Blog

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXI hissə)

    TEZLİKLƏ O GÜNLƏR GERİ QAYIDA

    Tezliklə o günlər geri qayıda,
    azala dünyanın qüssəsi,qəmi,
    doyunca dərdləşib çayxanarda,
    dolaşaq şəhəri səhərə kimi,

    Dostlar bir-biriylə qol-boyun gəzə,
    mövzuya çevrilə xoş xatirələr,
    valah,uzaq olmaq yaraşmaz bizə,
    hamı bir-birinə yadlaşa bilər.

    Ensiz küçələrdə keçdi vaxtımız,
    ürəyim sızladı–nə kimsəsizdir!
    düzünü deyim ki,köhnə Bakımız
    mənə indikindən daha əzizdir!

    Hafıflar-ulduzlu,mehli gecələr,
    kimi səyahətdə,kimi bağında,
    bir vaxt yaşıllıqda dincələn şəhər
    indi “Göydələnlər” sıxıntısında.

    Hərdən nələrdəsə qıtlıq da olsa,
    insanlar daha da mehribanıdı,
    evlərin açarı yaxin qonşuda,
    ya da “ayaqaltı” altındayıdı..

    İbrət götürərdi çoxları bizdən,
    get-gedə bərəkət,ruzi çəkilir,
    aralı gəzdikcə bir-birimizdən,
    “viruslar-miruslar” araya girir.

    Tezliklə o günlər geri qayıda,
    qaçıb ev-eşikdən şəhərə dolaq,
    bu günlər bir azca bizi oyada,
    sən məndən,mən səndən muğayat olaq…

    HEÇ BİLİRSƏN NƏLƏR OLUB O VAXTDAN?

    Ürəyimdə bir məlhəmsiz yarasan,
    durna köçü yenə keçir uzaqdan,
    həsrətinə dözmək olmur, hardasan?
    heç bilirsən, nələr olub o vaxtdan?

    Heç bilirsən; kimlər çalıb qapımı,
    neçə dəfə dərd qaraldıb qanımı,
    suallarla bezdirdikcə Tanrımı
    əllərimdən nələr alıb o vaxtdan?!

    Heç bilirsən,nələr çıxıb qarşıma,
    baharımdan nələr qalıb qışıma,
    kimlər gəlib küllər töküb başıma,
    saçalrımda nələr solub o vaxtdan?

    Yaşamışam–sən qəlbimdə qalaraq,
    məndən bezən can əlində qalaraq,
    yastığımda quruyaraq,solaraq
    heç bilirsən,nələr qalıb o vaxtdan?

    Heç bilirsən;həsrət nədir,qəm nədir,
    ümidləri puç eləyən kin nədir,
    yalanımdan:”Günah yalnız məndədir”,
    neçə-neçə güllər solub o vaxtdan?

    Dustağıyam sənsiz keçən illərin,
    nə biləsən;nədən var ki,xəbərin?
    Sığalları neçə-neçə yellərin
    əllərini yada salıb o vaxtdan!
    Nə biləsən,nələr olub o vaxtdan???

  • Xalq şairi Nəbi XƏZRİ.”Səni yaz qatarı apardı tezdən”

    Səni yaz qatarı apardı tezdən,
    Elə bil dünyanı qarlı qış aldı.
    Heç yana getmədin sən yer
    üzündən,
    Bəs niyə yer üzü birdən boşaldı.

    Hicran elə gəldi, ayırdı bizi,
    Sanki üfüqlərə uçan xəyaldın.
    Hicran elə bildi ayırdı bizi,
    Bir idin, min olub qəlbimdə qaldın.

    Gecələr sakitcə axan ulduzlar,
    Göylər çəmənində naxışlarındır.
    Hardansa gözümə baxan ulduzlar
    Ulduz yox, həsrətli baxışlarındır!

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XX hissə)

    GEDƏYDİN…

    Sən gedənnən ömür olub üzücü,
    sevdiyimə gərək peşman edəydin?
    bu tərəfdən yol salanda,gözucu,
    heç olmazsa bir az baxıb gedəydin,

    Yaşamaqda ürək həsrət çəkərək,
    ayrılığın zindanına çökərək,
    özgələrə tapşırmağa nə gərək?
    komamızı özün yıxıb gedəydin,

    Gəncliyimdən tək xatirə qalma-sən,
    mən dözərəm,amma gülüm, solma sən!
    sellərimdə ən sonuncu damla-sən;
    ürəyimdən özün sıxıb gedəydin,

    Qorunarsan baharımda, qışımda,
    ayrılığın uçrumları qarşımda,
    qara bulud timsallısan başımda,
    qalmaqdansa,gərək yağıb gedəydin,

    Qayıdarsan,o da olar bir anlıq,
    səni alar yuxumdakı qaranlıq,
    sənsiz ömür pərən-pərən, dağınıq;
    ətəyinə məni yığıb gedəydin…

    SOYUQLAŞDIN…

    Soyuqlaşdın,dünya kimi havan dəyişib,
    belə getsə-durna kimi uçub gedəcəm,
    eşitmişəm,gülüm,yenə yuvan dəyişib!
    mən səninlə hankısına köçüb gedəcəm?

    Bir-bir sənə bağlandığım tellər qırılır,
    baxanı yox!-bəslədiyin güllər qırılır,
    çooox uzandı bu ayrılıq,illər qırılır,
    bu sevginin hər şeyindən keçib gedəcəm.

    Qapın-qıfıl sırğalıdır,pəncərə bağlı,
    pozmzq olmur,ahd-peyman min cürə bağlı,
    getsin hər şey Cəhənnəmə,mən-cərə bağlı,
    düyünləri inadımla açıb gedəcəm!

    Bundan sonra söz olacaq qüssələrinki,
    dəyişmişik;nə sən o san,nə mən həminki,
    sən özgəyə qismət oldun,mən özgəninki,
    tutub-zorla aparsan da qaçıb-gedəcəm.

    Deməmişdik:” bu ülfəti edək yarımçıq”,
    boy vermədi-eşqin gülü gödək,yarımçıq,
    şərəfimə qaldırdığın qədəh yarımçıq!!
    bəs demişdin:”Sağlığına içib gedəcəm…”

    “SƏNİNLƏ” kitabından

  • Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörək”

    İnsanın şərəfi, bəzəyi, məncə,
    Deyildir nə ipək, nə tirmə, oğlum!
    Yaxşıdan yaxşı ol ellər içində,
    Dostuna bir ziyan yetirmə, oğlum!

    Yersiz gülümsəmə, yersiz ağlama,
    Bir könül də qırma, sinə dağlama,
    Sirrini ellərdən gizli saxlama,
    Dilinə yalan söz gətirmə, oğlum!

    Yel qanadlı illər ömürdən gedir,
    İnsan zəhmətilə kamala yetir,
    Bağında nərgizlər, lalələr bitir,
    Tikanlar, qanqallar bitirmə, oğlum!

    Ürəyim arzuyla doludur, dolu,
    Hünər meydanıdır bu həyat yolu,
    Bilmədiyin işi gözüyumulu,
    Söz verib öhdənə götürmə, oğlum!

    Oxu öyüdümü sən sətir-sətir,
    Qoy yağsın hər zaman dilidən ətir,
    Qazancını itir, malını itir,
    Ancaq duz-çörəyi itirmə, oğlum!

  • Görkəmli Azərbaycan şairi Nüsrət KƏSƏMƏNLi.”Mənə biraz onnan danış”

    Mənə biraz onnan danış
    Mənə biraz onnan danış
    Az da olsa yaşat məni
    Çox dolmuşam için-için
    Bir az ağlat boşalt məni
    Yaman sıxır həyat məni

    Mənə bir az onnan danış
    Duruşundan, yerişindən
    Gəlişindən, gedişindən
    Şirin-şirin gülüşündən
    Bacardıqca hər işindən
    Nə bilirsən axır çalış
    Mənə bir az ondan danış

    Mənə bir az ondan danış
    Söylə, neynir can yoldaşım?
    Qısqanclıqdan coşum, daşım
    Qoy lap quru söznənsə də
    Özümü itirim, çaşım
    Ona yenə yaxınlaşım

    Mənə bir az ondan danış
    Danış, təbim dilə gəlsin
    Hər bir sözün bağrım dəlir
    Qoy içkisiz, qoy içmədən
    Ruhum bir az məzələnsin
    Xatirələr təzələnsin

    Mənə bir az ondan danış
    Qaytar mənə xatır məni
    Qaytar mənə gətir məni
    Al onsuz bir gələcəkdən
    Keçmişimdə itir məni
    Danışdıqca itir məni.

    Mənə bir az ondan danış
    Hicran pozub düzənimi
    Sarıb şeri, qəzəlimi
    De ki təsəllim öpməkdi
    Ondan yazan öz əlimi
    Ona bir az məndən danış..!

  • Xalq şairi Məmməd ARAZ.”Mənə biganəlik öyrət, ürəyim!”

    Mənə biganəlik öyrət, ürəyim!
    Qıvrılım içimdə,
    Yatım içimdə.
    Yaxşını yamandan seçə bilməyim,
    Büdrəyim, yıxılım, batım içimdə.

    Bir gündə ütsələr meşəni, yolub,
    Yıxıb – sürüsələr dağları, susum.
    İçib məst olmasam, baxıb məst olum,
    Desələr bulağa şərabdır bu su.

    Sapanda güc olum, daşa ağırlıq
    Tənha ulduzlara daş atan olsa,
    Deyim “xəlbirlənən” daş qumdur artıq-
    Yetimi, yesiri yaşadan olsa.

    Heç üzü qaraya üzüm gülmədi
    Sən ki, tanıyırsan, ey ürək, kiməm!
    Pərvanə olanda o kəs bilmədi,
    Biganə olanda biləcək kiməm!

    Bir az da ölümü yandırsın ahım,
    Düz olum, bilməyim düz olmaq nədi,
    Satanın nəyinə gərəkdir axı
    İynə olmaq nədi?
    Biz olmaq nədi?

    Oba yerlərinə baxıb ağlayım,
    Tüstüsüz ocaqdan nə pay, nə umu.
    Odunu nə vaxtdan qara bağlayıb,
    Alovu nə vaxtdan ağzını yumub.

    Quruya yaş olmaq hünərdi bəzən,
    Bəzən də bu hünər girovdu nahaq.
    Səni sinələrdən çox asmışam mən,
    Bəs səni sinəmə kim qaytaracaq?

    Elə daldalanım alqış zalında,
    Xəbərim olmasın alqışlayandan.
    Xəbərim olmasın haqqı yanandan,
    Xəbərim olmasın haqqı danandan.

    Çəkim qoltuğuma qulaqlarımı,
    Bilməyim göy payı, yağışdı, qardı.
    Bilməyim sel çəksə ayaqlarımdan
    Sel kötük apardı, insan apardı…

    Ürəyim, öz dərdim özümdən ağır
    Hər hökmün andınla üz-üzə durur.
    Ölü sağlığımın sayıqlamağı,
    Diri mərhumluğun çağrışı budur…
    Mənə biganəlik öyrət, ürəyim…

    27 iyul 1988.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Bayraq”

    Torpağım üstünə kölgələr salan 
    Mənim varlığımın cilası – bayraq. 
    Zəfərdən doğulmuş, Göytürkdən qalan 
    Qurdbaşlı bayrağın balası bayraq. 

    Üçrəngli bayrağın kölgəsində mən 
    Qaraca torpağı vətən görmüşəm. 
    Zəfər güllərini dövri-qədimdən 
    Bayraq işığında bitən görmüşəm. 
    Bayraq mənliyimdir, bayraq kimliyim, 
    Bayraq – öz yurduma öz hakimliyim. 

    Harda əcdadımın ayaq izi var, 
    Bu zəfər bayrağım orda dikəlsin. 
    Keçdiyi yerlərdə dağlar, yamaclar 
    Onun hüzuruna salama gəlsin. 

    Tarixdən qədimdir, zamandan qoca 
    Mənim bayrağıma sancılan hilal. 
    Aləmə nur saçdı tarix boyunca 
    Məbədlər başıma tac olan hilal. 

    Daim ucalasan! Savaş günündə 
    Əsgər silahıyla səni tən görüm. 
    Yalnız zəfər çalmış şəhid önündə 
    Səni alqış üçün əyilən görüm.

  • Azərbaycanlı yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbu orqanı “Ulduz” jurnalının Baş redaktor müavini, tanınmış yazıçı Təranə Vahidin Qardaş Türkiyədə “Karınca Takvimi” adlı hekayələr kitabı işıq üzü görüb.

    Kitabın ön söz müəllifi tanınmış yazıçı, “Türk ədəbiyyatı” jurnalının baş redaktoru Bəxtiyar Aslana, kitabın redaktorları tanınmış yazıçı-tərcüməçi İmdat Avşara, tərcüməçi Saadət Örmecidir.

    Müəllif kitabın ərsəyə gəlməsində zəhməti keçən hər kəsə, başda Türk Ədəbiyyatı Vəqfinin İdarə Heyətinin sədri Sərhat Kabaklı olmaqla vəqfin bütün heyətinə öz təşəkkürünü bildirir.

    Xatırladaq ki, kitab İstanbulda Türk Ədəbiyyatı Vəqfinin “TURAY” Kitab Nəşriyyatında çap olunub.

    “Qarışqa təqvimi”ndən: “Taleyi ilə barışanı Tanrı xilas edə bilməz!” Hərdən dünyaya qarışqaların pəncərəsindən baxaq…

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı yeni kitabı işıq üzü görüb.

    Meracda Cəbrayıl Məhəmməd peyğəmbərə: “Mən burdan belə gedə bilmərəm, çünki qanadlarım yanar. Sən daha tək getməlisən” -dedikdə, Peyğəmbərimiz soruşmuşdu:

    • Bəs, mən necə gedəcəm?
      -Eşqlə! – deyə yolda onu tək buraxmışdı Allahın baş Mələyi.
      Məhəmməd Füzuli də “Ey Füzuli, hər əməl qılsan, xətadı qeyri-eşq!” deməklə İlahi işıqdan – Allah eşqindən başqa nə varsa xətadı, söyləmək istəmişdi.
      Şair Barat Vüsalın “Xətadı qeyri-eşq” adlı esselər kitabında da həmin İlahi Eşqdən – İlahi Qüdrətdən söhbət açılır.

    Səbinə YUSİF,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax-Ağstafa Bürosunun Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.


  • Xalq şairi Hüseyn ARİF.”Sarmaşıq”

    Nə kökü dərindədir,
    Nə möhkəm gövdəsi var.
    Nə meyvə gətirəndir,
    Nə də ki, kölgəsi var.
    Nə fərqi, yanındakı
    Payıd, ya qovaq olsun;
    Bircə onu düşünür-
    Sarınıb qalxmaq üçün
    Təki bir dayaq olsun.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Hüseyn ARİF.”Şəhərdə duydum”

    Şirindir zoğalın meyvəsi, payı,
    Onun ləzzətini şəkərdə duydum.
    Zoğal mürəbbəsi, somovar çayı…
    Meşənin ətrini şəhərdə duydum.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Hüseyn ARİF.”Günəş”

    Gün batdı… Bozardı göylərin üzü,
    Bir yarpaq üzülüb düşdü budaqdan.
    Gün doğdu… nur tutdu dərəni, düzü,
    Bir toxum cücərib qalxdı torpaqdan.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Hüseyn ARİF.”Göygöl”

    Kəpəz Ana torpağın,
    Təbii qalasıdır.
    Göygöl yaşıl meşənin,
    Göygözlü balasıdır.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Hüseyn ARİF.”Var”

    Meşədə məğrur palıd,
    Əyilən söyüd də ar.
    Həyatda qorxaq insan,
    Təmkinli igid də var.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Azərbaycan Aşıqlar Birliyi (AAB)

    Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
    1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
    Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
    Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
    Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
    YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
    Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
    Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
    Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
    Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
    Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.

    * * *

    V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi

  • Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI

    Məhərrəm Qasımlı (azərb. Qasımlı Məhərrəm Paşa oğlud. 1958, Tovuz rayonu, Alakol) — Filologiya elmləri doktoru, professor, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri (03.03.2016-indi),[1] ədəbiyyatşünas, folklorşünas, şair.

    Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirmişdir.

    AMEA-nın Ədəbiyyat institutunda işləyir. İnstitutun folklor şöbəsinin müdiridir. 1992-ci ildən Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunub.

    1994-cü ildən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 2003-cü ildən nəşr olunan “Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.[2]

    2008-ci ildə “Novruz” ensiklopediyasını hazırlamışdır və onun baş elmi redaktorudur. 2010-cu ildə Türkiyədə “Ozan-aşık sanatı” adlı kitabı çap olunub.

    Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. “Sənə sözüm var” (2004) adlı şeirlər kitabı çap olunub.

    “Ozan-Aşıq” ensiklopediyası üzərində işləyir.

    Azərbaycan Aşıqlar Birliyinin I katibidir.

    Azərbaycanda 250-dən çox elmi məqalələri və 2 monoqrafiyası çapdan çıxmışdır.

    Xaricdə isə 20 məqaləsi çıxmışdır.

    Azərbaycan Aşıqlar Birliyinin 1-ci katibi çalışmışdır.2016-cı ildə Birliyinin sədri seçilmişdi.

    Respublika Dövlət mükafatı laureatı

    “Əməkdar elm xadimi” fəxri adı — 03.11.2015[3]

    Kitabları

    “Aşıq sənəti”. Bakı, “Ozan”, 1996.
    “Sənə sözüm var” 2004,
    “Ozan-aşık sanatı” 2010, Türkiyə.

    Məqalələri

    Ozan-aşıq keçidi. Bakı, “Qobustan” jurnalı., 1991, №3
    “Ustad”, “Ədəbiyyat qəzeti”, 22 fevral 1991-cı il, №8.
    “Manas” dastanının anlatılış özəllikləri. Ankara, “Turk dünyası” dərgisi, 1995, №4
    Azərbaycan türklərində ad anlayışı. Azərbaycan interneyşel. dər. Vaşinqton, 1999, №11
    Aşıq sənətində informatik yük və repertuar problemləri. Bakı, 2001, Elmi əsərlər, №3-4
    Bayatılarımızın heyrət heykəli: Sarı Aşıq //Ədəbiyyat qəzeti.- 2015.- 5 sentyabr.- S.20-21.

  • Azərbaycan Aşıqlar Birliyinin katibi Musa NƏBİOĞLU

    Musa Nəbioğlu (azərb. Musa Nəbi oğlu Çobanov‎; 26 dekabr 1958DarbazBolnisi) — “Əməkdar mədəniyyət işçisi” (2015), Azərbaycan Yazıçılar BirliyininAzərbaycan Jurnalistlər Birliyinin üzvü və Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru.

    Həyatı[redaktə | əsas redaktə]

    Musa Nəbioğlu 1958-ci il dekabrın 26-da[1] Borçalı mahalında – Gürcüstan SSR-nin Bolnisi rayonunun Darvaz kəndində anadan olub. 1975-ci ildə həmin kənddəki orta məktəbi, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu (indiki ADPU) bitirib. İnstitutu bitirdikdən sonra Gürcüstan Maarif Nazirliyinin sərəncamına göndərilib və bu nazirliyin təyinatı ilə Zalqa rayonundakı Tecis kənd orta məktəbində müəllim, direktor müavini kimi fəaliyyət göstərib. 19861997-ci illərdə pedaqoji fəaliyyətini Darvaz kəndində davam etdirib.[2]

    Uzun illərdir ki, həm də jurnalistlik fəaliyyəti məşğul olur. O, pedaqoji fəaliyyətlə yanaşı Gürcüstanda Azərbaycan dilində nəşr olunan qəzetlərlə müntəzəm əməkdaşlıq edib, Gürcüstan Radiosunun Azərbaycan dilində verilişlər redaksiyasında çalışıb.

    1997-ci ildən Bakıda yaşayıb fəaliyyət göstərən Musa Nəbioğlu bir sıra mətbuat orqanlarında çalışıb. 2003-cü ildən isə təsisçisi olduğu “Ulu körpü” qəzetinə redaktorluq edib. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda Azərbaycan Jurnalistlər Birliyinin də üzvüdür.

    2009-cu ildən Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktorudur.[3]

    Mükafat və təltifləri[redaktə | əsas redaktə]

    Əsərləri[redaktə | əsas redaktə]

    1. Lətifələr. Bakı: “Araz”, 2001, 68 səh.
    2. Ulu Borçalı: ömrə ömür calayanlar. Bakı: “Azərbaycan Milli Ensiklopediyası” nəşriyyatı, 2002, 352 səh. (M.Sarvanla birlikdə)
    3. Borçalı. Bakı: “Nurlan”, 2003, 660 səh. (M.Sarvanla birlikdə)
    4. Buta dünyası. Bakı: “Nurlan”, 2004, 230 səh.
    5. Ləkəsiz bir vicdan, böyük bir ürək. Bakı: “Nurlan”, 2005, 320 səh. (S.Məmmədovla birlkdə)
    6. Rəfiq Sarıvəlli. Bakı: “Nurlan”, 2005, 248 səh. (Ş.İsmayılova ilə birlkdə)
    7. Dəniz qartalı. Bakı: “Nurlan”, 2007, 208 səh. (Q.Mansurova ilə birlikdə)
    8. Ömrümüzdən keçən qatar. Bakı: “Nurlan”, 2008, 288 səh.
    9. Alışmaqdı Səməndərin peşəsi. Bakı: “Nurlan”, 2009, 188 səh.
    10. Ozan-aşıq dünyası. Bakı: “Nurlan”, 2010, 144 səh.(şəkilli), 1000 tiraj.[6]
    11. Sazımız-sazbəndimiz. Bakı: “Elm və təhsil”, 2011, 140 səh.(şəkilli), 1200 tiraj.
    12. “Sözün Zəlimxan zirvəsi”. Bakı, “Vətən” nəşriyyatı, 2015, 174 səh. 500 tiraj.[7]
    13. “İnsan əzizlənər eldən gedəndə”. Bakı, “Elm və təhsil”, 2018, 216 səh. (+ 8 səh. şəkil) 500 tiraj.
    14. “Saza baxsın tariximi yazanlar”. Bakı, “Elm və təhsil”, 2018, 304 səh. 300 tiraj. ISBN 978-9952-8176-0-7
    15. “Ləyaqət simvolu”. Bakı: “Avropa”, 2019, 210 səh.
    16. “Borçalı aşıqları”. Bakı: “3 saylı Bakı Mətbəəsi”, 2020, 352 səh. (Mahmud Kamaloğlu ilə birlkdə)

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Elbəyi Cəlaloğlu (13 Yanvar 2009). “Ömür qatarının tanrı vağzalı (Dostum Musa Nəbioğlunun 50 illik yubileyinə)” (azərb.). borchali.net. İstifadə tarixi: 2015-01-30.
    2.  “Azərbaycan Aşıqlar Birliyi:Quruluş”Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (azərb.). azab.az. 2009. 2015-04-18 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2015-01-30.
    3.  “”Ozan dünyası” jurnalı”Azərbaycan Aşıqlar Birliyinin rəsmi saytı (azərb.). azab.az. 2011. 2015-04-18 tarixində orijinalından arxivləşdirilibİstifadə tarixi: 2015-01-30.
    4.  “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2015-ci il tarixli SərəncamıAzərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (azərb.). president.az. 30 dekabr 2015. İstifadə tarixi: 2015-12-30.
    5.  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı. əmr №184
    6.  Vahid, T. “Ozan – Aşıq Dünyası”: [Milli Kitabxanada şair Musa Nəbioğlunun eyni adlı kitabının təqdimat mərasiminin keçirilməsi haqqında] //Mədəniyyət.- 2010.- 10 noyabr.- S. 14.
    7.  Səməndər Məmmədov, UCA SÖZÜN İŞIĞNDA YAZILAN KİTAB Arxivləşdirilib 2016-08-11 at Archive.today. “Ozan dünyası” jurnalı, №1(22). 2015.
  • Dastan haqqında məlumat

    Dastan – Azərbaycan şifahi xalq ədəbiyyatının həcmcə ən böyük növlərindən biri. Azərbaycan ədəbiyyatında dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları.

    Qəhrəmanlıq dastanları
    Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.

    Məhəbbət dastanları
    Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Məhəbbət dastanları bir-birini sevən gənclərin həyatlarında baş verən hadisələrdən bəhs edir. Çox zaman onlara yuxuda ikən buta verilir və bundan sonra qəhrəman haqq aşiqinə çevrilərək sevdiyi qızın dalınca yola düşür. Müxtəlif maneələrlə rastlaşan qəhrəman bəzən sevgilisinə qovuşsa da, bəzən buna nail ola bilmir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər.

    “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl”, “Leyli və Məcnun” dastanları ən məşhur məhəbbət dastanlarıdır. Məhəbbət dastanları ənənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könülaçan, şən məzmun daşıyır və müxəmməs şəklində olur. Sonu faciə ilə qurtaran dastanlarda duvaqqapma olmur. Çünki burada sevgililərin vüsalı mümkün olmadığı üçün duvaqqapma mərasimi də keçirilmir. “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Şahzadə Əbülfəz” dastanlarında qəhrəman igidliyi və cəsarətiylə qalib gəlir. “Aşıq Qərib” dastanında isə qəhrəman oxuduğu şeirlərlə qələbə çalır.

    Dastanlar yaranma yollarına görə fərqlənir. Bəzi dastanlar naməlum ozan-aşıqlar tərəfindən yaradılır. “Koroğlu”,”Qaçaq Nəbi” dastanları belə yaranmışdır.

    “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Vaqif” dastanları isə həmin aşıqların (şairlərin) məhəbbət mövzusunda yazdıqları şeirlər və onlar barəsində xalq rəvayətlərinə əsasən yaranmışdır. Məhəbbət dastanlarına həmçinin, ’’Əsli və Kərəm’’; ’’Şah İsmayıl’’ ’’Alıxan və Pəri xanım’’dastanları da daxildir.

    Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır; Ü.Hacıbəyov “Koroğlu”, Z.Hacıbəyov “Aşıq Qərib”, M.Maqomayev “Şah İsmayıl” və s.

  • Aşıq ədəbiyyatında işlənən şeir janrları

    Qoşma

    Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.

    Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.

    Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli Xalq şairlərimizin də yaradıcılığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir. Məsələn, Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”, Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”, Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”, ”Səninlə dünyada bəxtiyram mən” və s.

    DAĞLAR

    Bahar fəsli, yaz ayları gələndə
    Süsənli, sünbüllü, lalalı dağlar.
    Yoxsulu, ərbabı, şahı, gədanı
    Tutmaz bir-birindən alalı* dağlar.

    Xəstə üçün təpəsində qar olur,
    Hər cür çiçək açır, laləzar olur,
    Çеşməsindən Abi-Həyat car olur,
    Dağıdır möhnəti, məlalı dağlar.

    Yazın bir ayıdı çox yaxşı çağın;
    Kəsilməz çеşməndən gözəl yığnağın.
    Axtarma motalın, yağın, qaymağın…
    Zənbur çiçəyindən bal alı, dağlar!

    Yayın əvvəlində dönərsən xana,
    Son ayda bənzərsən yеtkin bostana.
    Payızın zəmhəri* qoyur virana,
    Dağıdır üstündən calalı, dağlar!

    Gahdan çiskin tökər, gah duman еylər,
    Gah gəlib-gеdəni pərişan еylər,
    Gahdan qеyzə gələr, nahaq qan еylər,
    Dinşəməz haramı, halalı dağlar.

    Ağ xalat bürünər, zərnişan gеyməz,
    Hеç kəsi dindirib, xətrinə dəyməz.
    Sərdara söz dеməz, şaha baş əyməz,
    Qüdrətdən səngərli, qalalı dağlar.

    Köçər еllər, düşər səndən aralı,
    Firqətindən gül-nərgizin saralı.
    Ələsgər Məcnun tək yardan yaralı,
    də dərdli, nalalı, dağlar!

    Aşıq ƏLƏSGƏR.

    * Alalı – fərqli

    Qeyd: Yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri olan “Koroğlu” dastanının nəzm hissəsi qoşma və gəraylılardan ibarətdir.

    Qoşmanın məzmununa görə növləri də var:

    1. Gözəlləmə 2. Vücudnamə 3. Ustadnamə 4. Qıfılbənd

    Gözəlləmə—gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.

    Vücudnamə-Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.

    Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır. Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:

    Ay həzərat, bir zamana gəlibdi,
    Ala qarğa şux tərlanı bəyənməz.
    Oğullar atanı, qızlar ananı,
    Gəlinlər də qaynananı bəyənməz.

    (Aşıq Abbas Tufarqanlı)

    Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir. Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, söə xatir Ustad Alı sazı götürməyir.

    Gəraylı

    Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır. Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.

    Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Gəraylıda bəndlərin sayı tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “Möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “Tapşırma” da deyilir.

    Gəraylı əsasən heca vəznində olur. Misradaxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur. Ahəngdarlığı ilə seçilən gəraylı Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    CЕYRAN

    Durum dolanım başına,
    Qaşı, gözü qara Cеyran!
    Saldın еşqin ataşına,
    Еylə dərdə çara, Cеyran!

    Söz еşidib, ərzim qansan,
    Mən yanana sən də yansan.
    Özün bir tülək tərlansan,
    Niyə uydun sara, Cеyran?!

    Ələsgərəm, abdal ollam,
    Еşqin girdabında qallam.
    Küsdürmüşəm, könlün allam
    Yalvara-yalvara, Cеyran!

    Aşıq ƏLƏSGƏR.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Coşqun XƏLİLOĞLU.” Mətin əsgər Şiralı”

    This image has an empty alt attribute; its file name is 1485_001.jpg

            Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Kürdəmir rayonunun Sor-Sor kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində şəhid olmuş, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Şiralı Vüqar oğlu Səlimovun əziz xatirəsinə bulağın açılması münasibəti ilə.

    Adi bulaq deyil bu, şəhid xatirəsidir,
    Şəhidin ölməzliyi, şəhidin haqq səsidir.
    Canını xalq yolunda qurban verən şəhidin,
    Vətən, torpaq uğrunda qurban gedən şəhidin,
    Ölməzliyini təsdiq, eyləyən abidədir,
    Elim unutqan deyil, xalqımız bilir qədir.

    İnsanı insan edir, yaşadır öz amalı,
    Bunu dərk eyləyirdi, anlayırdı, Şiralı.
    Anası tək sevirdi, vətəni, bu torpağı,
    Deyirdi, qoyammarıq, düşməndə Qarabağı,
    Yağıları bir yolluq qovmalıyıq yurdumdan,
    Qələbə gözləyirik, biz yenilməz ordumdan.

    Komandanın əmridir, getməliyik irəli,
    Necə də xoşbəxt idi, mətin əsgər Şiralı.
    Döyüşdü Füzulidə, Cəbrayılda qeyrətlə,
    Düşməni məhv eylədi, vətən oğlu cürətlə.
    Suşamız azad oldu, alındı torpağımız,
    Vüqarla dalğalanır üç rəngli bayrağımız.

    Şiralı tək çox igid bu günü görməsə də,
    Sevinc gülüstanından çiçəklər dərməsə də,
    Vətən heç vaxt unutmaz öz şəhid övladını,
    Daim yaşatmalıyıq igidlərin adını.
    Bu bulaq Şiralının ölməz xatirəsidir,
    Şəhidlərə məhəbbət, sevgi ifadəsidir

    26.03.2021.

  • Kənan AYDINOĞLU.”Qadın ağlamaqçün yaranmayıbdı”

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Soykökə bağlılıq, yurda bağlılıq,-
    Qəhrəman bir yurdun canında olmuş.
    At çapan Koroğlu dəlilərinin,
    Sapandı, qılıncı yanında olmuş.

    Əsrlər boyunca ər meydanında,
    Fərhad tək qayanı bir ana yarmış.
    Yaxşı ki, bir xalqa xidmət göstərən,
    Cəsur bir diyarda qadınlar varmış.

    Ömrün sınağından üzü ağ çıxmış,
    Min igid gözündə darda da belə.
    Yaşınıb, utanıb, çəkinməmişdi,
    Boranda, şaxtada, qarda da belə.

    Şairlər bir yurddan geri qayıtmaz,
    Qadının hüsnündən ilham almamış.
    Nigar da, Həcər də qəhrəmanlıqda,
    Koroğlu, Babəkdən geri qalmamış.

    Qəlbi ovsunlayan siyah telləri,
    Kim sənə dedi ki, daranmayıbdı?!
    Üzündə sevinci görəndə bildim,
    Qadın ağlamaqçün yaranmayıbdı.

  • Kənan AYDINOĞLU.”Qadının özünə minnətdaram mən”

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    “Mənim həyatımın nə mənası var,
    Sizin üzünüzdə gülüş olmasa”.
    Nəriman Həsənzadə.

    İnsanın özündən xəbərsiz, inan,
    Narahat duyğular bu gün də yatmır.
    Duyub yaşadıqca ömrün gününü,
    Bəzən görürsən ki, nəyinsə çatmır.

    Sonradan keçdikcə ömürdən günlər,
    İlk görüş, ilk gülüş yadına düşür.
    Sən demə, bu ömrün ən çətin günü,
    Gəlib bu dünyada qadına düşür.

    Duyulsa, uzaqdan nəfəsi yenə,
    Bu dünya qayğıya bürünəcəkdi.
    Könlünü almaqçün dağların özü,
    Qadın arxasınca sürünəcəkdi.

    Axı çox həssasdı bütün varlığı,
    Dünəni, bu günü qoruyur bütün.
    Qadının özünə minnətdaram mən,
    Belə həssas qəlbli olduğu üçün.

  • Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (III hissə)

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı


    Bu şəhərin əyninə dar gəlir darıxmağım;
    Həsrət pəhriz tanımır…
    Ürəyimi çox üzür sənsiz günə baxmağım,
    Bir də ağrılar üzür gözümün giləsində,
    Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…”

    Getdin ha…
    O günün günortası yadında?
    Bir ovuc qəm yığmışdın çiynindəki çantaya…
    Sonra mesaj yazmışdın:
    “Nəsə yadımdan çıxıb?”…
    Utanmışdım yazmağa, indi deyim, indi bil,
    Bir ovuc dən unutdun saçlarımın ucunda…

    (iyul, 2020)


    Ən gözəl sevgi şeiri
    Uzaqlara yazılar…
    Sevgilərin şairi
    Dərddən ölməz, üzülər…

    Yamyaşıl sevgilərin
    İntihar nağılları
    “Qara sevda” adlanar…
    Sapsarı həsrətlərin
    Qoynunda yol görünər,
    “Ağ atlar” qanadlanar…

    Nə muraddı, nə addı,
    “Göy alma”dı butalar…
    Güldürmədi, ağlatdı-
    Arzumun eyvanında
    Qalan “Qızıl alma”lar…

    İndi hansı nağılı
    Danışım ki, mən sənə
    Bu gecə rahat yatasan?
    Bəlkə bir laylay deyim,
    Əzib suya qatım səni
    Ağrılarıma batasan?

    Üzü döndü şah oğlunun
    Gəlib açmadı saçımı
    Ağrıların ətəyindən…
    O div də unutdu məni…
    Alıb qoymadı canımı
    “Əcəl” adlı şüşəsinə…

    Sən də unutdun…
    Sən də…
    Unutdun ki, yazdığın
    Hər mesajın sonunda üç nöqtəyəm…
    Və təkəm…
    Bu təkliyin əlində
    Sənə şeir yazıram…

    Yazıram ki:
    Ən gözəl sevgi şeiri
    Uzaqlara yazılar…
    Sevgilərin şairi
    Dərddən ölməz, üzülər…

    2020

  • Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (II hissə)

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Ölməyən ümidlərə may ağısı

    Sənə mesaj yazıram,
    Yazıb-yazıb silirəm…
    Seçdiyim hər hərflə
    Yeni cığır açıram,
    O cığıra daş düzüb
    Tez qaçıb gizlənirəm…
    …ağlım yoxdu, bilirəm…

    Gün siləndə buludun
    Üzündəki tozları
    Əllərimi xatırla…
    Qarı nənə “söz qoşub”
    “Deyikli” ümidindən
    Küsdürəndə qızları
    Şeirimi xatırla…

    Və bir gün…
    Bir ləçəkdə
    Rast gələrsən qurumuş
    Kəpənək qanadına…
    Adım düşər yadına…
    …Sevirdim səni, ümid,
    Ümidin inadına…

    Telefonum naxış-naxış
    Körpə şəkilləiylə…
    Dualarımda qarğış:
    “Ümidin ölsün, ümid…
    Ölsün öz əllərində…”

    Heç səni belə sevən,
    Belə söyən oldumu?
    Adınla gün başlayan,
    “Balam”…-deyən oldumu?
    …ölümsüzsən, bilirəm….
    Heç sonda da ölmürsən…

    …sənə mesaj yazıram…
    Yazıb-yazıb silirəm…
    Bağışlama, ümidim…
    Zaval ver ümidimə…
    …ağlım yoxdu, bilirəm…

    (2020)


    Bu gecə bonzay çiçəyi,
    Dan üzü solub gedəcək…
    …qocalıram…
    Əlimdədi cavanlığım-
    -şəkillərin ən göyçəyi…
    Bir az baxıb ağlayaram,
    Xatırlayıb gülərəm də
    O şəkil çəkilən günü…
    …bir də…
    Bir də başım üçün
    MRT çəkilən günü…

    …bu gecə yaman gecədi…
    Bu gecə məni üzəcək…
    Ağrımı ağrıkəsici,
    Ümidimi ay kəsəcək…
    Dar gələcək ürəyimə
    Geyindiyim təsəllilər:
    Bu gecə bonzay çiçəyi,
    Dan üzü solub gedəcək…

    2020

  • Şəfa VƏLİYEVA.Seçilmiş şeirlər (I hissə)


    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Şam ağacına sarmaşıb
    “Aşdım-daşdım” budağı…
    Saçlarımı qayçılayıb
    Torpağına tökmüşəm…
    … “illər aşıb, aylar aşıb,
    xatirənlə qucaqlaşıb”
    gətirərmi bu yanvarda
    vüsalı şam ağacı?

    …sarı rəngdi həsrəti…
    Nənəm oxşayardı şamı…
    İndi şamın həsrəti də,
    Nənəmin laylası da
    Çox köhnə xatirədi…

    Aldanıb sarı rəngin möhtəşəmliyinə
    Gözlərimin kökünü
    Sən yaşayan şəhərin
    Xəritəsinə bükmüşəm…
    …çox köhnə xəritədi…

    2020


    Həsrət çəkir ütüsün təkliyimin üstünə,
    Qırışığı açılır nimdaş xatirələrin…
    Yanıram öz közümə, kor oluram tüstümə,
    Göz yaşımla pozulur sərhəd xəritələri…

    Bir divardı, bir mənəm, bir də nənəmin şəkli,
    Dilimdən çoxdan küsüb sevgi bayatıları…
    Təkliyimin ovcunda bir sənə çatır ərkim;
    Tanrım, düyünlə bir-birinə eşq dolu həyatları…

    Nə Həvvalar ağlasın, nə Adəmlər tək qalsın,
    Axataranı olmasın o “sonuncu əlacın”…
    Düşsün öz dibinə yaşıl alması,
    Günahdan kəm qalsın həyat ağacı…

    2020

  • Coşqun XƏLİLOĞLU.” İsmət əziz övladdır”

      Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Əslən Kürdəmir rayonunun Sor-Sor  kəndindən olan, Qarabağ uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş, şəhid olduqdan sonra “Vətənin müdafiəsinə görə” medalı ilə təltif edilmiş  gizir Məmmədov İsmət Hikmət oğlunun əziz xatirəsinə ithaf edirəm.                                 

    Yaxın gəlin, sizinlə tanış edim İsməti,
    Orduda gizir idi, vardı, xətir-hörməti,
    Çox düşünüb seçmişdi, bu müqəddəs sənəti,
    Deyirdi, borcumuzdur, azad etmək torpağı,
    Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

    Sənətini sevirdi, mərd idi, qoçaq idi,
    Hər döyüşdən çıxanda qalib, üzü ağ idi,
    Məğrur, cəsarətliydi, qorxudan uzaq idi,
    Hər zaman xoş gəlirdi, onun səsi, sorağı-
    Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

    Aprel döyüşlərində göstərmişdi şücaət,
    Hamı görmüşdü onda, var nə qədər cəsarət,
    İnsanı ucaldıbdır hər bir zaman ləyaqət,
    Qalib kimi keçmişdi, imtahanı, sınağı,
    Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

    Əməliylə qazanır insan şöhrəti, şanı,
    Canından çox sevirdi doğma Azərbaycanı,
    İsmətgil xilas etdi, o kəndi – Suqovuşanı,
    Pərən-pərən dağıldı, qaçıb yox oldu yağı,
    Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

    Doğma Sor-Sor kəndində o, gəlsə də dünyaya,
    İndi əziz övladdır bütün elə-obaya,
    Əhsən, İsmət böyüdən, gözəl, ata-anaya,
    Ot kökü üstə bitər, bunu, bilirik, axı,
    Düşməndə qoyammarıq, o gözəl Qarabağı.

    Hələ yeni dil açır, Dəniz – o şirin bala,
    İsmətdən bir xatirə, bizə əmanət qalan,
    Böyüyüb bilər: -ölmür şəhidliyə ucalan,
    Ana yurdun başlayıb xoş günü, xoş sorağı,
    Düşməndən azad etdik, o gözəl Qarabağı.
    31.01.21.

              

  • Xalq şairi Zəlimxan YAQUB.”Kaş mən o yuxudan ayılmayaydım”


    Bir Şəmşir olaydı, bir mən olaydım,
    Ovsun o olaydı, sirr mən olaydım.
    Cahan o olaydı, şir mən olaydım,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Hər igid dağların mərdi, əriydi,
    Hər gözəl məclisdə nazlı pəriydi.
    Dövrədə Kəlbəcər şairləriydi,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Sıldırım qayaları düşmən qorxudan,
    İnsan oxuyandı, dağlar oxuyan.
    Məni kim ayıltdı şirin yuxudan,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Qarlı zirvələri öyəydi Məmməd,
    Kövrək şeirlərdən deyəydi Məmməd,
    Paltarı çiçəkdən geyəydi Məmməd,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Oynaşan görəydim oğul-uşağı,
    Qaynaşan görəydim odu-ocağı.
    Üzümə güləydi “Ceyran” bulağı,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Hərə bir arzuda, hərə bir yaşda,
    Güləydi ömrümüz torpaqda, daşda.
    Qəmbər oturaydı yuxarı başda,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Can verər iştaha, dəm verər aşa,
    Ruh verər ömürə, ruh verər yaşa.
    Baxdıqca baxaydım “Yeddiqardaş”a,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Qoca Dəlidağın dəli köhləni,
    Cığırdan cığıra ataydı məni.
    Çığnayıb keçəydim dumanı, çəni,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Bir zindan kəsildi bizlərə, zindan,
    Bir göz qırpımında dəyişdi zaman.
    Hanı Güllü nənə, hanı Ağdaban,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Uzun bir söhbətdir, bir mərəkədir,
    Torpaq əsarəti qara ləkədir.
    Ayılmaq özü də bir təhlükədir,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Yamyaşıl yarpaqdı, sapsarı xəzəl,
    Bu dağlar qədimdi, bu dağlar əzəl.
    Nə gözəl yuxuydu, Allah, nə gözəl,
    Kaş mən o yuxudan ayılmayaydım.
    Səmtini itirən yoldu, cığırdı,
    Yazıqdı, yetimdi, kütdü, fağırdı.
    Zəlimxan olmağın dərdi ağırdı,
    Kaş mən o yuxudan ayılmayaydım.

  • Xalq şqiri Zəlimxan YAQUB.”Kişi”

    Zəlimxan YAQUB
    Xalq şairi

    KİŞİ
    Məhəmməd Əmin Rəsulzadənin
    məzarı başında düşüncələr

    Yetmiş illik ayrılıq axır ki, çatdı sona,
    Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!
    Yordum uzaq yolları, səsinlə, sorağınla,
    Qırdım axır belini həsrətin, qəmin, kişi!

    Məzarına baxanın kirpiyində nəm gördüm,
    Ağ mərmərin üzündə qara donlu qəm gördüm.
    Sənin kimi yarımaz bir qisməti kəm gördüm,
    Acıdım taleyinə min bəxti kəmin, kişi!

    Sağ olsun məzarını ağ mərmərə tutanlar,
    Dilindəki sözləri seçib zərə tutanlar.
    Qoy tarixdən utansın səni şərə tutanlar,
    Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

    Tanrı səni yaratdı, bir də çətin yarada,
    Sən qurtuluş istədin, qanlar axdı arada.
    Beşiyin Bakıdadır, məzarın Ankarada,
    Sənin Vətəndən özgə kimin var, kimin, kişi?

    Nələr çəkib başımız, dərdimizdən halıydın,
    Yaralı bir nəğmənin unudulmaz xalıydın.
    Sən də bizim torpağın Mustafa Kamalıydın,
    Heyif! Sünbül tutmamış biçildi zəmin, kişi!

    Sizdən sonra gələnlər qara yeltək əsdilər,
    Bizi bizdən almağa coşdular, tələsdilər.
    Məğrur saraylar yapan düz əlləri kəsdilər,
    Daşı düz qoyulmadı özülün, himin, kişi!

    Ana öz övladını qoymaz gözündən yana,
    Vətənin ölməz oğlu, gedək Azərbaycana.
    Millət “İstiqlal!” – deyə yenidən gəlir cana,
    Özün çal havasını köklənən simin, kişi!

    Kəsilməz xalqın kökü, dərindədir, dərində,
    Zaman çəkib oturdar hər kəsi öz yerində.
    İllər gəlib keçsə də, sən xalqın nəzərində
    Yenə həmin oğulsan, yenə də həmin kişi!
    Bu böyük həqiqətə əmin ol, əmin, kişi!
    Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!

  • Şəfa VƏLİYEVA.”Ümid ömrümə sığmırsa”

    Köhnə xatirənin həmişəyaşıl şeiri…


    Ümid ömrümə sığmırsa
    tək səbir gətirmək olmur…
    xatirəni nə qorumaq,
    nə salıb itirmək olmur.

    tale borcdu, ömür kirə…
    bəxt-ağ gününə kirkirə…
    bu ömürdən o ömürə
    bir gün pay ötürmək olmur.

    ayrılıq da bir həvəsmiş,
    xatirən ömrümə bəsmiş.
    sənsizliyin bəd rəngdəymiş
    geyinib bəzənmək olmur.

    kədər ömrün bac-xəracı,
    nə ahdı bu acı-acı?!
    həsrətin göz yaşı acı
    ağlayıb yetirmək olmur.

    zəfər deyil ömrü aşmaq
    sevinc bir tay qızıl başmaq
    nə sənsiz ömrü yaşamaq,
    nə də ki bitirmək olmur…

  • Hocamız Selim TUNÇBİLEK.”ŞEHİRLER VE EDEBİYATIMIZ”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Selim TUNÇBİLEK
    TYB Kayseri Şb. Bşk.

    Zaman zaman düşünürüm ne çok yanılgılarım var diye. Sizlerin yok mu? Herkes tarafından doğru kabul edilen tanım ve tasniflere karşı içimde hep bir kuşku duyarım. Her tasnifin kapsayıcı ve kuşatıcı olmaktan uzak, ayrıştırıcı olmasının getirdiği tedirginlik midir bu durum bilemiyorum.

    Şehirlerle edebiyatımızın tarihi gelişimi arasında ciddi bir ilişki var mıdır bilemiyorum. Edebiyat tarihçilerimizin buna gerektiği kadar kafa yormadıklarını düşünüyorum. Daha açıkçası edebiyat tarihimizin bile yeterince kendimize has metotlarla kaleme alındığı görüşünde değilim. Edebiyat bir dilin macerası ise edebiyat tarihindeki durakların ve tasniflerin de ilgili dilin kendi macerasını doğru aksettirmesi gerekli değil mi? Bu konuda siyasal tasniflerin daha belirleyici faktör olduğunu görmek beni rahatsız ediyor. Edebiyatımıza bu çerçevede yaklaşımın anlatım tekniği açısından ortaya çıkan önceki farklılıkların göz ardı edildiği kaygısını kafamdan atamıyorum. Fuat Köprülü’nün oturttuğu genel hatların daha siyasal zeminin dışına çıkarılması lüzumlu imiş gibi gözüküyor bana.

    Düşünceden hayata gidişi, hayattan düşünceye gidişe tercihi neden anlamakta zorlanıyorum. Bu düşüncemi nasıl ifade edeceğim konusunda açıkçası çok zorlanıyorum. Şunu söylemek belki mümkün; İslamiyet öncesi Türk edebiyatı denildiği döneme ilişkin eserlere özü itibariyle metin açısından bakıldığında İstanbul’un etkisine kadar köklü bir farklılık görebilmek neredeyse zor. Dilin ve düşüncenin tabii macerası, sanki belirli coğrafi mekânlarla daha özdeş hale gelmiş hissi veriyor insana. İstanbul deyince sarayı, saray deyince aruzu hatırlamak kaçınılmaz hale geliyor. Ankara şehir olarak da tam bir hece çağrışımı doğuruyor. Oysa Ankara daha köksüz hece ise bizim edebiyatımızda daha bozulmamış daha eski bir geleneği yansıtır. Belki halk geleneği Ankara’ya böyle bir yansımayı da aktarıyor olabilir. Aslında bana sorarsanız Ankara serbestliği ve dağınıklığı sembolize eden bir şehir gibi gözükür benim gözüme. Bursa duru bir hecedir. Konya Mesnevi ruhudur. Kerkük Hoyrattır. Taşkent, Buhara, Semerkant bilgeliktir, erdemdir kendini anlamadır. Turfan ilktir, yeniliktir. Ötüken varoluştur, anıttır, destandır. Ahlat, Malazgirt yorgunluğudur; duraktır, kapıdır, çıkıştır.

    Milletler şehirlere birikimlerini yansıttıkları gibi şehirler de birikimlerini üzerlerinde yaşayan dillere, kültürlere, toplumlara yansıtıyorlar. Şehirlerimizin bize kattıklarını tespit etmeden birikimlerimizi tam olarak ortaya koyabileceğimiz inancında değilim. Bu yüzden edebiyat tarihçilerimizin biraz da dil coğrafya ilişkilerine yoğunlaşan dikkatlerinin ne denli hayatiyet taşıdığını söylemenin gereği var.

    Çağatay lehçesi bana hep suların hayatımızı daha da canlı, diri, iri kıldığı bir coğrafyanın ve iklimin mirası gibi gelir. Aral, Hazar gölleri ile sayısız ırmakların akışını da içinde barındırır. Orada her dem yıkanmayı arınmak, dirilmek olarak görürüm. Bizim yapmamız gereken tek bir şey olduğu gerçeği çıkıyor ortaya kuşatıcı olmak. Bütüncül bir dünya hayatı ve dili ile herkesi bütün güzellikleri ve farklılıkları ile kuşatmak ve kucaklamak. Yanılgılarımı sizlerle paylaşmak sizlerin yanılmazlığına kapı aralamaz mı? Ne dersiniz?

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”MƏNƏ BİR ŞEİR YAZ…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Mənə bir şeir yaz sevgi ünvanlı,
    Yaz ki, darıxmışam, ölmüyüm sənsiz.
    Mənə bir şeir yaz, lap Məcnun kimi,
    Ol, dəli-divanə, bilmiyim sənsiz.

    Mənə bir şeir yaz, başı havalı,
    Gözündən süzülən yaşı havalı,
    Qayası havalı, daşı havalı,
    Hər yana səs salsın, gülmüyüm sənsiz.

    Yaz ki, çox darıxıb, görüş yerimiz,
    Od tutub alışır, çataq birimiz,
    Aramızda qalan gizli sirrimiz,
    Açılıb bükülsə gəlmiyim sənsiz.

    Mənə bir şeir yaz, amma gizlicə,
    Doyunca ağlayım, gülüm bu gecə,
    Sıxıb ürəyimin üstə beləcə,
    Yuxuya getməyə qalmıyım sənsiz.

  • Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş elmi sessiya keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Elm günü”nə həsr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı: nailiyyətlər və vəzifələr” mövzusunda elmi sessiya keçirilib. Sessiyanı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq elmlə məşğul olan insanları bu gün münasibətilə təbrik edərək Ədəbiyyat İnstitutunda son illərdə görülmüş işlər və hər bir şöbənin fəaliyyəti haqqında ətraflı çıxış edib. İnstitutun direktoru akademiyanın Humanitar Elmlər Bölməsinin digər institutları ilə müqayisədə Ədəbiyyat İnstitutunun elmlər və fəlsəfə doktorlarının kəmiyyət etibarı ilə daha çox olduğunu deyib. On cildlik ədəbiyyat tarixinin üç cildinin artıq çap olunduğunu, 2021-ci ildə yeddi cildinin çapının nəzərdə tutulduğunu bildirib.

    Akademik İsa Həbibbəyli Mətbuat tarixi və publisistika şöbəsi tərəfindən hazırlanan “Molla Nəsrəddin” ensiklopediyası”nın nəşrini ədəbiyyatşünaslıq qarşısında böyük töhfə adlandırıb. Erkən yeni dövr və ortaq başlanğıc şöbəsi tərəfindən Xaqani Şirvaniyə, Ədəbi tənqid şöbəsi tərəfindən Məmmədcəfər Cəfərova aid monoqrafiyaları, Ədəbiyyat nəzəriyyəsi şöbəsi tərəfindən iki cildlik nəzəriyyə kitablarının çapını yüksək qiymətləndirib. “Nəsimi ili” ilə əlaqədar olaraq 2019-cu ildə Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində əsaslı işlər görüldüyünü, “Böyük Azərbaycan şairi İmadəddin Nəsimi” monoqrafiyasının çapını xüsusi qeyd edib. Folklor şöbəsinin Aşıq Ələsgərin 200 illik yubileyinə hazırlıq prosesi, Asiya xalqları ədəbiyyatı şöbəsinin şöbəsinin Çin, Pakistan, Hindistan və başqa ölkələrlə bağlı kitablar hazırlaması təqdir edilib. Dünya ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Uşaq ədəbiyyatı, Cənubi Azərbaycan ədəbiyyatı, Erkən yeni dövr Azərbaycan ədəbiyyatı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbələrinin fəaliyyəti və çapdan çıxmış kitabları haqqında məlumat verib. “Ədəbiyyatşünaslıq plyus” yaradıcılıq birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxlarının, “Elmi informasiya və tərcümə” şöbəsi tərəfindən hazırlanmış “Biblioqrafik göstərici” kitablarının ardıcıl nəşr olunmasından söz açıb. Bunlardan başqa onlarla Beynəlxalq Elmi Konfranslara ev sahibliyi edildiyini, əməkdaşların çoxlu sayda konfranslarda çıxışlarını qeyd edib. Otuza yaxın ölkəylə ədəbi münasibətlər istiqamətində imzalanmış müqavilələr, Prezidentin Sərəncamları istiqamətində görülmüş böyük işlər haqqında məlumat verib.

    Sonra Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli həmkarlarını təbrik edərək “Azərbaycan ədəbiyyatında istiqlal mövzusu”nda məruzə ilə çıxış edib. Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Azərbaycanda “Nizami Gəncəvi ili” və Ədəbiyyat İnstitutunun tədbirləri” haqqında ətraflı məlumat verərək görülmüş və görüləcək işlərdən bəhs edib. İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Ədəbiyyat nəzəriyyəsi müasir mərhələdə” mövzusunda məruzə edərək şöbənin altı elmlər doktoru və beynəlxalq səviyyədə qəbul edilmiş dörd fəlsəfə doktorunun olduğunu, “Poetika.izm” jurnalının nəşrinə məsul şöbə olduqlarını diqqətə çatdırıb.

    İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli “Türk xalqları ilə qarşılıqlı ədəbi əlaqələrimizin yeni mərhələsi (Ədəbiyyat İnstitutunun nümunəsində)” məruzəsində institutda bu istiqamətdə Türk xalqları ədəbiyyatı və Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbələrinin fəalliyyət göstərdiyini vurğulayıb. “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının bir sıra beynəlxalq indekslərə daxil olduğunu və bir neçəsinə də müraciət olunduğunu, həmin jurnalda məqalələrin əksəriyyətinin türk xalqları ədəbiyyatına aid olduğunu bildirib. 2020-ci ildə bir sayı Özbəkistan ədəbiyyatına həsr olunan jurnalın bu il bir sayının Abay Kunanbayevə həsr olunacağını deyib. Məruzədə Türkiyə, Özbəksitan, Tükmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Qaraçay və digər türk respublikalarının ədəbiyyatı istiqamətində institutda aparılmış araşdırmalar haqqında geniş məlumat verilib.

    Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı “Azərbaycan-Tatarıstan ədəbi əlaqələri” mövzusunda çıxış edib. İnstitutunun Təhsil şöbəsinin müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov “Azərbaycan-Polşa ədəbi əlaqələri”ndən bəhs edən məruzəsində bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barəsində danışıb.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Şəfa VƏLİYEVA.”Bütün qoca romançılara…”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Bu gecəni hiss elə…
    Eynəyinin ağrıyan şüşəsini silmə heç…
    Sızlasa əlinin qələm söykənən yeri
    Üflə…
    Hər ağrıya ürək vermə,
    Birinin də üstündən keç…

    Bu gecəni hiss elə…
    Oxuduğun son romandan
    Daha gözəlini yaz…
    Gül bütün ölümlərə…
    Qucaqlayıb bu gününü
    Sabahına ağla bir az…

    Bu gecəni hiss elə…
    Bəsdi ütülədin xatirələri,
    Aç başını burax çoban ititək…
    Hara getsə, bil ki, geri dönəcək…

    Bu gecəni hiss elə…
    Bir az da özünü təriflə güzgüdəkinə…
    Bir az da üzülsün ürəyində yara olanlar,
    Gözündən düşənlər…

    2020

  • Şəfa VƏLİYEVA.”Saçımın ucunda yaşıl işıqlar”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Saçımın ucunda yaşıl işıqlar,
    Əllərin son sürət şütüyür hələ…
    “Elin qınağı”nın son cəriməsi
    Qıyılan gözümdə üşüyür hələ…

    Sonuncu çarədi duz ayrılıqlar,
    Portağal dadında açılır səhər…
    Məğrur təbəssümüm-sərt qayalıqlar,
    Ətrin-mamır üçün darıxan şəhər…

    Bu son dayanacaq palitra kimi;
    Günəş fırçasını yelləyir nazla…
    Qalın paltarların dolab həsrəti
    Aprel axşamını səslər avazla…

    Yığıb qəhərimə ayrılıqları,
    Min ildi vağzala yayılan səsəm…
    Üzümü tuturam ayrılanlara:
    -Sevgin yaddan çıxdı, sonuncu düşən!

    …Bütün avtobuslar şəhərarası,
    Bilet satan yoxdu üzü günəşə…

  • Şəfa VƏLİYEVA.”Bir qış gecəsiydi…”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı


    Bir qış gecəsiydi…
    Tutub əlindən
    Getməyə dəyərdi buz donan gölə…
    Neynim ki, boz idi şəhər arzun da…
    Boz idi cibləri dəri gödəkçən,
    Boz idi qəssabın təpiklədiyi,
    Fevral soyuğunda üşüyən pişik…
    …elə utanıram neçə saatdı…
    Hardan oxumuşdum?
    Yenə unutdum…
    Buz donan o göldə ölən boz qumru,
    Bir tikə piy üçün döyülən pişik,
    Cibləri yırtılan o boz gödəkçə;
    Sən demə…
    “Sevginin ölçülü mətnlərində”
    Sən idin…
    Mən idim…
    İkimizmişik…

  • Şəfa VƏLİYEVA.”İtirilmiş şəhərləri okeanlarda axtarıb”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    İtirilmiş şəhərləri okeanlarda axtarıb
    Səhralarda tapırıq…
    Səncə, bu, sevgi deyil?!
    Harda bir ovuc gülüş var
    Gözlərimizlə qapırıq…
    Səncə, bu, sevgi deyil?!

    “Ağ yuyub qara sərdiyim”
    Sənsizliyin qucağına
    Bir körpə şəkli qoymuşam…
    Dünən də xəyalımda
    Şuşaya qədər qaçmışam,
    Cıdır düzünün köksündə
    Şeir süfrəsi açmışam…
    Səncə, bu, sevgi deyil?!

    Şeir-şeir, nəğmə-nəğmə
    Öldürürlər şairləri
    Bütün gözəl oxucular…
    İlk şeiri yazanların
    Son misrası ağı olub;
    Unudulmur ağıçılar…
    Səncə, bu, sevgi deyil?!

    Dəməşqdə bir qız ağlayır,
    İstanbulda layla deyir bir nənə…
    Bizim evə yağış damır;
    Damla-damla pay bölürük Tanrıyla:
    “Biri sənə, biri mənə…”
    Səncə, bu, sevgi deyil?!
    Məncə,
    Sevgidir, sevdiyim…

    2020

  • Şəfa VƏLİYEVA.”Açın qapıları, küssün açarlar”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    Açın qapıları, küssün açarlar,
    Kəsilsin ümidi barmaqlıqların…
    Yıxın hasarları,
    Kəsə yol tapsın
    Gücünü çəlikdən uman qocalar…
    Dələlər, sərçələr utanmasınlar
    Yuvadan yayılan zümzümələrdən…
    Tutuşun əl-ələ,
    Qaçın bu küçədən,
    Pozun qaydaları,
    Yazın sevgini
    Bütün şəhərlərin elanlarına…
    Sonra da unudun, unudun məni,
    Yazın xatirəmi yaddaşsızlığa;
    Kirayə ev gəzən tüm şairlərin
    İntihar eyləyən misralarına…

    2020

  • Rafiq ODAY.”USTAD, BİR DÖN SİNƏMƏ BAX!”

    (20 yaşın sevdası)

    “Gəl gör mənə eşq neylədi» deyən ustad Yunis İmrəyə

    Bu sevda dəli sevdadı,
    Tükənməz macərası var.
    Nə bu dərdə əlac edən,
    Nə bu dərdin çarası var.

    Oldu ömrün yazı talan,
    Yazıq satan, yazıq alan.
    Nə ondan bir razı qalan,
    Nə ondan bir narazı var.

    Yön çevirib dağa-daşa,
    Bulaq oldu gözüm – daşan.
    Nə gözümdə ağdan nişan,
    Nə gözümün qarası var.

    Eşq qonaqmış, sinəm otaq,
    Qonaq çəkdi sinəmə dağ.
    Ustad, bir dön sinəmə bax,
    Gör, salamat harası var?!

  • Rafiq ODAY.”TANRININ YER ÜZÜNDƏKİ MƏLƏYİ”

    (Abbasqulu bəyin qızına)

    Sənin səbrin
    mənim səbirsizliyimdən
    daha böyükmüş,
    Səbr edənləri
    özünə dost tutan,
    Bir adı da Səbr olan Allahın
    səbrindən də, –
    Tanrının yer üzündəki mələyi.

    Sənin o məsum
    göz yaşlarında
    Mənim günah dolu
    hikkələrim yaşayır.
    Gəl öpüm
    o pak alnından,
    Gəl öpüm
    sellərin, suların
    yatağı olan
    o ürkək gözlərindən,
    Amma ayrılıq olmasın.
    Gözlərdən öpmək
    ayrılıq gətirərmiş ya, –
    Olmasın ayrılıq,
    Tanrının yer üzündəki mələyi.

    Mən, bu günə kimi
    nə anama şeir yazdım,
    nə sənə…
    Anamın qüdrətini
    vəsf etməyə
    söz tapmadım,
    sənin səbrini…
    İllərdi ziyarət də bilmirəm
    anamın qəbrini…
    Bir dillənsənə,
    bir söz desənə…
    Lap qəlbimə dəy,
    lap məni acıla…
    Nə qədər ki, gec deyil,
    Nə qədər ki, fürsət var,
    Gəl səbrini ziyarət edim sənin,
    Bəlkə… bəlkə onda
    o böyük,
    o müqəddəs ziyarətin –
    Ana məzarını ziyarıtin də
    yolu açıla.
    Tanrının yer üzündəki mələyi.

    Qaldır yerə dəyən
    kipriklərini,
    Qaldır göyə bülənd elə
    İllər boyu
    ürəyində dustaq etdiyin
    üsyan əvəzi,
    hayqırtı əvəzi.
    Sonra da
    ağca-ağca tellərini
    buludlara bənd elə, –
    Nərdivana döndər
    Göylə Yerin arasında.
    Qoy göy üzünün mələkləri
    bu nərdivanla enib
    Əsl mələk necə olurmuş
    bir görsünlər, –
    Tanrının yer üzündəki mələyi.
    Aç, aç qəlbinin
    pəncərəsini,
    Oxşasın üzümü
    əfv fərmanının
    küləyi…

  • Azərbaycanlı şairə-publisist Nəcibə İlkin “Azərbaycanın fəxri” fəxri duplomu ilə təltif olunub

    Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı (AzərKİVİHİ) İdarə Heyətinin qərarı ilə Azərbaycanın ərazi bütövlüyü, torpaqlarının azad yolunması yolunda vətənpərvər yazarları və çıxışları ilə fərqlənən, çoxlu sayda kitabların redaktoru və ön söz müəllifi kimi tanınan, uzunmüdətli mətbu və ədəbi fəaliyyəti ilə seçilən fəal ictimaiyyətçi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İcraçı Baş katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, Azərbaycanlı şairə-publisist Nəcibə İlkin Azərbaycanın fəxri” fəxri duplomu ilə təltif olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bir çox haqqı tapdanan dostlara xitabən…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Məclislər başına çəkməzlər məni,
    Hələ ki, köhnədir çuxam, a dostlar.
    Ürəkdə məkrlər, gözlərdə yalan,
    Mən o baxışlardan toxam, a dostlar.

    Yaxşılar görmüşəm ilişib torda,
    Yaman yüz kələklə qalmayıb darda,
    Bu zaman çox verib qoyunu qurda,
    Onunçün onunla yoxam, a dostlar.

    Hiylədi, fitnədi, fəsaddı dünya,
    Nə arzu dilədim nəs atdı dünya,
    Alçağı, naqisi yaşatdı dünya,
    Qalıbdı əllərdə yaxam, a dostlar.

    Çox baxdım dünyanın qəm baxarına,
    Nəcibə, tale də gəlmir karına,
    Düşüb bu dünyanın tərs axarına,
    Üzü qibləsinə axam, a dostlar.
    ..12.04. 1989

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Atasının gül balası…” (Hekayə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün tələbələr bir yerə cəm olmurdular. İndi isə bütün qrup yoldaşları, rəhmətə gedənləri çıxmaq şərtilə, görüşdə idilər. Şirin xatirələr bir-birini əvəz edirdi. Arada gözəl sağlıqlar deyilir, həzin musiqi səslənirdi.
    Bəzən insanı xoş duyğuların qoynuna səsləyən, bəzənsə keçmişin iztirablarını xatırladan nəğmələr bir-birini əvəz etdikcə Şahinin əhvalı da dəyişir, gözünü Svetadan çəkmirdi. Uzun illərin ayrılığından sonra gənclik illərində ondan aldığı sevgi nəşəsi yenidən yadına düşmüşdü. Xoş anlar gözünün qabağında canlandıqca başı dumanlanır, ona yaxınlaşmaq üçün fürsət gözləyirdi. Diqqəti daha çox cəlb etmək üçün arabir baməzə söhbətləri, lətifələri ilə şənliyə gözəllik qatır, gah da
    gözünü Svetadan çəkmədən sevgi şeirləri söyləyirdi. Nədən belə etdiyini heç özü də bilmir, ürəyindən keçənləri söyləmək üçün fürsət axtarırdı. Məclis qızışanda ona nə vaxt yaxınlaşdığından özünün də xəbəri olmadı. Keçmişin nəşəsi parıldayan gözləri ilə yenidən qadını ovsunladı, həlim səslə soruşdu:
    -Sveta, necəsən? Öz aramızdı, heç dəyişməmisən ha…Həminki kimi gözəlsən, canı yanmış, – o, bir qədər susub əlavə etdi, – amma qızların heç atalarına oxşamırlar.
    Sveta əli ilə onun ağzını tutdu, pıçıltı ilə:
    – Şahin, indi onun vaxtı deyil. Bilirəm niyə maraqlanırsan, vaxtı gələndə bilərsən, – dedi.
    Musiqi sədaları restoranı bürümüşdü. Bəlkə də görüşlərin heç biri belə gözəl keçməmişdi. Hamı rəqs edirdi. Sveta Şahinin qolları arasında sanki hər şeyi, hətta qızlarını da unutmuşdu. Ağzını Svetanın qulağına dayayan Şahin yenidən sözə başladı:
    -Hə…Sveta danış görək keçmişindən. Amma bir şeyi desəm, mənə acıqlanma ha…
    -Yox, Şahin səni həmişə çox sevmişəm. Neynim ki, əlim sənə çatmadı. Uzaq düşdük. İldə bir dəfə görüş isə bizə bəs etmədi. Nə desən, xətrimə dəyməz. Axı sən qəlbimdə ayrı bir iz qoymusan.
    – Eybi yox, bu da bəs idi.. Sadəcə onu demək istəyirdim ki, – o susdu, sonra yenidən sözə başladı, – sənin çox adamla əyləndyini bilirdim. Sənə olan hislərim tamam fərqli idi. Bir neçə dəfə görüşsək də, səndən tez uzaqlaşmaq istədim. Dəli eşqini duydum. Hiss etdim ki, mən də sənə bağlanıram. Yaxşı ki, uzaqlaşa bildim, yoxsa…
    – Yoxsa, nə?
    Şahin söhbəti dəyişmək istədi:
    – Sveta, xətrinə dəyməsin, siz erməni qızları adamı elə tora salırsınız ki, çıxmaq olmur. Bu məqsəddimi, sevgidimi, anlamaq çətin olur. Amma, öz aramızdı, bu, sevgidən çox… arxasını özün bilirsən. Bizim qızlarda isə əksinə…
    – Mən o vaxt səni öz toruma sala bilmədim. Heyifsilənirəm.
    Svetanın qəh-qəhə ilə dediyi bu söz Şahinə xoş gəldi.
    – Nə yaxşı ki, o tora düşməmişəm… Siz erməni qızları öz kişilərinizdən çox türk kişilərinə meyillisiniz. Axı niyə?
    -Sevgini milliləşdirmə də, Şahin. Sevgi insanın içindən gəlir. Bizimsə türk kişilərinə meyillənməyimizin sən düşündüyündən də çox başqa tərəfləri var,- Sveta ona daha bərk sığındı, – gəl bu barədə danışmayaq, keçmiş sevgimizin ətrini alaq bir-birimizdən.
    -Mənim üçün bu sevgi yox, əslində səninlə əylənmək idi, gözəl Sveta. Axı sən hamının sevgilisi ola bilməzdin.
    -Orası doğrudur. Mən də bilirəm kiminlə əylənmk lazımdır. Axı sən də savadlı, həm də şux qamətli idin.
    -Aha, aydındır. Bax, məqsədinin üstünə indi gəlirsən. Deməli, erməni qızları yaxşı toxumluq axtarırlar.
    Sveta susmağa üstünlük verdi. Yenidən Şahinin qolları arasında uyudu. Birdən gözləri qrup yoldaşları Seymurun
    və Sahibin qucağına sığınıb rəqs edən qızlarına sataşdı. Öz-özünə:
    -Eybi yox, qoy gözləri açıq böyüsünlər, – deyib rəqsinə davam etdi.
    Şahin qrup yoldaşlarına göz vuraraq üzünü Svetaya tutdu:
    -Nədənsə qızlarını sizin millətə oxşada bilmədim. Ərini yaxşı tanıyırdım, taksisinə o qədər minmişik ki, səninlə, – o bu sözü xüsusi intonasiya ilə dedi.
    Sveta gülümsündü:
    -Hə, elədir…əlacsız qalıb ona getdim. Əvvəlcə uşağı rədd elətdirdim. Toyumuza qədər əməlli-başlı böyümüşdü. Toyumuzdan az sonra iş yerindən Kislovodsk şəhərinə göndərildim. Sərbəst olmaq üçün ərimin mənimlə getməsini istəmədim…
    Orada bir oglanla tanış oldum. Azərbaycanlı idi. Bir-birimizi çox sevdik. Fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Hər gün sevgi dolu günlər yaşayırdıq. Mən ondan hamilə qaldım…
    Geri qayıdanda hamilə olduğumu bilən ərim çox sevindi. Hə, nə isə qızım oldu. Bayaq sənə göstərdiyim böyük qızım həqiqi atasının davamçısıdır, riyaziyyat-fizika fakültəsində təhsil alır. Çox savadlıdır.
    Sveta bu sözləri deyib yenə ürəkdən güldü. Şahin də ona qoşuldu.
    – Hə, deməli atasının gül balası…
    – Hə, Şahin neynim ki, öz atasından olsaydı, şofer olacaqdı da…Ha-ha-ha…
    – Ay səni… Çoxbilmişsən, çoxbilmiş… Sizin bu “savadınız” bizdə heç vaxt olmadı da…
    – Sənə əlim çatmadı, birini də səndən düzəldəsi idim…
    – Bəs o biri qızın kimdəndir?
    Sveta yenidən qəh-qəhə çəkdi, bir az toxdayandan sonra dedi:
    – Hə, əzizim. Böyük qızım olandan iki il sonra yenə təkmilləşdirmə institutuna göndərildim, bu dəfə isə başqa şəhərə. Xəstəxanada olarkən bir həkim oğlanla tanış oldum.
    O da azərbaycanlı idi. Nəzərlərini məndən çəkmədiyini gördüm. Tez bir zamanda ona elə alışdım ki… Hər gün görüşməyə başladıq. Bir ay tamam olanda geri döndüm. Bax bu qızıma hamilə qalmışdım. İndi o da həkim olmağa hazırlaşır.
    – Bəs yoldaşından övladın yoxdu?
    – Yooox, bu vacibdi məgər?! Axı bayaq özün yaxşı söz dedin: gözəl, yaraşıqlı, savadlı toxum.
    Hər ikisinin gülüşü salonu başına almışdı: öz aləmlərində idilər.
    Birdən Sveta başını azacıq qaldırıb pıçıldadı:
    – Yoldaşım hələ də elə bilir ki, uşaqlar ondandır. Amma arada zarafata salıb deyir:
    – Sveta, öz aramızdı, o qədər orda-burda oldun ki, uşaqlar da mənə oxşamadı ey. Mən isə gülürəm….
    Şənlik başa çatmaq üzrə idi. Şənliyi təşkil edən Vasifin kobud səsi eşidiləndə hamı susdu. O:
    -Hə, dostlar, növbəti görüşümüz gələn il bu vaxt yenə burda olacaq, – deyib hamını xatirə şəkil çəkdirməyə dəvət etdi.
    Sveta Şahindən qopmaq istəmədi, şəkil çəkdirəndə də onunla yanaşı dayandı. Bunu görən Şahin onun qulağına pıçıldadı:
    -Sveta, evdə ərə gedəsi qızım, evlənəsi oğlum var axı. Hələ
    yoldaşımı demirəm.
    Sveta əl çəkmək istəmədi, nazlandı:
    -Gəl qızlarımdan birini oğluna al, nə olar. Sən də rahat gəlib-gedərsən bizə.
    Şahin tələbəlik illərində olduğu kimi birdən çılğınlaşdı:
    -Sən dəlisən? Bircə o qalmışdı ki, bir erməni fahisənin qızını oğluna alıb deyə lağ eləsinlər?
    Sveta özünü ciddi göstərmək istədi:

    • Mən fahisə deyiləm, mənim ərim var. Sadəcə öz qanunlarımızla hərəkət edirəm və anla ki, bütün erməni qızları belədir. -Hə də. Sizdə əri olanlar min oyundan çıxsa da, fahisə olmurlar. Çünki peysər “kişiləri” var, – Şahin bərkdən güldü. -Biz öz kişilərimizdən heç zaman uşaq dünyaya gətirmirik. Türk kişiləri mərd, qorxmaz, olduğu üçün, genimizi dəyişdirmək istəyirik. Bu bizə çoxdan tapşırılmış bir iş, xüsusi müəllimlərin keçdiyi həyat dərs olub. Mən dərsimi yaxşı aldım və vəzifəmin öhdəsindən layiqincə gəldim. Bundan belə yalnız öz kefim üçün yaşayacam. Məni düşündürən əsas qızlarımın taleyidi. Şəkil çəkdirəndən sonra Şahin Svetanı yola salmaq üçün onlara yaxınlaşdı. Sveta da, qızları da sərxoş idilər. Onlar üçün taksi saxladaraq maşına dəvət etdi. O, dostları ilə sağollaşıb maşına əyləşdi. Ünvanı eşitdikdə Şahin çaşıb qaldı:
      • Orda hansı binada?
      • 10-cu binada.
      • Axı, o evlər xüsusi adamlar üçün tikilmişdir. Orda nə əcəb ev ala bilmisiz?
      • Onun da bir tarixi var.
      • Gizlətmə de….
      • Düşəndə deyərəm.
        Şahini dəhşət bürümüşdü. Sveta yanındakılara əhəmiyyət
        vermədən dedi:
      • Hə, Şahin bilirəm sənin üçün çox maraqlıdı. Bizim rektoru – Niyaz Qasımoviçi yaxşı tanıyırdın ?
        -Bəli, əlbəttə.
      • Bir gün məni çağırdı kabinetinə. Eşq elan elədi. Ertəsi gün saat 3-də onun otağında görüşdük. Mənim bakirəliyimi pozan o oldu. Bir- iki dəfə görüşdükdən sonra məndən ayrılmaq istədi. Dedim ki,uşağa qalmışam. Əgər məni qadının kimi qəbul etməsən, şikayət ərizəm hazırdır. O, çox qorxdu. Nə qədər yalvarsa da, uşağı abort etdirmədim. Uşağa qarşılıq bu binadan ev istədim və aldırdım.
        Şahin dodaqlarını gəmirdi, zorla bu sözləri deyə bildi:
        -Ay səni! Erməni qancıqları…
        Sveta heç nə olmamış kimi sözünə davam etdi:
        -Elə demə, biz, erməni qadınları, sevənlərimizə istədiyimizi alana qədər vəfalı oluruq. Bu da bizim qanunlarımızdan biridir. Belə olmasaydı, sizin ən yaxşı kişilərinizin arvadı, ən yaxşı vəzifədə olanlarınızın məşuqəsi olmazdıq. Hər şeyi: gözəl evləri, bərəkətli torpaqları belə əldə etmişik.
        Hələlik, sağ ol. İmkanın olsa, darıxanda evə zəng elə, görüşək. Səni çox sevirəm…
  • Şəfa VƏLİYEVA.”Nuhun gəmisinə gecikənlər” (Hekayə)

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı

    İsti yay gününün axşamı addım-addım gəlirdi; qaranlığın tünd-göy kölgəsi uzaqdakı boz təpələrin yanağına hopurdu. Balaca, qəhvəyi kərtənkələ balası başını nahamar, üstü quruyan mamırların ləkələri ilə dolu olan daşın əyri çıxıntısına söykəmişdi. Yaxınlıqdakı qarışqa yuvasının bir tərəfi uçmuşdu, şahı ölmüş, şahzadələri bir-birini qılınclamış, rəiyyəti itaət etməyə kimsə tapmadığına görə qonşu şaha pənah aparmış şəhər qalasına bənzəyirdi…
    Yarpaqları doyunca nazlanmadan saralıb bürüşən, anbaan çılpaqlaşan budaqları üzü göyə haray çəkən yemişan kollarının arasıyla bir ailə irəliləyirdi. Yay tozanağının saqqalına hopdurduğu tozu əliylə çırpmağı xəyalına belə gətirməyən ata öndə gedirdi. Bığ yeri yenicə tərləyən yeniyetmə oğul onun arxasınca addımlayır, tələsən atasını gözdən itirməmək üçün hərdən kiçik çır-çırpıların üstündən hoppanırdı. Gah da narahatlıqla geri boylanır, nigaran baxışları görmək istədiyini görməyəndə ucadan səslənirdi:
    – Ata, mən burda dayanıram!
    Ata bir söz demir, əlindəki koğanın ucunu yerə dirəyir, həsrətlə qarşıdakı təpələrə baxır, özünü qaranlığa təslim edən dünyanı ürəyində lənətləyirdi. Oğul üzünü geri çevirir, yemişan kollarının arasından görünən çəhrayı yaylığa tərəf səslənirdi:
    – Ana, yorulmusansa, dayanaq!
    Anadan səs çıxmırdı, ta ki oğluna çataçatda barmağını dodağının üstünə qoyub başıyla qucağındakı körpəyə işarə etdi…
    …Onlar bu minvalla nə qədər yol gəlmişdilər, bilmirdilər… Əslində, bu yolçuluğa çıxmağı kim düşünmüşdü, soruşan olsa, ailə üzvlərindən heç biri düzgün cavab verə bilməzdi. Bu axşam da ananın çəhrayı yaylığını quru yemişan budağından asıb miçətkən düzəltdilər, atanın çalmasının dolamalarını açıb əlləriylə yastıladıqları quru çalıların üstünə sərdilər, körpənin yatması üçün yer düzəltdilər. Ata üzünü günün batdığı yerə tutub əllərini sinəsində çarpazladı, diliylə dodağını yalayıb ürəyinə yük olanları dilinə əmanət etdi:
    – Bir olan Yaradanımız, göylərdəki atamız! Biz təkcə səni tanıyırıq, ey hər şeyin var olmasına səbəb olan! Bir nəfəslə can verdiyin Adəmin xətrinə, mənə özün yol aç… Məni Nuhun yadına sal… Məni Nuhun yadına sal…
    Oğul atasının yerə düşən koğasını ehmalca götürdü, torpağa dəyən üzünü əbasına sürtdü, başında yonulmuş ayparanı barmaqlarıyla bərk-bərk sıxdı, arxadan atasına yaxınlaşdı:
    – Ata…
    Atadan səs çıxmadı; bu duruşuyla o, axşamın ala-toranında xəyalındakı gəminin dor ağacına bənzəyirdi…
    – Ata…
    Oğul bir addım daha yaxına gəldi, əmin idi ki, atası onu eşidir.
    – Ata, Rahabın adsız oğlu məbədin həyətində danışırdı ki, dua edəndə üzümüzü gün batan tərəfə yox, gün çıxan tərəfə tutmalıyıq. Əllərimizi qoşalaşdırıb üzü göyə dayanmalıyıq… Bir də…
    Atasının qımıldanmadan dayanması oğulun cəsarətini yenirdi, söylədiklərinin atasına xoş gəlmədiyini düşünən oğul sözlərini yarıda kəsdi. İnsan səsindən kəm qalan qısa zaman kəsiyində uzaqdan bayquş ulartısı gəlirdi…
    – Bir də nə? – Atanın səsində amiranəlik yox, çarəsizlik vardı.
    – Bir də dua edərkən gözlərimizi ya yummalıyıq, ya da baxışlarımızı yerə, ayaqlarımızın ucuna dikməliyik…
    – Bunu da Rahabın adsız oğlu dedi?
    – Hə…
    Ata geri dönüb qətiyyətsiz addımlarla körpənin yatdığı yerə yaxınlaşdı. Əliylə körpənin yatağının yanındakı yeri hamarladı, ayaqlarını qatlayıb oturdu. Ana təpələrdən üzü bəri sürüşüb gələn qaranlığa baxıb əllərini üzünə çəkdi, ağlamsınan səslə dedi:
    – Bu gün də gedib çıxammadıq. Qızın ta nəfəsi təngiyir… Sabaha sağ çıxsın deyə, ürəyimdə min dua eləmişəm…
    Ata əlini uzadıb yuxuda kəsik-kəsik nəfəs alan qızının alnına qoydu, ovcuna köz basılmış kimi əlini geri çəkdi, udqundu. Ana onun bu qəfil hərəkətinin səbəbini anlamışdı, günortadan bəri uşaq qucağında közərən kösövə dönmüşdü, amma ona elə gəlmişdi ki, ürəyinin başıdı yanan… Əllərini qoşalaşdırıb üzünü göyə tutdu:
    – Ay bir olan! Ay tək olan! Bu günahsız körpəni qoyma ölsün… O ki heç bir günah etməyib… O, hələ barmağını bir Adəm oğluna tuşlayıb “günahkardı” deməyib. Hələ heç kimin bağındakı almadan bir dişlək almayıb. Ay hər şeyi var edən, onu da sən var etmisən… Ən böyük günahı anasının döşünü dişsiz damağıyla sıxan birinə ölüm haqdımı? O ki… O… O, hələ bir nahaq söz danışmayıb… Günahsızdı… Məsumdu… Şeytanın adını da eşitməyib… O…
    Ananın hönkürtüsünü atanın əsəbi sözləri üstələdi:
    – Sus, Həvvanın varisi! Sus! Elə danışırsan ki… Məgər Yaradan yaratdığını tanımır?!
    Körpənin ağlaması uzaqdan eşidilən bayquş səsinə qarışdı. Oğul yüyürək gəldi, əlindəki koğanı yemişanın haça budaqlarına söykəyib dizi üstə əyildi, körpənin qarnını sığallaya-sığallaya astadan zümzümə etməyə başladı:

    – Bizi Nuha aparacaq
    Getdiyimiz cığırlar…
    Bu gecə ay doğacaq,
    Şənlik qurubdu bayquşlar…

    Körpə heysiz-heysiz zarıldayıb çapaqlı kirpiklərini təzədən bir-birinə qovuşdurdu. Ana boynunu yana əyib heyran-heyran oğluna baxırdı. Oğul zümzüməsini kəsib yerini rahatladı, əlini yaxınlıqdakı nahamar daşa tərəf uzatdı. Kərtənkələ balası cəld sıçrayıb qurumuş tikan yarpağının üstünə düşdü. Oğul daşı götürüb əbasının ətəyinə qoydu, barmaqlarını mamır ləkələrində gəzdirdi.
    – Oxuduğun mahnını da Rahabın adsız oğlu öyrədib? – Atanın səsində hələ əsəb vardı. Amma bu dəfə o daha astadan danışırdı.
    – Yox…
    – Hardan öyrənmisən?
    Oğul baxışlarını daşa dikib susmuşdu. Atasının bu sualına cavab vermək istəmirdi. Bilirdi ki, özündən söz uydurmaq, mahnı qoşmaq şeytana itaətdir… Bilirdi, amma ruhundan pərvazlanan sözlərin, qulaqlarında səslənən incə ahənglərin qarşısındakı acizliyini də dərk edirdi. İndiyədək ruhundakı təlatümləri dilinə əmanət edəndə hamıdan gizlənirdi, təkcə Rahabın adsız oğlunun yanında ürəklə oxuyurdu. Onu da bilirdi ki, gec-tez onun bu sirli dostluğuna etiraz edənlər çoxalacaq, ən əsas da atası bu dostluğun bitməsini əmr edəcək…
    Məbədin həyətində hamıyla deyib-gülən, bütün kişilərin sədəqə uzadan əllərindən yapışıb ovuclarının içindən öpən Rahab oğul doğanda kimsə uşağın atasının adını soruşmamışdı. Ata adı bəlli olmayan uşağı necə çağıracaqlarını bilmədiklərinə görə də hamı ona “Rahabın adsız oğlu” deyirdi. Daim uzağa dikilən baxışlarından qətiyyət tökülən, bütün yaşlı, yaxud cavan məclislərinin dəvətsiz iştirakçısı olan oğlan özü də bilirdi ki, o, anadan olandan bəri məbədin divarları, bəlkə, milyon dəfə pıçıltıyla səslənən “Uşağın atası kimdir?” sualını eşidib… O, bu sualı onu “Rahabın adsız oğlu” deyə çağıran bütün kişilərin günahkar baxışlarından da oxuyurdu. Bir dəfə də olsun anasına üz tutub: “Atam kimdir?” deyə soruşmamasının səbəbi də bu idi… Hamının yazığı gələn, ürəyi yanan, bəzən də varlığı yoxluq kimi dəyərləndirilən, Nuhun kitabında adı olmayan yeganə insan olmaq onun özünə də xoş gəlirdi. Ən çox da var olduğu yerdə yox sayılmaq onun ürəyincəydi; beləcə, hamının ən dərin hisslərinin şahidi olurdu. Bəzən özünü sol çiyindəki mələyin yerdə olan gözü-qulağı kimi də hiss edirdi; şəhər əhalisinin ən müqəddəs adam saydığı Nuhun belə, günah işlədiyini təkcə o bilirdi. Özündən söz qoşan yeniyetmənin dodaqlarının səssiz pıçıltılarını da ilk dəfə o eşitmişdi. Hər dəfə söz qoşan yeniyetmədən bir ahəngdar söz eşidəndə ürəyindəki sirr qapılarının öz-özünə açıldığını, heç kimə deməməyə ürəyində and içdiklərinin bircə-bircə dilindən tökülüb onun qulağına doğru axdığını da görmüşdü… Bunu görəndən sonra da Rahabın adsız oğlu get-gedə daha susqun, daha qaraqabaq olurdu. Və bir gün anladı ki, daha dostunun qulağına tərəf axası bircə damla sirr qalmayıb ürəyində… Ailənin Nuhun gəmisinə çatmaq üçün tələsik evdən çıxdığı gün idi o gün…
    …Oğul atasının əsəbi sualının qarşısında özünü yeni bir selin ağzında hiss edirdi. Bu dəfəki sel Rahabın oğlunun söylədiyi sirr seli deyildi, heç ona bənzəmirdi də… Həmin seli o, günlərlə, aylarla ruhundan süzdürmüşdü, tapdığı qənimətləri səsə çevirib söz düzəltmişdi, üzünü kainata tutub o səsi hər bir daşa, hər bir torpaq dənəsinə, gecələr ulduzlara, gündüzlər günəş şüalarına əmanət etmişdi. Atasının: “Hardan öyrənmisən?” sualı isə onu susmağa məcbur edən, dodaqlarını bir-birinə kipləşdirən, dişlərini sıxan, boğazına qəhər yığan, yumruqlarını düyünləyən qəzəb seliydi; hələ ki onu daşmağa qoymayan oğulun ataya olan ehtiramından hörülən bənd idi… Atasının ona zillənən baxışlarının yönünü dəyişdirməsi üçün oğul ürəyində bir dua da oxudu; işə bax, duası da ahəngdar idi… Elə bil ki, kimsə uzaqdan həzin bir səslə onun duyğularına layla çalırdı, duyğuları da söz-söz bəzənir, üzü kainata doğru rəqsə başlayırdı. Anbaan içindəki qəzəb selinin səngidiyini, əksinə, düşüncələrinin qayaların bağrından sızan dumduru bulaq suyuna döndüyünü hiss edirdi. Qeyri-ixtiyari dilindən çıxan haray boz təpələrin qaranlığın ehtiraslı qucağında əriyən kölgələrinin başı üstündə burulğana döndü:
    – Nəyi qoyub, nəyi aparmağa çalışırsan, ey Nuh?!
    Ata nigaran-nigaran yatan körpəyə baxdı, bu dəfə qızcığaz diksinib oyanmadı, deyəsən, axşamın özüylə gətirdiyi qarışıq səslər içində qardaşının harayı ona yad gəlməmişdi. Ata qızının oyanmadığını görüb yenidən baxışlarını oğluna tərəf çevirdi; bu dəfə onun gözlərindən ittiham və əsəb yox, qayğı və nigarançılıq boylanırdı. Heç unutmurdu, qırx il əvvəl Nuh onun qapısına gəlib gəmini düzəltməyə kömək etməsini xahiş edəndə şaqqanaq çəkib gülmüşdü. Günbəgün onun gülüşünün əks-sədası bütün əyalətdə eşidilmişdi; hamı əlini qarnının üstünə qoyub uğunmuşdu. Əyalətin bir şərqində – Yanardağda, bir də qərbində –Keşikçidağda yükünü yerə qoyan karvanların sahibləri də gündoğandan-günbatana bu şaqqanağı daşımışdılar, beləcə, getdikcə artan isti havaların sinəsinə dağ çəkdiyi torpaqların başının üstündəki qaynar burulğanların vıyıltısında “Nuhun başına hava gəlib” sədası da duyulmağa başlamışdı. İndi oğlunun üzünü boşluğa tutub Nuhdan söz soruşması onun həmin səsin qırx ildə həyatlarının hər anına necə hopmasını yadına saldı. Hə… O səs həyatlarına hopmuşdu; əvvəlcə kinayə doluydu, sonra təəccüblə süslənmişdi, hansısa zaman kəsiyində qətiyyət heykəlinə dönmüşdü… Son bir neçə ildəsə “Nuhun başına hava gəlib” cümləsinin yaraşığından şübhə naxışları asılmışdı, aradabir yağışdan sonrakı göy qurşağı kimi sonunda sual işarəsi də gözə dəyirdi… Ta ki həmin günədək…
    Həmin gün Nuh yükünü tutub əyalətdən ayrılmışdı… Dildən-dilə, ağızdan-ağıza dolaşmışdı ki, Nuhun gəmisi hazırdı, bu gün-sabah yola düşəcək…Və günahların olmadığı, göz yaşlarının axmadığı, xəstəliklərin insan canı tanımadığı bir diyara gedəcək. Evdən-evə, eldən-elə yayılan sözlər bir-birinin başına tumar çəkə-çəkə əfsanəyə dönmüşdü, bu əfsanədə Adəmin ilk günahının məkanı olan Cənnət bağı da yada düşmüşdü. Dişsiz Naominin dul gəlini Rəhiləyə ünvanladığı:
    – Yəni Nuh Cənnət bağına gedib çıxacaq, eləmi? – sualının cavabı da Nuhun getdiyi səmtdə itmişdi…
    Həmin gün ilk dəfə məbədin həyətində oturan dilənçilər, şikəstlər və sədəqə yığanların pullarını oğurlayan kasıb uşaqları kahinlərin içəridən gələn qışqırıqlarını eşitmişdi. Kahinlərdən kimisi Nuhu “Tanrının dostu” adlandırır, kimisi onu “bəşərin əşrəfi” kimi tərifləməyə çalışır, bir başqası da:
    – Nuhun başına hava gəlib. – deyirdi. – Sonra da qətiyyətsiz şəkildə əlavə edirdi: elə deyirlər…
    Təkcə baş kahin Uzziya əllərini çənəsində qoşalayıb susmuşdu. Onu düşündürən Cənnət bağı ilə bağlı əfsanənin yenidən insanların ürəyində ümid cücərtməsiydi. Öz-özünə düşünürdü: “Deməli, Nuh qırx ildən çoxdur ki, Cənnət bağının harda olduğunu bilirmiş. Adəmin bir dişlək meyvəyə satdığı günahsızlığın min bir rəngindən, ən azı birini görübmüş. Bəs niyə bir dəfə məbədə gəlib bunu mənə söyləmədi? Məgər baş kahinin hamının ürəyindən keçəni bilməyə haqqı yox idi?! Var idi axı…”
    Bu şəhərdə yediyi buğda dənəsini mədəsində həzm edib sonra balasının dimdiyinə qusan quşun da günahından xəbərdar idi Uzziya; bilirdi ki, quş buğdanı kimin anbarından oğurlayıb. Və indi birdən-birə, Nuh yükünü çəkib Boz dağı aşandan sonra özünü o qədər nakamil hiss edirdi ki… “Bəlkə, heç vaxt kamil olmamışam? Axı Həvva varisinin vücudunun işığında mənim də gözlərim qamaşıb…” – bunu düşünəndə Uzziya qeyri-ixtiyari barmaqlarını bir-birinə sürtdü; xəyalında barmaqlarıyla baş kahinə Şamxatın sinəsini oxşayırdı…
    Həmin gün Rahabın adsız oğlu da ilk dəfə bildiyinin doğruluğundan əmin olub-olmadığını anışdırammırdı. Gəminin düzəldildiyi qırx ilin hansı kəsiyindəsə heç kimin dinləmədiyi, hamının “havalı” deyə kinayəylə arxasınca ağız büzdüyü Nuh adam dərdindən üzünü anası Rahaba tutmuşdu:
    – İkinci aşırıma çatmamış gencə bir yer var, gəmini orda düzəldirəm. Dörd yanı laləlik, qapaz dəymiş kimi həmişə başı yastı olan dağı buludlara nazlanan, yayın cırhacırında belə qoşa-qoşa qar yağan o gencə yerin torpağı da qızıldır elə bil. Əlimi nəyə atıram, boldur. Ordan yola çıxacağam, amma yolum elə də uzun olmayacaq. Elə o aşırımın o üzünə qədər qırx il yol gedəcəyəm. Hə, hə… Gülmə, Rahab, gülmə… Karvanların, sürülərin beş günə getdiyi yolu mən gəmimlə qırx ilə gedəcəyəm. Gəmimin oturduğu yerə Gəmiqaya, ayağım dəyən yerə Nuhçıxan deyəcəyəm. Qoy şöhrətim sonuncu bəşərin Şeola qədəm qoyduğu günədək yaşasın.
    Anasının çirkli tumanının ətəyinə üzünü sürtən balacanın eşitdiyi bu sözlər onun yaddaşında dizlərini qucaqlayıb dərd çəkən dula dönmüşdü, bir də illər sonra, Nuhun əyalətdən ayrıldığı gün başını qaldırıb üzünə dik baxmağa Adəm oğlu axtarmışdı; bu axtarış zamanın sonsuzluğunda “həqiqət axtarışı” anlamının ayaq qoyduğu ilk cığırın başıydı… Söz qoşan yeniyetmənin qulağına axan sonuncu sirr də bu idi həmin gün…
    …Və yeniyetmə atasına “Boz dağı aşsaq, Nuhun gəmisinə yetişərik” – deyəndə atasının bunu hardan bildiyini soruşmamasına da ürəyində şükür edirdi. Ata nigaran baxışlarını oğlundan döndərib bir də yatan qızına baxdı, ürəyindəki ümidin qaranlığa təslim olan ala-toranlıq kimi anbaan öləzidiyini hiss etdikcə bala dərdinin altında gücsüzləşdiyini, çiyinlərinin büküldüyünü hiss edirdi. Görəsən, o, bu yolçuluğa bala dağı görməmək üçün çıxmışdı, yoxsa ölümünə bir az daha gecikmək üçün? Bilmirdi… Həmin gün evindən-eşiyindən niyə ayrıldığını, Nuhun gəmisinə çatmaq üçün niyə bu qədər tələsdiyini bu an kim soruşsa, cavab tapammazdı.
    – Görəsən, doğrudan, Nuhun getdiyi yerdə heç vaxt ölüm olmayacaq?- bu dəfə axşamın özünəməxsus rəngli səslərinin ahənginə ananın qayğı dolu pıçıltısı qarışdı.
    – Nuhun getdiyi yerdə daha heç kim bir-birini öldürməyəcək, müharibələr olmayacaq, Yaradanın buyurduğu kimi, qonşu qonşunu özündən çox istəyəcək, qonşu qonşunun, nəinki bir qarış torpağına, bir tikə çörəyinə də göz dikməyəcək. Qonşu qonşuya, dost dosta kələk gəlməyəcək. Orda…
    – Nuhun özü də Adəm oğludu. Gəminin yükünü də burdan götürüb, – atanın inamsız-inamsız dillənməsi dil-boğaza qoymayıb danışan oğulun sözlərini yarıda kəsdi.
    Yenidən ortalığa sükut çökdü, ana başını qaldırıb göyün üzünə baxdı:
    – Manşır üçün bircə ulduz da çıxmayıb. Bircə ay var, o da çəpəki baxır bizə…
    Oğul başını aşağı salıb mızıldandı.
    – Nə? – ata səsini ucaltdı.
    – Onları da Rahabın adsız oğlu demişdi… Oğul diliylə dodaqlarını yalayıb dərindən bir nəfəs aldı. Xəfif gecə küləyi hardansa uzaqlardan nəmişlik qoxusu gətirirdi özüylə.
    Ata ürəyindəki ümidsizliyin, ruhunu çulğalayan can xofunun günahkarını tapmış kimi Rahaba da, onun adsız oğluna da söymək üçün ağzını geniş açmışdı ki, qəfildən körpə qızcığaz diksinib ayıldı və halsız-halsız ağlamağa başladı. Amma nə ana, nə ata, nə də ataya olan ehtiramıyla qoşduğu sözlərin həzzi arasında özünü axtaran yeniyetmə qardaş dönüb körpəyə baxdı. Üçü də gecənin bağrını dələn gur işığın gəldiyi yerə – Boz dağın başı üstündə çaxan ildırıma baxırdı. Bu ildırım bir azdan başlayacaq selləmə yağışın xəbərçisiydi… Onlar Nuhun gəmisinə gecikmişdilər…

    2020

  • Azərbaycanlı gənç xanım yazar Şəfa Vəliyevanın hekayəsi “Ulduz” jurnalında dərc olunub

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanlı gənç xanım yazar Şəfa Vəliyevanın “Nuhun gəmisinə gecikənlər” hekayəsi “Ulduz” jurnalının mart sayında dərc olunub.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Arif EREN.”Kimlik”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    KİMLİK
    Kin tutmaz bu yürek
    Yunus’ça bir hoşgörü içinde
    Allah aşkıyla yanarak
    Durmadan çalışır işinde

    Sevgi dostluk ve güzellikle
    Her zaman el sıkışır bu eller
    Adlarından fazla söz edilmez
    Oysa parmaklardadır bütün hüner

    İsteyerek kalp kırmaz bu dil
    Kırarsa bir süre konuşmaz
    Bu nedenle yaşanan ıstırabın
    Kimseler farkına varmaz

    Hatayı yüze vurmaz bu insan
    Bir şekilde hissettirir
    Arif olanlar bilir
    Gönül içinde bir can var
    Arif EREN

  • Gülten ERTÜRK.”ÖGRETMEN NASİHATI”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Bak yavrum! Deseler ki yeniden geleceksin
    Cehaletin izini tamamen sileceksin
    Ne olmak istediğin yine sen bileceksin
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Dağ gibi ol asla bükme ha boyun
    Diş geçirmesin sana katiyen kirli oyun
    Bir dünyaya bedelsin asildir senin soyun
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Güzel vatan senden özveri bekler
    Sen çaba gösterirsen boşa gitmez emekler
    Seni örnek alacak kundaktaki bebekler
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Güneş gibi aydınlat dört bir yanı
    Geleceğe yürürken geçmişi iyi tanı
    En zorlu zamanlarda rehber eyle Ata’nı
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Ay yıldızı göğsüne iyi kazı
    Senin için inlesin ozanların gür sazı
    İlmin ile ateş ol korksun kışın ayazı
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! Sakın ola saygıda kusur etme
    Sevgiden bir deniz ol kini nefreti gütme
    Eğer dostun düşerse asla bırakıp gitme
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

    Bak yavrum! İstikbalde vatan sana emanet
    Bu aşk ile çabala asla duyma nedamet
    Sana en güzel miras Ata’ndaki metanet
    Benden sana nasihat gönüllere dol yavrum
    Bu vatana millete kutlu evlat ol yavrum

     GÜLTEN ERTÜRK (GÜLTEN SULTAN)
  • Gülten ERTÜRK.”Çannakkalem”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Harika UFUK.”ÇANAKKALE GERÇEĞİ”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Minnet ve rahmetle anıyoruz.

    Milletimin kaderi Atatürk’le yazıldı,
    Dillere destan oldu Çanakkale gerçeği.
    İttifak ordusuna Conk’ta mezar kazıldı,
    Dillere destan oldu Çanakkale gerçeği.

    “Allah Allah!” sesleri titretti yeri, arşı,
    Kucakladı mermiyi yiğit Seyit Onbaşı
    Nasıl da ateşledi topu düşmana karşı,
    Dillere destan oldu Çanakkale gerçeği.

    Çoğu zaman katıksız birkaç lokma ekmeği,
    Yağlı buğday çorbası en kıymetli yemeği,
    Hangi hakkı ödenir; kanı, teri, emeği?
    Dillere destan oldu Çanakkale gerçeği.

    Fırtınalı denizler ne firkateynler yuttu,
    Gafiller milletimin Türk gücünü unuttu,
    Bayrağı düşürmedi, hep yükseklerde tuttu,
    Dillere destan oldu Çanakkale gerçeği.

    Yurt, ulus, bayrak aşkı yüreklerde kök saldı.
    Atatürk’ün heybeti düşmana korku saldı.
    “Bağımsızlık!” diyerek koşan asker nam aldı.
    Dillere destan oldu Çanakkale gerçeği.

    Cesaret, kahramanlık anlatır şarkın, türkün,
    Özgürlük, bağımsızlık karakteridir Türk’ün,
    Ülkemin düşmanları çekinin, korkun, ürkün,
    Dillere destan oldu Çanakkale gerçeği.

    Harika yurdumuzda özgür, mutluyuz artık,
    Kuru ekmek de yesek, hürsek gerekmez katık,
    Dünya dersini aldı, tozu dumana kattık,
    Dillere destan oldu Çanakkale gerçeği.

    HARİKA UFUK
    ADANA
    28 MAYIS 2015
    SAAT: 09.40

    NOT 1: Bu şiir http://xn--iirsu-idb.net/ Şiir Sitesinde 18 Mart 2016 tarihinde “Günün Şiiri” olarak seçilmiştir.
    NOT 2: Bu şiir Şiir http://xn--sanat-r4a.net/ Şiir Sitesinde 15 Mart 2017 tarihinde “Uğur Böceği” ile ödüllendirilmiştir.
    NOT 3: Bu şiir 21 Nisan 2017 tarihinde Radyo Mavi Eylül’de “Haftanın İncisi” olarak seçilmiştir.
    NOT 4: Bu şiir Edebiyat Evi.net Şiir Sitesinde 18 Mart 2018 tarihinde “Günün Şiiri ve Yıldızlı Yazı” olarak seçilmiştir.

  • Harika UFUK.”Novruz geldi hoş geldi”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Toprağın hareketi kanımızı coştursun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.
    Kadın- erkek, yaşlı- genç sevinç ile koştursun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Önce havaya, suya derken düştü toprağa,
    Cemrenin düşmesiyle canlandı birden doğa,
    Kırlarda dans ediyor koyun, keçi, at, boğa,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Gelenek- görenektir Türk’ü Türk’e bağlayan,
    Tasada sevinçte bir, ortak gülen, ağlayan,
    Bayramın coşkusuyla her yürek bir çağlayan
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Dikilsin dut, şeftali sakın kesmeyin meşe,
    Nevruzda eksilmesin, içinizdeki neşe!
    Şeker, tatlı, pasta, kek dağıtsın gelin Eşe,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Mumlar tek tek yakılsın evde varsa kaç kişi,
    Kovsun kötülükleri, kıskandırsın güneşi,
    Üstünden atlayalım yansın nevruz ateşi,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    El emeği- göz nuru yeni yaygı serilsin.
    Kurulan sofralarda ziyafetler verilsin,
    Bahçelerden, bağlardan nevruz gülü derilsin,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Hanımların başında türlü türlüdür oya,
    Nevruz senin bayramın gül, eğlen doya doya,
    Hünerlerini göster renk renk yumurta boya!
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Temiz, yeni, rengârenk bayramlıklar giyelim,
    Nevruzda pişen aşı sömeleği yiyelim,
    Komşularla gülelim, güzel sözler diyelim,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Giyilen urbaların süsü, rengi al olsun,
    İnsanlar mutlu mesut ağızları bal olsun,
    Genç kızların elinde çiçeklenmiş dal olsun,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Gençler kol kola girsin çalsın davulla zurna,
    Çocuklar alkışlasın destek olsun oyuna,
    Herkes coşsun, eğlensin, tempo tutsun boyuna,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    Harika dostlar ile tutuşalım el ele,
    Kız kaçırma oyunu çok keyiflidir hele
    At yarışı sevilir, neşe karışır yele,
    En eski Türk bayramı Nevruz geldi hoş geldi.

    HARİKA UFUK
    08.03.2005
    ADANA

    NOT 1: Bu şiir 20 Mart 2015 tarihinde Türkiye’nin en büyük şiir sitelerinden Edebiyat Defteri’nde “Uğur Böceği” ile ödüllendirilmiştir.
    NOT 2: Bu şiir “Şiir Sanatı Sitesi”nde 20 Mart 2017 tarihinde ” Günün Hece Şiiri- İncisi” olarak seçilmiştir.
    NOT 3: Bu şiir Edebiyat Evi.net Şiir Sitesinde 21 Mart 2017 tarihinde “Günün Şiiri ve Yıldızlı Yazı” olarak seçilmiştir.
    NOT 4: Bu şiir http://xn--iirsu-idb.net/ Şiir Sitesinde 22 Mart 2017 tarihinde “Günün Şiiri” olarak seçilmiştir.
    NOT 5: Bu şiir Radyo Piyano’da 28 Mart 2019- 4 Nisan 2019 tarihleri arasında “Haftanın Şiiri” olarak seçilmiştir.

  • Xalq şairi Hüseyn ARİF.”Xalqsız xalq şairləri”

    Bir həyat şairi var,
    Bir də vaxt şairləri.
    Eldən, gündən xəbərsiz,
    Saray, taxt şairləri.

    Biri haqqa daş atar,
    Biri kölgədə yatar.
    Kim sevib, kim yaşadar
    Bu bədbəxt şairləri?

    Biri var, üzdəniraq,
    Haça dil, hazıryaraq.
    Qapı, baca, künc, bucaq,
    Əl-ayaq şairləri.

    Hüseyn Arif, nə xəbər,
    Nə qədərmiş, nə xəbər.
    Başsız başa keçənlər,
    Xalqsız xalq şairləri.

  • Xalq şairi Hüseyn ARİF.”Doymuşam”

    Eniş gözəl, yoxuş gözəl, düz gözəl,
    Nə arandan, nə yaylaqdan doymuşam.
    Sinə gözəl, söhbət gözəl, söz gözəl,
    Nə qələmdən, nə varaqdan doymuşam.

    Göz qoyduqca köhlənlərin oynuna,
    Qollarımı aparmışam boynuna.
    Sığınanda təbiətin qoynuna,
    Nə lilpardan, nə bulaqdan doymuşam.

    Yaşıl meşə yağışı nə yağışdı,
    Əlvan çəmən naxışı, nə naxışdır.
    Ürkək maral baxışı nə baxışdı,
    Nə obadan, nə oymaqdan doymuşam.

    Günəş doğar, hərarəti nə yaxşı,
    Gəlin gələr nəzakəti nə yaxşı.
    Körpə gülər, məhəbbəti nə yaxşı,
    Nə sevincdən, nə maraqdan doymuşam.

    Qohum-qardaş bir-birinə dirəkdi,
    Bir sinədə bir döyünən ürəkdi.
    Təzə mənzil, təzə bayram deməkdi
    Nə süfrədən, nə qonaqdan doymuşam.

    Hüseyn Arif, nə yanğı var canında,
    Yanmaq eşqi damarında, qanında.
    Qədir bilməz, dil qanmazlar yanında,
    Elə olub yaşamaqdan doymuşam.

    30.X.1988

  • Xalq şairi Zəlimxan YAQUB.”DÜNYA TÜRKÜN OLACAQ!”

    Təntiməyin, tələsməyin, çaşmayın,
    Yerli-yersiz həddinizi aşmayın,
    Qazan gəlib qaynamamış daşmayın,
    Yoldaşımız səbr, dözüm olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Vaxt Təbrizin, dünya Ərkin dünyası,
    Yol Tanrının, haqqı dərkin dünyası,
    Əvvəl-axır dünya Türkün dünyası,
    Üç gün, beş gün gecim-tezim olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Şəhid verin, qurban verin, can verin,
    Cansızlara şah damardan qan verin,
    Gəmi kimi sahillərə yan verin,
    Müjdəçilər düzüm-düzüm olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Düşmən məni düz düşünməz, çaş anlar,
    Haqq sözümü qaya duyar, daş anlar,
    Qayıdacaq Çin səddini aşanlar,
    Tarixlərə təzə sözüm olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Keçidlərdə ocağımız səngidi,
    Yoxuşlarda nəfəsimiz təngidi,
    Tarix bir az haqq sözündə ləngidi,
    Həqiqətlər çözüm-çözüm olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Yeni düzən, yeni mizan qurandı,
    İlk andımız, son andımız Turandı,
    Soraq verən peyğəmbərdi, Qurandı,
    Nə yozulsa xeyrə yozum olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

    Qovuşacaq bölünənlər, bölgələr,
    Nurlanacaq qaranlıqlar, kölgələr,
    Diriləcək Oğuzxanlar, Bilgələr,
    Türkə səcdə, Türkə təzim olacaq,
    Bugün-sabah dünya bizim olacaq.

  • Xalq şairi Xəlil Rza ULTÜRK.”Mərdlər və dərdlər”

    Oxudum… gözümə inanmayaraq,
    Səninmi bu imza, səninmi bu xətt?
    Sözlər – yada yalaq, yaxına bir dağ!
    Hanı car çəkdiyin qüdrət, ləyaqət?
    Səninmi bu imza, səninmi bu xətt?

    Çamura zülmətə sən ağ deyəndə,
    Süd kimi kağızdan utanmadınmı?
    Əyriyə düz deyib, düzü əyəndə
    Əyilməz əlləri heç anmadınmı?
    Qələmdən, kağızdan utanmadınmı?

    Nə cür yalayırsan tüpürdüyünü,
    Lənət dediyini alqışlayırsan.
    Dünən bu həyatdan süpürdüyünü
    Bu gün bəzəyirsən, naxışlayırsan.
    Lənət dediyini alqışlayırsan.

    Bəs sən demirdinmi: – Var olsun idrak
    Dağ boyda dərdləri əridən ürək
    Napaklar içində günəş kimi pak.
    Namərdlər içində mərd qala bilmək!
    Dağ boyda dərdləri əridən ürək!

    Mən elə bilirdim: istedad, bilik
    Sənət aləminə kifayət imiş.
    Sən demə vicdansız, qansız “dahilik”
    Xalq üçün ən böyük fəlakət imiş.
    Səni tanımağa kifayət imiş.

    Soxma gözlərimə növ-növ sitatı!
    Alçalan misalla, sözlə ucalmır.
    Kişi itirirsə, səmimiyyəti
    Yerində bir ovuc külü də qalmır.
    Alçalan misalla, sözlə ucalmır.

    Bir az nadansanmış, bir azca alim,
    Evdə bir sifətli, çöldə minsifət,
    Rütbələr önündə həlim, mülayim,
    Rütbəsiz yanında dişli, kəmfürsət,
    Evdə bir sifətli, çöldə minsifət.

    Odu söndürməyə neçin tələsdin?
    Ürəyin deyəni rədd etdi başın.
    Sən öz ürəyinin başını kəsdin,
    Basdırdın altında qara bir daşın,
    Ürəyin deyəni rədd etdi başın.

    Bir tikə, bir üskük şöhrət üçün sən,
    Qabıqdan çıxsan da, havada qaldın.
    Özünü mənliyin dağ zirvəsindən
    Qırx arşın quyunun dibinə saldın,
    Alçaldan olmadı, özün alçaldın.

    Yerdən göyə qalxan pak alov təki,
    Sənət də müqəddəs, söz də müqəddəs,
    Sözü alçaldanı, arxayın ol ki,
    Tanrı da, fələk də ucalda bilməz.
    Sənət də müqəddəs, söz də müqəddəs…

    1976

  • Xalq yazıçısı Mehdi Hüseynin məzarı ziyarət olunub

    Bu gün Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdür.

    22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim Mehdi Hüseynin doğum günüdür.

    “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Mehdi Hüseynin məzarını ziyarət etdilər. Ruhu şad olsun🙏

  • Xalq yazıçısı İsmayıl Şıxlının məzarı ziyarət olunub

    Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdür.

    22 mart 2021-ci il tarixində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dahi şəxsiyyət, əvəzsiz müəllim İsmayıl Şıxlının doğum günüdür.
    “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Fəxri Xiyabanda İsmayıl Şıxlının məzarını ziyarət ediblər. Ruh şad olsun🙏

  • Xalq şairi Hüseyn ARİF.”Danış”

    Ey hərdən mənimlə üzbəüz olan,
    Şəri bir yana qoy, xeyirdən danış.
    Dərəyə, təpəyə salma özünü,
    Laləli, nərgizli bir yerdən danış.

    Öyüb yaxınını, söymə yadını,
    Sınama hər yerdə qol-qanadını,
    İki yüz şairin çəkmə adını,
    Bircə ürək açan şeirdən danış.

    Hanı sellər kimi coşub çağlayan?
    Sözün qüdrətini ellərə yayan?
    Hüseyni torpağa, suya bağlayan,
    Arzudan, əməldən, fikirdən danış.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Hüseyn ARİF.”Şeir”

    De kimə lazımdır, nəyə gərəkdir,
    Dostların könlünə yatmayan şeir?!
    Fəhlənin ruhunu qanadlandırıb,
    Alimin ağlına batmayan şeir.

    Yayın dağ ətrini, dəniz ətrini,
    Qızılgül, göy sünbül, nərgiz ətrini,
    Yaşarmı-torpağın təmiz ətrini,
    Göylərin ətrinə qatmayan şeir?!

    Yaxında alışıb, uzaqda yansın,
    Tüstüdə boğulub, ocaqda yansın,
    Kitabda alışıb, varaqda yansın,
    Bu evdən o evə çatmayan şeir.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.