Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Sən mənim tanrıdan ən şirin payım, Sənə can deyirəm, söylə hardasan? Sən mənim günəşim, sən mənim ayım, Mən səni öyürəm, söylə hardasan?
Ay gözəl, hüsnündən ilham alıram, Sənin xəyalınla fikrə dalıram, Səni görməyəndə çaşıb qalıram, Gözümü döyürəm, söylə hardasan?
Neyləyim gözəlsən, nazlısan sən də, Dayana bilmirəm uzaqda gendə, Mən səni kədərli, qəmli görəndə, Boynumu əyirəm, söylə hardasan?
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
GEDƏK BU ŞƏHƏRDƏN
Gəl gedək dağların isti qoynuna, O yerdə bir sən ol, bir də mən olum, Getməyək o yerdən başqa bir yana, Orda sən mehriban, mən də, şən olum.
Çeşmələr bir şirin nəömə oxusan, Bülbüllər həvəslə versin səs-səsə, Tər güllər, çiçəklər ətir qoxusan, Qoşulaq quşların şən nəğməsinə
Günəş heyran-heyran qoy baxsın bizə, Gecələr boylanaq ay işığına, Çəkək buludları biz üstümüzə, Baxaq təbiətin yaraşığına
Qorxumuz olmasın dərddən,bəladan, Təmiz hava udaq, təmiz su içək, Biz uzaq dolanaq ölümdən, oddan, Ən xoş arzuları özümüz seçək.
Sevgiylə yaşayaq öz ömrümüzü, Yerlər də, göylər də qoy olsun bizim. Bezdirdi bu şəhər, bu tünlük bizi, Gedək bu şəhərdən gedək, əzizim,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Harda qaldı o xoş günlər, zamanlar, Nə tez ötdü sevinc dolu səhərlər, Yaddan çpxmaz gülüm vallah, o anlar Zülüm varmı ayrılıqdan de, betər.
Ah çəkməkdən dilim, ağzım alışır, Unutmadım ay fəfasız mən səni. İndi fikrim o yollarda dolaşır, Niyə axı tez unutdun tez məni.
Eşqin ilə çox nəğmələr yazmışam, Ürəyimdə yuva qurub həsrətin, Qatarından ayrı düşən bir quşam, Qulağımdan getmir sözün, söhbətin,
Çox dözmüşəm həsrətinə, qəminə, Ömrüm boyu ürəyimdə yerin var, Heç bilmirəm nə söyləyim, mən sənə, Səni deyib öləcəyəm ey nigar.
Pərvanəsiz yaşayarmı söylə şam, Bir vaxt mənə can deyərdin axı sən, Bu şeiri sənin üçün yazmışam, Darıxanda bu şeirimi oxu sən.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Yol gözləyir Şuşa, Laçın, Kəlbəcər, Duman gəl get, bu dağlardan, amandı, Fikrim doğma Cəbrayılda hey gəzər, Qürbət eldə ömür sürmək yamandı.
Var-yoxumuz göz görəti daşdanır, Təzə sevda, təzə oyun başdanır, Yurd alışır, torpaq yanır, daş yanır, Qubadlıda, Zəngilanda talandı.
Qönçə soldu tər gülləri Ağdamın, Niyə soldu bülbülləri Ağdamın, Danışmağa dili gəlmir adamın, Necə zalım, necə qəddar zamandı.
Eşidilmir Füzulinin harayı, Alovlandı neçə mülkü, sarayı, Yasa batıb xan Arazın bu tayı, Geri dönmək qardaş hələ, gümandı,
Qarabağım göz dağıdı millətə, Yaman yerdə vətən döndü qürbətə, Əziz Musa döz bu dərdə, möhnətə, Belə qalsa, Haqq özü də yalandı,
On illik kölə… İncəsənət köləsi. Düşünürdüm ki, bu qadın birdən-birə haradan yadıma düşdü? Sonra xatırladım… Türkiyədə elmiliyi, savadı ilə böyük ajiotaj yaratmış 10 yaşlı Atakanın çıxışlarını dinləyirdim ötən həftə. Beş ay ərzində 250 fəlsəfə kitabının oxunması, balacanın dolu-dolu danışması başımı dumanlandırmışdı. Nitsşe belə dedi: “Aristotel, Platon, filan fəlsəfəni daha çox bəyənirəm, ən böyük istəyim təhsil sistemində dəyişiklik etmək istəyidır, mənə mükəmməl təhsil verin, rica edirəm” deməsi və s. sözlərin, fikirləri möhtəşəm idi. Bu uşaq möcüzədir.. Qeyri-adi danışığından əlavə, gözlərinin forması, böyüklüyü də diqqətimi çəkmişdi. Bəli, məhz həmin an məşhur xanım rəssam yadıma düşdü. Vaxtilə izlədiyim tablolar qarşısında yenidən heyrətlənmək üçün Google-da axtarış verdim. Bir daha böyük gözlər kolleksiyasını izlədim. Görəsən, bir rəsmdə istənilən canlı üzərində bu böyüklükdə gözləri çəkmək Marqaret Keanın – əsl adı Peqqi Doris Xokinsin nəyinə lazım idi? Yadımdadır, səkkiz il, bəlkə də on il bundan öncə psixologiya təhsili alan bir iş yoldaşım məni psixoloji test etmək üçün, yer üzərində mövcud olmayan bir canlı çək, söyləmişdi. Maraqlı gəldi mənə. Tez əlimə qələm alıb kağız üzərində olduqca böyük qulaqları və böyük gözləri olan bir canlı çəkmişdim. Çəkdiyim əcaib məxluqa diqqətlə baxan xanım, sən informasiya almağı çox sevirsən. Çəkdiyin cizgilərin ən böyüyü gözlər və qulaqlardır, demişdi. Demək, sənin mənəvi ehtiyacın danışmaqla yox, bolluca görmək və eşitməklə ödənilir. İçindəki informasiya almaq aclığı belə qulaqların və gözlərin çəkilməsinə səbəb olub, söylədi. Marqaret Keanın rəsmlərindəki hədəqəsindən çıxmış böyük gözlər də, əslində, çox şey deyir izləyicisinə. 1960-cı ildən başlayaraq 10 il ərzində sərgilənən rəsm əsərlərinin üzərində Marqaretin yox, həyat yoldaşı Uolter Kinin imzası görünürdü. Qadın istedadsız əri üçün rəsm əsərləri çəkirdi. Bütün dünya Marqaretin yox, dırnaqarası istedad yiyəsi olan Uolterin əlini öpürdü, ona heyranlığını bildirirdi. O vaxta qədər ki, pərdəarxası həyatda kölə olan Marqaret üsyan edərək həyat yoldaşının deyil, bu rəsm əsərlərinin həqiqi müəllifi özü olduğunu bəyan edir. Əri həyasızcasına deyilənləri təkzib edəndə və qadının istedadsız birisi olduğunu bağıranda və qadının onu şərləməsini dedikdə, zavallı qadın məhkəməyə üz tutur. Məhkəmə mübarizəsi söz oyunu üzərində – müttəhim və hakimlik üzərində qurulmur. Qadın və kişi salonunda üz-üzə əyləşdirilir və izləyicilər ər və arvadın qarşılarına qoyulmuş tablolarda kimin daha gözəl rəsm əsəri çəkəcəyini gözləyirlər. Vaxt tamam olur. Cənab Uolter heç nə bacarmır. On illik tənbəllik ona bildiklərini də unutdurmuşdu. Marqaret isə eyni çevikliklə növbəti möhtəşəm əsərini yaradır və bütün dünya bundan öncə ərinin imzası ilə getsə belə rəsm əsərlərinin müəllifinin Marqaret olduğu həqiqətini qəbul edir. Bu vaxta qədər susqun və böyük gözlərin müəllifinin nə demək istədiyi aydın olur. O susurdu, sadəcə, eşidilməyini istəyirdi… Yaradıcılıq sarsıntıdır. Ən böyük sənət əsərləri, ən gözəl romanlar, ən gözəl şeirlər sarsıntıdan yaranır. Çünki səni duyacaq bir insan olmadıqca bunun lal həllini tapmaq istəyirsən. Ona görə yazdığın, yaratdığın nümunələr sənin danışan dilinə çevrilir. Əlinə tablosunu alıb məcnuntək dolaşan Səttar Bəhlulzadə kimi çox susursan, amma yaradırsan. Onun da böyük və mənalı gözləri var idi… Mən indi bilirəm ki, niyə ərəb, fars qadınlarının gözləri belə gözəl olur. Mən indi bilirəm ki, niyə susan insanların gözləri belə gözəl olur, ifadəli olur, danışqan olur… Cəmiyyətlər qadınları kilidlədikcə itirir. Bu, birmənalı olaraq belədir. Kölə qadın heç vaxt azad ruhlu, azad təfəkkürlü insan yetişdirə bilməz. Bu, mümkün deyil. Əhməd bəy Ağaoğlu “İslamlığa görə və islamlıqda qadın” tədqiqatında yazır: “Müsəlmanların qurtuluşu, onların maddi və mənəvi, hətta siyasi dirçəlişi sadəcə olaraq iki məsələnin: qadın məsələsinin və əlifba islahatının həll edilməsiylə bağlıdır. Bu günün müsəlman qadını ancaq sərbəst və şüurlu ana, həyat yoldaşı olmaq şərtilə sosial vəzifələrini faydalı bir şəkildə yerinə yetirə bilər. Ancaq bu şərtlər altında o, uşaqlarına sosial yaşamda çox əhəmiyyətli olan sağlam bir xarakter və iradə, yüksək duyğular və sağlam düşüncələr aşılaya bilər. Ona gerçək inkişaf imkanı verməyən boğucu hərəm havasının içində tamamilə bir bitkiyə oxşar, həm də tənbəl bir yaşayış sürən qadın irqin tənəzzülündə də birinci dərəcəli rol oynayır. Əlifbanın çətinliyi oxuma-yazma təhsilinə bərk əngəl olduğundan müsəlmanların ağıl və ürəklərinin aydınlanmasına aparan yolları qapayır. Qadın və əlifba… Bax budur, müsəlman dünyasının onu yavaş-yavaş ölümə sürükləyən iki başlıca düşməni, iki əlacsız xəstəliyi…”. Bütün zamanlarda qadına münasibət bir ayrı formada özünü büruzə verib. Elə Əhməd bəy Ağaoğlunun eyni kitabında oxuyaraq İslamdan öncə qadına edilən dəyərsiz münasibətin tərəflərini görmüş oluruq. Əslində, Hz.Musa üçün ən böyük sosial toplum fironun əlinin altında işləyən qullar idisə, İsa təlimini də eşidən öncə kasıb təbəqə idisə, elə Məhəmməd də heç bir sosial statusu olmayan qadına güvənərək bu yola çıxır. Bəlkə də mübahisəli səslənə bilər. Amma söyləmək istədiklərim var. Nələrisə gerçəkləşdirmək üçün kütləyə ehtiyac duyulur. İstənilən zamanlarda, istənilən konsepsiyanı həyata keçirmək üçün. “Braxmanın ayaqları” yazımda da eyni məsələyə ötəri toxunmuşdum. Kasta qanunları kodeksindən çıxış edəndə indusların ağız büzməsi ilə ifadə etdikləri bütün (büt) ayaqları olan kütlə möhtəşəm Braxmanın ən lazımsız hissəsi kimi çirkin və iyrənc xarakterizə olunur. Amma həmin bəyənilməyən kütlə – ayaqlar həm də bədənin, orqanizmin, cəmiyyətlərin hərəkətverici qüvvəsidir. Sadəcə, onlar bəzən ayaq olduqlarını unudurlar. Elə firon məktəbini keçən Musa da bütün bilgilərdən hali olunca, elmi, siyasəti, fəlsəfəni və s.-yə yiyələndikcə həm də səltənət istəyinə düşür. Amma fironun qanı bir, canı bir övladı olmadığı üçün hakimiyyətə keçmək nəsibinin olmayacağını anlayır. O səbəbdən də Musa alternativ variant olaraq kütləni seçir. Qulları seçir. Onları inandırmağı bacarır və böyük bir qüvvəyə daldalandığını hiss edir. Bəli, qızıl dana xəyanəti olsa belə, ara-sıra aclıq imtahanı ilə onları üz-üzə qoyaraq istədiyi məcraya gətirə bilir. İlahi, axı hər şey həm də belədir! Eynilə İsa kimi, eynilə Məhəmməd kimi. O Məhəmməd ki, onun gətirdiyi islahat köhnə beyinləri, köhnə düşüncəni narahat edirdi. Cəmiyyət, daha doğrusu, köhnə hakim təbəqə reformaya hazır deyildi. Məhəmməd isə inadkarcasına hər şeyin onun istədiyi kimi olacağına çox inanırdı. Nazik səndəlləri ilə evindən çıxanda yolunun üstünə səpilən qaratikanlar ayaqlarını qana bulaşdırırdı onun. Bu yaraları qadınlar sarıyırdı. O qadınlar ki, Məhəmməd onlara, Cənnət sənin ayaqların altındadır, – deyirdi. İlahi, hər şey eynilə beləydi. O qadınlara Məhəmməd tərəfindən təlqin olunan bu psixoloji güc onlarda özünəgüvən yaradırdı. Qadın dərk edirdi, mənim çağamı, qız balamı heç kim diri-diri torpağa gömə bilməz, – deyirdi, üsyan edirdi artıq. Evlərin qızları, qadınları, həyat yoldaşları ayılmağa başlayırdı. Oyanış nə gözəldir! Türk qadınının həyat tərzində vəziyyət başqa cür idi. İslam bizim torpaqlara qədəm qoyana qədər türk qadını kişisi ilə birgə at çapırdı, döyüşlərdə iştirak edirdi, Amazon ruhuna sahib idi. Diplomat qadın olaraq kişilərdən heç də geri qalmadığını hər hərəkətilə sübut edirdi. Dillərdə əzbər olmuş gender bərabərliyi mərhələsini ulu nənələrimiz, ulu babalarımız çox gözəl bilirdi. Kimsə kimsənin haqqına və azadlıq sərhədinə daxil olmurdu. Qadının və kişinin yolu və mövqeyi bəlli idi. Onun bürünməyə, sarınmağa, gizlənməyə ehtiyacı yox idi. O, gerçək idi, o, var idi, o, qəhrəman idi. Elə bu bacarığı, bu hökmranlığı, mərdliyi yadelliləri qorxutduğundan ərəb dünyasından çox-çox fərqli olan türk qadını gerçəkliyini mifə çevirmək üçün, müti qadın cəmiyyətinin müti insan yetişdirmə istəyinə arxalanaraq tamamilə doğru olmayan müsəlman ideologiyası – qadını kilidləmək metodikasını gerçəkləşdirmək istəyirlər bizim üzərimizdə. Bu çanaq bizim başımızda çatlayır. Bu, Məhəmmədin öyrətdiyi, təbliğ etdiyi ideologiya, islahat platforması deyildi. Sadəcə, tarixi məsələlər, hegemoniya – yerlərdə bərqərar olmaq istəyi bu prosesi labüd etdi. Cəmiyyəti məhv etmək istəyirsənsə, qadını məhv et. Böyük siyasi, tarixi gəlişmələrdən sonra Müsəlman Şərqinin ilk Cümhuriyyəti parlaq zəka sahiblərinin yardımı ilə türk qadını ruhunu üzə çıxardı, ona kimliyini xatırlatdı, ona seçki hüququ verdi. Məhəmməd Əmin Rəsulzadə də Rəsul idi, elçi idi… Əhməd bəy Ağaoğlunun eyni məqaləsində yazılır: “Müsəlman dünyasını oyandırmaq üçün, onu mədəni millətlər cəmiyyətinə qatmaq üçün şiddətli bir sarsıntıya ehtiyac var. Müsəlmanların da, öz təkamül mərhələlərini keçirmələri, aralarından iradəli, cəsur və fədakar bir adamın çıxması gərəkdir. Belə bir islahatçı bilavasitə müsəlmanlıqda, onun tarix və ənənələrində bərəkətli bir torpaq tapacaqdır. Təkrar edək: nə “Quran”, nə şəriət şəxsən yeniliyə əngəl deyildir. Ancaq bunların təbliğatçıları – üləmalar və şeyxlər şəxsi mənafeləri naminə müsəlmanlığa mədəniyyətlə uzlaşmayan bir mahiyyət verməyə çalışmışlar. Misir islahatçısı Məhəmməd Əli, Misir şeyxlərini və üləmasını üç cərgə əsgərlə mühasirəyə aldığı sarayına toplayıb, layihəsini hazırladığı İslahat fərmanına ölüm qorxusu altında qol çəkdirərkən bunu çox yaxşı anlamışdı”. Tarix səhifələrimizi vərəqlədikcə Azərbaycan qadını stixiyası bir ildırım kimi bizi vura bilir. Hətta görünməsi mümkün olmayan zamanlarda belə o qadınlar adlarını qızıl hərflərlə tarix səhifələrinə həkk etdirir. Varlığı, kimliyi bilinməsə də o qadınların dilindən qopmuş bayatılar, nəğmələr, laylalar indiyənə qədər eyni qadın zərifliyi ilə dilimizdə səslənir. “Oxuma!”, “yazma!”, “danışma!” deyilsə də o qadınlar xalça naxışları arasında danışıb, yazıb, oxuyub. Dünyanın çirkli qanunları nə etsə də bu gerçəkliyi gizlədə bilməyəcək. Yaranışı Adəmin mifik qabırğasından gəlsə belə, əyri bumeranq kimi uzaqlara atılıb unudulmağa çalışdırılsa da yenidən həqiqət kimi cəmiyyətlərə qayıdacaq qadın. Hər dəfəsində də doğuluşu, özünü xatırlaması möhtəşəm olacaq. Külündən yaranan, dəfələrlə ölən və dəfələrlə dirilən Simurq quşu kimi alovlar içindən bərqərar olmağı bacaracaq. Qadınlıq xarakterinin nə olmasını bildirərək Sara Xatun kimi, Nüşabə, Tomris ana kimi, Tuti Bikə kimi, Natəvan kimi, Həcər kimi, sadiq Burla xatun kimi, Şükriyyələr, Hənifələr, Gültəkinlər, çoxu kimi zühur edəcək. Hər dəfəsində də bəli, mən qadınam, sözünü mərdi-mərdanə deyə biləcək.
Gah coşardın, gah susardın – halların hal deyildi, Tək səndinmi bu dünyada əhdi-peyman eyləyən?.. Hər sözündən tük çəkirsən, qüsur çıxır birbəbir, Sən deyildin yardan gələn sözü fərman eyləyən?..
Eşqin eşqdi, neynəyəsən yenə dünyadı dünya… Yalan səsdi, deyir hərdən: yeni dünyadı dünya… Axır gedib bir yar sevdin – adı Dünyadı, Dünya, O da dedi nə gec gəldin, a canı can eyləyən?
Get, get, ey əli qələmli, dərdini faş eyləmə, Hər gələnçün, hər gedənçün gözünü yaş eyləmə… Tanrıya bağla qəlbini, qəlbini daş eyləmə, Yenə odur, yalnız odur dərdə dərman eyləyən.
Bilmirəm
Mən ona hər gün aşiqəm, O mənə… – bilə bilmirəm. Xəyalıyla dərdləşirəm, Özünə… – dinə bilmirəm.
Desin Əkbər – bu nə haldı? – Ağ üzə qara sevdadı… Unutdum, doğmanı-yadı, Dil əzbərim olan adı… Gələrmi dinə? – bilmirəm…
Şubatın son günü yazılan şeir…
Tanımadığım rəssam, Dün bir təsadüflə odana gəldim – Bir irigöz gözəllə, Qüsura baxma, özün yoxkən girdik odana. Yo-yoox heç nə götürmədik – Baxmaq və sadəcə baxmaqdı işimiz… Səni divardakı rəsmindən tanıdım – Alt yazısından bildim, əslində – “Özrəsm” deyə not keçmişdin. Daha doğrusu, “Avtoportret” yazmışdın sən, Mən belə oxudum İrigözlü etiraz etdi həmən: – Yenə türkçülüyün tutub, deyəsən… Mən neçənci dəfə türkçülük tutmur, xanım əfəndi, o ya var, ya yox dedim. Qımışdı sadəcə və iri gözlərini o biri şəklə takı verdi… Nə başını ağrıdım, Özünü gözəl çəkmisən – damağında siqar, gözlərində kədər Qüllabın da kədərin tək dərindi, rəssam qardaş… Ancaq mənim irigözlümün gözündən dərin olmaz. (Elə də qəşəng “mənim” deyirəm, Oysa nə sənin odan mənimdi, nə o irigöz… Olmayacaq da!..) Sonra “Gülən qız”ına baxdıq Mənim irigözlümün təbəssümündən kiçikdi məncə, onun üzü boyu yayılmış qəhqəhə… ancaq xoşdu, gözəldi. (Təbəssüm var bir dünyadı, Gülüş var bir üz boydadı.) Sən də at vurğunusan, qaliba, rəssam qardaş, Hər iki şəklindən biri atdı, atlıdır, atladı… Hələ o iki yorğun atın var ha!.. – verib baş-başa… Vay, mənim halıma, vay, Neyləmisən, zalım.!? İstədim onların yorğun doğmalığından keçid alım söhbətə irigözlüm “adamlar və ağaclar” deyə bir şeylər söylədi nə isə. Mən “bəlkə adamlar və atlar” deyə düzəltdim guya önəm vermədi öyləsinə keçdi… – iri gözlərini süzdürərək… Rəssam qardaş, Odan nə yaman dağınıqdı – Güclə keçirdik bir rəsmdən o birinə Arada bir əlindən tutmaq istəyirdim onun, amma nəyə yarar? Səssizcə çəkirdi əlini və iri gözlərini… Sonra “Pikasso” albomuna baxdıq – kirli dolabdan alıb. Mən “dolab” dedim, ancaq irigözlü “şkaf” dedi, təbii və xəfifcə “türkçülüyün tutdumu yenə?” – dedi mən dinmədim bu dəfə… əlimi əlinə toxundurmuşdum o anda dodaqlarım təpimişdi, qurumuşdu boğazım – lap uşaq kimiydim, vallah zira o halımdan bildim ona olan duyğumun adını… Tanımadığım rəssam, odandan heç nə götürmədik, amma yenə bağışla bizi… könül, qoyma. Bəlkə gözümüzdə, könlümüzdə götürmüşük bir şeylər o dağınıq odanın sənət nizamından… Görüşmək ümidi ilə… Bəlkə mənim şerim də sənin odan kimi dar-dağınıqdı, nə yapalım, sənin rəsmlərindən aldığımız bizim, bu şeir də sənin halalın olsun…
Çində
ortaya çıxan və minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirusun
(COVID-19) yayılması insanlarda gigiyena qaydalarının qorunmasının vacib amillərdən
olduğunu isbat etdi. Bu qorxunc bəlaya qalib gəlmək üçun birlik nümayiş olunur.
Ölkəmizin hər yerində insanları maarifləndirməyə yoluxmanın qarşısının
alınmasına kömək etməyə çalışırlar. Bu
mühüm işdə yazarlar da biganə qalmayaraq öz dəstəklərini əsirgəmirlər.
Bununla
əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh
adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu yazıçı-publisist, şairə Sevinc Ağa Xəlilqızı
(Basqallı) növbəti “Sağlam həyat tərzi – hər birimizin devizi olmalıdır” hekayəsini
təqdim etmişdir.
Kitabxananın
növbəti virtual turu: Xızı rayonuna səyahət
Bakı
şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana
Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Vətənimizə virtual səyahət”
layihəsi çərçivəsində iki hissədən ibarət olan növbəti videoçarx hazırlandı. Bu
layihəyə bir çox rayon və şəhər MKS-ləri cəlb edilib. Ən çox fəallıq göstərənlər
arasında Xızı, Qax, Ucar, Göyçay, Ağcəbədi rayon və Şəki şəhər MKS-ini qeyd etmək
lazımdır.
Xızı
rayonuna həsr olunmuş videoçarx iki hissədən ibarətdir.
Videoçarx
Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızı rayonu
haqqındadır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli
hissəsi meşə ilə örtülmüşdür. Rayon şimaldan Vərəftə, cənubdan Taxtayaylaq, şərqdən
isə Aladaş silsilələri ilə əhatə olunmuşdur. Videoçarxda əsrarəngiz gözəlliyə
malik olan Xızı rayonunun təbiəti, dağları, meşələri, çayları, bulaqları və şəlalələri,
bitki və heyvanat aləmi haqqında fotolar əks olunmuşdur.
Videoçarxda
Xızı rayonu ərazisində qorunan tarixi abidələrin – Tıxlı məscidi (XX əsrin əvvəlləri),
Xızı məscidi, Şuraabad məscidi, Ağdərə məscidi, qədim hamam, dəyirman (XIX əsr),
qədim su anbarı fotoları verilmişdir.
Ölkəmizin
ərazisində tara həsr olunmuş yeganə abidənin – “Oxu tar” abidəsinin şəkili də
videoçarxda yer almışdır.
Rayonda
olan muzeylər də videoçarxda yer almışdır.
Burada Xızı rayonunun görkəmli şəxsiyyətlərinin
siyahısı yerləşdirilmişdir.
Burada
tarixən inkişaf etmiş və müasir dövrdə də öz aktuallığını itirməyən sənətkarlıq
sahələrinin fotoları var.
Videoçarxda
Xızı xalçaları (Gədi, Fındığan, Çaylı, Saçlı
və s.) və Xızı mətbəxinin nümunələrinin (dağlı çörəyi, tutmac, sirava) fotolarıda
yerləşdirilmişdir.
Videoçarx
Azərbaycan Respublikasının xalq artistləri Məmmədbağır Bağırzadənin ifasında “Xızı dağları” və Eyyub
Yaqubovun ifasında “Simuzərim” (“Xızı dağları”) mahnıları ilə müşayiət olunur.
Videoçarx
aşağıdakı linklərdə yerləşdirilib:
“Vətənimizə virtual səyahət” adlı layihəyə
daxil olan videoçarxları ölkəmizdə və xaricdə yaşayan uşaq və məktəblilər tərəfindən
izlənilməsini təmin etmək üçün videoçarxlar “Kitabsevər uşaqlar” Facebook səhifəsində
və YouTube kanalında yerləşdirilib.
Layihə
çərçivəsində Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar
hazırlanacaq.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Vətənimizə
virtual səyahət” layihəsi çərçivəsində növbəti virtual tur təşkil etdi.
Videoçarx qədimdə Azərbaycanın
siyasi, iqtisadi və mədəni mərkəzi – paytaxtı olmuş Bərdə haqqındadır. Bərdənin
ərazisi Qarabağ düzünün mərkəzi, Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.
Videoçarxda Bərdə rayonunun tarixi abidələrinə xüsusi yer ayrılıb. Burada muzeylər,
ziyarətgahlar haqqında da məlumatlar əks olunmuş, Bərdənin ictimai-siyasi həyatında
əhəmiyyətli rolu olmuş tanınmış şəxsiyyətlərinin siyahısı verilmişdir.
Videoçarxda Bərdənin tarixi abidələri – Tərtər çayının körpüləri (VII-IX
əsrlər), Bərdə İmamzadəsi (XII əsr), Bərdə türbəsi (XIV əsr), Şirvanlı hamamı
(XVIII əsr), Səkkizguşəli türbə (XVIII əsr), Bərman Mirzə türbəsi (XVIII əsr), Uğurbəyli
məscidi (XIX əsr), Cümə məscidinin (1905) və s. fotoları verilmişdir.
Videoçarx Rizvan Şıxızadənin bəstələdiyi mahnı ilə müşayiət olunur.
Videoçarx aşağıdakı linkdə yerləşdirilib:
https://www.youtube.com/watch?v=TV3b7XmBg08
“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları
“Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək
mümkündür.
Layihə çərçivəsində hazırlanan Quba rayonu və Gəncə şəhərinə virtual
turlar izləycilərə təqdim olunmuşdur.
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilir. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar, Qax rayon və Şəki şəhər MKS-ləri də iştirak edirlər. Növbəti videoçarx Azərbaycanın əhalisinə görə Bakıdan sonra ikinci böyük şəhəri olan Gəncə haqqındadır. Videoçarxda Gəncə şəhəri, onun təbiəti (fauna və florası), tarixi abidələri, muzeyləri, ziyarətgahları haqqında məlumatlar əks olunmuş, tanınmış şəxsiyyətlərinin siyahısı verilmişdir. Videoçarxda Gəncədə qədim dövrlərdən indiyədək inkişaf etmiş sənətkarlıq sahələri (xalçaçılıq, dulusçuluq, zərgərlik, misgərlik və s.) haqqında fotolar toplanmışdır. Gəncə mətbəxininin ləziz təamlarından olan Gəncə paxlavası, dövğa, zilviyə, firni, nazikin fotoları verilmişdir. Videoçarx Xalq artisti Şahnaz Haşımova və Əməkdar artist Nəzakət Məmmədovanın ifalarında Gəncəyə həsr olunmuş mahnılarla müşayiət olunur. Videoçarx aşağıdakı linkdə yerləşdirilib: https://www.youtube.com/watch?v=qjk13cT5d6s “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür. Xatırladırıq ki, virtual səyahət Quba rayonundan başlayıb. Quba rayonuna həsr olunmuş videoçarx uşaq və məktəblilərin diqqətini cəlb etmək üçün “Kitabsevər uşaqlar” səhifəsində və kanalında yerləşdirilmişdir. https://www.facebook.com/pg/kitabseverushaqlar/posts/?ref=page_internal https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutu.be%2Fcf4B4uGXvq8%3Ffbclid%3DIwAR1IjheFqYeSmDruZEsW-zOiAySP_LbpYqgfUHQBjhj0zLYAJmJM3wSlHdc&h=AT0d58U9Uruc7xRapJfhytCg0d5nI3yo49H68LLTxoEx09SY7skMuXcQlTeHx0GUU6c4HsyQCz1IJ3-CO2EYG214l9MlxvZdcmmJAZDg3GaoSeH4rN5CLBJbKG1TNCT9e8F6
-Əziz həmvətənlər, mən sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıram. Novruz bayramı bizim milli bayramımızdır, milli sərvətimizdir. Əsrlərboyu Azərbaycan xalqı bu gözəl bayramı qeyd edir.
Bu il koronavirusa görə kütləvi tədbirlərin keçirilməsi mümkün deyil. Əminəm ki, Azərbaycan xalqı bu vəziyyəti yaxşı anlayır. Azərbaycan dövləti tərəfindən görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə xahiş edirəm ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin və yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlı nəslin nümayəndələrinə Azərbaycan cəmiyyətində həmişə böyük hörmət göstərilir. Mən bu mövzu ilə bağlı fikirlərimi kifayət qədər geniş şəkildə bildirmişdim və bir daha demək istəyirəm ki, bu, bizim cəmiyyətimizin əsas sütunlarından biridir. Bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.
İlin əvvəlindən görülmüş işlər ölkəmizin uğurlu inkişafını bir daha təsdiqləyir, Azərbaycan müasirləşir, yeniləşir. Azərbaycanda aparılan islahatlar demək olar ki, bütün sahələri əhatə edir. 2019-cu ildə aparılan islahatlar iqtisadi sahədə böyük dəyişikliklərə səbəb oldu. Məhz şəffaflıq prinsiplərinin tətbiqi nəticəsində dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil edildi və bu vəsait son qəpiyinə qədər insanların sosial problemlərinin həllinə istiqamətləndirildi. Bildiyiniz kimi, keçən il Azərbaycanın 4,2 milyon vətəndaşı dövlət tərəfindən görülmüş tədbirlər nəticəsində öz maddi vəziyyətini yaxşılaşdırdı, maaşlar, pensiyalar, sosial müavinətlər əhəmiyyətli dərəcədə artırıldı. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və bizim bütün iqtisadi imkanlarımızın əsas istiqaməti vətəndaşların sosial təminatıdır. Bu istiqamətdə bundan sonra da işlər aparılacaq. 2020-ci ilin ilk iki ayı onu göstərir ki, bu istiqamətdə əlavə tədbirlərin görülməsi mümkün olacaqdır.
İlin əvvəlindən ölkəmizdə proseslər müsbət istiqamətdə gedir, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin edilir. Sabitliyin təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir, vəhdətidir. Bu birlik özünü bir daha parlament seçkilərində göstərmişdir. Fevralın 9-da keçirilmiş parlament seçkiləri ölkəmizin həyatında önəmli hadisədir. Parlament seçkiləri ölkəmizdə aparılan siyasətin xalq tərəfindən yüksək qiymətləndirildiyini bir daha ifadə etdi. Parlament seçkilərində Azərbaycan xalqının iradəsi öz əksini tapdı və Azərbaycan cəmiyyəti bu seçkilərin nəticələrindən məmnun qaldı.
Yeni parlamentin qarşısında duran vəzifələr haqqında mən parlamentin ilk iclasında öz sözlərimi demişəm. Əlavə etmək istərdim ki, parlamentin tərkibi yenidən formalaşdı və ilk dəfə olaraq parlamentin rəhbərliyində müxalifət nümayəndələri də yer aldı. Eyni zamanda, parlament komitələrinin rəhbərliyində də müxalifət nümayəndələri təmsil olunur. Bu, ölkəmizin tarixində ilk dəfə baş verən hadisədir və bir daha onu göstərir ki, bizim niyyətimiz çoxpartiyalı sistemin təkmilləşdirilməsidir. Sirr deyil ki, parlamentdə səslərin çoxluğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Əlbəttə, Yeni Azərbaycan Partiyasının razılığı olmadan bu islahatlar aparıla bilməzdi. Bu, onu göstərir ki, bu istiqamətdə atılan addımlar ölkəmizin gələcək uğurlu inkişafına müsbət təsir edəcək və ölkəmizdə siyasi sistemin yeni konfiqurasiyası formalaşır.
Eyni zamanda, Prezident Administrasiyası bütün siyasi partiyalara dialoq təklifi etmişdir. Bu da çox ciddi addımdır. Sirr deyil ki, bu gün Azərbaycan iqtidarı tarixdə olmadığı qədər güclüdür. Biz hesab edirik ki, güclü ilk addımı atmalıdır, ilk təklifi verməlidir və belə demək mümkündürsə, yolunu azmışlara da yol göstərməlidir. Yəni, biz bunu etdik və şadam ki, siyasi spektrin mütləq əksəriyyəti bu təşəbbüsə müsbət reaksiya vermişdir, faktiki olaraq siyasi dialoq artıq başlamışdır. Əminəm ki, bunun nəticələri də xalqımız üçün və ölkəmizin gələcək inkişafı üçün müsbət olacaqdır. O ki qaldı, bu dialoqdan imtina edən qruplaşmalara, onlar özləri bilərlər. Hər halda mən demişəm, bir daha demək istəyirəm, uduzan tərəf biz olmayacağıq və yeni siyasi konfiqurasiyada satqın, xain beşinci kolonun nümayəndələrinə yer olmayacaq. Azərbaycan təmizlənir, o cümlədən satqınlardan, xainlərdən, beşinci kolonun nümayəndələrindən təmizlənir və təmizlənməlidir. Eyni zamanda, Azərbaycan xalqı yaxşı görür ki, xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparılır, korrupsiyaya, rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaqdır. Son hadisələr, bu istiqamətdə atılan addımlar bunu bir daha göstərir.
İlin əvvəlindən bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Mənim xarici tərəfdaşlarımla ikitərəfli formatda keçirilmiş görüşlər bir daha onu göstərdi ki, Azərbaycanın dünyada çox böyük hörməti var və bizim siyasətimizə böyük rəğbət var. Eyni zamanda, beynəlxalq tədbirlərdə mənim iştirakım ölkəmizin mövqelərini daha da gücləndirdi. Bildiyiniz kimi, Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli siyasi və iqtisadi forumudur. Dünyanın siyasi və biznes elitası bu forumda iştirak edir. Mən bu forumda ardıcıl olaraq uzun illərdir ki, iştirak edirəm və hər bir iştirak ölkəmizə yeni dividendlər gətirir, həm siyasi, həm iqtisadi. Bu dəfə bir daha əmin oldum ki, Azərbaycanda gedən proseslərə böyük maraq var. Bütün tərəfmüqabillərim demək olar bir məsələni qeyd edirdilər ki, Azərbaycan sabit ölkədir və bu gün qeyri-sabit bölgədə, qeyri-sabit dünyada sabitliyi qorumaq böyük məharət və siyasi səriştə tələb edir. Sabitliyin mövcudluğuna görə Azərbaycana sərmayə qoyuluşu da təmin edilir. Keçən il 13,5 milyard dollar xarici sərmayə qoyulubdur, bu ilin yanvar ayında bərpaolunan enerji növlərinin yaradılmasına yönəlmiş 440 milyon dollar xarici sərmayənin qoyuluşu ilə əlaqədar müvafiq sənədlər imzalanmışdır. Ümumiyyətlə, Davos İqtisadi Forumunda bizim iştirakımız çox uğurlu olub. Davos Ümumdünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı üzrə regional mərkəzi məhz Azərbaycanda yaradılacaq. Bu mərkəz Qafqaz-Orta Asiya məkanını əhatə edəcəkdir və müvafiq sənəd də imzalanmışdır. Bu, bir daha bizim güclü mövqelərimizi ifadə edir.
Eyni zamanda, hesab edirəm ki, dünyada təhlükəsizlik sahəsində digər bir nömrəli konfrans Münxen Təhlükəsizlik Konfransıdır. Bu konfransda da mən müntəzəm olaraq iştirak edirəm və hər dəfə Azərbaycan həqiqətlərini geniş auditoriyaya çatdırıram. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini, haqlı olduğunu və tarixi aspektləri çatdırıram. Bu dəfə isə daha gözəl fürsət yaranmışdır, Azərbaycan xalqının və dünyanın gözü qarşısında Azərbaycan öz üstünlüyünü bir daha ifadə etmişdir. Tarixi həqiqət, beynəlxalq hüququn normaları bizim tərəfimizdədir. Münxen Təhlükəsizlik Konfransında Ermənistanın və dünya erməniliyinin uzun illər ərzində apardığı təbliğata sarsıdıcı zərbə vurulmuşdur. Demək olar ki, onların təbliğatı sübutlar, tarixi faktlar, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr və qərarlar əsasında darmadağın edilmişdir. Hesab edirəm ki, bu sarsıdıcı zərbə erməni təbliğatının sonudur. Münxen Təhlükəsizlik Konfransının auditoriyası kifayət qədər genişdir. Azərbaycan və Ermənistan rəhbərlərinin canlı debatının ilk dəfə keçirildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, bu debatlara çox böyük maraq var idi və milyonlarla insan bu debatları həm canlı formatda, həm də ondan sonra izləyə bilmişdir. Ona görə bizim haqq işimiz bir daha öz təsdiqini tapdı və bütün dünya bir daha gördü ki, – mən bunu Valday Forumunda da canlı efirdə demişdim, – Qarabağ Azərbaycandır və nida işarəsi.
Bu il iqtisadi sahədə əldə edilmiş uğurlar əlbəttə ki, bizi çox sevindirir. İki ayda ümumi daxili məhsul 2,8 faiz artmışdır. Qeyri-neft sektorunda iqtisadiyyat 6,7 faiz artmışdır. Qeyri-neft sektorunda sənaye istehsalı 21,7 faiz artmışdır. Əhalinin pul gəlirləri 9 faiz artmışdır, inflyasiya isə cəmi 2,8 faizdir.
Yenə də islahatlar hesabına və şəffaflıq tədbirlərinin görülməsi nəticəsində iki ayda dövlət büdcəsinə proqnozdan əlavə 252 milyon manat daxil edilmişdir. Bu, bir daha onu göstərir ki, şəffaflıqla bağlı görülən tədbirlər, kölgə iqtisadiyyatına qarşı aparılan siyasət öz nəticəsini verməkdədir. Əminəm ki, bu müsbət meyil ilin sonuna qədər davam edəcək və Azərbaycan iqtisadiyyatının hazırda kölgədə olan hissəsi kölgədən çıxacaq. Burada təkcə dövlət orqanlarının fəaliyyəti kifayət deyil. Biznes dairələri də öz məsuliyyətini dərk etməli və əyri yola getməməlidirlər, öz fəaliyyətini kölgədən çıxarmalıdırlar və dövlətin vergisini son qəpiyinə qədər ödəməlidirlər. Çünki bilməlidirlər ki, bu vergilər insanların maaşlarının, pensiyalarının artırılmasına istiqamətləndirilir.
Bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur. İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır – Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.
Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş 7 min mənzil tikilib istifadəyə veriləcək. Şəhid ailələri üçün nəzərdə tutulan 1500 mənzil tikilib istifadəyə veriləcəkdir. Bu məsələ ilə bağlı heç bir şübhə olmamalıdır. Əminəm ki, biz 2020-ci ili də uğurla başa vuracağıq. Halbuki bu gün bir çox ölkələr böyük çətinliklərlə üzləşiblər. Bu ölkələrdə həm siyasi sabitlik pozulur, həm iqtisadi böhran yaşanır və o cümlədən neft hasil edən ölkələrin bəziləri artıq neftin qiymətinin düşməsindən əziyyət çəkməyə başlayıblar. Koronavirus xəstəliyi əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.
Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir.
Bildiyiniz kimi, bütün uşaq bağçaları, məktəblər, ali məktəblər bağlandı. Kütləvi tədbirlərin keçirilməsi qadağan edildi. Martın 14-dən xüsusi davranış qaydaları tətbiq edildi və ictimaiyyətə bu məsələ ilə bağlı kifayət qədər məlumat verilir. Xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı mənim göstərişimlə vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir. Karantin tədbirləri görülür, yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür.
Bir çox ölkələrlə gediş-gəliş artıq məhdudlaşdırıldı, demək olar ki, tamamilə aradan qaldırıldı. Bir çox aviareyslər ləğv edildi, sərhədlərimizin bağlanması istiqamətində əməli addımlar atıldı, elektron vizaların verilməsi dayandırıldı və xəstəliyin geniş yayıldığı ölkələrdən Azərbaycana insanların gəlməsi qadağan edildi. Bütün bu tədbirlər əminəm ki, öz müsbət təsirini göstərəcək. Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu, indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu, onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir. Hər kəs bilsin, əgər martın 14-də elan olunmuş qaydalara kimsə əməl etməsə, çox ciddi məsuliyyətə cəlb ediləcək.
Təəssüflər ki, məsuliyyətsizliklə əlaqədar faktlar daxil olur. Eyni zamanda, biz açıq təxribatı da görürük. Bu təxribat haradan gəlir, həmin o beşinci kolondan, içimizdə oturan düşmənlərdən, özünü müxalifət adlandıran ünsürlərdən, xaricdən pul alan satqınlardan. Onların əsas məqsədi Azərbaycanı məhv etməkdir. Azərbaycan üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Baxın onların sosial şəbəkələrdəki çıxışlarına, nifrətlə, təxribatla doludur. Sanki istəyirlər ki, iğtişaş olsun. İstəyirlər ki, aləm qarışsın. İstəyirlər ki, panika olsun. Sonra da deyirlər ki, onlar Azərbaycan xalqının qayğıları ilə yaşayırlar. Onlar düşməndirlər və biz bunu açıq deməliyik. Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. Belə olan halda, bu beşinci kolonun nümayəndələrinin təcrid edilməsi artıq tarixi zərurət olacaq. Azərbaycan xalqı onları tarixin zibilxanasına çoxdan atıbdır. Orada onlar artıq 30 ilə yaxındır ki, çürüyürlər. Amma biz imkan verə bilmərik ki, anti-Azərbaycan qüvvələr, beşinci kolon, milli satqınlar bu vəziyyətdən istifadə edib hansısa təxribat törətsinlər. Hər kəs bunu bilsin. Bizim siyasətimiz birmənalıdır, bizim iradəmiz qətidir. Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın.
Əziz həmvətənlər, bacılar və qardaşlar, dünya yeni dövrə qədəm qoyur. Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq.
Bir daha əziz xalqımı bu gözəl bayram münasibətilə təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram.
Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən gerçəkləşdirilən “aybKitab” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Bəzən olur…” adlı yeni mənsur və sərbəst şeirlər kitabı işıq üzü görüb.
Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri daxil edilib. Kitab oxucularla müəllifin sayca on dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, layihənin rəhbəri, müəllifi və kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, AYB İdarə Heyətinin üzvü, İLESAM (Türkiye İlim ve Edebiyat Eseri Sahibleri Meslek Birliği) Azərbaycan təmsilçisi, şair-publisist Xəyal Rzadır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində fəaliyyət göstərən “Akıl Fikir Yayınları” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya Yazarlar Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Poeziya Akademiyasının müxbir üzvü, AYB Moskva bölməsinin məsul katibi, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, həkim, şairə, publisist, tərcüməçi Afaq Şıxlının “Gurbet rüzgarları” adlı yeni şeirlər kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə bu ölkədəki Azərbaycana aid qorunan qədim əlyazmalarla bağlı tədqiqat işi həyata keçirib.
Qeyd edək ki, sözügedən tədqiqat işi ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən həyata keçirilən layihəyə əsasən aparılıb. Tədqiqat işinə əsasən Azərbycana dair Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.
Aparılan tədqiqat zamanı Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və s. kimi tanınmış Azərbaycan klassiklərinin çoxsaylı əlyazma əsərləri aşkarlanaraq ilkin tədqiqata cəlb edilmişdir. Bu əlyazmalar arasında ölkəmiz üçün dəyərli və önəmli hesab edilən Şah İsmayıl Xətainin anadilli “Divan”ının əlyazma nüsxəsi də yer alır.
Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan əl-Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan əlyazma Azərbaycanın böyük dövlət və hərb xadimi, eyni zamanda da anadilli şerimizin ən gözəl nümunələrini yaratmış Şah İsmayıl Xətainin türkcə “Divan”ının ən unikal nüsxəsidir. Xətainin anadilli “Divan”ının bundan başqa Britaniya Muzeyində və İran İslam Respublikasında da nüsxələri qorunmaqdadır.
Qeyd edək ki, əlyazma nüsxəsinin surəti daha geniş tədqiqat və nəşr üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun təşəbbüsü ilə əldə edilmişdir.
Əlyazmanın katibi Şah Məhəmməd əl-Nişapuridir. Əlyazmanın köçürülmə tarixi isə h. 942-ci il (m.1535) kimi qeyd edilmişdir. Katibi Mahmud Nişaburidir. Əlyazma incə nəstəliq xətti ilə Şərq kağızına yazılıb. Əlyazmanın ölçüsü 23,5×14,5 sm, həcmi isə 84 vərəqdir. Əlyazmanın 1b-2b səhifələri boşdur. Bu səhifələrin ətrafı və “Divan”ın başlanğıcı zərif təhziblə bəzədilib. Mətn qızılı və mavi xətlərlə haşiyələnib. Mətn qara mürəkkəblə, başlıqlar qızılı və mavi mürəkkəblə, müəllifin adı, yəni təxəllüs isə hər yerdə qızılı mürəkkəblə yazılıb. Əlyazmanın səhifələrinə qızılı mürəkkəb çilənərək “Zərəfşan” adlanan üsulla bəzədilib. Bu da nəfis tərtib olunmuş əlyazmaya xüsusi gözəllik verir. Hər səhifənin çərçivəsinin künclərində və sağ-sol tərəfdən kənarlarında zərif təhzib elementləri var. Əlyazmanın cildi qəhvəyi dəridəndir. Cildin üzərində qızılı zəncirək naxışlar vardır. Ümumilikdə əlyazma Klassik Azərbaycan kitab mədəniyyətinin ən gözəl, zərif, nəfis incilərindəndir.
Əlyazma mətni iki hissədən ibarətdir və ənənəvi olaraq bəsmələ ilə başlayır (2b). Ümumilikdə mətn içiçə olan iki çərçivədə yerləşdirilib. Birinci kiçik olan çərçivədə verilmiş şeirlər üfiqi xətt üzrə iki sütunda, kiçik çərçivənin kənarında verilmiş mətn isə çəpəki vəziyyətdə bir sütunda verilmişdir ki, bu da əlyazmaya ənənəvi divan tərtibatında mürəkkəb xüsusiyyət vermişdir. Əlyazmanın 2a-3a səhifələrində 3 nət vardır. 3a-13b səhifələrində isə mənqibələr yer almışdır. Əlyazmanın 13b-83a səhifələrində Xətaiyə aid qəzəllər, 83a-84a səhifələrində isə rübailər yer alır.
Əlyazmanın ilk səhifəsində (2b) yer alan və “Baismi-alihü fərdi-yəzdan, Rəhmani-rəhim və həyyi-sübhan” beyti ilə başlayan “Dəhnamə” məsnəvisi mavi mürəkkəblə verilmiş “Tövhidi-Həqqi-Sübhani-Təla” qeydindən sonra 2a səhifəsində davam edir. 2a səhifəsinin ortasında olan qızılı mürəkkəblə haşiyələnmiş çərçivədə isə qızılı mürəkkəblə verilmiş “Fi nət ən-nəbi əleyh-əs-səlam” qeydindən sonra Hz. Məhəmmədə (s) həsr olunmuş “Ey ki, yоxdan bu cəhanı var idən pərvərdigar, Yeri qaim, gögləri dəvvar idən pərvərdigar” beyti ilə başlayan nət verilmişdir. Bunun ardınca növbəti 3b səhifəsində mavi mürəkkəblə “iza fin-nət” qeydindən sonra daha bir nət verilmiş və bu qəsidə də 3aa səhifəsini əhatə etmişdir. Burada bir məsələni qeyd etmək lazımdır ki, əlyazma nüsxəsinin vərəqləri müasir səhifələnmə üsuli ilə səhifələnərkən 2a,2b,3a,3b səhifələrindən sonra yanlışlıqla yenidən 3 rəqəmi təkrarən yazılmışdır. Bu sıralamanı düzəltmək imkanımız olmadığı üçün biz təkrar verilmiş 3a və 3b səhifələrini xüsusi olaraq 3aa və 3bb şərti işarələri ilə qeyd edirik.
Əlyazmanın 3aa səhifısində qızılı mürəkkəblə verilmiş “Fi mənqibəyi-əmir-əl-möminin Əli əleyhəssalam” qeydindən sonra “Şahi ki, cəhanın əfzəlidir, Allah tək ali, anın alidir” beyti ilə başlayan mənqəbat gəlir. Mənqibənin mətni qara mürəkkəblə verilsə də “Allah, Əli, Məhəmməd” kəlmələri mavi və qızılı mürəkkəblərlə verilmişdir. Qeyd olunduğu kimi mənqibə əlyazmanın 3aa-14b səhifələrini əhatə edir. Əlyazmanın 7b səhifəsindən başlayaraq kənar çərçivədə “Şahi ki, cəhanın əfzəlidir, Allahının əli anın əlidir” beyti ilə başlayan mürəbbe gəlir. Bu mürəbbe əlyazmanın 9b səhifəsinə qədər davam edir. Bundan sonra isə “Fi zikri əsmaül-müyəssə bər həqq” qeydi ilə başqa bir nət başlayır. Bundan sonra isə “Sifəti-gülşənü-bəhar” qeydi ilə təbiətin vəsfi verilmişdir. Bu şeirdın sonra isə “Dər zikri-ünvani-aşiq və hali-xod” qeydi ilə bir qəsidə gəlir (12a-14a). Bundan sonra isə kənar çərçivədə “Şeir berəsmi-şikayəti-dil” başlıqlı bir qəzəl yer alır. Bu qəzəldən sonra isə mavi mürəkkəblə verilmiş “Məsnəvi” qeydindən sonra uzun bir məsnəvi başlayır. Məsnəvi özü isə bir neçə hekayətdən ibarətdir ki, bu hekayələrin başlanğıcları mavi mürəkkəblə qeyd edilmişdir. Birinci məsnəvi əlyazmanın 15b-43a səhifələrini əhatə edir. Əlyazmanın 44b səhifəsindən isə növbəti məsnəvi başlayır. İkinci məsnəvi isə əlyazmanın 44b-72b səhifələrini əhatə edir. Əlyazmanın 72a səhifəsində isə “Be səbəbi-təlif” (Əsərin yazılma səbəbi—K.M.) verilmişdir.
Əlyazmanın 14b səhifəsindən isə mavi mürəkkıblə verilmiş “fil-qəzəliyyat” qeydindən sonra Xətainin qəzəlləri başlayır. Qəzəllər əlyazmanın 14a-83b səhifələrini əhatə edir. Burada Xətainin ümumilikdə 239 qəzəli və 10 tuyuğu yer alır.
Sonda qeyd edək ki, Şah İsmayıl Xətainin anadilli “Divan”ının Daşkənd nüsxəsi yaxın bir zamanda transfoneliterasiya edilərək fotokafsimileli nəşr ediləcək və rəsmi surətdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna hədiyyə ediləcəkdir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Xəyalə Sevili, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı şəhəri üzrə xüsusi nümayəndəsini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Yanağım quruyan kimi Damcı-damcı yaş qatıram. Sənsiz elə darıxıram… Sənsiz belə baş qatıram.
Gözümün nəm tərəfinə, Könlümün qəm tərəfinə, Dünyanın sən tərəfinə Allı-güllü eşq atıram.
Susma, gözlərin səs edir, Duyğuların həvəs edir. Ya mən, ya da mən, bəs edir? Birini seç, püşk atıram.
*****
Mən onu da bilirdim. Onu da bilirdim ki, O bəzəkli sözlərin Üzü var, içi yoxdu. Ürəyin var sevməyə, Var, amma ki, o boyda Ürəyin gücü yoxdu.
Mən onu da bilirdim. Onu da bilirdim ki, Sən mənim çin çıxmayan Yuxum kimi uzaqsan. Bircə yol ürəyinə toxuna bilmədiyim Yaxın kimi uzaqsan.
Mən onu da bilirdim. Onu da bilirdim ki, Gözlərində həmişə Şəklim gözəl görünür. Bir xəyalam səni üçün… Eh! Sənin ki, xəyalında Nə xəyallar sürünür… Gözlərini çək üzümdən, Məni gözlərin sevir. Bacarırsan… Bacarırsan, Ürəyini mənə çevir.
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb. AYB-dən AZƏRTAC-a bildirilib ki, kitab Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixi əhatə edir. Əsərdə bütövlükdə ümumtürk tarixinə ekskursiya olunur. Qədim türk abidəsi olan Orxon-Yenisey kitabələrindən üzü bəri bir çox mühüm yazılı mənbəyə müraciət edən müəllif tarixi hadisələr, görkəmli şəxsiyyətlər, ictimai-siyasi xadimlər, maarifçilərimiz haqqında şəxsi mülahizələrini bölüşür. Anar həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı baxışı ilə əsərdə xalqımızın millət olaraq formalaşması, özünüdərk prosesinin hansı çətin mərhələlərdən keçdiyi; dil problemi, işğalçıların ana dilimizə təcavüz siyasəti, çar Rusiyasının xanlıqlarla müharibələri, Azərbaycanın ikiyə parçalanması, Şərqdə ilk demokratik cümhuriyyətin yaranışı, sovet imperiyasının qurulması, Stalin hakimiyyəti, repressiyalar, kütləvi qırğınların tariximizdə nə kimi izlər buraxdığı; əsrlərboyu Azərbaycanın başına gətirilmiş bəlaların ədəbiyyatımıza, incəsənətimizə necə sirayət etdiyi; ermənilərin torpaqlarımıza təcavüzü və Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlərin gizləndiyi; vətəndaş müharibəsi təhlükəsi və ölkədə vəziyyətin kritik həddə çatması, hakimiyyət çəkişmələri, belə bir vaxtda Heydər Əliyevin yenidən hakimiyyətə dönüşü, bundan sonra respublikanın mədəni, iqtisadi, ictimai həyatında baş verən dəyişikliklərin Azərbaycanı hansı təhlükələrdən xilas etdiyi ilə bağlı bütün bu suallara cavab axtarır, tariximizə müxtəlif rakurslardan işıq salır. Mənbə:https://azertag.az
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M,Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Ölkəmizi tanıyaq” layihəsinə dəstək olaraq “Vətənimizə virtual səyahət” layihəsi həyata keçirilməyə başladı. Layihədə Göyçay, Xızı, Ağcabədi, Ucar rayon MKS-ləri də fəal iştirak edirlər. İlk videoçarx Azərbaycanın dilbər güşələrindən biri olan Qubaya həsr olunub. Videoçarxda Quba rayonunun əhalisi, onun təbiəti (meşələr, şəlalələr, dağlar, çaylar), tarixi, inkişaf etmiş sənətkarlıq sahələri, mətbəxi haqqında məlumatlar əks olunmuşdur. Qubanın tanınmış şəxsiyyətləri, görkəmli dövlət xadimi və sərkərdə Fətəlixan, ilk dramaturq qadın Səkinəxanım Axundzadə, Azərbaycanın ilk rəssam qadın Reyhan Topçubaşova, Əməkdar artist Fatma Mehrəliyeva, Xalq artisti Afaq Bəşirqızının və b. fotoları verilmişdir. Videoçarxda Qubanın parklarının və müasir tikililərinin fotoları da var. Videoçarx Əməkdar artist Səxavət Məmmədovun ifasında “Qubanın ağ alması” xalq mahnısı ilə müşayiət olunur. Videoçarxa aşağıdakı linklərdə baxa bilərsiniz: https://www.youtube.com/watch?v=JmVUXw5jP0w “Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan materialları “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında da izləmək mümkündür.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.
Azərbaycan dilinin ən zəngin dil materiallarını özündə ehtiva edən “Kitabi-Dədə Qorqud” yazılı abidəsinin dilində xalqın etnik təfəkkürü, əxlaqi-etik dəyərlərinin dildə ifadəsi olan nitq etiketlərinə kifayət qədər çox rast gəlinir. Qədim oğuz türklərinin məişət həyatı, etnik düşüncəsi ilə bağlı işlədilən nitq etiketlərinin bu və ya digər situasiyaya müvafiq olaraq müxtəlif formalarından istifadə özünü göstərir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənmiş nitq etiketləri müxtəlif aspektdən tədqiqata cəlb olunmuş, sistemli şəkildə tədqiq edilmişdir. Hətta professor N.Cəfərov abidənin dilində yer alan müraciət etiketləri ilə bağlı fundamental surətdə tədqiqat aparmış və ayrıca kitab şəklində – “Xanım, hey!” monoqrafiyasını ərsəyə gətirmişdir. Professor Əzizxan Tanrıverdi “Dədə Qorqud kitabı”nın dil möcüzəsi” adlı monoqrafik əsərində daha az tədqiq edilmiş ayrılma etiketlərinə dair ayrıca fəsil vermiş, onları təsnif etmişdir. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlu Bamsı Beyrəyin boyu” öz poetik tutumu və özündə zəngin dil materiallarını ehtiva etməsi ilə xüsusi fərqlənərək istər folklor, ədəbiyyatşünaslıq və istərsə də dilçilik, dil tarixi aspekti üzrə tədqiqatların aparılması üçün zəmin yaradır. Boyda müxtəlif situaiv məqam və hadisələrin gedişatı ilə bağlı işlədilən nitq etiketləri qədim oğuz türklərinin milli-etnik düşüncəsi və əxlaqi-etik dəyərlərinin dildə ifadəsidir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda müraciət, alqış, qarğış, təbrik münasibətiləvə ayrılma, sözvermə, andiçmə, qarşılaşma məqamlarında işlədilənnitq etiketləri diqqəti cəlb edir. Boyda işlənən nitq etiketlərinin qruplaşdırılaraq verilməsi onların boyda işlənmə vəziyyətini müəyyənləşdirməyə imkan verir. “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nda işlənən xoş arzunun bildirilməsi münasibəti ilə işlədilən nitq etiketlərində xalqın arzu və istəyi ifadə olunur. “Kitabi-Dədə Qorqud” abidəsinin “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində işlədilən alqış etiketlərində bu xoş arzu və niyyət əksini tapır. “Böylə digəc Qalın Oğuz bəgləri yüz gögə tutdılar. Əl qaldırıb, dua eylədilər. “Allah-Taala sana bir oğul versün!”- dedilər. Ol zamanda bəglərin alqışı alqış, qarğışı qarğış idi. Baybican bəg dəxi yerindən uru durdı, aydır: “Bəglər, mənim dəxi haqqıma bir dua eylən. Allah Taala man ada bir qız verə”. Qalın Oğuz bəgləri əl qaldırdılar, dua eylədilər: “Allah Taala sənə də bir qız verə”- dedilər” (4, 52). Baybörə bəg Qalın Oğuz bəglərini çağırdı, qonaqladı. Dədəm Qorqut gəldi, oğlana ad qoydu. Aydır: Allah Taala sana bir oğul vermiş, tuta versün! Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun! Qarşu yatan qara qarlu dağlardan aşar olsa, Allah Taala sənin oğluna aşut versün! Qanlu-qanlu sulardan keçər olsa, keçit versün! Qalabalıq kafirə girəndə Allah Taala sənin oğluna fürsət versün! Qalın Oğuz bəgləri əl götürüb dua qıldılar: “Bu ad bu yigidə qutlu olsun!”- dedilər (4, 55). “Dügün qanlu olsun, xan qızı!” deyü barmağından altın yüzügi çıqardı, qızın parmağına keçürdi.Ortamızda bu, nişan olsun, xan qızı! – dedi (4,57)” – cümləsində həm müraciət- “Xan qızı”, həm də alqış bildirən – “Dügün qanlu olsun!” nitq etiketləri işlənmişdir. Bundan başqa, “Yüziniz ağ olsun!”, “Ağanuzun ətməgi sizə halal olsun!”, “Əlün var olsun!” kimi alqış etiketləri və “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!”, “Çalırsan, əlün qurısun!” kimi qarğış bildirən ifadələr yer alır: Beyrək aydır: “Mərə, yüziniz ağ olsun! Ağanuzun ətməgi sizə halal olsun!”- dedi.Qaçan kim Budağ atsa, Beyrək “Əlün var olsun!” dedi. Göygü atsa, “Əlün qurısun, parmaqların çürisün, hey, donuz oğlı donuz,- derdi, göygülərə qurban ol!” – derdi; Dədə Qorqut ayıtdı: “Çalırsan, əlün qurısun!”-dedi. Xahiş, rica bildirən nitq etiketləri boyun dilində işlənən nitq etiketləri sırasındadır: Dədənin ayağuna düşdi: “Allah eşqinə məni qurtar!”- dedi; Böylə digəc Qazan bəg aydır: “Mərə, dəlü ozan! Məndən nə dilərsən? …”- dedi. Boyun dilində sözvermə, andiçmə məqamı ilə bağlı olaraq işlədilən nitq etiketlərinin mövcudluğu da diqqəti cəlb edir: Baybican bəg aydır: “Bəglər, Allah Taala mana bir qız verəcək olursa, siz tanıq olun, mənim qızım Baybörə bəg oğlına beşikkərtmə yavıqlı olsun!”- dedi; Beyrək and içdi: “Qılıcıma doğranayın! Oxuma sancılayın! Yer kibi kərtiləyin, topraq kibi savrılayın! Sağlıqla varacaq olursam, Oğuza gəlüb, səni halallığa almaz isəm!”- dedi. Vokativ səciyyəli müraciət bildirən nitq etiketləri boyun dilində müraciət olunanın daşıdığı keyfiyyəti və səciyyəsinə uyğun olaraq işlədilir. “Yigit” sözünün müraciət etiketi kimi boy qəhrəmanları tərəfindən işlədilməsi təsadüfi deyil. Öz igidliyi, şücaəti ilə ad qazanan el oğullarına “yigit” müraciətinin edilməsi tarixi ənənədir. “Yigit” sözü müraciət forması olaraq, “yigit”, “bəg yigit” şəklində əksini tapır: Bazirgan aydır: “Yigit, yigit, bəg yigit! Sən bənim ünüm anla, sözüm dinlə!”; Bazirganlar aydır: Bəg yigit, bizə sən ərlik işlədin. Gəl imdi bəgəndigin maldan al!- dedilər. “Hey” müraciət forması boyun dilində geniş işləklik hüququ qazanmışdır. Bu müraciət şəklinin işlənmə vəziyyətinə baxaq: Banıçiçək aydır: “Hey, hey, dayələr, babam mana bən səni yüzi niqablu Begrəgə vermişəm”,- derdi; “Hey, bəg yigit, bizə dəxi bu keyikdən pay ver!” dedi; Beyrək qalqdı, ağlayu-ağlayu qırq yigidin yanına gəldi. Aydır: “Hey, mənim qırq yoldaşım!”; Dədə Qorqud: “Hey, oğul Qarçar, adama uş bögələk kibi bunludar…..”- dedi; Dəli Qarçar aydır: “Hay, Dədə Sultan, Tanrı bunun simüzin də alsın, aruğın da alsun! Haman qapıdan tışarı eylə, mədəd!”- dedi. Titul, rütbə, vəzifə, təbəqələşməni ifadə edən müraciət etiketləri də “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun dilində heç də az deyil. “Bəg oğlı bəg”, “sultanım”, “mərə dayələr”, “mərə ozan” tipli müraciət etiketlərinə əyani misaldır. Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü durmaq gərək, bəg oğlı”- dedi; Qızlar aydır: “Vallah, sultanım, bu yigit yüzi niqablı yaxşı yigitdir. Bəg oğlı bəg imiş”, – dedilər; Banıçiçək otaxdan baqırdı. “Mərə dayələr, bu qavat oğlı qavat bizə ərlikmi göstərir?”; Yenə qız aydır: Mərə ozan! Qarşu yatan qara dağdan Aşub gəldigində-keçdigində Beyrək aldı bir yigidə bulışmadınmı? (4, 68). Ailə münasibəti, qohumluq əlaqələri ilə bağlı olaraq işlədilən müraciət etiketləri qədim oğuz türklərinin məişət həyatını, təfəkkürünü ortaya qoyan ifadələrdir. Bu qəbildən olan müraciət etiketlərində ata-oğul doğmalığından irəli gələn sevgi, el ağsaqqalına hörmət, gəlinə münasibətoğuz etnik, əxlaqi dəyərlərinin ifadəsi şəklində çıxış edir. Beyrək aydır: “Bəli, pəs, əvət, ağ saqallu əziz baba, mənim dəxi istədigüm oldur”, – dedi; “Oğul! Dünlügi altun ban evimin qəbzəsi oğul! Qaza bənzər qızımın-gəlinimin çiçəgi oğul! Görər gözüm aydını oğul! Tutar belüm qüvvəti oğul! Qalın Oğuz imrəncəsi, canım oğul!”- deyübən çoq ağladı, Allahına şükrlər eylədi” (4, 76). Atanın “Altun uca evinin qəbzəsi”, “qız-gəlinin çiçəyi”, “aydın görən gözü”, “tutan belinin qüvvəti” adlandırdığı oğluna müraciətində oğuz mentalitetindən irəli gələn münasibət bilavasitə əksini tapır və “Ata evin biləyi, oğul yıxılan evin dirəyidir” atalar sözü ilə birbaşa səsləşir. “Dilün içün öləyin, gəlincigüm! Yoluna qurban olayın, gəlincigüm! Yalansa bu sözlərin, gerçək ola gəlincigüm! Sağ-əsən çıqub gəlsə, Qarşu yatan qara dağlar sana yaylaq olsun! Sovuq-sovuq suları sana içət olsun! Qulum-xəlayığım sana qırnaq olsun! Şahbaz atlarım sana binət olsun! Qatar-qatar dəvələrim sana yüklət olsun! Ağayılda ağca qoyunum sana şülən olsun! Altun aqçam sana xərclıq olsun! Dünlügi altun ban evim sana kölgə olsun! Qara başım qurban olsun sana, gəlincigüm!- dedi” (4, 75). Beyrəyin nitqindən verilən nümunədə sevənin sevdiyinə arzu alqış etiketlərində ifadə olunmuş, “gəlincigüm” müraciət etiketi isə əzizləmə, oxşama məqsədilə işlədilmişdir. Könül verib sevdiyinin ölüm xəbərini alan nişanlı qızın ah-naləsini bildirildiyi Banuçiçəyin nitqində bədbəxt hadisədən doğan təəssürat yer almış və ona qarşı sevgisi müraciət etiktlərində ifadəsini tapmışdır. Güz alması kibi yanağın yırtdı: Vay, göz açub gördigim! Könül verib sevdigim! Vay, al duvağum iyəsi! Vay, alnum-başım umudı, xan Beyrək!- deyü ağladu (4, 62) Bəy oğlu bəyə öz sədaqətini bildirən naibin dilində də ağasına sevgi və hörmətdən doğan münasibət alqış etiketindən istifadə ilə əks olunmuşdur. “Naibi qılınıcın sıyırdı, əlinə aldı. “Mənim başım Beyrəgin başına qurban olsun!”- dedi. Salamlaşma, qarşılaşma məqamı ilə işlədilən “əleyk-əssalam” sözü oğuzların dini mənsubiyyətinə işarə edir, islam təfəkkürünün dildə ifadəsi kimi səslənir. “Dəli Qarçar ağzın köpükləndirdi. Dədə Qorqudun yüzinə baqdı. Aydır: “Əleyk-əssalam! Ay əməl azmış, feli dönmüş, qadir Allah ağ alnına qada yazmış!….”- dedi.”– cümləsində xoş münasibət yaratmayan müraciət etiketlərinə də rast gəlinir ki, bu da Dəli Qarçar mənfi xarakter səciyyəsindən irəli gəlir. “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən ayrılma məqamı ilə bağlı işlədilən nitq etiketlərinin təsnifatını verən prof. Ə.Tanrıverdi “Baybörə oğlı Bamsı Beyrəyin boyu”ndakı ayrılıq etiketlərinə də nəzər salımışdır.Yola salanların gördüyü işin təsviri və yola düşənin dilində ayrılma etiketinin işlənməsi: “…. Dədə Qorqudun sözi məqbul gəldi. Vardılar, bayındır xanın tövləsindən ol eki atı gətürdilər. Dədə Qorqut birin bindi, birin yetdi. “Yaranlar, sizi Haqqa ismarladım!”- dedi, getdi” (3, 97). Yola düşənin heç nə demədən, vidalaşmayıb getməsi, yola salmalı olanların isə onun dalınca xoş sözlər söyləməsi: “Yigit barmağını ısırdı, aydır: Bunda minnətlə almaqdan isə, anda babam yanında minnətsiz almaq yegdir!”, – dedi; Yola salanın hədə-qorxu məzmunlu son cümləsinə görə yola düşənin heç nə demədən getməsi: “…Əgər bu dedigim nəsnələri gətürərsinüz, xoş, verdim. Əmma gətürmiyəcək olursan, bu qatla öldürmədim, ol vəqtin öldürərin!- dedi. Dədə döndi, Baybörə bəgin evlərinə getdi (3, 98). Yola salan və yola düşənin dilində işlənmiş son cümlələrin ayrılma etiketləri funksiyasında çıxış etməsi: Qız aydır: “Çün böylə oldı, həman imdi ilərü turmaq gərək, bəg oğlı!- dedi. Beyrək dəxi: “Nola, xanım, baş üzərinə!” – dedi (3, 101). “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun sonunda Dədə Qorqudun dilindən yum verilir, el ağsaqqalı bu zaman alqış etiketlərindən istifadə edir: “Dədəm Qorqud gəldi, şadlıq çaldı. Boy boyladı, soy soyladı. Qazı ərənlər başına nə gəldigün söylədi. “Bu Oğuznamə Begrəgin olsun!”- dedi. Yum verəyin, xanım: Yerlü qara dağların yıqılmasun! Kölgəlicə qaba ağacın kəsilməsün! Ağ saqallu baban yeri uçmaq olsun! Ağ birçəkli anan yeri behişt olsun! Oğulla qarındaşdan ayırmasun! Axır vaqtında arı imandan ayırmasun! “Amin! Amin! Deyənlər didar görsün! Yığışdırsun, durışdırsun günahınızı Adı görklü Məhəmməd Mustafa yüzi suyuna bağışlasun, xanım, hey!…”(4, 77). “Baybörə oğlı Bamsı Beyrəyin boyu”nun timsalında “Kitabi-Dədə Qorqud” abidəsinin dilində işlənən nitq etiketlərinə nəzər salınması onlara tarixilik və müasirlik aspektindən yanaşılmasına imkan yaradır.
Ədəbiyyat: 1. Abdullayev B. “Kitabi-DədəQorqud”da nitq etiketlərinin etnomifik poetikası. Bakı: Elm, 2007, 100 s. 2. Cəfərov N. Xanım, hey!. Bakı: 1999 3. Tanrıverdi Ə. “Dədə Qorqud kitabı”nın dil möcüzəsi. Bakı: “Nurlan”, 2008, 184 s. 4. “Kitabi-Dədə Qorqud” (əsil və sadələşdirilmiş mətnlər). Bakı: Öndər, 2004, 376 s. 5. “Kitabi-Dədə Qorqud” ensiklopediyası. 2 cilddə. II cild. Bakı:Yeni Nəşrlər Evi, 2000, 567 s.
Valiyeva Tahmina A EPOS OF “KİTABİ-DADA QORQUD” İN THE LANGUAGE “BAYBORA OGLI BAMSI BEYRAK BOYU”S PROCESSED SPEECH ETİQUETES. SUMMARY: Ethnic-national thinking of ancient oghuz turks have been used in epos language of “Kitabi-Dada Qorqud” different speech etiquettes. In “Baybora oglı Bamsı Beyrayin boyu” of epos was included on occasion of vocativation, congrulation, happines and in permission, oathing, meeting situations used speech etiquettes. “Baybora oglı Bamsı Beyrayin boyu” in the epos narrative language of “Kitabi-Dada Qorqud” have a look used speech etiquettes by historical and contemporarial aspects.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin kiçik elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) “Publisistika” şöbəsinin redaktoru.
valiyevatahmina@gmail.com
Açar sözlər:İmadəddin Nəsimi, hürufizm, nəsimilik, insan idealı, dövrə münasibət, ictimai problemlərin əksi Key words:İmadaddin Nasimi, hurufism, nasimism, the ideal of “human”, occasion to the period, reflection of social problems Ключевые слова:Имададдин Насими, хуруфизм, насимизм, идеал “человека”, повод к периоду, отражение социальных проблем
Bütün tarixi dövrlərdə şair və yazıçılar dövrə, zəmanəyə qarşı öz etirazını bildirmək üçün müxtəlif priyomlardan istifadə etmişlər. Məhz bu məqsədlə, XIV əsrdən etibarən əfsanələşən şəxsiyyət – İmadəddin Nəsimi obrazı ədəbiyyata gətirildi. Baş verənlərə şair üsyankarlığı ilə cavab vermək xüsusiyyəti Bəxtiyar Vahabzadə üçün də yad deyildi. O, hər zaman ya bir şeir, ya bir misra, ya irihəcmli bir poema yaxud pyeslə ya birbaşa, ya da dolayı şəkildə olaylara öz etiraz səsini ucaltmışdır. “Fəryad” pyesində Nəsimi obrazından istifadə təsadüfi xarakter daşımır. Nəsiminin pyesdə obraz seçilməsi hürufizmin insan konsepsiyası və İ.Nəsiminin cəsur, əqidəsinə sadiq şəxsiyyəti ilə daha çox bağlıdır. Nəsimilik fəlsəfəsinə əsaslanan pyes B.Vahabzadənin ikinci tarixi dramıdır və 1984-cü ildə Azərbaycan Dövlət Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur. Ədəbiyyatşünas Qulu Xəlilov “Bəxtiyar Vahabzadə bir dramaturq kimi heç bir pyesində “Fəryad”dakı qədər yetkin, bitkin və dərin görünməmişdir” sözləri ilə “Fəryad” pyesinin ədibin ən uğurlu səhnə əsəri olduğunu bildirir. Tədqiqatçı Fəridə Səfiyeva isə pyesin adının çoxproblemli mənasına diqqəti cəlb edərək yazırdı: “bu ad tarixi planda, müasir dünyagörüşü və düşüncəsi baxımından ancaq çarəsizlik, gücsüzlük, köləlik barədə assosiativ fikirlər doğurmur, əksinə insanlara tarixi taleyi və gələcəyi barədə ciddi xəbərdarlıq ruhu ilə yüklənmiş hayqırtı təsiri bağışlayır” (2, səh. 107). Faciədə konkret olaraq ustad Nəsiminin obrazı olmasa da, Nəsimi aşiqləri olaraq iki Nəsimi obrazı yaradılmışdır. I Nəsimi obrazında təmsil olunan Həllaci Musa da və II Nəsimi də Nəsimi ideyalarını yaşatmaq, Nəsimini ölməzliyə qovuşdurmaq üçün öz canlarından belə keçməyə hazırdırlar. Bu, Vəliəhdin I Nəsimini ölümdən azad edərkən onun “O böyük insanın yaşaması naminə ölüm – həyatdır mənə” (4, səh.134) deməsi, öz ölümünü Nəsiminin yaşamasından üstün tutması səhnələrində bariz şəkildə nəzərə çarpır. II Nəsiminin dilindən verilən “Nəsimi yolunda ölənlər ki var, Yoxdur Nəsimiyə ölüm dünyada” (4, səh. 119) fikri pyesin əsas qayəsini təşkil edir. Yeddi şəkildən ibarət olan mənzum faciədə hadisələr nəsimilərin şah sarayına gətirilib həbsə salındığı zamanda cərəyan edir. İki filosofdan hansının ölkəni lərzəyə salan Nəsimi olması üzərində pyesin konflikti qurulur. Başdan-başa hikmətlə dolu olan əsərin fəlsəfi qatı nəsimilərin dustaqlarla söhbətində açılır. Məhbus Rəhmanın “sizi niyə tutublar?” sualına I Nəsiminin “düşünmüşük” deyə cavab verməsi şairin azad söz söyləmək, azad fikir bildirmək imkanını Nəsimi zamanında əldən alındığı kimi, B.Vahabzadə dövründə də müasir olduğuna işarədir. Yaxud məhbus Sübhanın “bəs necə düşünməli?” sualını II Nəsiminin “öz idrakın sönməli, öz fikrindən dönməli, Hakimiyyət sahibi hər necə düşünürsə, Bax, elə düşünməli” (4, səh.114) şəklində şərh etməsi həmin dövrdə partiya təfəkkürlülüyünün aktuallığını göstərən vacib faktordur. I Nəsiminin II Nəsimini ölümdən qorumaq və özünü ölümə vermək üçün səyi qarşısında “Ancaq onu bil ki, bəxşiş bir həyat, Mənə ağır gələr ölümdən yüz qat” (4, səh.118) sözlərini işlətməsi Nəsimi cəsurluğunun, qorxmazlığının göstəricisi, Nəsimi ucalığının ifadəsidir. Həyatın bütün iztirablarını dadan nəsimilər ölümdən nəinki qorxmur, onu kamilliyə çatmaq vasitəsi hesab edirlər. “Nəsimi olmaq” bütün nəsimilərin ən uca məqamı, “Nəsimitək allahın yolunda ölə bilmək” arzusu onların ən ali istəyidir. Nəsimilər insanın bütün ideoloji mübarizəsində sonadək vuruşurlar. Pyesdə II Nəsimi ilə I Nəsimi arasında gedən sorğu-suallaşma əsərin diqqətə çarpan cəhətlərindəndir. Bu dialoqlarda hürufizmin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur. İmadəddin Nəsimi fəlsəfəsində ali kateqoriya olan İnsan problemi “Fəryad”da da mərkəzi problemdir. F.Səfiyeva B.Vahabzadənin həqiqət axtarışlarının yekununun insan olduğunu bildirir: “… Bəxtiyar Vahabzadə “Fəryad”da sanki bu həqiqəti tapmışdır: Ən böyük həqiqət insan, ona xidmətdir” (2, səh. 116). B.Vahabzadə insanın qul deyil, yaradan olduğunu bildirmək, insanın qüdrəti öz daxilində axtarmasına nail olmaq və insanın öz aliliyini, ucalığını dərketməsi üçün nəsimiliyə müraciət edir. Nəsimilərin timsalında “allah”, “vəhdət”, “insan”, eşqin “idrak”la yaxud “qəlblə” dərk edilməsi məsələləri üzrə İnsan konsepsiyası şərh olunur. Məsələn, II Nəsiminin “Allaha çatmağın nə imiş yolu?” sualını I Nəsimi “qəlbin gözü yanmazsa görünməz gözə allah” (4, səh.120) şəklində cavablayır. Yaxud “II Nəsimi: Allah! Bilirik, cisim deyil, bəs nədir allah?”, “I Nəsimi: Ən yüksək olan haqda, həqiqətdədir allah… Dondunsa təkamül və gözəllik qabağında, Dərk et, bu təəccübdə, bu heyrətdədir allah”, “II Nəsimi: İnsan nə imiş?” “I Nəsimi: Gizlidir insandakı qüdrət, Hər kəs onu fəhm etməsə acizdir o, əlbət” (4, səh.120); “II Nəsimi: Vəhdət nə demək?” “I Nəsimi: Gizlidir hər zərrədə vəhdət, Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət!” (4, səh.121); “II Nəsimi: Bəs söz nə demək?” “I Nəsimi: Mən bir ağacam, yarpağı – sözlər, kökü – fikrim, Sözlərdə deyil, sözdəki hikmətdədir allah”; “II Nəsimi: Bəs zülmə sözün? I Nəsimi: Zülmün üzünə haqq deyilən silləni çəksən, Silləndə möhürlənmiş o qeyrətdədir allah” (4, səh.121); “II Nəsimi: Son məqsəd “Ənəlhəqmi?” “I Nəsimi: Bir pillədə durdunsa “Ənəlhəq” demək olmaz, Ülviyyətə çatmaqdakı niyyətdədir allah” (4, səh.122) I Nəsiminin II Nəsimiyə ünvanladığı suallara verilən cavabda hürufizmin “Allah”, “eşq”, “insan”, “qəlb” konsepsiyası öz şərhini tapır. İdrakı ülviyyətin, eşqin bir pilləsi sayan I Nəsiminin “hər arzunun, hər məqsədin, hər niyyətin, eşqin, Son həddi, axır nöqtəsi yoxmu? (4, səh.122) sualında həllaciliyin eşqin idrakla dərki məsələsinə II Nəsimi hürufi mövqedən münasibət bildirir: İdrakdan əzəl qəlbini dindir. Qəlbin özü göydən də dərindir. Öz qəlbinə dalmazsa, cəhalətdədir insan (4, səh.123). Yaxud I Nəsiminin “Öz nəfsinə uyduqda bəs nədir insan?” sualına II Nəsimi “Dünyasına dünyada xəyanətdədir insan… Öz nəfsinə qul olsa, cəhənnəm əzabında, Öz nəfsinə qul olmasa, cənnətdədir insan” (4, səh.123) şəklində cavablayır. II Nəsiminin eşq barədə fikirləri – “Yoxdu sözüm, eşq yenilməz. Vəslində gülən aşiqə aşiq ki deyilməz. İnsan dediyin vəsl ilə insan ola bilməz. Çırpıntıda, sarsıntıda, həsrətdədir insan (4, səh.124)” də maraqlıdır. Göründüyü kimi, burada eşq və vəsl qarşılaşdırılır, eşq vəsldə deyil, insani keyfiyyətlərə malik olmaqda, insan olmaqdadır. Məhz kamil insan eşqi dərk edə, duya bilər. Nəsimilər arasında gedən dialoqlaşmada dinləyici olan dustaq Rəhmanın II Nəsimiyə ünvanladığı “Bəs bir belə kamil ikən insan, Alçaqlığı, yaltaqlığı hardan?” fəlsəfi suala cavab Nəsimi dövründə də, Bəxtiyar Vahabzadə dövründə də aktual olan problemlərin kökünün axtarılmasına sövq edir. Məhz bu cavab da elə Nəsiminin dilindən verilə bilərdi. Sözün qüdrəti ilə sarayları, neçə-neçə hökmdarları dizə gətirmək Nəsimiyə xas cəhətdir. Məhz hər vəziyyətdə doğrunu dilə gətirmək, insanı qul deyil, kölə deyil, allah səviyyəsinə qaldırmaq, onu şahlar qarşısında əydirməmək Nəsimilik tələb edir. Bu baxımdan, Nəsimi obrazı əsərdə mükəmməl şəkildə işlənmişdir. Yaşar Qarayev və Şamil Salmanovun birgə ərsəyə gətirdiyi “Poeziyanın kamilliyi” kitabında yer alan qeyd də – “Öz iri hərfli İnsan (!) idealı ilə Nəsimi orta əsrlərdən çıxıb humanizmin yenə də sınaqdan keçdiyi ideya döyüşlərində iştirak edir” (1, 163) pyesdəki Nəsimi səciyyəsini vermək baxımından çox maraqlıdır. II Nəsimi: İnsanı ucaldan ulu bir eşq, dəyanət, Alçaldan isə … qorxu, xəyanət. Qorxduqsa ölümdən və əcəldən İnsanlığı verdik demək əldən. Qorxduqsa əgər zülmdən, haqdan keçər olduq. Qorxduqsa əgər, zülmə qul olduq, nökər olduq. (4, səh.124) Pyesdə Vəliəhdin məhbuslarla görüşü, onlarla söhbətləşməsində ictimai problemlər daha qabarıq şəkildə öz əksini tapır. Məhz bu epizodda B.Vahabzadənin öz fəryad səsini ucaltmaq üçün şərait yaranır,ürəyindən keçəni söyləmək imkanı ələ düşür. B.Vahabzadənin Nəsimisayağı fəryadı çoxsəciyyəli, çoxproblemlidir. Rüşvət aldığına görə həbs olunan Rəhmanın dilindən verilən “əgər alan olmasa, verən olmaz vallahı” sözləri ilə rüşvətxorluğun aşağıdan-yuxarıya “ötür-ötür oyunu” olduğuna işarə edilir. Məhbus Kəramətin qazandığını töycüyə (vergi növü- T.V) çıxan və onu el arasında təhqir edən kəndxudanın qulağını kəsməyinə görə tutulması epizodunda ciddi ictimai naqislik – vergilərin ağırlığı məsələsi diqqətə çatdırılır. Vəliəhdin “şikayət eləyəydin” deyiminə Kəramətin “qılınc özünü kəsməz” şəklində verdiyi cavab olduqca düşündürücüdür. Skeptiv düşüncəli məhbusa – Şəkkaka şübhəcilliyinə görə “dəli” damğası vurulub həbsə atılması da bir başqa faciənin əksidir. Dustaq şairlərin “biz fikir dustağıyıq” sözü Nəsiminin düşündüyünə görə həbsə məhkum edilməsi ideyasının tamamlayıcısıdır. Bəxtiyar Vahabzadənin “Fəryad”dakı etirazkar qəhrəmanlarının hər birinin nitqində bir filosofanəlik var. Hadisələrə fəlsəfi yanaşma B.Vahabzadənin ən başlıca keyfiyyətlərindən biridir. Məsələn, şairin “xoşbəxtlərə yetişməz bədbəxtlərin naləsi” kəlməsi, Rəhmanın “çöldə azad gəzənlər azadmıdır de məgər?” sualı, Dəyanətin “zamana bax, zamana, İndi bilib qanmağın əzabı var insana”, “əgər qəlbi dərindirsə səmalar qədər, Çatmaz topuğuna təriflər onun”, Şəkkakın “yaşamaq istəsən, lal ol, dinmə, sus”, Loğmanın “verdiyi nə varsa geri alarmış, Dünyanın qəribə oyunu varmış” kimi ifadələr fikrimizi təsdiqləyər. Vəliəhdi ölkədəki vəziyyətlə tanış etmək üçün özlərini rüşvətxor, qisaskar, dəli adlandıran bu məhbusların, sözün həqiqi mənasında, “fikir dustağı” olmaları aydın görünür. Bir miqdar pul müqabilində Zahidə casusluq edən Lalın oyunun üstünün açılması epizodunda dustaqlar arasında lal bilinən birinin məkrli niyyəti ifşa olunur. Gözətçinin “ağlım olmasaydı, ağıllıların ağlına gözətçi olardımmı mən?” (4, səh.166) II Nəsimiyə istehza ilə sual etməsi təəssüfedicidir. Yaxud onun II Nəsimiyə I Nəsimi barədə xəbər vermək üçün rüşvət tələb etməsi və “Ey, pulsuz ucalıq gərəyim deyil, Pullu alçaqlığı mənə ver amma” (4, səh.167) deyimi ilə pulu hər şeydən, ucalıqdan üstün tutması acınacaqlıdır. Pyesdə ata-oğul ziddiyyəti aparıcı xəttdir. Övladına görə təhqir olunan atalar ilə həqiqi sözə qoşulan oğullar bu ziddiyyətin təşkilediciləridir. Bu baxımdan, həllacilərə qoşulan oğulla – Dəyanət ömrünü satqınlığa, din, şəriət adı altında çirkin əməllərə sərf edən ata – Zahid obrazı əsərdə uğurlu şəkildə işlənilmişdir. Hər zaman oğlunun şəhid olmasına görə fəxrlə danışan Zahid oğlu Dəyanəti Həllaci Musanın meyidini oğurlayıb torpağa tapşırdığını öyrənəndə sarsılır. Bu paraleldə daha bir ata-oğul obrazı – Çalpapaqla hürufilərə qoşulan Tural yaradılmışdır. Ancaq Çalpapaq Şirvanda yaşayan adi kəndlidir. Ata-oğul qarşıdurması Əmirlə Vəliəhd arasında da yaşanır. Nəsimi sözünün böyüklüyü, mənəvi kamilliyi qarşısında aciz qalan Vəliəhd onu da müridliyə qəbul etməsi üçün yalvarır. Vəliəhd obrazı sarayın iç üzünü görüb, həbsdəki fikir adamlarının təsirinə düşüb həqiqətə – mənəvi kamilliyə yetişmək istəyən insan obrazıdır. “Ata məsləkini tapdayan övlad atanın əlilə boğulmalıdır!” deyə Zahidə, Çalpapağa, Dəyanəti sevən, Loğmanın qızı Ayparaya görə atasına tənə edən Əmir oğlunun da saraydan üz döndərdiyini biləndə Nəsimi qüdrəti qarşısında aciz qalır. Ata-oğul ziddiyyətində həm də iki bir-birinə zidd düşüncəli insanlar təcəssüm olunur. Bu ziddiyyətlərdə fatalizmin insanı məhvə, nəticəsizliyə apardığı ideyası Zahidin timsalında verilir. Ömrü boyu qorxu ilə yaşamağın heçliyi məsələsi isə Turalın dilindən verilən “o qədər qorxmuşam ki, həyatdan, Zərrəcə qorxmuram ölümdən daha” (4, 197) fikirdə əksini tapır. Əmirin “Zahid, bu adamın kini, nifrəti başqadır, düşməni ehkam, din deyil, Mənim zülmümdəndir hər şikayəti, Mənim məbusumdur, o, sənin deyil!” (4, 197) sözləri ilə ədib özünüifşa üsulundan məharətlə istifadə etmiş, onun əməllərini öz dili ilə vermişdi. Əmirin bu sözlərində həm də, dinsizlikdə günahlandırılan şairin din düşməni olmadığı bildirilir. Bəxtiyar Vahabzadənin dram yaradıcılığı üçün səciyyəvi olan cəhət – “ikinci səs”, teyf məsələsi burada da özünü göstərir. Vəliəhd Dəyanətin timsalında “ikinci səs”ini eşidir, öz vicdan səsini duyur. Məhz əsərdəki bu surət xarici təsirlər nəticəsində dəyişən obrazdır.B.Vahabzadə dramaturgiyası üçün xas olan digər bir cəhət dünyaya sığmayanların “çərçivə”yə salınması xətti “Fəryad” pyesində də izlənilir. Bu, azad ruhlu nəsimilərin həbsə atılması və Vəliəhdin əqlinin illərlə saray ehkamı ilə çərçivələnməsi süjetlərində əksini tapır. Aypara obrazı isə özünü bilən, əqidəsinə sadiq qadın obrazıdır. O, insanın qüdrətinin öz içində olduğuna inanır. Pyesin sonunda nəsimilərin öldürülməməsi simvolik məna daşıyır. Dünya durduqca, nəsimilər var olduqca Nəsimiyə ölüm olmaması ideyası finalda da izlənilir. Bu mənada, Turalın monoloqu olduqca təsirli səslənir. Mərdliyə çağırır bu gün hər kəsi, Dərisi soyulan şairin səsi. Uzaq əsrlərdən gəlir nəfəsi, Diri dünyamıza ölü dünyanın (4, səh.212) Bu nitq Nəsiminin ölməzliyinin, əbədiyaşarlılığının şairanə ifadəsi və həm də Bəxtiyar Vahabzadənin mərdliyə çağırış səsidir. Ədəbiyyat: 1. Qarayev Y., Salmanov Ş. Poeziyanın kamilliyi. Bakı, Yazıçı, 1985 2. Səfiyeva F. Bəxtiyar Vahabzadənin dramaturgiyası (filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya). Azərbaycan Respublikası Təhsil Nazirliyi, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Univeristeti, Bakı, 1997 3. Xəlilov Q. Kamillik, bütövlük // Kommunist, 1984, 11 may 4. Vahabzadə B. Özümlə söhbət (şeirlər, dram və poemalar). Bakı, Azərnəşr, 1985, 264 s.
BƏXTİYAR VAHABZADƏNİN “FƏRYAD” PYESİNDƏNƏSİMİLİK VƏ İNSAN PROBLEMİXülasə:Görkəmli ədib Bəxtiyar Vahabzadə “Fəryad” pyesini 1984-cü ildə qələmə almışdır. Bu, onun ikinci tarixi faciəsidir. Yazıçı nəsimilik fəlsəfəsinə əsaslanaraq insan, insanın özünüdərki və həyata baxışı problemini qoymuşdur. Buna görə də əsərdə iki Nəsimi obrazı yaradılmışdır. Nəsimi sənəti və nəsimilik var olduqca Nəsimi heç vaxt ölməyəcək – bu əsərin əsas ideyasıdır. Pyesdə İmadəddin Nəsiminin bir şəxsiyyət kimi keyfiyyətlərinə daha çox diqqət yetirildi. Nəsimi cəsur sözün, əyilməz iradənin, dönməz əqidənin təmsilçisidir. Məhz bu cəhət öz dövrünün qüsurlarını açıb göstərən Bəxtiyar Vahabzadənin yazıçı niyyətinə daha çox uyğun gəlmişdir. Saray ehkamlarının kor etdiyi Vəliəhd də Nəsimi işığı ilə aydınlanır. Günahsız yerə həbs edilən məhbuslarla söhbət dövrün mənzərəsini verməyə kömək edir. Nəsimilərin arasında gedən dialoqlarda isə hürufiliyin təməl prinsipləri Bəxtiyar Vahabzadə dilindən şərh olunur.
Tahmina ValiyevaNASİMİSM AND THE PROBLEM OF HUMANİN THE PLAY “FARYAD” (SCREAM)Summary:Well-known writer Bakhtiyar Vahabzade wrote “Faryad” (Scream) in 1984. İt is his second historical tragedy. The writer gave human, the problems of human self-perceptions and review to life, it based on nasimism. That’s why it was created two Nasimi characters. Nasimi will never die as long as exist of Nasimi art and nasimism – it is the main idea of this work. İt was taken attention to İmadaddin Nasimi’s character as a person in this play. Nasimi represents the brave word, irreconcilable will, irreversible belief. He is the character of a great poet who died fearlessly and subjugated to the kings with the power of his words. This feature is compatible with the writer intention of Bakhtiyar Vahabzade, who reveals the flaws of his time. The Valiahd is also illuminated by the light of Nasimi who was blinded with the tenets of the palace.Talking to prisoners imprisoned as innocent can help the period at a glance. İn the dialogue between nasimis, the basic principles of hurufism are explained by Bakhtiyar Vahabzade. Тахмина ВалиеваНАСИМИЗМ И ПРОБЛЕМА ЧЕЛОВЕКАВ ПЬЕСА БАХТИЯРА ВАХАБЗАДЕ «ФАРЯД» (КРИК)Резюме:Известный писатель Бахтияр Вахабзаде написал «Фаряд» (Крик) в 1984 году. Это его вторая историческая трагедия. Писатель подарил человеку проблемы человеческого самовосприятия и рецензии на жизнь, основанную на нацизме. Поэтому было создано два персонажа Насими. Насими никогда не умрет до тех пор, пока существуют искусство Насими и насимизм – это главная идея этой произвдения. В этом пьеса было обращено внимание на характер Имададдина Насими как человека. Насими олицетворяет смелое слово, непримиримую волю, безвозратную веру. Эта особенность совместима с намерением писателя Бахтияра Вахабзаде, который раскрывает недостатки своего периода. Валиахд также освещается светом Насими, который был ослеплен принципами дворца. Разговор с невиновныйзаключенными в тюрьму, может помочьпериодувзгляда. В диалоге между насимии основные принципы хуруфизмакомментироваетБахтияром Вахабзаде.
Xəbər verdiyimiz kimi, Müstəqil dövlətlərin Kitabyayımı
Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal
Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsmi müsabiqəsini
təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü
ildən keçirilir.
Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir. Oxucularla
virtual rejimdə işləyən M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası altı ən
yaxşı rəsmi seçərək Moskvada keçirilən
müsabiqəyə göndərdi.
Müsabiqəyə Böyük Vətən müharibəsində qələbənin
75-illiyinə həsr olunmuş rəsm, 2020-ci
ilin yazıçı-yubilyarlarının H.X.Andersenin nağıllarının və A.Sent-Eksüperinin “Balaca
şahzadə” əsərinin motivlərinə çəkilmiş şəkillər də təqdim oludu.
Müsabiqədə iki yaş kateqoriyası üzrə uşaqlar
iştirak etmişdirlər: 1-ci kateqoriya –5 – 11 yaş; 2-ci kateqoriya – 12 – 16 yaş.
Moskvada keçirilən müsabiqəyə Azərbaycan Milli
Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Aminə Hidayətli,
Surə Sadiqova, Mədinə Həmzətovanın, habelə 6 №-li liseyin və 46 №-li orta məktəbin
şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşanın çəkdiyi rəsmlər göndərilmişdir.
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Azərbaycan yazıçısı Varis dünya yazarlarının ən aparıcı və nüfuzlu təsisatı olan PEN İnternational təşkilatına üzv seçilib. Yazıçıların PEN-kluba qəbulu səs hüququna malik ölkə nümayəndəliklərinin kollegial rəhbər orqanlarının tövsiyəsi əsasında Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, yazıçımızın PEN-kluba üzvlüyü təsisatın Rusiya üzrə nümayəndəliyinin kollegial rəhbər orqanı tərəfindən dəstəklənib.
Qeyd edək ki, məqsədi irqindən və dinindən asılı olmayaraq bütün dünya yazıçılarının yaradıcı əməkdaşlığını təmin etmək, eləcə də onların hüquqlarını müdafiə etmək olan, daha çox PEN-klub adı ilə tanınan bu təsisatın mənzil-qərargahı Londonda yerləşir. Hazırda PEN-klub öz fəaliyyət və nüfuz dairəsinə görə dünyanın 101 ölkəsini əhatə edir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü
Bu uzun gecənin qaranlığında Canıma vəlvələ düşüb. Bir kəndir özünü asıb tavandan, Məndən əvvələ düşüb. Gecədən bir az keçir, Saat səhərə yaxın. Nə intihar vaxtıdı… Ruhum üzü göylərədi, Ölümün nübar vaxtıdı. Yoxdu burdan o tərəfi, Nə günəş, nə də ki, ay olasıdı. Bir cüt qərənfilə dönüb əllərim Sinəmin üstünə qoyulasıdı.
Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı tədbir keçirib.
İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara Bəşir Səfəroğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömrü müddətində yaddaqalan obrazlar yaradıb. İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm olmasın.
Qeyd edilib ki, onun xatirəsi Azərbaycan tamaşaçısının qəlbində həmişə yaşayacaq.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü,
***
Kasıbın işi xəcalət tərinə bulaşa-bulaşa yoxluq adlı odun üstünə sac qoymaqdı… Günah da, bir qadına şəhvətlə baxmaq deyil, evdə uşaqları ac qoymaqdı…
***
Yenə duyğu qatarımın təkəri sınıb, Yenə sevda qayıqlarım limana gəlmir. Duam ilə günahımın yeri səhv düşüb, Mən susuram, qaraçuxam imana gəlmir.
Kölgəm yenə aralıda acığa düşüb, Tez-tez Tanrı görsün deyə kürəyin açır. …Kimsə qəfil ad yazdığım qovağı kəsir, Sonra gedib qonşu qıza ürəyin açır.
Zaman sevgi küləyitək üşüdür göyü, Dağın ağrı-acısını təpələr duyar. Dəniz məndən gileylidir gör neçə vaxtdır, Mən sahilə getmirəm ki, ləpələr duyar.
Adam qəmdən islandısa, həyat qurutmaz, Şeytan qəmdən maya tutub, tələmi sıxıb. Beş yaşımdan bilirəm ki, əzrayıl kimdir, Ölüm onda ömür adlı şələmi sıxıb…
Ürək süfrə olacaqsa, eh, tulla getsin, Sənə görə saf eşqimi zədələmirəm. Mən adama adam kimi qapı açıram, Mən adamı adam kimi hədələmirəm…
Yenə duyğu qatarımın təkəri sınıb, Yenə sevda qayıqlarım limana gəlmir. Duam ilə günahımın yeri səhv düşüb, Mən susuram, qaraçuxam imana gəlmir.
***
…Tək, ruhumdu yaşıdı… Bəlkə dürdü, qayədi; Bəlkə namaz daşıdı, Bəlkə də bir ayədi, Sənə yazdığım şeir?!
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Gözümün üstündə saxlaram səni, Yaşaya bilmərəm səndən aralı, Dərd,qüssə içində gəl qoyma məni, Elimin, obamın nazlı maralı.
Yoluna, izinə döşənərəm mən, Səni qoruyaram ürəyim kimi, Səni gecə-gündüz düşünərəm mən, Canım , gözüm kimi, bəbəyim kimi.
Necə and içim ki, inanasan sən, Həmişə sadiqəm məhəbbətimə, Nə vaxt istəyirsən yoxla, sına sən, İnan saf eşqimə, sıdaqətimə.
Səndən özgəsinə baxmaram gülüm, Sən də bir dənəsən, nurlu Günəş tək. Adını çəkməsə quruyar dilim, Eşqinlə vurmasa susar bu ürək.
Adınla bağlıdı həyatım, canım, Sənsən ilk baharım, ay ömrüm, günüm. Sənsiz ötüşməsin qoy bircə anım, Mənim ol, mənim ol, başına dönüm.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
CƏBRAYILDADIR
Ömrümün , günümün könül oxşayan, Ən şirin nəğməsi, Cəbrayıldadır. Hər daşı, qayası nağıl danışan, Ərzin möcüzəsi, Cəbrayıldadır.
Zaman susub qalıb Xudafərində, Lalələr boy atır al qan yerində, Orda öz yeri var xeyir, şərində, Vətən şikəstəsi Cəbrayıldadır.
Ellərə tanışdı şöhrəti, adı, Atından salıbdı düşməni, yadı, Qeyrət timsalıdı hər bir övladı, Koroğlu nərəsi, Cəbrayıldadır.
Divlər sarayında bir heyrət yatır, Ziyaratın başı göylərə çatır, İgidlər zirvədə tonqallar çatır, Nuhun əfsanəsi Cəbrayıldadır.
Saz, söz dastanıdır Qurbanı, Pəri, Cəmilin şöhrəti gəzir hər yeri, Qəhraman Ramilin ölməz hünəri, Mehdinin nəfəsi Cəbrayıldadır,
Xan Çinar olubdu yurdun şöhrəti, Öyüddü ağsaqqal sözü, söhbəti, El- oba tac bilir burda qeyrəti, Quşların xoş səsi Cəbrayıldadır.
Geniş Gəyən düzü tarıxdən soraq, Arazın üstündə alışan çıraq, Müqəddəs bir pirdi, müqəddəs ocaq, Həyat fəlsəfəsi Cəbrayıldadır.
2020-ci il yanvarın ilk günləri havalar soyuq keçsə də, seyrək buludlar arxasından boylanan günəşin parlaq şəfəqləri Bakının səmaya boylanan yaraşıqlı, qeyri-adi mənzərəsini nura qərq edir. Nəriman Nərimanovun əzəmətli tunc heykəli, sanki arzuların gerçəkliyinə heyrətlə baxır… Xalqın böyük oğlu ömrü boyu bu həqiqət uğrunda oddan-alovdan keçmiş, mübarizə aparmış, şəhid olmuşdur. Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Cənubi Qafqazın qədim mədəniyyət mərkəzi Tiflis şəhərində anadan olmuşdur. Ömrünü müsəlman Şərqinin azadlığı uğrunda mübarizəyə həsr etmişdir. O, XX əsrin birinci yarısında, bütün məzlum Şərq ölkələrinə nümunə ola biləcək Müstəqil Sovet Azərbaycanı qurmaq niyyətində idi. Proletariatın dahi rəhbəri V.İ.Lenin dünya inqilabının təşnəsi idi. Onun xəstələnməsi İ.V.Stalinin hakimiyyətə gəlməsi dövlətin siyasi kursunda dəyişikliyə ciddi təsir göstərdi. Xalqların birliyi, həmrəyliyi, hüquq bəyannaməsi və s. haqqında qəbul olunmuş qərarlar kağız üzərində qaldı. N.Nərimanov oğlu Nəcəfə məktubunda ölkədə baş verən hərc-mərclik, özbaşınalıq yarandığından şikayətlənirdi. N.Nərimanovun nəzərdə tutduğu böyük missiyanı həyata keçirməyə imkan vermədilər. Ölümündən sonra Sovetlər Birliyində 70 il N.Nərimanovu doğma xalqına unutdurmağa çalışdılar. *** Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyevin öz çıxışlarında söylədiyi fikirləri xatırlatmaq istərdim: “1970-ci ildə Nərimanovun anadan olmasının 100 illik ildönümünü qeyd etmək lazım idi. Lakin millətçi ermənilər Sov.İKP MK-ya məktublar yazaraq Nərimanovun bir millətçi olduğunu, bir çox xətalar elədiyini və 100 illik yubileyinin keçirilməsinin gərəksiz olduğunu söyləyirdilər. Nərimanovun heykəlini ucaldarkən nə əziyyətlər çəkdik”. 1970-1972-ci illərdə Moskvaya göndərilən şikayət məktubları əsasında Moskvadan Bakıya yüzlərlə sorğu məktubları göndərilirdi. Akademik Cəmil Quliyev gecə-gündüz arxivlərdən sənədləri axtarıb tapır, dərhal Heydər Əliyevə təqdim edirdi. Hər gün Moskvaya, Kremlə cavab məktubları göndərilirdi. Heydər Əliyev yazırdı: “Brejnev və Suslovla bu barədə söhbət etdik, amma onlara Nərimanovla əlaqədar yanlış məlumat çatdırılmışdı. O zaman Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev, həm də Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd seçilmişdi. Ona görə də Sov.İKP Mərkəzi Komitənin ən məxfi sənədləri arasında Sov.İKP(b) MK Siyasi Bürosunun 1923-cü il 15 noyabr tarixli iclasının “ən məxfi” qrifli qərarını tapıb üzə çıxarmışdı. Yaroslavskinin rəhbərliyilə Bakıya göndərilmiş yoxlama komissiyasının nəticələri və Nərimanovun ərizəsi əsasında Siyasi Büro qərar çıxarmışdı: 1) Münaqişə bitmiş hesab olunsun; 2) Nərimanov yoldaş Mərkəzi Komitənin etibarını bütünlüklə qazanmışdır və Nərimanov yoldaşdan xahiş olunsun ki, istefa ərizəsini geri götürsün”. Bu mənəvi əzab-əziyyət, sarsıntı iki il çəkdi. Heydər Əliyev xalqın mənəvi köməyi ilə dirəniş göstərdi. Çox mübarizə apardı, iki il çarpışa-çarpışa istədiyinə nail oldu, Mərkəzi Komitənin Siyasi Bürosunda Nərimanovun anadan olmasının 100 illiyi yubileyinin 1972-ci ildə keçirilməsi qərara alındı. 1972-ci ildə Heydər Əliyev Nərimanovun heykəlinin açılışındakı çıxışında demişdir: “Nəriman Nərimanov bu gün də bizimlədir. O, özünün nəhəng qaməti ilə burada, qocaman Xəzərin dalğaları üzərində ucalır, vuruşlarda və yaradıcı əməyi şöhrətini qazanmış Bakıda ucalır və tanınmaz dərəcədə dəyişilmiş respublikamızın düzlərinə elə bil iftixarla nəzər salır, xalqın səadəti uğrunda çarpışmış mərd mübarizlə görüşə gəlmiş zəhmətkeşlərin çoxmillətli dəstələrini diqqətlə gözdən keçirir”. Heydər Əliyev Rusiyada Nərimanovun adının əbədiləşdirilməsinə xüsusi diqqət yetirmişdir. Həştərxan vilayətinin Nərimanov şəhərində Nərimanovun heykəli ucaldılmışdır. Ulyanovsk şəhərində Nərimanov prospektində (1977-ci ilin dekabrında) Nərimanov abidəsinin açılışında izdihamlı mitinqdə Heydər Əliyev çıxış etmişdir. Həmin il Bakıda Nərimanovun xatirə muzeyi açılmışdır. Heydər Əliyevin misilsiz xidmətlərindən biri də Sovet Hakimiyyəti dövründə, millətçi-təmayülçü kimi əsası olmayan böhtanla kimliyi xalqdan gizlədilən, unudulmağa məhkum edilən Nəriman Nərimanova əbədiyaşar, mənəvi ölməzlik verdi, xalqa qaytardı, tariximizdə boşluğu bərqərar etdi. Beləliklə, vətənini, xalqını, tarixini sevən millətin qeyrətli vətəndaşları Heydər Əliyevin dahiyanə xidmətini minnətdarlıqla yad edir. *** Mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə nurani, ağsaqqal Molla Nəsrəddin əbasında, əlində əsa xalq arasında “Sizi deyib gəlmişəm”, – deyə öz həmvətənlərinə pənah gətirmişdi ki, Vətəni zülmətdən işıqlığa çıxarsın. XX yüzilliyin astanasında ictimai-siyasi aləmin yeni oyanış dövrü başlanmışdı. Bu inqilabi hərəkatın qüdrətli dalğaları gücləndiyi bir vaxtda “Molla Nəsrəddin” ədəbi-siyasi məcmuəsini, Cəlil Məmmədquluzadənin təbirincə desək, həyat özü, zamanın özü yaratmışdı. Və onun idealı da bu olmuşdu ki, Azərbaycan məmləkətində millət oyansın, inqilab ab-havasında öz torpağına sahib olsun, əkib-becərdiyindən özü bəhrələnsin. Həsən bəy Zərdabi, Nəriman Nərimanov, M.Ə.Rəsulzadə, Üzeyir Hacıbəyov, Əlibəy Hüseynzadə kimi onlarca hünərvər demokratik ziyalıların da idealı Azərbaycanı müstəqil, buxovlardan azad, məsud və xoşbəxt görmək idi. Bu gün anadan olmasının 150 illiyində xatirəsi əziz tutulan Nəriman Nərimanovun yaşadığı qısa ömründə (əlli beş ildə) vətən üçün, xalq üçün necə qəhrəmanlıqla çalışmasını minnətdarlıqla yad edirik. Nəriman Nərimanov keçən əsrin 90-cı illərində taleyini Azərbaycanın mədəni mərkəzi Bakıya bağladığı ilk günlərdən çoxcəhətli ictimai fəaliyyətə başlamışdı. O, bütün şüurlu həyatını Azərbaycanın səadəti yolunda mübarizəyə həsr etməyə and içmişdi. Nərimanov son nəfəsinə qədər müqəddəs andına sadiq qaldı. Nəriman Nərimanov müasirimizdir. O, öz söz-söhbəti, əməlləri ilə bu gün də yaşayır və ümumxalq işimizə kömək edir. Nərimanovun sözü ilə əməli bir olduğuna görə başı çox bəlalar çəkdi, lakin əyilmədi. Qəlbində xalqına olan böyük məhəbbəti qeyri-bərabər mübarizələrdə ona dayaq oldu. Büllur saflığın təcəssümü Nəriman Nərimanov təkcə Zaqafqaziyada deyil, bütün Şərq ölkələrində əməkçi müsəlman xalqlarına azadlıq və istiqlaliyyət yolunu göstərdi. “Bəşəriyyətin geri qalmış hissəsinə” – bacardığı qədər kömək etməyi özünə həyat məqsədi seçən Nərimanov realist və inqilabi demokratik ədəbiyyatın yaradıcılarından biri, tarixi, faciə janrının banisi, gözəl nasir, qüdrətli publisist, teatr xadimi, qayğıkeş müəllim, həkim, mətin inqilabçı, dövlət xadimi olmuşdur. Bu çoxcəhətli fəaliyyəti əsrimizin keşməkeşli ictimai-siyasi hadisələri qaynağında vüsət tapmışdı. Azərbaycan ictimai fikrinin bahadırı Nərimanovun odlu məşəl kimi yanan qəlbinin döyüntüləri bu gün həmişəkindən daha aydın eşidilməkdədir. Xalqın birliyi və suverenliyi, müstəqil Azərbaycanın bütün Şərqə nümunə olması onun ideallarının tacı idi. O, həqiqi beynəlmiləlçi kimi tarixən ayrılmaz tellərlə bağlı xalqların əlaqəsini qarşılıqlı, bərabərhüquqlu əməkdaşlıqda görürdü. Ona görə də birinci növbədə millətin özünü tanımasını, öz hüququnu dərk etməsini başlıca amil hesab edirdi. Nərimanova görə, dilin, məktəbin, mətbuatın və ədəbiyyatın milli məzmunu hürriyyətə bağlıdır. Onsuz heç bir millət özünü tanıyıb hüququnu qoruya bilməz. Nərimanov məmləkət üçün işləyən hər kəsdən birinci növbədə vətənpərvərlik tələb edirdi. Onun fikrincə, “vətənin qədrini o kimsə bilər ki, vətən ilə ruhani rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün”. Bu baxımdan çox zaman bəxtimiz gətirmir, ona görə də başımıza olmazın müsibətlər gəlir, bəlalara düçar oluruq. Lakin təsəllimiz xalqımızın ictimai-siyasi hadisələrə fəal münasibəti, yeni təfəkkür tərzi və dirçəlişidir. İnanırıq ki, Nərimanovun vəsiyyətləri bütün keçilməz maneələrə, çətinliklərə qarşı mübarizədə, birlik və suverenliyin tam bərqərar olmasında xalqımızın yoluna nur çiləyən sönməz məşələ çevriləcəkdir. “Əziz oğlum, əgər mənim həyatımı öyrənsən yəqin edərsən ki, hər halda 1925-ci ilədək başqaları üçün yaşamışam…”. “Mənim əziz Nəcəfim! Hökmranlıq dalınca qaçma, o, adamı korlayır. Bir adama yaxşı bələd olmaq istəyirsənsə, onun bütün daxili aləmini, yaxşı, pis cəhətlərini bilmək istəyirsənsə, həmin adamı bir müddət hakimiyyət başına qoy; o, bütün ləyaqət və nöqsanlarını özü aşkar edəcəkdir. Əgər sən buna, yəni kütləni yalansız və riyasız öz ardınca aparmağa hazır deyilsənsə, ondan imtina etməyin daha yaxşıdır… Amma kütlə səni qiymətləndirirsə, sənin rəhbərlikdə iştirakını zəruri sayaraq sənə etibar edirsə və sən də bu etimadın müqabilində ümumi işə həqiqətən fayda gətirə biləcəyinə əminsənsə, imtina etmə. Ancaq bir şərtlə: kütlənin istəyinin məcburiyyət nəticəsi deyil, könüllü olduğunu dərk edirsənsə. Əgər xəyalında zərrə qədər şübhə olsa ki, səni kim tərəfindən olursa-olsun, zorla seçirlər, yaxşısı budur ki, imtina et. Əks-təqdirdə sən nəinki kütlə arasında, həm də vicdanın qarşısında ləyaqətini itirərsən. Ləyaqətinə görə deyil, məcburiyyət nəticəsində hakimiyyət başında olduğunu hər dəfə dərk edəndə sən məlum bir vicdan əzabı çəkəcəksən, getdikcə hörmətin nəinki kütlənin, hətta öz gözündən də düşəcək…”. Nərimanov Azərbaycanın gələcək xoşbəxtliyi üçün gənc nəslin düzgün, zamanın tələbinə uyğun təlim-tədrisinə diqqət yetirməyi müəllimlərin qarşısında təxirəsalınmaz vəzifə kimi irəli sürürdü. O, müəllim kimi yeni cəmiyyətə qədəm qoyan pedaqoji məktəbin ilk məzunlarına tövsiyələrlə müraciət edir. Onlara bütün çətinliklərə dözərək gənc nəsli zəhmətə alışdırmağa, cəsur, dəyanətli, doğruçul, sədaqətli vətəndaş kimi tərbiyə etməyə çağırırdı. Nəriman Nərimanov Azərbaycanı Şərq üçün bir məktəb səviyyəsində görmək arzusunda idi. O, deyirdi: “Əziz yoldaşlar! Təzə həyata qədəminizi təbrik edirəm. Vəzifəniz hər nə qədər qayət çətin, ağır, məsuliyyətli bir vəzifədirsə, bunu da düşünməlisiniz: insanın ruhunu ucaldan bir çox şey varsa, onun ən birincisi zəhmətdir. Mən istərdim, siz gələcək həyatınızda üç məsələyə diqqət edəsiniz: Sizin tərbiyənizdə olan Azərbaycan balaları gərək zəhmətsevən olsunlar, yəni başqasının yox, öz zəhmətinin qüvvəti ilə ehtiyaclarını rəfedici olsunlar. Bunun üçün balalara təbiəti sevdirmək, onları təbiətin əlamətləri ilə maraqlandırmaq lazım gəlir. Sizin tərbiyənizdən çıxan cavanlarımız gərək cəsur, cürətli və dəyanətli olsunlar. Yəni bir parça çörəkdən ötrü ikiüzlülük etməsinlər, filankəsin xoşuna gəlmək üçün “qatığa qara” deməsinlər. Amandır, yoldaşlar! Buna yaxşı fikir veriniz. Mənsəbdən ötrü yalan söyləyən, gündə vicdanını satan ikiüzlü adamlar – bizim gələcək kommunaya üzv ola bilməzlər. Ona binaən, uşaqlarla daima əlaqədar olaraq hərəkətinizdə, sözünüzdə artıq dərəcədə ehtiyatlı olmalısınız. Çünki uşaq gördüyünü tez götürər. Biz iddiamızdan əl çəkmirik: Azərbaycan Şərq üçün bir məktəbdir, yəni Şərq hazırkı halında qalarsa, biz ona hər cəhətdən müəllim olacağıq… Ona binaən dilimizi lüzumsuz, qeyrisinin lisanının təsiri altında saxlamaq bütün işimizi təxirə salar. Bu səbəblərə görə dilimizi müstəqil bir şəklə salmaq üçün ən çox siz müəllimlərə ümid bağlayıb məktəbi bitirməyinizi yenə də səmimi-qəlbdən təbrik edirəm”. XX əsr Azərbaycanın ictimai-siyasi fikir tarixində Nəriman Nərimanovun xidmətləri danılmazdır. Onun doğma xalqı, vətəni uğrunda mübarizəsini, ədəbi fəaliyyətini əks etdirən monoqrafik əsərlər az yazılmamışdır. Lakin yüz ildən çox keçməsinə baxmayaraq, N.Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə subyektiv mülahizə söyləyənlər tapılır. Bunun başlıca səbəbi real tarixi hadisələr, hər hansı ictimai-siyasi xadimin fəaliyyəti tarixilik baxımından, yəni dövrü, şəraiti dərindən öyrədilmədiyinə görə baş verir. Əgər araşdırmaçı-alim xüsusi tədqiqat aparmadan bir problem barədə fikir söyləmək istəyirsə, mövcud ədəbiyyata, mötəbər sayılan elmi-monoqrafik əsərlərə müraciət edə bilər. Əks halda, tarixi hadisələrə müxalif təfəkkürlə birtərəfli, subyektiv yanaşmaqla yanlış yola düşə bilər. Türkiyə filoloqu Yavuz Bülənt Bakilərin 2009-cu ildə İstanbulda “Türk edebiyyatı vakfı” nəşriyyatında çap etdirdiyi “Azərbaycan ürəyimdə bir şah damardır” kitabında Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyəti barədə söylədiyi yanlış fikirlər bu cəhətdən səciyyəvidir. Əslən qarabağlı olan Yavuz Bülənt Bakilər Azərbaycanın klassik və müasir ədəbiyyatının təbliğ edilməsində müəyyən xidmətləri olan ədəbiyyatşünas alim kimi tanınır. Lakin çox təəssüf ki, o, bəzən Azərbaycanda dərc olunmuş müxtəlif məsləkli əsərləri saf-çürük etmədən mötəbər mənbə kimi qəbul edir, onların təsiri altında yanlış mülahizələr də söyləyir. Azərbaycanın tarixi müsibətindən xəbərsiz olan, 1920-ci illərdə baş verən hadisələrin mahiyyətini bilməyən Yavuz bəy o dövrün tarixi hadisələrini şərh edərkən ölkəmizə qarşı düşmənçilik siyasəti yeridən dönüklərin mülahizələrinə əsaslanır. XI Qızıl Ordunun Azərbaycanı işğal etməsinə, Azərbaycan neftinin Rusiyaya daşınmasına, rus ordusunun Azərbaycanda yerləşdirilməsinə, məscidlərin bağlanmasına, repressiya dövründə sürgünlərə, “fikir, sənət adamlarının sürgün və qətliamlarına”, sovet rejimi dövründə baş verən bütün neqativ hadisələrə görə Nəriman Nərimanovu ittiham edir, onu suçlayır. Azərbaycan müxalifətinin və doğma xalqına qarşı cinayət törədib xaricdə ömrünü çürüdən dönüklərin sərsəmləmələrini Yavuz əfəndinin təkrar etməsi təəssüf doğurur. Zatən qarabağlı olan, “Azərbaycan ürəyimdə bir şah damardır” – deyən Yavuz Bülənt Bakilərin Azərbaycan sevgisinə şübhə etmirik. Amma yaxşı olardı ki, o, tədqiqatlarında əsaslı mənbələrə istinad edib 1920-ci illərin hadisələrinə tarixilik baxımından yanaşaydı. Populist cızma-qara yazılarla müxalif cəbhənin fikirlərini təbliğ edərək tarixi həqiqəti unutdurmaq olmaz. Azərbaycanda və xarici ölkələrdə nəşr olunan böhtan dolu mənbələrdən bəhrələnən cənab Yavuz Bülənt Bakilər heç olmasa Nəriman Nərimanovun “Ucqarlarda inqilabımızın tarixinə dair”, “V.İ.Leninə məktub”, “Oğlum Nəcəfə məktub”, “Qarabağ məsələsinə dair sənədlər” tarixi materialları ilə tanış olsaydı, iftira və böhtan danışmazdı. Bu tarixi sənədlər müəllim, yazıçı, publisist, ictimai-siyasi xadim Nəriman Nərimanovu Azərbaycan xalqının qeyrətli, təəssübkeş fədakar oğlu kimi səciyyələndirir. Onun vətən, xalq taleyi uğrunda təkbaşına ölüm-dirim mübarizəsi aparmasını, pərvanə kimi özünü atəşə atdığını sübut edir. Burada, “Qarabağın taleyi” ilə əlaqədar bir hadisəni xatırlatmaq istəyirəm: 1921-ci il iyulun 4-də RKP MK Qafqaz bürosu plenumunda Stalin, Orconikidze, Maxaradze, Nərimanov, Myasnikov, Kirov, Nazarapetyan, Oraxelaşvili və Fiqatner Qarabağ məsələsini müzakirə edirlər. Dağlıq Qarabağı Ermənistan SSR-in tərkibinə daxil etmək qərara alınır. Nəriman Nərimanov bu qərara etiraz edir, “Azərbaycan üçün Qarabağ məsələsinin zəruriliyini nəzərə alaraq onu RKP MK-nın qəti qərarına keçirilməsini” təkid edir. Bununla da kifayətlənməyib Leninə zəng vuraraq qəti etirazını bildirir. Ertəsi gün, 5 iyul 1921-ci ildə Qafqaz bürosu plenumu həmin tərkibdə toplaşaraq Qarabağ haqqında qərara yenidən baxmalı olur. Nəticədə Dağlıq Qarabağın Azərbaycan SSR-in hüdudlarında saxlanması qərara alınır (bax: Nəriman Nərimanov. “Məktublar və Qarabağ məsələsinə dair sənədlər”. B., 2002, səh. 88-92). Nəriman Nərimanov Mərkəzi Komitəyə göndərdiyi “Ucqarlarda inqilabımızın tarixinə dair” məxfi məktubunda ermənilərin Dağlıq Qarabağdan əl çəkmədiklərini ciddi tənqid edir. O, İ.V.Stalinə açıq-aşkar yazır: “Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir”. “Dağlıq Qarabağ Mirzoyanın güclü təsiri altında Muxtar Vilayət elan edilmişdir. Mənim vaxtımda bu mümkün olmamışdı…”. “Mirzoyan erməni daşnak müəllimlərinin köməyi ilə zəmin hazırladı və məsələni Zaqafqaziya Diyar Komitəsində keçirdi… Mənim zərrə qədər də şübhəm yoxdur ki, Serqo və Stalinin simasında AKP MK biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır” (orada, səh. 75). Nəriman Nərimanov Dağlıq Qarabağın ermənilik və xristian təəssübkeşlər qaragüruhu tərəfindən Ermənistana birləşdirilməsinə imkan vermədi. O vaxt belə bir cəsarəti ancaq xalq, vətən yolunda ölümdən qorxmayan böyük bir şəxsiyyət edə bilərdi. Xatırlatdığım bu məsələ Nəriman Nərimanovun mübarizəsi və mövqeyi barədə aydın təsəvvür yaradır. Tarixi həqiqət hər cür yalan və iftiranı rədd edir. Azərbaycan xalqının böyük oğlu, XX əsrin görkəmli ictimai-siyasi və dövlət xadimi, ədib və həkim Nəriman Nərimanovun büllur, saf şəxsiyyətinə heç kəs kölgə sala bilməz. O, əbədiyaşardır. Milli dəyərlərimizin hamisi Heydər Əliyev öz çıxışlarının birində demişdir: “Şəxsiyyətləri itirmək olmaz. Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məhəmməd Əmin Rəsulzadə də böyük şəxsiyyətlərdir. Nəriman Nərimanov da. Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. …Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur… Tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir. Onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz… Nəriman Nərimanov elm, mədəniyyət xadimi kimi Azərbaycan tarixində olan bir adamdırsa, böyük bir ədəbi irs qoyub gedibsə, belə etmək olarmı? Şübhəsiz ki, belə hallara yol verilməməlidir”. *** Nəriman Nərimanov şərəfli, ibrətamiz ömür yolu keçmişdir. O, bütün həyatı boyu ürəyini məşələ çevirib bəşər övladının məsud, əmin-aman, müstəqil yaşaması uğrunda mübarizəyə aparmışdır. Nəriman Nərimanov Kərbəlayi Nəcəf oğlu 1870-ci il aprelin 14-də Gürcüstanda Tiflis şəhərində anadan olmuşdur. Tiflis ruhani məktəbində ibtidai təhsil almışdır (1879-1885). Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir (1885-1890). Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndində pedaqoji fəaliyyətə başlamışdır (1890-1891). Bakıda Pobedonostsevin şəxsi progimnaziyasında (sonra imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında) müəllim, müfəttiş işləmişdir. İlk xalq qiraətxanası açmışdır (1894). “Nadanlıq” (1894), “Şamdan bəy” (1895), “Nadir şah” (1899) pyeslərini, “Bahadır və Sona” (1896-1908) romanını nəşr etdirmişdir. Eyni zamanda “Tərcüman”, “Kaspi” qəzetlərində ilk məqalələrini dərc etdirir. Bu dövrdə N.V.Qoqolun “Müfəttiş” komediyasını doğma dilə çevirir (1892), məktəblilər üçün dərsliklər tərtib edir: “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi”, “Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça”, Müəllimsiz türk dilini öyrətməkdən ötrü ruslar üçün asan kitabça” (1891-1900), Müəllim və aktyor kimi tanınır (1891- 1902), Odessa şəhərində Novorossiya İmperator Universitetinin tibb fakültəsində təhsil alır (1902-1908). Burjua demokratik inqilabi hadisələri ilə əlaqədar universitet müvəqqəti bağlandığı vaxtlar (1905-ci ilin payızından 1906-cı ilin sonlarınadək) Bakıda “Hümmət” təşkilatına daxil olur. “Nicat” maarif cəmiyyətində teatr və konsert tamaşaları, ədəbi dərnəklər təşkil edir. İran sosial-demokrat təşkilatının yaradıcılarından biri kimi, ictimai-siyasi və publisistik fəaliyyəti ilə İran inqilabına kömək edir. RSDFİ məramnaməsini Azərbaycan dilində tərcümə edir. Qafqaz müsəlman müəllimlərinin I qurultayının təşkili və keçirilməsində ciddi çalışır (1906, 15 avqust) “Həyat”, “İrşad” qəzetlərində “Nər”, “Arı bəy” imzaları ilə felyeton, siyasi-publisist və ədəbi tənqidi məqalələrini çap etdirir. Novorossiysk İmperator Universitetinin tibb fakültəsini bitirdikdən sonra Bakı səhərində müalicəxana açmaq istəsə də icazə verilmir (1908). İran inqilabçılarına yaxından kömək məqsədi ilə Tiflisə gedib orada işə düzəlmək istəyir (1909). Təqib olunduğundan həmin ilin mart ayının 1-də həbs olunur (1909, sentyabr). İlk gündən burada həkimlik etınəyə “Xolera-vəba”, “Çixotka-vərəm”, “Aləmi-nisvan”, “Tibb və İslam”, “Əyyaşlıq” mövzularında mülahizələr oxuması onu xalq həkimi kimi tanıdır. “Bührani-tərəqqi”, “İdel”, “Prikaspiyski kray” qəzeti redaksiyaları ilə sıx əlaqə saxlayır, elmi-publisistik məqalələrlə çıxış edir. “Ümumrusiya vərəmə qarşı mübarizə cəmiyyəti” Həştərxan şöbəsinin üzvü kimi “Ağ çiçək” həmrəylik mərasiminin təşkili və keçirilməsində fəal çalışır. İnqilabçı-demokrat tatar şairi Abdulla Tukayla şəxsən tanış olur (1911). Professor İ.İ.Meçnikovu “Şurayi-islam” cəmiyyətinin ziyalıları adından təbrik edir, onun vərəmə qarşı mübarizəsində köməkliyini əsirgəmir. Həştərxan Xalq Universitetinin sədri seçilir (1912-1913). Sürgündən sonra Bakıya qayıdıb “Qara şəhər”də xəstəxana müdiri vəzifəsinə işə düzəlir. İctimai və ədəbi fəaliyyətini gücləndirir. Bədii əsərlərini yenidən nəşr etdirir. Dövri mətbuatda ədəbi-publisistik məzmunlu məqalələrlə çıxış edir. “Xalq evi” cəmiyyəti idarə heyətinin üzvü, “Qənaət” kooperativi idarə heyətinin sədri seçilir. Gizli inqilabi fəaliyyətini leqal ictimai fəaliyyətlə əlaqələndirir. Fəhlələrin Rusiya imperiyası hakimiyyətinə qarşı mübarizəyə hazırlanmasında ciddi işlər görür. “İqbal”, “Bəsirət”, “Açıq söz” və s. qəzetlərdə “Arı bəy”, “Nər”, “Doktor N.Nərimanov” imzaları ilə tibbə dair elmi-kütləvi məqalələr ədəbi-tənqidi və ictimai-siyasi publisist əsərlərini çap etdirir (1913-1916). “Tənqid gecələri” ədəbi dərnəyi təsis edir. Bu məclisdə yeni çıxan əsərlər müzakirə olunur (1914). Bolşevik “Hümmət” təşkilatı komitəsinin sədri və RSDF (b) II Bakı komitəsinin üzvi seçilir. “Hümmət” bolşevik qəzetinin “El həyatı” jurnalının baş redaktoru olur (1917-1918). Şəhər dumasına və Müəssislər məclisinə namizəd göstərilir (1917). Bakı Xalq Komissarları Sovetinin tərkibində şəhər təsərrüfatı komissarı kimi çalışır (1918). Bakı qəza kəndli deputatları Sovetinin I qurultayının təşkilatçılarından biri kimi tanınır. Ağır xəstələndiyinə görə 1918-ci ilin iyun ayında Həştərxanda Tinaki palçıq müalicəxanasında müalicə olunur. Çox çəkmir ki, Həştərxanda ictimai-siyasi fəaliyyətini davam etdirir. Burada Həştərxan vilayətinin müsəlman işləri üzrə hərbi-siyasi komissarlığın səhiyyə şöbəsinə rəhbər, Həştərxan quberniya maarif şöbəsinin müdiri, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifələrində çalışır. Moskvaya çağırılır. RSFSR Xalq Xarici İşlər Komissarlığı Yaxın Şərq şöbəsinin müdiri, həm də Xalq Milli İşlər Komissarının müavini təyin olunur. Xalq Milli İşlər Komissarlığı Kollegiyasının üzvü kimi ona Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissar vəzifəsi həvalə edilir. Azərbaycanda Sovet Hakimiyyətinin qələbəsi ərəfəsində Azərbaycan İnqilab Komitəsinin, sonra isə Azərbaycan SSR XKS-in sədri seçilir (1920, 7 aprel). Şərq xalqlarının birinci qurultayının hazırlanması və keçirilməsində fəal iştirak edir (1920, sentyabr). “Şərq xalqlarının təbliğat və fəaliyyət Şurası” tərkibinə seçilir. Zaqafqaziya Federasiyası İttifaq Sovetinin sədrlərindən biri olur. RK (b) XII-XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilir. İtaliyada, Beynəlxalq Genuya konfransında sovet nümayəndə heyətinin tərkibində olur (1922). SSRİ MİK sədri seçilir (1922, dekabr). Ölkə daxilində ən mühüm dekret, qərar və müraciətnamələrin, eləcə də xarici siyasət tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində fəal çalışır. Şərqşünaslıq Elmi Cəmiyyətində və onun “Novıy Vostok” jurnalında əməkdaşlıq edir. 1925-ci il martın 19-da Moskvada qəflətən ürək partlamasından vəfat edir, martın 23-də orada Kreml divarları qarşısında dəfn olunur. Onun vəfatı ilə ölkənin bütün dövlət idarələrində iş dayandırıldı. 23 mart matəm günü elan edildi. Hər yerdə dövlət bayraqları 5 dəqiqəliyə endirildi, toplardan yaylım atəşi açıldı. Moskvada Şərqşünaslıq İnstitutu uzun müddət onun adını daşıyıb. Moskvada, Bakıda, Həştərxanda, Ulyanovskda, Marneulidə keçmiş SSRİ-nin digər şəhər və rayonlarında adına küçə, meydan, məktəb və s. qoyulub, Bakıda və bir sıra yerlərdə abidəsi ucaldılıb. Moskvada yaşadığı binada qranitdən barelyef portreti təsvir olunan xatirə lövhəsi, Tbilisidə və Bakıda xatirə muzeyi açılıb. Onun haqqında bədii və sənədli filmlər çəkilib, ədəbi musiqi, rəssamlıq əsərləri yaradılıb. Nəriman Nərimanovun həyat salnaməsi – onun ictimai-siyasi və dövlət xadimi, ədib, müəllim, həkim kimi çoxcəhətli fəaliyyəti haqqında təsəvvür yaradır. Onun titanik zəhmətinin istiqaməti ömrünü sərf etdiyi idealı, bəşərin əzəli Şərq xalqlarını əsarətdən xilas etmək, istiqlal yoluna, xoşbəxtliyə qovuşdurmaq olub.
Gənc esseist Nargisin “Metakədər” kitabı çap olunub. Kitaba 2016-2020-ci illərdə “Ədəbiyyat qəzeti”ndə çap olunmuş silsilə yazıları daxil edilib. “Mücrü” nəşriyyatının “Proza” seriyasında nəşr edilmiş kitabın redaktoru filologiya elmləri doktoru Elnarə Akimova, ön sözün müəllifi «Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, naşiri Müşfiq Xandır. Mənbə:http://edebiyyatqazeti.az/
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə yazdığı məqalə Özbəkistan Respublikasının aparıcı mətbuat orqanlarından birində-“Kitab dünyası” qəzetində özbək dilində işıq üzü görüb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, gənc xanım yazar Şəfa Vəliyevanın “Bir az vaxtım var…” povesti Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalında işıq üzü görüb. Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Vəliyevanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” dərgisində (Tokat şəhəri) 40. sayısında “Ən sadə şəkil” hekayəsi dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
“Ulduz”un ötənilki dekabr sayında Aslan Quliyevin tərcüməsində Dilek Yükselin “Pompeyi sevərkən” hekayəsi yer alıb. Maraqlı hekayədir, insan düşüncəsini xaraba qoymağa yetir. Necə ki Vezuvi püskürüb Pompeyi xaraba qoymuşdu… Hekayədə Pompeyin obrazı kimi Rahib Vitanı görürük. Və onun Maximaya sevgisini… İnsanlar canlarını qurtarmaq, yaşamaq üçün Tanrılara olan sevgilərinin hüdudsuzluğunu sübut etməyə çalışır. Amma insanın insana sevgisi mücərrədliyə ünvanlanan bütün sevgilərdən daha dərindir. Rahib Vita da günbəgün Maximaya olan sevgisiylə qısqanclığın, şübhənin dərinliyinə enir, daha doğrusu, ehtirasın və heç vaxt Maximaya qovuşmayacağını bilməyinin doğurduğu kədərin əliylə dibə sürüklənir. Bəs bu dibdə onun qazancı nədir? Əlbəttə ki, ölüm! Həyat qarşı-qarşıya dayanmış iki piramidadır; biri yerin üstündə, biri yerin altında (Yer deyəndə də şərti olaraq insan həyatını nəzərdə tutarıqsa). Hər iki piramidanın da sonuncu tək daşı ölümdür – istər bir ömür boyu üzüyuxarı addımla, istərsə də üzüaşağı. Dilek Yükselin hekayəsində Rahib Vita əvvəlcə Tanrılara olan inancı və sədaqətiylə üzüyuxarı addımlayır, sonra Maximaya olan sevgisi onu aşağı dartır. Biz sevgini hisslərin ən alisi, ən yüksəkdə dayananı zənn edirik. Bəs, İradə Aytelin “Qanlı öpüşlər”inin qadın qəhrəmanını ən bağışlanmaz səhvə – insan öldürməyə sürükləyən nəydi? Sevgi deyildimi?.. Rahib Vitanı Tanrılardan daha ehtirasla sevdiyi Maximanın boğazından ikiəlli yapışıb var gücüylə sıxmağa məcbur edən də eyni hiss idi… Və insanlığın – simvol olaraq Pompeyin faciəsi belə başlanır: sevgi öldürəndə… 8 yanvar 2020 *** “Ədəbiyyat qəzeti”ndə Qulu Ağsəs”in “Duman” hekayəsini oxudum. Hekayədə Azərbaycan ailəsinin “yazılmamış qanunları”nın bir yox, bir neçə “məcəlləsi” ilə tanış oluruq. Anayla bibinin “uşağı kim çox istəyir” yarışı, bibioğlu-dayıoğlu arasındakı yaş fərqinin “böyük-kiçik söhbəti”nə dönməsi, kənddə “dəli-dolu” olmasıyla ad çıxaran Dumanın başçı seçilməsi kimi kiçik “ipucları” bəs edir ki, bir ailə haqqında ümumi fikir sahibi olasan… Hekayənin əvvəlində Qulu Ağsəs oxucunun diqqətini ermənilərin günahsız insanlara atəş açmasına, kəndi qorxu içində saxlamasına çəkməyə cəhd edir. Amma hekayəni oxuyan istənilən oxucudan soruşsan, “Duman kişi adamdır”-deyəcək, vəssalam… Çünki qəfildən hekayənin məcrası dəyişir; Qrişanın Dumana “ilan dili çıxartması”yla onun Noranı evlərinə gətirməsi, gizlətməsi, Noranın Rostova göndərilməsi bir-birini ardıcıl izləyir. Sonda isə Dumanın 3 min əskiyi çıxır. Məhz Noranın Rostova göndərilməsi üçün Qrişaya lazım olan 3 min. Qulu Ağsəs qəhrəmanının sonrakı taleyi ilə bağlı məlumat vermir. Bu da oxucuya fürsət verir ki, düşüncə dənizinin dərininə baş vurmadan elə bu cümlə ilə kifayətlənsin: “Duman kişi adamdır!” Vəssalam! …Qulu Ağsəsi şəxsən tanıyanlar bilir ki, o, xatirələrinin dolaşığındadır, nə vaxtsa bu xatirələri nizama salmaq ümidindən də çoxdan əlini üzüb. Nə olar, qoy olsun. Onun indiyə qədər yazdıqları kimi, indən sonra yazacaqları da xatirələrin içində “azdığı” vaxt əlinə keçən ilmələrdir. Bütöv bir xalça xanasındakı bircə ilmə. Özü də ərişdən-arğacdan keçirilib, amma həvələnməyib, bıçaq vurulmayıb. 6 fevral 2020
Kitabxanaların
fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını
və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş
İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar”
Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib.
İzləyicilər
A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq bir suala cavab verməlidirlər.
Ən
maraqlı cavablar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube
kanalında, bir sıra Veb saytlarda yerləşdiriləcək.
Xatırladırıq
ki, “Kitabsevər uşaqlar”ın on iki mindən
çox izləyicisi, baxış sayı isə üç milyondan çoxdur.
Torpaqdan, toxumdan, dəndən gəlməsəm,
Qurandan, kitabdan, dindən gəlməsəm,
Dərdi çoxalanda yerdəkilərin
Göylərə saldığı gündən gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?
Minadan gəlməsəm, Turdan gəlməsəm,
Allahın verdiyi nurdan gəlməsəm,
Sinəmi saz edib, əlimi mizrab,
Qopuzdan, Qorquddan, qordan gəlməsəm,
Mən hardan bilərdim şairlik nədir?
Gedir qismətinə, bəxtinə sarı,
Yorulmur qarışqa, dincəlmir arı.
Qəlbimi riqqətə gətirməsəydi
Ana təbiətin yaratdıqları,
Mən hardan bilərdim şairlik nədir?
Fələklər sirdaşı, mələklər yarı,
Hər misra şairin sərvəti, varı.
Qulaq eşitməsə, könül duymasa
Göylərdən süzülən pıçıltıları,
Mən hardan bilərdim şairlik nədir?!
Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın.
2. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2020-ci il.
29 yıldır sadece “fikrin değerini bilenlere…” hitap eden Kardelen dergisinin 103. sayısı çıktı.
Dergi yeni sayısında; “Mâddi ve Mânevi Sağlığımız” konusunu ele alıyor. Kapakta okuyucuya, Üstad Necip Fazıl’ın “Bir metre seksen santim boyunda, dinç, güzel, dik, vakur görünüşte, seyircisini tılsımlayan, açık alınlı, derin ve ateş bakışlı, nur yüzlü, her türlü illet ve marazdan salim, fevkalâde temiz ve sade giyinmiş, 35-40 yaşlarında kâmil bir insan tipi düşününüz. Bu tipin yanına da, kendi muhteşem ihtiyarlık nüshasiyle harikulâde sevimli çocukluk nüshasını ilâve ediniz; ve üçünü de el ele verdiriniz. İşte İslâm inkılâbının rüyasını gördüğü sıhhat ve güzellik tablosunun müşahhas ifade unsurları bunlardır.” sözüyle sesleniyor.
“Devlet, Vazifeni Yap!” başlıklı başyazıda Ali Erdal; “Yeryüzünde bulunan maddelerin helâl ve temiz olanlarından yiyin” ayetinden yola çıkarak sistemli olarak ve ehil kişilerle doğru bulunarak, cemiyetin de zinde ve sağlıklı olacağını söylüyor.
Dergi editörü yazısında; beslenme yönünden hatalarımızın çaresini, bugünün teknoloji tabiri ile fabrika ayarlarımıza dönerek, “Temiz ve helâlinden, bozulmamış gıdalar ile ihtiyacı karşılayacak kadar beslenerek, yeme içme alışkanlıklarımızı, öğün sayısını, tedavi yöntemlerini Anadolu’ya hâkim kültürün içinden süzüp almakta” arıyor. Site editörü de günümüzde sağlıklı yiyecek konusunda bilinçli tüketicilerin sayısının hızla arttığını ifade ediyor.
Bu sayıda yazarımız Yavuz SERT’in, daha önce Sağlık Bakanlığı İlâç ve Eczacılık Genel Müdürlüğü de yapmış olan İstanbul Medipol Üniversitesi Tıp Fakültesi Tıp Tarihi ve Etik Anabilim Dalı öğretim üyesi ve Geleneksel ve Tamamlayıcı Tıp Uygulama Araştırma Merkezi Müdürü Dr. Mahmut TOKAÇ Bey ile olan söyleşisi de okuyucularını bekliyor.
Üstad Necip Fazıl’ın “İdeolocya Örgüsü” adlı eserinden “Sıhhat ve Güzellik” bölümü ile başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.
Xəbər verdiyimiz kimi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində iki dəfə Sovet İttıfaqı Qəhrəmanı Həzi Aslanovun 110 illik yubileyi ilə əlaqədar hazırlıq işləri həyata keçirilir. Virtual oxuculara Həzi Aslanova həsr olunmuş şeirləri təqdim etmək məqsədilə Səməd Vurğunun “Qəhrəmanın ölümü”, Məmməd Təhməzovun “General Həzi”, İslam Səfərlinin “Təzə çiçəklər”, Boris Dubrovinin “Həzi Aslanov haqqında ballada” latın qrafikalı Azərbaycan əlifbasına çevrilmiş və “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında yerləşdirilmişdir.
Süleyman Rüstəm 1906-cı il martın 12-dəBakınınNovxanı[1] kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.