M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günüdür” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan, rus və xarici dillərdə dilimizin tarixindən, dövlətimiz tərəfindən dilimizə göstərilən qayğıdan bəhs edən kitablar və dövri mətbuat materialları nümayiş edilir.
Sərgi 10 gün ziyarətçilər üçün açıq qalacaq.
Mənbə: https://azertag.az