Category: Azərbaycan ədəbiyyatı

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri İlahə ALLAHVERDİYEVA

    İlahə ALLAHVERDİYEVA (Allahverdiyeva İlahə Eyvaz qızı) 1982-ci ildə Naxçıvan Muxtar Respublikasınin Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Orta məktəbi fərqlənmə ilə bitirib. Hal- hazırda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsidir. Təhsildə göstərdiyi yüksək nəticələrə görə universitet tərəfindən Heydər Əliyev adına təqaüdə layiq görülüb. Müxtəlif mövzularda məqalələr yazan İlahə Allahverdiyevanin yazıları yalnız ölkə daxilində deyil, eyni zamanda ölkədən kənarda Türkiyə və Özbəkistan mətbuatında da nəşr olunub. Bir çox müsabiqələrin qalibi olan İlahə Allahverdiyeva ailəlidir,4 övladı var.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri Nemət TAHİR

       Nemət TAHİR (Rüstəmli Nemət Qəzənfər oğlu) 1987-ci il avqust ayının 27-də Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. Məlum səbəblərdən 1995-ci ildə Mingəçevirdə yerləşən Ağdam 128 saylı köçkün məktəbində birinci sinfə daxil olub, oranı 2006-cı ildə bitirib. İlk şeiri “Ağlar” 2003-cü ildə “Sovqat” qəzetində işıq üzü görüb. 2006-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.

      Şeirləri, hekayələri “Sumqayıt Universiteti”, “168 saat”, “Şaman”, “Sözün sehri”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.Günümüz”, “Azad qələm” qəzetlərində, o cümlədən Sumqayıt şəhərinin yaradılmasının 60 illiyinə həsr olunmuş almanaxda çap olunmuşdur.

      2010-2011-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.

      2011-ci ilin avqust ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin vakant yerlər müsabiqəsində iştirak edib. Ağdam rayonunun Səfərli qəsəbəsində yerləşən 91 saylı tam köçkün orta məktəbinə Azərbaycan dili və Ədəbiyyatı müəllimi təyin edilib.

      2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

      Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Usare” (Ebrar Vakfı Kültür yayın organı, Kahramanmaraş şəhəri), “Kardelen”, (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində nəşr olunub.

       “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda “Mübarizlər” adlı şeiri işıq üzü görüb.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu HÜSEYN

    Arzu HÜSEYN-Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gənclər üçün Prezident mükafatçısıdır. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəridir.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Xəyalə SEVİL

    Xəyalə SEVİL (Abbasova Xəyalə Vaqif qızı) 1985-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Müəllimlər İnstitunun “İbtidai təhsilin pedaqoqikası və metodikası” fakültəsini bitirib. Azərbaycan Respublikası Prezidenti Təqaüd fondunun təqaüdçüsüdür. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəridir. Şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunur. Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvüdür. Dünya Türk Gənc Yazarlar Birliyinin İdarə heyətinin üzvüdür. Ailəlidir, iki övladı var.

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBADLI Bürosunun Rəhbəri Qafqaz ƏVƏZOĞLU

    Qafqaz Əvəzoğlu

    Qafqaz ƏVƏZOĞLU (Dəmirov Qafqaz Əvəz oğlu) 1954-cü il aprel ayının 1-də Qubadlı rayonunda anadan olub. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür. Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədridir. AJB Şərqi Zəngəzur Jurnalistlər Təşkilatının sədridir. ”Sözün Sehri” qəzetinin təsisçisidir. Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorudur. ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qubadlı bürosunun rəhbəridir.

    2021-ci ildə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Usare”, “Kardelen”, “Yarpuz” dərgilərində işıq üzü görüb.

    1 aprel 2021-ci il tarixində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində “Şuşam!” şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbiyyat dərgisinin 30-cu sayında Azərbaycan və fars dillərində dərc olunub. 

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının SUMQAYIT Bürosunun Rəhbəri İbrahim İLYASLI

    İbrahim İlyaslı (tam adı:Hacıyev İbrahim Musa oğlu10 mart 1963AslanbəyliQazax rayonu) — tanınmış şair, Prezident təqaüdçüsü (1999), Azərbaycan Yazıçılar Birliyinin (1998) üzvü, Türk Edebiyyatı Vakfının Fəxri üzvü (2018)

    Həyatı[redaktə | mənbəni redaktə et]

    İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

    Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında, “Şair olmaq zülümdü” adlı dördüncü şeirlər kitabı isə 2018-ci ildə “Qələm Nəşrlər Evi”ndə nəşr edilib. 2020-ci ildə tərcümələrdən ibarət “Qırmızı almadan Qızıl almaya” kitabı “Vektor” Beynəlxalq Nəşrlər Evi tərəfindən çap edilib.

    Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

    2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi “San Yarlığı” ödülünə layiq görülüb. 2018-ci ildə isə ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı” ilə təltif edilib.

    2019-cu ildə “Şair olmaq zülümdü” adlı şeirlər kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl Kəlmə” mükafatına layiq görülüb.

    2019-cu ildə “Vektor” Beynəlxalq Elmlər Akademiyasının təsis etdiyi “Şahmar Əkbərzadə mükafatı”nın laureatı olub.

    Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 2019-cu il tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.

    Şeirləri Türkiyədə, Rusiyada, Özbəkistanda(2016) və Qazaxstanda(2018) nəşr olunmuş “Çağdaş Azərbaycan poeziyası” antologiyalarına daxil edilib.

    2000-ci ildən eyni zamanda tərcüməçilik fəaliyyəti ilə məşğuldur. Türkiyə türkcəsindən bir çox kitabları Azərbaycan türkcəsinə uyğulayıb. Rus, fransız, qazax, qırğız, özbək şair və nasirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

    Hal-hazırda Əli Kərim adına Sumqayıt şəhər Poeziya Evinin direktoru vəzifəsində çalışır.

    Azərbaycan Yazıçılar Birliyinin 2022-ci ildə keçirilmiş XIII qurultayında AYB “Poeziya Seksiyası”nın rəhbəri vəzifəsinə təyin edilib.

    Kitabları[redaktə | mənbəni redaktə et]

    • “Hamı bir körpüdən keçir”, 1998-ci il. “Ağrıdağ” nəşriyyatı
    • “Mən bir söz bilirəm”, 2004-cü il. “Adiloğlu” nəşriyyatı
    • “Yuxuma söykənmiş adam”, Bakı, “Avrasiya Press”, 2011., 64 səh. Tiraj 1000. ISBN 978-9952-442-35-9
    • “Şair olmaq zülümdü”., Bakı., “QƏLƏM” Nəşrlər Evi, 2018., 192 səh. Tiraj 1000 ISBN 978-9952-465-90-7
    • “Qırmızı almadan Qızıl Almaya”(Tərcümələr)., “VEKTOR” Beynəlxalq Nəşrlər Evi., 2020,, 316 səh. Tiraj 500.

    Tərcümə etdiyi və tərcümə olunmasında iştirak etdiyi kitablar[redaktə | mənbəni redaktə et]

    • “Avrasiyanın ürəyində” — Nursultan Nazarbayev . Bakı , “Ecoprint&advertising company”, 2014.
    • ” Hekayələr” — Çingiz Aytmatov , Bakı “Altun kitab ” nəşrlər evi 2014. ISBN 978-9952-24-205-8
    • “Məhəmməd peyğəmbərin (s.ə.s) xristianlara 6 vədi ” — Con Endryu Morrou (İlyas Abdəl) Bakı, “Qələm ” nəşrlər evi ,2017
    • “Qazax xanlığı — mənbəyi, ənənəsi və irsi”, Bakı “Şərq Qərb Nəşriyyat Evi” 2015. ISBN 9789952505948
    • ABAY. “Şeirlər, Poemalar, Qara sözlər”,. Bakı, “CBS-PP”, 2020. səh.448. Tiraj 500. ISBN 978-9952-414-17-2
    • Jorj Sand., “Nənəmin nağılları — Piktordu qalası”(Sinifdənxaric oxu) I kitab., “Çaşıoğlu” nəşriyyatı., Bakı — 2020., ISBN 978-9952-27-537-7
    • Jorj Sand., “Nənəmin nağılları — Şahzadə qurbağa”(Sinifdənxaric oxu) II kitab., “Çaşıoğlu” nəşriyyatı., Bakı — 2020., ISBN 978-9952-27-538-4

    Türkiyə türkcəsindən çevirdiyi kitablar[redaktə | mənbəni redaktə et]

    • “Kurtlar vadisi” — Zülfi Canpolad , Bakı “Qələm ” nəşrlər evi 2013. ISBN 978-9952-465-85-3
    • “Tarixi dəyişdirən məxvi servislər” — Əli Çimən , Bakı, “Qələm ” nəşrlər evi .ISBN 978-9952-468-32-8
    • “Problemi necə həll etməli” — Aylin Atmaca , Bakı ,”Altun kitab ” nəşrlər evi , ISBN 978–9952-24–273–7
    • “Sən Eşqsən” (şeirlər) — Sərvət Gürcan, Bakı, “Ecoprint”, 2018. ISBN 978 9952 29 089 6
    • “Bil, oğlum…” (şeirlər) — Serhat Kabaklı, Bakı, “Mütərcim”, 2018 ISBN 978-9952-28-374-7

    Odaptasiya etdiyi (məktəblilər üçün işlədiyi) kitablar[redaktə | mənbəni redaktə et]

    • “Görünməz adam” Herbert Uels. Bakı ,”Altun kitab ” nəşrlər evi.
    • “İtmiş dünya” Artur Konan Doyl. Bakı ,”Altun kitab ” nəşrlər evi. ISBN 978-9952-24-322-2
    • “Paris Notrdam Kilsəsi” Viktor Hüqo. Bakı ,”Altun kitab ” nəşrlər evi.
    • “Uzuncorab Peppi” Astrid Lindqren. Bakı ,”Altun kitab ” nəşrlər evi. ISBN 978–9952-24–231–7
    • “Çingiz Xan” Vasili Yan, Bakı , “Qələm” nəşrlər evi , ISBN 978-9952-468-01-4
    • “Şah Abbas” Elçin Hüseynbəyli. “Qələm” nəşrlər evi , ISBN 978-9952-468-01-4
    • “Tom Soyerin Macəraları” ,Mark Tven , Bakı “Altun kitab ” nəşrlər evi, 2011 ISBN 978-9952-24-098-4

    Xaricdə çap olunmuş əsərlər (jurnallar)[redaktə | mənbəni redaktə et]

    • “Yuxuma söykənmiş adam”, Təbriz,2013. “Haşimi Sudmənd Yayın Evi”. ISBN 978-600-6001-47-0
    • “Çağdaş seçkin Azərbaycan şiiri” , 2014. İSBN 978 9952 8176 1 4
    • “Çağdaş Azərbaycan şiiri ” , 2008 ,Türkiyə.
    • “Kardeş kalemler” ,2012 , Ankara ,Türkiyə.
    • “Жалын”, 2015 , Qazaxıstan (Almatı).
    • “Поэзия ” литературно — художественный журнал , 2013 Moskva.
    • “Türk Ədəbiyyatı” — Aylıq Fikir ve sanat Dergisi, Ocak 2018. İstanbul.
    • “Zamonavıy Ozarbayjon sheriyyatı”(Çağdaş Azərbaycan poeziyası), Antologiya. 2016, Daşkənd “Extremum-press” ISBN: 978-9943-4790-6-7.
    • “Yeni zaman Azərbaycan şeiri antalogiyası” (Qazaxca), I tom, 2018, Astana, “Foliant” İSBN: 978-601-302-959-7.
  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının MUĞAN Bürosunun Rəhbəri Namiq HACIHEYDƏRLİ

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Namiq Hacıheydərli (Namiq Ələkbər oğlu Heydərov) 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub.
    1990-cı ildə Varlı kənd əsas, 1992-ci ildə Salyan rayonu Yolüstü kənd orta məktəbini bitirmiş və elə həmin ildə ilk test üsulu ilə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakultəsinə daxil olub. Ali məktəbi 1997-ci ildə bitirib.
    1994-cü ildən ədəbi-publisistik yaradıcılıqla məşğul olur. 1999-cu ilin əvvəlində Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, 2000-ci ildə Məclis üzvü, 2004-cü ildə Mərkəzi Təftiş komissiyasının üzvü, 2009-cu ildə Krımın Yalta şəhərində keçirilən qurultayında bu qurumun Mərkəzi Təftiş Komissiyasının sədri seçilmişdir.
    2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2008-ci ildə isə AYB-nin Muğan Bölməsinin Salyanda keçirilən təsis konfransında xalq yazıçısı Anarın təklifi ilə AYB Muğan Bölməsinin sədri seçilir.
    2009-cu ilin ədəbi yekunlarına görə rəhbərlik etdiyi AYB Muğan Bölməsi “İlin ən fəal AYB Bölməsi” nominasiyasının qalibi elan edilib.
    10 kitabın 200-dən artıq elmi, ədəbi və publisistik məqalənin müəllifidir.


    MÜKAFATLARI;
    2008-ci ildə Prezident Mükafatına layiq görülüb.
    2009-cu ildə “VEKTOR” BEM tərəfindən Türk ədəbiyyatının inkişafındakı xidmətlərinə görə “Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na,
    2013-cü ildə “TÜRK DÜNYASINA XİDMƏT ÖDÜLÜ”nə,
    2015-ci ildə Türkiyə Sənət Platformu tərəfindən “2015 TÜRK DÜNYASI HİZMET ŞEREF ÖDÜLÜ”nə layiq görülüb.
    Yaradıcılığı, Türkiyədə, Kıbrısda, Özbəkistanda, Qazaxstanda, İranda, Rusiyada, Ukraynada və digər ölkələrdə çap olunub.
    Hazırda Bakı şəhəri Qaraçuxur qəsəbəsində yaşayır.
    Telefon: (050) 340 58 77

                            ______________ Namiq Hacıheydərli (N.Ə.Heydərov)
  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının TOVUZ Bürosunun Rəhbəri Gülnar SƏMA

    Gülnar SəmaGülnar Qasımlı (1986Dondar QuşçuTovuz rayonu) — Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,[1] Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, kitabpoema və monoqrafiya yazıçısı.[2]“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının “Gündəlik Analitik İnformasiya Agentliyi”nin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri.[3


    HəyatıRedaktə

    Qasımlı Gülnar Vaqif qızı 1986-cı ildə Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi Tovuz rayon Dondarquşçu kənd orta məktəbində bitirib[2].

    TəhsiliRedaktə

    2004-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş, 2007-ci ildə ali məktəblərarası keçirilən XII fənn olimpiadasında Azərbaycan dili fənni üzrə II yerə layiq görülmüşdür[2]. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan ədəbiyyatı bölməsinə magistraturaya daxil olmuşdur. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi Tənqid şöbəsinə Azərbaycan ədəbiyyatı ixtisası üzrə doktoranturaya qəbul olmuşdur.

    FəaliyyətiRedaktə

    2009–2014-cü illərdə Tovuz rayonu Muncuqlu kənd ümumi-orta məktəbində, 2014–2015-ci tədris illərində “Hədəf” hazırlıq kurslarında müəllim işləyib. 2017-ci ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisidir. 2009 və 2014-cü il bələdiyyə seçkilərində Tovuz rayonu Dondarquşçu kənd bələdiyyəsinin üzvü seçilmişdir. 2014-cü ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

    2015-ci ildə “Kaspi” qəzetinin keçirdiyi Hüseyn Cavidlə bağlı müsabiqənin üçüncüsü olmuşdur. Bir sıra beynəlxalq konfrans və simpoziumlarda, televiziya və radio verilişlərində çıxış etmişdir. Bədii, publisistik və elmi yazıları mətbuatda müntəzəm olaraq çap olunur. Türkiyənin Qəhrəmanmaraş (2015) və Trabzon (2016) şəhərlərində təşkil olunmuş ədəbiyyat festivallarında və UTEF-2-də (2017) iştirak etmişdir.

    3 iyul 2019-cu il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub[1].

    MükafatlarıRedaktə

    • 2015-ci ildə 2 fevral Gənclər günü münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafatı”na layiq görülmüşdür.
    • Gənc yazar kimi 2015-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
    • 2019-cu ildə Beynəlxalq Mahmud Kaşğari Mükafatı ilə təltif edilmişdir.

    KitablarıRedaktə

    • “Mən sehrli səmayam” (2001)
    • “İçimdəki söhbətlər” (2011)
    • “Gül” (2016) şeir kitabları

    TərcüməRedaktə

    Mehmet Nuri Parmaksızın “Həsrət, eşq və süküt” (2015) tərcümə kitabının müəllifidir.

    MonoqrafiyaRedaktə

    2018-ci ildə Latviyada rus dilində “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında poema janrı” adlı monoqrafiyası çap olunub.

    “Sözümüz sözdür” kitabıRedaktə

    2019-cu ildə publisistik məqalələrdən ibarət “Sözümüz sözdür” kitabı nəşr edilib[4]. “Sözümüz sözdür” kitabında Elçin ƏfəndiyevVilayət QuliyevAqil AbbasRəşad MəcidAkif SəmədElşən Əzim və digər müəlliflərin kitabları barədə yazılarla yanaşı, Mikayıl MüşfiqNəriman HəsənzadəFikrət QocaZəlimxan YaqubMəmməd Aslan kimi şairlərin poemaları haqqında məqalələr toplanıb. Kitabın üz qabığının fotoşəklinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Nofəl Ümiddir.[3].

    İstinadlarRedaktə

    1. ↑ 1 2 “Gülnar Səma şöbə müdiri təyin edilib”2019-07-06 tarixində arxivləşdirilibİstifadə tarixi: 2019-07-06.
    2. ↑ 1 2 3 Gülnar Qasımlı
    3. ↑ 1 2 “SÖZÜMÜZ SÖZDÜR” — GÜLNAR SƏMA [ölü keçid]
    4.  Ədəbiyyat İnstitutunun əməkdaşının publisistik məqalələr toplusu çapdan çıxıb

    Xarici keçidlərRedaktə

  • Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri Rüfət AXUNDLU

    This image has an empty alt attribute; its file name is rufet-axundlu.jpg

    Rüfət AXUNDLU (Rüfət Ruslan oğlu Axundov) 10 mart 1983-cü ildə Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 2001-ci ildə Ağstafa rayonu Həsənsu kənd Alı Mustafayev adına tam orta məktəbi bitirib. 2003-2008-ci illərdə
    Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Teatrşünaslıq ixtisası üzrə bakalavar dərəcəsi üzrə ali təhsil alıb.
    2010-cu ildən etibarən mədəniyyət sahəsində çalışır.
    14 fevbral 2012-ci ildən etibarən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəridir. Hazırda Ağstafa Regional Mədəniyyət İdarəsi, Ağstafa rayon Mədəniyyət Mərkəzinin Həsənsu kənd folklor klubunun müdiri vəzifəsində çalışır.
    Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. 2015-2016-cı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevin müvafiq qərarı ilə Gənc yazarlar üçün verilən birillik Prezident təqaüdünə layiq görülüb. Ailədir. 2 övladı, bir oğlu və bir qızı var.

  • Elvin İNTİQAMOĞLU.Yeni şeirlər

    İtkin əsgər anası

    • Çörək keçmir sualların boğazından:
      İtən bəxtim, hardasan,
      nə yeyirsən, nə içirsən?
      Şəhidlər də sağ-salamat gəldilər –
      Sən nə vaxta çatarsan,
      hansı kəndi keçirsən?
    • Mən də dözümlüyəm, bala,
      sən acsansa, mən də acam –
      Sənə qurban olsun anan,
      sənə qurban olsun bütün çörək
      qırıntıları…
    • Şəkillərin sildiyim əllərimi
      açıram sənə, Allah:
      Mən oğlumu bayrağa,
      Oğlum məni torpağa
      verməmiş öldürmə məni –
      Ölüsünü, dirisini
      görməmiş öldürmə məni…
    • Bircə əsir düşməsin,
      razıyam, qara olsun
      gözlərimin ümidli göy yaşları,
      əllərimin qırmızı duaları,
      ürəyimin yaşıl sıxıntıları…
    • Ədəbiyyat” qəzeti (2021, 14 vqust)
      “İgidlərin sözü” antologiyası (2022, I cild)
      “Vətən simurqları” toplusu (2022, I cild, 2-ci nəşr)
      Özbəkistanın “Kitab dünyası” qəzeti (2021, 22 sentyabr)

    Şəhid anası
    “Laylay dedim yatasan,
    qızılgülə batasan…”
    Qərənfil deməmişdi ki,
    qızılgül demişdi ana…

    Yazan çox qısa yazdı –
    İyirmi il çox azdı:
    Oğlunun son ad günündə
    yüz yaş istəmişdi ana…

    Ayın üçündə gəldi,
    bayraq içində gəldi –
    Əli bayraqlı əsgərin
    yolun gözləmişdi ana.

    Çətindi övlad qəmi,
    solğunlaşıb görkəmi –
    Nəyin qarşılığıydı bu,
    göyə neyləmişdi ana?!

    “Ədəbiyyat” qəzeti (2021, 14 avqust)
    “Vətən simurqları” toplusu (2022, I cild, 2-ci nəşr)
    Özbəkistanın “Kitab dünyası” qəzeti (2021, 22 sentyabr)

  • Tərlan SALEH.”Özüm türk övladıyam, Azərbaycan vətənim”

    Özüm türk övladıyam, Azərbaycan vətənim.
    Mən Şuşanın qızıyam, Şuşa anamdır mənim,
    Əgər mən bunu dansam, qoy mənə olsun qənim,
    Yurdumun havası da, suyu da, çörəyi də.

    Şuşadan dalğalanır Bülbülümün sədası,
    Kimdə vardır Rəşidin, vətən eşqi, vəfası?
    İsa bulağındadır cənnət zövqü səfası,
    Vətəndir hər insanın canı da ürəyi də..

    Tərlan xalqa bağlıdır öz təmiz ürəyiylə.
    Bu millətin bu xalqın saf arzu diləyiylə,
    Ali baş komandanın siyasi köməyiylə,
    Gerçəkləşdi millətin arzusu diləyi də.

  • Xalidə HİCRAN.”Vətənsiz insan yetim qalır…”

    Atanın çörəyi, ananın südü,
    Sənə halal olsun, igid əsgərim!
    Can əsirgəmədin gözəl vətənə,
    Qanınla gül açar, dağım, düzlərim.

    Ağlama, balalar, əziz analar,
    Vətən hər balanın atası olar.
    Yurdu qorumasa igid oğullar,
    Analar, balalar, kimsəsiz qalar.

    Vardırsa vətənin, var-dövlətin var,
    Dörd divarın varsa, cah-cəlalın var.
    Vətənin var isə, ata-anan var,
    Vətənsiz balalar tək, yetim qalar.

    Qeyrətdə ər, igid, düşmən baş əyər,
    Şəhid qanlarından, vətən göyərər!
    Vətənin düzləri, dağı, yamacı,
    Şəhid oğullarla dağlar fəxr edər!

    Alınmaz qaladır can əsgərimin,
    Zəfəri böyükdür, əzmi dəmirdən.
    Yeni tarix yazdın yenə bu gündən,
    Tarixlər yazacaq hər əsgərimdən!

    Torpağım qəlbinə həkk edər səni,
    Sən vətən yolunda haqqa ucaldın.
    Vətənin mərd oğlu, igid əsgəri,
    Vətən var olduqca yaşadar adın!

    Cəsarət, hünərin, qalibiyyətin!
    Qanınla sən yazdın əbədiyyətin!
    Neçə ki yaşayır can Azərbaycan!
    Adını unutmaz gözəl vətənin!

  • Xalidə HİCRAN.”Torpaq yarası sağalmaz”

    Bu yaz lalə qara bağlar,
    Daşın xınası qaralar.
    Lalələr qana boyanar,
    Ana oğlum deyib ağlar.

    Ana balasın haraylar,
    Balam hanı, deyər, ağlar.
    Ey dağlar, siz gördünüz,
    Balam haralarda qalar?

    Bacılar qardaş axtarar,
    Balalar ata haraylar.
    Analar oğul ağlayar,
    Şəhid olsa ər oğullar.

    Bütün yaralar sağalar,
    Torpaq yarası sağalmaz.
    Vətənin əlindən getsə,
    Şəhid yarası sağalmaz.

    Alınmazdır, danılmazdır,
    Tək bircə qarış torpağım.
    Bizi heç vaxt bağışlamaz,
    Şəhid olan oğullarım.

    Gül canların qurban edib,
    Açılmamış gül butası.
    Vətəni möhkəm qoruyaq,
    Qapansın şəhid yarası.

    Yağılar vətəni alsa,
    Daşı daş üstündə qalmaz.
    Şəhidlər məzarda yanar,
    Yanar, tüstüsü azalmaz.

  • Təranə VAHİD.”Üşüyən yazıçılara…”

    BARELYEF
    Barelyef, Arximed və yazıçı…
    Yazıçı Zaman Zamanlının ölüm xəbəri balaca, təbəssümlü şəhərdən sürət qatarı kimi keçdi. Özün dilsiz-ağızsız olasan, ölüm xəbərin belə hay-küylü ola …
    Zaman Zamanlının yaxşı yazıçı olduğunu, əslində, hamı bilirdi. Amma bilmək azdı, Zaman Zamanlı heç vaxt gözə görünmədi, ad-san qazanmadı, pul-para sahibi olmadı, başına dövlət quşu qonmadı. Niyəsi də odur ki, bu sısqa, üzsüz, utancaq adam xoşbəxt ulduz altında doğulmamışdı. Elə bil alnına əyri-üyrü hərflərlə “sənin yerin bax orda, arxa cərgədə, heç kimin görmədiyi yerdədi” sözləri yazılmışdı. O da nəcib adamıydı, alın yazısıyla barışıb bir ömür arxa cərgədə, gözə görünməyən yerdə, xəlvətdə şad-xürrəm yaşadı.
    İyirmi bir kitabını da dost-tanışları, daha doğrusu, bir kitabı sonacan oxumayan, əvəzində qaz vurub qazan dolduran səxavətli dostları çıxardı. Kitabları çıxanda da üzünün abrından satışa qoymadı, “kitab oxuyanlar çörək tapmır”, – deyib sevinə-sevinə dost-tanışa həddiyə elədi. Oxuyanlar oxuyub oxumayanlara verdi, kimlərsə kimlərəsə ötürdü, beləcə Zaman Zamanlının xeyli gizlin oxucusu oldu.
    Zaman Zamanlının yaradıcılığı geniş olsa da, həyat yolu iki-üç cümlə olardı, ya olmazdı. Belə ki, universiteti qırmızı diplomla bitirib ortalıqda qalanda sevimli Həşim müəllimi çörəksiz qalmasın deyə sevimli tələbəsini Veteranlar Şurasında kargüzar kimi işə düzəltdi. Qorxacaq adam üçün qəhrəmanların arasında yaşamaqdan böyük xoşbəxtlik yoxdu. Bir ömür İkinci Dünya müharibəsi iştirakçılarının toplu-tüfəngli, səsli-küylü xatirələrinə qulaq asa-asa ayları, illəri yelə verdi. Cavanlığı yay armudu kimi sovulub keçəndə qocalığın burnu göründü. Kəsəsi, Zaman Zamanlı azca əməkhaqqısıyla, veteranların xatirələrinə qulaq asa-asa xatirə danışacaq yaşa çatdı. Yeddi roman, yeddi povest, yeddi hekayə kitabı işıq üzü gördü. Amma həyat hekayəsini nə yaşaya, nə də yaza bildi. Böyük imperiyanın çökməsinin şahidi oldu, müstəqilliyin şirinliyini daddı, tarixin dolanbac dalanlarından keçsə də, zalım oğlunun nə həyatında, nə də yaşayışında heç nə dəyişmədi.
    Düzdü, həyatında, güzəranında heç nə dəyişmədi, amma günlərin birində dünyasını dəyişdi.
    Bu xəbəri ən ağır qarşılayan tənqidçilər oldu. Zaman Zamanlının yaradıcılığını görməzliyə vuran, haqqında bir kəlmə söz deməyə, yazmağa ürəkləri gəlməyən tənqidçilər elə bil Zamanlının qara gününü gözləyirmişlər. Yazdılar, özü də necə yazdılar.
    Qırx ilin susqunluğundan sonra pəltək tənqidçilər də David kimi cəh-cəh vurdular. Qəzetlər, saytlar, televiziyalar, radiolar Zaman Zamanlıdan danışdılar. Üç gündə şəhərin təkəmseyrək kitab mağazalarında Zaman Zamanlının kitabı qalmadı. Sağlığında bunu görsəydi… ölməzdi, hər halda belə tez ölməzdi…
    Bu arada yuxarıdan göstəriş gəldi ki, vaxt itirməyib Zaman Zamanlının xatirəsini əbədiləşdirsinlər. Hələlik yaşadığı binanın qarşısına yazıçının barelyefini vursunlar, sonra görsünlər neyləyirlər.
    Sözün düzü, sağlığında Zaman Zamanlının barelyefdən zəhləsi gedirdi. Daha doğrusu, barelyefdən eymənirdi. Barelyef görəndə yadına Arximed düşürdü. Ona elə gəlirdi ki, bütün barelyeflər bir az da Arximedə oxşayır. Sağ olsaydı, dünyasında imkan verməzdi ki, onu Arximedə oxşatsınlar, amma heç sağlığında səsi eşidilməmişdi, indi torpağın altında onu kim eşidəcəkdi?!
    Qərar verilmişdi, çoxdan sifarişsiz qalan heykəltəraş bir həftəyə yoğurdu, yapdı, barelyef hazır oldu.
    Səhəri gün kütləvi informasiya vasitələri cana gəldi. Barelyef, əklil hazır idi. Qalırdı Zaman Zamanlının ünvanını öyrənmək, mərasimi keçirmək, böyük yazıçının ruhunu şad edib bu məsələylə birdəfəlik üzülüşmək.
    Vəd olunan yerdə uzunşüllət adam qulağında telefon, durmadan danışırdı.
    – Qorxmaz müəllim, bu nə məsələdi, gecikirik axı, – deyə, jurnalistlərdən biri dözməyib soruşdu.
    Qorxmaz müəllim elə bil diri balıq udmuşdu, dik-dik:
    – Heç, xırda bir məsələ var, yoluna qoyan kimi gedəcəyik, – dedi.
    Xırda məsələ xeyli uzandı. Əvvəl televiziyanın xəbərlərindən gələnlər, sonra gündəlik qəzetdə işləyənlər deyinə-deyinə çıxıb getdilər. Daha sonra saytdan gələnlər söyə-söyə dağılışdılar. Axıra agentlikdən gələn çəlimsiz qız qaldı.
    Günün ikinci yarısı çəlimsiz qızın xəbəri yayımlandı: araşdırmalardan məlum oldu ki, yazıçı Zaman Zamanlının heç vaxt şəxsi mənzili olmayıb. Mərhum yazıçı ömrü boyu şəhərin müxtəlif yerlərində kirayə evlərdə yaşayıb. Evi olmadığı üçün barelyef təntənəli şəkildə veteranlar şurasına təhvil verildi. Allah rəhmət eləsin!

  • Təranə VAHİD.”Dəfn nəğmələri”

    …dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi…

    Cəmogilin kəndi dünyanın axırında yerləşirdi, elə bir yerdə ki, ordan o yana nəyin olub-olmadığını Allahdan başqa kimsə bilməzdi. Kənd də deyəndə yekə çıxır, Cəmogilin kəndi qayaların arasına sığınmış, daha doğrusu, qayaların arasında gizlənmiş bapbalaca bir obaydı. Kəndin ayağında Əmir kişi asqıranda kəndin yuxarısında Ədil kişi qımışa-qımışa: “Öz başını ye”, – deyərdi. Ya da kəndin yuxarısında Pilə Lətif tütəyini püfləyib “Çoban-bayatı” çalanda, kəndin ayağında Tutu arvad yaylığının ucuyla gözünün yaşını silib: “Ürəyinə qurvan olum,  a Lətif, bizi qırıf batırdın”, – deyib köks ötürərdi.
    Cəmogilin kəndi belə kənd  idi. Beş-on ev, hər evdə beş-on uşaq, bir az mal-qara, bir sürü qoyun-quzu, hər qapıda da çınqıl kimi xeyli toyuq-cücə… və bir də, bir də dünyanın heç bir yerində olmayan, kəndin başının üstündən  göyqurşağı kimi asılıb qalan rəngli adət-ənənələr…
    Cəmogilin kəndi demişkən, bəs Cəmo kimdi, nəçidi, nəkarədi ki, kənd onun adıyla birgə çəkilir? Əslində, Cəmo bu kəndin gözü, möcüzəsi, hamının xeyrinə-şərinə yarıyan, yaşı bəlli olmayan, uzun, arıq, qıpqıvraq bir adamdı. Civə kimi oynaq gözləri qaşlarının altında parıldayır. Bəlkə, heç rəhmətlik anası da Cəmonun gözünün hansı rəngdə olduğunu sonacan bilməyib. Uzunsov sifətində Allahın verən günü, lap elə dumanlı, çiskinli, qarlı-boranlı  havalarda da günəşəoxşar  təbəssüm dolaşır. Halını xəbər alana,  kətə bişirənə, kətmənlə yer belləyənə, danası itənə alqış eləyə-eləyə gəzib-dolaşır, əlsizə əl, köməksizə arxa olur.
    Belə baxanda Cəmonun nə varı var, nə dövləti, kənddəkilərin çoxundan pis dolanır, amma könlü, gözü  o qədər toxdu ki,  elə bil sürü-sürü dəvəsi Yəməndən, ucsuz-bucaqsız ilxısı Monqolustandan gəlir. Dəvəsi yoxdu, amma Cəmonun yaxşı ürəyi, sapsağlam səsi, ağ nəğmələri var. Əslində bu kənd üçün Cəmo qənimət adamdı. Cəmo olmasa, bu kəndin  diriləri bir yana, ölülərinin halı necə olar? Kim  dünyadan köçənləri  dəf-dumbulla, nəğməylə yola salar? Ölənlərin  ruhunu qanadlı sözlərlə kim yuyub-təmizləyər, günahlarını bağışlamaq üçün kim Tanrıya bulaq suyu kimi dupduru, dağ çiçəkləri kimi ətirli  məktublar yollayar, ölənin yeddi arxa dönəninə kim təskinlik verər, kim onları kiridər, kim?
       Axı bu yer dünyanın qurtaracağındaydı. Hərdənbir bu yerə çoxdan boyat olmuş xəbərlər, təkəmseyrək kitablar ya gələrdi, ya heç gəlməzdi. Televizordan, kompüterdən də kimsənin xəbəri olmazdı. Çünki bu kəndin yolu yoxuydu. Yol çəkmək də havayı söhbət idi. Hökumət neçə dəfə istəmişdi ey, yol çəksin, amma çəkə bilməmişdi. Təklif eləmişdilər, camaatı rahat yerə köçürsünlər, kəndin başbilənləri yalvarıb-yaxarmışdılar ki, giley-güzarımız yoxdu, bu balaca dünyamıza toxunmayın, qoyun Yer üzündə  belə bir kənd də olsun. Bu sözdən sonra gələnlər çıxıb getmişdilər. Sıldırımlı qayaları  çapsa, Fərhad çapa bilərdi, amma dağın təpəsində  Şirin nə gəzirdi? Bu kəndin qızları dağ çiçəkləri kimi gözəl-göyçək idilər, köhnəraq paltarları, qara qaloşları olmasaydı, lap şahzadələrə oxşayardılar.  
    Obanın kişilərisə özlərini bəy sayırdılar. Babalarının, atalarının dediyi kimi: “Bu yerdə doğulub, bu yerdə ölmək elə bəylikdi!”.
    Ölümdən söz düşmüşkən, Cəmogilin kəndində kimsə dünyasını dəyişəndə (bu elə gec-gec baş verərdi ki, hərdən adamların ölüm, daha doğrusu, dəfn mərasimindən ötrü burunlarının ucu göynəyərdi), camaatın çiçəyi çırtlayardı. Sevinərdilər ki, nə yaxşı, Tanrı onları unutmayıb, yada salıb. Belə xoş anlarda Cəmo belinə Zərri nənənin keçi tükündən əyirib toxuduğu mil-mil şalı  qurşayıb çıxardı ortalığa.  Əlinə dəf alıb meyitin baş tərəfində yerini rahatlayar, kəndin adamları da cənazənin yan-yörəsində  oturuşub  gözlərini Cəmoya dikərdilər. Handan-hana Cəmonun təbi gələrdi, yavaş-yavaş hallanar, uzun, çöp kimi barmaqları dəfi diksindirərdi. Dınq, dınq, dınqqq… Dınqıltını eşidəndə qadınların ürəyi birtəhər olar, kirpikləri bir-birinə sıxılar, ilk damcılar səssiz-səmirsiz yanaqlarıaşağı süzülərdi.
    Sonra Cəmonun burun pərləri titrəyər, boğazının hülqumu qızarmış dərisinin altında oynardı. Əvvəl mızıltı eşidilərdi. Elə bil içindəki səs dünyanın o başından gələrdi. Səsin yolu açıldıqca, Cəmo ritmə oturardı. Cəmonun dilindən itburnu çiçəkləri kimi ağ kəlmələr tökülərdi. Mənası da belə olardı ki: “Darıxma, indi səni ağ yuxularına büküb gəldiyin yerə göndərəcəyik. Bilirik ki, günahsızsan, elə gəldiyin kimi tərtəmizsən, vicdanına toz qonmayıb, ruhun yaralanmayıb, Tanrı canını alıb, amma  əlini səndən üzməyib,  kənd buna şahiddi”.
    Bu yerdə bütün kənd  qıyya çəkib: “Şahidik!” – deyərdilər. Elə içdən qışqırardılar ki, ölünün üzünə təbəssüm qonardı.
    Cəmonun dəfn nəğmələrində ölənin həyatı,sevinci, duaları bircə-bircə sadalanardı. Dəfndəki adamlar elə bil mərhumun kinosuna baxardılar. Bütün kadrlar gerçək olardı. Dünyadan köçənin yerişi, duruşu, gülüşü, subaşına getməyi belə epizodik də olsa, kadrlardan keçərdi. Dəfn nəğməsində o adamın  sevgi hekayəti ayrıca  bölmə olardı. Cəmo göz yaşlarının içinə zərif gülüş qatardı. Mərhumun sevgisini işıqla boyayardı. O vaxtacan kimsə rəhmətliyin belə böyük sevgisi olduğunu bilməzdi. Ölənin ömür-gün yoldaşı da ilk dəfə əlli il bir yastığa baş qoyduğu adamı Cəmonun nəğmələrindən tanıyardı. Elə bil Cəmo bu kəndin yaddaş dağarcığıydı. Dediklərinin heç biri uydurma olmadığından, hamı ona inanardı.
    Mərasimin sonunda dünyasını dəyişəni uğurlayar, dəfi əldən düşənəcən döyəcləyərdi.
         Bu o demək idi ki, hamı ayağa qalxıb mərhumu son mənzilə yola salsın. Kişilər əl-ələ verib halay çəkirlərmiş kimi cənazəni dövrələyər, qəfildən əllərini buraxıb geri çəkilərdilər.  Bu o demək idi ki, halaydan biri ayrıldı, gedəcək, amma gedənlə kim gedib ki? Həyat davam edir, yolu uğurlu, son mənzili mübarək olsun!
    Bu kənddə molla-filan olmadığı kimi, qəbiristanlıq da olmazdı. Adamlar cənazəni qaldırıb elə öz həyətlərindəcə basdırardılar. “Ölünə sahib çıx” məsəli, deyəsən, elə Cəmogilin kəndində yaranmışdı. Adam da öz doğmasını, əzizini, həyatının bir parçasını  özündən uzaqlaşdırarmı?
    Bu kəndin toylarını da  Cəmo yola verərdi. Sadəcə yas mərasimindəki sözlərə  bir balaca əl gəzdirərdi. Böyüklərdən eşitdiyi nağılları, dastanları çələng kimi bir-birinə bənd edib danışar, arada qızılgül ətirli nəğmələr söylər, bütün hekayətlərin sonu xoşbəxtliklə, bəxtəvərliklə, işıqla bitərdi. Hə, toy demişkən, toy günü  bəy Cəmonun yanına gedər, ondan xeyir-dua alardı. Cəmo da bəyin qulağına nəsə pıçıldayıb onu utandırardı. Onun  nə pıçıldadığını kimsə bilməzdi. Sözün düzü, burda adamlar çox az danışardı. Çünki dağların başında, göylərə yaxın yerdə çörək kimi, su kimi, söz də müqəddəs sayılardı.
    Gün günorta olanda Cəmo uşaqdan-böyüyə hamını səsləyər, bütün kənd bir süfrədə oturub ətotulu, kəklikotulu  yeməklərdən dadardılar. Axşama yaxın Pilə Lətif tütəyini dilləndirər, dünyanın kədərindən qopan bu zərif musiqilər adamların sümüyünü titrədərdi. Pilə Lətifin pilə ürəyini dinləyəndən sonra Cəmo dəfini döyəcləyər, şən nəğmələr söylərdi.
    Evdə lampalar yananda, toy bitərdi. Gözəgörünməz bir əl bu kəndin üstünü ipək   yarpaqla  örtər, kənd yuxuya gedərdi. Dünyanın yenidən bölüşdürülməsi, soyuq müharibə, ozon qatının deşilməsi, iqlim dəyişkənliyi, terror, pandemiya və ilaxır, ilaxır qorxulu şeylərdən xəbərsiz  adamlar Yer üzündə heç kimin görmədiyi rəngli, ətirli yuxular görərdilər. Görərdilər ki, ağ atlar çəməndə otlayır, qartallar havada uçuşur, qəddi əyilmiş bir ağaca cavan pöhrələr dayaq verir, parabüzənlər, əlvanrəngli kəpənəklər havada “Yallı”  gedir, bütün bağlı qapılar gec-tez xeyirin əliylə açılır…  
    Tanrı  ölümü də  sevinclə qarşılayan, ağ nəğmələr oxuyan, İlahi bağdan qopmayan bəndələrini əlçatmaz bir yerdə – qayaların ovcunda qoruyub saxlayar, adamlarsa bir dimdik suya şükür edən quşlar kimi sevinəndə də, darıxanda da, ağlayanda da başlarını qaldırıb göyə  baxar, baxar, baxardılar…

  • Şəfa VƏLİYEVA.”Her kes bir yerlerde”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Her kes bir yerlerde
    Kırgınlığının peşinde, anne…
    “Gel” diyemiyorum,
    Uzun yolu sevmezsin…
    “Geliyorum” desem de olmaz,
    “Geç vakitte dışarıya çıkılmaz!”-
    Sesin kulaklarımda…
    Tek yolunu seçiyorum birlikte sevinmeyin
    Telefon numarandakı rakamları
    özenle tuşluyorum, anne…
    …dertlerime örttüğüm
    Tesellime sevinelim,
    Dertleri unutmadan hem de…
    İnsanlar unutmuş sevinçleri görmeyi,
    Her kes bir yerlerde
    Kırgınlığının peşinde, anne…

    (2022)

  • Şəfa VƏLİYEVA.”Bir otobüs durağında bıraktım anıları…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Bir otobüs durağında bıraktım anıları…
    Çekip gittim hala yaşanmamış yıllara.
    … Yaşanmışlara ne çok benziyor,
    bir bilsen,
    otobüs aynaları…
    Parmak uçlarında yitirilmiş duyğular,
    Nefes buharlarında intihar etmiş aşklar,
    Yutkundukca boğazında düyümlenmiş
    Kendin gibi bildiklerin…
    “benim”, “sensin” suçlamalarıyla
    Ömrüne hopmuş gel-gitler…
    … Otobüs perdeleri gibi çektim
    Pis anıların üstüne umutlarımı…
    Ve bir otobüs garında
    Döner kokusuyla miyavlayan kedilerin
    Pati izlerine döktüm unutduklarımı…

    (2022)

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XVI hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Hər şey yoluna düşür,
    Öyrəşirəm təkliyə.
    Nə sənə əl uzadıram,
    Nə Tanrıya – əllərimdən çək deyə.
    Hər şey yoluna düşür,
    Səhər-axşam darıxmaq da
    Vərdiş halına düşür.
    …Gözlərimdən axıb getdi,
    Ürək bir ovuc su idi.
    Amma hələ düşünürəm:
    Yarım qaldı,
    Ya tamamı bu idi?..

    Sonra
    Səssizlik çökər gözlərinə.
    Kipriyindən asdığın
    Yaş da quruyar,
    Əllərin qoynundan yarıyar.
    Gözəl-göyçək ümidlərlə
    Aranı vuran tapılmaz.
    Hər yerin elə ağrıyar,
    Bir dənə yaran tapılmaz.
    Susarsan,
    Elə susarsan,
    Bircə gözlərin səs edər…
    İlahi, nə çox düşündün?
    Mənə ölüm də bəs edər.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XV hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Ürəyini dinlədin,
    Neylək?!
    Nə deyir, olsun.
    Mən də başımı qataram.
    Qoy unutmaq müddətim
    Bir-iki şeir olsun.
    Məndən nigaran olma,
    Gör nə vaxtdı ölmürəm,
    Yaşayıram bir təhər.
    Bütün çıxıb gedənləri
    Unutmaq vərdişim var.
    Vəfasızam, bilirsən,
    Mən də səndən beş betər.
    Ürəyini dinlədin,
    Neylək?
    Nə deyir, olsun.
    Bundan yaxşı təsəlli?:
    “Hər işdə bir xeyir var,
    İlahi, xeyir olsun”.

    * * *

    Yaxşı ki varsan” dediyim
    Günəş divar saatıdı göy üzündə-
    Saat üçü vurur.
    Nəylə ovudum könlümü?
    Qarşıda gecə durur.
    Heç bilmirəm kimin üçün
    Bu dünyadan gen düşürəm.
    Səhər durandan darıxıb
    Axşama yorğun düşürəm.
    Orda biri var deyirlər,
    Hələ təzə bilmişəm ki,
    Arzusu mənəm büsbütün.
    İstəyirəm yaxınlaşım:
    Darıxırsan?
    Ölmüşəm ki?..
    İstəmirəm,
    Hamı getsin,
    Qoy hamı yoxsa çıxsın.
    Sinəm edam kürsüsüdü,
    Ürək çarmıxa çıxsın.
    …Ürəyimdə gizli-gizli
    Tez-tez çəkilir adı.
    “Yaxşı ki varsan” dediyim
    Hardadı?

  • Arzu HÜSEYN.Yeni şeirlər (XI hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Adamlardan dağ olmadı,
    Bilmədim kimə yaslanım,
    Gəlib ağaca söykəndim,
    Ağac məni saxladı.

    Bulaq oldum dum-duru,
    Dedilər bulanıqdı.
    Süzüldüm, daşdan süzüldüm,
    Süzüldüm, qumdan süzüldüm.
    Torpaq mənə inandı,
    Adamlar inanmadı.

    Nə illahdı bilmirəm,
    Tapılmır çəmim, yönüm.
    Yollar da o yol deyil ,
    Gedəsən gün doğana.
    Elə mat-mat baxıram
    Əllərimə, ilahi.
    Əllərim qanad deyil,
    Ah, kaş ki qanad ola…

  • Arzu HÜSEYN.Yeni şeirlər (X hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    * * *

    Yaxşı ki, o səhər ölmədim,
    O sən gedən səhəri deyirəm.
    Yadındadır, mən topladım
    Əşyalarını hələ?
    Hıçqırıqlar içində pıçıldadım da
    Get, gülə- gülə.
    Yox e, sözüm onda deyil,
    Yaxşı eləyib getdin.
    Qalıb nə edəcəkdin ki ,
    Viranə ürəyimdə?
    Onsuzda əzəl gündən
    Yalançı məhəbbətdin,
    Onsuzda düşmən bıçağı idin
    Kürəyimdə.
    Bax heç zəng etmirəm də,
    Nə də axtarıb,sormuram.
    Həvəsində deyiləm qapalı dəftərin,
    Çoxdan külünü sovurmuşam,
    Lənətə gəlmiş vərəqlərin.
    Sonra demə unuda bilmədin məni,
    Lovğalıq qatma gülüşünə.
    Danışmağı sevmirsən bilirəm,
    Sussmağın da anlam verir
    Gedişinə…

    * * *

    Bizim küçələrdə xəzandı yenə,
    Nə yağış kiriyir, nə bulud susur.
    Hardasa bir nəvə yuxusun deyir,
    Hardasa bir nənə tərsinə yozur,
    O pis yuxunu…

    Sussdum, sükutumda öldü arzular,
    Dondu baxışımda son ümüd, son iz.
    Gözümün yaşına qarışdı sular,
    Qorxdum ağlamasam quruyar dəniz
    Ölər balıqlar…

    Mən ki bu payıza, qışa alışdım,
    Kim deyir əllərim hələ bahardı?
    Bilmirəm nə zaman alnım qırışdı,
    Bilmirəm haçandan saçım ağardı.
    Bəlkə o gündən…

    Bizim gecələrin ayı bulanıq,
    Bahar qış ömrünə çatandan bəri.
    Görən ad günümə kim göndəribdir,
    Bu matəm qoxulu qərənfilləri?
    Dedilər Atandı…

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”ZAMANIN YANAN KÖRPÜLƏRİ”

    İşı çalxanmaqdı qədim nehrənin,
    Ürəkdən gələn yaş gözü göynədir,
    Geriyə yol yoxdu, zaman nəhrinin
    Yanan körpüləri bizi göynədir …

    Könlüm viranədir, dağılıb huşum,
    Nələr qazanmışam mən yetmiş ilə?
    Şəkilə çevrilib əllim, atmışım,
    Nəfəs-nəfəsəyəm mən yetmiş ilə…

    Dadmışıq taleyin ömür payından,
    Arzular beşiyi olub qəlbimiz.
    Adlayıb zamanın neçə çayından
    Üzü gələcəyə can atmışiq biz…

    İçimdə bir körpə uşaq ağlayır,
    İnsanın xoş günü keçmişindədi.
    Zamanın çayları, coşur çağlayır,
    Ömür dəyirmanı öz işindədi…

    Həsrət ayazında bir sazaq idim,
    Bu da son, indidən dərd məni alıb…
    50-dən, 60-dan 100 uzaq idi,
    70-dən üç addım məsafə qalıb…

    Geriyə dönərmi ömrün axarı,
    Meydan oxusaq da biz dağa, daşa?
    Onsuz da dünyanın yoxdu axırı,
    İstər əlli yaşa, istər yüz yaşa!

    Dərd abıra salıb neçə arsızı,
    Xoşbəxt günlərimiz arxada qalıb.
    Anamın gözündə qalan arzusu
    Qəlbimi ağrıda-ağrıda qalıb…

    Vətənsiz bir ömür ömür-gün deyil,
    Zaman arzumuzu verdi yellərə…
    Dönmək istəsək də, bu mümkün deyil.
    Atalı, analı xoşbəxt illərə…

    Özüm tək qaçqındı könül dincliyim,
    Hələ də ürəyim dərd közündədi…
    Dəcəl uşaqlığım, qaynar gəncliyim
    Yanan körpülərin o üzündədi…

    Ağrı elə ağrı, dərd elə dərddi,
    Onun qocamanı, körpəsi yoxdu.
    Zamanın dəyişməz qanunu sərtdi,
    Həsrət sellərinin körpüsü yoxdu…

    27.12.2019

  • Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”XİFFƏT BURULĞANI”

    Bir ayağı burda,
    bir ayağı görda olan qocaları
    gələcək yamanca üşüdür,
    yamanca qorxudur…
    Ötən günlər isə
    onlar üçün əlçatmaz,
    ünyetməz,
    şirin bir yuxudur…
    Yaxamızı vermişik
    içimizi güvə kimi yeyən
    xiffətin əlinə,
    itirdiyimiz doğmaların, əzizlərin
    yanına qayıtmaq üçün
    arabir özümüzü vurmaq istəyirik
    xatirələr selinə…
    Zamanın isə
    geriyə yolu yoxdu;
    qalmışıq həsrət burulğanında
    devikə-devikə,
    yana-yana,
    alışa-alışa…
    Keçmişin nə ayağı var
    yanımıza gələ,
    nə qulağı var bizi eşidə,
    nə dili var danışa…
    Xəyallar dünyası
    qocalar üçün
    şipşirindi,
    şəkərdi,
    baldı…
    Ah çəkə-çəkə deyirlər ki,
    nə qaldı keçmişdə qaldı…
    Keçmişin isə
    ayaqları şikəst,
    qulaqları kar,
    gözləri kor,
    dili laldı…
    27.12.2020
    Rafiq Yusifo]lu

  • Sevinc HƏMZƏYEVA.”Məni, bizi var edənim”

    Məni, bizi var edənim
    Səmamıza günəş ay,
    Ömrümüzə yar edənim!
    Sinəsilə sipər olan,
    şimşək kimi çaxanım
    İldırım tək yandıranım
    Bir andaca yaxanım…
    Tale oxum, tək məhvərim
    Doğma yurdun eşqi üçün
    Kül olmağı gözə olan
    Sevgi pərvanələrim!!!
    ŞƏHİDİM!!!
    Qürur yerim!
    Şərəfim!
    Qurumayan göz yaşımsan!
    Silinməyən yaddaşımsan!
    Sənin fəda olduğun yer
    Mənim bizim – and yerimiz!
    Sən – mənim ürəyimin
    Şah damarı, parasısan!
    Vətənimin Haqq nəğməsi
    Azadlığın carçısısan!

  • Sevinc HƏMZƏYEVA.”Sənin kəsilmiş qolun”

    Sənin kəsilmiş qolun
    Ayağın olam
    İzn versən
    ayaqların altında uyuyam
    Vətən oğlu!
    Böyük qəlbin dərd görməsin!
    Sənin Vətən sevginə
    Kaş ki mən də qurban olam…

  • Firəngiz SABİRQIZI.”Niyə qayıtdın?”

     Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri

    Yaram qaysaq bağladı ta,
    Anam məni ağladı ta,
    Dərd əlini saxladı ta,
    Niyə qayıtdın???

    Ulduzlarım közərdi ta,
    Göy qurşağım gözəldi ta,
    Tərs işlərim düzəldi ta..
    Niyə qayıtdın???

    Sükut dindi sözlə dolu,
    Sönən külüm közlə dolu…
    OT yollarım izlə dolu…
    Niyə qayıtdın???

    Boş ürəyim dolub-daşdı,
    Şeh qondu ta ömür yaşdı
    Bax …Firəngiz yenə çaşdı,
    Niyə qayıtdın???

    18.12.2022

  • Firəngiz SABİRQIZI.”Niyə getdin?”

     Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri

    Qara-qara gecələrin,
    Bir telincə gələrdimi?
    Anam baxıb gözlərimə,
    Bu dərdimi bilərdimi?
    Niyə getdin??

    Uçan Durna qatarları,
    Həsrətini aparmadı.
    Neçə-Neçə gözəl gəldi,
    Ürəyimi qoparmadı..
    Niyə getdin???

    Ən müqəddəs yolum idin,
    İzlərinə nəzir dedim.
    Doğma, isti qolum idin,
    Gəlişinə “xızır” dedim..
    Niyə getdin???

    Nə dedinsə ,nə etdinsə,
    Susdum,içim dəniz oldu.
    Sənin adın bu dünyada,
    Mənə nə çox əziz oldu,
    Niyə getdin…??

    18.12.2022

  • Bənövşə MAHMUDQIZI.”Səliqəli yalnızlıq”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi
    Mənim səliqəli yalnızlığım…
    Sən necə həm rahatlıq,
    Həm narahatlıq ola bilirsən?
    İşini yaxşı bilirsən…
    Bəzən ən məğlub,
    Bezən ən qalıb hiss etdirir,
    Depresiyada boğub,
    Sonra xilas edirsən.
    Yuxusuz gecə və gündüzdən sonra
    Axşam 9 – a yatırdır,
    Səhər dağınıq evə oyadır,
    Sonra evin kimi
    həyatını yığ deyirsən.
    Bilirsən,
    Nə gələn var, nə gedən,
    Nə duyan, nə eşidən.
    Evdə tək olanda
    Gələn taqqıltı səsləri kimidir
    Həyatımda insanlar.
    Sanki kimlərsə var,
    Əslində isə kimsə yox.
    Mənim səliqəli yalnızlığım…

  • Bənövşə MAHMUDQIZI.”Pis Əmilər”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi

    Mənim gözəl donum var,
    Üstündə çiçəkləri
    Hərəsi başqa cürə
    Fərqli idi rəngləri
    İndi donum bulaşıb
    Toz olub, torpaq olub
    İndi donum bulaşıb
    Qan olub, çirkab olub.
    O əmi bulaştırdı
    Məni əlimdən tutdu
    Uzaqlara apardı
    Hər gizləndiyim zaman
    Məni anam tapardı
    Bu dəfə tapammadı
    Dadıma çatammadı
    Orda heç kəs yox idi
    Bir mən bir əmi idi
    Dedi ki gəl oynayaq
    Oynamaq istəmədim,
    O əmi pis əmidir
    Məni döydü ,ay ana
    Ağzım da tutmuşdu
    Qoymadı ki çığıram
    Mən anamı çağıram.
    Donum bütün qan olub
    Məni bağışla ana
    Allah baba yorulub
    Çatammadı dadıma
    Yolma o saçlarını,
    Yolma ay mənim anam,
    Söz verirəm sənə mən
    Daha pis əmilərlə
    Oynamaram, ay ana.
    Allah baba dedi ki
    Qorxma daha sən burda
    Pis əmilər qaldı anan olan dünyada.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.Yeni şeirlər

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    İR YORĞUN YOLÇUYAM

    Taleyin yolları çox yorur məni,
    Seçə də bilmirəm ağı qaradan.
    Dünyaya gələndən dərd yumağıyam,
    Neynirdi yaradıb məni Yaradan?!

    Dərdlərin ilməsin ha sökürəmsə,
    Deyən yox hansını istəsən seç, get.
    Allaha üz tutub yüz arzu dilə,
    Tale sən deyəni demirsə keç, get.

    Bu dünya mənimçün bir qəm yuxusu,
    Alıb qucağında yelləyir məni.
    Deyəsən yerin də açıq yaxası,
    Şum edib min yerdən belləyir məni.

    Çatdıra bilmirəm fikirlərimi,
    Qalıram yer ilə göy arasında.
    Kağız da, qələm də durub qəsdimə,
    Məni bişirirlər söz yarasında.

    Bir yorğun yolçuyam, xurcunumsa boş,
    Əlimdə balaca söz çomağım var.
    Mənim kipriyimdə tale yüklü daş,
    Mənim can çuxamda dərd yamağım var.

    Ay ötən günlərim…

    Bilmirəm haraya uçub getdiniz,
    Yanımdan gizlicə keçib getdiniz,
    Bir uzaq mənzilə köçüb grtdiniz,
    Hərdən harayıma yetən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    İndi qırov düşüb iziniz üstə,
    Kimsə qovrularmı közünüz üstə,
    Niyə durmadınız sözünüz üstə,
    Ömrümdən tökülüb itən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Həsrətli baxışım soraqlar sizi,
    Üşüdər hardasa sazaq, qar sizi,
    Ürəyim həmişə arzular sizi,
    Sinəmdə dərd kimi bitən günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    Saçıma qar kimi yağıb getdiniz,
    Hansı bir ömrəsə sığıb getdiniz,
    Nəcibə nə dedi, çıxıb getdiniz,
    Məni tərk eyləyib atan günlərim,
    Ay ötən günlərim, ötən günlərim.

    2014……

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    * * *

    Şirin ümidiylə, aldanışıyla,
    Bir sevgi qapımı döyür yenə də.
    İndidən görürəm saçda ağ dəni,
    Qərib harayı var yenə sinədə.

    Hicran oyanmasın, ümid sönməsin,
    Qəm xəbər tutmasın,kədər dönməsin,
    Dözərəm, mənim də anam ölməsin,
    Qorxmaram bu yolda olan tənədən.


    Nimdaş təsəllidir şirin sözlərin,
    tavanı sökülmüş uçuq bir damam.
    Elə qalayıb ki, oda gözlərin,
    Qorxuram əriyib ovcuna damam.

    Üzümə bağlanıb xatirə qapım,
    Öləm-ürəyimdən keçməz bu sitəm.
    Keç get, atam oğlu, mən gül deyiləm,
    Hər bahar bir çəmən qoynunda bitəm.


  • “Bəlkə də, elə tək çarə yazmaqdı….” – Nargis 

    Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

    İsmayılova Nərgiz Rəfail qızı (Nargis)

    Tanrılogiya

    Acınacaqlı çığırtı səsləri ilə dolub daşan kabusları Qaianı yuxu üzünə həsrət qoymuşdu. Yuxularındakı çığırtının haradan gəldiyini anlaya bilmirdi. Altı gün idi ki, vəziyyət belə idi. Altı gün idi ki, mərhələ-mərhələ bir anlayış yaranırdı beynində. 6 gün idi ki, yuxularında yasəmən meşələrində gəzişirdi.

    Meşənin dərinliklərinə doğru irəlilədikcə çığırtı səsləri getdikcə çoxalırdı. Yıxılırdı, diz çökürdü Qaia. Ruhunu sarmaşıqvari burulğanlar sıxırdı… Bütün beyin hüceyrələrini uşaqkən kəndlərindəki ala kərdilərdə gördüyü sarı alaq otları basırdı sanki… Həmin alaq otları getdikcə sıxırdı təfəkkürünü… Düşüncələrinin bütün şirəsini sorurdu… Düşüncələri inkişafsız qalırdı. Nə isə çatmırdı. Tamamlanmayan qırıq-qırıq həyat kadrlarından ibarət idi, bir anda içinə dığırlandığı bu tanış olmayan dünya.

    O gün də belə oldu. Azərlə danışanda yenə özünü bu yeni dünyanın ağuşunda hiss etdi.  Qarmaşıq, rabitəsiz fikir yağmurunu dolaşıq cümlələrlə ona da çatdırmağa çalışdı. Danışmağı sevmirdi. Əslində hər kəslə ünsiyyət qurmaq və uzun-uzun söhbətləşmək, müzakirələr aparmaq doğrudan da çox çətin idi…

    Ancaq bəzi insanlarla ünsiyyət nəfəs almaq kimi önəmli idi. Bu zaman insanın ciyərlərinə, düşüncələrinə, ruhuna oksigen dolur… Həmin gün də tələsik şəkildə düşüncələrini yönləndirirdi ona. Azər onun da eynilə buna bənzər hislər yaşadığını və bunu mütləq yazmalı olduqlarının vacibliyini vurğulayaraq dəstəyi tələsik asmışdı. Niyə yazmalı idi? Çünki bəlkə də, elə tək çarə yazmaqdı…. Daha nəhəng çoxluğa, multi qatlara, bəlkə də elə meta yoxluğa meydan oxumaqdı yazmaq… Qaia bir zamanlar tramvalarını yazan əsgərləri xatırladı. Yazmaq insanı rahatladırdı. Bir növ, terapiya idi yazmaq… Bununla bağlı bir neçə elmi araşdırma oxumuşdu zamanında…

    Yazmağa elə bu zərif tramvasından başlayacaqdı.

    İlk öncə onu son 5-6 ayda narahat edib, təşvişə salan yuxularını yazmaq istəyirdi… Yasəmənli meşədən başlayacaq idi yazmağa… Nə idi onu meşəyə sürükləyən? Bu, kabus idimi? Halusinasiyamı? O çığırtı nə idi bəs? Gerçək idi elə bil. Oyananda qulaq pərdələrinə 180 desibel səslə bağırırmışlar kimi hiss edirdi… Bilirdi ki, araşdırmalar 180 desibelin raket atılarkən raketin verdiyi səs gücündə olmasını müəyyən edib. Buna məruz qalmaq isə sadəcə dəhşətdir…

    Bu, yasəmənlərin çığırtısı idi? Yasəmən ağaclarını kəsirdilər?

    Qaia bunun səbəbini soruşurdu ordan-bura, burdan-ora qaçaraq. Qan, tər içində qalırdı yuxularında. Ağlayırdı. “Kəsməyin, yasəmən ağaclarını!” deyərək yalvarırdı… Yasəmənlər kəsilirdi… Hun çayının suları bənövşəyi rəngə boyanırdı… Qaia  gah çaya, gah da meşəyə çırpırdı özünü. Heç kim əl saxlamırdı. Torpağın ürəyi səksəkədə idi, az qalırdı köksü çıxsın yerindən. İy və dad bilməsini itirirdi Qaia. Günəşin yanıq qoxusunu, yasəmənlərin qanının iyini  hiss etmirdi. Hun çayından heç bir dad ala bilmirdi artıq. Nə isə dəyişirdi. Paralel dünyayamı sıçramışdı ruhu?

    Hun çayı getdikcə özünə deltalar yaradırdı… Bu yeni dünya daha Hakslinin dediyi kimi cəsur deyildi… Bu dünya başını itirmişdi, qudurmuşdu.

    Yasəmənlər kəsilirdi…

    Hun çayının rəngi artıq hər zaman yasəmən rəngində olacaq – deyirdi gümüş saçlı adam. Gözlərimi qamaşdıran bir nur qüzehli qişa əzələlərimi yığaraq bəbəyimi daraldırdı.

    Kim idi bunlar? Adlarını xəbər almaq üçün ağzımı güclə açdım… Hamısının adı eyni idi… Onları sadəcə rəqəmlər fərqləndirirdi…

    Gümüş 1, Gümüş 2, Gümüş 3…

    Robotlaşmış təxəyyülün məhsulu bu sistem məni ürküdürdü…

    Gümüş 1 içlərində ən zəhmli olanı idi… Ağacları eyni sürətdə kəssələr də, o sanki fərqli bir kin bəsləyirdi yasəmənlərə.

    -Çiçəklər insanlığın düşmənidir – dedi Gümüş 1…Gözlərində zəhmqarışıq biclik bərq vurdu.

    -Gümüş 2: Bəli, ilk olaraq  gözəl qoxu anlayışı deyiləndə çiçəklər, bitkilər yada düşür…

    -Gümüş 3: Gözəl olan hər şey insanı tənbəl edir… İnsanlıq tənbəlliyin daşını atmalıdır… Günəş yanır… Vaxta az qalır. Birazdan tamamilə yanıb kül olacaq… Yeni günəşlər tapmalıyıq…

    -Gümüş 1: Ulduzları yandırmağın zamanı çatıb… Bunun üçün bütün dünyadakı şəffaflıq yox edilməlidir… İlk olaraq sular boyanmalıdır… Bütün yasəmən ağacları kəsilməlidir.

    Qışqırmağa başladım…

    -Bunları kəssəniz tamlıq və vəhdət itəcək…

    -Gümüş 1: Hahahaha…Sentimental, melanxolik düşüncə yağışı…Yasəmənlər və vəhdət anlayışı? Gözəllik nə vaxtdan tamlığı qidalandırıb, onun mərkəzinə çevrilib?

    -“Gözəllik ayrı -ayrı elementlərdə deyil, birinin digərinə, yəni ələ görə bütün barmaqlarının, biləyə görə əlin, bütün qola görə ön qolun və sonda bütün hissələrin digərlərin görə ahəngdar nisbətində olmalıdır”- deyib Eko…

    -Hər deyilən doğrudurmu? Hər doğru insanlar və bizlər –Bubululular üçün doğrudurmu?

    -Bu nə soyuqqanlılıqdır? Gözəllik nə vaxtdan təhlükə hesab olunur? Dünyanı gözəllik xilas edəcək… Gözəl qoxular, rahiyələr, dadlar…Qadınlar…

    Gözəllik tanrıçası Afroditaya əsaslanan Hesiod, o kəs ki, eramızdan əvvəl VIII əsrdə yaşayıb, gözəlliyin mənbəyinin qadınlar olduğu qənaətindədir.Hesiodun fikrincə, başlanğıcda sonsuz və kompleks bir Xaos var idi. Xaosun qızı Nyks və oğlu Erebosdan (yəni Yeraltı) və Eros (yəni Eşq) dünyaya gəldilər və xaosu gözəllik  əvəz etdi. Buna görə kainat gözəlliyin təcəssümüdür.

    -Gümüş 3: Yas və Minin faciəsini unutmusunuz deyəsən?

    -Elə  bir faciə yoxdu… Kim yazıb onu? Esxil? Sofokl? Evripid? Jan Rasin?

    -Gəl sənə bunu danışım… Sonrasına özün qərar ver… Emosiyalarla yox, analiz qabiliyyəti ilə şərh et…

    Mifologiyaya görə Küknar meşəsinin ən gözəl xanımları Yas və Minin şöhrəti bütün Bibl və Ya ellərində dillərdə dastan imiş. Bir gün Ya elinin kralı Qrenyun Küknar meşəsində ova çıxır. Nağıl edilir ki, Qrenyun bütün heyvanların dilini bilirmiş və ovda ikən dincəlmək üçün söykəndiyi xarabalıqda bayquşlardan iki gözəlin hekayətini eşidir.  Kral ovdan qayıdar-qayıtmaz, tələsik bu iki gözəlin sorağına çıxacağına and içir.

    Bəşəriyyətin tarix boyu axtardığı şey həmişə gözəlliyi tapmaq və onun arxasınca qaçmaq olub. Ancaq gözəlliyi, gözəli tapmaq təəssüf ki, heç kim üçün kifayət etməyib və hər zaman ən gözəlinə çatmaq hədəflənib.

    Bu səbəbdən də, ovdan qayıdan Qrenyun qiyafəsini dəyişib Bibl elinə tacir kimi daxil olur. Ya elinin xəzinəsinin ən nadir almazlarını da Hermes markalı çantasında özü ilə götürür. “Hermes səfirlərin, çobanların, carçıların və yolda olanların himayəçisidir. Magiya, əlkimya və astrologiyanı himayə edir. İlahların elçisi və ölənlərin ruhunun Aidin dünyasına aparan bələdçidir (buna görə də, onu həm də Psixopomp, yəni “ruhların bələdçisi” adlandırırdılar). Cəldlikdə, hiyləgərlikdə və oğurluqda tayı-bərabəri yoxdur”.

    Bibl elinə varid olduqda, günəşlə yarışacaq parlaqlıqdakı almazları satmağa başlayır. Öncədən öyrətdiyi adamlar şaiyə yayırlar ki, bəs Bibl kralının sarayında heç belə almazlar yoxdur. Bu almazlar Bibl kralının bütün  xəzinəsinə bərabərdir. Almazların şöhrəti və söz-söhbət krala çatır. Əyan-əşrəfə söz verir ki, o almazları günü bu gün xəzinəsinə daxil edəcək. Bibl Kralı İsgəndər, Qrenyunu hüzuruna dəvət edir. Nə and-aman edirsə, tacir almazları satmır ki, satmır. Nəhayət kral kor-peşman soruşur ki, almazlara qarşılıq nə istəyir? Nə istəsə, söz verir ki, verəcək.

    Çünki artıq Bibl kralının sözü yerə düşürdü. Əyan-əşrəf kralın sözünə etimad göstərməyib, fısın-fısın danışır, onu lağa qoyub, xısın-xısın gülürdülər. Kral hər şeyi görürdü… Verdiyi sözdən peşman olsa da, “Sonrakı peşmançılıq fayda vermir”…

    Ya Kralı Qrenyun da belə fürsəti əldən verməzdi. Tez krala Bibl elinin iki gözəlini, Yas və Mini istədiyini  deyir. Bu, kralı qəhərləndirir. Ancaq kral yenə tuta bilməyəcəyi sözlərindən birini vermişdi… Bu dəfə isə bu sözü Ağ saraydakı böyük məclisdə əyan-əşrəfə vermişdi…

    Beləliklə Yas və Min Ya elinin tacirinə (əslində kralına) hədiyyə olunur. Qrenyun bic-bic gülür. Artıq bu iki gözəl xanım sayəsində Ya elinin gözəlliyi analarına, igidliyi atalarına bənzəyən dillərə dastan oğul və qızları doğulacaq idi. Qrenyun  Yas və Mini karetasına əyləşdirib Ya elinə doğru getməkdə olsun. İndi sizə xəbər verim Yas və Mindən. Ata-analarından, sevimli oylaqlarından, yurd-yuvalarından bu şəkildə zorla qopardılan qızlar xiffət çəkirdilər. Yol boyu gözlərindən damlayan yaşlar hər yeri bənövşəyi rəngə boyayırdı. Keçdikləri yerdə bütün gül-çiçək solurdu. Bu bənövşəyi göz yaşları bütün sevgini, gözəlliyi, xoş rahiyələri yuyub yer üzündən silirdi. Keçdikləri hər oylağı quru çölə çevirən göz yaşları yavaş-yavaş bütün insanların mənəvi keyfiyyətlərini də özü ilə qeybə doğru çəkib aparırdı…

    Qrenyun keçdiyi ellərin zümrüd yaşılı oylaqlarını boş, çöllərini quraq görürdü. İnsanların üzündən xoşbəxtlik yerinə narazılıq yağırdı. Hər kəs qaçışır, dayanmadan çalışırdı. Mal-mülk toplamaq həvəsi, hərislik yağırdı bütün insanlardan. Bu yaxşıdırmı? – Düşündü Qrenyun… Bibl ellərinin torpaqları Qrenyuna cəhənnəmi xatırlatmağa başlamışdı. Qrenyun necə olmuşdu ki, bu elə gələndə bunları görməmişdi? Bunun səbəbini öncəliklə hədəfinə çatmağa konsantre olmasında görürdü. Artıq hər şeyi əldə etmişdi. Bəlkə də ona görə, Bibl elləri ona belə sıxıcı gəlirdi. Bəlkə bu iki gözələ görə gözünə gözəl gəlmişdi, ya da diqqətindən yayınmışdı buralar, bilmirdi. Bildiyi və əmin olduğu tək gerçək o idi ki, bu qızlar artıq Ya elinin idi. Ya elinə çatanda kral qızları hərəm ağasına tapşıracaq, özü isə qalibiyyətini qutlayacaqdı. Onun göstərişi ilə qızlar kralaməxsus hazırlanmalı idilər. Ya elinə çatan kimi kral düşündüklərini icra etdi…

    Hərəm ağası gözlərindən bənövşəyi rəngdə incilər tökülən Yas və Mini görəndə, öncə bu gözəlliklər qarşısında bihuş oldu, dizləri titrədi, sonra bütün mənəvi keyfiyyətlərini itirdi, qəlbi Böyük səhraya döndü. Yas və Minin ayaq qoyduğu hər torpaq, könül səhralaşırdı. Adətə görə Yas və Min kralla görüşdən öncə 7 gün paklanmalı, Ya ellərinin adət-ənənəsinə uyğun təlimləndirilməli idilər. Bu 7 gün içində vaxtını eyş-işrətdə keçirən kral  fərqində deyildi ki, bütün Ya elləri və könülləri səhralaşmağa başlayıb. Artıq söz-söhbət hər yeri bürümüşdü. Bibl elinin iki gözəli gecə-gündüz inci kimi göz yaşları tökürdü. Bütün güllər solurdu, quşlar bala çıxarmır, bülbüllər cəh-cəh vurmurdu. Xalq ayağa qalxmışdı. Qrenyundan onları geri göndərməyi, ya da öldürməyi tələb edirdilər. Bibl elində də vəziyyət eyni idi. İnsanlıq getdikcə məhv olurdu. Qrenyun bütün bunlara o qızların səbəb olduğuna inanmırdı. Xalq qızları cadugər adlandırırdı.

    Qrenyun gecə olanda hərəm ağasını yanına çağırdı:

    -Mənə qızları gətir – dedi.

    Hərəm ağasının sir-sifəti eybəcər hal almışdı. İlk dəfə idi ki, Qrenyun bundan narahat olmağa başladı. Bəlkə də bu qızlar həqiqətən də cadugər idilər?

    Sonra bu düşüncəsini özündən uzaqlaşdırmağa çalışdı. Dəqiqələr sonra, yenidən hərəm ağasının qapını taqqıldatması Qrenyunu gerçək dünyaya qaytardı.

    Yas və Min kralın çəhrayı yaqutlarla bəzədilmiş otağına daxil olanda Qrenyunun gözləri qamaşdı. Bir müddət göz bəbəkləri ağrıdan sızıldadı. Yavaş-yavaş gözlərini açdı. Qarşısında elə bil iki pəri qızı dayanmışdı. Bunlar, nadir gözəlliyə məxsus Bibl gözəlləri idilər. Qrenyun hiss etdi ki, axtardığını tapıb. Yas və Minin xoş rahiyəsi bütün qoxuları əsir edirdi. Gözəllikləri bütün gözəllikləri  qurudurdu. Qrenyun tez boynundakı ametist daşını sığalladı. Bunu ona atası hədiyyə etmişdi. Bu daş onu hər şeydən qoruyacaqdı. Qrenyun yavaş-yavaş sehrləndiyini düşünməyə başlayırdı. Bir könüldən min könülə bu iki gözələ aşiq olmuşdu. Qızlar da ilk dəfə idi ki, belə yaraşıqlı kişi görürdülər. Qul və kəniz kimi gətirildiklərini düşünən gözəllər kralın sevimlisi olacaqlarını gördükdə, bütün qadınlarda olduğu kimi, onların da kralla birgə olduqda üzlərində güllər açmağa başladı.Təklikdə isə yenə qan-yaş tökməyə davam etdilər.

    Qrenyun qızlarla yeddi il keçirdi. Yeddi il saraydan çıxmadı. Bu yeddi ildə 14 övladı oldu. Hər biri elə bil bir ay parçası idi. Qrenyun 7 ilin sonunda saraydan çıxanda Ya elini viran qalmış gördü. Elə bil şəhəri qurdlar yemişdi. Hər yer deşik-deşik idi. İnsanlar xəstəliklərdən əziyyət çəkirdilər. Bir-birlərinə gülmür, danışmır, xeyirxahlıq etmirdilər. Qrenyun hiss etdi ki, artıq kral olmağın belə elə bir əhəmiyyəti qalmayıb. Xarabalıqlar içində qalan Ya elinin xalqı Qrenyunu söyüb, daş-qalaq edirdi. Atılan bozumturaq kasıb daşlarının təsirindən, bahalı Ametist ovulub yerə tökülmüşdü…

    Canını zorla xilas edən kral atasına, elinə xəyanət etdiyini anlayıb sarsıldı. Bütün günahı onu bu qəflətə sürükləyən gözəlliklərdə gördü. Yas və Mini öldürməyi qərara aldı. Bütün Ya eli kimi kral da getdikcə vəhşiləşirdi. Kralın əmri ilə, “cadugərlərə ölüm!” deyə-deyə küçədə böyük tonqal qurmağa başladılar. Elə tonqal ki, hələ yer üzü yer üzü olandan belə şey görməmişdi. Yas və Min anladı ki, bundan qurtuluş yoxdur. Kral onları məhv edəcək… Gözlərindən qan, yaş tökməyə başladılar. Göz yaşları sel, su olub, tonqalı söndürdü. Bütün Ya eli su altında qaldı. Qrenyun daxil, bütün Ya əhalisi tələf oldu. Övladlarını və Qrenyunu itirən Yas və Min özlərini selə buraxdılar.

    Ya elinin məhv xəbəri Bibl elinə çatdıqda, özlərini tələsik kömək üçün ora çatdıran xalq təəccübdən yerindəcə donub qaldı. Ya elinin yerində xoş rahiyəli bənövşəyi güllərlə dolu ağaclar ucalmışdı. Bu güllər elə gözəl idilər ki, qoxuları elə möhtəşəm idi ki, Bibl eli bir də yurd-yuvasına qayıtmadı. Ömürlərini bu ağaclara qulluq etməyə həsr etdilər. Bu çiçəklərə yasəmən deməyə başladılar. Bütün gün o ağacların altında oturub, uzaqlara zillədilər gözlərini. Əkin-biçin olmadı. Evlərdə yemək bişmədi. Kotanlar işləmədi, mal-qara sağılmadı… Nəhayət, Bibl və Ya yox oldu…

    “Ey ölü – Osiris, keşişin açdığı gözünə,

    Horusun gözünün nurunu qoyuram. Ey ölü – Osiris, saçlarına Horusun gözünün işığını qoyuram…»

    -Yasəmən lənətli çiçəkdir. O deyir ki, ya sən, ya da mən!

    -Bu nə cəhalətdir belə? Necə yəni, ya sən, ya mən? Bu inancdır axı, özü də batil… Bunun heç bir elmi sübutu yoxdur.

    -Gümüş 1: Bəli, elə düşünürsən. Ona görə ki, o, sənə mifologiyadan danışdı. Əslində Bubu planetinin sakinləri gözəlliyin faciələrə, tənbəlliyə, ətalətə səbəb olduğunu elmi-nəzəri cəhətdən sübut ediblər. Hər gün ortalama  neçə qadın öz gözəlliyinə vaxt ayırır, bilirsənmi? Buna həm vaxt, həm də maliyyə gedir. Gözəllik sadəcə hiss edilir. O, insanı yaşatmır, qidalandırmır.

    -Belə düşünmürəm, gözəllik ruhu qidalandırır. Auranı kamilləşdirir…

    -Gümüş 1: Harada yazılıb bu?

    -“Misirin ölülər kitabında”…

    -Gümüş 1: Ölülər, ehhh… ölülər? Kimə lazımdır axı ölülər…Yox olmuş əzgin ruhlar…

    -Gümüş 2: Bəs bunu kim deyib sənə? Gözəlliyin ruhu qidalandırdığını? Yasəmən ağacının seksuallığı nəhəngləşdirən ətrinin zəhərindən xəbərdarsan bəlkə də…

    -Müqəddəs kitablar… Hansı seksuallıq?

    –Gümüş 2: Sizin yaradllışınızın qaranlıq səbəbi. Acınacaqlı… Və sizin zəifliyiniz, hahaha….

    -Gümüş 1: Bax insan, biz artıq öz kitablarımızı yaratmışıq.

    -Hansı kitablardır onlar?

    -Gümüş 1: “Transhumanologiya”, “Tanrılogiya”…

    -Anlayıram… Tanrı da yasəməni yaradıb…

    -Gümüş 3: Hansı Tanrı? Sən hər şeyi qarışdırırsan ey dost!

    -Mən sizin dostunuz deyiləm… Siz qəddarsınız…

    –Gümüş 3: Əslində siz insanlar daha da qəddarsınız! Bizdən qat-qat daha çox…

    -Gümüş 1: Anlaya bilmərsən bizi və kitablarımızı. Bunu bilmək üçün gizli Gümüş əlifbasını öyrənməli, kitabı xüsusi kodlarla beyninə ötürməlisən. Bu isə sizin kimi insanlara açıqlanmayıb.

    -Bizim kimi? İnsanları məncə çox aşağı görürsünüz…

    -Gümüş 1: Görmürük. Sadəcə, artıq kainat dəyişib…

    -Bəs Tanrılogiya nədir?

    -Gümüş 1: Bunu mən izah edə bilmərəm… Bu, Tanrının əlindən tanrılığını almaq elmidir. Bir növü öz planetlərimizin tanrısına çevrilmək amalıdır. Nəyə görə öz evimizin ağalığını başqasının əlinə verək? Niyə başqasının qanunları ilə idarə olunaq? Onun verdiyi qədərlə kifayətlənək? Tanrının yaratdığı ilğımlarda sürüklənək?

    -Tanrıya qarşı gəlməyin nəticəsi ağır olar. Bu, müqəddəs kitablarda açıqca bəyan olunub.

    -Gümüş 1: Öz müqəddəs kitablarımızın varlığından danışdım axı… Görürsənmi, gözəllik vaxt itkisidir? Bayaqdan sənə nələrisə izah etməyə saatlar ayırmışam. Sənsə heç nə anlamamısan… Beynini məşğul edən bircə məsələ var, o da yasəmənlərdir…

    -Saatlar? Biz cəmi 10 dəqiqədir ki, söhbət edirik…

    -Gümüş 1: Yox, 10 dəqiqə deyil, artıq 10 saatdan artıqdır. Siz köhnə nizamın insanları zaman anlayışının əks olunmalarını duyursunuz. Biz isə zamanın özünü idarə edirik.

    Tələsik saata baxdım. Doğurdan da, 10 saata yaxın idi ki, söhbət edirdik. Hiss edirdim ki, halsızlaşıram… Yüz faiz aclıqdan təzyiqim düşmüşdü…

    ***

    “…Ancaq Paraklet gələndə səni bütün həqiqətə yönəldəcək. Çünki öz-özünə danışmayacaq. O, nə eşitsə, deyəcək və gələcəkdən xəbər verəcəkdir”. (Yuhanna, Bab16, ayə: 13)

    Günəşin şüaları gözlərimi qızdırırdı… Nədənsə oyanmaq istəmirdim. Yuxularıma qayıtmağı arzulayırdım. Dünyada yaşadıqlarım ürəyimə, beynimə, ruhuma ağır təsir etmişdi. Ağzıma qədər dolmuşdum. Hər an daşacaqdım. Bəzən intihar ən doğru seçimdir deyirdim. Nəsə olsa intihar edərəm deyirdim öz-özümə. Bunu belə unudulmamaq  üçün etmək istəyirdim bəlkə də. Bəzən “Alacaqaranlıq”dakı kimi adrenalinli şeylər etmək keçirdi könlümdən, bəlkə də itmiş məni, görərərəm deyə düşünürdüm. İtirmək… itirə-itirə yüksəlmək, böyümək, ölmək… İtirmənin ağrısı, uzaqlaşana doğru böyüyən istəmə daha çox arzulama ehtirası… Bir vaxtlar sənin olana qarşı duyulan darıxmaq hissi…

    Yasəmən ağaclarının çığırtıları ilə dolub daşan yuxularım, ağrılı röyalarım məni özünə tərəf amansızca dartırdı. Ağlar antidepresantlar, sedativ tərkibli dərmanlar qəbul edib yatmaq istəyirdim. Dünyanın, dünyamın dəyişən nizamını dərk etmirdim. Məişət qayığlarım, sosial rifahımı təmin edəcək uydurmalarımla keçən saatlarım… Hər dəfə qarşıma qoyduğum məqsədlərim, aşdığım dağlarım… Hər çatdığım məqsədin, reallaşan arzumun ardında gizlənən daxili sızıltılarım. Xoşbəxt ola bilməmələrim. Bilirdim, artıq hər şey dəyişəcəkdi. Bundan sonrası bundàn əvvələ qətiyyən bənzəməyəcəkdi. Yuxularımdan dünyaya uzanan körpünün üzərində dolaşan başıpozuq ruhumun rahatlığa qovuşması lazım idi. Ya o tərəflik, ya da bu tərəflik olmalı idim. Bilirdim ki, hər gün dəyişirəm. Texnologiyanın hər zərrəmə hakim olduğu dünyada mən sentimental abdal kimi dolanırdım. Tutmuşdum yuxularımın gümüşü kəndirindən, sürünürdüm daxilimdəki boşluğu dolduracaq ümidin arxasına.

    İnsan kimdi? Mən kiməm? Bir gün insan dərk edəcəkdi əslində nə üçün dünyaya göndərildiyini… Dünya ilğımvari ekzotikası ilə ruhumuzu əsirlərdir əsir özünə əsir edir. Keçici gözəlliklərə alüdə ruhumuz xəstələnib. Süstləşib ruhumuz. Gözlərimiz çuxurunda böyüyüb. Rəngimiz avazıyıb. Dizlərimiz taqətdən düşüb. Qulaqlarımızın biri durmadan cingildəyir. Biri bizi çağırır… Tanrımı? Bubulularmı? Şeytanmı? Xaronmu?

    Xaronu da bezdirmişdi bəlkə də Tanrı…

    Tanrı kifayət qədər hakimiyyət sürməyibmi? Sıra bizdə idi bəlkə də.. Boşunamı yaradılmışıq? Doğulub, yetkinləşib, yeyib, sekslə məşğul olub, çoxalmaq və ölmək üçünmü?

    Tanrı ilə yeni bir oyun başladılmışdı. Bunu insanlar yox Bubulular həyata keçirirdilər. İnsanın sevdiyi hər şeyi, bütün gözəllikləri yavaş-yavaş yox edərək həm də. Tanrılogiya elə bu idimi? Tanrı da yaratdığı ən gözəl, ən məsum şeyləri bu cür məhv etmirdimi? Bir körpənin canına susamırmı? Ya da  körpəni əfv etdikdə anasını ağuşuna dartmırmı?

    “Nə bəxtiyardır sülh carçıları!

    Çünki onlar Tanrının  oğulları adlanacaqlar”.

    Maqdalalı Məryəmlə tər içində sevişdikdən sonramı söyləmişdi bunu İsa?….Niyə katoliklər sevilməyə layiqlik nəzəriyyəsini fahişə və həyat yoldaşı kimi iki kateqoriyaya bölürdülər? Biri xəyanət, digəri sədaqət, biri zəfər digəri məğlubiyyətmi?

    Yuxuma girirdi hər gün İsa… Elə hey Çobanla danışırdılar…Ortaq yol yox idi… Mən idimmi meraca gedən, yoxsa İsa idimi mənə gələn?

    “İsa: “Tanrı təkdir”!

    Çoban: “Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir. Amma iki dənə olsa, daha yaxşı olardı. Biri canavar, digəri quzu üçün, biri öldürən, digəri ölənlər üçün, biri məhkum üçün, digəri cəllad üçün”.

    Yuxularımla beynimə bir nəqqaş ustalığı ilə işlənən kodlar məni zəhərləyirdimi?

    Bubulularla keçirdiyim ekzotik dəqiqələr (yaxud saatlar) məni tanımadığım, iyini, dadını, əhval-ruhiyyəsini bilmədiyim bir boyutamı aparırdı?

    Kim idi bu Bubulular?

    Bubu planetin sakinləri idilərmi?

    Yoxsa bir yığın mutantmı? Yoxsa bir beyin ilğımı, halüsünasıyamı… Çox gerçək idi yaşadıqlarım. Bunu hiss edirdim.

    “Paskalın qumarı”ı nəzəriyyəsini  tətbiq edəcəyəm yuxularıma… Nəzəriyyəyə görə Allaha inanmaq inanmamaqdan daha sərfəlidir. Allah həqiqətən var olsa, sonsuz mükafatlar qazanacaq, mövcud olmadığı təqdirdə isə heç bir itkimiz olmayacaq. Real dünyadan qopuşlar yaşayırdım. Daxilən mənəviyyata, gözəlliyə olan meylim və həm də Tanrıya içimdəki qırğınlığım, qəzəbim… Yeni Tanrımı yaradılacaqdı? Tanrını insanmı yaradacaqdır? Bu dəfə oyun tərsinəmi olacaqdı?

    Tanrımı insanı yaratdı, insanmı Tanrını?

    Bubulular hansı idi? Tanrımı, insanmı, mutantmı?

    Mən kim idim? Niyə mən? Mən də Xaron idimmi? Ruhların keçidində dayanan bədbəxt Xaronmu?

    Yox mən icra edə bilməzdim bu amansız vəzifəni… Xəyallarım var mənim…Doğrudan, hardadı indi onlar? Niyə artıq xəyal qura bilmirəm. Xəyal qurduğum hər şeyə axtarış çubuğu ilə asanca çatmırammı? Nəyə lazımdı artıq xəyallar? İnsan da, Tanrı da, Bubulular da gülmürdümü xəyallara? İnsan olmaq həm də xəyal qurmaq, darıxmaq, sevmək də deyildimi? Niyə getdikcə utanırdıq hislərimizdən?

    Yoxsa texnologiyanın belə sürətli inkişafı dünyanı, mənəviyyatı mədəniyyəti çıxmaz girdaba sürükləyir?

    Yoxsa xilas doğrudan da yüksək elmi naliyyətlərdə, nanotexnologiya, metatexnalogiyalarla gələcəkdi?

    Tanrının taxtını fəth etmək istəyənlərə ağuşunu açacaqdımı o? Qəbul edəcəkdimi məğlubiyyəti?

    Yoxsa onları yenəmi cəzalandıracaqdı?

    Bircə qiyamətdəmi görünəcəkdi gözlərə? Onda da ən nəhəng dağıntı üçünmü? İnsanın qiyaməti nə zaman başlayır? Bütün bunlar əslində domino təsiri deyilmi?

    “Yaxın Şərqdə İslam ölkələrində ərəb baharı adlanan siyasi-ictimai hərəkatlar buna gözəl nümunədir. 2010-cu ildə Tunisdə xalq üsyanı şəklində başlayan ərəb baharı bir çox ölkədə xalqın hökumətlərə qarşı üsyanı ilə inkişaf edərək Misir, Liviya, Yəmən, Suriya kimi ölkələrə də sirayət edib”.

    Bubuluarın yaratdığı yeni sistem Tanrının milyonlarca əsrdir qurduğu nizamı pozacaq, dəyişdirəcək, metanəzəriyyəyə çevirib, idarə olunan edəcəkdi.

    …Daxilimdəki böyük qaranlığı oyadırdı bu yuxular və mən hər gün bir az daha sürüklənirdim ona doğru. Yatmaq istəyirdim… Onları görmək onlarla dolaşmaq, onlardan öyrənmək…Amma bircə yasəmənlərə dəyməyəydilər kaş…

    Yasəmənlər mənim uşaqlığım idi…İlk şilləsini  it laləsi deyilən, yanağında iri qara xal daşıyan o çöl çiçəyini dərdiyi üçün yemişdi Şəbnəm. Mən ilk dəfə onda qorxmuşdum. Gücsüz tək hiss etmişdim. Evdə danışmamışdıq bu məsələni… Zəif görünəcəkdik. Mən idim ən böyükləri. “Balıq başdan qoxar” deyəcəkdi yenidən  “atalar”…

    Lənətləmişdim o kişini… Həmin il ağır əzabla ölmüşdü. Sevinmişdim. Ölümə sevinmişdim. Hələ də ona nifrət edirəm bir yabani çiçək üçün körpəyə qalxan əllərinə…Bəlkə də elə it laləsi lənətləmişdi onu… Mən inanırdım lənətlərə…

    Qabil Habilin qardaşı olduğu kimi Osirisin də düşməni və qardaşıdır.  Ra ilk dəfə Misir torpağını işıqlandırandan bəri Xeyir və Şər bir-birinə meydan oxuyur.

    Bir gül üçün nifaq, müharibə, nifrət yaranırdı…

    Bəlkə də bütün gözəlliklərin məhvinə dair düşünclərində haqlı idi Bubulular… Tanrı da belə etmirdimi? Mələklərin ən gözəlini lənətləmədimi? Bəs Liliti?

    “Səndə heç bir  təqsir yoxdu, allahlardır bunu edən.

    Fəlakətli hərbə onlar göndərmişlər axeyləri”.

     “Ədəbiyyat və incəsənət”

    (23.12.2022)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Namiq HACIHEYDƏRLİ.Yeni şeirlər

    This image has an empty alt attribute; its file name is 171290457_2821495691435615_4607237874836848479_n.jpg

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    SİZİ

    Verin dərdi dərd üstündən,
    Gülüb yandıracam sizi,
    Qanlı yaşı gözlərimdən
    Silib yandıracam sizi.

    Həm savab, həm suçum ilə,
    Gedirəm qəm köçüm ilə,
    Dərdimi öz içim ilə
    Bölüb yandıracam sizi.

    Şər işləri nə danmadız,
    Nə pislikdən usanmadız,
    Yaşadım, mənə yanmadız,
    Ölüb yandıracam sizi.

    QƏLƏMƏ DƏYMƏ

    Təmiz qəlbin, saf niyyətin yoxdusa,
    Zəhmətin az, umacağın çoxdusa,
    Tamahın bol, nəfsin iti oxdusa,
    Qələmə toxunma,
    Qələmə dəymə!

    Daşlı yollar, aşırımlar keçməmiş,
    Yurd dərdini şərbət kimi içməmiş,
    Bərəkətə, torpağa and içməmiş
    Qələmə toxunma,
    Qələmə dəymə!

    Yolunda qıymasan öz ürəyini,
    Nə incit, nə də ki üz ürəyini.
    Didib-dağıtmırsa söz ürəyini,
    Qələmə toxunma,
    Qələmə dəymə!

    XEYRİNƏ

    Bir eşqin odundan əriməkdəyəm,
    Yaşasam, fayda yox, ölsəm, xeyri nə?!
    Əl götürdüm bu dünyanın varından,
    Qəmi seçdim bir sevdanın xeyrinə.

    Dünya körpü, gəlmisən ki, keçəsən,
    İcazə yox taleyini seçəsən.
    Köçəndə də şəhid kimi köçəsən,
    Can verəsən min insanın xeyrinə.

    Kimsə qalmaz dünya adlı daxılda,
    Açılacaq bütün sirr də, paxır da,
    Ay Namiq, ha çalış, vuruş, axırda
    Bir-sıfırdı bu dünyanın xeyrinə.

    ÜSTÜNDƏN

    Yanına bir yol çəkirəm
    Çəkdiyim ahın üstündən.
    Yol gedirəm axşamların,
    Min-min sabahın üstündən.

    Ahdan qala hörə-hörə
    Ruhum ucalır göylərə,
    Adladım da sənə görə
    Nəfsin, tamahın üstündən.

    Enməzmisən bir yol mənə,
    Həsrətinə şükür yenə.
    Ucalmısan göy üzünə,
    Savab günahın üstündən.

    Sən kimsən, nəsənmiş, ey vah!
    Əfv et məni, əfv et, Allah!
    …Sənə gələ bilmərəm, ah,
    Keçib Allahın üstündən…

    TİKƏMİZİN DUZU YOX

    Tikəmizin duzu yox,
    Şitlikdən yorulmuruq.
    Çalxalandıq yüz kərə,
    Arınıb durulmuruq.

    Ömür yolumuz ağ qar,
    Həyatımız lal axar.
    Döyməli başımız var,
    Başımıza vurmuruq.

    Namiq, söz demək artıq,
    Söz kara gəlmir artıq.
    Yatsaydıq, oyanardıq,
    Ölmüşük ki, durmuruq.

    ALLAH

    Sən qurduğun dünyanı,
    Bir kimsə yapmaz, Allah!
    Sənin düz yaratdığın
    Yolundan sapmaz, Allah!

    Körpə durmaz qucaqda,
    Bir gül bitməz torpaqda,
    “Hə” deməsən, yarpaq da
    Budaqdan qopmaz, Allah!

    Namiq heç başa yetməz,
    “Ol”! – desən, necə bitməz?!
    Səni tapan itirməz,
    İtirən tapmaz, Allah!

    AYAQ ÜSTÜNDƏ

    Nələr çəkdiyimi bir Tanrı bilir,
    Durmuş başımızın oyaq üstündə.
    Köksümdə bir qəlb var, qəlbimdə min dərd,
    Dayanıb bircə cüt dayaq üstündə.

    Mənliyi, qüruru qoru həyatda,
    Əfəli, acizi sevmir həyat da.
    Yad qızıl axtarır yurdumun altda,
    Biz də günümüzü sayaq üstündə.

    Ay Namiq, bu dünya gəlməz amana,
    Meydan vermə, meydan oxu yamana.
    Sürünə-sürünə gəldim cahana,
    Ölümə gedirəm ayaq üstündə.

    NƏ YAXŞI Kİ…

    Nə yaxşı ki,
    Gözə görünmürsən,
    Nə yaxşı ki, “laməkan”san,
    Əlçatmazsan, İlahi!
    Yoxsa
    Ayağından çəkərdi yaratdıqların.

    YAĞIŞ

    Yağış
    Göylərin göz yaşıdır,
    Bulud dənəsi deyil.
    Göylər
    Göz yaşı tökür
    İnsanın sevinməsi naminə.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XIV hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    * * *

    Anlaya bilirdik bir-birimizi,
    Küssək də,
    Sussaq da duya bilirdik.
    Yıxıb tökdüyümüz,
    Dağıtdığımız
    Hər şeyi yerinə qoya bilirdik.
    Bəs niyə olmadı?
    Nəydi olmayan?
    Daş dediyin ürəyim də
    Gördünmü qırıldı axır?
    Həvəsim qalmayıb
    Qol qaldırmağa,
    Yoruldum axır.
    Pəncərəmdə hirsli külək,
    Ürəyim qorxudan əsir.
    Bəs bir də olmasa…
    Dilim qurusun,
    Günün
    İt ulayan qaranlığında
    Ağlımda bu fikir
    Neynir, nə gəzir?

    * * *

    Səni harda başladım?
    Harda bitirdim səni?
    Çıxdım ürəyimin qapısınacan,
    Ötürdüm səni.
    Yolun yaxın olmasın.
    Nə doğmamsan, nə yadım,
    Əllərini üz, dedin,
    Ümidini kəs, dedin,
    Kəsdim,
    Yeddi qapıya payladım.
    Azın, çoxun qalmasın.
    Ruh deyilsən, can deyilsən,
    Həvəssən, bədəndən çıxdın.
    Elə də sevmədim səni.
    Ürəyimin zirvəsinə
    Hərdən çıxdın…
    Eh! Mənim də gizli-gizli
    Darıxmağım olmasın.

  • Azərbaycanlı gənc xanım yazar Xəyalə SEVİL.Yeni şeirlər (XIII hissə)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Və bir gün qarşına bir adam çıxa

    Və bir gün qarşına bir adam çıxa,
    Elə oyanasan yuxundan elə
    Gördüyün yuxular yadından çıxa.

    Və bir gün qarşına bir adam çıxa,
    Əridəsən hisslərinin qarını.
    Açasan qəlbini bir sərgi kimi,
    Tək – tək göstərəsən duyğularını.

    Və bir gün qarşına bir adam çıxa,
    Bircə baxışından səsini duya.
    Səni bu dünyada bəlkə, bəlkə də,
    Atandan, anandan artıq tanıya.

    Və bir gün qarşına bir adam çıxa…
    Gözlərimdə ürəyimin səsi var.
    Boğazacan yığılmışam, İlahi,
    Səbrimin tükənmək təhlükəsi var.

    * * *

    Nəsə savab iş görmüşəm,
    Sən çıxmısan qarşıma.
    Elə yarımcan qalmışdım,
    Tam çıxmısan qarşıma.
    Sən yüz ildi gözlədiyim
    Adsız, bədənsiz ruh ikən,
    Bu boyda, bu biçimdə
    Can çıxmısan qarşıma.
    Bu nə möhtəşəm gəlişdi,
    Ürək qırmızı çadırda,
    Gözlərimdə xeyir işdi-
    Həm düşmüsən ürəyimə,
    Həm çıxmısan qarşıma.
    Nəsə savab iş görmüşəm,
    Sən çıxmısan qarşıma.

  • Arzu HÜSEYN.Yeni şeirlər (IX hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Axırda sən qaldın mənə,
    Gözlərimi zillədiyim
    Yola baxan pəncərə.
    Bu ərköyün payızın,
    Ən ərköyün yalqızı,
    Ən kədərli adamı,
    Elə mənmişəm demə.
    Milyon kərə silmişəm
    Göz yaşımı pərdənə,
    Yola baxan pəncərə…

    * * *

    Elə-belə nə uzağıq, nə yaxın,
    Bu nə nizam, bu nə qayda bilmirəm.
    O hələ də mənim üçün yad axı,
    Mən hələ də onun üç­ün heçkiməm…

  • Arzu HÜSEYN.Yeni şeirlər (VIII hissə)

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Günəş tək uzağım, od təki istim,
    İnkarım, olmazım, yetərim, bəsdim,
    Mən sənin ömründə adicə səsdim,
    Sən mənim qəlbimdə həzin şeirdin.

    Bilmədin sirrimi, demədim mən də,
    Eləcə döyündü qəlbim sinəmdə.
    O şahlıq taxtından məni görəndə,
    İlahi, nə gözəl gülümsəyirdin.
    Sən mənim qəlbimdə həzin şeirdin…

    33
    Son yazdığım şeir idi o gecə,
    Təyyarə edib pəncərədən attığım.
    Son xəyal idi səninlə qurduğum,
    Ruhumda yaşattığım.
    Son idi içdiyim o qədəh də,
    Elə o zəng də son idi.
    Saat sabaha işləmişdi,
    Göy üzü dan idi.
    Nə deyim ötüb keçən ömrə,
    Borcumuz yox bir-birimizə.
    Qıfılladım bəxtimin açarın,
    Tulladım mavi dənizə.
    Heç də bədbin deyiləm,
    Fəlsəfəyəm büs-bütün.
    İnanmırsan bax gözlərimə,
    Bədənim külqabıdır,
    Ruhumsa tüstü, tütün…

  • Şəfa VƏLİYEVA.”Kaçıyor…”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Kaçıyor…
    Kaçıyor…
    Bakışlarımdan kaçıyor günahkar gözlerin…
    Kalbimi avutmaya yetmiyor sözcüklerin…
    Kelimelerin beni Tanrıya taşımaz…
    Kapıdışarı eder aşkının cennetinden
    Yüreğime takılıp kalan hırsım…
    Affedebilirmisin?
    Hayır…
    Bırak da yarım kalsın benim Tanrıya yürüyüşüm…
    Ona senden bahesedeceğim... Hekayetim var... Ondan seni dilemeyeceğim…
    Şikayetim var…
    Tanrıçalar günahkar doğuyor…
    Tanrıçalar günahta boğuluyor…
    Ve her Tanrıça yeniden-yeniden
    Hayatı rahminde taşıyıp
    Sevab doğurur-insan adına…
    Kaçıyor…
    Kaçıyor…
    Bakışlarımdan kaçıyor günahkar gözlerin…
    Bırak yarım kalsın benim Tanrıya yürüyüşüm…
    Bırak…
    Dünyayı alt-üst eder Tanrıçaların dönüşü…

    2013

  • Şəfa VƏLİYEVA.”Şu deli gönlümde mevsimi-lale”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Şu deli gönlümde mevsimi-lale,
    Umutlar alışık kırmızı alevlere…
    Ayrılıktan korkmayan gecelerin rengi
    Üzerimde olsa da hala
    Yazdığım her kelime sana sevgiyle…

    Ellerine dokunmadan kavuşmak…
    Gidene DUR, sevene UNUT demek gibi bir şey…
    Boşverebilirim yüz-yüze geldiyimizde,
    Merak etme…
    Uçurumu özlemeyi öğrendim,
    Kimse okuyamaz gözlerimden sevildiğini…

    Ve “tut ellerimden” diyecek kadar güçlü…
    Arkandan bakacak kadar cesaretsiz…
    “boşver” diyecek kadar deliyim belki…
    Neyse…
    Uzun-uzun laflarım işte…
    Ama…Ömrümün sensizliyi ücretsiz…

    2013

  • Şəfa VƏLİYEVA.”Ay qırmızı papaqlı”

    This image has an empty alt attribute; its file name is sefa-veliyeva.jpg

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru


    Ay qırmızı papaqlı,
    Ay hamıdan küsən qız…
    Əlləri umacaqlı,
    Boy-buxunu süsən qız…

    Yenə kimə inandın?
    Aldadan tapıldımı?
    “Dağ haqqı”ydımı andın,
    Dağlarda haqq qaldımı?

    Yazdığın” son mesaj”la
    Hansı qarğış yol aldı?
    Bir sərçə qayğısıyla
    Keçmədiyin yol qaldı?

    Ay qırmızı papaqlı…
    Saçı daraqtanımaz…
    Eşqi “başı qapazlı”,
    Arzuları gülaçmaz…

    Ömrün önündən çəkil,
    Nə olacaq, olacaq…
    İkimizdən bir şəkil,
    Bir xatirə qalacaq…

    Aç saçını, tök üzə,
    Qocalmaqdan da qorxma…
    Bir bayatı çək bizə,
    Və də, eşqdən oxuma…

    (2022)

  • Sona İNTİZAR.”MƏN DÜNYAYA DƏYİŞMƏRƏM”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    Gözlərində gizlət məni,
    Heç kim bilməsin yerimi,
    Sənli olan günlərimi
    Mən dünyaya dəyişmərəm.

    Nəfəsinin hərarətin,
    Sözlərinin kəramətin,
    Mənə olan məhəbbəti,
    Mən dünyaya dəyişmərəm.

    Gözündəki baxışları,
    Üzündəki çat qaşları,
    Təbəssümdən qırışları,
    Mən dünyaya dəyişmərəm.

    Əlinin qabarını da,
    Dərd, sərini, qadanı da,
    Dilimdəki adını da,
    Mən dünyaya dəyişmərəm.

    Duamdasan hər gün mənim,
    Ay ƏZİZİM, Ay SEVDİYİM,
    Sən mənim özümsən , özüm,
    Səni dünyaya dəyişmərəm.

  • Sona İNTİZAR.”İNSAN NƏDİR Kİ, VƏTƏNSİZ”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    Vətənimə canım qurban,
    Daşı, qayası da əziz.
    Mənim elim, obam, doğmam.
    İnsan nədir ki, Vətənsiz?!

    Gülü, çiçəyi ətirli,
    Hər naxışı, hər ləçəyi,
    Bir tamaşa hər səhəri,
    İnsan nədir ki, Vətənsiz?!

    Torpağının qoxusunu,
    Özlətdirir çoxusunu,
    Qarışdırır yuxusunu,
    İnsan nədir ki, Vətənsiz.

    Sevgili bir yarsan mənə
    VƏTƏN-uca dağsan mənə,
    Sən qiblə, dərgahsan mənə,
    İnsan nədir ki, Vətənsiz?!

    İntizaram, Vətən ruhlu,
    Bir qayayam, daş-çınqıllı,
    Uzaq getmə, ay eloğlu,
    İnsan nədir ki, VƏTƏNSİZ?!

  • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

    Duyğuların zirvəsinə baş vurub,
    Uca sözün ucasından gəlirəm.
    Gör nələr var üçcə hərfin canında,
    “Söz”ün bircə hecasından gəlirəm.

    Ömür üzən, gün qocaldan, yaş yoran,
    Dincəlməyə aman verə, kaş, yoran.
    Sualların saç ağardan, baş yoran,
    “Neyçün”ündən, “necə”sindən gəlirəm.

    Danışdırdım hər pərdəni, hər simi,
    Dərk eylədim avandımı, tərsimi.
    Məktəb açdı, Tanrı verdi dərsimi,
    Ustadından, xocasından gəlirəm.

    Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
    Hünərin var qapısından gir ömrün.
    Yuxusuna haram qatmış bir ömrün,
    Min yuxusuz gecəsindən gəlirəm.

    Süzülmüşəm tarixlərin ruhundan,
    Od almışam yananların ahından.
    İnsanların Adəmindən, Nuhundan,
    Cavanından, qocasından gəlirəm.

    Qorxusu yox nə amanın, nə ahın,
    Günəşi var hər açılan sabahın.
    Qapısında xidmətçiyəm Allahın,
    Qapısından, bacasından gəlirəm.

  • TƏBRİZ İMAN.Seçmə şeirlər


    YURDSEVƏR BİR KƏS ÜÇÜN

    Elimizin-obamızın ləyaqətli oğlu,
    vətənpərvər, yurd sevər insan
    hörmətli Musa Nəbioğluna

    Səhər tezdən oyadıb, ilhamım söyləyir yaz,
    Yurdsevər bir kəs üçün, el canlı insan üçün.
    Ruhumun istəyinə qəlb edərmi etiraz,
    Necə ki, hüceyrələr dodaq açar qan üçün.

    Sönməz odu-alovu, əridər sal buzları,
    Səsləyər vətəninə, qürbətdən yurdsuzları.
    Gündüzdən rüsxət alıb, yaşadar ulduzları,
    Çün gecələr can verər üfüqlərdə dan üçün.

    Ağlın, zəkan, idrakın dərinlərdən-dərindir,
    Ey hörmətin sahibi, qəlblərimiz yerindir.
    Vətən necə əzizdir, necə də şipşirindir,
    Vətən böyüklüyünü düşünüb duyan üçün.

    Günəş şəfəq saçarsa, çayları sal bürüməz,
    Ürəkdə yer eşqinsə, ürəyi xal bürüməz.
    Yurdu tikan bürüməz, yurdu qanqal bürüməz,
    Yurdunda ocaq olub, yanan, parlayan üçün.

    Darvazlı balasıyam, Darvazdan başlar izim,
    O, möhkəm qayalarda sıyrılıb əlim-dizim.
    Qəhrəmanlıq odur ki, mənim dostum, əzizim,
    Yanır, əriyir şam tək, bir can, milyon can üçün.

    BU YERDƏ

    Bir yz günü kənddə təbiətin qoynunda idim. Cib telefonuma zəng gəldi. Bakıdan Musa Nəbioğlu idi. məndən bir dəstə bənövşə istədi.

    Gözün aydın olsun, ay Musa müəllim,
    Açıb bənövşələr, tərdi bu yerdə.
    Yamaclar bürünüb gözəlliklərə,
    Zirvələr hələ ki, qardı bu yerdə.

    Darvazın meşəsi dərdlərə dəva,
    Sularından içən tez tapar şəfa.
    Qara-çisək tökür, açılmır hava,
    Daşıb, Gəda çayı Kürdü bu yerdə.

    Nərgizlər özünə gəlməmiş, ey dost,
    Arceylə torpağı dəlməmiş, ey dost,
    Mən necə ayrılım ölməmiş, ey dost,
    Qəlbim hər gözəllik gördü bu yerdə.

    Bənövşə istədin, bənövşə dərdim,
    Açdı, çiçəklədi bənövşə dərdim.
    İmkanım olsaydı özüm gələrdim,
    Tənhalıq nə qəddər zordu bu yerdə.

    Tək qoya bilmirəm ata-anamı,
    Tale sovuşdurur başdan xatamı.
    Lap görpə vaxtımnan verdi butamı,
    Ərənlər yuxuma girdi bu yerdə.

    Təbiət dilində olmaz yalanlar,
    Böyükdür Tanrıya səcdə qılanlar.
    Bu varlığı sevməz, duymaz olanlar,
    Vallah, laldı, kardı, kordu bu yerdə.

    Təbriz, sev vətəni, lap doyunca sev,
    Ruhun yaylaqlarda qoy eyləsin kef.
    Hər qaya dibinin ovucu bir ev,
    Hər kaha ocaqdı, pirdi bu yerdə.

    5 aprel 2011

  • Sona İNTİZAR.”QƏRİB HİSSLƏR”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Çox qəribə bir haldayam
    Gülə bilmək,
    ya ağlamaq???
    Düşünürəm…
    uzaq getmək,
    burda qalmaq???
    Uca TANRIM, mən hardayam???
    Sənsizliyin hökm sürən bir dövründə,
    Yalnızlığın,
    Tənhalığın sualında , nöqtəsində,
    Səni bəhanə eyləyib,
    özmü gəzən bir səmtində,
    Bu dünyanın qəmin bilib
    sevincini dadmamış tək
    kədər və iztirabındayam…
    Nədir məni bəs kövrəldən ?
    Suala bax,
    axı elə indi dedim,
    bəlkə bir də təkrar edim?!
    Bəli, mənim vuran qəlbim,
    Bəli, mənim ilk sirrimi öyrənib də,
    son sirrimə ilk həmdəmim,
    Sənsizlikdi bil qorxudan,
    məni məndən ayrı salıb
    sənsizliyə sürükləyən,
    tənhalığına aparan
    Bax, o yoldan çox qorxuram…
    Gözümü də yuman zaman,
    Kirpiklərim keşik çəkir…
    Ya mənimlə oynar dövran?
    Ya da,..
    ya da məndən misal çəkir…
    Bir parça qəlb,
    olmadan həbb
    De bəs necə,
    söylə
    söylə susma…
    Xəlvətdən de, lap gizlincə
    Cəsarətin de, çatarmı
    çarəsiz bir məhəbbətə..?
    Söylə, gülüm,
    söylə qəlbim,
    Yaralı bu ürəyimə
    Ey bir sözü həbb sevgilim.
    Yazığın gəlməsin mənə,
    Mən ki, yad deyiləm sənə…
    Biz bir canıq,
    Biz bir qanıq.
    Mənsizliyə de, dözümün heç çatarmı?
    Ya tənhalıq…
    Bəs bu hicran…
    Bəs intizar …
    Bəs bu dövran…
    Səni mənsiz yaşadarmı..?
    Heç gizlətmə,
    Söylə ürək,
    Sən heç susma.
    Sənin SONAN ölüb getsə,
    Özgəsi yerin tutarmı…?

  • Sona İNTİZAR.”QARALANMIŞ SEVGİ”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Oturub yazıram bu şeiri mən,
    Nə vaxtsa oxuyub, başa düşərsən.
    Saxla yaddaşında sözlərimi sən,
    Faydasın görərsən, qədrin bilərsən.
    *
    Mən yaşa dolduqca anladım bunu,
    Ki, dost da, yoldaşlıq da boş bir xəyalmış…
    Əvvəli torpaqdır, torpaqdır sonu,
    Bircə söz insanı gözdən salarmış…
    *
    Xəyanət – ən acı bir hiss deyildir,
    Söz yarası ondan daha da kəskin.
    İnsanı yaşadan varlıq SEVGİDİR
    Bundansa xəbərin heç yoxmuş sənin.
    *
    Peşiman olmadım heç bir rəyimə,
    Amma, fələk məni aldatdı yaman.
    Elə bir dağ çəkdi mənim qəlbimə,
    Sorğusuz-sualsız ötüşən zaman.
    *
    Bəlalar çəkməkdən səngiməyirdim,
    Ürək parə-parə paralanmışdı…
    Hisslər ölüb gedir, mən bilməyirdim.
    Anladım, gec oldu…
    Pak bildiyim sevgi qaralanmışdı…

  • Sona İNTİZAR.”İNSAN İLLƏR SONRA SEVƏ BİLƏRMİŞ”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Xətt çəkib həyatın hər bir anına,
    Unudub hər şeyi silə bilərmiş…
    Dəfələrlə YAZIQ deyib halına,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Nə var ki, kənardan baxıb gülməyə,
    Nə var ki, sözlərlə qəlb incitməyə,
    Bir zaman qərarı verib ölməyə,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Soyuq bir yataqda sabaha kimi,
    Tavana dikərsən oyaq gözünü,
    Fikirlər də deyir mən dediyimi,
    İnsan illər sonra sevə bilərmiş…
    *
    Öz canından çox sevməyə nə var ki,
    Bezib candan, vaz keçməyə nə var ki,
    “YARIM, GETMƏ” söyləməyə nə var ki,
    İllərlə sevdiyin gedə bilərmiş…
    Sən də bu həyatdan üz çevirəndə,
    Ürək illər sonra sevə bilərmiş…

  • Sona İNTİZAR.”YAXŞI Kİ, VARSAN!”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Sizə kimi deyim, kimdən danışım,
    Mənim dağ tək uca bir sevgilimdən.
    Bilməm necə deyim, necə söz açım,
    Yəqin anlayarsız söylədiyimdən.
    *
    Yəni başlayandan bu günə kimi
    Dərdi – sərimizi birgə paylaşdıq…
    O mənə, mən ona açdım sirrimi,
    Beləcə yad ikən biz doğmalaşdıq.
    *
    Şikayət edirəm gileylənirəm,
    Üzünü çevirir, sanki eşitmir.
    Nə vaxt ki, şənlənib, deyib-gülürəm,
    Mənə qan uddurur, qanımı içir.
    *
    Əsəbi də deyil, heç şən də deyil,
    Durduğumuz yerdə dava çıxarır.
    Yox, düz tapmadınız… kobud da deyil,
    Hərdən insaf edir, gülüb-danışır.
    *
    Əzabın dedimsə , xoşun da deyim.
    Nazımı çəkməyi xoşuma gəlir.
    Pis gözlər dəyməsin, mənim sevdiyim
    Dar gündə həmişə köməyə gəlir.
    *
    Ağladır, sel-leysan olur göz yaşım,
    Sonra əzizləyir, mən barışıram.
    Lağ yerinə dönür sonra baxışım,
    Sözlər od, atəşə alovlanıram.
    *
    Zəng edib axtarsam, onu bir qəfil,
    “HƏ?” “NOLUB?” kəlməsi əskik olmayır.
    Bu zaman karıma mesajlar yetir,
    Onda da xoş sözlü cavab olmayır.
    *
    Daha nə söyləyim, mən sevgilimdən?
    Kənardan görməsən, heç anlamazsan.
    Oxu sən şeirimi mənim dilimdən :
    MƏN NƏ EDƏRDİM, YAXŞI Kİ, VARSAN

  • Sona İNTİZAR.”FƏRYAD”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Mən fəryad edərkən ayrılıqlara ,
    Ayrılıq başıma gələcək imiş…
    Mən çəpər olarkən vəfasızlara,
    Ürək vəfasız birin sevəcək imiş…
    *
    Axı nə bileydim bir gün sevərəm,
    Yolunda canımı fəda edərəm,
    Mənim olmayanı mənim bilərəm,
    O isə məni yad biləcək imiş..
    *
    Bulud gözlərimdir, yağış göz yaşım…
    Sel olub leysanla axım, qarışım.
    Onsuz isti yay da soyuq bir qışım
    Ötüb illər boyu keçəcək imiş…
    *
    Mən tale yazana şəkk gətirmədim,
    Ağlım SEV deyəni sevə bilmədim.
    Qəlbim dilə gəldi, mənsə dinmədim,
    Nə bilim dil mənə dinəcək imiş…
    *
    SONA İNTİZAR dan yadigar sənə,
    Yazıb yaratdıqca mən ildən-ilə,
    Bilməzdim el məni sevəcək imiş…
    Yazdığım şeirlər hər gündən-günə,
    Dillərdə əzbərə çevriləcəkmiş…

  • Sona İNTİZAR.”SƏNƏ HƏSRƏTİM”

    This image has an empty alt attribute; its file name is sona-intizar.jpg

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    SƏNƏ HƏSRƏTİM
    *
    Səbrim tükənib…taqətim yoxdur,
    Mübarizə üçün, qələbə üçün.
    Bəlkə də sevgimin gözləri toxdur ,
    Usanıb bəlkə də ağlamaq üçün.
    *
    Soyuqdur baxışın, nəvazişin də,
    Üşüdür, nə qədər inad etsəm də.
    Ərşə çəkilibdir hərarətin də,
    Mən bunu sirr kimi hey gizləsəm də.
    *
    Aldadıb özümü yaşayıram mən,
    Sənin varlığını duya bilməkçün.
    Sevgini ömrümə CƏLLAD bilərəm
    Tək sənin sevginlə ölə bilməkçün.
    *
    Sözlər sətir-sətir düzüldü yenə,
    Sanki sinəm üstə mirvari təkdi.
    Bu şeirim ərmağan yenə də sənə…
    Sənsiz bu şeirim də sənə həsrətdir

  • Sona İNTİZAR.”SONSUZ XƏYAL”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
    *
    Qara kölgə kimi qolun boynuma
    Salıb dörd bir yanda arxamca gələn.
    İki nəfəs qalıb ömrün sonuna
    Xəyaldır arzumu viranə edən.
    *
    Səmanın üzünə adını yazan
    Bəyaz buludlardan axır göz yaşım.
    Adına qəlbimdə imarət quran,
    Buludlar, ağlayan leysan yağışım.
    *
    İllərim izinsiz, xəbərsiz ötür…
    Mən dəniz, dalğammı de sənə qaçır?
    Ləpələr qəmimi ikiyə bölür…
    Qayadır dərdimi hamıya açır…
    *
    Uzaqdan səs gəlir… Məni çağıran,
    Sənmisən,yoxsa bu qəlb inadıdır?!
    Adını adıma həmdəm bağıran?
    Yox…yox…bu xəyalındır, məni aldadır…

  • Şəlalə ADİLQIZI.Yeni şeirlər


    Narıncı donlu günəş
    Dənizlə sevişəndə gəl…
    Küləklər ehtirasını
    Yağışla söndürəndə gəl…
    Dünyanın elə vaxtı,
    Elə günündə gəl ki,
    Kəpənəklər rəqs eləsin
    Nəğməsiylə sevdanın…
    …Elə gəl ki,
    ortaq olsun inancımız:
    mavi rəngli məhəbbətin
    qucağında uyuyarkən
    Ay olacaq balıncımız…


    Ləçək-ləçək ayırdığım
    Çobanyastığı sevindi;
    Gəldiyin yollara səpdim…
    Qolumun üstə düzdüyüm
    Qərənfillər qəhərləndi;
    Getdiyin yollara səpdim…
    Unutduğun adım olsa,
    Unut…
    …Dərdinə dönməyim…
    Bircə onu unutma ki,
    Gözümün bəxtinə düşüb
    Çiçəklərə su verməyim…


    Ayrıldıq…
    Dərd tapıldı
    Canımda sən adında…
    Bax, sənsiz “bəxtiyar” oldum;
    Dərmanlara “yar” oldum…
    …”Xərçənglər gözəl sevir” –
    çıxdı bu gün bürc falım…
    Mən səni çox sevdim,
    Xərçəng həzin halımı…
    …Ovuc-ovuc içdiyim
    Dərmanlar da utancaq
    Ağrımı kəsmir deyə…
    Ayrıldıq…
    Adın yazılı qaldı
    Cibimdəki “kimliyə”…


    Gəldin…
    Sevdim…
    Getdin…
    Qırıldı ürəyim, çilikləri izlərinə səpildi…
    Ağlım yüz dəfə ürəyimə:
    “Unut!”-deyə təpindi…
    Getdin…
    Sevdim…
    Sevdim yenə,
    Həsrət əkdim ömür-günə…
    Sevmədin…
    “Sevdim!”-demədin bir kərə…
    Barı, xatırla, unutma,
    Bir şair sevdi səni;
    Duyğuları bakirə…


    Oxuduğum bir kitabdaydı,
    ya da baxdığım bir filmdə;
    sənə baxmaq ibadət imiş eşqə…
    …Çiyninə baş söykəmək dua,
    Dərdindən gülməmək oruc tutmaqmış…
    Bunları öyrəndim…
    Ağlımın yetmədiyi,
    əlimin çatmadığı bircə sirr var:
    bu qədər mavi,
    bu qədər azad,
    bu qədər əngin olmağı
    necə bacardın axı?
    Bir də…
    Niyə filmlər və kitablar
    Sənə mənə danışmır?
    Demirlər: bir dəli sənsiz darıxır?!

  • Sona İNTİZAR.”MƏSTAN PİŞİK”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Tükləri ipəkdi, quyruğu ipək,
    Məstan pişiyimin hər işi kələk,
    Hər yana dırmaşır, ev ələk-vələk,
    Məstamın oyunu bitmir ki, bitmir.


    Bığları uzundur, quyruğu uzun,
    Yerişi oyundur, yatmağı xumar.
    Gəlib yaslanacaq qolunun üstə,
    İstəyər eləcə çəkəsən tumar.


    Yeməyi verirsən mırıldanır o,
    Bığların yalayır, əlin yalayır,
    Başına əlinlə sığal çəkirsən,
    Məst olur əlində, o tumarlanır.


    Məstan pişiyimiz yenə yatıbdır,
    Səs olsun, küy olsun vecinə deyil
    Yeyib, yatır, sonra durub oynayır,
    Yorulub oturur, eyləyir seyr

  • Sona İNTİZAR.”SƏNƏ VURĞUNAM

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini


    Sən gələn yolların qadasın alım
    Nə yaman uzundur, gəlib çıxmırsan.
    Sən baxan gözlərin qurbanı olum,
    Məndən incimisən? Niyə baxmırsan?


    Azarlısan, yoxsa niyə bikefsən?
    Mənim ƏZİZİMƏ nə olub belə?
    Gözləri giryansan, sərxoş kimisən,
    Hansı sözüm dəyib yenə qəlbinə???


    Necə darıxıram səndən ötəri,
    Boynuna sarılmaq istəyirəm mən.
    Həsrət, intizardan varmı betəri?!
    Sənin həsrətinə dözə bilmirəm.


    Süzürsən gözünü, dilin acıdır
    Hər sözün ox olub batır ürəymə,
    Tikanlı danışma, bağrım yarılır…
    Sənin tərsliyinə VURĞUNAM elə

  • Vüsal Yurdoğlu

    Hansı adla xitab etsəm,
    Eyni ünvan, eyni sənsən.
    O gün səni çağırmaram,
    hamı ilə eyniləşsən.

    Çəkə bilmərəm adını,
    “Ay filankəsin qadını”,
    “Ay dostumun, doğmamın
    övladını
    dünyaya gətirənim”,
    “Ay öz qismətini sevib,
    bəxtini itirənim”…
    -deyə bilmərəm sənə.

    Deyə bilmərəm sənə
    nə “sevgim”, nə “canım” daha.
    Sevgimə şübhəm yaranar,
    Olmaz həyəcanım daha…

    İnan Allaha..,
    yadıma düşə bilməzsən
    ildə bir.
    Bir olar hər şey mənimçün,
    Tikan da bir,
    gül də bir.

    Bircə görüşsək,
    nə olar?!
    Bir az da demək çətindir.
    İçini yeməyə nə var,
    Sözünü yemək çətindir.

    Sən hələ qal ürəyimdə,
    Qal ayrıca, bir arzutək!
    Baxaq görək, bizə zaman
    nə verəcək?!
    Baxaq, görək.

  • Anar QASIMOV.”Sərkərdan”

                Şəhərin ən kənar məhəlləsində, qaranlıq bir küçədə yavaş addım səsləri durmadan küçəni döyəcləyirdi. Bu anda küçədə it-pişik səsləri də duyulmaqda idi. Zibil bu yerlərdə sanki küçənin hər tərəfinə səpələnmişdi. İt-pişiklərsə zibil qutularını eşələyir, özlərinə yem axtarır, nəyisə bölə bilməyəndə isə insanlar kimi dalaşmağa başlayırdılar. Onların hürüşməsi, arabir boğuşması yavaş-yavaş addımlayan adamı heç narahat etmirdi. Ara məhəllələrdən isə ətrafa pis tüstü hər axşam olduğu kimi yenə də yayılmışdı. Nədənsə bu şəhərdə hər kəs gün batandan sonra pis işlərini aradan qaldırırmışcasına onları yandırıb göyə sovurmağa can atırdılar. Pis qoxu isə bütün bu eybəcərliklərin ən dəhşətlisi kimi bu yerlərdə yaşayanların alın yazısına çevrilmişdi.

                Addım səsləri şəhərin bu iraq məhəlləsindəki ən son qapının ağzına gəlib bir anlıq dayanmış kimi oldu. Qaranlıqdan üzü görülməyən bu kimliyi naməlum adam nə qədər qapını döyəclədi, açan olmadı. Heç bilmək də çətin idi ki, içəridə kimsə var, ya yox. Adam da bir neçə dəqiqə beləcə cəhd etdikdən sonra bir şey əldə etməyib yenidən üfunət dolu küçənin qoynuna atıldı. Bu andan sonra nəinki bu məhəlləni, bütünlüklə şəhəri kəskin soyuq da çulğamışdı. Dəhşətli dərəcədə hava sərt idi. Bu dəfə havanın sərtliyi insanların bu günlərdəki sərtliyi kimi kəskin və amansız idi. Bu havanın soyuqluğu necə olurdu ki, daha da sərtləşdirdi, amansızlıq qazanırdı?! Belə bir sual da insanların düşüncəsini heç məşğul etmirdi. Soyuq anlayışının əsl mahiyyətini düşünmədən onu yaşamağa adətkərdə olmuşuq, amma həqiqi mənada bilmirdik ki, soyuq əsl həqiqətdə nə olan şeydi.

    Soyuq üşümək deyil, soyuq donmaq da deyil. Soyuq üşüdüyün, şaxtanın ən iti bıçaqtəkin səni isidəcək olan bir evinin, isti yuvanın olmadığı zaman duyduğun hisdir. Onu da yalnız belə havalarda qapılar üzünə bağlı olan bu kimi adamlar duya bilərlər. İsti yuvasında oturub isti çayını içənlər bilməz, onlarla evi boş olan, sadəcə birində yaşayan və digərləri qapısı qıfıllı qalan o insan deyilən varlıq isə heç anlamaz, anlamaq da istəməz. Bax belə bir soyuq, şaxtalı bir gün idi. Elə bir gün ki, dediyimiz insanlar onun dəhşətini anlamaqdan məhrum idilər, onlar isti evlərində oturub isti çaylarını ləzzətlə udumlayırdılar, hətta küçələrin, xiyabanların bəyaz qarına baxıb ləzzət də alırdılar. Belə bir gündə çöldə, doğrudan da, elə güclü külək əsirdi və dağlardan insan dərisini kəsən soyuq qar gəlirdi ki, sanki qəzəbi tutmuşdu. Bu qədər güclü bir soyuqda, qarlı-şaxtalı havada şəhərin küçəsində tək-tənha bir adamsa yoluna ara vermədən davam edirdi. Bu şəhərin ara-bərə məhəllələrində bir o idi, bir də olsa-olsa ins-cins…

    Küçədə tək-tənha hərəkət edən adam olduqca fikirli-fikirli və özü də heç bilmədən hara gedirmişcəsinə bir döngəyə gəlib çıxdı. Küləyin vıyıltısı da, hansısa yaxın-uzaq dağların başından gətirdiyi dondurucu qar da sanki ona qənim kəsilmişdi. Adam arada bir öz-özünə “Sən nə istəyirsən bizdən, bizimki bizə bəs etmirmi?!” kimi cümlələrlə deyinirdi. Budur, o, döngəni dönəndə küncdə, zibil qutusunu özünə daldalanacaq etmiş bir əyyaşla da qarşılaşdı.

                Bəs şəhərdə tez-tez rastlaşdığımız bu əyyaş kim idi, bilirsinizmi?! Yox, onu tanımazsınız, yəqin. Bilmirsiniz, bəlkə, bəziləriniz görübsünüz, amma onu ötəri tanıyırsınız, bilirsiniz. Axı siz hər zaman bir əyyaşa ötəri baxmısınız, ona heç diqqət yetirməmisiniz. İcazə verin biz deyək: Əyyaş insanın ən aşağı nöqtəsidir. Bir insan özünə nə qədər rəhimsiz ola bilər, bax o, o zaman əyyaşa çevrilər. Bu gəzən adamın qarşısında da belə bir insan, daha doğrusu, insanın ən aşağı nöqtəsində bərqərar olmuş bir varlıq dayanmışdı. Adam-sərkərdan və Əyyaş. Necə də ağır bir qarşılaşma!

                Adam ona yaxınlaşdı və xeyli səssiz-səmirsiz baxdıqdan sonra soruşdu:

    -Adın nədir?

    Əyyaş isə başını qaldırmadan cavab verdi, dedi ki, adım Vəhşi, Xortdan, Atılmış… Heç özüm də bilmirəm adımı.

    Bu həyatdan küsmüş, özündən nifrət edən adamın cavabı adamı narahat etdi, axı onun da bu gün gəldiyi vəziyyət beləcə əyyaşlıqla başlamışdı. Əyyaş cavan oğlan idi, amma düşdüyü bu çirkab onu sanki ahıl bir insana çevirmişdi. Üzünə diqqətlə baxanda bir zamanlar onun necə də gözəl olduğu, gənc xanımların diqqətini necə çəkə biləcəyi sezilirdi. Amma indi o günlərdən əsər-əlamət qalmamışdı.

    -De görüm, neçə yaşın var?

    -Yaş? Məni ələ salırsan. Nə yaş!

    Əyyaş güldü:

    -Mən yaşayırammı ki, yaşım da olsun. Rədd ol burdan! Nifrət edirəm insanlara.

    Əyyaş bir insan belə görmək, səsini duymaq istəmirdi. O, əlindəki butulkadan son xortumu da çəkib bədəninə adama doğru fırladır:

    -Rədd ol, dedim sənə!..

                Adam tək-tənha yoluna davam etməyə başladı. Soyuq yenə güclü idi, təbiətə hakim kəsilmişdi. Səhər də yavaş-yavaş açılmaq üzrədir, insanlar daha isti çaylarını içib küçələrə axışmağa başlamışdılar. Bir azdan küçələrdə uşaqlar da gözə dəyir, onlar qar topu oynayırdılar, səslər, şən gülüşlər isə ətrafa yayılmışdı. Artıq günortaya doğru yeməkxanalardan isti hava, gözəl qoxular da yayılırdı küçələrə. Adam arabir dayanır, istinin və yeməyin qoxusunu içinə çəkirdi. Bəs yolda tək-tənha gəzən bu adam kimi idi? Nə vaxtsa bir nəfərə içini açıb tökmüşdü:

    -Mən bir sərkərdanam, dilənirəm, həm də evsiz-eşiksizəm. Döşəyim oturacaqlar, beton döşəmələr, ən yaxşısı yaşıl örtüklərdi. Yastığım yoldan tapdığım bir plastik su butulkası. Yorğanım yayda olmur, payızda səxavətli ağacların yarpağı, qışda buludlar və illər öncə itirdiyim qızımın bəyaz libasıtək ağappaq olan qar olur. Dostum yoxdu, hamı mənə xor baxır. Düşmənim isə bir vəfasız dünyadı. Birinə yığıb yığıştıra bilməyəcəyi qədər verib, digərini lüt-üryan buraxıb. Birinin onlarla içi boş qalan ev-eşiyi, imarəti, digərinin gecələməyə bir daxması da yox. Dünya budu…

                Adam düşüb şəhərin küçələrinə, insan yığını çox olan yollara. Dilənir:

    -Allah xətrinə məni geri çevirməyin. Acam, istəyirəm…

    Biri heç baxmırdı üzünə. Belələrindən o incimirdi heç, digəri söyür, təhqir edirdi. “İtil cəhənnəmə”… “Rədd ol burdan…” “Əclaf…”. Bir kimsə də pul verirdi, on qəpik, iyirmi qəpik… Bir manat… çox zaman da itə atar kimi.

                Adam dəmir, bəzən də kağız pullar alırdı. Amma o, əslində, bu pulları heç istəmirdi, istəmirdi bunu insanlardan. “Axı, mən pul üçün dilənmirəm”,-deyirdi.

    Bəs bu sərkərdan və o Əyyaş nə istəyirdi?! Ah, onları bir anlaya bilsək, dünya qurtuluşa varacaq. Onlar, təbiətin bütün insanlar kimi onların da payına verdiyi ruzidən, bərəkətdən istəyirdilər. İstəyirdilər ki, onları da anlaya bilək. Onlar birdən-birə belə bir insana çevrilməyiblər ki, bu vəziyyətlə bizlərin heç mi günahı yoxdur? İnsan yaradılmışların ən əşrəfi deyilmi?! Yaradılmışların ən əşrəfi olan insan beləmi hörmətə, rəftara layiq görülməlidir? Heyhat! Heyhat ki, heyhat!

    …Adam bax belə bir dünyada, belə bir soyuq, qarlı-şaxtalı gündə etinazsızlıqdan payını almışdı, ona əzab verən, bəlkə də, havanın soyuqluğundan çox insanların biganəliyi, soyuq münasibəti idi. Belə bir vəziyyətdə o, ağır-ağır yolunda davam edirdi, çox düşüncəli idi, sanki hər kəsdən, hər şeydən ümidini kəsmişdi. Siz heç hər kəsdən, hər şeydən ümidini kəsən adam görmüsünüzmü?

    Hava isə getdikcə soyumaqda davam edirdi. Təbiəti isidən Günəş bu nəhs gündə qəribəlikdən heç doğmadı da. İnsanlar isti evlərindən çıxdılar, işə gedən qayıtdılar, yollar, küçələr, xiyabanlar dolub-daşdı və artıq gün başa çatmaq üzrə idi. Budur, şəhərə qaranlıq da çökməyə başlayıb. Hər kəs isti yuvasına tələsir. Şaxtalı hava kimi onlar da necə sərt və soyuqdurlar, ilahi. Adam isə yenə küçələrdə tək-tənha. O, özünə sığınıb, üşüyür, yox daha üşümək mərhələsini də çoxdan adlayıb, o donurdu. Addımları da yavaşıyıb, artıq ayaqları addımlamır, onun sözünə baxmır, sürütlənirdi. Bir azdan adam yerə yıxılır, o, artıq ölümün pəncəsində idi. Bu yetmiş yaşına lövbər vurmuş bu kişi indi yıxılıb yerə. Qar da amansızcasına yağmaqda davam edirdi. İnanmayacaqsınız, adam ölüm ayağında gözlənilmədən istini hiss edir, bədəninə bir istilik hopmağa başlayıb, bədən artıq donmurdu. Bu anda onun gözündən yaş axdı. Sən demə, bu həyatın ona son zərbəsi imiş. Bu əcəl təri imiş onu basıb. Və ölüm, bir gün hamını haqlayacaq o əcəl gerçəkləşdi. Siz necə, düşünmüşdünüzmü ki, ölüm qurtuluşdur?! Adam beləcə qurtuldu ona əzab verən həyatdan. Amma yenə tək-tənha idi. Yanında onu sevən, onun üçün ağlayan, ah-nalə qoparan yox idi. Bəlkə də, beləsi daha yaxşı idi.   

    …İndi qar daha güclü yağırdı. Budur, bir azdan o, adamın üstünü sanki ağ kəfən kimi örtmüşdü.

      Naxçıvan Muxtar RESPUBLİKASI.

  • Sona İNTİZAR.”YORULMUŞAM DAHA HƏR ŞEYDƏN, VALLAH!”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Susqun baxışlarla baxırsan mənə,
    Dinib danışmırsan, nə olub sənə?
    Sən canın, ayrılıqdan daha söz etmə,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Xəstəsi olmuşdum baxışlarının,
    İzinə düşmüşdüm qarışlarının,
    Heyranıydım çatılan o qaşlarının,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Yollarına çıxıb yol gözləyərdim,
    İncitsən, yenə də CAN söyləyərdim,
    Kaş, eşqin yerinə özüm öleydim,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Qurumuş dodaqda bir səs idin sən,
    Qulağıma gələn xoş səs idin sən,
    İçib eşq meyindən sərxoş idin sən,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    Daha yazmayacam haqqında sənin,
    Nə dilim danışmaz, nə gəlməz təbim,
    Ruhdan düşmüşəm mən, yazmır qələmim,
    Yorulmuşam daha hər şeydən, Vallah!

    İntizar, sözünün sehrinə düşdüm,
    Bu geniş dünyadan küsdüm, bezikdim.
    Sözünə qüvvət olsun, mən də düşündüm,
    Yorulmuşam daha hər şeydən, Vallah!

  • Sona İNTİZAR.”İNSAN OĞLU”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Canını çürüdür bir insan oğlu
    Dörd yanı tikanlı, hasarlı yerdə.
    Ömrünü itirir, bir insan oğlu,
    Soyuq, məzar kimi, cəhənnəm bir də.

    Qocaldır insanı dərd – fikir-əsəb,
    Cavan yaşda qurban edib onu qəzəb.
    Bəlkə də adi səhv zindana səbəb
    Bəlkə günahsızdır bir insan oğlu.

    Kimi quldurluq edib, kimi oğrudur,

    Kimi nahaqdandır, kimi doğrudur,
    Kimsi də haqq üçün susub boğulur,
    Bəzən dı haqsızdır bir insan oğlu.

    Şərəfçün-qeyrətçün yatanlar da var,
    Əli namus qanına batanlar da var,
    Dostu qara pula satanlar da var,
    Necə vəfasızdır bir insan oğlu.

    İllərlə qandala məhkum olanlar,
    Həyatın dəyərin zindanda qanarlar.
    Bir gün ordan azad da çıxarlar,
    Key kimi, halsızdır bir insan oğlu.

    Elə oğul da var, zindanda hifs olar,
    Tövbəsin eləyər, namazın qılar,
    Zikr, dua edər, Quranı oxuyar
    Ya qalar imansız bir insan oğlu