitabımdaki şiirlerden biriydi.

    Bugün de 4 Nisan 2009’da evlenen kızım için onun kına gecesinde 6 yıl önce tam da bugün yazdığım bir şiirimi sizlerle paylaşacağım.

    Kuşlar da zamanı gelince yuvadaki yavru kuşların uçmasını isterler. İlk yavrunun uçması anne kuşu üzer mi bilmiyorum ama bana çok zor gelmişti. Yuvamızdan ilk uçan küçük kızımın evliliği için hem seviniyordum, hem de ondan ayrılma fikri içimi çok acıtıyordu.Kızım çok hassas, çok merhametli, ailesine bağlı biridir. O da sevdiği adamla evleneceği için çok mutluydu ama 22 yıl yaşadığı evinden, annesinden, ablasından ayrılacağı için çok üzülüyordu

    Çeyizleri günler öncesinden yeni evine yerleştirilmişti. Her şey gönlünce olmuştu.Kız evi- oğlan evi diye bir kavram yoktu. Ben ilk kez kız gelin edecektim, onlar da ilk kez oğullarının mürüvvetini göreceklerdi. Herkes elinden geldiğince yuvaya harç koymuştu. Seda’ya ait hemen hemen bütün eşyalar yeni evindeki yerleri almıştı. Çok keyifli geçen kına gecesinde dostlar, akrabalar, kızımın arkadaşları doyasıya eğlenmişlerdi. Geleneklerimiz de unutulmamıştı. Kırmızı kına giysileri, içinde mumlar yanan süslü kına tepsisi, çerezler, kına yakarken gelinin avucuna konulacak altınlara varana kadar hazırlıklıydık. Kayın validesi kızımın avucuna yarım altın koydu, kırmızı ipek bağlarla bağladı.Kına türküleri de yanık yanık söyleniyordu. Hüzün yavaş yavaş çökmeye başladıysa da kızımın arkadaşlarıyla kuzenleri; benim can dostlarım Emine, Handan, Neşen ve kız kardeşim Yasemin ortamı neşelendirdiler.

    Kına bitip de davetliler gitmeye başlayınca yalnızlığımız iyice belirginleşmişti. İki kızım ve ben baş başa kalmıştık. Sena böylesi durumlarda duygusallığımızı dağıtır hep… Yine öyle yaptı, bizi güldürdü ama biliyordum ki üçümüz de ağlamamak için kendimizi zor tutuyorduk.

    Kınada söylenen bir türkü vardır.
    “Kınayı getir ana
    ,Parmağın batır ana,
    Bu gece misafirim,
    Koynunda yatır ana.”

    Kızım Seda, evdeki bu son gecesinde benimle yatmak istedi. Çok farklı duygular içindeydi. Ana-kız gecenin karanlığında sohbete başladık. “Şimdiye kadar benim dediğim her şey benim değilmiş gibi geliyor anne… Siz çekmeceleri boşaltıp içinde bana ait olanları çıkardıkça gardırobum, çekmecelerim boşaldıkça sanki ben bunlara hiç sahip olmamışım gibi hissediyorum.” dedi. Bunun üzerine ağlamaya başladım, bu şiiri yazarak eline verdim. Çok duygulandığım zamanlarda konuşamam. Ağlarım. Şu an bu satırları yazarken ağladığım gibi…

    Bir oğlum olsaydı ancak bu kadar sevebilirdim. Sevgili damadım beni hiç kırmadı. Saygısıyla sevgisiyle gözümün bebeği oldu. Şu anda kızım yedi aylık hamile, ikiz bebek bekliyor. Can, baba; Seda da anne olacak kısmetse mayısta… İlk torun derken ilk torunlar olacak. Biri kız adı Arya, diğeri erkek adı Uygar şimdilik bu isimleri uygun görmüşler. Doğana kadar fikirler ve isimler değişebilir ama evlat sevgisi asla değişmez, hiçbir şeyle de değişilmez. Dilerim ki kızım sağ salim bebeklerini kucağına alsın, ömrünce kocası ve çocuklarıyla mutlu yaşasın. Allah onlara da evlatlarının mürüvvetlerini göstersin. Sevgilerimle…
    heart duyğusu
    Sevgili kızım Seda’ya…
    heart duyğusu
    BOŞALAN YER

    Diyorsun ki:
    “Benden boşalan yeri
    Siz doldurdukça
    Yıllardır bana ait olanlar
    Benim değilmiş gibi geliyor.”

    Bize ait ne var ki dünyada?
    Hırslarımız, çekememezliğimiz
    Ödünç verilenler içinse
    İnan ki can parçam,
    Boşunadır çoğu savaşlarımız…

    Senindi bir zamanlar,
    Saltanatın vardı buralarda,
    Damganı vurmuştun
    Gezdiğin her yana…

    Sonra devir döndü,
    Yenilerine sahip çıktıkça
    Eskiler mi uzaklaştı senden
    Yoksa sen miydin uzaklaşan?

    Senindi attığın her adım,
    Bastığın toprak…
    Uç şimdi yükseklerde gezin,
    Gün geçtikçe çoğalarak!

    Adana.3 Nisan 2009

  • Tural SAHAB.“ Anamın kitabı”  bizə nə demək istəyir

    1545553_10203040697648544_1046483349_n

    Söhbət Mirzə Cəlilin əsərindən gedir. Bu əsər nə üçün yazıldı, bizə nə demək istəyirdi?!

    Bir  yazarı tanımaq, onun düşüncələrini görmək üçün yalnız və yalnız əsərlərini oxumaq lazımdır. Həyatı yazarın düşüncələrini deyə bilməz. Hələ, hələ bu dövr sovet dövrü isə  heç deyə bilməz. Yazar hər şeydən öncə bir insandır. Qorxuları, əndişələri ilə sadə bir insan. Bu insan millətinə demək istədiklərini əsərləri- yaratdığı obrazlarla deyəcək. Zaman dəyişsə də millət çox dəyişmir. O günki problemlər bu gün də öz aktuallığını saxlayır. Məsələn: O gün poçt qutusunun nə olduğunu bilməyən Novruzəli, bu gün də imeil adresinin nə olduğunu bilmir. Qurbanəli bəy yenə yalandan atıb- tutur. Bu gün də onlarca Danabaş kəndi kimi kəndimiz var. Bəs niyə zaman dəyişdi, ancaq biz dəyişə bilmədik. Sabirin dediyi əcnəbilər indi Marsa seyahət edir, ancaq biz adi bir təkəri belə istehsal edə bilmirik. Səbəb çox açıqdı biz elm, savad əvəzinə çalıb, oynamaq arxasınca qaçırıq. Əhalinin yarısı müğənni, digər yarısı isə şair olmaq istəyir, hətta olduğuna əmindir. Şəxsiyyət yetişdirməli olan ali məktəblərimiz, 20 yaşında gənclərə birinci sinif uşağı kimi davranıb, onu yox edir. Hələ də bir çox məktəblərimiz də düşünməyi öyrətmək əvəzinə, kimlərinsə düşüncələrini əzbərlədir. Tv-lərimiz verlişlərinə ömründə bir kitab oxumamış müğənniləri ekspert olaraq dəvət edib, onların sayıqlamaları ilə millət ola bilməmiş kütlənin düşüncələrini zəhərlədir və s

    İndi gələk “ anamın kitabı” na. Bu əsər sırf idiologiya boşluğu yaşayan bir millətin faciəsindən bəhs edir. İnsan danışdığı dildə düşünür vəya düşündüyü dildə danışır. Hansı dildə danışırsa o millətin idiologiyasına xidmət edir.  Üç qardaş- üç müxtəlif dillərdə danışıb, o dövlətlərə qulluq edən. Bilərək vəya bilməyərək. O zaman eləydi bəs indi? İndi də insanımız dəyişməyib. Köhnə hamam, köhnə tas. Bu gün Şiəlik deyəndə nədənsə İran- fars idiologiyasının təbliğini görürəm. Fanatik şiələr azadlığımızı İrana verə bilərlər çox rahatlıqla, onlar üçün azadlıq irandakı ağaların qulu olmaqdır.

    Ya da digər bir idiologiya- Avropadan müasirlik, postmodernizm və b adlarla gələn. Bu düşüncənin  sahibləri də heç düşünmədən Qərbin bütün dəyərlərini qəbul edir. Olurlar avropalı. İnsanımız da maviliyi, lezbianlığı hər cür əxlaqsızlığı mədəniyyət adı ilə qəbul edir, ancaq nə yazıq ki, Avropanın elmini, təhsilini mənimsəmir. Məsələn içki içirlər, kitab oxumurlar. Qərblilər isə həm də çoxlu kitab oxuyurlar.

    Bu misalları istənilən qədər artırmaq olar, istənilən qədər. Rəhmətlik Mirzə də bax bunu demək istəyirdi. Həm o günki, insanlara, həm də bugünki…

    Bir ağaca calaq eləmək olar yeni bir cins əldə eləmək üçün. Bu zaman qazanc əldə olunur. Ancaq ağacın kökünü dəyişdirəndə tamam yeni- başqa cür meyvə meydana çıxır ki, bu meyvələr də bizdən olmur.

     

     

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeirlər

    234435423665547648

    Yol

    Bu yol xarabalıq,bu yol abadlıq,
    Yolun ortasında ölüm oyanıb.
    Kim deyir başlanğıc doğum ilidi?
    Yolun lap sonunda ilim dayanıb.

    Bu yol məhəbbətdi, bu yol məşəqqət,
    Ayağım torpaqda sırsıralanıb.
    Yolun üzündəki mənim göz yaşım,
    Yolun ürəyində sirr sıralanıb.

    Bu yol qara geyib, bu yol ağ geyib,
    Əvvəli ortası sonu ağ-appaq.
    Yolun kiprikləri, yolun saçları,
    Yolun sinəsidi qapqara bir dağ.

    Bu yol arzuların budağı kimi,
    Bu yol günahların otağı kimi,
    Bu yol dirilərin ölüm ayağı,
    Bu yol ölülərin torpağı kimi.

    Yolun gözləri də qarmaqarışıq,
    Yol yaman sarılıb kipriklərimə.
    Yol mənim saçımda xınalıbdı,
    Gedirəm bu yolu geyib əynimə

     

    Çək!

    bir qara daşın üzünə
    adamın şəklini çəkmə
    ananın şəklini çəkmə
    atanın şəklini çəkmə.
    daşın üzünə, daşı çək,
    gözündən enən yaşı çək
    ya yadlaşmış yaddaşı çək
    yada götür yad yaşı çək.
    çək, özünün şəklini çək!
    bəzək olsun qırışların.

  • Fidan ABBASOVA.”Bilmirlər ki, mən nə üçün ağladım” (Yeni şeir)

    1420617081_10806371_726695134074552_1134252513031383192_n

    Deyirdilər gedən üçün ağlama
    bilmirlər ki mən nə üçün ağladım
    heç bir zaman xatirəndə saxlama
    Xatirəmdə çox gümanki qalamdın…..

    Üzüb məni yetərincə sözlərin
    ağlar qalıb səndən sonra gözlərim
    şükür hələ gedə bilir dizlərim
    sən heç zaman gerçək hissim olmadın

    Saniyələr ötüşdükcə ömürdən
    çıxmaq olmur tale verib əmirdən
    çarəsini sarılaraq səbrdən
    sən heç zaman mənim çarəm olmadın…

    İtir sənli xatirələr yel kimi
    düşüncələr ağaran bir tel kimi
    ürəyimdə coşub daşan sel kimi
    sabahımda dan günəşim olmadın….

    Veribsədə qəbulumdu bu yazı
    ürəyimi sızlatsada esq sazı
    Fidan artıq tərk eyləyib ayazı
    baharımda bir çöpümdə olmadın….

  • Şəfa EYVAZQIZI.”İmtahan” (Yeni şeir)

    1380827_707215725989395_1620152348_n

    Uşaqkən bilməzdim imtahan nədi…
    Sadəcə bilirdim qorxurlar ondan.
    Məni titrətməzdi sorğu-suallar,
    Keçməsəm həyatın sərt sınağından.

    Böyüdüm biliyim, təhsilim artdı,
    Hətta imtahan da etdilər məni.
    Mənə suallar da şirin gəlirdi,
    O zaman bilmirdim məhəbbət nədi.

    Məhəbbət deyilən nə ağır sınaq,
    Cavabsız suallar yaman çətindi.
    Keçəmməsəm ümidlərim sınacaq,
    Sınan qəlbin ağrısına döz indi.

  • Şəfa VƏLİYEVA.”Bir də qayıt… bir də gəl…” (Yeni şeir)

    sefa1-450x300

    bir də qayıt… bir də gəl…
    bir də ölüm-itim mən…
    sonra yenə çıxıb get,
    kol dibində bitim mən…

    arada qırpım gözümü…
    döyüm kirpiklərimi…
    dilim qıymaz özümə,
    söyüm sevdiklərimi…

    aylar keçsin, öyrənim,
    çayı sənsiz içməyi…
    qaranquşa söyləyim
    qəlbdən-qəlbə köçməyi…

    gülmək taxım üzümə…
    axı “güclü qadın”am…
    öpüb yatım şəklini,
    yolun düşsün yuxuma…

    Nolur… bir də qayıt gəl…
    bir də ayrılaq… bir də…
    sən boylanan sözlərə
    şeirlərdi…-deyirlər…

  • Əsmər QASIMLI.”Zərif duyğular” (Yeni şeir)

    1423889445_esmer

    İlk bahar çiçəyi təravətlidir,
    Sənə bəslədiyim hislərim kimi.
    Bülbül öz gülünə səxavətlidir,
    Sənə sadiq qalan ürəyim kimi.

    Bir bulaq suyu tək safdır göz yaşım,
    Süzülsə gözümdən eşqin yolunda.
    Günəş sönük qalar, bil, şöləsindən,
    Alışsa ürəyim sevgi odunda.

    Dağlar əzəmətin itirər o an,
    Sevgimin vüqarı danışsa əgər.
    Əslisi uğrunda Kərəmdir yanan,
    Bu sevgi naminə yanmağa dəyər.

    Buludlar ağlayır çəkdiyim dərdə,
    Yağdırır üstümə qəm yağışını.
    Vüsalın həsrəti dayanıb gendə,
    Zilləyib üzümə od baxışını.

    Baxma sən üzümə sual dolusu
    Xəbərin yox kimi bu hicranımdan.
    Qaytar ürəyimi, ay qəlb oğrusu,
    Məgər qorxmursanmı Yaradanından?