Səni yaz qatarı apardı tezdən,
Elə bil dünyanı qarlı qış aldı.
Heç yana getmədin sən yer
üzündən,
Bəs niyə yer üzü birdən boşaldı.

Hicran elə gəldi, ayırdı bizi,
Sanki üfüqlərə uçan xəyaldın.
Hicran elə bildi ayırdı bizi,
Bir idin, min olub qəlbimdə qaldın.

Gecələr sakitcə axan ulduzlar,
Göylər çəmənində naxışlarındır.
Hardansa gözümə baxan ulduzlar
Ulduz yox, həsrətli baxışlarındır!