“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Gele bilirmisin? Gel… Gidebildiyin gibi gel… Gidişini kucaklayan yolları Sana tarif edemem… Bitanem… Gel… Bildiyin gibi gel…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir ağustos akşamıdır… Yüreğimden esen rüzgar Saçlarına ulaşıyor mu? Sende de hatıralar Aşk saatinin tersine Dörtayak koşuyor mu?
Bir ağustos akşamında Dertleşirim şiirle; “Yağmurlar beni sevmiyor”… “Ama arkadaşım çay Dönüyor bir yudumluk sevgiliye…” Orhan hocam da çaya “arkadaşım” diyor…
Ben ve ağustos akşamı… Kalbim hala unutmuyor İçinden geçib gitmişleri… Beyaz seçmişim çay bardağımı… Ruhumun dalgaları sahile vuruyor, Kim buluyor şiirimde “yitirilmişler”i?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Bir yerə ki çağırdılar, Getmək üçün ar eləmə. Bir yerə ki çağrılmadın, Heç o yeri dar eləmə.
Qalsın gözü yollarında, Qoy qalmasın pullarında. Yevroları, dolları da, Manatınla yar eləmə.
Qəpiyinə güllə atma, Ciblərini topa tutma, Topu topa belə qatma, Oynadılan şar eləmə.
Kim çağırdı, dünyaya gəl? Gəl-gəl deyir, amma əcəl, Səma özü kimi dəcəl, Qulağını kar eləmə.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Payızın üstündə yaman əsirsən, Bir həsir, bir də ki Məmmədnəsirsən, Eləbil tufandan qalan kəsirsən, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən külək?”
Payızın əlində yesirsən yesir, Baxan elə bilər olmusan nasir, Tutduğun əmələ günəş də susur, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən, külək?”
Payız səni görüb səsini qısır, Toz-torpaq içində hər işin qüsur, Mənim hisslərimə edirsəm təsir, “Külək, niyə belə əsirsən, külək Niyə ümidimi kəsirsən, külək?!”
722-ci ilin payızı idi. Əməvi xilafətinin başçısı Yezid ibn Əbd əl-Malik otağında narahatlıqla var-gəl edirdi. Son zamanlar aldığı bəzi xəbərlər onun yuxusunu qaçırmışdı. Uzun düşüncələr sonucu axır ki, bir qərar verə bilmişdi. Bir azdan qərarını açıqlayacaqdı. Ancaq hələ də verdiyi qərarın doğrumu, yanlışmı olduğunu qətiləşdirə bilməmişdi. Hərdən keçib yerində otursa da, az sonra gərginliyini azaltmaq üçün təkrar durub gəzişməyə başlayırdı. Bu zaman xidmətçi içəriyə daxil oldu: “Ya Əmir! Əl Cərrah gəldi”!- dedi.
Xəlifə əlinin işarəsi ilə razılığını bildirən kimi Əl Cərrah otağa daxil olub təzim etdi. Xəlifə “Otur”!-deyə əmr edəndən sonra özü də keçib yerində əyləşdi və sözə başladı:
– Azərbaycandan yenə xoşa gəlməyən xəbər almışam. Səksən ildir ki, onları ərəb xilafətinə tabe olmağa məcbur etməyimizə baxmayaraq, yenə də onlar boyun əymir. Onlarla çox ciddi haqq-hesab çəkməyin zamanıdır, Əl Cərrah! Səni Azərbaycana hakim təyin edirəm. Bütün Azərbaycanı hökmümüzə tabe etmək üçün əlindən gələni etməlisən. Ancaq unutma ki, Azərbaycanın quzeyində yaşayan ən böyük türk boylarından olan Xəzərləri məğlub edə bilməsən, o məmləkətdə heç nəyə nail ola bilməyəcəksən. Ümid edirəm ki, həm yaxşı döyüşçü, həm də bizə sadiq xidmətçi olduğunu sübut edəcəksən!
Əl Cərrah ayağa qalxıb əlini ürəyinin üstünə qoydu. Sonra təzim edərək:
– Hökmünüz icra olunacaq, ya əmirəlmöminin!- dedi.
Əmir onu sınayıcı nəzərlə başdan-ayağa süzdü. Sanki sonuncu dəfə baxırdı sadiq xidmətçisinə…
-Yeddi gün sonra səhər Günəş oyanmamış Əl-Cərrah iyirmi minlik qoşunla Azərbaycana yola düşdü. Bərdəyə qədər gəldi və burada düşərgə saldı. Lakin Əmirin tapşırığı və ilk gündən özünü təsdiq etmək ehtirası onun burada rahat oturmasına imkan vermirdi. Odur ki, burada çox qala bilmədi. Bir müddət Bərdədə düşərgə salandan sonra xəzərləri yenmək məqsədi ilə Dərbəndə doğru yol aldı.
…Xəzər döyüşçüləri arasında çaşqınlıq yaranmışdı;
– Xəbəriniz varmı ərəblər bizimlə döyüşə gəlir?!
– Qoy gəlsin, görsün qılıncımızı.
– Deyirlər onlara heç bir silah təsir etmir, heç ox da batmır.
– Xəzərin qılıncı qayanı da yarır. Ərəbin başınımı kəsmiyəcək bu qılınc?!
– Deyilənə görə onlar göylərdən gəlib. Kim onlara silah qaldırarsa, böyük faciələr baş verər. Günəş tutular, ay tutular…
Belə söhbətlər Xəzər döyüşçüləri arasında ikitirəlik və ruh düşkünlüyü yaratmaqdaydı. Ərəb böyüklərinin bölgələrə səpələnən təbliğçilərinin əhali arasında yaratdığı mif artıq, öz işini görməkdəydi…
Günəş yenicə doğmuşdu. Düşmən döyüşçülər üz-üzə dayanmışdı. Bir azdan amansız savaş başlayacaqdı. Əl Cərrah döyüşçülərini bir daha az sonra başlayacaq döyüşə hazırlayırdı:
– Ey ərəb ordusu!
Siz Allah və din yolunda döyüşürsüz. Allahımız, bizə kafirləri öldürməyi əmr etdi. Cəsarətlə və həvəslə döyüşün. Bu döyüşdə kim həlak olarsa, bilsin ki, dərhal cənnətə düşəcək. O biri dünyada sizi ağ bədənli, iri gözlü hurilər qarşılayacaq.
Onlar cənnətdə sizə dadı dəyişməyən şirin sulu bulaqlar, süd gölləri, içənlərə ləzzət verən, yaşıllıqlar içində gecə-gündüz axmaqda olan şərab çayları təqdim edəcək. Siz o şərabdan sonsuza qədər bol-bol içəcəksiz. O şərablar dünyadakı şərablar kimi sizə başağrısı verməyəcək. Bu döyüşdə sağ qalan hər kəs isə böyük şöhrət qazanacaq, çoxlu qənimət əldə edəcək, var-dövlət sahibi olacaq, evinə çoxlu qızıllarla qayıdacaq…
…Ordular yüz illərin barışmaz düşmənləri kimi döyüşməyə başladılar. Şiddətli və amansız döyüş oldu. Ancaq buna baxmayaraq, düşmənləri haqqında məqsədli şəkildə yaradılmış mif öz işini görürdü. Xəzər qoşunlarının böyük hissəsi tərəddüd içində, qorxuqarışıq ehtiyat hissi ilə döyüşürdü. Beləcə, səhər başlayan döyüş axşama yaxın ərəb qoşunlarının zəfəri ilə sonuclandı.
Ərəb qoşunları bu döyüşdən xeyli qənimət əldə etmişdi. Onların qəniməti keçdikləri yaşayış yerlərindən taladıqları var-dövlət və daha çox qazanc əldə etmək üçün qul kimi satmaq niyyətilə apardıqları əsirlər idi…
O ili Əl Cərrah qışı Aranda keçirdi, yazda isə Ərdəbilə gəldi və burada düşərgə saldı.
…724-cü ilin əvvəllərində xəlifə Yezid ibn Əbd əl-Malik öldü. Ondan sonra Yezidin qardaşı Hişam ibn Əbd əl-Malik xəlifə oldu. Yeni seçilən xəlifə Əl Cərraha xəbər göndərdi. Ona Azərbaycanda qalmağı və yenidən ayağa qalxmağa başlayan Xəzərlərə qarşı savaşmağı əmr etdi. Əl Cərrah bir müddət Savalanın ətəyində düşərgə salandan sonra yaxın zamanda əmrə uyğun olaraq, Dərbəndə doğru – xəzərlər üzərinə yürüş etməyi qərara aldı.
…Xəzərlər heç cür yenilgi ilə barışa bilmirdi. Yenilgidən ən çox qeyzlənən və özünə yer tapa bilməyən Xəzər Xaqanının gənc oğlu Bars Bəy idi. O, artıq bir neçə ay idi ki, döyüşkən Xəzər oğullarını ətrafına toplayıb işğalçılara qarşı savaş açmaq üçün hazırlıq görürdü. Bunun üçün də ardıcıl olaraq döyüş təlimləri keçir, onlarla söhbətlər aparır, düşmənlərin heç bir qeyri-adi gücə sahib olmadıqlarını, onları cəsarətlə döyüşərlərsə, Xəzərlərin düşməni yenə biləcəklərinə inandırmağa çalışırdı. Uzunmüddətli söhbətlər və ardıcıl təlimlər öz bəhrəsini verməkdə idi. Yaz gecələrinin birində Xaqan oğlu Bars Bəy qəti addım atmaq niyyəti ilə ordu başçılarını ətrafına toplayıb sözə başladı:
– İki ildir gecələrimiz əzab, gündüzlərimiz qəm içində keçir. İki ildir qəhrimizdən bayram etmədik, şənlik keçirmədik. Törələrimizdən uzaqlaşmağa başladıq. Atalarımızdan utandıq, analarımızın yanında rəzil olduq, qadınlarımızın üzünə baxmaz hala gəldik. Tanrımı üz çevirdi bizdən?! Özümüzə qayıtmağın, bizi üzən əzaba və kədərə son qoymağın zamanı gəldi. Bizi bu rəzil durumdan ancaq savaş qurtara bilər. Savaşaq ki, özgürlüyümüz var olsun! Qılınclar qında pas atmasın! Atlarımız büdrəməsin! Tanrı bizi özgür görmək istər. Savaşaq ki, Tanrı da bizi bağışlasın… Bars Bəy çıxışına qısa ara verib dərindən nəfəs aldı və ucadan sordu:
Ərənlərim! Bu yenilgi ilə yaşamağı qəbul edirsizmi?!
– Yenilgi ilə yaşamaq, yaşamaq deyil, rəzillikdir!
– Ya düşmən üzərində qələbə qazanmalı, ya da savaşaraq ərən kimi ölməliyik!
– Özgürlüyümüzə gedən yol savaşdan keçir. Başqa yolumuz yoxdur! – deyə ordu başçılarından- ərənlərdən səslər ucaldı.
– Elə isə hazırlaşın, sabah döyüşə gedirik! – deyə Xaqan oğlu Bars Bəy qılıncını sıyırıb göylərə doğru uzatdı.
– Sabah döyüşə gedirik! Otuza qədər qılınc qından sıyrılıb havada parladı…
…724-cü ilin yazı idi. Ərəb xilafətinin sərkərdəsi Əl Cərrah Savalan dağının ətəklərində düşərgə salmışdı. O, yaxınlarda Dərbəndə doğru- Xəzərlər üzərinə yürüş etməyə hazırlaşırdı. Son zamanlar Xəzərlərin yenidən ayaqlanmasından az-çox xəbərdar idi. Yürüş üçün toplanmağı və qərar verməyi düşünürdü. Bu düşüncələrlə uğraşdığı bir zamanda ona Xəzər ordusunun onlara doğru gəldiyi və artıq yetişmək üzrə olduğu xəbərini gətirdilər. O, bir az sonra uca bir yerə çıxdı. Quzeydən onlara doğru sel kimi axıb gələn bir ordu gördü.
Bu, Xaqan oğlu Bars Bəyin başçılıq etdiyi Xəzər ordusu idi…
…Qəzəbli və güzəştsiz bir döyüş başladı. Var-dövlət və cənnət arzusu ilə döyüşən qoşunla, cənnətini özgürlüyündə görən bir qoşun arasında ölüm-dirim savaşı oldu. Səhər başlayan şiddətli döyüş günorta başa çatdı. İşğalçı ərəb qoşununun çoxu bu savaşda öldürüldü. Xilafət ordusundan yalnız bir neçə nəfər qaçıb canını qurtara bildi. Əl Cərrahın da cəsədi bu saysız-hesabsız ərəb cəsədləri arasında idi…
…Savalandan quzeyə- Dərbəndə doğru qalib bir ordu gedirdi. Bu, Xaqan oğlu Bars Bəyin ordusu idi. O, çox böyük qənimətlə geri dönürdü. Onun qəniməti yenidən əldə etdiyi qüruru, özgürlüyü və iki ildən sonra ilk dəfə olaraq – Tanrının onu bağışladığı inancından qaynaqlanan – sevinc duyğusunu yaşaması idi.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Yolüstü- yağışların dostu Danış, susduğum yağış Qulağıma yaxın gəl, Bu sənsən? ! Su yanğıma su gətir, Susuzluğu yatır- gəl! Gələrsən?! Güz çiçəyi kimiyəm. Mən bahar yaşamadım. Sevilməyi bilmədim Ümid kimi- ölmədim. Sən tək dönə bilmədim hər gedişin sonundan. Mən sevgiyə gec qaldım- Sevgidən aca qaldım. Bəlkə də uca daldım. Gəl,e…. gəl.. Yanağımda düzül,gəl. Dodağımda isin! Gəl! Gülərsən. Danış , susduğum yağış Dodağıma yaxın gəl. Bu sənsən..
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Heç bilmirəm. Heç bilmirəm Arzuları neçə günə ovutdum, İnamımı neçə ucuz dostlarımçun ələdim. Yaşlanırdım -mən həminki,o acıdil kobuddum. Ciblərim də boşalmışdı, ürəyimi xərclədim. Mayası bol uydurmadır sevgilər . Elə olur adətən. Hər gün nağıl dinləyərdim Uşaq ikən “yox babam”ın dilindən. Bir peşəkar yalançıydı -gözlərim də- Gülümsərdi ağrıların əlindən. Dinlədiyim nağıllarda ölənləri saydıqca, Dodağımı gəmirərdim, qabırğam da göynəyərdi əlimdən. Elə gözəl böyümüşdüm , Elə körpə uşaq ikən ölmüşdüm- Fərqlənirdim yaşıdlardan, ilan kimi mələyirdim,İlahi. Deyirdilər ,sən əvəzsiz, bağışlayan, rəhmdil.. Necə oldu, 3-4illik uşaqlığa qıya bildin, İlahi.. Mən yenə də sənə küsdüm, Səndən qaçdım, üsyan etdim, İlahi… Yuxulardan boz dünyama yolladığın qollar da HələliyI həmişəliyə dəyişdilər bir axşam. Yenə həmin qaranlığa göndərdilər könlümü Ayaq tutub , yenə sənə qaça bildim,İlahi..
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Bu şəbi yeldada səni düşündüm- Gözündə yox idim əzəl baxışdan Bilirdim qozbeli qəbir düzəldər.. Bilmirdim kor qalar gözlər – baxışdan.
Bilirdim qozbeli qəbir düzəldər.. Bilmirdim kor qalar gözlər – baxışdan. Mən yenə bilmədim yoxu, korluğu. Tutmaq da alınmır qara yoxluğu . Tapa bilməyəndə sənli toxluğu Başımı qatmışam suyla, yağışla.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Sən yadıma düşəndə günəşə göz atıram, gözlərimi yandırır. O parıltı sənsənmi? qalan ağlımı alır.
Sən yadıma düşəndə kəndimizin şəklini ürəyində daşıyır içimdəki boz divar. O kənd sənə tanışdı? Səsin kəndə aparır, mənə tanış o civar.
Sən yadıma düşəndə ay günəşlə yarışmır, günəş ayla öpüşür. O ay sənin dostundu? Mənə səndən danışır, sözünü kəsməyəndə darıxmağım ötüşür.
Sən yadıma düşəndə İçir gülür babalar, gözündə cavanlaşır ən deyingən qarılar. O cürünü görmüsən?! Elə bil çiçəklərdən toz daşıyır arılar.
Sən yadıma düşəndə Dənizdə qayıq batır, əllərimdən yapışır kömək istəyən qollar. O dənizi bilirsən? Necə xoşbəxt olurlar, neçə yuva qururlar on bir rəngli balıqlar…
Sən yadıma düşəndə Düşür yadıma yollar. Yeridikcə hər küçə, səssiz dolanmış qollar. O qolların ağrımır ələndikcə yağışlar?! Mənəm də, Allah haqqı, sən yadıma düşdükcə sonunu dəyişırəm- xoşbəxt bitir nağıllar.
İKİNDİ AZANIYLA… İkindi azanıyla yol alır Üfiqə doğru Günəş. Yol aldığı yerdən sarır buludları atəş rəngi. Bəzəyir göy üzünü Qırmızının sarıyla ahəngi. Qıyıldıqca günün gözü Zamanı xatırladır – Dünəni xatirə, Sabahı xəyal Bugünü acısıyla, Şiriniylə gerçəkliyin bəmbəyaz üzü.
LÖVBƏR SALMAZ GƏMİLƏR Bu limana lövbər salmaz gəmilər, Susar qağayılar sahil boyunca. Günəş də dənizə qıyğacı baxar, Çəkilər qınına yerdən doyunca.
Rüzgar qayalara çırpar dalğanı, Dənizə atılmış dərdlər dağılar. Buxarlanıb göyə çıxan hər dərdə Yağış söylər həzin-həzin ağılar.
Yer üzü islanar insan ahıyla, Allahı unudan yadına salar. Yenə o sahildə bərk qaya üstə Gedənə həsrətli tək qalan ağlar.
YOL BİR NƏFƏS “Öz dibinə kölgə salmaz şam ağacı”, Dərd gözünü zilləyər, Sevinc baxar qıyğacı. Ömür yolun ölçər zaman- Həyat adlı. Bir gün gəlib keçmək bilmir, İllər isə yel qanadlı. Uzaq gəlir, hər şey uzaq, Ümid əsir, arzu əbəs. Bu dünyadan o dünyaya Uzaq deyil, yol bir nəfəs.
TƏBİƏTİN BƏSTƏSİ Budağıyla vidalaşan Xəzəllərin xışıltısı Təbiətin bəstəsidi. Aynəbəndi döyəcləyən Sərçələrin civiltisi Payız zümzüməsidi. Noyabrın bir qucaqlıq darıxmağı Gəlib qoynuna sığınar. Anlayarsan, Hamı hər kəsin heç kəsidi.
ELƏ İNTƏHASIZ DARIXIRAM Kİ… Elə intəhasız darıxıram ki… Dilimdə ən şirin sözüm darıxır. Nəmli kirpiyimin sığal çəkdiyi, Çuxuru göllənmiş gözüm darıxır. Elə intəhasız darıxıram ki… Bu şəhərin mənəm qərib sakini. Qayğılardan yosun tutmuş ürəyim, Qarışdırmış nifrət ilə sevgini. Elə intəhasız darıxıram ki… Uzaq düşər sevinc, kədər boylanar. Pəncərəmi xısın-xısın döyəclər Qaranquşu yola salan son bahar. Elə intəhasız darıxıram ki… Üzərimdə nakam arzu kölgəsi. Bu dünyaya ruhum sığmır əzəldən, Yəqin, odur darıxmağın bəlkəsi.
* Mən seçmədim göz yaşına əsirliyi, Tale seçdi. Ruhum göyərçin tək dar qəfəsdə Kədər biçdi. İndi gözəl nə düşünsəm, yanındadır kədər payım. Sevinc heçdir. Bilinmədi qaça – qovda uşaqlığım, Gəncliyim də Belə….keçdi
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
Mənə nə desən de, xanım əfəndim, Amma mənə bircə “can” demə, nolar! Mənə “can” deyənə can borcum qalır, Qıyıb da gəl “qana-qan” demə, nolar.
Mən çoxdan halıyam can əzabından, Bilirəm can alıb, can vermək nədi. Təzə yaraları qaysaq tutanda, Köhnə yaraları qan vermək nədi…
Daha buz dağıdır mənim can payım, Xəbəri də olmaz – “ət kəs ətindən”. Virandı can evim, könül sarayım, Virandı eşq adlı səltənətim də.
Şan-şöhrət deyirsən… Nə bilim, varsa Şöhrət sənə qurban, şan sənə qurban. Ömrünə bir anlıq ömür qatarsa, Apar, sənin olsun, can sənə qurban.
Dilindən çıxınca bir himə bəndəm,- Mənə alış demə, yan demə, nolar… Mənə nə desən de, xanım əfəndim, Amma mənə bir də “can” demə, nolar.
Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri
Bir qonaqlıq qurdu Vasif Süleyman, Qışın oğlan çağı, yazı çatışmır. Bir evi soyuqdur, bir suyu gəlmir, Bir də mətbəxində qazı çatışmır.
Ac qılınca çapar yetirəsiydik, İşıqla hər şeyi ötürəsiydik. Nolu hardan olsa götürəsiydik, Nə fayda şitində fazı çatışmır.
Tapardın süfrədə quş südü desən, Qurtaran deyildi bir həftə yesən. Kremildən gəldi arağı, əhsən, Çoxu çox yerində, azı çatışmır.
Dolur boşalanlar, kəsilmir ara, Nə qulluğa söz var, nə sağlıqlara. Efiri dağıdır, sökür gitara, Ekranda Afrika cazı çatışmır.
Bizə də sərfiydi, açım bu sirri, Nə özü içirdi, nə də şoferi. Şəmkir konyakının göründü yeri, Can-başla razıydıq-razı, çatışmır.
İbrahim İlyaslı, sinəni sərif, Yazdığın tənqiddi, yoxsa ki tərif… Bir qafiyən qalır, gəl olma hərif, Biryolluq denən ki, sazı çatışmır.
İblisləşən varlıqların donu təmiz üzü ağ sözü şirin fikri səlis ruhu yanar sevgiləri buza dönmüş odu sönmüş həniri yox əməlləri min rəng verər faydası yox, xeyri yox min məna var min cildi var şəri var zülmət çökən çirkə dönən qəlbi var İblisləşən varlıqların şeytan olmuş məni var
Ulu Tanrım Əmr elədin əzab doğdum gecə – gündüz ölçdüm – biçdim libas kimi geydim onu şaxta gəldi sazaq oldu İsti oldu Soyuq oldu Tək örtüyüm – Göndərdiyin iztirabim Məhəbbətim – “Yox”dediyin tək yasağım İniltim laylaya döndü Avazında uyuyaraq Sinəm sevgimə tək məzar Gözüm qəbrimə qan sızar Bu bir sevgi – Dadı əzabından böyük Bu bir sevgi – vüsalı bölük – bölük…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yine izlerken onları Kıskançlıkdan ölüyorum… Yine dönüyor başım, Bi daha deliriyorum…
Bu sabah da geldi yine Gökyüzünden Leyla gibi damlalar… Sarmaş-dolaş sevişiyor Damlalarla çınarlar…
Geberiyorum kahrımdan… Ölüyorum… Kimse bilmiyor… Bu sabah vahşetle haykırıyorum: -Yağmurlar beni sevmiyor!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yakışmıyor öyle sana Bi güldürüp, bi ağlatmak… Dua et, Yazmasın günahına Melekler… Ben günahım muhakkak. Sevda treninden iniş geçen ömürde… Kocaman bi yolculuk duruyor önünde… Hadi… Uzat elini… Kapanmasın aşk defteri… Biliriz ikimiz de Gider de gelmez bu fırsat… Aşk bir serseri…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Düşdü gözlərimdən can dediklərim, Min əzab içində, min dərd içində, Allahdan dua tək istədiklərim, Qırışdı alnımda. Qara saçımda, ağardı ağappaq kədərə döndü, Bütün fəsilləri payız elədi. Çiçəyi, böcəyi sevən adamı, Dünyada hamıdan yalqız elədi.
Zəlzələ sonrası dağıntılardan, Çıxan cəsədlər tək nəfəssiz, səssiz, Anlaya bilmədim, günahım nədir, Anlaya bilmədim, kim idiniz siz.
Hərəniz əlində bir bıçaq, bir daş, Məni əli yalın, ayağı yalın qovdunuz, qovdunuz inamım boyu, Qovdunuz, yıxdınız inamlarımdan.
Küsdüm bu dünyanın ağaclarından, Küsdüm bu dünyanın adamlarından. Küsdüm sərçələrdən, qağayılardan, Şimalda don vurmuş okean üstə Bala yedizdirən ağ ayılardan.
Küsdüm, bir mücrüyə çəkilib qaldım, Küsdüm, mat-məəttəl dikilib qaldım. Üzümü Allaha döndərmək üçün İçimdə, çölümdə bir üz tapmadım. Nə tövbə etməyə inam tapmadım, Nə dua etməyə bir söz tapmadım.
Küsdüm bu dünyanın adamlarından, Küsdüm sərçələrdən, qağayılardan. Şimalda don vurmuş okean üstə, Bala yedizdirən ağ ayılardan…
* * *
Qorxma bulud gözündə çaxan o şimşək mənəm, Qışın oğlan çağında payız yaşayır ömrüm. Bu gecə qəm içində tək Allahdı, tək mənəm. Mən cəhənnəm, bu şəhər sənsiz üşüyür, Ömrüm.
Nə söylədin yollara çağıranda uzaqlar ? Tanıdımı görəsən torpaq səni, daş səni? Hara apardı səni qanadında uçaqlar? Hara daşıdı görən dimdiyində quş səni?
İnanma, bu ömrün vəfası yoxdur. Dərd verən allahın dəvası yoxdur. Şərəfli həyatın səfası yoxdur, Cənnət uydurmadı, gümandı şair, Adəmi aldadan imandı şair.
Dünyaya saf gəldin çirkləndin ama, Nə İsa Məsihsən, nə Məryəm ana. Çəkdiyin siqaret bircə uduma, Tütündü, qətrandı, dumandı şair Çəkmə zəhrimarı, ziyandı şair.
Xoş üzün görmüşük haçan dünyanın, Özü, öz əksindən qaçan dünyanın? Bizik iç üzünü açan dünyanın, Həyat yaxşılara ziyandı şair, Azadlıq ən şirin yalandı şair.
Çözə bilmişikmi haqq nə nahaq nə? Sonu nə olacaq, bunun baxaq nə. Ömürə nə gələk, bölək, çıxaq nə? Bərabər ölümə tamamdı şair. Bizimki iynədir, samandı şair…
* * *
Yaxşı ki, o səhər ölmədim, O sən gedən səhəri deyirəm. Yadındadır, mən topladım Əşyalarını hələ? Hıçqırıqlar içində pıçıldadım da Get, gülə- gülə.
Yox e, sözüm onda deyil, Yaxşı eləyib getdin. Qalıb nə edəcəkdin ki , Viranə ürəyimdə? Onsuzda əzəl gündən Yalançı məhəbbətdin, Onsuzda düşmən bıçağı idin Kürəyimdə.
Bax heç zəng etmirəm də, Nə də axtarıb,sormuram. Həvəsində deyiləm qapalı dəftərin, Çoxdan külünü sovurmuşam, Lənətə gəlmiş vərəqlərin.
Sonra demə unuda bilmədin məni, Lovğalıq qatma gülüşünə. Danışmağı sevmirsən bilirəm, Sussmağın da anlam verir Gedişinə…
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Səadət Həbibqızının “İntihar həll yolu deyil”hekayəsini təqdim edir.
Ucqar dağ kəndinin sağ qanadında yerləşən, xudmani, kiçik bir evi dekabrın soyuğunda sevinc səsləri isitmişdi. Gənc ailənin beş ildən sonra ilk övladı dünyayla salamlaşmışdı. Babalar quda olandan bu yana ilk dəfə bir-birlərinin gözlərinin içinə dik baxmış, birağızdan: – Qızın adı Fərəh olsun! – demişdilər.
Fərəh gətirmişdi bir-birinə calaq olmuş iki nəslə qızcığaz… Amma “fələk” dediyimiz nədirsə, hesabını anlamaq bəşər övladının hünəri deyil axı… İnsan ömrünün iki ilinin bu hesabda nəyə bərabər olduğunu bilməksə… Burda “bilmək” sözünü mücərrədləşdirəndi “fələk…”
Sevincli dekabr axşamından düz iki il sonraydı, bir axşam qaratikan kollarından hörülmüş çəpərin o üzündən kimsə səsinin gur yerinə saldı:
– Tar düşdü dağ yolunda! Dovşan ovuna gedən varıydımı kənddə?
Qızının ikinci ad günündə süfrə boş qalmasın deyə səhər ertədən cələ qurmağa getmişdi gənc ata… Və qayıtmamışdı… Və heç qayıtmadı da… Nəşi aylar sonra-qar əriyib dağ çaylarının canına can qatanda tapıldı…
…İllər yelqanadlı keçir deyirlər. Amma dərddən yaxasına bəzək taxan günlər bu yeldən qanadın adını da yada salmağa qoymur. Fərəhin anası beləcə, dərdini dağlara, daşlara danışa-danışa, hüznünü, səssizliyini qızına danışdığı nağıllardakı şah qızının adına yaza-yaza dörd il keçirdi. Bir gün də, altı yaşlı qızının əlindən tutub kənd məktəbinin heç vaxt örtülməyən dəmir darvazasından içəri girdi…
Qızının hər aldığı “5” ilə üzündəki dərd kölgəsi öləzidi, gününün işığı çoxaldı ananın. Dəfələrlə “İlin ən yaxşı şagirdi” oldu Fərəh. Yetmədi, rayon mərkəzindəki olimpiadalardan diplomlarla, hədiyyə kitablarla qayıtdı anasının yanına. Anası onun hər uğurunda üzünü illər əvvəl tar düşən dağ yamacına tutur, ürəklə, fərəhlə səslənirdi:Ətraflı
– Fərəhimiz yenə üzümü güldürdü, ay gedər-gəlməzdəki…
Elə ki, Fərəh 11-ci sinfə çatdı, anasının sözlərindəki ahəng də dəyişdi; indi onun səsində umacağın qoynuna sığınmış əminlik, bir az da təlaş vardı: -Fərəhimiz müəllimə olacaq, neçə-neçə ailənin, evin fərəhinə çevriləcək, tumurcuqlara gün işığını, yağış suyunu öyrədəcək… – deyirdi.
Fərəh anasının səsindəki umacağın da, təlaşın da qarşısında özünü borclu hiss edir: “Mütləq universitetə qəbul olmalıyam!” – deyə düşünürdü.
***
Oyunundan baş açılmaz “fələk” insafa gəlmişdi; Fərəh yüksək balla universitetə daxil oldu. Babaları hər nə qədər: – Qızı Bakıya bir kişi xeylağı aparsa, yaxşıdır.-desələr də, ana başını bulamış, ilk dəfə ağsaqqalların sözündən çıxmış, sinəsini irəli verərək: – Uşağımı özüm aparacağam Bakıya. Əlimlə yerləşdirib, ürəyi rahat da geri qayıdacağam.-demişdi.
Qəlbiqırığın qəlbinə dəyməmiş, onunla razılaşmışdılar…
***
Bir bazar günü səhər tezdən çatmışdılar Bakıya. Ana qızını tələbə yataqxanasında yerbəyer etdikdən, görüb-götürdüyü qədər məsləhətlərini verdikdən sonra elə həmin axşam da kəndin yolunu tutmuşdu. Fərəh böyüklüyünü nağıl bildiyi şəhərdə tək qalmışdı… Özünü uzun qış gecəsində anasının söylədiyi nağılların şah qızı deyil, o qızın cibindəki səbir daşı sayır, susur, qəhərini qorxusunun ağzına yem kimi atırdı. Otaqda üç qız idilər, amma hamısı bir-birindən ürkək, bir-birindən çəkincən…
Universitetin ilk həftəsi də dumanlıydı onun üçün; ağlına gəlmədiyi tərzdə geyimlər, bahalı telefonlar, şən-şaqraq səslər, özündən əmin gülüşlər onun üçün bəzən reallıq olmaqan çıxır, uzaq, əlçatmaz xülyaya dönürdü. Gerçəkliklə arasındakı yeganə bağ hər gün ona zəng vuran, hal-əhval tutan anasının səsi idi. Naməlumluğun dumanında azmış kimi günü gün dalınca sıralayan Fərəh bir həftədən sonra məhz bu bağdan yapışıb səmtini buldu: “Mən bu böyük şəhərə oxumağa, anamın arzularını reallaşdırmağa gəlmişəm. Bu şəhərin, bu parıltıların ağlımı əlimdən almağına imkan verməyəcəyəm!” – deyərək özünə söz verdi və sözündə də durdu.
Qələbəliyə qaynayıb-qarışa bilmirdi heç… Amma təklik də ağır yük idi bu qədər həmyaşıdının içində. Bəlkə də, onu əslən Qarabağdan olan, Bakıda doğulub, boya-başa çatan Leylaya doğru çəkən də məhz təkliyinin ağırlığı idi, ya bəlkə, Leylanın sadəliyi, gülərüzlüyü idi; Fərəh sonralar da bu səbəbi axtarmağa cəhd etməyəcəkdi.
…Fərəh birinci kursda oxuyanda ana babası, ikinci kursda oxuyanda isə ata babası dünyasını dəyişdi. Bu, o demək idi ki, anası daha ona nəğd pul göndərə bilməyəcəkdi. Bayaq babaların öz təqaüdlərindən ayırdıqları pay indi heç kimin ailəsinin boğazından, əynindən artmayacaqdı. Dayılar da, əmilər də boyunlarındakı külfət boyunduruğunun altında əzildiyini deyir, xalalar və bibilərsə baxdıqları “yad oğlunun əli”ndə gələnləri öz uşaqlarının arasında güc-bəla bölüşdürürdü. Birtəhər ikinci kursu başa vurdu Fərəh və ilk dəfə o yay kənddəki evlərinə şəhərli qohumlarından heç kim qonaq gəlmədi. Sentyabrın qızılı rəngində anasının üzündəki boz kədərin üstünə qırmızı bir təsəlli şalı atdı:
– Ana, narahat olma, günortadan sonra işləyən qızlar var universitetdə. Mən də işləyəcəyəm. Oxumağımı yarımçıq qoymayacağam, müəllim diplomuyla kəndə qayıdacağam – deyərək anasının baxışlarına yüklənən çarəsizliyi azaltmağa cəhd etdi.
Amma cəhdinin uğurla nəticələnib-nəticələnmədiyini yoxlamaq üçün ikinci dəfə baxışlarını anasının gözlərinə dikməyə cəsarəti çatmadı…
*** Fərəhi işə düzəldən qrup yoldaşı Nihat oldu. O, yaşadığı məhəllənin yaxınlığındakı paltar mağazasına satıcı qız axtarıldığını dedi və Fərəhi də yanına salıb ora yollandı. Dərsdən sonra paltar satmaqla minimum əmək haqqı alacağını bilən Fərəhin ürəyi dağa döndü, özünə inamı daha da artdı. Ertəsi gün Fərəh yeni işi, bu işi ona Nihatın tapması haqqında danışanda Leyla qaşlarını çatmış:
– Nihat bir az, birtəhər oğlandı ey… Onunla ehtiyatlı ol – demişdi.
Fərəh Nihatdan gördüyü yaxşılıq müqabilində özünü ona borclu sanır, hiss etdiyi minnət Leylanın sözlərinin altında başqa məna axtarmağa imkan vermirdi.
…Gün keçdikcə, Fərəh işinin təkcə paltar satmaq deyil, eyni zamanda, mağazanı təmizləmək, paltarları manikenlərə geyindirib-soyundurmaq, qırışanını ütüləmək, ləkələnəni təmizləmək də olduğunu anladı. Bütün bu işlərin hamısını yarım günə sığdırmaq isə onu elə yorurdu ki, bəzən axşamlar kitab üzü açmağa halı qalmır, səhər dərsə hazırlıqsız gedirdi. Beləcə, adı “əlaçılar” siyahısından “zərbəçilər” siyahısına düşdü.
Qrupun ən “vuran-tutan” oğlanlarından biri hesab olunan Nihat isə günbəgün ona bir addım daha yaxınlaşır, bəzən axşamlar işdən çıxanda onu yataqxanayadək ötürürdü. Belə günlərin birində dayanacaqda avtobus gözləyərkən Nihat ona dedi:
– Bəlkə, bu axşam gedək bulvara, bir az dənizə baxaq, hə?
Axşamın alatoranında dənizin mistikası yaman cəzb etdi Fərəhi. Yuxu tökülən gözlərini var gücüylə iri-iri açdı və Nihatın təbəssümünün sehrinə qapılıb razılaşdı. Bir az bulvarda gəzişdilər, dənizə baxdılar, gitara çalan oğlanın oxuduğu “Səni əvəz eləmir” mahnısının sədaları altında xəyallara daldılar və… Fərəh bir də özünü Dağüstü parkda tapdı. Ucalıqdan Bakının gecə mənzərəsi qarşısında heyrətə düşdü və bircə kəlmə belə demədən saçlarını Xəzriyə əmanət elədi. – Düşündüm ki, bura sənə daha maraqlı gələcək. Görünür, yanılmamışam. – Nihat dodaqlarını onun qulaqlarına yaxınlaşdırıb pıçıldayırdı.
Qız səssizcə başıyla onun sözlərini təsdiq etdi və oğlanın boynunda hiss etdiyi nəfəsindən ürpənərək bir addım ondan uzaqlaşdı. Amma Nihat əl çəkmədi, qızın əllərindən yapışdı, onu özünə tərəf çevirdi və gözlərinin içinə baxaraq əminliklə sözə başladı:
– Fərəh, sən mənim çox xoşuma gəlirsən. Əgər hisslərim məni yanıltmırsa, sənin də mənə qarşı nələrsə hiss etdiyini düşünürəm.
Fərəh utanaraq əlini çəkdi… Həyatında ilk dəfə idi ki, bir oğlan onun əlindən tutur, üzünə qarşı belə cəsarətli sözlər deyirdi. Özünü ələ almağa çalışaraq çəkincənliklə dedi:
-Evə getmək istəyirəm… -Yaxşı, gedək. – Nihat qaşqabaqla dedi və o gecə yataqxananın həyətinə çatanadək bir kəlmə də danışmadı.
…Həmin gündən sonra Fərəh bacardıqca Nihatdan uzaq durmağa, onunla həmsöhbət olmamağa çalışdı. Amma Nihat tutduğunu buraxana oxşamırdı. Məsafəli, qıt ünsiyyətlə keçən iki həftədən sonra bir axşam Fərəh işdən çıxınca küçədə Nihat ilə rastlaşdı. Qız ağzını açmağa imkan tapmadan Nihat qəti səslə:
– Fərəh, biz danışmalıyıq – dedi.
Yenə bulvara getdilər və orada keçirdikləri axşam boyunca Nihat Fərəhə sevgi dolu sözlər pıçıldadı, onsuz yaşaya bilməyəcəyindən danışdı, gələcək həyatları ilə bağlı xoş, ürək titrədən vədlər verdi. Qızı yataqxanaya ötürəndə isə özündən əmin halda: -Sənə üç gün vaxt verirəm, Fərəh. Fikirləş, qərarını ver. –dedi.
…Üç günün tamamında iş yerinin qarşısında Nihatı görən Fərəh günlərdir duyğularına, düşüncələrinə hakim olan romantikanın məstliyiylə ona hisslərinin qarşılıqlı olduğunu söylədi. Ertəsi gün isə artıq qrupda hamı onlara “qoşa qumrular” deyə müraciət edirdi.
*** Zamanla qoşalığın üstünə şübhələr də kölgə saldı, küskünlüklər də. Amma heç biri iki sevgilinin bir-birinə dediyi sevgi sözlərinin sayını azaltmadı, ahəngini zəiflətmədi. Üstəlik, Fərəh Nihatın ailəsinə yönəlmiş marağını da qismən doyurdu. Varlı ailənin yeganə övladı olan Nihat heç vaxt yoxluq görməmiş, ehtiyacın məngənəsində sıxılmamışdı. Buna görə də, lazım bildiyi yerdə pul səpələməkdə tərəddüd etmirdi. Dəfələrlə Fərəh bunu ona irad tutmuş, sözlərinin arasına “gələcək ailə büdcəmiz” ifadəsini də qatmışdı. Amma onun bu iradları yalnızca Nihatı güldürməyə yetmişdi.
Dördüncü kursu bitirməyə az qalmışdı. Albalı çiçəyi rəngindəki bir aprel axşamında Nihat Fərəhə dedi:
– Anamgil rayona gediblər. Bu axşam evdə təkəm. Və sənə bişirə bildiyim yeganə yeməyi-souslu makaronu bişirmək istəyirəm. Nə deyirsən? Yeməyimin dadına baxıb gələcək ailəmizdə çömçəni əlimə vermək barədə düşünmək istəyirsənmi?
Qızın ruhunu çulğalayan tərəddüddən xilas olmağı üçün “gələcək ailəmiz” sözləri yetmişdi. Baxışlarını oğlandan qaçıraraq nazla: – Niyə də yox? – dedi.
*** Axşam deyə-gülə souslu makaron yeyən, romantik filmə baxaraq gah gülən, gah qəhərlənən cütlük səhər açılanda bir-birinin üzünə baxmaqdan çəkinirdilər. Çünki onlar Adəmi cənnətdən eyləyən “almanın dadına baxmışdılar”. Dünənə qədər Fərəh üçün sirr, sehr, anlaşılmaz olan bu dad indi ağzında o qədər acılıq yaratmışdı ki, beş dəqiqənin içində əynini geyindi və özünü küçəyə atdı…
İlk bir neçə gündə Fərəh Nihatdan qaçır, onunla üz-üzə gəlməməyə çalışırdı. Amma bir gün fərqinə vardı ki, əslində, qaçan, uzaqlaşan Nihatdır. Oğlan onun telefonunu açmır, mesajlarına cavab vermir, o, axtarmasa, günlərlə Fərəhi yada da salmırdı. Bütün bunlar Fərəhi incidir, özünü öz gözündən salırdı. Təsəllisi isə Nihatın yaddaşında qalan sevgi dolu səsi, dediyi “gələcək ailəmiz” kəlmələri idi. Bu incə, indicə qopdu-qopacaq təsəlli bağından yapışaraq dərs ilini başa vurdu. Diplomunu əlinə alıb kəndə qayıtmazdan əvvəl cəsarətini toplayıb Nihat ilə danışmaq qərarına gəldi.
Həyatın astarı üzünə çıxmış kimiydi. Bu dəfə qapı ağzında Fərəhi gözləyən Nihat yox, Nihatı gözləyən Fərəh vardı. Yorğun, bezgin görünən Nihat onun nə deyəcəyini əvvəldən kəsdirmiş kimi, qıza ağzını açmağa imkan vermədən üyüdüb-tökdü. Etdiyi əməlin yanlışlığı altında əzildiyini dedi, qarşıda onu gözləyən əsgərlikdən danışdı. Sözü hərləyib-fırlayıb yenə cümlələrinin sonuna bir “xoş vəd” etiketi yapışdırdı:
– Əsgərlikdən gəlim, əvvəlcə, nişan edərik, sonra da toy. Gələn ilin payızını bir yerdə qarşılarıq – dedi. Və Fərəh onun bu sözlərinə elə inandı, bu inamından da elə sarıldı ki, bütün dünyanın ağı qara, qarası ağ olsaydı, yenə də, gözünü açmaz, görmək istəməzdi…
***
İki il idi ki, kənd məktəbində müəllim idi Fərəh… Bu iki ilin hər günündə, hətta hər anında belə, taxta alaqapılarından içəri girən Nihatı xəyal etmiş, onu gözləmişdi. Ümid şamının işığı arada şübhə küləyinə tab gətirməyib öləzisə də, Fərəh bu şamı sönməyə qoymur, kədərini, dərdini, peşmanlığını ümid pərdəsinin arxasında gizlədirdi. Di gəl, ümidləri, nəinki, gül açmaq, heç qönçələmək fikrində də deyildi…
Ta ki, bir gün rəfiqəsi Leyla onu öz nişanına dəvət etdi. Sözarası demişdi ki, nişana bütün qrup yoldaşlarını dəvət edib. Odur ki, bu Bakı səfəri Fərəh üçün ikinci bir ümidi cücərtmişdi: “Bəlkə, Nihatı görə bildim…”
***
Nişan qəşəng keçmişdi. Amma Fərəhin ürəyi sıxılır, gözünü qapıdan çəkəmmirdi: “Nihat gələcək…” Getdikcə bu əminliyi bozarmış, tüstü burumları kimi yoxa çıxmağa başlamışdı; Nihat gəlməmişdi…
Leyla o gecəni onlarda keçirməyi təklif edəndə Fərəh tərəddüdsüz razılaşdı. İlk fürsətdə də Leylaya sual verdi: – Görəsən, Nihat niyə gəlmədi nişana? – Hmmm…- Leyla ağzını büzdü – Heç gəlməsin. Onsuz da, ondan çox xoşum gəlmir. Sadəcə, gələn həftə oğluna ad günü edəcək, bir ay qabaqdan dəvətnamə göndərib. Mən də dedim, gəlsin nişanıma pul salsın, borclu məsələsi olmasın. Yaxşı oldu elə bir tərəfdən, gəlmədi. Mən də getməyəcəyəm onun oğlunun ad gününə. Getsin o yaltaqlandığı varlı qaynatasıyla tək otursun restoranda!
Leyla bu sözləri etinasız, adi bir şeydən danışırmış kimi demişdi. Amma Fərəh illər əvvəl atasının altında qalan tarı ürəyinin üstündə hiss eləmiş, həm üşümüş, həm də boğulduğunu zənn etmişdi… O axşamı adını qoya bilmədiyi ağrılarla keçirmişdi Fərəh. Səhər isə artıq o, əvvəlki şən, hamının hayına çatan, ününə yetən, uşaqların sevimlisi, mehriban, gülərüz Fərəh müəllim deyildi. İndi onun yerində bomboz bir kölgə vardı; ölən ümidlərin qəbir daşlarının upuzun kölgələrinin birləşdiyi kölgə.
Günortayadək Leyla dəfələrlə onu qarşısında oturtmuş: – Fərəh… Nə dərdin var, de, söylə mənə. Nədi səni üzən? Nədi səni için-için yeyən? – demişdisə də, qız dodaqlarını bir-birinə daha kip sıxmış, gözlərini naməlumluğa zilləmişdi…
Əriyirdi, yox olurdu Fərəh. O, anbaan ölümə könül verir, onun ağuşuna atılmaq haqda düşüncələrə qapılırdı… Axşama tərəf Leylanın israrı qarşısında tab gətirmədi, daxilindəki vulkanın yoxedici enerjisini-həyatının bütün rəngliliyini qaraya tabe edən məşum sirrini ona açdı. Leyla onu sakitcə dinlədi… Bir istədi, ağzını açıb: “Mən demişdim…” – desin, son anda qəhəri buna da imkan vermədi. Bərabər ağladılar iki rəfiqə o axşam, gecəni səhərə bərabər dirigözlü açdılar. Səhər isə Leyla Fərəhin əllərini tutub: – Bu gün də qal. Getmə kəndə – dedi – Bilirsən də, qardaşım Cavid psixoloqdu. Sənə psixoloji dəstək lazımdır. Ağlıma ancaq bu, gəlir. Bu gün də qal…
Fərəh elə bur ruh halındaydı ki, nə razılaşmaq, nə də etiraz etmək haqda düşünmürdü. Buna görə də, başını təkrar yastığa atdı və gözlərini yarıaçıq pəncərədən görünən bir əlçim maviliyə zillədi. Leyla qapıdan çıxandan sonra isə bir daha anladı ki, son çarəsi ölümdür…
***
Pillələri çıxdıqca mərtəbələri sayırdı Fərəh:
– 11… 13…
14-cü mərtəbədə dayandı. Yarıqaranlıq dəhlizin sonundakı şüşə qapının açıq olduğuu gördü. Ayaqları qeyri-iradi onu ora çəkdi. Qapı kiçik eyvana açılırdı. Bu eyvanda nə qədər dayanmışdı? Gözlərini zillədiyi uzaqlarda nə vardı? Bakının irili-xırdalı binaları, hərdən-birdən görünən ağacları niyə get-gedə boz rəngə bürünürdü ki? Fərəhin düşüncələri bu sualların içində azmışdı… Azmışdı…
Məhəccərdən yapışıb aşağı baxdı. Uzaqda görünən asfaltın bozluğu daha cazibədar idi; bütün bozlardan daha cazibədar… Ölüm qədər cazibədar… Fərəh gözlərini yumdu və məhəccərdən aşağı əyildi. Ayaqları yerdən üzüldü…Sağ əlini də məhəccərdən araladı… Sol əlini də… Arxadan belinə dolanan qollar onu geriyə çəkdi.
Gözlərini açanda başı Leylanın qardaşı Cavidin dizləri üstündəydi. Və Cavid gözlərindən axan yaşları gizlətmədən, “kişilər ağlamaz” tabusunu eyninə almadan pıçıldayırdı: – Bilirəm hər şeyi… Bilirəm, Fərəh. Və səni qınamıram… Deyəcəyim bircə söz var: Səhv etmək hamımızın haqqıdır. O səhvin cəzasını çəkməkdə də haqlıyıq… Özümüzü cəzalandırmağımız da halal haqqımızdır. Amma çıxış yolu heç vaxt intihar deyil. Anladınmı, Fərəh? Problemlər həyat düsturunun məchuluna çevriləndə intihar həll yolu deyil…
Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Coşqun Xəliloğlunun “Azman sənətkar” hekayəsini təqdim edir.
Ara-sıra qəzetlərdə şeirlərim dərc olunsa da, özümü şair hesab etmirəm. Dostlarım, yaxınlarım məclislərdə mənə söz verəndə çıxışımı şeirlə ifadə etməyi xahiş edirlər. Mən də onların sözlərini yerə salmıram. İstəyirəm danışığım maraqlı olsun, ürəklərə hərarət gətirsin.
Amma ağlıma da gətirməzdim ki, qəsəbəmizdəki yanacaq doldurma məntəqəsinin sahibi mənim şeir yazdığımı bilər və günlərin birində evimizin qapısını döyərək, – Şair Mürşüdün evi buradır? – deyə soruşar.
Qapını açdım.
– Xoş gəlmisiniz, Zəbi müəllim, – deyib çağırılmamış qonağa əl uzatdım –keçin içəri.
Zəbi:
– Sağ olun, şair. Sizə işim düşüb – əlindəki qovluğu sol əlindən sağ əlinə keçirdi, – mənə kömək edin. Atamın şeirlərini gətirmişəm. Oxuyun, lazım olsa, düzəliş edərsiniz. Zəhmət haqqınızı ödəyəcəyəm. Axı, atam da sənin kimi şairdi – o, müraciətindəki “Siz”i “sən”lə əvəz elədi.
Mən:
– Lap yaxşı, verin mənə, baxaram.
Zəbi:
– İnşallah, sonra da, sənin Bakıda şair dostların olar, gedərik onların yanına, kişinin kitabını çıxardarıq. – O, əlini cibinə salıb bir dənə göy əskinazı – yüz dolları basdı ovcuma.
Pulu qaytarmaq istədim.
– Nə danışırsan, inciyərəm səndən, halal xoşun olsun. Bu hələ avansdır. – Zəbi pulu təkidlə mənə verdi.
“Bir halda verir, alım, məcbur etmirəm ki…!” düşündüm.
Zəbinin atası Xanəli uzun müddət qəsəbədəki neft dükanında işləmişdi. Çoxdan, lap çoxdan təqaüdə çıxmışdı. Hesabla onun səksən beş-doxsan yaşı olardı. Heç vaxt eşitməmişdim ki, Xanəli kişi şeir yazır. İndi onun oğlunun atasının şeirlərini gətirməsi mənə qəribə gəlsə də maraqla qovluğu aldım.
– On gündən sonra gələrəm. Bir də şair, kitaba giriş sözünü, – yəqin, ön söz demək istəyirdi, – özün yazarsan.
Zəbi mənimlə xudahafizləşib ayrıldı. Qocaman şairin oğlu gedəndən sonra qovluğu açdım. Şeirlər makinada yazılmışdı. Başladım oxumağa. “Həmkarım” necə də “incəqəlbli,” “geniş ürəkli,” “fitri istedad sahibi ” imiş. O, nədən, kimdən yazmamışdı… Mövzular “rəngarəng, ” üslub “müxtəlif,” vəzn “yeni”.
Qovluqda yüzə yaxın “şeir nümunəsi” toplanmışdı… Xanəlinin yazıları boş və mənasız söz yığınından ibarət idi. “Qovluğu nə üçün götürdüm, gərək qaytaraydım. Heç bir nəşriyyat Xanəlinin kitabını nəşr edib özünü biabır etməz” – ürəyimdən keçirdim. Elə bu an yadıma cibimdəki yüz dollarlıq düşdü və fikrimdən daşındım. Mütləq Xanəli Uğurlunun şeir kitabı nəşr olunmalıdır, – qərar verdim. Amma onun yazılarını əvvəlcə şeir formasına salmaq lazım idi. Gecəni gündüzə qatdım, hər gün on-on beş şeir quraşdırdım. Sonra da başladım yazdıqlarımı tərifləməyə, məşhur tənqidçilərdən sitat gətirərək əvvəllər neft satan Xanəli kişinin kitabının “bədii məziyyətlərindən” danışmağa. Axı, ön sözü də mən yazmalıydım.
İki həftədən sonra Zəbinin maşınına minib Bakıya – tələbəlik doztumun özəl nəşriyyatına getdik. Nadir müəllim bizi mehribanlıqla qarşıladı. Gəlişimizin məqsədini biləndə isə çox sevindi. Qovluğu naşirə təqdim etdik. O, bir neçə vərəq oxuyub:
– Gözəl şeirlərdi. Yaxşı ki, demokratiya var, yoxsa belə şairlərin yaradıçılığından xalq heç vaxt xəbər tutmazdı, –dedi.
Zəbi:
– Nadir müəllim, kişi yazır, mənim də borcum onları çap etdirməkdir, –güldü.
– Siz, çox xeyirxah iş görürsünüz, Zəbi müəllim, əhsən!
Nadiri yaxşı tanıdığımdan və onun ciddi danışığından şeirlərin xoşuna gəldiyinə şübhəm qalmadı.
Üçümüz birlikdə kitabın tərtibatını, tirajını və nəşr xərclərini müzakirə etdik. Razılaşdıq ki mənim yazdığım ön sözə Nadir müəllim tanınmış şairlərdən birinə imza atdırsın.
İki ayın tamamında kitab nəşr olundu. Zəbi məni evlərinə dəvət etdi. Qəsəbənin bütün vəzifə sahibləri burada idilər. Ağsaqqal “şairin” kitabının təqdimat mərasimi keçirilirdi. Ömründə bəlkə də boynuna birinci dəfə qalstuk bağlamış “azman sənətkar” məclisin lap yuxarı başında əyləşmişdi. Zəbi mərasimi açdı, qonaqları salamlayıb, başladı atasını tərifləməyə. Sonra polis rəisi, icra nümayəndəsi və bazarkom bir-bir danışdılar, Xanəli kişinin ünvanına gözəl-gözəl sözlər dedilər. Mədəniyyət evinin işçisi Səmayə xanım kitabdan şeir parçaları oxudu. Orta məktəbin direktoru Mənsim müəllimin çıxışı lap hərarətli oldu. O, Xanəli Uğurlunun yaradıcılığının gənc nəsil üçün örnək ola biləcəyini, yaxın günlərdə onunla şagirdlərin görüşünü keçirəcəklərini bildirdi. Üzünü mənə tutub:
– Cavan oğlan, sən də şeir yazırsan. Məncə, şeirlərini Xanəli müəllimə göstərib, məsləhət alsan, pis olmaz, – dedi.
Mən başımla, guya onunla razılaşdığımı bildirdim.
Əvvəllər rayon qəzetinin foto – müxbiri işləyən Müseyib təqdimat mərasimini həvəslə videolentin yaddaşına köçürüldü.
Həmin gündən başlayaraq hara gedirdimsə Xanəli kişinin kitabı haqqında eşidirdim. Düzdür, bəzi agzıgöyçəklər deyirdilər ki, şeirləri Zəbi Bakıdakı şairlərdən hansınasa pulla yazdırıb, Xanəli kişi belə ağıl sahibi deyil. Amma çoxları Xanəli kişinin kitabındakı şeirlərin kiminsə yazdığını heç ağıllarına da gətirmirdilər. Ən maraqlısı o idi ki, nə şair, nə də onun oğlu şeirləri yenidən yazdığıma görə mənə bircə kəlmə də söz demədilər. Bəlkə də, şeirlərin təzədən yazıldığını heç başa da düşmədilər.
Bir gün televizora baxırdım. Diktor qız elan etdi:
– Sizə təqdim etdiyimiz bu mahnının sözləri istedadlı şair Xanəli Uğurluya məxsusdur…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Qurduğun xəyallarından Geriyə dönmək qədər Çətin yol yoxdu bu dünyada. Gözlərindən yıxılan göz yaşlarını Yanağın da qaldıra bilmir. Baxışların buz kəsilir. Başını qaldırıb göyə baxırsan, Göy üzündə sənin çarəsizliyinə Qurbanlıq qoyun kimi bir ulduz kəsilir. Qaralır dünyan, qaralır, Həyatın göz qapaqlarının Arası qədər daralır… Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi? İçindəki təkliyi heç kim görmür…
* * *
Şəhərdə tanış üzlər- Gülümsəyir hamı. Amma arxa fonda Ümidsizliyin reklamı. Vaxtı keçən yaşımdan Boylanıram günümə- Bir az vicdan yüküm var, Bir az təsəllim. Bərabərdi, Şükür yenə. Söz yox. Daha gözümdə böyütmürəm Heç kimi, heç nəyi- Buludlardan başqa. Sağlığıma qismət, Bir cüt qara buludum var, Boşalacaq axşam.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Sonra Səssizlik çökər gözlərinə. Kipriyindən asdığın Yaş da quruyar, Əllərin qoynundan yarıyar. Gözəl-göyçək ümidlərlə Aranı vuran tapılmaz. Hər yerin elə ağrıyar, Bir dənə yaran tapılmaz. Susarsan, Elə susarsan, Bircə gözlərin səs edər… İlahi, nə çox düşündün? Mənə ölüm də bəs edər.
* * *
Hər şey yoluna düşür, Öyrəşirəm təkliyə. Nə sənə əl uzadıram, Nə Tanrıya – əllərimdən çək deyə. Hər şey yoluna düşür, Səhər-axşam darıxmaq da Vərdiş halına düşür. …Gözlərimdən axıb getdi, Ürək bir ovuc su idi. Amma hələ düşünürəm: Yarım qaldı, Ya tamamı bu idi?..
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
My Mother Tongue, Turkish Language
You are my world and life, My all heart and merriment. You are my lullaby and first song, Turkish language – my mother tongue.
You”re a word of Fizuli”s world, You”re a fame of Nizami”s wisdom. You”re Gorqud”s honour of Oghuz home, Turkish language – my mother tongue.
You”re my Uzeyir”s tongue with tune, You”re my Babak”s fighting hand. You”re my high mount”s flood, Turkish language – my mother tongue.
My spirit is getting prettier with you, I have desire in love with you. My poems are inspired by you, Turkish language – my mother tongue.
We”ve found the truth in this language, We”ve known mugham in this language, You”re wise word of our great nation, Turkish language – my mother tongue.
Whoever feels ashamed of you, Whoever is not on good terms with you – May Heaven punish him! Turkish language – my mother tongue.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Həkim, ağrın alım elə dərman yaz, Bütün dərdlərimə çarə eyləsin, Ya öldür, ya sağalt biryolluq məni, Qoyma həsrət könlüm yara eyləsin.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
İstəyirəm göy üzündə hər zaman Aydın bulud, parlaq günəş görünsün. Xoşluq olsun, xeyir olsun, yox yaman Bəşəriyyət xoşbəxt bir ömür sürsün.
Olmasın müsibət, nə müharibə, Ahıllar, körpələr, cansız cəsədlər, Qan – qada, faciə, bu zillət, bir də Sağlığın itirmiş qazi, şəhidlər. * Yarı can da olmuş oğullar da var, Bir qolu olmayan, qıçı olmayan, Ona ümüd olmaz, bəlkə sağalar Dərdinə yox dəva, dərd sağalmayan.
Bizimçün veribdir canından parça, Bədəni doludur qəlpələr ilə, Torpağa qarışıb qan parça – parça Şəhadət yolunda, qədəmləriylə.
Bükülür bayrağa şəhidim mənim Canından keçdiyi torpaq gözləyir. Açıb qollarını, ağrılar deyir, Ana balasını torpağa verir.
Gözünün yaşını bir QAZİ silir, Axı o da bir şəhid yarısıdır. SONA İNTİZARam, bilənlər bilir VƏTƏN mənim üçün YER TANRISIDIR
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Əğyarın dərdindən əriyir canım, Şam öz pərvanəsiycün yandığı kimi. Vədəsiz – zamansız gələn o yarım, Ayrılıb gedibdir, gəldiyi kimi…
Həsrət nalə edər, fəğan qoparar, İntizar çəkməkdən saçım ağarar, Qəlbim qübar olar, göz yola baxar, Uzaqdan gəlirsən, sandığı kimi…
Nə olardı görən, halımı sorsan? Arayıb, axtarıb, ya soraqlasan, Vaxt gələr səhvini sən anlayarsan, Peşiman olanlar qandığı kimi… Nə xəbər, nə ətər qoyub getmisən, Uzaqdasan, ya qeybə çəkilmisən?! Mənə dağlar boyda bir dağ çəkmisən Ürəyin içinə ox çəkər kimi…
Sənin yoxluğunla barışmıram mən, Verdiyin əzaba qatlaşıram mən, Səni röyalarda axtarıram mən, Gerçəkdən gizlənib qaçdığı kimi… Gözümün nurunu aparmısan sən… Şöləm sönür bir vaxt saçdığı kimi…
Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olmuşdur. 2001-ci ildə “Mən sehrli səmayam” adlı ilk kitabı çap olunub. 2004-cü ildə BDU-nun filologiya fakultəsinə daxil olub. 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yeri qazanıb. 2009 və 2014-cü il seçkilərində Tovuz rayonunun Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilib.
2010-cu ildə AMİ-nin Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya qəbul olunub. 2011-ci ildə “İçimdəki söhbətlər” kitabı nəşr olunub. 2014-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutuna Ədəbi Tənqid şöbəsinə doktoranturaya qəbul olunub. 2014-cü ildən AYB-in üzvüdür. Bədii və publisistik əsərləri mətbuatda müntəzəm çap olunur. 2009-2014-cü illərdə Tovuz rayonunun Muncuqlu kənd ümumi-otra məktəbində müəllim işləyib. 2014-cü ildən “Hədəf” hazırlıq kurslarında müəllim işləyir. Bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.
Kimi
Mənə çəkdiyin dağa gəl, Gəl, qorxma, dumanı yoxdu. E.Əzim
O hansı dağdı ki, dumanı yoxdu, Mənim ilk sevgimin göz dağı kimi? O hansı yazardı romanı yoxdu, Şair ürəyimin söz dağı kimi.
Elə sancır sanki key iynələyir, Bir işə yaramaz şey iynələyir Tikməyi bir yana hey iynələyir Cumubdur üstümə biz dağı kimi.
Göybəgöy axtardım, Səma, özümü Yerbəyer yerlərdə bitdi əzimim. Gönüqalın bilib üzsüz üzümü Dərimi hey soyur xəz dağı kimi.
Var
Sənsiz gecələrə vərdiş etmişəm Həsrətə, hicrana məndə dözüm var. Nazıyla oynadım ayrılıqların Vüsala tamarzı iki gözüm var.
Mənli-mənsiz, onlu-onsuz arzular Qanıma susadı qansız arzular Qar üstə yazdığım sonsuz arzular Od üstə can verən neçə buzum var.
Sən nədən biləsən, nədənlər nədən? Özün cavab çıxar “a”dan ya “be”dən Gözümdə kölgəli o nurlu didən Məni sınaq etmə, məndə əzim var.
Bir qız
Bir qız vardı bizim kənddə Mənim kimi gözü qara. Sənə olan sevgisindən Bənzəyirdi üzü qara.
Bir qız vardı qarabəniz Üzündə xal düzümləri. Yetişməmiş kim dərmişdi Tənəkdə kal üzümləri?!
O qız bircə addımıyla Ürəyini tərk elədi. Qovuşmağa gücü çatmaz, Ayrılığa ərk elədi.
Sən gələndə həmin qızın Sevgisi sevgiyə döndü. O dinə gəlməyən qızın Dilində sən oldun andı.
Bir qız vardı bizim kənddə Reyhan kimi gözü qara. Gülü, narı yığıb getdi Sizin kənddən səmalara.
Yuxuda…
Sən yuxuya gedəndə Mən yuxudan gəlirdim. Gözün məni güdəndə Özüm bunu bilirdim.
Yuxu mənə gələndə Mən də səndən gedirdim. Sən mənimçün öləndə Mən də gendən gedirdim.
Mənə o təsir edir Sən axı dan gəlirsən. Hamı yuxuya gedir Sən yuxudan gəlirsən.
Hamı xeyrini güdür Sən də mənə zərərsən. Məni könlünə müdir Yat, yuxuda görərsən.
Taxta divan
Vaxtla oynama, gülüm, Vaxtında oyna bir az. Özünə divan tutma Taxtında oyna bir az.
Oturtmaqçün yerində Taxta divan qurular. Sənin alın tərində Taxta divan qurular.
Boş sözdü ki, deyirlər Quruca baxtın olsun. Baxtın quruyanacan Qızıldan taxtın olsun.
Bir dünya
Mən sənə dünyanı bağışlayardım, Sən mənə bir dünya bağışlasaydın. Gözümü yoluna baxışlayardım, Ömür yollarımı naxışlasaydın.
Sən mənə bir dünya bağışlasaydın, Mən sənə dünyanı bağışlayardım. Gözümdə eşqimi alqışlasaydın Özüm eyləyərdim baxışla yardım.
Sevgimdən su içdin gözün doyunca, Səmadan yerlərə yağışladınmı? Sənə səma verdim dünya boyunca Sən mənə bir dünya bağışladınmı?!
Burda nə var ki…
Ayrılaq səninlə burda nə var ki, Ayrılıq mənimçün həyat tərzidi. Bir ömrü hey ölçür-biçir durmadan, Həyat yolumuzda həyat dərzidi.
Eh!!! Burda nə var ki, ayrılaq getsin, Guya ayrılmayıb neyləyəcəyik. Bizim həsrətimiz bir ömürlükdü, Vüsalı yolundan eyləyəcəyik.
Çoxdan gözləyirdin bu təklifimi, Ayrıldıq üstündən dağ götürüldü. Sənin məhəbbətin öldü, gömüldü Mənim xəyallarım sağ götürüldü.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
“Bir şeirin könlün alıb, heca-heca sevdim səni” – misralarının müəllifi Aysel Xanlarqızının “Darıxan şeirlər” kitabından söhbət açmaq istəyirəm. Kitabın bir şeirindəki “bir tabutluq çiyin, bir kəndirlik boyun, bir dözümlük can, bir qismətsiz yazı” kimi tapıntılar əksər şeirlərdə nəzərə çarpır:
Çiçəklər arıların dodaqlarında
bal daddıqca
yarpaqlar xəfif təbəssümlə qımışır burda,
hörümçəklər yuva arzusuyla
tər tökürlər torda…
Arılar və çiçəklər, hörümçək və tor sözün bütün mənalarında ədəbiyyatın hədəfinə tuş gəlib. Ayselin təqdimatında isə balın çiçəklərdən başlayan ömrünün arının dodaqlarından keçən həyat yolu yarpaqların xəfif təbəssümlə qımışmasına səbəb olub. Eləcə də hörümçək torunun yuva qurmaq arzusundan başlayaraq tər tökməyin bəhrəsi kimi hörgüsü şairanə təqdimatdır.
Qolları eşq döngəsi,
Ömürdür hər nəfəsi…
Gedişi mərmi səsi,
Həsrəti savaş adam.
Qolların eşq döngəsinə bənzədilməsi çarəsizliyin fərqli təqdimidir. Hərəsi bir tərəfimizdə yerləşən qollarımızı üfüqi istiqamətdə və ya başımız üzərinə qaldırsaq, hərəsi bir tərəfə baş götürüb gedər. Paralel tutsaq, həndəsənin aksiomları öz hökmünü verər: paralel düz xətlər kəsişməz. Həmin paralel qollarımızı kəsişdirib özümüzə tərəf əysək, özümüzü qucaqlamalı olarıq. Əgər bizi başqası qucaqlamırsa, qollarımız eşqin özümüzə sarılan eşq döngəsidir. Şeirdə isə söhbət ONUN qollarından gedir. Eləcə də, onun nəfəsindən, onun gedişindən, onun həsrətindən. O nəfəs ki, səninçün ömür deməkdir. O gediş ki, ancaq mərmi səsiylə müqayisə oluna bilər və düşdüyü, ya da dayandığı yerdə faciələr yaradar. O həsrət ki, onu duymaq özünü savaşda hiss etmək kimidir.
“Dünya Tovuz boydaydı bu gecə, /Bütün manşetlər boyu/ Güllələnirdi xəbərlər…” – misraları Tovuz döyüşlərinin qəhrəmanlarından olan general Polad Həşimovun xatirəsinə həsr olunmuş şeirdəndir. 30 il torpaqlarının 20 faizi işğal altında qalmış bir dövlətin yenidən başqa bir bölgəsinə düşmən göz dikərsə, o zaman o xalq üçün bu boyda dünya kiçilib bir rayon boyda olar. O millətə elə gələr ki, bütün dünya ilə mübarizə aparmaq, sadəcə, bir rayonu müdafiə etmək qədər mümkündür. Düşmənin üzü dönərsə, millətin də gözü dönər. Dünyanın hər yerində etiraz dalğaları baş qaldırar. Bütün manşetlərin xəbərlərini güllə səsinə məhkum edər.
“Sus, danışma” bağırır bütün atəşkəslərə,
Son damla qanınadək tarix yazır oğullar…
Qarabağa duatək səslənir güllə səsi,
Qələbə arzusuyla gerçək olur nağıllar
Hücum əmri şığıyır…
Bu bənddə Vətən müharibəsinin bütün gəlmişini-getmişini sezmək olur. Son damla qanınadək tarix yazan oğulların atəşkəs qərarlarını susdurmaq əmri verməsinə alqış duyulur. Xalqımızın müharibə dövründə atəşkəs müqavilələrinə olan etirazından tutmuş, güllə səsini duatək qəbul etməsi, qələbəyə inamı, nağılları gerçəkləşdirmək əzmi təqdir edilir.
Sən zindan aşiqisən, mən azadlıq yanğılı,
Qoşulmağa gücüm yox içimdəki haraya…
Rəngli-rəngli baxsaq da bu sevginin gözünə,
Kefin istəməyəndə deyəcəksən qaraya
Ayselin bu kitabında nümunə gətirdiyimiz bəndin formasına oxşar bir neçə eksperiment şeir var. Mənə elə gəlir ki, bu eksperimetlər uğurlu alınıb. Belə ki, hecada yazılmış hər dörd misranın sonuna ya bir söz, ya da bir söz birləşməsi əlavə edilib ki, bu da mənaca əvvəlki misralarla bağlanır. Həmin qanunauyğunluq digər şeirlərində də mükəmməllik yaradıb. “Darıxan şeirlər”in məxsusi cəhətlərindən biri xoşagəlimli qafiyələrin varlığıdır:
Gözümdən yuxu tökülən,
Gecəm yellənir beşikdə.
Həsrət evimin içində,
Sevinc buzlayır eşikdə…
Bəndində işlədilmiş beşikdə və eşikdə tam qafiyələri ilə yanaşı, “qarmağı sevən balığa”, səndən qalan tək qalıq”, “şüa kimi sevməyə” “dua kimi sevmək” qafiyəsinin tapılması mətn daxilində çox yerinə düşür. “Günəşi alovlandırasan qoynunda//Öpüşləri boyunbağı edəsən boynunda…” – misraları isə yalnız qafiyələrinin gözəlliyi ilə deyil, mənasının özəlliyi ilə də fərqlənir.
Aysel Xanlarqızının bu kitabında “İnsan adlı oyuncağam”, “Dərviş ömrü”, “Qonaq görüşlər” və başqa bir neçə heca vəznində yazılmış şeirlərinin bütün misralarını poetik örtüyə qərq olmuş görürük. Bu cür şeirlər müəllifinin ani səhlənkarlığı olmasa, daha yaxşı olardı. Məsələn:
Həyat çılğın dalğaların gətirdiyi çöpləri
Yığsa da sahilim boyu,
Zamanı sevgiyə boğmağı sevdim…
misralarında ilk baxışdan hər şey qaydasındaır. Lakin SEVGİYƏ sözü Azərbaycan dilinin qrammatik qaydalarını pozub. Fikrimcə, bu söz ya “ilə” qoşması və ya -da, -də şəkilçisi ilə işlənməli idi. Sözün yönlük halda işlənməsi heç bir məna kəsb etmədiyi ilə yanaşı, həm də dil qüsuru yaradır. Heç sevgiyə qərq etmək anlamı da vermir. Bundan başqa “əgər gedərsəm, mənimçün darıxma” – şərt budaq cümləsində də “getmək” feilinə şəkilçilər düzgün ardıcıllıqla qoşulmayıb. Normaya əsasən, zaman şəkilçisindən sonra şəxs, sonra şərt şəkilçisi gəlməlidir və söz “gedərəmsə” olmalıdır. Nümunənin sərbəst şeirdən olduğunu nəzərə alaraq, heç bir poetik məcburiyyət qarşısında qalmadan dil qaydalarını pozmağa haqq qazandırmaq olmur. Ona görə ki, Aysel istəyəndə dil və ədəbiyyatın iş birliyindən öz xeyrinə yararlana bilir: “sevgim həsrətinə əsir qurtuldu”, “ayrılığın fəryadında səadətə kar olmuşam”, “xoşbəxtlik alın yazımda qəza enişi eyləyir”, “sürət həddini aşmış mənim şikəst həyatım” – misraları sözün ən gözəl halındadır. Eyni zamanda
“yarpaqtək yaşadı ruhum xəzəli”, göz dəyməsin təkliyimə, bir sıldırım qaya kimi…” təşbehi, “məni yoxluğuna alışdırma gəl, yolları götürrəm ayağın altdan…” mübaliğəsi müəllifinə əhsən dedizdirir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Qurduğun xəyallarından Geriyə dönmək qədər Çətin yol yoxdu bu dünyada. Gözlərindən yıxılan göz yaşlarını Yanağın da qaldıra bilmir. Baxışların buz kəsilir. Başını qaldırıb göyə baxırsan, Göy üzündə sənin çarəsizliyinə Qurbanlıq qoyun kimi bir ulduz kəsilir. Qaralır dünyan, qaralır, Həyatın göz qapaqlarının Arası qədər daralır… Bütün güclü qadınlar bədbəxtdir, bilirsinizmi? İçindəki təkliyi heç kim görmür…
Kimsə olmalı… Kimsə gəlməli Gecənin bu vədəsində. Yekə adam, Ölkə adam, Vətən adam, Həmdəm adam. Taleyin hədəsidi Əl-qolumu bağlayan Yoxsa özüm gələrdim. Bircə qırıq ümid olsa, Olsa, dözüm gələrdim. Adını çəkib dururam, Ah kimi, ahım yuxarı. İlahi, özün düşürsən, Yoxsa mən çıxım yuxarı?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Fələk aman vermədi, Candan can aldı, getdin! Qəfil ömrün sonuncu- -Zəngini çaldı, getdin!
O, sənli illər yandı, Qönçəydi güllər, yandı… Ağızda dillər yandı, Ahh, bu nə haldı, getdin!!!
Arzuların bitməmiş, Övlad toyu etməmiş, Muradına yetməmiş, Axı nə oldu, getdin?!
Ömür dərddir, ömür yük, Ürəyə dərd gömürük… Sənin ömrün, ömürlük, Xatirə qaldı, getdin!!!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Ömür var təzadlı, ömür var qəliz, Yaşayır, qoyaraq hərə bir cür iz… Həyat ləzzətinə tamarzıyıq biz, Onsuz da hər nə var dadından çıxıb.
Elə ki, deyirsən sözün əslini, Sənə yaşadırlar xəzan fəslini. Oğul var unudub əsil-nəslini, Ata soyadından, adından çıxıb.
Yaşanan çox günün çiləsi var ki?! Bitmək də bilməyir, “hələ”si var ki… Yaşamaq eşqiylə eləsi var ki, Sürünüb cəhənnəm odundan çıxıb.
Adi hal olubdur ədavət etmək, Ədavət sonucu, “cinayət” etmək… Vallah “adamlara” nəzarət etmək, Deyəsən Allahın yadından çıxıb. Rüfət Axundlu.
Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsl qiymətini bilər onda; Bu sözlərim düz olmasa töhmət edin. Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağlığında hörmət edin, Sağlığında heykəl qoyun ölməzlərə… Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın. Zəhləm gedir sonralardan, Vaxtsız dinən zurnalardan, Boşboğazdan, avaradan, Toydan sonra nağaradan. Sağlığında sevindirin təmizləri, Siz həyatda bu amalla addımlayın. Sağlığında ifşa edin xəbisləri, Satqınlara sağlığında satqın deyin, Tülkü deyin tülkülərə, aslan deyin aslanlara; Sağlığında qiymət verin insanlara… Hər kəs bilsin öz yerini necə sağdır, Bu, pislərin həyatını qısaltmaqdır, Yaxşıların həyatını uzatmaqdır… Bu nədəndir ölən kimi, qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. Ölən kimi yaxşılar da yaxşılaşır, Yamanlar da yaxşılaşır… Çirkinlər də təmiz olur ölən kimi… Yadlar belə əziz olur ölən kimi… Xatirələr söyləyirik, nekroloqlar qollayırıq, Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq. Bu gecikmiş xeyir-dua kimə gərək? Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək? Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir… Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir. İstəmirəm vaxt-vədəsiz şöhrəti mən, Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm… Diri üçün iynə boyda hörməti mən Ölü üçün min heykələ dəyişmərəm… Düz deməsəm, onda məni bağışlayın, Üz tutaram uşaqlara, qocalara, cavanlara, Sağlığında qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağlığında yaman deyin yamanlara…
Mən gözümü bu torpaqda açmışam, Mənim dilim bu torpaqda söz tutub. İməkləmiş, yerimişəm, qaçmışam- Dizlərimi qanadanda daş-kəsək İlk yaram da bu torpaqda göz tutub. Tarixində adım-sanım yox onun, Hardan olsun, neyləmişəm axı mən? Ancaq Vətən mənim kimi çoxunun Zəhmətini çox çəkmişdir əzəldən. Əllərimdən tuta-tuta aparmış, Məni həyat yollarına çıxarmış. Bu yerdədir, rişələrim, köklərim- Ulu babam bu torpaqda uyuyur. Vətən – mənim al şəfəqli səhərim, Onsuz günəş gözlərimdə soyuyur. Vətənsizin nə günəşi, nə ayı?.. Vətən yoxsa – hər şey hədər, havayı. Qarış-qarış dolansam da cahanı, Gözəlsə də yad ellərə səyahət, Heyran-heyran seyr etsəm də hər yanı, Səyahətim burda bitər, nəhayət. Ağuşuna çəkər məni torpağım. Harda olsam, harda gəzib dolansam, Burda tapar əks-səda sorağım. Bir-birindən hər şey qopar, ayrılar- Ayrılmayan bəs nə var? Mən, Vətən!
Dil açanda ilk dəfə ana söyləyərik biz, “Ana dili” adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südüylə İçirir ruhumuza bu dildə gilə-gilə.
Bu dil, – bizim ruhumuz, eşqimiz, canımızdır, Bu dil, – bir-birimizlə əhdi-peymanımızdır. Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil, – əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Bizim uca dağların sonsuz əzəmətindən, Yatağına sığmayan çayların hiddətindən, Bu torpaqdan, bu yerdən, Elin bağrından qopan yanıqlı nəğmələrdən, Güllərin rənglərindən, çiçəklərin iyindən, Mil düzünün, Muğanın sonsuz genişliyindən, Ağ saçlı babaların əqlindən, kamalından, Düşmən üstünə cuman o Qıratın nalından Qopan səsdən yarandın. Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.
Ana dilim, səndədir xalqın əqli, hikməti, Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, Ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu Tarixi varaqlanır, Səndə neçə min illik mənim mədəniyyətim, Şan-şöhrətim saxlanır. Mənim adım, sanımsan, Namusum, vicdanımsan.
Millətlərə, xalqlara xalqımızın adından Məhəbbət dastanları yaradıldı bu dildə. Moskvada Puşkinə heykəl qoyulan zaman, Ona abidə qoydu bu dildə Şirvani də.
Bu dil, – tanıtmış bizə bu dünyada hər şeyi, Bu dil, – əcdadımızın bizə qoyub getdiyi Ən qiymətli mirasdır, onu gözlərimiz tək Qoruyub nəsillərə biz də hədiyyə verək.
Ey öz doğma dilində danışmağı ar bilən, Bunu iftixar bilən Modalı ədəbazlar Qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Qoy bunlar mənim olsun. Ancaq Vətən çörəyi, Bir də ana ürəyi Sizlərə qənim olsun.
Bu dünyanın şanını, Həyatın ad sanını, Kamını, nakamını Tanıyır bu ruh, bu qəlb Yazılmalıdır əlbət, Amma xəlvət… Şeirlərin içində Hərəsi bir biçimdə. Çoxdan ölərdim, Yoxdan ölərdim, Hər şeyin başından… Boynumda daşlarımdan Asardım özümü, Atardım özümü Şair olmasaydım… Bəlkə də… Şeir doğulmasaydım, Şair olmazdım…
Bəxtiyar balalar, oynayın, gülün Xalqın sevincidir gülüşləriniz. Bir də qaşlarınız çatılmayacaq, Durmuşuq ağ günün keşiyində biz.
Körpə fidanları becərməsəydi, Bağban bağ üzünə həsrət qalardı. Uşaqlar, cavanlar yetişməsəydi, Yəqin ki, insanlıq tez qocalardı …
Yeni dünya qurdu ata-babanız – Bu sözün mənası dərindir, dərin! Çox var-dövlət qoydu… sabah yəqin ki, Sahibi sizsiniz bu nemətlərin!
Dünya bir evdirsə, övlad işıqdır, Oğul arxadırsa, qız yaraşıqdır. Oxumaq, öyrənmək, yaratmaq olsun, Hər an vəzifəniz, hər an işiniz. Sizə biz keşikçi olduqca bu gün, Sabah siz özünüz keşikçisiniz!
Gedin, mətin olsun addımlarınız, Hər saat irəli, hər gün irəli! Günəşi lap erkən salamlayacaq, Qızaran səhərin keşikçiləri!…
Mən də bir insanam, mən də canlıyam, Mənim də qəlbimin arzuları var. Deyirlər arabir dəliqanlıyam. Çox da deyinməsin dalımca əğyar! Mənim də qəlbiınin arzuları var…
Mən səni sevmədim “o gözlər” deyə, Gözümdən od kimi yaşlar tökmədim. Mən sənə vermədim qızıl hədiyyə, Çünki yalvarmadım və diz çökmədim; Gözümdən od kimi yaşlar tökmədim.
Sən Xumar deyilsən, mən də ki, Sənan, Bugünkü sevginin başqadır andı. Nə Məcnun, nə Leyli, nə də biyaban Qalmamış, onların adı yaşandı; Bu günkü sevginin başqadır andı.
Qoy bizə gülməsin nə dost, nə də yad, Ehtiyatlı danış, ehtiyatlı dur!.. Nə qədər mən sağam, get dolan azad! Fəqət sevgilimdən xahişim budur: Ehtiyatlı danış! Ehtiyatlı dur!..
Haydı, insanlara qaynayıb qarış Qalma bu dünyada həyatdan iraq! İstəsən aləmi gəz qarış-qarış, Xain adamları tez görüb buraq, Qalma bu dünyada həyatdan iraq!
Hüsnünü örtməsin nə pərdə, nə rəng – Ay kimi saf dolan, gün kimi açıq. Keçmişin üstünə qələm çəkərək, Vuruş meydanında vuruşmağa çıx, Ay kimi saf dolan, gün kimi açıq!
Bu son sozlərimi qulağından as! Dünyada, hər günün bir hökmü vardır. Vaxtını almasın nə toy, nə də yas, Gurlayan səsinlə “irəli!” hayqır; Dünyada hər günün bir hökmü vardır.