Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.
Qadının gözündə ovsun da varmış… İlahi gözəlliyin Sahibi Aynurə xanım üçün
Tarixi-qədimdən də üzü bəri şairlər, Gözəllərin eşqinə Gözəlləmə* də yazdı. ALLAH, Sən nura boya bu dünyanı hər səhər, İlahi gözəlliyə səcdə qılsam da yazdı.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı
Özümə inanardım Sənə inana bilsəm… Məhəbbətdə yanardım, Səninlə yana bilsəm…
(Qulaməli babamın əziz xatirəsinə ithaf edirəm.) Dünyaya gəlirik, günlər, aylar, illər keçir, yavaş-yavaş böyüyürük, yaşa doluruq. Oğul, qız oluruq, bacı, qardaş oluruq. Vaxt ötür, müxtəlif adamlardan bizə müraciət forması dəyişir. Sonralar baba oluruq, nənə oluruq, ağsaqqal, ağbirçək oluruq. Nəvəm İlham kiçik qızımdan – xalasından soruşub ki, mənim iki babam var, bəs sənin baban yoxdur? Xalası İlhama nə deyib, nə deməyib, onu necə başa salıb, bilmirəm, amma həmin söhbətdən sonra babam haqqında bir yazı yazmağı özümə borc bildim. Babamgil Kürdəmirin Mollakənd kəndinin yuxararı başında, biz isə aşağı başında yaşayırdıq. Kəndin şərti olaraq iki əraziyə bölünməsi Kür çayının axın istiqaməti ilə əlaqədardır. Tez-tez ya biz babamgilə gedərdik, ya babam bizə gələrdi. Orta boylu, qırmızı yanaqlı, bir az da kök bir kişiydi. Çox söhbətcil idi, xüsusi zövqlə danışar, necə deyərlər, müsahibinə fikrini çatdırmaq üçün sözə bəzək-düzək vurar, mübaliğələrdən bacarıqla istifadə edərdi. Babam qonaqpərvər insan idi. Dəfələrlə evlərində, süfrə başında müxtəlif insanları görmüşdüm. Onlar olanlardan-keçənlərdən elə şirin, elə səmimi söhbət edərdilər ki, bu gün mən həmin günləri həsrətlə xatırlayıram. Babam köhnə kişilərdən idi. Az da olsa, onun söhbətlərindən Sovet hakimiyyəti qurulmasından, kolxozların təşkilindən, komsomolçuların fəaliyyətindən eşitmişdim. Cavan yaşlarında selpoda (kənd istehlak cəmiyyətində), pamblq qəbulu məntəqəsində müxtəlif məsul vəzifələrdə işləmiş, sonradan kolxozda pambıqçılıq briqadiri olmuş, bir müddət siravi kolxozçu kimi çalışmışdır.Briqadir olduğu dövrdə işçilərə qarşı çox tələbkar olduğundan tənbəllərin, işinə soyuq yanaşanların ondan xoşu gəlməzmiş. Belələri hər yerdə babamı tələbkar kimi yox, qəddar, zalım kimi qələmə vermiş, hətta ona məzəli şeir də qoşmuşdular. Əslində babam çoxlarında olmayan, bəzilərinin isə qibtə etdyi incə yumor hissinə, geniş qəlbə malik bir insan olmuşdur. İşçilərə başa salmaq üçün incə yumordan istifadə etməsi isə, yəqin ki, onun xeyrinə işləməmişdir. Zaman daim irəliləyir, hər anın, öz hökmü var. Biz çox zaman ətrafımızdakıları dəyərləndirə bilmirik. Onların yoxluğunu anlayanda isə artıq çox gec olur… Babam təbiəti, gülü, çiçəyi çox sevirdi. Bir dəfə bizə gələndə əkdiyim gülləri görüb çox maraqla baxdı və onun üçün də həyətlərində güllər əkməyi xahiş etdi. Bir neçə gün sonra onların aynabəndlərinin qarşısında gül-çiçək əkdim. Bir müddət sonra onlara gedəndə körpə güllərə baxan babamın necə sevindiyinin şahidi oldum. O zaman mən üçüncü sinifdə oxuyurdum. Babama bir şeir yazmışdım: Mənim babam hər səhər Bağçamızda gəzərdi. Əkdiyi gül-çiçəkdən Dərib mənə verərdi.
Mən də alıb gülləri Dəstə-dəstə bağlardım, Babamdan bu gülləri Xatirətək saxlardım.
Şeiri ”Azərbaycan pioneri” qəzetinə göndərdim. Bir müddət sonra cavab gəldi ki, görünür, baban səni çox sevmir. Sevsəydi, sənə gül-çiçək verməzdi, axı gül-çiçək tez solur. Bir dəfə babam kolxoz idarəsindən çıxarkən Molla Tağı babagilin evinin yanında cavan bir gəlinə rast gəlir. Salamlaşdıqdan sonra, babam, ay qızım nə gəzirsən? – deyə soruşanda gəlin cavab verir ki, inəkləri doğub, amma onu sağmağa qoymur. Molla Tağı babaya qələm çaldırmağa gəlmişəm ki, inək məni vurmasın, onu sağa bilim. O da evdə yoxdur, rayona gedib. Babamın gəlinə yazığı gəlir və ona kömək etmək istəyir: -Ay bala, molla evdə yoxdur, mən yazaram. -Sən yaza bilirsən, əmi?
Əlbəttə, bu saat. O həmişə əlində gəzdirdiyi dəftərdən bir vərəq kəsib onu iki yerə bölür, əyri-üyrü xətlə nəsə yazıb üçkünc qatlayır, verir gəlinə: -Gedirsən evə, bunu yaşıl parçaya büküb tikirsən donunun yaxasına. İnəyi sağmağa gedəndə həmin donu geyinirsən. Gəlin elə də edir və həmin gündən başlayaraq inəyi rahatca sağır. Babam təqaüdə çıxmışdı, heç bir yerdə işləmirdi. Bir gün eşidir ki, Kür çayından su gətirmək üçün kəndin kənarından su arxı çəkilir.Maraq üçün gedir, görür ki, bir nəfər orta yaşlı kişi həvəslə işləyir, ekskavatorla yer qazır, arx çəkir. Babam onun işinə tamaşa edir, bir azdan kişi traktordan düşür, gəlib salam verir. Bir az söhbət edirlər. Babam öyrənir ki, bu kişi Ucar rayonunun Bağman Bərgüşad kəndindəndir. Bağman Bərgüşad mənim atamın doğma kəndidir. Atam Xəlil İbrahimov ali məktəbi bitirəndən sonra təyinatla babamgilin kəndinədil-ədəbiyyat müəllimi işləməyə gəlib. Babam traktorçudan qudasını – mənim Mədinə nənəmi, tanıyıb-tanımadığını soruşur. -Əlbəttə tanıyıram, bəs sən onu haradan tanıyırsan? –traktorçu babamın üzünə baxır. -O, mənim əsgər yoldaşım olub. -Əsgər yoldaşın? Heç onun əsgər olduğunu eşitməmişəm. -Bu hərbi sirdir, ona görə deməyib, – babam ciddi görkəm alıb. Bir müddətdən sonra traktorçu öz həmkəndlilərinə nənəmin keçmiş hərbçi olduğunu təsdiqləmək üçün and içməsi haqqında xəbər yayılmışdı. Babam ali təhsil diplomu olan, müəyyən vəzifədə işləyən, amma bacarıqsız, səriştəsiz, özündən razı insanları yerində otuzdurmaq istəyəndə qəribə üsullardan istifadə edirdi. Bir dəfə babam pambıq tarlasının sahəsini hesablamağı bacarmayan, cavan, ədəbaz aqronomdan soruşur: -Sənin, tarix müəllimin kim olub? -Tarix müəllimimin kim olmağının hesaba nə dəxli? –aqronom suala sualla cavab verir. -Dəxli olmasaydı, soruşardım ki, hesab müəllimin kim olub? Yazıq aqronom gözlərini döyərək daha heç nə deməyib. Bir gün hərbi xidmətdə olan həmkəndlilərimizdən bir nəfərinin atası vəfat edir. Bununla əlaqədar həmin əsgəri məzuniyyətə buraxırlar. Rəhmətə getmiş atasının heç yeddisi də çıxmamasına baxmayaraq nəinki atasının qəbrini ziyarətə gedir, əksinə tay-tuşlarını, dostlarını yığaraq yeyib-içir. Təbii ki, bu hadisə kənddə yaxşı qarşılanmır. Bir neçə gün sonra babam təsadüfən bu cavan oğlanla qarşılaşır, ciddi, bir az da kədərli görkəm alaraq deyir: -Ay bala, Allah rəhmət eləsin, bilirəm, ağır dərddir. Sən də dədəni çox istəyirdin. Amma düz eləmirsən, o nədir, deyirlər, gedib dədənin qəbrinin üstündə saatlarla ağlayırsan. Belə etmə, kişinin ruhu səndən inciyər. Oğlan eyhamı başa düşür, rəngi qaralır, amma heç nə deyə bilmir, səhvini anlayır. Kənddə babamın tay-tuşlarından biri at alıbmış. Harada söhbət düşsə, yeri gədi-gəlmədi atını tərifləyir, lovğalanırdı. Bir gün həmin kişinin oğlanları çöldən ot daşıyırlarmış, babam da pambıq sahəsindən qayıdırmış. Rastlaşırlar və babam görür ki, uşaqlar nə qədər etsələr də at arabanı çəkmək istəmir, gah sağa, gah sola qaçmaq istəyir. -Ay bala, bu eşşək niyə belə edir? – babam soruşur. Uşaqlardan nisbətən böyüyü bir az hirslə: -Əmi, bu eşşək deyil, atdır. Babam: -Mən eşşəklə atı ayırd edə bilmirəm? At olsaydı, düz gedərdi, sağa-sola qaçmazdı. Bir dəfə babam bizə qonaq gəlir. Yay vaxtı olduğundan nahar vaxtı anam babama və bizim hər birimizə bir boşqab qatıq verir. Yeməyi yeyib qurtarmağa az qalmış qonşu həyətdə oynayan qardaşlarımdan biri içəri daxil olur. Anam qazanın dibində qalmış qatığı qardaşıma vermək istəyəndə, babam deyir: -Daşqın əvvəllər qatıq yemirdi, indi də yemir? Qardaşım babamın sualına nədənsə, yox baba, yemirəm. – deyərək cavab verir. Maraqlıdır ki, Daşqın bu hadisədən sonra bir neçə il qatıq yemədi. Babam yaşlı vaxtlarında bir müddət sıravi kolxozçu kimi çalışmışdır. Yadımdadır, pambıq kollarının məhsul verməsi ərəfəsində güllərini yeyən, onun bar gətirməsinə imkan verməyən həşəratları (sovka qurdlarını) məhv eləmək üçün zəhərli kimyəvi maddələrdən istifadə edirdilər. Xüsusi yük təyyarələrinin köməyi ilə bu zəhərli maddələr pambıq kollarının üzərinə çilənir və ziyanvericilər məhv edilirdilər. Lakin bu parazitləri bəzi hallarda tamamilə məhv etmək mümkün olmur, təsərrüfatlar ziyan çəkirdi. Zəhərli maddələr istifadə edildikdən sonra boş çəlləklər kolxozçular tərəfindən yuyulur, sonra nə qədər riskli olsa da, kənd yerlərində təsərrüfat işlərində istifadə edilirdi. Babam bu çəlləklərdən bir neçəsini iş yerinə yaxın olduğu üşün bizim həyətə gətirmişdi ki, sonradn öz həyətlərinə aparsın. Çəlləklər səliqə ilə tövləyə yığılmışdı. Tövlənin qapısı açıq olduğundan hinduşkalr ora girmiş, 6-7ətli-canlı quş zəhərlənərək ölmüşdü. Babam bunu eşidəndə özünəməxsus şəkildə gülərək, ay bala, yəqin ki, hinduşkalarınız xəstələnib ölüblər, bu zəhərin güçü heç balaca sovka qurdlarına çatmır, demişdi. Babamgilin yaxın qonşularından biri oğlunu evləndirir. Toydan bir müddət keçir, təzə gəlin özünü işgüzar, hər işi, evdarlığı bacaran, qadın kimi göstərməyə çalışır. Babamgilin qonşuları zəhmətkeş, fağır insanlar olduqlarından təzə gəlinin yavaş-yavaş həyətdə səsi yüksəlir, toyuğa-cücəyə, qoyuna-quzuya qışqırmağa başlayır. Bir gün babam qonşularının həyətinə keçir. İpəkqurdlarının bəslənmə vaxtı imiş. Qonşunun oğlu ilə gəlini ipək qurdlarına tut yarpaqları verirlərmiş. Babam görür ki, təzə gəlin özünü elə aparır ki, guya otuz ilin kümçüsüdür. Yaxınlaşıb deyir: -İşiniz avand olsun, yaxşı yemləyirsiniz, amma deyəsən su verməyi unutmusunuz. Gəlin gözlərini döyərək: -Suyu ona necə verək? -Sən suyu gətir, mən başa salacam. Qonşunun oğlu nəsə demək istəyəndə babam onu baxışları ilə başa salır ki, sən danışma. Gəlin su gətirəndə babam ona üzünü tutub: -Qızım, görürəm, zirəksən, diribaşsan, amma heç zaman özünü hər bir işi bacaran kimi göstərmə. Heç kim hər bir işi bacara bilməz. Yadında saxla, ipəkqurdlarına su verilməz. Gəlin bir az utansa da babamın sözündən incimir, bundan sonra bir daha həyətdə -bacada səsini ucaltmır. Babam imkan daxilində yeməyə-içməyə pul xərcləməkdə xəsislik etməzdi. O vaxtlar Kürün bərəkətli-ruzili vaxtlarıydı. Kürdən bol-bol şirbit, şahmayı, xəşəm, çəki balıqları tutulardı. Hələ nərəni, ağbalığı demirəm… Hamının evində tez-tez balıqdan hazırlanmış müxtəlf xörəklər bişirilərdi. Babam balıq çığırtmasını çox sevirdi. Bir gün onlara getmişdim. Nahar vaxtı nənəm süfrəyə balıq çığırtması gətirdi. Babam “Bismillah, hə, başlayaq yeməyə”, dedi. Insafən balıq çığrtması çox dadlı idi. İştahla yeyirdik. Amma balıqda nəsə qəribə tam hiss olunurdu. Xörəyimizi yeyib qurtaranda babam üzünü mənə tutub: -Ay bala, sənin anan (babamın qızı) təzə balığı köhəldib ondan belə ləzzətli yemək bişirə bilər? Cavab verə bilmədim. Gözüm Zibeydə nənəmə sataşdı. Nənəm də gülümsünərək babama baxdı və dinmədi. Onu da deyim ki, Zibeydə nənəm təhsil almasa da folkloru, ağız ədəbiyyatını, el məsəllərini yaxşı bilirdi. Məntiqli, dərin düşüncəli qadın idi. Böyük qardaşım Akif müəllim bir müddət kolxoz sədri işləmişdi. Kolxoz əsasən taxılçılıq və pambıqçılıqla məşğul idi. Pambığın becərilməsi və yığımı dövründə kolxozçular, o cümlədən təsərrüfat rəhbərləri çox əziyyət çəkirdilər. Bir dəfə nənəm bizə gələndə qardaşıma dedi: -Bu pambıqda nə görmüsünüz, əkin boranı, qapız, yemiş… əziyyəti az, həm məhsulu, həm də faydası çox. Doğru sözə nə deyəsən… Amma o dövr başqa zaman idi. Dövlət planı var idi. Bir gün babam təbiətin əbədi qanunlarına uyğun olaraq dünyasını dəyişdi. Təbii ki, digər doğmaları və yaxınları kimi mən də çox kədərləndim. Bir müddət sonra Almaniya Demokratik Respublikasında hərbi xidmətini başa vuran qardaşım evə qayıtdı. Onun gətirdiyi hədiyyələrin içərisində gözəl bir əsa da var idi. Əsa babama qismət olmadı.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
BAŞIMIN TACISAN
Mən şeyda bülbüləm, sən tər bənövşə, Eşqimiz düşübdü tay dilə, dişə, Göylər də sevinir, gülüm, bu işə, Mənim qara gözlü, bir ceyranım var, Sənin tək sevimli, mehribanım var.
Qəlbim eşqin ilə alışıb yanır, Ruhum bu sevgidən nura boyanır, Gözümün önündə, gözün dayanır, Bu eşqə, sevgiyə bir inamım var, Sənin tək sevimli, mehribanım var.
Hüsnün bədirlənmiş aya bənzəyir, Gözəlliyin yeri, göyü bəzəyir, Ulduzlar hər gecə, səni gözləyir, Xoşbəxtəm sənin tək, bir cananım var, Sənin tək sevimli, mehribanım var.
Ömrümsən, günümsən, səadətimsən, Arzu, istəyimsən, məhəbbətimsən, Dilimdən düşməyən söz, söhbətimsən, Eşqinlə ucalan, adım, sanım var, Sənin tək sevimli, mehribanım var.
Olmusan Leyliyə, Şirinə bacı, Dərdimin, qəmimin sənsən əlacı, Gözümün nurusan, başımın tacı, Sən varsan, dünyada din, imanım var, Sənin tək sevimli, mehribanım var.
Layladır, nəğmədir, o şirin səsin, Könlümə məlhəmdir isti nəfəsin, Safdır, müqəddəsdir, eşqin , həvəsin, Nə yaxşı, nə yaxşı, balım, şanım var, Sənin tək sevimli, mehribanım var,
HAMIDAN GÖZƏLSƏN
Eşqi dastan olan, bir aşiq mənəm, Elə yandırmısan, inanma sönəm, Ruhumu canımdan almısan, sənəm, Hamıdan gözəlsən, nazlı ceyranım.
Həsrətdən dil açan, şeyda bülbüləm, Əhdimdən, sözümdən dönən deyiləm, Hüsnünü vəsf edir, əlimdə qələm, Hamıdan gözəlsən, nazlı ceyranım.
Bir nalə çəkərəm, candan can çıxar, Göz yaşım quruyar, gözdən qan çıxar, Səni görən günəş, səhər, dan çıxar, Hamıdan gözəlsən, nazlı ceyranım.
Eşqin qanad verdi, dünyanl gəzdim, Sənin həsrətinə illərlə dözdüm, Heç kimi bu qədər əzizləməzdim, Hamıdan gpzəlsən , nazlı ceyranım.
Adın çox əzizdi adlar içində, Adını çəkmərəm yadlar içində Gəl qoyma sən məni, odlar içində, Hamıdan gözəlsən, nazlı ceyranım.
Məhəbbət bəzəkdir bu yerə, göyə, Hökm etmək olmur ki, sevən ürəyə, Gəl qoyma, Əzizi dərddən ölməyə, Hamıdan gözəlsən, nazlı ceyranım.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
QIZ UŞAĞISAN
Ürəklər deyəni dil deyə bilmir, Oxu gözlərimi qurbanın olum. Dərdindən gecələr yuxum da gəlmir, Qoyma ki, gül kimi saralım, solum.
Sən tər bənövşəsən, sən yaz gülüsən, Şəfəqlər hüsninlə oynayır hələ, Səni çox sevirəm, bunu bilirsən, Boylanıb baxırsan sən gülə-gülə.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkinin oğlu istedadlı şair İlkin Əhmədoğlunun “Qarayla ağ arasında” adlı yeni kitabı işıq üzü görüb.
Kitab müəllifin oxucularla növbəti-ikinci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Hər gün ətrafımızdan yüzlərlə,bəlkə də minlərlə insan keçir.Hərə bir cür simada,hərə bir cür aurada… Adamların başı dik gəzənlərinin də,başı aşağı gəzənlərinin də öz dünyası var… Kimin bu dünyada fikri,zikri yoxdur ki?! Mən qeyri-ixtiyarı yaxından müşahidə etdiyim adamlarla ünsiyyət qururam.Bilmirəm bu təbiətən baş verir ya,təsadüfən.. O hər gün işlədiyim məkanın yanından keçirdi.Heç vaxt başını yuxarı qaldırmaz,həmişə fikirli gedərdi.Üzünün cizgilərindən sanki,bir əzab nişanəsi oxunar,məna çaları aşılayardı.Taleyin qismətindən bir gün qarşı-qarşıya gəldik.
Alışqanın var? -Buyur. -Təşəkkür edirəm. Bilərəkdən: -Narahat olma,düzələcək dedim. Üzümə təbəssümlə baxıb elə bil ki,ürəyimin dərinliyindən boylanan mənanı sezdi.
Çox çətindir qardaş. Beləcə ilk dəfə tanış olan,amma doğma adamlar kimi söhbətə başladıq.Mövzumuz özü-özünə məcraya düşürdü.Beləcə,dünyanın gəliş-gedişini anlayan iki şair tanış olur.Hər kəs öz baxış bucağından cərəyan edən keşməkeşlərə “don” geydirməklə düzən verməyə çalışır,gördüyümüz “ağrıları” azaltmağa çalışırdıq… Həyatdır,iki söz adamın bir birinə ən gözəl hədiyyəsi nə ola bilər?! Qəlbinin,ruhunun səsi-müəllifi olduğu kitabı… İndi o kitabı vərəqləyirəm…Fikirli adam çözüm verməklə belə acısını gizlədə bilmir: Haqsızlıq baş alıb gedir,dayanmır Bu millət qəflətdən vallah oyanmır. Qan içən qanına niyə boyanmır?! Deyəsən dəyişib valı dünyanın… Hiss edə bilirəm bu fikirli adamın dərdini… Özünü danlayır,günahkarı cəzalandırmaq istəyir.Bir yol bulmağa çalışır… Bəzən vətən deyəndə dili yanır,bəzən də,səsinə dünya oyanır fikirli adamın… Özünü ifadə etdikcə iç dünyasına yollar görünür.Təsəvvür edin,bir şairin ürəyinə gedən yolun kənarı necə olar?! Sevgi qoxulu Dərd yuxulu… Nəbilim… Bətnindən dünyaya gəldiyi anasından ilham alan,fəsillərdə böyüyən,şeirini rəsm kimi çəkən,bəsimdir deməklə özünü gözütox edən bir fikir adamı poeziya dənizində üzməklə özünə yol açır… Qüruru ilə illəri adlayan,haraya baxsa sevda kəşf edən adamın iztirabı da ülvidir. Darıxır,sətirlənir,hecalanır bu yol üstə: Mənim ürəyimdə durna yolu var, Sanmayın o yolu siləsiyəm mən. Yağsa da ömrümə soyuq şaxta,qar Durnalar gələndə gələsiyəm mən… deyən fikirli həmkarım Aristotelin məntiqindən yan keçmir. ” Qarayla ağ arasında” zehni müqayisə aparır. Öz duyğularını sevgidə qoruyan şairin yaşamı da poetik olur: Sən mənim qəlbimdə əbədi gözsən, İlhamsan,duyğusan,eşqsən,həyatsan. -deyə özünə yaşam ümidi verir,sevgi məbədi qurur. Qurduğu,bəzədiyi qəsrin içində darıxdığı anlar də olur.Hansı sevgi rahat yaşanır ki?! Ruhumun içində gecikdi nəfəs Bağrımı sökdülər,tufana döndü. Məni çox inlətdi o yanıqlı səs Mən sənli,bir sənsiz zamana döndüm… İnsanın yaşam dövrü qəribəliklər içindədir.Ən möhtəşəm anları isə onu yaşayanın ürəyində şeiləşir Hərdən lap günahkar kimi… Cənab hakim səndən bir xahişim var Günahkar qəlbimə bir höküm çıxar. Sevgiylə döyünüb,vurmayan qəlbin Məni yaşatmağa hansı haqqı var. Bu sevgi təkcə o sevgi deyil ha.Sevgi bəşəri duyğudur… Məncə fikirli adamın şairliyi ondan yan keçmir… Sədasını dağlara,buludlara,yağışa eşitdirən adam haraylayır,gözlə görünən bütün məfhumları… “Elə bir nəğmə de,elə nəğmə ki…” Bu nəğmənin sözlərində hansı duyğular qanadlanmır ki… Hə.. Deyim ki,bir şair oxucuya çevriləndə daha səmimi ola bilir… Ey Fikirli Adam! Mən sənin dünyandan mənə açılan pəncərədən baxdım sözdən qurduğun saraya.Nurundan,nəqşindən sətirlərə səpməyə,onları da işıqlandırmağa çalışdım.Tanrı özü səni işıqlı etsin. Sən öz ailənin ilkisən.Şeiriyyatın isə İlkin adlısısan. İlkin Əhmədoğlu- oxucularına şeir müjdən az olmasın.Sənin ədəbi ruhuna dualar edən Elvin Firudinoğlu Şair,publisist.
Yaşar, ucalar, qalar bu zəhmət Hər sözün işıqdı, duzdu,çörəkdi , Müəllim ,sən bizə susmağı öyrət Həyat danışmağı öyrədəcəkdi!
Ordular məktəbdən döyüşə girər, Hər şagird bu yurdun igid əsgəri, Zülmə ağ olmağı müəllim öyrədib, Çox şey var tarixin öyrətmədiyi.
Məktəbdən bizlərə sevgilər qalar, Sevinclər qüsələr durar göz-gözə, Doğma var,Vətəni gözdən saldırar Düşmən var-sədaqət öyrədir bizə.
Müəllimin borcundan çıxarmı insan! Bir parça torpağam,bir ovuc dənəm, Sən məni bir azca danlamalısan Başımı heç kəsə əyə bilmirəm!
Kitabdan oxunmas namusla qeyrət Bu yolda gözünün işığı gedər. Müəllim sən bizə yanmağı öyrət Gerçəyi, qeyrəti ocağ oyrədər!
BAĞIŞLA,MƏN SƏNİ YANLIŞ ANLADIM…
İllərlə boylandım-gözün gülmədi; taleyi qınadım,bəxti danladIm, irad söyləməyə üzüm gəlmədi- sədaqət andını danmış anladım, bağışla,mən səni yanlış anladım.
Bilmədim-hardasan,kimə bağlısan? nədən şübhəlisən,nədə haqlısan? Əlin qırılardı tutub saxlasan!? Məndən ürəyini sınmış anladım, bağışla,mən səni yanlış anladım.
Səni-yad sevginin əsiri bildim, hardaydın?-nə ölü,nə diri bildim, nə aşkar olanı,nə sirri bildim: Olmayan günahı-olmuş anladım, bğışla,mən səni yanlış anladım.
Qoy gəlim yanına-inamın olsa, təqsirdən keçməyə gumanın olsa, üz-üzə dayanmaq imkanın olsa; Qəlbimlə göz-gözə danış,anladım!
Bağışla,mən səni yanlış anladım. Qəmli gözlərində seli görəndə, qoynunda soluxan gülü görəndə, sevdiyim saçlarda külü görəndə- özgə alovlarda yanmış anlarım; BAĞİÇLA,MƏN SƏNİ YANLIŞ ANLADIM…
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).[1]
Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984–1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Türkiyə sözü iki hissəyə bölünür: Türketnonimi və “sahibkar” mənasında istifadə olunan -iyə şəkilçisi. “Türk” və ya “Türük” sözlərinə tarixdə ilk dəfə VIII əsrdə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbasının istifadəsi ilə qeydlər aparılan Orxon abidələrində rast gəlinib.[22] Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdəitalyanlar tərəfindən orta əsrlatın dili istifadə edilərək Turchia və ya Turmenia olaraq qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.
Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[23] Ancaq imperator burada “türklər” adı altında macarları ifadə etmişdir.[24] Eyni şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[25]Osmanlı İmperiyası da müxtəlif dövrlərdə digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.
Bu gün, Türkiyə sərhədləri daxilində yerləşən Anadolu yarımadası, dünyanın ən qədim yaşayış məskənlərindən biri olmuşdur.[26] Müxtəlif Anadolu xalqları bu bölgədə mövcudluluqlarını neolit dövrünün başlanmasına və Böyük İsgəndərin fəthinə qədər qoruyub saxlamışdır.[27] Bu xalqların əksəriyyəti Hind-Avropa dil ailəsinin bir qolu sayılan Anadolu dillərində danışırdılar. Bəzi elm adamları Hind-Avropa dillərinin qədim Anadolu dilləri olan xet və luvidən yarandığı fikrini də irəli sürmüşdür. Frakiyalılar, qırx min il əvvəl, e.ə 6000-ci illərdə neolit dövründə bu bölgədə ilk dəfə maldarlıq və əkinçilik ilə məşğul olan xalq olmuşdur.[28]Xet İmperiyasının paytaxtı Hattuşadaki Aslan Qapısı. Şəhərin tarixi e.ə VI minillikdən başlayır.
Eramızdan əvvəl 10.000-ci ilə aid Göbəklitəpə, ölkənin ən qədim dini abidəsinin yerləşdiyi ərazidir.[29] Tarixinin e.ə 7500 və ya e.ə 5700-cü ilə təsadüf etdiyi Mərkəzi Anadoluda yerləşən Çatalhöyük isə neolit və eneolit dövrünə aid ən böyük məskunlaşma mərkəzidir. Bu tarixi ərazi 2012-ci ilin iyul ayında, neolit dövrünə aid ən yaxşı qorunub saxlanılan məskunlaşma mərkəzi olaraq UNESCO-nun Dünya İrsi siyahısına daxil edilmişdir.[30] Qədim Troya şəhəri, neolit dövründə salınmış və dəmir dövrünə qədər əsas məskunlaşma mərkəzi olaraq qalmışdır.[31] Tarixə məlum olan ilk Anadolu sakinləri xatt və hürri tayfaları olmuşdur. Hind-Avropa xalqlarından olmayan bu iki tayfa təxminən e.ə. 2300-cü ildə Mərkəzi və Şərqi Anadoluda məskunlaşmışdır. Hind-Avropa xalqlarından biri olan xetlər isə e.ə 2000–1700-cü illərdə Mərkəzi Asiyaya köç edərək xatt və hürrilərin yerini almışdır.[32] Xetlər bölgədə ilk böyük səltənəti e.ə XIII əsrdə qurmuşdur. Aysorlare.ə 1950—e.ə 612-ci illərə qədər müasir Türkiyə ərazisinin cənub-şərqindəki əraziləri fəth etmiş və burada məskunlaşmışlar. Bununla yanaşı, Aysor yazılarıUrartulularıne.ə IX əsrdə Aysorlar ilə münaqişəli münasibətlərinin olduğunu sübut etmişdir.[33]
Eyollar, ioniyalılar və qədim yunanlar 1200-cü illərdən başlayaraq Anadolu sahillərində məskunlaşmağa başlamışdır. Həmçinin bu dövrdə Milet, Efes, Smirna və Bizantion kimi bir çox vacib şəhərlər salınmışdır.[36] Nəhayət bu şəhərlərdən ən böyüyü olan Meqara, e.ə 657-ci ildə yunan kolonistləri tərəfindən salınmışdır. Həmçinin, Türkiyə, torpaqlarının müasir sərhədlərini ilk dəfə e.ə VI əsrdə, Ortonid satraplığının hökmranlığı dövründə əldə etmişdir.[37][38]
Osmanlı İmperiyası torpaqlarının sərhədləri, hərbi gücü və təbii sərvətləri tədricən azaldıqda Balkan yarımadasında yaşayan müsəlmanlar üzləşdikləri işgəncələrə görə Anadoluya köç etməyə başladılar.[62] Eyni şəkildə rusların Qafqaz ərazisini işğal etməsi ilə buradakı müsəlmanlar Anadoluya köç etmək məcburiyyətində qaldı. İmperiyanın son dövründə millətçi üsyanların meydana çıxması ilə millətlər arasında müxtəlif etnik gərginliklər yaşandı və bu etnik gərginliklər “erməni problemi” kimi adlandırıldı.[63] Sultan II Əbdülhəmidinavtoritar hakimiyyətinə qarşı çıxmaq üçün inkişaf edən Gənc türklər hərəkatı 1908-ci ildə ikinci məşrutiyyətin elan olunması ilə nəticələnmişdir. 5 oktyabr 1908-ci ildə Bolqarıstanda respublikanın elan olunması, 6 oktyabr 1908-ci ildə isə Avstriya-Macarıstanın Bosniyaya birtərəfli şəkildə qoşulması ölkədə xaosu daha da genişləndirdi. Daha sonra baş verən Tripoli və Balkan Döyüşləri çox sayda insan və torpaq itkisi ilə nəticələnmişdir. 23 yanvar 1913-cü ildə Balkan müharibəsi zamanı baş vermiş Bab-ı Ali basqını diktator Üç Paşanın hakimiyyəti ələ keçirməsinə səbəb oldu.[64]
Osmanlı İmperiyasıİttifaq dövlətləri ilə birlikdə I Dünya Müharibəsinə girmiş, lakin müharibədən məğlub ayrılmışdır. Müharibə zamanı ermənilərlə etnik gərginliyin artması ilə qüvvəyə minən qaçqın qanunu ilə ermənilər Şərqi Anadolu regionundanSuriyaya köçürülmüşdür. Müxtəlif mənbələrə görə, 300.000–1.000.000 arası erməni köçürülmə nəticəsində həlak olmuşdur. Daha sonralar, bu ölümlər müxtəlif mənbələr tərəfindən erməni soyqırımı kimi mətbuatda əks edilmişdir.[65][66][67][68][69] Lakin Türkiyə tərəfi bu hadisələrin soyqırım olmadığını, ermənilərin ölkədəki sabitliyi pozduğu və gərginlik yaratdıqları üçün deportasiya olunduğu fikrini müdafiə etmişdir. Ermənilərlə yanaşı, imperiyada müharibə davam edərkən yunanların və aysorların qətlə yetirildiyi iddia edilmişdir.[70][71][72] Müharibələrdən sonra imperiya parçalanmış və ərazisində müxtəlif dövlətlər qurulmuşdur. 30 oktyabr 1918-ci ildə Osmanlı İmperiyası, müttəfiq dövlətlər ilə Mudros müqaviləsini imzalanmışdır. 10 avqust 1920-ci ildə imzalanan Sevr müqaviləsi Osmanlı ərazisini Müttəfiq dövlətlər arasında bölüşdürmək üçün nəzərdə tutulmuş, lakin qüvvəyə minməmişdir.[73]
Türkiyə Respublikasının qurucusu və ilk prezidenti olan Mustafa Kamal, ölkənin yeni və dünyəvi bir respublikaya çevrilməsini hədəfləyən bir çox islahatlar aparmışdır. 1934-cü ildə çıxan soyad qanunu ilə “Atatürk” soyadını almışdır.[74][78]II Dünya Müharibəsində Türkiyə uzun müddət neytrallığını qorumuş, lakin müharibənin son aylarında 23 fevral 1945-ci ildə müttəfiq dövlətlərin tərəfinə keçmişdir.[79] 26 iyun 1945-ci ildə Birləşmiş Millətlər Təşkilatının qurucu üzvlərindən biri olmuşdur.[80]II Dünya Müharibəsindən sonra, Türkiyənin, Yunanıstanda kommunist üsyanların yatırılması və Sovet İttifaqının türk boğazlarında hərbi baza istəməsi kimi qarşılaşdığı çətinliklər ABŞ-ın 1947-ci ildə Trumen doktrinasını elan etməsi ilə nəticələnmişdir.[81]
Türkiyə və Yunanıstanın təhlükəsizliyini təmin etməyi hədəfləyən doktrina, hər iki ölkəni hərbi və iqtisadi dəstək ilə təmin etmişdir. 1948-ci ildə Avropa iqtisadiyyatının yenidən qurulması planına Marşal və OECD daxil edilmişdir. 1961-ci ildə Türkiyə, OECD-nin qurucu üzvü olmuşdur.[82][83]Koreya müharibəsinəBirləşmiş Millətlər qüvvələri ilə birlikdə qatılan Türkiyə, 1952-ci ildə Sovet İttifaqına qarşı yaradılan NATO təşkilatına qatılmışdır.[84] 15 iyul 1974-cü ildə Kiprdə çevriliş baş vermişdir. Ölkədə EOKA-B fəaliyyətləri, Enozis planları və yaşanan cəmiyyətlərarası qarşıdurma şiddətinin artması, 20 iyul 1974-cü ildə Türkiyənin Kiprə qoşun yeritməsi ilə nəticələnmişdir. Doqquz il sonra, 1961-ci ildə Şimali Kipr Türk Respublikası qurularaq ada ikiyə bölünmüşdür.[85][86][87] 1946-cı ildə Türkiyə Respublikasında tək partiyalı dövr sona çatmışdır.[88][89] Daha sonra, çoxpartiyalı demokratiya dövrü1960, 1971, 1980 və 1997-ci illərdə dövlət çevrilişləri ilə müvəqqəti olaraq dayandırılmışdır.[90] Həmçinin, 2016-cı ilin iyul ayında uğursuz çevriliş cəhdi baş tutmuşdur. 1980-ci illərdə Türkiyə iqtisadiyyatının liberallaşdırılması ölkədə iqtisadi artıma və siyasi sabitliyə səbəb olmuşdur. 1984-cü ildən bəri PKK, Türkiyə hökümətinə qarşı qiyam və hücum aksiyalarına başlamış, tərəflərin toqquşması nəticəsində rəsmi məlumatlara görə 40 mindən çox insan həyatını itirmişdir.[91]Human Rights Watch məlumatlarına görə, indiyə qədər Türkiyə Silahlı Qüvvələri tərəfindən 3000-dən çox kürd yaşayış məntəqəsi yandırılmış və minlərlə kürd öldürülmüşdür.[92] Həmçinin ölkədə kürdlər tərəfindən qurulan siyasi partiyaların çoxu ləğv edilmişdir.[93] Tərəflər arasında sülh danışıqları 2012-ci ildə başlamış, lakin 2015-ci ildə başa çatmışdır və vəziyyət daha da gərginləşmişdir. Gəzi parkında baş tutan tənzimləmələr səbəbilə 2013-cü ildə başlayan etirazlar hökumət əleyhinə etirazlara çevrildi və bir çox vilayətə qısa müddətdə yayıldı.[94][95] Lakin, etirazlar hökumət tərəfindən yatırıldı. Ölkədə 2015-ci ilin iyun ayında keçirilən parlament seçkilərindən sonra müxtəlif şəhərlərdə müşahidə olunan silahlı və bombalı hücumlar günü-gündən artaraq yüzlərlə mülki şəxsin ölümünə səbəb olmuşdur.[96][97][98]
1923–2018 illəri arasında Türkiyə, parlamenttəmsilli demokratiyanın tətbiq olunduğu ölkə olmuşdur. 2017 Türkiyə konstitusiya dəyişikliyi referandumunun nəticəsində prezident respublikası sistemi qəbul edilmişdir. Yeni sistem 2018-ci ildə prezident seçkisi ilə qüvvəyə minmiş və prezidentə fərman vermək, kabinet təyin etmək, büdcə hazırlamaq, seçki çağırışı ilə parlamenti ləğv etmək, məhkəmələrə və bürokratiyaya siyasi təyinatlar etmək səlahiyyətləri daxil olmaqla tam nəzarət verilmişdir.[99] Nazirlər şurası ilə birlikdə baş nazirlik də ləğv edilmiş və səlahiyyətləri birbaşa seçki yolu ilə 5 il müddətinə seçilən prezidentə həvalə edilmişdir. Rəcəb Tayyib Ərdoğan, 2014-cü ildə xalqın səsverməsi ilə seçilən ilk prezidentdir. Türkiyə Konstitusiyası, ölkənin qanuni sistemini, hökümətin əsas prinsiplərini unitar bir mərkəzi dövlət olaraq Türkiyəni əks etdirir.[100][101][102]
İcra səlahiyyəti prezident tərəfindən tətbiq olunduqda qanunvericilik səlahiyyəti Türkiyə Böyük Millət Məclisi olan məclisparlamentinə verilir.[103] Məhkəmə orqanları icra və qanunverici orqanlardan azad olmuş, lakin 2007, 2010 və 2017-ci illərdə referendumlarda qüvvəyə minən konstitusiya dəyişiklikləri prezidentə və hakim siyasi partiyaya prokuror təyin etmək və ya vəzifədən azad etmək kimi daha böyük səlahiyyətlərin verilməsilə nəticələnmişdir.[104]Konstitusiya məhkəməsi qanunların və konstitusiya qərarlarının uyğunluğu barədə qərar vermək məsuliyyəti daşıyır. İnzibati iddialar və digər yüksək vəzifəli şəxslər üçün Ali Apelyasiya məhkəməsi fəaliyyət göstərir.[105][106][107][108]
Hər iki cins üçün ümumi seçki hüququ, 1933-cü ildən bəri Türkiyədə tətbiq olunur və 18 yaşına girmiş hər bir Türk vətəndaşı seçki hüququna malikdir. Türkiyədə 85 seçki bölgəsi var və bu seçki bölgələrindən namizəd olan 18 yaş üstü şəxslərdən 600-ü beş il aralıqlarla siyahı üsulu majoritar seçki sistemi yolu ilə millət vəkili seçilir.[109][110][111] Konstitusiya məhkəməsi anti-dünyəvi və ya separatist hesab etdiyi siyasi partiyaların dövlət maliyyəsini və ya tamamilə fəaliyyətlərini ləğv etmək hüququna malikdir. Ölkədə 10% seçki həddi tətbiq olunur.[112] 1923-cü ildə respublikanın elan olunmasından bəri ölkənin dünyəviliyi aktual bir mövzuya çevrilmişdir. Türkiyədə islamçılar və Atatürkün islahatlarını dəstəkləyən atatürkçülər, ictimai həyatında dinin uyğun rolu mövzusunda müzakirələr yaşayan iki əleyhdar tərəfdir. Atatürkçülər dünyəvi konstitusiya demokratiyasının və qərbləşdirilmiş dünyəvi həyat tərzinin tərəfdarıdır.[113][114][115][116]İqtisadiyyat, təhsil və digər ictimai xidmətlərə dövlət sərmayesinin tərəfdarıdırlar.[117][118][119] 1980-ci illərdən bəri ölkədə gəlir bərabərsizliyinin və sinif ayrıseçkiliyinin artması, nəzəri olaraq səlahiyyət, ictimai həmrəylik və sosial ədalət öhdəliyini dəstəkləyən, lakin praktikada mübahisələrə səbəb olan İslam populizminə səbəb olmuşdur.[120][121][122][123]
21-ci İstabul ləyaqət yürüyüşü çərçivəsində LGBT plakatları
Türkiyədə insan haqqları, beynəlxalq mühitdə qınanlımış və müxtəlif müzakirələrin əsas mövzusu olmuşdur. 1998–2008 illəri arasında Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən xüsusilə azad yaşamaq hüququ olmaqla ümumi insan haqları pozuntuları və azadlıq pozuntuları səbəbiylə Türkiyə əleyhinə 1.600 qərar alınmışdır.[124]Kürd, qadın, LGBT hüquqları və mətbuat azadlığı kimi digər məsələlər də böyük mübahisələrə səbəb olmuşdur.[125][126][127][128] Son zamanlarda Türkiyədə qeydə alınan insan haqqları pozuntuları, Avropa Birliyi üzvlüyünə bir maneə olaraq qalmağa davam edir.[129][130]Gəzi parkı etirazları zamanı zərər verilmiş FOX yayım avtomobili
Jurnalistləri Müdafiə Komitəsindən verilən məlumata görə, illərdir ölkəni idarə edən AKP hökuməti dünyada mətbuat azadlığı baxımından ən böyük təzyiqlərdən birini tətbiq edir.[131] Ölkədəki bir çox jurnalist ergenekon, balyoz kimi müxtəlif iddialar və 2016-cı ildə baş vermiş çevriliş cəhdindən sonra aparılan təmizlik çərçivəsində “terrorizm” və “dövlət əleyhinə fəaliyyət” ittihamları ilə həbs olunmuşdur.[132][133] Jurnalistlərə qarşı “türkçülüyü alçaltmaq” və “məhkəmə sisteminə təsir göstərmək” ittihamları ilə müxtəlif iddialar irəli sürülmüş və hökumətin mətbuatda özünütənzərəni gizlətdiyi iddia edilmişdir.[134][135][136][137] 2013-ci ildə Jurnalistləri Qoruma Komitəsi, Türkiyədə 211 jurnalistin həbs olunduğunu hesabat edərək ölkənin bu rəqəmlə ən çox jurnalist həbs edən ölkə sıralamasında İran, Eritreya və Çini keçərək üst hissələrə yerləşdirdiyini bildirmişdir.[125][126] Digər tərəfdən Freemuse, doqquz musiqiçinin əsərlərinə görə həbs olunduğunu və musiqiçilərin həbsi baxımından ölkənin Rusiya və Çindən sonra üçüncü sırada olduğunu müəyyən etmişdir.[138][139][140] Köhnə ABŞDövlət Departamenti spikeri Filip Krouley, “Türkiyədə jurnalistlərə qarşı təhdid ehtiva edən meyllər haqqında böyük narahatlıqlarının olduğunu” bildirmişdir.[141][142][143] Türkiyə, Freedom House tərəfindən “Qismən azad” sinfində qiymətləndirilmişdir.[144][145] 2016-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının, “Türkiyədə Demokratik İdarələrin fəaliyyəti” layihəsi çərçivəsində ölkədə araşdırmalar aparılmış və bir çox demokratik təşkilatların fəaliyyəti barədə ciddi şübhələr olduğunu irəli sürmüşdür.[146][147][148]
Türkiyə hüquq sisteminin böyük bir hissəsi Avropadan əsinlənmişdir. Öhdəliklər Məcəlləsi və Türkiyə Mülki Məcəlləsi, İsveçrə hüquq sisteminin türk mədəniyyətinə uyğunlaşdırılması ilə hazırlanmışdır. İnzibati Hüquq qaydaları Fransadakı eyniadlı sistemə, Cinayət Məcəlləsi isə İtaliya məhkəmə sisteminə əsaslanmışdır.[149] Türkiyədə güclər ayrılığı prinsipi mənimsənilmişdir. Bu prinsipə uyğun olaraq məhkəmə sistemindən yalnız Türk millətinə fəaliyyət göstərən müstəqil məhkəmələr istifadə edə bilər.[150][151] Məhkəmələrin müstəqilliyi və quruluşu, hakim və prokurorların səlahiyyət müddəti ərzində təhlükəsizliklərinin təmin edilməsi, hakim və prokurorların vəzifələri, hərbi məhkəmələr və quruluşu, yüksək məhkəmələrin səlahiyyət və vəzifələri Türkiyə Konstitusiyası tərəfindən müəyyən edilir.[152][153][154]Türkiyədə məhkəmə salonu
Türkiyə Konstitusiyasının 142-ci maddəsinə görə məhkəmələrin quruluşu, vəzifə və səlahiyyətləri sadəcə dövlət tərəfindən idarə oluna bilər.[155][156] Bu və əlaqədar digər konstitusiya maddələri istiqamətində Türkiyədəki məhkəmə sistemi, mühakimə məhkəmələri, idarə məhkəmələri və hərbi məhkəmələr olmaqla üç əsas başlıq altında toplanır. Hər başlıqda yüksək səviyyəli məhkəmələr və yüksək hökmlər mövcuddur. Ölkədəki inzibati mübahisələrin həlli üçün Mübahisələr Məhkəməsi yaradılmışdır.[152][157] Türkiyədə hüquq-mühafizə qüvvələri Ümumi Təhlükəsizlik Müdirliyi və Ümumi Jandarma Komandirliyi kimi müxtəlif vahidlərə ayrılmışdır. Bütün bu qüvvələr Türkiyə Respublikası Prezidentinə və ya Daxili İşlər Nazirliyinə bağlı olaraq hərəkət edirlər. Ədliyyə Nazirliyi tərəfindən 1 noyabr 2008-ci ildə açıqlanan hesabata görə, Türkiyə həbsxanalarında məhkumların sayı 100.000 nəfəri keçmiş və bu rəqəm 2000-ci ildəkinə nisbətən iki dəfə çox olmuşdur.[158][159][160][161]
Forbes jurnalının verdiyi məlumata görə, 2016 Qlobal Sülh İndeksi, Türkiyə, əsasən, “qonşuları ilə münasibətləri getdikcə gərginləşdiyinə görə” dünyanın 163 ölkə arasında 145-ci yeri tutmuşdur.[210]
Türkiyə, inzibati baxımdan unitar bir quruluşa malikdir və bu vəziyyət Türk ictimai rəhbərliyinə şəkil verən ən əhəmiyyətli faktorlardandır.[211][212] Dövlətin əsas işləməsindəki üç güc olan qanunvericilik, icra və məhkəmə nəzərə alınaraq, yerli rəhbərliklərin hər hansı bir gücü yoxdur. İl və digər vahidlərin rəhbərliyi mərkəzi hökumətdən sonra gəlir.[213][214][215] Yerli hakimiyyət orqanları yalnız hakimiyyətdə olduğu vilayətlərdə xidmət etmək üçün yaradılmışdır.[216][217] Vilayətlərin başında qubernatorlar, ilçələrin başında isə bələdiyyə başçıları idarəçi olaraq vəzifəlidir. Bələdiyyə başçıları və quberniyayalar isə, mərkəzi hökumət tərəfindən təyin olunan digər yüksək vəzifəli şəxslərdən asılıdır.[218][219][220]
Türkiyənin paytaxtı Ankaradır. Ölkənin ən böyük inzibati vahidləri ildir və 81 ildən ibarətdir.[221][222] Bu illər ilçələrə bölünmüş, cəmi 923 ilçədən ibarətdir.[223] Həmçinin ölkə coğrafi, demoqrafik və iqtisadi şərtlər göz önünə alınaraq 7 coğrafi region və 21 alt regiona ayrılmışdır, lakin bu bölgələr hər hansı bir inzibati quruluşu təmsil etmir.[224]
Türkiyə, torpağı iki qitədə yerləşən Avrasiya ölkəsidir.[225][226] Ərazisinin 97%-i Asiyada yerləşir və bu hissə Anadolu adlanır. Qalan 3% hissə isə Avropa qitəsində yerləşir və Şərqi Frakiya adlanır. Mərmərə dənizi, Dardanel və Bosfor Anadolu və Şərqi Frakiyanı bir-birindən ayırır.[227][228] Türkiyə xəritəsi kobud düzbucaqlı formasını xatırladır, 1.600 kilometr uzunluğunda və 800 km genişliyindədir. 36°, 42° şimal paralelləri və 26°, 45° şərq meridianları arasında yerləşir.[229] Göllər ilə birlikdə 783.562 km² ərazini əhatə edir. 755,688 km² Asiya ərazisi, qalan 23.764 km² isə Avropa ərazisini təşkil edir.[230] Bu rəqəmlərlə sahəsinə görə dünyanın 37-ci ən böyük ölkəsidir.İstanbul və Bosfor
Türkiyə, Aralıq dənizi, Şərqi Anadolu, Egey, Cənub-şərqi Anadolu, Mərkəzi Anadolu, Qara dəniz və Mərmərə olmaq üzərə 7 coğrafi regiona bölünmüşdür. Dar bir arx kimi görünən Qara dəniz regionu, Şimali Anadolu boyunca nizamsız olaraq uzanır və ölkənin ümumi ərazisinin altıda birini təşkil edir.[233] Şərqə doğru irəlilənilən zaman düzənlik sahələrin artmasına paralel olaraq hündürlüyün artdığı da görülür.[234] Türkiyə yer formalarının müxtəlifliyi, minlərlə ildir bölgənin ərazisini şəkilləndirən yerin hərəkətliliyinin bir nəticəsidir. Üzərində sönmüş vulkanlar var və zəlzələlər hələ də tez-tez baş verir.[235]Dardanel və Bosfor, ölkədəki qırılma xətlərinin əsas enerji mənbəyidir. Ölkənin şimalında və şərqində zəlzələlərə səbəb olan böyük qırılma xətləri var. 1999-cu ildə Şimali Anadolu qırılma xəttində meydana gələn böyük Mərmərə zəlzələsi minlərlə insanın ölümünə səbəb olmuşdur.[236][237]
Türkiyənin qeyri-adi ekosistemi və yaşayış müxtəlifliyi, ölkədə əhəmiyyətli bir növ müxtəlifliyinin meydana gəlməsinə səbəb olmuşdur. Anadolu torpaqları, əkinçilik üçün istifadə edilməyə başladığı illərdən etibarən bir çox bitkinin vətəni olmuşdur və hal-hazırda bu bitkilər Türkiyədə yaşayan insanlar tərəfindən istifadə edilməkdədir.[238][239] Türkiyə fauna müxtəlifliyi, flora müxtəlifliyindən belə daha çoxdur. Ümumilikdə bütün Avropa ölkələrində heyvan növlərinin sayının 60.000 olmasına baxmayaraq, bu rəqəm Türkiyədə 80.000-dən çoxdur.[240][241]
Əsas məqalə: Türkiyə iqlimiKöppen iqlim sinifləndirilməsinə əsasən Türkiyənin xəritəsi
Türkiyədə üç fərqli iqlim tipinə rast gəlinməkdədir. Ümumiyyətlə Egey dənizi və Aralıq dənizi sahillərində görülən Aralıq dənizi iqlimində yay isti və quru, qışı isti və yağışlıdır. Təbii bitki örtüyü makvisdir. Qara dəniz sahillərində görülən dəniz iqlim tipi hər fəsildə yağıntının müşahidə olunmasına təkan verir.[251] Təbii bitki örtüyü isə meşələrdir. Qara dəniz sahilləri, Türkiyənin il ərzində ən yüksək yağış alan tək bölgəsidir və Şərqi Qara dəniz bölməsi illik 2000–2500 millimetr yağıntı alır.[252]Egey dənizi ilə Qara dənizi birləşdirən Mərmərə dənizinin sahillərində keçid iqlim tiplərinə rast gəlinir. Dənizin cənubunda Aralıq dənizi, şimalda Qara dəniz və şimal-qərbdə isə kontinental iqlim müşahidə olunur. Qar yağışı demək olar ki, hər il Mərmərə və Qara dəniz regionlarıdna müşahidə olunsa da, qar yerdə sadəcə bir neçə gün qalır. Qara dəniz və Aralıq dənizindəki sahillərə paralel olaraq dağlar dənizlərdən gələn mülayim hava kütlələrinin daxili hissələrə çatmasına mane olur.[253]
Mərkəzi Anadolu, Şərqi Anadolu və Cənub-Şərqi Anadolu regionlarında, kontinental iqlimə rast gəlinir.[254] İllik və gündəlik temperatur fərqləri bu iqlimdə yüksəkdir. Yay ayları isti və quru, qış ayları isə soyuq və qarlı keçir. Şərq hissələrdə qış ayları olduqca sərtdir. Şərqi Anadoluda havanın temperaturu −30 °C və −40 °C qədər enə bilər və ildə ən az 120 gün qarlı keçir. Qərbdə qış temperaturu orta hesabla 1 °C olaraq müşahidə olunur. Yay ayları ölkə boyu isti və quru olsa da, ümumiyyətlə iyul və avqust ən quraq aylardır. May ayı isə ən çox yağıntının alındığı aydır və gün ərzində temperatur 30°C-dən yuxarı qalxa bilər.
Ünvana əsaslanan əhali qeydiyyat sistemi nəticəsində əldə edilən məlumatlara görə 31 dekabr 2019 etibarilə Türkiyə əhalisi 83 milyon 154 min 997 nəfərdir. Bu rəqəm ilk rəsmi siyahıyaalma edildiyi zaman, 1927-ci ildə 13,6 milyon olmuşdur. 2017-ci ildə bu göstərici 2016-cı ilə nisbətən 995 min çox, ölkənin əhalisinin artım tempi isə 12,4‰ olmuşdur.[256] Əhalinin 92,5%-i il və ilçə mərkəzlərində yaşayır. Türkiyədə hər km² başına ortalama 105 adam düşür. Əhalinin 67,9%-i 15–64 yaş qruplarında, 23,6%-i 0–14 yaş qrupundadır. Əhalinin təqribən 8,5%-i 65 yaş və daha yuxarı yaş qrupunda yer alır.[257]Əhalinin ortalama yaşı 31.4-dür. Türkiyənin ən inkişaf etmiş və ən sıx şəhəri İstanbuldur. Bununla yanaşı, İstanbulAvropanın üçüncü, dünyanın isə ən böyük 34-cü şəhəri statusuna da malikdir.[258][259][260] Türkiyə Konstitusiyasının 66-cı maddəsi, “Türkiyə Respublikasına vətəndaşlıq əlaqəsi ilə bağlı olan” hər kəsi, bir “türk” olaraq adlandırır. Bu səbəblə, Türkiyədə hüquqi mənada türk sözü, bir etnik mənşəyi ifadə etməkdən çox ölkənin vətəndaşı olan hər kəsi ifadə edir. Ölkənin böyük əksəriyyətinin etnik mənşəyi türkdür.[261]CIA-ya əsasən ölkə əhalisindəki Türklərin nisbəti 70–75%, Kondaya əsasən 76% və konsensusa əsasən 77%-dir.[262] Əhalinin etnik yayılmasına aid bir çox məlumatların olmasına baxmayaraq, Türkiyə tərəfindən açıqlanan rəsmi əhali sayıları etnik mənşəyə aid rəqəmlər vermədiyi üçün rəsmi məlumatlar mövcud deyil. Aparılan siyahıyaalmalara görə Türkiyədə albanlar, azərbaycanlılar, ərəblər, bosniyalılar, çərkəzlər, qaraçılar, gürcülər, həmşinlilər, lazlar, pomaklar, suriyalılar və zazalar daxil olmaqla bir çox etnik qrup yaşasa da, ölkədə rəsmi olaraq tanınan azlıqlar yalnız ermənilər, yunanlar və yəhudilərdir. Lozanna müqaviləsi ilə 3 azlıq rəsmən tanınmışdır.[263]Türkiyədə kürdlərin çoxluq təşkil etdiyi ərazilər
Türklərdən sonra ölkədə yaşayan ən böyük etnik qrup kürdlərdir. Kürdlərin əhalidə nisbəti CIA hesabatına görə 18%, Kondaya görə 15% və konsensusa görə 14% təşkil edir. Kürdlər ölkənin Türkiyə Kürdüstanı olaraq da bilinən şərq və cənub-şərq hissələrində cəmlənmişdir.[264][265][266] Kürd əhalisi Tuncəli, Bingöl, Muş, Ağrı, İğdır, Elazığ, Diyarbakır, Batman, Şırnak, Bitlis, Van, Mardin, Siirt və Hakkari illərində üstünlük təşkil edirlər.[267] Bundan əlavə, Şanlıurfada əhalinin 47%-ni, Qarsda isə əhalinin 20%-ni təşkil edir. İllərdir daxili miqrasiya ilə kürdlər ölkənin mərkəzində və qərbində yerləşən bütün böyük şəhərlərdə məskunlaşmışdır. Xüsusilə İstanbulda 3 milyona yaxın kürd yaşayır və bu, şəhəri dünyanın ən yüksək kürd əhalisi olan şəhərə çevirir. CIA məlumatlarına görə, türklər və kürdlərdən başqa digər azlıqların nisbəti 7–12%-dir.[268] Üç tanınmış azlıqdan başqa hər hansı bir azlıq üçün müəyyən hüquqlar mövcud deyil. “Azlıq” termini, Türkiyədə həssas bir mövzudur və həssas olmağa davam etməkdədir.[269] Azlıqları qanuni olaraq tanımasa da, dövlət rəsmi TRT kanalına azlıqların danışdığı müxtəlif dillərdə radio və televiziya proqramları hazırlamağa icazə verir. TRT Avaz, Türkiyədə Azərbaycan dilində faəliyyət göstərən dövlət kanallarından biridir.[262][270]
Türkiyə əhalisinin 2,5%-i immiqrantlardan ibarətdir.[271][272] 2015-ci ilin dekabr ayına olan məlumata görə, ölkə 2,5 milyon suriyalı qaçqına ev sahibliyi edir və Türkiyə dünyada ən böyük qaçqın əhalisinə məxsus ölkə statusuna malikdir.[273][274]Suriya Vətəndaş müharibəsindən qaçan bu qaçqınlar, Afət və Təcili Yardım Nazirliyi tərəfindən hazırlanan çadırlarda qonaq edilmiş, bir müddət sonra bir çoxu Türkiyə şəhərlərinə köç edərək normal həyatlarına davam etmişlər.[275][276] Türkiyənin rəsmi dili, eyni zamanda əhalinin 85%-in ana dili olan türkcədir. Əhalinin təxminən 12%-i kürd dilindəana dili kimi danışır. Ərəb və zaza dillərini ana dili kimi danışanların nisbəti 1%-dən çoxdur. Bununla yanaşı, Türkiyədə abaza, abxaz, çərkəz, qaraçı, laz, zaza dilləri təhlükə altındadır.[277][278][279][280]
bmrƏn böyük şəhərlər (Türkiyə) TÜİK-in 1 dekabr 2018-ci il məlumatlarına görə:[281]
Türkiyədə səhiyyə xidmətlərinə Sağlamlıq Nazirliyi tərəfindən hazırlanan mərkəzi bir dövlət sistemi ilə nəzarət edilir.[282][283] 2003-cü ildə hökumət, səhiyyə xidmətlərinə ayrılan büdcə nisbətini artıran və əhalinin böyük bir hissəsini sağlam hala gətirməyi məqsəd qoyan geniş əhatəli bir səhiyyə islahatı proqramını təqdim etdi. Türkiyə Statistika Təşkilatı, 2012-ci ildə sadəcə səhiyyə xidmətləri sahəsinə 76.3 milyard TL xərcləndiyini açıqladı. Xidmət haqlarının 79,6%-i İctimai Təhlükəsizlik Təşkilatı tərəfindən, qalan 15,4% isə xəstələr tərəfindən ödənilmişdir.[284][285] 2013 rəqəmlərinə görə Türkiyədə 30.116 səhiyyə qurumu mövcuddur və həkim başına ortalama 573 xəstə düşür.[286] Hər 1000 nəfər əhaliyə isə 2,64 yataq düşür.[287]
Türkiyədə gözlənilən həyat müddəti kişilərdə 71.1 il, qadınlarda 75.2 il olmaqla birlikdə, ümumi əhali ortalamasının gözlənilən həyat müddəti 73.2 ildir. Ölkədə ölümlərə ən çox səbəb olan xəstəliklərdən ilk üçü dövran sistemi xəstəlikləri (39.8%), xərçəng (21.3%) və tənəffüs xəstəlikləridir (9.8%).[287][288][289][290][291][292]
Türkiyədə məktəb təhsil pillələri Təhsil Nazirliyinin tabeliyindədir.[293] Dörd illik ibtidai məktəb, dörd illik orta məktəb və dörd illik lisey daxil olmaqla on iki illik təhsil məcburidir.[294]OECD hesabatlarına görə, ölkədə orta məktəbi bitirməmiş 25–34 yaş qrupundakı insanlar gəlirlərinin orta hesabla 80%-ni orta məktəbi bitirən eyni yaş qrupu həmkarlarından alırlar. Ölkənin əsas təhsil səviyyəsi digər OECD ölkələrindən aşağı səviyyədə keçirilir.[295] Türkiyə, Beynəlxalq Tələbə Qiymətləndirmə proqramı hesabatına görə 34-cü sırada yer alır. Yüksək keyfiyyətli liseylərə daxil olmaq, ölkə daxilində keçirilən tələbə yerləşdirmə imtahanlarının balından asılıdır, buna görə də ölkədə repititor yanına gedən şagirdlərin ortalama yaşı 10-a düşmüşdür.[296] Yetkin əhalinin 94,1%-i oxuma-yazma qabiliyyətlərinə malikdir. Türkiyədə kişi əhalinin savadlılıq səviyyəsi 97,9%, qadın əhalinin isə savadlılıq səviyyəsi 90,3% təşkil edir.[297][298]
2017-ci il hesabatına əsasən Türkiyədə özəl və dövlət olmaq üzərə 183 ali təhsil müəssisəsi fəaliyyət göstərir.[299] Tələbələr bakalavr üçün — YGS, magistratura üçün — LYS imtahanları nəticəsində qazandıqları ballarla universitetlərdə təhsil almaq hüququ əldə edirlər.[300] 2007-ci ildə universitetə qəbul imtahanında 1.700.000 nəfər iştirak etsə də, 2008-ci ildə bu rəqəm 600.000-ə düşmüşdür.[301][302][303]Anadolu Universitetinin açıq təhsil fakültəsi istisna olmaqla, bütün universitet və onlara bağlı fakültələrə giriş, orta məktəb məzunlarının YGS-LYS nəticələrindən asılı olaraq formalaşır.[304]Times Higher Education World University Rankings hesabatına əsasən 2014-cü ildə dünyanın ən yaxşı universitetləri siyahısında ilk 200 yerdə Türkiyənin 4 universiteti iştirak etdi. Siyahıda Yaxın Şərq Texniki Universiteti 85-ci, Boğaziçi Universiteti 139-cu, İstanbul Texniki Universiteti 165-ci, Sabancı Universiteti 182-ci sırada yer aldı.[305][306]
Türkiyə rəsmi dini olmayan dünyəvi dövlətdir.[307][308] Din və vicdan azadlığı ölkə konstitusiyası ilə təmin edilir.[309] Ancaq ölkədə müxtəlif İslam partiyalarının qurulması ilə dinin idarədəki rolu ilə bağlı müzakirələr başladı.[310][311][312] Ölkədəki dövlət qurumlarında və məktəblərdə uzun illərdir İslam siyasətinin simvolu sayıldığı üçün hicab taxmaq qadağan olmuşdur.[313][314][315] Lakin bu qadağa 2011-ci ildə universitetlərdə, 2013-cü ildə dövlət qurumlarında və 2014-cü ildə ümumtəhsil məktəblərində ləğv edildi.[316][317]İslam dini Türkiyədə dominant dindir və müxtəlif məlumatlara görə əhalinin 99,8%-i müsəlmandır.[318] Ancaq bu rəqəm hər mənbəyə görə dəyişir və adətən 96,4% olaraq göstərilir. Ortaq təriqət sünni məzhəblərindən olan hənəfilikdir. Ölkədəki ən yüksək dini orqan Dəyanət İşləri üzrə Nazirlikdir və hənəfi məzhəbinin qaydalarına görə dini islahatlar keçirir.[319][320][321][322] Həmçinin nazirlik, ölkədə fəaliyyət göstərən 80 mindən çox məscid və imam üçün məsuliyyət daşıyır.[323] Bundan əlavə, ölkədə şiəlik də yayğındır və alimlər şiələrin sayının 15–20 milyon arasında olduğunu söyləyirlər.[324][325] 2008-ci ildə köhnə Diyanət İşləri üzrə Dövlət Naziri və Diyanət İşləri Başçısı Mustafa Səid Yazıcıoğlunun Türkiyədə 7 milyon şiə olduğu təxmin edildiyi fikrini irəli sürmüşdür.[326] “Aksiyon” jurnalının məlumatlarına görə, ölkə əhalisinin 3 milyonu (4.2%) şiə on ikicilərdən ibarətdir.[327][328]Təsəvvüflə əlaqəli olanlar da var və əhalinin 2%-i heç bir təriqətlə əlaqəsi olmayan müsəlmanlardır.[329] 1914-cü ildə Türkiyənin qeyri-müsəlman əhali nisbəti 19% olmuşdur, 1927-ci ildə bu say 2,5%-ə enmişdir. Bu gün ölkədə yunan katoliklər də daxil olmaqla müxtəlif məzhəblərdən olan 120.000 xristian var və bu rəqəm Türkiyə əhalisinin 0,2%-dən daha azdır. Ölkədə açılmış kilsələrin sayı 236-dır.[330][331][332] İstanbul 4 əsrdən bəri Şərqi pravoslav kilsəsininmərkəzi olmuşdur.[333][334]
Türkiyədə səfərad mənşəli 26.000 yəhudi yaşayır.[335]E.ə V əsrdən bəri Anadoluda yəhudi icmaları məskunlaşmağa başladıqdan sonra XV əsrin sonlarında İspaniyadan qovulmaqla Osmanlı İmperiyasında ispan və portuqal yəhudilərin məskunlaşmasına icazə verildi.[336] Beləliklə, Anadoluda yəhudi əhalisi artdı. XX əsrdə yəhudilərin ölkədən sürətlə miqrasiyaya baxmayaraq, bu gün də çox az yəhudi əhalisi Türkiyədə yaşayır.[337][338][339]
Türkiyə, ÜDM (AQP) sıralamasında 13-cü, ÜDM (nominal) sıralamasında isə 17-ci sırada yer alır.[340][341]OECD və G-20 kimi əsas iqtisadi təşkilatların təsisçilərindən biridir.[342] 1995-ci ildə fəaliyyətə başlayan Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin idxal və ixracının yüksək dərəcədə artmasına təsir göstərmişdir.[343]Avropa İttifaqı-Türkiyə Gömrük İttifaqı, ölkənin xarici ticarət siyasətinin ən əhəmiyyətli təşkilatlarından biridir. 2014-ci ildə Türkiyə ixracatı, əvvəlki ilə nisbətən 4% artım ilə 157,6 milyard dollara çatmışdır.[344][345] Ən çox məhsul ixrac olunan ölkələr Almaniya, İraq, İngiltərə, İtaliya və Fransa olmuşdur. Bununla birlikdə, eyni ildə 242,2 milyard dollarlıq idxal səbəbilə 84.5 milyard dollarlıq xarici ticarət kəsiri yaranmışdır. Bu göstərici bir il əvvəl 99,8 milyard dollar olmuşdur. 2014-cü ildə ən çox idxalat müvafiq olaraq Çin, Almaniya, Rusiya və ABŞ-dan olmuşdur.[346][347][348] Türkiyə nəhəng avtomobil sənayesinə sahibdir.[349]Ölkədəki şirkətlərinin bir çoxunun qərargahının yerləşdiyi Levent, İstanbul
2013-cü ilin məlumatlarına görə, ən çox avtomobil istehsal edən ölkələr arasında ölkə 17-ci yerdədir.[350] Türkiyə 2014-cü ildə gəmi inşaatından 1,2 milyard dollar gəlir əldə etmişdir. Bu sahədə ölkənin ən böyük bazarları Malta, Norveç, İngiltərə və Marşall adalarındadır. 2012-ci ilin məlumatlarına görə, 87 aktiv türkgəmiqayırma zavodu fəaliyyət göstərir.[351]Tuzla, Yalova və İzmit gəmiqayırma sənayesinin əsas mərkəzləridir.[352]Beko və Vestel kimi məşhur türk markaları, Avropanın ən böyük məişət cihazları və elektronik məhsulları istehsal edən şirkətlərindən olmuş və bu sektorların inkişafı, yeni texnologiyaların təkmilləşdirilməsi üçün əhəmiyyətli investisiyalar qoymuşdur.[353][354][355]
Türkiyə iqtisadiyyatının digər vacib sahələri arasında bankçılıq, tikinti, məişət texnikası, elektronika, tekstil, neft emalı, neft-kimya məhsulları, qida, dağ-mədən, dəmir-polad və maşınqayırma yer alır.[356][357] 2013-cü il məlumatlarına görə Türkiyə ÜDM-sinin 8,9%-i kənd təsərrüfatı, 27,3%-i sənaye və 63,8%-i xidmət sahələri olmuşdur.[358][359] Bu göstəricilərə baxmayaraq, hələ də əhalinin dörddə biri kənd təsərrüfatında çalışır. 2012-ci il hesabatına görə, işləyən əhalinin yalnız 30%-i qadınlardan ibarətdir ki, bu da OECD üzvü ölkələr arasında ən aşağı göstərcidir. Türkiyədəki ən varlı təbəqənin gəliri, ən yoxsul təbəqənin gəlirindən 7.7 qat daha çoxdur. Əhalinin 15%-i yoxsulluq həddində yaşayır.[360][361][362]
Birinci Dünya Müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsindən sonra yaranan respublikanın ilk altmışıncı illəri — 1923–1983-cü illər arasında dövlət iqtisadiyyatı pis vəziyyətdə olmuşdur.[363][364] Özəl sektor, xarici ticarət, xarici valyuta axını və birbaşa xarici investisiyanın miqdarı kimi mövzularda müxtəlif məhdudiyyətlər qoyuldu və büdcə planları elan edildi. Ancaq 1983-cü ilə qədər baş nazirTurqut Özal özəl sektoru ön plana çəkən bir sıra islahatlara başladı.[365]
Dövlət borcunun çox olması ilə yanaşı, keçirilən islahatlar sürətli iqtisadi inkişafa yol açdı, lakin 1994 və 1999-cu illərdə maliyyə böhranları səbəbiylə iqtisadiyyatda düşüşlər yaşandı.[366] 1981–2003-cü illər arasında ölkənin ÜDM-nin illik orta artımı 4% səviyyəsində müəyyən edilmişdir.[367] Maliyyə çatışmazlığı və geniş yayılmış korrupsiya ilə yanaşı, əlavə maliyyə islahatlarının olmaması, yüksək inflyasiya və zəif bank sektoru makroiqtisadi dəyişkənliyin artmasına səbəb oldu. 2001-ci il böhranından sonra dövrün maliyyə naziri Kamal Dərviş tərəfindən tərtib edilmiş islahatların nəticəsi olaraq inflyasiya hədsiz dərəcədə azalmış, investorlar tərəfindən xarici sərmayələr artmış, işsizlik nisbəti kəskin azalmışdır.[368][369]
Xarici ticarət üzərində dövlət nəzarətini azaldan Türkiyə tədricən iqtisadi tənzimləmə yolu ilə müxtəlif bazarlar açaraq, xalqa məxsus müxtəlif qurumları özəlləşdirməyə başladı. Dövlət borcunun ÜDM-ə nisbəti 2001-ci ildə tənəzzül səviyyəsindən aşağı düşsə də, 2010-cu ilin üçüncü yarısında 46%-ə yüksəldi.[370] 2002–2007-ci illər arasında illik ÜDM artım tempi orta hesabla 6,8% olaraq təyin olunmuşdur. Bu rəqəm Türkiyəni ən sürətli böyüyən iqtisadiyyatlardan birinə çevrildi.[371] Ancaq 2008-ci ildə böyümə 1% yavaşladı və 2009-cu ildə qlobal iqtisadi böhran 5% nisbətində iqtisadiyyatın tənəzzülünə təsir etdi. 2010-cu ildə ölkə iqtisadiyyatının təxminən 8% böyüdüyü hesabat edildi.[372][373]
2000-ci illərin əvvəllərində ölkədə yüksək inflyasiya nəzarət altına alındı və bu yeni bir valyutanın meydana çıxmasına səbəb oldu. Yeni türk lirəsi (YTL) 1 yanvar 2005-ci ildə qüvvəyə mindi.[374][375][376][377] 1 yanvar 2009-cu ildə yeni əskinas və sikkələrin tətbiqi ilə Yeni Türk Lirəsi, Türk Lirəsi ilə əvəz edildi. 2012-ci ildə ölkədə inflyasiya səviyyəsi 6,16%, işsizlik səviyyəsi isə 9,2% olaraq təyin olundu.[378][379][380][381]
İstanbulun üçüncü beynəlxalq — İstanbul Hava Limanı, 150 milyon sərnişinə xidmət etmək imkanına malik dünyanın ən böyük hava limanlarından biridir.[388] 1933-cü ildən bəri Türkiyənin bayraq daşıyıcısı olan Türk Hava Yolları, Skytrax tərəfindən 2011, 2012, 2013, 2014 və 2015-ci illərdə ardıcıl olaraq beş dəfə Avropanın ən yaxşı hava yolu şirkəti seçilmişdir.[382][383][389] Dünyanın 126 ölkəsində 435 istiqamət (51 yerli və 384 beynəlxalq) ilə Türk Hava Yolları 2016-cı ilə qədər xidmət etdiyi ölkələrin sayına görə dünyanın ən böyük hava yollarışirkəti seçilmişdir.[390][391]
42,3 milyon aktiv istifadəçisi olan Türkiyə interneti, Freedom House indeksində “Azad deyil” olaraq qiymətləndirilmişdir.[399] Türkiyə hökuməti Facebook, Twitter, YouTube və Vikipediya kimi böyük veb saytları daim mühasirəyə alır. Twitterin şəffaflıq hesabatına görə, Türkiyə sosial media senzurasında qlobal liderdir.[400][401][402][403][404] 2018-ci il hesabatına görə, Türkiyə ildə 1700 teravatt saat (TW/s) ilkin enerji istifadə edir.[405] Türkiyədəki kömür, istixana, fabrik tullantılarının dünya səviyyəsinin 1%-ni təşkil etməsi, ölkə enerji siyasətinəqalıq yanacaq idxalının azaldılmasını daxil etməyi məcbur hala gətirmişdir.[406] Türkiyədə bərpa olunan enerji mənbələri günü gündən artır. Hal-hazırda Aralıq dənizi sahilində Akkuyu Nüvə Elektrik Stansiyası tikilir. Türkiyə dünyada geotermal enerjinin birbaşa istifadəsinə görə beşinci yerdədir.[407]
Türkiyədə su təchizatı və kanalizasiya sistemi çətinliklərlə xarakterizə olunur. Son onillik ərzində demək olar ki əhalinin hamısı içməli suya sahibdir. Türkiyənin 16 böyük şəhərində avtonom kommunal xidmətlər yaradıldı, xərclərin bərpası artırıldı və bu da xidmət təminatının davamlılığına zəmin yaratdı.[408][409][410] 2004-cü ildə kanalizasiya vasitəsilə toplanan çirkab sularının 61%-i təmizləndi. Digər problemlərin həllərinə çirkab suların təmizlənməsini daha da artırmaq, suyun lazımsız istifadəsinin qarşısını almaq və kənd yerlərində adekvat sanitariya imkanlarını genişləndirmək aiddir. Sektorda Avropa standartlarına uyğun olmaq üçün tələb olunan sərmayənin, xüsusən çirkab suların təmizlənməsi, ildə 2 milyard avro səviyyəsində olduğu, mövcud investisiya səviyyəsindən iki qat çox olduğu təxmin edilir.[411]
TÜBİTAK, Türkiyədə elm və texnologiyanı inkişaf etdirən aparıcı agentlikdir. TÜBA, Türkiyədə elmi fəaliyyətini tanıtmaq üçün fəaliyyət göstərən özəl elm cəmiyyətidir.[412]TAEK isə Türkiyənin rəsmi nüvə enerji qurumudur. Qurumun məqsədi nüvə enerjisi sahəsində akademik tədqiqatlar aparmaq, dinc nüvə alətlərinin inkişafına təkan vermək və onları tətbiq etməkdir.[413][414]
Türkiyədə turizm sektoru, XXI əsrdə demək olar ki hər il daha da inkişaf edir və iqtisadiyyatın vacib hissələrindən biridir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, hazırda “Evim Türkiyə” adı altında Türk turizmini təbliğ edir.[429] Türkiyə, son illərdə ən çox xarici qonağı Almaniya və Rusiyadan qəbul etmişdir. Azərbaycan isə bu siyahıda 901,723 turist ilə 10-cu sırada yer almışdır. 2018-ci ildə Türkiyə beynəlxalq turist ziyarətlərinin sayına görə 45,8 milyon xarici turist ilə dünyada 6-cı yeri tutdu.[430]
Turizmin ən yüksək inkişaf etmiş bölməsi sahil turizmidir. Sahil turizminə dəniz, çimərlik, günəş, biomüxtəliflik və dəniz məhsulları daxildir.[435] Çimərliklərdə və otellərdə su idman növləri, gəmi gəzintiləri, tibbi xidmətlər və restoranlar təşkil edilir.[436][437] Avropa turistlərinin 63%-i dəniz sahillərinə daha çox üstünlük verir. Türkiyənin cənub və qərb əraziləri — Aralıq dənizi və Egey sahilləri turistlər tərəfindən xidmət və keyfiyyətinə görə ən çox seçilən turistik məkanlardan biridir. İkinci sırada isə Türkiyənin şimal əraziləri — Qara dəniz və Mərmərə dənizinin sahilləri yer alır.[438][439][440] Qara dəniz sahillərinin iqlimi sahilyanı turizmin inkişafı üçün uyğun deyil. Qara dəniz sahilyanı ərazilər üçün turizmin qarşısını, yay yağışları səbəbilə nisbi rütubətin 70%-dən çox olması, alır.[441][442][443]Aralıq dənizi iqliminin üstünlük təşkil etdiyi Egey və Aralıq dənizi sahillərində, rütubət 70%-dən aşağıdır. Egey və Aralıq dənizi sahillərində hava istiliyi səbəbindən dəniz suları ideal istilikdə olur. Körfəzlərin ölkənin böyük bir hissəsini əhatə etməsi sahil turizminin inkişafına öz töhfəsini verir. Körfəz sahillərində böyük otellər və kurort məskənləri inşa edilmişdir.[444][445]
Sahil turizminin mühüm meyarlarından biri də mavi bayraq göstəricisidir. 2014-cü ildə Türkiyə dünyada ən çox mavi bayraq çimərliyinə sahib 3-cü ölkə olmuşdur. 2015-ci ildə siyahıda 2-ci sıraya yüksəlmişdir. İspaniya 578 çimərlik ilə 1-ci, Türkiyə 436 çimərlik ilə 2-ci, Yunanıstan isə 395 mavi bayraqlıçimərlik ilə 3-cü sırada yer almışdır.
Türkiyə, Oğuz, Anadolu, Osmanlı və Qərb mədəniyyətləri ilə qarşılıqlı əlaqədə mövcud olan zəngin mədəniyyətə sahibdir.[446] Səlcuqlu və Osmanlı dövründə yaranmış adət və davranış nümunələri də qorunub saxlanılmaqdadır. Nənə və babaların adları adətən nəvələrə verilir.[447][448][449] Bir çox bölgədə hər adın bir mənası var.[450] Gündəlik həyatda milli təqvim istifadə olunur. Ancaq mədəni həyat İslamın sivilizasiyası ilə bir-birinə qarışdığından, hicri təqvim adları daim qorunub saxlanılır. Rəcəb, Şaban, Ramazan ən çox qoyulan dini adlardır.[451][452][453][454] Türklər çadır qəsəbələrindən şəhərlərə, taxta evlərdən mənzillərə, kəndlərdən şəhərlərə köçmüşdür.[455] Qərb geyimləri geniş yayılsa da, köhnə geyim mədəniyyəti hələ də davam edir.[456][457][458][459] Qida mədəniyyəti ətdən ibarətdir və bitki, süd, çörək, bal, balıq, yumurta və qatıq əsas qidalardır. Toxuculuq, dülgərlik, dərzilik ən çox görülən sənətlərdir. Çarşılardan marketə, bazarlardan supermarketə qədər gündəlik alış-veriş mədəniyyəti daim inkişaf edir. Ən müasir nəqliyyat vasitələri quru, hava, dəniz və dəmir yolları vasitələridir. Şəhərlərarası inkişaf etmiş avtomobil yolları və dəmir yolları mövcuddur.[460][461]
Xalçaçılıq İslam dini yayılmamışdan əvvəl də ənənəvi bir sənət olmuşdur.[474][475][476] Uzun illər boyunca davam edən toxunulmuş xalçaçılıq sənətkarlığı müxtəlif mədəni ənənələri özündə cəmləşdirmişdir. Türk xalçalarındaBizans üslublarının izləri aşkar edilmişdir. Orta Asiyadan köç edən türk xalqları, Qafqaz və kürd tayfaları Anadoluya köçərkən öz xalçaçılıq mədəniyyətlərinin Anadolu mədəniyyətləri ilə qarışmasına səbəb olmuşdur.[477] Daha sonradan, İslam dinin yayılması və İslam sənətinin inkişafı türk xalça dizaynına da təsir etmişdir. Türk dilində ebru adlandırılan türk kağız sənətinin ən qədim nümunəsinin şair Arifinin “Halnamə” əsərinə aid olduğu bildirilir.[478][479][480][481]
Türk ədəbiyyatı türk mədəniyyəti ilə qarşılıqlı əlaqədə formalaşmışdır. İslam və Avropa mədəniyyətlərinin qarşılıqlı əlaqəsi, türk ədəbiyyatına böyük miqdarda təsir etmişdir.[482] Türk ədəbiyyatının Osmanlı dövrünə aid bir çox əsərləri fars və ərəbədəbiyyatından təsirlənmişdir. Tənzimat islahatları, əvvəllər məlum olmayan qərb janrlarını, ilk növbədə roman və sərbəst şeirlərin yayılmasına səbəb oldu.[483]
Tənzimat dövründəki yazıçıların çoxu eyni janrlarda əsərlər yazmışdır. Şair Namiq Kamal 1876-cı ildə yazılmış “İntibah” romanını, İbrahim Şinasi isə 1860-cı ildə ilk müasir türk pyesi olan “Şairin evliliyi” əsərini yazmışdır.[484][485] Müasir türk ədəbiyyatının köklərinin əsası 1896–1923-cü illər arasında qoyulmuşdur. Türk ədəbiyyatı tarixində 3 mühüm cərəyan: Ədəbiyyat-i Cadidə, Fəcr-i Ati, və Milliy Ədəbiyyat olmuşdur. XX əsr türk poeziyasında ilk radikal addım sərbəst şeir tərzini təqdim edən Nazim Hikmət tərəfindən atılmışdır. Türk poeziyasında başqa bir inqilab 1941-ci ildə Orxan Vəli, Oktay Rüfət və Melih Cevdətin başçılıq etdiyi Garip hərəkatı ilə baş tutmuşdur.[486]
Türk teatrının mənşəyi qədim bütpərəst rituallara və şifahi əfsanələrə əsaslanır.[487][488] Min illər əvvəl Anadolu sakinlərinin mərasimləri zaman nümayiş edilən rəqslər, musiqi və mahnılar ilk şouların yaranmasına təkan verən elementlərdir.[489] Zamanla qədim rituallar, miflər, əfsanələr və hekayələr teatr şoularına çevrildi. XI əsrdən başlayaraq Səlcuqlu türklərinin ənənələri yerli Anadolu xalqlarının ənənələri ilə qarışdı və müxtəlif mədəniyyətlərin qarşılıqlı əlaqəsi yeni pyeslərin yaranmasına yol açdı.
Türkiyənin müxtəlif bölgələrindən gələn mühacirlərin Türkiyə torpaqlarında məskunlaşması ilə musiqi janrları və musiqi alətlərinin müxtəlifliyi genişləndi.[497][498][499] Mühacirlərin musiqi mədəniyyətlərinə əsaslanaraq Türkiyədə yunan, erməni, alban, polyak, azərbaycanlı və yəhudi icmalarının etnik üslublarında yayımlanan pop musiqiləri yayılmağa başladı. Türkiyənin bir çox şəhər və qəsəbələrində bir sıra regional musiqi üslubunda musiqi yazan yerli musiqi səhnələri yaranmağa başladı.[500] Buna baxmayaraq, qərb pop musiqisi 1970–1980-ci illərin sonlarında öz populyarlığını arabesk musiqiyə buraxdı. Lakin, qərb pop musiqisi 1990-cı illərin əvvəllərində yenidən məşhurlaşmağa başladı.[501][502][503][504]Sezən Aksunun dəstəyi ölkədə pop musiqisinin populyarlığının artması, Tarkan və Sərtab Ərənər kimi bir sıra beynəlxalq miqyasda tanınan türk ulduzlarının meydana çıxmasına səbəb oldu.[505] 1990-cı illərin sonu, pop və arabesk janrlarından fərqli olaraq, türk alternativ rok musiqisi, elektron musiqi, hip-hop, rap və rəqs musiqiləri də yaranmış və qısa zamanda ölkədə məşhurluq qazanmışdır.[506][507]
Türkiyə ərazisində şənliklərdə, məclislərdə, toylarda türk xalq rəqsləri geniş yayılmışdır. Türkiyədə müxtəlif formalarda ifa olunan bir çox müxtəlif xalq rəqsləri var və onlar hər bölgənin mədəni quruluşunu əks etdirir. Ərzurumda “Bar“, şərq və cənub-şərqdə “Halay“, Frakiyada “Hora“, Qara dənizdə “Horon“, Konya və ətraf ərazilərdə “Qaşıq oyunları“, Qars və Ardahanda “Ləzginka” məlum nümunələrdir.[508][509][510][511]
1923-cü ildən bəri Türkiyə ərazisində memarlıq daim inkişaf etmişdir.[512][513] Mövcud memarlıq, müəyyən dövrlərdə respublika tarixində yaşanan ziddiyətlərdən formalaşmışdır. Bu ziddiyyətlərdən ən əhəmiyyətlisi, xüsusən respublikanın ilk dövrlərində ortaya çıxan şərq-qərb dilemmasıdır.[514] Bundan əlavə, milli-beynəlxalq, ənənəvi-modern, dini-dünyəvi və fərqli siyasi görüşlər kimi dilemmalar da memarlıq təcrübələrinin gedişatına təsir göstərmişdir.[515][516][517][518]
XVIII əsrdən bəri türk memarlığına Avropa üslubları təsir etmişdir. Bu təsirləri əsasən İstanbulunDolmabağça, Çırağan, Fəriyyə, Bəylərbəyi, Küçüksu, İhlamur və Ulduz saraylarında görmək mümkündür.[519] Türkiyənin qurulduğu ilk illərdə memarlığın inkişafına dəstək verən burjuaziya olmamışdır. Bu səbəblə Osmanlı İmperiyası dövründə elitist məzmunu olan və yalnız saraya bağlı olan memarlar, memarlıqla məşğul ola bilərdi. Bu vəziyyət 1950-ci illərdən bəri dəyişməyə başlasa da, özəl sektorun, memarlığın inkişafı və üstünlük təşkil etməsi xeyli sonra baş vermişdir.[520][521][522]
Türk memarlığı, Osmanlı memarlığının ilk dövrü ilə olduqca oxşardır. 1920-ci illərdə ilk milli memarlıq hərəkatı ilə xüsusi inkişaf müşahidə olunmuşdur. 1930–1940-cı illərdə əsasən Almaniya, Avstriya və İsveçrədən bir çox memar dəvət edilmiş və yeni məscidlər, ictimai binalar tikilmişdir.[523] 1940-cı ildə başlayan II Dünya Müharibəsindən sonra xarici aləmdən təcrid olunmuş Türkiyədə memarlıq tənəzzülə uğramış və bu vəziyyət 1950-ci ilə, ikinci milli memarlıq hərəkatına qədər, təsirli olmuşdur. Bu dövr, Türkiyədə tək partiyalı hakimiyyət ilə paralel olaraq bitmişdir.[524]
1980-ci ilin yanvar ayında baş nazir Süleyman Dəmirəl, Türkiyə iqtisadiyyatını ixracatlı böyüməyə istiqamətləndirmək üçün Turqut Özalın hazırladığı geniş məqsədyönlü islahat proqramını həyata keçirməyə başladı.[531][532] Bu islahatlar tikinti sənayesinə və memarlığa müsbət təsir göstərdi.[533]Prefabrikasiya və şəffaf fasad kimi yeni üsullar 1980-ci illərdə Türk memarlarına və podratçılarına təqdim edildi. Bundan əlavə, polad, alüminium, plastik və şüşə istehsalı artdı, bu da memarların kobud tikili formalarından azad olmasına imkan yaratdı.[534][535][536][537] 1980-ci illərdə memarlıq və tikinti sahəsində hökumət aparıcı rol oynayırdı.[538][539] Lakin iqtisadiyyatın liberallaşdırılması özəl sektorun aparıcı təsirə çevrilməsinə imkan yaratdı. Bu dövrün görkəmli memarlarına Bəhruz Çinici, Merih Qaraslan, Sevinc Hadi, Şandor Hadi, Ersən Gürsəl, Məhməd Çubuq, Doğan Təkəli, Sami Sisa, Əmrə Arolat, Murat Tabanlıoğlu, Melkan Tabanlıoğlu, Hüsrev Tayla, Doğan Hasol, Atilla Yücəl, Səma Soygeniş daxildir.[540][541][542][543][544]
Əsas məqalə: Türk mətbəxiDünyada ən geniş yayılmış türk mətbəxi nümayəndələrindən biri də dönərdir.
Türk mətbəxi əsasən Osmanlı mətbəxinin mirasıdır. Türk mətbəxi, Çin və Fransız mətbəxləri ilə birlikdə dünyanın ən zəngin mətbəxlərindən biridir.[545][546][547][548] Türk mətbəxi Mesopotamiya və Balkan mətbəxləri ilə əlaqəli olmuş, İstanbul Osmanlı Sarayı mətbəxi Türk mətbəxinin əhəmiyyətli bir hissəsini təşkil etmişdir. Osmanlı Sarayı mətbəxində müxtəlif növ şorba, salat, ət yeməkləri və desert menyusu mövcud olmuşdur. Saray mətbəxi Bizans İmperiyasından Osmanlı İmperiyasınadək müxtəlif əsrlərin zövqü və təcrübəsi ilə yaradılan elit bir mətbəxdir. O dövrdə xalq mətbəxi sadə olmuşdur.[549][550][551][552] Bu gün Osmanlı Sarayı və xalq mətbxinin qarışığı olan bir Türk mətbəxi meydana gəldi. Həmçinin, Türk mətbəxi regionlara görə də fərqlənir. Qaradəniz mətbəxi, Cənub-qərb mətbəxi, Orta Asiya mətbəxi kimi bir çox region mətbəxləri özlərinə aid çoxsaylı və fərqli yeməklərə sahibdirlər.[553][554][555][556]
Şorbalar xüsusilə qış aylarında türk mətbəxinin əvəzedilməz parçası hesab olunur. Mərcimək şorbası, Ezogəlin şorbası və Tarhana şorbası ən çox istifadə edilən şorbalardır.[557][558] Ancaq Türk mətbəxindəki şorbalar bununla bitmir.[553][559]Ətlər, tərəvəzlər ve paxlakimilər şorbaların əsas inqredientləridir. Ət suyu, un, yoqurt və şəhriyə bu ərzaqları şorba halına gətirmək üçün istifadə edilir. İşgəmbə şorbasının alkoqol qəbulu zamanı yaranan baş ağrılarına yaxşı gəldiyi düşünülür. Bundan istifadə edən restoranlar adətən axşam saatlarında işgəmbə şorbasını servisinə başlayırlar.[560][561]
Ənənəvi bir türk idman növü olan güləşin ən əhəmiyyətli qolu olan Kırkpınar yağlı güləşidir.[574][575] Türklərin e.ə. IV əsrdən bəri güləş idman növünə xüsusi maraqları olduğu məlumdur.[576][577] Bahar aylarında təbiətin canlanması, evlilik mərasimləri və qələbə şənliklərində güləş yarışları keçirildi. 1996-cı ildə Ənənəvi İdman Federasiyası qurulmuş və yağ güləşi üçün əhəmiyyətli bir addım atılmışdır.[578][579][580][581]
Yüzlərlə televiziya kanalı, minlərlə yerli radio stansiyası, onlarla qəzet, milli kino və genişzolaqlı İnternet istifadəçilərinin sürətli artımı, Türkiyədə inkişaf etmiş mediya sənayesini təşkil edir.[582] Televiziya izləyicilərinin əksəriyyəti TRT dövlət kanalları, Kanal D, Show TV, ATV və Star TV kimi əyləncə kanalları arasında paylanılır. Peyk antenası və kabel televiziyası vasitəsilə yayım Türkiyənin bütün ərazisini əhatə edir.[583]Radio və Televiziya Ali Şurası (RTÜK) telekanalların yayım məzmunlarına nəzarət edən hökumət orqanıdır. Dövriyyəsi ən populyar olan Posta, Hürriyət, Sözcü, Sabah və Habertürk qəzetləridir.[584][585][586][587]İzmir şəhərində mətbuat azadlığına etiraz
Türkdram filmləri getdikcə Türkiyənin hüdudlarından kənarda da populyarlaşır və həm mənfəət, həm də ictimaiyyətlə əlaqələr baxımından ölkənin ən vacib ixracatlarından biridir.[588] Son 10 ildə Yaxın Şərq televiziya bazarını ələ keçirdikdən sonra, 2016-cı ildə Cənubi və Mərkəzi Amerika ölkələrində də məşhurluq qazanmışdır. Türkiyə bu gün dünyanın ən böyük ikinci teleserial ixracatçısıdır.[589][590][591][592][593]
Qanuni müddəalara baxmayaraq, Türkiyədə mediya azadlığı 2010-cu ildən bəri davamlı olaraq pisləşmiş, 15 iyul 2016-cı ildə uğursuz çevriliş cəhdindən sonra bu səviyyə maksimuma çatmışdır.[601] 2016-cı ilin dekabr ayına olan məlumatlara görə, Türkiyədə ən azı 81 jurnalist həbs həbs edilmiş, 100-dən çox xəbər mərkəzi bağlanmışdır. Freedom House Türkiyə mediyasını “Qeyri-azad” kimi qiymətləndirmişdir. İnternet senzurasına, 29 aprel 2017-ci il və 15 yanvar 2020-ci il arasında davam edən Vikipediya bloklanması da daxildir.[602][603][604]
Pakistan (urdu. پاکِستان; ing. Pakistan) və ya rəsmi adı ilə Pakistan İslam Respublikası (urdu. اِسلامیجمہوریہپاکِستان; ing. Islamic Republic of Pakistan) — Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.
Məhəmməd Əli Cinnah tərəfindən başladılmış Pakistan hərəkatı və yarımqitənin müstəqillik uğrunda mübarizədə qalib gəlməsi nəticəsində Pakistan dövləti 1947-ci ildə müstəqillik əldə etmişdir.[3] Ölkə etnik və dil baxımından müxtəlifdir. Eyni müxtəliflik özünü ölkənin coğrafiyası və təbiətində də büruzə verir. Pakistan 1956-cı ildə konstitusiyanı qəbul etmiş, beləliklə İslam respublikasına çevrilmişdir. 1971-ci ildə başlamış etnik vətəndaş müharibəsi Şərqi Pakistanın ölkənin əsas hissəsindən ayrılması və Banqladeş adı ilə müstəqillik qazanması ilə nəticələnmişdir.[4] 1973-cü ildə Pakistanda yeni konstitusiya qəbul olundu. Nəticədə, dörd vilayət və dörd federal ərazidən ibarət olan mərkəzi İslamabad şəhərində yerləşən federal hökumətin əsası qoyuldu. Yeni konstitusiyadakı bütün qanunların İslam qaydalarına uyğun olması əsas şərt hesab olunurdu.[5]
Pakistan — ölkəyə bu ad 1933-cü ildə siyasi-aktivist Çaudhri Rəhmət Əli tərəfindən verilmişdir. Mənası isə “paklar diyarı” deməkdir. Bu ölkənin adının tam açılışı da vardır. Belə izah edirlər ki, ölkənin adındakı ilk hərf olan “P” – Pəncab, “a” – afqan, “k” – Kəşmir, “i” — İndus çayı və islam dini, “s” – Sindi, “tan” isə — Bəlucistan deməkdir.
1947-ci ildə istiqlaliyyət qazanan Hindistan dini icma prinsipi əsasında iki dövlətə — Hindistan və Pakistan dövlətlərinə bölündü. 1947-ci ilin avqustun 14-də müstəqil Pakistan dövlətinin yaradıldığı elan edildi. Onun əhalisi əsasən müsəlmanlardan ibarət idi. 1948–1950-ci illərdə ölkədə vergi və torpaq islahatları keçirildi. 1956-cı ilin martın 23-də Pakistan federativ respublika elan olundu. Onun tərkibinə iki vilayət — Qərbi və Şərqi Pakistan daxil idi. Ölkədəki qeyri-sabitlik 1958-ci il oktyabrın 8-də hərbi çevrilişə gətirib çıxardı. Hərbi hökumət konstitusiyanın və siyasi partiyaların fəaliyyətini qadağan etdi. 1962-cı il martın 1-də Pakistan prezident respublikası oldu. Prezident vəzifəsinə hərbi hakimiyyətin başçısı Əyyub xan seçildi. 1965-ci ildə Hindistanla Kəşmir ərazisi uğrunda hərbi münaqişə baş verdi.
1966-cı ildə Daşkənddə Hindistan və Pakistan başçılarının görüşü oldu. Birgə razılıq bəyannaməsi qəbul edildi və münaqişə dinc yolla nizama salındı. Siyasi müxalifətin güclənməsi və Şərqi Benqaliyanın ayrılması uğrunda kütləvi hərəkatın başlanması 1969-cu ildə Pakistanda siyasi böhrana səbəb oldu. Həmin il martın 25-də Pakistanda yeni hərbi çevriliş baş verdi. Hakimiyyətə general Yəhya xan gəldi. 1970-ci ildə Pakistanın tarixində ilk dəfə olaraq parlament seçkiləri keçirildi. Seçkilər zamanı əksəriyyət səsi ölkənin şərqində Xalq Liqası Partiyası, qərbində isə Pakistan Xalq Partiyası qazandılar. Xalq Liqası partiyası Şərqi Benqaliyaya muxtariyyət verilməsi tələbi ilə çıxış etdi. Pakistan hökuməti bu tələbi rədd etdi. Ölkənin şərq hissəsində separatizm hərəkatı başlandı.
1971-ci il martın 25-dən 26-na keçən gecə Şərqi Benqaliyaya qoşun yeridildi. Qanlı vətəndaş müharibəsi başlandı. Müharibənin ilk günündə, martın 26-da Banqladeş Xalq Respublikası elan olundu. 1971-ci ilin dekabrında hərbi münaqişəyə Hindistan da qoşuldu. Hindistan-Pakistan müharibəsi başlandı. Pakistan ordusu məğlub edildi. Bu məğlubiyyət nəticəsində Pakistanda hərbi rejim iflasa uğradı və general Yəhya xanın hökuməti istefa verdi. Hakimiyyətə başda Pakistan Xalq Partiyasının lideri Zülfüqar Bhutto olmaqla mülki hökumət gəldi. Yeni hökumət bir sıra mütərəqqi iqtisadi və sosial tədbirlər həyata keçirdi. Aparıcı sənaye sahələri, banklar milliləşdirildi. Aqrar islahatlar həyata keçirildi. Mülkədar torpaq sahibliyi məhdudlaşdırıldı. Kəndli təsərrüfatlarına dövlət yardımı artırıldı. 1972-ci ildə Hindistanla Pakistan arasında mübahisəli məsələləri həll etmək üçün saziş imzalandı.
1974-cü ildə Pakistan Banqladeşi müstəqil dövlət kimi tanıdı. 1976-cı ildə Hindistanla diplomatik münasibətlər yarandı. Xalq Partiyası (PXP) başda Z.A.Bhutto olmaqla yenidən seçkilərdə qələbə çaldı. Lakin müxalifət bloku — Pakistan Milli Alyansı seçkilərin nəticələrini tanımadı və yeni seçkilər keçirilməsi tələbini irəli sürdü. Ölkəni siyasi böhran bürüdü. Bundan istifadə edən general Ziya-ül-Həqq iyulun 5-da hərbi çevriliş edərək hakimiyyətə gəldi. O, parlamenti buraxdı. Konstitusiyanı ləğv etdi. Siyasi partiyaların fəaliyyati dayandırıldı. Baş nazir Z.O.Bhutto hakimiyyatdən sui-istifada etməkdə günahkar bilinərək 1979-cu il aprelin 4-da edam olundu. Ölkədə ənənəvi həyat tərzinin dəyişməsi, yeniliklə köhnəliyin toqquşması keçmişi həsrətlə anmağı, dini dirçəltməyi yada saldı. Rəhbərlik dünyəvi dövlət qurmaq prinsiplərindan uzaqlaşdı.
1979-cu ildə prezident Ziya-ül-Haqq Pakistanı İslam Respublikası elan etdi. Yeni hökumət cəmiyyətin sosial-siyasi hayatını islamlaşdırmağa başladı. Bu dövrdə xarici siyasətin əsas istiqamati qonşu Əfqanıstanda baş verən hadisələrə yaxından müdaxilə etməyə, oradakı müqavimət hərəkatına hər cür yardım göstərməyə yönəldildi. Pakistan ərazisində 3 milyondan çox əfqan qaçqınına sığınacaq verildi. Daxildə isə siyasi sabitlik yox idi. Müxtəlif istiqamətli siyasi partiyalar bir-biri ilə mübarizə aparır, əhali arasında milli-dini zəmində toqquşmalar törədirdilər. Belə münaqişələr həmişə ordunun köməyi ilə yatırılırdı.
1988-ci ilin avqustunda Ziya-ül-Haqq təyyarə qazasında halak oldu. Keçirilən parlament seçkilərində PXP kiçik üstünlüklərlə qələbə qazandı. Partiyanın sədri, edam olunmuş Z.Ə.Bhuttonun qızı Bənazir Bhutto baş nazir vəzifəsini tutdu. Yeni hökumət islahatlar keçirməyə, ölkə həyatını demokratikləşdirməyə, əhalinin vəziyyətini yaxşılaşdırmağa dair tədbirlər planı irəli sürdü. Lakin müxalifətdə olan İslam Demokratik Alyansı partiyası onun apardıği siyasətə qarşı çıxdı və istefasını tələb etdi. Ölkəni yeni iğtişaşlar bürüdü.
1990-cı ildə prezident Qulam İshaq xan Bənazir Bhuttonu vəzifədən kənarlaşdırdı və parlamenti buraxdı. Yeni parlament seçkiləri keçirildi. İslam Demokratik Alyansı partiyası seçicilərin əksəriyyətinin səsini qazandı və yeni hökuməti formalaşdırdı. 1999-cu ildə Pakistanda yeni hərbi çevriliş baş verdi. General Pərviz Müşərrəf hakimiyyəti ələ keçirdi. Parlamenti buraxdı. Ölkədə vəziyyət sabitləşdikdən sonra hakimiyyəti mülki hökumətə verəcəyi barədə bəyanatla xalqa müraciət etdi. 2001-ci ildə keçirilmiş prezident seçkilərində P.Müşərrəf ölkə prezidenti seçildi.
Pakistanın coğrafiyası və iqliminin son dərəcə müxtəlif olması ölkədə çox müxtəlif canlıların yaşamağına şərait yaradır.[7] Pakistanın sahəsi 881,913 km²-dir ki, bu da təqribən Fransa və Böyük Britaniyanın birlikdə ərazisinə bərabərdir. Ölkə cənubdan Ərəb dənizi və Oman körfəzi ilə 1046 km dəniz sahili mövqeyə sahibdir.[8] Quru sərhədlərinin ümumi uzunluğu isə 6774 km-dir. Omanla dəniz sərhədlərinə sahib olan bu ölkəni Tacikistandan dar Vahan dəhlizi ayırır.[9][10] Pakistan Cənubi Asiya, Yaxın Şərq və Mərkəzi Asiya regionlarının arasında olduqca mühüm geosiyasi mövqedə yerləşir.
Pakistan üç mühüm coğrafi əraziyə bölünür: şimal yaylaları, Hind çayı boyunca düzənliklər və Bəlucistan platosu.[11] Ölkənin şimalında yerləşən dağlıq ərazilər Qaraqorum, Hinduquş və Pamir dağlıq ərazilərindən ibarətdir. Dünyada hündürlüyü səkkiz min metrdən yüksək olan 14 dağ zirvəsindən beşi burada yerləşir.[12] Ölkənin qərb hissəsini Bəlucistan platosu, şərq hissəsini isə Tar səhrası təşkil edir. 1609 km uzunluğu olan Hind çayı ölkənin şimalında Kəşmir bölgəsindən başlayır və cənubda Ərəb dənizinə tökülür. Pəncab və Sind əyalətlərində bu çayın boyunca allüvial düzənliklər uzanır.[13]
İqlim müxtəlif olduğuna görə temperatur da fərqlidir. Musson mövsümündə həddən artıq yağan yağışlar nəticəsində tez-tez daşqınlar baş verdiyi halda, quru mövsümdə çox az səviyyədə və ya heç yağıntı olmur. Pakistanda dörd fərqli mövsüm mövcuddur: dekabrdan fevrala qədər davam edən sərin, quru qış; martdan maya qədər davam edən isti, quru payız; iyundan sentyabra qədər davam edən yağışlı yay; oktyabrdan noyabra qədər davam edən dövr. Yağıntı səviyyəsi ölkə üzrə müxtəlifdir.[14]
Müsəlman ölkələri arasında əhalisinin sayına görə 2-ci (İndoneziyadan sonra) olduğuna və nüvə gücünə malik yeganə müsəlman ölkəsi olduğuna görə, Pakistan böyük nüfuza malik ölkədir.[15][16] Pakistanın geostrateji niyyətini Cinnah 1947-ci ildə izah edərkən belə demişdi: “Bizim xarici siyasətimizin əsas məqsədi dünyada olan bütün xalqlar arasında dostluq əlaqələri qurmaqdır”. Bu sözlər hal-hazırda da Pakistanın Xarici İşlər Nazirliyinin saytında da əsas şüar olaraq əks etdirilib.[17]
Pakistan İndoneziya, Əlcəzair, Eritreya, Tunis, Mərakeş kimi ölkələrin müstəqillik qazanmasında müstəsna rola malikdir və hazırda da Pakistan bu ölkələrlə yaxın əməkdaşlığa malikdir.
İranla əlaqələrdə bəzi hallarda mübahisələr yaşanmışdır. Pakistanın öz təhlükəsizliyini təmin etmək məqsədi ilə Əfqanıstanda bir sıra şəhərləri bombalaması İran tərəfindən tənqid olunmuşdur.
Pakistanın İsraillə diplomatik əlaqələri yoxdur, buna baxmayaraq bəzi İsrail vətəndaşları turist vizaları ilə bu ölkəyə səfər edə bilirlər.[18] İkili əlaqələrdə hər iki ölkə bir-biri ilə Türkiyə vasitəsilə əlaqə saxlayırlar.[19] Pakistan həmçinin, Azərbaycan ərazilərini işğal etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayan və onu tanımayan yeganə dövlətdir.[20]
Pakistanın xarici əlaqələrində Çinlə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Pakistan Çinlə diplomatik əlaqələr quran ilk ölkə hesab olunur və bu əlaqələr 1962-ci ildə Çinlə Hindistan arasında baş verən müharibədən sonra daha da dərinləşmişdir. 1960–1980-ci illərdə Pakistan Çinin dünyada aparıcı dövlətlərindən biri olmağına və ABŞ prezidenti Niksonun Çinə səfər etməsinə də kömək etdi. Hal-hazırda, Çin Pakistanın əsas ticari və iqtisadi ortağı hesab olunur. 2015-ci ildə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqla bağlı 51 saziş imzalanmışdır. Hər iki ölkə 2000-ci illərdə azad ticarət haqqında saziş imzalamışdır. Pakistan, həmçinin, Çin üçün müsəlman ölkələri ilə əlaqələrdə əsas “qapı” hesab olunur.
Pakistanın əsas geosiyasi rəqibi Hindistandır. Bu ölkələr indiyə qədər bir-biri ilə 4 dəfə müharibə edib və bu müharibələrin 3-ü Kəşmir ərazisi üzərində mübahisələr nəticəsində baş verib. Rusiya ilə əlaqələr 1999-cu ildən etibarən inkişaf etməyə başlayıb. ABŞ-la əlaqələr isə “Soyuq müharibə” dövründə yaxşı olsa da, 1990-cı illərdən etibarən Pakistanın öz nüvə enerjisini artırması səbəbilə, ABŞ bu ölkəyə qarşı sanksiyalara başlamışdır.
Əsas məqalə: Kəşmir problemiPakistanın nəzarəti altında olan Azad Kəşmir.
Kəşmir- Cənubi Asiya regionunun ucqar şimal-qərb hissəsində yerləşən bölgədir. Bu ərazi Hindistan və Pakistan arasında mübahisəli ərazi hesab olunur. Bu 2 dövlət bir-biri ilə bu bölgə uğrunda indiyə qədər 3 dəfə 1947, 1965, 1971-ci illərdə müharibə ediblər. 1971-ci ildə olan müharibə nəticəsində, Şərqi Pakistan Banqladeş adı ilə müstəqillik əldə etdi. Bu ölkələr arasında digər döyüşlər də Siaçen buzlaqları (1984) və Kargil (1999) ərazilərində baş verib. Kəşmir bölgəsinin təqribən 45,1%-i hazırda Hindistanın nəzarəti altındadır. Pakistan tərəfi isə Kəşmir bölgəsinin 38,2%-nə nəzarət edir. Kəşmiri iki dövlət arasında bölən cəbhə xətti 1949-cu ildə yaradılıb.
Pakistan İslam Respublikası dövlət statitika orqanının (Population Census Organization) məlumatına əsasən 796.096[21] km² ərazisi olan ölkənin əhalisinin sayı 23 noyabr 2012-ci il üçün 181.435.603[22] nəfərə çatdığı ehtimal olunur. Son siyahıyaalma 1998-ci ildə aparılmış, onun nəticələrinə əsasən Pakistanın əhalisi 132.352.279 nəfər olmuşdur.[23] 2020-ci ilə qədər əhali sayının 210.13 milyon nəfərə çatacağı gözlənilir.Əhalisin sayına görə dünyada 6-cı pillədə yerləşir.2016-cı ildə əhali artmı 1,45% qeydə alınmışdır.
Əhalinin 96%-i müsəlmanlardan ibarətdir. Müsəlmanların sayına görə İndoneziyadan sonra dünyada 2-ci yerdədir.[26] Müsəlmanların əksəriyyəti sünnilərdir (95%)[27], şiələr isə müsəlman əhalinin 5%-ni təşkil edir.[28]
2008-ci il hesablamalarına əsasən hinduizm Pakistanda İslamdan sonra 2-ci böyük dindir.[29][30] 2050-ci ildə Pakistanın hindlərin sayına görə dünyada dördüncü ölkə olacağı gözlənilir. Hindlər Pakistanın bütün bölgələrində məskunlaşıblar, lakin, onların əsas məskunlaşdığı bölgə Sindh hesab olunur.[31]
Bəzi hindlər özlərini Pakistanda 2-ci dərəcəli vətəndaş hesab edir və buna görə də Hindistana miqrasiya edirlər.[32]
↑ Iqbal, Khurshid (2009). The Right to Development in International Law: The Case of Pakistan. Routledge. səh. 189. ISBN978-1-134-01999-1. The constitution proclaims … that all existing laws shall be brought in accordance with the injunctions of Islam as laid down in the Quran and Sunnah, and no law shall be enacted which is repugnant to such injunctions.
↑“Land and People”. Ministry of Information, Broadcasting, and National Heritage. 22 fevral 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2018.
↑“PNS Gwadar”. Global Security. 21 noyabr 2011. İstifadə tarixi: 18 aprel 2018.
↑“Pakistan”. InfoPlease. Pearson Education. İstifadə tarixi: 18 aprel 2018.
↑“Pakistan Climate”. Encyclopedia of the Nations. 28 mart 2008. İstifadə tarixi: 18 aprel 2018.
↑ Colgrove, Rosemary (2010). Eye on the sparrow : the remarkable journey of Father Joseph Nisari, Pakistani priest. Minneapolis: Mill City Press. ISBN1-936400-87-1.
↑“Country Profile: Pakistan” (PDF). Library of Congress Country Studies on Pakistan. Library of Congress. February 2005. İstifadə tarixi: 13 fevral 2018. Religion: The overwhelming majority of the population (96.3 percent) is Muslim, of whom approximately 95 percent are Sunni and 5 percent Shia.
↑“Field Listing : Religions”. The World Factbook. Central Intelligence Agency. 2010. İstifadə tarixi: 13 fevral 2018.
↑ Sohail, Riaz (2 March 2007). “Hindus feel the heat in Pakistan”. BBC. İstifadə tarixi:13 fevral 2018. But many Hindu families who stayed in Pakistan after partition have already lost faith and migrated to India.
Əfqanıstan (puştuافغانستان, dariافغانستان) və ya rəsmi adı ilə Əfqanıstan İslam Respublikası (puştuد افغانستان اسلامي جمهوریت, dariجمهوری اسلامی افغانستان) — Cənubi Asiyada dövlət. Əfqanıstan Mərkəzi Asiyada yerləşməsinə baxmayaraq sıx etnik və mədəni əlaqələri nəzərə alınaraq bəzi qaynaqlar tərəfindən Yaxın Şərq ölkəsi hesab edilir. Şərq və cənubda Pakistan, qərbdə İran, şimalda Türkmənistan, Özbəkistan və Tacikistan, şimal-şərqdə isə Çin Xalq Respublikası ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kabil şəhəri, ümumi sahəsi 652,230 kvadrat kilometrdir. Əfqanıstan dənizə çıxışı olmayan ölkədir. Ərazisinin əksər hissəsi qışı çox soyuq keçən Hinduquş dağları ilə əhatə olunmuşdur. Ölkənin şimalı məhsuldar düzənliklərdən, cənub-qərbi isə yayı çox isti olan səhra landşaftından ibarətdir.
Müasir Əfqanıstan ərazisindəki ilk insan məskənləri Orta paleolit dövrünə təsadüf edir. Böyük ipək yolu boyunca ölkənin strateji mövqeyi Orta Şərq və Asiyanın digər bölgələri arasında mədəni əlaqələrin yaranmasında mühüm rol oynamışdır. Bu ərazi tarix boyunca müxtəlif xalqlara ev sahibliyi etmiş və bir çox hərbi yürüşlərə məruz qalmışdır. Bütün bu işğal cəhdlərinə baxmayaraq, ölkə işğalçılara qarşı daima mübarizə aparmış və buna görə də “alınmaz”[3][4] və “imperiyaların məzarlığı” kimi ləqəblər qazanmışdır.[5] Əfqanıstan ərazisi tarix boyunca Kuşan İmperiyası, Ağ hunlar, Samanilər, Səfərilər sülaləsi, Qəznəvilər dövləti, Qurilər, Xələclər sülaləsi, Böyük Moğol İmperiyası, Hotakilər, Durranilər və digər böyük imperiyaların tərkib hissəsi olmuşdur.[6]
Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı “Böyük oyun“da bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 1919-cu ildə baş vermiş Üçüncü ingilis-əfqan müharibəsinin ardınca ölkə xarici təsirdən azad oldu və Əmənullah xanın rəhbərliyi altında monarxiya quruldu. Onun ardınca isə hakimiyyətə Məhəmməd Zahir şah gəldi və o da 40 ilə yaxın ölkəyə rəhbərlik etdi. 1970-ci illərin sonunda Əfqanıstanda bir neçə dəfə dövlət çevrilişi baş verdi. Əvvəlcə ölkədə sosialist dövlət quruldu, ardınca isə Əfqanıstan Sovet İttifaqının protektoratına çevrildi. Bu hadisələr 1980-ci illərdə üsyançılara qarşı Sovet-Əfqan müharibəsinin baş verməsi ilə nəticələndi. 1996-cı ildən etibarən Əfqanıstan ərazisinin çox hissəsi Taliban qruplaşması tərəfindən ələ keçirildi ki, nəticədə ölkənin çox hissəsi beş ilə yaxın müddət ərzində Əfqanıstan İslam Əmirliyi adlı totalitar rejim tərəfindən idarə olundu. 2001-ci ildə NATO-nun rəhbərliyi altında koalisiya qoşunlarının Əfqanıstana daxil olması ilə Taliban qruplaşmasının üzvləri hakimiyyətdən düşdü və yeni demokratik hökumət quruldu.
Paytaxt Kabul ölkənin ən böyük şəhəridir, digər əhəmiyyətli şəhərlər qərbdə Herat, cənubda Qəndəhar və şimalda Məzari-Şərifdir. Yerli və milli səviyyədə inteqrasiyanın zəif olduğu Əfqanıstanda coğrafi maneələrdən əlavə ictimai həyatda da bir sıra əhəmiyyətli problemlər qalmaqdadır. Əhalinin savadlılıq dərəcəsi təxminən 36% — dir, adam başına düşən ümumdaxili gəlir baxımından da dünyanın ən yoxsul ölkələri arasındadır. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2011-ci ilin əvvəlinə ölkə əhalisinin sayının 24.485.6 min nəfər olduğu ehtimal edilir .[7]
Əfqanıstanda yeganə siyahıya alma 1979-cu ildə 5 iyun-5 iyul tarixində aparılmış və bu zaman ölkə əhalisi 15,551,358 nəfər (oturaq əhali — 13,086,630 nəfər , köçəri əhali — 2,464,728 nəfər) olmuşdur .[8]
Əfqanıstan çoxmillətli ölkədir. Bununla bərabər heç bir etnik qrup əksəriyyəti və ya çoxluğu (yarıdan çox) təşkil etmir, ölkədə yalnız qarşılıqlı nisbətdə üstünlüyə sahib beş böyük etnik qrup vardır (puştunlar, taciklər, özbəklər, həzaralar və türkmənlər) və onların hər birinin sayı 1 milyondan artıqdır.Məzari-Şərifdə göy məscid
Əfqanıstan ərazisində islam VII əsrin sonu, VIII əsrin əvvəllərində yayılmağa başlamışdır. Hal-hazırda ölkə əhalisinin əksəriyyəti müsəlmanlardır. Əfqanıstanda müsəlman əhalinin 80–90%-ni təşkil edən sünniliyin hənəfi məzhəbi daha çox yayılmışdır. Sünnilər əsasən əfqanların böyük bir hissəsi, taciklər, özbəklər, türkmənlər, bəluclar, çaray-makların böyük hissəsi (cəmşidilər, xazarai-kalayiau, firuzkuxlar, taymanlar), nuristanlar(sonuncular hələ 19-cu əsrdə yerli qəbilələrin inanclarına tapınırdılar və onlar qonşu müsəlmanlar tərəfindən kafir adlanırdılar, islam onların arasında təzyiqlə yayılıb).
Əfqanıstada bir sıra sünni cərəyanlarıi fəaliyyət göstərir — qədiriyyə, nəqşbədiyə, qələndəriyyə. Əhalinin çox az hissəsi (0,5 %) əhmədiyyə təriqətinə münsubdur. Ölkədə əhəmiyyətli sayda şiələr var. Bunlar xəzər-bərbərlər, eləcə də teymurlar, qızılbaşlar və əfqan-dzadzlar, Sistada nisbətən qarışmış əfqan-fars qrupu və farslardır. Şiələrə həm də Kabul, Herat, Qəznə ərazisində də rast gəlmək olar. Bədəxşan xalqı və tacikləri bir hissəsi ismailiyə təriqətinə ibadət edirlər (ismaililər ölkə əhalisinin təqribən 3 %-ni təşkil edirlər). Bundan başqa, Əfqanıstanda induistlər (20min nəfər), eləcə də siqxlər, zərdüştilər və iudaistlər (0,2 min nəfər) yaşayır.
↑ Griffin, Luke (14 yanvar 2002). “The Pre-Islamic Period”. Afghanistan Country Study. Illinois Institute of Technology. 3 noyabr 2001 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 avqust 2018.
Ukrayna (ukr.Україна) — Şərqi Avropada dövlət. Parlament-prezident respublikasıdır. Şimaldan Belarus, qərbdən Polşa,Macarıstan, Slovakiya, Moldova və Rumıniya, şərqdən Rusiyala həmsərhəddir. Cənubdan Qara dənizə çıxır.
Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.
XVIII əsrin sonlarında İvan Kotlyarevskinin “Eneida” poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayan Taras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.
Bütövlükdə keçmiş SSRİ-də olduğu kimi, Ukraynada da Oktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina, Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.
“Altmışıncılar” kimi tanınan Vasili Stus, Lina Kostenko, Vasili Simonenko, Qriqori Tyutyunnik, Dmitri Pavlıçko, İvan Draç və başqaları yeni yaradıcılıq formaları axtarır, orijinal əsərlər yaradırdılar.
Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.
Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.
Ukrayna adı əski slavyan dilində “sərhəd ölkəsi” mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.
Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olan Krım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkib Krım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rsuiya tərəfində dəstəklənən separatçı və qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşı terror–vətəndaş müharibəsi aparırlar.
Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır. Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı), Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir. Gəmiqayırma Xerson və Nikolayevdədir. Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.
Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir. Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.
Ukrayna unitar parlament-prezident respublikasıdır.
Əsas hakimiyyət orqanları: Prezident: Vladimir Zelenski Parlamentin spikeri: Andrey Parubiy Hökumət: Ukrayna nazirlər kabineti, Ali qanunverici orqan: Ukrayna Ali Radası2008-ci ildə Ali Radaya daxil olan partiyalar:Yuliya Timoşenko bloku, Bizim Ukrayna, Reqionlar partiyası, Ukrayna kommunist partiyası, Litvin bloku.
Latviya (latış.Latvija), köhnə mənbələrdə Letoniya (liv.Leţmō) ya da rəsmi adıyla Latviya Respublikası (latış.Latvijas Republika, liv.Leţmō Vabāmō) – Şimali Avropada dövlət. 1 yanvar 2015-ci il tarixli rəsmi məlumata əsasən əhalisi 1 988 400 nəfərdir. Ərazisi 64 589 kv. km.-dir. Əhalisinin sayına görə dünyada 147-ci, ərazisinə görə 122-ci yeri tutur. Paytaxtı Riqa şəhəri, dövlət dili latış dilidir. Latviya şimalda Estoniya, şərqdə Rusiya, cənub-şərqdə Belorusiya, cənubda Litva ilə həmsərhəddir. Pul vahidi — avro. Latviyanın dövlət müstəqilliyi 18 noyabr 1918 ci ildə elan edilmişdir. 1940–1991-ci illərdə SSRİ-nin tərkibində olmuşdur. Azərbaycan Latviyanın müstəqilliyini 30 avqust 1991-ci ildə tanımışdır. Latviya Azərbaycanın müstəqilliyini 8 yanvar 1992-ci ildə tanımışdır. Ölkələr arasında diplomatik münasibətlər 11 yanvar 1994-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Latviyada səfirliyi 2005-ci ildə açılmışdır.
Latvija sözü qədim latqallardan gəlir. Onlar digər Hind-Avropa tayfaları və bundan əlavə baltik finlər olan livlər ilə müasir latışların etnik kodu qurdular.[1]
“Letiya” (Lettia, Letthia, Leththia) sözünə ilk dəfə “Letiya” şəklində Henrix salnamələrində (1209) rast gəlinmişdir. Əvvəldən almanlar qədim latqalların yaşadığı torpaqları belə adlandırırdılar. Latvija sözü latış dilinə litva dilindən gəlib. Litva dilində bu söz latışların adından (lit.latviai) yaranmışdı.[2]
Latviyanın rəsmi dili ölkədə ən çox danışılan latış dilidir. Ölkədə ikinci ən çox danışılan dil rus dilidir. Bundan əlavə, ölkənin bəzi regionlarda livon (əsasən Kurzemedə) və latqal (əsasən Latqaliyada) dillərindən istifadə edilir.
Ukraynada idman sürətlə inkişaf edir, ən inkişaf etmiş növlərindən biri də futboldur. Milli komanda 2006-cı il dünya çempionatında dörddə bir finala qədər irəliləməyi bacarıb. Klub futbolu da heç də zəif deyil, Donetsk şəhərinin Şaxtyor Donetsk klubu 2009-cu il UEFA Kubokunun qalibidir. Ukrayna futbolunun dünyaya bəxş etdiyi ən böyük ulduz Andrey Şevçenkodur. Avropanın tanınmış klublarında oynamış Şevçenko bir çox titulların sahibidir. Hazırda Ukrayna milli komandasının baş məşqçisidir.
XVIII əsrin sonlarında İvan Kotlyarevskinin “Eneida” poeması Ukrayna ədəbi dilinin və ədəbiyyatının başlanğıcı hesab olunur. XIX əsrin ortalarında parlayan Taras Şevçenko yaradıcılığı ilə Ukrayna ədəbiyyatında böyük bir mərhələ oldu və poeziya ilə bərabər nəsr və dramaturgiyanın da inkişafına təkan verdi. XX əsrin əvvəllərində Ukrayna ədəbiyyatı Avropa modernizminin təsirinə məruz qalır. Bu dövrün parlaq nümayəndəsi Lesya Ukrainka yaradıcılığa dünya ədəbiyyatının obrazlarını gətirdi.
Bütövlükdə keçmiş SSRİ-də olduğu kimi, Ukraynada da Oktyabr inqilabından sonra ədəbi proses xüsusi dramatizmi və mürəkkəbliyi ilə yadda qaldı. Sosializm realizmi janrı yazıçıları sərt çərçivəyə salmasına baxmayaraq, Ukrayna yazıçıları bu gün də aktuallığını itirməyən əsərlər yaratdılar. Pavlo Tıçina, Maksim Rılski, Vladimir Sosyura, Aleksandr Dovjenko və Oles Qonçarın əsərləri belələrindəndir.
“Altmışıncılar” kimi tanınan Vasili Stus, Lina Kostenko, Vasili Simonenko, Qriqori Tyutyunnik, Dmitri Pavlıçko, İvan Draç və başqaları yeni yaradıcılıq formaları axtarır, orijinal əsərlər yaradırdılar.
Müasir Ukrayna ədəbiyyatı deyəndə isə ilk növbədə yeni düşüncə nümayəndələri olan Yuri Andruxoviç, Aleksandr İrvanes, Oksana Zabujko, Nikolay Ryabçuk, Sergey Jadan, Vasili Şklyar və başqaları yada düşür.
Bütövlükdə müasir Ukraynanın təhsili Sovet dövründəki təhsildən xeyli fərqlənir. Sovet sistemində bağça, orta məktəb, texnikum və ali məktəb olduğu halda Ukraynada dəyişiklik edilərək, məktəbəqədər təhsil, orta məktəb və ali məktəb olan yeni sistem yaradıldı. Bununla da Ukrayna təhsili Avropa təhsilinə bir qədər də yaxınlaşdı. Təhsilin inkişaf etməsinin əsas səbəblərindən biri özəl məktəblərin yaradılmasıdır. Belə məktəblərin yaradılması ölkənin gələcəyinin güclü bünövrəsi oldu.
Ukrayna adı əski slavyan dilində “sərhəd ölkəsi” mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.
Ukrayna – Mərkəzi-Şərqi Avropada yerləşən aqrar-sənaye ölkəsidir. Sərhədlərinin uzunluğu 7590 kilometr, ərazisi 603,7 min kvadrat kilometr, əhalisi isə 2001-ci il hesablamalarına görə təxminən 50 milyon nəfərdir. Paytaxtı Kiyev şəhəri, dövlət dili ukraynca, milli valyutası qrivnadır. 2014-cü ildə Ukraynaya aid olan Krım Muxtar Respublikası Rusiya Federasiyası tərəfindən anneksiyaya uğrayaraq Rusiyanın tərkib Krım Respublikası çevrilmişdir. Ölkənin cənub-şərqində Rsuiya tərəfində dəstəklənən separatçı və qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası Ukrayna Respublikasına qarşı terror–vətəndaş müharibəsi aparırlar.
Təsərrüfatı mürəkkəb sahə və ərazi quruluşuna malikdir. Yanacaq-energetika kompleksi kömür, yerli neft-qaz və ən çox kənardan aldığı neft-qaz yanacağına əsaslanır. Donbas iri daş kömür rayonudur. Çoxlu istilik elektirik stansiyaları və bir neçə AES-ləri vardır. Çernobıl AES-də baş verən qəza ölkə iqtisadiyyatına çox böyük zərər vurmuşdur. Metallurgiya kompleksi yerli dəmir filizləri və kömür əsasında inkişaf edir. İri mərkəzləri Donbas (kömür hasilatı), Azov sahili (nəqliyyata yaxınlıq) və Dnepryanı (filiz mərkəzi). Maşınqayırma metal tutumlu və əmək tutumlu sahələrlə təmsil olunub. Ağır maşınqayırma Donbasda, Xarkovda, dəqiq maşınqayırma Ukraynanın qərb və cənub mərkəzlərində, şəkər çuğunduru yığan maşınlar Ternopolda, traktorlar Xarkovda, avtomobillər Lvovda, Zaporojyedə, Lutskda yerləşir. Gəmiqayırma Xerson və Nikolayevdədir. Kimya sənayesi inkişaf etmişdir. Güclü yeyinti sənayesinə malikdir, yerli k/t məhsullarını emal edən-unüyütmə, şəkər, bitki yağı, ət-süd və meyvə konservləri və s. istehsal olunur. Bu müəssisələr k/t rayonlarında yerləşirlər. Tikinti materialları sənayesi yüksək səviyyədə inkişaf etdirilir, zəngin xammala əsaslanır.
Kənd təsərrüfatı həm bitkiçilik və həm də heyvandarlıq sahələri yaxşı inkişaf etdirilmişdir. Əkin yerlərinin yarısından çoxunu dənli bitkilər tutur. Buğda əkinləri geniş yayılıb. 2006-cı ildə ölkədə 32 mln ton taxıl istehsal olunmuşdur. Şəkər çuğunduru becərilməsinə və şəkər tozu istehsalına görə dünyada qabaqcıl yerlərdə durur-22 mln. t. şəkər çuğunduru, 2,6 mln.t. şəkər tozu istehsal edir (2006-cı il). Əsas əkinləri meşə-çöl və qismən də çöl zonalarında yerləşir. Heyvandarlıq əsasən südlük-ətlik istiqamətdə və donuzçuluq, quşçuluq, qoyunçuluq və b. inkişaf etdirilir. Zakarpatye və cənub rayonları meyvəçlik və üzümçülük yerləşir. Nəqliyyatın bütün sahələri inkişaf etmişdir. Odessa, Xerson, Mariopul kimi limanları vardır.
Ukrayna unitar parlament-prezident respublikasıdır.
Əsas hakimiyyət orqanları: Prezident: Vladimir Zelenski Parlamentin spikeri: Andrey Parubiy Hökumət: Ukrayna nazirlər kabineti, Ali qanunverici orqan: Ukrayna Ali Radası2008-ci ildə Ali Radaya daxil olan partiyalar:Yuliya Timoşenko bloku, Bizim Ukrayna, Reqionlar partiyası, Ukrayna kommunist partiyası, Litvin bloku.
Bosniya və Herseqovina (bosn. və xorv.Bosna i Hercegovina, BiH, serb.Босна и Херцеговина, БиХ) — Balkan yarımadasına yerləşən konfederativ dövlət.
Ölkə bir bütünü meydana gətirən üç etnik qrupa ev sahibliyi etməkdədir: Boşnaklar, Serblər və Xorvatlar. İngiliscədə və daha bir çox dildə etnik şəxsiyyət nəzərdə tutulmadan bütün Bosniya-Hersoqovina xalqınaBosniyalı deyilir. Ancaq türkcədə tarixdən gələn yaxınlıqdan ötəri Bosniyalı deyildiyi anda Boşnaklar yəni Bosniyalı Müsəlmanlar termini nəzərdə tutular. Ayrıca ölkədə Bosniyalı və ya Hersoqovinalı olmaq da ayrı etnik şəxsiyyəti vurğulamaq üçün istifadə edilər. Bosniyalıyam demək müsəlmanam deməkdir. Hersoqovinalı demək xorvatam deməkdir. Ölkə rəhbərlik baxımından iki eyni dövlətçiliyə bölünmüş vəziyyətdədir. Bunlar, Bosniya-Hersoqovina Federasiyası və Serb Respublikasıdır.
Ölkəni, şimal, qərb və cənubdan Xorvatiya, şərqdən Serbiya, yenə cənubdan Monteneqro çevirməkdə, Adriatik dənizinə isə Nəm şəhərinin yerləşdiyi yerdə yalnız 20 km-lik (limanı olmayan) bir sahili vardır. Ölkənin coğrafiyası mərkəz və cənubda dağlıq, şimal-qərbdə təpəlik, şimal-şərqdə düzlük bir xarakter sərgiləyir. Dövlətin paytaxtı və ən böyük şəhəri Sarayevo, bir çox yüksək dağla əhatə olunmuşdur. Bu coğrafi xüsusiyyətinə görə şəhər qış turizminə əlverişlidir və 1984Qış Olimpia Oyunlarına ev sahibliyi etmişdir.
Ölkənin əksəriyyətini örtən Bosniya bölgəsində ılıman yer iqlim görülər, bu bölgədə yayları isti, qışları qar, yağmurlu və soyuqdur. Ölkənin cənub sahillərindəki daha kiçik Hersoqovina bölgəsində isə tipik Aralıq dənizi iqlimi . Bosniya-Hersoqovina təbii sərvətlər baxımından da zəngin bir ölkədir.
Aralıq dənizi sahilindəki digər şəhərlər kimi Bosniyada tarix səhnəsindəki yerini Roma İmperatorluğu içərisində götürmüşdür. Roma İmperatorluğunun çöküşündən sonra Bosniyanın rəhbərliyi 1200-cü illərdə müstəqilliyini əldə edənə qədər müxtəlif rollara əl dəyişdirmişdir. Müstəqilliyini 260 ildən çox bir müddət qoruyan Bosniya Krallığı bu müddət boyunca macarlar və serblərə qarşı torpaqlarını müdafiə etmək məcburiyyətində qalmışdır.
1463-cü ildə Osmanlı idarəsi altına keçən Boşnaklar eyni zamanda Müsəlmanlığı da mənimsəmişdir. Müsəlmanlığı qəbul edən boşnakların dini öhdəçiliklərini yerinə yetirməsinə icazə verən Osmanlı idarəsi Bosniya torpaqlarında tikdiyi strukturlar və məscidlərlə eyni zamanda Boşnakların ənənələri ilə mədəniyyətinə də təsir etmişdir. 1878-ci ilə qədər davam edəcək olan Osmanlı idarəsi altındakı dövrdə xeyli çox Boşnak Osmanlı idarəsində, dövlət rəhbərliyində əhəmiyyətli vəzifələrə gətirilmişdir. Zəifləyən Osmanlı İmperiyasını parçalamağa qərar verən müttəfiqlərin mali çətinliklər içərisindəki İstanbula nəşr təzyiqi nəticəsində Bosniyadakı Osmanlı idarəsi döyüşülmədən, stol başında sona çataraq Avstriya-Macarıstan İmperatorluğunun idarəsinə keçmişdir.
1918-ci ilə qədər sürəcək olan avstriya-Macarıstan İmperatorluğu idarəsi altındakı dövrdə ölkə yenidən quruluşlandırılaraq çökməkdə olan Osmanlı İmperatorluğu idarəsi altındakı dövrün sonlarında yaşadığı çətinliklərdən uzaqlaşaraq rifaha qovuşacaq. Bu inkişafların böyük Serbiya qurulmasını məqsəd qoyan Rusiyanın mali dəstəyi ilə reallaşdığı şübhəsizdir. Bosniyadakı Müsəlman nufüsun Osmanlı idarəsi altındakı digər torpaqlara köçü və onların tərk etdiyi yerlərə Serblərin yerləşməsiylə Bosniyadakı etnik quruluşun dəyişməsi bu dövrdə yaşanmışdır.
1918–1941-ci illər arasındakı dövr Yuqoslaviyanın iç qarışıqlıqları və döyüşlə keçmişdir. 1941–1945-ci illəri arasındakı İkinci Dünya Döyüşü əsnasında Nazılar Yuqoslaviyanı işğal edərək Slovenyanı Almaniyaya, Xorvatiyanı, İtaliyaya və Makedoniyanı Bolqarıstana bağlayaraq xüsusilə Yəhudi və qaraçılara qarşı bir etnik təmizlik hərəkətinə girişərək toplama düşərgələrində minlərlə insanı öldürdülər.
1945–1990-cı illər arasındakı soyuq döyüş dövrünün 35 illi Titonun liderligi altında keçdi. Bu dövrdə Bosniya – Hersoqovinanın sərhədləri 1918 əvvəli döndü və Boşnaklar mədəni şəxsiyyətlərinə yenidən qovuşdular. Qərbin dəstəyi ilə Yuqoslaviyada döyüşün izləri tez silindi. Qərbli ölkələr Yuqoslaviyanı yalnız iqtisadi deyil eyni zamanda əsgəri və siyasi sahədə də dəstəklədi. 1970-ci illərdə Sovet müdaxiləsi riski ilə qarşılaşıldığında Amerika Birləşmiş Dövlətləri Yuqoslaviyanı müdafiə etmək üçün nüvə gücə müraciət edə biləcəyini açıqladı. Soyuq döyüşün sona çatması və sona çatan kommunist rejimlə birlikdə parçalanan Sovetlər Birliyindən Yuqoslaviyada təsirləndi.
1986–1992-ci illər arasında yaşanan qanlı vətəndaş müharibələrinin sonrasında Yuqoslaviya parçalandı. Həddindən artıq milliyyətçi Slobodan Miloshevich və onun dəstəklədiyi xadimlər tərəfindən böyük Serbiyas(n)ı qurma xəyalları ilə sistematik bir soyqırım reallaşdırıldı. Bu dövrdə 10.000in üzərində Boşnak həyatını itirdi. Serblərin başda Saraybosna olmaq üzrə əhatə etmə altında tutduğu şəhərləri bombalamasına, sniper atəşi ilə günahsız vətəndaşları öldürməsinə, başda ziyalılar olmaq üzrə seçilmiş kəslərin toplama düşərgələrində öldürülməsi ilə reallaşdırılan etnik təmizlik hərəkətinə qərbli ölkələr uzun müddət lazım olan reaksiyanı göstərməyərək soyqırıma tamaşaçı qaldı.
1992-ci lin fevralında müstəqilliyini elan edən Bosniya – Hersoqovina 7 aprel 1992-ci ildə də ABŞ və digər qərbli ölkələr tərəfindən tanındı və 22 may 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına qəbul edildi.
Bosniyadakı döyüş 1992-ci ilin yazında başladı. Bosniyanın şimalını hədəf alan hücumların məqsədi bu bölgələrdən Boşnak və Xorvatları uzaqlaşdıraraq Serb dövlətini qurmaq idi. Serblərin bu hücumları bölgədəki digər etnik qruplar üçün tam bir fəlakətə çevrildi.
Döyüşün ilk aylarında şərqdəki xeyli çox Boşnak şəhəri serblərin hücumları nəticəs(n)i asanca düşdü. Ancaq şəhəri çevirən təpələrində köməyiylə Srebrenizka hücumlara qarşı özünü müvəffəqiyyətlə müdafiə etdi.
1993-cü ildə Birləşmiş Millətlər Təşkilatı altı məskunlaşma vahidini “etibarlı bölgə” elan etdi, Srebrenitsada bunlardan biri idi. Məqsəd sərhədləri qoruna bilər hala gətirərək barış üçün görüşülə bilər bir zəmin yaratmaq idi. Köməklərin etibarlı bölgələrə çatdırılması gündəmə gəlincə bu tətbiq işğalçı-təcavüzkar güclərlə Birləşmiş Millətlər Təşkilatı əsgərlərinin əməkdaşlıq etməsini tələb edərək məqsədi ilə tam bir təzad meydana gətirər hala gəldi
1995-cilin may yaında serblər Saraybosnadakı əhatə etməyi şiddətləndirdi və NATO serblərə qarşı hava hücumu təşkil edildi. Buna missilleme olaraq Serblər 6 etibarlı bölgəni bombalayaraq 300 Birləşmiş Millətlər əsgərini girov götürdü. İyul 1995-ci ildə general Mladic əmrindəki Serb gücləri Srebrenizkadakı Hollandiyalı Birləşmiş Millətlər güclərini təsirsiz hala gətirərək şəhəri hədəf aldı. Təxminən 25,000 boşnak serb hədəsi üzərinə şəhəri tərk edərək bir başqa etibarlı bölgə olan Potocariyə çatdı. 5000 mühacirin düşərgəyə girməsinin ardından Hollandiyalı barış gücü əsgərləri düşərgənin dolduğunu bildirərək düşərgənin girişini bağladı. Bu hadisə, düşərgənin yaxınlarındakı təxminən 20,000 Boşnağın Serblərin ölüm hədəsinə qarşı savunmasız qalmasına yolaçtı. Serblər bölgədəki Boşnakları çıxarmağa başladığında Hollandiyalı birliklər müdaxilə tapılmadı, hətta əməliyyatların düz bir şəkildə reallaşdırılması üçün təşkilatda köməkçi belə oldu. Qadın və uşaqlar ayrıldıqdan sonra əsgərlik çağına gəlmiş olan kişilər avtobuslara mindirildikdən sonra düşərgənin yaxınında gülləyə düzülərək öldürüldü. İkinci Dünya Döyüşündən sonrakı bu ən böyük soyqırımda 10 – 15 min Boşnakın qətl edildiyi iddia edilməkdədir. Qızılxaç səlahiyyətliləri bu hadisələr əsnasında 7.500 adamın itdiyini bildirmişdir.
Bosna-Hersoqovinada yerli iqlim hakimdir. Hava istilikləri, ən isti aylar olan İyul və Avqustda 30 dərəcəyə qədər çıxarkən, ən soyuq günlər isə, Dekabr və Yanvar aylarında yaşanmaqda və istilik −20 dərəcəyə qədər düşməkdədir. Ümumiyyətlə 4 mövsüm bol yağış alan/sahə ölkədə ən yağışlı ay İyun (110–115 mm), ən quraq ay isə Dekabrdır (40–70 mm). Ölkənin cənub-qərb seqmentində və Neretva Vadisində Aralıq dənizi iqlimi görülər. Bu bölgələrdə meyvə-tərəvəz bağçaları, üzüm bağları vardır. Heyvandarlıq isə, ölkənin bütünündə edilməkdədir.
Başlıca çayları Una, Sənə, Drina, Sova, Bosniya və Mostar Körpüsünün altından axan Neretvadır.
Başlıca təbii qaynaqları kömür, dəmir, boksit, manqan, meşələr, mis, xrom, sink, güllə, duz, barit, asbest, kaolin və gipsdir.
Ölkədəki əlavəs(n)ilə bilər torpaqların nisbəti %14, otlaq və meraların nisbəti %20, meşə və ağaclıq sahələrin nisbəti %39, digər torpaqların nisbəti də %27’dir. Sulana bilən ərazi 20 km2 dir.
İraq uzun illər Böyük Britaniya tərəfindən idarə edilmiş, Böyük Britaniyanın Yaxın Şərqdən tamamilə çəkilməsindən sonra bölgə üzərində əsas güc rolunu ABŞ oynamağa başlamışdır.
İraq sözünün ölkə ərazisində qədim dövrlərdə yerləşmiş Uruk şəhərinin adından götürüldüyü güman edilir. Bu barədə digər ehtimal isə İraq sözünün uzaq mənasını verdiyi və bu adın ölkə Osmanlı İmperiyası tərəfindən idarə olunduğu dövrlərdə mərkəzə olan uzaqlığına görə verilməsidir. Başqa bir ehtimal isə ərəbcə irak sözünün “düzən” mənasıdır.
2009-cu ilin oktyabr ayında İraqda əhalinin siyahıya alınması planlaşdırılır .[1] İraqın digər Ərəb ölkələri ilə müqayisə edildiyində geniş bir şəhərli orta sinifə və nisbi bir səriştəli işgücünə sahib olması diqqətləri çəkər. İraq, Ərəb ölkələri arasında, Misirdən sonra ən çox məlumata sahib olan ölkə mövqesindədir.İraq olduqca gənc əhaliyə sahib olub əhalinin 55 %-i 15–64 yaş qrupuna, 42 %-i 0–14 yaş qrupuna, 3 %-i isə 65 yaş və yaxarı qrupa daxildir. Orta ömrün təxminən 66,5 il olduğu İraqda körpə ölüm nisbətlərinin yüksəkliyi (6,2%) əhəmiyyətli bir problemdir. İraq əhalisinin 58 %-i oxuyub-yaza bilmir. Bu nisbət kişilərdə 70,7%, qadınlarda 45%-dir. 2000-ci il üçün əhalinin artım sürəti 2,86% olaraq təxmin edilmişdir.
Bəzi mütəxəssis qiymətləndirmələrinə əsasən İraq əhalisinin 65%-ini ərəblər , 17%-ini[2]kürdlər, 13%-ini türkmanlar, 3%-ini assuriyalılar, 1%-ni farslar, 1%-ini isə digər xalqların nümayəndələri təşkil edir .
İraqın cəmi əhalisinin təxminən 60 %-ni şiə, 35 %-ni isə sünni müsəlmanlar , 3 %-ni xristianlar, 2 %-ni digər dinlərə etiqad edənlər təşkil edir.[3] Sünnülüyün hənəfi və az sayda şafii məzhəbinə ölkənin müxtəlif rayonlarında yaşayan bədəvi ərəblər, şəhər əhalisinin bir hissəsi (ilk növbədə Bağdad və Bəsrə şəhərinin əhalisi), Yuxarı Mesopotamiyanın ərəbləri, eləcə də kürdlər, türklər, çərkəzlər, türkmələrin böyük hissəsi ibadət edir. İraqın mərkəzi və cənub hissəsində yaşayan əkinçi ərəblər, farslar, lurlar və türkmənlərin üçdə ikisi şiələrdir. Eyni zamanda az sayda əli-ilahi (kürdlər, türkmənlərin bir hissəsi), ismaililər, bəhailər də vardır. Xristianlar ölkənin iri şəhərlərində, eləcə də Mosulun kənd yerlərində məskunlaşıblar. Onlar əsasən assuriyalır, ermənilər və ərəblərin bir hissəsidir. Xristianların böyük qrupunu əsasən müxtəlif uniat kilsələrinin ardıcılları olan katoliklər təşkil edir. Onların əksəriyyəti xaldo-katoliklərdir. Bununla yanaşı siro-katoliklər (35 min nəfər) və erməni–qriqoryanlardır. Latın ənənəvi katoliklər azlıq (3,5 min nəfər) təşkil edir ki, bunlar da əsasən İraqda yaşayan əcnəbilərdir. Digər xristian təmsilçiləri nestorianlar (65 min nəfər), erməni-qriqoryanlar (23 min nəfər), yakobitlər (12 min nəfər), pravoslavlar, protestantlardır. İudaistlər müəyyən bir dövrdə əhəmiyyətli sayda olsalar da, ötən əsrin 50-ci illərində İsrailə köçmüşlər və bu gün onların İraqdakı sayı yalnız 450 nəfərdir. Ölkədə bir sıra qədim din və sektaların da ardıcılları vardır: yezidilər (70 min nəfər, Mosul, Kərkük və Sincar rayonunda yaşayan kürdlərin bir hissəsi), mandeylər (14 min nəfər, Ən-Nəsiriyyə rayonunda məskunlaşmışlar).
İran körfəzi ölkələri arasında İraq Səudiyyə Ərəbistanı və İrandan sonra 434,128 km² ilə ən böyük ərazisi olan ölkədir. Şimalda Türkiyə, qərbdə Suriya və İordaniya, şərqdə İran, cənubda Səudiyyə Ərəbistanı və Küveyt ilə həmsərhəddir. İraqın İran körfəzi ilə əlaqəsi dənizə olan qısa sahili vasitəsilədir: ölkə 924 km²-lik quru sularına malikdir. Beləliklə tipik bir quru dövləti olan İraqın, şimaldakı dağlıq ərazi xaricində hər tərəfdən təbii müdafiəsiz sərhədlərə malik olmasından əlavə dənizə çıxışı da qeyri-kafidir. İraqın qonşuları İran (1.458 km), Səudiyyə ərəbistanı (814 km), Suriya (605 km), Türkiyə (331 km), Küveyt (242 km) və İordaniya (181 km) ilə olan cəmi sərhəd uzunluğu 3631 km-dir.
İraq, Cənub-Qərbi Asiyada Dəclə və Fərat çaylarının orta və aşağı axınında yerləşmişdir. Əlverişli iqtisadi və siyasi-coğrafi mövqeyi olan ərazisindən beynəlxalq əhəmiyyətli quru və hava yolları keçir. İraq şimaldan cənuba təqribən 1000, qərbdən şərqə 700 km məsafədə uzanır. Quru sərhədlərinin uzunluğu 3300 km-dir. Ucqar cənub-şərqdə 50 km məsafədə İran körfəzinə çıxışı var.
Relyefinə görə İraq, əsasən düzən ölkədir. Ərazisinin çox hissəsini Cənub-Qərbi Asiyada ən böyük ovalıq sayılan Mesopotamiya ovalığı tutur. Ovalığın səthində çökəkliklər çox vaxt daşqın və yeraltı sularla dolur və müvəqqəti göllər əmələ gətirir. Cənuba doğru getdikcə ovalıq genişlənir və delta ilə qurtarır. Dəclə, Fərat çaylarının orta axarında yerləşən ərazinin səthi dərə-təpəlikdir. Qərbdə bu ərazi Suriya ərazisinə daxil olur. İran körfəzinə tədricən enən Mesopotamiya ovalığı Bağdaddan bir qədər şimalda Babilistan ovalığı ilə əvəz olunur. Ölkənin şimal və şimal-şərq hissəsi çətin keçilən dağlıq, qərb hissəsi isə səhra tipli relyefə malikdir. Fiziki-coğrafi xüsusiyyətlərinə görə İraqda dörd təbii rayon – Aşağı Mesopotamiya; Yuxarı Mesopotamiya; Şimali İraq dağlıq bölgəsi və Əl-Bədiyə adlanan səhra ayrılır. İraqın ən hündür yeri (3598 m) İranla həmsərhəd bölgələrdədir.
XXI əsrin başlanğıcında İraq mədən sənayesi inkişaf etmiş, orta səviyyəli sənaye-aqrar ölkə idi. 2001-ci ildə ölkənin Daxili Məcmui Məhsulunun dəyəri 60–65 mlrd. ABŞ dollarına yaxın idi. O vaxt ölkənin milli valyutası olan bir dinar təqribən 3 ABŞ dollarına bərabər tutulurdu. 2001-ci ildən sonra ölkə iqtisadiyyatı güclü dəyişikliklərə məruz qaldı. Müharibələr, kamekadzelərin törətdikləri partlayışlar və terror aktları, ölkəyə qarşı yönəldilmiş iqtisadi sanksiyalar, başqa qadağalar, maliyyə vəsaitlərinin həbs edilməsi və xoşagəlməz başqa səbəblər iqtisadiyyata viranedici zərbə vurdu.
Hazırda İraq hökuməti iqtisadiyyatı bərpa etmək sahəsində aşağıdakı vəzifələri həyata keçirməyi planlaşdırır:
əvvəllər fəaliyyətdə olmuş bütün müəssisələri ilk növbədə energetika və mədən sənaye müəssisələrini yenidən işə salmaq;
ölkədə yaşayan xalqlar və dini icmaların həmrəyliyinə nail olmaq;
insanlar üçün şəhər və kəndlərdə yeni iş yerləri yaratmaq;
əhalini ərzaq, içməli su, dərman preparatları ilə təmin etmək;
səhiyyə və maarif sistemlərinin işini bərpa etmək;
ölkənin təhlükəsizlik qüvvəllərini yaratmaq;
qonşuları ilə münasibəti mehriban məcrayə yönəltmək.
XIX əsrin sonlarına qədər zəngin neft ehtiyatı hesabına neft sənayesi ilə əlaqədar köməkçi təsərrüfat sahələri: yanacaq, elektroenergetika, neft-kimya, tikinti materialları istehsalı sənaye sahələri yaradılmışdır. Neftdən gələn böyük gəlirlər hesabına hərbi infrastruktur və ən yeni silahların və hərbi sursatların alınması işi geniş vüsət almışdı.
İraqda qışlar soyuq və quraq, yaylar isə isti və buludsuz keçir. Ərazisinin çox hissəsinin səhra olması bu tip iqlim şəraitinin ortaya çıxmasına səbəb olur. İran və Türkiyə sərhədi boyunca uzanan şimaldakı dağlıq bölgələrə, qışda tez-tez qar yağır. Bəzən mərkəzi və cənubi İraqda sel baş verir. Ölkədə digər təbii fəlakətlərlə yanaşı toz və qum fırtınalarına da tez-tez rast gəlinir. İraqın əksərən geniş düzlüklərdən ibarət olan ərazi quruluşu var. İran sərhədində geniş bataqlıqlar da mövcuddur.
Ölkənin iqlimi şimalda və mərkəzdə subtropik kontinental Aralıq dənizi tipli, cənubda tropikdir. Həm dağlıq rayonlarda, həm də Mesopotamiya ovalığında yay qızmar, quru, qış isə yumşaq və rütubətli keçir. İyul ayının orta temperaturu Mosulda (ölkənin şimalında) 38, Bağdadda (mərkəzdə) 34, Bəsrədə (cənubda) 33 dərəcədir. Yayda cənubda havanın hərarətinin 50 dərəcəyədək qalxmasını tez-tez müşahidə etmək olar. Yanvar ayının orta temperaturu Mosulda müsbət 5–7, Bağdadda 9–10 dərəcə olur. Şimaldakı dağlıq rayonlarda temperaturun 15 dərəcəyədək azalması hallarına da rast gəlmək olar. İraqda tez-tez quru şimal və şimal-qərb küləkləri əsir. Həmin külək ildə 50 gün davam etdiyinə görə “xəms”in (xəms ərəbcə 50 deməkdir) adlanan külək əsdiyi vaxt hər yer bozarır. Hava sarı rəngə çalır. Küləklə gələn qum adamı göz açmağa qoymur. Bu küləyi şimal ölkələrində qar yağan zaman baş verən çovğunla müqayisə etmək olar. Ölkə üzrə illik yağıntıların orta miqdarı 300 mm-ə yaxındır. Şimala, xüsusilə, dağlıq rayonlara yağıntı (500 mm), cənuba isə az (100 mm) düşür. Ən az yağıntı (60 mm) Mesopotamiyanın cənub şərqinə düşür. Yuxarı Mesopotamiyada dekabr ayında başlayan və tədricən ölkənin şərqini əhatə edən leysan yağışlar əksər hallarda güclü daşqınlarla nəticələnir.
İslam ölkələrinin əksəriyyətindən fərqli olaraq İraq daxili sularla zəngindir. Yaxın Şərqin ən böyük çayları olan Dəclə (uz. 1718) və Fəratın (2300 km) orta və aşağı axınları İraq ərazisindədir. Şimal-qərbdən cənub-şərq istiqamətində axan Dəclə və Fərat Əl-Qürnə şəhəri yaxınlığında birləşərək Şətt-ül-Ərəb (mənası Ərəb çayı) adı altında İran körfəzinə tökülür. Fərat axını boyu heç bir qol qəbul etmir. Dəcləyə isə mənbəyi Kürdüstan və Zaqros dağlarında yerləşən Böyük Zab, Kiçik Zab, Diala çayları tökülür və İraq ərazisində onun ən böyük qolları sayılır. Dəclə və Fərat qolları ilə birlikdə Mesopotamiya ovalığına 70 kub metr həcmində su gətirir.
Tez-tez baş verən daşqınlar Dəclə və Fəratın aşağı axınında bataqlaşmış sahələr əmələ gətirmişdir. Hidrotexniki qurğuların tikintisi çaylarda su sərfini xeyli nizama salmışdır. Misir üçün Nil, Pakistan üçün Hind çayının iqtisadi əhəmiyyəti nə qədər böyükdürsə, İraq üçün də Dəclə və Fərat bir o qədər əhəmiyyətlidir. Bu çaylar Mesopotamiya ovalığının məhsuldar torpaqlarını suvarmaqla yanaşı əhalinin içməli su ilə təmin olunmasında da böyük rol oynayır. Çayların nəqliyyat arteriyası kimi də əhəmiyyəti böyükdür. Şətt-ül-Ərəb çayında mövcud dərinlik (9 metr) dəniz gəmilərinin Bəsrə şəhərinə qədər qalxmasına imkan yaradır.
Ən qədim şərq mədəniyyətlərinin doğulduğu Mesopotamiya, 633–642-ci illər arasında Ərəb xilafəti torpaqlarına daxil edildi. Bölgə Əməvilər və Abbasilər xilafəti dövrlərində ən parlaq dövrəsini yaşamışdır. O zamanlar Bağdad dünyanın ən əhəmiyyətli mədəniyyət və ticarət mərkəzi idi. İraq 637-ci ildə müsəlmanlar tərəfindən fəth edilməsindən sonra Xəlifə Əli dövründə İslamın mərkəzi halına gətirilmiş və xilafətin paytaxtı Kufəyə köçürülmüşdür. Əli ilə Əməvilər arasındakı Siffin döyüşü də İraq sərhədləri daxilində baş vermişdir. Bu döyüşün ardında bölgə günümüzə qədər sürən fərqli təriqət və etnik qrupların mübarizələrinə səhnə olmuşdur. Əməvilər dövründən sonra Abbasilər bölgəyə hakim olmuş, daha sonra 1055-ci ildən etibarən bölgə Səlcuqlular‘ın hakimiyyətinə girmişdir. İraq ərazisi1258-ci ildən etibarən isə Monqol istilası‘na uğramış və iki əsr monqol idarəsində qalmışdır. Tarixi qaynaqlar Dəclə çayının günlərlə mürəkkəb rəngində axdığı və minlərlə dərilik kitabı İran körfəzinə daşıdığını yazırlar. Daha sonra bölgə Ağqoyunluların (1444–1467), 1499–1508-ci illər arasında isə Səfəvilərin hakimiyyətinə girmişdir. İndiki İraq ərazisi 1534-cü ildən 1917-ci ilə qədər, qısa müddətlik ististalar xaric olmaqla Osmanlı imperiyasının tərkibində qalmışdır.
Birinci dünya müharibəsi zamanı Osmanlı imperiyasının Yaxın Şərqdən çəkilməsinə səbəb olan bəzi yerli üsyanlar olmuşdur. Bu üsyanlarda ingilislərin təşviqi ilə Məkkə əmiri Şərif Hüseyindən də istifadə edilmişdir. Şərif Hüseyin və oğullarına Osmanlının yıxılmasından sonra qurulacaq olan Böyük Ərəb Dövlətinin krallığı vəd edilmişdi. Lakin bunun əvəzində 1916-cı ildə Böyük Britaniya və Fransa arasında əldə edilən Sayks-Pikot müqaviləsinə əsasən bölgə hegemon Avropa dövlətləri tərəfindən zəbt edildi. Bu razılaşmağa görə yeni- “süni” dövlətlər quruldu. Sayks-Pikot xətti deyilən bu sərhədlər, o dövrün şərtlərində dünyanın iki böyük imperialist gücü olan Böyük Britaniya və Fransanın Yaxın Şərqə baxışlarını əks etdirir. Fransız və ingilis zabitlər bölgənin etnik və dini şəraitini nəzərə almadan, yalnız öz mənafeləri istiqamətində, təkcə xəritə üzərində mövcud olan yeni ölkələr meydana gətirməklə bəzi etnik qrupları da parçaladılar. Bu razılaşma nəticəsində qurulan dövlətlərdən İraq, İordaniya və Fələstin Böyük Britaniya bölgəsini, Suriya və Livan isə Fransa bölgəsini təşkil etmişdir.
Yekun olaraq İraq, sahib olduğu coğrafi xüsusiyyətləri etibarilə müdaxiləyə açıq olması səbəbilə müxtəlif güclərin hakimiyyətinə girmiş, zəbtlərə uğramışdır. 1918-ci ildə İraq, Osmanlı dövlətindən tamamilə ayrılmış və 1920-ci ildə təşkil edilən San Remo konfransı ilə İngilis mandatına verilmişdir.
2004-cü ildə təklif edilən bayraqSəddam Rejimindən sonra istifadə edilməyə başlanan İraq Bayrağı
Müasir İraq 1920-ci ildə Osmanlı İmperiyasının Birinci dünya müharibəsində məğlub olması ilə ingilislərin ələ keçirdiyi Osmanlı vilayətləri olan Mosul, Bağdad və Bəsrəni yeni bir siyasi vahid olaraq birləşdirməsinin nəticəsində Dəclə-Fərat hövzəsinində qurulmuşdur.
İngilislər əvvəllər ölkəni birbaşa idarə etmək fikrində olsalar da xalqın sərt müxalifətilə qarşı-qarşıya qalmışlar. Ortaya çıxan üsyanlarda xüsusilə Şiə əhali əsas rol almışdır. Şiələrin əksəriyyətdə olduğu Nəcəf, bu dövrdə üsyanın mərkəzinə çevrilmişdir. Nəticədə ingilislər tərəfindən Məhəmməd Peyğəmbər‘in nəslindən olan Kral Feysəl İraqın başına keçirilmişdir. Bu üsulla ingilislər həm İraqa tamamilə hakim olmaq, həm də Osmanlının ardından ortaya çıxan xəlifə boşluğunu bu şəkildə dolduraraq digər İslam ölkələrinə də təsir etməyi planlaşdırmışdır.
Kral Feysəl başa keçməsiylə birlikdə yaşanan ən əhəmiyyətli inkişaf Ərəb xalqçılığının teorisyeni Sati əl Hüsrinin İraqa gətirilməsidir. Onun qurduğu Ərəb birliyinə istiqamətli təhsil sistemi xüsusilə Şiə qrupların reaksiyasını yığmışdır. Kral Feysəl güclü və müstəqil bir İraq qura bilmənin yolunun güclü bir ordudan keçdiyini bilirdi. Bu səbəblə bu tip bir ordunun meydana gəlməsi üçün bütün gücü ilə çalışsa da İraqlı Kürdlər və Şiələrin mənfi rəftarıyla qarşılaşmış və əsgərə götürmələrdə daim problemlər yaranmışdır. Hər iki birlik də Sünni Ərəblərə əsgər olaraq xidmət etməyi rədd etmişlər.
Sonrakı illərdə Sünnilərlə Şiələr arasındakı inteqrasiya müddəti yaşanmış qarşılıqlı evliliklər və ticarət əlaqələri olmuşdur. 1928 gəlindiyində 88 nəfərlik İraq parlamentində 26 Şiə üzv vardı. 1930-cu ildə İraq hökuməti müstəqil bir dövlət olma yolunda İngiltərə ilə 25 illik bir razılaşma imzaladı və İraq 1932-ci ildə Millətlər Cəmiyetinə müstəqil bir dövlət olaraq qatıldı. 1933 Kral Farukun ölümünün ardından ölkədə dini və etnik qarşıdurmalar artdı.
1935da İtalyanların Həbəşistanı işğal etməsi Orta Şərq ölkələri arasında xüsusilə təhlükəsizlik narahatlığının meydana gəlməsinə səbəb olmuşdur. İtalyanlar Şimali Afrikada qurduqları bu hakimiyyəti Orta Şərqə də yaymaq istədi. Nəticədə Yəmənlə bağladığı müqavilə ilə Qırmızı dəniz‘ə nəzarəti ələ keçirdi. Bu səbəblə Orta Şərq ölkələri arasında Səədabad paktı imzalandı.
İkinci dünya müharibəsi illərində hakim güclər arasında yaşanan mübarizə İraq üzərində də olmuşdur. Almanlar etdikləri inqilab ilə özlərinə yaxın bir hökuməti başa gətirsələr də, edilən əks-inqilab ilə İngilislər təkrar hakimiyyəti qurmuşlar. İkinci dünya müharibəsi illərində Türkiyə sərhədlərinə qədər gələn Almanların məqsədlərindən biri də Türkiyəni keçərək İraqdakı yandaşlarına yardım edib, buradakı İngilis hakimiyyətini qırmaq idi. Lakin daha sonra Alman ordularının Rusiyaya qayıtması, Türkiyənin işğalı və İraqa çatma planlarından imtina etməsinə səbəb oldu. İngilislər İraqı da Almaniyaya qarşı döyüşə girməyə təşviq etsə də İraq rəhbərliyi Türkiyəni nümunə götürərək eyni siyasətləri izləmiş və döyüşə girməmişdir.
1936-cı ildə Kürd mənşəli bir Polkovnik olan Bəkir Sidqi liderliyində bir inqilab reallaşdı. 1941-ci ildə isə May hərəkatı olaraq bilinən ikinci bir zərbə oldu. 1945-ci ildə Ərəb ölkələri bir araya gələrək, bir Ərəb Birliyi təşkilatı qurdular. Ərəb Birliyi hərəkatı Ərəb ölkələri arasında milliyyətçilik duyğularının da artmasına səbəb oldu. Bunun nəticəsi olaraq da İraq, Suriya, İordaniya və Livan bir tək ölkə olaraq birləşmə düşüncəsi ortaya atıldı. Ərəblərin birləşmə düşüncəsini xüsusilə İngiltərə dəstəkləyirdi. Bu birləşmə ilə İngilislər, Suriya və Livandakı Fransız hakimiyyətini qaldıraraq bu bölgələri də öz hakimiyyəti altına almağı məqsəd qoyurdular. Digər güclü bir Ərəb ölkəsi olan Misirdə bu birləşməyə qarşı çıxırdı. Onun narahatlığı isə Ərəb dünyasının ən böyük ölkəsi olma xüsusiyyətini itirəcək olması idi. Orta şərqdə İngilislərin təsirinin zəifləməsi, İsrail dövlətinin qurulması, Misirin müxalifəti kimi səbəblərlə bu birlik fikiri həyata keçirilə bilmədi. 1960-cı illərdə Misir və Suriyanın birləşmələri xaricində Ərəb ölkələri arasında hər hansı bir birləşmə olmadı.
İsrailin qurulması ilə Ərəb Türkiyə əlaqələri yeni bir dövrə girdi. ABŞın təsiri ilə Türkiyənin İsrail dövlətini tanıması Ərəb ölkələrində reaksiya ilə qarşılandı. Türkiyə bu reaksiyaları azaltmaq və yeni müttəfiqlər tapa bilmək üçün İraqla yaxınlaşmağa çalışdı və ABŞ və İngiltərənin aktiv iştiraklarıyla Bağdad Paktını imzalandı.
İkinci Dünya döyüşü sonrası Dünya üzərindəki güc tarazlıqlarında böyük dəyişmələr yaşandı. İngiltərə hakimiyyətini itirərkən ortaya çıxan boşluğu ABŞ və Sovetlər doldurmağa başladı. İraq isə bu dövrdə Sovetlər Birliyi yanında iştirak etdi.
1958-ci ildə ildə reallaşan qanlı zərbə ilə Krallıq aşıb, Respublika elan edildi. General Əbdülkərim Qasım respublika başçısı oldu. İraq bu zərbənin ardından Bağdad Paktından çəkildiyini açıqladı. İraqda bu dövr xüsusilə kommunizm və etnik milliyyətçiliyin sürətlə yayıldığı illərdir.
İraqda yaşanan bu dəyişiklik Orta Şərqdəki bütün tarazlıqları alt-üst etdi. İraqdakı bu zərbədən təsirlənən Suriyada bənzər bir əsgəri zərbə yaşandı. Orta şərqin tamamilə Sovet Rusiyanın hakimiyyətinə girməməsi üçün ABŞ və İngiltərə hərəkətə keçdi. ABŞ Livana əsgəri müdaxilə edərkən, İngiltərə İordaniyadakı qarışıqlığı bəhanə edərək buranı işğal etdi.
Orta şərqin əhəmiyyətli bir hissəsinin Sovet təsiri altına girməsi ABŞ və müttəfiqlərini narahatlıqlandırdı. Xüsusilə son dövrdə açıqlanan sənədlər Türkiyənin İraq və Suriyada yaşanan zərbələrin ardından ABŞın nəşr/təzyiqiylə bu ölkələrə yönəlib bir işğal planı hazırladığı və daha sonra bəzi səbəblərdən ötəri bundan imtina etdiyini ortaya qoymaqda.
8 noyabr 1963-da BƏƏS Partiyası mənsubları və ordudakı milliyyətçiləri zərbə cəhdində ol/tapıldılar. Lakin General Əbül Salam Arif yeni lider oldu və ölkə daxilində kommunist ovu başladıldı. 17 Noyabr 1968da Baas Partiyası bir zərbə ilə iqtidarı ələ keçirdi. General Əhməd Həsən Əl-Bəkr Respublika başçısı oldu.
BaasƏrəb dilindəyenidən diriliş mənasını verməkdədir. 1940-cı ildə Suriyada qurulan bu hərəkatın ilk nəzəriyyəçiləri Əkrəm Sinaqoqu ilə Mişel Əflaqdır (Eflak, Suriyalı bir Xristian və bu ideologiyanın əfsanəvi lideridir). Baas ideologiyası, məqsəd olaraq Orta Şərqdə tək bir Ərəb dövləti qurulmasını mənimsəmişdir. Partiyanın şüarı Birlik, azadlıq və sosializm idi. Partiya ideologiyası Partiya birliyinə və xarici nəşr/təzyiqlərə qarşı dayanmağa söykənirdi. Baas hərəkatı Suriyada ortaya çıxmışsa da, İraqda da tərəfdar tapmışdır. BƏƏS Partiyası Suriya və İraqda etdikləri inqilablarla iqtidarı ələ keçirmişdir. Səddam Hüseyn və Hafiz Əsəd Baas axınının son nümayəndələridir.
17 iyul 1968-cı ildə reallaşan çevrilişin ardından İnqilabçı Əmr/əmrə Şuras(n)ı yaradıldı. Hökumət proqramı mövzusunda başlayan anlaşılmazlıqlar üzərinə Baas yanlısı Səddam Hüseyinin başında ol/tapıldığı bir qrup zabit iyul sonlarında o biri zərbəçi hizipleri saf xarici buraxdı. Dövlət başçılığı və baş nazirliyə gətirilən əl-Bəkir, eyni zamanda DKK və Baas Partiyası Regional komandirliyi başçısı olaraq qəti bir yoxlama təmin etdi. Hökumətə ağırlığını qoyan Baas Partiyası, təşkilatlı quruluşuyla dərhal dərhal bütün təşkilatları ələ keçərməyi bacardı. Döşəməs(n)ini genişlətmək istəyən Partiya, 1970-da Kürdlərlə qarşıdurmaya son verərək İraq Kommunist Partiyası (IKP), Kürdüstan Demokratik Partiyası (KDP) və o biri bəzi milliyyətçi və sol meylli siyasi güclərlə əməkdaşlığına yönəldi. Ancaq, 1974da Kürdlərlə, ardından kommunistlərlə əlaqələrin pozulması səbəbiylə yenidən tək partiyalı möhkəm bir rejimə dönüldü.
1976-da baş nazirliyi və bəzi əhəmiyyətli səlahiyyətləri Həsən Əl Bekrdən götürən Səddam Hüseyn, iyul 1979-da, dövlət başçısı oldu.
İran-İraq müharibəsi: 1979 ilində İranda yaşanan İslam İnqilabı oldu. 1975-da Kürd problemini həll etmək üçün İrana bəzi güzəştlər verən İraq 1979-da bu ölkədə yaşanan rejim dəyişikliyindən faydalanaraq İrana müharibə açdı. Hər iki ölkəyə də insani və iqtisadi olaraq böyük itkilər verdirən İran-İraq müharibəsi 1988-ci ildə imzalanan atəşkəs andlaşmasıyla sona çatdı.
İkinci dünya müharibəsindən sonra başlayan Soyuq müharibə bütün dünyanı iki düşərgəyə ayırmışdı. 1980-cı illər Sovetlərin həll edilmə müddətinə girməsinə və Soyuq Döyüşün nəticələnməsinə səhnə oldu. İki qütblü bir dünyadan tək qütblü bir dünyaya doğru fəaliyyət xəritəsi təkrar çəkilməyə başlanması, Orta Şərqə da əks olundu.
İraq 1990-cı ilin avqust ayından neft istehsal kvotalarını aşmaq və müzakirəli bölgələrdən neft çıxarmaqla günahlandırdığı qonşusu Küveytı işğal edərək 19. əli olaraq torpaqlarına qatdığını elan etdi. Səddam Hüseynin uzlaşmaz gücü qarşısında BMTə üzv müxtəlif ölkələr ABŞ liderliyində Səudiyyə Ərəbistana əsgərlərini yığmağa başladı. BM Təhlükəsizlik Şurası İraqa 15 yanvar 1991-nə kimi əsgərlərini Küveytdən çəkməsi üçün bir xəbərdarlıqda etdi. 17 yanvar 1991-ci ildə başlayan və Körfəz Döyüşü olaraq bilinən Çöl Fırtınası Hərəkatı sonunda 27 fevral 1991-ci ildə Küveyt qurtarıldı. 28 fevraldakı atəşkəsin ardından şimaldakı Kürdlər və cənubdakı Şiələr arasında başlayan qiyamlar İraq qüvvətlərin tərəfindən mərhəmətsizcə basdırıldı. Milyonun üzərində İraqlı Kürd Türkiyə və İrana sığındı. Bunun üzərinə müttəfiq qüvvətlər 36. paralelin şimalı və 32. paralelin cənubundakı bölgələri İraq uçuşlarına qadağan etdilər.
ABŞ rəhbərliyindəki müttəfiq qüvvələr 1993, 1996, 1998 və 2001 illərində İraqa qarşı hava hücumları təşkil etdi. Körfəz müharibəsindən sonra tətbiq edilən BM embarqosu 1996-cı ildə başlayan Qida Qarşılığı Neft proqramıyla yumşadıldı.
ABŞ və Birləşmiş Krallıq liderliyindəki koalisiya qüvvətləri İraqı kütləvi qırğın silahlarından təmizləmək ,Səddam Hüseynın terrora verdiyi dəstəyi kəsmək və İraq Xalqını azadlaşdırmaq bəhanəsiylə İraqdakı BƏƏS Rejiminə qarşı hücuma keçdi. 20 Mart 2003-də başlayan hava hücumu və onu izləyən quru harekatı sonunda 9 Aprel 2003-də paytaxt Bağdada girən koalisiya gücləri Səddam Hüseyn iqtidarını aşırtdı. 15 Apreldə İraq tamamilə koalisiya güclərinin yoxlamasına keçdi. Bundan sonra bir müddət müəyyən bir müqavimət reallaşmadı.Dekabr 2003-də Səddam Hüseyn tutuldu. Sonrakı dövrlərdə işğalçı ABŞ güclərinə qarşı bir müqavimət başladı və indiki vaxtda da bəzən çox şiddətli olaraq(xüsusilə Fəllucədə) davam etməkdədir. Bunun yanında Şiələr ilə Sünnilər arasında dərin bir ayrışma ortaya çıxmış və sanki vətəndaş müharibəsini xatırladan, indiki vaxtda da davam edən şiddətli qarşıdurmalar yaşanmaqdadır. Terror təşkilatları tərəfindən də təşkil edilən hücumlarda çox sayda insan ölmüşdür. 2008 başlarında İşğalın başladığı Mart 2003dən bəri 4020 ətrafında ABŞ əsgəri ölərkən 1 milyondan çox İraqlının şiddət, qarşıdurma və müqavimət hadisələri nəticəsni öldüyü ifadə olunmuşdur. Ayrıca ABŞ-ın iraqlı məhbuslara etdiyi işgəncələr skandala gətirib çıxarmışdır. Bunun yanında kefi tətbiqlər nəticəsni öldürülən iraqlı vətəndaşlara rast gəlinmişdir.
↑ Russell, Malcom B. The Middle East and South Asia 1997 (The World Today Series). Harpers Ferry, West Virginia: Stryker-Post Publications (1997), pg. 104.
Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisi
Nasıl tarif Edebilirim ki Bu güzelliği Tenime hiç Değmeseydi Bakir koyun Ilık meltemi
Mavi masa Gün batımı Beyaz boyalı Balıkçı evi
Dinlemeseydim Rüzgarda Deniz kabuklarının Büyülü sesini
Ya yosun kokusu Genzimi yakan! Martıların dans edişi
Nerde duysam tanırım Ayak sesinden ZARAFETİ
Kimi yalan kimi ziyan kimi esrar muamma Yalancı kâhin kalbim sevmeyi bilemedi Kırk parçaya bölündü ayna misali amma Sûrete kandı durdu asl’a yol bulamadı Kimi yalan kimi ziyan kimi esrar muamma
ATEŞİN AŞKI
Sönmeye yüz tutar bir kara kandil Duvarda titreyen yorgun gölgesin Dil versin ucunu yaktığım mendil Adını her nakış ayrı söylesin
Gözlerim anbean ararken seni Sedefli aynada sır olur tenin Dudağım tadınca katil buseni Farkına varmadım olan bitenin
Dört mevsim kara kış baharım kayıp Bahçemde bir daha güller açar mı? Gönlüme zehirli oklar saplayıp Açtığın yaralar bir gün geçer mi?
Sokaklar kör sağır dinsiz sokaklar Ölümün camlarda gezer soluğu Sokaklar lal olur sensiz sokaklar Bir güvercin düşer içer yokluğu
Gamzende çağlayan nehir yok şimdi Kuruyan gözlere umman neylesin Bülbülün figanı âhı çok şimdi Gülzarlar virâne bağban neylesin
Yandıkça harınla can verir közün Ateşin aşkıyla bahtiyarım ben Sanmasın sultanım kulunu üzgün Acılar tahtında şehriyarım ben
Bahara döner hazân nergise siner nazın İnce ince çalınır yürek telinde sazın Ne kıymeti olur ki seni demeyen sözün Sen güldükçe dalıma cennet kuşları konar
*Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Qonşu mənə baxıb, gileylənirdi: -Nə vaxtıdır şəhərdən heç çıxmayırsan? Qış çətin deyil, lakin yayları Burada yaşamaq deyildir asan.
Qorxulu deyildir mənim üçün heç, İstidə, bürküdə yayda qalmağım. Güzəranım keçir aranlı, dağlı, Evim aranımdır, eyvan yaylağım.
1977
*Bu şeir Xalq şairi Osman Sarıvəllinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Yadlar sağdan-soldan baxdı həsədlə, Atıla güllələr ona çatmadı. Ölsə də, qızılquş keçməz yad ələ, Daşına sığınmadı, yerə yatmadı.
Ölçdülər, biçdilər kəsib hər yanı, Nəhayət, yorulub əldən düşdülər. O geniş açmışdı qol-qanadını, Vurmaq istəyənlər gecikmişdilər.
*Bu şeir Xalq şairi Hüseyn Arifin 1966-cı ildə Bakı şəhərində, Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən kütləvi tirajla (15000) işıq üzü görən “Yollar və xatirələr” şeirlər və poema kitabından seçilib.
Səhv atılan addımları Sonradan anlayıram. Baxıb vicdan güzgüsünə Özümü danlayıram.
Six ey yanlış addımlarım, Məni dərdə saldınız. Mən sizinlə döyüşdükcə, Gün-gündən çoxaldınız.
Mən haqq-hesab istəyirəm Gecələr gündüzümdən. Narahatam, narazıyam Ömrüm boyu özümdən.
Bizim sənət dünyasının Qırıq telli sazıyam. Bircə ondan razıyam ki, Özümdən narazıyam.
İyul, 1960, Riqa
*Bu şeir Xalq şairi Bəxtiyar Vahabzadənin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Bütün dünya yerindən, mehvərindən qopsa, ayrılsa, Süleyman Rüstəmin qəlbi Azərbaycandan ayrılmaz.
*Bu şeir Xalq şairi Süleyman Rüstəmin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur
Zümrüdqaşlı bulaqların zümzüməsinə, Xarıbülbülün aşiqi, bülbüllərin eşq nəğməsinə, Cıdır düzündə, qonur libaslı köhlənlərin kişnəməsinə həsrət qaldığımız Qarabağım… Məhbusu olduğun zülmətin çiliklənməsini, yağmalanmış arzularının, qırılmış ümidlərimizdən yandırdığımız ocaqların hənirinə qısılıb, dan yerinin sökülməsini səbrsizliklə gözləyirik. Arabir mirvari yağmur damcıları gah içimizi göynədən yaralarımızı, gah da günəş şəfəqlərini gözləyən utancaq bənövşələrin ləçəklərinə qonan şeh kimi, çatlamış dodaqlarımı isladır. Vətənin sinəsinə tuşlanan güllə səslərindən yağan damcılar özüylə həm kədəri, həm sevinci ovlayır. Torpağın hər qarışında şəhid olur igidlərin gözlərindəki vətən sevdalı həsrətli gülüşlər. Azad etdiyi torpaqlarda otuz ilin yurd həsrətilə titrəyən ürəklərdə gerçəkləşir doğma ocaqlarıyla görüşlər. Kimisi illərlə həsrətində olduğu ata ocağında boynubükülü qalan ağacları bağrına basır, kimisi dizin-dizin doğmalarının, ruhları qarşısında baş əyir, illərdi tərk etdikləri ata-babalarının məzarları önündə sürünür. Kimisi şəhidlərin daģlara, daşlara çökən naləsini, vətən harayını nəfəsində duyur, Kimisi qələbə sevincindən kipriklərində intihar edən göz yaşlarında boģulur. Oğullarımız günahsız qız-gəlinlərimizin, doğulmamış körpələrin inləyən, eşidilməyən fəryadını qaytarır düşmənə, zəfər qoxulu güllə yağışlarında . İgidim bilmir ki, zəfərinə sevinsin… Ya, əyninə geyindiyi acı xatirələrin arxasınca sürünsün… Ya Rəbbim, çox şükür deyərək, öpüb gözləri üstünə qoyduğu vətən torpağında tapır təskinliyini. Tarixə qanla yazılan bu vəhşətlər içərisində anlayır, Tanrının bizə bəxş etdiyi, heç nə ilə əvəz olunmayan, “Vətən” sevgisinin dəryalar tək dərinliyini. Şükranlıqla körpə uşaq anasının qoxusuna sığındığı kimi, dağın-dərənin gül-çiçək qoxuyan, vətən ətirli havasını içinə çəkərək deyir: Mənim Məkkəm, Mədinəm, İslamiyyət günəşi doğan qibləmsən Vətənim!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bilmirəm haraya uçub getdiniz, Yanımdan gizlicə keçib getdiniz, Bir uzaq mənzilə köçüb grtdiniz, Hərdən harayıma yetən günlərim, Ay ötən günlərim, ötən günlərim.
İndi qırov düşüb iziniz üstə, Kimsə qovrularmı közünüz üstə, Niyə durmadınız sözünüz üstə, Ömrümdən tökülüb itən günlərim, Ay ötən günlərim, ötən günlərim.
Həsrətli baxışım soraqlar sizi, Üşüdər hardasa sazaq, qar sizi, Ürəyim həmişə arzular sizi, Sinəmdə dərd kimi bitən günlərim, Ay ötən günlərim, ötən günlərim.
Saçıma qar kimi yağıb getdiniz, Hansı bir ömrəsə sığıb getdiniz, Nəcibə nə dedi, çıxıb getdiniz, Məni tərk eyləyib atan günlərim, Ay ötən günlərim, ötən günlərim.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Baxıram həyata necə buz kimi, Qaldım xəyallarda yuxusuz kimi, Eşqi qərib düşən nakam qız kimi, Bu axşam bir şeir yazmağım gəlir.
Könlümün səhrası düzəndi, düzdü, Boylandım gümanlar gözünü süzdü, Ürəyim dərd yeri, kösövdü, közdü, Bu axşam bir şeir yazmağım gəlir.
Halına çox yandım əriyən şamın, Fələk də dadına yetmir nakamın, Qalaraq küncündə bir uçuq damın, Bu axşam bir şeir yazmağım gəlir.
Bəxtin naxışına üz tutanda qəm, Kədər yar deyib oluram həmdəm, Qəlbimdə göz yaşı, yanağmda nəm, Bu axşam bir şeir yazmağım gəlir.
Dərdi var dünyanın, yerin, göyün də, Dərd səni tapanda sevin, öyün də, Ölmüş arzuların lap ətəyində, Bu axşam bir şeir yazmağım gəlir.
Dəli gülüşlərin hay-harayında. Sevən könüllərin neçə sayında, İtən ümidlərin lap o tayında, Bu axşam bir şeir yazmağım gəlir.
Bilmirəm səhrayam, bilmirəm çöləm, Bəılkə də ümmanam, bəlkə də göləm, Bu axşam sinənə baş qoyub öləm, Bu axşam bir şeir yazmağım gəlir.
Bu gün aşıq sənəti və aşıqlardan, xüsusilə də qadın aşıqlardan söz düşəndə Gülarə Azaflının adı birincilər sırasında çəkilir. Bu ad sənətsevərlərə çox şey deyir. Özü də təkcə XX əsr Azərbaycan aşıq sənətinin görkəmli ustadlarından olan Mikayıl Azaflını xatırlatması ilə yox, həm də Gülarə xanımın özünün illərdən bəridir bir sənətkar kimi sənət aləmində sözünü deməsi ilə. Gülarə Azaflı ustad aşıq Mikayıl Azaflının qızıdır, yəni sənətkar ocağında dünyaya gəlib, gözünü açandan saz görüb, saz səsi eşidib, laylası sazla yoğrulub. Ustad oğlu şəyird olmaz deyimi də elə-belə sözgəlişi yaranmayıb. Körpəlikdən sazla təmasda olan Gülarə xanım sənətin sirlərini ustad atasından öyrənib. Mikayıl Azaflı adı, Mikayıl Azaflının sənəti həmişə onun yoluna işıq salıb. Gülarə xanım bu böyük ustadın – atasının adıyla hər yerdə qürur duysa da, heç zaman bu adın kölgəsində gizlənməyib. Çalışıb ki, həm bu adın şöhrətini, şərəfini qorusun, həm də sənətdə öz yoluyla getsin. Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının dediyi kimi, “illər boyudur ki, bu ocağın saz-söz qeyrətini Azaflı Mikayıl ruhuna, Azaflı Mikayıl adına layiq ülvi bir ucalıqda saxlayır”. Gülarə Azaflı – Gülarə Mikayıl qızı Zeynalova 1959-cu il martın 21-də Tovuz rayonunun Azaflı kəndində görkəmli aşıq Mikayıl Azaflının ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi, 1983-cü ildə Tovuz Kənd təsərrüfatı texnikumunu bitirib. Uşaqlıqdan aşıq sənətinə bağlı olan Gülarə xanım hələ gənc yaşlarından müsabiqələrdə iştirak edib və laureat olub. 1983-cü ildə Gəncədəki pedaqoji institutda (indiki Gəncə Dövlət Universiteti) “Çeşmə” folklor ansamblı yaradaraq istedadlı gəncləri öz ətrafında toplayıb, 1994-cü ilədək bu ansamblın bədii rəhbəri kimi fəaliyyət göstərib, on bir il bu kollektivə rəhbərlik edib. 1985-ci ildə Gəncə səhərində keçirilən gənc ozanların 3-cü Ümumittifaq festifalının laureatı olan Gülarə xanım həm də vaxtilə qadın aşıqları öz ətrafında birləşdirən “Aşıq Pəri məclisi”nin ilk üzvlərindəndir. Narınc Xatun dünyasını dəyişəndən sonra isə bu məclisə başçılıq edib. Məhz onun sayəsində ilk yarandığı dövrlərdə sadəcə televizya verilişi kimi fəaliyyətə başlayıb ölkədə məşhurlaşan bu məclis sonradan müstəqil bir təşkilat kimi dövlət qeydiyyatına alınıb. 2000-2013-cü illərdə “Aşıq Pəri məclisi”nə rəhbərlik etdikdən sonra özü könüllü şəkildə təşkilatın sədrliyindən istefa versə də, təsisçi olaraq qalmaqdadır. Son onilliklərdə respublikamızda keçirilən elə bir mədəni-kütləvi tədbir yoxdur ki, Gülarə xanım orada iştirak etməmiş olsun. 2010 və 2014-cü illərdə Bakıda keçirilən I və II Beynəlxalq Aşıq Festifallarının iştirakçısıdır. Tez-tez müxtəlif televiziya kanallarının musiqili proqramlarında çıxış edərək ozan-aşıq sənətinin qədimliyindən, özünəməxsusluğundan danışır, bu sənətlə bağlı bildiklərini daha geniş auditoriyada gənclərə çatdırır. İndiyədək işıq üzü görmüş “Ata sənətim”, “Hanı o səndəki el, Dərələyəz”, “İncimərəm” adlı kasetləri, “Aşıq Gülarə Azaflı” adlı videoalbomu də sənətsevərlərə, bu sənətə gəlmək istəyən yeniyetmə və gənclərə qiymətli töhfədir. Gülarə Azaflının son illərdəki ən böyük xidmətlərindən biri də gənc aşıq qızlardan ibarət “Çeşmə” folklor qrupunu yaradıb ona u]urla rəhbərlik etməsidir. Bu gün ölkəmizdə kifayət qədər tanınan bu qrupdan pərvazlanan neçə-neçə gənc xanım sənətdə öz yolunu tapmaqdadır. Gülarə Azaflı ictimai fəallığı ilə də seçilən sənətkarlarımızdandır. Azərbaycan aşıqlarının IV, V və VI Qurultaylarının iştirakçısı olub, son iki qurultayda Azərbaycan Aşıqlar Birliyi İdarə heyətinin üzvü seçilib. Qadın aşıqlar arasında özünəməxsus yeri ilə seçilən Gülarə Azaflı bir sənətkar kimi Azərbaycanda çox yaxşı tanınıb sevildiyi qədər də qonşu Gürcüstanda, Türkiyədə və İranda tanınır, sevilir. Onun bu ölkələrə hər səfəri uğurlu çıxışlarıyla yaddaşlara yazılıb. UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməklə dünyanın mədəniyyət inciləri sırasında öz halal haqqını alan aşıq sənəti bu gün beynəlxalq aləmdə daha çox tanınır, bu sənətə maraq gündən-günə artır. Aşıq sənətinin beynəlxalq aləmdə məqsədyönlü təbliğində qadın aşıqlarımızın da zəhməti danılmazdır və bu haqda söz düşəndə Gülarə Azaflının xidmətlərini mütləq qeyd etmək lazımdır. O, MDB ölkələri ilə yanaşı, bir sıra Avropa və şərq ölkələrində keçirilən beynəlxalq musiqi festivallarında Azərbaycan mədəniyyətini, aşıq sənətini layiqincə təmsil edib, fəxri diplomlara layiq görülüb, Vətənə bu festivalların qalibi kimi qayıdıb. 2005 və 2011-ci illərdə Amerikanın San-Fransisko şəhərində keçirilən Dünya folklor festivalındakı uğurlu çıxışını isə həyatının və yaradıcılığının ən unudulmaz anları kimi xatırlayır. Fransada buraxılan “Aşıq Musiqisi Antalogiyası” adlı kompakt diskdə onun da ifası yer alıb. Gülarə Azaflı eyni zamanda bədii yaradıcılıqla da məşğul olur. “Görüşərik yenə biz” adlı kitabı ilə oxucuların görüşünə gəlib. Həyatda olduğu kimi, poetik yaradıcılığında da səmimidir, təvazökardır. Necə deyərlər, özü yazır, özünü yazır. “Gülarənin mövzu dairəsi aşıq şeiri miqyasındadır: təbiətin gözəlliklərindən, el-yurd məhəbbətindən, milli-mənəvi dəyərlərdən, bir də özünün könül çırpıntılarından, lirik duyğularından yazır. Borçalının, Göyçənin, Qarsın, Təbrizin, Gəncənin, Kəlbəcərin, ana yurdu Tovuzun axar-baxarlı gözəlliklərini, xətirli el camaatını, sazlı-sözlü məclislərini dönüb-dönüb vəsf eləməkdən doymadığının əsas səbəbi, şübhəsiz ki, qəlbindəki el-yurd məhəbbətinin tükənməzliyidir” (M.Qasımlı). Gülarə Azaflı sənətdə olduğu kimi, poetik yaradıcılığında da ciddidir, özünə qarşı tələbkardır. Məclislərdə sözünün məsuliyyətini və yerini, eləcə də qiymətini biləndir. Çox danışmağı sevmir. Həyatın sərt sınaqları ilə üzləşəndə, “talenin bəd naxışından” bezəndə, “nadanlar yolunu kəsəndə” dərdini sazla bölüşür, ürəyini saza boşaldır:
Bezmişəm taleyin sərt yoxuşundan, Gəl verək səninlə baş-başa, sazım.
Dünya mövzusunda demək olar ki, bütün şairlər, aşıqlar şeir yazıb, söz qoşublar. Gülarə Azaflının da bu mövzuda şeirləri var və bu şeirlərdə biz onun mövzuya özünəməxsus orijinal yanaşması ilə rastlaşırıq. “Daş olub, daş ömrü” yaşamağı, “günəşli günlərdə üşüməyi”, bir ömür “qəm yükü” daşımağı ömürdən-gündən saymır, əgər “yaxşını yamana satacaqdısa”, “elə hey başımı qatacaqdısa”, belə dünya mənim nəyimə gərəkdir deyir. İnsanlara gərəkli olmaq, dərdlinin dərdinə şərik olub, sevinənlərin sevincini bölmək, Vətənin əsl vətəndaşı olmaqdır onun həyatda istəyi:
Kiminsə gözyaşın silməyəcəmsə, Dərdini yarıya bölməyəcəmsə, Vətənin uğrunda ölməyəcəmsə, Nəyimə gərəkdir bu dünya mənim?!
“Bəxtin yatmasından” yox, “dost eyləyən xəyanətdən” qorxan Gülarə xanım həm də ucuz şan-şöhrətdən uzaq durmağa çalışır, qiymətini Tanrıdan istəyir:
Qiymətimi özü versin yaradan, Saxta olan şan-şöhrətdən qorxuram.
Şükürlər olsun ki, həm sənətkar, həm də bir gözəl insan kimi qiymətini də elə arzuladığı kimi, ona yaradan qismət edib. Qiymətini el veribdir əzəldən – bu, onun indiyədək qazandığı xalq sevgisi və tamaşaçı rəğbəti, sənətsevərlərin verdiyi qiymətdir. Və bir də xalqımızın ona olan sevgisinin bir daha təsdiqi kimi, sənət qarşısında xidmətlərinin dövlətimiz tərəfindən də yüksək qiymətləndirilməsi – ölkə Prezident İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsidir.
İnsan ömrünün hər dövrünün öz şirinliyi, öz gözəlliyi və özəlliyi var. Yetər ki, ömrün hər kəsimini elə yaşayasan ki, hər anın şirin bir xatirəyə çevrilə bilsin, aradan illər keçəndən sonra dönüb arxaya baxanda peşman olmayasan.
Bununla belə, mənə elə gəlir ki, gəncliklə qocalığın arasında bir növ keçid mərhələsi olan 60 yaş ömrün ən yaxşı dövrüdür. Bunu ona görə demirəm ki, özüm də artıq ömrün bu mərhələsini arxada qoymuş, 60-ın şirinliyini yaşamışam. Ona görə deyirəm ki, 60 yaş ömrün elə bir məqamıdır ki, insan arxada qoyduğu onilliklər barədə cəmiyyətə, yaxın ətrafına və ən azından özü özünə hesabat verir, qarşıda görəcəyi işləri götür-qoy edir. Yəni bu yaş hələ əli işdən soyutmaq vaxtı deyil, əksinə, hər şeyə daha kamil, daha müdrik yanaşma vaxtıdır.
Bugünlərdə Millət vəkili, akademik, Azərbaycan filoloji elminin sütunlarından biri, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, əməlində və sözündə bütöv olan şəxsiyyət, böyük alim, ən başlıcası isə həmişə göründüyü kimi olub, olduğu kimi görünən səmimi insan Nizami Cəfərovun 60 yaşı tamam olur. Nizami müəllimlə həmyaşıd olsaq da, o, həmişə mənim gözümdə ağsaqqal ucalığında, müdriklər mərtəbəsində olub və bu gün mənə elə gəlir ki, 60 rəqəmi sadəcə təqvim hesabıdır və onun yaşı daha çoxdur – xalqımızın əxlaqının, mənəviyyatının və mədəniyyətinin yaşı qədərdir. Eyni zamanda, o, həm də gəncdir – tükənməz enerjisi, coşqun əhval-ruhiyyəsi və gəncliyə xas yaradıcılıq əzmi ilə.
Nizami Cəfərovdan söz düşəndə, ölkəmizdə və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz sahibi olmasının səbəbləri haqda düşünəndə alman filosofu Şopenhauerin bu sözlərini xatırlayıram: “Böyük zəkalar bəşəriyyətə nə verməlidirlərsə, onlar onu artıq gənclikdən toplamağa başlayırlar”.
Bəli, Nizami Cəfərov istər elm aləmində, istərsə də cəmiyyətdə ilk gündən kimsəni yamsılamayıb, tapdanmış yolla getməyib, həmişə və hər yerdə özü olub, öz sözünü deməyi bacarıb, özü də cəsarətlə deyib: vətəndaş kimi də, ziyalı kimi də, alim kimi də, Millət vəkili kimi də.
Nizami Cəfərov sözün əsl mənasında şəxsiyyət və alimdir, ictimai xadimdir. Şəxsiyyət kimi bütövdür, alim kimi zəngin və dərin biliyə malikdir, ictimai xadim kimi cəmiyyətdə özünəməxsus çəkisi və yeri var.
Onunla söhbətdən, daha doğrusu, onu dinləməkdən adam doymur. O qədər şirin və məntiqli, tutarlı dəlillərlə danışır ki, saatlarla dinləmək istəyirsən. Sanki Həzrəti Əli də “gözəl və aydın danışanlar sehr kimi əsrarəngizdir” deyəndə məhz Nizami müəllim kimi şəxsiyyət-alimləri nəzərdə tutubmuş.
Hərtərəfli dərin biliyə və zəngin həyat təcrübəsinə malikdir Nizami müəllim. Bir neçə il bundan əvvəl “Ozan dünyası” jurnalı üçün müsahibə götürəndə mən onun həm də aşıq sənətini bütün incəliklərinə qədər dərindən bilməsinin şahidi oldum.
Azərbaycan poeziyasının qüdrətli söz ustadlarından olan Zəlimxan Yaqub haqqında danışanda deyir: “Zəlimxan Yaqub Azərbaycanın, ümumən türk dünyasının dünyaya bəxş etdiyi o böyük şairlərdəndir ki, onun yaradıcılığının cövhərində, mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan Yaqub olmazdı!..” Akademikin bu sözlərini mən tam məsuliyyətlə onun özünə də şamil edərək deyirəm ki, elə Nizami Cəfərov da mayasında ilahi istedadın enerjisi və Tanrının verdiyi güc və qüdrət sahibi olan böyük aydınımızdır.
Ömrünün altıncı onilliyinin tamamında Nizami müəllimi təbrik edir, uzun və sağlıqlı ömür arzulayır və fikrimi C.Ruminin sözləri ilə tamamlamaq istəyirəm: “Nə qədər ki, sağlam və qüvvətlisən işlə. İşindən qalma!”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
ŞÜKÜR EYLƏ
Günəşdən qamaşır həmişə üz-göz, Ürək işıq içir göz bəbəyindən, Xoş gündə Allahı unuduruq biz, Dar gündə tuturuq tez ətəyindən.
Əslində borcu yox bizə Allahln, Əslində heç bizə ehtiyacı yox. Yeri ürəklərdi nalənin, ahın, Şeytana uyanın bir əlacı yox.
Gərək qırılmasın kəndiri göydən, İnsan nəçidir ki, bəxtini yaza. Kim ayıra bilər təndiri yerdən, Qış ötüb keçməsə, çıxmarıq yaza.
Taxtı da, baxtı da o göylər verir, Tanrı bağışlayıb cənnəti bizə, Hər sözü eşidir, hər şeyi görür, Odur qiymət verən hər kəlmə sözə.
Hər şeyi nizama salan da odur. Özün bu dünyada zəhmət çək, ək, ye. Gəldin bu dünyaya yaxşısı budur, Allaha şükr eylə, halal çörək ye.
AĞLAMA
Göz yaşınla gəl kövrəltmə məni sən, Dərd olmasın, yolumuzda çiləkən, Bilirsən ki, dərd çəkənəm, dərd çəkən, Qoyma dinsin, ağrım, acım, ağlama.
Sən şəkərim, sən şərbətim , balımsan, Sən sevgilim, sən qanadım, qolumsan, Demirəm ki, sən insafsız, zalımsan, Təkcə sənsən, ehtiyacım, ağlama.
Haqq özüdü, hər insanın pənahı, Aşiqinin vallah yoxdu, günahı, Hər gecənin, gülüm, vardır sabahı, Əlindədir hər əlacım, ağlama.
Sevgi varsa, yoxdu hicran, dərd, kədər, Boylanacaq nurlu günəş hər səhər, Gül ki, döysün, qapımızı xoş xəbər, Yoxdu daha anam, bacım, ağlama.
Göz yaşına dəyməz vallah bu dünya, Mələkləri gəl çağırma bu haya, Şükür eylə, bu qismətə, bu paya, Tale yazan bar ağacım, ağlama.
Sən güləndə, gülür yer- göy, bu cahan, Qoyma gəlsin üstümüzə qəm , hcran, Əziz deyir, qurban olsun, sənə can, Ömrüm, günüm, taxtı- tacım, ağlama.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qarabağ Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Şam Işığında
Gecələr bəyaz olsun, Həzinləşsin duyğular, Nəğmələr qanad açsın, Şirinləşsin nağıllar, Ürək yansın, alışsın, Gülüm, şam işığında.
Həsrət, hicran ərisin, Həyat nəşəli olsun, Gözlər sevgi paylasın, Baxışlar nurla dolsun, Ömrümün mənasını , Bilim, şam işığında.
Dara qara saçını, Tökülsün sinən üstə. Qoy yox olsun qəm, kədər, Sən məndən nəğmə istə, Gözlərimin yaşını, Silim, şam işığında.
Məni əsir eyləsin, O baxışın, o gözün, Nazlan bir mələk kimi, Can olsun hər bir sözün, Əllərinə toxunsun Əlim, şam işığında.
Ətrindən bihuş olum, Unudum bu dünyanı, Sən məni xoşbəxt eylə, Al əlimdən bu canı, Gözəl, dizinin üstə, Ölüm, şam işığında.
CƏBRAYIL
Bir cənnətdir Cəbrayılın qucağı, Bir şərbətdir hər çeşməsi, bulağı, Bir qaladı hər qayası, hər dağı, Belə yerdə, könül barsız olarmı?
Cəbrayıldı şeir, sənət ocağı, O yerlərin çoxdu piri, ocağı, Sönməz heç vaxt el, obanın ocağı, Nəğmə sözsüz, söz qatarsız olarmı?
Bu yerlərdə büsat qurub təbiət, Qurbanidən bir dastandı məhəbbət, Şərəflidir bu yerlərdə hər sənət, Uca zirvə, söylə qarsız olarmı?
Kim vurulmaz bu gözəlin hüsnünə, Heyran oldum gözəlliyin büstünə, Şəfəq saçır, günəş hər gün üstünə, Belə yerdə, insan yarsız olarmı?
O yerlərdə qalıb neçə xatirəm, O gözələ mən Məcnunam,mən Kərəm, Bu sevgidən heç vaxt dönən deyiləm, Sevən könül yadigarsız olarmı?
Q dağlarda, hey dolaşır xəyalım, İstəyirəm o diyarda mən qalım, Doğma yerin qadasını mən alım, Əziz Musa, etibarsız olarmı?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru
Aida Adıgözəl adlı, bəxtinin qaralıgı gözəl bir şairənin xalı, gəbə timsallı şeirini oxudum. Çeşnisini gözlərimin önünə çəkib, dərd hanasını ürəyimdə toxudum. Azərbaycan qan-qırmızı xalılar, gəbələr ölkəsidir, Bu da bir şairənin Xocalı kölgəsidir. Şeir oxudum qan süzülürdü misralardan. Yaralı sözlər ruhumun agrısına dönüb varlıgıma çökürdü. Dəhşətin üstünə örtük çəkmişdi qardan, Deyəsən, Tanrı gördüyündən xəcalət çəkirdi. Gecədən çıxmış səhər zorlanmış gəlin kimi dünyaya gəlişinə peşman idi. Bəxti çiliklənmiş güzgü kimi qar üstündən göz-göz baxırdı. Qənim kəsilmişdi taleyinə bu bəxt- yagıdan betər düşmən idi. Dünyanın kar qulagından, kor gözlərindən, biganəlik seli axırdı. …Yaddaşımın sinəsini sökdü Aida Adıgözəlin Xocalı tablosu… Bir qərinəlik vaxtın içindən qisasa yol çəkdi, Şair iztirablarının agrılı-acılı tablosu… Aida Adıgözəl adlı. bəxtinin qaralıgı gözəl bir şairənin xalı, gəbə timsallı şeirini oxudum. Çeşnisini gözlərimin önünə çəkib dərd hanasını ürəyimdə toxudum. …Azərbaycan qan-qırmızı xalılar, gəbələr ölkəsidir. Bu da bir şairənin xocalı kölgəsidir. Əli Rza XƏLƏFLİ 18.02.2019
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru ( Ustad şair İsmayıl İmanzadəyə məktub) Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir… Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini isə Sənin adaşın olan qardaşım hələ çox əvvəllər tapıb gətirmişdi… Onun müəllimi olmuşdum… tapşırıq vermişdim ki, hər kəs özünün böyük adaşı haqda yazsın… Təsəvvür et ki, o , 40 il bundan əvvəl sənin böyüklüyünü uşaq məntiqi ilə necə sübut edirdi… Sonra mən mətbuata keçdim… Səninlə görüşlərim müntəzəm xarakter aldı… apardığın dərnəyə dəvət edirdin ki, müəlliflərin yaradıcılığını təhlil edim… Ümid ədəbi dərnəyində oxunan şeirlərin səviyyəsi məni qane etməyəndə öz şeirlərini oxumağını heç unutmuram… Bununla sanki demək istəyirdin ki, bilirsən kim nə yazır və necə yazır… Bir sözlə, Sən bir şair kimi zaman zaman insanların qəlbində bitirdin… indi böyük ruh aləminin köklu Çinarısan… çox əzəmətli Çinarı… Xətrinə dəyməsin, bəzən mənə elə gəlib ki, sən dahi axtarıb yanında durmaq , şəkil çəkdirmək xəstəliyinə düçar olmağa doğru gedirsən… ancaq buna sənin səmimiyyətin imkan vermədi… Sən bizim İsmayıl olaraq qaldın… Dahi xalqdır… səni tanıyan , sevən, səndən yaxınlığa , ünsiyyətə görə qonaqlıq ummayan insanlardır… Bu gün Sənin şair taleyin yurd həsrəti ilə ömür pillələri qalxır…Sənin, yəni ədəbi ictimai rəydə kifayət qədər yeri olan bir şair İsmayıl İmanzadə kimi cəmiyyətin ruhən diri qalması naminə mübarizən, yazıb yaratmağın bir ordunun görə bildiyindən az dəyərli deyil…Qalır ki, rəsmi təsdiq … bunun özünün də maraqlı tərəfləri var… İnsanlar haqqı olub rəsmən təqdir olunmayanların xatirəsini daha əziz tuturlar… Bir də ki, hələ cavansan… yaşa görək… …az qala unutdum sənin kitab axtarmağını… kitablar çoxdan səni sevən, tanıyan insanların ruhuna hopub, yaddaşına köçüb… çox vacib olsa faksimile edərik… orijinalın özündən fərqlənməyən… P.S. yəqin bilirdin ki, bizim ailənin , yəni mənim kitabxanam rayonda ən böyük , ən zəngin kitabxana idi .. rayon üzrə şəxsi kitabxanaların hesabatında da bu göstərici vardı… rəhmətlik Bahadır Mehdiyev, bizim Tariyel Abbaslı, rayonun digər nüfuzlu komissiya üzvləri xüsusi rəy yazmışdı …həmin rəyi mən rayon qəzetində çap etdirmək istəyirdim…təəssüf o vaxt… nə isə… həmin rəydə qiymətli kitablar, dəyərli ədəbi elmi nümunələr sadalanırdı… ayrıca qeyd olunurdu, Sərdar Əsədin, Sabir Əhmədovun, Sabir Süleymanovun və sənin , yəni İsmayıl İmanzadənin adları….o vaxt bu əsas şərtlərdən biri idi…Çəbrayıldan olan elm və sənət adamları şəxsi kitabxanalarda necə təmsil olunur… Bir sözlə , həmin kitabxana üç hissəyə bölündü. . Bir hissəsi Xələflidəki ümümi evimizdə, bir hissəsi Cəbrayıl şəhərindəki evimdə, bir hissəsi də Mərcanlıda dostum Ələsgərgilin evində qaldı… bizi m əmlakımız da elə yəqin sənin vaqonunla qonşu olaraq qənimət kimi aparılıb… Tarixən qəsbkarlar qəsb elədikləri əraziləri talan etməkləri ilə fəxr ediblər…ancaq unudurlar yaddaşı talan etmək olmaz… Əzizim İsmayıl İmanzadə … sən artıq xalqın tarixi mənəvi yaddaşında yaşarı haqq almısan… üzü gələcəyə yaxşı yol…hələ görüşlərimiz ,yəqin ki, yenə olar… sevgi və səmimiyyətimizi qorusaq , qoruya bilsək , əbədiyhətdə də … Səninlə dostluq mənim üçün fərəhdir… Asif Ata fərəhi yaşamağın özülü kimi şərh edirdi… …Qəlbin fərəhsiz olmasın… Oxuculardan və əziz dostum, səndən bəndənizi bağışlamaq dilərdim… mətni birbaşa, redaktəsiz yaddaşa verdim… Əli Rza Xələfli… 05 . 09. 2020. LökBatan…8.35.
Sən, Dədə Qorqudun yadigarısan Xalqımın kimliyi, etibarısan, Bütün Türk elinin iftixarısan, Harada səslənsən əhval olur saz, Necə də doğmasan bizə, telli saz.
Yolların çətindir, daşlı – kəsəkli, Daima olmusan aydın məsləkli, Nəğmələr demisən təmiz diləkli, Qarda, sərt boranda gətirmisən yaz, Necə də doğmasan bizə, telli saz.
Hər zaman kökdəsən, həyatcanlısan, Ələsgər, Azaflı, Tufarqanlısan, Koroğlu, Qurbani, Bozalqanlısan, Qoşaca qanaddır xoş söz, xoş avaz, Necə də doğmasan bizə, telli saz.
Saz ilə söhbətin yeri başqadır, Evlərdə məkanın daim başdadır, Sənlə keçən ömür, vallah, bal dadır, Sənsiz məclislərin ləzzəti olmaz, Necə də doğmasan bizə, telli saz.
Xəbər gətir böyük Turan elindən, “Şikəstə,” “Dübeyti,” “Sarı tel”indən, “Ruhani,” “Dilqəmi,” “İncəgülü”ndən – Dinləsəm, heç zaman ürəyim doymaz, Necə də doğmasan bizə, telli saz.
Haqdan yaranmısan nurdu əməlin, Tanrı dərgahından üzülməz əlin, Səninlə öyünür bütün türk elim, Yaradan göndərib bizə ərməğan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Dar gündə yetişdin Qarabağıma, Nur kimi səpildin qəm ocağıma, Doğma qardaş oldun yaman çağıma, Könlümüzə zəfər sevinci yaxan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Sən türk dünyasının yenilməz dağı, Gətirdin bizlərə zəfər soraģı, Yazdın yaddaşlara bu gözəl çaģı, Zülmətə daģ çəkib Günəş tək doģan, Yenilməz sərkərdə Tayyip Ərdoģan.
Yoğurdun təməldən qüdrətli Turan, Ulu Türk önündə səcdəyə duran, Tarixin ən uca taxtını quran, Haqqın bayraqdarı, ey böyük insan, Yenilməz sərkərdə Tayyip Ərdoğan.
Nə dostdan bir xəbər gəldi, Deyəm əhdə vəfalıymış. Nə şadlıq, nə kədər gəldi, Deyəm ömrü cəfalıymış.
Nə bildi, ağladım, güldüm, Nə bilsə, bildiyin bildim. Nə bildi qəm yeyib öldüm, Bu eşq şair xəyalıymış.
1993
*Bu şeir Xalq şairi Mirvarid Dilbazinin 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi” haqqında 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən işıq üzü görmüş “Seçilmiş əsərləri” kitabından seçilərək dərc olunur