Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

Bilmədim qul, şah eşqi,
Gecə, nə sabah eşqi,
Ürəkdə ALLAH eşqi,
Gedirəm sona doğru.

Quş kimi söz dənlədim,
Təkcə, Sözdən inlədim,
Övliyalar dinlədim,
Baxmadım şana doğru.

Bu sevgi candan gəlib,
Sümükdən, qandan gəlib…
…Əvvəlim Ondan gəlib,
Dönəcəm Ona doğru.