Martın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Xalq artisti Bəşir Səfəroğlunun 95 illiyi ilə əlaqədar kitabxananın fəal oxucuları ilə birlikdə “Qəm dolu ürəyin gülüşü” adlı tədbir keçirib.

İdarədən AZƏRTAC-a bildirilib ki, oxuculara Bəşir Səfəroğlunun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr haqqında geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan mədəniyyəti tarixində silinməz izlər qoymuş Bəşir Səfəroğlu qısa və mənalı ömrü müddətində yaddaqalan obrazlar yaradıb. İndinin özündə də elə bir Azərbaycan ailəsi tapılmaz ki, Bəşir Səfəroğlunun oynadığı filmləri, teatr tamaşalarını görəndə üzlərində sevinc, təbəssüm olmasın.

Qeyd edilib ki, onun xatirəsi Azərbaycan tamaşaçısının qəlbində həmişə yaşayacaq.

Mənbə: https://azertag.az/