Blog

  • Yalçın YÜCEL.”Maraşta Bir Akşam”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Yalçın YÜCEL.”Toplumun sesi olmak”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

  • Harika UFUK.”Su”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Su olmazsa hayat olmaz,
    Her bir şeyin başıdır su.
    İnsan susuz şifa bulmaz,
    Susayanın aşıdır su.

    Karıncanın, kelebeğin,
    Beşikte yatan bebeğin,
    Bin bir renkli her çiçeğin,
    Hayaliyle düşüdür su.

    Nehirler çağlayıp akar,
    Sudan elektrik çıkar,
    Kuşlar hep havaya bakar,
    Onların bakışıdır su.

    Yemyeşil bahçeler, bağlar,
    Sümbül dolu yüce dağlar,
    Dünyama güzellik sağlar,
    Toprağın nakışıdır su.

    Yaşamanın direğidir,
    Temizliğin gereğidir,
    Var olmanın ereğidir,
    Irmağın akışıdır su.

    Herkes su adını anar,
    Doya doya içen kanar,
    Bulmayanın içi yanar,
    Yürekler yakışıdır su.

    Harika der: Kadrini bil,
    Bir gün biter, sonsuz değil,
    Su derdine biraz eğil,
    Gözümüzün yaşıdır su.

  • Harika UFUK.”Susuz yaşanmaz”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Doğarken, yaşarken hatta ölürken,
    Her zaman gerektir; susuz yaşanmaz.
    Çevre temizliği şarttır bilirken,
    Her zaman gerektir; susuz yaşanmaz.

    Bazen kükreyerek gelir dağlardan,
    Bereket saçarak geçer bağlardan,
    Ölüye rahmettir, dua sağlardan…
    Her zaman gerektir; susuz yaşanmaz.

    Abdest için gerek, günde beş vakit,
    Temiz olmayandan eksik olmaz bit,
    Şifa bulmak için kaplıcaya git.
    Her zaman gerektir; susuz yaşanmaz.

    Dünyada gerçeği görüyor gözüm,
    Herkese öğüttür benim bu sözüm:
    Suyu idareli kullanmak lazım,
    Her zaman gerektir; susuz yaşanmaz.

    Harika’yım, sözüm bilene haktır,
    Bir tas su vermenin sevabı çoktur,
    Âlemde su gibi bir nimet yoktur.
    Her zaman gerektir; susuz yaşanmaz.

  • Ülkü OLCAY.”SÖYLEYİN ONA”

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Hayat hikayesi şiirlere romanlara sığmayan insan, kıymetli abim

    SÖYLEYİN ONA

    Kanadım kolumdu tutunduğum dal
    Al sümbül çiçeğim peteklerde bal
    Gayrı gitmez bende şu düştüğüm hal
    Bağrıma taş bastım söyleyin ona

    Adını sordular söyleyemedim
    Bir kuru ekmeği onsuz yemedim
    Kalbini kalbime koy diyemedim
    Bağrıma taş bastım söyleyin ona

    Gençliğim yüreğim bir ona kandı
    Bir tek oydu sevda bir tek o candı
    Sıla türküleri hep ona yandı
    Bağrıma taş bastım söyleyin ona

    Hayali avuttu acım dinmedi
    Sürgünler idamlar devran dönmedi
    Ondan başkasına yarim denmedi
    Bağrıma taş bastım söyleyin ona

    Gündüzüm karıştı gecem olmadı
    Hücrede büyüdüm çilem dolmadı
    Yıllar geçti gitti aşkı ölmedi
    Bağrıma taş bastım söyleyin ona

    Karlı dağlar söyle ona gelmesin
    Hasretiyle derde kaldım bilmesin
    Şu yalan dünyada yüzü gülmesin
    Bağrıma taş bastım söyleyin ona

  • Ülkü OLCAY.Yeni şiirler

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi


    Derken titredi zaman hakikati görünce
    Bir rüyaydı uyandım paramparçaydı gece

    Hayallerim pürhüzün âtide bir tükenme
    Savruldukça kayboldum dalgası sert denizde

    Bir yağmur damlasına mutlu oldum gönlümce
    Mevsimler geldi geçti aklımda o düşünce

    Rastlaşsaydık bir yerde sorabilseydim keşke
    Büyüdüğüm için mi sen küçüldün öylece ?

    UYANIŞ

    Dışarda ilkten bahar içim telaşlı neşe
    Yeşermiş güzden kalma gül goncalı has bahçe

    Erguvanlar dermişim boyumun yettiğince
    Yüreğim kar tanesi su damlasından sade

    Kanatlanıp uçardım senin olduğun yere
    Şavkı loş evinizin önündeydim kaç kere

    Yasemenler açardı hep seni düşününce
    Sevmeyi aşk sanmışım çocuksu sevinçlerle

    Aslında sen aynıydın dev olmuştun gözümde
    Sen kudretli hükümdar ben kapında bir köle

    Derken titredi zaman hakikati görünce
    Bir rüyaydı uyandım paramparçaydı gece

    Hayallerim pürhüzün âtide bir tükenme
    Savruldukça kayboldum dalgası sert denizde

    Bir yağmur damlasına mutlu oldum gönlümce
    Mevsimler geldi geçti aklımda o düşünce

    Rastlaşsaydık bir yerde sorabilseydim keşke
    Büyüdüğüm için mi sen küçüldün öylece ?

  • Ülkü OLCAY.Bahar kokulu yeni şiirler

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi

    Nasıl tarif
    Edebilirim ki
    Bu güzelliği
    Tenime hiç
    Değmeseydi
    Bakir koyun
    Ilık meltemi

    Mavi masa
    Gün batımı
    Beyaz boyalı
    Balıkçı evi

    Dinlemeseydim
    Rüzgarda
    Deniz kabuklarının
    Büyülü sesini

    Ya yosun kokusu
    Genzimi yakan!
    Martıların dans edişi

    Nerde duysam tanırım
    Ayak sesinden
    ZARAFETİ


    Kimi yalan kimi ziyan kimi esrar muamma
    Yalancı kâhin kalbim sevmeyi bilemedi
    Kırk parçaya bölündü ayna misali amma
    Sûrete kandı durdu asl’a yol bulamadı
    Kimi yalan kimi ziyan kimi esrar muamma

    ATEŞİN AŞKI

    Sönmeye yüz tutar bir kara kandil
    Duvarda titreyen yorgun gölgesin
    Dil versin ucunu yaktığım mendil
    Adını her nakış ayrı söylesin

    Gözlerim anbean ararken seni
    Sedefli aynada sır olur tenin
    Dudağım tadınca katil buseni
    Farkına varmadım olan bitenin

    Dört mevsim kara kış baharım kayıp
    Bahçemde bir daha güller açar mı?
    Gönlüme zehirli oklar saplayıp
    Açtığın yaralar bir gün geçer mi?

    Sokaklar kör sağır dinsiz sokaklar
    Ölümün camlarda gezer soluğu
    Sokaklar lal olur sensiz sokaklar
    Bir güvercin düşer içer yokluğu

    Gamzende çağlayan nehir yok şimdi
    Kuruyan gözlere umman neylesin
    Bülbülün figanı âhı çok şimdi
    Gülzarlar virâne bağban neylesin

    Yandıkça harınla can verir közün
    Ateşin aşkıyla bahtiyarım ben
    Sanmasın sultanım kulunu üzgün
    Acılar tahtında şehriyarım ben


    Bahara döner hazân nergise siner nazın
    İnce ince çalınır yürek telinde sazın
    Ne kıymeti olur ki seni demeyen sözün
    Sen güldükçe dalıma cennet kuşları konar

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Daşlarda iziniz varmı?”

    This image has an empty alt attribute; its file name is mirvarid-dilbazi.jpg

    Avey dağın kəklikləri,
    Görüşmədik çoxdan bəri.
    Bu ətirli yaz səhəri,
    Mənə bir sözünüz varmı?

    Səsiniz düşübdür kəndə,
    O kəndin qızıyam mən də.
    Axtarıram hər gələndə,
    Daşlarda iziniz varmı?

    Uşaqlığım sizə bağlı,
    Saçlarım qaralı, ağlı,
    Ayrılıqdan köksü dağlı
    Uzaqda qızınız varmı?

    1970

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Aranım, dağım”

    Qonşu mənə baxıb, gileylənirdi:
    -Nə vaxtıdır şəhərdən heç çıxmayırsan?
    Qış çətin deyil, lakin yayları
    Burada yaşamaq deyildir asan.

    Qorxulu deyildir mənim üçün heç,
    İstidə, bürküdə yayda qalmağım.
    Güzəranım keçir aranlı, dağlı,
    Evim aranımdır, eyvan yaylağım.

    1977

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Qızılquş”

    Yadlar sağdan-soldan baxdı həsədlə,
    Atıla güllələr ona çatmadı.
    Ölsə də, qızılquş keçməz yad ələ,
    Daşına sığınmadı, yerə yatmadı.

    Ölçdülər, biçdilər kəsib hər yanı,
    Nəhayət, yorulub əldən düşdülər.
    O geniş açmışdı qol-qanadını,
    Vurmaq istəyənlər gecikmişdilər.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Özümdən narazıyam”

    This image has an empty alt attribute; its file name is 118563526_1552827504924140_505143189830121002_n.jpg

    ÖZÜMDƏN NARAZIYAM

    Təbiətin könül açan
    Min rəngi, min səsi var.
    Hər könülün min arzusu,
    Min səsli nəğməsi var.

    Bu arzular, bu nəğmələr,
    Bu səslər bir saz kimi
    Mənim solğun sözlərimdə
    Heç dil aça bildimi?

    Hissim dərin, sözüm solğun,
    Qəlbim geniş, sinəm dar.
    Məndən əvvəl doğulubdur
    Sinəmdəki duyğular.

    Səhv atılan addımları
    Sonradan anlayıram.
    Baxıb vicdan güzgüsünə
    Özümü danlayıram.

    Six ey yanlış addımlarım,
    Məni dərdə saldınız.
    Mən sizinlə döyüşdükcə,
    Gün-gündən çoxaldınız.

    Mən haqq-hesab istəyirəm
    Gecələr gündüzümdən.
    Narahatam, narazıyam
    Ömrüm boyu özümdən.

    Bizim sənət dünyasının
    Qırıq telli sazıyam.
    Bircə ondan razıyam ki,
    Özümdən narazıyam.

    İyul, 1960, Riqa

    *Bu şeir Xalq şairi Bəxtiyar Vahabzadənin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Süleyman RÜSTƏM.”AZƏRBAYCANDAN AYRILMAZ”

    This image has an empty alt attribute; its file name is %D0%91%D0%B5%D0%B7-%D0%BD%D0%B0%D0%B7%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F.jpg

    Gözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,
    Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.

    Uzaq düşsə gözümdən dilbərim, könlüm dözər, çünki
    Sevənlər bilməmiş olmaz, vüsal hicrandan ayrılmaz.

    Vəfasızdan vəfa ummaz, vəfadan yoğrulub eşqim,
    Canından ayrılar aşiq, fəqət canandan ayrılmaz…

    Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa,
    Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz.

    *Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidləri”

    Aprel döyüşünün nər igidləri
    Əbədi ürəkdə, baxışlardasız.
    Bu zirvəyə qalxan, bir daha enməz,
    Şəhidlik adıyla yaddaşlardasız.

    Şığıyıb Qartal tək mavi səmada,
    Vətən deyə-deyə şəhid oldunuz.
    Haqqın sədasnda, haqqın səsində,
    Yandırdı düşməni vətən odunuz.

    Dağlar əksinizi köksünə çəkdi,
    Torpağa qarışdı axan qanınız.
    Çiçəklər su içdi göz yaşınızdan,
    Cənnətə qovuşdu şəhid canınız.

    Yaradan veribdi ən yüksək adı,
    Şəhidin ləqəbi qürur, ləyaqət!
    “Aprel şəhidləri” bu hünəriylə,
    Şəhid vətəninə gətirdi şöhrət!

    03.04.2019.

  • Şairə-publisist Xalidə NURAY.”Azadlıģa çıxan məhbus “Qarabağım”!”

    Azadlıģa çıxan məhbus
    “Qarabağım”!

    Zümrüdqaşlı bulaqların
    zümzüməsinə,
    Xarıbülbülün aşiqi,
    bülbüllərin eşq nəğməsinə,
    Cıdır düzündə, qonur libaslı
    köhlənlərin kişnəməsinə
    həsrət qaldığımız Qarabağım…
    Məhbusu olduğun zülmətin
    çiliklənməsini,
    yağmalanmış arzularının,
    qırılmış ümidlərimizdən
    yandırdığımız ocaqların
    hənirinə qısılıb,
    dan yerinin sökülməsini
    səbrsizliklə gözləyirik.
    Arabir mirvari yağmur damcıları
    gah içimizi göynədən yaralarımızı,
    gah da günəş şəfəqlərini gözləyən
    utancaq bənövşələrin
    ləçəklərinə qonan şeh kimi,
    çatlamış dodaqlarımı isladır.
    Vətənin sinəsinə tuşlanan
    güllə səslərindən yağan damcılar
    özüylə həm kədəri, həm sevinci ovlayır.
    Torpağın hər qarışında
    şəhid olur igidlərin gözlərindəki
    vətən sevdalı həsrətli gülüşlər.
    Azad etdiyi torpaqlarda
    otuz ilin yurd həsrətilə
    titrəyən ürəklərdə gerçəkləşir
    doğma ocaqlarıyla görüşlər.
    Kimisi illərlə həsrətində olduğu
    ata ocağında boynubükülü qalan
    ağacları bağrına basır,
    kimisi dizin-dizin doğmalarının,
    ruhları qarşısında baş əyir,
    illərdi tərk etdikləri ata-babalarının
    məzarları önündə sürünür.
    Kimisi şəhidlərin daģlara,
    daşlara çökən naləsini,
    vətən harayını nəfəsində duyur,
    Kimisi qələbə sevincindən
    kipriklərində intihar edən
    göz yaşlarında boģulur.
    Oğullarımız günahsız
    qız-gəlinlərimizin,
    doğulmamış körpələrin inləyən,
    eşidilməyən fəryadını
    qaytarır düşmənə, zəfər qoxulu
    güllə yağışlarında .
    İgidim bilmir ki, zəfərinə sevinsin…
    Ya, əyninə geyindiyi
    acı xatirələrin arxasınca sürünsün…
    Ya Rəbbim, çox şükür deyərək,
    öpüb gözləri üstünə qoyduğu
    vətən torpağında tapır təskinliyini.
    Tarixə qanla yazılan
    bu vəhşətlər içərisində anlayır,
    Tanrının bizə bəxş etdiyi,
    heç nə ilə əvəz olunmayan,
    “Vətən” sevgisinin
    dəryalar tək dərinliyini.
    Şükranlıqla körpə uşaq
    anasının qoxusuna sığındığı kimi,
    dağın-dərənin gül-çiçək qoxuyan,
    vətən ətirli havasını
    içinə çəkərək deyir:
    Mənim Məkkəm, Mədinəm,
    İslamiyyət günəşi doğan
    qibləmsən Vətənim!

    04.11.2020.

  • Şairə-publisist Xalidə NURAY.”İntizar nəğməsi”

    Qəmdən zər-zibalı yazılan bəxtim.
    Rüzgarı telimə hey sığal oldu.
    Uşaqkən yıxıldı atalı təxtim,
    Bu nisgil qəlbimə qara xal oldu.

    Duyduqca kövrəldim ata nəğməsin,
    Həsrətin sazağı göynətdi məni.
    Dindi xatirəmdə dərd için-için,
    Biçib qəm köynəyin inlətdi məni.

    Zamanın ovcunda sıxılıb qaldım,
    Xəzana büründü ömür çiçəyim.
    Üzdüm əllərimi haqsız dünyadan,
    Töküldü ömrümün küsən ləçəyi.

    Sevgi ümmanında uçan duyğular,
    Dalğalar qoynunda çırpıldı daşa.
    Hicran şərbətini süzdü badəmə.
    Bil, sənsiz yaşadım səninlə qoşa.

    Azdı eşq yuxulu xəyallarımda,
    Gənclik illərimin qoxusu itdi.
    Cavab tapmadığım suallarıma,
    Ruhumda bir həsrət nəğməsi bitdi.

    03.01.2021.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Ay ötən günlərim…”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Bilmirəm haraya uçub getdiniz,
    Yanımdan gizlicə keçib getdiniz,
    Bir uzaq mənzilə köçüb grtdiniz,
    Hərdən harayıma yetən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    İndi qırov düşüb iziniz üstə,
    Kimsə qovrularmı közünüz üstə,
    Niyə durmadınız sözünüz üstə,
    Ömrümdən tökülüb itən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Həsrətli baxışım soraqlar sizi,
    Üşüdər hardasa sazaq, qar sizi,
    Ürəyim həmişə arzular sizi,
    Sinəmdə dərd kimi bitən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Saçıma qar kimi yağıb getdiniz,
    Hansı bir ömrəsə sığıb getdiniz,
    Nəcibə nə dedi, çıxıb getdiniz,
    Məni tərk eyləyib atan günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    2014.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Baxıram həyata necə buz kimi,
    Qaldım xəyallarda yuxusuz kimi,
    Eşqi qərib düşən nakam qız kimi,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Könlümün səhrası düzəndi, düzdü,
    Boylandım gümanlar gözünü süzdü,
    Ürəyim dərd yeri, kösövdü, közdü,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Halına çox yandım əriyən şamın,
    Fələk də dadına yetmir nakamın,
    Qalaraq küncündə bir uçuq damın,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Bəxtin naxışına üz tutanda qəm,
    Kədər yar deyib oluram həmdəm,
    Qəlbimdə göz yaşı, yanağmda nəm,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Dərdi var dünyanın, yerin, göyün də,
    Dərd səni tapanda sevin, öyün də,
    Ölmüş arzuların lap ətəyində,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Dəli gülüşlərin hay-harayında.
    Sevən könüllərin neçə sayında,
    İtən ümidlərin lap o tayında,
    Bu axşam bir şeir yazmağım gəlir.

    Bilmirəm səhrayam, bilmirəm çöləm,
    Bəılkə də ümmanam, bəlkə də göləm,
    Bu axşam sinənə baş qoyub öləm,
    Bu axşam bir şeir yazmağım gəlir.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXIX hissə)

    BAYQUŞUN….

    Məskəni bilinməz bu qarışıqda,
    ulamaq-sevdiyi peşə-bayquşun,
    bütün canlıların yurdu işıqda,
    meşədə qaranlıq guşə-bayquşun.

    Elə bil dünyaya əbədi gələr,
    köçər dövranından neçə nəsillər,
    palıdlar quruyar,şamlar kəsilər,
    görməz ölməyini meşə-bayquşun

    Yer üzü yansa da-düşmədi oda!
    nəyin qüdrəti var bayquşluğunda?!
    nə olur,İlahim,bu gen dünyada
    mənə də bir işi düşə bayquşun!

    Kar olar könüllər yaxan fəryada,
    o, varkən-sərçələr yetməz murada!
    nəğməkar aşiqin səsi batsa da,
    batmasın bülbülə dişi bayquşun!

    Görüb-xəbardardı “Nuh gəımisindən”,
    o vaxtdan nələri xəlbirləmisən,
    a Dünya,bayquşla əlbimisənim sən?-
    hər yerdə baş olur işi bayquşun…

    14.01.2017.

    İncimə

    Eşidəndə dəyişmişəm dünyamı,
    Çiçəklər də haray salsa, incimə,
    Demirdinmi: “Alacaqsan canımı”
    Ruhum getsə,canım qalsa, incimə.

    Heç bildinmi, sənnən nələr çəkdi can?
    Dərdlərinnən bildin necə çökdü can?
    Bir dənəydi, elə bildin çoxdu can?
    Vicdanında qanım qalsa, incimə.

    İstəməzdim ömrüm solan bağ olsun,
    Mənsizliyin bir dözülməz dağ olsun,
    Qoymadın ki, bircəciyi ağ olsun
    Günlər sənə qənim qalsa, incimə.

    Yurdum-yuvam oldu hara?-Bilməsən,
    Ürəyimi bir də qıra bilməsən,
    Məzarıma yaxın dura bilməsən
    Məni cahan yola salsa, incimə.

    Kar qəlbini daha necə səsləyim?
    Sevgidənsə bəlkə nifrət bəsləyim?
    Daş ürəklim, can çürüdən tərsliyin,
    Məni sənnən vaxtsız alsa, incimə….

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVIII hissə)

    VƏTƏNDAŞ SƏRÇƏLƏR…

    Olsa da hər zaman elnən iç-içə
    ona dənli yerdə sədd hörübdülər,
    Vətəndir,neynəsin balaca sərçə?
    arpa kəpəyin də çox görübdülər.

    O qədər kövrəkdir doğma görkəmi;
    Mil-Muğan,Şirvanlı,Qarabağlıdı,
    o da mən gündədir–ölənə kimi
    hara Vətəndirsə,ora bağlıdı!

    Sapandla vurular,ölər,qovrular-
    saraylar,məclislər yasaqlı yerdi!
    əsgər də,şəhid də sərçələr olar,
    yekəpər durnalar fərarilərdi!

    Sərçə taleyi də,özü də kiçik,
    vəfalı qəlbini duyan olmayıb,
    ədası-pırıltı,hədəsi-“Cik-cik”,
    odur ki,sərçəni sayan olmayıb!

    Payızda qayıdar,baharda gələr-
    durnalar qonaqdır;gəlib-gedəcək,
    Vətən çəpərinə sadiq sərçələr
    çəpərlər dibində ölüb-gedəcək…

    Binəsi-kollarda,Vətən daşında,
    nə mükü,nə gölü,nə adası var;
    amma ki,köçəri qaranquşun da
    yerliyə şəriklik iddiası var!

    Bizimlə birlikdə gülüb-ağlayan
    bu Yurdun balaca sərçələridir,
    bəlkə də sərçəni cılız saxlayan
    millət təəssübüdir,Vətən dərdidir?

    Bir döyüş şeypuru çalın ucadan,
    düşməni döyməyə görün–kim gedir!?
    sərçə taleyini yaşayan insan
    taleysiz yaşayan sərçə kimidir…

    AÇIN BÜLBÜLLƏRİN QƏFƏSLƏRİNİ…

    Durnalar qürbətdə gəzər dənini,
    qar yağdı–sərçələr acdır dünəndən,
    açın bülbüllərin qəfəslərini–
    ya eşqdən oxuyar,ya da Vətəndən.

    Açın bülbüllərin qəfəslərini;
    güllərlə ayrılıq bu qədər olmaz!
    qəfəsdə çəksə də candan əlini,
    könül nəğmələri qəfəsdə qalmaz.

    Qəfəs nəğmələri-azadlıq himni,
    gah zülmət,gah işıq qələbə çaldı,
    qəfəs sahibləri–Vətən xaini,
    qəfəsə salınan Vətəndaş oldu!

    Vaxt oldu xəyanət torlar toxudu,
    Yurdumun tarixi ala-buladı!
    uca budaqlarda qarğa oxudu,
    yaşıl ormanlarda bayquş uladı.

    Açın bülbüllərin qəfəslərini,
    nəğməli ömürlər getməsin hədər,
    xainlər olmasa hamıya dəni,
    Vətənin havası hamıya yetər…

  • Xalq şairi Zəlimxan YAQUB.”OXUYA BİLMƏDİM AXIRA QƏDƏR”

    Kim deyir, bu dünya kefdi-damaqdı,
    Kefi olanlar da kefdə deyilmiş.
    Yüz il bu dünyada yaşasan belə,
    Göz açıb görürsən həftə deyilmiş.

    Vəfası yalandı, dostluğu hədər,
    Ötərgi sevincdi, əbədi kədər.
    Oxuya bilmədim axıra qədər,
    Dünya kitab kimi rəfdə deyilmiş.

    Min ürək qırıla, min könül sına,
    Fələyin qılıncı çəkilməz qına.
    Verir verdiyini can bahasına,
    Tanrının heç nəyi müftə deyilmiş.

    30 aprel 2004

  • Xalq şairi Zəlimxan YAQUB.”QƏBRƏ APARDIĞIM SİRR”

    Batmış haraydı, ündü,
    Ən ağlamalı gündü.
    İçimdə bir düyündü
    Qəbrə apardığım sirr.

    Daşa dəymiş oxumdu,
    Haram olmuş yuxumdu,
    Cücərməz bir toxumdu,
    Qəbrə apardığım sirr.

    Dərdim şişər, fil olar,
    Ölümüm qəfil olar,
    Məzarda qıfıl olar,
    Qəbrə apardığım sirr.

    Göz yaşım bilməz nədir,
    Baş daşım bilməz nədir,
    Qardaşım bilməz nədir,
    Qəbrə apardığım sirr.

    Çörək olub yeyilməz,
    Paltar olub geyilməz.
    Allaha da deyilməz
    Qəbrə apardığım sirr.

    28 iyul 2004

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Qiymətini el veribdir əzəldən”

    Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində sözünü deməsi ilə.
    Gülarə Azaflı ustad aşıq Mikayıl Azaflının qızıdır, yəni sənətkar ocağında dünyaya gəlib, gözünü açandan saz görüb, saz səsi eşidib, laylası sazla yoğrulub. Ustad oğlu şəyird olmaz deyimi də elə-belə sözgəlişi yaranmayıb. Körpəlikdən sazla təmasda olan Gülarə xanım sənətin sirlərini ustad atasından öyrənib. Mikayıl Azaflı adı, Mikayıl Azaflının sənəti həmişə onun yoluna işıq salıb. Gülarə xanım bu böyük ustadın – atasının adıyla hər yerdə qürur duysa da, heç zaman bu adın kölgəsində gizlənməyib. Çalışıb ki, həm bu adın şöhrətini, şərəfini qorusun, həm də sənətdə öz yoluyla getsin. Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının dediyi kimi, “illər boyudur ki, bu ocağın saz-söz qeyrətini Azaflı Mikayıl ruhuna, Azaflı Mikayıl adına layiq ülvi bir ucalıqda saxlayır”.
    Gülarə Azaflı – Gülarə Mikayıl qızı Zeynalova 1959-cu il martın 21-də Tovuz rayonunun Azaflı kəndində görkəmli aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi, 1983-cü ildə Tovuz Kənd təsərrüfatı texnikumunu bitirib.
    Uşaqlıqdan aşıq sənətinə bağlı olan Gülarə xanım hələ gənc yaşlarından müsabiqələrdə iştirak edib və laureat olub. 1983-cü ildə Gəncədəki pedaqoji institutda (indiki Gəncə Dövlət Universiteti) “Çeşmə” folklor ansamblı yaradaraq istedadlı gəncləri öz ətrafında toplayıb, 1994-cü ilədək bu ansamblın bədii rəhbəri kimi fəaliyyət göstərib, on bir il bu kollektivə rəhbərlik edib.
    1985-ci ildə Gəncə səhərində keçirilən gənc ozanların 3-cü Ümumittifaq festifalının laureatı olan Gülarə xanım həm də vaxtilə qadın aşıqları öz ətrafında birləşdirən “Aşıq Pəri məclisi”nin ilk üzvlərindəndir. Narınc Xatun dünyasını dəyişəndən sonra isə bu məclisə başçılıq edib. Məhz onun sayəsində ilk yarandığı dövrlərdə sadəcə televizya verilişi kimi fəaliyyətə başlayıb ölkədə məşhurlaşan bu məclis sonradan müstəqil bir təşkilat kimi dövlət qeydiyyatına alınıb. 2000-2013-cü illərdə “Aşıq Pəri məclisi”nə rəhbərlik etdikdən sonra özü könüllü şəkildə təşkilatın sədrliyindən istefa versə də, təsisçi olaraq qalmaqdadır.
    Son onilliklərdə respublikamızda keçirilən elə bir mədəni-kütləvi tədbir yoxdur ki, Gülarə xanım orada iştirak etməmiş olsun. 2010 və 2014-cü illərdə Bakıda keçirilən I və II Beynəlxalq Aşıq Festifallarının iştirakçısıdır. Tez-tez müxtəlif televiziya kanallarının musiqili proqramlarında çıxış edərək ozan-aşıq sənətinin qədimliyindən, özünəməxsusluğundan danışır, bu sənətlə bağlı bildiklərini daha geniş auditoriyada gənclərə çatdırır. İndiyədək işıq üzü görmüş “Ata sənətim”, “Hanı o səndəki el, Dərələyəz”, “İncimərəm” adlı kasetləri, “Aşıq Gülarə Azaflı” adlı videoalbomu də sənətsevərlərə, bu sənətə gəlmək istəyən yeniyetmə və gənclərə qiymətli töhfədir.
    Gülarə Azaflının son illərdəki ən böyük xidmətlərindən biri də gənc aşıq qızlardan ibarət “Çeşmə” folklor qrupunu yaradıb ona u]urla rəhbərlik etməsidir. Bu gün ölkəmizdə kifayət qədər tanınan bu qrupdan pərvazlanan neçə-neçə gənc xanım sənətdə öz yolunu tapmaqdadır.
    Gülarə Azaflı ictimai fəallığı ilə də seçilən sənətkarlarımızdandır. Azərbaycan aşıqlarının IV, V və VI Qurultaylarının iştirakçısı olub, son iki qurultayda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü seçilib.
    Qadın aşıqlar arasında özünəməxsus yeri ilə seçilən Gülarə Azaflı bir sənətkar kimi Azərbaycanda çox yaxşı tanınıb sevildiyi qədər də qonşu Gürcüstanda, Türkiyədə və İranda tanınır, sevilir. Onun bu ölkələrə hər səfəri uğurlu çıxışlarıyla yaddaşlara yazılıb.
    UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməklə dünyanın mədəniyyət inciləri sırasında öz halal haqqını alan aşıq sənəti bu gün beynəlxalq aləmdə daha çox tanınır, bu sənətə maraq gündən-günə artır. Aşıq sənətinin beynəlxalq aləmdə məqsədyönlü təbliğində qadın aşıqlarımızın da zəhməti danılmazdır və bu haqda söz düşəndə Gülarə Azaflının xidmətlərini mütləq qeyd etmək lazımdır. O, MDB ölkələri ilə yanaşı, bir sıra Avropa və şərq ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında Azərbaycan mədəniyyətini, aşıq sənətini layiqincə təmsil edib, fəxri diplomlara layiq görülüb, Vətənə bu festivalların qalibi kimi qayıdıb.
    2005 və 2011-ci illərdə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festivalındakı uğurlu çıxışını isə həyatının və yaradıcılığının ən unudulmaz anları kimi xatırlayır. Fransada buraxılan “Aşıq Musiqisi Antalogiyası” adlı kompakt diskdə onun da ifası yer alıb.
    Gülarə Azaflı eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. “Görüşərik yenə biz” adlı kitabı ilə oxucuların görüşünə gəlib. Həyatda olduğu kimi, poetik yaradıcılığında da səmimidir, təvazökardır. Necə deyərlər, özü yazır, özünü yazır. “Gülarənin mövzu dairəsi aşıq şeiri miqyasındadır: təbiətin gözəlliklərindən, el-yurd məhəbbətindən, milli-mənəvi dəyərlərdən, bir də özünün könül çırpıntılarından, lirik duyğularından yazır. Borçalının, Göyçənin, Qarsın, Təbrizin, Gəncənin, Kəlbəcərin, ana yurdu Tovuzun axar-baxarlı gözəlliklərini, xətirli el camaatını, sazlı-sözlü məclislərini dönüb-dönüb vəsf eləməkdən doymadığının əsas səbəbi, şübhəsiz ki, qəlbindəki el-yurd məhəbbətinin tükənməzliyidir” (M.Qasımlı).
    Gülarə Azaflı sənətdə olduğu kimi, poetik yaradıcılığında da ciddidir, özünə qarşı tələbkardır. Məclislərdə sözünün məsuliyyətini və yerini, eləcə də qiymətini biləndir. Çox danışmağı sevmir. Həyatın sərt sınaqları ilə üzləşəndə, “talenin bəd naxışından” bezəndə, “nadanlar yolunu kəsəndə” dərdini sazla bölüşür, ürəyini saza boşaldır:

    Bezmişəm taleyin sərt yoxuşundan,
    Gəl verək səninlə baş-başa, sazım.

    Dünya mövzusunda demək olar ki, bütün şairlər, aşıqlar şeir yazıb, söz qoşublar. Gülarə Azaflının da bu mövzuda şeirləri var və bu şeirlərdə biz onun mövzuya özünəməxsus orijinal yanaşması ilə rastlaşırıq. “Daş olub, daş ömrü” yaşamağı, “günəşli günlərdə üşüməyi”, bir ömür “qəm yükü” daşımağı ömürdən-gündən saymır, əgər “yaxşını yamana satacaqdısa”, “elə hey başımı qatacaqdısa”, belə dünya mənim nəyimə gərəkdir deyir.
    İnsanlara gərəkli olmaq, dərdlinin dərdinə şərik olub, sevinənlərin sevincini bölmək, Vətənin əsl vətəndaşı olmaqdır onun həyatda istəyi:

    Kiminsə gözyaşın silməyəcəmsə,
    Dərdini yarıya bölməyəcəmsə,
    Vətənin uğrunda ölməyəcəmsə,
    Nəyimə gərəkdir bu dünya mənim?!

    “Bəxtin yatmasından” yox, “dost eyləyən xəyanətdən” qorxan Gülarə xanım həm də ucuz şan-şöhrətdən uzaq durmağa çalışır, qiymətini Tanrıdan istəyir:

    Qiymətimi özü versin yaradan,
    Saxta olan şan-şöhrətdən qorxuram.

    Şükürlər olsun ki, həm sənətkar, həm də bir gözəl insan kimi qiymətini də elə arzuladığı kimi, ona yaradan qismət edib. Qiymətini el veribdir əzəldən – bu, onun indiyədək qazandığı xalq sevgisi və tamaşaçı rəğbəti, sənətsevərlərin verdiyi qiymətdir. Və bir də xalqımızın ona olan sevgisinin bir daha təsdiqi kimi, sənət qarşısında xidmətlərinin dövlətimiz tərəfindən də yüksək qiymətləndirilməsi – ölkə Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsidir.

  • Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU Nizami Cəfərovdan yazır

    İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan.

    Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün ən yaxşı dövrüdür. Bunu ona görə demirəm ki, özüm də artıq ömrün bu mərhələsini arxada qoymuş, 60-ın şirinliyini yaşamışam. Ona görə deyirəm ki, 60 yaş ömrün elə bir məqamıdır ki, insan arxada qoyduğu onilliklər barədə cəmiyyətə, yaxın ətrafına və ən azından özü özünə hesabat verir, qarşıda görəcəyi işləri götür-qoy edir. Yəni bu yaş hələ əli işdən soyutmaq vaxtı deyil, əksinə, hər şeyə daha kamil, daha müdrik yanaşma vaxtıdır.

    Bugünlərdə Millət vəkili, akademik, Azərbaycan filoloji elminin sütunlarından biri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, əməlində və sözündə bütöv olan şəxsiyyət, böyük alim, ən başlıcası isə həmişə göründüyü kimi olub, olduğu kimi görünən səmimi insan Nizami Cəfərovun 60 yaşı tamam olur. Nizami müəllimlə həmyaşıd olsaq da, o, həmişə mənim gözümdə ağsaqqal ucalığında, müdriklər mərtəbəsində olub və bu gün mənə elə gəlir ki, 60 rəqəmi sadəcə təqvim hesabıdır və onun yaşı daha çoxdur – xalqımızın əxlaqının, mənəviyyatının və mədəniyyətinin yaşı qədərdir. Eyni zamanda, o, həm də gəncdir – tükənməz enerjisi, coşqun əhval-ruhiyyəsi və gəncliyə xas yaradıcılıq əzmi ilə.

    Nizami Cəfərovdan söz düşəndə, ölkəmizdə və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz sahibi olmasının səbəbləri haqda düşünəndə  alman filosofu Şopenhauerin bu sözlərini xatırlayıram: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”.

    Bəli, Nizami Cəfərov istər elm aləmində, istərsə də cəmiyyətdə ilk gündən kimsəni yamsılamayıb, tapdanmış yolla getməyib, həmişə və hər yerdə özü olub, öz sözünü deməyi bacarıb, özü də cəsarətlə deyib: vətəndaş kimi də, ziyalı kimi də, alim kimi də, Millət vəkili kimi də.

    Nizami Cəfərov sözün əsl mənasında şəxsiyyət və alimdir, ictimai xadimdir. Şəxsiyyət kimi bütövdür, alim kimi zəngin və dərin biliyə malikdir, ictimai xadim kimi cəmiyyətdə özünəməxsus çəkisi və yeri var.

    Onunla söhbətdən, daha doğrusu, onu dinləməkdən adam doymur. O qədər şirin və məntiqli, tutarlı dəlillərlə danışır ki, saatlarla dinləmək istəyirsən. Sanki Həzrəti Əli də “gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir” deyəndə məhz Nizami müəllim kimi şəxsiyyət-alimləri nəzərdə tutubmuş.

    Hərtərəfli dərin biliyə və zəngin həyat təcrübəsinə malikdir Nizami müəllim. Bir neçə il bundan əvvəl “Ozan dünyası” jurnalı üçün müsahibə götürəndə mən onun həm də aşıq sənətini bütün incəliklərinə qədər dərindən bilməsinin şahidi oldum.

    Azərbaycan poeziyasının qüdrətli söz ustadlarından olan Zəlimxan Yaqub haqqında danışanda deyir: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..” Akademikin bu sözlərini mən tam məsuliyyətlə onun özünə də şamil edərək deyirəm ki, elə Nizami Cəfərov da mayasında ilahi istedadın enerjisi və Tanrının verdiyi güc və qüdrət sahibi olan böyük aydınımızdır.

    Ömrünün altıncı onilliyinin tamamında Nizami müəllimi təbrik edir, uzun və sağlıqlı ömür arzulayır və fikrimi C.Ruminin sözləri ilə tamamlamaq istəyirəm: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma!”

    Musa NƏBİOĞLU
    Əməkdar mədəniyyət işçisi

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (VI hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ŞÜKÜR EYLƏ

    Günəşdən qamaşır həmişə üz-göz,
    Ürək işıq içir göz bəbəyindən,
    Xoş gündə Allahı unuduruq biz,
    Dar gündə tuturuq tez ətəyindən.

    Əslində borcu yox bizə Allahln,
    Əslində heç bizə ehtiyacı yox.
    Yeri ürəklərdi nalənin, ahın,
    Şeytana uyanın bir əlacı yox.

    Gərək qırılmasın kəndiri göydən,
    İnsan nəçidir ki, bəxtini yaza.
    Kim ayıra bilər təndiri yerdən,
    Qış ötüb keçməsə, çıxmarıq yaza.

    Taxtı da, baxtı da o göylər verir,
    Tanrı bağışlayıb cənnəti bizə,
    Hər sözü eşidir, hər şeyi görür,
    Odur qiymət verən hər kəlmə sözə.

    Hər şeyi nizama salan da odur.
    Özün bu dünyada zəhmət çək, ək, ye.
    Gəldin bu dünyaya yaxşısı budur,
    Allaha şükr eylə, halal çörək ye.

    AĞLAMA

    Göz yaşınla gəl kövrəltmə məni sən,
    Dərd olmasın, yolumuzda çiləkən,
    Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,
    Qoyma dinsin, ağrım, acım, ağlama.

    Sən şəkərim, sən şərbətim , balımsan,
    Sən sevgilim, sən qanadım, qolumsan,
    Demirəm ki, sən insafsız, zalımsan,
    Təkcə sənsən, ehtiyacım, ağlama.

    Haqq özüdü, hər insanın pənahı,
    Aşiqinin vallah yoxdu, günahı,
    Hər gecənin, gülüm, vardır sabahı,
    Əlindədir hər əlacım, ağlama.

    Sevgi varsa, yoxdu hicran, dərd, kədər,
    Boylanacaq nurlu günəş hər səhər,
    Gül ki, döysün, qapımızı xoş xəbər,
    Yoxdu daha anam, bacım, ağlama.

    Göz yaşına dəyməz vallah bu dünya,
    Mələkləri gəl çağırma bu haya,
    Şükür eylə, bu qismətə, bu paya,
    Tale yazan bar ağacım, ağlama.

    Sən güləndə, gülür yer- göy, bu cahan,
    Qoyma gəlsin üstümüzə qəm , hcran,
    Əziz deyir, qurban olsun, sənə can,
    Ömrüm, günüm, taxtı- tacım, ağlama.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (V hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Şam Işığında

    Gecələr bəyaz olsun,
    Həzinləşsin duyğular,
    Nəğmələr qanad açsın,
    Şirinləşsin nağıllar,
    Ürək yansın, alışsın,
    Gülüm, şam işığında.

    Həsrət, hicran ərisin,
    Həyat nəşəli olsun,
    Gözlər sevgi paylasın,
    Baxışlar nurla dolsun,
    Ömrümün mənasını ,
    Bilim, şam işığında.

    Dara qara saçını,
    Tökülsün sinən üstə.
    Qoy yox olsun qəm, kədər,
    Sən məndən nəğmə istə,
    Gözlərimin yaşını,
    Silim, şam işığında.

    Məni əsir eyləsin,
    O baxışın, o gözün,
    Nazlan bir mələk kimi,
    Can olsun hər bir sözün,
    Əllərinə toxunsun
    Əlim, şam işığında.

    Ətrindən bihuş olum,
    Unudum bu dünyanı,
    Sən məni xoşbəxt eylə,
    Al əlimdən bu canı,
    Gözəl, dizinin üstə,
    Ölüm, şam işığında.

    CƏBRAYIL

    Bir cənnətdir Cəbrayılın qucağı,
    Bir şərbətdir hər çeşməsi, bulağı,
    Bir qaladı hər qayası, hər dağı,
    Belə yerdə, könül barsız olarmı?

    Cəbrayıldı şeir, sənət ocağı,
    O yerlərin çoxdu piri, ocağı,
    Sönməz heç vaxt el, obanın ocağı,
    Nəğmə sözsüz, söz qatarsız olarmı?

    Bu yerlərdə büsat qurub təbiət,
    Qurbanidən bir dastandı məhəbbət,
    Şərəflidir bu yerlərdə hər sənət,
    Uca zirvə, söylə qarsız olarmı?

    Kim vurulmaz bu gözəlin hüsnünə,
    Heyran oldum gözəlliyin büstünə,
    Şəfəq saçır, günəş hər gün üstünə,
    Belə yerdə, insan yarsız olarmı?

    O yerlərdə qalıb neçə xatirəm,
    O gözələ mən Məcnunam,mən Kərəm,
    Bu sevgidən heç vaxt dönən deyiləm,
    Sevən könül yadigarsız olarmı?

    Q dağlarda, hey dolaşır xəyalım,
    İstəyirəm o diyarda mən qalım,
    Doğma yerin qadasını mən alım,
    Əziz Musa, etibarsız olarmı?

  • Əli Rza XƏLƏFLİ.”BİR ŞEİRİN XOCALI TABLOSU”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 


    Aida Adıgözəl adlı,
    bəxtinin qaralıgı gözəl
    bir şairənin
    xalı, gəbə timsallı
    şeirini oxudum.
    Çeşnisini
    gözlərimin önünə çəkib,
    dərd hanasını
    ürəyimdə toxudum.
    Azərbaycan qan-qırmızı
    xalılar, gəbələr ölkəsidir,
    Bu da bir şairənin
    Xocalı kölgəsidir.
    Şeir oxudum
    qan süzülürdü misralardan.
    Yaralı sözlər
    ruhumun agrısına dönüb
    varlıgıma çökürdü.
    Dəhşətin üstünə
    örtük çəkmişdi qardan,
    Deyəsən,
    Tanrı gördüyündən xəcalət çəkirdi.
    Gecədən çıxmış səhər
    zorlanmış gəlin kimi
    dünyaya gəlişinə peşman idi.
    Bəxti çiliklənmiş güzgü kimi
    qar üstündən göz-göz baxırdı.
    Qənim kəsilmişdi taleyinə bu bəxt-
    yagıdan betər düşmən idi.
    Dünyanın kar qulagından,
    kor gözlərindən,
    biganəlik seli axırdı.
    …Yaddaşımın
    sinəsini sökdü Aida Adıgözəlin
    Xocalı tablosu…
    Bir qərinəlik
    vaxtın içindən qisasa yol çəkdi,
    Şair iztirablarının
    agrılı-acılı tablosu…
    Aida Adıgözəl adlı.
    bəxtinin qaralıgı gözəl
    bir şairənin xalı,
    gəbə timsallı şeirini oxudum.
    Çeşnisini
    gözlərimin önünə çəkib
    dərd hanasını
    ürəyimdə toxudum.
    …Azərbaycan
    qan-qırmızı xalılar,
    gəbələr ölkəsidir.
    Bu da bir şairənin
    xocalı kölgəsidir.
    Əli Rza XƏLƏFLİ
    18.02.2019

  • Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”

    ????????????????????????????????????

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru 
    ( Ustad şair İsmayıl İmanzadəyə məktub)
    Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir…
    Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın olan qardaşım hələ çox əvvəllər tapıb gətirmişdi… Onun müəllimi olmuşdum… tapşırıq vermişdim ki, hər kəs özünün böyük adaşı haqda yazsın… Təsəvvür et ki, o , 40 il bundan əvvəl sənin böyüklüyünü uşaq məntiqi ilə necə sübut edirdi…
    Sonra mən mətbuata keçdim… Səninlə görüşlərim müntəzəm xarakter aldı… apardığın dərnəyə dəvət edirdin ki, müəlliflərin yaradıcılığını təhlil edim… Ümid ədəbi dərnəyində oxunan şeirlərin səviyyəsi məni qane etməyəndə öz şeirlərini oxumağını heç unutmuram… Bununla sanki demək istəyirdin ki, bilirsən kim nə yazır və necə yazır…
    Bir sözlə, Sən bir şair kimi zaman zaman insanların qəlbində bitirdin… indi böyük ruh aləminin köklu Çinarısan… çox əzəmətli Çinarı…
    Xətrinə dəyməsin, bəzən mənə elə gəlib ki, sən dahi axtarıb yanında durmaq , şəkil çəkdirmək xəstəliyinə düçar olmağa doğru gedirsən… ancaq buna sənin səmimiyyətin imkan vermədi… Sən bizim İsmayıl olaraq qaldın…
    Dahi xalqdır… səni tanıyan , sevən, səndən yaxınlığa , ünsiyyətə görə qonaqlıq ummayan insanlardır…
    Bu gün Sənin şair taleyin yurd həsrəti ilə ömür pillələri qalxır…Sənin, yəni ədəbi ictimai rəydə kifayət qədər yeri olan bir şair İsmayıl İmanzadə kimi cəmiyyətin ruhən diri qalması naminə mübarizən, yazıb yaratmağın bir ordunun görə bildiyindən az dəyərli deyil…Qalır ki, rəsmi təsdiq … bunun özünün də maraqlı tərəfləri var… İnsanlar haqqı olub rəsmən təqdir olunmayanların xatirəsini daha əziz tuturlar…
    Bir də ki, hələ cavansan… yaşa görək…
    …az qala unutdum sənin kitab axtarmağını… kitablar çoxdan səni sevən, tanıyan insanların ruhuna hopub, yaddaşına köçüb… çox vacib olsa faksimile edərik… orijinalın özündən fərqlənməyən…
    P.S. yəqin bilirdin ki, bizim ailənin , yəni mənim kitabxanam rayonda ən böyük , ən zəngin kitabxana idi .. rayon üzrə şəxsi kitabxanaların hesabatında da bu göstərici vardı… rəhmətlik Bahadır Mehdiyev, bizim Tariyel Abbaslı, rayonun digər nüfuzlu komissiya üzvləri xüsusi rəy yazmışdı …həmin rəyi mən rayon qəzetində çap etdirmək istəyirdim…təəssüf o vaxt… nə isə… həmin rəydə qiymətli kitablar, dəyərli ədəbi elmi nümunələr sadalanırdı… ayrıca qeyd olunurdu, Sərdar Əsədin, Sabir Əhmədovun, Sabir Süleymanovun və sənin , yəni İsmayıl İmanzadənin adları….o vaxt bu əsas şərtlərdən biri idi…Çəbrayıldan olan elm və sənət adamları şəxsi kitabxanalarda necə təmsil olunur…
    Bir sözlə , həmin kitabxana üç hissəyə bölündü. . Bir hissəsi Xələflidəki ümümi evimizdə, bir hissəsi Cəbrayıl şəhərindəki evimdə, bir hissəsi də Mərcanlıda dostum Ələsgərgilin evində qaldı… bizi m əmlakımız da elə yəqin sənin vaqonunla qonşu olaraq qənimət kimi aparılıb…
    Tarixən qəsbkarlar qəsb elədikləri əraziləri talan etməkləri ilə fəxr ediblər…ancaq unudurlar yaddaşı talan etmək olmaz…
    Əzizim İsmayıl İmanzadə … sən artıq xalqın tarixi mənəvi yaddaşında yaşarı haqq almısan… üzü gələcəyə yaxşı yol…hələ görüşlərimiz ,yəqin ki, yenə olar… sevgi və səmimiyyətimizi qorusaq , qoruya bilsək , əbədiyhətdə də …
    Səninlə dostluq mənim üçün fərəhdir… Asif Ata fərəhi yaşamağın özülü kimi şərh edirdi…
    …Qəlbin fərəhsiz olmasın…
    Oxuculardan və əziz dostum, səndən bəndənizi bağışlamaq dilərdim… mətni birbaşa, redaktəsiz yaddaşa verdim…
    Əli Rza Xələfli…
    05 . 09. 2020.
    LökBatan…8.35.

  • Coşqun XƏLİLOĞLU.”Telli saz”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Sən, Dədə Qorqudun yadigarısan
    Xalqımın kimliyi, etibarısan,
    Bütün Türk elinin iftixarısan,
    Harada səslənsən əhval olur saz,
    Necə də doğmasan bizə, telli saz.

    Yolların çətindir, daşlı – kəsəkli,
    Daima olmusan aydın məsləkli,
    Nəğmələr demisən təmiz diləkli,
    Qarda, sərt boranda gətirmisən yaz,
    Necə də doğmasan bizə, telli saz.

    Hər zaman kökdəsən, həyatcanlısan,
    Ələsgər, Azaflı, Tufarqanlısan,
    Koroğlu, Qurbani, Bozalqanlısan,
    Qoşaca qanaddır xoş söz, xoş avaz,
    Necə də doğmasan bizə, telli saz.

    Saz ilə söhbətin yeri başqadır,
    Evlərdə məkanın daim başdadır,
    Sənlə keçən ömür, vallah, bal dadır,
    Sənsiz məclislərin ləzzəti olmaz,
    Necə də doğmasan bizə, telli saz.

    Xəbər gətir böyük Turan elindən,
    “Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən,
    “Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən –
    Dinləsəm, heç zaman ürəyim doymaz,
    Necə də doğmasan bizə, telli saz.

  • Şairə-publisist Xalidə NURAY.”Bahar gəlir”

    Çəməndə çiçəklər işvə-naz ilə,
    Qayıdan durnalar xoş avaz ilə,
    Çağlayan bulaqlar telli saz ilə,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Oyanır təbiət, canlanır meşə,
    Boylanır qar altdan nərgiz, bənövşə,
    Üşüyən tellərə şeh düşə-düşə,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Azalır dağların dumanı,çəni,
    Yağış sanki yuyur üzlərdən qəmi,
    Günəşin istisi, torpağın nəmi,
    Deyir yurdumuza ilk bahar gəlir.

    Bağlarda ağaclar ilkçiçəyiylə,
    Qızılgül bəzənir tər ləçəyiylə,
    Xalidə yaz ünlü söz gerçəyiylə,
    Deyir yurdumuza ilk bahar gəlir.
    17.03.2018

  • Şairə-publisist Xalidə NURAY.”Rəcəb Tayyip Ərdoğan”

    Haqdan yaranmısan nurdu əməlin,
    Tanrı dərgahından üzülməz əlin,
    Səninlə öyünür bütün türk elim,
    Yaradan göndərib bizə ərməğan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Zalıma, zülümə vermədin aman,
    Məzluma olmusan güvənli ünvan,
    Arzu-diləklərə sən oldun guman,
    Xalqa həqiqətin gözüylə baxan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Dar gündə yetişdin Qarabağıma,
    Nur kimi səpildin qəm ocağıma,
    Doğma qardaş oldun yaman çağıma,
    Könlümüzə zəfər sevinci yaxan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

    Sən türk dünyasının yenilməz dağı,
    Gətirdin bizlərə zəfər soraģı,
    Yazdın yaddaşlara bu gözəl çaģı,
    Zülmətə daģ çəkib Günəş tək doģan,
    Yenilməz sərkərdə Tayyip Ərdoģan.

    Yoğurdun təməldən qüdrətli Turan,
    Ulu Türk önündə səcdəyə duran,
    Tarixin ən uca taxtını quran,
    Haqqın bayraqdarı, ey böyük insan,
    Yenilməz sərkərdə Tayyip Ərdoğan.

  • Şairə-publisist Xalidə NURAY.”Aprel şəhidi”

    Aprel döyüşündə gedən şəhidlər,
    Əbədi ürəkdə,baxışlardasız.
    Bu zirvəyə qalxan,bir daha enməz,
    Şəhidlik adıyla yaddaşlardasız.

    Yaralı qartal yək uçub səmada,
    Vətən deyə-deyə şəhid oldunuz.
    Oxşadı gözünüz yanar ulduza
    Yandırdı düşməni Vətən odunuz

    Dağlar əksinizi köksünə çəkdi,
    Torpağa qarışdı axan qanınız.
    Çiçəklər su içdi göz yaşınızdan,
    Cənnətə qovuşdu yanan canınız.

    Yaradan veribdii ən yüksək adı,
    Şəhidin ləqəbi qürur ,ləyaqət!
    Şəhid vətənimin “Aprel şəhidi”,
    Adıyla gətirdi Vətənə şöhrət!

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Bu eşq şair xəyalıymış”

    Nə dostdan bir xəbər gəldi,
    Deyəm əhdə vəfalıymış.
    Nə şadlıq, nə kədər gəldi,
    Deyəm ömrü cəfalıymış.

    Nə bildi, ağladım, güldüm,
    Nə bilsə, bildiyin bildim.
    Nə bildi qəm yeyib öldüm,
    Bu eşq şair xəyalıymış.

    1993

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Mən ölmək istəmirəm”

    Mən ölmək istəmirəm
    Hələ beynim düşünür,
    Hələ qələmim yazır.
    Mən ölmək istəmirəm,
    Buna deyiləm hazır.

    Dost mənə yaşa deyir,
    İllər qəbrimi qazır.
    Qələm düşməz əlimdən,
    Günlərim, ötmə hədər,
    O son mənzilə qədər.

    Qoca köklər üstündə
    Olur meyvəli budaq.
    Mən ölmək istərəm
    Gözlə, məkanım torpaq.

    1984

    *Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Təbiət”

    Sirlər dünyasıdır bu dünya başdan,
    Tükənən deyildir onu deməklə…
    Təbiətdən güclü, qadir, möhtəşəm,
    Bir qüdrət, bir qüvvət bilmirəm hələ.

    Mən ona şadam ki, hələ canlıyam,
    Ayrılmaz üzvüyəm mən təbiətin.
    Kim bilir, bəlkə də, sirri bundadır,
    Təbiətə olan bu məhəbbətin!

    1976

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Osman SARIVƏLLİ.”Təbiətin qanunu”

    Təbiət! Sevirəm, demişəm müdam-
    Sənin hikmətinə alqış, min alqış!
    Yerə çiləyirsən çox səxavətlə
    Yayı bolca isti, qışı qar, yağış.

    Təbiət! Həm məftun, həm minnətdaram
    Sənin dövlətinə, sənin varına.
    Bir də ona görə çox sevirəm ki,
    Sadiqsən öz möhkəm qanunlarına.

    1976

    *Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Dözərdim”

    Oğluma

    Əzəl ovçuluğa saldım meylimi,
    Tikanı tapdayıb, budağı əydim.
    Aşırıb boynumdan qoşalüləni,
    Meşələr qoynunda özünə bəydim.

    Dolu da başlayıb, külək də əsib,00
    Dovşan da atılıb, qurd da tələsib,
    Ağacda turacın üstünü kəsib,
    Qayada kəkliyin xətrinə dəydim.

    Azmı peşimanam öz əməlimdən,
    Əbəs ələnməyib saçlarıma dən?!
    Xəlvəti açılan bir gülləylə mən
    Məğrur dağ kəlinin qəddini əydim.

    Sevinci yarıda verməzdim bada,
    Ağrını, acını salmazdım yada,
    Alagöz ceyranın bir dar məqamda,
    Ömrünü yarıda bitirməsəydim.

    Hüseyn ARİFəm, közə dözərdim,
    Enişə, yoxuşa, düzə dözərdim,
    Səksənə, doxsana, yüzə dözərdim,
    Əllidə Arifi itirməsəydim.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Hüseyn ARİF.”Ölümə qurban olum”

    Oğluma

    Həyat ətirli güldür,
    Gülümə qurban olum.
    Dağdı, dənizdi, göldü,
    Gölümə qurban olum.

    Coşub, çağlayan könül,
    Açıb, bağlayan könül,
    Gülüb, ağlayan könül,
    Könlümə qurban olum.

    Dağ sökülüb, -dedilər,
    Bel bükülüb, -dedilər,
    -ARİF ölüb, -dedilər,
    Ölümə qurban olum.

    *Bu şeir Xalq şairi Hüseyn Arifin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur

  • Xalq şairi Səməd VURĞUN.”Muğan” poemasından bir parça

    De, yolun düşdümü Muğan düzünə?
    Piyada gəzdinmi çölləri sən də’?
    Söz qoşub ceyranın qara gözünə,
    Dincini aldınmı bir göy çəməndə?

    Yerdən ayağını quş kimi üzüb,
    Yay kimi dartınıb, ox kimi süzüb,
    Yenə öz sürünü nizamla düzüb,
    Baş alıb gedirsən hayana, ceyran?

    Əzəldən meylini salıb çöllərə,
    Bəxtini tapşırdın bizim ellərə,
    O qara gözlərin düşdü dillərə.
    Dişlərin oxşayır mərcana, ceyran!

    Bir məsəl qalmışdır ata-babadan:
    Uçarda turacdır, qaçarda ceyran
    Bir mən deyiləm ki, hüsnünə heyran,
    Şöhrətin yayılıb hər yana, ceyran!

    Sükuta qərq olmuş ürəyimlə mən
    Keçirəm yenə də Muğan çölündən.
    Yanında balası, yağış gölündən
    Əyilib su içir bir ana ceyran!

    Elə ki, son bahar min büsat qurur,
    Kolları-kosları yıxıb uçurur,
    Sıxlaşıb bir yerə baş-başa durur
    Düşəndə çovğuna, borana ceyran.

    On addım kənarda yatmayır təkə,
    Gəzinir, oylağa baş çəkə-çəkə.
    Gələn qaraltıdır, yoxsa təhlükə?
    Bir özünə baxır, bir ona ceyran!

    Ovçu, insaf elə, keçmə bu düzdən!
    O çöllər qızını ayırma bizdən!
    Qoyma ağrı keçə ürəyimizdən, –
    Qıyma öz qanına boyana ceyran!
    Nə gözəl yaraşır Muğana ceyran!

  • Xalq şairi Səməd VURĞUN.”Ala gözlər”

    Yenə qılıncını çəkdi üstümə,
    Qurbanı olduğum o ala gözlər.
    Yenə cəllad olub durdu qəsdimə,
    Qələm qaş altında piyala gözlər.

    Başımdan getmişdi sevdanın qəmi,
    Xəyalım gəzirdi bütün aləmi.
    Bu dustaq könlümü, deyin, yenəmi
    Çəkdiniz sorğuya, suala, gözlər?

    Sevda yolçusuyam əzəl yaşımdan,
    Könlüm ayrı gəzir can sirdaşımdan;
    Dağıdır huşumu alır başımdan
    Süzülüb gedəndə xəyala gözlər.

    Gərdənin minadır, boyun tamaşa,
    Ay da həsəd çəkir o qələm qaşa.
    Bir cüt ulduz kimi verib baş-başa,
    Yanıb şölə salır camala gözlər.

    Mənim sevgilimdir o gözəl pəri,
    Qoy üzə vurmasın keçən günləri.
    Mən qədirbilənəm əzəldən bəri,
    Sizinlə yetmişəm kamala, gözlər.

    Cahanda hər hökmü bir zaman verir,
    Dünən dövran sürən bu gün can verir.
    İllər xəstəsiyəm, yaram qan verir,
    Siz məni saldınız bu hala, gözlər.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yaddaşıma tövbə demişəm burda”

    Yaddaşıma tövbə demişəm burda,
    Doğma gözlərini döndərib yada.
    Yuxuma girməyə qoymuram səni
    Bu dar palatada, dəlixanada…

    Sını yalvarıram, əmr eyləyirəm,
    Səsin qulağıma burda dəyməsin.
    Sanitar Babanın ağır əlləri
    Səsinin üstündə məni döyməsin…

    Burda xatirəyə iynə vururlar,
    Odur bir an belə düşmə yadımda.
    Burda bilsələr ki, yaddaşım vardır
    Atamın adı da yetməz dadıma…

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yol çəkir gözləri dəlilərin də”

    Yol çəkir gözləri dəlilərin də,
    Tamam unutmayıb dünyanı onlar.
    Güzgüdə özünü tanımasa da,
    Dəlinin öz dəli xatirəsi var.

    Qəfəsə bənzəyən pəncərələrdən,
    Siz görən səmanı görür dəlilər.
    Heç olmasa ildə cəmi bir dəfə,
    Dəli gözlərinə görünür səhər.

    Gözləri dikilib yolsuz yollara,
    Dəli gözlərində yaşarmır kədər.
    Baş çəkin onlara, ancaq gələndə
    Əliboş gəlməyin, acdır dəlilər.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şəhid ayım, aprelim”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.

    Bahar nəfəsli sinən güllələrə tuş gəldi,
    Ağu dedi bülbülün, qaranquşun nəğməsi.
    Çiçəklərin, güllərin gözlərindən yaş gəldi,
    Daraldı hər bir yerdə təbiətin nəfəsi.
    Şəhid ayım, aprelim!

    Qönçə-qönçə gül açan güllərin güllələndi,
    Şəhid ətrin yayıldı, qara geydi buludlar.
    Hər arzun, hər diləyin qəlbində düyünləndi,
    Torpağına, daşına başın əydi buludlar.
    Şəhid ayım, aprelim!

    Dalğalandı dəniz tək, çaxdı ildırım kimi,
    İgidləri hayladı azadlığın işığı.
    Ölümə sinə gərən ərən oğullarına,
    Əbədiyyət yaratdı o bahar yaraşığın.
    Şəhid ayım, aprelim!

    Nəfəsində igidlik toxumları səpildi,
    Şəhidlərin ruhunda açıldı danın gözü.
    Qönçələrin qan əmdi, küləklərin acıdı,
    Çiçək açdı dilində azadlıq adlı sözün.
    Şəhid ayım, aprelim!

    İnamından güc aldı, igidlərin nərəsi,
    Könlün qana boyandı, nəfəsin lalə rəngi.
    Səngəri salamladı qaranquşun müjdəsi,
    İntiqam, qisas dedi azadlığın çələngi.
    Şəhid ayım, aprelim!

    Vətən adllı tarixin düşüb igid payına,
    Aprel şəhidlərimin qızıl səsli bu ünü.
    Şəhidlərim doğuldu dil açdı sinən üstdə,
    Apeliin ikisində yazıldı doğum günü.
    Şəhid ayım, aprelim!

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şeirimin bahar gözü”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru.

    Şeirimin bahar gözü,
    Yaşla dolub, kövrəlibdi.
    Yaz nəfəsli ürəyimdə
    Qış yenidən dirçəlibdi.

    Hər sözümün bənövşəsi,
    Qara xallı laləsi var.
    Vətən deyən dillərimin
    Göyə qalxan naləsi var.

    Misra-misra qocalıram,
    Kəlmə-kəlmə can verirəm.
    Şeir-şeir ucalıram,
    Vətən boyda qan verirəm.

    Sözlərimin soyqrımı,
    Dillərimdən asılıbdı.
    Qələm tutan əllərimi
    Gör kimlər daşa basıbdı.

  • Xalidə Hicran SEYİDOVA.”ŞƏHADƏTİN MÜBARƏK!”

    Şəhadətin mübarək!
    Şəhid olan oğullar!
    Gözlərin aydın olsun,
    Şəhid doğan analar!

    Şəhadətin mübarək!
    Vətən bölünməyəcək.
    Şəhid yatan torpaqda,
    Düşmən ta gəzməyəcək.

    Şəhadətin mübarək!
    Qurban oldun vətənə.
    Anan fərəhlə deyir:
    “Südüm halaldır sənə”!

    Al qoynuna ey torpaq!
    Şəhidi əziz saxla.
    Ana deyibdir sənə,
    Onu, bərk- bərk qucaqla!

    Gözün aydın ey vətən!
    Igid oğulların var.
    Vətən yaşasın deyə,
    Şəhid oldular onlar!

    Şəhadətin mübarək!
    Şəhid olan əsgərim.
    Canını sipər etdin,
    Sənə qurban ürəyim!

    Vətənimdir müqəddəs,
    Çün şəhid məzarı var.
    Torpağım azad olsa,
    Şəhidim rahat yatar!

    Vətən başımız tacı,
    Gavur çəkdirir acı.
    Yağılar, əl-ələdir,
    Çəkdilər şəhid dağı.

    Şəhadətin mübarək!
    Ey vətən oğulları!
    Lənət olsun gavura,
    Yox olsun havadarı!

    Vətənsiz yox diləyim,
    Vətən can! Vətən ana!
    Vətən, hava, duz- çorək,
    Vətənsiz can nə gərək!

    Analar qəlbi dağlı,
    Bacılar gözü yaşlı.
    Yağılar dağ səkdilər,
    İgidlər atlanmalı!

    Yaşa sən Azərbaycan!
    Sənə vətənim deyən!
    Bayrağı kəfən etdi,
    Yaşasın, Azərbaycan!

  • Xalidə Hicran SEYİDOVA.”OĞULLAR TARİX YAZIR”


    Şəhidim əfsanə, şəhidim dastan,
    Ey şəhid, alınmaz sən bir qalasan.
    Yeni Tarix yazdın, sən qalacaqsan,
    Vətən yaşadıqca, yaşıyacaqsan!

    Hər ovuc torpaqda, şəhid qanı var,
    Gələcək nəsillər, onu qoruyar.
    Vətəndə doğulan hər bir igidin,
    Adında yenidən bir şəhid yaşar!

    Səmanda üçrəng vətən bayrağı,
    Adınla boy atar vətən ovladı,
    Qanınla gül açar vətən torpağı,
    Ey şanlı vətənin, şanlı övladı!

    Şəhidim köç etdi, hamısı nakam,
    Dedi: doğulmuşam, səni qoruyam!
    Dağına, vuqaram, düzə torpağam,
    Vətənim yaşasa, mən də yaşaram!

    Əzmini qıramaz, bir mənfur düşmən,
    Vətən, əl çəkməyir, düşmənlər səndən,
    Tarixlər yazırsan, yenə bu gündən!
    Qarabağ, azadsan, yenə bu gündən!

    Hər oğul bir evdir, hər şəhid vətən,
    Nə anadan doydun, nə anan səndən.
    Ey vətən doğuldun, yenə bu gündən!
    Qarabağ doğuldu, yeni tarixdən!

  • Xalidə Hicran SEYİDOVA.”ZƏFƏR”



    Qalibliyin məğrurdur,
    Zəfər, əbədi Zəfər!
    Qarabağda gün doğur,
    Bu gün, zəfərli səhər!

    Zəfər, zəfər deyərkən,
    Şəhidlər gələr gözə.
    Qarabağ yaşadıqca,
    Minnətdarıq biz sizə.

    Kimlər gözün çəkməsə,
    Müqəddəs vətənimdən.
    Gec- tez “dərsin” alacaq,
    Nər Igid əsgərimdən.

    Qarabağ bizə pirdi,
    Şəhid oldu oğullar.
    Daşında, torpağında,
    Şəhidin qan izi var.

    Ən müqəddəs məkandır,
    Qədim Qarabağ bizə,
    Şəhidlərimin qanı,
    Şuşada çıxıb dizə.

    Göz üstə saxlamalı,
    O, müqəddəs dəyəri.
    Qarabağ oldu bizə,
    Sözümüzün kəsəri!

    Dünya yaranan gündən,
    Belə savaş görmədi.
    Əlbəyaxa döyüşən,
    Elimin əsgəridi!

    Ey əsgərlərim, sizdən,
    Filimlər çəkiləcək.
    Qəhrəmanlıq tarixi,
    Sizdən öyrəniləcək!

    Dünya heyrandı sizə,
    Sizdəki şücaətə.
    Dərs verdiniz əbədi,
    Eşq olsun bu qeyrətə.

    Zəfərini qazandın,
    Dişində, dırnağında.
    Bayrağın dalğalanır,
    Yenə də Qarabağda!

    Buludlar ağı deyir,
    Şəhid əsgərlərimə.
    Dağlar vüqarın tökür,
    İgid ərənlərimə!

    Vətən bayrağın büküb,
    İgidlərin nəşinə.
    Torpağının danəsi,
    Heyran olub şəninə!

    Yeni bir tarix yazdın,
    Qanın oldu mürəkkəb.
    Hətta döyüşündə də,
    Gözləyərək sən ədəb.

    Bir ana oğulları,
    Talış, yəhudi, avar.
    Kürd, ləzgi, malakanlar,
    Udin, Tatar, Saxurlar.

    Bunlar qardaşdı, dostdu,
    Birlikdə vuruşanlar.
    Hamısı bir evdəndir.
    Zəfərdə payları var!

    Dərs verdilər əbədi,
    Özgə fikrə düşənə.
    Torpağına göz dikən,
    Düşər əcəl izinə!

    Azərbaycan əsgəri!
    Haqq yanında hörmətin!
    Vətən unutmaz səni,
    Şəhidim dağ qeyrətim.

  • Terane TURAN RAHİMLİ.”MERYEM” (hikâyə)

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    Hava yeni kararmıştı. Avluda sessizlik vardı. Ninem kümese bakıp tavukları-civcivleri yokladı, hepsinin tünekte büzüşüp yattığını görünce kümesin kapısını kapattı. Parmaklıktan tutup her zamanki gibi yavaş adımlarla iki katlı evin ikinci katına çıkan merdivenlerden yukarı çıkıyordu ki, avlu kapısı açıldı. (Avlu kapısını kapatmayı unuttuğunu da şimdi anladı.) Avlu kapısı önünde komşu Ruhsare göründü. O, «buraya gel, burasıdır» diye avluya davet ettiği yaşlı kadınla açık kapıdan içeri girdi. Ninem bu vakitsiz misafirlerin gelişine şaşırsa da bunu belli etmedi. Ruhsare kapı komşusu idi, avlu kapıları birbirine bakıyordu. Lakin konu-komşuya gidip-gelmezdi, nadiren birisinin kapısını açardı. Üstelik, avludan el-ayağın çekildiği karanlık düşen bir vakitte. Ninem hemen bu vakitsiz gelişin Ruhsare’nin önüne düşüp yol gösterdiği bu yaşlı kadınla ilgili olduğunu anladı. Gelenlerle selamlaşıp rahatsız bakışlarını onlara dikti. Ruhsare de onu beklemede bırakmayıp çabucak konuya girdi. Güzel haberi çabuk verme telaşıyla meraklı bir üslupla nineme sordu:
    – Tavat, iyi bak bakalım, kim olduğunu biliyor musun?
    Ninem 65 – 70 yaşlarında görünen, uzun boylu, beyaz tenli, ela gözlerinin bebekleri heyecandan titreyen bu garip kadını dikkatlice süzdü. Kadının aşağı sarkmış örtüsünün altında görülen düz saçları da, mucize bekliyor gibi düğümlediği kaşları da bembeyaz idi. Bu beyazlık onun aydınlık çehresine özel bir güzellik veriyor, simasını daha da nurlu gösteriyordu. Tahminen aynı yaşta görünen bu iki kadın uzun bir süre bakıştılar. Birden ninemin bakışları kadının gözlerinin derinliğine takılıp kaldı. «Meryem» sözünün dilinden düşmesi ile onların biri birilerine sarılması, gözyaşlarının biri birine karışması aynı anda gerçekleşti. Bu sahne, izlemeye duran çoluk-çocuğu da, komşu Ruhsare’yi de hüzünlendirdi.
    Ninem, «Allah-Allah! Kamboy’umun can-ciğeri» diye diye adı Meryem olan bu kadını öpüp kucaklamaya doymuyordu. Artık evdekiler de bu adı işittiklerinde misafirin kimliğini anlamışlardı. Hepsi şaşkınlıkla Meryem’e bakıyordu. Efsanenin gerçekleşmesi imkânsız göründüğü gibi Meryem’in uzak geçmişteki hatıralardan gelişi de masal kahramanının gerçek hayatta görünmesi gibi inanılmaz şaşkınlık doğurmuştu. Çocuk yaşlarından ninemin mutlu genç kızlık çağları, bey konağındaki bolluk günleri, daha sonra babası Dadaş Bey’in sürgün edilmesi, yeni evlenmiş, henüz çoluk-çocuk sahibi olmayan kardeşi Kamboy’un ahretliği Meryem’in sevgili erkeğinden zorla koparılıp sürgüne gönderilmesi, sonra Kamboy’un savaşta yitik düşmesi, anası Zabite Hanım’ın üzüntüden azap çekerek ölmesi… Bütün bu hatıraları döne döne dinlemiştim.
    Ninem ansızın karşılaşmanın heyecanından yerinde donup kalmıştı. Meryem’e baktıkça baktı, baktı… Sanki birden ayılıp aziz misafirini geldiğinden beri ayakta beklettiğinin farkına vardı: – Uzak yoldan geliyorsun, yorgunsun. – dedi. Bir birinin beline sarılmış halde basamakları çıktılar. Ninemin sevincinin de, kederinin de haddi hududu yoktu. Tanrı’nın izni ile hepi topu altı aycık aziz kardeşi Kamboy’a zevcelik, babası Dadaş Bey’e gelinlik eden Meryem – anası Zabite Hanım’ın sevimli büyük gelininin sürgünde ölüp gitmediğine, Sibirya’nın vahşetinden sağ salim çıkıp bu karşılaşmaya gelebildiğine seviniyordu. (Sibirya vahşetlerini ise bir süre sonra Meryem’in konuşmalarından daha açık şekilde anlayacak, saçının tüyleri dik dik olacaktı.) Dadaş Bey’in sürgün edildiği, aslında izinin kesin kaybedildiği, üç katlı bey konağından – dede-baba ocaklarından zorla göçürüldükleri, kardeşlerinin birbirinden ayrı düştüğü, anasının üzüntüden ateşlere düştüğü, kendisinin türlü türlü belalara düçar olduğu günler yeniden gözlerinin önünde canlandığı için de kederleniyordu.
    O, Meryem’i lafa tutmazdan önce çay-çörek sofrasını hazırladı. Dolabı açıp oradaki emanet kutusundan ikiye katlanmış, sararmış bir defter yaprağı çıkarıp Meryem’e uzattı: Bak bakalım ne mektubu?
    Okuma – yazma bilmeyen ninem kırmızı kalemle alel-acele yazılmış olan bu mektuptaki metni önceleri oğluna, sonraları ise torunlarına o kadar çok okutmuştu ki, orada yazılanları birebir ezberden biliyordu. Mektubu açar açmaz Meryem’in iri ela gözleri buğulandı. Yanaklarından aşağı doğru yuvarlanan bir damla yaş kâğıttaki «daha» sözcüğünün üzerine düştü. Ondan önceki satırda yazılı olan «belki» sözünün üzerindeki gözyaşı hangi vakit düşmüştü. Meryem, bu mektubu yazdığı sırada, sürgüne gönderildikleri o gam yüklü katardaki uğursuz gecelerden birinde akıttığı bu gözyaşını tanıdı. O acı hatıraları anınca her iki eli ile yüzünü kapatarak yürek yakan hıçkırık ile ağladı. Evde bulunanların hiçbiri, bu anda, dünyadaki bütün haksızlıklar nedeniyle, bütün dünyanın yerine, dünyadaki bütün dertlilerin gözyaşıyla ağlamak isteyen bu yaşlı kadına teselli vermek istemedi. Çünkü bu gözyaşlarını hiçbir teselli avutamazdı. Ninem de onunla birlikte bu gözyaşlarına katılıp bütün bir neslin asilzadeliği yüzünden düştüğü durumlara ağladı.
    Meryem gözyaşlarını dindirip bir süredir eğleştiği odanın duvarlarında göz gezdirdiğinde ilk olarak Kamboy’un fotoğrafını gördü. Ninem Tavat Hanım’ın Kamboy’un yanında durduğu bu fotoğraf aslında ayrı ayrı çekilmişti. Kamboy savaşta kaybolduktan sonra ninem her iki sureti birleştirip büyütmeyi fotoğrafçıdan istemişti. Fotoğrafçının ustalıkla birleştirip büyüttüğü bu fotoğraf o zamandan evde en mukaddes bir hatıraya dönüşmüştü. Meryem öne çıkıp fotoğrafın karşısında durdu. Geçen yıllar boyunca hayalinde yaşattığı, halen de gençlik şevki ile sevdiği sevgilisinin gözlerine baktı, baktı… Babası Elbrus Bey’in evinden gelin çıktığı günü, büyüklerin hayır duasını, Dadaş Bey’in büyük oğlu Kamboy’a kavuşacağı anı gizli hasretle beklediğini, o anın anlatılamaz güzelliğini… Daha neleri, neleri hatırladı. Sanki Kamboy’un kendisi ile yüz yüze duruyormuş gibi söze başladı: – 70 yaşı devirdim, Kamboy! Sensiz neler gördüm, bilsen… Sibirya, işkence, hakaret, açlık, susuzluk, hastalık… Ölümden döndüm, yollar beni çok yordu. İnsanlar gördüm, merdi de oldu, namerdi de. Ancak senin gibisini görmedim Kamboy!
    Sonra gözlerini fotoğraftan ayırmadan: –Bir bilebilseniz o nasıl bir insan idi… Allah onu tek yaratmıştı. Kamboy gibi yiğit o vakit de yok idi, şimdi de yoktur– dedi.
    Gece sabaha kadar uyumadılar. Ninem, Bakü asilzadelerinden olan meşhur Ağacanlılar soyunun en yakışıklı, Petersburg’da yüksek eğitim görmüş oğlu Mehdi ile düğünlerinden, gelin gittiği faytonun Bolşevikler tarafından alıkonulmasından, sevgili nişanlısından zorla koparılmasından, Bolşevik İsrafil’le (babamla) ailesinin kalan üyelerini kurtarmak maksadıyla evliliğe razı olduğundan, kocasın düzenlediği, on altı yaşındaki genç kızın mağduriyeti pahasına gerçekleşen sahte boşanma belgesi nedeniyle anasının, kardeşlerinin ve kendisinin Sibirya’ya sürğün edilmemesinden, 1941 yılında savaş başladığı zaman Meryem’siz kendine bir yer bulamayan Kamboy’un kendini ölümün ağuşuna atıp ön cepheye yollanmasından, kaybolmasından… ve birçok başka meselelerden bahsetti.
    Meryem de kendi başına gelenleri anlattı. Sibirya’ya giden trende nasıl hakarete uğradıklarından, yol boyunca askerlerin onları alçaltmasından, fırsat bulan kimi asilzadelerin intihar etmesinden, kendinin başarıya ulaşmayan intihar girişiminden, yer altı maden ocağındaki ağır çalışma şartlarından…
    –Saçımızı da kesmişlerdi, Tavat. Aylarca banyo yapamıyorduk, herkesin başı bit-sirkeyle dolu idi. Hem de öyle ağır çalışmadan sonra saç örgüsü de başa ağırlık ediyordu. Saçımızı keseceklerini biliyordum. O nedenle önceden saç örgülerimi kesip saklamıştım. Kamboy’un elinin sıcaklığı vardı onlarda, kıyıp da atamazdım…– sözünü tamamlayamadı, birden yaşça kendinden büyük baldızı ile (aralarında beş yaş fark vardı) konuştuğunu hatırlayıp utancından yanakları kızardı. Tıpkı gençliğindeki gibi…
    Ninem Meryem’in yüzünde bundan elli yıl önceki kızarıklığı gördü. Deminden beri onu meraklandıran soruyu sordu; – Nasıl oldu da kaçabildiniz?
    – Yer altı maden ocağında iş çok ağır idi. Bir yandan da açlık, hastalık. Açlık olan yerde hastalık da eksik olmuyor. Kızamık, verem, astım… Hemen hemen her gün ölen var idi. Cenazeleri defnetme işlemini de bize yaptırıyorlardı. Bize hayvandan da kötü muamele ediyorlardı. Havasızlıktan herkesin rengi sapsarı olmuştu. Sadece cenaze defnederken hava yüzü görüyorduk. Cenaze defnetmek sana kolay gelmesin. Sibirya’nın kışını anlayamazsın. Erkeklerin tükürüğü havada donup sakalından sallanıyordu. Yer, ayazdan nasıl donup taşa dönüşüyorsa, orda en hünerli erkek bile mezar kazamazdı. Her seferinde mezar kazma görevini üç kişiye veriyorlardı. Bu üç kişi de ellerine balta alıp buz tutmuş, ayazdan taşa dönüşmüş toprağı yarmaya başlıyordu. Öyle oluyordu ki, sabahtan bu minval üzere mezar kazmaya başlıyor gece yarısı ancak bitirebiliyorduk. Bir deyişle, mezar kazmak madende yaptığımız en ağır işten de ağır idi.
    Bir gün Karabağ beylerinden birinin güzel kızı kendini asmıştı. «Güzel» diyorum ama güzel olduğunu o kızın belki kendisi de unutmuştu, her gün yüzüne-gözüne kömür isi çalıp geziyordu.
    – Neden?
    – Orada namusumuzu korumak için çoğumuz böyle yapıyorduk. Kendimizi kasten çirkin göstermek için neler yapmıyorduk? Hatta kaşlarımızı da tamamen yolup dökmüştük… Ha! O kız da fırsat bulup kendini öldürmüştü. Sibirya’da bu başlı başına bir hüner idi. İntihar etmeye de bırakmıyorlardı. Biz sağ kalıp çalışmalı, açlık ve işkence görmeliydik. Çünkü biz, Sovyet hükümetini tanımak istemeyen adamların karıları, kızları idik. İnsanı yakan nedir bilir misin? Suçsuz cezalandırılmak. Bu nedenle biz durumumuzla uzlaşamıyorduk. Suçumuzun sadece asilzade olmamız olmasıyla, sadece bu suçla Sibirya’ya gönderilmemizle uzlaşmamız mümkün değildi. Ha! O kadının öldüğü gün hava her zamankinden daha soğuk idi. Mezar kazma görevini, anama, bana ve başka bir kadına vermişlerdi. Aslında bu taş kırmakla eşitti. Baltaları götürüp güçlükle işe başladık. Hava o kadar soğuktu ki, ayaz eldivenin içinden geçip insanın iliğine işliyordu. Büyük baltaların ağırlığı da insanı güçten düşürüyordu. Baltayı her kaldırıp indirişte taşa dönen topraktan küçük bir parça kopuyordu. Mezar kazılıp bitmek bilmiyordu. Aç-susuz akşamadek kazdık. Mezarı henüz yarı etmemiştik. Nöbetçiler söyleniyor, bize en kötü küfürleri ediyor, işin gecikmesinden dolayı sinirleniyorlardı. Artık hava kararmıştı. Eli silahlı nöbetçiler sigaralarını çeke-çeke karın üstünde dolaşmaktan bezmişlerdi. Onlar iki kişi idiler. Kendi aralarında fısıldaşıp bir şeyler konuşuyorlardı. Fırsattan istifade anam ve öbür kadın ellerinde balta ile onlara doğru saldırdılar. Anam elindeki baltayı şiddetle nöbetçilerden birinin başına indirdi. Öbür kadın ise baltayı hedefe vuramayıp diğer nöbetçiyi omzundan yaralamıştı. O, yere çöktüğü gibi kadın da onun göğsüne çöküp boğmaya başladı. Onları öldürmeleri o kadar ani oldu ki, yaşananlardan kendime gelemiyordum. Lakin artık kaçmak fırsatını geri tepmek olmazdı. Biz yakınlardaki meşeliğe yöneldik. Kaçıp sığındığımız köydeki ev sahibi çok iyi bir insan idi. O, bizi bir yıl evinde sakladı. Sonra… Çok köyler, çok evler gördük. Bir askere rastladık, o bize çok iyilikler etti, üçümüze de sahte kimlikler düzenledi, iş buldu. Tatar milletindendi, Albay idi, – Meryem’in sesi burada kesildi. Ninem heyecanla sordu: – Ya sonra?
    –O, bizim bütün sıkıntılarımıza katlanmaya söz verdi. Bize öyle gönülden davranıyordu ki, anamın da takdirini kazanmıştı. Anamı ki, tanıyorsun… Böylece… – Meryem’in seni yine titredi, Kamboy’un duvardaki fotoğrafına baka-baka: – Şimdi o benim kocamdır. Emekli Albay Atabiyev.
    – Ya çoluk–çocuktan neyiniz var? –Ninem bu soruyu özel merakla sordu.
    – İki kızım var, – sonra ninemin merakını gidermek için ilave etti: –Oğlum olmadı, olsaydı Komboy’un adını koyacaktım. Kızlarıma da Kamboy’an bahsettim. Beni iyi anlıyorlar. O da iyi adamdır (kocasını aklına getiriyordu), ama çok asabidir. Lakin baldızının gözlerinde bir yığın soru görüp dedi: –Benim hayatım Kamboy’la sona erdi, bahtım–talihim onunla gitti. Şimdiki Meryem bir cisimdir, bir de hatıra yumağı. Ruhum çoktan uçup Kamboy’un yanına gitti. Öylece nefes alıp veriyorum… Sizden haber almak için uzun yıllardır kavruluyorum. O, korku, o hüzün henüz canımdan çıkmamıştı, o nedenle arzumu kimseye belli etmeye cesaret edemiyordum. Allah’ın merhameti büyüktü, geç de olsa gerçekleşti. Şükür ki, talihimde seni, bu toprağı bir daha görmek varmış.
    Günün aydınlanması yaklaşıyordu. Yetmiş yaşında gelin, yetmiş beş yaşında baldız mutlu gençliğin, çok kısa süren mutlu günlerin birbirinden tatlı anılarını hatırladılar. Yıllardan beri yüreklerinde dolaştırdıkları en ulvi duygularla hafızalarındaki mukaddes hatıra sandığını «döküp-döküştürdüler». Birlikte yaşadıkları bey konağındaki günlerin en kötü hallerini de sevinçle yâd ettiler. Bu hatıraların varlığından aldıkları lezzet kalplerini öyle bir refahla doldurmuştu ki, sanki her ikisinin de bir ömürlük mutluluk payını saklayıp-saklayıp bir gecede onlara hediye etmişlerdi.
    Sohbet esnasında ninem: –Meryem, İsfendiyar’ı görmek ister misin? – diye sordu. Meryem geldiğinden beri cevabını almak istediği, lakin kötü haber korkusundan sakındığı için sustuğu, biricik kaynının sağ–salim olduğunu duyunca düşüncelerini dile getirdi: –Sormaya cesaret bulamıyordum, Tavat! Senin kardeş acının bir değil iki olduğunu işitmekten korkuyordum.
    –Allah’a şükür, İsfendiyar sağ–selamettedir. Önceki muzipliği, hazırcevaplığı da yerindedir. Mingeçevir’de yaşıyor. İstersen sabah gidebiliriz.
    …Mingeçevir’den ayrılırken Meryem İsfendiyar’ı kucaklayıp: –Bu son görüşmemizdir gardaş – dedi, – çok kocadım, aslında ben kendi sıcak yurdumdan uzak düştüğümde kocadım.
    Bu söz her üçünü de hüzünlendirdi. Gerçekten her üçü de kocamıştı. Ve her üçü Meryem’in dediği vakitte kocamıştı. Külfet, Dadaş Bey’in alındığı geceden başlamıştı, bey konağından kovulup kiralık eve taşındıkları günden. Bolşeviklerin okul binası yaptıkları evlerinin yanından geçtiklerinde gizli-gizli gözyaşı akıttıkları andan… Çoktan kocamışlardı, uzun zaman önce…
    …Bakü’den Nalçik’e giden tren yavaş yavaş ilerliyordu. Tekerlerin sesi onu koynuna alıp aheste-aheste uzaklara götürüyordu. Bomboz çorak çöller de, tek-tük dikenlik dallarından başka dalı-budağı olmayan çıplak dağlar da, tren gelip geçtikçe tek-tük «əğilip-yıkılan» elektrik direkleri de onu bu ana yurdundan koparıp ayırıyordu. Bu ayrılıkta memnuniyetsizlik, üzüntü karışımı bir sükûnet vardı. Bu ayrılık bundan elli yıl önceki o dehşetli ayrılığa benzemiyordu. Bu tren de o tren gibi yedeğinde çekilmez dert yükü taşımıyordu.
    Meryem’in içinde bir hafiflik vardı. Elli yıldan beri ilk defa kendini bu kadar rahat hissediyordu. Sanki dünyaya yeniden gelmiş gibiydi. Onu seven kalplerin sıcaklığını, ateşini buluyordu kendinde. Kamboy’un fotoğraftan bakan emin bakışları ona – kendi vefalı güzeline «İyi ki geldin!» diyordu.
    Bakü, 2006
    Türkçeye çeviri: Alpaslan Demir

  • Təranə Turan RƏHİMLi.Yeni şeirlər

    Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas

    Burdan qərib Bezansona –
    Hüqoya beş addım yoldu,
    Ruhum qalan Panteona
    Qatar yolu neçə əsr?

    Yenə fikrim uzaqlarda,
    Qraf Tolstoyda qaldı
    Payız… Yasnaya Polyana…
    O kədərli, köhnə qəsr.

    Ryazanda meşə yolu,
    Ağcaqayın sağda, solda.
    Bir şeirlə zəncirlənib,
    Ruhum Yeseninə əsir.

    Qocalıb Puşkin dağında,
    Bir ağacın gözü doldu.
    Bu yaz da gedə bilmədim,
    Yenə hər ilki kəm-kəsir…

    Peterburqda bir tələbə
    Ömründən-günündən oldu.
    Edamdan dönən yazarın
    Səsi qulağımda gəzir.

    Gecəyarı… könül yenə
    Gör kimləri yada saldı?!
    Gör nə qədər doğmalar var,
    Həsrəti qəlbimi əzir.

    ElLƏ SUSDUM DAŞ BİLDİLƏR

    Bu nə yerdi, bu nə dövran,
    Kim göndərdi bura məni?
    Bir yol gördü div adamlar,
    Yüz yol çəkdi dara məni.

    Duyduqlarım duymadılar,
    Dərd yedirib doymadılar,
    İçimdə yer qoymadılar,
    De, gizlədim hara məni?!

    Hər gün bir ümid yıxıram,
    Qalaq-qalaq qəm yığıram,
    Daha özümdən çıxıram,
    Özgələrdə ara məni.

    Baharımı qış bıldilər,
    Nə etdim çaşbaş bildilər,
    Elə susdum daş bildilər,
    Hördülər divara məni.

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVII hissə)

    HAÇANSA,DÜNYADA BİZ OLMAYANDA…

    Ruhlar yurd salacaq özgə məkanda,
    canlar–ləçək,çiçək,böcək olacaq,
    haçansa dünyada biz olmayanda
    bizdən deyilənlər gerçək olacaq,

    Şairə gor qazar korşalan qələm,
    sözlər həm “ağamdır”,nəm də ki,”köləm”,
    bir daha dünyaya gələn deyiləm,
    nə olsun–daha da göyçək olacaq!

    Dünya həm “müştəri”,həm də ki,”baqqal”,
    məkanı paylaşar “şir” ilə-“çaqqal”,
    məndən–nəsillərə sanballı saqqal,
    ismətdən danışan birçək olacaq!

    Zülmün çərçivəsi sınıb haçansa,
    Haqqın məğrur səsi donub haçansa,
    bilirəm–torpağım yanıb haçansa,
    ən azı bir gülə dibçək olacaq!

    İnsaf,niyə boşdur yüyənin belə?
    əli niyə bərkdir döyənin belə?!
    “gözümün yağını yeyənin” belə,
    üzümə son sözü: “Əl çək!”-olacaq!

    Ruhlar yurd salacaq özgə məkanda,
    canlar–ləçək,çiçək,böcək olacaq,
    pislər,Vahid ƏZİZ,həddən-ziyada,
    yaxşılar–olanda; tək-tək olacaq…

    MƏRC MƏKANI…

    Büs-bütün qarışıb xarab-babatla,
    dəyirəm ya yerə,ya kəlləçarxa,
    ağlını itirmiş dəli həyatla,
    ya cici-biciyəm,ya əlbəyaxa.

    Bu cürmü qoyulub Haqdan təməli?
    hər kəs yaxasını çəkir qırağa!
    bilmirsən doğrudur kimin əməli,
    kim “qara qarğadır”,kim “ala qarğa”.

    Dedilər:”Darıxma,olur,həyatdı,
    əsası tapdığın zəmzəmdi,qutdu!”,
    bir Mələk təqsiri boynundan atdı,
    Şeytan sifətini Tanrıya tutdu.

    Şairlər söz qoşur,yazır,dərc edir,
    öyrəndim,Şeytan da,Cin də Mələkdi;
    Şeytanla arada hələ mərc gedir,
    kaş ki,Tanrı deyən üstün gələydi…

  • Xalq şairi Vahid ƏZİZ.Yeni şeirlər (XXVI hissə)

    NAMƏLUM ŞƏHİD MƏZARI…

    Düşmən cumdu,Vətən dedi -“İrəli!”,
    İgid əsgər səhid oldu, dönmədi,
    Qəbri üstə yanan nurlu məş”əli,
    Ürəyinin alovuydu,sönmədi!

    Qocalmazdı!-qalar cavan yaşında,
    Doğmaların gözlərinin yaşında,
    O,Şəhidin uca dağlar başında
    Ucaltdığı Bayraqları enmədi!

    Uzaq gəzər ruhu giley-güzardan,
    Yer qoruyar hər cür ağrı-azardan,
    Ad soruşdum bir “Naməlum məzardan”,
    Qəhər boğdu,məzar daşı dinmədi;

    Daş yerinə-açan güllər danışdı,
    Oxşadığı ipək tellər danışdı,
    Vahid ƏZİZ,ondan ellər danışdı,
    Anladım ki-“Qurban gedən can nədi?”

    01,04,2021.

    BU ÇAĞLARDAN…

    Qocalsam da ürəyimin
    Coşub-daşan çağlarıdı,
    Məni torpağa bağıayan
    Düyün tutan ağaclardı,

    Ömür olsa da quş kimi,
    Saçlarım xam gümüş kimi,
    “Çağlardan”söz düşmüş kimi,
    İndi həmən o çağlardı!

    Günlər-ömrün varaqları,
    Xatirələr-soraqları,
    Alovladan çıraqları
    Biz qalayan ocaqlardı,

    Cavanlıyıq,qocalıyıq,
    Əli körpə uşaqlıyıq,
    Bizlər Vətənə bağlıyıq,
    “İpiqırıq”-qaçaqlardı,

    Düyün tutan meyvə dəydi,
    Bərəkət budaqlar əydi,
    Vahid ƏZİZ sevməsəydi,
    Cavanikən qocalardı…

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (IV hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    XOŞ GƏLMİSƏN

    Qar əriyir, çaylar daşır, sellənir,
    Nərə çəkib, lal qayalar dillənir,
    Çeşmə üstə, salxım söyüd tellənir,
    Ana Vətən oğlun, qızın bəxtiyar,
    Yurdumuza xoş gəlmisən ey bahar.

    Al geyinib gilənarlar, alçalar,
    Bəzyibdi yamacları xalçalar,
    Qayalardan süzən sular, əl çalar,
    Çeşmələrə keşik çəkər, xan çinar,
    Yurdumuza xoş gəlmisən ey bahar.

    Gözəl bahar, nə gözəldi vüsalın,
    Zirvələrə qanadlanıb xəyalın,
    Gözəllikdi əzəl gündən amalın,
    Bu diyardan, gözəl, bir diyarmı var
    Yurdumuza xoş gəlmisən ey bahar.

    Bənövşələr, qızılgüllər nazlanır,
    Gözəllərin yanaqları allanır,
    Hər budaqdan neçə çiçək sallanır,
    Hər çiçəyin arzular,ı şirin bar,
    Yurdumuza xoş gəlmisən, ey bahar.

    Şəlalələr yenə coşub, çağlayır,
    Sünbül qalxıb yolu, izi bağlayır,
    Bir cənnətdi, yaşıl çəmən, çöl- bayır,
    Zirvələrdən yavaş-yavaş gedir qar,
    Yurdumuza xoş gəlmisən ey bahar.

    Qızılgülün düymələnir yaxası,
    Hər çiçəyin təzələnir butası,
    Bir aləmdi yazın nazlı havası,
    İndi-indi qönçələnir heyva, nar,
    Yurdumuza xoş gəlmisən, ey bahar,

    Gün uzanır, günəş qalxır taxtına,
    Hər qayaya çəkilbdi bir xına,
    Qaranquşlar uçub gəlir, yaxına,
    Məhhəbbətdən söhbət açır, yara, yar,
    Yurdumuza xoş gəlmisən, ey bahar.

    Əzəl gündən sən olmusan həmdəmim,
    Sən gələndə yoxa çıxır dərd, qəmim,
    Çəmənlərə göz yaşıdı şəbnəmim,
    Nanə, yarpız el-obaya ilk nubar,
    Yurdumuza xoş gəlmisən, ey bahar.

    Yamaclarda qoyun, quzu hey mələr,
    Yaxalardan bir-bir qopar düymələr,
    Gəlişinlə yaradırsan gör nələr,
    Məclisləri tay bəzəyir kaman, tar,
    Yurdumuza xoş gəlmisən ey bahar,

    Gözəllikdən ilham alır, bu ürək,
    Əziz Musa səni sevir Kərəm tək,
    Bayramımız mübarəkdir, mübarək,
    Gözəlliyə düşmən baxıb, olur xar,
    Yurdumuza xoş gəlmisən, ey bahar.

    BİZİ BAĞIŞLAMAZ

    Qarabağda ermənilər prezident seçkiləri keçirir.

    Azdıq yolumuzu dumanda, çəndə,
    Sevən qəlbimizi həsrət dağladı,
    Doğma yurd-yuvanı qoyub gələndə,
    Dərələr hönkürdü, dağlar ağladı,
    Bizi bağışlamaz vətən torpağı.

    Torpağı böldülər, yurdu satdılar,
    Çoxları yüyürdü kabab iyinə,
    Şuşada, Laçında ocaq çatdılar,
    Bizi yük etdilər elin çiyninə,
    Bizi bağışlamaz vətən torpağı.

    Min oyun açdılar xalqın başına,
    Təzə qanun yazdı əyri adamlar,
    Qiymət oxudular hər qarışına,
    Yurda sahib çıxdı ayrı adamlar,
    Bizi bağışlamaz vətən torpağı.

    Bizə çox gördülər havanı, suyu,
    Hər kənddə, şəhərdə bazar açdılar,
    Yaman dərin oldu daş düşən quyu,
    Pərvanə oğullar oddan qaçdılar,
    Bizi bağışlamaz vətən torpağı.

    Ar-namus satdılar pul hərisləri,
    Qarabağ satıldı bir kresloya,
    Daha satılmağa torpaq qalmadı,
    İndi boylanırıq günəşə, aya,
    Bizi bağışlamaz vətən torpağı.

    Bu dərdi, kədəri kimsə bölüşmür,
    Torpaq azlıq edir tamahkarlara.
    Günahkar bəndəyə fatihə düşmür,
    Torpaq qucaq açmaz günahkarlara,
    Bizi bağışlamaz vətən torpağı.

    Bəs niyə tapılmır bu dərdə yiyə,
    Məzar da satılır pula, sələmə,
    Hər səhər dayanın üzü qibləyə,
    Satqına, namərdə rəhmərt diləmə,
    Bizi bağışlamaz vətən torpağı.

    Qalıb gor yerləri, beşik yerləri,
    Hərə can ağrımız, yaramız təzə,
    İndi harda qazaq biz qəbirləri,
    Halallıq verərmi Qarabağ bizə,
    Bizi bağışlamaz vətən torpağı.

  • Azərbaycanlı şair Əziz MUSA.Yeni şeirlər (III hissə)

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun RəhbəriAzərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    AĞLAMA

    Göz yaşınla gəl kövrəltmə məni sən,
    Dərd olmasın, yolumuzda çiləkən,
    Bilirsən ki, dərd çəkənəm, dərd çəkən,
    Qoyma dinsin, ağrım, acım, ağlama.

    Sən şəkərim, sən şərbətim , balımsan,
    Sən sevgilim, sən qanadım, qolumsan,
    Demirəm ki, sən insafsız, zalımsan,
    Təkcə sənsən, ehtiyacım, ağlama.

    Haqq özüdü, hər insanın pənahı,
    Aşiqinin vallah yoxdu, günahı,
    Hər gecənin, gülüm, vardır sabahı,
    Əlindədir hər əlacım, ağlama.

    Sevgi varsa, yoxdu hicran, dərd, kədər,
    Boylanacaq nurlu günəş hər səhər,
    Gül ki, döysün, qapımızı xoş xəbər,
    Yoxdu daha anam, bacım, ağlama.

    Göz yaşına dəyməz vallah bu dünya,
    Mələkləri gəl çağırma bu haya,
    Şükür eylə, bu qismətə, bu paya,
    Tale yazan bar ağacım, ağlama.

    Sən güləndə, gülür yer- göy, bu cahan,
    Qoyma gəlsin üstümüzə qəm , hcran,
    Əziz deyir, qurban olsun, sənə can,
    Ömrüm, günüm, taxtı- tacım, ağlama.

    TAPŞIR GÖZLƏRİNƏ

    Gözlərin gör necə, naz ilə baxır,
    Elə bil zülmətdə, şimşəklər çaxır,
    Bu oda, alova, neyləsin fağır,
    Tapşır gözlərinə, dinc dursun bir az.

    Mən dözə bilmirəm atəşə, oda,
    Onsuz da istidi, indi hava da,
    Bir od parçasısan, sən bu dünyada,
    Tapşır gözlərinə, dinc dursun bir az.

    Üzmüsən onsuz da bu ürəyi sən,
    Yox deyə bilmirəm vallah nə desən.
    Sən mənim qəlbimin şahzadəsisən,
    Tapşır gözlərinə, dinc dursun bir az.

    Süzgün baxışların qorxusu çoxdu,
    Qaşların bir kaman, kipriyin oxdu,
    Vallah sənin kimi, can alan yoxdu,
    Tapşır gözlərinə, dinc dursun bir az.

    Səni görməyəndə gözlərim dolur,
    Sənsiz ömür, günüm cəhənnəm olur.
    Sənsiz günəş batır, çiçəklər solur,
    Tapşır gözlərinə, dinc dursun bir az.

    Hər gün od tökürsən, alovun üstə,
    Dərd gəlir üstümə, hey dəstə-dəstə,
    Əzizi yandırma, ay boyu bəstə,
    Tapşır gözlərinə, dinc dursun bir az.

  • Coşqun XƏLİLOĞLU.” O, Adəmdir, cəsarəti, hünəri dastan oldu”

    This image has an empty alt attribute; its file name is 1485_001.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    II Qarabağ müharibəsində Kürdəmirin ilk şəhidi olmuş, ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülmüş Əliyev Adəm İlqar oğlunun əziz xatirəsinə ithaf edirəm.

    Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi,
    Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi,
    Anasına arxa idi, dayaq idi, kömək idi,
    İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

    İdmançıydı, yorulmadan məşq edərdi, çalışardı,
    Hər zəhmətə qatlaşardı, əziyyətə alışardı,
    Dostlarıyla oynayardı, həvəs ilə yarışardı,
    Böyüdükcə səy edərək , əsil “pəhləvan” oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

    Musiqini çox sevirdi, nağara, qarmon çalırdı,
    İlhamını ana yurddan, doğma eldən alırdı,
    Şair idi, bir də gördün, xəyallara dalırdı,
    Yazdıqları, igidlərdən, anadan, dostdan oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu
    .
    Müharibə başlayanda, cəsarətlə döyüşlərə atıldı,
    Qorxmaz, igid əsgərlərin cərgəsinə qatıldı,
    Düşmənləri məhv eyləyən – alov, şimşək, od oldu,
    Doğma elə – Kürdəmirə şöhrət , şərəf, şan oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

    Ölümdən qorxmayırdı, söyləyirdi: – erməni,
    Gəlirəm, lap az qalıb, məhv edəcəyəm, səni,
    Tez ol, tərk eylə, bizim bu müqəddəs vətəni,
    Döyüşlərdə qorxmaz oldu, cəsur qəhrəman oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

    Vətənə məhəbbəti, tükənməzdir canında,
    Uyuyur Kürdəmirdə, “Şəhid Xiyabanı”nda,
    Əziz dostu, sirdaşı mərd Fuadın yanında,
    Ordumuz qalib gəlib, bu da, bir zaman oldu,
    O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

    07.02.2021.

  • Coşqun XƏLİLOĞLU.”Əbədi heykəl”

    This image has an empty alt attribute; its file name is 1485_001.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü

    Xalq şairi B.Vahabzadənin ölməz xatirəsinə ithaf edirəm.

    Getdi aramızdan o böyük ustad,
    Amma xatirəsi bizimlə qaldı.
    Oldu böyük şair xalqına övlad,
    Sənət meydanında zəfərlər çaldı.

    İstiqlal şairi cəsarətiylə
    Ucadan söylədi xalqın sözünü,
    Tanındı, seçildi ləyaqətiylə,
    Ovdu qələmiylə düşmən gözünü.

    Çox mətləb qandırdı “Gülüstan”ıyla,
    “Muğam” muğamatı göyə qaldırdı.
    “Şəhidlər” – igidlik qəm dastanıyla
    Qəlblərdə qələbə nuru yandırdı.

    Necə də şirindir, “Ana dilimiz,”
    “Etiraf” özü də cəsarətdir, bil.
    Azadlıq qazanıb Oğuz elimiz,
    İnsanı ucaldan dəyanətdir bil.

    Bəzən “Qəm içində sevinc” də olur,
    “Təzadlar ” mövcuddur “Həyat-ölüm” tək,
    Bəzən baharda da yarpaqlar solur,
    Bəzən alaq kimi atılır çiçək.

    Sözləri qılıncdan iti, kəsərli,
    Sözləri bir hikmət, bir məsəl oldu,
    Fikri, düşüncəsi dərin, dəyərli,
    Şam ömrü yaşadı nur, məşəl oldu.

    Müdriklər yurdunun müdrik şairi
    Həmişə sevilib – oxunacaqdır,
    Nə qədər şeir var, Azərbaycan var,
    “Əbədi heykəl” tək yaşayacaqdır!

    Getdi aramızdan o böyük ustad,
    Amma xatirəsi bizimlə qaldı.
    Oldu böyük şair xalqına övlad,
    Sənət meydanında zəfərlər çaldı.
    2009

    2011-ci ildə “Şirvannəşr”də çap olunmuş “Sabaha yol gedirik” kitabından

  • Kənan AYDINOĞLU.”Ruhu Tanrıdan alıb insanın qidası muğam”

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    * * *

    Ruhu Tanrıdan alıb insanın qidası muğam,*
    Dərdləri bölüşməyin ən asan çarası muğam.

    Bircə tar, bircə kaman səs salaraq tez yayılır,
    Füzuli məskəninin gah ağı, qarası muğam.

    Neçə il arxasında ürək dolu səslənməyən,
    Qarabağ qızlarının könlünün yarası muğam.

    Onu dinlədikcə bax, min sınıq qəlbə yol tapır,
    Çənlibeldə yurd salan Koroğlu narası muğam.

    Sarı bülbül, sona bülbül deyərək tez yayılır,
    Bu ana torpağımın ən şirin balası muğam.
    Sentyabr, 2007

    *Bu şeir ilk dəfə olaraq İctimai Radioda yayımlanan “Muğam albomu” verlişində səslənmişdir.

  • Kənan AYDINOĞLU.”Məclisin küncündə yeyən dostlarım”

    This image has an empty alt attribute; its file name is 1902788_614529541965133_896121757_n-225x300-1.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yenə də Səssizlik qərib dünyada,
    Halımı öyrənib, soruşan yoxdu.
    Bir vaxt şeirləri əzbər deyərdin,
    İndisə haqqımda danışan yoxdu.

    Deyirlər həssaslıq bir fəlsəfədi,
    Bürclərin içində Əqrəb bürcündə.
    Məsləhət verməyə hazır olanlar,
    Qaçıb gizləniblər bir ev küncündə.

    Qəzetdə şeirim dərc olan günü,
    Hərəsi bir tərif deyib, qalırdı.
    İnciyib, küsdüyüm hər bir dost üçün,
    Guya ki, oxşayıb, könlüm alırdı.

    Gün keçdi, ay ötdü bir az böyüdü,
    “Şənimə təriflər deyən dostlarım”.
    Sonradan heç məni tanımadılar da,
    Məclisin küncündə yeyən dostlarım.

    Əl tutub köməklik edəndə axı,
    Dayaq sayırdılar məni özünə.
    İndisə əlimdə imkanım yoxdu,
    Daha heç baxmırlar şair sözünə.

    28 Oktyabr 2015-ci il.Bakı şəhəri

  • Xalq şairi Süleyman RÜSTƏM.”Seçilmiş əsərləri”ndən seçmə şeirlər

    QƏLƏMDƏN GƏLİR

    Odlar ölkəmdəki bu yaraşıqlar
    Könlümün on şirin, xoş nəğməsidir.
    Açıq alınmdakı bu qırışıqlar
    Keçdiyim yolların xəritəsidir.

    Yox, vaxtı ötməyib bahar çağımın,
    Yenə şeir yazmaq əlimdən gəlir.
    Bu sağ əlimdəki üç barmağımın
    Qabarı tutduğum qələmdən gəlir.

    VƏTƏN EŞQİ

    Vətən gülüşənləri görunür mənə
    Şeir bağım kimi, söz bağım kimi.
    Bir torpaq göstərin, güllər bitirsin
    Mənim Azərbaycan torpağım kimi.

    Əlimlə dirçəlir hər bağ, hər bağça,
    Burda yüz yaşlıya deməzlər qoca.
    Ellərin başını görürəm uca,
    Savalanım kimi, Şahdağım kimi.

    Bir daha tarixi gətirək yada,
    Xalqım baş əyməyib ömründə yada.
    Bir ocaq göstərin mənə dünyada
    Mənim odu sönməz ocağım kimi!

    Yurdumun günəşli səhərində mən;
    Tapmışam bəxtimi zəfərində mən.
    Görürəm dünyanın çox yerində mən
    Dan yeri qızarır bayrağım kimi.

  • Xalq şairi Zəlimxan YAQUB.”Seçilmiş əsərləri”ndən seçmə şeirlər

    ŞAİR QƏLƏMİYLƏ İŞİN OLMASIN

    Mənə o qələmi nə sənin dədən,
    Nə vəzir, nə vəkil, nə də şah verib.
    Ona söz atmasın hər gəlib gedən,
    Onu Zəlimxana bir Allah verib.

    Yaz deyib sevinci, yaz deyib qəmi,
    Fitnəyə verməyib, fəndə verməyib.
    Allahdan almışam mən o qələmi,
    Mənə o qələmi bəndə verməyib.

    Qələm sındırmağa yaranmamışam,
    Hünərin çatırsa, gəl, sındır onu.
    Əgər bacarırsan, tək bircə axşam
    Yazmaq həvəsindən daşındır onu.

    Qələmin dünyası ocaqdı, pirdi,
    Qələm sındıranlar şümürdü, bala.
    Bu nifrət nə zaman qəlbinə girdi,
    İçini nə zaman gəmirdi, bala?

    Baxdım bostanıma atılan daşa,
    Əl sənin əlindi, daş sənin deyil.
    Gülməli səhnədi, qəmli tamaşa,
    Ağıl özgənindi, baş sənin deyil.

    Sən daş at, mən sənə pambıq atacam,
    Yaralı canımı daş ağrıtsa da.
    Boş dedi-qodular gəldi-gedərdi,
    Könüllər sındırıb, baş ağrıtsa da.

    Səni kim bu yola çəkib, aparıb,
    At getsin, fırlansın, daş ona dəysin.
    Sonradan başıma qaxınc etdiyin
    Əvvəlki sevgin də başına dəysin.

    Haqqın qəzəbinə gələrsən, bala,
    Bu qələm “Saz” yazıb, “Ələsgər” yazıb.
    İmrələr sözüylə çatıb vüsala,
    Hər ulu kişiyə bir əsər yazıb.

    Hər sevgi, hər barış bir yeni dastan,
    Nifrət qəzəblərə, nifrət kinlərə.
    Bu qələm dərs alıb Dərviş Yunusdan,
    Bu qələm yas tutub “Didərginlər”ə.

    Ey qələm sındırmaq istəyən naşı,
    Allahın danışan dilidir qələm.
    Şairin əlində od parçasıdı,
    Cahilin əlində ölüdür qələm.

    Fərhad külüngüdü Şirin yolunda,
    Hasardı, qaladı şərin yolunda.
    Can verib ocağın, pirin yolunda,
    Ulu ustadların yoludur qələm.

    Göydə bir mələkdi, yerdə pəridi,
    Yanan üfüqlərin parlaq zəridi.
    Coşanda Koroğlu dəliləridi,
    Sevəndə Məcnuntək dəlidir qələm.

    Dərvişdi, ozandı, eldi, aşıqdı,
    Yaradan əllərə bir yaraşıqdı.
    Harda qaranlıq var, orda işıqdı,
    İnsanın xilaskar əlidir qələm.

    MƏN SÖZÜN ANASI

    Tanrının sözünə dirsəklənmişəm,
    Söz – yaşıl yamacım, söz – talam mənim.
    Yeddidən yetmişə rəngi gözümdə,
    Söz – gülüm, gülşənim, söz – lalam mənim.

    Dilimdə ilk kəlmə dinəndən bəri,
    Söz oldu ömrümün sərvəti, zəri.
    Mənəm sərkərdəsi, mənəm əsgəri,
    Söz – daşım, divarım, söz – qalam mənim.

    Yoğurdum, başımda ağıl elədim,
    Dastana çevirdim, nağıl elədim.
    Böyütdüm, bəslədim, oğul elədim,
    Mən sözün anası, söz – balam mənim.

    28 yanvur 2005

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Seçilmiş əsərləri”ndən seçmə qəzəllər


    Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,
    Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.

    Zaman dönməz öz hökmündən… Biz ayrıldıq, tez ayrıldıq,
    Dilim bar verməz, ay dostlar, deyəm ki, sevgilim yoxdur.

    Çiçəklərdən, küləklərdən mən allam ətrini yarın,
    Dilək ölməz, ürək ölməz, sevənlərcin ölüm yoxdur.

    Gülüm əğyar qılıncıyla sevərkən ayrı düşdük biz,
    Bu həsrətdən, bu möhnətdən daha müdhiş zülüm yoxdur.

    Sevib yandım, külək qalxdı, külüm sovruldu əflakə,
    Məni gərmə bu dünyada odum söndü, külüm yoxdur.

    Ağac yansa, fəğan eylər, deyər öz dərdini aşkar,
    Deməkçün dərdimi yarə, bəmim varsa, zilim yoxdur.

    Səninlə Bəxtiyaram mən, ayım sənsən ilim sənsən,
    Bu dünyada mənim sənsiz ayım yoxdur, ilim yoxdur.


    Bu qədər saldı məni həsrət, amandan-amana
    Könlüm axırda mənim düşdü gümandan-gümana.

    Neçə alim yazıb öz dərdini izhar elədi,
    Aşiqin dərdi fəqət keçdi zamandan-zamana

    Dərdü-qəmdən usanıb düşdü könül hicr oduna,
    Eləyək indi şikayətmi yamandan-yamana?!

    Səni gördükdə mən ancaq belə dil-dil ötürəm,
    Boşalır göydə buludlar da dolandan-dolana…

    Demərəm görməmişəm mən səni çoxdandı, gülüm,
    Görürəm surətini yalqız olandan-olana…

    Könlümün üstə düşən kölgələr əlan silinir,
    Başımın üstünə sən kölgə salandan-salana.

    Neçə yol vədə verib əhdə vəfa qılmadı yar,
    Bəxtiyar! Qəlbin axır düşdü talandan-talana.

    Sentyabr, 1963


    Ağlar ürəyim, səs gələr, ah-azar görünməz.
    Gözdən yaş axar, qaynağı zinhar, görünməz.

    Ruzgar yenə tüğyan eləyir dalda, budaqda
    Toz-torpağı gördük, niyə ruzgar görünməz?

    Tonqal yanır, atəş görünür, atəşi yaxmış,
    Əl gizli səbəb, gizli səbəbkar görünməz.

    İllər üzərindən yön alıb yol gedirik biz
    İllər görünür, bəs niyə yollar görünməz.

    Qəmdən şad olursansa, könül mülkünə sən bax,
    Güllər açılıb, amma o gülzar görünməz.

    Bəxtin mənə yar olduğunu çoxları söylər,
    Bəxtim görünür, bəs niyə dildar görünməz?

    Avqust, 1970


    Daş ürəklərdə yanıb daşları sındırdı muğam.
    Haqqa düşmən olanı haqqa tapındırdı muğam.

    Nə güman eyləmisən ondakı tilsimləri sən,
    “Kürü ahıyla qurutdu”, “salı yandırdı” muğam.

    Onun hər guşəsi bir xatirə, bir canlı kitab,
    Keçilən yolları hərdən bizə andırdı muğam.

    Su çilər kinli ürəklərdə qəzəb tonqalına,
    Neçə qəsdin önünü kəsdi, dayandırdı muğam.

    O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud,
    Oyadıb yaddaşı, vicdanı utandırdı muğam.

    Dəfn edin siz məni Zabul segahın mayəsinə,
    Deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam.

    Çox kitablar oxudum, zənn elədim bəxtiyaram,
    Mənə çox mətləbi ahəstəcə qandırdı muğam.

    1974

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    Söylə

    Dərd içini yandıranda
    Apar dağa-daşa söylə.
    Bir ömürdə nələr çəkdin,
    Nələr gəldi başa, söylə.

    Qaldır zilə, endir pəsə,
    Səs ver səni duyan kəsə,
    Dərdini Haqq eşitməsə,
    Gözündəki yaşa söylə.

    İllər keçsə, sərt, necədir?
    Vaxt olsa, namərd, necədir?
    Desələr ki, dərd necədir?-
    Çək əlindən haşa, söylə.

    1. VII.2004.

    Dörd yanımız hasar, barı

    Açılmaq gül kimi aydın,
    Açılıb-solmayan varmı?
    Boz-bulanlıq göylər kimi,
    Boşalıb-dolmayan varmı?

    Qəmli kimdir-boyun bükən,
    Dərdli kimdir-qan-yaş tökən.
    Ey saçına sığal çəkən,
    Saçını yolmayan varmı?!

    Dörd yanımız hasar, barı,
    Gün əritməz yatan qarı.
    Biz gedirik qəbrə sarı,
    Bizimlə olmayan vermı?!

    30.VIII.2004

    *Bu şeirlər Xalq şairi Zəlimxan Yaqubun 2006-cı ildə işıq üzü görmüş “Mən bir dağ çayıyam…” adlı şeirlər kitabından seçilərək dərc olunub