QƏLƏMDƏN GƏLİR

Odlar ölkəmdəki bu yaraşıqlar
Könlümün on şirin, xoş nəğməsidir.
Açıq alınmdakı bu qırışıqlar
Keçdiyim yolların xəritəsidir.

Yox, vaxtı ötməyib bahar çağımın,
Yenə şeir yazmaq əlimdən gəlir.
Bu sağ əlimdəki üç barmağımın
Qabarı tutduğum qələmdən gəlir.

VƏTƏN EŞQİ

Vətən gülüşənləri görunür mənə
Şeir bağım kimi, söz bağım kimi.
Bir torpaq göstərin, güllər bitirsin
Mənim Azərbaycan torpağım kimi.

Əlimlə dirçəlir hər bağ, hər bağça,
Burda yüz yaşlıya deməzlər qoca.
Ellərin başını görürəm uca,
Savalanım kimi, Şahdağım kimi.

Bir daha tarixi gətirək yada,
Xalqım baş əyməyib ömründə yada.
Bir ocaq göstərin mənə dünyada
Mənim odu sönməz ocağım kimi!

Yurdumun günəşli səhərində mən;
Tapmışam bəxtimi zəfərində mən.
Görürəm dünyanın çox yerində mən
Dan yeri qızarır bayrağım kimi.