Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax-Ağstafa

Bürosunun Rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Evimin işığı da,
Dünyamın günəşi də,
Bütün varlığım mənim,
Sənsən, körpəcə qızım!

Sanıram yüz adamsan,
Görürəm düz adamsan,
Söz təki saf adamsan
Birsən, körpəcə qızım!

Həm tarım, həm sazımsan,
Ən gözəl avazımsan,
Əl çatmayan gözəllik,
Dürsən, körpəcə qızım!

Yanımda olanda sən,
Dünya mənimlə olur,
Sənin də öz dünyan var,
Sirsən, körpəcə qızım!
14.11.2015.
Anan Səbinə YUSİF