Xəzan yarpaqlarının xışıltısında
Büllur bulaqların pıçıltısında
Səni görürəm
Dan yerinin al-əlvan qırmızılığında
Bəyaz gecələrin süd kimi işıq saçan aydınlığında
Səni görürəm..
Lacivərd göylərin göz qamaşdıran ulduzlu kəhkəşanında
Hər yeni səhərin ala-toranında
Səni görürəm…
Həsrətdən divanə dalğaların qaçışında
Sevənlərin od yandıran baxışında
Səni görürəm…
Göylərin nur yağışında
Ağ duvaqlı şəlalənin axışında
Səni görürəm…
Hər yeni günün ümid dolu gəlişində
Qürub günəşinin qəlbləri sızladan kədərli,müztərib gedişində
Səni görürəm…
Əqlimdə sən,
Qəlbimdə sən,
Dilimdə sən,
Gözümdə sən,
Özümdə sən,
Hər yerdə,hər şeydə sən.
Əl çəkdim inadımdan
Qurtulum əzabından
Gəl,gəl qurtar, məni səndən
Mən, mən olum
Sən də sən…