Əfsanəvi “Pink Floyd” rok qrupu bir sıra mahnı və albomlarının müəllif hüquqlarını 500 milyon dollara satışa çıxaracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Həmçinin musiqiçilər qrupun brendi altında suvenirlər istehsal etmək hüquqlarını da satırlar. Məlumata əsasən, “Pink Floyd”un müəlliflik hüquqlarını almaq üçün əsas iddiaçılar “Sony Music Entertainment” və “Warner Music Group Corporation”dır.

Mənbə: https://azertag.az