“Jara-2018” festivalı möhtəşəm təşkil olunub. Hər bir incə detal yüksək səviyyədə nəzərə alınıb. Bu möhtəşəm musiqi bayramının bir parçası olduğum üçün çox şadam.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Jara-2018”in iştirakçısı, Rusiyanın tanınmış müğənnisi İrina Dubtsova deyib.
Bakıda 2004-cü ildə olduğunu qeyd edən İrina Dubtsova ötən müddət ərzində şəhərimizin sürətlə inkişaf etdiyini, çox gözəlləşdiyini bildirib. O deyib: “İnsanlarınız elə əvvəlki kimi qonaqpərvərdirlər. Burada Şərqin və keçmişin ruhu qorunub saxlanılıb. Şəhərin qədim küçələrində yenidən gəzmək istəyirəm. Qədimliklə müasirliyin harmoniyası insanı valeh edir. Burada əsl dostluq ab-havası mövcuddur. Azərbaycanlılara təşəkkür edirəm”.
Mənbə: https://azertag.az