
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı
“Gələcək gün”romanında azadlıq hərəkatının inikası
* * *
        Azərbaycan  sovet   ədəbiyyatının  təşəkkülündə   və   inkişafında, yetkinləşib  yeni  yaradıcılıq axtarışlarında yorulmaq bilmədən yazıb-yaratmış yazıçılarımızdan biri də Mirzə İbrahimov olmuşdur.
Azərbaycanda  Sovet  hakimiyyətinin  qələbəsi  minlərlə  yaşıdı  kimi Mirzənin də həyat  yolunu  işıqlandırır , onun  ağır  muzdur əməyinin və  ehtiyacın  girdabından  qurtarır. O, mədəndə  işləyən  dayısının yanında  yaşamağa  başlayır. O, zaman  yenicə  açılmış  ibtidai  məktəbi, sonra  isə  fabrik – zavod  təhsili  verən  məktəbini  bitirərək  sonsuz bir həvəslə  yeni  bir  həyata  başlayır, gündüzlər  işləyərək,  gecələr  isə təhsilini davam  etdirir. Elə o, zamandan kiçik hekayələr yazmağa başlayır.
1930 -cu İldə  Mirzə İbrahimovun ” Qazılan buruq ” adlı  ilk şeiri, elə həmin  ildə  “Aprel alovları” adlı  almanaxda dərc  edilir. Sonra  Seyid   Hüseyninin  tövsiyəsi  ilə  onun  “Zəhra” və “Mələk” hekayələri  “Şərq qadını” və “İnqilab və mədəniyyət” jurnallarında çap olunur. 1931 -ci  ildə Mirzə İbrahimov  Azərbaycan Proletar Yazıçıları cəmiyyətinə  qəbul  olunur. Həmin ildə Maksim Qorkinin təşəbbüsü ilə təşkil  edilən  yazıçı  briqadalarından birinin tərkibində o, Sovet İttifaqının  tikilməkdə  olan  mühüm  sənaye  müəssisələrini  gəzmiş, bu səfərin  təəssüratı  altında  yazdığı  oçerklərini  1932 -ci ildə “Giqantlar ölkəsi ” kitabında çap  etdirir.
Mirzə  İbrahimovun  əsərləri  dünyanın  bir  çox  ölkələrində oxunan görkəmli,  nasir, ədəbiyyatşünas, dramaturq, publisist  kimi şöhrət tapmış, ədəbiyyatımızın inkişafında  böyük  xidmətlərinə  görə Azərbaycan Sovet Sosialist Respublikasının sovet yazıçısı adını almışdır ( 1961 ).
Ədibin  Yaradıcılığının ilk mərhələsi 1935-ci  ildə qələmə aldığı “Həyat” pyesi  o  vaxtadək  əsasən hekayə, oçerk və məqalələri  ilə  tanınan gənc yazıçının  istedadının  yeni  bir  sahəsinə  nəzəri  cəlb  edir. Böyük dramaturq C.Cabbarlıdan sonra Azərbaycan sovet  ədəbiyyatına  onun  güclü ənənələrini  davam  etdirəcək  gənc  dramaturqlar  nəslinin  gəlişindən xəbər  verirdi.
” Həyat ” pyesində  Azərbaycan  kəndindəki  yeni  ictimai  münasibətlər, köhnəlik  qalıqlarına  qarşı  mübarizənin  gərginliyi  öz  dramatik  inkişafını  tapmışdır.
Həyat,  Abbas, Süleyman kimi  hərəsinin öz xüsusiyyətləri olan surətlərin xarakterini  dramaturq  kolxoz  kəndini  irəli aparan  qabaqcıl qüvvələrlə, mürtəce  qüvvələr, vaxtı keçmiş, köhnəlmiş  təsəvvürlər arasında davam edən şiddətli  mübarizənin əsasında cərəyan etmişdir. M.İbrahimov “Həyat” surətində sovet adamlarının partiya işçilərinin nəcib sifətlərini açıb  göstərməyə  müvəffəq  olmuşdur. Həyat  iradəli  bir  kommunist, ağıllı,  təmkinli, sayıq  bir  Azərbaycanlı  qadındır.Məhz “Həyat” pyesi müəllifin  dramaturji yaradıcılığında uğurlu  bir  əsər oldu. Sonralar onun “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar”, pyesləri  M.Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Akademik  Dram Teatrında  müvəffəqiyətlə  tamaşaya  qoyulmuşdur. Bu əsərlərdə müasirlərimizin  parlaq  surətləri  yaradılmış, zəngin  mənəvi  aləmi, sağlam həyat  tərzi  göstərilmişdir.
Mirzə İbrahimov  ilk  tənqidi  məqalələrini  hekayə  və  oçerklərini 30-cu illərdə  yazmışdır. 1932-ci  ildə  beşilliklərin  nəhəng  tikintilərini  və  sosialist  sənayesinin  inkişaf  sürətini  öyrənmək  üçün  Ukraynaya Donbas şaxtalarında, Dnepropetrorski  sənaye müəssələrində səfərdə olmuşdur.
“Qiqantlar ölkəsi” oçerklər  kitabını  həmin  ildə  qələmə  almışdır. Azərbaycan  Dövlət  Elmi – Tədqiqat İnstitutunun  iki  illik  hazırlıq  şöbəsində təhsil  aldıqdan  sonra  partiya onu  Naxçıvan MTS siyasi  şöbəsinə – “Sürət” qəzetinin  redaktoru  vəzifəsinə  göndərmişdir (1933), “Həyat” (1935)  pyesi  də bu dövrün  bəhrəsidir.
Ədibin  İkinci  Dünya  müharibəsinin ağır sınaq illərində fabrik  və zavodlarda,  kəndlərdə, əsgəri  hissələrdə odlu – alovlu çıxışları ilə qələbəyə düşmənə  nifrət və qəzəb aşılayırdı. Akademik Dram Teatrında müvəffəqiyyətlə  tamaşaya  qoyulmuş  bu  əsərdə  müasirlərimizin  parlaq bədii surəti yaradılmış, zəngin mənəvi aləmi, sağlam həyat tərzi göstərilmişdir.
Ədəbiyyat  və  incəsənətimizin  bütün yaradıcı  qüvvələri  kimi M.İbrahimovun  da  Böyük  Vətən  müharibəsi  illərindəki  fəaliyyəti  qızğın və səmərəli  olmuşdur. O, uzaq  Şərqdə  olmuş “Vətən  yolunda” qızıl əsgər qəzetini  redaktə  etmiş, bir  sıra şeir, hekayə, oçerk  və publisist məqalələrini  çap  etdirmiş, sovet  vətənpərvərliyi  mövzusunda “Məhəbbət” pyesinini  yazmışdır.
“Gələcək  gün” əsəri  M.İbrahimovun  ilk  əhatəli  nəsr  əsəridir. 1948-ci ildə çap  olunan  bu  əsər  yazıçının  özünəməxsus  sənətkarlıq  imkanlarına malik olduğunu  göstərdi. İran Azərbaycanı  zəhmətkeşlərinin istiqlaliyyət  uğrunda  mübarizəsinin  geniş  bədii  lövhələrdə  əks olunduğu “Gələcək gün” romanında  yazıçını  xüsusi  bir  rəğbətlə  yaratdığı Firudin surəti  tezliklə  Azərbaycan  nəsrinin  xarakterlər  sırasında  özünə  layiqli yer  tutdu.
İnqilabi  mübarizənin  alovları  içərisində  yetkinləşən, xalqın  mənəvi yenilməzliyini  təmsil  edən  Firidunu M.Qorkinin “Ana” romanındakı Povel Vlasov  “Ovodakı” Artur, H.Ostrovskinin “Polad necə bərkidi” romanındakı  Pavel  Korçakin kimi  mərd və mübariz ədəbi  qəhrəmanlarla müqayisə  etməkdə haqlıdırlar.
Yoxsul  köməksiz  Musa  kişinin  və  ailəsinin  timsalında  yazıçı feodal zülmü  altında  inləyən, yerli  məmurlardan  olmazın  işgəncələr görən İran  kəndlisinin vəziyyətini  ümumiləşdirirdisə də, Firudin surəti, hüquqları  uğrunda  mübarizəyə  qoşulan  mütərəqqi  qüvvələri  göstərmişdir. Firudin  30-cu  illərin  sonlarında, xüsusən  ikinci  dünya  müharibəsi illərində  İran  zəhmətkeşlərinin  milli – azadlıq əhval-ruhiyyəsinin öndə gedən  bir surətidir. Firudin  və  onun  məslək dostları xalq azadlıq hərəkatını  genişləndirir, onu  dünyanın  tərəqqipərvər  qüvvələrinin imperializim  əleyhinə apardığı  mübarizə  ilə  birləşdirirlər. Sosializm ideyaları, İranın Şimal  qonşusu olan Sovetlər İttifaqında, xüsusən  Azərbaycan Sovet  Sosialist Respublikasında qısa bir  müddətdə  əldə  etdiyi böyük ictimai – siyasi  naliyyətlər  Firudinin öz  mühitinə  daha  aydın tənqidi nəzərlə  baxmasına  ölkəni  sarımış  ictimai bəlanın kökünü daha aydın görməsinə  kömək  edir, onun formalaşmasını sürətləndirir.
Mirzə İbrahimovun  “Gələcək  gün” romanında  azərbaycanlı, fars, kürd zəhmətkeşlərinin  birliyi  irticanın  hər  cür  rəzalətlərinə, Rza  şaha qarşı mübarizədə  inqilabçıların  əlində  çox  güclü  və sarsılmaz bir silah kimi istifadə  olunur. Yaxın  və Orta Şərq  xalqlarının, o cümlədən İran Azzərbaycanı zəhmətkeşləri  istiqlaliyyət  uğrunda  mübarizəsi  mövzusunda  yazanlar xüsusən  Cənubi  Azərbaycanın  gənc  ədəbi  qüvvələr  beynəlxalq hadisələrin bədii  əksini  verən  “Gələcək  gün” romanından yaradıcılıq yollarında səmərəli  istifadə etmişlər.
Hələ 1957-ci  ildə  Məmməd Arifin qələmə aldığı “Azərbaycan sovet romanı” məqalələrində yazırdı: – M.İbrahimov “Gələcək gün” romanında təsvir  olunan  tarixi  şərait, faktları  yaxşı bildiyini, qəhrəmanların öz taleyini,  xüsusən  Firudinin daxili  ən  inkişaf  etdiyini  inandırıcı şəkildə açıb  göstərmiş və  bununlada “Gələcək  gün” ün siyasi  bir roman kimi “ədəbiyyatımızda yeni müvəffəqiyyətli bir addım” adlandırmışdır.
“Gələcək  gün” romanının respublikamızdan  uzaqlarda geniş yayılmasına, təqdir və tərcümə olunmasına dair çoxlu faktlar vardır. Belə insanlardan  qardaş  Türkmənistanın  xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Berdi  Kerbabayevin  mülahizəsini qeyd  etməklə kifayətlənməyəcəyik: – Əsər  məni  o  qədər  cəlb  etdi  ki, onu  bir  dəfəyə  oxudum. Həmin andaca  əsəri  türkmən  dilinə  tərcümə  etdim.- Yurdumda hər gün baş verən  hadisələr  qələmə  sığmır… “Gələcək  gün” romanın tərcüməsini və nəşrini  ona  görə  borc  bildim  ki, romanda təsvir olunan  hadisələr yüksək  bədii  təsir  qüvvəsinə malikdir.Əsər oxucuya nəcib hisslər aşılayır.
50-60  illərin  Azərbaycan  nəsrinin inkişaf meyillərindən onda olan keyfiyyət  dəyişikliklərindən  söhbət  gedərkən  dövrün ilk səciyyəvi romanları sırasında  M.İbrahimovun “Böyük dayaq” (1957) romanı gözlərimiz önündə  canlanır. Bu  əsər  cəmiyyətimizin həyatında,  xüsusən Azərbaycan kəndində insanların şüurunda və xarakterində əhəmiyyətli yenilikləri ilə geniş şəkildə əks  etdirən  ictimai – psixoloji bir romanıdır.
“Böyük dayaq”Sovet İKP-nın XX qurultayından sonra qələmə alınmışdır. Həmin  dövürdə partiya ölkəmizdə şəxsiyyətə pərəstiş əleyhinə, ictimai həyatda mübarizəni genişləndirmişdir. Bu böyük tədbirlər xalqın ruh yüksəkliyinə səbəb olmuş və onu vətənimizin qüdrətini daha da artırmaqnaminə yeni əmək qəhrəmanlıqlarına səsləmişdir.
M.İbrahimov adi bir Azərbaycan kəndindəki kolxozun və onun adamlarının timsalında bu yenilikləri ümumiləşdirib əks etdirmişdir. “Böyük  dayaq” əsərinin ideyasını çox açıq şəkildə ifadə etmişdir.Cəmiyyətdə yalnız o adam irəli gedib arzularına çatar, qalib gələ bilər ki, xalqa onun sağlam yaradıcı qüvvəsinə arxalanmış olsun. Bu cəhətdən romanın baş qəhrəmanı Rüstəm kişinin surəti çox ibrət götürülməlidir. Rüstəm kişi kollektivləşmə hərəkatının öndə gedəni namuslu zəhmət adamı, bacarıqlı kolxoz başçısıdır.Onun rəhbərlik etdiyi illərdə kolxozun təşkili təsərrüfatın möhkəmlənib irəli getməsi, zəhmətkeşlərin əməyi müqabilində bölünən məhsulun miqdarı xeyli artmış, kəndin mədəniyyəti yüksəlmişdir. Rüstəm kişinin adı hər yerdə qabaqcıl kolxoz sədri kimi ehtiramla çəkilir, onunla hesablaşırdılar. Lakin elə bir vaxt gəlib çatır ki, Rüstəm kişi qazanılan müvəffəqiyyətlərin əsl sahibi olan siravi kolxozçulardan, zəhmətkeş adamlardan uzaqlaçır.O,Yastı Salman kimi yaltaqların və ikiüzlülərin əhatəsində zəhmətkeşlərin ehtiyac və tələblərini görüb hiss edə bilmir, onların qayğısına qalmır. İş o yerə çatır ki, Rüstəm kişi kolxozun bütün naliyyətlərini öz adı ilə bağlayaraq lovğalanır. Artıq o, kolxoz idarə heyətinin üzvləri ilə, kənd ağsaqqalları ilə məsləhətləşmir, təkbaşına qərar qəbul edir.Rüstəm kişinin səhvlərindən biri də budur ki, hiyləgər araqarışdıranlara, yaltaqların yağlı dillərinə inanıb, ləyaqətli işçilərin səmimiyyətinə şübhə ilə yanaşır.Ona qarşı yönəlmiş hər bir tənqidi düşmənçilik  hesab edən Rüstəm kişi xeyirxah adamları bədxahlardan seşə bilmir.Lakin bütün bu qüsurları ilə yanaşı, müəllif onun müsbət keyfiyyətlərini  də açıb göstərir. Rüstəm kişi dövlətə, xalqa sədaqətlidir. O, təmiz və  namuslu adamdır. Kolxoza, xalq əmlakına xor baxmır, işə ürəklə yanaşır.
Rüstəm kişinin ailədəki davranışı onun xarakterinin açılması üçün əhəmiyyətlidir. O, yeni ailə münasibətlərini asanlıqla qəbul edə bilmir. Oğlu Qaraşın Maya ilə ata-baba qaydası ilə toy etməməsi, qızı Pərişanın daim yeniliyə can atması Rüstəm kişinin xoşuna gəlmir. Əsərdəki  hadisələrin məntiqi davamı kimi ətrafında fırlanıb yaltaqlananlar ona quyu qazır, onu uçuruma yuvarlatmaq istəyirlər. Rüstəm kişi yalnız  həmin  adamlar tərəfindən ölümcül yaralandıqdan sonra öz səhvlərini başa düşür, dostu ilə düşmənini tanıya bilir.Romanı oxuyarkən məhşur bir el məsəli yada düşür:-“Xalqa söykənən, dağa söykənər”. Bu ideyanı Mirzə İbrahimov Rüstəm kişinin ayılması, varlığın yeni ruhunu  dərk etməsi  yalnız onun şəxsi sarsıntısı, surətin fərdi duyğu və düşüncələr  aləmində gedən bir ptoses kimi götürülmür, bunlarla yanaşı, eyni zamanda həyatın, cəmiyyətin dərinliklərindən çıxan  Şərəfoğlu, Kərəm, Telli, Pəri kimi təmiz ürəkli, saf niyyətli geniş miqyaslı, qolu-budaqlı ictimai bir proses kimi təqdim olunur.Əsərdə böyük dayağı, xalqı cəmiyyətin müzəffər irəliləyişini məhz bu qabaqcıl və fəal insanlar müvəffəqiyyətlə təmsil edirlər. Digər tərəftə dayanan Yastı Salman,Yarməmməd, Lal Hüseyn kimilər isə müəyyən, konkret bir şəraitdə, ələ-ayağa dolanmağa imkan tapıb fəallaşsalar da, əslində heç bir perespektivi olmayan <<Çürük dayaq>> kimi məğlubiyyətə məhkumdurlar. Bütünlükdə bu surətlər 50-ci illərin ikinci yarsında Azərbaycan kəndindəki əməkçi insanların  ümumiləşdirilmiş surətidir. Məhşur rus yazıçısı Konstaintin Fedin M.İbrahimov yaradıcılığının başlıca nümunələrini haqlı olaraq <> adlandırır.Vətəndaşlıq hisslərinin mühüm xüsusiyyətlərindən biri hesab edilir.
M.İbrahimovun əsərlərinin başlıca mövzusu Azərbaycan xalqının tarixi və onun müasir həyatı ilə, Vətənimizin daha xoşbəxt gələcəyi uğrunda aparılan böyük mübarizə ilə üzvü surətdə bağlıdır.Təbiidir ki, xalq tarixinin mühüm mərhələləri, onun həyatında Sovet hakimiyyəti illərində baş vermiş köklü dəyişikliklər və hərtərəfli inkişafı, adamların xarakterinə, həyat və məişətinə dərindən daxil olmuş yeni xüsusiyyətlər, xalqlarımız arasında gündən-günə möhkəmlənən dostluq və qardaşlıq ədibin dönə-dönə müraciət etdiyi mövzulardır.Özünə məxsus yaradıcılıq üslubuna, sənətkar dəstixəttinə malik olan M.İbrahimovun ən yaxşı əsərləri yalnız müasir və aktual mövzularda yazıldığı üçün deyil, həm də yüksək ideya-bədii keyfiyyətlərinə, onlarda təsvir edilən canlı insan xarakterlərinə, həyati bədii surətlərə görə ümumsovet ədəbiyyatının görkəmli nümunələri ilə bir sırada durur:Akademik M.Arifin düzgün müşahidə etdiyi kimi, mənəvi  təmizlik M.İbrahimovun müsbət qəhrəmanları üçün əsas insani keyfiyyətdir. Bu cəhətdən ədibin <> romanı səciyyəvidir. Pərvanə müfəssəl bir üçlük kimi düşünülmüşdür. Onun birinci cildindəki hadisələr keçən əsrin 90-cı illərində tamamlanır. İkinci cild Böyük oktyabr sosialist inqilabının qələbəsinədək, son üçüncü cildi isə 1925-ci ilədək olan bir dövrü əhatə edir. Təkcə Azərbaycan xalqının deyil, bəşəriyyətin tarixində heç nə ilə müqayisə edilə bilməyən hadisələrlə əlamətdar belə böyük bir dövrün zəngin hadisələri yazıçıya güclü xarakterlər yaratmaq, rəngarəng insan taleləri əks etdirmək üşün geniş imkan vermişdir. Ölkəmizin fəhlə və kəndlilərini, qabaqcıl ziyalılarını,inqilab mübarizələrinin mətin sıralarına gətirib çıxaran  obyektiv ictimai şəraiti, zəhmətkeş xalqın tükənməz mənəvi qüdrətini, sinfi istismarın tarixən süquta, ölümə məhkum olduğunu ədib güclü bədii ümumləşdirmələr vasitəsi ilə izləyə bilmişdir. Yazıçı məqsədinə nail olmaq üşün bəzi hallarda az qala bütöv bir əsərin hüdudlarında dayanan saysız-hesabsız hadisələr içindən əhəmiyyəti etibarı ilə yüksək dərəcədə dolğun olanlarını seçib mənalandırmaq  və  onları  dərin  və  onları  dərin  emosionallıqla təsvir  etmək, <
> əsərini müasir oxucuya doğmalaşdırıb sevdirə bilmişdir. Müəllifin bədii təqdiqini verdiyi bu əsərdə, gözlərimiz önündə böyük hadisələr silsiləsi canlanır. Məlumdur ki, Azərbaycanın İran Türkiyə kimi Yaxın Şərq ölkələri ilə Rusiya və Avropa arasında bir növ keçid mövqeyi tutması, bu səbəbdən də dövlətlər arasında baş verən siyasi münaqişələrin, diplomatik danıçıqların və hərbi toqquşmaların meydanına çevrilməsi həm Azərbaycan, həm də ümumən Zaqafqaziya xalqlarının keçməkeşli taleyində az rol oynamışdır. Belə bir şəraitdə keçən əsrdə Azərbaycanda gedən müharibələr İran və Rusiy təmayülləri,feodal çəkişmələri, yeniliklə köhnəlik, işıqla-qaranlıq, maariflə cəhalət arasında mübarizə, kapitalizm dirçəlməsi, sinfi münasibətlərin kəskinləşməsi, maarifçilik, azadlıq ideyalarının Rusiyada cərəyan edib ucqarlara yayılması,ömrünü vətənin qurtuluşuna həsr edən yeni insanların meydana çıxması, xalqın gözünü açmaq haqqını tanıtmaq, dostunu düşməndən, ayırmaq işində ona kömək etməyi özü üçün həyat idealına çevirməsi, zəhmətkeşlərə qurtuluş yolunu nişan verməsi:-Bütün bunlar “Pərvanə” romanında canlı, rəngarəng insan xarakterləri əsasında, qüvvəli ifadə vasitələri ilə, sənətkarlıqla göstərilmiş hadisələrdir. Roman oxuduqları¬mızın,bildiyimiz həqiqətlərin təkrarı təsir bağışlamır. “Pərvanə” xalq tarixinin geniş bir mərhələsinə, yazıçının sənətkar baxışının təzahürü keçmişimizin məhz onun gözləri  ilə oxunmuş ibratəmiz səhifələrdir.
Tarixi simalar olan H.Q.Çernişevski, M.F.Axundov, N.Nərimanov deyil, başdan-başa yazıçının  öz  bədii  təxəyyülünün  məhsulu  olan  dəmirçi Vəfadar, xalçaçı Cəfər, Hürü xanım, müəllim Sahib, tələbə Nataşa və başqaları da əsərdə dərin məhəbbət və emosionallıqla təsvir olunmuşlar. Onu oxuyanda bir daha iftixar edirsən ki, bizi azadlığa əbədi işığa çağıran məhz bu cür geniş ürəkli, yüksək əqidəli, böyük ictimai amallı, öz məqsədi uğrunda həyatını belə əsirgəməyən gözəl insanlar qoymuşlar. Burada işıq, nur anlayışının rəmzi mənada elə azadlıq demək olduğunu nəzərə   alsaq əsərinə “Pərvanə” adı verməkdə ədibin izlədiyi məqsəd bizə bir daha aydın olur. Surətlərin taleyinə və psixologiyasına yazıçı müdaxiləsinin incə təzahürüdür.Azаdlıq mücahidlərinin və sonralar onların ardınca getmiş minlərcə başqalarının əməllərinin məhsulu olan quruluşumuzun daha böyük məhəbbətlə sevir, onun ali məqsəd uğrunda mübarizədə özümüzü bir daha səfərbər hesab edirik. Əsərdəki müasirliyin kökü də elə bununla bağlıdır. Kiçik bir oşerkdə M.İbrahimov kimi sənətkarların əsərlərini əhatə etmək, onun yaradıcılığındakı mövzu fikir, duyğu və obrazların bədii əksindən ətraflı danışmaq mümkün deyildir.Odur ki, yazıçının ədəbi ictimaiyyət və oxucular tərəfindən rəğbətlə qarşılanmış “Gülbətin”, “Xosrov Ruzbeh” “Pərvizin həyatı” və digər povestlərini, yaradıcılığının ilk illərindən başlamış son vaxtlaradək yazdığı maraqlı hekayələrini xüsusən “Mədinənin ürəyini” qeyd etmək kifayətdir.
M.İbrahimov öz qələm dostları arasında ədəbiyyat tarixi və tənqid, bədii yaradıçılığın, nəzəri problemləri sahəsində müntəzəm məşğul olması ilə fərqlənir. 1945-ci ilin baharında,respublikamızda Sovet Hakimiyyətinin qələbəsinin 25-ci ilində Azərbaycan SSRİ Elmlər Akademiyası təsis edərkən bu böyük elm ocağının ilk akademikləri arasında görkəmli yaradıcı ziyalılarımızdan S.Vurğun və Ü.Hacıbəyovla yanaşı M.İbrahimov da vardır. Bir sıra elmi, tənqidi məqalələrin müəllifi olan yazıçı hələ müharibədən əvvəl görkəmli ədib C.Məmmədquluzadəyə və həsr olunmuşdur, “Böyük demokrat” adlı monoqrafiyasını çap etdirmişdir.
“Həyat və ədəbiyyat”, “Xəlqilik və realizm cəbhəsindən”, “Gözəlliyin qanunları ilə”, “Aşıq poeziyasında realizm”, “Ədəbi qeydlər” kitablar da M.İbrahimovun tənqid və ədəbiyyatşünaslıq sahəsində apardığı tədqiqatın bəhrələridir.Onun Moskvada çapa buraxılmış “Ədəbiyyat haqqında qeydlər” (1971) kitabında ədəbiyyat tarixinin müasir prosesin və ədəbi tənqidin mühüm yaradıcılıq problemləri qaldırır, qabaqcıl sovet yazıçısının aydın ictimai estetik idealı mövqeyındən, konkret və inandırıcı ədəbi fakt və təhlillər əsasında elmi əsaslarla şərh olunur. M.İbrahimov tənqid və tədqiqat xarakterli əsərləri ədəbiyyatda, onun ictimai vəzifələrinə,vətəndaş, kommunist yazıçı münasibətinin ardıcıl ifadəsidir.
“Ədəbiyyat haqqında qeydlər” kitabı ilk baxışda ayrı-ayrı məqalə və tədqiqlərdən ibarət məcmuə təsiri bağışlayır.Lakin, daxilən ideya-estetik konsepsiyasının vahidliyi ilə bir-birinə çox bağlı olan və tamamlayan bu əsərlər geniş və ümumi bir mənaya malikdir. Yazıçı müasir və klassik sənətkarların yaradıcılıq təcrübəsinə əsasən realizm inkişafı, onun romantika ilə əlaqəsi, klassik sənətin gücü qarşılıqlı təsir və zənginləşməsi kimi problemləri öz tədqiqatının predmetinə çevrilmişdir.
Ədibin fikrincə hazırki mərhələdə bədii sənətkarlıq məsələləri, ədəbi əsərlərin estetik keyfiyyətini yüksəltmək tələbləri xüsusi əhəmiyyət kəsb edir. Nə üçün? sualına müəllif “həyatın gözəlliyi – incəsənətin gözəlliyi” məqaləsində cavab verərək izah edir ki, bunun səbəbi müasir gerçəkliyimizdə insan fəaliyyətinin bütün sahələrinə gözəllik qanunlarının dərin nüfuz etməsidir. Yeni ədəbiyyat və incəsənət məsələsini, sənətkarın bədii ustalıq meyarının nədən ibarət olduğu məsələsini necə başa düşməyimizdən asılıdır. Çox mühüm bədii estetik anlayışların birtərəfli şərhi bizi başlıca məqsədimizdən, əsl yüksək bədii əsərlər yaratmaq məqsədimizdən uzaqlaşdıra bilər. Məsələn, tənqiddə, o cümlədən Azərbaycan Sovet ədəbi  tənqidində də elə bir hallar olmuşdur ki, bu və ya digər əsərlərin mövzuca aktuallığı toxunduğu sosial problemlər ötəri qeyd edilmiş bədii sənətkarlığın xarakter obraz, sujet, kompozisiya kimi vacib xüsusiyyətlərinə lazimi əhəmiyyət verilməmişdir.
M.İbrahimov haqlı olaraq bu qənaətdədir ki, ədəbi hadisələrə etinasız yarımçıq münasibət sönük əsərlərin meydana çıxmasına səbəb olur. Indi bədii əsərdə mövcud ideya və məzmunla yanaşı bədii forma məsələsi də diqqət mərkəzindədir. Yaradıcı fikirdən, yaradıcı fantaziyadan kənarda həqiqi sənət əsəri təsəvvür etmək qeyri-mümkündür.Əsl sənət əsrlərində bədii keyfiyyət və sənətkarlıq,dərin ictimai ideya, böyük kamil forma deməkdir. M.İbrahimov tənqidinin estetik təhlil və qiymət meyarı belədir.
Müəllifin tənqidi təfəkkürünü anladığı ədəbi aləm cox cəhətlidir və rəngarəngdir. Bu aləmin nə qədər geniş və zəngin olduğunu təsəvvür etmək üçün  təkcə bunu qeyd etmək kifayətdir ki, burada realizm,onun ədəbiyyatda, xalq poeziyasında inkişafı kimi nəzəri məsələlərlə yanaşı, eyni zamanda Nizami, Füzuli, Vaqif, M.F.Axundov, N.Vəzirov, C.Məmmədquluzadə, Ə.Sabir, N.Nərimanov, Ü.Hacıbəyov kimi klassiklərimiz haqqında rus ədəbiyyatının Belinski, Çernişevski, Tolstoy, Çexov kimi ədibləri haqqında eləcədə öz müasir qələm və məslək yoldaşları olan C.Cabbarlı, S.Vurğun, H.Mehdi, R.Rza, S.Rəhman haqqında yazdığı məqalələr mühüm yer tutur.
M.İbrahimov müasir yazıçıların sosializm-realizminin zənginliyi uğrunda apardığı axtarış və mübarizədən, ehtirasla, inandırıcı tənqidçi təfəkkürü ilə danışır. Məsələn o, H.Mehdinin realizmini “partiyalı”, döyüşən realizm hesab edərək, onun müsbət qəhrəman yaradıcılığı təcrübəsini, yaxud R.Rzanın poeziyasına xas vətəndaş fəallığını, ictimai məzmun dərinliyini və bədii fikir novatorluğunu yüksək qiymətləndirir. M.İbrahimovun S.Vuğun haqqında, xüsusilə onun poeziyasında realizmin təzahür xüsusiyyətləri haqqında fikirləri çox maraqlı və diqqətəlayiqdir. M.İbrahimova görə S.Vurğun realist idi; o, dövrün, günün vacib məsələləri ilə yaşayırdı. Lakin eyni zamanda heç vaxt xırdalıqların, adiliyin əsiri deyildi; S.Vurğun həmişə qabağa baxırdı. O, reallığı fakt və hadisələrin ümumi inkişaf qanunlarını, fəlsəfəsini dərk etməyə can atırdı.Onun hiss, fikir və xəyalları həmişə yeni-yeni yüksəkliklərə qalxırdı.
Mirzə İbrahimovun Böyük Vətən Müharibəsi illərindəki publisist fəaliyyəti  xüsusilə diqqəti cəlb edir. Müharibənin başlandığı gün o,”Faşizm məhv ediləcək!” adlı məqalə yazıb, səhəri qəzetdə çap etdirmiş və bu əsərində faşizmin yırtıcı simasını, onun əsəslandığı antihümanist mahiyyətini açıb göstərmiş, düşmən üzərində qələbəyə, xalqımızın qüvvətli inam hissini ifadə  emişdi.
Müharibədən sonra yerinə yetirdiyi bir sıra ictimai vəzifələr, xüsusi sülh uğrunda fəal mübariz kimi Sovet İttifaqında və ölkəmizin xaricdə göstərdiyi fəaliyyət M.İbrahimovun publisist çıxışlarını sayca xeyli artırdığı kimi, onların əhatə dairəsini də genişləndirmi.dir. Avropanın sosialist ölkələri, habelə Finlandiya, İran, Hindistan, Kipr, Brima, İndoneziya, Tailand…
M.İbrahimovun doğma vətənimizin sülh elçisi kimi gəzdiyi ölkələrin ixtisarla göstərilmiş siyahısıdır. Bu səfərləri yazıçının başqa əsərləri üçün mövzu verdiyi kimi, bir sıra dəyərli  məqalələrin meydana gəlməsinə də səbəb olmuşdur. Müharibə qızışdırıcılarının mənfur niyyətlərinin ifşası, dünyanın hər yerində sadə zəhmət adamlarının sülhü, azadlığı və istiqlaliyyəti qorumaq əzmi bu məqalələrin əsasını təşkil edir. “Xalqların arzusu”, “Azadlıq mübarizəsi” və sair məqalələrində Mirzə İbrahimov sadə, aydın bir dildə oxucuları beynəlxalq aləmin  rəngarəng hadisələri ilə tanış edir.
Mirzə İbrahimovun publisit məqalələrinin böyük bir qismi ölkəmizdə kommunizm quruculuğu məsələlərinə, sovet xalqlarının gündən-günə möhkəmlənən dostluq və qardaşlıq münasibətlərinə, yeniliyə həsr olunmuşdur.
Mirzə İbrahimovun mükəmməl publisist əsərləri, həmin məsələlərdə qal-dırılan mühüm problemlər,poetik dil,böyük təsir qüvvəsi onun adını so-vet ədəbiyyatının ən yaxşı publisistləri sayılan Aleksey Tolstoyun, İlya Erenburqub, Səməd Vurğun, Georgi Markovun və Aleksandr Çaykoviskinin adları ilə yanaşı çəkilir.
M.İbrahimovun əsərləri indi dünyanın bir çox xalqlarının dillərində mütailə edilir. Onun təkcə “Gələcək gün” romanı iyirmidən çox dildə tərcümə olunmuşdur.Yazıçı dünya ədəbiyyatının bir sıra görkəmli nümayəndələrini, o cümlədən Şekspirin “On ikinci gecə”, “Kral Lir”, Molyerin “Don Juan” A.P.Çexovun “Üç bacı”, A.N.Ostrovskinin “Quduz pullar”,N.Q.Çernişevskinin “Nə etməli” romanını Azərbaycan dilinə tərcümə etmişdir.
M.İbrahimov yorulmaz ictimai xadim, SSRİ Ali Sovetinin demək olar ki, bütün çağrışlarına deputat seçilmiş; ədib təqribən 40 il müddətində Azərbaycan zəhmətkeşlərini Vətənimizin yüksək qanunvericilik orqanlarında ləyaqətlə təmsil etmişdir. Bir sıra məsul ictimai və dövlət vəzifələrində çalışan M.İbrahimov xoş məramla dünyanın bir çox ölkələrində olmuş, təkcə nəsr, dram və publisit əsərlərində deyil, beynəlxalq konqreslərinin xitabət kürsülərindən sülh və xalqlar dostluğunu təmsil etmişdir.
Sovet ədəbiyyatının inkişafi sahəsində böyük xidmətlərinə, yorulmaq bilmədən davam etdirdiyi ictimai fəaliyyətinə görə M.İbrahimov iki dəfə Lenin ordeni ilə, habelə digər orden və medallarla təltif edilmiş,SSRİ Dövlət   mükafatı laureatı adına layiq görülmüş, Sosialist əməyi qəhrəmanı adı  verilmişdir.
Uzun illər keçməsinə baxmayaraq ədibin əsərləri sevilir və qiymətləndirilir!
        Yazıçıya oxucusunun verdiyi qiymət onun əbədi xoşbəxtliyidir!.
İstifadə olunmuş ədəbiyyat:
1.(M.Cəfər 1930-1940-cı illərdə ədəbiyyat)
2.(Azərbaycan ədəbiyyatı tarixi, III cild, Bakı 1957)