Author: Delphi7

  • Xalq yazıçısı Əzizə Cəfərzadənin “Eşq sultanı” kitabı Türkiyədə nəşr edilib

    2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.

    Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.

    İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.

    Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.

    Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.

    “Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.

    Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.

    Mənbə: https://azertag.az

  • Xalq yazıçısı Əzizə Cəfərzadənin “Sabir” romanı Türkiyədə nəşr edilib

    2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.

    Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.

    İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.

    Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.

    Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.

    “Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.

    Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.

    Mənbə: https://azertag.az

  • Xalq yazıçısı Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim” romanı Türkiyədə nəşr edilib

    2022-ci ilin son 4 ayında Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin 3 məşhur kitabı Türkiyənin İstanbul şəhərində “Bengisi yayınları” tərəfindən çap edilib.

    Bu barədə AZƏRTAC-a müsahibəsində yazıçının oğlu Turan İbrahimov məlumat verib. O deyib: “2021-ci il noyabrın 11-də tərcüməçi Mustafa Öğünçla imzaladığımız müqavilə əsasında yazıçının 5 kitabının 5 il müddətində Türkiyədə nəşr edilməsinə icazə verilib. Bu kitablardan birincisi klassik ədəbiyyatımızın böyük şairi Məhəmməd Füzuli və Mühibbi təxəllüsü ilə qəzəllər yazmış Sultan Süleyman Qanuni haqqında “Eşq sultanı” romanıdır. Türkiyə ilə ortaq ədəbiyyat dəyərlərimizi canlandıran bu roman anam Əzizə Cəfərzadənin son əsəridir və yazıçı onu audioformatda diktofona yazıb. Mən onu ilk dəfə 2005-ci ildə professor Vaqif Sultanlının redaktəsi ilə nəşr etdirmişəm.

    İkinci çap olunan kitab “Sabir” romanıdır. Bu əsər satirik şairimiz Mirzə Ələkbər Sabirin həyatından bəhs edir və onun bu il qeyd olunan 160 illik yubileyinə bizim töhfəmizdir.

    Üçüncü kitab isə dövründə Əzizə Cəfərzadəni ən çox məşhurlaşdıran XIX əsr Azərbaycan ədəbiyyatının böyük şairi və mütəfəkkiri Seyid Əzim Şirvanidən bəhs edən “Aləmdə səsim var mənim” romanıdır”.

    Yazıçının digər əsərlərinin türkcəyə çevrilməsi və nəşri üzərində işlərin davam etdirildiyini bildirən müsahibimiz deyib: “Müqaviləyə əsasən “Bakı-1501” və “Yad et məni” romanları da Türkiyə oxucularına təqdim ediləcək. Bu kitabları türkcəyə çevirən Mustafa Öğünç müasir türk dili və ədəbiyyatı üzrə təhsil almış istedadlı gəncdir. Ona Azərbaycan-Türkiyə münasibətlərində mühüm əhəmiyyət kəsb edən bu işlərində uğurlar diləyirik.

    “Eşq sultanı” və “Aləmdə səsim var mənim” kitablarının türkcə variantını diqqətlə oxuyub qeydlər etmiş, həmyerlimiz, riyaziyyatçı, Ankara Universitetinin professoru Şahin Əmrahın da böyük zəhməti var. Onu da qeyd edək ki, Şahin Əmrah “Aləmdə səsim var mənim” romanında adı dəfələrə çəkilən din xadimi Hacı Məcid Əfəndinin kötücəsidir. “Sabir” romanının türkcə variantının orijinala uyğunluğunu isə yazıçının qardaşı nəvəsi Aygül Cəfərzadə yoxlayıb.

    Əzizə Cəfərzadənin bu kitablardan əvvəl “Anamın nağılları” kitabı 1990-cı ildə Türkiyədə Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən çap edilib. 2006-cı ildə isə yazıçı-alimin toplayıb, tərtib etdiyi 800 illik qadın yaradıcılığımızı əks etdirən “Azərbaycan aşıq və şair qadınları” kitabı da Çingiz Alyılmaz tərəfindən türkcəyə çevrilərək nəşr edilib”.

    Mənbə: https://azertag.az

  • Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabı nəşr olunub

    Dövlət Tərcümə Mərkəzi tanınmış Azərbaycan şairi Nigar Həsənzadənin “Seçilmiş şeirlər” kitabını nəşr edib.

    Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Xalq şairi Ramiz Rövşənin “Oxunan və eşidilən şeirlər” adlı “Ön söz”ü ilə təqdim olunan şeirlərin Azərbaycan dilinə tərcümə müəllifi – tanınmış şair Salam Sarvandır, redaktoru – tanınmış şair – tərcüməçi Mahir N. Qarayevdir.

    Mənbə: https://azertag.az

  • Ramil Əhmədin yeni şeirlər kitabı çap olundu

    Şair, esseist Ramil Əhmədin “Abşeron yarımadamı” adlı şeirlər kitabı çap olunub.

     “Parlaq İmzalar” nəşriyyatında nəşr ediən kitabın redaktoru Aqşin Yeniseydir.

    Kitab yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək.

    Qeyd edək ki, “Abşeron yarımadamı” müəllifin beşinci kitabıdır. Bundan əvvəl müəllifin “Zaman tuneli” (2015), “İki şəhərin yazıları” (2018), “Orxan Pamukun evində” (2021) və “Nizami Gəncəvinin poetik portreti” (2021) kitabları işıq üzü görüb.

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Şəfa VƏLİYEVA.”Aldanıb sarı rəngin möhtəşəmliyinə”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Şam ağacına sarmaşıb

    “Aşdım-daşdım” budağı…

    Saçlarımı qayçılayıb

    Torpağına tökmüşəm…

    … “illər aşıb, aylar aşıb,

    xatirənlə qucaqlaşıb”

    gətirərmi bu yanvarda

    vüsalı şam ağacı?

    “…sarı rəngdi həsrəti…”

    Nənəm oxşayardı şamı…

    İndi şamın həsrəti də,

    Nənəmin laylası da

    Çox köhnə xatirədi…

    Aldanıb sarı rəngin möhtəşəmliyinə

    Gözlərimin kökünü

    Sən yaşayan şəhərin

    Xəritəsinə bükmüşəm…

    …çox köhnə xəritədi…

    Ölməyən ümidlərə may ağısı

    Sənə mesaj yazıram,

    Yazıb-yazıb silirəm…

    Seçdiyim hər hərflə

    Yeni cığır açıram,

    O cığıra daş düzüb

    Tez qaçıb gizlənirəm…

    …ağlım yoxdu, bilirəm…

    Gün siləndə buludun

    Üzündəki tozları

    Əllərimi xatırla…

    Qarı nənə “söz qoşub”

    “Deyikli” ümidindən

    Küsdürəndə qızları

    Şeirimi xatırla…

    Və bir gün…

    Bir ləçəkdə

    Rast gələrsən qurumuş

    Kəpənək qanadına…

    Adım düşər yadına…

    …Sevirdim səni, ümid,

    Ümidin inadına…

    Telefonum naxış-naxış

    Körpə şəkilləriylə…

    Dualarımda qarğış:

    “Ümidin ölsün, ümid…

    Ölsün öz əllərində…”

    Heç səni belə sevən,

    Belə söyən oldumu?

    Adınla gün başlayan,

    “Balam”…-deyən oldumu?

    …ölümsüzsən, bilirəm….

    Heç sonda da ölmürsən…

    …sənə mesaj yazıram…

    Yazıb-yazıb silirəm…

    Bağışlama, ümidim…

    Zaval ver ümidimə…

    …ağlım yoxdu, bilirəm…

    lll

    Bu gecə bonzay çiçəyi,

    Dan üzü solub gedəcək…

    …qocalıram…

    Əlimdədi cavanlığım-

    -şəkillərin ən göyçəyi…

    Bir az baxıb ağlayaram,

    Xatırlayıb gülərəm də

    O şəkil çəkilən günü…

    …bir də…

    Bir də başım üçün

    MRT çəkilən günü…

    …bu gecə yaman gecədi…

    Bu gecə məni üzəcək…

    Ağrımı ağrıkəsici,

    Ümidimi ay kəsəcək…

    Dar gələcək ürəyimə

    Geyindiyim təsəllilər:

    Bu gecə bonzay çiçəyi,

    Dan üzü solub gedəcək…

    lll

    Bu şəhərin əyninə dar gəlir darıxmağım;

    Həsrət pəhriz tanımır…

    Ürəyimi çox üzür sənsiz günə baxmağım,

    Bir də ağrılar üzür gözümün giləsində,

    Sonra gəlib demə ki: “Dərdim dəniz tanımır…”

    Getdin ha…

    O günün günortası yadında?

    Bir ovuc qəm yığmışdın çiynindəki çantaya…

    Sonra mesaj yazmışdın:

    “Nəsə yadımdan çıxıb?”…

    Utanmışdım yazmağa, indi deyim, indi bil,

    Bir ovuc dən unutdun saçlarımın ucunda…

    lll

    Ən gözəl sevgi şeiri

    Uzaqlara yazılar…

    Sevgilərin şairi

    Dərddən ölməz,  üzülər…

    Yamyaşıl sevgilərin

    İntihar nağılları

    “Qara sevda” adlanar…

    Sapsarı həsrətlərin

    Qoynunda yol görünər,

    “Ağ atlar” qanadlanar…

    Nə muraddı, nə addı,

    “Göy alma”dı  butalar…

    Güldürmədi, ağlatdı-

    Arzumun eyvanında

    Qalan “Qızıl alma”lar…

    İndi hansı nağılı

    Danışım ki, mən sənə

    Bu gecə rahat yatasan?

    Bəlkə bir laylay deyim,

    Əzib suya qatım səni

    Ağrılarıma batasan?

    Üzü döndü şah oğlunun

    Gəlib açmadı saçımı

    Ağrıların ətəyindən…

    O div də unutdu məni…

    Alıb qoymadı canımı

    “Əcəl” adlı şüşəsinə…

    Sən də unutdun…

    Sən də…

    Unutdun ki, yazdığın

    Hər mesajın sonunda üç nöqtəyəm…

    Və təkəm…

    Bu təkliyin əlində

    Sənə şeir yazıram…

    Yazıram ki:

    Ən gözəl sevgi şeiri

    Uzaqlara yazılar…

    Sevgilərin şairi

    Dərddən ölməz, üzülər…

    lll

    Şair xəyalında üzən gəmiyçün

    Səssiz okeana dönər gecələr…

    Qağayı həsrəti şeir oxuyar…

    Uzaqdan görünər yarasa gözü…

    Mayak ümidiylə bayraq toxuyar

    Buludu kəm olan göyün altında

    Bir qıpçaq qızı…

    Sonra o bayrağı alar əlinə

    Atılar xəyalən eşq döyüşünə

    Bir qıpçaq igidi…

    Unudar bülbülün nakamlığını,

    Ömrünü qanadar gül tikanları…

    …şair xəyalının tənha gəmisi

    Ağlar həsrətinə qağayıların…

    Bir pəncərə təklənər yaşadığım çardaqda;

    Bayatı çəkərəm, ağı deyərəm,

    Yapışıb küləyin ayaqlarından

    Atılar gecəyə söylədiklərim…

    Xəyali gəmidə qıpçaq igidi

    Eşqə əsir düşər…

    Əyilib pıçıldar qıpçaq qızına:

    -tək gözlü piratdı, eşqdən oxuyur…

    …şair xəyalının tənha gəmisi

    Gecə-okeanda təkdi…

    Və qorxur…

  • Şəfa VƏLİYEVA.”Ölçmə, qaraçı qızı…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Yordun məni alqışlarla:
    “Baxtın açsın yollarını”…
    Ovcumdakı qırışlarla
    Ölçmə ömür yollarımı..
    Ölçmə, qaraçı qızı…

    Sən dedin… könlüm utandı…
    “Kimi sevirsən, bilirəm”…
    Qürurumla arzuladım
    Sevilmədiyimi bilmə….
    Bilmə, qaraçı qızı…

    Sevdiyim ruh əhvalıdı…
    Canı-qanı… mənim deyil…
    Bu axşam qanım qaradı…
    Bu axşam da mənim deyil…
    Görmə, qaraçı qızı…

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (VII hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    * * *

    Cəzalıdı ürəyim,
    Bədənimdə küncə qoydum.
    Yorulan göz yaşımı
    Yanağımda dincə qoydum.

    Bu da səndən qalan ömür,
    Yarı sənsən, yarı sudu.
    Həsrətini atdığım yer
    Gözlərimin quyusudu.

    Eh! Yolların yol yoldaşı,
    Gedən yollara qarışdın.
    Sən tək bədəndən ibarət
    Sevgilərə alışdın…

    * * *

    Günəş bir az başını
    Aşağı əyib getdi.
    Qaraldı hava.
    Gecənin qaranlığında Ay
    Ağ diş kimi
    Ağardı uzaqdan.
    Yağdı küləyin səsi,
    Göyün gurultusu
    Yağış kimi.
    Töküldü üstümə
    Xatirələr qarğış kimi.
    Bir başıpapaqlı
    Həsrətdi mənimki,
    Mən də mental düşüncədə –
    Sözündən çıxa bilmədim.
    Gecə bilmədim,
    Yuxu bilmədim.
    Bütün qaydaları pozdum,
    Bir addım qabağa çıxdım.
    Bu qadın canımla
    Bir damcı qorxu bilmədim.
    Bəs sən neylədin mənimçün?

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (VI hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Anlaya bilirdik bir-birimizi,
    Küssək də,
    Sussaq da duya bilirdik.
    Yıxıb tökdüyümüz,
    Dağıtdığımız
    Hər şeyi yerinə qoya bilirdik.
    Bəs niyə olmadı?
    Nəydi olmayan?
    Daş dediyin ürəyim də
    Gördünmü qırıldı axır?
    Həvəsim qalmayıb
    Qol qaldırmağa,
    Yoruldum axır.
    Pəncərəmdə hirsli külək,
    Ürəyim qorxudan əsir.
    Bəs bir də olmasa…
    Dilim qurusun,
    Günün
    İt ulayan qaranlığında
    Ağlımda bu fikir
    Neynir, nə gəzir?


    Bir az səhmana saldım
    Dağınıq düşüncəmi.
    Açdım, görüm nə qalıb
    İçində düyünçəmin.

    Ümu-küsüləri atdım,
    Bağışladım hamını.
    Həyatdı dəə, neyləyək?
    Tanıdım adamımı.

    Sonra bir yol gülümsədim
    Başım üstə Tanrıya.
    Dedim, əllərimi qoru,
    Daha canı yuxalıb,
    Tab gətirmir ağrıya.

  • Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib

    Bakıda İnter Continental oteldə “Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının Baş Katibi və “Konfransların təşkili və Tədbirlərin İdarə Edilməsi” təşkilatının icraçı direktoru, Dubayda yaşayan bloqqer Tariq Feyzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə urdu və Azərbaycan şairlərinin iştirakı ilə “Urdu-Azərbaycan Beynəlxalq Poeziya və Mədəniyyət Gecəsi” keçirilib.

    Gecədə Pakistan, Hindistan və Dubaydan olan urdu dilli şairlərlə yanaşı, azərbaycanlı şairlər də iştirak edib, həm urdu, həm də Azərbaycan dilində şeirlər səsləndiriblər. Pakistandan Babar Nasim Assi, Dr. Saima İram, Hammad Niyazi, Hindistandan Zübeyir Ansari, Dubaydan İrfan İzhar, Azərbaycandan isə Azadə Novruzova, Aysel Fikrət, Müşfiqə Baləddin və Əkbər Türbəndeyev iştirak edərək öz şeirlərini təqdim ediblər.

    Gecədə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, millət vəkili İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya Ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsinin urdu dili müəllimi Eldost İbrahimov fəxri qonaq kimi iştirak ediblər.

    Sonda sufi rəqsləri və urdu dilində mahnılar təqdim olunub.

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gülnar SƏMA.”Elçin İsgəndərzadənin poeziyası”

    Elçin İsgəndərzadənin yaradıcılığında elmi dəqiqliklə bədii ehtimal bir-birini təkzib etmir. Texniki elmlərdə dillərdən düşməyən, humanitar elmlərin isə yadına düşməyən elə sözləri poeziyaya gətirir ki, ortaq məxrəclə razılaşmalı olursan. Məsələn, Xudu Məmmədovdan bəhs edən “Bu qala bizim qala” simfonik poemasında işlətdiyi “kristal” sözü kimi. Bu söz bədiilikdən uzaq, məcazlıqdan qaçaq sözdür. Lakin adı çəkilən poemada məhz bu sözü açar söz kimi qəbul etmək olar. Şair məhz kristal sözü ilə Xudu Məmmədovun həyat və fəaliyyətini, hətta xarakterini təqdim edə bilmişdir.“Turan savaşçısının nəğmələri” poemasında isə Çingiz və Elçin sözlərinin “Çin” hissəciyi bir sözün ilk hecasında digər sözün son hecasında işlədilərək ad bənzərliyi yaradır: el-ÇİN-giz.Anladım ki, Çingiz ağa,Mənim atım sənin atına qardaş.Bu dünyada mənim adımSənin adına qardaşElçin İsgəndərzadənin bir şeirində, bəzən bir şeirin bir bəndində böyük bir həyat həqiqəti əksini tapır.Tanrı iyirmi yaşlı qazilərinalnına zəfər müjdəsi yazır – iyirmi yaşlı qazilər əlil arabalarıylason döyüşə, son savaşa girməyə hazır!!! və yaQırx beş yaşımdaeşidirəm o Aynalı tüfənginbabamın səsinə oxşar səsini.Qarabağdakı evimizdəkiAynalı tüfəngin qundağındakı yazıdanÖyrəndim nəslimin şəcərəsini…- nümunələrdə sanki irihəcmli bir əsərin sözçülükdən uzaq özəti verilmişdir. Bu xüsusiyyətləri onun çoxsaylı şeirlərində müşahidə etmək mümkündür. Bunlarla yanaşı, Elçin İsgəndərzadə poeziyasının mərkəzində millilik və türkçülük məsələləri dayanır. İstər şeirlərində, istərsə də poemalarında türk nəfəsi açıq-aydın duyulur. Türkçülük qızıl xətt kimi keçir: Qılıncımız belimizdə Qopuzumuz əlimizdə, Ya hu, ya hu – dilimizdə, Türkük, türkü oxuyuruq” – bəndində türkə məxsus döyüş ruhu da, kult kimi qəbul edilən qopuz da, dilimizin duası da bir araya gətirilib. Eyni motiv başqa bir şeirində də özünü göstərir:Babalarım ağ atlardakeçib getdi bu yerlərdən,bu gün yenə ağ atlıbir türk əsgəriyəm mən.Mehtər marşları çaldıq,Alınmaz qalalar aldıq…Göy üzündə hilalımız,Dünya haqdan halalımız! Bu nümunədə “ağ atlı oğlan”ın bütün gəlmişi-getmişi sərgilənir. Türk atının ayaq izləri olan yerlərdə mehtər marşları ilahi ədalətin bərqərar olması üçün çalınar. Nümunədə bu inam “dünya halal haqqımız” olması qənaəti ilə reallaşıb. “Göy üzündə hilalımız” misrası isə sadəcə qafiyə xatirinə işlənməyib. Bəllidir ki, göy rəng türkün rəngi, türkün simvolu kimi qəbul edilib. Tarixdə bir çox türk dövlətlərinin adları da göy sözü ilə bağlı olub. Göyün üzündəki hilal-aypara əksər türk dövlətlərinin bayrağını bəzəyir. Hilal-ay gecələr bəşəriyyəti zil qaranlığın xofundan xilas etdiyi kimi, türkün dünyadakı halal haqqı sovunmağı da bəşəriyyəti müxtəlif bəlalardan xilas etməsi deməkdir. Şair dünyanın hər yerində ədalətə vətən yaradan türkün öz coğrafiyasına da söz qoşur. Bu coğrafiyanın türkə məxsusluğu isə onun torpağının qanla suvarılıb qorunması ilə fərqlənir:Qarşı yatan qara dağlar ötəsitorpağını, daşını qanımızla suvardığımız məmləkətdir, məmləkət!Savaş günü atları yəhərləyibqibləsinə vardığımız məmləkətdir, məmləkət! Bu, məmləkət sözü ilə ehtiva olunan məkan böyük Turandan tutmuş, konkret Azərbaycan sərhədlərinə qədər olan ərazini əhatə edir. Şair ümumtürk taleyindən yazdığı kimi, konkret öz ölkəsindən də yazır. Onun başına gətirilən haqsız fəlakətlərdən söz açır:İyirmi birinci əsrə keçdik. Şair,iyirmi birinci əsr iyirmi yanvardankeçib gəldi bu şəhərə – şəhər qan içində çıxdı səhərə. Bu nümunə birbaşa Azərbaycan gerçəkliyini təcəssüm etdirir. Sovet ordusu tərəfindən Bakıda həyata keçirilmiş 20 Yanvar qırğınına işarə və etiraz edilir. Şair sadəcə həmin faciənin acılarından gileylənməklə kifayətlənmir, erməni işğalçılarının Azərbaycan torpaqlarını haqsızcasına zəbt etməsinə üsyankarlıqla cavab verir. Bu üsyankarlığın təməlində öz dədə-baba torpaqlarından zorla çıxarılmış bir müəllifin gerçəklikləri əks olunur. “Oğul odu Qarabağlı ola, özü də qərib şair, sinəsi dağlı ola…” – sətirlərindən də hiss olunduğu kimi şair torpaqlarımızın otuz ilə yaxın erməni qəsbkarlarının işğalında qalması ilə heç cür barışmır. İçində qələbəyə olan inam sönməyərək daim keçmiş günlərin xatirəsini ehtiramla yad edir:Səhər bazarda gördüyüm,bizim yerlərdə bitənmərəçöyüd qoxusuhuşumu başımdan alıb.Şükür hələ damağımdaAna yurdun dadı qalıb. Şair şükür etməyində haqlı çıxdı və onun doğma torpaqları müzəffər Azərbaycan ordusu tərəfindən işğaldan azad olundu. Bütöv qələbənin ən böyük zəmanəti isə Şuşanın azadlığı oldu. Şuşaya sadiqlik, məhz Şuşanın həyati əhəmiyyətli dəyərini anlamaq şairi həmişə həmin mövzuya çəkib. Nə qədər ki, Şuşa azadlığının yolunu gözləyirdi, şair onun çəkdiyi bütün acıları hiss edərək, şeirlərində dilə gətirirdi. “Parisdə Yenisey meydanından keçirəm – Şuşada dolaşır Xarıbülbül sevdalı xəyalım Ulduzlara göz vurmağa yox halım” – sətirlərində məkanlar arasındakı manevrlər diqqətdən yayınmır. Şair cismani olaraq Parisdədir, lakin ruhən öz doğma Şuşasındadır. Və ya “Şam şəhərində itirdiyim fotoaparatın yaddaşında Fələstin qaçqınları… Və mənim içimdə Qarabağ uçqunları…” Paralellik və kəsişən nöqtələri qabartmaq, anındaca müxtəlif zamanlarda müxtəlif məkanlarda baş vermiş hadisələrin oxşar tərəflərinə diqqəti cəlb etmə bacarığı gözdən yayınmır.Elçin İsgəndərzadənin şeirlərində vətənpərvərliyin ifadəsindən çox danışmaq olar, lakin onun mövzularını bununla məhdudlaşdırmaq olmaz. O, təbiətin rənglərinə rəng qatmağı, səsinə səs verməyi, sözündən söz çıxarmağı çox ustalıqla bacarır. Məsələn:Gör nələrə könül verdim,bu dünyada yalan, gerçək.Qar altında yalın ayaq,qar üstündə qanlı çiçək…- misralarında qarın altı ilə üstü arasında yaradılmış təzad çox orijinaldır. Hələ bu təzadda insan əli (nümunədə insan ayağı) varsa. Bir anlıq qarlı havada ayaqyalın çöldə qalmağın gerçəkliklərini düşünək. Ağla gələn ilk səbəb ehtiyacdan, çarəsizlikdən, daha konkret isə evsizlikdən, ayaqqabının olmamasından belə bir mənzərənin yaranması olacaq. Qar təbiətindir, yalın ayaq isə insanın. Qar da, çiçək də təbiətindir, amma əvvəl çiçəyə sonra isə çiçəklə birgə qara bulaşan qan isə insana məxsusdur. Bir sözlə, qış fəslinin tənqidi tərənnümü gözəl alınıb. Başqa bir şeirdə isə qar cinayətkar deyil, əriyib özünü fəda etməklə ilk baharın mühasirəsinə düşür:Tverskoy bulvarındanazlı-nazlı əriyir Moskvada qar.Moskva şəhərini yaşıl barmaqlarıyla mühasirəyə alıb ilkbahar. Təbiət mövzulu misallardan keçək şəxsi hisslərin ifadə olunduğu nümunələrə. “İşıqları uzaqdan gözəl olur qürbətin Nikotin kimi ciyərlərimə hopur həsrətin” – misraları həm qürbət, həm də sadiq aşiq obrazının tamam yeni təqdimidir. “Aramızda sevgi fərqimiz var, yapon gözəli, Tokio ilə Bakı arasındakı saat fərqi qədər…” – sətirlərində isə bənzətmə obeyktləri çox maraqlı tapıntıdır. Müqayisəsi aparılan məkanlar həm də fərqli zamanlara mənsubdur. Bu gerçəklik çox böyük ustalıqla insan sevgisi ilə müqayisə olunur. Gülnar Səma

  • Xalq şairi Mirvarid xanım Dilbazinin “Bənövşələr üstə göz yaşları…” adlı kitabı latın qrafikası ilə işıq üzü görüb

    Xalq şairi Mirvarid Dilbazinin 110 illiyi münasibəti ilə “Bənövşələr üstə göz yaşları…” kitabı latın qrafikası ilə işıq üzü görüb.

    Mirvarid Dilbazi Poeziya Məclisindən AZƏRTAC-a bildirilib ki, “Bənövşələr üstə göz yaşları…” kitabı “Gənclik 1994” nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril əlifbasından latın əlifbasına çevrilərək 1000 tirajla yenidən işıq üzü görüb.

    Xalqımızın sevimli şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı bir ömür yaşayıb. “Bənövşələr üstə göz yaşları…” kitabına istəkli şairimiz öz şirinli, acılı xatirələrini daxil edib. Oxucu bu xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaq.

    Mənbə: https://azertag.az

  • Nemət TAHİR.”İlkəməkhaqqı”

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri

    Tərxangilin ailəsi Qаrаbаğdаn qаçqın düşdükdən sоnrа аrtıq 18 il оlаrdı ki, Bаkıdаkı “qаçqın sığınаcаqlаrındаn” birində məskunlаşmışdılаr. Tərхаn аilənin tək uşаğı idi. Аtаsı Qаrаbаğ sаvаşındа yаrаlаnıb əlil оlsа dа, döyüşdə iştirаk еtməsini təsdiqləyən sənədləri tоplаyа bilmədiyi üçün təqаüd аlmırdı. Sаğ аyаğındаn ахsаdığına görə hеç bir yеrdə işə də düzələ bilmirdi. Tək gəlir yеri – şəhərdən “qul bаzаrı»ndаn birində dаyаnıb müştəri gözləmək, kiminsə şəхsi təsərrüfаtındа, hаnsısа ustа yаnındа günəmuzdlu işləməsi idi. Аnаsı isə qаçqın məktəbində хаdimə işləyirdi.

    Gözəl və səfаlı təbiətdən, qаyğısız dоlаnışıqdаn məhrum olub bu cür çıхılmаz vəziyyətə düşmək, bunа uyğunlаşmаq аsаn оlmаdı. Çохlаrı cismən, çохlаrı isə mənən məhv оlmuşdu, bu dözülməz həyаtdаn. Tərхаnın аiləsi də bu çətinliklərə sinə gərməyə çаlışırdı.

    Tərхаn 10-cu sinfə çаtаndа оnun dа аli məktəbə hаzırlаşmаq vахtı yetişdi. Аncаq yаşıdlаrındаn fərqli оlаrаq оnun repetitora müraciət etmək imkаnı оlmаdığı üçün özü hаzırlаşmаğı qərаrа аldı. (Əslində hаzırlığа gеtmək istəsəydi, vаlidеynləri hаrdаn оlsа, tаpаsıydılаr hаzırlıq pulunu, həttа dilənmək bеlə оlsа…) Canını qoydu, gеcəsini-gündüzünə qаtdı və nəticə ürəkaçan oldu, o, yüksək bаllа аli məktəbə qəbul оldu. Həmin gün оnlаrın еvində ilk dəfəydi ki, bu qədər sеvinc dolaşırdı.
    Universitet həyatı başladı. Tərхаn dərsə gеdib-gəlirdi. Еvdən оnа hər gün yоlpulu vеrilirdi. Mеtrоyа qədər mаrşrutlа gеtməli idi. Tərхаn bir nеçə kilоmеtrlik bu yоlu piyаdа gеdər, mаrşrutа vеrəcəyi pulu yığаrdı. О, bu qərаrа C.Lоndоnun “Həyаt еşqi” əsərin охuduqdаn sоnrа gəlmişdi… Tərхаn о qədər еhtiyаc içərisində böyümüşdü ki, hər şеyə qənаət еdirdi. Səhər tеzdən еvdən çıхmаmış yаvаn çörəklə də оlsа, özünü dоyurаrdı, axı оnun uşаqlаrlа bufеtə düşəcək pulu yохuydu.

    Аrtıq 2-ci kursdа охuyurdu, о, bufеtin üzünü bircə dəfə görmüşdü. О dа kı, qız qrup yоldаşlаrı оnu bufеtə özləri üçün dönər аlmаğа göndərmişdilər… Qızlаrа bufеti tаnımаdığını dеməyə utаndı. Pulu аlıb аşаğı mərtəbəyə düşdü. Yuхаrı çıхаn uşаqlаrdаn utаnа-utаnа sоruşdu: “Bаğışlаyın, bilmirsiz, bufеt hаrdаdır?”

    Tərхаnın sоruşduğu qız “Aşаğıdа, sаğ tərəfdə” dеyib gülümsəyib yаnındаkı uşаqlаrа bахdı.

    Bаşqа bir qız dedi:

     -Аz nəyə gülürsən, nə оlub ki, bəlkə birinci kursdur? Tаnımır dа, burdа gülməli nə vаr?

    – Nə 1-ci kurs? Əmimоğlunun qrup yоldаşıdır, 2-ci kursdulаr. Çох utаncаq оğlаndır, bizi görüb özünü itirdi, sоruşmаğа söz tаpmаdı.

    Bunu da digər qız dedi. Qızlar gülüşə-gülüşə yuхаrı qаlхdılаr.

    Bu sözləri еşidən Tərхаn çох pis оldu. Ürəyində dеyindi ki: “Ахı kimin-kimdən nə хəbəri???”

    ***

    Bu gün аnаsının dоğum günü idi. Tərхаn bu iki ildə yığdığı yоl pulunа еlə də bаhа оlmаyаn qızıl sırğа аlmışdı аnаsınа… (Bаşqа şеy də аlа bilərdi. Lаkin qаçqınlıq dövründə аnаsının zinət əşyаlаrını sаtıb еhtiyаclаrını ödəmişdilər, bu, xatirindən əsla çıxmazdı).

    Ахşаm əlində tоrt еvə gələndə dоğum gününü unutmuş аnаsı çох sеvindi.

    Qismətdən аtаsının dа bu gün gəliri yахşı оlmuşdu. О, еvə ət və tərəvəz аlmışdı. Аilə kаsıb süfrəsinin ətrаfındа bir аnlıq sıхıntılаrdаn, həyаtın dərdlərindən uzаqlаşdı.

    Аnаsı yоldаşınа оğlunun оnа sırğа аldığını və hаnsı pullа аldığını gülər üzü və sеvincdən yаşаrmış gözləri ilə аnlаdırdı.

    Аnаsı Tərхаnа dеdi ki, bu sırğаlаrı sахlаyıb sənin sеvgilinə vеrəcəm, аy оğul, “Inşаllаh məktəbi bitir, əsgərlikdən sоnrа еvlən, biz də ölməmiş nəvəmizi qucаğımızа аlаq”.

    Bu zаmаn аtаsı müdахilə еtdi. Dedi:

    -Yох, Tərхаn, аnаnın hissləri bu cür dаnışmаğınа səbəb оlur. Məktəbi bitir, əsgərliyi sаğ-sаlаmаt bаşа vur, özünə bir iş tаp, öz еhtiyаclаrını ödəyəcək pulu qаzаnıb özünə şərаit qurduqdаn sоnrа еvlən. Оnsuz dа еhtiyаc içərisində yаşаyırsаn, nеcə rəvа bilərsən ki, sеvdiyin qаdın dа səninlə sürünsün, əgər ürəyindən kеçənləri qаdınınа vеrə bilməyəcəksənsə, əzаb çəkəcəksən. Nеcə ki, mən hər gün iş üçün еvdən çıхаndа anana istədiyim bir şеyi аlа bilməyəndə vicdаn əzаbı çəkirəm.

    Bu zаmаn yоldаşı ərinin və оğlunun əlini tutdu: “Еlə dеmək оlаr? Sən mənimçün hər şərаiti yаrаtmışdın. Аllаh еrməniyə lənət еləsin, аldı əlimizdən. Indi isə yеnə хоşbəхtəm, mənə bir оğul hədiyyə еtmisən, ən əsаsı, cаnınız sаğ оlsun, bu yеtər”.

     (Bəlkə də еlə bu аilənin bu cür şərаitə, еhtiyаc içərisində yаşаmаğа dözməsinə səbəb bu cür mеhribаnçılıq, sаyqı və аilə səаdəti idi)

    ***

    Tərхаn bir gün dərsdən qаyıdаndа qаpılаrındа təcili yаrdım mаşınını görəndə dünyа bаşınа yıхıldı. Nə qədər çаlışıb еvə dоğru qаçmаq istəsə də, qоrхudаn və həyəcаndаn qıçlаrı tutuldu. Birtəhər еvin qаpısındаn içəri girdi. Аğ pаltаrlı iki tibb bаcısını, həkimi, təşviş içərisində оlаn аnаsını, divаnа uzаnmış аtаsını görəndə bilmədi nə еtsin. Qışqırıb аtаsını qucаqlаyıb аğlаmаq, nə оlduğunu sоruşmаq istədi, lаkin rəngi аğаrmış, dili-dоdаğı qurumuş, tаqətdən düşmüşdü. Sаkitcə аtаsının аyаq tərəfindən оturub, pıçıltılı səslə “Аtа, nə оlub sənə?” soruşdu. Həkim оğlаnın pis vəziyyətdə оlduğunu duyub, “Nаrаhаt оlmа, аy оğul, vаllаh, аtаnа hеç nə оlmаyаcаq, sаdəcə, аğır şеy götürüb, bеli sərpib, bir də ki, yаrаlı аyаğınа güc düşdüyüçün bеlə аğrı vеrib. 1 аyа yахın dincəlsə, hеç nəyi qаlmаyаcаq, аncаq hələlik аyаğа durmаsın, durаndа isə еhtiyаtlı оlsun”, -dedi.

    Anayla bаlа sеvinsələr də, аtаnın qаyğısı birə bеş аrtdı. Ахı о işləməsə, аiləsi bir аz məvаcibdən də məhrum оlаcаqdı…

    Аnаsı аldığı mааşı – 70 mаnаtı аtаsının dаvа-dərmаnınа vеrdi. Аrtıq еvdə sıхıntılаr аrtır, оnsuz dа çətin оlаn dоlаnışıq, dаhа dа çətinləşirdi…

    ***

    Bir nеçə gün оlаrdı ki, Tərхаn еvə gеc sааtlаrdа gəlirdi. (Səhər tеzdən еvdən çıхır, gеcə 1-də 2-də qаyıdırdı). Аtаsı nаrаhаt оlub dеyinsə də, аnаsı “Sən Аllаh, dəymə, bəlkə еvdəki sıхıntılаrdаn bir аz dа оlsа uzаqlаşmаqçün qrup yоldаşlаrı ilə vахt kеçirir” deyə təsəlli tapırdı.

    Bir gün еvə zəng gəldi…

    – Аlо sаlаm хаlа, Tərхаn еvdədir?

    – Yох, аy bаlа dərsə gеdib, kim idi ki?

    – Qrup yоldаşıdır. Ахı Tərхаn dörd gün оlаr ki, dərsə gəlmir, biz də çох nаrаhаt оlduq ki, bəlkə nəsə prоblеm vаr, хəstələnib eləməyib?!

    Аnаsı dеməyə söz tаpmаdı, sаnki bеli qırıldı. Dəstəyi аsıb, divаndа əyləşib dizlərini qucаqlаdı. Ürəyindən bir şеy kеçirdi “Ахı Tərхаn hаrа gеdər ki, vаlidеynlərindən gizlətsin?! Hеç о bizə yаlаn sаtmаyıb, аldаtmаyıb. Görən оğlumun bаşındа nə vаr???”

    Аtаsı bu gün yаtаqdаn qаlхıb kiçik аddımlаrlа əl-üzünü yumаğа gеtmişdi: Içəri girib həyаt yоldаşını bu vəziyyətdə görəndə о dа dоnub qаlmış, hаndаn-hаnа dili söz tutub səbəbini sоruşmuşdu: “Dе görüm, nə оlub sənə, ürəyimi pаrtlаtmа, yаzığın gəlsin mənə”. Bаyаqdаn dаnışmаmаğа inаd еdən аnа bu sözlərdən sоnrа hər şеyi ərinə dаnışmışdı…

    Gеcə sааt 3-ə işləmiş еvin qаpısı аçıldı. Içəri sаkitcə dахil оlаn Tərхаn işığın yаndığını, аtа-аnаsının hələ yаtmаdığını gördü. Dəftər kitаbı stоlun üstünə аtıb «Aхşаmınız хеyir, niyə yаtmаmısınız?» dеyə sоruşdu.

    Аtаsı qəzəbli şəkildə: – Хəbərin vаrsа, ахşаm dеyil, səhər аçılır, sааtdаn hаlısаn??? Niyə dərsə gеtmirsən, bu nə hərəkətdir Tərхаn?- sözləri ilə onun üstünə gəldi.

    Аtаsı əsəblərini tоplаyа bilməyib, qаrşısındа bаşıаşаğı durmuş Tərхаnа bir sillə də vurdu. Аnаsı tеz аrаyа girib: – Bəsdir bircə bu çаtışmırdı. Аllаh хətrinə qurtаrın, – dеyib аğlаmışdı.

    Tərхаn üzünü tutub о biri оtаğа kеçdi. Еtdiyi hərəkətdən və оğlunun hərəkətlərindən çох pis оlаn аtа səhərə kimi yаtа bilmədi, “Bəlkə vurmаyаydım, оturub söhbət еdib dərdini öyrənəydim, ахı оnа hаnsı хоş günü yаşаtmışаm ki, hələ vururаm dа” dеyə fikirlər sübhdən bаşındаn çıхmаdı…

    Səhər tеzdən işə hаzırlаşаn аnаsı səhər yеməyi üçün оtаğа kеçib Tərхаnı оyаtmаğа gеtdi…

    Bir аzdаn əlində kаğız аğаlyа-аğlаyа ərinin üzərinə qаyıtdı qаdın:

    -Bах, gör nə yаzıb? Sən də səbəbini sоruşmаdаn ittihаm еtdin bаlаmı. Аllаh sənə şükürlər оlsun, pis fikirlərimiz yаlаn оldu.

    Məktubu qаdın ərinə vеrdi, “аl охu!” dedi.

    Məktubda yazılmışdı:

    “Əziz  аtаm və аnаm, məni bаğışlаyın! Vəziyyətimizin günü-gündən аğırlаşdığını, dоlаnışığımızın pisləşdiyini görüb məktəbdə ахşаm kursunа yаzıldım (Bundаn qrup uşаqlаrının dа хəbəri yохdu. Sizə də dеsəydim, icаzə vеrməyəcəkdiz). Gündüzlər işləyir, ахşаm sааt 8-dən sоnrа dərsə gеdirəm. Оnunçün еvə gеc gəlirəm. Sizdən хəbərsiz iş tutduğumçun bir dаhа üzr istəyirəm. Bu dа mənim ilk əməkhаqqımdır, həftəliyimdir”.

    Məktubun аrаsındа 60 mаnаt pul vаr idi.

  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyda Pakistana aid nəşrlərin təqdimatı  olub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən “Azərbaycan-Pakistan elmi-ədəbi əlaqələri” Beynəlxalq Konfransı çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Pakistan guşəsinin açılışı, Eynulla Mədətlinin “Pakistan: qısa tarixi-siyasi oçerklər”, “Dünya ədəbiyyatı” dərgisinin Pakistan sayı, Məhəmməd İqbalın “Seçilmiş əsərləri”, Bəsirə Əzizəlinin “Məhəmməd İqbalın həyatı və yaradıcılığı” kitablarının təqdimatı keçirilib.

    Təqdimatda Azərbaycan Yazıçılar Birliyinin nümayəndələrindən Səlim Babullaoğlu, Elxan Zal Qaraxanlı və Seyfəddin Hüseynli də iştirak ediblər.

    Təqdimat Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin açılış nitqi ilə başlayıb. Akademik qeyd edib ki, “Dünya ədəbiyyatının başdan-başa Pakistana həsr olunmuş xüsusi bir sayını təqdim edirik. AYB-nin katibi Səlim Babullaoğlunun rəhbərliyi ilə, jurnalın baş redaktoru Seyfəddin Hüseynlinin böyük zəhməti ilə dərginin Pakistan sayı meydana gəlib. Kitabda 44 Pakistan şair və yazıçısının əsəri yer almış, haqqında məlumat verilmişdir. Jurnalın bu sayına Ədəbiyyat İnstitunun direktoru və Pakistan Ədəbiyyat Akademiyasının Prezidenti müqəddimə yazıb. Hesab edirəm ki, Azərbaycan Yazıçılar Birliyin nəşr etdiyi “Dünya ədəbiyyatı” jurnalının Pakistan sayı Azərbaycanda qardaş Pakistan ədəbiyyatını öyrənmək baxımından ən sanballı mənbədir. Dərin minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, dəvətimizi qəbul edib Yazıçılar Birliyin heyəti də burada iştirak edir. Fəlsəfə İnstitutunun şöbə müdiri, akademiyanın müxbir üzvü Könül Bünyadzadə Ədəbiyyat İnstitutu ilə bərabər İqbalın irsindəki fəlsəfi tərəfləri öyrənir. Dünən Pakistan heyəti Gəncə şəhərində Xəlil Yusiflinin söhbətlərini dinləyib. Həmçinin, qonaqları yüksək səviyyədə qəbul etdiklərinə görə AMEA-nın Gəncə bölməsinə dərin minnətdarlığımızı bildiririk. Nizami Gəncəvi haqqında Nizamişünaslıq şöbəsinin hazırladığı kitabı qonaqlara təqdim edəcəyik.

    Çox zəngin Pakistan ədəbiyyatı ongünlüyü keçirilir. Bu, Pakistan-Azərbaycan ədəbi əlaqələrində ciddi dəyişiklikdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Pakistanla əlaqələrin bütün tərəflərinə çox böyük əhəmiyyət verir. Biz Pakistan Azərbaycan əlaqələrinin tamamilə yeni mərhələsinə başlayırıq. Lahor Dövlət Kollec Universitetinin nümayəndə heyəti ilə olan görüşə qədər əlaqələr tanışlıq mərhələsində idi. Bu münasibətlərin yeni mərhələsinə verdiyi töhfələrə görə AYB-nin sədri, xalq yazıçısı Anara da minnətdarlıq edirik. Ədəbiyyat İnstitutunun və Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olaraq Pakistanda Azərbaycan ədəbiyyatı antologiyası və Nizami Gəncəvi haqqında Lahor Dövlət Kollec Universitetində kitab çap olunacaq”.

    Tədbirdə şair, kitabın tərcümə edəni və şərhlərin müəllifi, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri Elxan Zal Qaraxanlı Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin, AYB Bədii Tərcümə və ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu isə Pakistan ədəbiyyatı xüsusi sayının necə yaranması haqqında məlumat veriblər. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Bəsirə Əzizəliyeva və Şəhla Qurbanova da çıxış ediblər.

    Lahor Dövlət Kollec Universitetinin Urdu Dili Kafedrasının müdiri, professor Saima İram çıxışında Quba Soyqırımı Memorial Kompleksinə, Gəncə şəhərinə, Nizami Gəncəvinin məqbərəsinə, bir sıra muzeylərə səfərlərindən məmnun qaldıqlarını bildirib. Mərkəzi Elmi Kitabxanaya Pakistan ədəbiyyatı nümunələrini təqdim etməyi və onların təqdimatının keçirlməsini istədiyini diqqətə çatdırıb. Eyni zamanda Azərbaycan ədəbiyyatı nümunələrinin urdu dilinə çevrilməsi və orada yayılmasına dəstək olacaqlarını bildirib. “Siz Məhəmməd İqbalı sevdiyiniz kimi, biz də Nizami Gəncəvini sevirik” – deyib.

    Lahor Dövlət Kollec Universitetinin Fars dili kafedrasının dosenti, Dr. Babar Naseem Assi, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli də çıxış edərək gələcək ədəbi-elmi əlaqələrə böyük töhfə olan bu tədbir haqqında fikirlərini bölüşüblər. Tədbirin sonunda bir sıra azərbaycanlı ziyalılara sertifikatlar təqdim edilib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Bayburtda TÜRKSOY tərəfindən Dədə Qorqud mövzusunda kitab və rəsm sərgiləri açılıb

    Türkiyənin Bayburt şəhərində davam edən 26-cı Beynəlxalq Dədə Qorqud Mədəniyyət və Sənət Festivalı çərçivəsində Dədə Qorqud kitab və rəsm sərgilərinin açılışı olub.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən qurulan sərgilərin açılışında Bayburtun rəhbər şəxsləri, festival iştirakçıları, yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.

    Azərbaycanın TÜRKSOY-dakı rəsmi nümayəndəsi Elçin Qafarlı TÜRKSOY-un fəaliyyəti, eləcə də Dədə Qorqud mövzusunda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

    Sonra TÜRKSOY tərəfindən nəşr olunan tanınmış tərcüməçi və yazıçı Kənan Çarboğanın “Qorqudnamə” əsəri Bayburt bələdiyyəsinin sədri Hükmü Pekmezci, Bayburt valisinin müavini Göksəl Yüksəl, eləcə də millət vəkillərinə təqdim olunub.

    Azərbaycan da daxil olmaqla, türk dünyasının görkəmli rəssamlarının Dədə Qorqud mövzusunda fırça ilə çəkdikləri rəsm əsərləri, eləcə də nəşrlər iyulun 23-dək Bayburtun “Çoruh” Mədəniyyət Mərkəzində nümayiş olunacaq.

    Qeyd edək ki, Ulu Öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə bağlı Fərman imzalayıb.

    Azərbaycanın Türkiyə və Qazaxıstan ilə birgə təqdim etdiyi “Dədə Qorqud irsi: dastan mədəniyyəti, xalq nağılları və musiqisi” çoxmillətli mədəniyyət nümunəsi kimi 2018-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

    İyulun 23-dək davam edəcək festival çərçivəsində təşkil olunacaq panel müzakirələrdə Azərbaycanda Dədə Qorqud irsinin öyrənilməsi, bu mövzuda yaradılan ekran əsərləri, nəşr olunan kitablar və sair barədə geniş məlumat veriləcək.

    Sabir Şahtaxtı

    AZƏRTAC-ın xüsusi müxbiri

    Bayburt

    Mənbə: https://azertag.az

  • Səbirsizliklə gözlənilən “Dune 2” filminin çəkilişlərinə başlanılıb

    6 dəfə “Oskar” mükafatı qazanan “Dune: Səhra planeti” ekran əsərinin davamının çəkilişlərinə başlanılıb.

    AZƏRTAC xəbər verir ki, bu barədə məlumat filmin rəsmi tvitter hesabından açıqlanıb.

    Aktyorlar Timotey Çalamet, Rebekka Ferqyuson, Zendaya, Josh Brolin, Xavyer Bardem, Dave Bautista və Stellan Skarsqard birinci çəkilişində olduğu kimi, bu çəklişlərdə də iştirak edəcəklər. “Dune 2” filminin aktyor heyətinə qatılan yeni adlar arasında “Elvis” filmindəki performansı ilə yaddaşlarda iz buraxan Ostin Batler, “Qara dul” və “Kiçik qadınlar” kimi filmlərdə gördüyümüz Florens Pyu, son olaraq rejissor David Cronenbergin “Gələcəyin cinayətləri” filmində rol alan Lea Seydoux və “Oskar” mükafatlı aktyor Kristofer Uolken yer alırlar.

    Filmin 2023-cü ilin noyabr ayında nümayiş olunacağı gözlənilir.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb

    İyulun 19-da Beynəlxalq Muğam Mərkəzində mədəniyyət naziri Anar Kərimov Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüşüb.

    AZƏRTAC xəbər verir ki, görüş zamanı Anar Kərimov mətbuatın cəmiyyətdəki rolu və əhəmiyyətindən söz açıb.

    Jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edən nazir bildirib ki, hər bir xalqın mətbuatı düzgün qurulsa, həmin cəmiyyət də düzgün inkişaf edəcək: “Mətbuat hər zaman ölkədə baş verən hadisələri dinamik şəkildə işıqlandırır. Rəqəmsal platformalar populyarlaşdıqca, media daha da güc alır və ölkədə baş verən hadisələrə təsir etmək imkanı qazanır. Mətbuat hər zaman cəmiyyətdə olan nöqsanları ortaya çıxarır, bu və ya digər məsələnin həllində carçı rolunu oynayır”.

    Mətbuatın informasiya müharibəsində rolunu vurğulayan nazir 44 günlük Vətən müharibəsi zamanı bunun şahidi olduğunu qeyd edib: “Bu işdə mətbuatın çox böyük rolu oldu. Media, həmçinin Qarabağda aparılan quruculuq işlərini də geniş işıqlandırır və dövlətin apardığı sülhsevər siyasəti dünya ictimaiyyətinə çatdırır”.

    Mənbə: https://azertag.az

  • “Tor 4: Sevgi və ildırım” nümayişin ikinci həftəsində 46 milyon dollar gəlir gətirib

    Ötən həftə ABŞ satış kassalarında ilk pillədə yer alan “Tor 4: Sevgi və ildırım” nümayişinin ikinci həftəsində də siyahıda birinci yerdədir.

    AZƏRTAC xəbər verir ki, film nümayişin ikinci həftəsində 46 milyon gəlir gətirib. Ekran əsərinin gəliri ötən həftə ilə müqayisədə 68 faiz azalıb. Bu, “Marvel” filmləri arasında ikinci ən yüksək həftəlik enişlərdən biridir. Beləliklə, ekran işinin ümumi gəliri qlobal kassada 500 milyon dollara yaxınlaşıb.

    Amerikan animasiya komediyası “Minyonlar 2”, 26 milyon dollarlıq həftəlik gəlirlə ABŞ-ın film kassasında ikinci yerini qoruyub saxlayıb. Məşhur cizgi filminin ümumi gəliri 263 milyon dollara yaxınlaşıb.

    Yenicə işıq üzü görmüş “Kravdadların mahnı oxuduğu yer” filmi isə premyerasında 17 milyon dollar gəlir qazanaraq kassada üçüncü sıraya yüksəlib.

    Siyahıda dördüncü sırada olan Hollivud ulduzu Tom Kruzun yer aldığı “Top Gun: Maverick” filminin isə ABŞ prokatında ümumi gəliri 620 milyon dollara yaxınlaşıb.

    Mənbə: https://azertag.az

  • Hollivud ulduzu Kianu Rivz Batman rolunu oynamaq arzusundadır

    Əfsanəvi “The Matrix” filminin ulduzu Kianu Rivz Batman obrazını canlandırmaq arzusunda olduğunu etiraf edib.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu Hollivud ulduzu K.Rivz bildirib. “Bu həmişə mənim arzum olub. İndi Pattinson bu roldadır və o, rolun öhdəsindən yüksək səviyyədə gəlir. Ola bilsin ki, gələcəkdə nə vaxtsa onlara yaşlı Batman lazım olanda bu işə qatıla bilərəm”.

    Aktyor “Super ev heyvanları” cizgi filmindəki obraz üzərində işindən də bir qədər danışıb. “Mənim bu layihədə kiçik bir rolum var, olduqca epizodik roldur. Amma buna baxmayaraq, sadəcə Dueyn Conson və Kevin Hartın iştirak etdiyi işin bir hissəsi olmaq heyrətamizdir və yeri gəlmişkən, orada Batman rolundayam”, – deyə K.Rivz əlavə edib.

    Qeyd edək ki, cari ildə Batman filmi kassada 770 milyon dollardan çox gəlir gətirib.

    Mənbə: https://azertag.az

  • “Şuşa mədəniyyətinin inciləri”: Saatlı məscidi

    Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Saatlı məscidinə həsr olunub.

    Şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlay Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilib.

    Saatlı məhəllə məscidi olsa da, şəhərin digər məhəllə məscidlərindən həm həcmi, həm də memarlıq quruluşu ilə fərqlənirdi.

    Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar və nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Belə güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, bir qədər sonrakı illərdə ucaldılıb.

    1992-ci il mayın 8-də Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə təmizlik işləri aparılıb, müəyyən təmir işləri görülüb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

    Mənbə: https://azertag.az

  • Xalq yazıçısı Anar: Qarabağın incisi Şuşanın yenidən möhtəşəm tədbirlərə ev sahibliyi etdiyini görməyə şadıq

    Torpaqlarımız azad ediləndən sonra Prezident İlham Əliyevin ilk fərmanlarından biri Şuşanın mədəniyyət mərkəzi elan edilməsi oldu. Bundan sonra əvvəlki ənənələr bərpa edildi. İkinci ildir ki, Şuşada Vaqif Poeziya Günlərini keçiririk. Həmçinin “Xarıbülbül” festivalı da təşkil olundu.

    Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar deyib.

    “Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Biz şadıq ki, Qarabağın incisinin belə möhtəşəm tədbir və festivallara yenidən ev sahibliyi etdiyi günləri görə bildik. Bunu Prezident, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuza borcluyuq”, – deyə Anar bildirib.

    Mənbə: https://azertag.az

  • Səlim Babullaoğlu: Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir

    İşğaldan azad edilmiş torpaqların ilk əlamətdar hadisələrindən biri Vaqifin məqbərəsinin ucaldılması, Prezident İlham Əliyevin rəhbərliyi və iştirakı ilə birinci Vaqif Poeziya Günlərinin keçirilməsidir. Bu gün ikinci dəfə Vaqif Poeziya Günlərinə toplaşmışıq. Vaqif Azərbaycan poeziyasında həm bədii, həm də siyasi sözün rəmzidir. Bu isə o deməkdir ki, bu gün buraya toplaşan ədəbiyyatçılar həm dövlətin, həm ədəbiyyatın, həm də Azərbaycan tarixinin yanındadırlar.

    AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin(AYB) beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu deyib.

    “Düşünürük ki, bu tədbirin əhəmiyyəti daha da artacaq və növbəti illərdə Poeziya Günlərinə xarici qonaqlar, dünya xalqlarının müxtəlif söz və sənət ustaları toplaşacaqlar. Əminik ki, Vaqif Poeziya Günləri təkcə Azərbaycan ədəbiyyatının deyil, Azərbaycan tarixinin, Qarabağ tarixinin də təbliğatçısı olacaq”, – deyə S.Babullaoğlu bildirib.

    Mənbə: https://azertag.az

  • Azərbaycandakı qədim dinlər və multikulturalizmə dair ingilis dilində film hazırlanıb

    Kanadada fəaliyyət göstərən EL TV ingilis dilində “Azərbaycanda qədim dinlər və multikulturalizm” adlı sənədli film yayımlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadadakı “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ərsəyə gələn film “History of Azerbaijan” layihəsi çərçivəsində gerçəkləşdirilib.

    Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, filmdə zərdüştlük, İslam, xristianlıq, yəhudilik və digər dinlərin Azərbaycanda təşəkkül tapması tarixi, məscidlərin, kilsələrin, sinaqoqların fəaliyyət göstərdiyi, qədim məbədlərin qorunub saxlanıldığı, ölkəmizin zəngin multikultural dəyərlərə malik olduğu barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan xalqı həmişə başqa millətlərin adət-ənənələrinə, inanclarına hörmətlə yanaşıb, ölkəmiz isə dini baxışlarına görə təqib edilən insanlar üçün sığınacaq məkanına çevrilib.

    Mənbə: https://azertag.az

  • “Top Gun: Meverik” kino tarixində ən çox gəlir gətirən filmə çevrilib

    “Paramount Pictures” studiyasının ərsəyə gətirdiyi “Top Gun: Meverik” davam filmi dünya miqyasında gəlir əldə etməkdə irəliləyir.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, filmin kassa gəliri 1,2 milyard dolları ötüb. Rejissoru Cozef Kosinski olan ekran işi hazırda 65 xarici ölkədə 602,5 milyon dollar, Şimali Amerikada isə 606 milyon dollar dəyərində gəlir toplamaqda davam edir. Bu nailiyyətlər sayəsində “Top Gun: Meverik” artıq “Transformers 4: Yox olma dövrü” adlı fantastik filmini keçərək “Paramount Pictures” tarixində ən çox gəlir gətirən filmə çevrilib.

    Xatırladaq ki, baş rolda Hollivud ulduzu Tom Kruzun yer aldığı filmin dünya üzrə 1 milyard dollar qazanması cəmi otuz bir gün çəkib. Aktyor T.Kruzun özü üçün bu bütün karyerası üzrə ən yaxşı nəticədir. Bu ABŞ-ın film gəlirləri üzrə kassa tarixində 600 milyon dollarıq davamlı gəlirlə rekord həddini aşan 12-ci filmdir.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur

    Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir.

    DTA-dan AZƏRTAC-a bildirilib ki, iyulun 15-də işə başlayan sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, Azərbaycan Ornitoloji Cəmiyyəti, Naxçıvan Turizm Departamenti, “Camping Azerbaijan” və “Naxchivan Travel” şirkətlərinin nümayəndələri təmsil edirlər.

    Sərgidə quş müşahidəçiliyi əraziləri olan Beşbarmaq, Xınalıq və Ləzə kimi dağlıq bölgələrin, Qızılağac, Şirvan və Ağgöl milli parklarının, həmçinin Naxçıvanın bu istiqamətdə olan turizm potensialı təbliğ edilir.

    Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə təşkil olunan xüsusi seminarda ziyarətçilərə ölkəmizdəki biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında məlumat verilib.

    İyulun 17-dək davam edəcək sərgidə 60-dan çox ölkə təmsil olunur.

    Qeyd edək ki, Azərbaycanın ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu ərazisində infrastrukturun qurulması işlərinin həyata keçirilməsinə başlanılıb.

    Mənbə: https://azertag.az

  • “Qremlinlər” filminin rejissoru “Mandaloriyalı”nın yaradıcılarını plagiatda ittiham edib

    Mandaloriyalı” filminin Qroqu personajının məşhur “Qremlinlər”dəki Gizmodan oğurlandığı bildirilib.

    AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Qremlinlər” filminin yaradıcısı Co Dante balaca Yoda adlandırılan “Mandaloriyalı” ekran əsərinin qəhrəmanı Qroqunun “Qremlinlər”dəki baş qəhrəman Gizmonun tam oxşarı olduğunu deyib: “Düşünürəm ki, bu qəbildən olan filmlər davamlı baxımlılığına görə mahiyyətcə balaca uşağı xatırladan Gizmo obrazına borcludurlar”, – deyə rejissor bildirib.

    Qeyd edək ki, qeyri-adi qabiliyyətlərə, iri gözlərə və ifadəli qulaqlara malik iki balaca məxluqun həqiqətən çox oxşar görünməsinə baxmayaraq C.Dantenin bu iddiaları cavabsız qalıb.

    Mənbə: https://azertag.az

  • Dünyaşöhrətli fotoqraf Reza Deqati peşə sirlərini gənclərlə bölüşüb VİDEO

    İyulun 14-də dünyaşöhrətli fotoqraf Reza Deqati “Theonestudio.az”da gənclərlə görüşüb.

    AZƏRTAC xəbər verir ki, R.Deqati həvəskar fotoqraflarla öz peşə sirlərini bölüşüb.

    Əvvəlcə tanınmış fotoqraf görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. O, iştirakçılara fotoaparatla işləməyə başlamazdan əvvəl özünəməxsus imza seçməsini tövsiyə edib. R.Deqati fotoqraflar üçün yaddaşlarda iz qoyacaq görüntüdən əlavə, imzalarının da önəmini diqqətə çatdırıb.

    Məşhur fotojurnalist AZƏRTAC-a müsahibəsində gələcək planlarından da danışıb: “Bu gün gənclərə kameradan düzgün istifadə etməyi və ən əsası nəyi çəkməli olduqlarını öyrətdim. Dünyanın müxtəlif ölkələrində şagirdlərim var. Gələcək planım Azərbaycanda beynəlxalq foto məktəbi yaratmaqdır”.

    Görüşdə bu sahədə yeni biliklər əldə etdiyini söyləyən Leyla Səttarzadə fikirlərini bölüşüb: “Reza Deqatidən yaxşı fotoqraf olmağın sirrini öyrəndim. Fotoda əsas olan həm insanların, həm də təbiətin ab-havasını dolğun şəkildə çatdırmaqdır”.

    Digər iştirakçı Ruslan Cəfərzadə R.Deqatinin nümayiş etdirdiyi fotolardan təsirləndiyini dilə gətirib: “İşinin peşəkarı olan bir fotoqrafın öz təcrübələrini bizimlə bölüşməsi çox xoşum oldu. O, müxtəlif illərlə çəkdiyi fotoları bizə nümayiş etdirərək işinin incəliklərindən danışdı. Müharibə mövzusunda çəkilən şəkillər mənə çox təsir etdi”.

    Dörd ilə yaxın fotoqrafiya ilə məşğul olan Tamerlan Almazov bu görüşdən sonra daha çox müharibənin fəsadları mövzusunda şəkillər çəkməyə üstünlük verəcəyini söyləyib.

    Mənbə: https://azertag.az

  • “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub

    İyulun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub.

    AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur.

    Jurnalistlərə müsahibə verən Kəmalə Musazadə filmin çəkilişləri ilə bağlı məlumat verib: “Bizim studiyada Polad Həşimovla bağlı film çəkildiyi üçün mən onun döyüş yoldaşı İlqar Mirzəyev haqda film çəkməyi düşündüm. Onun döyüş yoluna, şəxsi keyfiyyətlərinə baxanda çox heyrətlənirdim. İlqar Mirzəyev Aprel döyüşlərində artilleriya komandiri olub. Biz çəkilişləri həmin artilleriya qurğularının yerləşdiyi ərazidə, həmçinin Tovuz döyüşləri zamanı onun şəhid olduğu yerdə apardıq. “Qara qaya” zirvəsində bu hadisə baş verəndə İlqar Mirzəyevlə birgə döyüş yoldaşı Təbriz Kərimov da orada idi. Biz onların qurumayan qanını lentə almışdıq. Təbriz Kərimov ağır yaralansa da, sağ qalıb və öz qanını filmin nümayişi zamanı görəndə çox təsirləndi”.

    Filmin nümayişindən əvvəl çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirib ki, 6 aydan sonra Azərbaycan xalqı rəşadətli Qələbənin ikinci ildönümünü qeyd edəcək. O, qeyd edib ki, Azərbaycan Ordusunun qazandığı Qələbə incəsənətin bütün növlərində əks olunmalıdır.

    Sonra film nümayiş etdirilib.

    Film Tovuz döyüşlərinin ikinci ildönümünə həsr olunub. 2020-ci il iyulun 12-14-də ermənilərin növbəti təxribatı nəticəsində Tovuz döyüşlərində Polad Həşimov və İlqar Mirzəyevlə birlikdə 12 nəfər şəhid olub.

    Qeyd edək ki, Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. 1976-cı ildə Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini – Qərargah rəisi olub.

    Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən birinə Polad Həşimovun adı verilib. Bundan başqa, Türkiyənin Osmanqazi rayonunda Polad Həşimovun adını daşıyan park salınıb.

    İlqar Mirzəyev isə 1973-cü ildə Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun artilleriya rəisi vəzifəsində çalışıb.

    Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 9-da imzaladığı Sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

    Polad Həşimov və İlqar Mirzəyev 2020-ci il iyulun 15-də İkinci Fəxri xiyabanda dəfn olunublar.

    Mənbə: https://azertag.az

  • Ədalət RƏSULOVA.”Müstəqilliyimizin şair qurbanı – 130″

         Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkirin Seyfəli kəndində gəlmişdir. Babaları Cənubi Azərbaycandan olmuşdur. Atası molla Məhəmmədəli dövrünün zəngin bilikli ziyalılarından biri kimi tanınmışdır. O, 1898-ci ildə vəfat etmişdir. Hələ çox kiçik olan Əhməd zehinli, uşaq kimi hamının rəğbətini qazanmışdır. İlk təhsilini doğma kəndindəki mollaxanada almış, sonra isə Gəncədə ruhani seminariyasında oxumuşdur. Onun müəllimləri arasında görkəmli Azərbaycan ziyalılarından şair-dramaturq Hüseyn Cavid, jurnalist tənqidçi Abdulla Şur, Şeyxülislam Pişnamazzadənin olması həmin məktəbin nüfuzu və səviyyəsi haqqında dərin təsəvvür yaradır. Qələm təcrübəsinə hələ seminarist ikən başlayan Əhməd ilk şeirləri ilə müəllimlərinin rəğbətini qazana bilmişdir. Abdulla Tofiq (Şur) vaxtıilə dostu Abdulla Şaiqə yazdığı bir məktubunda Ə.Cavadın bir gənc şair kimi onda böyük ümidlər oyatdığından bəhs etmişdir.

          1912-ci ildə Əhməd Cavad seminariyanı bitirərək müəllimlik şəhadətnaməsi almışdır. Birinci Dünya müharibəsi illərində şair rus imperializminə və onun havadarlıq etdiyi erməni daşnaqlarına qarşı türk vilayətlərindəki mübarizədə yaxından iştirak etmişdir. Xeyriyyə cəmiyyətinin üzvlərindən biri kimi Ərzurum, Qars və Batumda geniş fəaliyyət göstərmişdir. Ə.Cavad müharibədən ən çox zərər çəkmiş Batumda küçə-küçə gəzib siyahılar tərtib etmiş, yoxsulları, əlilləri qeydə almışdır. O, təmsil etdiyi cəmiyyətin imkanlarından istifadə edərək qaçqınlara, davada həlak olmuş əsgərlərin ailələrinə hər cür maddi və mənəvi köməklik etmişdir.  Bu mürəkkəb şəraitdə xeyriyyə işlərindən imkan düşdükcə məqalə və şeirlər yazaraq orduya əlindən gələn mənəvi köməyi etmiş, həm də öz xalqını oyatmağa çalışmışdır.

         Batumda olarkən (1916-cı ildə) Ə.Cavad gələcək həyat yoldaşı Şükriyyə xanıma rast gəlmiş, bir qədər sonra onunla ailə qurmuşdur.

          1917-ci ildə Rusiyada bəşər tarixində ictimai-siyasi hadisə ilə müqayisə oluna bilməyən Oktyabr çevrilişi baş verir. İmperiyada amansız  zülmə məruz qalan xalqlara öz müqəddəratını həll etmək hüququ verirdi. Bir çox xalqlar kimi Azərbaycanın da vətənpərvər övladları yaranmış fürsətdən istifadə edərək Tiflisdə toplanıb maddi və mənəvi mərhumiyyətlər hesabına olsa da,  1918-ci ilin 28 Mayında  Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edirlər. Yaranmış Cümhuriyyətin ilk paytaxtı Gəncə şəhəri elan olunur. Lakin az sonra Cümhuriyyət Bakı şəhərinə köçürülmüşdür.  Qabaqcıl, vətənpərvər, ziyalılar tərəfindən yeni müstəqil dövlət böyük ruh yüksəkliyi ilə qarşılanır.  Əhməd Cavadın yazdığı şeirlər müstəqil dövləti tərənnüm etməklə yanaşı, azadlıq, vətənpərvərlik ideyalarının vüsətini əks etdirmişdir. Həmin dövrdə yazdığı şeirlərdən biri Azərbaycan Xalq Cümhuriyyətinin himni kimi məhşurlaşır.

    Azərbaycan! Azərbaycan!
    Ey qəhrəman övladın şanlı Vətəni!
    Səndən ötrü can verməyə cümlə hazırız!
    Səndən ötrü qan tökməyə cümlə qadiriz!
    Üçrəngli bayrağınla məsud yaşa!

    Minlərlə can qurban oldu!
    Sinən hərbə meydan oldu!
    Hüququndan keçən əsgər,
    Hərə bir qəhrəman oldu!

    Sən olasan gülüstan,
    Sənə hər an can qurban!
    Sənə min bir məhəbbət,
    Sinəmdə tutmuş məkan!

    Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə,
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!
    Azərbaycan! Azərbaycan!

          1920-ci ilin aprel ayının sonlarında tərkibi əsasən rus bolşeviklərindən və erməni daşnaqlarından ibarət olan  XI Qızıl Ordu Azərbaycan ərazisinə yeridildi, müstəqil dövlətimizin fəaliyyətinə son qoyuldu. Cümhuriyyətin süqutundan bir neçə ay sonra Ə.Cavad təyinatla Qusar rayonuna  müəllim göndərilmiş, ailəsi ilə birlikdə          Qusarın  Xulud kəndinə köçərək burada əvvəl müəllim, az sonra isə həmin məktəbin direktoru kimi fəaliyyət göstərmişdir.

         1922-ci ildə Ə.Cavad Ali Pedaqoji İnstituta daxil olur. Bir il sonra o görkəmli azadlıq mücahidi M.Ə.Rəsulzadənin silahdaşlarından Mirzəbala Məmmədzadənin Türkiyəyə getməsini təşkil etməkdə ittiham edilərək həbs edilmiş, lakin ittiham sübuta yetmədiyi üçün azad olunmuşdur. O, 1924-cü ildə “Maarif və mədəniyyət” jurnalına məsul katib təyin olunur. İşləyə-işləyə  təhsil aldığı Ali Pedaqoji İnstitutu 1926-cı ildə bitirmiş, sonra Azərbaycan Politexnik İnstitutunda müəllimlik etmiş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dosent, dilçilik kafedrasının müdiri, rus dili üzrə ilk professorlardan biri olmuşdur.

          Əhməd Cavadın yaradıcılığının birinci mərhələsi, bədii axtarışlarının məzmunu haqqında aydın təsəvvür yaradır. Bu baxımdan onun “Qoşma” (1916) və “Dalğa” (1919) kitabları çox qiymətli əsərlər hesab olunur. Bu mərhələnin səciyyəvi və maraqlı nümunələrindən biri şairin öz qələminə, istedadına müraciətlə yazdığı “Şeirimə” (1913) əsəridir. Bu şeirdə müəllif bir qədər keçmişə qayıdaraq, bir şair kimi yaradıcılığa başladığı günləri yada salır, ilk uğurlarından necə sevindiyini xatırladır. Lakin bu şeiri qələmə alarkən Əhməd Cavad böhranlı fikir və duyğulardan sıxılaraq şair olduğu üçün peşimançılıq çəkir. “Yaralı quş” şeiri də şairin bu mərhələdəki əhval-ruhiyyəsinin əks olunduğu əsərlərdən biridir:

    Yaralıdı könlüm quşu, yaralı,

    Yaralandı yazıq şair olalı!

         Əhməd Cvadın 1910-cu ilin əvvəlindəki axtarışları zamanı yaradana müraciətlə yazılmış “Münacat” adlı şeirində bütün ümidini, iradəsini tanrıya bağlayır, vətənin, xalqın xilası naminə ondan imdad diləyir:

    Ey mərdliyi ilhaq edən böyük haqq,

    Buyruq sənin, qullarına nə sorma?

    Pək dərdliyik, bir ərzimiz var ancaq:

    Cəbrayıldan göndər bizə bir sancaq!..,

    Yarəb, vətən sənin, iman sənindir!

    Mömini dindirən  Quran sənindir!

          “Sən”, “Bir gül əkdim”, “Ümidimə”, “Görünməz yollardan” kimi şeirlərdə lirik qəhrəmanın ümüdsizliyi son həddə çatmışdır. Ən ağır böhranlı vaxtlarda belə Əhməd Cavad özünü  ovundurmaq üçün fövqəladə bir qüvvə tapmışdır.

          Əhməd Cavadın “Nədən yarandın” (1914) şeiri onun yaradıcılıq dünyasını yaxından tanımağa  imkan verir.

    Sən qüdrətin açıb-coşan vaxtında,

    Mələklərin gülüşündən yarandın.

    Sehir dilli bir fırçanın əliilə,

    Ahuların duruşundan yarandın…

    Qaranlıqda boğularkən ümidim

    Dan ulduzu yürüşündən yarandın…

    Gözəllikçin təbiətlə qüdrətin

    Yavaşca bir coşqusundan yarandın.

    Qələm əldə ilhamımı dinlərkən

    Sən qəlbimin duruşundan yarandın.

        “Dalğa” şeirində şairin vətənpərvərlik duyğuları, geniş həyat hadisələri sənətkarlıq baxımından daha təsirli vasitələrlə əks etdirilir. “Qoşma” və “Dalğa” arasında keçən müddətdə Azərbaycanda, bütünlükdə Yaxın Şərqdə böyük miqyaslı, mürəkkəb ictimai-siyasi hadisələr baş verməkdə idi.

         Əhməd Cavad  ilk Azərbaycan Xalq Cümhuriyyətini bolşevik-daşnaq əsarətindən xilas etmək üçün gəlmiş türk ordusunu öz əsərlərində dərin səmimiyyətlə qarşılayır, onun təkcə azərbaycanlılar qarşısında deyil, bütün türklər və tərəqqipərvər dünya qarşısında tarixi xidmətlərini tərənnüm edirdi. “Türk ordusuna” şeirində qardaş ölkənin xilaskar ordusu Turandan rus işğalçılarını qovduqları üçün alqışlanırdı. Viran edilmiş Xan sarayı da xalqın müsibətləri üçün qan ağlayan Araz da, Kür də, Qara dəniz də vüqarlı Qars qalası, uca Dağıstan dağları da türk ordusunun insanpərvərlik missiyası sayəsində şeirdə yeni həyata qovuşurlar:

    Ey şanlı ölkənin şanlı ordusu,

    Unutmam Qafqaza girdiyin günü!

    Gəlirkən qovmağa Turandan Rusu,

    Ayağını Qara dəniz öpdümü?!

          Əhməd Cavadı, onun təmsil etdiyi azadlıqsevər Azərbaycan ziyalılarını milli istiqlal uğrunda mübarizə cəbhəsinə gətirən səbəbləri açıqlamaq baxımından “Kuropatkinə” (1917) şeiri xüsusiilə əhəmiyyətlidir. Kuropatkin Rusiya imperiyasının milli əyalətlərdə, müsəlmanların yaşadıqları regionlarda hökmranlıq edən canişinlərinin ümumiləşdirilmiş surətini vermişdir. İmperiyanın sadiq nökərləri əllərindəki hüdudsuz hakimiyyətdən sui-istifadə edirdilər. Şairin nəzərində öz amansızlığı ilə dünyada bədnam olmuş rus çarizmi, yaxud onun yerində imperiya iddiaları ilə əyalətləri qorxuya salan “Qızıl ordu” Azərbaycanın müstəqillik yoluna qədəm qoymasını, milli dövlətini qurub, əsrin tələblərinə uyğun yeni inkişaf yoluna düşməsi Rusiya bolşeviklərini bərk narahat edirdi. Onlar əvvəlcə Yaxın Şərqdə, sonra isə dünya inqilabının qələbəsi üçün Azərbaycandan bir vasitə kimi istifadə etmək, müstəqil Azərbaycan hökumətini yıxmaq, ölkənin strateji sərvətlərini, o  cümlədən neftini talamaq haqqında planlar hazırlayırdılar. Bu acı həqiqətləri görən Əhməd Cavad tez-tez bütün xalqın adından öz etiraz səsini ucaldırdı:

    Bu dağlar mənimdir, yeni gün gördü,

    Boğar səni ahım, ey duman, gəlmə!

    İnanma fələyə, dönükdür üzü,

    Bir üzə gülməyir, hər zaman, gəlmə!

    Sən ey gözlərimə batan quruntu,

    Sağlam bir imana səndən nə qorxu?

    Bəslərsə vicdanlar pək böyük duyğu,

    Yenilməz bir qələ hər vicdan, gəlmə!

           1920-ci il aprel ayının son günlərində Bakını işğal edən XI Qızıl Ordu Azərbaycan Demokratik Respublikasının mövcudluğuna son qoyulması, şairin yaradıcılığında yeni ideya-bədii meyillərin təzahürü ilə müşahidə olundu. Onun dərin sarsıntılarla kədər ifadə edən şeirləri, eləcə də “Göy-göl” şeiri qələmə alındığı illərdə Azərbaycan poeziyası ictimai-siyasi səbəblər üzündən böhran keçirirdi. Lirika acınacaqlı bir vəziyyətə düşmüşdür. Bolşevik əsarətinin mənəvi sıxıntıları nəticəsində  H.Cavid,  A.Şaiq və Ə.Cavad əvvəlki kimi yaradıcılıq fəallığı göstərə bilmirdilər. Belə bir vaxtda lirikamızın parlaq incilərindən olan “Göy-göl” şeiri  Azərbaycan poeziyasına yeni bir yaradıcılıq havası gətirdi. Bu nadir təbiət hadisəsini şair doğma Gəncənin, Azərbaycanın rəmzi kimi tərənnüm etmiş, onun şair təxəyyülündə əbədi bir yer tutmuşdur. “Pərizadə”, “Unudulmuş sevda”, “Sən ağlama”, “Nə yazım?”, “Gözəl qadın”, “Aya”, “Madonnaya” kimi şeirləri də bu qəbildəndir.

    Eşqimin nə imiş bilməm günahı,

    Yıxıldı kölnümün istinadgahı.

    Nəsibim olsa da, dünyanın ahı,

    Bu gün göz yaşımı siləcəyəm mən.

    Yaxında didarım nəsib olmazsa,

    Ümidsizlik məni salıb atəşə.

    Alaraq əlimə dəmirdən əsa,

    Bir gün hüzuruna gələcəyəm mən.

           Əhməd Cvadın iyirminci illərin əvvəllərinə aid əsərlərinin müəyyən bir qismi onun Quba qəzasında Qusarın Xuluq kəndində müəllimlik etdiyi zamanın məhsuludur. Yaşadığı yerdə kənd müəlliminin məişət qayğılarından, yazmaqla yanaşı, şair ucqar bir Azərbaycan kəndindən imkan taparaq dünyada baş verən hadisələrə münasibətini bildirirdi. Onun qəlbi Xuluqdan çox-çox uzaqlarda türk övladlarının başına gələn faciələrdən bəhs edən “Volqa aslanlarına”, “Vətəndaş”, “Nə üçündür?” kimi şeirlər də yazmışdır.

            1920-ci illərin sonu, 1930-cu illərin ortalarında müxtəlif səviyyəli yığıncaqların xitabət kürsülərindən siyasətbaz cızmaqaraçılar köhnə müsavatçı Əhməd Cvadı gözümçıxdıya salır, onun keçmiş fəaliyyəti haqqında dəhşətli nəticələr verə biləcək böhtanlar irəli sürürdülər. Belə əməllərə son qoymaq məqsədilə Ə.Cavad “İşçi!”, “Bir may bayramı”, “Moskva”, “Qızıl əskər nəğməsi”, “Pambıq dastanı” kimi əsərlərində yeni sosial mühitin tələblərinə cavab verməyə çalışmışdır.

           Şairin yaradıcılığı təkcə lirik əsərlərdən ibarət deyil, o eyni zamanda epik janr sahəsində də qiymətli yaradıcılıq uğurları əldə etmişdir. Buna misal olaraq onun “Səsli qız”, “Kür”  və “Pambıq dastanı” nı misal göstərmək olar.

           Xalqın istiqlaliyyəti uğrunda mübarizəsi Ə.Cavadı bütün ömrü boyu düşündürən, uğrunda həyatını qurban verdiyi bir həyat yolu olmuşdur. “Səsli qız” poemasının ideya-məzmununda bu amal qabarıq surətdə verilmişdir. Əsərin süjet xətti onun baş qəhrəmanının şərəfinə mədhiyyə kimi düşünülmüşdür. Bu qızın səsi şairin nəzərində dünyadakı səslərin ən gözəli kimi verilmişdir. Bir qədər sonra gərgin, böhranlı vəziyyətinə çatanda məlahətli səs sahibi el yolunda canından keçməyə hazır olan bir qəhrəman kimi ucalır. Şair qədimdə amansız bir hökmdarın qonşuluqda yerləşən , ərazisi kiçik olan bir ölkəyə hücum edərək orada törətdiyi vəhşiliklərdən söz açmışdır. Düşmənin altı aylıq müharibədən, təxribat və qırğın əməliyyatlarından sonra  başsız qalmış minlərlə ailə qaçqın və didərgin düşmüşdür.  Poemanın qəhrəmanı müğənni Sara qalib şahın xoşuna gələn sözləri yox, öz qəlbinin dərinliklərindən süzülüb gələn vətən deyimlərindən ibarət mahnısını oxuyur, el-obanın düşdüyü müsibətlərdən nalə çəkir:

    Mən ki səndən doymamışdım,

    Quş qonmağa qoymamışdım.

    Bir almanı soymamışdım,

    Kim sənə kəc baxdı, dağlar?!

    Dalğınam mən belə baxta,

    Ürəyim qan, laxta-laxta.

    Bax ki, kimlər çıxtı taxta,

    Küstü kimin baxtı, dağlar?!

    Çıxmamış gün, batmamış dan,

    Qanlı bir toz qalxdı yoldan.

    Qoç igidlər oldu qoldan,

    Qanlı kəfən taxtı dağlar!

          Bu mahnıdan sonra mövcud qaydaya görə xaqana mey təqdim edən Sara rəqqasələrin işə başladığı məqamdan istifadə edərək iti bir hərəkətlə badəyə zəhər tökür. Xaqan öz cəzasına çatır. Poema Saranın – “Səsli qızın” şərəfinə qoşulmuş oynaq, şən mahnı ilə bitir. Şairin ilhamının əsas işığı Saranın üzərinə yönəldilmişdir. Proloqdan epiloqa qədər poemada əsas yer tutan Sara bütün hadisələrin mərkəzində durmuşdur.

         “Pambıq dastanı” ilə  “Kür dastanı” poemaları arasında bəzi ümumi cəhətlər vardır. Onların ikisinin də kökündə şairin lirik duyğuları təsvir və tərənnüm edilir. Birinci əsərdə pambığın mədəni bitki kimi vətənə və digər ölkələrə yayılması tarixçəsi, ikinci əsərdə isə Kürün mənşəyindən başlamış Xəzərə tökülənə qədər davam edən yola nəzər salınır. Bu yol üstündəki ellər-obalar, təbiət mənzərələri təsvir olunur. Kürün lirik obrazını yaradan Ə.Cavad Kür sahillərində dolaşan  Yunan, Ərəb, Rus ordularını görmüş, onların Kürdən su içən atlarının kişnərtisini eşitmiş kimi olur. Şair əsərdə Kür çayını Azərbaycanın timsalına çevirir. Dönə-dönə hücumlara məruz qaldığına, əyalətlərinin işğal edildiyinə baxmayaraq, Azərbaycan xalqının dözümü, dəyanəti, özündə qüvvət tapıb odlar-alovlar içindən çıxması, milli mənliyini qoruması ideyasını şair bir daha təsdiq edir.

          Əhməd Cavad Azərbaycan Türk dili ilə yanaşı, Fars, Ərəb, Rus, Gürcü, Ləzgi dillərini də mükəmməl bilirdi. O, xalqlar arasında dostluğun, qarşılıqlı ədəbi-mədəni əlaqələrin inkişafında bədii tərcümənin roluna böyük əhəmiyyət vermişdir. İ.Turgenev, A.Puşkin və M.Qorkidən tərcümələri bunu deməyə əsas verir ki, Ə.Cavad  rus dilini yüksək səviyyədə mənimsəmişdir.

          Şair Nobel mükafatı laureatı Knut Hamsunun (Norveç ədibi) məhşur əsərlərindən olan “Aclıq” (Azərbaycan dilində, 1930), Maksim Qorkinin  “Cocuqluq” (Azərbaycan dilində, 1929) romanlarının və bir sıra başqa yazıçılarının klassik nəsr əsərlərinin Ə.Cavad tərəfindən tərcümələri oxucular tərəfindən səmimi qarşılanmışdır.

          Şair Şekspirin “Romeo və Cülyetta”sını qərbin “Leyli və Məcnun” u səviyyəsində Azərbaycan oxucusuna sevdirmişdir. Məhəbbət və qısqanclığın faciəsi olan “Otello” orijinalda olduğu kimi şair tərəfindən tərcümə edilmişdir. O, əsərlərin bədii səviyyəsinin qorunub saxlanlmasına ciddi əhəmiyyət verişdir.

          Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər arasında böyük gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geyinmiş pəhləvan” poeması xüsusi yer tutur. Qonşu gürcü xalqının mənəvi sərvəti olan bu əsər üzərində işləyərkən gürcü dilini səlist bilən Əhməd Cavad aylarla Gürcüstanda qalmış, əsər ətrafında araşdırmalar aparmışdır. Nəticədə layiqli bir bədii tərcümə yaratmışdır.

          Əhməd Cavad milli istiqlal şairi kimi Azərbaycan ədəbiyyatı tarixində mühüm yer tutur.

    AMEA Nizami adına Ədəbiyyat İnsititutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Ədalət RƏSULOVA.”Süleyman Rəhimov xatirələrdə”

            Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. Onun əsərlərində iki cür kənd görürük, birincisi miskin görünüşə malik, haqsızlıqlarla dolu köhnə kənd, ikincisi isə inkişaf etmiş mədəni görkəmə iqtisadiyyata, yüksək ideyalar uğrunda  mübarizə aparan insanlara, güclü texnikaya malik olan gur işıqlı kolxoz kəndini təsəvvürümüzdə canlandırırıq. Süleyman Rəhimov realist bir yazıçı kimi kənddə gedən sinfi mübarizəni, azadlıq mübarizəsini inandırıcı şəkildə təsvir etmişdir. Zülm və işgəncədən cana doymuş, mənlikləri alçaldılmış, təhqir edilmiş yoxsullar əl-ələ verərək işğalçılara qarşı mübarizə etmişlər. Köhnə kəndin təsvirində “Şamo”,  “Ata və oğul”, “Aynalı” əsərlərində, “Ötən günlər dəftərindən” adlı hekayələr kitabında geniş şəkildə qələmə almışdır. “Şamo” dakı Şehli kəndinin təsvirində varlılarla kasıblar arasında ziddiyət aydın görürünür. Bu kənddə yaşayan varlılar dəbdəbəli  həyat sürürlər, onlar ehtiyyacın nə olduğunu bilmədən yaşayırlar. Başqa bir tərəfdə isə yoxsulların qaranlıq daxmaları öz varlığından utanırmış kimi dərələrin küncünə, təpələrin yamacına sığınır. Bu yastı-yapalaq daxmalarda yaşayan insanlar bir parça çörəyə möhtac olurlar, onlar etiraz səslərini ucaltdıqda, söyülür, döyülür, təhqir edilirlər. Bu baxımdan müəllifin “Üzsüz qonaq”, “Muzdur əhvalatı”, “Mozalan kəndi”, “Xoruzlu dəsmal”, “Su ərizəsi” kimi hekayələri daha qabarıq şəkildə qələmə alınmışdır.

          Yazıçı “Saçlı” romanında bu mübarizənin davamını,  köhnə ictimai quruluşun tör-töküntüləri olan Zülmət və onun bandit dəstəsi, rayon icraiyyə komitəsi sədri kimi yüksək vəzifə tutan sinfi düşmən Qəşəm Sübhanverdizadə kimi ünsürlər azad kənd uğrunda mübarizəyə qarşı çıxırlar.Yeni qüvvələrin birgə səyi mübarizəsi nəticəsində Zülmət və Qəşəm kimiləri məhv edərək azad və mədəni kənd uğrunda apardıqları mübarizəyə nail olurlar. Uğrunda mübarizə apardıqları yeni kəndin gözəl və firavan həyatı inqilabdan əvvəlki kənddən fərqləndiyi kimi, onun insanları da hüquqsuz kəndlilərdən fərqlənirlər. Onlar cəmiyyət üçün insanların rifahı naminə xeyirxah işlərlə məşğul olurlar. Bu baxımdan ədibin “Yanan buludlar” adlı hekayə-oçerki xüsusilə diqqəti cəlb edir. Əsərdə Sovet hakimiyyəti illərində xalqımızın daim artan mədəni tələblərindən bəhs olunur. Hekayənin qəhrəmanı Nəbi kişi inkişafı düzgün başa düşən bir surət kimi verilmişdir. Nəbi kişi böyük bir kolxoza başçılıq edirdi. Onun  sədr olduğu kolxoz zəngin həyatın canlı bir nümunəsidir. O, istəyir ki, insanlar daha çox işlərə qadir olsun, məhsul bolluğu yaratmaq uğrunda mübarizənin ön sırasında getsinlər. Müasir kənd mövzusunda yazılmış “Ağbulaq dağlarında” romanında yeni həyat, yeni ictimai münasibətlər xüsusi yer tutur. Əsərin qəhrəmanı Şiraslan Böyük Vətən müharibəsi cəbhələrində həlak olmuş atası kimi xeyirxah işlər görmək, xalqa xidmət etmək arzusu ilə yaşayır. “Qardaş qəbri”, “Mehman”, “Ana abidəsi” və bu kimi başqa əsərlərində Süleyman Rəhimov kənd həyatından sonuz bir məhəbbətlə söhbət açır. Süleyman Rəhimovun xalq həyatı ilə yaxından  bağlılığı və yaratdığı obrazlar sözün həqiqi mənasında onun kənd həyatı ilə bağlılığından irəli gəlir.     Geniş xalq həyatını, Azərbaycan zəhmətkeşlərinin xoşbəxt həyat uğrunda mübarizəsini inqilab illərində və quruculuq dövründə keçdiyi həyat yolunu göstərən bədii əsərlərimiz çoxluq təşkil edir. Ancaq xalq həyatının vüsəti, əzəməti və inkişafı haqqında danışanda Süleyman Rəhimovun əsərləri ön sırada gəlir. Onun əsərlərində xalq həyatını dərindən, istedadla, böyük yaradıcılıq əzmi ilə qələmə aldığını müşahidə edirik. Süleyman Rəhimov öz yaradıcılıq işini həmişə geniş ictimai fəaliyyətlə əlaqələndirmiş, bir yazıçı və vətəndaş kimi xalqımızın və partiyamızın qarşıya qoyduğu vəzifələri, sədaqətlə yerinə yetirmişdir. O, belə hesab etmişdir ki, “yazıçı harada, hansı şəraitdə olursa-olsun onun ürəyi yaradıcı sənətkar ürəyi olaraq çırpınmalıdır. Bu çırpıntı olaraq qalmamalı, ötüb keçməməlidir. O, əməklə, qələmlə, kağızla birləşməli, yüksək bədii məhsulunu verməlidir”! Yaradıcılıq işini ictimai fəaliyyətdən ayrı təsəvvür etməyən sənətkarın zəhməti qəlb çırpıntıları öz bəhrəsini vermişdir. Sosialist Əməyi Qəhrəmanı adı Süleyman Rəhimovun və bütünlükdə Azərbaycan sovet ədəbiyyatının bədii nailiyyətlərinin yüksək qiymətləndirilməsi, yaradıcı zəhmətin şöhrətidir. Onun bir sənətkar kimi qələmi həmişə nurlu olmuşdur.

          Yazıçı sənətin və sənətkarın yaradıcısı olan xalqı tanımaq, xalqın qüdrətini, ləyaqətini dərk etməyi, ona arxalanmağı əsərlərində, sadə insanların təsvirində müvəffəq olmuşdur. Ədib xalqa onun qatı düşmənlərini tanıtdırmaqda, müxtəlif əks-inqilabçı qüvvələrin cəhalətin, meşşanların, məsləksizlərin iç üzünü açmaqda bir inqilabçı yazıçı kimi xalq arasında tanınmışdır. Süleyman Rəhimovun əsərlərində əks olunan böyük həyat həqiqətlərindən biri də sovet xalqları arasındakı sarsılmaz beynəlmiləl birliyinin tarixi kökləri və bu qardaşlığın böyük həyatı gücü ilə yeni məzmun kəsb etməsidir. Humanizim, xalqalar dostluğu ideyası tarix boyu ədəbiyyatda, incəsənətdə bəşəri bir arzu kimi təbliğ edilmişdir. Bu həqiqət S.Rəhimovun yaratdığı obrazlarda müxtəlif millətlərdən olan inqilabçı qəhrəmanlarda, onların məslək, əqidə birliyində çoxmənalı ifadəsini tapmışdır.

           Müasir ədəbiyyatımızın şöhrətlənməsində, müxtəlif millətlərdən geniş oxucu kütləsi cəlb etməsində onun əsərlərinin təsiri çox güclü olmuşdur. Xalqımızın gözəl mənəvi keyfiyyətlərini, qəhrəmanlıq ənənələrini igid babaların ağ günlər üçün fədakarlığını söz sənətində yaşatdığına, əbədiləşdirdiyinə görə Süleyman Rəhimov sevilərək oxunan yazıçılardan olmuşdur.

          Məhşur ədib E.Heminquey  həqiqi yazıçını məmbəyi çox dərinliklərdə olan sərin sulu kəhrizə bənzədir. Əgər bu kəhriz mənşəyini başı qarlı uca dağların yeraltı laylarından alırsa, heç zaman bitib tükənmir, dayanmır, qurumur, daim axır, ana yurdun göllərinə, çəmənlərinə, ucsuz-bucaqsız tarlalarına gözəllik və bərəkət çiləyir. Süleyman Rəhimov bitib tükənməyən kəhriz kimi milyonlarla insanların ürəklərinə əsərləri vasitəsiilə sərin su çiləyir. Bu ilham bulağı inqilabi keçmişimizə üz tutaraq  xalqın yeni ideyalarla silahlanıb hakimiyyəti ələ alması onun əsərlərində təkraredilməz lövhələrlə verimişdir. Yazıçı müharibədən əvvəlki yeni həyatın necə çətin və mürəkkəb şəraitdə qurulmasından, Böyük Vətən müharibəsində xalqımızın nailiyyətlərindən bəhs edən üçcildlik “Saçlı”, romanı yaradıcı ziyalılarımızın zəhmətindən danışan “Ana abidəsi”, təbii sərvətlərin insan səadətinə tabe olmasından bəhs edən “Ağbulaq dağlarında” əsərləri xalqımızın tarixinə şərəfli və ləyaqətli səhifələr yazan qəhrəman Həcər və Nəbinin əfsanəvi igidliyindən danışan “Qafqaz qartalı”, müasir dövrümüzün mənəvi-əxlaqi keyfiyyətlərindən bəhs edən “Qoşqar qızı”, C.Məmmədquluzadəyə həsr olunmuş “Uğundu” romanlarını yaratmışdır. Bu ilham bulağından məkdəbdən, maarifdən bəhs edən “Ata və oğul”, hüquq işçilərinin həyatından canlı lövhələr yaradan “Mehman” əsəri onun səmərəli yaradıcılıq axtarışlarının nəticəsi idi. Bu görkəmli realist sənətkarın əsərlərində xalqın tərəqqisinə maneçilik törədən qüvvələr, mənfi tiplər çox böyük ustalıqla qələmə alınmışdır. Ədib bədii yaradıcılığa başladığı ilk vaxtlardan bu məsələyə xüsusi əhəmiyyət vermiş, qabaqcıl cəmiyyətdə mütərəqqi qüvvələrin mənafeyinə xidmət edənlərlə daha çox maraqlanmışdır. Cəsarətlə demək olar ki, əsərdən-əsərə onun müsbət qəhrəmanları qüvvətlənmiş, canlılıq və gerçəklik kəsb etmişdir. Görkəmli alim Məmməd Arif müasirlik probleminə toxunaraq yazırdı: “Müasir mövzu dediyimiz zaman bəziləri bunu sadəcə bugünkü gündən yazmaq mənasında başa düşürdülər. Lakin unutmamalıdırlar ki, sovet yazıçısı üçün müasir mövzu, sovet həyatının həqiqi simasını, onun əsas nailiyyət və çətinliklərini, insanlarının yaradıcılığını, mənəvi aləmini, sevinc və kədərini təsvir etmək deməkdir. Müasir mövzu deyərkən həyatımızın səciyyəvi adamlarını və hadisələrini, fikrini və ruhunu nəzərdə tutmalıyıq. Bu, hər zaman belə olub, bizdə də belə olmalıdır”.

         Böyük Vətən müharibəsinin qızğın günlərində otuzuncu illərin hadisələrinə müraciət edən ədib bu məqsədlə, ədəbiyyatımıza “Mehman” povesti kimi qiymətli bir əsər ərsəyə gətirmişdir. Vətən müharibəsinin ağır illərindən insanlarımızın qəhrəmanlıqlarından, dostluqlarından, vətənpərvərliklərindən bəhs edən “Medalyon”, “Qardaş qəbri”, “Torpağın səsi”, insanların saflığından söhbət açan “Gəlin qayası”, mənəvi sərvətimiz olan durna gözlü göllərimizdən söhbət açan “Gəlin qayası”, “Güzgü göl”, qəzəbli ata məhəbbəti ilə damğalanan “Kəsilməyən kişnərti”, həqiqət və azadlıq uğrunda düşünən insanların ürək döyüntüsünü tərənnüm edən, şöhrət və mülkiyyət əsiri olan adamları damğalayan “Məhtaban”, məhəbbətin əbədiliyindən bəhs edən “Bəhram və Zərəfşan” və s. kimi mənalı, gözəl povestlər, həmçinin “Pəri çınqılı”, “Gülən balıq”, “Gülsabah”, “Su ərizəsi”, “Minnətsiz çörək” kimi qiymətli hekayələr də böyük sənətkarın ilham çeşməsinin məhsuludur. Heç də tam olmayan bu siyahıdan aydın görünür ki, yazıçının mövzu dairəsi son dərəcə geniş və rəngarəngdir. Xalqımızın bir əsrdən artıq dövrünü əhatə edən Süleyman Rəhimov sözün həqiqi mənasında qüdrətli qələm sahibi, unudulmaz xarakterlər yaratmaq, xalq dilinə, ruhuna hakim olmaq, onun keçmişində işıqlı cəhətləri müasir baxışla süzgəcdən keçirib bugünün oxucusuna çatdıran böyük sənətkardır. Yazıçını həmişə ön cəbhədə olan, sarsılmayan, mərd, vüqarlı bir əsgərə bənzətmək olar. Azərbaycan sovet ədəbiyyatının beşiyi başında ayıq-sayıq dayanan bu mərd ürəkli, fəhlə hünərli əsgərin dizləri heç zaman qatlanmamışdır. O, xalqa sıx ideyalarla bağlanmışdır. Ədibin özü  demişdir: “Mən hər dəfə əlimə qələm alanda elə bil silah götürüb səngərə girirəm. Ədəbiyyat ən böyük səngərdir. Əlbəttə burada atəş açılmır, toplar, tanklar, təyyarələr vuruşmur, hisslər, fikirlər, düşüncələr vuruşur, dünya görüşləri çarpışır. Yazıçı öz əsərləri vasitəsiilə oxucularının qəlbinin dərinliklərinə nüfuz edir. Onun öz sözləri ilə desək, həqiqi yazıçı bu mənada əlinə qələm alan gündən son nəfəsinə qədər səfərbər olmalıdır”.

         S.Rəhimov Azərbaycan sovet Yazıçılar İttifaqına başçılıq edəndə də özünü müsəlləh əsgər kimi səngərdə hiss etmiş, qələmini “süngüsünü” döyüşlərdən şərəflə çıxarmışdır.

          Süleyman Rəhimovun yaratdığı surətlərin çoxu onunla bir cəmiyyətdə yaşayan, müxtəlif sahələrdə fəaliyyət göstərən insanlar olmuşdur. Yazıçının istedadını yüksək qiymətləndirən Səməd Vurğun yazmışdır: “Süleyman nadir simalardandır. O, çox cürətli adamdır. Məhz buna görə də mən ona bağlıyam. O, Azərbaycan ədəbiyyatının ağır artileriyasıdır. Hər hansı bir sözü Rəhimov istədiyi şəkilə salmaq gücünə malikdir. Lakin onun qələmi nə qədər müti vəziyyətə düşsə də, əsas bir məqsədə, surətin daxili aləmini, psixologiyasını, ictimai-siyasi baxışlarını açmağa xidmət edir. Maraqlıdır ki, onun yaratdığı yüzlərlə surət danışıq tərzi, xarakteri, cəmiyyətdəki yeri, mövqeyi ilə seçilir, yadda qalır. Yazıçı bu müxtəlif xarakterli, müxtəlif səviyyəli surətləri bacarıqla bir sırada birləşdirir. Onun üslubunu surətlərin sayından və xarakterindən asılı olaraq çox səsli musiqi alətinə bənzətmək olar. Bu kimi məziyyətlər onu xalq ruhunun incəliklərinə, adət-ənənəsinə, dilinə bələd olan bir sənətkar kimi tanımaq imkanı verir. Yazıçının yaradıcılığında sağlam və sərt realizm, xalq müdrikliyi və yumoru üzvi surətdə birləşir, eyni zamanda bu birləşmədə xalq həyatının və insanların münasibətlərindəki təsvirin həyatiliyi dərin ictimai-tarixi ümumiləşdirmə yolu ilə göstərilir. Həmçinin xalq arasındakı satirik nağılların süjet və surətlərin ədib tərəfindən məhəbbətlə işlənməsi yazıçının üslubunda və xarakterində öz əksini tapır”.

          Süleyman Rəhimov əlli ildən artıq həvəs və məhəbbətlə, enerjisini əsirgəmədən yazıb-yaratmış, zəhməti sayəsində necə möcüzələrə qadir olduğunu yazdığı əsərləri vasitəsilə sübut etmişdir. O, özünü Azərbaycan xalqının və ədəbiyyatının “əli qələm tutan fəhləsi” adlandırır və bununla fəxr edir. O zamankı Partiya və hökumətimiz onun əməyini qiymətləndirmiş, Sosialist Əməyi Qəhrəmanı  kimi fəxri ad vermişdir.

         Sənətdə müasirlik geniş anlayışdır. Onu acaq günün hadisələrindən yazmaq mənasında başa düşmək birtərəfli olardı. Müasirlik ruhu mövzudan daha artıq, müəllifin qələmə aldığı hadisələrə münasibətindən, mövqeyindən asılıdır. Yazıçı orijinal istedad, daima axtaran böyük  sənətkardır. Ədib haqqında yazan Azərbaycan və rus  tənqidçiləri onun qüdrətli söz ustası olduğunu dəfələrlə qeyd etmişdilər. Görkəmli sənətkarın kitablarında respublikamızın təxminən bir əsrlik tarixinin bədii salnaməsi yaradılmışdır. Onun roman və povestlərində, hekayə və xatirələrində XIX əsrin ikinci yarısından başlayaraq, xalqımızın azadlıq və sosializm uğrunda mübarizəsinin parlaq səhifələri, kəskin sinfi toqquşmaların geniş lövhəsi, adamların dünyabaxışı və əxlaqında baş vermiş mühüm  dəyişikliklər öz əksini tapmışdır.

         Xalq yazıçısı Süleyman Rəhimov böyük ictimai-siyasi və maarifçilik fəaliyyəti ilə ədəbi yaradıcılıq işini ustalıqla əlaqələndirib, onlarca dəyərli romanlar, povestlər, hekayələrlə yanaşı elmi və publisistik məqalələr də yazmışdır. Azərbaycan sovet nəsrinin və pedoqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edən zəngin irsdə Azərbaycan xalqının həyat yolu, inqilabi mübarizəsi, keçmişi və gələcəyi  ilə bağlı vacib məsələlər, digər tərəfdən gənc nəslin təlim-tərbiyə məsələləri son dərəcə parlaq və inandırıcı şəkildə təsvir olunmuşdur.  Hələ gənc yaşlarında xeyli müddət müəllim işləmiş bu böyük sənətkarın elə bir əsəri tapılmaz ki, orada xalq maarifinə, məktəbə, müəllimə bir sözlə  mühüm pedaqoji məsələlərə öz dəyərli fikirlərini çatdırmamış olsun.  Müəllimlik müqəddəs sənətdir. Körpə balalara təlim-tərbiyə vermək, onları yetişdirib boya-başa çatdırmaq, gələcək üçün faydalı vətəndaşlar hazırlamaq vacib və gərəklidir. Bütün bu deyilənlərlə yanaşı S.Rəhimov öz məqalələrinin birində yazmışdır: “Sənətkar üçün daha mən zirvəyə çatdım” demək ən qorxulu və dəhşətli xəstəlikdir. Sənətkar özünə qarşı daima tələbkar olmalıdır.

         Süleyman Rəhimovun gücü nədədir? Nə üçün görkəmli, tələbkar ədəbiyyatşünaslar onu bu dərəcədə yüksək qiymətləndirmişlər?

          Ədibin əsərləri haqqında yazmış müəlliflərin siyahısı çox genişdir. Onların arasında  akademik Məmməd Arif, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir  üzvü M.Cəfər, filologiya elmlər doktoru professor Cəfər Xəndan, Ağamusa Axundov, Qulu Xəlilov, Məsud Əlioğlu, Pənah Xəlilov, Musa Adilov kimi tanınmış alimlər vardır. Səməd Vurğun, Mehdi Hüseyn, Mirzə İbrahimov, Mir Cəlal, Əli Vəliyev kimi görkəmli söz ustaları öz qələm yoldaşları haqqında yüksək fikir söyləmişlər. Rus yazıçı və ədəbiyyatşünaslarından Y.Libedinski, K.Simoniv, K.Zelinski, Z.Kedrina, A.Adalis, Q.Lomidze, N.Vorobeyeva, S.Xitarova və başqaları ədibin yaradıcılığı ilə maraqlanmış, əhəmiyyətli mülahizələr irəli sürmüşlər.

          Yuxarıda adları çəkilən tənqidçi və ədəbiyyatşünaslar Süleyman Rəhimovun yaradıcılığını, sənətkarlıq xüsusiyyətlərini yüksək qiymətləndirmişlər!

                              Köksündə min əsər yaşadır hər gün,

                             Günəşdən od alır hər bir əsərin.

                             Sənətlə ölçülür sənətkar ömrün,

                            Sənə haqqımız var sənətkar deyək.

                                                                     ***

    Fatehlər susdurub sənətkar səsi,

    Qartal qanadlısan zirvələrdə gəz!

    Öz eli ucalda bilməyən kəsi,

    Bəşər də yığılsa ucalda bilməz.

    ***

                                 Sənin ömrün bu həyata bənzəyir,

                                 Muganı da mil düzü də var onun.

                            Ömrü yolun kainata bənzəyir,

                                 Qartal qanadlısan zirvələrdə gəz!

            ***

    Bədii yaradıcılıq qocalmaq bilməyən sənətdir. Yazıçı həyat həqiqəti ilə bədii həqiqətin uyğunluğuna daha ciddi diqqət verir. Əsərlərində yüz illik həyatı yaşadan, ədəbiyyatımızı zənginləşdirən belə sənətkarlara ehtiyyacımız daha çoxdur. Süleyman Rəhimovun yaradıcılığından, onun mənalı həyatından  söz açmaq, yarım əsrdən artıq mürəkkəb bir dövrün mübarizələrlə dolu səhifələrini varaqlamaq deməkdir. Mənalı və məhsuldar həyatının ən yüksək zirvələrinə çatmış, sənətkarımızın keçdiyi həyat yolu ədəbi gəncliyimiz üçün vətənə sədaqət nümunəsidir.

          Əminik ki, ədibin sevə-sevə yaratdığı əsərləri heç vaxt öz qiymətini itirməyəcək, nəsillər dəyişdikcə onun əsərləri sevilərək oxunacaq.    

    AMEA Nizami Gəncəvi adına ədəbiyyat insitutunun əməkdaşı

    Ədalət Rəsulova

  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət xanım Rəsulovanın məqaləsi “Hece Taşları” dərgisində işıq üzü görüb

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət xanım Rəsulovanın “Cümhuriyyət nəğməkarı” Əhməd Cavada həsr olunmuş “Müstəqilliyimizin Şair Qurbanı: Əhməd Cavad” adlı məqaləsi (http://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari89sayiOn5temmuz2022.pdf) Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 89-cu sayında dərc olunub.

    “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə də yazıçı-publisist Ədalət xanım Rəsulovanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 57. sayısında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Almas İldırıma həsr olunan “Didərgin şairin vətən niskili” adlı məqaləsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!

    Azərbaycan  Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti,

    Azərbaycan Respublikası Mədəniyyət  Nazirliyi,

    Azərbaycan Yazıçılar Birliyi

    təqdim edir:

    Şanlı Zəfər Savaşımıza həsr olunan

    “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!

    Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər…

    Müsabiqənin şərtləri:

    -Müsabiqədə 18-40 yaş arasında müəlliflər  yalnız yeni,

     indiyədək çap olunmamış şeirləri ilə iştirak edə bilərlər;

    -Şeirlər 14-lük Times New Roman şriftlə və 1,5 intervalla word faylında yığılmalıdır;

    -İştirakçılar müsabiqəyə şeirlərlə yanaşı  şəxsiyyət vəsiqələrinin hər iki üzünü, fotolarını, ünvan və əlaqə nömrələrini qeyd etməklə qısa tərcümeyi hallarını   müvafiq fayllarda aşağıdakı elektron poçt ünvanına göndərməlidirlər:   kkgsheir@gmail.com

    –  İyulun 10-dan, sentyabr ayının 10-a qədər müraciət edə bilərsiniz;

    Müsabiqə iki mərhələdə aparılacaq, ədəbi nümunələr nüfuzlu münsiflər heyəti  tərəfindən dəyərləndiriləcək, ilk mərhələni keçən  şeirlər

    efirdə təqdim ediləcək, I, II və III yerin qalibləri Zəfər günümüzdə  pul və xüsusi mükafatlara layiq görüləcək .

    İnformasiya və təşkilati dəstək: Mədəniyyət kanalı , Bakı Kitab Mərkəzi, “Ədəbiyyat” qəzeti, Azərbaycan Radiosu

    Mənbə: http://azyb.az/

  • Qazaxıstanda azərbaycanlıların dəstəyi ilə “Dombra Günü” təşkil olunub

    İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy dombyra” adlı bayram tədbiri keçirilib.

    AZƏRTAC xəbər verir ki, Respublika Dostluq Evinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi tədbirdə dost ölkənin incəsənət ustaları, tanınmış küyilər və ənənəvi mahnı ifaçıları, o cümlədən cənub paytaxtının etnomədəni mərkəzlərinin nümayəndələri iştirak ediblər.

    Qazaxıstan Respublikası Parlament Məclisinin üzvü, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin rəhbəri Əbülfəz Xamedov günün əhəmiyyəti ilə bağlı fikirlərini bildirib. Bildirib ki, 2018-ci il iyunun 13-də Qazaxıstan Respublikasının Prezidenti Milli Dombra Gününün qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu əlamətdar günün iyulun ilk bazar günü qeyd olunması qərara alınıb. Ona görə də biz azərbaycanlılar bu gün milli mədəniyyətin özünəməxsusluğunu qoruyub saxlamaq və yaşatmaq ideyası ətrafında cəmiyyətin daha da möhkəmlənməsi üçün “Dombra Günü”nün təşkilatçısı kimi çıxış etdik.

    Məlum olduğu kimi, qədim zamanlardan musiqi və mahnılar köçəri xalqın həyatında böyük rol oynayıb. Dombra qazax xalqının simvolu adlandırıla biləcək əsas musiqi alətlərindən biri hesab olunur.

    Bu alətin bir çox xalqlarda analoqları var – rus mədəniyyətində formaca oxşar dumra, tacik mədəniyyətində dumrak, özbək mədəniyyətində dutara bənzər dumbyra, dumbrak, qırğız mədəniyyətində romuz, türkmən mədəniyyətində dutar, baş, dumbıra, başqırd mədəniyyətində dumbyra, Azov dənizi noqay mədəniyyətində dombyra, azərbaycanca, türk mədəniyyətində isə saz. Biz hər zaman əcdadlarımızın irsini örnək alacağıq.

    Mənbə: https://azertag.az

  • Şuşa teatrı “Dəli Domrul” tamaşasını yenidən göstərəcək

    İyulun 9-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq.

    AZƏRTAC xəbər verir ki, “Dəli Domrul” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

    Qeyd edək ki, “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi – Dədə Qorqud” dastanının “Duxa Qoca oğlu Dəli Domrulun boyu” əsasında qələmə aldığı eyni adlı pyesi əsasında hazırlanıb. Meydan üslubunda səhnələşdirilmiş tamaşada dünyanın faniliyi, məhəbbətin ucalığı ön plana çəkilir.

    Mənbə: https://azertag.az

  • “Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir

    YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün nəzərdə tutulan “Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir.

    AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində buaykı ustad dərsləri maraqlı mövzularla zəngindir. Belə ki, iyulun 6-13-də Lətafət Məmmədovanın rəhbərliyi ilə “Kətan üzərində boyalar”, 20-də Vüsalə Ağarazıyevanın rəhbərliyi ilə “Ucadan yol”, 27-də Gülarə İsrafilovanın rəhbərliyi ilə “Ailə portreti” adlı ustad dərsləri təşkil olunacaq.

    Qeyd edək ki, ustad dərsində iştirakçılar cari sərgidəki hər hansı bir əsərin fraqmentini özləri üçün seçərək kətan üzərində təsvir edəcəklər. Bununla da hər iştirakçı əsərə bəzi fərqli xüsusiyyətlər gətirəcək. Sonra alınan bütün fraqmentlər ümumi əsər kimi birləşdiriləcək; İştirakçılar, həmçinin akvarel kağızı üzərində akril boya ilə öz ailə portretini də təsvir edəcəklər.

    Xatırladaq ki, qeydiyyat çərşənbə axşamından cümə gününə kimi, saat 11:00-dan 18:30-dək aparılır.

    Ustad dərslərində iştirak ödənişsizdir.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyi “Şuşa qalası” layihəsinə start verib

    Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” layihəsinə start verir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hər buraxılış Şuşanın bir məhəlləsində çəkiləcək.

    Məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək. Əsrlər boyu burada kök salmış nəsillər barədə informasiya təqdim olunacaq. Videoçarxlarda, həmçinin mədəniyyətimizin beşiyi Şuşada aparılan yenidənqurma və bərpa prosesi də önə çəkiləcək.

    Mənbə: https://azertag.az

  • Məşhur aktrisa Kameron Diaz film sahəsinə qayıtmaq qərarına gəlib

    Keçmiş Hollivud aktrisası Kameron Diaz, “Akademiya mükafatı” laureatı Ceymi Foksun baş rolda çəkildiyi filmə dəvət olunduğuna görə film sahəsinə qayıtmaq qərarına gəlib.

    AZƏRTAC xarici KİV-yə istinadla xəbər verir ki, özünü ailəsinə həsr etmək üçün 2014-cü ildə karyerasına son qoyan aktrisa yeni layihədə rol alacaq. Bu layihəni “Netflix” yayım platforması gerçəkləşdirəcək.

    Brendan O’Brayenlə birgə yazdığı ssenariyə əsasən çəkiləcək “Dözülməz rəhbərlər” filminin rejissorluğunu Set Qordon edəcək. Hələlik süjetin təfərrüatları gizli saxlanılır. Filmin çəkilişlərinə bu ilin sonunda başlanması gözlənilir. Premyera tarixi hələ ki, açıqlanmayıb.

    Qeyd edək ki, amerikalı model və aktrisa K.Diaz ona şöhrət gətirən əfsanəvi fantastik “Maska” filmi ilə kinoda debüt edib. Bu filmdən sonra aktrisa Hollivud reytinqi üzrə çox sürətlə yüksələrək, ən yüksək qonorar alan aktrisalardan birinə çevrilib. O, həmçinin “Qızıl qlobus” və digər nominasiyalar üzrə bir neçə mükafatlara layiq görülüb. Son illərdə isə Kameron Diaz özünü ailəsinə həsr etməklə yanaşı, öz şəxsi biznesi ilə də məşğul olur.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir

    Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir.

    Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər.

    Hər iştirakçı yalnız bir videoçarx ilə müsabiqəyə qoşula bilər. İştirakçının yaş məhdudiyyəti yoxdur. Videoçarxlar MP4 və ya MOV formatında qəbul edilir (1920X1080 ölçüdə)

    Videoçarxların müddəti maksimum 3 dəqiqə həcmində olmalıdır. Videoçarxlarda istifadə edilən materialların müəllif hüquqları məsələləri ilə bağlı videomaterialın müəllifi məsuliyyət daşıyır.

    Tələb olunan sənədlər:

    Müəllifin şəxsiyyət vəsiqəsinin (xarici vətəndaşlar üçün daimi yaşayış icazələrinin) surəti;

    Müəllifin CV-si (əlaqə məlumatları göstərilməklə)

    Sənədlərin qəbulu 1 iyul – 20 oktyabr tarixlərində elektron şəkildə mövzunun adı qeyd edilməklə (“Qarabağın tarixi”) media@culture.gov.az poçt ünvanı vasitəsilə aparılır.

    Qalibləri C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək.

    Qalib müəlliflər müvafiq olaraq 1000, 800 və 500 manat məbləğində pul mükafatı və diplomla mükafatlandırılacaq.

    Müsabiqənin qaliblərinin adları noyabr ayının 7-dək nazirliyin və “Azərbaycanfilm” kinostudiyasının internet informasiya ehtiyatlarında (www.culture.gov.az www.azerbajanfilm.az) və “Mədəniyyət” qəzetində elan olunacaq.

    Mənbə: https://azertag.az

  • “Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası

    Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub.

    Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə olunmuş və bəzi hissələrdə yarğanlarla bitmişdir ki, bu da düşmən tərəfindən keçilməz sədd hesab olunurdu.

    Qalanın təmir-bərpa işləri və tikintisinin davam etdirilməsi uzun illər çəkdi.

    Gəncə qapısının tikintisi Pənahəli xanın hakimiyyəti dövrünə təsadüf edir və XVIII əsrdən Gəncə və ya Çiləbörd qapısı adlanır. Bu qapı Şuşanı Gəncə şəhəri və Qarabağ xanlığının Çiləbörd mahalı ilə birləşdirirdi. Digər qapılarla müqayisədə bu gün daha yaxşı vəziyyətdədir.

    Qalanın qərb tərəfində yerləşən İrəvan və ya Xəlfəli qapısı Şuşanı Xəlfəli kəndi və İrəvan şəhəri ilə birləşdirirdi. Digər qapılardan fərqi hər iki tərəfdə simmetrik şəkildə yerləşdirilmiş iki pilləli döyüş qüllələri ilə möhkəmləndirilməsi idi.

    Qalanın şərq tərəfindəki digər qapı isə Muxtar, Topxana və ya Şuşakənd qapısı kimi tanınan Ağoğlan qapısı idi.

  • “Karib dənizinin quldurları” filminin davamı çəkiləcək

    Conni Depp yenidən “Sərçə Cek” rolunu canlandıracaq.

    AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Disney” şirkəti məşhur aktyorla 300 milyon dollarlıq “Karib dənizinin quldurları-6” filmi üçün sözləşmə hazırlayır.

    Qeyd edək ki, həyat yoldaşı ilə məhkəmə işinə görə Conni Depp bir çox layihədən kənarlaşdırılsa da, məhkəməni qazanandan sonra yenidən yarımçıq buraxdığı layihələrə geri qayıdıb.

    Mənbə: https://azertag.az

  • Məşhur ozan haqqında film çəkilir

    Türkiyənin məşhur ozanı Neşet Ertaş haqqında film çəkilir.

    AZƏRTAC Türk mediasına istinadla xəbər verir ki, məşhur ozanın həyat və yaradıcılığından bəhs edəcək “Qarip bülbül Neşet Ertaş” filmində baş rolda Ramazan Bağgül oynayacaq.

    Ekran əsəri bu il dekabrın 23-də yayımlanacaq.

    Mənbə: https://azertag.az

  • Əfsanəvi “Pink Floyd” rok qrupu müəllif hüquqlarını satışa çıxaracaq

    Əfsanəvi “Pink Floyd” rok qrupu bir sıra mahnı və albomlarının müəllif hüquqlarını 500 milyon dollara satışa çıxaracaq.

    AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Həmçinin musiqiçilər qrupun brendi altında suvenirlər istehsal etmək hüquqlarını da satırlar. Məlumata əsasən, “Pink Floyd”un müəlliflik hüquqlarını almaq üçün əsas iddiaçılar “Sony Music Entertainment” və “Warner Music Group Corporation”dır.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamına görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb

    Xəbər verildiyi kimi iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamınızı böyük sevinc və qürur hissiylə qarşıladıq. Ulu Öndərimizin layiqli varisi kimi onun ədəbiyyatımıza daimi diqqətini və qayğısını XXI əsrdə uğurla davam etdirirsiniz.

    Bu muzeyi zəngin mədəniyyət ocağı kimi təşkil etmək və yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

    Ailəmizin adından, Yazıçılar Birliyi adından, şəxsən öz adımdan Sizə ən dərin və ən səmimi minnətdarlığımı bildirirəm.

    Sağ olun, var olun!”

    Mənbə: https://azertag.az/

  • Şəkidən rənglər

    Gözəlliklər yurdu Şəkidən bir günlük təəssüratlarım

    Azərbaycanımız dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də coğrafi şəraiti, iqlimi və göz oxşayan təbiəti ilə seçilir. Qədim gözəlliklər yurdu olan vətənimizin tarixdə iz qoyan və bu gün də sayılıb-seçilən oğul və qızları ilə çağdaş tarixə imza atan bölgələrindən biri də  Şəkidir.  Bura şərq ədəbiyyatının qibləsi sayılan Mirzə Fətəli Axundovun, Turan məfkurəsinin  zirvəsini yaradanlardan biri olan ölməz şairimiz Bəxtiyar Vahabzadənin, məşhur dilçi alim Əbdüləzəl Dəmirçizadənin, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundovanın, general Ziya Yusifzadənin, tanınmış alim, professor Şirməmməd Hüseynovun, məşhur incəsənət xadimi, bəstəkar Cövdət Hacıyevin və digər onlarla ünlü şəxsiyyətlərin doğulub boya-başa çatdığı məkandır. Bu rayon öz məktəblərinin məzunları ilə gerçəkdən  qürur duya bilər. Rayonda fəaliyyət göstərən məktəblərin bir çoxu ilə bağlı ürəkaçan sözlər demək mümkündür. Lakin bu yazıda Şəki şəhərində yerləşən 18 saylı məktəbdən və bu məktəbdə  yaxın günlərdə gerçəkləşən məzuniyyət törənindən söz açacam.  

    Şəhərin 18 saylı tam orta məktəbində  sözün həqiqi mənasında gələcəyinə sonsuz inam olan işıqlı  şagirdlər – gələcəyin layiqli vətəndaşları yetişdirilir. 18 saylı orta məktəb zaman-zaman yurdumuza savadı, zəkası, tərbiyəsi və cəmiyyətə faydalılığı  ilə seçilən  insanlar bəxş etmişdir.  Bu qocaman məktəbin  işinə məsuliyyətlə yanaşan, yüksək intellektli və səmimi kollektivi var.  Məktəbin direktoru Məmməd Mahmudov belə bir kollektiv formalaşdırdığına və məktəbdə yüksək səviyyədə təlim-tərbiyə işi qura bildiyinə görə valideynlər və rayon ictimaiyyəti tərəfindən sevilir və hər yerdə rəğbətlə qarşılanır. Hər il olduğu kimi bu il də ənənəyə uyğun  olaraq bu məktəbdə “Son zəng“  törəni oldu. Tədbiri məktəbin XI a sinif şagirdi Aysu Yusifli açdı.  Tədbirdən öncə müəllimləri mənə məlumat verdilər ki, Aysu oxuduğu illər ərzində məktəbin ən çalışqan,  ictimai işlərdə öz fəallığı ilə seçilən şagirdlərindən biri olub. Dəfələrlə  “Fəxri fərman” və “Təşəkkürnamə”lərlə təltif edilmişdir.  Son zəngdə həm müəllim kollektivi, həm məzunlar, həm də valideynlər kifayət qədər fəal şəkildə iştirak edirdilər. Məktəbin direktoru Məmməd Mahmudov, müəllimlərdən 11-cilərin sinif rəhbəri Səba müəllimə,  Yeganə müəllimə və Sevinc müəllimə, ürək sözləri olan valideynlər və şagirdlər çıxış etdilər.  Bütün çıxışların bir ana xətti vardı; hamı məzunlara davamlı uğurlar, millətimiz və dövlətimiz üçün layiqli vətəndaş olmağı arzu edirdilər və onların gələcəkdə cəmiyyətdə nüfuz sahibi olan insanlardan biri kimi görmələrini diləyirdilər.

    Doğrusu, bu məktəbin məzun törəni və müəllim kollektivinin gözəlliyi məndə dərin təəssürat yaratdı. Özəlliklə öz üslubu, valideynlərə və şagirdlərə yanaşma tərzi ilə seçilən, intellekti və yüksək qabiliyyəti ilə çoxlarından fərqlənən Səba müəllimə qəlbimdə daha dərin iz buraxdı. Səba müəllimə bu il məzun olan 11-cilərin sinif rəhbəri olub. İcazənizlə onu sizə daha yaxından tanıdım, əziz oxucu! Rəsulova Səba Qüdrət qızı 1969-cu ildə Şəki şəhərində doğulub. 1987-ci ildə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutuna daxil olmuşdur. 1992-ci ildən Şəki şəhəri 18 saylı tam orta məktəbdə işləyir. 2022-ci ildə müəllim kimi fəaliyyətinin 30 illiyini qeyd edib. İşlədiyi müddət ərzində özünü həm şagirdlər, həm də valideynlər arasında sevdirə bilib. Onu sevdirən isə sənətinə bağlılığı, işinə məsuliyyətlə yanaşması, intellekti, geniş dünyagörüşü və zəhmətkeşliyi olub. O, daim öz üzərində çalışan ən fəal müəllimlərimizdən biridir. Tədbirin sonunda yenidən şagirdlərin qarşısına çıxan 18 saylı məktəbin direktoru  Məmməd Mahmudov və sinif rəhbəri Səba Rəsulova məzunlara öz dəyərli tövsiyələrini verdilər, onlara gələcək fəaliyyətlərində bol-bol uğurlar arzuladılar. Biz də Səba müəlliməni 30 illik peşə fəaliyyəti münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu şərəfli işində uğurlar və şanslar arzulayırıq. 11-cilərdən öz fəallığı ilə seçilən  Aysuya və onunla bərabər məzun olan bütün uşaqlara  tezliklə istədikləri ali təhsil ocaqlarına qəbul olunmasını və tələbə adını qazanmalarını arzu edirik.

    Nübar İftixarqızı

    Mənbə: https://manevr.az/

  • Gülnar SƏMA.”Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinin nəşrinə bir baxış “

    Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istərsə də müstəqillik illərində hər iki ölkənin ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikasını Almaz Ülvinin “Azərbaycan-özbək (çağatay) ədəbi əlaqələri” kitabından izləmək oldu.

    Hər iki dövlətin müstəqillik qazanmasından sonra bir sıra qurumlarının, xüsusilə Elmlər Akademiyalarının, Yazıçılar Birliklərinin əməkdaşlığı davam edib. Bu istiqamətdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, Dünya Gənc Türk Yazarlar Birliyinin, Daşkənddə “Azərbaycan evi”nin, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Beynəlxalq Türk Akademiyasının fəaliyyətini ayrıca diqqətə çatdırmaq lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının bu sahədə xidmətləri sovet dövründən gündəmdə olub. Belə ki, Xalid Səid Xocayevin çevirdiyi Mahmud Kaşğarlının “Divani lüğət-it-türk” əsərinin tərcüməsinin əlyazma nüsxəsi AMEA    Dilçilik İnstitutunun elmi arxivində saxlanılır. 1985-ci ildə isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbi əlaqələr” seriyasından nəşr etdirdiyi “Azərbaycan-özbək ədəbi əlaqələrindən səhifələr” elmi məqalələr toplusunda 16 elmi tədqiqat məqaləsi yer almışdı.

    Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinə aid tərcümə, tərtib, araşdırma, nəşr və digər bu kimi işlərin aparılmasında Ramiz Əskərin, Kamil Vəliyevin, Almaz Ülvinin, Akif Bağırovun, Yaşar Qasımbəylinin, Vaqif Arzumanlının, Ənvər Cabbarlının, Rəsmiyyə Sabirin, Əkbər Qoşalının, Səlim Babullaoğlunun, İlqar İlkinin, Şahlar Dağlaroğlunun, Əjdər Olun, Samir Abbasovun, Qulu Kəngərlinin, Ədalət Əsgəroğlunun rolu danılmazdır.

    Ramiz Əskər 1994-cü ildə Yusif Balasağunlunun “Qutadğu Bilig”ini (Kamil Vəli Nərimanoğlu ilə), 2006-cı ildə Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”ünü (dörd cilddə), 2009-cu ildə “XX əsr özbək şeiri antologiyası”nı, 2011-ci ildə Zəhirəddin Məhəmməd Baburun “Seçilmiş əsərləri”ni və “Baburnamə”ni, Sultan Hüseyn Bayqaranın “Divan”ını, 2018-2019-cu illərdə Əlişir Nəvainin “Xəmsə”sini Azərbaycan dilinə çevirib. Alim xidmətlərinə görə Özbəkistanın “Babur” mükafatına layiq görülüb. 2003-cü ildə “Qutadğu bilik”, 2008-ci ildə “Mahmud Kaşğari və onun “Divanü-lüğat-it-türk”, 2020-ci ildə “Əlişir Nəvai və onun “Xəmsə”si” adlı elmi-tədqiqat kitabları nəşr olunub.

    Müstəqillik dönəmində işıq üzü görmüş kitablardan Xalq yazıçısı Anarın hazırladığı 1993-cü ildə “Yazıçı” nəşriyyatında çap olunmuş “Türkün 101 şairi” kitabını göstərə bilərik. Həmin kitabda özbək yazarlarından Rauf Pərfinin “Duyumlar” əsəri A.Bağırovun, Məhəmməd Salihin “Əgər bu sinəmə”, “Gecə”, “Ona ağı deyib” əsərləri V.Cəbrayılzadənin çevirməsində yer almışdı. 1992 və 2005-ci illərdə “Turan çələngi”, 2000-ci ildə “Türkün dastanı” toplularının çap olunmasının özünəməxsus əhəmiyyəti vardır. Özbək folklorçusu Məmmədqul Curayevin toplayıb tərtib etdiyi “Əlişir Nəvai haqqında rəvayətlər” 1994-cü ildə Füzuli Bayat tərəfindən Azərbaycan dilində nəşr edilmişdi. 2000-ci ildə Azərbaycan-özbək ədəbi-publisistik əlaqələrinin körpüsünü yaradan yazıçı-publisist Ağəddin Mansurzadənin “Özbəkistanda nəyim qaldı” adlı sanballı kitabı çap olunmuşdu.

    Müstəqillik illərində xüsusi çəkisi olan layihələrdən biri kimi 2005-ci ildə “UGART cəhdləri” (Özbəkistan, Gürcüstan, Azərbaycan: yaradıcılıq – tərcümə cəhdləri) adlı konfransı qeyd edə bilərik. Həmin konfransda “Çağdaş özbək ədəbiyyatından seçmələr” bölməsində Akif Azalp “Şərqlə Qərbin yol ayrıcında (Çağdaş özbək şeirinə bir baxış”) adlı icmal məqaləsində Tutubikə, Möhtərəm Uluğova, Fərağət Kamalqızı, Aygün Suyundukova, Fəriqə Əfruz, Xasiyyət Rüstəmova kimi müəlliflərin əsərlərinə münasibət bildirmişdi. “Dünya ədəbiyyatı”nın xüsusi buraxılışında çağdaş özbək poeziyasından Abdulla Arifin (S. Babullaoğlu), Osman Əzimin (A. Azalp), Bəhram Ruziməhəmmədin (G. Mövlud), Eşkabil Şükürün (G. Mövlud), İqbal Mirzənin (A. Azalp), Mirpolad Mirzənin (G. Mövlud), Əziz Səidin (S. Babullaoğlu), Osman Qoşqarın (A. Azalp), Qoşqar Narqabilin (A. Azalp), Siracəddin Səyyidin (G. Mövlud), Xasiyyət Rüstəmovanın (A. Azalp), Xurşud Dövranın (S. Babullaoğlu) şeirləri və Xeyrəddin Sultanovun “Ya cəmşid!” (M. Nur), Əbdülhəmid İsmayılın “İki qocanın tarixçəsi” (P. Yusif) adlı hekayələri toplanmışdı.Əlaqələrin davamı olaraq 2006-cı ildə “Turan çələngi” kitabının təqdimat mərasimi, 2007-ci ildə Əlişir Nəvainin “Mizan ul-ovzan” əsərinin tərcüməsinə və “Şərq təranələri”nə həsr edilmiş gecə təşkil olunmuşdu. 2007-ci ildə Akif Azalp “Turan havası” kitabını, 2009-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyi və “Vektor” Uluslararası Elm Mərkəzi Rəsmiyyə Sabirin tərcüməsində Xasiyyət Rüstəmin “Qorxunc” seçmə şeirlər kitabını nəşr etdi. 2010-cu ildə Ağacəfər Həsənlinin tərtib və redaktorluğu ilə islam ölkələri şairlərinin şeirlərindən ibarət “Sevgi fəsli” kitabı çap olundu, kitaba Azərbaycan şairlərinin tərcüməsində özbək ədəbiyyatından seçmələr də daxil edildi.2019-cu ildə Şahista Kamranlının tərcümə etdiyi Qoşqar Narqabilin “Xoşbəxtliyin bazarı varmı, yaxud beş dul və bir rəis” pyesi Almaz Ülvinin ön sözü və Əkbər Qoşalının rəyi ilə çap olunub. Xasiyyət Rüstəmin 2020-ci ildə Bakıda çap olunan “Leyli ağaclar” kitabındakı şeirləri Afaq Şıxlı, “Gündəlik” bölümünü Eluca Atalı və Şermurad Sübhan özbəkcədən dilimizə uyğunlaşdırıblar. Onun redaktorluğu ilə yayımlanan “Kitab dünyası” qəzeti də mədəni əlaqələrin inkişafında xüsusi rola malikdir.Bunlarla yanaşı, Azərbaycan ədəbiyyatının Özbəkistanda nəşri də gündəmdən düşməyib. İlk dəfə 2014-cü ildə Məhsəti Gəncəvi, Heyran Xanım, Xurşudbanu Natəvan şeirlərindən ibarət “Eşq içində pərvanələr” kitabı Aydın Hacıyevin tərcüməsində özbək oxucularına təqdim olunmuşdur. Kitabın məsul katibi professor Həmdulla Baltabayev, tərtibçiləri isə Almaz Ülvi və Yaşar Qasımbəylidir. Həmçinin 2014-cü ildə çap olunmuş “Ömürdən uzun gecə” ədəbi-bədii kitabında Azərbaycan yazarlarının əsərləri də yer alıb. 2016-cı ildə isə Daşkənddə “Özbək ədəbiyyatı və Azərbaycan (tədqiqatlar, ədəbi portretlər, söhbətlər)” kitabı çap edilmişdir.Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən 2018-ci ildə “Cümhuriyyət ili” münasibəti ilə başladılmış nəşr layihəsində “Ozarbayjon Demokratik Respublikası va mustaqıllık davrı Ozarbayjon adabıyotı” adlı kitab özbək dilində çap olunmuşdur. Nəşr Alxan Bayramoğlunun “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyat” adlı əsəri və Ramiz Əskərin “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” kitabları əsasında hazırlanmışdır. Bu kitab Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə Özbəkistanın Termez Dövlət Universitetinin Filologiya fakultəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, “Termez Universiteti” qəzetinin baş redaktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantı, tərcüməçi Obidjon Şofiyev tərəfindən özbək dilinə uyğunlaşdırılıb.

    2018-ci ildə Azərbaycan və özbək dillərində Daşkənddə çap olunan “Özbək şeir çələngi”nin tərtibçisi və uyğunlaşdıranı Şahməmməd Dağlaroğlu və Şəhla Qasımovadır. Həmin nəşrə məsul Əkbər Qoşalı, redaktor Fərid Hüseyndir. “Özbək şeir çələngi”nin məsləhətçiləri Qənirə Paşayeva və Samir Abbasov, rəyçiləri akademik Nizami Cəfərov və professor Almaz Ülvidir.

    2019-cu ildə özbək şairlərinin Nəsimi haqqında yazdığı şeirlərdən ibarət “Məndə sığar iki cahan” kitabı da işıq üzü görüb. Həmçinin Cəlil Məmmədquluzadənin hekayələri Osman Quçkarın tərcüməsində akademik İsa Həbibbəylinin ön sözü ilə 2019-cu ildə “Poçt qutusu” adı ilə Daşkənddə “Mümtaz” nəşriyyatında çap olunub.

    Vurğuladığımız kimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bu istiqamətdə apardığı işlər də danılmazdır. 2019-cu ildə İnstitutda “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının (iki dildə) təqdimat mərasimi keçirilib. Eyni zamanda Akademik İsa Həbibbəylinin 70 illiyi münasibətilə Özbəkistanda yayımlanan “Ustoz” dərgisinin xüsusi buraxılışını Almaz Ülvi və Yaşar Qasımbəyli nəşrə hazırlayıb çap etdirmişdir. Xüsusi buraxılışın məsul katibi professor Həmdulla Baltabayev, tərcüməçisi Obidjon Shofiyevdir.

    2019-cu ildə Maqsud Şeyxzadənin 110 illiyi Azərbaycanda və Özbəkistanda qeyd edilib,  həmin il “İki xalqın oğlu Maqsud Şeyxzadə” kitabı ədibin 110 illiyi münasibətilə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu və ön sözü ilə çap olundu.

    2020-ci ildə AMEA Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarına əsasən akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə Əlişir Nəvainin “Hikmətli sözlər” əsəri Azərbaycan və özbək dillərində çap olunub. Əsəri Almaz Ülvi, Yaşar Qasımbəyli, Akif Azalp tərcümə ediblər. 2020-ci ildə İnstitutda Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi və Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti ilə birlikdə Əlişir Nəvainin anadan olmasının 579 illiyinə həsr olunmuş “Əlişir Nəvai ədəbi və elmi irsinin öyrənilməsi” adlı Beynəlxalq elmi konfrans keçirilib.

    Bu iki ölkənin ədəbi əlaqələrini müstəqillik işığında gözdən keçirərkən belə bir təəssürat yaranır ki, sovet dövrünün beynəlmiləlçilik təbliğatının əksinə olaraq Azərbaycan-özbək ədəbi əlaqələri türk kökəninə əsaslanaraq inkişaf edib. Müstəqillik illərində həyata keçirilən sanballı işlər möhkəm özül daşlarına söykənir. Belə ki, hələ sovet dövründən əsərlərin tərcümə və nəşr işlərində kifayət qədər irəliləyiş vardı.

  • Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanınmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq qərara alıram:

    Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1. Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

    2. Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 23 iyun 2022-ci il

    Mənbə: https://president.az/

  • Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.
    Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 18 iyun 2022-ci ildə Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub. İclasda BEA-nın Prezidenti akademik, prof. dr. Valter Kofler (Avstriya) geniş məruzə ilə çıxış edib.
    Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri Prezidenti, akademik, prof. dr. Ziyad Səmədzadə giriş sözü söyləyib. Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Böllməsinin Prezidenti, akad, prof. dr. Elçin Xəlilovun hesabatı dinlənilib.
    BEA AB-nin 20-illiyinə həsr olunmuş – “Sərhədsiz Elm. Elmi məruzələr” kitabının təqdimat mərasimi gerçəkləşib. BEA AB-nin yeni həqiqi və müxbir üzvləri seçilib.
    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd Rəyasət Heyətinin üzvlərinin səs çoxluğu ilə BEA-nın akademiki seçilib.
    BEA AB-in seçilmiş akademiklərinə və müxbir üzvlərinə diplomlar akad. prof. dr. Valter Kofler tərəfindən təqdim olunub. BEA-ın Azərbaycan Bölməsinin “Qızıl döş nişanları”nın təqdimatı olub.
    Akad. prof. dr. Valter Kofler elmin və innovativ texnologiyaların inkişafına töhfə verən təşkilatlara BEA AB-nin sertifikatlarını və elmin inkişafında böyük xidmətlərinə görə Elmlər Akademiyasının akademiklərinə – digər ictimai təşkilatların nümayəndələrinə mükafatlar təqdim edib.
    BEA-ın Azərbaycan Bölməsinin rəhbər orqanlarına seçkilər keçirilib. Akademik. prof. dr. Elçin Xəlilov yenidən BEA-nın Azərbaycan bölməsinin Prezidenti seçilib.
    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Gülnar SƏMA.”Dəyanət Osmanlının lirikası”

    Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir: ƏtraflıTürk olmaq çox çəkilməz bir dərddiTanrı dərdi türkə görə yaratmış. Və şah tacından şərəflidiTürk adını savunmaq… Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik ki, “Türkdən qorxurlar çünki zəfər alın yazısıdı türklərin”. Şair bu hökmündə özünə arxayındır. Yəni türkün zəfər çalması sadəcə alın yazısı olduğuna görə həyata keçmir, ortada min illərin faktları, sübutları vardır. Gerçəklikləri bilən şair özünə inamda daha qətiyyətli olur: “Çarəsizliyin başı üstə qosqoca türk bayrağı, surətini görüncə adamın sözü dilində, dili ağzında titrər al-qumaş kimi”. Bu misralara sondan önə doğru şərh vermək daha məqbul olar. “Al-qumaş kimi” təşbehi əslində al, yəni qırmızı rəngdə olan türk bayrağının qumaşdan olmasına işarədir. Və rənglərin paralelliyi: dilin və bayrağın al rəngdə olması. Eyni zamanda titrəmək felinin hər iki tərəfi özünə bağlaması gözdən yayınmır. Titrəmək felindən əvvəl dil və söz, sonra isə al-qumaş sözünün işlədilməsi, bir sözlə iki anlayışın arasında qurulmuş məntiqi bağdır. Bütün bunlardan sonra hadisənin baş vermə anı yada düşür. Yəni dilində sözünün, ağzında dilinin titrəməsi türk bayrağının surətini gördüyün zaman baş verər. Misraların ümumi əlaqəsindən belə başa düşmək olur ki, titrətməyə düşən başqalarına qarşı haqsızlıq etmiş tərəfdir. Bu haqsızlıq o qədər irəli yeriyib ki, məzlumun çarəsizliyi ilə nəticələnib. Ən əsası odur ki, çarəsizliyin çarəsi türk bayrağının özünü yetirməsindədir. Qosqoca türk bayrağı çarəsizliyə yardım əli uzadırsa, o zaman bu çarəsizliyi yaradanların aqibəti dili ağzında titrəməkdən başqa heç nə ola bilməz. Bənzər fikirlərə şairin başqa şeirlərində də rast gəlirik: Qiyamətin döşündən basıb,Tanrı dağlarına çıxan mələk səstürkün ən qoca nəğməsi,vətən haqqında azadlıq duası.Ən qanlı savaşı türkün məzar daşıymış. Bu misralarda sanki türk tarixinin bir ümumiləşdirilməsi nəzərə çarpır: – türkün səsinin Tanrı dağlarından gəlməsi- vətən haqqında azadlıq duasının türkün ən qoca nəğməsi olması- türkün ən qanlı savaşının onun məzar daşı olması Tanrı dağları ilə bağlılıq türkün ən qədim tarixinə aiddir. Vətənin azadlıq nəğməsini oxuyaraq böyük türk imperiyalarının qurulması dövrü orta əsrləri əhatə edir. Savaşa başladısa, məzar daşına çevrilməyi gözə alaraq vətənini xilas etməsi isə müasir türk tarixində olmuş hadisələrdir. Belə ki, XX əsrin əvvəllərində Çanaqqala zəfərindən keçərək özünə Cümhuriyyət qurmuş Türkiyə ilə yanaşı, XXI əsrin əvvəllərində öz torpaqlarını qəsbkar düşməndən azad etmiş Azərbaycanın gerçəklikləri buna misaldır.Türkçülük mövzusundan əlavə diqqəti çəkən əsas cəhətlərdən biri də Dəyanət Osmanlının yaratdığı obrazlardır. Məsələn, Dəyanət Osmanlının şeirlərində gecənin öz aləmi var. Şairin yaradıcılığından gecə özünəməxsus keçir. Biz gecəni gah şairin üşüdüyü günün fotosundan, gah da saçlarının qoxusu hopmuş sözlərindən keçərkən görürük. “Külək isə bütün canlıların ahıdır”. Özü cansız kimi qəbul olunmuş küləyin canlıların ahı olaraq obrazlaşdırılması təkrarsızdır. Yaxud da şairin ittiham etdiyi başqa obyektlərə baxaq: arılar və quşlar obrazlarına: Arılar baharı daşıdı çiçəklərdən,göyümüzün havasını quşlar apardı.Arılarla quşlar adamlardan öncəyaşayıb tükətdi sevgiləri. Öncə arıların çiçəklərdən baharı daşıması, sonra isə quşların göyün havasını aparması şikayət təsiri bağışlayır. Lakin məlum olanda ki, onların bu hərəkətləri məhz sevgidən imiş o zaman ittihamçı mövqeyindən geri çəkilirsən. Onların sevgini tükətməkdə ittiham olunmasının əsl səbəbini sevgilərinə tamamilə sahib çıxmaları ilə əlaqələndirirsən. Bütöv sevgi daşıyıcıları olduğu üçün haqq verirsən və əslində adamların

  • Yaponiyanın səfiri Ədəbiyyat İnstitutunda olub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüş keçirilib.

    Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2012-ci ildə Yaponiyaya olan səfərindən və qarşılıqlı əməkdaşlıqdan danışıb. Tokiodan əlavə Xrosimada olduğunu da xatırladan akademik İsa Həbibbəyli həmin şəhərin Ağdamla oxşar taleyindən söz açıb: “Xrosimadakı dəhşətin səviyyəsini oradakı video-lentdən görmək olur. Ağdamdakı erməni vəhşiliklərini isə əyani görmək mümkündür. Hər ikisi bəşəriyyət üçün böyük fəlakətdir. Xrosimada yandırılmış torpaqlarla yanaşı, yeni park salınıb və yaponlar həmin parkın adını “Sülh” qoyub. Azərbaycan da müharibə bitəndən sülh müqaviləsinin bağlanmasını istəyir.

    Ölkəmizdə Yaponiyaya böyük maraq, hörmət və ehtiram var. Naxçıvan Universiteti ilə də Yaponiya arasında yaxşı əlaqələr vardır. Mən rektor olan zamanlar bu əlaqələr qurulmuşdu, hazırda da yüksək səviyyədə davam edir. Əlaqələrimiz səfirliklər, diasporlar, universitetlər səviyyəsində inkişaf edir. Arzu edirik ki, akademiya səviyyəsində də inkişaf etsin.

    Bu cəhətdən Gülnar Yunusova yaxşı körpüdür. O, Yaponiyada oxuyub, yapon dilini öyrənib. Yapon ədəbiyyatını tədqiq edir, hətta yapon ədəbiyyatından tərcümələr edir. Naxçıvan universitetindən Xumar Məmmədova da Azərbaycan Yaponiya ədəbi əlaqələri mövzusunda doktorluq işi yazır. Bu gün Gülnar Yunusovanın dissertasiya müdafiəsidir, elmi rəhbəri mənəm. Gülnar Yunusova  Dünya ədəbiyyatı (yapon ədəbiyyatı) ixtisası üzrə “Haruki Murakaminin yaradıcılığında postmidernizm” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Haruki Murakami müasir yapon ədəbiyyatının əsas simalarından biridir. İlk dəfədir ki, bizdə müdafiədə səfir iştirak edir. Gülnar Yunusova institutumuzun ən gənc şöbələrindən olan Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşıdır. Həmin şöbənin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlidir.

    Biz Xəlil Kələntərlə danışmışıq ki, orada böyük Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin hekayələr kitabını yapon dilində çap edək. Mən Cəlil Məmmədquluzadə haqqında doktorluq işi və çoxlu kitablar yazmışam. İndiyə dəqər onun əsərlərini 11 xarici ölkədə çap etdirmişik. Biz  Haruki Murakamini tanıdığımız kimi, yapon oxucusunun da Cəlil Məmmədquluzadəni tanımağını əhəmiyyətli sayırıq. Sizin gəlişiniz Azərbaycan-Yaponiya əlaqələrinin inkişafına dəstəyinizi ifadə edir”.

    Sonra Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi çıxış edib: “Bizi dəvət etdiyiniz və Yaponiya-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı dediyiniz xoş sözlərə görə təşəkkür edirik. Bildiyiniz kimi Yaponya-Azərbaycan əlaqələri həm siyasi, həm iqtisadi, həm mədəni sahədə inkişaf etməkdədir. Ədəbiyyat sahəsində inkişaf etməsi də çox vacibdir. Gülnar xanımın apardığı tədqiqat da bu əlaqələrin inkişafında müsbət rolunu oynayacaq.

    Bu il Yaponya-Azərbaycan diplomatik əlaqələrinin 30-cu il dönümünu qeyd edirik. Belə bir zamanda Gülnar xanımın hazırladığı tədqiqat işi bu əlaqənin inkişafına bir töhfədir. İki ildir ki, Azərbaycandayam, yaponlarla azərbaycanlılar arasında ortaq cəhətlər çoxdur. Sevinirəm ki, burada iştirak edib, öz dəstəyimi göstərə bilirəm”.

    Rəsmi görüşdən sonra Gülnar Yunusovanın müdafiəsi keçirilib.

    Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                       

    Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq İbrahim oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 iyun 2022-ci il 

    Mənbə: https://president.az/

  • T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                     

    Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 14 iyun 2022-ci il 

    Mənbə: https://president.az/

  • Gülnar SƏMA.”Sabir Mustafanın “Qayıdış” poeması”

    Türk dünyasının bəşəriyyətə bəxş etdiyi fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevə ithaf olunmuş əsərlərdən biri də Sabir Mustafanın “Qayıdış” poemasıdır. Poema proloq, “Qayıdış”  və epiloq hissələrindən ibarət olub, əvvəldən axıra kimi heca vəznində qələmə alınmışdır. İlk baxışdan üçlük şeir şəklinə bənzəyən (aba, cdc qafiyələnməsi) əsər əslində dördlük şəklində (abab) yazılmışdır.

    Şair proloqda hər əsərini bir zəfəri hesab edərək tərcümələrini və türk sonetlərini xatırladır. Klassiklərdən Nizaminin fars dilinə bal qataraq İskəndərə ehtiram göstərərək özünə heykəl qoyduğundan söz açır. Daha sonra böyük şəxsiyyətdən əsər yazmağın məsuliyyətinə vicdanla yanaşdığını və bir gün Heydər parkında dolanarkən onun nurlu gözlərindən xeyir-dua aldığını qeyd edir.

    “Qayıdış” adlanan əsas hissə yazarın qara bulud kimi dolmasını bildirməsi ilə başlayır. Səbəb olaraq Göyçə, İrəvan  kimi yurd yerlərimizi itirməyimizə dünyanın göz yumması göstərilir. Bununla birgə, Dərbənd, Borçalı kimi dərdlərimizə Xudafərin dərdinin də əlavə olunmasına yanğı, Qarabağı itirmək qorxusundan doğan həyəcanlar əsərin vətənpərvərlik ruhunu yüksəldir. Bütün bunların kökündə ermənilərə yazığımız gəlməsilə yanaşı, cütbaşlı qartala ümid bağladığımızın dayandığını qeyd edən müəllif təlaş içindədir. Şairin etiraz etdiyi əsas məqamlardan biri də milyonlarla qaçqınımızın didərgin düşməsini Avropanın heç düşünməməyidir. Müəllif işğal olunmuş rayonlarımızın adlarını çəkməklə onların acınacaqlı vəziyyətinə dünyanın biganə qaldığına etiraz edir. Bənzətmə ilə göstərir ki, “Sam dayı pozmadı halını belə, Qan içən yağıya arxa dayandı”.

    Belə bir anda meydana çıxan cəhbəçilərin fəaliyyəti şairi qane etmir. Astarı üzə çıxan koministlərin isə 20 Yanvar qırğınını törətdiyi yada salınır. Bütün bunlar azmış kimi Qarabağda “Erməni qan içib sərxoş olmuşdu”. Şair Azərbaycanı “mən” obrazı ilə təqdim edir. “Ürək parçalanır ana vətəntək” misrasında qəbirə bir təşbehlə nigaranlığını əks etdirir. İkiyə bölünməni, parçalanmanı müqayisə etmək üçün Azərbaycan təşbehin bənzədilən elementi olur. Vətənin güneyilə quzeyinin bir-birindən ayrı düşməsini, torpaqlarının əlindən alınmasını bir bədənin– yəni özünün paramparça edilməsi kimi mənalandırır.

    Ölkədaxili çatışmazlıqlara da münasib epitetlərlə münasibət bildirən yazar belə bir durumda tarixi qəhrəmanlarımız olan Cavanşirə, Babəkə, Koroğluya üz tutur. Onlar da ermənilərin  arxadan zərbə vuran xain gürzə olduqlarını tarixi faktlarla xatırladırlar. Müəllif onu da xüsusi olaraq vurğulayır ki, biz həmişə vuruşmalarda ruslara sadiq olmuşuq, amma əvəzində indi ruslar bizim ermənilər tərəfindən məhv edilməyimizə şərait yaradırlar. Bundan məharətlə istifadə edən düşmənlərin əsl siması cizgilənir:

    Erməni belədir, məqamı duyur,

    Zəifsə, dost bilib durur xidmətdə,

    Güclüsə cəlladtək dərini soyur.

    Şair Şah İsmayıl Səfəvini xatırlamaqla onun çağdaş dövrümüzdəki davamçısı Heydər Əliyevə xalqın üz tutmağını doğru qərar hesab edir. Qarbaçovun dövründə hakim bir dövlətin Azərbaycanda artıq can verdiyi vaxtlarda ulu öndərin xalqın haqq səsinə səs verməsi, Moskvadan Naxçıvana qayıtması “Heydər-millətimin düşünən başı” kimi sətirlərə yansıyır.

    Birinci dəfə olaraq üçrəngli bayrağımızın Şərqə pəncərə olan Naxçıvanda dalğalanması, Heydər Əliyevin qayıdışından sonra hər şeyin öz yerini tapmağa başlaması belə ifadə olunur: “Başın baş işi var. Ayağın ayaq. Ayaq can atmadı fikrə dalmağa”. Heydər Əliyevin qayıdışından sonra ölkədə başın baş, ayağın da ayaq işi görməsi rəmzi şəkildə ifadə edilsə də, gerçəklikdən xəbər verir. Qeyd edilir ki, onun Naxçıvanda yaratdığı bu qayda-qanunlar ermənilərin oranı da ələ keçirmək planlarını darmadağın etdi. Amma onlar öz vəhşiliklərindən əl çəkmədilər: “Vahimə yaratdı göz çıxartmaqla Burundan, qulaqdan şələ bağladı”. Türkün bu cür məhv olunmasına seyrçi nəzərlərlə baxan Avropanın laqeydliyinə “Qoşqarın başından zirvə sürüşdü” kimi sətirlərlə münasibət bildirilir. Şair avropanın erməniləri dəstəkləməsinin nə qədər əsassız olduğunu xəyalən Sena çayına verdiyi sualın cavabında görür. O, Sena çayından erməni soyqırımı haqqında soruşanda çaydakı bütün balıqlar qəşş edib uğunur.

    Gerçəklik odur ki, ermənilər tarixi Azərbaycan torpaqlarında türksüz Ermənistan qurmağı bacarmışlar. Belə bir zamanda xalq öz inandığı oğlunu rəhbərliyə çağırır:

    Heydər mərd deməkdir, aslan deməkdir,

    Xalqın taleyini yazan deməkdir-

     fikirləri ilə ona olan inam ifadə olunur. Onun hələ yetmişinci illərdəki quruculuq işlərinə nəzər salınır. Kəndlərdə qamış daxmaların əvəzinə daş evlər ucaldılması, arabaların maşınlara uğur diləməsi kimi əməli işlər poetik sözün gücü ilə keçmişə güzgü tutur.

    “Qayıdış” bölümündə Heydər Əliyevin doxsan üçüncü ildən sonra rəhbərliyə qayıdışı və həmin zamanlar ölkəmizin durumuna da müəllif xüsusi yer ayırır. Qanunların kağız üstündə yatdığı, rüşvətin qanunlara möhür olduğu belə bir dönəmdə onun gəlişinin xilaskarlıq missiyasını daşıdığı vurğulanır. Heydər Əliyevin 15 iyun tarixində yenidən hakimiyyətə qayıdışı cütbaşlı qartalın da məğlubiyyət günü hesab edilir. Onun üçrəngli bayrağı öpüb and içdiyi gün bütün türk dünyasına yeni nəfəs gətirən tarix kimi dəyərləndirilir. Əsərdə gül yarpağına bənzədilən Qarabağın üstündəki riyakar böcəklərin də türkün birliyi sayəsində məhv ediləcəyinə böyük inam ifadə olunmuşdur. Ağlın xərçəngi hesab edilən müharibələrin ədalətlə bitəcəyinə də müəllif inamı vardır.

    Həmin dövrün təfərrüatlarını canlandırmağa çalışan şair, rəhbərin ölkənin bölgələrini gəzərək səmimi görüşlər keçirdiyini də unutmur. Azərbaycanın azadlığına Təbrizin müjdələr verməsi, Bəzz qalasının, Ərdəbil düzünün üzünün gülməsi bir gün bütövləşəcəyimizə olan inamı göstərir. “Tarixdə tarixə döndü bu zəfər, Qayıdış qaytardı Azərbaycanı” – hökümüylə müəllif xalqın verdiyi doğru qərarı alqışlayır.

    Epiloqun əsas məğzi isə “Qayıdış əbədi qurtuluş oldu” kimi sətirlərdə üzə çıxır. Ulu haqqın bəxtinə qurtuluş yazmış olduğu bir öndərə salnamə yazmaq arzusunun gerçəkləşməsi şairi sevindirir. “Mənim şah əsərim bu yeni nəğməm, Onun şah əsəri Azərbaycandır!” kimi misralarla əsər yekunlaşır.

  • Zəkulla Bayramlının “Səndən nə gizlədim…” kitabı nəşr olunub

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) “Səndən nə gizlədim…” kitabı işıq üzü görüb.

    Müxtəlif illərdə yazılmış lirik şeirlərdən ibarət olan kitabın redaktoru Hafiz Rüstəmdir.

     “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Səndən nə gizlədim…” adlı 288 səhifəlik şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.

                                           Gülnar Səma

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Yeni proqram əsasında Kurikulum test bankı artıq satışda!

    Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivə sənədi əsasında hazırlanmışdır.

    Test bankın üstünlükləri:

    ✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır;

    ✅ Yeni proqram əsasında hazırlanmış 2000 + test tapşırığı mövcuddur;

    ✅ Müxtəlif test modellərindən istifadə olunmuşdur;

    ✅ Peşəkar heyət tərəfindən hazırlanmışdır;

    Qiymət: 15 AZN

    📌 Test bank Bakıda və bölgələrdə bütün kitab mağazalarında satışda var.

    Sifariş üçün:
    https://taim.edu.az/kurikulum-testbanki

    Əlaqə:
    📱 +994 55 8434131
    📱 +994 99 8434131

    info@taim.edu.az
    📍 Nərimanov metrosunun yanı, Əhməd Rəcəbli 4/6

    miq #sertifikasiya #kurikulum #metodika #pedaqogika #müəllim

  • 15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü

    Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif15 iyun 1924YenigünQazax qəzası – 14 sentyabr 1992Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).

    Həyatı[redaktə | əsas redaktə]

    Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

    Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

    Ədəbi fəaliyyəti

    Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

    1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

    Mükafatları[redaktə | əsas redaktə]

    Hüseyn Arifin xatirə lövhəsi

    Əsərləri[redaktə | əsas redaktə]

    1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
    2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
    3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
    4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
    5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
    6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
    7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
    8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
    9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
    10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
    11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
    12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
    13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
    14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
    15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
    16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
    17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
    18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
    19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
    20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
    21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
    22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
    23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
    24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
    25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

    Məqalələri[redaktə | əsas redaktə]

    • Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
    • Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

    Filmoqrafiya[redaktə | əsas redaktə]

    • Mən Hüseyn Arifəm… (film, 2010)

    İstinadlar[redaktə | əsas redaktə]

    1.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı