18 Aralık 2016 Pazar günü yaptığım söyleşiyi sizlerle paylaşıyorum.
“Zanaatkârlarımız; Anadolu’nun mayası olan bu topraklarda yerel tohumların içinde evrensel değerleri barındıran birer hazinedir” Böyle bir güzelliği tanıdığım için çok mutluyum. Güler yüzüyle babacan tavrıyla bizi karşılaması ve misafir etmesi kalbinin kapılarını sonuna kadar açıp duygularını ve tecrübelerini bizimle yürekten paylaşması benim için çok önemli ve mutluluk vericiydi.
Basri Yıldırım ustamın hayat hikâyesinden öğreneceğimiz çok şey var.
1934 doğumlu Basri Usta söze şöyle başlıyor:
“Üç çocuk babasıyım. 15 sene ayakkabıcılık yaptım çocukları okuttum kızım. 15 sene inşaatlarda çalıştım çocuklarımı evlendirdim. Yurt dışında 6 sene kaldım vatan hasretine dayanamadım geri döndüm. Aslen Abaza Çerkezi’yim, Kafkaslardan gelmişiz. Alan köyüne yerleşmişiz. 45 yıldır Tokat’tayım. Emekli olduktan sonra görerek merak üzerine bu sanatı öğrendim. Aslında ayakkabı yapıştırma ustasıyım. 82 yaşındayım 84’üncü udumu yapıyorum.
Ud yapımında kullandığımız ağaçlar genellikle maun, venge, ceviz, gürgen, şahşup ağacı, selvi ve gül ağacından yapılır.
Yanımda birçok usta yetiştirdim. Bu sanatı Türkiye’de yapan 300 kişiden birisiyim.
Eskiden Süryaniler, Ermeniler yaparmış bu sanatı. Şimdi o ustalardan kalmadı. Kültür bakanlığı zanaatçısıyım. İnsanları çok seviyorum.
Buradan gençlere sesleniyorum. Birbirlerini kırmasınlar, incitmesinler, dedikodu yapmasınlar. Herkesin bir hayali olsun.
Hayalsiz insan bitkiden sayılır.
Benim hayalim Türkiye’mizin iyi olmasını hayal ediyorum. Kökenimiz bir, ayrımız gayrımız yok, bir olalım iri olalım, diri olalım.
Sivas, Tokat, Ankara’yı çok iyi bilirim. Malatya’yı da çok severim. İnsanı halkı temiz şehirlerdir buralar.
Gül deyince aklıma sevgi gelir. Fedakârlık vara yoğa katlanan insan, karım gelir aklıma.” diyor Basri usta.
Tokat’ta Taşhan’daki dükkânında zanaatını yaşatmaya çalışan Basri amca aynı zamanda böbrek yetmezliğinden diyalize giriyor ama bu hastalık onu hiç yıldırmamış. “sabahleyin diyalize gidiyorum öğleden sonra dükkânı açıp çalışıyorum kızım üretmek beni mutlu ediyor.” derken ondaki azmi ve hayata bağlılığını görmek yaş yetmiş, iş bitmiş sözünü çöpe attırıyor. Teşekkürler Basri amca bize yaptıklarınla, yaşamınla örnek olduğun için. “Bir işten sıyrıldığında, dinlenmek için başka bir işe koş” ayetinin yaşayan bir örneği olarak bize gerçeği hatırlattığınız için çok çok teşekkür ederim.
Vefatından altı ay sonra
25 Ağustos 2021 günü görüştüğüm oğlu Dr. Hasan Yıldırım’dan 86 yaşında hayata gözlerini yuman Basri Yıldırım ustamı dinleyelim:
“Ben büyüyünce babam gibi olmak istedim. O, çok idealist özel bir adamdı. Herkesin babası özeldir ama benim babam gerçekten çok güzel bir adamdı. Pala bıyıklı, sekiz köşe kasketiyle, ayakkabısı boyalı, takım elbiseli temiz bir adamdı. Bizi çok özgür büyüttü. Baskı yapmazdı. Hiç haram yemedi. İnşaat ustalığı ve ayakkabı ustalığı yaptı yıllarca. Çocukları çok severdi.
Dükkâna gelen çocuklara şeker ikram eder kolonya dökerdi. Babam emeğiyle yaşayan bir adamdı. Çalıştığı işleri kendi işi gibi yapardı. İşten kaytarmasını bilmezdi. Babam akıllı adamdı. Olumsuz şeylerin olumlu yönlerini gören bir insandı. Kötülüğü dillendirmezdi. Oğlum iyi şeyleri konuşun derdi. Babam bir erendi. Hayatından hiç şikâyet etmedi. Cömert bir adamdı. Eli açıktı. Kendinden düşük olanı gözetleyen bir adamdı. Babam gördüğü şeyi yapardı. Babam bu zanaatkâr yönü ile amcasına benzemiş. Babamın amcası Sabri amcam da çok güzel tüfek dipçiği yapan, köylerde inşaatlarda çalışarak ev yapan usta bir adammış.
Babam biz çocukken Almanya’ya gurbete çalışmaya gitti. Bir yıl sonra bizi de götürdü. Fakat bizim orada aldığımız eğitimle özümüzü unutacağımıza kanaat getirdi ve bizi bir yıl sonra memlekete geri gönderdi. Kendisi de 6 yıl bu gurbetliğe dayanabildi ve çok sevdiği vatanına ailesine geri döndü.
Ben burada saz kursuna gittim. Babam sanata çok önem verirdi. İlkokula gitmeden önce bana ilk sazımı Almanya’da miğferden yaptı ve saz çalmasını babam öğretti. Beni de müzik alanında çok destekledi. Ud çalıyorum. Babamın yaptığı iki tane udum var.
1966 Tokat doğumluyum. İlk, orta ve liseyi burada bitirdim. Erzurum Atatürk Üniversitesi Tıp Fakültesinden mezun oldum. Samsun’da ihtisasımı çocuk üzerine yaptım. Çocuk doktoruyum. 29 yıl devletimizin çeşitli yerlerinde ki hastanelerinde çalıştım. İki yıl önce emekli oldum. Şimdi özel bir hastanede çocuk hastalıkları uzmanı olarak çalışıyorum.
Bir insanın hayatında aile ve arkadaş çok önemli onların kıymetini iyi bilmek gerekiyor. Ben 2005 yılında çok büyük bir kaza geçirdim ve ailemi eşimi ve çocuklarımı kaybettim. O zor zamanlarımda ailemden, babamdan çok büyük destek aldım. Ailemin varlığı beni mutlu etti. Kötü günlerimde Babam dağ gibi arkamdaydı. Kardeşlerim ihtiyacım olduğunda hep yanımdaydı. Şimdi yeniden evlendim ve iki oğlum var. Eşim beni hayata yeniden bağladı. Birbirimizin yaralarını sardık. Yeni bir hayata başlarken, kazadan önce ve kazadan sonra diye hayatımı ikiye ayırdım. Yaşarken birbirimizin kıymetini bilelim. Anı yaşamayı öğrenelim ve seni seviyorum cümlesini sevdiklerimizden esirgemeyelim. Aile cennettir. Herkes hayatını gereği gibi yaşasın. Hiç bir şeyin sahibi biz değiliz. Verende O, alanda O. Biz emanetçiyiz. Bunu öğrendim bu âlemde. Aldığımız nefese şükretmek lazım. Kimseye muhtaç olmamak için çalışıyorum. Çalışmak en büyük ibadet derdi babam.
Babam annemi çok severdi. Anneme çok değer verirdi. Kadına saygıyı ben babamdan öğrendim. Bu adam benim babam türküsünü Fatih Kısaparmak benim için söylüyor. Çünkü benim babamı tarif ediyor.
Bu adam benim babam
Sekiz köşe kasketiyle
Omuzunda sekosuyla, hey
Bu adam benim babam
Bir gün olsun gülmemiş
Rahat nedir bilmemiş
Gözyaşını hiç silmemiş
Bir lokma ekmek için kimseye eğilmemiş
Bu adam benim babam, hey
Ağlama benim babam
Sızlama naçar babam
Kara gün geçer babam, hey
Bir kapıyı kapayan gene açar babam
Allah büyüktür babam, hey
Türküsü beni daima hüzünlendirir ve gururlandırır.
Babam Çerkez’dir. Dedelerimiz Çerkez sürgününde Kafkaslardan gelmişler. Dedemler Alan köyüne yerleşmişler. Nenem Gülpınar köyünden.
Annem Biskeni köyünden. Annemin babası Erkiletli’dir. Babam rahmetli olalı henüz altı ay oldu onu çok özlüyorum. Allah’tan rahmet diliyorum. Yattığı yerler nurla dolsun.” i.
86 yıllık bir ömre damgasını çalışarak vuran ve “Hayalsiz insan bitkiden sayılır “kızım diyerek insan olmanın altını çizen” Basri Ustamın hikâyesini oğlundan dinledik. Bu adam benim babam derken:” Harama bakma, haram yeme, haram içme. Doğru, sabırlı, dayanıklı ol. Yalan söyleme. Büyüklerinden önce söze başlama. Kimseyi kandırma. Kanaatkâr ol. Dünya malına tamah etme. Yanlış ölçme. Eksik tartma. Kuvvetli ve üstün durumda iken, affetmesini, hiddetli iken yumuşak davranmasını bil ve kendin muhtaç iken bile başkalarına verecek kadar cömert ol.” derken ahilik kültürünün değerlerini bize hatırlattı.
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ayan Palace” otelində Vətən Müharibəsi şəhidlərinin ailələrinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin quruluşçu rejissoru Azərbaycan Televiziyasının Telefilm Yaradıcılıq Birliyinin aparıcı rejissoru Elnurə Kazımovadır. Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra möhtəşəm Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək bildirib ki, “bu gün Azərbaycan xalqı möhtəşəm Zəfər Gününü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr tarixini Azərbaycan Respublikasında Zəfər Günü olaraq təsis etmişdir. Xalqımızın qalibiyyət rəmzi olan Şuşa şəhərinin noyabrın 8-də 28 ildən sonra əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Noyabrın 10-da döyüş əməliyyatları dayandırıldı və atəşkəslə əlaqədar üçtərəfli Bəyanat imzalandı. Bu Bəyanat eyni zamanda Azərbaycanın şanlı qələbəsinin elan olunması demək idi. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev döyüş meydanındakı qətiyyətini, gücünü, qüdrətini danışıqlar masasında da davam etdirdi, düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kəlbəcər, Ağdam, Laçın əraziləri Ali Baş Komandanımızın sayəsində bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Güclü Xalq-Ordu birliyi və Ali Baş Komandanın məharətli sərkərdəliyi ilə həyata keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Tarixi Zəfərimizdə qardaş Türkiyənin və Pakistanın mənəvi-siyasi dəstəyi də xüsusi qeyd olunmalıdır. Bu Zəfər günündə torpaqlarımızın azad olunması üçün hər birimizin Qəhrəman şəhidlərimizə əbədi bir borcumuzun olduğunu xüsusi vurğulayıram. Müharibə dövrü Ali Baş Komandan döyüş cəbhəsi ilə yanaşı, informasiya cəbhəsinə də komandanlığı öz üzərinə götürmüşdü. O, müxtəlif dillərdə erməni yalanlarını və Azərbaycan həqiqətlərini təkzibolunmaz dəlillərlə dünyaya çatdırırdı. Qürurverici haldır ki, Tovuzumuzun yüzlərlə oğulları da Azərbaycanın haqq savaşında igidlik göstərərək Orden və medallarla təltif olundular. Bunlardan iki nəfəri Cabbarov Orxan Rövşən oğlu və Əhmədov Yaşar Mirağa oğlu ən yüksək fəxri ada – Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldülər. Əsrlərdən sonra qazandığımız tarixi Zəfərimiz tariximizə qızıl hərflərlə yazılacaq. Azərbaycan cəmiyyəti, Azərbaycan Xalqı üçün yeni həyat, yeni tarix başlayır. Qarabağa “Böyük Qayıdış” və bölgənin gələcəyi üçün inamlı addımlar atılır. Zəfərimiz dalınca Zəfərlər gəlir”.
Sonra Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Cabbarov Orxan Rövşən oğlunun anası Yeganə Rüstəmova, şəhid Hüseynov Cavid Natiq oğlunun atası Natiq Hüseynov, şəhid Şirinov Elmar Cəbrayıl oğlunun anası Amana Nəsirova, şəhid Quliyev Ruslan Şaxsəddin oğlunun anası Sədaqət Əliyeva, Şəhid Əhmədov Elmar Elşən oğlunun anası Xoşqədəm Əhmədova, şəhid Hüseynov Cavid Hümbət oğlunun anası Sərəngül Hüseynova, Şəhid Anar Hüseynovun yadigarı Nurlan Hüseynov çıxış edibər. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə cənab Prezidentə sonsuz minnətdarlıqlarını bildiriblər.
Daha sonra icra başçısı Məmməd Məmmədov Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə təltif olunmuş Vətən müharibəsi Şəhidlərinin medallarını onların ailə üzvlərinə təqdim edib.
Tədbir həm Bakıdan gələn, həm də Tovuzun incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib. Həmçinin Tovuz rayon İcra Hakimiyyəti Heydər Əliyev adına Meydanda Zəfər Gününə həsr olunmuş konsert təşkil edilib. Konsertdən əvvəl rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov çıxış edərək tovuzlulara və rayona gələn qonaqlara Zəfər Günü münasibətilə təbriklərini çatdırıb.
Sonra Respublika və rayon incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunmuş şerlər, mahnılar səsləndirilmişdir.
Meydana toplaşan minlərlə rayon sakini qazilərin, Vətən müharibəsi iştirakçılarının çıxışlarını və rəqslərini böyük hərarət və alqışlarla qarşılayıb. Tədbir atəşfəşanlıqla başa çatıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi” fəaliyyətə başlayıb. Bu münasibətlə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye Ədəbiyyat İnstitutunun qonağı olub. Direktorluqda başlayan görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli səfiri salamlayaraq ona İnstitutun Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində gördüyü işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib. Alademik İsa Həbibbəyli qeyd edib ki, 44 günlük Vətən savaşında və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi dəstək əsl qardaşlığın nümunəsidir. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye dəvətə görə akademik İsa Həbibbəyliyə öz minnətdarlığını bildirərək Azərbaycanla Pakistanın ədəbi əlaqələr istiqamətində əməkdaşlığının qurulması üçün dəstək verməyə hazır olduqlarını ifadə edib.
Daha sonra akademik İsa Həbibbəyli, səfir Bilal Haye və İnstitut əməkdaşları ilə birgə Pakistan ədəbiyyatı mərkəzi”nin açılışını ediblər. Mərkəzdə Azərbaycan və Pakistan bayraqları, hər iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri və kitabların nümayiş olunduğu sərgi qurulub. Akademik İsa Həbibbəyli qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə “Pakistan ədəbiyyatı mərkəzi”nin açılmasını ölkələrimiz üçün önəmli hadisə adlandırıb. Bu mərkəzdə Pakistan ədəbiyyatının araşdırılması yönündə işlər aparılacağını bildirib. Pakistanın Azərbaycandakı səfiri Bilal Haye də belə bir mərkəzin açılmasını dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Azadlığı istəmirəm Zərrə-zərrə, qram-qram Qolumdakı zəncirləri qıram gərək Qıram! Qıram! Azadlığı istəmirəm Bir həb kimi, dərman kimi İstəyirəm səma kimi, Günəş kimi, Cahan kimi: Çəkil, çəkil ey qəsbkar: Mən bu yurdun gur səsiyəm: Gərək deyil sısqa bulaq, Mən ümmanlar təşnəsiyəm. Biz Türküstan elləriyik, Biz Türküstan elləriyik, Qeyrət, qüdrət selləriyik. Daşnakları qovan bizik, Dar gözləri ovan bizik. Yetər meydan suladılar, Yurdumuzu taladılar. Bakımızı əzizləyək. Əqrəblərdən təmizləyək! Şölə versin bu ləl, mərcan – Ermənisiz Azərbaycan! Bir yanda şahənşah, bir yanda da çar, Qan ilə yazdılar sülh qərarını, Tikanlı məftillə sarıdı onlar Böyük bir millətin yaralarını. Gürşad tökdü, tufan oldu, Araz daşdı, ümman oldu. Qayaları al qan oldu O sahildə, bu sahildə. Ölkə yandı, vətən yandı, Qızıl pultək xırdalandı. Dövlət getdi, var talandı O sahildə, bu sahildə. Bir-birindən cida düşdük, Diri gözlü oda düşdük. Biz yadlara neynəmişdik O sahildə, bu sahildə? Füzulim qəmli neydi, O bir də mi qara geydi? Yarasına kimlər dəydi O sahildə, bu sahildə. Şəbi- hicran yanar canım, Tökər qan çeşmi giryanım, Oyadar xəlqi əfqanım, O sahildə, bu sahildə. Nə həsrət , nə hicran olsun, Vahid Azərbaycan olsun! Qoy birləşsin bir can olsun O sahil də, bu sahil də!…
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən, Sabahın, həm bu günün, həm dünənindir bu Vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var Vətən uğrunda ölənlər ölümündən doğular. Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik Biz Vətən naminə ölsək, dirilərdən diriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım, Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım” Sən bu gül bayrağm altında məramınca yaşa, Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə, Günəş hər gün doğur ancaq içimizdən Vətənə. Bizim iqbalımızı yazdı qılıncın kəsəri, Bizi biz etdi Dədəm Qorqud oğuznamələri. Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni, Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni, Sənin haqqındır azadlıq, sənin eşqindir iman, Tapmar haqqa və insanlığa haqqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz. Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.
“Böyük Azərbaycan şairi və mütəfəkkiriNizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı beynəlxalq tədbirə hazırlıq işlərini davam etdiririk!”. Bu sözləri Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinə açıqlamasında Xalq şairi Nəriman Həsənzadə deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Aviasiya Akademiyasının rektor, müəllim, tələbə heyəti dünya ədəbiyyatına bənzərsiz sənət inciləri bəxş etmiş, söz sərrafı, fəlsəfi şeirləri ilə oxucuların qəlbində əbədi taxt qurmuş Nizami Gəncəvinin 880 illik yubileyinə böyük həvəslə hazırlaşır. Yaxın günlərdə ictimaiyyət nümayəndələrinin, ziyalıların, media mənsublarının, o cümlədən mədəniyyət, incəsənət xadimlərinin iştirakı ilə gerçəkləşdirilməsi nəzərdə tutulan tədbir barədə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sözügedən tədbirin 15-24 noyabr tarixlərində keçirilməsi gözlənilir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının üzvü seçilib və sözügedən qurumun “Beynəlxalq qızıl ulduz” medalı ilə təltif olunub.
Vüqar Əhməd bu mükafata Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlərinin güclənməsinə verdiyi töhfələrə, eləcə də türk dünyasının ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi, görkəmli alim, şair, professor-doktor Elçin İsgəndərzadə kafedra müdiri olduğu Texniki Universitetdə Vüqar Əhmədə Azərbaycanda elmin inkişafındakı xidmətlərinə görə akademik elmi adına layiq görüldüyünü bildirib.
Beynəlxalq “Qızıl Ulduz” medalı və akademiyaya üzvlük diplomu professor Elçin İsgəndərzadə tərəfindən Vüqar Əhmədə təqdim edilib. Vüqar Əhməd əməkdaşı olduğu AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi adından Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının ona səs verən bütün üzvlərinə və namizədliyini dəstəkləyən Elçin İskəndərzadəyə təşəkkürünü bildirib: “Bu təkcə mənim uğurum deyil, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədəbiyyat İnstitutunun, Azərbaycan elminin uğurudur”.
Vüqar Əhməd eyni zamanda Nyu-York Elmlər Akademiyasının üzvüdür. 40-dan çox elmi-ədəbi kitabın, monoqrafiyaların və dərsliklərin müəllifidir. Elmi və bədii əsərləri rus, fars, ingilis, türk və başqa dillərdə dünyanın tanınmış nəşriyyat və dərgilərində çap olunub.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistanın böyük şairi və mütəfəkkiri Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatı keçirilib. Təqdimatda Pakistanın Azərbaycandakı səfiri Bilal Haye, Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, şair Elxan Zal Qaraxanlı və fondun əməkdaşı Əfqan Nəsirli və digər ziyalılar iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qardaş Pakistan dövlətinin səfirinin iştirakı ilə Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının keçirilməsini yüksək qiymətləndirib. Akademik kitaba “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazdığını vurğulayaraq Məhəmməd İqbalın yaradıcılığının özəlliyindən danışıb. Həmçinin instituta aid nəşrlərdən səfirə hədiyyə edib.
Sonra Pakistanın Azərbaycandakı səfiri Bilal Haye çıxış edərək bildirib ki, mənimçün şərəfdir, sizinlə İnstitutda görüşürəm. Bizim qardaşlıq əlaqələrimiz 1992-ci ildən bəri daha da genişlənib. Nizami Gəncəvi və Məhəmməd İqbal hər iki xalqı bir-birinə yaxınlaşdıran böyük dahilərdir. Elmər akademiyasının bu kitabla bağlı tədbiri məni çox təsirləndiridi. Mən bilirəm ki, bu il “Nizami Gəncəvi ili” elan olunub, biz Nizami Gəncəvini Pakistanda tanıtdırmaq üçün işlər görmüşük. Mən Azərbaycanın İslamabaddakı səfirliyi ilə əlaqə quracağam və tədbirlər keçirməklə bağlı danışıqlar aparacağam. Məhəmməd İqbalın da mesajı tək bir xalqa yönəlik deyildi, bütün xalqlara yönəlik idi. Mən bilirəm ki, həm Pakistan, həm də Azərbaycan Milli Elmlər Akademiyasının qanunları çox ciddidir və biz də səfirlik olaraq hər zaman sizin yanınızdayıq. Sizə və əməkdaşlarınıza bizə ayırdığınız diqqət üçün dərin təşəkkürümü bildirirəm.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli “Məhəmməd İqbal – milli istiqlal mücahidi” mövzusunda məruzəsində qeyd edib ki, “bu gün Pakistan xalqının böyük siyasət və fikir adamı, istiqlal mücahidi Məhəmməd İqbalın (1877-1938) kitabının işığına toplaşmışıq. Onun yaradıcılığı ilk dəfə deyil ki, Azərbaycanda araşdırılır və nəşr edilir. İlk dəfədir M.İqbalın “Seçilmiş əsərləri” (Bakı, Elm və təhsil, 2021, 250 s.) işıq üzü görür. Bu böyük hadisə üç qardaş-Azərbaycan-Türkiyə-Pakistanın gücüylə qazanılan Qarabağ zəfəri fonunda baş verir; Pakistan xalqının mənəvi ruhu, ortaq dəyərləri ilə Azərbaycan xalqının ruhu birləşir. Azərbaycanı Türkiyədən sonra tanıyan ikinci ölkə Pakistan həm də Ermənistanı bir dövlət kimi tanımayan ölkə kimi də Azərbaycanın hər zaman yanında olmuşdur. Bu kontekstdən baxdıqda Pakistanın təkcə varlığı və duruşu Azərbaycana dayaq, düşmənə göz dağıdır. Pakistan yalnız hərbi gücü ilə deyil, mənəvi ruhu, bədii düşüncəsi, dövlətçilik və islamçılıq fəlsəfəsi ilə də hər zaman Azərbaycanın yanındadır. Azərbaycanın Pakistan sevgisi Türkiyə bayraqları ilə yanaşı, Bakı küçələrində dalğalanan Pakistan bayraqlarında da özünü bir daha göstərdi.
Bu gün isə Azərbaycanın Pakistana sevgi estafetinin gerçək ünvanı Pakistan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd İqbaldır. Onun “Seçilmiş əsərləri”nin nəşr edilməsi bu mənəvi güclərin birləşməsinin gələcəyə ünvanlanmış maddi sübutudur. Bu hadisə Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir səhifədir, keçmişdən bu günə və gələcəyə uzanan şərəfli bir yoldur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşğarlı adına Beynəlxalq Fond bizi Məhəmməd İqbal irsi ilə tanış edir. Burada şairin əsərlərini ilk dəfə dilimizə çevirən və Azərbaycan oxucularını fenomenal səciyyəli bu irslə tanış edən Elxan Zal Qaraxanlının əziyyət və məsuliyyətini, eyni zamanda kitabı nəşr edən və ona “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı ön söz yazaraq bu görkəmli fikir adamının obrazını yaradan akademik İsa Həbibbəylinin bu layihəni reallaşdırmasını xüsusi qeyd etmək istəyirəm. Yeri gəlmişkən, onu da qeyd etmək istəyirəm ki, akademik İsa Həbibbəyli Pakistan bədii düşüncəsinin dilimizə çevrilməsi və araşdırılması yönündə “Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsində yaratdığı “Pakistan ədəbiyyatı mərkəzi”ni Azərbaycan-Pakistan ədəbi əlaqələrində yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
Məhəmməd İqbalın “Seçilmiş əsərləri”nin təqdimatının Qarabağ zəfərinin ildönümündə qeyd edilməsi təsadüfi deyil. Həmişə Pakistanı düşünəndə Məhəmməd İqbal yada düşür. Bu zəfərdə qardaş Pakistan xalqının da payı vardır. Bununla vaxtilə qardaş Türkiyənin Çanaqqala savaşı zamanı yardım və dualarını göndərən Məhəmməd İqbalın həmvətənləri bu gün Qarabağ üçün də eyni şeyi etdi. Bu cəhətdən Azərbaycanın qardaş Pakistanın fikir və dövlət adamının yaradıcılığına müraciət etməsi kimi təbii nə ola bilər?! Məhəmməd İqbalın fəaliyyətində yeni bir Pakistanın-bu gün dünyada insanlığın, islamın və Azərbaycanın yanında duran bir ölkənin təməli qoyulmuşdur. İlk dəfə Pakistan ideyası və Pakistan dövlətinin yaranması fikrinin müəllifi də Məhəmməd İqbaldır. Dünyada elə insanlar vardır ki, o xalqının tarixində öz əməli ilə əbədi yaşamaq haqqına sahib olur. Məhəmməd İqbal xalqının tarixində onun qədərini dəyişən insanlardandır. O, yalnız bir şair, filosof deyil, həm də bir dövlət və siyasət adamı kimi Pakistan tarixində həmişəlik yaşayacaq.
Azərbaycan-Pakistan ədəbi, mədəni əlaqələri tarixən də, bu gün də qarşılıqlı şəkildə davam edir. Bu gün Məhəmməd İqbalın “Seçilmş əsərləri”nin nəşri bu yolda atılmış ilk addımlardandır”.
Tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək vurğulayıb ki, Məhəmməd İqbalın bütün yaradıcılığını əhatə etmək vaxt aparan məsələdir. Buna görə onu bir siyasətçi kimi təqdim etmək istəyirəm. İqbal Pakistanın mənəvi atası sayılır. 1940-cı ildə Lahor şəhərində mart ayının 23-də keçirilən konfransda Pakistanın gələcəkdə qurulması üçün layihə qəbul olundu. “Lahor bəyannaməsi” ilə Hindistanda iki dövlət qurulması məsələsi qərara alındı. Artıq İqbal vəfat etmişdi, iki il ondan öncə bu ideya həyata keçirildi. On il sonra tam onun istədiyi şəkildə Pakistan quruldu. Bu böyük siyasətçini Qərbdə modernist islamçı kimi tanıyırdılar. O deyirdi ki, Əfqanıstan Asiyanın ürəyidir, əgər Əfqanısanın ürəyi ağrıyırsa, bütün Asiya ağrıyacaq”.
Sonra kitabın tərcümə edəni və şərhlərin müəllifi Mahmud Kaşğari adına Beynəlxalq Fondun rəhbəri, Elxan Zal Qaraxanlı çıxış edib. O, daha çox Məhəmməd İqbalın ruhani aspektindən danışıb. Kitabda Məhəmməd İqbalın urdu və fars dillərində yazılmış şeirlərinin tərcüməsinin yer aldığını diqqətə çatdırıb. “Kurtuba camesi”, “Bəndəginmanə” – qulluq kitabı, “Yeni Gülşəni-raz” əsərləri haqqında məlumat verib.
Sonda filologiya elmləri doktoru, professor İmamverdi Həmidov çıxış edərək Məhəmməd İqbalın Azərbaycanla bağlılığından bəhs edib.
“Mücrü” nəşriyyatı yeni layihə çərçivəsində gənc yazarların nəsr əsərlərini bir kitabda çap edəcək.
Nəşriyyatdan Kulis.az-a verilən məlumata görə, layihəyə hər bir müəllif yalnız bir əsər təqdim edə bilər. Əsərlər Word formatında, 12 ölçülü “New times roman” şrifti ilə göndərilməlidir.
Yazarlar hekayələrini ruzbeh-1991@mail.ru və nihatpiri@gmail.com e-mail adresslərinə göndərə bilərlər.
Hekayələrin qəbulu üçün son tarix dekabr ayının 31-i nəzərdə tutulub.
“Mücrü” nəşriyyatının elan etdiyi “Qarabağ Zəfəri” adlı qısa hekayə müsabiqəsinin Təşkil Komitəsi müəllliflərin istəyini nəzərə alaraq şərtlərdə dəyişiklik edib. Belə ki, layihənin “müsabiqə” statusu ləğv edilib. Qəbul edilən əsərlər “44 GÜN” adlı ədəbi-bədii topluda nəşr ediləcək. Topluda həmçinin “Səngər” poeziya almanaxı üçün göndərilmiş şeirlər yer alacaq.
Layihə rəhbəri Müşfiq XAN layihələrin birləşdirilməsi ilə bağlı açıqlamasında bildirib: “Bir halda ki xalq olaraq şanlı zəfər tariximizin – Zəfər Gününün bir illiyini qəbul etməyə hazırlaşırıq, o zaman nəzərdə tutduğumuz müsabiqəni ayrı dönəmlərdə keçirməyi məqsədəuyğun hesab edirik. Bu hamımızın, bütün Azərbaycanın zəfəridir. Müsabiqəni də buna görə ləğv edirik, hamının əsəri yayımlanacaq, hamı qalibdir!”
Xatırladaq ki, “44 GÜN” ədəbi-bədii toplusunda dərc olunmaq istəyən müəlliflər öz əsərlərini (şeirlərini yaxud 44 sözdən ibarət qısa hekayələrini) info@mucrunesriyyati.az ünvanına adları, ədəbi təxəllüsləri və telefon nömrələri qeyd olunmaqla 8 noyabr tarixinə qədər göndərməlidirlər.
Əsərlər yalnız Azərbaycan dilində qəbul edilir və yaş məhdudiyyəti yoxdur. Hər müəllifdən yalnız bir əsər qəbul edilir.
“Mücrü” nəşriyyatı bütün müəlliflərə yaradıcılıq uğurları arzu edir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Anası istedadlı Azərbaycanlı şairə Güldərən xanım VƏLİYEVAnın “Bayatılar”ıQardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 26-cı sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Rahilə Dövranın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dərgisində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın Organı “Usare” ikiaylık kültür sanat ve edebiyat dərgisinin 25-ci sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Şair ve yazar, dergi yönetmeni. 1 Kasım 1953, Kahramanmaraş doğumlu. Şair ve yazar Şevket Yücel (1930-2001)’in oğludur. İlk, orta ve lise öğrenimini doğduğu kentte yaptı. 1973 Adana Eğitim Enstitüsü Matematik Bölümünde eğitimini sürdürdü. 1977 yılında ise Kahramanmaraş MYO makine-motor bölümünden mezun oldu. 1978-79 Kahramanmaraş’ta ki okullarda öğretmen olarak görev aldı. 1979-80 askerliğini yedek subay olarak İstanbul’da yaptı. Askerlik dönüşü Dokumacılar Un Fabrikasında müdür olarak çalıştı. 1981 Devlet Su İşleri XX. Bölge Müdürlüğü’nde teknik personel olarak çalışmaya başladı. Yirmi beş yıl makine işletme şe olarak çalıştıktan sonra, 2006 yılında kendi isteğiyle emekliye ayrıldı. Yalçın Yücel, ortaokul öğrenciliği yıllarında başlayan yazma uğraşına, lise öğrenciliği yıllarında resim çalışmalarını da ekledi. İlk yazıları 2002 yılında Adana’da çıkan Söylem dergisinde yayımlandı. Daha sonra aynı derginin yönetiminde de yer aldı. Alkış, Zeytin Dalı, Edebiyat Yaprağı, Ekin Sanat, Öğretmen Dünyası, Sarı Zeybek ve Yorum Edebiyat Sanat Eki, Avrupa Olay, Edik, Usare, Güzlek, Mevsimler gibi dergilerde ve Azerbaycan Kültür ve Edebiyat Portalı’nda şiir, deneme, öykü ve eleştiri yazıları yer aldı. 2010 yılında, Kahramanmaraş Ekspres gazetesinin genel yayın yönetmenliğini yaparak; bu gazeteye kültür, sanat ve edebiyat ağırlıklı bir nitelik kazandırdı. Bunun ardından birer yıl ara ile iki şiir kitabı yayımladı. 2013 yılında Yorum Gazetesi edebiyat / sanat ekinin genel yayın yönetmenliğini yapmaya başladı. Bir dönem Kahramanmaraş Kültür Sanat Evi’nin ve Alkış dergisinin yönetiminde de görev aldı. 2015 yılında Döş Cebim ve Çocuklar Bir Başka Güzel adlı iki şiir yapıtı daha yayımlandı. 2015 Usare dergisinin (Edebiyat-sanat) yayın yaşamını başlattı. 2016 Güzlek dergisini (Edebiyat-Sanat) çıkardı. Türkiye Yazarlar Birliği üyesi olan Yücel halen bu iki derginin genel yayın yönetmenliğini de yürütmektedir. Yalçın Yücel, Kahramanmaraş’ta ikamet etmekte olup, Selma Yücel ile evli; Pelin, Yeşim, Batur Kutay adlarında da üç çocuk babasıdır. ESERLERİ (Şiir): Yaşamı Aralamak (2011), İçimde Üşüyor Günlerim (2012), Döş Cebim (2015), Çocuklar Bir Başka Güzel (2015). KAYNAKÇA: Adil Bozkurt / Çok Başlıklı Bir Irmak (Alkış Dergisi, Sayı: 64, 2012), Osman Nuri Poyrazoğlu (Şair Yalçın Yücel’den İki Yapıt (Öğretmen Dünyası, Sayı: 2012), Bilgi Formu ve Teyidi (2014, 2017), İhsan Işık / Resimli ve Metin Örnekli Türkiye Edebiyatçılar ve Kültür Adamları Ansiklopedisi (C. 12, 2017).
2021 yılının son sayısı ile sizlerle birlikteyiz. Bütün dünyada olduğu gibi ülkemizde de korona virüs adı verilen salgın hastalık sebebiyle sosyal ve kültürel etkinlikler azaltılmak zorunda kalındı. Bu olumsuzluklar kültür sanat dergilerini de maliyet, basım ve dağıtım açısından önemli ölçüde etkiledi.
Böyle bir tablo içerisinde kültür sevdalıları olarak –bir araya gelememenin ötesinde-yolumuza devam etmeğe gayret ettik.
56.Sayımızda da çok değerli kalemler yazı, araştırma ve makaleleriyle, şairlerimiz de şiirleriyle sizlerle buluştular.2021 yılı Yunus Emre’nin vefatının 700.yılı, Hacı Bektaş-ı Veli’nin vefatının 750.yılı münasebetiyle UNESCO Tarafından anma ve kutlama yıldönümleri arasına alındı. Cumhurbaşkanlığı da 2021 yılını yayınladığı genelge ile “Yunus Emre ve Türkçe Yılı “ ilan ederken, Hacı Bektaş-ı Veli’nin de yurt içinde ve dışında etkinliklerle anılmasına dair bir genelge yayınlayarak gerekli maddi desteği sağladı. Biz de bu sayımızda ağırlıklı olarak bu iki değeri konu edinen yazılara ağırlık verdik.İşte 56. Sayımızda bizleri yalnız bırakmayan birbirinden değerli akademisyen ve yazarlarımız; Prof. Dr. Nurullah Çetin, Prof. Dr. Ali Akar, Prof. Dr. Levent Bayraktar, Prof. Dr. Atabey Kılıç, M. Halistin Kukul, Dr. Mehmet Yardımcı, Abdullah Satoğlu, Bedrettin Keleştimur, Kemal Bilsel Sarısözen, Pınar Ayşe Gidiş, Nihat Aymak, M. Necati Güneş, Ahmet Divriklioğlu, Burhan Kurddan, Hami Karslı, Kumrugül Türkmen Akın, Nurdane Özdemir Sağkan, Deniz Garipcan, Ayla Bağ, Dursun Arslan, Yeliz Yıldırım, Levent Konyar, Şerare Kıvrak Yağcıoğlu, Yılmaz Celepoğlu, Bahattin Güneri, Mehmet Bozkurt, Mustafa Akkaya, Atila Avşar.
Sonbaharın ağaçlardan döktüğü sarı yapraklar arasından duygularını sizlerle paylaşan şairlerimiz arasında; Aysen Akdemir, Vedat Fidanboy, Saffet Arıkan Bedük, Âşık Eşref Tombuloğlu, Mahmut Hasgül, Sündüs Arslan Akça, Hızır İrfan Önder, Rasim Yılmaz, Bekir Yeğnidemir, Mustafa Erol Kerimoğlu, Rahmi Usta, Ömer Tonbul, İbrahim Sağır, Yunus Kara, Hüseyin Öztürk, Hasan Koçak, Gülden Taş, Kenan Aydınoğlu ve Hakan Göksun yer aldı.
“Gelin tanış olalım,İşi kolay kılalım.Sevelim, sevilelimDünya kimseye kalmaz” mısralarıyla gönüllerimizi fetheden Yunus Emre ve “Bir olalım, iri olalım, diri olalım “ sözleriyle büyük tasavvuf ehli Hacı Bektaş- Veli’nin birlik ve beraberlik mesajı veren en güzel duygularıyla selam ve saygılarımızı sunuyor;
2022 yılında yeni sayımızla sizlerle birlikte olabilmek dileğiyle esenlikler diliyoruz.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının əməkdaşı, Azərbaycanın istedadlı xanım şairəsi ynur QAFARLININ “Boynubükük arzular”, “Bizdən bizə kim düşə?” adlı şeirləri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Poeziya şöbəsinin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanlı şairə Xuraman HÜSEYNİN “Sarışın payız” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin məzunu (2006-2010), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar Nemət Tahirin “Elə bu axşam…” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazar Nemət Tahirin “Yıxıla” adlı şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19-cu sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbəri, “Gənc Yazarlar” Ədəbi Birliyinin üzvü, Sumqayıt Dövlət Universitetinin Filolofiya fakültəsinin məzunu (2007-2011), “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ bürosunun rəhbəri, gənc yazar İlham Mikayılın “Qocalır” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 110-cu sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazar İlham Mikayılın “Ala yurdumu” adlı şeiri Osmanlı türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür yayın organı “Usare” iki aylık kültür, sanat ve edebiyat dergisinin yeni 19-cu sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Moskvada görkəmli Azərbaycan müğənnisi və bəstəkarı, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş “XX əsin Orfeyi” adlı təntənəli gecə keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Yaddaşların dalğalarında” layihəsi çərçivəsində baş tutan tədbir Moskva şəhərinin Troitski və Novomoskovsk inzibati dairələrinin Moskovski qəsəbəsi administrasiyasının, Şimali İnzibati Dairəsinin Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin və Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə gerçəkləşdirilib.
Tədbirdə Şərqi Degunino rayonu üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Həşim Əliyev, Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin idarə heyətinin sədri Elşən İbrahimov, Rusiya Yazıçılar Birliyinin üzvü, Müslüm Maqomayevə həsr olunmuş “Mənim uzun məhəbbətim” kitabının müəllifi Teyara Velimetova, Müslüm Maqomayevin qohumu, Azərbaycanın və Tatarıstanın Əməkdar mədəniyyət işçisi Nuriyyə Mansurova çıxış ediblər. Onlar Azərbaycan xalqının görkəmli övladı Müslüm Maqomayevə həsr olunmuş tədbirin böyük əhəmiyyət kəsb etdiyini, onun dünyanın mədəni irsinə misilsiz töhfələr bəxş edən nəhəng şəxsiyyətlərdən biri olduğunu vurğulayıblar.
Tədbir azərbaycanlı, rus, tatar və qırğız mənşəli rusiyalı müğənnilərin ifasında Müslüm Maqomayevin repertuarından mahnıların səsləndirilməsi ilə yekunlaşıb.
Veysəloğlu Şirkətlər Qrupu və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, “YAŞAT” Fondunun tərəfdaşlığı ilə “Qayıdış” adlı Qəhrəmanlara Dəstək sərgisi elan olunur.
Şirkətlər qrupundan AZƏRTAC-a bildirilib ki, sərginin məqsədi Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş və mübarizə aparmış qəhrəmanlara və onların ailələrinə dəstək olmaqdır. Sərgidən gələn gəlirin 70 faizi “YAŞAT” Fonduna, 30 faizi isə rəssamlara çatacaq.
Sərgi çərçivəsində 3 nominasiyada müsabiqə elan olunur. Qaliblərə Azərbaycan Rəssamlar İttifaqının, Veysəloğlu Şirkətlər Qrupunun və “YAŞAT” Fondunun imzası olan diplomlar təqdim olunacaq.
Əsərlərin mövzusu sərbəstdir. Təqdim olunan əsərlər tanınmış rəssam heyəti tərəfindən qiymətləndiriləcək.
Qiymətləndirməyə təqdim etmək istədiyiniz əsərin fotosunu qayidisdesteksergisi@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərsiniz. Əlavə olaraq, ad, soyadınızı və əlaqə nömrənizi qeyd etməniz xahiş olunur. Əsərlərin qəbulu üçün son tarix: 1 noyabr 2021-ci il.
Sərgi Müasir İncəsənət Mərkəzində 2021-ci il 5-11 noyabr tarixlərində keçiriləcək.
Ünvan: Müasir İncəsənət Mərkəzi, İçərişəhər, Qüllə küçəsi, 15.
İşğaldan azad edilmiş Füzuli şəhərində ucaldılacaq Zəfər abidəsi azadlıq uğrunda 44 günlük Vətən müharibəsinin rəmzi olacaq.
Möhtəşəm sütunlar üzərində yaradılacaq bu monumental kompozisiya 44 günlük Vətən müharibəsinin rəmzi olacaq və Füzulinin azad edilməsi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsinə həsr ediləcək.
Əsərin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycanın Əməkdar rəssamı Rəşad Mehdiyev AZƏRTAC-a müsahibəsində bu kompozisiyasının yaradılması ideyası və onun xüsusiyyətləri barədə söhbət açıb.
“Monument üç hissədən – podium, lövhə və sütunlardan ibarətdir. “44” simvolu 44 sütundan ibarət olacaq. Bu sütunların hər biri müharibənin bir günündə Azərbaycan Ordusunun qazandığı qələbələrin rəmzi olacaq.
Memorial lövhədə Füzulinin azad edilməsi uğrunda ağır döyüşlərdə qəhrəmancasına həlak olmuş döyüşçülərin adları lazer üsulu ilə yazılacaq. Kompozisiyanın hər bir elementində tətbiq ediləcək texnoloji yeniliklər bu monumentin ideyasını daha da gücləndirəcək”, – deyən Rəşad Mehdiyev bildirib ki, monumentin betondan hazırlanacaq sütunları Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun qələbəsinin fundamentallığının rəmzi olacaq.
R.Mehdiyev vurğulayıb: “Mən əlimdən gələni edəcəyəm ki, yaradacağım bu monument rəşadətli əsgər və zabitlərimizin xatirəsini əbədiləşdirsin, Ali Baş Komandan, qələbələrimizin ilhamvericisi İlham Əliyev başda olmaqla Azərbaycanın tarixi qələbəsinin təcəssümü olsun. Mənim əsərimi yüksək qiymətləndirdiyinə görə dövlətimizin başçısına minnətdaram və gələcək nəsillər üçün tarixi informasiya daşıyan layiqli iş yaratmağı vəd edirəm”.
Noyabrın 3-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində “Zəfər günün mübarək” adlı konsert təşkil ediləcək.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının xoru (bədii rəhbər Validə Cəfərova), Respublika və Beynəlxalq müsabiqələrin qalibləri, həmçinin prezident təqaüdçüləri çıxış edəcəklər. Repertuarda Azərbaycan bəstəkarlarının əsərləri səsləndiriləcək.
Konsert Mədəniyyət və Təhsil nazirliklərinin dəstəyi ilə keçiriləcək.
Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı ilə Praqa şəhərində 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkənin mədəniyyət abidəsi sayılan Luçerna Sarayında baş tutan tədbirdə, Çexiya Xarici İşlər Nazirliyi və parlamentin nümayəndələri, bir sıra xarici ölkələrin Çexiyada akkreditə olunmuş səfirləri və diplomatları, ictimaiyyət nümayəndələri, habelə Azərbaycan diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan səfir Adış Məmmədov Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində ölkəmizin qısa müddət ərzində əldə etdiyi böyük siyasi və iqtisadi uğurlardan bəhs edib. Eyni zamanda, A.Məmmədov regionda lider ölkəyə çevrilən Azərbaycanın Şərq ilə Qərbi birləşdirən körpü kimi regionun siyasətində oynadığı rolu diqqətə çatdıraraq, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyəti barədə danışıb.
Azərbaycanda formalaşmış multikultural dəyərlərdən söz açan səfir, ölkəmizin özünün tolerantlıq modelini, o cümlədən mədəniyyətlər və sivilizasiyalararası dialoqu bütün dünyada fəal təbliğ və təşviq etdiyini diqqətə çatdırıb.
Həmçinin bildirilib ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində hərb tarixinin yeni salnaməsini yazmış Rəşadətli Ordumuzun sayəsində Azərbaycan xalqı, 30 ildən sonra bu bayramı tam fərqli şəkildə – ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.
Konsertdə Plzen Konservatoriyasında təhsil alan, bir sıra musiqi müsabiqələrinin qalibi, gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli və çex pianoçu Roman Fedçukun ifasında Azərbaycan, Çexiya və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən nümunələr səslənib.
Noyabrın 2-də Kamera və Orqan musiqi zalında “Gənclərə dəstək” layihəsi çərçivəsində ilk dəfə gənc vokalçılar üçün ustad dərsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, dərsi Xalq artisti, Manhaym Dövlət Opera Teatrının aparıcı solisti Əvəz Abdullayev (bariton) və Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı, “La Scala” vokal Akademiyasının məzunu Azər Rzazadə aparacaq.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində Britaniya Şurasının “Creative Spark” təşəbbüsü çərçivəsində hər il nazirliyin dəstəyi ilə keçirilən “Big Idea Challenge” müsabiqəsinin ölkə qalibləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə nazirliyin Aparat rəhbəri Vasif Eyvazzadə, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və Britaniya Şurasının nümayəndəsi Nigar Baimova iştirak ediblər.
Əvvəlcə qonaqları salamlayan Vasif Eyvazzadə qiymətləndirmə mərhələsindən müvəfəqiyyətlə keçərək qalib olanları təbrik edib. Nazirliyin hər zaman innovativ bacarıqlara malik yaradıcı şəxsləri dəstəklədiyini vurğulayıb və bu dəstəyin bundan sonra da davam edəcəyini qeyd edib. Aparat rəhbəri həmçinin Mədəniyyət Nazirliyi və Britaniya Şurası arasında olan münasibətlərə də toxunaraq bu qurumların mədəniyyət və yaradıcılıq sahəsində həyata keçirdikləri birgə layihələri yüksək qiymətləndirib.
Britaniya Şurasının nümayəndəsi Nigar Baimova da öz növbəsində Mədəniyyət Nazirliyinin “Big Idea Challenge” müsabiqəsinə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Qeyd edək ki, qaliblər sırasında 44 günlük Vətən müharibəsi şəhidi, polkovnik İlqar Mirzəyevin qızı Gülnarə Mirzəyevə də yer alıb.
“YARAT Akademiyası”nın təşkilatçılığı ilə keçirilən “Tarix yazılarkən” adlı payız sessiyasının ilk debatı təşkil olunacaq.
“YARAT”dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 25-də reallaşacaq debatın moderatoru Fərid Abdullayev, rəssamlar Rəşad Ələkbərov, Orxan Hüseynov və Faiq Əhməd ilə Azərbaycanda müasir incəsənətin 2011-2021-ci illərdə inkişafını müzakirə edəcəklər.
Qeyd edək ki, sessiyanın növbəti debatlarında xarici ekspertlərin də çox maraqlı müzakirələri gözlənilir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyası tərəfindən istehsal olunmuş “Sonuncu” sənədli filmi 29-cu “EnergaCAMERIMAGE” Beynəlxalq Film Festivalının qısametrajlı sənədli filmlər üzrə müsabiqə bölməsində yarışacaq.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festival noyabrın 13-dən 20-dək Polşanın Torun şəhərində keçiriləcək.
“EnergaCAMERIMAGE” Sənədli Qısametrajlılar kateqoriyasında Kino Sənəti və Elmləri Akademiyası tərəfindən “ACADEMY AWARD” kvalifikasiyası ilə qeydə alınıb. Bu o deməkdir ki, “EnergaCAMERIMAGE”də müvafiq bölmədə Qızıl Qurbağa mükafatçıları, akademiya qaydalarına uyğun olması şərti ilə, illik Akademiya Mükafatlarında nəzərdən keçiriləcək.
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş təsvir rejissoru Mateuş Çuxnovskidir.
Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı… 68 yaşlı Vitalidən başqa… O, adayla nəfəs alır. Son nəfəsini də adada alır… Elə kamera qarşısında.
“Sonuncu” bu il premyerasını 50-ci Rotterdam Beynəlxalq Film Festivalında etdikdən sonra, müxtəlif ölkələrin mühüm film festivallarında iştirak edib. Eyni zamanda, Bosniya-Herseqovinada keçirilən 15-ci Jahorina Film Festivalında isə “Ən Yaxşı Sənədli Film” nominasiyası üzrə “Golden Maple” (Qızıl Ağcaqayın) mükafatına layiq görülüb.
Məlumat üçün qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.
Şəhidlik ən ali məqamdır. Şəhid bilərəkdən, şüurlu şəkildə özünü millətinə və vətəninə qurban edən şəxsdir. Qürur duyuruq ki, bizim də ölkəmizdə özünü vətənə qurban edən və hər an qurban olmağa hazır olan oğullar var. Şuşa, eləcə də 30 ilə yaxındır, erməni işğalı altında olan torpaqlarımız məhz bu oğulların sayəsində öz azadlığına qovuşdu.
Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə və eləcə də yeniyetmələrə və şagirdlərimizə bir örnəkdir. Onların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin, xüsusən də biz müəllimlərin vətəndaşlıq borcudur. Dövlətimizin gələcək taleyini müəyyən edən bu günki uşaqlarda vətənpərvərlik hislərinin tərbiyəsi vacib və önəmlidir. Əlbəttə vətənpərvərlik hissi, azərbaycançılıq ideyası ilk öncə ailədən başlamalıdır. Biz müəlimlərin başlıca vəzifəsi şagirdlərdə vətənpərvərlik hislərini doğru tərəfə yönəltmək və daha da möhkəmləndirməkdir. Çünki vətənpərvərlik hissi olmayan insan nəinki vətənə, hətta öz ailəsinə belə heç bir halda faydalı ola bilməz. Hələ qədim zamanlardan yazıçıların, şairlərin əsərlərindən süzülüb gələn dövlətçilik ənənələrini, vətənpərvərlik hissini uşaqlara aşılamaq özü qürurvericidir. Salyan rayonunda doğulub-böyüyən və hazırda ölkəmizin ünlü şairlərindən olan Namiq Hacıheydərli “Gərək” adlı şeirində yazır:
İnsan ömrü qasırğada, tufanlarda keçsin gərək,
Hər vətəndaş bu dünyadan şəhid kimi köçsün gərək.
Şair bu misraları ilə şəhidliyin təkcə səngərdə olmadığını deyir və hər bir insanın bu dünyadan şəhid ucalığı ilə köçə biləcəyini aşılayır. Bundan ötrü hər kəs öz sahəsində vətəninə və millətinə ləyaqətlə xidmət etməlidir. Ömrünü halallıqla, yurdunun yüksəlişi uğrunda durmadan çalışmaqla başa vurmalıdır. Bu halda hər vətəndaş dünyadan şəhid kimi müqəddəs olaraq köç etmək şansı qazanır. Bu baxımdan bizim üçün ən yaxşı örnək vətənimiz uğrunda şəhid olan qəhrəmanlarımızın həyat yoludur.
Bu hisləri şagirlərə ötürə bilmək üçün gərək müəllim özü də vətənpərvərlik duyğularına malik olsun. Məktəbdə keçirilən bütün fənlər elmi biliklər verməklə yanaşı həm də şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə xidmət edir. Bu baxımdan Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq mənim üzərimə də böyük bir vəzifə düşdüyünü yaxşı anlayıram. Şagirdlərə ədəbiyyatda ulu keçmişimizi əks etdirən əsərləri, yaxud, Azərbaycan dili fənnindən dil qaydalarını başa salmaqla yanaşı həm də vətən,vətəndaşlıq anlayışları haqqında məlumat verirəm. Bu gün məktəbimizdə hər bir sinfə ayrı-ayrı şəhidlərimizin adı verilib. İndi şagirdlərimiz çox böyük qürur hissi ilə şəhidlərimizin adına layiq olmağa çalışırlar. Bu gün onların əksəriyyəti hərbçi olmaq, əsgər olmaq arzusu ilə yaşayır. Onlar çox xoşbəxtdir, çünki bu günki şagirdlər müasir şanlı tarixin yalnız oxucusu deyil, həm də şahidləri və gərək olarsa, arxa cəbhənin kiçik qəhrəmanlarıdır. Məktəbdə keçirilən tədbirlərdə onların hər biri şəhidlərimiz və onların qəhrəmanlıqları haqqında şeir demək üçün can atırlar. Bəziləri hətta bu hissi qələmə alıb, özləri də şeirlər yazır. “Müəllim, mən şəhidlər haqqında şeir yazmışam, deyim?”, “Müəllim, mən şəhidlər haqqında inşa yazmışam, oxuyum?”- kimi şagirdlər tərəfindən bizə ünvanlanan suallarla tez-tez rastlaşırıq. Hətta bəziləri şeiri deyərkən göz yaşlarına belə hakim ola bilmir. Bütün bunların şahidi olmaq, şagirdləri vətəninə, millətinə, şəhidlərimizə sevgi ruhunda böyüdüyünü görmək bizim üçün izaholunmaz dərəcədə gözəl bir hissdir.
Nə mutlu belə oğulları olan yurda!
Nə mutlu belə oğulları böyüdən valideynə və tərbiyə edən müəllimə!
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri
Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır.
Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan ikili şəxsiyyətdir. Bu fikrə əsaslanaraq deyə bilərik ki, özü ilə söhbət çox normaldır və hətta lazımdır (səssiz olduqda). Bu eyni zamanda əqli cəhətdən sağlamlığa işarədir.
Əlbəttə ki, işin bioloji təkamül tərəfi də var. Özü ilə danışmaq kamilləşmə, yenilənmə baxımından mükəmməl sağlam bir davranışdır. Bunu adətən uşaqlar və tək yaşayanlar daha çox edir. İnsanın danışıq qabiliyyətinin inkişaf etməsinin əsas səbəbi, onun sosial varlıq olaraq ünsiyyət sistemini təmin etməkdir.
Mən həyatımın axarını düşüncə gücümlə yönləndirə bilirəm. Amma təkcə düşünməklə deyil, düşündüklərimi həyata keçirməklə dəyişdirə bilirəm. Sıxıntılı zamanlarda yüksək səslə düşünürəm, çünki beynimdə düşündüklərim sıxıntıdan qurtarmağıma kömək etmir. Xüsusilə bu halım bir şeyə qərar verməyin çətin olduğu vaxtlarda daha çox baş verir. (bilmirəm, başqalarında necədir..)
Bir çox qələm adamları “gündəlik” yazırlar. Gündəlik yazmasam da, şeirlərimin bəzilərinin (evdə olan vaxtlarımda yazılanlar) əlyazması – qaralama şeir dəftərlərim var. Orada şeirlərdən başqa ara-sıra fərqli fikirlər, həmin anın dəyişik duyğuları da qeyd olunub ki, onlar bəzən şeirlərlə əkslik təşkil edir. Hərdən açıb baxıram, düşünürəm ki, heç bir gündəlik oxucu üçün yazılmır və yazılmamalıdır. Gündəliklər müəllifin bir növ özü ilə söhbətidir.
Qismət deyilən şey məncə ikiyə bölünür. Bir hissəsi insanın öz iradəsi ilə təyin olunursa da, digəri onun iradəsinə ziddir. Yəni həyat ssenari deyil, biz də rolumuzu oynamırıq. İradəmiz daxilində bütün seçimlərimizə cavabdehik. Məsələn, oxuduğumuz peşəni seçə bilərik, istədiyimiz dilləri öyrənərək bu yolda irəliləyə bilərik. Ancaq irq, boy və ailə kimi şeylər dəyişməz taleyin nümunələridir.
Son iki ildə pandemiya səbəbilə evlərə qapandıq. Özümüzlə danışmaq o qədər güclü bir ünsiyyət vasitəsinə çevrildi ki, öz daxili düşüncə proseslərimizi dinləməyə başladıq. Halbuki əvvəllər bunu daha az edirdik. Demək ki, insanlar özləri ilə tək qaldıqda, daha rasional qərarlar qəbul edə bilirlər və daha təsirli olma potensialına sahib olurlar. Doğrudur, bunlar mədəni və yaradıcı həyatımızda bizə fayda verən amillərdir, amma yenə də qismən də olsa azadlığımıza qoyulan məhdudiyyətlərin aradan qalxmasını və yenidən sosial həyata tamamilə qayıtmağımızı arzulayıram. Bir də tövsiyə edirəm ki, özümüzlə danışarkən özümüzə qarşı xeyirxah olmağı unutmayaq. Əlbəttə ki, bəzən özümüzə qəzəblənə bilərik, özümüzü tənbehləyə, hətta söyə də bilərik, bununla belə, özümüzü bağışlamamız, özümüzə çox ağır yanaşmamağımız daha sağlam qərarlar qəbul etməyimizə və lazımsız olaraq stresə düşməməyimizə kömək edə bilər. Özü ilə danışmağın ən böyük faydası budur: bu səs-küylü dünyada sizi dinləyən bir nəfərin olduğunu bilmək gözəldir.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair AY Bəniz Əliyarın “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb.
Kitab müəllifin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, şeir, sənət aşiqləri tərəfindən maraqla qarşılanacağına, dərin oxucu rəğbətini qazanacağına ümid edirik.
“Vətən andı” kitabında şair AY Bəniz Əliyarın bir poeması və bir pyesi təqdim olunur.
“Zəfər yazanlar” adlı poema sətirlərlə Qarabağ adlı tarixi faciəmizin xronoloji günlüyü kimi davam edir, birinci və ikinci Qarabağ savaşı, Aprel döyüşləri və bu savaşlarda, döyüşlərdə Azərbaycan əsgərinin şücaəti, Azərbaycan xalqının, Ali Baş Komandanın cəsarəti naminə qazanılan Qələbəmiz şairə xas şeir diliylə təsvir olunur.
“Xarıbülbül” pyesində Hikmət adlı nişanlı bir gəncin döyüş yolu və nişanlısının timsalında Azərbaycan qadının Vətənə sədaqəti əks olunur. Pyesdə yetişməkdə olan gəncliyə aşılanan haqq savaşımızdakı uğurlarımız və birliyimizin sonucundakı qazandığımız böyük Zəfər öz əksini tapır.
Tanınmış ədəbi-tənqidçi Zakir Məmmədin yazdığı “Müharibə, sevgi, insan.” adlı ön sözə diqqət edək.
“44 günlük döyüş hərb cəbhəsində səngisə də, ədəbiyyatda davam edir və etməlidir. Vətən uğrunda gedən bütün davalarda olduğu kimi. Bu savaşın ədəbi silahdaşlarından Ay Bəniz xanımın üzərinə düşən vəzifələr də vardı və şair bunun öhdəsindən gəlməyi bacarır. Ön cəbhədə hərbin, ədəbiyyat cəbhəsində sənətin üsulları ilə işləməyin nəticəsi torpağın işğaldan azad edilməsi oldu. Hər bir istedadlı sənət adamı da yazdıqları ilə fikri, düşüncəni “işğaldan” azad etmiş olur. Vətənin millət halında bütövlükdə dərki vətənin və sənətin qələbəsinə səbəb olmalıdır”.