AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) “Səndən nə gizlədim…” kitabı işıq üzü görüb.

Müxtəlif illərdə yazılmış lirik şeirlərdən ibarət olan kitabın redaktoru Hafiz Rüstəmdir.

 “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının “Səndən nə gizlədim…” adlı 288 səhifəlik şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.

                                       Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi