Xəbər verdiyimiz kimi, Müstəqil dövlətlərin Kitabyayımı Assosiasiyası Rusiya Federasiyası Mətbuat və Kütləvi Kommunikasiyalar Federal Agentliyinin tapşırığı ilə Uşaq Kitabı Həftəsi çərçivəsində uşaq rəsmi müsabiqəsini təşkil edəcək. Xatırladırıq ki, müsabiqə ənənəvi olaraq 1943-cü ildən keçirilir.

Bakı səhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) ikinci dəfədir ki, müsabiqədə iştirak edir. Oxucularla virtual rejimdə işləyən M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası altı ən yaxşı  rəsmi seçərək Moskvada keçirilən müsabiqəyə göndərdi.

Müsabiqəyə Böyük Vətən müharibəsində qələbənin 75-illiyinə həsr olunmuş rəsm,  2020-ci ilin yazıçı-yubilyarlarının H.X.Andersenin nağıllarının və A.Sent-Eksüperinin “Balaca şahzadə” əsərinin motivlərinə çəkilmiş şəkillər də təqdim oludu.

Müsabiqədə iki yaş kateqoriyası üzrə uşaqlar iştirak etmişdirlər: 1-ci kateqoriya –5 – 11 yaş; 2-ci  kateqoriya – 12 – 16 yaş.

Moskvada keçirilən müsabiqəyə Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri Aminə Hidayətli, Surə Sadiqova, Mədinə Həmzətovanın, habelə 6 №-li liseyin və 46 №-li orta məktəbin şagirdləri İradə Hacızadə və Anastasiya Bekeşanın çəkdiyi rəsmlər göndərilmişdir.