Kitabxananın virtual rejimdə növbəti tədbiri

Kitabxanaların fəaliyyətini virtual məkanda səmərəli formada təşkil etmək, istifadəçilərin fəallığını və onların mütaliəyə maraqlarını artırmaq məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında sorğu təşkil edib.

İzləyicilər A.S.Puşkinin “Balıqçı və balıq nağılı”nı oxuyaraq  bir suala cavab verməlidirlər.

Ən maraqlı cavablar “Kitabsevər uşaqlar” Facebook səhifəsində və YouTube kanalında, bir sıra Veb saytlarda yerləşdiriləcək.

Xatırladırıq ki,  “Kitabsevər uşaqlar”ın on iki mindən çox izləyicisi, baxış sayı isə üç milyondan çoxdur.

 https://www.facebook.com/pg/kitabseverushaqlar/posts/?ref=page_internal 
https://www.facebook.com/kitabseverushaqlar/photos/pcb.2529131094011890/2529130484011951/?type=3&theater