Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Mənim vaxtsız məhəbbətim,
Niyə belə gecikmisən?
Sənsiz qalıb oldum yetim,
Çağırıram, gəlməyirsən.

Bir bilsən özlədim necə,
Ətrini və sığalını.
Sən bunu almadın vecə,
Düşünmədin heç sonunu.

Gəl qəlbimi üzmə mənim,
Gözümü yığ yollarından.
Daha qalmayıb ki, səbrim,
Səni tapım mən, haradan?!

Bu şirin bir yuxudurmu,
Ya xəyaldır mən qururam?
Allah, xeyrə yoz yuxumu,
Tənhalıqdan yoruluram.

Üzür məni qüssə-kədər,
Saçımı ağ dənlər düşür.
30 ilim keçib hədər,
Gəncliyi də tez ötüşür…

Bir xatirə kimi qalsın,
İstəyirəm şeirlərim…
Bir şeirimə o ağlasın,
Digərinə mənim özüm…

Yazım onu misra-misra,
Heca-heca, sətir-sətir.
Mən yolunu gözləyirəm,
Külək, onu mənə gətir…