Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Adamlardan dağ olmadı, Bilmədim kimə söykənim, Gəlib ağaca yaslandım, Ağac məni saxladı.
Bulaq oldum dum-duru, Dedilər bulanıqdı. Süzüldüm, daşdan süzüldüm, Süzüldüm, qumdan süzüldüm, Torpaq mənə inandı, Adamlar inanmadı.
Nə illahdı bilmirəm, Tapılmır çəmim, yönüm. Yollar da o yol deyil , Gedəsən gün doğana. Elə mat-mat baxıram Əllərimə, ilahi. Əllərim qanad deyil, Ah, kaş ki qanad ola…
* * *
Sahil boyu qovmamış külək bizi, Gəl isidək əlimizi günəşə. Quş edəydi yaradan gərək bizi, Çevirəydik yönümüzü günəşə.
Yay da bitir, yenə xəzəl, yenə qəm. Son yarpağı qoparacaq yel hələ. Mən çovğuna borana da dözərəm, Bircə baxıb gözlərimə gül hələ.
Bəlkə gülsən unudular dünənlər, Zülmətlərə yem olmaram birdə mən. Həyatıma əli odlu gələnlər, Ürəyimi kül eyləməz, Birdənəm.
Ah, nə gözəl açılıbdır sübh bu gün, Saçlarında çəmənlərin gülləri. Sən ən gözəl mücəvhərsən mənimçün, Boyunbağım əllərindir, əllərin.
İlk saralan yarpaq idi son bahar, İsti idi dəniz hələ, qum hələ. Ürəyimdə şirin-şirin xəyallar, Sinəm üstə gözlərini yum hələ, Xəyal elə xəyal elə mənimlə…
Ulu Tengri göy üzündən qəzəbini yağış kimi yağdıranda , ruhlar göydən yerə endiyi gün monqollar arasında yenidən çaxnaşma başlamışdı. Həmin gün Şaman Kokoçunun qabırğasını sındırmışdılar .Şaman Kokoçu çadırda yatağında uzanılı vəziyyətdə idi. Çadırda tək qalan Kokoçunu ölümə tərk etmişdilər. Avarqa Kokoçunu görmək üçün xəlvət çadırın arxa tərəfindən fırlanaraq çadıra daxil oldu.Gördüklərinə inanmaqda çətinlik çəkən Avarqa bunun bir yuxu olduğunu yəqin edirdi. Avarqanın təlaşını anlayan Şaman Kokoçu:-Qorxma Avarqa, heç nədən qorxma.-Sənin axı qabırğanı sındırmışdılar, bu necə ola bilər ?-Deməli ,Göy Tengri hələdə məni yadından çıxarmayıb Avarqa .Şaman Kokoçu müqəddəs ocağın ətrafında əlindəki qavalla ruhları səsləyirdi:-Biz pis iş görmüşük Avarqa, ata ruhları qəzəblənib. Fəna işlər görüb bozqır xalqlarını fəlakətə sürükləmişik.-Axı onlar sənin qabırğanı sındırdılar Kokoçu.-Düzdür, ancaq bizdə zamanında onlara pislik etmişik. Hasarı təkləyib atından salmışdıq. Onsuz da Bozqırdakı bütün tayfalar bir- biri ilə düşmənə çevrilib. Bir sözlə Kokoçu Bozqırda kələfin ucu itib.-Bu bizim taleyimizə yazılıb Avarqa.Ocağın alovları çadırın dirəklərinə qədər çatırdı.Kokoçu ocağa dua edirdi.Çadırın ortasında ocaq ,ocağın qarşısında isə müqəddəs Qayın ağacından düzəldilmiş dirəkdən at kəlləsi asılmışdı.Şaman Kokoçu bir tasa su töküb Avarqaya tərəf uzatdı:-Al iç Avarqa , ruhların qəzəbi soyumadı.Qayın suyu qəlbimizə əbədi rahatlıq gətirsin. Göy Tengri günahlarımı bağışlasın.Erlik xan mənə qəzəblənib.Kayra xanın müqəddəs Onon adlı yerində Çingiz xanı mən xan elan etmişdim. Ruhlar Göy üzünə xəbər apardı :-Teb Tengri Çingiz xanı bütün monqol boylarının xanı elan etdi.Amma mən sonradan Yer üzünün tək xanı Çingiz xana qarşı fitnəliklər edib , xonxotanları ağır durumla üz – üzə qoydum.Qulaq as Avarqa ,göy üzü qaranlığa bürünəndə Burxan Xaldun dağının ruhu içərimdəki enerjini məndən alacaq.Sənin getmək zamanın gəldi , səni görsələr halımız yaman olacaq.Avarqa dizlərini yerə qoyaraq Kokoçuyla vidalaşdı.Avarqa kimsəyə görünmədən çadırı tərk elədi.Şaman Kokoçu ayağa qalxaraq qavala vuraraq ruhları səsləyirdi:Erlik xanın qəzəbindən məni qoruyun ata ruhları ,məni bu dünyada və o biri dünyada qutlandırın .Ucsuz – bucaqsız Bozqırda xain kimi ölməkdən məni xilas edin. Tezliklə tinimi göy üzünə çəkin. Qoy Göy Tanrı məni cəzalandırsın..Ulu Günəş nurunu yer üzündən alanda ,axşama yaxın Subutay Şaman Kokoçunun çadırı ətrafına beş keşikçi yerləşdirmişdi.Avarqa çadırdan çıxarkən Naya onu görüb ,Çingiz xana xəbər vermişdi. Kokoçu Şaman olduğu üçün Çingiz xan onu narahat etməməyi tapşırmışdı.Bu səbəbdən Çingiz xan gəlmədən kimsə çadıra daxil ola bilməzdi.Bozqırda gecə səssiz və qorxulu idi.Şaman Kokoçu ocaq ətrafında yun keçənin üzərində əyləşmişdi.Yalın ayaqlarını közə basdırmış , qanını qımıza damladırdı.Gözləri dəhşətli dərəcədə intiqam hissiylə yanıb alışırdı. Közün üzərində dolaşaraq ruhları səsləyir ,bağışlanmağını istəyirdi. Göy Tenqri ,Yeri Göyü Yaradan hələ yer üzündə qan gölü yaranananda məni albıslar əmizdirdi.Dağ ruhu bütün vücuduna daxil olub ,məni şaman elədi. Qutsal qayın ormanında ruhumu təzələdim,qayın ağacının suyundan içdim.Bilirəm , monqolaçr arasında qarmaşaya səbəb olmuşam.Xonxotanların sonu gəlməsin,mən günahlarıma görə əbədi əzaba hazıram ,Göy Tenqrii məni əbədi dünyaya apar ,ruhumu göy üzünə çək.Tengriiiii …..Səhərə yaxın Çingiz xan Noyonla obada göründü.Naya Çingiz xana çadıra kimsənin daxil olmadığını bildirdi.Noyan çadıra daxil oldu və otağın boş olduğunu gördü .Ocaq yerində köz yavaş yavaş öləziyirdi.Ey ulu Çingiz xan Şaman Kokoçu çadırda yoxdu, güman edirəm tebi göy üzünə çəkilib.Çingiz xan at üstündə qarşısında diz çökmüş xonxotanları gözucu süzərək :- Xonxotanlar və bütün monqol boyları eşidin. Göy Tengri onun ruhunu göy üzünə çəkdi.Etdiyi pisliklərə görə Şaman Kokoçunu Erlik xanın pis ruhları cəzalandırdı. Heç bir pislik cəzasız qalmır.Göydə Tengri ,yerdə mən o adamları cəzalandırıram.Dərisini soyub içinə saman dolduram.Güman edirəm xonxonatlara Şaman Kokoçunun ölümü dərs olar.Göy Tengri bütün monqol boylarını bir yerdə birləşdirməyə mənə güc ver ,Mönk gök Tengri.Çingiz xan monqol boylarını bir arada tutacağına inanırdı . Gözlərinin dərinliyində bəşəriyyətin taleyi həll olunurdu.Çingiz xan çox qürurla at üstündə dayanmış , börkünün yeləsini külək dalğalandırırdı.Qurdbaşlı tuğlar göy üzündə əsrarəngiz mənzərə yaratmışdı.
İndi arzuların da mürgüləyən vaxtıdı Saatdan xəbərim var, artıq gecə yarıdır. Bürünüb ümidlərə Ağlımda sual yatır, O da məndən beşbeter, Şirin deyil yuxusu, Tez-tez gəmisi batır. Könlümdən nələr keçir, Vergül-vergül dalınca… Üç nöqtələr yol çəkir Evimin eşiyində, Bax, dünya yerindədi Hər şey öz yeşiyində Qıyıb çıxarmamışam, Qalmısan ürəyimdə. Hərdən yada düşürsən… Hələ də uşaq kimi Yırğalanır duyğular məhəbbət beşiyində. Sənin nə vecinədi, Özün çıxıb getmisən Qarışıq fikirlərim gecə-gündüz it kimi dayanır keşiyində Qapır o xəyalını, hürür bu ayrılığa…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Gözlərimdə qara bulud, Yağım sənin yoxluğuna. Yaşa, yaşa ölənədək, Baxım sənin yoxluğuna.
Bu gün göyərçinin qanadlarında, Yüksələn ruhuma baxır vətənim. Üç rəngli bayrağın ayparasında, Şəhidlik rəmzini taxır vətənim.
Anam nalə çəkib diz çökən anda, Tutun qollarından, qaldırın onu. Mənsiz bükülməyə izn verməyin, Şəhriyar oğlutək qoruyun onu.
Vətənə qanımı halal etmişəm, Bu haq belə asan verilməz ələ. Qalmasın düşməndə bu pak torpağım, Yoxsa yaralarım ağrayar hələ.
Allaha əmanət qoyub sizləri, Əbədi cənnətə yol alıram mən. Azadlıq uğrunda savaşan varsa, “Şəhidlər ruhutək” yaşayar vətən.
*** (Şəhid İlqar Bürcəliyevin xatirəsinə) Bu gün doğum günün imiş, Ey qəhrəman şəhid, İlqar. Gəncliyinə vəda etdi, Torpağa döndü arzular. Vətən qucaq açdı sənə, Sən vətənə qucaq açdın. Şəhidliyin zirvəsindən, Torpağa nurunu saçdın. Gözlərində işıldayan, Günəş sönən deyil, oğul. Bizi daim yaşadacaq, Həyat eşqindi bil, oğul. Səmalara ucaltmısan, Sən bu vətən bayrağını. Qanın ilə tarix yazıb, Öpdün vətən torpağını.
Susun, sakit durun! Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi, Boğur insanlığı, qopur göylərdəki ah-naləsi. Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi, Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.
Susun, sakit durun! Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası, Mənafe uğruna neyçün tükənməz qanlı dəryası? Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası? Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?
Susun, sakit durun! Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən, Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən, Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən! Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.
Susun, yox, susmayın bir də! Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm, Duyunca körpə fəryadın İlahi dillənər hər dəm, Daha susma, daha susma, insan oğlu deyil əbsəm, Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!
*** ƏSGƏR QARDAŞIMA
Qardaş, əsgərliyin mübarək olsun! Bu vətən torpağı sənə əmanət. Biz, ana-bacını qorumaq üçün, Düşmənlə üz-üzə gələrsən əlbət! Qardaş, əsgərliyin mübarək olsun! Qolumu göndərim, yenə güc olum, Dizimi göndərim taqətin üçün, Özümü göndərim, sənə güc olum. Qardaş, əsgərliyin mübarək olsun! Darıxma, özümtək yaxınam sənə. Bu il yuxusuzsan, bilirəm necə, Çünki öz gözümtək yaxınam sənə. Qardaş, əsgərliyin mübarək olsun! Təki sağ-salamat qayıt evinə! Sənin bir Allahın, bir də vətənin, Bir də ana-bacın sənə pərvanə. Qardaş, əsgərliyin mübarək olsun! Səninlə fəxr edir yerlə göy inan! Bu yolda müqəddəs xidmətin üçün, Baş əyir vətəni sevənlər hər an. Qardaş, əsgərliyin mübarək olsun! Qoru sən özünü, anana xatir. Gözü həsrət çəkən bacına xatir, Anatək ürəyi yanana xatir! Qardaş, əsgərliyin mübarək olsun! Allah pənahında saxlasın səni. Yolunu gözlərik, sağ-salamat gəl, Anan doya-doya qoxlasın səni!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşqdən Oxuma
Ay qırmızı papaqlı, Ay hamıdan küsən qız… Əlləri umacaqlı, Boy-buxunu süsən qız…
Yenə kimə inandın? Aldadan tapıldımı? “Dağ haqqı”ydımı andın, Dağlarda haqq qaldımı?
Yazdığın “son mesajla” Hansı qarğış yol aldı? Bir sərçə qayğısıyla Keçmədiyin yol qaldı?
Ay qırmızı papaqlı, Saçı daraqtanımaz… Eşqi “başı qapazlı”, Arzuları gülaçmaz…
Ömrün önündən çəkil, Nə olacaq, olacaq… İkimizdən bir şəkil, Bir xatirə qalacaq…
Aç saçını, tök üzə, Qocalmaqdan da qorxma… Bir bayatı çək bizə, Və də, eşqdən oxuma…
2022
Qara Pişik
Şəkinin dumanı nazlanır axı, Çəkir ürəyimi pişik dalaşı, Qonşuda söz qalıb: qapıarası, Qızların göyçəyi piyada gəzmir, Naza həsrət daşlar küçə həyası… İndi necə edim, nə deyim ki mən Olmayım dumanda nazdan narazı?
Bir naz da mən atdım xatirələrə, Bu gün də yadıma salmadım səni… …Nə eyvan, nə də ki pişik deyiləm, Qatım abırıma, aldadım səni… Mənimki, uzağı, bircə tumardı, Çəkəsən ruhuma, dönəm olam mum… …bilirəm… Bilirəm, gözəl axtaran, Şəkidə eyvan da, qara pişik də, Bu daşlı yollarda ölən ümid də, Lap elə Şəkinin özü də məsum… …Bir mən günahkaram… Bir də, ayrılıq… Şəkinin dumanı nazlanır axı…
2022
Çəhrayı Çiçək
Sənə bir çəhrayı çiçək almışam… Atmışam özümü günah eşqinə, Parlayan həyatın zər-xarasına… Asmışam özümü günah eşqimdən, Demə, oynamışam dərd havasına…
Bir yaşıl salmışam ovcumdan, demə, Bir sarı ilişib yanaqlarıma… Bir əlçim təbəssüm sərmişəm yenə Həyatın “piyada zolaqlarına…”
Mavilər bəzənir qara naxışla, Bozları sevməyi hünər sanmışam… Səni boyamışam rəng-rəng… Bağışla… … Bilmişəm… …görmüşəm… Və utanmışam… Sənə bir çəhrayı çiçək almışam…
(Nigar Arif) Tu vida, como la de una hormiga, fue devorada no te queda ni un día Llevaste el peso del mundo sobre tus hombros, como un elefante pero nadie nunca te apreció de verdad Desnataste y limpiaste tu vida, pero, ¡te habías basado en esperanzas, mujer! Sólo te reíste de tu aflicción en silencio. ¿Tu alegría te complicaba todo, mujer? Ahora localizas tus esperanzas, y tu tierra está al final de su soga. Mujer, tal vez no es algo que simplemente sabemos: la tierra es inconsciente, la roca es oscura. He aquí tu vida devorada que te espera, silenciosa y tranquilamente, al alcance de la muerte que serás.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Nə ürəyim, nə ağlım Səndən əlini üzdü. Təkliyə düşən kimi Darıxdığım da düzdü.
Baxma səsim hüzünlü, Baxma gözlərim yaşdı. Ah, səni xatırlamaq Bilirsən necə xoşdu?
Hamı bir az təsəlli, Hamı könül boşluğu. Hamı zaman israfı, Unutmaq sərxoşluğu.
Sən duyğumun sərsəri, Ruhumun hürr vaxtısan. Həsrətimin şər vaxtı, Arzumun hər vaxtısan.
Səndən nə qaldı ki…
Sonra gözəl-göyçək ayrılıq gəldi, Sonra gözəl-göyçək ayırdı bizi. Arxanca uzanan əlim gödəldi, Üzü qışa tutduq ürəyimizi.
Səndən nə qaldı ki, eh, səndən heç nə, Bir azca peşmanlıq, bir azca hüzün. Sən məni hamıdan yaxşı tanıdın, Mən səni tanıya bilmədim, quzum.
Ölü doğulubdu məhəbbətimiz, Daha yanağımda axınım sənsən… … Bir az uzaq dayan, uzaq ol mənə, Hələ də hamıdan yaxınım sənsən…
Nə sən həmin o adam, nə mən həmin qadınam, Boyn bükük ümidlər ruhunu təslim edib. Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz, Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki deyil, Daha xatirələr də canlanmır gözlərimdə. Varlığınla var olan o qadından əsər yox, Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma adlayır, Zaman da taleyimə kəm biçəcək soydadır. Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam, Qaniçən yoxluğunun qaranlığı boydadır.
DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə, Neyləyim axtarmağa taqətim də qalmayıb. Mən necə yanılmışam səni belə sevərək, Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr, Lal olur məhəbbətim sevgisizlik dilindən. Taxtın qurub qəlbimdə, həsrətin padişahı, Qurtar məni, İlahi, bu qüssənin əlindən.
Üşüyür xatirələr, yaddaşımın evində, Ruhum soyudur artıq nəfəsimdən özünü. Yollar uzanıb gedir hicranın qollarına, Gəl birlikdə kor edək ayrılığın gözünü.
ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən, Ölüm çağırır məni. Haqqın yolunu kəsən, Zülüm çağırır məni.
Bir quru canım qalıb, səndən sonra özümdən, Uğursuzluqlar büküb, taleyimin qəddini. Boş, mənasız bu dünya elə düşüb gözümdən, Yarıb keçə bilmədim kədərin sərhədini.
Basdırılmış ümidlər üşüyür məzarında, Çəkdiyim ah-nalələr ərşə qulaq batırır. Taleyinin önündə diz çökən quzğun kədər Mənim də gəncliyimi ağuşunda yatırır.
Bax, hələ də qalmışam keçmişin qucağında, Sönük gəzdirir ruhum bu cansız bədənimi. Sən indi ailənlə, öz isti ocağında, Mən hər gün itirirəm yaşamaq “nədən”imi.
ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha, Arzuların canında məndən əsər qalmayıb. Allahın ümidinə yaşayıram hələ də, Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim, Hicran hələ zövq alır həsrətinin dadından. Xəyalının kölgəsi kəsir başım üstünü, Ümidsizəm, ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini, O yuxa ürəyi də Çin Səddinə bürünüb. O sevdiyin qadının buraxandan əlini İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla, Didərgin bir sevginin nəfəsini daşıyır. Puç olmuş gəncliyilə bu vəfasız həyatda Allahın ümidinə yalan-gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi, Hər dəqiqə ömürdən, bir ömürü aparır. Xatirələr can verir zamanın yaddaşında, Nə ömür sona yetir, nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə, Doğan günəş isitmir üşüyən sevgimizi. Yuxuların çin olma ümidi sona yetib, Yuxular da birlikdə görmək istəmir bizi.
Döyülür sol yanımda həsrət adında vurğu, Nəbzim də hey deyinir, yorulur sürətindən. Kiçicik bir ürəkdə bunca böyük bir sevgi, Özüm də nigaranam, inan ki, səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə, İtib dodaqlarımda təbəssümün şöləsi. Yalnızlıq qala qurur, yeni yaşım üstünə, Havadan da duyulur bir əlvida nəfəsi.
ŞƏN, MAKİYAJLI QADIN…
Can çəkişir ümidlər həsrətinin dizində, Körpəcə arzuların bükülür bel-buxunu. Yorğun bir ürək gəzir, sənsizliyin izində, Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa – dörd divardır, bir də mən, Saatın əqrəbləri zamanı qabaqlayır. Sənsizlik payız kimi xəzan tökür üstümə, Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm, Yollar tikan bitirir, ayağımın altında. Səndən sonra qəhəri çəkirəm üz-gözümə, Səndən sonra həsrətəm makiyajlı qadına.
KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam, Qapanmışam özümə. Xəyalları toz basıb, Görünmürlər gözümə.
Uçub sevgi çatısı, Məhəbbəti üşüdür. Hayqırtımı, sadəcə, Yalnızlığım eşidir.
İnstagram: vetenxan_vusale_mehri Youtube: Yazar Vüsalə Vətənxan FB: Gənc Yazar Vüsalə Vətənxan Mehri və Yaradıcılığı.
VİG TV (Vig-tv@blogspot.com)-da təsisçi və redaktor.
YARADICILIĞI 2012-2015-ci illərdə müxtəlif Mədəniyyət evlərində bədii tədbirlərdə iştirak etmiş, bu sahədə təşəkkürnamələr və fəxri diplomlar almışdır. 2016-cı ildə “Foto-fakt” qəzetinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən “İstedadlı Gənc Qələm” fəxri mükafatı ilə təltif olunmuşdur. 2015-2016 –cı illərdə “Ulusəs” və “Yeni şans” qəzetlərinin redaksiya heyətləri tərəfindən “Ədəbi Söz Sahibi” və “Yaradıcı Qələm Sahibi” fəxri diplomu təltif olunmuşdur. 2018-ci ildə Mədəniyyət Nazirliyinin təşkili ilə “Söz” ədəbi layihəsi çərçivəsində keçirilən “Nəsimi – şeir, sənət və mənəviyyat” festivalının (Leyla xanım Əliyeva tərəfindən) təltif edilmiş diplomatlardandır. 2019-cu ildə İmam Zaman Ağanın adına keçirilən “İntizar” qəzəl müsabiqəsinin qaliblərindən olmuşdur. 2019-cu ildə N Saylı hərbi hissədə Mübariz İbrahimov adına keçirilən tədbirdən fəxri diplom ilə mükafatlandırılmışdır. MÜƏLLİFİ OLDUĞU KİTABLAR. “Bir ovuc kölgə…”, “Ayaq səsi”, “Dözümə yer ver.”, “Qəzəl Gülü”. (Hal-hazırda yeni roman üzərində çalışır.) SSENARİLƏRİ.
“Qızlar”, “Tələbənin günlüyü”, “Özgə həyat”, “Bu son deyil”, “Ömürdən alınan 29 il”, “Vətən gülü”, “Hərbi Hospital-2020”. Antologiyalar. “Zərif Kölgələr 1 -2 -3”, “Vətən Mücahidləri 1 -2”, “Xəzər Təzkirəsi 2”, “Türk dünyası şairləri”, “Arzuların şəhidi”, “Türkay” və s. Şeir və məqalələrim müntəzəm olaraq “Hürriyyət”, “Bakı Xəbər”, “İki sahil”, “Yurd jurnalı”, “Hərbi and” və bir çox dövrü mətbuatda işıqlandırılıb. Çap olunduğu qəzet və jurnallar. “Ulduz”, “Fatimə” jurnalı. “Oxu məni”, “Palitra”, “Azərbaycan”, “Vətənpərvərlər” qəzetləri və s. ÜZVÜ OLDUĞU ƏDƏBİ MƏCLİSLƏR “Dirili Qurbani”, “Ozan”, “Aşiq Pəri”, “Vahid”, “Məcməüş-şüəra”, “DGTYB”, “Saqiyi-Kövsər”, “Qələmin sədası” və Azərbaycan Yazıçılar Birliyi Xəzər Bölməsi. İş fəaliyyəti. TV kanallarda yazıçı-ssenarist, sayt üzrə redaktor və VİG TV idarəçisi, təsisçi. Fitret.az-da redaktor. İşlədiyim tv programlar: “Badambura” t/s, “Oyun” t/s, “Qəzəb” t/s, “Zərbə” t/s, “Nurayın günlüyü”, “Atılmışlar” t/s, “Kitchen chef”, “X-serviz”, “David Romanov”, “Son gecə” və s. Vəzifəsi: Ssenarist, rekvizist, rejissor assenti, qrim, geyim rəssamı və s. Üzvlük.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
** ah… şair ürəyi… şair ürəyi… mən sənə xitabən nə yazım indi? deyimmi, qoymursan ümidi sevim? bu ömrün yeganə səhləbi sənin, bu ömrün sonuncu göz yaşı mənim…
bütün pərdələri toz basıb axı, hansı pəncərədən günəş görünür? sənin hər sevdana uzaqlar yaxın, mənim baxışıma çiskin bürünür…
kahinəyəm, rahibəyəm, bu eşqdə, neynim ki, ürəklə sevişmək olmur… düşüb yıxılanda tənha qədəhdən çiynini Tanrıya dirəmək olmur…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Durub sirkələdim İçimi çölə, Baxdım içimin də Bir önəmi yox. Hər şey mənasızdı, Hər şey lüzumsuz, Bu günü, sabahı Və dünəni yox.
Mən kimə lazımam, Mənə kim lazım? Ayağım getməkçün Bir himə bənddi. Nədir yaşamağın, Ölməyin belə Ən uca, ən ali, Ən gözəl həddi? Çatmayan nə varsa, Həmişə çatmır,
Çatmayan nə varsa, Boş tərəfimdi. Bir qırıq ümid var İçimdə hələ, Bu da yaşamağa Xoş tərəfimdi.
* * *
Dəli kimi vurulan Vaxtı keçmişik daha. Ağıllı başlı istəkdi. Mənim səndə, Sənin məndə Yerin təkdi. Ayrılıq sevginin intiharıdı, İntihardan qayıtdıq. Hələ indi anlayıram, İllərlə bir-birimizi Nə sevdik, nə unutduq. Mən onda sənin adına “Gələcəyim” deyirdim İllər sonra gəlmisən. Sən Tanrıya duam idin, Bunu hardan bilmisən?
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Bir gecə üşüyər əllərim qəfil, Donar dodağımda ağzım, dilim də. Solar güldanımda o ağ qərənfil, Xəbərsiz ölərəm öz mənzilimdə.
Bir gecə nə anam,nə atam bilər, Bir gecə nə oyaq,nə yatan bilər. Nə bilər havada işıldaquşlar, Nə bilər o sakit səssiz gedişi, Fələk çox oynadı ruhumla mənim, Mənim bu dünyayla axı nə işim?
Bir gecə ulduzlar sayrışar yenə, Ay da buludlardan nur səpər yerə. Uyuyar beşikdə körpələr şirin, Bircə bayquşların səsi kəsilməz. Bir gecə qəfildən donan əllərim, Son dəfə dəstəyə uzana bilməz.
Elə telefonda yanılı qalar, Yazılmış məktubun göndər düyməsi. O gecə nə məndə cəsarət olar, Nə səni oyadar qəlbinin səsi.
Xəbərsiz ölərəm ruhun da duymaz, Ölərəm, çıxaram öz qabığımdan. Elə ölərəm ki, nə çox nə də az, Əlimi tutanda havalanarsan, Gözümə baxanda havalanarsan, Tanıya bilməzsən sən məni adam.
Qış çıxacaq, Yaz olacaq. Şax gəncliyim,şux gəncliyim bir də geri dönməyəcək. Həsrət dolu gözlədiyim o illərim,o anlarım,o kədərim o sevincim,şıltaqlığım bir də geri dönməyəcək. Həsrətində olduqlarım,həsrətimdə olanlarım bir də geri dönməyəcək. Küsüb nazla barışdığım o günlərim bir də geri dönməyəcək… Qış çıxacaq,yaz olacaq,gün doğacaq Öləziyən ümidlərim cücərəcək, Dirçələcək. Arzularım qönçələnib güllənəcək. Qış gedəcək,yaz olacaq. Nə yaxşı ki yaz olacaq,gün doğacaq, Ümidlərim barlanacaq,nurlanacaq,gül açacaq Həm o tayım,həm bu tayım qovuşacaq, Nə yaxşı ki yaz olacaq. Ümidimə,fərəhimə bircə körpü al şəfəqli yaz gələcək! Nə yaxşı ki yaz gələcək!!!
Xəzan yarpaqlarının xışıltısında Büllur bulaqların pıçıltısında Səni görürəm Dan yerinin al-əlvan qırmızılığında Bəyaz gecələrin süd kimi işıq saçan aydınlığında Səni görürəm.. Lacivərd göylərin göz qamaşdıran ulduzlu kəhkəşanında Hər yeni səhərin ala-toranında Səni görürəm… Həsrətdən divanə dalğaların qaçışında Sevənlərin od yandıran baxışında Səni görürəm… Göylərin nur yağışında Ağ duvaqlı şəlalənin axışında Səni görürəm… Hər yeni günün ümid dolu gəlişində Qürub günəşinin qəlbləri sızladan kədərli,müztərib gedişində Səni görürəm… Əqlimdə sən, Qəlbimdə sən, Dilimdə sən, Gözümdə sən, Özümdə sən, Hər yerdə,hər şeydə sən. Əl çəkdim inadımdan Qurtulum əzabından Gəl,gəl qurtar, məni səndən Mən, mən olum Sən də sən…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
bir də qayıt… bir də gəl… bir də ölüm-itim mən… sonra yenə çıxıb get, kol dibində bitim mən…
arada qırpım gözümü… döyüm kirpiklərimi… dilim qıymaz özümə, söyüm sevdiklərimi…
aylar keçsin, öyrənim, çayı sənsiz içməyi… qaranquşa söyləyim qəlbdən-qəlbə köçməyi…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Mən bir alov parçası, fövqəl bir fəlakətəm. Ürəyimdə yanardağ,göz yatağım şəlalə. Qayğılardan yonulmuş ömürlük xəsarətəm. Doğmalarım didərgin, xəyallarım sülalə.
Mən pisliyi bilmərəm, hər pislik məni tapar. Yastığımın boynuna ahdan qırış çəkərəm. Qulağım guruldayar, yatağım qıcırdayar.
Sən ağlımdan keçərsən..
Bir gün yuxum çin olar, mən köksünə köçərəm. Uşaq ağlım inanar, yolu şişə çəkərəm… Şabalıdı gözümü çəkmərəm gözlərindən! Ləbin astanasında nəfəsimdən köçərəm. Təbii! Fəlakətəm.. Təbii fəlakətəm!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Sən bircə məni unutma, Qalan hər şey düzələr.
Keçib gedər aramızdan Bu soyuq havalar da. Bu ərköyün küsmələr Bu şıltaq davalar da.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Sveta, tələbə yoldaşlarının görüşünə bu dəfə qızları ilə gəlmişdi – özü də lap böyük sevinclə. Çünki belə görüşlər iki –üç ildən bir keçirilsə də, bütün tələbələr bir yerə cəm olmurdular. İndi isə bütün qrup yoldaşları, rəhmətə gedənləri çıxmaq şərtilə, görüşdə idilər. Şirin xatirələr bir-birini əvəz edirdi. Arada gözəl sağlıqlar deyilir, həzin musiqi səslənirdi. Bəzən insanı xoş duyğuların qoynuna səsləyən, bəzənsə keçmişin iztirablarını xatırladan nəğmələr bir-birini əvəz etdikcə Şahinin əhvalı da dəyişir, gözünü Svetadan çəkmirdi. Uzun illərin ayrılığından sonra gənclik illərində ondan aldığı sevgi nəşəsi yenidən yadına düşmüşdü. Xoş anlar gözünün qabağında canlandıqca başı dumanlanır, ona yaxınlaşmaq üçün fürsət gözləyirdi. Diqqəti daha çox cəlb etmək üçün arabir baməzə söhbətləri, lətifələri ilə şənliyə gözəllik qatır, gah da gözünü Svetadan çəkmədən sevgi şeirləri söyləyirdi. Nədən belə etdiyini heç özü də bilmir, ürəyindən keçənləri söyləmək üçün fürsət axtarırdı. Məclis qızışanda ona nə vaxt yaxınlaşdığından özünün də xəbəri olmadı. Keçmişin nəşəsi parıldayan gözləri ilə yenidən qadını ovsunladı, həlim səslə soruşdu: -Sveta, necəsən? Öz aramızdı, heç dəyişməmisən ha…Həminki kimi gözəlsən, canı yanmış, – o, bir qədər susub əlavə etdi, – amma qızların heç atalarına oxşamırlar. Sveta əli ilə onun ağzını tutdu, pıçıltı ilə: – Şahin, indi onun vaxtı deyil. Bilirəm niyə maraqlanırsan, vaxtı gələndə bilərsən, – dedi. Musiqi sədaları restoranı bürümüşdü. Bəlkə də görüşlərin heç biri belə gözəl keçməmişdi. Hamı rəqs edirdi. Sveta Şahinin qolları arasında sanki hər şeyi, hətta qızlarını da unutmuşdu. Ağzını Svetanın qulağına dayayan Şahin yenidən sözə başladı: -Hə…Sveta danış görək keçmişindən. Amma bir şeyi desəm, mənə acıqlanma ha… -Yox, Şahin səni həmişə çox sevmişəm. Neynim ki, əlim sənə çatmadı. Uzaq düşdük. İldə bir dəfə görüş isə bizə bəs etmədi. Nə desən, xətrimə dəyməz. Axı sən qəlbimdə ayrı bir iz qoymusan. – Eybi yox, bu da bəs idi.. Sadəcə onu demək istəyirdim ki, – o susdu, sonra yenidən sözə başladı, – sənin çox adamla əyləndyini bilirdim. Sənə olan hislərim tamam fərqli idi. Bir neçə dəfə görüşsək də, səndən tez uzaqlaşmaq istədim. Dəli eşqini duydum. Hiss etdim ki, mən də sənə bağlanıram. Yaxşı ki, uzaqlaşa bildim, yoxsa… – Yoxsa, nə? Şahin söhbəti dəyişmək istədi: – Sveta, xətrinə dəyməsin, siz erməni qızları adamı elə tora salırsınız ki, çıxmaq olmur. Bu məqsəddimi, sevgidimi, anlamaq çətin olur. Amma, öz aramızdı, bu, sevgidən çox… arxasını özün bilirsən. Bizim qızlarda isə əksinə… – Mən o vaxt səni öz toruma sala bilmədim. Heyifsilənirəm. Svetanın qəh-qəhə ilə dediyi bu söz Şahinə xoş gəldi. – Nə yaxşı ki, o tora düşməmişəm… Siz erməni qızları öz kişilərinizdən çox türk kişilərinə meyillisiniz. Axı niyə? -Sevgini milliləşdirmə də, Şahin. Sevgi insanın içindən gəlir. Bizimsə türk kişilərinə meyillənməyimizin sən düşündüyündən də çox başqa tərəfləri var,- Sveta ona daha bərk sığındı, – gəl bu barədə danışmayaq, keçmiş sevgimizin ətrini alaq bir-birimizdən. -Mənim üçün bu sevgi yox, əslində səninlə əylənmək idi, gözəl Sveta. Axı sən hamının sevgilisi ola bilməzdin. -Orası doğrudur. Mən də bilirəm kiminlə əylənmk lazımdır. Axı sən də savadlı, həm də şux qamətli idin. -Aha, aydındır. Bax, məqsədinin üstünə indi gəlirsən. Deməli, erməni qızları yaxşı toxumluq axtarırlar. Sveta susmağa üstünlük verdi. Yenidən Şahinin qolları arasında uyudu. Birdən gözləri qrup yoldaşları Seymurun və Sahibin qucağına sığınıb rəqs edən qızlarına sataşdı. Öz-özünə: -Eybi yox, qoy gözləri açıq böyüsünlər, – deyib rəqsinə davam etdi. Şahin qrup yoldaşlarına göz vuraraq üzünü Svetaya tutdu: -Nədənsə qızlarını sizin millətə oxşada bilmədim. Ərini yaxşı tanıyırdım, taksisinə o qədər minmişik ki, səninlə, – o bu sözü xüsusi intonasiya ilə dedi. Sveta gülümsündü: -Hə, elədir…əlacsız qalıb ona getdim. Əvvəlcə uşağı rədd elətdirdim. Toyumuza qədər əməlli-başlı böyümüşdü. Toyumuzdan az sonra iş yerindən Kislovodsk şəhərinə göndərildim. Sərbəst olmaq üçün ərimin mənimlə getməsini istəmədim… Orada bir oglanla tanış oldum. Azərbaycanlı idi. Bir-birimizi çox sevdik. Fizika-riyaziyyat üzrə elmlər namizədi idi. Hər gün sevgi dolu günlər yaşayırdıq. Mən ondan hamilə qaldım… Geri qayıdanda hamilə olduğumu bilən ərim çox sevindi. Hə, nə isə qızım oldu. Bayaq sənə göstərdiyim böyük qızım həqiqi atasının davamçısıdır, riyaziyyat-fizika fakültəsində təhsil alır. Çox savadlıdır. Sveta bu sözləri deyib yenə ürəkdən güldü. Şahin də ona qoşuldu. – Hə, deməli atasının gül balası… – Hə, Şahin neynim ki, öz atasından olsaydı, şofer olacaqdı da…Ha-ha-ha… – Ay səni… Çoxbilmişsən, çoxbilmiş… Sizin bu “savadınız” bizdə heç vaxt olmadı da… – Sənə əlim çatmadı, birini də səndən düzəldəsi idim… – Bəs o biri qızın kimdəndir? Sveta yenidən qəh-qəhə çəkdi, bir az toxdayandan sonra dedi: – Hə, əzizim. Böyük qızım olandan iki il sonra yenə təkmilləşdirmə institutuna göndərildim, bu dəfə isə başqa şəhərə. Xəstəxanada olarkən bir həkim oğlanla tanış oldum. O da azərbaycanlı idi. Nəzərlərini məndən çəkmədiyini gördüm. Tez bir zamanda ona elə alışdım ki… Hər gün görüşməyə başladıq. Bir ay tamam olanda geri döndüm. Bax bu qızıma hamilə qalmışdım. İndi o da həkim olmağa hazırlaşır. – Bəs yoldaşından övladın yoxdu? – Yooox, bu vacibdi məgər?! Axı bayaq özün yaxşı söz dedin: gözəl, yaraşıqlı, savadlı toxum. Hər ikisinin gülüşü salonu başına almışdı: öz aləmlərində idilər. Birdən Sveta başını azacıq qaldırıb pıçıldadı: – Yoldaşım hələ də elə bilir ki, uşaqlar ondandır. Amma arada zarafata salıb deyir: – Sveta, öz aramızdı, o qədər orda-burda oldun ki, uşaqlar da mənə oxşamadı ey. Mən isə gülürəm…. Şənlik başa çatmaq üzrə idi. Şənliyi təşkil edən Vasifin kobud səsi eşidiləndə hamı susdu. O: -Hə, dostlar, növbəti görüşümüz gələn il bu vaxt yenə burda olacaq, – deyib hamını xatirə şəkil çəkdirməyə dəvət etdi. Sveta Şahindən qopmaq istəmədi, şəkil çəkdirəndə də onunla yanaşı dayandı. Bunu görən Şahin onun qulağına pıçıldadı: -Sveta, evdə ərə gedəsi qızım, evlənəsi oğlum var axı. Hələ yoldaşımı demirəm. Sveta əl çəkmək istəmədi, nazlandı: -Gəl qızlarımdan birini oğluna al, nə olar. Sən də rahat gəlib-gedərsən bizə. Şahin tələbəlik illərində olduğu kimi birdən çılğınlaşdı: -Sən dəlisən? Bircə o qalmışdı ki, bir erməni fahisənin qızını oğluna alıb deyə lağ eləsinlər? Sveta özünü ciddi göstərmək istədi:
Mən fahisə deyiləm, mənim ərim var. Sadəcə öz qanunlarımızla hərəkət edirəm və anla ki, bütün erməni qızları belədir. -Hə də. Sizdə əri olanlar min oyundan çıxsa da, fahisə olmurlar. Çünki peysər “kişiləri” var, – Şahin bərkdən güldü. -Biz öz kişilərimizdən heç zaman uşaq dünyaya gətirmirik. Türk kişiləri mərd, qorxmaz, olduğu üçün, genimizi dəyişdirmək istəyirik. Bu bizə çoxdan tapşırılmış bir iş, xüsusi müəllimlərin keçdiyi həyat dərs olub. Mən dərsimi yaxşı aldım və vəzifəmin öhdəsindən layiqincə gəldim. Bundan belə yalnız öz kefim üçün yaşayacam. Məni düşündürən əsas qızlarımın taleyidi. Şəkil çəkdirəndən sonra Şahin Svetanı yola salmaq üçün onlara yaxınlaşdı. Sveta da, qızları da sərxoş idilər. Onlar üçün taksi saxladaraq maşına dəvət etdi. O, dostları ilə sağollaşıb maşına əyləşdi. Ünvanı eşitdikdə Şahin çaşıb qaldı:
Orda hansı binada?
10-cu binada.
Axı, o evlər xüsusi adamlar üçün tikilmişdir. Orda nə əcəb ev ala bilmisiz?
Onun da bir tarixi var.
Gizlətmə de….
Düşəndə deyərəm. Şahini dəhşət bürümüşdü. Sveta yanındakılara əhəmiyyət vermədən dedi:
Hə, Şahin bilirəm sənin üçün çox maraqlıdı. Bizim rektoru – Niyaz Qasımoviçi yaxşı tanıyırdın ? -Bəli, əlbəttə.
Bir gün məni çağırdı kabinetinə. Eşq elan elədi. Ertəsi gün saat 3-də onun otağında görüşdük. Mənim bakirəliyimi pozan o oldu. Bir- iki dəfə görüşdükdən sonra məndən ayrılmaq istədi. Dedim ki,uşağa qalmışam. Əgər məni qadının kimi qəbul etməsən, şikayət ərizəm hazırdır. O, çox qorxdu. Nə qədər yalvarsa da, uşağı abort etdirmədim. Uşağa qarşılıq bu binadan ev istədim və aldırdım. Şahin dodaqlarını gəmirdi, zorla bu sözləri deyə bildi: -Ay səni! Erməni qancıqları… Sveta heç nə olmamış kimi sözünə davam etdi: -Elə demə, biz, erməni qadınları, sevənlərimizə istədiyimizi alana qədər vəfalı oluruq. Bu da bizim qanunlarımızdan biridir. Belə olmasaydı, sizin ən yaxşı kişilərinizin arvadı, ən yaxşı vəzifədə olanlarınızın məşuqəsi olmazdıq. Hər şeyi: gözəl evləri, bərəkətli torpaqları belə əldə etmişik. Hələlik, sağ ol. İmkanın olsa, darıxanda evə zəng elə, görüşək. Səni çox sevirəm…
Nigar Arif was born in 1993 on the 20th of January in Azerbaijan. She studied at Azerbaijan State Pedagogical University in the English faculty in 2010- 2014 and graduated from “III Youth Writers’ School” in “Azerbaijan Writers’ Union” in 2016- 2017. Nigar Arif is a member of “Azerbaijan Writers’ Union”, “World Union of Young Turkish Writers”, “İnternational Writers’ Union in Kyrgyzstan”, “ Writers Union of Central Asia” and the “International Forum for Creativity and Humanity” in Morocco. Her poems have been partially translated into English, Turkish, Russian, Persian, Chinese , Portuguese , Montenegro, Spanish, Arabic, İndian, Urdu and have been published in different countries. She was a participant of “ IV LIFT- Eurasian Literary Festival of Festivals“ which was held in Baku in 2019 and “30 Festival Internacional De Poesia De Medillin” in 2020 which was held in Colombia, “Panaroma International Literary Festival 2020” in India at an online platform. She participated at the” Word trip Europe” project, “100 poets around the World for love” and “ Fourth Global Poet Virtual Meeting 2020” and so on…
The Wind
Hey wind, knocking door to door, is that one door you’re looking for, is that enough for you? Where are they now, those open doors from the hot, sunny days of summer? Where are those that loved you, to dine with and to rest; who once were pleased to welcome you and treat you as their guest? Hey wind, knocking door to door, where are your lovers now? Now the weather’s turned to winter, have they turned cold as well? Don’t knock, my dear, don’t knock, no one’s opening their door, no one will look out for you, nor call on you, no more. Who, I ask, now the weathers changed, would call on you at all? Go dear, go. Just wander round these dull grey streets and break dry trees in anger; just wait as winter turns to summer and your friends, dear wind, with the sun, will grow again once more.
The Window of Mind
No, but there is something I can’t hold back anymore, I can’t talk… Well, what I say to the dark-faced world? What I say to this time that getting dark, What I say to the day that draws to a close; What would I say? What I say to the right or wrong word – the mirror for the world that has been through my house and road, taking by hand of these crossed roads, passed by coldness and warmness of this dusty town, and smoke of the cars, and through the lights of the streets from road to road, and through the darkened hearts of people, and walked right through the eyes of the people, and turned into a word, into the mirror for the world, What I say to myself whom I have seen in this mirror? Break this mirror, break it, my life and sweet-heart! Let me not see what I realized, Well, what do you get in mind? I’m not human…I’m not human! Maybe I am a house that locked, I can’t go out of myself…I can’t! Where is a window of this house? Tell me, where opens out that window? Take my mind and lead me, Take me far away from here, Tell me, maybe the windows are the hands of the silent houses? Every day, every evening They are opened for us to embrace those that we never seen, not to show us we have seen?
I Wonder, How am I?
I am not at home today, I have gone to the far… I don’t know where I am, Well, look, probably, I have lost sight of myself… O, I don’t know, maybe… Maybe when I am in a hurry To be chasing rainbows. I have been late for myself To live to my heart’s content. As I wanted to reach us, Maybe I didn’t recognize And passed by myself… I have become thoughtful My wishes stayed hungry – Mind’s digested me… I am not at home today, My hand knocking at my door, my heart isn’t just opened, beating just itself up… It put me into fire I am burning there without you… And this life shack smells of death. It wakes me up at once. My light of hope has gone out at all. It can’t wait for a good day. You have made blind that darkened room. I am now a reproof In the house where I’m absent. I am not at home today, Don’t ask me how I am, As soon as I found you I am moved out of myself. Look, I am like that… I wonder, how am i?
To Distant Places
Hello, my friend, how are you? How’s it going down there? So, what’s the weather like? Is the wind blowing again interfering in affairs of Heaven? Does the Sun reconcile to clouds when it fell out with them? Does the rain become the eye of the house that you live in? Tell me: are the dreams playing back gammon at nights, waking up past days And drinking the memories? Do the sweet, tasteful smells that cooked by my mother you loved in childhood, knock at your door? Do the days going out Look ever at the day? Do you hear voice coming from far away, And as it touches the ears When you look for that voice Your dreams in your soul missing like me? Does your tongue mix up often spelling the old name? How is the morning there? How is the city there? They say, you fell in love there, How is that place there?
Music is Me, Word is You
I have turned into sea, Waves are line by line. Under the waves the fish is playing.
I have turned into sea, İn the coast of my verse. The sharp rocks got brittle, The sun takes it by hand.
I have turned into sea, It flies up to the sky. Dreams like the ship making sail in my soul.
I have turned into sea In the apple of the eyes. Striking against the gems On the gentle wrists.
I have turned into sea, Hairs are like water-plants. Time is on the lips resting long, and long.
I have turned into sea, You’re just the sea itself! Music of its song is me, The word of its song is you….
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Ölə bilmir şairlər Ölümü özü yazan Bir şair var haradasa… Onu sevindirmir dan, Günəş batırır yasa… Qaranlığın aşiqi, Məsumluq şeytanıdır… Gecənin yaraşığı, Əcəlin sübh anıdır… Ağlamır… Qəhərində Qələmi üzdürür o… Dünyanın səhərindən Şeirini küsdürür o… Gözünün qarasından Bəzəyir vərəqləri… Ayla gün arasından Keçirir sətirləri… Sabaha sağ çıxammır, Bu gecədən şeirlər… Burda əcəl darıxır… Ölə bilmir şairlər… (2016) Şəfa Vəli
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Yaşımın az vaxtından Boylanır xatirələr. Aramızdan ötüb keçən Nəhəng illər görünür Saçlarının ağında. Necəsən, ömrüm-günüm? Məndən sonra nə oldu? Hansı üzü əzizlədin Əlinin sığalında? Bütün köhnə xəbərləri Danış, təzədi mənə. Söylə, onun üzü, gözü, Nəyi bənzədi mənə? …Sən gəlsən, Hamıdan çıxıb gedərdim- Nələri xatırladım. O şəhəri, o binanı, O dəhlizi, Eh, bizi xatırladım. Səndə məsumluğum qalıb, Görürəm hər sözündən. Gəncliyimdən xatirəsən, Muğayət ol özündən.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Səni çox xatırladırdı, Yatıb öldürdüm gecəni. Dağıtdım fikrimin səliqəsini Ki, düşünməyim heç səni. Nə yeridi, Nə vaxtıdı həsrətin. İndi səni düşünməyə Bəs axı nə gərək var? Fikirli gəzirəm, Qəmgin gəzirəm Görən deyir, Bu işdə bir ürək var. Ümid bitir, Təsəllilər başlayır: Qoy getsin gedənlər, Nə olacaq ki? Özümə də yer qalsın Ömrümün sıxlığında. Mən varam, Həmişə öz yanımdayam Hamının yoxluğunda…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Səni gözləməyi yadırğamışam, Unudub pəncərəm yol izlərini. Üfüqə boylanıb ruhum hər axşam, Boyamır həsrətə gündüzlərini.
Səni gözləməyi yadırğamışam, Qəmin yox beynimin xatirəsində. Əllərin çoxdandır cığır çəkməyir, Tərli bədənimin xəritəsində.
Səni gözləməyi yadırğamışam, Taqət də qalmayıb ayaqlarımda. Daha həya edib qızara bilmir, Eşqin, ehtirasın yanaqlarımda.
Səni gözləməyi yadırğamışam, Nə qərib duyğudur, bir bilə bilsən. Unuda-unuda qaya olmuşam, Ərit yaddaşımı, əridə bilsən.
Hər tərəf köksünü ötürən payız, Vaxtdan dünənimi ala bilmirəm. Görəsən, mənmiydim səni sevən qız? Bağışla, yadıma sala bilmirəm. Səni gözləməyi yadırğamışam…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Mən sevirəm, sən biganə Alışıram yanə-yanə Sən bir yanə mən bir yanə Ayrı düşüb yerlərimiz * Həsrət mənə, sevinc sənə Dərd – qəm düşüb yenə mənə Şadlıq-baş tacı sənə Ayrı düşüb yerlərimiz * Ahu-fəğan eyləmirəm , Danışmıram, nə gülmürəm , El deyir, mən ki, demirəm Ayrı düşüb yerlərimiz * İNTİZAR ləqəbim olub Kədər də sirdaşım olub Dərd çəkən Dərdimi bölən Qələm, bir də yazım olub Sənə həmdəm dostların Mənə zülmətlərim olub Ayrı düşüb yollarımız
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sadə bir qızam mən, yara inanan, Canın qurban edən, eşqə sığınan, Gəncliyi puç olan, ömrü dağılan Vəfasız həyatın quluyam, qulu * Alışır ürəyim, közərir hisslər Aldanıb, çarəsiz ağlayır gözlər Karıma yetməyir o şirin sözlər Vəfasız həyatın quluyam, qulu * Dözdüm hər əzaba, sinə gərib mən, Döndüm İNTİZAR-a, buna səbəb sən Sən oldun ömrümü məhv edib gedən Vəfasız həyatın quluyam, qulu * Tez inanıb, tez aldandım, fayda nə? Səhv elədim, cəzalandım mən yenə. Tərs qanunuq: mən – həyata, o-mənə, Vafasız həyatın quluyam qulu
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Fərqli olanı sevdim hər zaman. Çiçəklərdən uzaq kaktusları sevdim. Qoxlamadım.. Toxunmadım.. Sevgi gözləmədi.. Solub getmədi.. Həmişə olduğu kimiydi.. unutdum.. bəs o kim idi?!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
Gözlərindən süzülüb axır gecənin nəmi, Udur balışlarımız ikimizin kədərin. Ah nə gözəl çilədir, beləcə sevmək səni Toxunmadan, dəymədən, fəqət dərindən-dərin.
Eyni şəhərdə olmaq, eyni havanı udmaq, Eyni bağda, bağçada gəzişmək axşam çağı. Ah, nə gözəl çilədir, səni düşünüb yatmaq, Xəyalına boyamaq pəncərəni, otağı.
Ünvanını bilmədən, yollarını tanımaq. Təsadüfən küçədə göz-gözə gəlmək də var. Ah, nə gözəl çilədir sənsiz də, sənin olmaq Ah, nə gözəl sehirdir sənə açan qapılar. Karıxır sözlərimiz hisslərimiz dinəndə,
Qismətimdir gözünün zülmətində boğulmaq. Ah, nə gözəl çilədir dodaqların güləndə, Ölüb-ölüb, təzədən gülüşündə doğulmaq.
Ay mənim dünənim, bugünki günüm, Sevəndən küsməzlər, başınadönüm, Puldan da kəsərlər, çörəkdən də adamı, Ümiddən kəsməzlər, başınadönüm… Təəssüf bürüyüb dörd bir yanımı, Ağlımdan keçənə şübhə asırsan, Sözlərim sinəmdən daşır çay kimi, Divar dilə gəlir, sənsə susursan… Hay-haray içində fikirlər keçir, İncik baxışların dönmür səs-küyə Heç bilmirəm nə deyim xoşuna gəlsin deyə, Daha bəsdir əzizim, Dur əlini ver mənə, Bunca uşaqlıq niyə? Yadındadı o mahnı? “ Gedək üzü küləyə”… Gedək üzü küləyə?…
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Şeirimin bahar gözü, Yaşla dolub, kövrəlibdi. Yaz nəfəsli ürəyimdə Qış yenidən dirçəlibdi.
Hər sözümün bənövşəsi, Qara xallı laləsi var. Vətən deyən dillərimin Göyə qalxan naləsi var.
Misra-misra qocalıram, Kəlmə-kəlmə can verirəm. Şeir-şeir ucalıram, Vətən boyda qan verirəm.
Sözlərimin soyqrımı, Dillərimdən asılıbdı. Qələm tutan əllərimi Gör kimlər daşa basıbdı.
Leavings Eh … People are oppressed mainly leavings Hidden, open leavings … Black and white leavings … Give it up, that is futile! Today, the petals of all chamomiles are gray. The name of all the hopes is “O” Betrayal is the name of all loves! Let God protect grey leavings… I only named you the love, a pitty I realized that the human decieves himself in the most perfect way. Who knows us better than ourselves? I thought, YOU! For me, you understand me better than me, you loved me more … It was possible… What? Chamomile? Chamomile is smarter than you? Loves?! Or no? Eh … It’s always so, A handful of skeptical thoughts rain … A handful of uselessness embraces my brain, Everything is anaesthetized … In fact, everything is lie, Maybe the grey is also lie… Hey Chamomile ! I saw the most delicate petals on you? And winds? Your leaves? Your petals? What is the name of this endless contradictions? Today the petals of all chamomiles are grey. No matter for chamomile, it loves? They don`t love! I swear they don’t love! I wonder why chamomile is called chamomile?
Vətən adlı günəş doğdu bir igidin gözlərində, Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı? Görən varmı əvvəlkitək o taqəti dizlərində? Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?
O pak eşqin beşiyində, vətəninin keşiyində, Tutunmağa bircə yeri onun qəlbindəki yerdir. İnsanlığa örnək verən məhəbbəti var igidin, Vətən ilə anasına sığındığı qucaq birdir.
Gözlərini bu vətənə qurban verən qazilərin, Sevincini itirdiyi gözlərinə qurban olum. Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan, Zərəf ilə addımlayan dizlərinə qurban olum.
İtirdiyi günəşini, hər işıqlı sabahını, Mərd oğullar yerdə qoymaz igidimin bu ahını. Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə, Uca Allah, əksik etmə igidlərdən pənahını! Uca Allah, əksik etmə igidlərdən pənahını!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir yaşıl salmışam ovcumdan, demə, Bir sarı ilişib yanaqlarıma… Bir əlçim təbəssüm sərmişəm yenə Həyatın “piyada zolaqlarına…”
Sənə bir çəhrayı çiçək almışam… Atmışam özümü günah eşqinə, Parlayan həyatın zər-xarasına… Asmışam özümü günah eşqimdən, Demə, oynamışam dərd havasına…
Mavilər bəzənir qara naxışla, Bozları sevməyi hünər sanmışam… Səni boyamışam rəng-rəng… Bağışla… … Bilmişəm… …görmüşəm… Və utanmışam… Sənə bir çəhrayı çiçək almışam…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Dünyamızın qəhər adlı yükünü göz önünə sərməyimi qınama. Cibimdəki son manatlıq pulumu bir qəribə verməyimi qınama. Bitər məndə ömür ümid solunca Ağıl gedər candan üryan olunca Mən-balaca; zərrəm eşqlə dolunca Haqqdan bir gün dərməyimi qınama. Bir insana atmamışam daşımı, Çox sıxmışam yumruğumu, qaşımı. Düz olmuşam ,əyməmişəm başımı, peşman olub əyməyimi qınama. Mən özümlə üzləşməkdən qorxmayıb Hər andıma sədaqətdən qopmayıb Öz ağrıma nələr- nələr toplayıb bu yaşımda dəyməyimi qınama.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Günəş bir az başını Aşağı əyib getdi. Qaraldı hava. Gecənin qaranlığında Ay Ağ diş kimi Ağardı uzaqdan. Yağdı küləyin səsi, Göyün gurultusu Yağış kimi. Töküldü üstümə Xatirələr qarğış kimi. Bir başıpapaqlı Həsrətdi mənimki, Mən də mental düşüncədə – Sözündən çıxa bilmədim. Gecə bilmədim, Yuxu bilmədim. Bütün qaydaları pozdum, Bir addım qabağa çıxdım. Bu qadın canımla Bir damcı qorxu bilmədim. Bəs sən neylədin mənimçün?
Ehi uomo , che offendi te stesso Hai molto spesso peccato? Tutto quello che hai perso è dentro di te. Esiste qualcosa che hai guadagnato? Chi ha preso da te? Chi ti ha lasciato vuoto? Chi ha accarezzato il tuo cuore? E ti ha così reso sereno? Chi ha distrutto la tua vita e il tuo destino guardando il tuo volto dispiaciuto? Cosa ti ha lasciato negli occhi, Da dove cadono lacrime? Forse solo tu Ti sei trasformato in dolore per te stesso? Forse hai solo permesso alle tue gioie Di scivolarti tra le dita? Ehi tu, oppresso dal dolore, Mentre cammini nei tuoi pensieri, Stanco delle loro vie Di perdere il sole fra i lamenti.. Torna indietro, fai pace con te stesso. Stringi le mani e ritrova la fiducia In ciò a cui hai voltato le spalle.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bəxtin qaranlıq üzünə Ağlayar, həm gülər qadın. Hər dərdini, kədərini Ürəyində bölər qadın.
Kəsdirər qəm savaşını, Əridər dərdin daşını, Gizlin axan göz yaşını, Öz içində silər qadın.
Etibarın, sədaqətin, Yollarında olar mətin, Düz ilqarın, məhəbbətin Hər an qədrin bilər qadın.
Nəfəsiylə buz əridər, Baxışıyla söz əridər, Ağlayan qəlbi kiridər, Ruhuyla dincələr qadın.
Qışda bahara dönər o, Şam kimi yanar, sönər o, Haqqın yolunda dinər o, Haqq üçün incələr qadın.
Bir çiçəkdi zərif, incə, Bir bahardı, gülü qönçə, Sevgi, inamı ölüncə, Ondan qabaq ölər qadın.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına… mənə çoxdan “xala” deyir uşaqlar, nə tez “nənə” oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda “körpəsi” olan bir qadın… Daha günlərimdən borc ala bilməz, “olmazlar”… Dilimdə təkbirdi adın… burax, qoy qocalsın “Sabir küçəsi”… heç kimin ilk sevda qəsri olmasın… “saçımda ağ kağızın boz kölgəsi…” -demişdin… o kölgə heç canlanmasın… burax, dizlərində kükrəsin zaman… burax, at oynatsın sevinc üzündə… mən sənin dizinə qısılıb yatan “körpənəm”… qalmışam şeir düzündə… əllərim açılır dörd bir tərəfə- mən bütün dinlərin bidətçisiyəm… duam himn kimi… “Lay-lay, bənövşəm…” Lilitin sonuncu lənətçisiyəm… sən nə tez yenildin ağrılarına? nə tez zəfər himni çaldı “can hayı”? sən nə tez qocaldın, ay naxış anam? hələ cücərməyib candan can payım…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Kimsən, kiminləsən, Kimə aidsən? Səni sevmək istəyirəm, Müsaitsən? Sevgi nədir ki, guya? Bir şeyin ki axırı Əvvəlindən bəllidi. Amma, yenə Bu darısqal dünyamızın içində Bir qırıq təsəllidi. Ömür bölüşməli yaşımız deyil, Gəl ürək bölüşək, Gəl söz bölüşək. -Bir hüzün var ürəyimdə, Bilmirsən, Azalmaz, yüz bölüşək. Hə, nə deyirsən? Bir sən, bir də mən varam Bu tapmaca oynumda, Əllərimi gizlətmişəm qoynumda, Taparsanmı, itirsəm?