Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 61 - 120 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”YAŞA YOXLUĞUMU YAD HƏYATINDA!”

Post Views: 278 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri. Dilimin ucunda uyuyur hələ,Səbrimə sığınan sonuncu kəlməm.Barmağa dolayıb elədən beləYetər hərlədiyin hissimi, sənəm! Qəlbimə dağ çəkib sökdün bağrımı,Gözümdən gətirib sevincimi sən.Ağlımı başımdan alan ağrımı,Bələdin sevdalı söz incimə sən. Gözlərim oxşadı üzünü, gülüm,İsinib bir müddət şirinliyinə.Sadəlövh güvənim üzümə gülür,Düşdükcə kədərin dərinliyinə. Araya sərinlik sərgiləyən kəs,Söylə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Seçmə şeirlər II hissə

Post Views: 178 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Bir az bu ağaca, bir az o daşa Bir az bu ağaca, bir az o daşa,Bir az bu torpağa oxşayıram mən.Bir az ağac ömrü, bir az daş ömrü,Bir az torpaq ömrü yaşayıram mən. Yüz yol od qoyanlar yandırammadı,Olmadı kimsəyə əyilməyim də.Palıd vüqarımı sındırammadı,Salbalar altında …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”BAĞLA QAPINI”

Post Views: 122 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Ürək, bir vaxt bəzəmişdin,Təmtəraqla qapını.İndi yaman səs eyləyir,Bir az yağla qapını. Yolun yoxuş, yolun hamar,Hərdən oyaq, hərdən xumar.Birdən kimsə mədət umar,Açıq saxla qapını. Mənli həyat, mənsiz rahat,Gedirəm mən, qal salamat.Yola …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.Yeni şeirlər (2026) V hissə

Post Views: 530 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. * * * Mənim bəsirətimdə,Hər gün neçəsi kordu.Mənim bəsirətimdə,Zahid var gorbagordu. Astar çəksən üzlərə,Qarışar e düz, dərə.Allah, baxan gözlərə,Baxıram işıqfordu. Qəlb odamda bir sükut,Gəl səsin rəngini tut.Bacarsan onu unut,Bacarmasan, bu, zordu. Gəldik, tutmadı …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Söykən çomağına, eloğlu”

Post Views: 303 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Taleyin yazılıb bu çölə, düzə,Bəxtin dəyənəyə, çomağa düşüb.Hay-haray salmısan köçü Arana,Gah yolun yaylağa, gah dağa düşüb Söykən çomağına, söykən, eloğlu,Quşgözü seyr elə bu çölü, düzüGörən kim ağladıb bu buludları,Göyün ayağını yerdən kim …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Məzarım üstünə nə gəl, nə ağla”

Post Views: 306 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Məzarım üstünə nə gəl, nə ağla,qıyma ki, qəbrimin daşı ərisin,qara günlərimə bir qara bağla,bəlkə o illərin yaşı ərisin. kənardan boylanıb seyr elə bir az,soyuq məzarımın …

Azərbaycan ədəbiyyatı

Təranə VAHİD.”XIRDA BƏHANƏLƏR” (Hekayə)

Post Views: 158 Böyük  quşlar köçüb gedəndən sonra xırda quşlar payızın qulağına nəsə pıçıldayırdılar… Onların daxması kəndin qurtaracağında, ağaclarının göyə milləndiyi zəhmli palıd meşəsinin düz ağzındaydı. İncəvara, daxmanın üzük əndə tərəf idi, axşamlar meşədə canavarlar ulayıb çaqqallar səs-səsə verəndə daxma işığı yanan kəndə baxıb ürəklənirdi. Daxmanın da qəribə görkəmi vardı. Taxta-puşunun bir tərəfi əyildiyindən uzaqdan …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Seçmə şeirlər

Post Views: 192 * * * Nimdaş təsəllidi gəldiyimiz yol,Sözlərim qəlbini, danış, neylədi…Hərəmiz bir adla gəldik dünyaya,Bizi taleyimiz tanış eylədi –Niyə taleyimiz oxşardı belə… Çəkib ruhumuzu səpələdilər,Səni sevən oğlan, məni sevən qız.Elə bir-birinə tuş gələydilər,Bizimi görmüşdü o iki qansız –Niyə taleyimiz oxşardı belə. Yolüstü təsadüf, yolüstü pənah,Bilmədik sevgimiz ölər, doğular.Belə də həqiqət olarmı, allah…Bəlkə əfsanəyə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Tanışdı bu mesaj…Bu sonuncu söz”

Post Views: 228 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Tanışdı bu mesaj…Bu sonuncu söz,içimdə bir şeytan namaza durub…ruhum bu dünyadan əlini üzüb,Tanrı saatını olmaza qurub… Bu da sevgidirmi?!gülə bilmirəm…hansı din gülməyi haram buyurub?vallah, ayrılıqdan ölə …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.”Bu gün doğum günündür”

Post Views: 247 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Bax, yenə unutmuşam..Getdin, hər şey dəyişdi,Mən yenə də huşsuzam..Hər gülən üz görəndə,Hər parlayan baxışda,Səni hey düşünərək,Səssiz-səssiz dolmuşam..Sən, bəlkə, əbədisən..Mən sənsiz yox olmuşam.. Yoxluğunun şəninə,Heç bir şey paylaşmadım..Məni əfv et, birdənəm..Sənə vaxtsız gedişi,Heç cür yaraşdırmadım..Baxdım şəkillərinə..Baxdım.. baxdım.. Ağladım..Gedişin, yoxluğunla,Kim barışdı, bilmirəm..Mən heç cür barışmadım..Sən torpağa …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Özümdən çıxa bilməzsən”

Post Views: 245 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Sən mənim özümsən eləÖzümdən çıxa bilməzsən.Sənin şairin mənəmsəSözümdən çıxa bilməzsən.. Düşsə ayrılıq arayaNə e, nə çatar haraya?Hər an qanayan yarayaDözümdən çıxa bilməzsən.. Eşqin də öz qınağı varKüçə- küçə sorağı varMəndə Leyli çırağı varİzimdən çıxa bilməzsən.. Sən mənim özümsən eləÖzümdən …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) XIII hissə

Post Views: 178 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Heç kimMəni səndən soruşmayacaq.Nə də heç kim səni məndən.Nə gözəl ayrılıq oldu.Dərdi yığdım gözlərimə,Yanaqlarım qayıq oldu…Əllərimdən soruşuramSəni tez-tez,Gözlərimdən tökülürsən.Eh! Yenə də bir yol tapıb,Ürəyimə çəkilirsən.Elə gücüm də …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Sənsən bu dünyada eşqim, inamım”

Post Views: 202 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Sənsən bu dünyada eşqim, inamım,Sən dəyər verənsən, qədir bilənsən.Bir köynək hamıdan yaxın olanım,Yaxşı ki varımsan, yaxşı ki sənsən. Ömrümün yarısın boşa yaşadım,Küsdüm, təkliyimlə qoşa yaşadım.İndi ki gəlmisən — yaşa, yaşadım,Nə şirin dövransan, nə şirin dəmsən. Qəlbim daş deyildi, daş elədilər,Məni …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”YANINDA…”

Post Views: 345 Qəlbim qalıb süzgün gözün yanında,Canlar alan bir dənizin yanında,Yalqız olmur- yaxın düşə bilmirəm-Ay dolaşır ağ bənizin yanında, Ay nədir ki? Ömr eləyər sübhədək,Yar gülüşü cəzb eləyən bir mələk,Sarman mənə; o ulduzlu biçənəkÇiçək açsın kölgəmizin yanında, Çatma qaşın- siyah durna lələyi,Təbəssümün incə Şeytan kələyi,Tuta bilsəm öldürəcəm küləyi-Gah sinənin, gah dizinin yanında! Xəzan tutar …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”BİZ GETMƏSƏK, BƏS KİM GEDƏR SAVAŞA”

Post Views: 138 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Torpaqlarımızın azadlığı naminə müqəddəs cihada – murdar düşmənlə ölüm-qalım savaşına könüllü səfərbər olunan ər oğlu ərlərin MARŞı Türk oğluyuq, qeyrətimiz bəllidi,Yaranışdan qüdrətimiz bəllidi.İlahidən fitrətimiz bəllidi,Hazırıq biz bundan betər savaşa,Biz getməsək, bəs kim gedər savaşa?! Geri donmək ardı bizə bu yolda,Şəhid olmaq vardı bizə bu …

Azərbaycan ədəbiyyatı

Vasif SÜLEYMAN.Yeni şeirlər (2026)

Post Views: 178 GƏLSİN Eşqin ayrılıqdan keçən yolu var,Keçimmi… ayrılıq havası gəlsin.Bu eşqə göylərdən fərman verilib,Tanrım, aç sirrini, mənası gəlsin. Bu ömrün sonudu – bu eşqin sonu,Əllərim alovun içində donur.Yerlərmi, göylərmi yaratmış onu,İnsan yaradıbsa… anası gəlsin. Gecə gördüyümü danışdım suya,Gözümə gəlməkdən usandı röya.Yandıra-yandıra gəlib dünyaya,Varmı məndən gözəl yanası.. BU ÇİÇƏK KARIXIB ÖMRÜN ƏLİNDƏ Zülümmü əlini …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLİ.”ŞƏHİDİM, SABAHIM SƏNƏ BORCLUDUR”

Post Views: 181 Filologiya elmləri doktoru, Ədəbiyyatşünas, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Torpaq üstündəki firavan həyatTorpaq altındakı cana borcludur.Aldığımız nəfəs, hər bəxtəvər səsTökülən müqəddəs qana borcludur. Xarı bülbülümün ətrində odur,Salxım söyüdümün çətrində odur,Tariximin qızıl sətrində odur,Əsrlər ömrünü ona borcludur. Hər şəhid – zirvəsi göyü dələn dağ,Köksündə azadlıq çağlayan bulaq.Qırılan hər ömrün sonu …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”PAYIZIN VİDA NƏĞMƏSİ”

Post Views: 228 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Yağır payiz yağışları,Ağaclar, kollar islanıb.Saralıb, solan yarpaqlarNəmişlikdənmi “paslanıb”?! Kirpiyə bənzər budaqdanSoyuq damlalar asılıb.Sanki payızın əliyləVida nəğməsi yazılıb… Dözə bilmir ayrılığaKövrəlibdir yerim, göyüm…Xəzəl közlər ocağındaGöynəyirəm göyüm-göyüm… Titrəyən sarı yarpağınBənzəri var sarı simə…Yenə yol çəkir gözlərim,Ürəyim düşüb tilsimə… …

Azərbaycan ədəbiyyatı

Zaur BAYRAMOĞLU.”YATAQXANA ƏHVALATI” (Hekayə)

Post Views: 416 Tələbə yataqxanasının ikinci mərtəbəsi. Birinci kursda oxuyan dörd tələbənin yaşadığı otaqda gecədən xeyli keçsə də, işıq sönməmişdi… Mahir əlindəki kitabı çarpayının üstünə qoyaraq dikəlib oturdu. Gicgahlarını ovuşdurub gözlərini qırpışdırdı. Hərəsi bir işlə məşğul olan yoldaşlarına baxıb soruşdu: Rəhim gözlərini oxuduğu səhifədən çəkmədən: Əlindəki isti çaydanla mətbəxdən gələn Fərrux: Kamil önündəki kitabı örtüb, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”OLMAYACAQ…”

Post Views: 338 Təkcə məni sevəcəksən;Başqa yarın olmayacaq,Mən donacam- saçlarındaÖzgə qarın olmayacaq, Tənhalıqda məni atıb,Getsən hər şeyi unudub,Solacaqsan xəzan tutub-İlk baharın olmaysvaq, Tapınmadan Uca Haqqa,Taleyinə oldun qaşqa,Ürəyində məndən başqaArzuların olmayacaq, Od vuracaq mənli illər,Üşüdəcək xatirələr,Hər cür xülyan ola bilər-Arzuların olmayacaq..

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”Sənsizliyim”

Post Views: 372 Yanan işıq otağıma daşıyır sənsizliyiQoy işığı söndürümQaranlıq saçların kimi dağılsın yastığımaQoy işığı söndürümSənsiz dünyam tarimardır, dağınıq bir məkandırQoy işığı söndürümAyrılıq harayın olub, çırpınır otağımdaQoy işığı söndürüm Sənsizliyim sabahıma bir sirdaş mənimSənsizliyim gözlərimdə bir təlaş mənimSənsizlik ümidimə bir yoldaş mənimQoy işığı söndürüm Yanan işıq otağıma daşıyır sənsizliyiQoy işığı söndürümQaranlıq saçların kimi dağılsın yastığımaQoy …

Azərbaycan ədəbiyyatı

MÜTALİƏ MƏDƏNİYYƏTİ ÜÇÜN SEÇMƏLƏR – Xalq şairi Nəriman HƏSƏNZADƏnin şeirləri

Post Views: 190 Könül Əliyeva, “Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi MÜTALİƏ MƏDƏNİYYƏTİNİ NECƏ FORMALAŞDIRMALI? “Ədəbiyyat və incəsənət” portalının təqdim etdiyi bu silsilə yazılar Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərkib hissəsi olaraq nəşr …

Azərbaycan ədəbiyyatı

“Bir şair, bir şeir”də Adilə Nəzər və “Qovaq altında” 

Post Views: 191 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi Salam, “Ədəbiyyat və İncəsənət” portalının dəyərli izləyiciləri. Hər dəfə “Bir şair, bir şeir” rubrikasını təqdim edərkən ilk özüm şeirin içindəki gizli dünyaya köçürəm və qayıdıb şeiri Sizə təqdim edirəm. Əminəm ki, mənim kimi poeziya ilə nəfəs alanlar da şeirin hər misrasındakı şairin nəfəsini …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”XİTAB”

Post Views: 335 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Keçir bu ömrü xəzandan,Yaza ümidi ölməsin.Onsuz da çoxda gözü yox,Aza ümidi ölməsin. Çıxar başdan havasını,Kim sevər ki, yavasını?!Şən et bülbül avazını,Naza ümidi ölməsin. Özünə, Göy, çək gülünü,Yerin bu göyçək gülünü.Pir elə “Göyçəgülü”nü,Saza ümidi ölməsin. Bir kəlmən mənə bəs eylər,Ünüm yetdisə, səs eylə.Qələmi müqəddəs eylə,Sözə …

Azərbaycan ədəbiyyatı

Günay MİRİ .”Hələ özümə çatmamışam”

Post Views: 203 Onews.az gənc yazar Günay Mirinin “Yarımçıq şeir”ini təqdim edir: ***Yarımçıq şeir Yarımçıq oxuduğum şeirlərinahı tutub məni, Allah.Yarıda qoyma məni… Hər şeirin görünməyənbir davamı var.İnsan bəzən bir misradaözündən əvvəlki ömrünü,özündən sonrakı taleyini görür. Haradan xatırlasam, bəxtimioradan da yazarsan.Qismətimiyarım qalan misralarınarasından keçir. Son sözümüvaxtın yaddaşına həvalə etmə.Mənim payıma düşən ömrübir az da göylərin yaddaşına …

Azərbaycan ədəbiyyatı

Fərqanə SƏFƏRLİ.”Su, torpaq və tanrı”

Post Views: 228 Lal suyu üzü üstə,Tökdün göydən aşağı-Ay insanın yiyəsi!Yağışla düş torpağa,Bizə quru yer göstər… ​Neçə əsrlik olubYaşın, başın bilmirəm?!Bəsdir gözlətdin bizi.Gözləməkdən gözümüz,Kök atıbdı torpağa,Rəng qatıbdı yarpağa. ​Saralıb ovcumuzdaDuaların bənizi.Özün gözəl endirdin ,Ən saxtakar dənizi.Qabardı üzümüzə,Çəkildi dizimizdən. ​Divan köhnə divandı,Tutmusan canımıza.Yaşamağa yer burax,Nəfəsə, qanımıza.Taxtı özünə saxla,Dərdi sazına bağla… Taxmısan kəpənəyə,Qolumun qandalların.Qorxmursan ki, uçaram ?Tələsir …

Azərbaycan ədəbiyyatı

Firəngiz SABİRQIZI.”Mənim dənizim sən ol”

Post Views: 310 Mənim dənizim sən ol,Kirpiyin ləpələrim.Saçlarında yuyunum,Üzünə səpələnim. Coşanda dalğaların,Bir mən olum, bir də sən.Gözlərini öpdükcə,Dodağımı yusun nəm. Yaxanı hər açanda,Gün doğsun otağıma.Əllərin ağ qağayı,Toxunsun yanağıma. İncə təbəssümünlə,Dürmək edim çörəyimi.Qoşa-cüt hörüyünlə,Qundaq edim ürəyimi. Mənim dənizim sən ol,Mən sənə yelkən olum.Dənizi qucaqlayan,Ən əziz ölkən olum.

Azərbaycan ədəbiyyatı

Nurcan SANDAL – Açar, ev, telefon

Post Views: 318 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Açar, ev, telefon.   Üç söz. Üç adi söz. Kənardan baxanda heç birinin altında dayanıb düşünməyə belə dəyməz. Amma bəzi sözlərin mənası lüğətdə yazılmır. Onların mənasını insan yalnız yaşadıqlarından öyrənir.   Deyirlər, insan heç kimə deyə bilmədiyi şeyləri yazanda rahatlayır. Mən isə düşünürəm ki, bəzi şeylər …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”Baba aparsın” (Hekayə)

Post Views: 176 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Nəsr bölməsinin Rəhbəri. Coşunun üç yaşı vardı. O, artıq bir il idi ki, bağçaya gedirdi. Hər səhər ya anası, ya da atası onun əlindən tutub bağçaya aparırdı. Amma bağça dostu Fərruxun bəxti gətirmişdi: onu hər gün bağçaya ağsaqqal, nurani çöhrəli babası gətirir, axşam da məhəbbətlə …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Bir can öldürür”

Post Views: 336 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Halal halallıqdan çıxıb,Gözlərim ağlıqdan çıxıb,Balam balalıqdan çıxıb,Məni hər zaman öldürür. Xəyalımin daş örtüyü,Arzuların qış örtüyü,Qarabagın yaş örtüyü,Hər an bir güman öldürür. Sarıldim daş kəsəklərə,Bir hava …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Dərdlərin yuya səni”

Post Views: 145 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Bir uçuq daxma olaOturub qəmlənəsən.Dərdini güzgü bilib,Elə güzgülənəsən. Gözlərin qəhərlənəNar kimi sıxılasan.Köksün elə titrəyəDəniztək çalxanasan. Çəkib qəmin ətriniBir az ləpələnəsən.Dərdlərin gül üzünəŞirin-şirin güləsən. Bulud-bulud ağlayıbGöylərə …

Azərbaycan ədəbiyyatı

İbrahim İLYASLI.Seçmə şeirlər II hissə

Post Views: 230 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri Bildim Dünyanın ikicə rəngi varıymış,-Bildim qara nədi, ağ nədi, bildim.Balamın dilindən bir söz eşitdim,Dağ üstən çəkilən dağ nədi, bildim. “Yox”dan yola çıxdım, yol məni getdi,Kəm məni kəsdirdi, bol məni getdi.Mən sağı getdikcə, sol məni getdi,Axır ki sol nədi, sağ nədi, bildim. Doldu piyalələr, boşaldı …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.”Əsl eşqin, məhəbbətin izahısan Ulu Öndər!”

Post Views: 155 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 100 İLLİYİNƏ HƏSR EDİLİB İlahinin bəxş etdiyi nur olmusan bu millətə,Lazım olan bir məqamda sarılmısan bu millətə.Bu milləti sevə-sevə vurulmusan bu millətə,Əsl eşqin, məhəbbətin izahısan Ulu …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.Yeni şeirlər (2026) IV hissə

Post Views: 399 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. * * * Cismin halına bənzəmir,Bir özgədir ruhun halı.Cavab batində gizlənir,Doğmayınca eşq sualı. Tanrım, eşqin sətir-sətir,Yayır qəlbdən dilə ətir.Göy başım üstündə çətir,Yer ayaq altında xalı. Uca yaratdın insanı,Səni tanımayan hanı?Dərk elədikcə dünyanı,Gözdən düşür …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Qaçqının”

Post Views: 339 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Tale döyüb hər addımda qismətin,Yurdu qalıb bir başına qaçqınınYad yerlərdə çəkib nadan minnətin,Dərd hopubdu yaddaşına qaçqının Nəyin yiyəsiydi o qaça – qaçda,Qaldı yurd-yuvasız min ehtiyacda,Darıxır əkdiyi güldə – ağacda,Zəhər qatdı kim aşına, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”SƏNDƏ NƏ GÜNAH VAR?…”

Post Views: 194 Tərsinə yozulsa düzüm,gerçəyim,deyirdim-“küsərik bir az uzağı”,eşqdə də son bahar varsa,çiçəyim,bizim təqsirimiz nədədir axı?Nəqarət:SƏNDƏ NƏ GÜNAH VAR?-SƏN BİR MƏLƏKSƏN,İNCİYİB-KÜSDÜYÜM ÖZ ÜRƏYİMDIR,MƏNİ TƏNHALIĞA MƏHBUS APARANSƏNSİZ YAŞANACAQ GƏLƏCƏYİMDİR.2.Hicranda bir nəfər günahkar olmur,gülüm,ikimiz də günah etmişik,hər biri bir yanda-iki gül solur;birgə ölmək ücün ayrı bitmişik…

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”QIFILSIZ XƏZİNƏ”

Post Views: 208 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Elə bil itirmişəm mən ağzımın tamını,Hamı məni unudub, elə mən də hamını…Bilmirəm doğmalardan niyə uzaq olmuşam?Gözünü xəzəl tutan gizli bulaq olmuşam…Bir vaxt at oynadardım, fağıra dönmüşəm mən,İçini kol-kos basan cığıra dönmüşəm mən…Budaqların ucunda əsən yarpaq olmuşam,Xəzələ …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”DAĞLAR OĞLU”

Post Views: 174 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas. Qorxdu ki, bu qürura əzəmətə göz dəyə,Sən zirvəyə qalxanda dağ dumana büründü.Şiş qayanın üstünə qonaraq qartal kimi,Bir azca dincini al, nəfəsini dər indi. Torpaq bərəkətlidi, yerə nə atsan bitər,Başımızın üstündən buludlar, quşlar ötər,Seyr elə təbiəti, bir …

Azərbaycan ədəbiyyatı

Aysel XANLARQIZI.”Mən yorğun yolların sinəsi üstündə”

Post Views: 252 *** Mən yorğun yolların sinəsi üstündə həsrətini qucaqlayan tənha bir yer adamı, gözlərimdəki bayram sabahı yalnızlığıdır səni özləmək. Duyğularım minarələrdən dağılan səcdə çağırışına tələsən səs qədər həssas, al saçlarımı, qoynunun ən rahat bir küncündən as. Hər gün azan səsini ilahi bir eşqlə gözləmək kimidir, səni gözləmək, cismimdə nə hiss varsa sevginlə şifrələnib… …

Azərbaycan ədəbiyyatı

Yarımçıq qalan nəğmə (Hekayə) – Günel MUSA

Post Views: 194 Evimizə qayıtmışdıq. Həyətdə qəribə bir sakitlik vardı. Tut ağacı həyətin ortasında əzəmətlə ucalırdı. Sübh şəfəqləri hələ tut ağacının sıx budaqlarını yara bilməmişdi. İşıq yarpaqların arasından xırda qızılı ləkələr halında həyətə səpələnirdi. Otların üstündəki şeh damcıları şüşə qırıntıları kimi parıldayırdı. Bir küncdə toyuqlar torpağı eşələyir, hasarın üstünə qonmuş sərçə dimdiyini qanadına sürtürdü. Hərdənbir …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Lalə göyərtmişəm gözümün üstdə”

Post Views: 227 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Lalə göyərtmişəm gözümün üstdə,Saçıma qarışır ləçəyi mehlə…Sizə göndərmişəm izimi qəsdən,Məni unutmağa düz ordan başla-Döngənin başında izi silməklə… Sonra…Sonra qayıdarıq bir-birimizə,“Necəsən?” deyərik gülümsəyərək…Yaylıq bağlayarıq xatirəmizə,Görənlər desin ki: …

Azərbaycan ədəbiyyatı

Gülnar SƏMA.”Şuşa”

Post Views: 244 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri. Şuşa – İstanbul fəthi,Şuşa – Çanaqqaladır.Şuşa – özünə dönüş,Şuşa – başa bəladır. Şuşa – Metexan dərsi –Atilla imtahanı.Şuşa türkün gücüylə,Silkələdi cahanı. Şuşa – Borçalı yolu,Şuşa …

Azərbaycan ədəbiyyatı

Təhminə MÜBARİZ.”Sevgi azadlıqdır, əsirlik deyil”

Post Views: 214 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. Sevgi azadlıqdır, əsirlik deyil,Eşq dərvişlik olar, yesirlik deyil,Məhəbbət sonsuzdur, əsrlik deyil..Zaman sevgi ölçə bilməz, sevgilim.. Könlümdə duyğular səntək zərifdir,Sən olmayan dünya mənə qəribdir,Ruhuma səninlə bahar gəlibdir,Qəlbimdə gül açdı qönçə, sevgilim.. Mən səni görürəm Haqqdan pay kimi,Könlüm kimi görsün sənə tay kimi,Gündüzlər günəşim, gecə ay …

Azərbaycan ədəbiyyatı

Könül NURİYEVA.”Orda…”

Post Views: 193 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının CƏNUB Bürosunun Rəhbəri Orda…Bağın lap sonunda,İndicə yağışın suladığı nanə kolları var a,Əvvəlcə ətri, sonra rəngiyləAlmışdı ya könlümüzü… Sənsə…Əvvəlcə acı sözlərin,Sonra “gözlərimin işığı” deyişinləXatircəm etmişdin a məni…Heç bilmədim, nə oldusa,Nanəlikdə itdin, yox oldun,Nanə kollarıyla birlikdə! Əgər bütün olanlarNanə kolları arasında tez yoxa çıxacaqdısa,Arxasınca bir nanə ətri qalmayacaqdısa,Onda bizim …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (2026) XII hissə

Post Views: 168 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri. * * * Səhv idi səni sevməyim,Mən yenə də düz darıxdım.Yadıma saldın özünü,Bir düşünüb, yüz darıxdım. Səndən ömür düzəltmişəm,Nə sök, nə də tik- dörd divar.Bu ömrü ki biz səninləSürəmmədik… o …

Azərbaycan ədəbiyyatı

Sevinc YUNUSLU.”Ölsəm bir məktub yazacam”

Post Views: 204 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QAZAX Bürosunun Rəhbəri Ölsəm bir məktub yazacamDilimdən adın çıxacaq..O qız bu oğlanı atanFilimdən adın çıxacaq.. Sən uğraşma adla, sanla.Məni sındır, məni danla.Belə getsə bu minvallaElmdən adın çıxacaq.. Nə ad verim nə bunlara?!Uyğurlara, YaponlaraAraşdırılsa PunlaraZülümdən adın çıxacaq.. Dua etdim bu gün burdan,Ahım gəzir …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.”Sənsən bu dünyada eşqim, inamım”

Post Views: 231 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Sənsən bu dünyada eşqim, inamım,Sən dəyər verənsən, qədir bilənsən.Bir köynək hamıdan yaxın olanım,Yaxşı ki varımsan, yaxşı ki sənsən. Ömrümün yarısın boşa yaşadım,Küsdüm, təkliyimlə qoşa yaşadım.İndi ki gəlmisən — yaşa, yaşadım,Nə şirin dövransan, nə şirin dəmsən. Qəlbim daş deyildi, daş elədilər,Məni …

Azərbaycan ədəbiyyatı

Tubuxanım Qasımzadə: Elmi nəticələr real həyatda dəyişiklik yaratmalıdır

Post Views: 167 Yaşıl zəka və süni intellektin inkişafı elmi biliklərin cəmiyyətə daha aydın və əlçatan formada çatdırılmasını, elmi nəticələrin praktiki faydasının nümayiş etdirilməsini zəruri edir. AZƏRTAC xəbər verir ki, bu fikirləri “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” çərçivəsində keçirilən “Yaşıl zəka: İqlim dəyişmələrindən sosial-iqtisadi proseslərədək” mövzusunda elmi konfransda AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri biologiya …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”QARAVƏLLİ”

Post Views: 285 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Ömür bir az ağlamaqdı, Bir az da nəyə ağladığına ağlamaqdı. Ömür həm də əyninə usta əliylə biçilmiş qara paltarda Naşı əliylə vurulmuş ağ yamaqdı. Bu ömürdü, atam-qardaşım, Bəzən qara yuyub, ağ sərməkdi, Bəzən də qara sərib, ağ yumaqdı… Üzündəki ağ duvaxdı, Baxdım, baxdım – …

Azərbaycan ədəbiyyatı

Güneydən səslər – Dr. H.Ş. Soytürk, “Ata” hekayəsi

Post Views: 153 Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət” portalının Xüsusi Layihələr şöbəsi İstəkli oxucularım. Təqdimat rubrikamızda bu dəfə sizlərə güneyli soydaşlarımızdan birinin – Dr. H.Ş. Soytürkün yaradıcılığından bir nümunə təqdim edirik. Söhbət onun “Ata” adlı hekayəsindən gedir. Hekayə əsl didaktika nümunəsidir, tərbiyəedicidir. Burada müəllif aforizmsayağı çümlələri də gen-bol edib xüsusi maraq yaradıbdır. Məsələn, Aclıq təkcə çörəyin …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”QALIR”

Post Views: 516 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Gün doğur – üzə gün gülür,Dolanır bizdən gen, gülür.Üzdəki dərdin yüngülü, –Ağırı lap altda qalır. Uyma ömrün şabaşına,Yenilərsən savaşına.Ha dizinə, ha başınaO ki var, tapatda*, qalır. Xışla ömrün alağını,Tap yolunu-yolağını.Hələ də fil qulağınıSevənlər – top at da, qalır. Tanrıdan əta – xoşbəxtlik,İçdiyin buta – …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”60 SANİYƏNİN ŞEİRİ”

Post Views: 371 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru Dünya cavan, dünya qoca,Dünya mənim yaşıdımdı.Ötən illərin üstünəGözlərimin yaşı damdı. Usandım qeylü-qalından,Utandım boz əhvalından.Dördəlli dünya malındanTutan ağlı yaş adamdı. Bu çiyindi, bu baş – ayır,Bu qurudu, bu yaş – ayır.Yaxşı-pis – hamı yaşayır,Əsl insan yaşadandı. 27.07.2025

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Nəcibə İLKİN.”Mənə elə gəlir ki…”

Post Views: 248 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Mənə elə gəlir ki,Neçə il bundan öncəGörüşmüşəm səninlə.Bilməm hansı küçədə,Bilməm hansı dalanda,Bilməm hansı döngədə,Bilməm saat neçədə?Elə o vaxt, o zamanXatirə kimi qalıbÜrəyimin küncündə.Saatın əqrəbi təkGeriyə …

Azərbaycan ədəbiyyatı

Adilə NƏZƏR.”Qardaşıma ağı”

Post Views: 363 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist Bir ulduz da sönüb getdi beləcə,Dünya qəfil ikiləndi o sabah.Qələmimdən damcılayan mürəkkəb,Göz yaşımda şəkilləndi o sabah. Ölüm…Ey Günəşin, işığın tərsi,Sənə açıq gözlə kim baxa bilib?Ey nurla zülmətin sonuncu rəqsi,Doğma zəncirin kim buraxa bilib?Kim dözə bilibdir aldıqlarına?Bir ömrün ardınca …

Azərbaycan ədəbiyyatı

Nicat HUNALP.”Ölüm”

Post Views: 312 Azərbaycan Yazıçılar (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü,Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini. İlan tək qıvrılıb yatıb,Gözləyir qınında ölümHamıdan uzaq dayanıb,Hamının yanında ölüm Ölüm də ölür vaxt olur,Xoşbaxt olur, bədbaxt olur,Vaxt olur tərki – taxt olur,Boğulur qanında ölüm Bilmirik , harda gizlənir,Səs çıxarmır, gəlmir hənir,Qabağına …

Azərbaycan ədəbiyyatı

Elnur Uğur ABDİYEV.”Mən Fərhad ola bilmərəm”

Post Views: 416 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ. Mən Fərhad ola bilmərəm,Səbrim çapa bir qayanı.Sənlə gözəldi dünyamız,Sənsiz neynirəm dünyanı? Sənsiz dadı-duzu yoxdur,İştahasız əlimin də.Hər anı vahimə saçır,Ömür adlı bu filmində. Özümdən əmin oluram,Tək yanımda sən olanda.Məcburi köçkün olmuram,Gözlərin Vətən olanda. Eşqindir …

Azərbaycan ədəbiyyatı

Nofəl ÜMİD.”ÇƏKİRƏM”

Post Views: 190 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Demə mənə, nə çəkirsən,Dəmin şəklini çəkirəm.Hər yanıma düyünlənmişQəmin şəklini çəkirəm. Zaman aşıb sürətini,Kaş biləydim niyyətini,Var olanın həsrətini,Kəmin şəklini çəkirəm. Göyərmədi “ək” dediyin,Dərd çıxdı göyçək dediyin,“Əyrini düz çək” dediyinHəmin şəklini çəkirəm. Ömür yaman ucuzlaşıb,Səbrimin dəryası daşıb,Tənhalıqla qucaqlaşıbCəmin şəklini çəkirəm.

Azərbaycan ədəbiyyatı

Sərvər KAMRANLI.”BAKI SEVGİLİMƏ YAXŞI BAXARSAN”

Post Views: 186 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. Ana ol, balanda sevgilim olsun,Əzizlə, qoy sevinc qəlbinə dolsun.Küləyin saçına xəfifcə dalsın,Sən də saçlarına örpək taxarsan,Bakı, sevgilimə yaxşı baxarsan! Darıxsa, yol çəkib gözləri dolsa,Həsrətim gözündən gülüşü alsa.Fikri xəyalımın izində qalsa,Dost olub dərdinə şərik çıxarsan,Bakı, sevgilimə yaxşı baxarsan! Günəşin istisi yandırsa onu,Geydirsin günəşə buludlar donun.Görsən soyuq oldu, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”LALƏLƏR SOLAN ÇƏMƏN…”

Post Views: 382 Məzarı daş içində,yar gözü yaş içində,Şəhidlər Cənnətindəyatar qumaş içində,Yar gözü yaş içində,könül təlaş içində,çətindir baş çıxartmaqdərd dolu baş içində, Dərd dolu baş içində,könül təlaş içində,yoxsulluq xar edəndiqohum-qardaş içində, Könül təlaş içində,Şəhid qumaş içində,lalələr solan yamacqaldı xaşxaş içində…