Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

Alıb qələmimi əlimə yenə,
Mən şeir yazıram yenə də sənə
Hər sözüm bir məna, hər sözüm nəğmə
Əzizim, sevgilim, sevdiyim insan

Bilsin dünya, duysun cahan eşqimi,
Mən sənə vermişəm məhəbbətimi,
Sənlə paylaşıram səadətimi,
Əzizim, sevgilim, sevdiyim insan.

Necə səbrlisən, necə mehriban,
Necə sevgi dolu… Sən bir dünyasan.
Mənim ürəyimi məndən alansan
Əzizim, sevgilim, sevdiyim insan

Sənlə sevgi dolu xatirələr var,
Xəyallar, arzular, düşüncələr var,
Səninlə bağlıdı bütün duyğular,
Əzizim, sevgilim, sevdiyim insan.