Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Başını götürüb qaçasan hara?
Dərəyə, təpəyə, ya da ki, dağa,
Hönkürüb ağlayım mən yana-yana,
Yenə də gözümə gülməz bu dünya.

Sinənə dağ çəkər, izi silinməz,
Elə bir ah edər, ünvan bilinməz,
Onu da yaradıb GÖZƏGÖRÜNMƏZ
Nə yaxşı, nə yaman görməz bu dünya.

Mən necə yanmayım oduna sənin?!
Səndən yaralıdır qəlbim, ürəyim.
Əlimdə əsir bu yazan qələmim,
Sənsən buna səbəb, gümansız dünya.

Niyə mənə belə dönük çıxdın sən?!
Niyə səbrimi sən sınaq edirsən?!
Mən səndən, sən məndən gileylənirsən.
Özünü göstərmə günahsız dünya.