Gün batdı… Bozardı göylərin üzü,
Bir yarpaq üzülüb düşdü budaqdan.
Gün doğdu… nur tutdu dərəni, düzü,
Bir toxum cücərib qalxdı torpaqdan.

*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.