- Uluslararası Prof. Dr. Mehmet İsmail Şiir Yarışması yılda bir kez ilan edilen tarihlerde Güfte Edebiyat Kültür Sanat ve Edebiyat dergisi tarafından Türk dünyasının büyük şairi Prof. Dr. Mehmet İsmail adına, ünlü şairin fikir dünyasının da temelini oluşturan ortak kültürel ve sanatsal bağların güçlendirilmesi amacıyla düzenlenir.
- Yarışmaya katılacak eserlerin dili Türkçedir. (Türkçenin herhangi bir lehçe ya da şivesi ile yarışmaya katılan eserler Türkiye Türkçesine aktarılarak değerlendirmeye alınacaktır.)
- Şiirler vezinli ya da vezinsiz olabilir.
- Her bir yarışmacı yalnız bir şiir ile katılabilir.
- Konu serbesttir.
- Eserler en fazla iki A4 boyutunda olmalıdır.
- Başvuruda bulunulan eserin daha önce herhangi bir yerde yayımlanmamış (basılı eserler, e-dergi, e-gazete, web siteleri dâhil) olması gerekmektedir. Yayımlanmış bir eser derece kazansa dahi iptal edilir.
- Eserlerin, sağ üst köşesinde rumuz yazılmış vaziyette gönderilmiş olması gerekmektedir.
- Yarışmacıların ayrı bir dosya hâlinde öz geçmişi, resmi adı, soyadı, rumuzu, adresi, telefon numarası ile birlikte bir adet fotoğrafını göndermesi gerekmektedir.
- Eserler bilgisayarda, A4 formunda, Times New Roman, 12 punto ve 1,0 satır aralığı ile yazılmış olmalıdır.
- Yarışmaya katılan eserler, geri verilmeyecektir. Eserlerin yayım hakkı Güfte Edebiyat’a ait olacaktır.
- Şartnamede belirtilmemiş hususlarla ilgili ihtilaflarda düzenleme komitesinin kararları esastır.
SEÇİCİ KURUL
ÖN ELEME: - Fikret YAZICIOĞLU
- İdris GÜRDAL
- Mehmet Özcan YASDIBAŞ
- Rabie Ruşid
- Ülviyye Ebulfezqızı
FİNAL: - Prof. Dr. Abdullah ŞENGÜL
- Talat ÜLKER
- Celalettin KURT
- Ali SAÇIKARA
- Sündüs Arslan AKÇA
- Mahmut HASGÜL
- Aysel Xanlarqızı SEFERLİ
YARIŞMA TAKVİMİ
Yarışma İlanı : 24 Nisan 2023
Son Katılım Tarihi : 15 Ekim 2023
Ön Eleme : 15 Ekim-5 Kasım 2023
Final : 05 Kasım-5 Aralık 2023
Sonuçların Açıklanması : 10 Aralık 2023
Ödül Töreni : 24 Aralık 2023
ÖDÜL - Birinci : 5.000 TL
- İkinci : 3.000 TL
- Üçüncü : 2.000 TL
Blog
-
GÜFTE EDEBİYAT ULUSLARARASI PROF. DR. MEHMET İSMAİL ŞİİR YARIŞMASI
-
Debüt: CAN KARDEŞİMİZ TÜRKİYEDEN Murat YURDAKUL
MURAT YURDAKUL, Adana’da doğdu (1983). Anadolu Üniversitesi İngilizce İşletme Bölümü’nü tamamladı. Çeşitli dergilerde şiir, öykü, çevirileri yayımlandı. Britanya’da Modern Poetry Translation Dergisi’nde en iyi çevirmen seçildi (2018). İtalya’da XIII uluslararası Premio Vitruvio Şiir Ödülü’ne (2018), İtalya’da VI uluslararası Città Del Galateo Edebiyat Öykü Ödülü’ne değer görüldü (2018). İtalya’da Casa Editrice Cento Verba öykü derlemesine katıldı (2019). Homeros Edebiyat Ödülleri Tarık Dursun K. Hikâye Ödülü 3.lük Ödülü’ne değer görüldü (2020). Çin’de Uluslararası Şiir Çeviri ve Araştırma Merkezi şiir antolojisine katıldı (2020). Çin Halk Cumhuriyeti’nde Şiir Tercüme ve Araştırma Merkezi IPTRC Uluslararası İcra Kurulu [Rendition of International Poetry Quarterly Dergisi] tarafından uluslararası Yılın Şairi Ödülü’ne değer görüldü (2021). Uluslararası Asya PEN [Mısır] “İpek Yolu Edebiyat” şiir seçkisinde yer aldı (2022). Çin Halk Cumhuriyeti’nde Şiir Tercüme ve Araştırma Merkezi IPTRC Uluslararası İcra Kurulu [Rendition of International Poetry Quarterly Dergisi] tarafından Uluslararası Yılın Çevirmeni Ödülü’ne değer görüldü (2022).
Kış
Camlara yazıyorum kuşların sesini
Bir müsvettede kaldı kış, raylar geceyi deliyorBalkonda kuruyan fesleğen sesi
Böyle özledim bıraktığın avluyuMelekler şehri unuttu yas tuttum ikimize
Görünür bir sabah soğuk duvarlardan o mavi koruluk, eski parkİçime düşer yorgun göğü savuran kuşun sesi
Akşamdan geciken bir sıkıntı yüzümdeHayat bir kuşüzümü
Çıplağız, gövden kum, ağzın harf, avcun vedaBir kesikten akan yaranın gölgesindeyim
Bileklerimde kanar kış
Akşam son renklerini de bıraktı dağınık saçlarınaBağıracak kuyular kalmamıştı
Yüzümde birikir başı boş köpek sesleri!Yağmuru izlerken unutmadığım şeyler var
Cama çarpıyorken damlalar, bir kıpırtı…Murat Yurdakul
Mürekkep Uykusu
gökyüzüne kuşları yeniden oku!
şimdi keder açıyor tüm yolları
yenilen her kadın üşüyen birer karaca
gözlerimdeki kil değil senin sessizliğindışarıdan açılır bir pencere içimizdeki geceye
bir güle kapanıp kalırız şimdi
kiraz çiçekleri sesimi büyütüyorher ölen kuşla biraz daha çöle eğilir gökyüzü
çocuklar çoktan birer rüyasız uyku
tren yolları… gitmek!.. bir kedinin en son istediğikalbimi okuduğum kuyulardan ses gelmeyince
kederin ağrısıyla kalbime dokunan gökyüzüne
içimden kocaman kayan yıldızlar sunuyorumgüz’de ağrılı kalbim utanmasın yarasından
bir kuş gözyaşı çizer içimin gecesineMurat Yurdakul
Mumlar, Çocukluğum
unutmaya çalıştığım ne varsa bende durmasın
içimde öyle çok ki, her gidenden biriken melekler
kör kurşunla vurulup düştüğüm yalnızlıktan sancılı dağlarda
kendime dökülüyorum, içime
sana sonsuz sarıldığımda
isimsiz köy mezarlığında olsun rüzgârın
umarım bağışlarsınız hüzünlerimikediler sahipsiz… güvercinler telaşlı…
ömrüm ince kum!durma hadi!
siyah bir engerek içimin kuşlarını çağırsın
unutma
yaslı çiçekte biriken kana rehin kalbim
sudaki suretimden bir sancı aradım.
unuttuğum ne vardı;
bunu hatırlıyordu yüzümün bir yeri…
bir çiçeğe tutundum düşerken, ordayım hâlâMurat Yurdakul
Masumiyet
trenden hızlı rüzgârdan eski
tanımadığım kentlerde bulmuştum hüznünü
yüzünde bir tanrı ölür sıkıntıdan
o sıkıntıyı alıp yanıma gömer annem
kuşlar yüzünü kapatıyor, kayboluyorum!
içimde dünyanın bütün akşamları
uzakları yaksam mektuplarla bütün
kimi terk edebilirim ki şimdihuzur sana dokunmak gibi narin,
gözlerine dalmak kadar sonsuz
sesini biriktirdiğim şarkılar vardı notaları kaybolan
umarsız bir çift güvercini havalandırıyorum bakışlarından
ağaçlarda ölü kuşların sesleri
terli bir gökyüzünün kan uykularına vardım
güzü bir gövdeden doğuran dünya çocuk seslerinden dökülürzaman kuşlardı… mevsimsiz çiçekleri beklerken…
ah âşk!
göz yaşın damlıyor
kalbime … eğil de
gözlerimde biriken yaraya bak!Murat Yurdakul
Keder
kalp ağrısı uzun bir yoldan geliyoruz seninle
omuzlarından gözyaşları dağlayarak geçer
dilimizde rengarenk binbir çöl masalları
rahmimden dökülür acıları suya değen sabahlarımgüz gülümsemelerinin serin sessizliğine gömün âşkı
anlaşılır belki yalnızlık
bir yaz yağmurunun en kuytu çeşmelerindeduydum, kırıldı içimde gözyaşların sesi
ölü kuş gölgelerinin izini sürdüm külde
dağıma çıkan patikada dökülür yazım
çektiğimiz çocukluk düşünün ağrısı dinsin
hâlbuki çocukluk dediğin pişmanlıkları
boşluğa düşüren bir sığınak
insan da bir avuç toprak ve bitimsiz açlık
kalbim alış artık içimde biriken keder gecenin çölüMurat Yurdakul
Suyun İntiharı
âşk kalır kuytularda
suyun intiharla terbiyesi artık zaman
ağrıyla, soğukla sustum, dünyanın onca acısı benden yırtılmış
bu kente bir sinema daha gelse
paramparça yalnızlıklar uzak rüzgârları kuşanır, orman yanarher çiçeğe bir sessizlik işlenir
ağıtlardaki kalbim küle döner,
kokusuna is bulaşır
gün saymak tahliyesi ölümannesizlik çocukların saçlarından okunur
senin de saçlarına annesizliği yazdılargece çınlarken içimde su kabarır kalbim ölümle mühürlenir
gölgesine yürüyen ağacın yaprağından geliyorum sana
kaybettiğim akşamlar, içim kırık âşktı, arardım; orada tek başıma…
çocukların kalbinde tutsak bahçelerin anısıydık o kıştaMurat Yurdakul
-
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin.
Ramazan bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2023-cü il
Mənbə: http://president.az
-
Gənc ədəbiyyatşünas Sərvanə Dağtumasın məqaləsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin müəllimi, gənc xanım yazar Sərvanə Dağtumasın məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi. -
Azərbaycanlı şairə Nigar Arifin “Xatirələr otağı” adlı yeni şeirlər kitabı İranda nəşrə hazırlanır
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin Xatirələr otağı” adlı yeni şeirlər kitabı İranda nəşrə hazırlanır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
və İctimaiyyətlə əlaqələr şöbəsi. -
Qəmər SÖZAY.Yeni şeirlər
Bütün ümidlərin kökü kəsilib,
Bütün ümidlərim məzar qoxuyur.
İllərdir qəlbimdə yatan arzular
Sabah oyanmaqçün dua oxuyur.Yaddaşım köksünü ötürür yenə,
Keçmişin kölgəsi alır başımı.
Dünənlər dağ çəkir qəlbimin üstə,
Sabahlar gənclikdən çalır yaşımı.Sənsizlik qoynunda quruyur ömrüm,
Ölümlə qalımın savaşındayam.
Həsrət adlı dərddən zarıyır ömrüm,
Həyatın qaranlıq libasındayam.Bu bəxtin nazıyla çox oynamışam,
Susamış göz yaşım yanaqlarına.
Mən Allah deyiləm, fəqət yenə də
Səni bağışladım günahlarına.SƏNDƏN UZAQLAR
Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki de, səni unudum necə…Toz basmış pəncərə şüşələrimdən
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.Nə sən həmin o adam, nə mən həmin qadınam,
Boyn bükük ümidlər ruhunu təslim edib.
Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz,
Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.Yaşadığım ünvan da daha həminki deyil,
Daha xatirələr də canlanmır gözlərimdə.
Varlığınla var olan o qadından əsər yox,
Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.Bircə-bircə xəyallar uçuruma adlayır,
Zaman da taleyimə kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun qaranlığı boydadır.DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə, həsrətin padişahı,
Qurtar məni, İlahi, bu qüssənin əlindən.Üşüyür xatirələr, yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir hicranın qollarına,
Gəl birlikdə kor edək ayrılığın gözünü.ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan
Dölüm çağırır məni.Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan
Gülüm çağırır məni.Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan
Külüm çağırır məni.SƏNDƏN SONRA
Bir quru canım qalıb, səndən sonra özümdən,
Uğursuzluqlar büküb, taleyimin qəddini.
Boş, mənasız bu dünya elə düşüb gözümdən,
Yarıb keçə bilmədim kədərin sərhədini.Basdırılmış ümidlər üşüyür məzarında,
Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.
Taleyinin önündə diz çökən quzğun kədər
Mənim də gəncliyimi ağuşunda yatırır.Bax, hələ də qalmışam keçmişin qucağında,
Sönük gəzdirir ruhum bu cansız bədənimi.
Sən indi ailənlə, öz isti ocağında,
Mən hər gün itirirəm yaşamaq “nədən”imi.ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha,
Arzuların canında məndən əsər qalmayıb.
Allahın ümidinə yaşayıram hələ də,
Bu kor qalmış bəxtimin gözləri açılmayıb.Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim,
Hicran hələ zövq alır həsrətinin dadından.
Xəyalının kölgəsi kəsir başım üstünü,
Ümidsizəm, ümidsiz o sevdiyin qadından.O sevdiyin qadının kədər qırıb belini,
O yuxa ürəyi də Çin Səddinə bürünüb.
O sevdiyin qadının buraxandan əlini
İşıqlı sabahlardan qaranlığa sürünüb.Yolların sinəsində üşüyür yoxluğunla,
Didərgin bir sevginin nəfəsini daşıyır.
Puç olmuş gəncliyilə bu vəfasız həyatda
Allahın ümidinə yalan-gerçək yaşayır.SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi,
Hər dəqiqə ömürdən, bir ömürü aparır.
Xatirələr can verir zamanın yaddaşında,
Nə ömür sona yetir, nə sənsizlik qurtarır.Zaman da öz payından, artıq pay vermir bizə,
Doğan günəş isitmir üşüyən sevgimizi.
Yuxuların çin olma ümidi sona yetib,
Yuxular da birlikdə görmək istəmir bizi.Döyülür sol yanımda həsrət adında vurğu,
Nəbzim də hey deyinir, yorulur sürətindən.
Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,
Özüm də nigaranam, inan ki, səhhətimdən.Kədər öz örpəyini atıb başım üstünə,
İtib dodaqlarımda təbəssümün şöləsi.
Yalnızlıq qala qurur, yeni yaşım üstünə,
Havadan da duyulur bir əlvida nəfəsi.ŞƏN, MAKİYAJLI QADIN…
Can çəkişir ümidlər həsrətinin dizində,
Körpəcə arzuların bükülür bel-buxunu.
Yorğun bir ürək gəzir, sənsizliyin izində,
Ay mənim uzaqdakı ən dəyərli yaxınım.Xatirənlə baş-başa – dörd divardır, bir də mən,
Saatın əqrəbləri zamanı qabaqlayır.
Sənsizlik payız kimi xəzan tökür üstümə,
Sənsizlik payız təki ömrümü qucaqlayır.Taqətsizəm, sabaha yalınayaq gedirəm,
Yollar tikan bitirir, ayağımın altında.
Səndən sonra qəhəri çəkirəm üz-gözümə,
Səndən sonra həsrətəm makiyajlı qadına.KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam,
Qapanmışam özümə.
Xəyalları toz basıb,
Görünmürlər gözümə.Uçub sevgi çatısı,
Məhəbbəti üşüdür.
Hayqırtımı, sadəcə,
Yalnızlığım eşidir.Payız keçib üstündən,
Xəzanına bürünüb.
Uçuq-sökük bu daxma,
Hey bahara sürünür.Bütün yollar qapanıb,
Təklik sarıb dörd yanı.
Bitəcəkmi, görəsən,
Bu daxmanın üsyanı?Mənbə: http://azyb.az/
-
Banu Muharremi doğum günü münasibətilə təbrik edirik! (20 aprel 1993-cü il)
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
-
Kitabxana Tarixi Abidələrin Mühafizəsi Gününü qeyd etdi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər və “İnformasiya saatı” keçirdilər.
Kitabxananın əməkdaşları Təranə İsgəndərova, İradə Hüseynova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular İçərişəhər Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Saray Kompleksini, Yeraltı hamam və digər tarixi yerləri ziyarət etdilər.
“İnformasiya saatı”nda uzun müddət İçərişəhərdə baş mühafizəçi kimi fəaliyyət göstərən Esmira Kazımova çıxış edərək bildirdi ki, İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir. O, İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar sarayı binasının 2 mərtəbədən, ümumi 52 otaqdan ibarət olduğunu bildirdi. O, kitabxananın əməkdaşlarını və oxucularını sarayın divanxanası ilə tanış edərək bildirdi ki, Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının üzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”. Daha sonra o, Şirvanşah I Xəlilüllahın anasının və oğullarının dəfn olunduğu türbə, xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi, islam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binasının tarixi haqqında geniş məlumat verdi.
Esmira Kazımova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mədəni irsin qorunmasına təkan verdi. Bu nəhəng işin nəticəsi Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi oldu. O, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər gördüyünü vurğuladı.
Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı qədim tarixə, tükənməz mədəniyyətə malikdir və İçərişəhər Azərbaycan xalqının milli sərvətidir.
Kitabxananın əməkdaşları və oxucular Şirvanşahlar Saray Kompleksinin eksponatlarına baxış keçirdilər. Daha sonra Təranə İsgəndərova bir çox sirləri özündə gizləmiş Şirvanşahlar Saray Kompleksinin eksponatları haqqında maraqlı məlumatlar verdi.
Kitabxananın əməkdaşları və oxucular XVII əsrə aid Yeraltı hamama baxış keçirdilər. Hamamda yerləşdirilmiş qədim tarixi eksponatlar haqqında məlumatlandırıldılar.
Ümummili Lider, müasir Azərbaycan dövlətinin memarı, tarix və mədəniyyətin hamisi kimi xidmətləri kitabxanaçılar və oxucular tərəfindən böyük ehtiramla anıldı.
-
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə videoçarx hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırladı.
Qeyd edək ki, 2023-cü il 28 apreldə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Videoçarxda akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri haqqında məlumatlar toplanılmışdır. Videoçarxda həmçinin görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi, əməli təcrübəsi və ailəsi ilə birlikdə olduğu zaman çəkilmiş fotolarını da izləmək mümkündür.
Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə Əliyeva haqqında söylədiyi sözlər də yerləşdirilib.
Videoçarx sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” elegiyası ilə müşayiət olunur.
Aşağıdakı keçidə daxil olub videoçarxı izləyə bilərsiniz:
-
Bakıda Vesnyanka Ukrayna-Azərbaycan bahar yarmarkası olub
Bakıda birinci Vesnyanka Ukrayna-Azərbaycan xeyriyyə bahar yarmarkası olub.
AZƏRTAC xəbər verir ki, tədbiri diplomatik korpus, media, ictimaiyyət nümayəndələri ziyarət ediblər. Onlar bununla yarmarkanın təşkilatçılarına, Vesnyanka ideyasına uyğun dəyərlərə ehtiramlarını ifadə ediblər.
Yarmarkanın “Qədim zamandan müasir dövrədək. Novruz və Vesnyankadan Pasxaya qədər” rəmzi devizi multikulturalizm ideyalarını təbliğ etməklə yanaşı, eyni zamanda, azərbaycanlıların Ukraynanın bahar ənənələri ilə tanışlığını, mədəni əlaqələrin qurulması və iki xalqın zəngin mədəni irsinin qarşılıqlı zənginləşdirilməsini əks etdirir.
Lidiya Şestak-Əliyeva deyir: “Azərbaycanda uzun illər yaşayan bir çox ukraynalılar yerli mədəniyyətə fəal şəkildə inteqrasiya ediblər. Burada biz Novruzun gəlişini gözləyirik və bu bayrama hazırlaşırıq. Çərşənbə axşmlarını ənənəvi axşamlara dəvət etdiyimiz qonaqlarla yola salırıq, şəkərbura, paxlava bişiririk. Azərbaycanlı qonşularımız bizə pay gətirir, yüksək qonaqpərvərlik nümayiş etdirir və öz ənənələri ilə tanış edirlər. Bu bayram bizlərə çox doğma və yaxın olub! Şəxsən mən onun gəlişini səbirsizliklə gözləyirəm. Mənim Novruzda həmişə qonaqlarım olur və onlar üçün plov bişirirəm. Novruz gəldikdən dərhal sonra biz Pasxa bayramlarına hazırlaşmağa başlayırıq. Buradaca biz, ukraynalılar ənənəvi olaraq qonaqlarımız üçün Pasxa yeməkləri hazırlayırıq. Əgər Azərbaycanda yaşayan hər hansı bir insandan soruşsanız, onların hər birinin bənzər tarixçələri var. Bir tərəfdən, diaspor nümayəndələri öz ənənələrini qoruyub saxlayır, digər tərəfdən, multikulturalizm və toleyrantlıq ənənələrinə sadiq olan azərbaycanlılar hər zaman başqa xalqların nümayəndələrinə cəmiyyətə inteqrasiya etməyə kömək edirlər. Biz öz tədbirimizlə məhz ukraynalıların Azərbaycan mədəniyyətinə inteqrasiyası ideyasını, həmçinin Pasxa bayramları və Vesnyanka ənənələrini çatdırmaq istəyirik. Qoy insanlar bizim baharı necə qarşıladığımızı, onu səbirsizliklə gözlədiyimizi, ənənələrimizi və yeməklərimizi, Ukrayna evi və milli geyimlərimizi yaxından tanısınlar. Bu, bizim xeyriyyə bahar festivalında daha çox bəhs etmək istədiyimiz mədəni irsdir. Ukrayna və Azərbaycan xalqlarının bir çox ortaq cəhətləri var: azərbaycanlılar hələ İslama qədər mövcud olan Novruz ənənələrini davam etdirirlər, ukraynalılar isə indiyədək baharın gəlişini bayram edir və Kiyev Rus dövlətində xristianlığa qədər qeyd edilən Vesnyankanı və başqa bayramları əziz tuturlar. Xalqlarımızı multikulturalizm, toleyrantlıq, öz ənənələrinə sevgi birləşdirir ki, bu tədbirdə buna bir daha əmin olmaq mümkündür. Mən, həmçinin bütün könüllülərə, Azərbaycanın Ukraynalı Qadınları Birliyinin üzvlərinə bu cür gözəl tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm”.
Ukrayna və Azərbaycan dillərində və iki xalqın milli geyimləri ilə keçirilən konsert bayrama xüsusi ovqat bəxş edib. Səhnədə Ukrayna və Azərbaycan mahnıları səsləndirilib, “1001 nights” xoreoqrafiya studiyası “Marusya” Ukrayna rəsqi və Qarabağ yallısı ilə çıxış edib.
Vesnyanka tədbirinin əsas məqsədlərindən biri də müharibədən əziyyət çəkən Ukrayna sakinlərinə xeyriyyə yardımıdır. Belə ki, festival çərçivəsində “Easter Charity Market” xeyriyyə yarmarkası olub. Əldə olunan vəsait ərzaq məhsulları almaq üçün ukrayanlılara yardım üzrə beynəlxalq qərargaha təqdim ediləcək.
Tədbirin qonaqları arasında Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalkov, Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçaka, Ukrayna və Polşa səfirliklərinin nümayəndələri olublar.
Mənbə: https://azertag.az/
-
Kitabxanada Ümummilli Liderin 100 illiyinə həsr olunmuş interaktiv plakat hazırlanıb
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev–100” adlı interaktiv plakat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, interaktiv plakat dörd bölmədən ibarətdir.
Birinci bölmədə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycan və rus dillərində verilib. Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır. Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilib. Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.
İnteraktiv plakatı https://padlet.com/filivara/100-heyd-r-l-yev-100-wehqmwvnfqm3dmoh linki vasitəsilə izləmək olar.
Mənbə: https://azertag.az/
-
Gəncədə möhtəşəm sirk şousu
Beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür. Mayın 4-dən 9-dək Gəncə İdman Olimpiya Kompleksində Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi olmuş “DZİVA” şousu təqdim ediləcək.
Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, şouda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivin şir və pələnglərinin unikal çıxışları şounu bənzərsiz edəcək.
Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.
Mənbə: https://azertag.az/
-
Belqradda Gülnarə Xəlilovanın “Qarabağ” milli geyim ekspozisiyası təqdim olunacaq
Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir aprelin 18-dən 20-dək Belqraddakı “Madlena” Art Palaceda keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mahnı və rəqsləri, xalçalar və əl işləri də nümayiş ediləcək.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə təşkil olunan moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Mənbə: https://azertag.az/
-
Bir ürəkdə iki can – Türkiyə – Azərbaycan
Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq və ya ayrı təsəvvür etmək mümkün deyildir. Bu ona bənzəyər ki, əkiz doğulmuş iki qardaşı bir-birindən ayrı tutursan. Tarix də göstərdi ki, bir damarın qanı iki yerə bölünə bilmir. Buna çox çalışdılar, tarixi saxtalaşdırmağa cəhd etdilər, özünü türk hesab edənlərə ayrı adlar qoymaq istədilər, ancaq toplananların yerini dəyişərkən, cəmin dəyişmədiyini tarix özü isbat etdi. Vaxtilə Osmanlı Türkiyəsini paramparça etmək üçün koalisiya yaradan böyük güc dövlətləri Türkiyənin üzərinə yeriyərkən Azərbaycanlıların dəstə-dəstə Çanaqqalaya, savaşa getdikləri tarixi gerçəklikdir. Orada şəhid olan qəhrəman azərbaycanlıların məzarlığı deyilənin əyani sübutudur. Sonrakı tarixdə erməni-daşnaq-bolşevik birliyinin azərbaycanlılara qarşı soyqırımı törətdikləri zamanda Osmanlı dövlətinin göndərdiyi Qafqaz Müsəlman Ordusu qəhrəman Nuru Paşanın komandanlığı altında qardaş köməyinə gəldi, ölkəmiz işğal altına salmaq istəyən irticaçılardan Azərbaycanı və azərbaycanlıları xilas etdi.
Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Bir ürəkdə iki can – Türkiyə – Azərbaycan” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Keçən əsrin əvvəllərində Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə, “Paşam, qardaşın qardaşa borcu olmaz!” ifadəsi, eləcə də böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” canyanğısı və Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” təəssübkeşliyi varlığımızın, birliyimizin, qan əlaqələrimizin və ayrılmazlığımızın sübutudur.
2020-ci ildə İkinci Qarabağ savaşında Azərbaycanı tək buraxmayan və dünya birliyinə qarşı sinəsini sipər edən Türkiyə Cümhuriyyəti, qanı qanımızdan, canı canımızdan olan türkiyəli qardaşlarımız səsimizə səs, nəfəsimizə nəfəs verdilər. Türkiyənin nümayəndə heyətinin iştirak etmədiyi mötəbər tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yoxdur, biz varıq, burda Azərbaycan var!” ifadəsinin cəsarətlə səslənməsi qardaşlığımızın, candaşlığımızın ən bariz nümunəsidir. Belə hadisələrin sayı çoxdur. Bütün bunlar ondan irəli gəlir ki, ayrılmaz olan varlıqları ayırmaq mümkün deyildir.
Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə onları hər daim bir bədəndə iki can kimi yaşadacaq!
Biz unutmuruq və heç zaman da unutmayacağıq ki, bu gün Türkiyənin inkişafı Azərbaycanın dirçəlişidir. Azərbaycanın dirçəlişi Türkiyənin qol-qanad açması, böyük Türk dünyasının birliyi, bütövlüyü, inkişafı deməkdir.
Bu hisslər, duyğular bərabərcəsinə coşduqca coşmaqdadır, Azərbaycanla Türkiyənin bütün parametrlərdə birliyinin, bərabərliyinin və yüksəlişinin qarşısını ala biləcək qüvvə olmayacaqdır. Biz bu hikməti unutmamalı və sabaha doğru irəliləyən yolumuzu bərabər getməli, dünya birliyinə bərabər inteqrasiya etməliyik. “Güc birlikdədir!” dədə sözü ən ali şüarımız olmalıdır.
1923-cü ildə böyük Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyəti quruldu. Bu günə qədər inkişaf etdi. Öz yerini möhkəmləndirdi. Bu gün isə dünya dövlətləri sırasında sayılıb-seçilən bir dövlət kimi tanınır və hesablaşılır. Çünki Türkiyə son illərdə hərbi sənayesinə görə inanılmaz mərhələyə qədəm qoymuşdur. Azərbaycan da məhz son illərdə elə bir yüksəlişə yetişmişdir ki, 44 günlük Qarabağ savaşında nümunəviliyi ilə dünyanı heyran qoydu. Bu inkişaf prosesi dövlətlərimiz arasındakı həqiqi və yüksək qardaşlıq, candaşlıq əlaqələrinin möhkəmləndirilməsi nəticəsində əldə olunmuşdur. Azərbaycan öz sərvətləri və mənəvi dəstəyi ilə Türkiyəyə, Türkiyə isə Azərbaycana həmişə arxa-dayaqdır. Əldə edilən uğurlar və yüksək göstəricilər ortada olan isbatdır.
Artıq illərdir ki, hər iki dövlətin liderləri möhtərəm İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan milli birliyin, bərabərliyin timsalında xalqlarımızı ayrılmaz bağla bir-birinə qovuşdurmuş və birləşdirmişlər. Bu bağın, bu qovuşmanın tellərini qırmaq isə mümkün deyildir.
Ölkə rəhbərlərimizin şəxsi ünsiyyətləri timsalında, onların siyasi və insani münasibətlərinin təcəssümündə parlaq şəkildə görünən birlik-qardaşlıq və candaşlıq ovqatı, belə yüksək hisslər və duyğular hüdudunda daha da möhkəmlənən əlaqələrimiz sənət xadimləri tərəfindən mədəni kontekstdə öz inkişaf istiqamətini formalaşdırmaqdadır. Rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi artıq 2007-ci ildən etibarən Türkiyə Cümhuriyyətinin demək olar ki, ən böyük şəhərlərində uzunmüddətli və genişmiqyaslı qastrol səfərləri həyata keçirir. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan ibarətdir.
Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək bu yolda daim bizimlə bərabərdir. Bizim bu bərabərliyimiz sənətin ecazkar dili ilə oynadığımız tamaşalar vasitəsilə həyata keçirilir və böyük səmərə verir. Belə səfərlərin davam etdirilməsi bizim üçün prioritetdir. “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin ən böyük şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə növbəti səfərimizə start verəcəyik. Biz belə mühüm tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər salonlarından “Bir bədəndə iki can – Türkiyə – Azərbaycan” deyə, hər daim səslənməkdəyik.
Birliyimiz, bərabərliyimiz, qardaşlığımız və candaşlığımız daim yaşasın və əbədi olsun!
Mənbə: https://azertag.az/
-
Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.
Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Mənbə: https://azertag.az/
-
İsa Muğannanın “Ömür karvanı” kitabı Gürcüstanda nəşr olunub
Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin zəngin ənənəli “Merani” nəşriyyatında nəşr edilib.
Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.
Mənbə: https://azertag.az/
-
Azərbaycan opera sənəti tarixinə parlaq səhifələr yazan ifaçı
Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 ili tamam olub.
İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.
F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.
L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.
Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.
Mənbə: https://azertag.az/
-
İlk Azərbaycan operettasının müəllifi – Zülfüqar Hacıbəyli
Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 139-cu ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.
Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə – yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyli 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə – 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar…
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi… Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur – hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.
-
Bu gün Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişlinin anım günüdür
İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. “Bir könül sındırmışam”, “Dalğalar”, “Könül verdim”, “Sənsən ürəyim”, “Səndən danışdı”, “Mən sənə neyləmişəm”, “Oxu, tar”, “Səadət”, “Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür…
AZƏRTAC xəbər verir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 8 il ötür.
Ramiz Mirişli 89 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.
Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.
Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.
Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.
Bəstəkarın “Dalğalar” mahnısının 60 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.
Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.
Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın “Oxu tar” (sözləri M.Müşfiqindir.), “Salam kür çayı” (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.
Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb” sözlərini deyib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə “Şərəf” ordeni ilə təltif edilib.
2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.
Mənbə: https://azertag.az/
-
Arzu MAHMUDLU.”Anar ucalığı, Anar mötəbərliyi”
Xalq yazıçısı Anarın 80 illik yubileyində daxilimdən gələn səsi, səmimi duyğuların tərcümanı olan fikirləri ifadə etdiyim kimi, indi, 85 illik yubileyində də Anar şəxsiyyətinə dair, onun müdrikliyinə, həssaslığına, zəngin mənəviyyatına aid düşüncələrimi, gördüklərimi, yaşadıqlarımı, qismən də olsa, qələmə almaq qərarına gəldim. Anar müəllimin yaradıcılığı, şəxsiyyəti haqqında dövlət xadimləri, görkəmli ədəbiyyatşünas alimlər, tənqidçilər, söz və fikir adamları çox yüksək sözlər deyiblər, deyirlər, yazıblar və yazırlar. Nə qədər deyilsə və yazılsa da, bitməz ki! 25 ilə yaxın müddətdə əyani tanıdığım Anar obrazı haqqında deməyə, böyük söz sahiblərinin yanında çəkinsəm belə, mənim də sözüm var. Anar müəllim kimi böyük şəxsiyyəti tanımaq üçün 25 il çox olmasa da, az vaxt da deyil. Bakıdan çox-çox uzaqda kitablardan, televiziyadan gördüyüm, gənclik illərimin sevilən yazıçısı Anar. Sonra isə canlı-canlı tanıdığım Anar. Onun əyləşdiyi mərtəbədən maraqla iş prosesini izlədiyim Anar. Və indi… Birliyin binasında bizdən bir mərtəbədə aşağıda, yenə bütün müdriklik və əzəməti ilə əyləşən Yazıçı və Sədr Anar… Xarakterindəki ağayanalığı ilə daima seçilən, alicənab, xeyirxah, vətənpərvər, bağışlayan, dəyərləndirən, bütöv, təmkinli, humanist Anar…Anar mənim də zehnimə həkk olunan saysız və bir-birinə bənzəməyən düşündürücü obrazlar yaratmış, əsərləri, filmləri sadalamaqla bitməyən əvəzolunmaz yazıçıdır, ədəbi şəxsiyyətdir. Öz kökünə sadiq ziyalı, hər şeyi görən və qiymətləndirən, özü isə tərifə sığmayan, dəyişməyən, kübarlığın, ziyalılığın, dürüstlüyün zirvəsində dayanan bir İnsan obrazıdır O.Mənim düşüncələrimdə Anar ucalardan-ucada dayanan, bənzərsiz xarakteri və zəngin yaradıcılığı ilə hər zaman seçilən, 60-cılar nəslinin, həm də bugünkü, müasir ədəbiyyatımızın yaradıcı şəxsiyyət etalonu olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının yaddaşına çevrilmiş parlaq imzadır.Milli kimliyimizi dönə-dönə bizə tanıdan və sevdirən, çoxşaxəli və zəngin yaradıcılığa malik olan Anar illərlə çəkdiyi zəhmətə qatlaşmadan da xeyli rahat yaşaya bilərdi. Ancaq o, bütün qüvvəsini, enerjisini, rahatlığını, ən əsası isə, böyük istedadını Azərbaycan yolunda, xalqımızın tərəqqisi naminə fədakarlıqla sərf edərək mükəmməl bir həyat yolu keçməkdədir.Azərbaycan və dünya mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Anar ona kamil şəkildə bələd olmasın. Azərbaycan Yazıçılar Birliyində şahidi olduğum tədbirlərdə onun anidən möhtəşəm bir fikir bildirməsinə heyran olmamaq, şəxsən mənim aləmimdə, mümkünsüzdür. Bu 25 ilə yaxın müddətdə Anar müəllimi hər addımda mədəniyyətimizi, ədəbiyyatımızı ləyaqətlə təmsil edən, ədəbi mühitin mürəkkəb xarakterli nümayəndələri ilə dil tapan, öz şəxsi mənafeyini önə çəkmədən hər kəsi düşünən, vicdanının səsinə qulaq asaraq qərar verən bir şəxsiyyər kimi gördüm. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin üzdə olan və nisbətən arxa planda qalmış bir çox simalarını, vətənimizin az qala hər qarışını bizə sənətkarlıqla tanıdan, sevdirən Anarın əsərlərindən, çoxları kimi, mən də Azərbaycanımızın müxtəlif guşələrinə sevə-sevə xəyalən səyahət etmiş, onlara dəyər verməyi öyrənməyə çalışmışam. Belə dilbər və əziz guşələrdən olan Qarabağımızın işğalı uzun zamandan bəri hər birimizin yaralı yeri idi. Şanlı ordumuz, müzəffər Ali Baş Komandanımız bizə tükənməz Qarabağ Zəfərinin sevincini yaşadaraq, milli qürür hissimizi bizə qaytardı. İllər boyu Anar müəllimin bu 30 illik Qarabağ həsrətimizə son qoyulacağı, torpaqlarımızın işğaldan qurtulacağı barədə inamlı yazılarına, ümid dolu çıxışlarına çox şahidlik etmişəm. Və onun ən böyük arzusu bu gözəl günü görmək idi. Şükürlər olsun Böyük Yaradanımıza, xalqımıza bəxtiyarlıq yaşadan bu Zəfər gününü Anar müəllim gördü və onun təntənəsini, Şuşadakı möhtəşəm təbirlərin sevincini, qürurunu yaşadı. Bütün bunların şadlığını və iftixarını hələ uzun illər də yaşamasını diləyirəm.Qarşılaşdığı bütün sınaqlardan alnıaçıq çıxan Anar müəllim indi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının Anarıdır, mötəbər şəxsiyyəti və sevimli yazıçısıdır.Anar müəllim, Sizi bu gözəl yubileyiniz – 85 illiyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xalqımız, vətənimiz və hər birimiz üçün çox dəyərli olan fəaliyyətinizdə, misilsiz ədəbi yaradıcılığınızda yeni uğurlar arzulayıram! Yaşayın, yaradın, Allah millətimizə, Azərbaycanımıza Sizi çox görməsin, çöhrənizdəki nurlu təbəssüm heç zaman əskik olmasın!
-
Azərbaycanın pravoslav xristian icmasına
Azərbaycanın pravoslav xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Pasxa bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.
Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.
Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan müasir Azərbaycan Respublikasında bütün etnik və dini azlıqlara, o cümlədən xristian icmasına öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanmaq, adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaq üçün geniş imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, belə demokratik və tolerant mühitdə fəaliyyət göstərən pravoslav inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ictimai-siyasi həyatımızın bütün sahələrində yaxından iştirak edir, müstəqil dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər.
Əziz həmvətənlər!
Pasxa bayramı dirçəlişin, yeniliyin, mərhəmət və şəfqət duyğularının rəmzidir. Bu əziz gün münasibətilə bir daha hər birinizə səadət, ailələrinizə xoş bayram ovqatı və firavanlıq arzulayıram.
Bayramınız mübarək olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2023-cü il
Mənbə: http://president.az
-
A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
A.Q.Kərimlinin Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,14 aprel 2023-cü il
Mənbə: http://president.az
-
A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
A.Q.Kərimlinin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Adil Qabil oğlu Kərimli Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,14 aprel2023-cü il
Mənbə: http://president.az
-
76-cı Kann Film Festivalının filmləri və ulduzları təsdiqlənib
Dünyanın ən böyük film festivalı olan 76-cı Kann Film Festivalı mayın 16-dan başlayacaq və 27-dək davam edəcək.
AZƏRTAC xəbər verir ki, Kann Film Festivalının 76-cı buraxılışında “Çiçək ayın qatilləri” filmi ilə Martin Skorsez, sevimli aktyorlar Leonardo Di Kaprio , Robert de Niro, Tom Kruz və Harrison Fordun iştirakı artıq təsdiqlənib. Həmçinin məişət zorakılığı ittihamları ilə məhkəmə qarşısına çıxmış və sonda məhkəməni udan fransız aktyoru Coni Deppin də festivalda olacağı bildirilir.
Pedro Almodovarın yeni qısametrajlı filmi “Qəribə həyat tərzi” rəsmi seçimdə və dünya premyerasında nümayiş etdiriləcək. Festivalda qısametrajlı və uzunmetrajlı məşhur filmlərin rejissorları və aktyorlarının iştirakı gözlənilir. Ancaq tanınmış rejissor və aktyorların bəzilərinin seçilməsi hələ də sual altındadır.
Festivala seçkilərdə qadın rejissorların yeri də araşdırılacaq.
Netflix Kann Festivalı qaydasına əməl etməkdən imtina edərək, “La Mostra de Venise” İtaliya film festivalında iştiraka üstünlük verir.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
-
Ölkəmiz 37-ci Beynəlxalq Musiqi Festivalında təmsil olunub
4- 28 aprel Türkiyənin Ankara şəhərində CSO ADA Ankara`nın Ana Salonunun səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Bu mötəbər festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib. Tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda qürurvericidir.
Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəl-zadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.
-
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
Beynəlxalq Uşaq Kitabları Şurasının (IBBY) Fəxri Siyahısına daxil edilən “Cəsur ayı və dostları” uşaq kitabının yazarı Solmaz Amanova, rəssam İskəndər Məmmədov və “Everest” nəşriyyatının icraçı direktoru Nemət Əliyevə 11 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli tərəfindən qurumun sertifikatları təqdim olunub.
Dünya uşaq ədəbiyyatı yaradıcılarını və uşaqları bir araya gətirən Beynəlxalq Uşaq Kitabları Şurası (IBBY) 1953-cü ildə İsveçrənin Sürix şəhərində fəaliyyətə başlayıb və dünyanın 81 ölkəsi üzrə milli bölmələrdən ibarətdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan F.Köçərli adına Respublika Uşaq Kitabxanasının iştirakı ilə ölkəmiz 2012-ci ildə Şuraya üzv qəbul edilib və Azərbaycan uşaq ədəbiyyatının təbliği istiqamətində əməkdaşlığa başlanıb.
Qurumun başlıca məqsədi dünyanın hər yerində uşaqlara yüksək bədii zövqə malik kitabları əldə etmək imkanını vermək, xüsusilə inkişaf etməkdə olan ölkələrdə keyfiyyətli uşaq kitablarının nəşrini və yayımını təşviq etməkdir.
Şuranın iki ildə bir təşkil etdiyi beynəlxalq konqreslər uşaqlar üçün ədəbiyyat və kitab mədəniyyəti sahəsində çalışan nüfuzlu mütəxəssisləri bir araya gətirir. Eyni zamanda şura tərəfindən uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan, “Kiçik Nobel Mükafatı” da adlandırılan Hans Kristian Andersen Mükafatı təqdim olunur.
Həmçinin şura tərəfindən görkəmli yazıçılar, illüstratorlar və tərcüməçilərdən ibarət Fəxri Siyahı hazırlanır. Şuranın Fəxri Siyahısı uşaq və yeniyetmələr üçün ədəbiyyatın dünyada təbliğində əhəmiyyətli rola malikdir.
-
Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub
2023-cü il aprelin 12-də Dimitri Şevardnadze adına Gürcüstan Milli Muzeyinin Qalereyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Milli İncəsənət Muzeyi və Gürcüstan Milli Qalereyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyevin “Zamanın pillələri” adlı fərdi sərgisinin açılış mərasimi təşkil olunub.
Gürcüstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş sərgi çərçivəsində rəssamın müəllifi olduğu əsərlərdən ibarət kataloq təqdim edilib, çoxsaylı nəşrləri – kitab və albomları nümayiş etdirilib.
Qeyd edək ki, “Zamanın pillələri ilə” sərgisi cari ilin 10 may tarixinədək davam edəcək.
-
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
Xəbər verdiyimiz kimi, “Heydər Əliyev İli” çərçivəsində 11-12 aprel tarixlərində Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu keçirildi.
Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşən forum öz işini aprelin 12-də “Konsepsiya və strateji hədəflər” mövzusunda birinci panel iclasla davam etdirdi.
İclasda “Milli teatrın inkişaf strategiyası”, “Auditoriya tələbinin formalaşması və tamaşaçı axınının stimullaşdırılması”, “Marketinq və reklam strategiyası”, “Çağdaş teatr prosesində müstəqil teatrların rolu” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini Vəfa Mühacirovanın moderatorluğu ilə keçən müzakirədə Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə teatr və təhsil, teatr sənəti dünən və bu gün mövzusunda danışdı. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə teatr sahəsində islahatlar, ənənələr, festivallar və müasir tələblər barədə fikirlərini bölüşdü. “M Teatr”ın rəhbəri Xalq artisti Vidadi Həsənov müstəqil teatrların problemləri, Azərbaycan Dövlət Yuğ Teatrının quruluşu rejissoru Gümrah Ömər rejissor işi və təcrübə mübadiləsi mövzularında çıxış etdilər.
Panel müzakirədə həmçinin “dOM” teatrının rəhbəri Tərlan Rəsul teatr problemlərinə spesifik yanaşma, “Əsa” teatrının rəhbəri Nihad Qulamzadə isə tamaşaçı-teatr münasibətləri barədə söz açdılar.
İclasda mütəxəssislər tərəfindən suallar cavablandırıldı, müxtəlif təkliflər səsləndirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı”
Günün ikinci yarısında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayevin moderatorluğu ilə forumun sonuncu panel iclası keçirildi.
“Teatr sahəsində insan kapitalının inkişafı” mövzusuna həsr olunan paneldə “Teatr təhsilində tələblə təklifin uzlaşma mexanizmi”, “Teatr aktual məsələlərin effektiv təbliğat platforması kimi”, “Sistemin qurulması və innovativ ideyaların tətbiqi zərurəti”, “Müasir teatr sənətində festival hərəkatı” və “Region teatrlarında kadr potensialı” mövzuları üzrə müzakirələr aparıldı.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski, ADMİU-nun Teatr sənəti kafedrasının dekanı Böyükxanım Talıbova, Şəki Dövlət Dram Teatrının baş rejissoru Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Əməkdar artist Nicat Kazımov, Akademik Musiqili Teatrın quruluşçu rejissoru İradə Gözəlova və Teatr Xadimləri İttifaqının əməkdaşı, teatrşünas Dağlar Yusif qeyd olunan mövzularla bağlı çıxış etdilər. Faydalı müzakirələrin aparıldığı iclasda maraqlı təkliflər irəli sürüldü.
Bununla da, 150 yaşlı Azərbaycan peşəkar teatrının inkişaf perspektivlərinin müzakirə olunduğu, iki gün davam edən forum öz işini başa vurdu. Sonda xatirə şəkilləri çəkdirildi. -
Fikrət Əmirov haqqında film Bakıdakı Rus evində nümayiş olunub
Aprelin 11-də Bakıdakı Rus evində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə lentə alınmış filmin nümayişi olub.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak edib.
Böyük musiqi xadiminin həyat və yaradıcılığına həsr olunmuş ekran işi maraq və rəğbətlə qarşılanıb.
Qeyd edək ki, film Mədəniyyət Nazirliyinin sifarişi ilə 2022-ci ildə lentə alınıb. Həmin ilin 19 dekabr tarixində Heydər Əliyev Sarayında ilk nümayişi keçirilib. Bədii-sənədli filmin ssenari müəllifi və rejissoru Vaqif Mustafayev, operatoru Orxan Abbasov, montaj rejissoru Əsgər Rəhimov, prodüseri Nazim Hüseynovdur.
-
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib
Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 11-12 aprel tarixlərində Bakıda Teatr Forumu keçirilir.
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusuna həsr olunan forum Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) iştirakı ilə gerçəkləşir.
Aprelin 11-də forumun açılışından öncə teatr ictimaiyyətinin nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdi, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra Teatr Forumu Heydər Əliyev Mərkəzində öz işinə başladı.
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli açılış nitqi ilə çıxış etdi.
Forumun Heydər Əliyev Mərkəzində keçirilməsinin təsadüfi olmadığını bildirən Adil Kərimli qeyd etdi ki, Ulu öndərimizin 100 illik yubileyi münasibətilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan olunub. Bununla bağlı həm ölkəmizdə, həm də xaricdə silsilə tədbirlər, layihələr həyata keçirilir. İlk teatr forumunun da bu əlamətdar ildə keçirilməsi bu mənada böyük əhəmiyyət kəsb edir.
Qeyd edildi ki, Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün mədəniyyətimiz, o cümlədən teatr sahəsi qayğı ilə əhatə olunub. Cənab Prezidentin diqqəti sayəsində mədəniyyət sahəsinin dayanıqlı inkişafı, mədəniyyət xadimlərinin vəziyyətinin yaxşılaşdırılması üçün mütəmadi tədbirlər görülür. Eyni zamanda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı və dəstəyi ilə Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində də mühüm işlər görülür. Mədəniyyətimiz və bu sahədə çalışan insanlar hər zaman Mehriban xanımın diqqəti ilə əhatə olunublar.
Forum haqqında söz açan nazirin birinci müavini teatr sahəsinin daim inkişaf etməsi, yenilənməsi, dövrün çağırışlarına cavab verməsinin vacibliyini vurğuladı, bu sahədə kadr hazırlığının əhəmiyyətini diqqətə çatdırdı.
Qeyd olundu ki, Teatr Forumunda “Mədəniyyət Könüllüləri” İctimai Birliyi də fəaliyyətə başlayıb. Adil Kərimli İB-yə fəaliyyətində uğurlar arzuladı.
Nazirin birinci müavini çıxışının sonunda forumun ərsəyə gəlməsində əməyi keçənlərə, o cümlədən öz tövsiyələrini heç zaman əsirgəməyən Prezidentin köməkçisi cənab Anar Ələkbərova və Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh xanım Əliyevaya, teatr xadimlərinə, iştirakçılara təşəkkürünü bildirdi, tədbirin işinə uğurlar arzuladı.
***
Sonra teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Heydər Əliyev və Azərbaycan teatrı” mövzusunda məruzəsi dinlənildi. Alim 1969-cu ildə respublikamızın rəhbərliyinə gəlişindən sonra hər zaman teatra böyük sevgi ilə yanaşan Heydər Əliyevin bu sahədə çalışanlara göstərdiyi diqqətdən söz açdı. Ulu öndərin premyeralara gəlişi, səhnə arxasında aktyor və yaradıcı heyətlə görüşlərini xatırladan teatrşünas gəncliyində onun dram dərnəyinə üzv yazıldığını dedi, Heydər Əliyevin teatr sevgisinin də buradan qaynaqlandığını diqqətə çatdırdı.
Məryəm Əlizadənin çıxışından sonra “Azərbaycan teatrı: dünən, bu gün, sabah” adlı videoçarx nümayiş olundu. Videomaterialda Heydər Əliyevin teatr xadimləri ilə görüşləri, Prezident İlham Əliyevin teatr məkanlarının açılışında iştirakı və teatr ictimaiyyəti ilə görüşlərindən kadrlar əks olunmuşdu.
***
Aprelin 11-də birinci panel müzakirə “Azərbaycan teatrında ənənə və trendlər” mövzusuna həsr olunmuşdu. Bu başlıq altında “Azərbaycan teatrının inkişafında yeni hədəflər”, “Müasir milli dramaturgiyanın inkişaf tendensiyaları” və “Müasir teatr tənqidinin funksiyası” mövzuları kontekstində çağdaş teatr və onun həndəvərində olan ümumi və spesifik problemlər müzakirə obyektinə çevrildi.
Yazıçı-dramaturq, “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyevanın moderatoru olduğu paneldə əsas hədəf teatrın əsas sütunu olan aktyor-rejissor məsələsi idi. Paneldə teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə, Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, Dramaturq İsmayıl İman, teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov çıxış edib.
Müzakirə qarşılıqlı sual-cavab, iştirakçıların təklif və təəssüratları ilə davam etdi.
Xalq artistləri Afaq Bəşirqızı, Əli Nur, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev, eləcə də ayrı-ayrı teatrların təmsilçiləri onları narahat edən mövzuları diqqət mərkəzinə gətirdilər.
***
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu aprelin 11-də günün ikinci yarısında öz işini “Milli teatrda müasir rejissor və aktyor sənəti: yenilənmə prosesində sistemli yanaşma” mövzusunda panel iclası ilə davam etdirib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Əməkdar artist Elnur Kərimovun moderatorluğu ilə keçən iclasda “Müasir teatrda universal aktyor tipi” və “Müasir rejissurada yeni təmayüllər” mövzularında çıxışlar dinlənilib.
Paneldə Rusiya Teatr Sənəti İnstitutunun (GİTİS) rektoru Qriqori Zaslavski, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin baş direktoru Mustafa Kurt, GİTİS-in kafedra müdiri Elşən Məmmədov, Azərbaycan Dövlət Pantomima Teatrının bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadə, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissoru Mikayıl Mikayılov, Azərbaycan Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov çıxış edib.
Teatr problemlərinin geniş təhlil edildiyi panel iclasından sonra iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib. Bununla da forumun birinci iş günü yekunlaşıb.
Forum aprelin 12-də “Konsepsiya və strateji hədəflər” və “Teatr sahəsində insan kapitalının inkişafı” adlı iki panel iclası ilə işini davam etdirəcək.
-
Aprelin 17-si Uşaq İncəsənət Festivalının I mərhələsinə start verilir
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ilk mərhələsinin keçirilməsinə sayılı günlər qalıb.
Qeydiyyatdan keçmiş hər bir şəxs bu mərhələdə iştirak etmək üçün aprelin 10-dan festivalın rəsmi internet portalı olan www.uif.az saytına daxil olaraq “I Mərhələ” bölməsinə keçid etməklə qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaqla festivalda iştirakının müəyyən edilən vaxtı və məkanı haqqında məlumat ala bilər.
Gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz, qeyd olunan məkana vaxtından 15 dəqiqə əvvəl gəlməyiniz xahiş olunur.
Festival haqqında daha ətraflı məlumat əldə etmək üçün www.uif.az saytının “Məlumat” bölməsinə keçid edin.
Əziz iştirakçılar! Festivalda hər birinizə uğurlar arzu edirik!
-
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir
Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsi elan edilir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin müsahibə mərhələsinə 15 may 2023-cü il tarixindən start veriləcəkdir.
Test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 141 namizəd müsabiqənin müsahibə mərhələsində iştirak edəcəkdir.
Müsahibə proqramına əsasən hər bir namizədin iddia etdiyi vəzifə üzrə peşə hazırlığı və bilik səviyyəsi yoxlanılacaqdır.
Namizədlər müsahibə proqramı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərlər.
Qısa zamanda namizədlərlə müsahibələrin keçirilmə qrafiki Nazirliyin rəsmi saytında yerləşdiriləcəkdir.
-
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 4 aprel 2023-cü il tarixli 3-24/3-1-f-63/2023 nömrəli Əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən məktəb və mərkəzlərə direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Müsabiqələrin test imtahanı və müsahibə proqramları ilə aşağıda qeyd olunan linkə daxil olmaqla tanış ola bilərsiniz.
Yuxarıda qeyd olunan Qaydalara müvafiq olaraq Mədəniyyət Nazirliyinin tabeliyindəki məktəb və mərkəzlərdə müddətsiz əmək müqaviləsi ilə işləyən direktorların, tədris işləri üzrə direktor müavinlərinin və müəllimlərin işə qəbulla bağlı müsabiqə şərtləri fərqli olan ərazilər üzrə (digər ərazilərdən Bakı şəhərinə, hər hansı bir rayondan Abşeron rayonuna, Gəncə və Sumqayıt şəhərlərinə) yerdəyişməsi müsahibə yolu ilə həyata keçirilir.
Müsabiqə və müsahibələrin keçirilməsi barədə əlavə məlumat veriləcək.
Direktor və direktor müavinlərinin test imtahanı proqramı
Direktor və direktor müavinlərinin müsahibə proqramı
Müəllimlərin test imtahanı proqramı
-
Vüsalə VƏTƏNXAN Mehri
Gənc yazıçı-ssenarist, şairə-qəzəlxan.
İnstagram: vetenxan_vusale_mehri
Youtube: Yazar Vüsalə Vətənxan
FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı.VİG TV (Vig-tv@blogspot.com)-da təsisçi və redaktor.
YARADICILIĞI
2012-2015-ci illərdə müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır.
2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşdur.
2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşdur.
2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardandır.
2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşdur.
2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışdır.
MÜƏLLİFİ OLDUĞU KİTABLAR.
“Bir ovuc kölgə…”, “Ayaq səsi”, “Dözümə yer ver.”, “Qəzəl Gülü”. (Hal-hazırda yeni roman üzərində çalışır.)
SSENARİLƏRİ.“Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020”.
Antologiyalar.
“Zərif Kölgələr 1 -2 -3”, “Vətən Mücahidləri 1 -2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s.
Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda işıqlandırılıb.
Çap olunduğu qəzet və jurnallar.
“Ulduz”, “Fatimə” jurnalı. “Oxu məni”, “Palitra”, “Azərbaycan”, “Vətənpərvərlər” qəzetləri və s.
ÜZVÜ OLDUĞU ƏDƏBİ MƏCLİSLƏR
“Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası” və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi.
İş fəaliyyəti.
TV kanallarda yazıçı-ssenarist, sayt üzrə redaktor və VİG TV idarəçisi, təsisçi. Fitret.az-da redaktor.
İşlədiyim tv programlar: “Badambura” t/s, “Oyun” t/s, “Qəzəb” t/s, “Zərbə” t/s, “Nurayın günlüyü”, “Atılmışlar” t/s, “Kitchen chef”, “X-serviz”, “David Romanov”, “Son gecə” və s.
Vəzifəsi: Ssenarist, rekvizist, rejissor assenti, qrim, geyim rəssamı və s.
Üzvlük.AYB, YAP
-
Azərbaycanlı şairə Nigar Arifin şeirləri İraqın Bağdad şəhərində “Uruk Suplement culture” qəzetində dərc olunub
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Vüsalə VƏTƏNXAN (Mehri)
Yazıçı-ssenarist, şairə-qəzəlxan, qiraətçi. YARADICILIĞI – 2012-2015-ci illərdə Şəhriyar adına Mədəniyyət evində müxtəlif tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışam. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşam. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşam. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardanam. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşam. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışam. ÜZVLÜK: “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası”, AYB Xəzər Bölməsi və Azərbaycan Yazıçılar Birliyi. MÜƏLLİFİ OLDUĞU KİTABLAR: “Bir ovuc kölgə…”, “Dözümə yer ver”, “Ayaq səsi”, “Qəzəl gülü”.
ÇƏKDİKLƏRİ
Antologiyalar: “Zərif Kölgələr 1 və Zərif Kölgələr 2”, “Vətən Mücahidləri 1 və Vətən Mücahidləri 2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”. Ssenarilər: “Döyüş vaxtı” dram janrı (45:07 xron.m), “Hərbi Hospital -2020” dram janrı (1:16:25 xron.m), “Özgə həyat” t/s, dram janrı “Bu Son deyil” t/s dram janrı, “Vətən gülü” bədii janr, “Ömürdən alınan 29 il” dram janrı, “Tələbənin günlüyü” t/s komediya janrı, “Qızlar”t/s komediya janrı. İşlədiyim tv programlar: “Badambura” t/s komediya j., “Zərbə” t/s dram j., “Nurayın günlüyü” uşaq verilişi, “Atılmışlar” t/s dram j., “Kitchen chef” , “X-serviz” komediya j., “David Romanov” t/s dedektiv j. və s.
MÜKAFATLARI
No Smoking” Film Festivalı – Ən Yaxşı Rejissor İşi (Santa-Mariya Gəmisi filmi ilə) Bakı/2014/May/p>“Bakı Oskarı” Film Festıvalı – Bakı Oskarı Mükafatı (Ən Yaxşı Film) – “Məriz” Qısametrajlı Filmi Bakı/2015/sentyabr/p>“Dahi Şəxsiyyət və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü/p> münasibəti ilə Dövlətə və Dövlətçiliyə sadiq qaldığına görə” – “Heydər Zirvəsi” Diplomu Bakı/2015/May 10/p>“Milli Mətbuatın 140-cı ildönümü münasibəti ilə” – “Best of The Best” Mükafatı
Mənbə: https://dramaturq.az/
-
Şəfa VƏLİYEVA.”Ah… şair ürəyi… şair ürəyi…”
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
**
ah…
şair ürəyi…
şair ürəyi…
mən sənə xitabən nə yazım indi?
deyimmi, qoymursan ümidi sevim?
bu ömrün yeganə səhləbi sənin,
bu ömrün sonuncu göz yaşı mənim…bütün pərdələri toz basıb axı,
hansı pəncərədən günəş görünür?
sənin hər sevdana uzaqlar yaxın,
mənim baxışıma çiskin bürünür…kahinəyəm,
rahibəyəm, bu eşqdə,
neynim ki, ürəklə sevişmək olmur…
düşüb yıxılanda tənha qədəhdən
çiynini Tanrıya dirəmək olmur…(2018)
-
Xəyalə SEVİL.Yeni şeirlər (2023)
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Durub sirkələdim
İçimi çölə,
Baxdım içimin də
Bir önəmi yox.
Hər şey mənasızdı,
Hər şey lüzumsuz,
Bu günü, sabahı
Və dünəni yox.Mən kimə lazımam,
Mənə kim lazım?
Ayağım getməkçün
Bir himə bənddi.
Nədir yaşamağın,
Ölməyin belə
Ən uca, ən ali,
Ən gözəl həddi?
Çatmayan nə varsa,
Həmişə çatmır,Çatmayan nə varsa,
Boş tərəfimdi.
Bir qırıq ümid var
İçimdə hələ,
Bu da yaşamağa
Xoş tərəfimdi.* * *
Dəli kimi vurulan
Vaxtı keçmişik daha.
Ağıllı başlı istəkdi.
Mənim səndə,
Sənin məndə
Yerin təkdi.
Ayrılıq sevginin intiharıdı,
İntihardan qayıtdıq.
Hələ indi anlayıram,
İllərlə bir-birimizi
Nə sevdik, nə unutduq.
Mən onda sənin adına
“Gələcəyim” deyirdim
İllər sonra gəlmisən.
Sən Tanrıya duam idin,
Bunu hardan bilmisən? -
Arzu HÜSEYN.”Bir gecə üşüyər əllərim qəfil”
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Bir gecə üşüyər əllərim qəfil,
Donar dodağımda ağzım, dilim də.
Solar güldanımda o ağ qərənfil,
Xəbərsiz ölərəm öz mənzilimdə.Bir gecə nə anam,nə atam bilər,
Bir gecə nə oyaq,nə yatan bilər.
Nə bilər havada işıldaquşlar,
Nə bilər o sakit səssiz gedişi,
Fələk çox oynadı ruhumla mənim,
Mənim bu dünyayla axı nə işim?Bir gecə ulduzlar sayrışar yenə,
Ay da buludlardan nur səpər yerə.
Uyuyar beşikdə körpələr şirin,
Bircə bayquşların səsi kəsilməz.
Bir gecə qəfildən donan əllərim,
Son dəfə dəstəyə uzana bilməz.Elə telefonda yanılı qalar,
Yazılmış məktubun göndər düyməsi.
O gecə nə məndə cəsarət olar,
Nə səni oyadar qəlbinin səsi.Xəbərsiz ölərəm ruhun da duymaz,
Ölərəm, çıxaram öz qabığımdan.
Elə ölərəm ki, nə çox nə də az,
Əlimi tutanda havalanarsan,
Gözümə baxanda havalanarsan,
Tanıya bilməzsən sən məni adam. -
Görkəmli alim Lütviyyə Əsgərzadənin məqaləsi “ƏDƏBİ OVQAT” dərgisinin 7-ci sayında işıq üzü görüb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, müdiri, filologiya elmlər doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Türkay” aylıq ədəbiyyat dərgisinin təsisçisi və baş redaktoru Lütviyyə Əsgərzadənin “İslam Səfərli yaradıcılığında Azərbaycanın poetik vəsfi” adlı məqaləsi “ƏDƏBİ OVQAT” dərgisinin 7-ci sayında işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Gənc şair Elvin İntiqamoğlu Prezident Mükafatına layiq görüldü
Əli Kərim adına Poeziya Klubunun təşkilatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, II Qarabağ müharibəsi Qazisi gənc şair Məmmədli Elvin İntiqam oğlu Azərbaycan Respublikası Prezidentinin AYB üzvləri üçün ayırdığı Prezident Mükafatına layiq görüldü.
-
Azərbaycanlı gənc xanım yazar Banu Muharremin şeirləri “Azərbaycan” jurnalında işıq üzü görüb
Azərbaycan Yazıçılar Birliyinin mətbu orqanı “Azərbycan” ədəbi-bədii jurnalının 3-cü sayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycanlı gənc xanım yazar Banu Muharremin “Alapar”, “Sən yadıma düşəndə” şeirləri şıq üzü görüb
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Şair-publisist Əkbər QOŞALI Qardaş Saxa-Yakutiya Respublikasının dövlət mükafatı ilə təltif olunub
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Şair-publisist Əkbər QOŞALI “Böyük Zəfər” xatirə medalı ilə təltif olunub
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Ədəbiyyatşünas-alim Gülnar Səma Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub
Qırğızısatan Yazıçılar Birliyi tərəfindən Qırğızıstan ilə Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, “İlin gənci” müfakatçısı, gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səma Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Kalıbekov imzalayıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Nigar Arif’s interview and some poems were published one of popular magazine of UAE – “Publishers Weekly Arabic” magazine( issue 54 April 2023)
بالطبيعة
نيجار عارف: الأرواح الحسّاسة تكتشف الجمال الخفيّ
حوار: علي العامري
ترى الشاعر الأذربيجانية نيجار عارف أنّ للفنون جذراً واحداً، واصفة إيّاها بأنها “أغصان لشجرة واحدة”، ومؤكدة أن “الأرواح الحسّاسة فقط هي التي تكتشف الجمالَ الخفيّ الذي لا يراه الآخرون”.
وتقول في حوار لـ “الناشر الأسبوعي” إن “الشعر هو عالم سحري وسري، أجد فيه نفسي، وترتاح فيه روحي”، مضيفة “الشعر جزء من حياتي، فهو موسيقى الصمت وألوان العتمة. لذلك، لا أستطيع تخيّل نفسي من دون الكتابة، وأعتقد أننا كشعراء نستطيع تغيير كثير من الأشياء في العالم، بقوة الكلمة ومن خلال نشر الأمل والحب”.
تظهر عناصر الطبيعة في قصائد نيجار عارف ابنة مدينة مينجاتشيفير، التي تعيش في العاصمة باكو منذ العام 2010. وتؤكد “أنا مغرمة بالطبيعة كثيراً، وهي تظهر في قصائدي، حتى أنني بدأت الكتابة بقصائد كرستها للطبيعة”، قائلة “يمكنني أن ألاحظ تنفس التربة، وروح المطر، وأجنحة الرياح”. وتتابع “أنا حالمة كبيرة، وإلّا لما أصبحت شاعرة، إذ يمنحني الحلم شعوراً أفضل من خلال اكتشاف معنى الحياة”.
في طفولتها، كتبت أولى قصائدها بعنوان “الربيع”، قرأتها لأمها التي ظلّت سندها في خوض مغامرة الكتابة. وكانت قصيدتها فازت بمسابقة شعرية نظمتها مدرستها الابتدائية. وتؤكد “كانت والدتي أكبر داعم لي”.
مثل نهر كورا الذي يعبر من قلب مدينة مينجاتشيفير، خلال رحلة تمتد 1515 كيلومتراً من تركيا إلى جورجيا ليمرّ بالأراضي الأذربيجانية على امتداد 906 كيلومترات، تكتب الشاعرة نيجار عارف، مؤمنة بأثر الشعر الذي يرتحل عبر الترجمة من لغة إلى لغات عديدة. وتقول “من خلال الترجمة ترتحل الأفكار ويتحقق التبادل الثقافي بين الشعوب”، داعية إلى تنظيم مزيد من الفعاليات والمعارض والمهرجانات الأدبية المشتركة، مع تعزيز حركة الترجمة المتبادلة بين اللغتين العربية والأذربيجانية.
في الحوار تتحدث الشاعرة الأذربيجانية عن دور القراءة، موضحة أنها القراءة تتيح لها العثور على حلول حين تعترضها بعض المشكلات، مضيفة “يقدّم لي شخص ما كتاباً في ذلك الوقت، أو قد أبدأ بكتاب تأجّلت قراءته، وسرعان ما أجد إجابات أو حلولاً مخفيّة بين السطور”. وتُعدّ نيجار عارف رواية “الخيميائي” للكاتب البرازيلي باولو كويلو، الأكثر سحراً وتأثيراً في حياتها، مشيرة إلى العبارة الواردة في الكتاب، وهي “إذا كنت تريد شيئاً حقّاً، سيساعدك كل الكون للحصول عليه”. وتضيف “لقد ساعدني هذا الكتاب على عدم الوقوع في الاكتئاب، وعلى الإيمان بمعجزات هذا الكون الذي لم يقف أبداً في طريق أيّ هدف أسعى إليه”.
كما تشير إلى أهمية العزلة الاختيارية لها، قائلة إن “العزلة مهمة لأنها تحقق لي الاختلاء بنفسي حتى أتحدث مع روحي، وأصغي إلى قلبي، وأفهم ما يقوله عقلي”. وفي الوقت نفسه ترى أن “الحزن جزء أساسي من حياتنا، مثل الفرح والسعادة، فهو يجعلنا أقوياء وناضجين وعميقين”.
• ماذا تعني لك القصيدة، وما مدى حاجة العالم إلى الشعر؟
– الشعر هو عالم سحري وسري، أجد فيه نفسي، وترتاح فيه روحي، إذ أعبّر عن مشاعري وخواطري وأفكاري من خلال الكتابة لأشاركها مع آخرين. الشعر جزء من حياتي، فهو موسيقى الصمت وألوان العتمة. لذلك، لا أستطيع تخيّل نفسي من دون الكتابة، وأعتقد أننا كشعراء نستطيع تغيير كثير من الأشياء في العالم، بقوة الكلمة ومن خلال نشر الأمل والحب.
• أين عشت طفولتك، وما تأثير ذكرياتها على إبداعك؟
– لقد ولدت في مينجاتشيفير، وهي من أجمل المدن في أذربيجان، كنت أعيش هناك حتى تم قبولي في جامعة في العاصمة باكو. عندما كنت في الصف الخامس الابتدائي، فزت بالمركز الأول في مسابقة شعرية عن قصيدتي الأولى بعنوان “الربيع”، وعزز هذا الفوز ثقتي في الكتابة كثيراً. ولاحقاً تعرفت إلى الشاعر الشهير من مسقط رأسي، إيلشان عظيم، الذي كان يعقد اجتماعات مع مجموعة من الكتّاب الجدد أسبوعياً، يستمع إلى قصائدهم، ويدير بعض النقاشات الشعرية، ويقدّم لهم بعض النصائح، وينشر قصائدهم الجيدة في صحيفته “سوفقات”. لقد انضممت إليهم وكان لهذا الأمر تأثير إيجابي، وقد تم نشر بعض قصائدي في هذه الصحيفة، وتم تقديمي بصفتي شاعرة موهوبة.
• يبدو أنك مرتبطة بعمق بالطبيعة والحلم، ماذا يعني لك هذا؟
– نعم، أنا مغرمة بالطبيعة كثيراً، وهي تظهر في قصائدي، حتى أنني بدأت الكتابة بقصائد كرستها للطبيعة، حيث يمكنني أن ألاحظ تنفس التربة، وروح المطر، وأجنحة الرياح. أنا حالمة كبيرة، وإلّا لما أصبحت شاعرة، إذ يمنحني الحلم شعوراً أفضل من خلال اكتشاف معنى الحياة.
• هل العزلة ضرورية للقراءة والكتابة، وكيف ترين ذلك؟
– مهمة لأنها تحقق لي الاختلاء بنفسي حتى أتحدث مع روحي، وأصغي إلى قلبي، وأفهم ما يقوله عقلي. عندما أذهب إلى مكاني الصامت، تتلاشى كل الضوضاء الخارجية، وأتمكّن من التركيز جيداً بما يكفي للقراءة أو الكتابة والتفكير.
• الموت والفقدان والحزن، ثلاث علامات في قصائدك. ماذا يعني لك ذلك، خصوصاً أنك كتبت في إحدى قصائدك: “عندما غادرت/ أدركت أن/ الإنسان هو أكبر جبل جليدي/ يذوب لسنوات/ ويتدفق إلى الموت”.
– الموت هو الموضوع الرئيسي الذي دائماً ما جعلني أفكر، منذ المرة الأولى التي أدركت أنه لم يكن أيّ منا خالداً في هذا العالم. نحن نعيش لنحقق ذواتنا ورغباتنا وأهدافنا، ونبذل الجهد طوال حياتنا، لكننا جميعاً نموت في نهاية المطاف. قد لا أستطيع التصالح مع هذا الواقع أو الحقيقة، لكنني في الوقت ذاته أعتقد أن الحزن جزء أساسي من حياتنا، مثل الفرح والسعادة، فهو يجعلنا أقوياء وناضجين وعميقين.
• كتبتِ في قصيدة لكِ: “انظر إلى ساعة العالم/ إنها ساعة بطيئة/ إمّا أن الفرح يأتي متأخراً/ أو أن الحياة تغرق بالحزن”. كيف تنظرين إلى الزمن شعرياً وحياتياً؟
– الزمن مفهوم غريب ومعقد، فإذا تأخرنا عن شيء ما قد نفقده، وإذا نفد صبرنا ولم ننتظر، فإننا لن نحقق ما نريد.
• ما رأيك بتآخي الفنون وتراسلها عبر مختلف الأشكال الإبداعية؟
– أعتقد أن جذر كل الفنون هو نفسه، كما لو أنها أغصان لشجرة واحدة. لكنّ الأرواح الحسّاسة فقط هي التي تكتشف الجمال الخفيّ الذي لا يراه الآخرون.
• ما الكتاب الأكثر تأثيراً في حياتك، ولماذا، وماذا يعني هذا الكتاب بالنسبة لك؟
– هناك كثير من الكتب المؤثرة، لكن إذا كنا نتحدث عن الكتاب الذي أثّر فيّ وسحرني أكثر من غيره، فهو رواية “الخيميائي” للكاتب البرازيلي باولو كويلو. هناك جملة مثالية في هذه الكتاب لن أنساها أبداً، وهي “إذا كنت تريد شيئاً حقّاً، سيساعدك كل الكون للحصول عليه”. لقد ساعدني هذا الكتاب على عدم الوقوع في الاكتئاب، وعلى الإيمان بمعجزات هذا الكون الذي لم يقف أبداً في طريق أيّ هدف أسعى إليه.
• ما تأثير القراءة في حياتك، وما التغيير الذي أحدثته الكتب؟
– تساعدك قراءة الكتب أولاً على التعبير عن نفسك جيداً، لأنها تمنحك رصيداً كبيراً من الكلمات، والتي يمكنك استخدامها في التعبير. من ناحية أخرى، تمنحك المعرفة حول أشياء مختلفة، فأنت تتعلم شيئاً ما من كلّ كتاب. وبشكل عام تعزز الكتب آفاق عالمك. هل تعلم ماذا أفعل عندما أشعر بالقلق، أو إذا كانت لديّ مشكلة؟ أذهب إلى متجر الكتب وأختار كتاباً يجذبني، ثم أبدأ في القراءة. خمّن ماذا يحدث؟ أجد بالتأكيد إجابات عن أسئلتي هناك. وقد يقدّم لي شخص ما كتاباً في ذلك الوقت، أو قد أبدأ بكتاب تأجّلت قراءته، وسرعان ما أجد إجابات أو حلولاً مخفيّة بين السطور.
• ماذا تقترحين من أجل تطوير العلاقات الثقافية بين العرب والأذربيجانيين؟
– نحتاج إلى تنظيم مزيد من الفعاليات والمعارض والمهرجانات الأدبية المشتركة، مع تعزيز حركة الترجمة المتبادلة بين اللغتين العربية والأذربيجانية.
• تٌرجمت قصائد لك إلى لغات مختلفة، ما أهمية الترجمة في التقريب بين الشعوب؟
– أعتقد أن ثقافة كل بلد، تتجلى في أمثلتها الأدبية. ومن خلال الترجمة ترتحل الأفكار ويتحقق التبادل الثقافي بين الشعوب، ما يسهم في تعزيز التقارب من خلال الاطلاع على التاريخ والتراث والأدب والفكر والفنون. لا يمكن أن تقوم صداقة من دون معرفة بين الأشخاص وبين الشعوب أيضاً، ولذا تُعدّ الترجمة جسراً يربط بين الثقافات.
/////////// إطار ////////////
سحر “الخيميائي”
ترى الشاعرة الأذربيجانية نيجار عارف أنها حين تمرّ ببعض المشكلات، تلجأ إلى القراءة، إذ تجد إجابات أو حلولاً مخفيّة بين سطورها. وتقول إن الكتاب الأكثر سحراً وتأثيراً في حياتها هو رواية “الخيميائي” للكاتب البرازيلي باولو كويلو، مضيفة “هناك جملة مثالية في هذا الكتاب لن أنساها أبداً، وهي (إذا كنت تريد شيئاً حقّاً، سيساعدك كل الكون للحصول عليه). لقد ساعدني هذا الكتاب على عدم الوقوع في الاكتئاب، وعلى الإيمان بمعجزات هذا الكون الذي لم يقف أبداً في طريق أيّ هدف أسعى إليه”.
/////////// إطار /////////////////////////
5 قصائد للشاعرة نيجار عارف
• ترجمة: موزة الخرجي
(1)
مطر بشري
هنا المدينة،
التي يهرب منها الناس ويغادرون.
هنا الثلوج والأمطار،
تغسل آثار أقدامهم.
حتى الشمس التي تشرق كل صباح،
تهبّ رياح ناعمة
لا شيء يمكنه أن يزيل هؤلاء،
لا شيء يمكن تغييره.
يمتص الناس ذاكرتها
من وجهها المُبقّع.
يأخذون ألوانهم معهم
تاركين المدينة شاحبة.
كلّ مكان قاتم،
كلّ شيء تحوّل إلى حكاية رمادية.
يُمطر الناس من أعينهم
كلّ يوم
والذين يتبلّلون في قلب هذه المدينة
الذين لا يستطيعون الهرب
يُمطر البشر بغزارة،
تدور سيارات الإسعاف كالمظلات
تحت قطرات المرض.
في الليالي أو في الظهيرة
يتمايل الناس في منازلهم.
العالم بأسره ينهار من مكانه
ويسقط.
يوماً بعد يوم، أسبوعاً بعد أسبوع
تصبح الشوارع خاوية
الطرق والمقاهي ترى النهاية.
أكتاف المتاجر الثقيلة
سوف تنحني.
المباني الكبيرة، والمنازل الصغيرة
بين ذراعي المدينة
تسترق النظر بخوف من العمق العاري
خمول القرى يسافر إلى البلدان
تشعر الأشجار الوحيدة بالملل
الأزهار، والطيور، والمروج
من الأقدام المتربة لهذه المدينة
تفتقد الإنسان
من يعلم؟
ربما بلغاتها الخاصة
تهاجم
هذا الحجر الصحي المزعج والبغيض
الآن أصبحنا نعلم، يا أمّي
المدن والبلاد
يُمكن ان تصاب بالأمراض أيضاً
ماذا يمكنني أن أقول؟
لا تقلقي
كلّ شيء سيكون على ما يرام.
هناك آمال
تمتد حتى شعر هذه المدينة.
هناك أحلامنا تضع الأيدي على جبهتها
لتتحقق من درجة الحرارة.
ربما وجدنا أفضل علاج، يا أمي
الحب هو أفضل تدبير
كما كنت تقولين دائماً.
***
(2)
الرياح
أيتها الرياح التي تطرق الأبواب واحداً واحداً،
هل هذا هو الباب الذي تبحثين عنه،
هل هذا كافٍ بالنسبة لك؟
أين هي الآن
تلك الأبواب المفتوحة
من أيام الصيف الحارة والمشمسة؟
أين هي التي أحبتك،
لتتناولي العشاء معها وترتاحي
الأبواب التي كانت ترحّب بك
وتعاملك كضيفة؟
أيتها الرياح التي تطرق الأبواب باباً باباً،
أين أحباؤك الآن؟
الآن تحول الطقس إلى الشتاء،
هل أصبحوا باردين أيضاً؟
لا تطرقي، يا عزيزتي، لا تطرقي،
لا أحد يفتح بابه،
لن يهتم بك أحد، ولن يدعوك إلى منزله،
ليس بعد الآن.
مَنْ، أسأل، الآن بعد أن تغير الطقس،
ليدعوك؟
أذهبي يا عزيزتي، أذهبي.
فقط تجوّلي في هذه الشوارع الرمادية الباهتة
وحطّمي الأشجار اليابسة بغضب،
فقط انتظري، بينما يتحول الشتاء إلى الصيف،
أيتها الرياح العزيزة، أصدقاؤك سيعودون مجدداً مع الشمس.
***
(3)
الساعة بطيئة
انظر إلى ساعة العالم
إنها ساعة بطيئة
إمّا أن الفرح يأتي متأخراً
أو أن الحياة تغرق بالحزن.
حتى لو كان يتحدث ويضحك
مثل عجوز سعيد
ضحكات العالم عاجزة
كالماضي المنهك.
هو يتوسل أو يبحث
مع يدٍ متمنية.
ويمضي الأيام على المدرجات
مقاتلاً ضد الرياح.
بعيداً عن عين الكنّاس
تهبط ليليه.
مع المكنسة في يديه الخشنتين
يوقظ الشوارع النائمة.
هو سائق في حافلة
ومسافر في الأمنيات،
يبحث عن مصيره
مع أمل التغيير.
انطر إلى ساعة العالم
إنها متأخرة بساعة.
فلنضبطها من جديد،
من أجل حياة أفضل من الآن.
***
(4)
ركض وراء الطفولة
عيناي تنجرفان ببطء بعيداً عني،
وترى الأشياء من خلال النظارات مع تقدمي في العمر.
تمشي قدمي بخطوات متسارعة، تجري أمامي،
لأنها مستعجلة للوصول إلى طفولتي.
يبحث شعري المنفوش عن الأوقات التي كان بها ضفيرة،
لقد أصبح أبيض وعارياً كالشتاء،
يستدعي الوقت التجاعيد على وجهي ويديّ
من طريق إلى طريق حيث أشعر بالملل عاماً بعد عام.
هذه هي الطريقة التي أتقدم بها في السن، حكاية بعد الحكاية،
تتحول آلامي إلى أطفال مثل أطفالي،
يستمعون إلى قصصي والحكايات الخرافية،
لا تنزل حتى عن ذراعيّ وركبتيّ.
السنوات القديمة مثل النقاط السوداء والبيضاء،
تأتي وتبقى في أحجار النرد.
أخسر كل لعبة عمداً لأجل أن يفوز أحفادي،
في سن الشيخوخة، في سنوات “طفولتي”.
***
(5)
الموسيقى أنا.. الكلمة أنت
لقد تحوّلتُ إلى بحر،
أمواج سطور متتابعة.
تحت الأمواج
تلعب الأسماك.
لقد تحوّلتُ إلى بحر،
في ساحل شِعري
أصبحت الصخور الحادة هشّة،
تأخذها بيدها الشمس.
لقد تحوّلتُ إلى بحر،
تطيرُ إلى السماء
الأحلام التي تشبه سفينة
تبحر في روحي.
لقد تحوّلتُ إلى بحر،
في قرّة العين
تلتفت إلى الجواهر
على المعصمين الرقيقين.
لقد تحوّلتُ إلى بحر،
الشعر مثل نباتات مائية،
الوقت على الشفتين
يستريح طويلاً، وطويلاً.
لقد تحوّلتُ إلى بحر،
أنت فقط البحر ذاته!
أنا موسيقى أغنيته،
وكلماتها أنت.
////// إطار /////////
مسارات
نيجار عارف، شاعرة من أذربيجان، من مواليد مدينة مينجاتشيفير. درست اللغة الإنجليزية في جامعة أذربيجان الحكومية التربوية، ودرست في مدرسة الكتّاب الشباب. عضو في اتحاد كُتّاب أذربيجان، والاتحاد العالمي للكتّاب الأتراك الشباب، والاتحاد الدولي للكتّاب في قرغيزستان، واتحاد كتّاب آسيا الوسطى، والمنتدى الدولي للإبداع والإنسانية في المغرب.
تُرجمت قصائد لها إلى لغات عدة، من بينها العربية، الإنجليزية، التركية، الروسية، الفارسية، الصينية، البرتغالية، الإسبانية، الهندية، والأوردو.
شاركت في العديد من المهرجانات والفعاليات الدولية، من بينها مهرجان الأدب الأوراسي في باكو عام 2019، ومهرجان ميديين الدولي للشعر في كولومبيا عام 2020، ومهرجان بانوراما الأدبي الدولي في الهند، 2020. كما شاركت في مشروع “رحلة الكلمة الأوروبية”، و”100 شاعر حول العالم من أجل الحب”.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Azərbaycanlı şairə Nigar Arifin şeiri Türkiyənin “Özyar Mersin Postası” qəzetində işıq üzü görüb
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Azərbaycanlı şairə Nigar Arifin şeiri İtalyada “Poems for Dylan Thomas 2023” kitabında
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Teatr forumunun vaxtı dəyişdirilib
Teatr rejissoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri – baş rejissoru Azər Paşa Nemətovun vəfatı ilə əlaqədar Teatr forumunun vaxtı dəyişdirilib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
Belə ki, forum aprelin 10-11-dən aprelin 11-12-nə keçirilib.
Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib
-
Özbəkistanda ilk dəfə “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi çərçivəsində aprelin 11-12-də Özbəkistanda “Şuşa günləri” silsilə tədbirləri keçiriləcək.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.
Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədii şeir kompozisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.
“Şuşa günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı gözlənilir.
Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.
Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.
Bədii hissədə Özbəkistanın Xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur “Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.
“Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.
Turon kitabxanasında “Şuşa günləri” tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim ediləcək.
“Şuşa günləri” çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcək. Tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulur.
Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələlxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcək.
Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcək.
-
Varis Yolçiyev Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub
Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə heyətinin üzvü Varis Yolçiyev Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru təyin olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycan Ədəbiyyat Fondu ədəbiyyatımızın beynəlxalq miqyasda təmsil olunmasına, xarici ölkələrdə azərbaycanlı müəlliflərin kitablarının nəşrinə, festival və müsabiqələrdə iştirakına dəstək olan, ədəbiyyat festivallarının və forumlarının keçirilməsinə, yazarların maddi şəraitlərinin yaxşılaşdırılmasına xidmət edən bir qurumdur.
Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu 1936-cü ildə yaradılıb, onun ilk rəhbəri həmin dövrdə Azərbaycan Yazıçılar İttifaqına sədrlik edən Məmmədkazım Ələkbərzadə olub.
Xatırladaq ki, Varis Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri, Beynəlxalq Yazıçılar Gildiyasının (İGOW Berlin, Almaniya), PEN klubun (PEN İnternational, İngiltərə) üzvü, Yazıçıların Beynəlxalq Nyu-York Konfransının iştirakçısıdır.
O, 2018-ci ildə BMT-nin himayəsi altında Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl medalına layiq görülüb. Reqlamentə uyğun olaraq 2019-cu ildə növbəti – 4-cü festival qalibin vətənində – Bakıda Heydər Əliyev Fondunun həmtəşkilatçılığı ilə keçirilib.
Yazıçı müxtəlif illərdə Böyük Britaniya Yazıçılar İttifaqının (APPİA), Rusiyanın “Rossiyskiy kolokol” ədəbi nəşrinin versiyalarında “İlin Yazıçısı” elan olunub. Varşavada keçirilən Salavyan Ədəbiyyat festivalının və YUNESKO-nun Adam Mitskeviç medalına, Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” ədəbiyyat mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(06.04.2023)
-
İlahə ALLAHVERDİYEVA.”QAFQAZDAN DÜNYAYA DOĞAN GÜNƏŞ”
Hələ uşaqikən televiziyada nə zaman Ulu Öndərin səsini eşitsəm yüyürərək “mavi, sehirli qutunun” qarşısına qaçardım və çıxışı bitənə qədər gözümü belə qırpmadan onu dinləyərdim. Yaşım az olduğu üçün dediklərini tam olaraq anlamasam da onun səsindəki ahəng, məğrurluq, qayğıkeşlik məni ovsunlayaraq ekranın qarşısına aparırdı. Bir dəfə televiziyadan yenə onu izləyirdim və Ulu Öndər, Səməd Vurğunun məşhur “Azərbaycan” şerini səsləndirirdi:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Onun nitqində bu şeir insanın ruhunu oxşayan bir ahəng ilə səslənirdi. Şerin son mısrasına çatanda isə çox kövrəlmişdi. O zamanlar bu qədər güclü və məğrur bir insanı kövrəldərək səsini titrədən səbəbin nə olduğunu anlamamışdım amma onu alqışlayanlarla birgə ekranın qarşısında məndə alqışlamışdım. Zaman keçdikcə Ulu Öndər haqqında öyrəndiklərim ona olan sayğımı ve sevgimi daha da artırdı. Artıq anlayırdım beş misradan ibarət olan o bir bənd şeirin onu niyə kövrəltdiyini. Axı o şeirdə Ulu Öndərin gözünün nurunu, ürəyinin hərarətini azadlığı üçün bəxş etdiyi Azərbaycanından bəhs olunurdu. Kim bilir bəlkədə bu misraları səsləndirdiyi zaman vətəninin keçirdiyi ağır günlər düşmüşdü yadına və ağrılı günlərdən sonra qazanılan müstəqilliyin sevinci idi yaşlarla birlikdə gözlərindən axan. Axı o bu günləri görmək üçün ən təhlükəli məqamlarda belə geriyə addım atmamışdı. Sanki adının mənası olan güc, qüvvət və vüqar bütün ruhuna zireh olaraq onu qorxusuzlaşdırmışdı. Hələ Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi zamanlarda minlərlə həmvətənlisini Stalinin vəhşi caynağından və soyuq üzlü, daş divarları məşəqqətli ölüm, əzablı işgəncə iyi verən hərbi düşərgələrdən, həbsxanalardan qurtarmağı bacarmışdı. O zamanlar Dövlət Təhlükəsizlik Komitəsində işləyənlərin sıralarında Azərbaycan xalqına qənim kəsilən erməni xislətlilər çoxluq təşkil edirdi. Bakıda isə Ürəyində vətəni üçün böyük arzu və istəkləri olan gənc kapitan Heydər Əliyev yaşayırdı. O, Stalinin olüm hökmünü verdiyi insanların adı yazılan siyahıya əl gəzdirərək dəyişikliklər edib bəzi adları pozub yerinə çəkinmədən artıq dünyasını dəyişmiş insanların adını yazmışdı. Sonralar onun xilas etdiyi adamlar tanınmış şair, yazıçı və alim kimi məşhurlaşdılar. Belə bir addımı isə yalnız təmiz vicdan sahibi və ürəyində həqiqi vətən sevgisi daşıyan adam ata bilərdi. Hələ o zamanlar Ulu Öndərin atdığı bu cəsarətli addım vətənini böyük gələcəyə aparan yeni bir liderin meydana gəlişindən xəbər verirdi. Çünki onun bütün arzuları və istəkləri yalnız vətənlə bağlı idi. May ayında günəşli göy üzü altında dünyaya gələn Heydər Əliyev bu işığı vətəninə və bütün insanlara paylamaq üçün sanki and içmişdi.
Onun mənalı ömür yolunu öyrəndikcə anladım ki, Ulu Öndər Azərbaycanın fikir dənizi, qürur dağıdır. Uşaqikən səsini hər eşitdiyimdə qeyri-ixtiyari ekranın qarşısına qaçaraq anlaya bilmədiyim bir sevinclə izlədiyim Ulu Öndər, mənim gözümdə öz ilıq şualarını bütün yer üzünə təmənnasız paylayan və nurundan hamıya pay düşən Günəş kimidir. Həm də Qafqazdan dünyaya doğan Günəş !
Bu Günəş öz ilıq, qayğıkeş, nəvazişli baxışlarını vətənin gələcəyi olan gənclərdən ayırmırdı. O istəyirdi ki, bu körpə fidanlar sağlam təfəkkürlə böyüyüb vətənin gələcəyini aydın sabahlara daşısınlar. Çünki gənclik elə bir qüvvədir ki, ən çətin dövrü belə dəyişmək gücünə malikdir. Bunun üçün isə ilk növbədə təhsil almaq, savadlı, bilikli olmaq lazım idi. İlk hakimiyyətə gəldiyi 1969-cu ildən bəri məhz Ulu Öndər daha yaxşı gələcək üçün gənclərin təhsilinə xüsusi diqqət ayırdı. Onun təşəbbüsü ilə gənclər respublikadan kənarda vətənə ən çox lazım ola biləcək ixtisaslar üzrə təhsil almağa göndərilirdi. O, yaxşı bilirdi ki, hər bir xalqın elmi nailiyyətləri, sənət inciləri, mədəniyyəti həmişə onu yüksəldir, bütün dünyaya tanıdır, mənəviyyatını zənginləşdirir. Elə bu səbəbdən də Heydər Əliyev siyasi hakimiyyətinin bütün dövrlərində elmin və mədəni mühitin yaradılmasına xüsusi önəm verirdi.
O, hər bir gəncin xalqın namusu, tarixi, vicdanı olan ana dilini mükəmməl bilməsini istəyirdi. Çünki millətin millət kimi formalaşmasında dil əvəzsiz rol oynayırdı. Axı dil bir milləti milli kimliyi və baş tacıdır. Qılıncdan kəsərli, hər şeydən kəskin və qüvvətli olan sözün hikməti və qüvvəti yalnız ana dilini doğru bilənlərin nitqində özünü göstərir. Ulu Öndər bütün vurğulara, intonasiyaya, söz düzümündə ardıcıllığa, bölgü sistemlərinə zərgər dəqiqliyi ilə əməl edən bir sözlə öz ana dilini bütün incəliklərini dəqiqliyi ilə bilən gənclik görmək istəyirdi. O, 70-ci illərdən başlayaraq özünə ana qədər əziz bildiyi, övlad məhəbbəti ilə ürəkdən sevdiyi, yad dillərin qarışığından qoruduğu doğma ana dilimizin tətbiqinə xüsusi diqqət yetirirdi. Hələ sovet hökümətinin dövründə ana dilində danışmağın qadağan olduğu bir vaxtda o bu dilə olan sevgisini qorxmadan, çəkinmədən ali kürsülərdən xalqa bəyan edirdi. Bununla həm də gəncliyə, gələcək nəsillərə öz milli mənəvi dəyərləri uğrunda hər şeyi gözə alaraq necə mübarizə aparmağı öyrədirdi.
Sovet ittifaqı dövründə hərbi kadr seçimində azərbaycanlılara göstərilən biganəliyə də Heydər Əliyev son qoydu. O vaxtlar çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək idi. Bunu qadağan edənlər bilirdilər ki heç bir türk, heç bir azərbaycanlı sonsuza qədər kimlərinsə qılıncının altında qala bilməz. Bir gün mütləq öz azadlıqları üçün ayağa qalxacaqlar. Məhz bu səbəbdən azərbaycanlıların hərbi biliyə yiyələnməsinə mane olunurdu. Lakin Ulu Öndərin təşəbbüsü və uzun mübarizəsindən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəbin əsası qoyuldu. Beləcə yüzlərlə azərbaycanlı gənc hələ sovet hakimiyyətinin dövründə öz ana dilində və öz doğma vətənində hərbi sirlərə yiyələndi. Sonralar Azərbaycan yenicə müstəqillik qazandığı zamanlar Ulu Öndər müasir Silahlı Qüvvələrin yaradılması istiqamətində müəyyən çətinliklərlə üzləşdi, lakin o bütün çətinlikləri dəf edərək Azərbaycana döyüş bacarığı və müharibə aparmaq iqtidarı olan güclü ordu bəxş etdi. Heydər Əliyevin memarı olduğu və böyük ümidlər bəslədiyi Ordumuz azad, müstəqil Azərbaycan üçün 2020-ci ilin payızında illərlə qazandığı biliyi, ağlı və gücü ilə ayağa qalxaraq 30 illik işğala son qoydu. Torpaqlarımız öz azadlığına qovuşarkən Ulu Öndərin arzuları gerçəyə döndü. Artıq reallaşan arzuların işığıyla addımlayırıq Qarabağda, Şuşada.
Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərin uzaqgörən siyasəti əfsanəvi Promoteyin odu kimi vətənimin hər qarışında öz şöləsini saçaraq bizləri zülmətdən aydınlığa qovuşdurdu. Onun ideyaları bu gün də ,sabah da yaşadığımız hər bir günün, hər bir anın üzərinə gur işıq salaraq vətənimizi gələcəyə, inkişafın ən yüksək zirvəsinə aparacaq.
İLAHƏ ALLAHVERDİYEVA,
Naxçıvan Dövlət Universitetinin “Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri.
-
Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb
Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin dekanı, fiologiya elmləri doktoru Azərbaycanlı şairə Sevinc HƏMZƏYEVAnın “Kövrək xatirələrin üstünə getmə”, “İstəmirəm yerlə səma mənim olsun” adlı şeirləri Bakı şəhərində fəaliyyət göstərən “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Gənc xanım yazar Sona İNTİZARın şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, “Türkay” aylıq ədəbiyyat dərgisinin yayına məsul katibi, gənc xanım yazar Sona İNTİZARın “DOST MƏKTUBU” və “Əskin gözlərimin önündə durub” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Azərbaycanlı şair Kənan Aydınoğlunun şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar, Jurnalistlər və Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi-bədii Birliklərinin üzvü Kənan Aydınoğlunun “Qadının özünə minnətdaram mən”, “Qədəmin atanda yenə də qadın” adlı şeirləri “Azad qələm” dərgisinin Yanvar-Fevral saylarında işıq üzü görüb.
Qeyd edək ki, “Azad qələm” dərgisinin təsisçisi və baş redaktoru çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, yazıçı-publisist, şairə Nəcibə xanım İlkindir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
-
Kitabxana “Tarix yaradan şəxsiyyət-Heydər Əliyev 100” layihəsi çərçivəsində silsilə materiallar hazırlayıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Heydər Əliyev İli” çərçivəsində həyata keçirdiyi “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi Azərbaycan dövlətçiliyi tarixində müstəsna, əvəzsiz xidmətləri ilə əbədilik qazanan, adı müasir Azərbaycan tarixi ilə əbədiləşən, Ümummilli Liderinin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsinin tədqiqi və gənclər arasında təbliği məqsədilə həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanan materiallar silsilə formasında davam edir. Növbəti material kitabxana əməkdaşları tərəfindən “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı vidoeoçarxdır. Bir neçə hissədən ibarət olması planlaşdırılan materialın birinci hissəsi Avropa və Asiya ölkələrinin dövlət başçılarının, görkəmli siyasi xadimlərin Ulu Öndər Heydər Əliyev haqqında söylədikləri fikirlərdən, müxtəlif görüşlər, beynəlxalq tədbirlər zamanı səsləndirilən çıxışlardan ibarətdir. “Dünyanın görkəmli siyasi xadimləri Ümummilli Lider Heydər Əliyev haqqında” adlı videomaterialın növbəti bölümlərinin Ulu Öndərin öz müdrik kəlamlarından, beynəlxalq və yerli siyasi, ictimai, mədəni sahədə fəaliyyət göstərən görkəmli şəxslərin fikirlərindən, xatirələrindən, Ulu Öndərlə görüşlər zamanı tarixə həkk olunan hadisələrdən ibarət olması planlaşdırılır.
Bundan əlavə, Respublika Gənclər Kitabxanasının rəsmi saytında “Heydər Əliyev – 100” adlı bölmə yaradılıb. Burada ölkədə fəaliyyət göstərən “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi” “İki sahil”, “525-ci qəzet”, “Ədəbiyyat” qəzeti kimi müxtəlif mətbuat orqanlarında Ulu Öndər Heydər Əliyev haqqında dərc edilən məqalələr toplanılır. İstifadəçilər burada “Ulu Öndər və Naxçıvanın musiqi mədəniyyəti”, “Dirçəliş strategiyası”, “Xalqa bağışlanmış ömürdən anlar: 1998-ci ilin yanvarı”, “Milli kinomuzun təəssübkeşi və hamisi”, “Heydər Əliyev mədəni irsimizin keşiyində”, “Tariximizin Heydər Əliyev zirvəsi” kimi məqalələrin tam mətni ilə tanış olmaq, onlardan yararlanmaq imkanı qazanırlar. Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq məqalələrin sayının da simvolik olaraq 100 olması nəzərdə tutulur.
Sözügedən materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/heyder-eliyev-xatirelerde və https://ryl.az/activity/ulu_onder linklarında yerləşdirilib.
-
Mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək
Hazırkı toplantıda TÜRKSOY-a üzv ölkələr üzrə UNESCO Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçəcək. Bu baxımdan, ötən dövr ərzində məhsuldar fəaliyyətlərinə görə Türkiyə tərəfinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, növbəti dövr üçün Azərbaycanın sədrliyi zamanı ciddi nailiyyətlər əldə ediləcəyinə əminliyimizi ifadə edirik.
AZƏRTAC xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyalarının 9-cu Toplantısında çıxışı zamanı deyib.
“Bu il mayın 12-də “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı 2023” ilinin açılış mərasimi keçiriləcək. İnanırıq ki, Şuşada keçiriləcək tədbirlər türk
dövlətləri arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafının növbəti uğuru olacaqdır”,-deyə mədəniyyət nazirinin birinci müavini bildirib.