Ömür yolu – sevgi yolu,
Mәnә sevdiklәrim qalar.
Sevgilәrlә qәlbim dolu,
Mәnә sevdiklәrim qalar.

Əlәnib keçәr әlәkdәn,
Tәmizlәnәr un kәpәkdәn.
Balı süzәllәr pәtәkdәn,
Mәnә sevdiklәrim qalar.

Kimdi ölü, kimdi diri,
Kimdi bu ocağın piri.
Seçәrәm çaqqalı, şiri,
Mәnә sevdiklәrim qalar.

Solar yanaq, çatılar qaş,
Düşünmәkdәn yorular baş.
Zaman keçәr yavaş-yavaş,
Mәnә sevdiklәrim qalar.

İz var itәr, daşda qalmaz,
Söz var gedәr, huşda qalmaz,
Yaddan çıxan başda qalmaz,
Mәnә sevdiklәrim qalar.

Dağım deyil, çәnim deyil,
Tarlam deyil, dәnim deyil,
Sevmәdiyim mәnim deyil,
Mәnә sevdiklәrim qalar.

Yaşıldı, aldı, bilmәrәm,
Tirmәdi, şaldı, bilmәrәm.
Kimә nә qaldı bilmәrәm,
Mәnә sevdiklәrim qalar.