11081474_1583527801907388_4857628180611230693_n

“Eşq haqqı” adlı şeirlər kitabım 2015-ci ilin mart ayında işıq üzü görüb. Kitabda müxtəlif illərdə və müxtəlif mövzulu 74 şeir yer alıb, kitab 95 səhifədən ibarətdir. Əsasən dünyəvi mövzularda yazdığım şeirlər yer alıb, eyni zamanda sevgi mövzusunda, vətənpərvərlik mövzusunda da şeirlər var. Şeirlərin əksəriyyəti heca və sərbəst vəzndə yazılıb. Kitaba ön sözü müasir Azərbaycan poeziyasında özünəməxsus yer tutmuş şair İbrahim İlyaslı yazıb və kitab “Gözəlim” adlı vətənə həsr olunmuş şeirlə başlayır. Redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı Gülnar Səmadır. Gözəl rəssam Nəvai Mətin də kitabın üz qabığını hazırlayıb, korrektorları isə DGTYB-nin üzvü Sərvər Kamranlı və Yazıçılar Birliyinin üzvü, AMEA-nın elmi işçisi Elşad Baratdır. Kitabın komputer tərtibatı işlərini Namiq Vəlioğlu, texnoloq işlərini isə Azər Şəmşədoğlu görüb.
Kitabımın ərsəyə gəlməsində əməyi olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

Günay Həsənli