Blog

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”ANA!”

    Alışıram şamlar kimi,
    Düşəndə hər sözün, ANA!
    Yoxsa, məni yetim qoydun,
    Bilə-bilə özün, ANA!

    Mənə ömür diləyərdin,
    Üzümə gül ələyərdin,
    Hey açırdın, bələyirdin,
    Çəkdin oğul nazı, ANA!

    Arılar tək sızıldaram,
    Ana, Sənsiz biqəraram,
    Cüyür kimi axtararam,
    Bulaqlardan izin, ANA!

    Yerdə necə dayanısan?
    Daha çətin oyanısan.
    Sanki dağlar tərlanısan,
    MUROVUN, KƏPƏZİN, ANA!

    ŞƏMŞİR ağlar, sərvinazdım,
    Dərd üz verdi, nələr yazdım?
    Yüz yaşında qocalmazdım,
    Mənə baxsa, gözün, ANA!

    1968.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Məni”

    Usanmışam öz canımdan,
    Qəm veribdi, bada məni.
    Yaralandım ayağımdan,
    Saldı yanar oda məni.

    Tez qocaldır qəm insanı,
    Çağırma həkim, loğmanı.
    Çatdırdı çərxin dövranı,
    Bir pak, təmiz ada məni.

    ŞƏMŞİR çəkir nə cəfadır,
    Bir görüşmək min səfadır.
    O yar necə bivəfadır?
    Daha salmır yada məni.

    1963.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Salam ver”

    Kağız, yetişəndə bizim obaya,
    Qohuma, qarada, elə salam ver.
    Ərzim, iltimasım bir budur səndən,
    Səni əzəl alan ələ salam ver.

    Əgər görsən, qoca ustad atamı,
    Əvvəl-vvəl ona yetir butamı,
    Söylə, belə unutmazlar adamı,
    Tuti kimi şirin dilə salam ver.

    Ağdaban adlanan o gözəl oba,
    Cənnətdə bənzəyir əhsən, mərhaba,
    Alxanın yurduna kim çıxsa, ova,
    Ona de ki, Çöplü gölə salam ver.

    Bax Kəkil meşədən buzlağa sarı,
    Soyuq Daşbulağı unutma barı,
    Mən əzəvdən sən görəndə dağları,
    Çəmənə salam ver, çölə salam ver.

    ŞƏMŞİR bu məktubu yazdı nişana,
    Xəstədi, gülməyin siz pərişana,
    Qoşa Turşsulara, Çayqarışana,
    Əyri gedən daşlı yola salam ver.

    1928.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Mənəm, mən”

    İkicə hərf ilə aləm yaradan,
    Sənin ətəyindən tutan mənəm, mən.
    Öz adın xətrinə elə bir dərman,
    Uzun illər xəstə yatan mənəm, mən.

    Əllərim döşümdə, üzüm duada,
    Duam qəbul olsa, ərşi-əlada,
    Dadıma sən yetiş, ey bari-xuda,
    Deyərdim, arzuma çatan mənəm, mən.

    Dərdim tüğyan edir vulkanlar kimi,
    Qəlbimin hicranı tufanlar kimi,
    Yaş axır gözümdən leysanlar kimi,
    Car dib sellərə qatan mənəm, mən.

    Möhət üzü məni eldən dişqarı,
    Qəm yolumu kəsir, mənzilim yarı,
    İnsafdırmı belə zəif, həm zarı,
    Aman, ey dərdi-qəm, utan, mənəm, mən.

    Daha çatmır əlim, dostum uzaqdı,
    Qadir olan verib ŞƏMŞİRƏ baxtı,
    Urvatsız eləməbu qoca baxtı,-
    Sərrafa gövhəri satan mənəm, mən.

  • Əməkdar mədəniyyət işçisi Aşıq ŞƏMŞİR.”Bir də gül”

    Cavanın gülməsi qocaya xoşdu,
    Gül, ay qızım, mən qocaya, bir də gül!
    Xətt ağarıb, diş tökülüb, üz batıb,
    Gülünc edib o xudaya, bir də gül!

    Əlimdən çıxıbdı cavanlıq dəmi,
    Qocalıq dağlayıb bütün sinəmi,
    Qoymur düz danışam, əyib çənəmi,
    Salıb mən nə hay-haya, bir də gül.

    Bir vaxt cavan idim mən də sizin tək,
    Deyərdim, açılıb çəmən, gül, çiçək.
    Sevməzdim çirkini, gəzərdim mələk,
    Etibarsız bu dünyaya bir də gül!

    Mənimlə qəmlərə yarı olarsız…
    Gözəlliyin intizarı olarsız…
    Siz də bir gün qoca, qarı olarsız…
    Bu gərdişə, bu fənaya bir də gül!

    Düşkünə lazımdı verəsən quymaq,
    Axşam ballı qaymaq, səhər qayğanaq;
    Şirin camalından olarmı doymaq?
    Etdiyim bu təmənnaya bir də gül!

    Eşq ucundan oda yandı pərvanam,
    Zəhmətdən qaçmıram, mərd doğub Anam.
    Deyirdim, ov alan qoca tərlanam,
    ŞƏMŞİR kimi qarçıqaya* bir də gül!

    1953.

    *qarçıqaya-alıcı quş adıdır

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Yadıma düşəndə”

    Gəncliyimin oynar, gülər çağında,
    Qalmaz iman-din yadıma düşəndə.
    O arzuya, o vüsala yetdiyim,
    O günəşli gün yadıma düşəndə.

    Unutmaram o ilqarı, o andı,
    Çox da indi zaman ayrı zamandı.
    “Sarı Bulaq” xəyalımda dolandı,
    “Çənli Yurt”da çən yadıma düşəndə.

    Sellər, sular mənim çağlamaz,
    Səndən qeyri kəs yaramı bağlamaz.
    Deyirlər ki, kişi olan ağlamaz,
    Mən ağadım sən yadıma düşəndə.

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Biləndən sonra”

    Nə pünhan yer axtar, nə xəlvətə gəl,
    El-oba dərdimi biləndən sonra.
    Məcnun, Məcnun deyə düşüb arxamca,
    Uşaqlar üstümə güləndən sonra.

    Hicran toxumundan dərd əkəcəksən,
    Hər zaman ağlayıb yaş tökəcəksən.
    Hədər yada salıb ah çəkəcəksən,
    Əzrayıl üstümə gələndən sonra.

    Dönmür qeyri yana, dəyişmir halım,
    Sənsən gecə-gündüz fikrim, xəyalım,
    Vədəsində yan oduma, maralım,
    Ağlama BƏHMƏNİ öləndən sonra.

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Gəlibsən”

    Bu uzaq yollara, a gözəl sonam,
    Peşmanmı gəlibsən, şənmi gəlibsən?!
    Xaindən, xəbisdən keçib aralı,
    Bədnəzər olandan genmiş gəlibsən?!

    Dilim baş aparsa, verim qadağa,
    Sən gələn yollara canım sadağa.
    Günəş zirvəsini yandıran dağa,
    Dumanmı gəlibsən, çənmi gəlibsən?!

    BƏHMƏNƏM, qurbanam özüm ellərə,
    Mirvari sözləri düzüm ellərə,
    A dünya gözəli, bizim ellərə,
    ALLAHmı göndərib, Sənmi gəlibsən?!

  • Şair Bəhmən VƏTƏNOĞLU.”A zalım”

    Məni görmək arzulama sən Allah,
    İllər salıb saçlarıma dən mənim.
    Elim-günüm köç eyləyib arana,
    Bürüyübdür dağlarımı çən mənim.

    Vəfasızsan bir də məni arama,
    Dilə tutub saçlarımı darama,
    Gəl toxunma qaysaqlanmış yarama,
    Qoy tək çəkim öz dərdimi mən mənim.

    Ürəyimdən tellər keçdi, a zalım,
    Gözlərimdən sellər keçdi, a zalım,
    Aylar ötdü, illər keçdi, a zalım,
    Nə vaxt bildin qədrimi sən mənim?!

  • Şair Bəhmən VƏTƏNOĞLU.”Niyə gözəl yaradıb”

    Nə insafın, nə mürvətin var sənin,
    Allah səni niyə gözəl yaradıb?!
    Nə qəlbində məhəbbətin var sənin,
    Allah səni niyə gözəl yaradıb?!

    Nə Leyli tək məni Məcnun sanırsan,
    Nə Əsli tək Kərəm üçün yanırsan.
    Nə yaxşını, nə yamanı qanırsan,
    Allah səni niyə gözəl yaradıb?!

    Nə Bəhməni Nəsimi tək soyursan,
    Nə qovursan, nə yaxına qoyursan,
    Nə söhbəti, nə eyhamı duyursan,
    Allah səni niyə gözəl yaradıb?!

  • Mirzə Cəlil və “Molla Nəsrəddin” xatirələr aynasında

    YAZIÇI-PUBLİSİsT MƏMMƏDƏLİ NASİRİN YADDAŞINDAN SƏHİFƏLƏR

    Görkəmli ədib, yazıçı-publisist Cəlil Məmmədquluzadənin şah əsəri saydığımız “Molla Nəsrəddin” jurnalının yaranmasından 107 il ötməsinə baxmayaraq o, bu gün də ədəbiyyatşünaslıq elminin tədqiqat predmeti olaraq öyrənilməkdədir. Zənnimcə, “Molla Nəsrəddin”in yaşam tarixinin maraqlı tərəflərindən biri də Mirzə Cəlil kimi görkəmli ədiblə sıx əməkdaşlıq və dostluq edən və ustadın həyatına, mənəvi aləminə müəyyən mənada bələd olan yazıçıların qələmə aldıqları xatirələrdir. Bu xatirələr ədibin həyat və yaradıcılığı ilə bağlı ən xırda detalın da öyrənilməsi baxımından əhəmiyyətlidir.
    Ötən əsrin ikinci onilliyindən mətbuata gəlmiş və yaradıcılığının bir qolunu da “Molla Nəsrəddin”lə bağlamış yazıçı-publisist Məmmədəli Nasirin (1899-1983) tədqiq etdiyim əsərləri sırasında onun ustadı M.Cəlilə həsr etdiyi xatirələrinə nəzər yetirmək də bu baxımdan maraq doğurur. Özünün də yazdığı kimi, “aradan 55 ilə yaxın bir müddət keçməsinə baxmayaraq Mirzə Cəlillə ilk görüşünü çox yaxşı xatırlayan” M.Nasir ustadı, müəllimi sandığı o insanla görüşlərini, münasibətlərini, jurnalla əməkdaşlığını böyük fəxarətlə qələmə alıb. Xatirələr “Ədəbiyyat və incəsənət” (20 avqust, 1966), “Vışka” (25 aprel, 1967) və “Azərbaycan müəllimi” (4 iyun, 1967) qəzetlərində dərc olunub. Bu məqalələrdə M.Nasirin “Molla Nəsrəddin”ə gəlişi, məcmuə ilə ədəbi əlaqəsinin yaranması, M.Cəlilin xalqın ictimai şüurunun formalaşmasına böyük təsiri olan “Molla Nəsrəddin” jurnalının tarixi əhəmiyyətindən bəhs olunub. Eləcə də M.Nasirin jurnalla tanışlığı, ilk yazısının məcmuədə dərc olunması, onunla görüşlərinin ictimai-ədəbi əhəmiyyəti və bu görüşlərdən aldığı zəngin təəssüratları, M.Cəlilin gənc həmkarlarına jurnalın dəst-xəttinə və amalına uyğun mövzularda qısa və mənalı yazmağı tövsiyə etməsi, onları mollanəsrəddinçi kimi yetişdirməsi məsələləri xatırlanır. Bütün bunlar xatirələrdə bəzən qısa, bəzən də bir qədər geniş şəkildə təsvir olunur. “Mənim gözümü “Molla Nəsrəddin” açdı”, – deyən M.Nasir ilk xatirəsində yeniyetmə çağlarından yaradıcılıq yolunu müəyyənləşdirən bu jurnalın fəaliyyət tarixinin müəyyən dövrünə nəzər salıb. Ən əsası da ədiblə hər görüşündə M.Cəlilin mənəvi aləmindən, yaradıcılıq təcrübəsindən əxz etdiyi dəyərləri onun xatirəsinə böyük ehtiramla qələmə alıb. Maraqlı məqamlar və faktlarla zəngin olan bu dərin məzmunlu yazıda bir baxışla böyük zaman kəsiyində yaşanılan əhvalatlar, xarakterik hadisələr təsvir olunur.
    M.Nasirin “Molla Nəsrəddin”lə tanışlığının da maraqlı bir tarixçəsi olub. Müəllif xatirəsinə də elə bu tarixi günlə başlayır. “1912-ci ilin payız fəsli idi. Havalar soyumuşdu. Atam bağımızdan biçib gətirdiyi axırıncı otu (tapılı – Ş.N.) bir tərəfə töküb yuyunmaq üçün hazırlaşırdı ki, darvazamız döyüldü. Cəld qaçıb qapını açdım…” Gələn kim imiş? Məlum olur ki, İrəvanda “Molla Nəsrəddin”ə abunə toplayan Bağır Rzayev adlı bir nəfər şəhərin hörmətli haçılarından olan Hacı Məmməd kişinin qapısına da bu məqsədlə gəlibmiş. O, sözünə belə başlayıb: “Hacı, neçə ildir ki, Tiflisdə “Molla Nəsrəddin” adında məcmuə çıxmağa başlamışdır. Ancaq oxucusu azdır. Bu, məcmuənin bağlanmasına səbəb ola bilər. Biz ona hər cəhətdən kömək göstərməliyik. Gəlişimdən məqsəd sizi həmin məcmuəyə müştəri yazmaqdır”…
    Hacı Məmməd kişi “dinsiz-imansız” bir jurnala müştəri yazılmaq istəməsə də qapısına gələni əliboş qaytarmayıb, kişiyə bir qızıl onluq verir və tapşırır ki, onu “yetənə yetib, yetməyənə daş atan” bir məcmuəyə müştəri yazmasın. Kənarda oturub, bütün bu söhbətləri dinləyən Məmmədəli bir həftədən sonra poçtdan qəzet və məktubları götürəndə onların arasında şəkilli bir jurnal da görür. Həmin gündən o, atasından gizlin bu jurnalı oxumağa başlayır. Jurnal oğlanın mənəvi aləminə, ictimai şüuruna elə güclü təsir edir ki, həmin vaxtlar Bakıda çıxan “İqbal”, “Sədayi-həqq” qəzetlərində İrəvandan xəbərlərlə çıxış edən Məmmədəli “Molla Nəsrəddin” kimi mötəbər jurnala da yazmağa həvəslənir. Ilk yazısının mövzusunu qonşuları Mir Qafar ağa adlı bir mövhumatçının evində keçirilən dini söhbətlərdən alır. Beləliklə, öz müşahidələri əsasında qələmə aldığı məqaləsini də götürüb yeznəsi, “Molla Nəsrəddin”in İrəvan müxbirlərindən olan Əli Məhzunla Tiflisə gedir. Müəllif yazır: “Ertəsi gün Tiflisdə olduq. Yeznəm məni birbaş “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından olan dostu Əliqulu Nəcəfovun (Qəmküsarın) evinə apardı. Sabahısı gün “Molla Nəsrəddin” idarəsinə getdik. Mirzə ilə redaksiyada görüşdük. O, stol arxasında oturub nə isə yazırdı. Bizimlə səmimi salamlaşdıqdan sonra Əli Məhzuna işarə edərək soruşdu:
    – Bu cavan oğlan kimdir?
    – Bu, balaca mollanəsrəddinçidir. Yazısı var, jurnala gətirib.
    Fürsətdən istifadə edib “Əlhəm qiraətxanəsi” başlıqlı yazını cibimdən çıxarıb stolun üstünə qoydum. Mirzə məktubu nəzərdən keçirə-keçirə məndən soruşdu:
    – Nə barədə yazmısan?
    Utana-utana yazının məzmununu danışdım. C.Məmmədquluzadə diqqətlə mənə qulaq asır, yeri gəldikcə bəzi suallar verirdi. İdarədən çıxanda Mirzə mənə mehribanlıqla əl verib dedi:
    – Bizimlə əlaqə saxla, yazılarını gözləyəcəyəm… ”
    1913-cü ilin sonlarında təqdim etdiyi həmin yazı “Molla Nəsrəddin”in 29 yanvar, 1914-cü il tarixli 3-cü sayında dərc olunur. İlk yazısı üstə mövhumat xəncərinin ləzzətini dadan M.Nasir jurnalın məsləkinə daha böyük inamla bağlanır. 1915-ci ildən “Dirilik”, “Tuti”, “Açıq söz”, sonralarsa “Yeni fikir” kimi qəzet və jurnallarda çıxışlar etdiyindən, həm də bir müddət “Molla Nəsrəddin”in fəaliyyətini dayandırması üzündən neçə il ədiblə görüşə bilmir. Nəhayət, 1925-ci- ildə M.Cəlillə Borjomidə qarşılaşan müəllif həmin günü belə xatırlamışdı: “Mənim böyük satiriklə ikinci görüşüm 1925-ci ildə Borjomda oldu. O, stansiyanın qarşısında dayanıb gedən-gələn qatarları qarşılayırdı. Mənə belə gəldi ki, Mirzə stansiyaya hansısa tanışını və ya qohumunu qarşılamağa gəlib. Ona yaxınlaşıb salamlaşdım. Diqqətlə baxandan sonra tanıdı və “necə də böyümüsən”, deyib məni bərk-bərk qucaqladı. Hal-əhvaldan sonra məni sorğu-suala tutdu. Aydın oldu ki, Mirzə növbəti məzuniyyətini Borjomda keçirir və stansiyada görünməyini belə izah etdi:
    – Adam sanatoriyada darıxır. Hərdən stansiyaya gəlirəm, gedib-gələnlərə baxıram ki, bəlkə tanışlarla rastlaşdım.
    Bundan sonra Mirzə bir şüşə süd aldı və biz birlikdə bufetə daxil olduq. O gün bizim söhbətimiz uzun çəkdi”.
    1927-ci ildə M.Nasir Bakıda “Kommunist” qəzetində işə dəvət olunandan sonra ədiblə sıxı görüşləri öz axarına düşür. M.Nasir xatırlayır ki, o zaman Azərbaycan dilində olan bütün qəzetlər, o cümlədən “Molla Nəsrəddin” jurnalı da yeni əlifba ilə çıxmağa başlamışdı. Bunun da qəzetlərin və “Molla Nəsrəddin” məcmuəsinin tirajına mənfi təsiri oldu. Mirzə Cəlil bu barədə söhbət açaraq dedi:
    – “Molla Nəsrəddin” yeni əlifbaya ürəkdən tərəfdardır. Lakin yeni əlifba ilə savadlı az olduğu üçün jurnalımızın oxucuları xeyli azalmışdır.
    Mən bu sözlərin cavabında ədibə dedim ki, bu günlərdə Nuxa şəhərinə ezamiyyətə gedəcəyəm, söz verirəm ki, orada “Molla Nəsrəddin” üçün yeni abunəçilər yığım. Mən vədimə əməl etdim. Nuxa ipək zavodlarını gəzib, altı aylıq olmaq şərtilə məcmuəyə 360 abunəçi cəlb etdim. 900 manat pul alıb Bakıya gətirdim. Mirzə Cəlil bu puldan bir qədərini rəssama və yerdə qalanını da mətbəəyə verib köhnə borclardan qurtardı”. Bundan sonra yazıçı xatırlayır ki, Nuxada olarkən şəhərin sanitariya cəhətdən pis saxlanması barədə bir yazı yazıb “Molla Nəsrəddin” jurnalına vermişdim. Yazı bir aydan artıq redaksiyada qaldı. Bir gün bunu Mirzə Cəlilə xatırladanda dedi: “Yadımdadır, ancaq yazın çox uzundur. Uzun yazını oxumurlar. Qısa və məzmunlu yazmağa çalış! Əgər yazsaydın ki, Nuxaya getmişdim, küçələrdə it-pişik ölüsü görüb bir salavat çevirdim, onda hamı biləcəkdi ki, kommunxoz pis işləyir. Daha buna təfsilat nə lazımdır…”
    M.Nasir xatirəsinin başqa bir yerində jurnalda katib işlədiyi fakta da aydınlıq gətirərək yazır ki, “yayın isti günlərindən biri idi. “Kommunist” qəzeti redaksiyasında oturmuşdum. Mirzə içəri girdi. Salam-kalamdan sonra sözə bu müqəddimə ilə başladı:
    – Məmmədəli, çox istidir. Bu yayı hara gedəcəksən? Mənim fikrim Borjoma getməkdir. Mən hər il Borjoma gedirəm.
    Sonra əsl məsələyə keçərək dedi:
    – Əli Nəzmi yoldaş sabahdan məzuniyyətə gedir. Onun yerini bəlkə sən idarə edəsən? Ancaq katibə verməyə pulumuz yoxdur. Yazı-zad yazıb zəhmət haqqını qonorardan çıxararsan.
    Mən razı olub səhəri işə başladım”.
    Maraqlıdır ki, bir il sonra müəllif bu mövzuya yenidən qayıdır. “Vışka” qəzetində dərc etdirdiyi “Böyük satirik haqqında xatirələr” məqaləsində yaddaşını çözərək ədiblə yaradıcılıq əlaqələrinə, xatirələrinə bir başqa istiqamətdən işıq salır. Burada o, C.Məmmədquluzadənin bəzən qələm yoldaşları tərəfindən haqsız ittihamına, jurnalın ünvanına səslənən qınağa və bunu doğuran səbəblərə aydınlıq gətirir. “Kommunist” qəzeti redaksiyasının klubunda “Molla Nəsrəddin”in 25 illik fəaliyyətilə bağlı keçirilən tədbirdə iştirak edən M.Nasir yazır: “Məruzədən sonra müzakirələr başlandı. Çıxış edənlərin arasında tanınmış yazıçı Salman Mümtaz da var idi. O, jurnalı kəskin tənqid etdi: “Bu 25 ildə jurnalın çox böyük xidmətləri olub. Xalq onu məhəbbətlə oxuyub. Nədənsə axır vaxtlar jurnal əvvəlki maraqla oxunmur. Yazılar maraqlı deyil, karikaturalar məzmunsuzdu”. Bu sözlər Mirzəni bərk qıcıqlandırdı. Hamıda belə bir fikir yarandı ki, Mirzə yekun sözündə natiqin cavabını necə lazımdı verəcək. M. Cəlil çıxışında Salman Mümtazın ünvanına xeyli təriflər söylədi və onun jurnalla uzun illər və yaxından əməkdaşlığını qeyd etdi. Çıxışının sonunda o dedi: Bununla yanaşı deməliyəm ki, yoldaş Salman Mümtazın karikaturası bizim jurnalda meydana çıxanda mən Bakıda olmamışam”.
    Müəllif qeyd edir ki, Mirzənin dedikləri zalda bir canlanma yaradır. Hər kəs də özlüyündə aydınlaşdırmaq istəyirdi ki, söhbət hansı karikaturadan gedir və o nə vaxt çap olunub. Nəhayət, aydın olur ki, Salman Mümtaz böyük şairlərdən Nizami, Firdovsi Sədi, Füzulini Azərbaycan dilinə çox zəif tərcümə edib, bundan əlavə onlardan bəzisinin əsərlərini özününkü kimi vermişdi. Karikaturada şairlər etiraz əlaməti olaraq əllərini qəbirdən çıxarıb, S. Mümtazın yaxasından yapışmışdılar.
    Elə həmin ilin 4 iyin tarixində M.Nasir “Azərbaycan müəllimi” qəzetində başqa bir xatirəsi ilə çıxış edir. Burda müəllif ən çox onunla əməkdaşlığından, jurnalda gedəcək materialları hazırlamaqda Mirzəyə etdiyi köməklikdən, “Saray xala” adlı felyetonunun yazılma tarixindən bəhs edir.
    Xatirədə oxuyuruq: “Bir gün Mirzə redaksiyada oturub müxbir yazılarını gözdən keçirir, jurnalda gedəsi məktubları seçib-hazırlamaq üçün mənə verirdi. Elə bu vaxt qoca bir qadın çiynində xurcun içəri girdi. Mirzə tez yerindən qalxıb, Saray xala adlı bu qadını qarşıladı, yanında oturtdu. Qadın xurcundan xeyli əzik-üzük kağız çıxardıb Mirzəyə verdi və dedi:
    – Səmədağa Ağamalıoğlunun yanından gəlirəm. Bu kağızları ona göstərdim. Məsləhət gördü ki, “Molla Nəsrəddin”ə aparım.
    Kağızlardan və Saray xalanın sözlərindən aydın oldu ki, onun oğlu barəsində bir kənd soveti sədrinin katibi haqsızlıq etmişdir. Saray xala qəza mərkəzinə şikayət etmiş, lakin onun şikayətlərinə lazımi əhəmiyyət verən olmamışdır.
    Mirzə bu barədə jurnala yazmağı mənə tapşırdı. Tapşırığı yerinə yetirdim. “Saray xala” sərlövhəli məqaləni Mirzə Cəlilə təqdim etdim. O, məqaləyə bu sözləri əlavə etdi: “Əgər sağlıq olsa, işdən başımız ayılsa, Saray xalanın yeddi ildən bəri yığıb saxladığı kağızları bircə-bircə vərəqləyib, oradakı “gözəl” rezolyusiyalarla “Molla Nəsrəddin”in oxucularını tanış edərik”.
    Həmin yazı “Qarınqulu bəy” imzası ilə “Molla Nəsrəddin”in 1928-ci ildə çıxan birinci nömrəsində çap edildi. Ümumiyyətlə, mənim istər inqilabdan əvvəl, istərsə sonra “Molla Nəsrəddin” jurnalında “Qarınqulu”, “Qarınqulu bəy”, “Anaş qurbağa”, “Fil-fil” imzaları ilə çoxlu yazım dərc olunmuşdur”.
    M.Nasirin “Saray xala” felyetonunda təsvir olunmuş məmur biganəliyi, süründürməçiliyi kimi hallarla bu gün də rastlaşdığımızdan mövzunun aktuallığını nəzərə alıb, onu oxuculara təqdim edirik.

    “SARAY XALA”

    Keçənlərdə şəhərlilər kəndlilərin xatirini çox istəyirdi. Ona görə də kəndlilər şəhərə gələndə şəhərlilər onları ələ salıb, oynadıb gülürdülər.
    Belə işlərə Tiflisdə Şeytan bazarında, İrəvanda Məscid çarsusunda, Gəncədə Üstü örtülü bazarda, Bakıda Quba meydanında və qeyri şəhərlərdə bu kimi bazar və meydançalarda tez-tez rast gəlmək olurdu.
    Bir gün İrəvanda Məscid çarsusunda bərk bir gurultu vardı. Dedim nə xəbərdir? Dedilər: Bazara bir xam kəndli gəlib. Uşağı azarlı olduğu üçün Hacı Qafar əmidən nabat almaq istəyir. Hacı Qafar əmi də kəndlini ələ salmaq üçün deyir:
    “Həkim kəblə Məmmədəlinin yanına get, deginən nabat versin. Əgər dükanda olan nabatdan versə, alma. Deginən onu istəmirəm. Evdə olan nabatdan ver”.
    Kəndli gedib, Hacı Qafar əmi öyrədən kimi deyir. Söz buradadır ki, kəblə Məhəmmədəlinin arvadının adı Nabat olduğu üçün o saat qanır ki, bunu biclər öyrədib. O da başlayır kəndlini sarımağa. O biri qonşular da buna qoşulub, bazarda böyük bir hay-küy düşüb.
    Hərçənd o vaxtdan uzun müddət keçir. Adam elə bilir ki, yaddan çıxıb gedib. Ancaq indi bizim bəzi qəzalarımızda insan cürbəcür işlərə rast gələndə öz-özünə deyir:
    – Ey dili-qafil, yenə də hacı qafarlar və yenə də həkim kərbalayi məmmədəlilər və yenə də xam kəndlilər və onları incidənlər vardır.
    Əgər qulaq assanız, Quba qəzasından sizə bir balaca hekayə nağıl edəcəyəm. Hekayə bu qərar ilədir:
    20-ci ildə Saray xala adlı bir ləzgi qadının oğlu yerli qaçaqlar tərəfindən qətl olunur. Məqtulun arvadı gözəl olub və azdan-çoxdan varı olduğu üçün kənd şura sədri katibinin buna gözü düşür. Axırda elə olur ki, cürbəcür şəhadətnamələr vasitəslə məqtulun anası evdən bayıra atılır, arvadı da kənd şurası katibi alır. Bu katibin ikinci arvadı olur. Saray xala öz haqqını almaq üçün qəza mərkəzinə gəlib şikayətə başlayır. Ancaq nədənsə Saray xalanın verdiyi ərizələr hər yanda boşa çıxır. Axırda Saray xala qəzanın bəzi işçiləri üçün bir əyləncə və təfrih aləti olur. Bu, əlinə kağız yazıb verir, o, idarəyə göndərilir. O idarə də verib, bu idarəyə göndərir. Saray xala yeddi il içərisində idarədən-idarəyə verilən kağızları toplayıb, böyük bir xurcunla idarələrin dərdinə çarə etməsi üçün dünən Bakıya gəlmişdi. Mən onun kağızlarına baxdım. O kağızların içində çox gözəl rezalyusiyalar və şeirlər də vardır ki, onlar ilə “Molla Nəsrəddin” oxucularını tanış etmək istərdim.
    Məsələn, bir nəfər Saray xalanın kağızına bu rezalyusiya qoymuşdur: “Həsən! Saray xalanın şərrin mənim başımdan rədd et!”
    İkinci rezalyusiya: “Dərda ki, razi-pünhan xahəd şod aşikara” . (Əvvəl-axır bu sirr aşkar olacaqdır–Ş.N. )
    Üçüncü rezalyusiya: “Gəl-gəl eylə mənim dərdimə çarə, Saray, nə imiş, söylə nə çarə”.
    Dördüncü rezalyusiya: “Saray xala, haray xala, tufan xala, məzlum xala, bizi bu cənab xala təngə gətirib”…
    Bu rezalyusiyaların hamısında böyük qəza idarə müdirlərinin imzası və möhürü də vardır.
    Əgər sağlıq olsa, işdən başımız açılsa, Saray xalanın yeddi ildən bəri saxladığı kağızları bircə-bircə vərəqləyib, o gözəl rezalusiya və onların müəllifləri ilə oxucularımızı tanış edərik.
    Müxlisiniz: Qarınqulu bəy
    “Molla Nəsrəddin”, 1928, №1, 6 yanvar”.

  • ANA DİLİMİZ – MİLLİ VARLIĞIMIZ

    Hər bir xalqı ilk növbədə tanıdan, milli-mənəvi dəyərlərini yaşadan onun dilidir. Nahaq deməyiblər ki, dil ölərsə, xalq da ölər. Bu mənada Azərbaycan hər şeydən əvvəl öz dili, mədəniyyəti, ulu yaşayış məskənləri ilə çox qədim bir tarixə malik ölkədir. O da məlumdur ki, dilimiz müxtəlif dövrlərdə, yüzilliklər boyunca bir çox istilalara, təqiblərə və basqılara məruz qalmışdır. Bütün bunlara baxmayaraq ölməmiş, unudulmamış, əksinə, zaman-zaman öz varlığını hifz etmiş, xalqın yaddaşında, ictimai şüurunda, həyat tərzində zərifliyini, mükəmməlliyini qorumuş, saflaşaraq, durularaq inkişaf etmişdir.
    Ana dili mövzusu zənnimizcə həmişə aktual olan bir mövzudur. Çünki ölkənin milli atributlarından biri kimi, dilimiz milli kimliyimizi, varlığımızı, mənsubluğumuzu yaşadan ən böyük gücdür, qüvvədir.
    Tarixə nəzər salanda Azərbaycan dilinin böyük bir inkişaf yolu keçdiyinin şahidi oluruq. Ötən əsrin əvvəlləri, 40-50-ci və sonrakı illərdə dilimizdə ərəb-fars qarışığı, rus sözləri çoxluq təşkil edir, bunlar da dilin öz milliliyini, xalqa mənsubluğunu itirmək təhlükəsi yaradırdı. Bu mənada Azərbaycan dilinin bir çox qatqılardan təmizlənməsi və saflaşmasında ilk növbədə maarifpərvər ziyalıların və onların yaratdıqları mətbuatın böyük rolu olmuşdur. XIX əsrin sonları və XX əsrin əvvəllərində milli mətbuatımızın atası sayılan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin (1875-1877) və Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” satirik jurnalının (1906-1931) dilimizin formalaşması və inkişafında xidmətləri misilsiz olmuşdur. Böyük Azərbaycan şairləri – Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, H.B.Zərdabi, M.F.Axundov, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, B.Vahabzadə, M.Şəhriyar, S.Rüstəm, X.R.Ulutürk… yaratdıqları ədəbi-bədii əsərlərində dilimizin şirinliyi, şəhdi-şirəsi ilə xalq ruhunun, varlığımızın yaşadılmasında böyük əhəmiyyət kəsb etmişdir.
    Azərbaycan dilinin ölkənin dövlət dili olaraq Konstitusiyamızda təsbit olunması, böyük inkişafa qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun ana dilimizlə bağlı gördüyü işlər Azərbaycanda rəhbər olduğu ilk vaxtlardan başlamış və bütün fəaliyyəti dövründə davam etdirilmişdir. Bu istiqamətdə onun qəbul etdiyi fərman və sərəncamlardan irəli gələn müddəalar həyatımıza uğurla tətbiq olunmuşdur. Və bunun bariz nümunəsi olaraq, ümummilli liderin dilimiz, ədəbiyyatımızla bağlı atdığı addımlar ana dilimizin inkişafına, məktəblərdə təhsilin keyfiyyətinin yaxşılaşmasına öz təsirini göstərdi. 2001-ci ildə Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman xalqın taleyində xüsusi tarixi əhəmiyyətə malik oldu. Bu da diqqətəlayiqdir ki, Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən hər il avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu məqamda ulu öndərin doğma dilimizə böyük sevgisinin ifadəsi kimi, yaddaşımıza həkk olmuş bir fikrini xatırlamaq da öz zəruriliyini doğurur: “Dilimiz çox zəngin və ahəngdardır, dərin köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
    Böyük inamla qeyd edirik ki, ulu öndərin bütün sahələrdə, eləcə də dilimiz, ədəbiyyatımızla bağlı apardığı ideoloji mübarizə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla, həssaslıqla davam etdirilir. Prezidentin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər ölkəmizdə latın qrafikalı ədəbiyyat bazasının zənginləşməsində böyük əhəmiyyət kəsb etdi. Ölkə başçısının 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı da ölkənin, xalqın mənafeyinə, dilimizin, mədəniyyətimizin tərəqqisinə, gələcəyimiz olan balalarımızın yetişib tərbiyə olunmasına hesablanmışdır.
    Bu sahədə yaranan böyük baza artıq bizə imkan verir ki, varlığımızın, milli mənsubiyyətimizin atributlarından biri kimi, Azərbaycan dilinin saflığı, təmizliyi uğrunda mübarizəmizi həmişə davam etdirək. Dilimizin inkişafı, onun yad ünsürlərdən təmizlənməsi, əslində bütün xalqın, ələlxüsus da ziyalıların, ədəbiyyat, mətbuat işçilərinin vəzifəsidir.
    Təəssüflə qeyd edək ki, bu gün adını çəkdiyimiz sahələrdə bu məsələyə o qədər də ciddi yanaşılmır, dilimiz xaricdən alınma sözlər, kobud ifadələrlə korlanır. Bu da onun şirinliyinə, gözəlliyinə xələl gətirir. Zənnimizcə, bu sahədə çalışan hər bir ziyalı – radio-televiziya, qəzet-jurnal əməkdaşları dilimizin təmizliyini, saflığını qorumalıdır. Əks təqdirdə, ana dilimizə ağırlıq gətirən əcnəbi ifadələrin yaratdığı anlaşılmazlıq xalqın zövqünü korlayar, onun gözdən-dildən düşməsinə gətirib çıxarar. Bu, yolverilməzdir!
    Mövzu ilə əlaqədar böyük ürək ağrısı ilə xatırlayırıq ki, Arazın o tayında yaşayan soydaşlarımızın bu gün də xalqın milli-mənəvi sərvətindən istifadə edə bilməməsi, ana dilində məktəblərin, mətbuatın olmaması bütün dövrlərdə yaradıcı insanları, ədibləri, şairləri sarsıtmış, bu mövzuda onlarla əsərlərin meydana gəlməsini zəruri etmişdir. Kimi dilə qadağa qoyanları cəllad adlandırmış, kimi ən gözəl əsərini öz ana dilində qələmə aldığından onun şirinliyinə, doğmalığına məhəbbətini ifadə etmiş, kimi də çətinliklərdən, ona qarşı olan basqılardan üzüağ çıxdığına görə doğma dilimizə minnətdarlıq hissini bildirmişdir. Bununla da söz xiridarları öz əsərlərində azərbaycançılıq ideyasına söykənərək varlığımızın milli sərvəti olan dilimizin qorunmasına çalışmışlar. Bu yerdə unudulmaz Xalq şair Süleyman Rüstəmin məşhur bir şeirini xatırlamamaq olmur:

    Mən sənin dilinə dəymirəm, cəllad,
    Gəl sən də bu ana dilimə dəymə!
    Sənin də bağın var, gülün var, çəkin,
    Bağımda əkdiyim gülümə dəymə!

    Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyardan gətirdiyimiz bu bir bənd şeir isə dilimizin şirinliyi, ürəyəyatan ahəngi, rəngarəngliyi ilə gözlərimiz qarşısında əsrarəngiz bir mənzərə yaradır:

    Novruzgülü, qarçiçəyi çıxanda,
    Ağ buludlar köynəklərin sıxanda,
    Bizdən də bir yad eləyən sağ olsun,
    Dərdlərimiz qoy dikəlsin dağ olsun.

    Bir Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Bunlar quru, həm də şüar xarakterində olmayıb, əməli işimizdə, yaradıcılığımızda onun öyrədici, maarifləndirici xüsusiyyətində, məna, məzmun və ideyasında ifadə olunur. Əslində bu, xalqımıza, onun dilinə, mədəniyyətinə xidmətdir. Bu səbəbdən də bütün fəaliyyətimiz boyu bu yolda varıq.

    Şəfəq NASİR,
    “Respublika”.

  • ŞƏFQƏT VƏ MƏRHƏMƏT İŞIĞINDA

    Həyatımızın mühüm sahələrini əks etdirən, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə, tərbiyəvi məsələlərə əhəmiyyətli təsir göstərən mövzularda əsərlər yazmaq və yaratmaq azərbaycançılıq ideyalarının təbliğində böyük gücə malikdir. Ədəbiyyat, mədəniyyət və incəsənətdə belə mövzular qədərincədir. Bu günlərdə özünün məzmun və ideyası ilə qəlblərə istilik gətirən, insanı duyğulandıran, həm də heyrətləndirən bir kitabla tanış oldum. Fiziki cəhətdən məhdudiyyəti olanların öz inadlı çalışmaları ilə insanların zövqünü oxşayan yaradıcılıqları, əl işlərindən bəhs edən bu kitabın adı da olduqca təsirli və düşündürücüdür: “Əlillik qüsur deyil”.

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi nəşri olan bu kitab humanizm, mərhəmət, xeyirxahlıq, ən başlıcası da diqqət və qayğının nümunəsi olaraq özünəməxsusluğu, özəlliyi ilə fərqlənir. Böyük bir mətləbin sadə və qətiyyətli ifadəsi – əlillik qüsur deyil, fikrinin səslənişi və nümunəsini kitabın hər səhifəsində söz dəstəyi, əməli icrası, eləcə də foto əyaniliyində aydın görmək mümkündür. Bu inamlı, qətiyyətli fikir insana hər cür çətinliyə dözmək, fiziki məhrumiyyətlərə qalib gəlmək əzmi aşılayır. Belə bir kitabın ərsəyə gətirilməsi, təsir gücü, əslində bu qəbildən olan insanların yolunun üstünə nur çiləməyə, mənəvi rahatlıq və sevinc bəxş etməyə, həmçinin insanda yaşamaq eşqini yüksəltmək, ümidlərini göyərtmək, arzularını gerçəkləşdirməyə qadirdi. Başqa bir tərəfdən, fiziki cəhətdən məhdudiyyəti olan vətən övladlarının işinə, zəhmətinə dəyər vermək, onları ruhlandırmaq, hər birinə şəfqətlə, mərhəmətlə, həssaslıqla, humanistcəsinə yanaşmaq, diqqət göstərmək, cəmiyyətin əhatəsində rahat yaşamalarından ötrü qayğılarını çəkmək bizim insanlıq borcumuzdur.
    Burda xatırladaq ki, əlilliyi olan insanların fiziki cəhətdən sağlam olan insanlarla eyni hüquqa malik olmalarının ilk təsbiti 1975-ci ildə BMT-nin Baş Məclisində qəbul edimiş beynəlxalq sənədin açıqlanması, nəzərə çatdırılması dünya cəmiyyətində bu məsələyə eyni münasibətin, düşüncənin təzahürü kimi səslənir. Bu, həqiqi yanaşmanın nəticəsidir ki, BMT-nin Baş Məclisinin 1992-ci il tarixi sənədində “… hər il dekabrın 3-nün “Əlilliyi olan insanların Beynəlxalq Günü” kimi qeyd olunması haqqında” Bəyannamə qəbul edilmişdir. Amma biz bunu da qeyd etməliyik ki, mənəvi keyfiyyətlərə, mentalitetimizə xas olan nəciblik, əlilliyi olan insanlara humanistcəsinə, xeyirxahlıqla, yanaşmaq, həssaslıq göstərmək hissi bizdə hər zaman güclü olub. Vaxtilə ulu öndər Heydər Əliyev belə insanlara böyük qayğı ilə yanaşırdı. Əlilliyi olan şəxslərin qabiliyyətlərini, bacarıqlarını xüsusi qiymətləndirir, əl işlərindən ibarət vaxtaşırı təşkil olunmuş “Ümumrespublika yaradıcılıq sərgi”lərində iştirak edir, onlara maddi-mənəvi qayğısı ilə dəstək olurdu. Hətta bu sərgilərdə müəlliflərin əl işlərinə o qədər həssaslıqla, diqqətlə nəzər yetirib, onları ruhlandıran fikirlər söyləyirdi ki, əlilliyi olan adamlar da bu diqqətin qarşısında özlərini güvəncli hiss edir, heç şübhəsiz, cəmiyyətə, xalqa gərək olduqlarını düşündüklərindən özlərinin gələcək həyatlarına inamları yaranırdı. Heydər Əliyevin belə tədbirlərdə onlarla birgə xoş anlar yaşadığını və yaşatdığını kitabda yer almış fotolardan da aydın görmək olur. Əlillərin arasında onların tədbirlərində iştirakının əksi olan fotolara baxınca, ulu öndərin bu insanlara nə qədər isti, doğma yanaşdığını, onları ruhlandırdığını nurlu çöhrəsindən, təbəssümündən duymaq olur. Bəzən foto sözün də qüdrəti çatmadığı fikri, hissi, duyğunu elə bir möhtəşəmliklə ifadə edir ki, bundan heyrətlənməmək olmur. ümummilli liderin fərqli, özünəxas düşüncəyə malik olan belə insanlarla görüşü, hər birinə qayğı ilə yanaşması, bütün sahələrdə olduğu kimi, burada da milli-mənəvi dəyərlərin bu istiqamətdə ənənə xarakteri yeni və əlahiddə bir məzmun kəsb edir.
    Bəs əlilliyi yaradan ən çox səbəblər hansılardır? Kitabda bununla bağlı yer almış fikirlərə diqqət edək: “Azərbaycanda əlilliyi olan şəxslərin çoxu XX əsrin ən dəhşətli fəlakəti sayılan II Dünya müharibəsi, Qarabağ müharibəsi, erməni soyqırımı və terroru nəticəsində sağlamlıqlarını itiriblər. Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub…”.
    Bu fikrin ardınca əlilliyi olan insanlara dövlət tərəfindən göstərilən hər cür qayğının məhz dövlət siyasətinin əsasını təşkil etməsi də nəzərə çatdırılır. Yəni ulu öndər iqtisadi inkişafla yanaşı, sosial faktoru da ən vacib sahə hesab edərək demişdir: “Dövlətimizin siyasəti – iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, ilk növbədə sosial problemləri həll etməkdən ibarətdir”. Bu fikrin bariz nümunəsini biz müdrik siyasətçinin Azərbaycana rəhbərliyi dövründə əlilliyi olan şəxslərin maddi və mənəvi təminatını gücləndirməsi, məişət şəraitlərinin yaxşılaşdırılması, onların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində dövlət siyasətinin əsaslarını yaratmışdı. Məhz onun tövsiyəsi ilə ölkədə əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramı hazırlanmışdır. Təbii ki, bu proqrama əsasən də əlilliyi olan insanların təminatından ötrü hər cür şərait yaradılmış və onların problemlərinə həssaslıqla yanaşılmışdır.
    Kitabın belə bir məqsəd və ideya baxımından işlənməsi, sözügedən insanların ictimaiyyətə təqdim olunması, xatırlanması, heç şübhəsiz, yeni nəslin tərbiyəsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar yüksək səviyyədə, geniş və mündəricəli şəkildə nəfis tərtibatlı topluda əhatə olunmuş, işıqlandırılmışdır. Kitabda giriş sözü statusunda olan əhatəli təqdimatda hüquqi, elmi, ictimai və sosial sahələrdə qüvvədə olan mükəmməl sənədlərin işıqlandırılması, bu istiqamətdə dövlətin birbaşa siyasəti ilə bağlı olduğundan cəmiyyətdə fiziki cəhətdən məhdudluğu olan insanlara humanizm, insanpərvərlik, qayğıkeşlik kimi ali keyfiyyətlərin yaranmasına yol açır. Burda çox böyük məsuliyyət və əminliklə ifadə olunur ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 13 may tarixli Qanunu qəbul olunmuşdur. Bu qanunda ifadə olunan mətləblər, bütün məsələlər aydın şəkildə diqqətə çatdırılmışdır. Prezident İlham Əliyevin böyük inam və fərəhlə qeyd etdiyi fikir də öz mündəricəsi ilə böyük əhəmiyyət kəsb edir: “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlilliyi olan şəxslər cəmiyyətin həyatında da fəal rol oynasınlar”. Bu, ölkədə əlilliyi olan insanlarla bağlı görülən işlərin təzahürü kimi təsdiqini tapır.
    Kitabda əlilliyi olan insanlara yaradılmış şərait, göstərilən diqqət, onlara verilən imkanlardan istifadə etmək şansı yollarına, talelərinə düşən Günəş işığı timsalında görünür. Bu günəşin parlaq, hərarətli, aydın şəfəqlərini onların həyat və fəaliyyətlərinin yolunda bir mayak kimi də qəbul etmək doğru olar. Eləcə də yalnız dövlətin deyil, mərhəmətli, şəfqətli xalqımızın onlara göstərdikləri mənəvi dəstəyini, dayağını da görməmək, duymamaq mümkün deyil. Yəni, bu qayğının, diqqətin, maddi-mənəvi dəstəyin əhatə dairəsininin genişliyini müəyyənləşdirməli olsaq, zənnimizcə, bütün bunları təsəvvürə belə sığışdırmaq asan olmaz. Bu, o deməkdir ki, dövlət nəzarətində saxladığı, siyasətinin bir qolu olan bu sahədə də özünün prinsipiallığını, humanizmini əməli ilə ifadə edir.
    Bu yerdə belə bir faktı da fərəhlə qeyd etməyi vacib sanırıq ki, əlillərin cəmiyyətə inteqrasiya olunması, onlara hərtərəfli qayğı göstərilməsində qazanılmış təcrübə, kitabda qeyd edildiyi kimi, digər ölkələrdə də öyrənilir.
    Artıq uzun illərdir ki, Birinci vitse-prezidentin humanizmi, mərhəməti, şəfqəti sayəsində ölkəmizdə gedən ictimai-sosial problemlərin həlli istiqamətində böyük işlər görülür. Əlilliyi olan insanların cəmiyyətə adaptasiyası, onlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması, sağlamlıq baxımından imkanları məhdud olan insanların “zəruri reabilitasiya”ya cəlb edilməsi, dövlət hesabına həyati tələblərinin ödənilməsi, bir sözlə, doğmalıq münasibəti, qayğısı ilə əhatə olunması, belə insanların cəmiyyətdə özlərini rahat hiss etməsinin, fəaliyyət göstərməsinin başlıca amilləridir. Birinci vitse-prezidentin xeyirxahlıq missiyası – hesaba gəlməyən layihələri, dövlət siyasətinin başlıca xətti olmuşdur. Bütün bunlar hər zaman özünü Onun işıqlı əməllərində göstərir. Nəticədə fiziki cəhətdən sağlamlıq imkanları məhdud olan insanlar heç bir dövlətdə görünməyən belə qayğıkeşliyin, maddi-mənəvi yaşatmanın bariz nümunəsini öz həyatlarında gördüklərindən vətənə, xalqa məhəbbət ruhunda tərbiyə olunurlar. Milli əxlaqımızdan, ailə tərbiyəsindən gələn xüsusiyyətlərdir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da əlilliyi olan şəxslərin, xüsusən də uşaqların sağlamlığının qayğısına qalır, onlarla mütəmadi olaraq görüşür, hər birinə sosial problemlərinin həllində özünün maddi-mənəvi dəstəyini göstərir.
    Səhifələri çevirdikcə, göz gördüklərindən heyrətlənməyə, təsirlənməyə bilmir. Kitab boyu diqqət yetirdiyimiz əl işlərindən ibarət bütün yaradıcı nümunələr gözəldir, cəlbedicidir. Bədii axtarışları, yaradıcı zəhmətləri, qəlblərindən süzülən işığı, sevgini də hər birinin əl işlərindən duymaq olur.
    Bu əl işlərinə baxdıqca insan ehtizaza gəlir. Vücuda qaynarlıq axır. Əlilliyi olan istedadlı Vətən övladları həyata bəslədikləri böyük sevgilərini, Tanrının lütfü olan bacarıq, qabiliyyətlərini coşqun bir həvəslə, eşqlə, sənət əsərlərinin dili ilə təsvir edir, yaradır, yaşadırlar. Bu ilahi eşq, qabiliyyət onları həyata daha möhkəm tellərlə bağlayır. Görəndə ki cəmiyyətdə onların yaradıcılığına maraq, məhəbbət var, o zaman həyat onları qoynuna alır, insanların rəğbəti, sevgisi əhatəsində özlərinə inamları artır, daha zövqlə, sənətkarlıq yanğısı ilə, duyğusallıqla yaratmağa həvəslənirlər. Ümummilli lider Heydər Əliyev də məhz onlarda olan belə inadkarlığı, məharət və qabiliyyəti nəzərə alaraq deyirdi: “İnsan çox şeyə qadirdir və o, nə qədər çətinliklərlə rastlaşsa da, öz istedadını, biliyini, bacarığını cəmiyyətə təqdim etməli və ölkəsinə həsr etməlidir”.
    Bu istedadları təqdim etməyin özü ilk növbədə onların özlərini cəmiyyət içində rahat hiss etmələrinə bir stimul verir. Zənnimizcə, onların həyat-sənət taleyinə işıq salan bu kitabda fotolar, haqlarında yığcam məlumatlar, əl işlərinə diqqət göstərib onlardan ümumilikdə, yığcam şəkildə bəhs etmək, sənət sevdalılarını ruhlandırmaq da bizim üzərimizə düşür. Yazımızın əvvəlindən bu yolu tutduq və bu ovqatla da sözümüzə davam edirik…
    Həyatımız boyu belə bir hallarla da qarşılaşırıq ki, sağlam, gümrah olanların arasında tüfeyli həyatı keçirən, başqasının zəhmətinə dolananların həyata baxışları korşaldığından hər şeyə laqeyd yanaşır, məsuliyyət hissini unudur, xalqa, vətənə vətəndaşlıq borclarını verə bilmirlər. Belələri gündəlik qayğılar, işləmək, fəaliyyət göstərmək, ailəsinə, xalqına fayda vermək haqqında düşünmürlər. Amma iki əlindən, qolundan, gözündən, ayağından… əlil olan bir insan dişinin, ayaqlarının arasında əziyyətlə saxladığı fırça-qələmi ilə təxəyyülündən süzülüb gələn fikir-təsvirləri ilə sənət əsərləri yaradır. Cəmiyyət də sağlam düşüncəli, iradəli, qürurlu, başqasına əziyyət verməyi xoşlamayan, öz zəhməti sayəsində, gözəl qabiliyyəti ilə uğur qazanan əlil insanları çox isti, doğma qarşılayır. Bu münasibətdən ruhlandıqları üçündür ki, onlar özlərini xalqın əhatəsində çox rahat hiss edirlər. Təbii ki, bu fədakarlara yaşamaq, yaratmaq stimulu verən təkcə doğmaları deyil, bütövlükdə cəmiyyətin özüdür…
    Kitabda yer almış əl işlərinə həyəcanla, varlığımı sarmış kövrəkliklə baxdıqca düşünürdüm ki, Tanrı əlilliyi olan insanlara hissiyyatı, duyumu sanki qədərindən də artıq verir. Onlar fiziki sağlamlığının gücü ilə işləyən sənət adamlarından özlərinin yaradıcı təxəyyülü, fəhmi və qavrama qabiliyyətlərinin ən zərif, incə ştrixlərini təsvir edə bilmək istedadı, zəhmətilə bəlkə də bir başqa özəlliklə fərqlənirlər. Bu da onların sənətə olan sevgisinə, işləmək ruhuna, vərdişinə görə olduqca möhtəşəm görünür.
    Əlillik bu qəbildən olan insanların taleyində bir sınıqlıq olsa da, Tanrı onlardan lütfünü nəinki əsirgəməmiş, bu seçilmişlərə bənzərsiz, möcüzəli, vəhy kimi bir hissiyyat, duyğu vermişdir. Odur ki, həyata, insanlara olan sevgiləri, yaratmaq eşqi, cazibəsi ömür yollarında əbədi məşəl kimi alovlanır. Bütün bunları belə insanların həyata baxışlarında, bir qığılcım təki qəlblərində doğan arzularının sənətdə təsvirində daha aydın görmək mümkündür. Yazı boyu ifadə etdiyimiz fikirlər “Əlillik qüsur deyil” kitabında bir çox istiqamətlərdən sevgilə, həssaslıqla təqdim olunub.
    Belə möhtəşəm, gərəkli bir kitabı ərsəyə gətirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkürümüz sonsuzdur.

    Şəfəq NASİR,
    “Respublika”.
    Mənbə: http://respublica-news.az

  • “Öz içindən yanan bir ocağam mən”

    XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Mirvarid Dilbazi çoxçeşidli mövzularda yazdığı əsərləri ilə böyük bir yaradıcı ömür yaşamışdır. Onun “zəhərə batırılmış badam içi” kimi keçən uşaqlığı, ilk gənclik çağları dünyanın siyasi çaxnaşma və təbəddülatlarla qaynayan bir dövrünə təsadüf etmişdi. Kökünün, nəslinin yaşadığı iztirablar, qorxular, sürgünlər, ölümlərlə müşayiət olunmuş acı xatirələri illərlə yaddaşında qövr etmiş, zaman-zaman onu böyük bir həyat məktəbində yetişdirmişdir. Bütün bunlar şairin bədii, poetik yaradıcılığında – şeirlərində, poemalarında sənətkarlıqla öz əksini tapmışdır.
    Bu kimi acılarla yaşayan sənətkarın həyatından da aydın olur ki, Mirvarid Dilbazinin yaradıcılıq yolu çətin dolaylardan, məşəqqətlərdən keçib. Şair vətəninə, xalqına olan məhəbbətini və bu ağrı-acıları özünün ictimai məzmun və ideyası ilə ədəbiyyata gətirmişdir. Belə bir tarixi dövrün səhifəsini yazmaqla o, həm də şəxsiyyətinin bədii obrazını əbədiləşdirmişdir. Təbii ki, bunlar ilk olaraq özünü yetişdirməkdən, təhsil illərindən keçib. Vaxtilə bir nəslin qeyrətli övladlarına – daim ali məktəbdən qovulmaq qorxusuyla yaşayan Mirvarid xanımla bacısına dayaq duran Musaköy kənd camaatının xeyirxahlığı həyat yollarına işıq saldı. Şair təbiətli Mirvarid təhsildə və ədəbiyyatda mükəmməllik qazandı…
    XX əsrin əvvəllərindən başlayaraq, xüsusən də Cümhuriyyət dövründə və sonrakı illərdə Azərbaycanda böyük bir maarifçi nəsil yetişmişdi. Bu bəsirətli ziyalılar millətin qəflətdən oyanmasına, dünyəvi məktəblərin açılmasına, qadınların təhsil almasına çalışırdılar. Belə bir vaxtda gənclik köynəyini yenicə əyninə almış, bədii yaradıcılığa könül vermiş Mirvaridin “Qadınların hürriyyəti” adlı ilk şeiri “Oktyabr alovlanır” məcmuəsində dərc olunur. 1934-cü ildə isə “Bizim səsimiz” adlı kitabı işıq üzü görür. Elə o vaxtlardan zamanın nəbzini tutan, mənəvi gücünə söykənərək, özünün poetik incilərilə xalqın yetişməsi, inkişafı istiqamətində qələm çalan M.Dilbazi Vətənin taleyi, qüdrətlənməsi yolunda ideoloji mübarizəsini böyük coşqu ilə davam etdirdi…
    Mirvarid Dilbazi 1912-ci il avqustun 19-da şairlər yurdu Qazax rayonunun Musaköy (indi Xanlıqlar adlanır) kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat-İctimaiyyət fakültəsində təhsil alan Mirvarid ilk əmək fəaliyyətinə Quba Partiya məktəbində ədəbiyyat müəllimi kimi başlamışdır. Bundan sonra Bakıda Azərbaycan EA-nın Əlyazmalar Fondunda şöbə müdiri, Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi vəzifəsində işləmişdir. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycanın ilk qadın Xalq şairi (1979), “İstiqlal” ordenli Mirvarid Dilbazinin ədəbi-bədii yaradıcılığı poeziyaya yenicə gələn gənc şairlər və həmin dövrü araşdıran tədqiqatçılar üçün böyük bir həyat məktəbi, səhih mənbə və məxəzdir.
    Zənnimcə, Mirvarid Dilbazini tərcümeyi-halının fonunda, istərsə də yaradıcılığının timsalında oxuculara təqdim etmək çətin deyil. Amma mənə elə gəlir ki, sənətkar ədəbi şəxsiyyət olaraq həqiqi obrazını özü daha dürüst təsvir edib.

    Əslim – Dilbazilərdən
    Mərdlər böyüdən yerdən,
    Südüm mələk südüdür,
    Sərvətim nəğmələrdən –
    Özüm də Dilbaziyəm
    Azərbaycan qızıyam!

    Göründüyü kimi, bu 6 misralıq poetik fikirdə şair özünün obrazını sadə və bitkin formada təqdim edə bilib… Mirvarid xanım həyatda baş verən hadisələrə hər zaman həssaslıqla yanaşmış, onlara özünün ədəbi baxışları ilə münasibət bildirmişdir. 70 ildən də çox yaradıcılıqla məşğul olan şairin əsərlərində XX əsrin ikinci onilliyindən başlamış, 2001-ci ilə qədər (ömrünün sonunadək) olan dövrün panoramını görmək mümkündür. Şairin yaradıcılığında müharibə mövzusuna həsr olunmuş əsərləri, o cümlədən “Döyüş imtahanı”, “Kamal”, “Vətən eşqi”, “Qoçaq ataların qoçaq övladları”, “Xatirələr”, sonrakı illərdə isə “Sənətkarın xəyalı”, “Məhəbbət bizimlə qoşa doğulur”, “Həyat lövhələri”, “Bənövşələr üşüyəndə”, “Ana qanadı”, “Dağ çiçəyi”, “Durnalar ötüşəndə” “Çiçəkdən-çiçəyə” kitablarında yer almış şeirləri, poemaları əsasən yaddaşından boy göstərən xatirələri, müşahidələrinin bədii təxəyyülündə yaratdığı mənzərələr öz əksini tapmışdır.
    Bu sətirləri yaza-yaza yaxın vaxtlarda M.Dilbazinin “Seçilmiş əsərləri”ndən (2004) tanış olduğum şeirlərini, poemalarını xatırladım. Həmin əsərləri nəzərdən keçirdikcə Vətən dərdləri ilə dolu olan şairin sanki qəlbinin səsini eşidirdim. “Öpün bu qanlı torpağı”, “Türkiyəyə gedən yollar”, “Vətən oğulsuz olmasın”, “Qoymayın ağlayım məni”, “Vəzifə məhək daşıdır”, “İthaflar”, “İnsan və məhəbbət”, “Poemalar”, “Pyeslər”dən ibarət bölmələrin hər birində lirik-romantik istiqamətdə, eləcə də realist üslubda yazdığı əsərlərindəki xalq həyatı, insan taleyi və mənəviyyatı, vətənçilik əxlaqının təsviri məndə böyük təəssürat oyatdı. Və aldığım qənaətlər düşüncəmdə Mirvarid Dilbazinin şair, ana obrazını canlandırdı. Ömrünün sonunacan qələm-kağızdan bezməyən, ədəbi-bədii fəaliyyətindən yorulmayan şairin ahıl çağlarının yaradıcılığını gözlərimin önündən keçirdim. Xalqımızın başına gətirilən müsibətlər, torpaqlarımızın işğalı, şəhid oğullarımızın acı taleyi, Qarabağımızın düşmən tapdağı altında inləməsi Mirvarid xanımı korun-korun yandırırdı. Vətənin dar günlərində bu Vətən qızı xalqın taleyini öz həyatında yaşadı. Mirvarid xanım həmin günlərdə ürəyində böyük ağrılar daşıyır, bu ağrıları, yanğılarını isti göz yaşları təki ağ vərəqlərə səpirdi. 1990-cı ilin yanvar qırğınları yaradıcılığından odlu bir xətlə keçdi. Günü ağlamaqla keçən şairə “ağlama” dedikdə o, haqlı olaraq belə cavab verirdi ki, axı mən necə ağlamayım ki, millət ağlayır görün, başımızın üstündən necə bir tufanlar əsir, xalqımıza zülm oldu, zillət ağlayan yerdə mən necə ağlamayım… O qanlı günlərdə şairin ana qəlbi haray çəkirdi: “Mən bir ana fəryadıyla İndi sizi, dərdimizi Dinləməyə çağırıram Ey insanlar…” Amma bu ağır günlərdə şair özünə qayıtmağı da bacarır, belə məqamlarda sanki içində doğulan bir səs onu silkələyirdi: “…Dur, ağlama, Düzəlt qəddi-qamətini! Dərdə, qəmə səsləmə sən Dərddən güclü millətini! Dur! Ağlama! Vətən yolunda canlarından keçənlərə “Rəhmət sizə, ey igidlər!” deyərək, onların bədii obrazını yaradırdı. Şairin öz elindən, yurdundan didərgin düşmüş qaçqınlara həsr etdiyi “Ağla, kamanım ağla”, “Qoymayın ağlayım məni”, eləcə də qanlı yanvar günlərində qələmə aldığı “Öpün bu qanlı torpağı”, “Şəhidlər qəbiristanında”, “Qanlı yanvar bayatıları” kimi şeirlərini ağlamadan, titrəmədən, həyəcansız oxumaq mümkün deyil… O şənbə gecəsində və ondan sonrakı günlərdə ərini, qardaşını itirmiş gəlinlərə, qızlara sənətkar göz yaşları içində deyirdi:

    Ağlama kamanım, sazım, ağlama!
    Sil bu göz yaşını, gözüm, ağlama!
    Gəlinim, ağlama, qızım, ağlama,
    Dərddən güclüləri dərd əyə bilməz!

    ***

    Qırılan ağacın yerində müdam
    Təzə ağac əkər qüdrətli bağban,
    Təzə nəsil böyüt, ey dərdi ümman!
    Oğulsuz millətə millət deyilməz!
    Dərddən güclüləri dərd əyə bilməz!

    Bu dərdimizin ardınca gələn Qarabağ ağrıları… Şairin qəlbində hələ uşaqlığından müharibələrə, ölümlərə, itkilərə üsyan edən səsi-sözü burda da haray qoparır: Gah gülümsər gözüm, gah da qan ağlar. Hey dil tutub, ürək ağlar, can ağlar, Ürəyimdə bir Qarabağ qəmi var, Vətən qəmi heç bir qəmə bənzəməz… Sənətkar cənnət yurdumuzu qoruyan igid oğullarımızı bir ana məhəbbətilə vəsv edir, onları el-obaya, Vətənə tanıdır: Vətən dar ayaqda mərd oğul istər, əgər oğulsansa, dur hünər göstər! Döyüşdə sınanır qəhrəman kəslər, Ey vətən, cəsurdu, ərdi Qorxmazın!
    Yəqin ki, Mirvarid Dilbazini həyatda görənlər 1990-cı ilin qanlı yanvar hadisələrində, ömrünün sonunacan yaşadığı illərdə şairi qara yaylıqda xatırlamamış deyillər. Həmin tarixi günlərdə təkcə bu əlamət, hadisə ilə o, xalqın yaddaşında Azərbaycan qadını, el anası, millətin anası obrazının həqiqi cizgilərini yarada bilmişdi. Qəlbində daşıdığı milli-ictimai bəlaları bir ana kimi öz müşahidələri, yaşantıları ilə təsvir edən şairin xalqın taleyindən yana ağrılarını duymamaq, ondan təsirlənməmək, nəhayət, ANAmızın səsindən-sözündən ehtizaza gəlməmək, titrəməmək mümkünmü…
    Mirvarid Dilbazinin yaradıcılığının bir qolu da uşaq ədəbiyyatı olmuşdur. Şairin balacalar üçün yazdığı nağıllar, şeirlər, hekayələrini bu gün həm uşaqlar, həm də böyüklər sevərək oxuyurlar. 1940-cı ildən başlayaraq, uzun illər kiçik yaşlı uşaqlar üçün əsərlər yazmağı özünün mənəvi borcu hesab edən müəllif, vətən övladlarının düzgün tərbiyə olunması, yurdunu, torpağını sevməsi və vətənpərvər ruhda böyüməsini yaratdığı əsərlərində böyük məhəbbət və məsuliyyətlə təsvir etmişdir. Mirvarid xanım həmişə deyirdi ki, uşaqlar üçün əsərlər yazmaq bütün şair və yazıçıların, ədəbiyyat adamlarının bir ziyalı, vətəndaş borcudur. Biz bu borc hissini heç zaman unutmamalıyıq…
    Mənə elə gəlir ki, uşaqlıqdan qəlbinə çökən nisgil, gözlərinə dolan yaş həyatı boyu şairin gözündən-könlündən silinmədi, əksinə, yaddaşında şırım açdı. Taleyinin qarşısına çıxardığı ağrılarla yaşadı, yazdı, yaratdı. Mirvarid Dilbazi şeirlərinin birində deyirdi: “Öz içindən yanan bir ocağam mən, Yandıqca daha gur yanacağam mən!” Həqiqətən, bütün həyatı boyu içində gur bir ocaq çatdı, yana-yana yazdı, yaratdı və özündən sonra ədəbiyyatımız üçün, gənc nəsildən ötrü ibrətamiz, mükəmməl bir ömrün izini qoyub getdi… Ruhu şad olsun…

    Şəfəq NASİR,
    “Respublika”.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Lirik duyğu”

    Nə vüsalım, nə həsrətim,
    Nə sevgim var, nə nifrətim,
    Nə sevincim, səadətim,
    Boş qalıbdır, boş, ürəyim!

    Nə yazı var, nə qışı var,
    Nə qarı, nə yağışı var,
    Nə dünyaya baxışı var,
    Daş olubdur, daş, ürəyim!

    Yanar dağdır, sönməyəydi,
    Zirvəsindən enməyəydi,
    Yanıb külə dönməyəydi,
    Kaş ürəyim! Kaş ürəyim!

    1989.

  • Xalq şairi Hüseyn ARİF.”Yetişməmiş”

    Külək qalxıb haray salır,
    Maral gölə yetişməmiş.
    Gün darıxır, qaş qaralır,
    Köç mənzilə yetişməmiş.

    Can alışıb qora dönür,
    Yaş yanağa yetişməmiş.
    Qara tellər, qara dönür,
    Əl darağa yetişməmiş.

    Yollar, izlər buz bağlayır,
    Vaxt çilləyə yetişməmiş.
    Həştad bizi yaxalayır,
    Yaş əlliyə yetişməmiş.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Qızlar mahnısı”

    Ey sevgilim, bu yerlərdə görünmə,
    Anam dduyub, üstümüzə göz olur.
    Səni, məni istəməyən az deyil,
    Aralıqda söhbət olur, söz olur.

    Meh əsdikcə qızıl güllər öpüşür,
    Sən bülbüllər bağçamızda ötüşür,
    Səbi görcək ürəyimə od düşür,
    Görməyəndə bağrım başı köz olur.

    Ürəyimdə bir arzu var, bir dilək;
    Dolanıram bu dağlarda maraltək.
    Deyirlər ki, bizə nişan gələcək,
    Elin sözü əzəl-axır düz olur.

    1946.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bütün pəncərələr yumulmuş gözdür”

    Bütün pəncərələr yumulmuş gözdür.
    Bu evlər, küçələr deyilmiş sözdür.
    Yaralı buluddan
    yağan yağışdan
    günah yumasa da
    bir az bağışlar…

    Bəlkə bizdən bir az
    yan keçər bu gün,
    həyalı söyüşlər, doğma qarğışlar.
    Və quşlar,
    və quşlar qəfəsə vurğun,
    İlahi, çox sağ ol.
    Yenə də heysizəm, yenə də yorğun…

  • Xalq şairi Səməd VURĞUN.”Əyilmə”

    Həyat! O çox zaman görünür iyrənc,
    Bu səhnədə min bir qanlı pərdə var
    Sən bu çətinliyə düssən də, ey gənc,
    İçində saxlanan qüdrətə yalvar!

    Zaman! O amansız, qatil bir düskün
    Bəzən dünyaları döyər siddətlə.
    Səni də məhv etmək istərsə bir gün,
    Hər seyə qarsı çıx, həm də cürətlə.

    Cürət! Odur bizi güldürən hər an,
    Cürətsiz bir həyat məhv olur, inan.
    İstə bu düsturu öyrənib də sən,
    Ər oglu ər kimi tab et bəlayə.

    Mən bu sözlərimlə nə dedim bil sən,
    Çırpın üfüqlərə, uç etilayə!
    Ey gənc! Səadəti bir xəyal bilmə,
    Nə olursa-olsun, yalnız əyilmə!

  • “Trans/Missia-Rise of Eastern Art” adlı yeni beynəlxalq teatr festivalı təsis olunub

    Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub.

    AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır.

    Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert proqramı, filmlər və sərgilər də nümayiş etdirə biləcəklər.

    Burada həmçinin, məşhur aktyorlarla görüşlər də keçiriləcək.

    Gürcüstanı bu festivalda İlya Çavçavadze adına Batumi Dövlət Peşəkar Dram Teatrı təmsil edəcək.

    Teatrdan bildiriblər ki, festivalda Azərbaycan, Türkiyə, Moldova, Rusiya və digər ölkələrdə iştirak edə biləcəklər.

    Xətayi Əzizov
    AZƏRTAC-ın xüsusi müxbiri
    Tbilisi

    Mənbə: azertag.az

  • İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək

    Azərbaycan kinorejissoru Adil Azayın “Şəhərin iç sədası” sənədli filmi avqustun 24-dən 27-dək Ufada keçiriləcək “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalında göstəriləcək.

    AZƏRTAC başqırd KİV-nə istinadla xəbər verir ki, festivalın müsabiqə proqramı çərçivəsində tamaşaçılara dörd gün ərzində 48 film təqdim ediləcək. Həmçinin, yaradıcılıq görüşləri, diskussiyalar və ustad dərsləri də nəzərdə tutulub.

    Bu il festivalın jüri heyətinə teatr və kino aktyoru, RSFSR-in Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Sergey Şakurov başçılıq edəcək. Dəvət olunmuş qonaqların arasında isə Polşa kinorejissoru, ssenarist və prodüser, bir çox beynəlxalq kinofestivalların laureatı, Venesiya kinofestivalının “Qızıl şir” mükafatının sahibi Kşiştof Zanussi, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçev, M.Qorki adına Uşaq və Gənclər Kinostudiyasının baş redaktoru Andrey Apostolov, “Tatarkino”nun direktoru Milyauşa Aytuqanova və digərləri var.

    “Gümüş Akbuzat” IV Beynəlxalq kinofestivalının müsabiqə proqramında Avstraliya, Azərbaycan, Hindistan, Çin, Myanma, İndoneziya, İran, Fransa, Qazaxıstan, Qırğızıstan, Litva, Nepal, Moldova, Ruanda və digər ölkələrdə lentə alınmış ekran əsərləri təqdim olunacaq.

    Festivalın təsisçiləri Başqırdıstan hökuməti, bu respublikanın Mədəniyyət Nazirliyi, Əmir Əbdrazakov adına “Başkortostan” kinostudiyasıdır.

    Mənbə: azertag.az

  • Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb

    Avqustun 19-da Qazaxda ziyalılar parkında Xalq şairi Mirvarid Dilbazinin doğum günü münasibətilə tədbir keçirilib. Tədbir rayon icra hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax filialının təşkilatçılığı və “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə reallaşıb.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə şairin parkındakı büstü ziyarət olunub.

    Mərasimi giriş sözü ilə AYB-nin Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal açaraq Mirvarid Dilbazinin anadan olmasının 107-ci ildönümünə həsr olunmuş tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, şairin həyat və yaradıcılığından danışıb, “Mirvarid Dilbazi Məclisi”nin yaradılmasını alqışlayaraq məclisin işinə uğurlar arzulayıb.

    Tədbirdə “Mirvarid Dilbazi Məclisi”nin sədri Güllü Eldar Tomarlı Mirvarid Dilbazinin çoxşaxəli yaradıcılığından, bütün ömrünü Azərbaycan ədəbiyyatının zənginləşməsinə həsr etməsindən və özündən sonra çox zəngin irs qoyub getməsindən danışıb.

    Bildirib ki, onun şeirləri milli-mənəvi dəyərlərimizdən qidalanıb və müəllifinə böyük şərəf gətirərək el məhəbbəti qazanıb. “Mirvarid Dilbazi Məclisi” olaraq bizim əsas məqsədimiz bütün poeziyasevərlərə, gələcək nəsillərə bir örnək olan bu şairin irsini, həyatını, təqdim etmək, kitablarının çapına yenidən nail olmaq, doğulduğu Musaköy kəndində büstünü qoymaq, adına bir park və Mirvarid Dilbazi kitabxanası açmaqdan ibarətdir. Hər kəsdən bu yolda öz öhdəsinə düşən köməkliyi bizdən əsirgəməməyi arzulayırıq. Xalq şairi Mirvarid Dilbazi işığında gələcək görüşlər bizləri gözləyir. Mirvarid Dilbazi poeziyası daima var olacaq”,- deyə Güllü Eldar Tomarlı vurğulayıb.

    Sonra məclisin sədr müavini, gənc şairə Nuranə Təbriz, şair Zaməddin Ziyadoğlu, AYB-nin təmsilçisi Güləmail Murad, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu, şair və yazarlar Tamella Poladlı, Gülsənəm Cəlili, Zərəngiz Dəmirçi Qayalı, rəssam Qafar Sarıvəlli çıxış edərək Mirvarid Dilbazi ilə bağlı xatirələrini bölüşüblər.

    Tədbir Aşıq Hüsənin ifasında “Ruhani” saz havasının səslənməsi ilə başa çatıb.

    Mənbə: azertag.az

  • Türkiyəli tənbur ifaçısı Murat Salim Tokac Filarmoniyada konsert verəcək

    M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq.

    Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

    Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

    Mənbə: azertag.az

  • “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb

    Rejissor Emil Quliyevin ekranlaşdırdığı “Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb.

    AZƏRTAC xəbər verir ki, ekran işinin quruluşçu operatoru Orxan Abbasov, ssenari müəllifləri Emil Quliyev və Qorqud Cəfərdir.

    “Art film Baku” şirkətinin istehsalı olan filmdə Xalq artisti Vidadi Həsənov, aktyorlar Oqtay Mehdiyev, Cövdət Şükürov, Nofəl Şahlaroğlu, Əlibəy Məmmədli, Əzizə Həşimova və başqaları çəkilib.

    Mənbə: azertag.az

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    MƏNİ

    Bu dünyanın hər üzünü görmüşəm,
    Acı dövran ağladıbdı hey məni,
    Çiyinlərim yara olub, əyilib,
    Daşımaqdan ağır-ağır heybəni.

    Sərt küləklər qarsıb hər gün üzümü,
    Kor taleyim bağlayıbdı gözümü,
    Tanrı verib mənə səbri, dözümü,
    Zalım fələk gecə-gündüz döy məni.

    Əziz Musa haqq yolundan dönməz heç,
    HaqQ sözünə qulaq asar, dinməz heç,
    Hər sözümü dönə-dönə yoxla, seç,
    Düz deməsəm qına məni, söy məni.

    OQTAY RZANIN XATİRƏSİNƏ

    Qısa danışardın, düz danışardaın,
    Haqsızlıq görəndə əsib, coşardın,
    Şeirə hörmətlə sən yanaşardın,
    Sən qapı açmazdın ağlı dayaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Deyirdin qayıdın öz soyunuza,
    İbadət edərdin çörəyə, duza,
    Sən çoxdan dönmüşdün parlaq ulduza,
    Bizə dərs keçərdin sən yaza-yaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Çoxuna əl tutub, dayaq olmusan,
    Sənət meydanında mayaq olmusan,
    Sən xalqın şairi adın almısan,
    Heç vaxt qoymamısan şər yolun aza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Ümidlə baxmısan gələn səhərə,
    Sən sinə gərərdin dərdə, kədərə,
    İnanmaq olmayır bu bəd xəbərə,
    Bizi bağlayardın bahara yaza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Sən sözdən ən uca qala qurardın,
    Haqqın keşiyində dağ tək durardın,
    Çox sözə, şeirə möhür vurardın,
    Təbin bənzəyərdi Kürə, Araza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    Sındı şeirimizin qolu qanadı,
    Vallah dünya özü haqsız dünyadı,
    Sənə qıymadılar bir fəxri adı,
    Sən qane olardın həmişə aza,
    Yerin behişt olsun ay Oqtay Rza.

    GƏLMİSƏN

    Çoxdan sönüb qaladığın o ocaq,
    Ürəyimdə xatirələr var ancaq,
    Bu eşqimi niyə sandın oyuncaq,
    İndi durub, sən yuxuma gəlmisən.

    Bu sevginin sən qədrini bilmədin,
    Bu könlümü sən viranə eylədin,
    Sən ömrümə, sən günümə gəlmədin,
    İndi durub, sən yuxuma gəlmisən.

    Yasdığımı çox isladıb göz yaşı,
    Nağıllara inanmışam mən naşı,
    Ətəyindən tökmədin ki, sən daşı,
    İndi durub, sən yuxuma gəlmisən,

    İstəyimə yox demisən hər zaman,
    Vüsalına heç olmayıb bir güman,
    Ürəyimə dağlar çəkib bu hicran,
    İndi durub, sən yuxuma gəlmisən.

    Ah-nalələr hey ucalıb dilimdən,
    Qara rəngi aparmısan telimdən,
    Sən vaxtında yapışmadın əlimdən,
    İndi durub, sən yuxuma gəlmisən.

    SƏN OLMASAYDIN

    Həsrətdən, hicrandan qəlbim bişərdi,
    Dünya gözlərimdən tamam düşərdi,
    Həyat mənim üçün adiləşərdi,
    Sən olmasaydın.

    Olmazdı qəlbimin arzu, istəyi,
    Solardı bağların gülü, çiçəyi,
    Mən seçə bilməzdim pisi, göyçəyi,
    Sən olmasaydın.

    Oldun saf eşqimdə ilkim, birincim,
    Adınla bağlıdır dövətim, incim,
    Çəkilib gedərdi, nəşəm, sevincim,
    Sən olmasdaydın.

    Mənəm bu dünyanın xoşbəxti indi,
    Sevgisiz bir həyat dumandı, çəndi,
    Bilməzdim səadət, vüsal şirindi,
    Sən olmasaydın.

    Eşqinlə çatmışam şöhrətə, ada,
    Baxmaram heç zaman özgəyə, yada,
    Mən heç mən olmazdım, fani dünyada,
    Sən olmasaydın.

  • Sumqayıtn 70 illyi münasibətilə mədəniyyət müəssisələrinin kollektivləri Sumqayıt bulvarında konsert proqramı təşkil edib

    https://d.radikal.ru/d12/1908/af/2d06835b44cb.png

    Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evi Sumqayıt bulvarının konsert meydançasında Sumqayıt şəhərinin 70 illiyi və əhalinin asudə vaxtının təşkili ilə əlaqədar konsert proqramı təşkil edib.

    Konsertdə “28 May” Diyarşünaslıq evində fəaliyyət göstərən bədii özfəaliyyət kollektivləri cıxış edibər.
    Gənc müğənnilər Elnarə Abdullayeva, Dəniz Fərziyeva, Şamo Babayev, Mətanət İbrahimova, Vüqar Ulusoy, gənc meyxanacı Samir Qocanın cıxışları tamaşacilar tərəfindən alqışlarla qarşılanıb.
    Həmçinin Sadiq Qarayevin başçılığı ilə “Disko dancor” rəqs qrupunun rəngarəng nömrələri tamaşacıların rəğbətini qazanıb.

    Mənbə: https://turkustan.info

  • Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib

    https://d.radikal.ru/d06/1908/02/35b92eb7a1dd.jpg

    https://a.radikal.ru/a38/1908/76/2356d069efaf.jpg

    https://a.radikal.ru/a32/1908/14/6e5b3a3b0a5d.jpg

    https://b.radikal.ru/b37/1908/a7/33b475f4c068.jpg

    https://a.radikal.ru/a08/1908/33/38244f5a9ebc.jpg

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Abşeron rayon Novxanı kənd Sənətkarlıq klubunun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib.
    Belə ki, Artvində keçirilən 10-cu Uluslararası Tülüm və Muzik festivalına, Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalına və Trabzonda keçirilən Uluslararası Horon festivalına qatılan kollektivin ifasında “Qarabağ suitası”, “Yaylıqlarla rəqs”, “Qaval rəqsi”, “Ana yurd marşı” (rəqs-kompoziya) türkiyəli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
    Artvində keçirilən Uluslararası Tülüm və Muzik festivalında Kamil Ağazadənin ifasında “Ana yurd marşı” (rəqs-kompoziya) ən yaxşı mahnı nominasiyasına layiq görülüb. Rizədə keçirilıən Uluslararası 30-cu Çay, Turizm və Yaz sporları festivalında kollektiv diplomla mükafatlandırılıb.
    Kollektivin ən kiçik üzvü, balaca rəqqasə Gülnaz Zahirli Artvində keçirilən Uluslararası Tülüm və Muzik festivalında təşkil edilən gözəllik müsabiqəsində I yerə,Trabzonda keçirilən Uluslararası Horon festivalında isə gözəllik müsabiqəsində III yerə layiq görülüb.
    Qeyd edək ki, festivallarda Türkiyə, Azərbaycan, İran, Yunanıstan, Bolqariya, Rusiya, Dağıstan, Gürcüstan və digər ölkələrdən rəqs və müsiqi qrupları iştirak edib.

    http://mct.gov.az/az/

  • Eldar Nəsibli SİBİREL.”Əsgər çəkmələri”

    12962488_1518521525123844_528584684_o

    Qəribə bir istək keçər könlümdən,
    Mən onu hamıyla bölmək istərəm:
    Əsgər çəkməsini elə bu gündən
    Tarix muzeyində görmək istərəm.

    Deyən yanılıram, düz demirəm mən ,
    Xalq var ki, kədəri dağdan ağırdır.
    Bu gün də o yerdə yad əsgərlərin,
    Gediş-gəlişindən yollar yağırdır.

    Zalımdan mərhəmət gözləyənlərə
    Sözünü tüfənglər, lülələr deyir.
    Səadət yerinə , qonaq yerinə
    Orda qapıları güllələr döyür.

    Qar , çovğun vursa da ilk baharını,
    Ağrını, acını udur analar
    Nizələrdə görüb qundaqlarını ,
    Tüfəng qundağından tutur analar.

    Gərək od götürə kirpiklərimiz,
    Dünyaya səadət verməkdən ötrü.
    Hələ bu çəkməni geyməliyik biz,
    Bir vaxt muzeylərdə görməkdən ötrü.

  • Azərbaycanın Bəxtiyar şairi

    Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasından 94 il ötür.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan ədəbiyyatının, bütövlükdə XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur. Təsadüfi deyil ki, onun əsərləri – şeir kitabları, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və köhnə sovet birliyinə daxil olan bir çox xalqların dillərinə tərcümə edilib və bu əsərlər çox böyük maraq və sevgi ilə qarşılanıb.

    O, 1925-ci ildə Şəki şəhərində anadan olub. Kiçik yaşlarında ikən ailəsi ilə Bakıya köçüblər. Burada orta məktəbi qurtarandan sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlayıb. O vaxtdan dövrü mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapıb.

    Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O, azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

    Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

    Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik, 1964-cü ildə isə “Səməd Vurğunun həyat və yaradıcılığı” mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.

    Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

    Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

    Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir.

    Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu dünya?”, “Fəryad”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” və “Özümüzü kəsən qılınc” kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

    Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından olan Bəxtiyar Vahabzadə 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı “Şəhidlər” poeması ilə yeni bir tarix yazdı.

    Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb.

    Şair 2009-cu il fevralın 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat edib.

    Mənbə: https://azertag.az

  • İsraildə Xalq yazıçısı Çingiz Abdullayevlə görüşlər keçirilib

    https://b.radikal.ru/b19/1908/7a/9c3b5264c6f0.jpg

    İsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun “atası”, iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib.

    Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və “STMEQİ” Beynəlxalq Yəhudi Xeyriyyə Fondunun dəvəti ilə İsrailə gəlib.

    AZƏRTAC “Azİz”in məlumatına istinadla xəbər verir ki, görkəmli yazıçı ilə görüşlər Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində və Təl-Əvivdəki Rusiya Mədəniyyət Mərkəzində keçirilib. Sevimli yazıçısı ilə görüşə gələn hər bir oxucuya “Sholumi” mərkəzinin buraxdığı və üzərində Çingiz Abdullayevin avtoqrafı olan “Kuba kapriççiosu” romanının audio versiyası təqdim olunub.

    Yazıçının İsrailə səfəri yerli kitabsevənlərin həyatında əlamətdar hadisə olub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən çoxlu insan onun görüşünə gəlib. İsraillilər Çingizi gurultulu alqışlarla, onun istedadına heyranlıq hissləri dolu coşqun baxışlarla qarşılayıblar. Azərbaycan yazıçısının iştirak etdiyi KAN REKA dövlət radiokanalında jurnalist Alona Brennerin “Noçnaya smena” verilişinin canlı yayımının yüksək reytinq qazanması da Çingiz Abdullayevin populyarlığının göstəricisidir.

    İstənilən məşhur şəxsiyyət haqqında internetdə informasiya tapmağın mümkün olduğu müasir dövrdə adama elə gəlir ki, tanınmış yazıçının pərəstişkarları onun haqqında məlumatları həm kitablardan, həm də KİV-dən öyrənə bilərlər. Lakin, eyni zamanda, bizim bilmədiyimiz məqamlar da var və bu barədə yazıçının özündən öyrənmək istəyirik. “Azİz” Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman da öz suallarını məşhur həmyerlisinə ünvanlayıb:

    – Çingiz müəllim, Siz o qədər çox və maraqlı yazırsınız ki, hərdən adama elə gəlir ki, bu qədər süjeti düşünüb tapmaq mümkün deyil. Yəqin ki, onların bir hissəsini real həyatdan götürürsünüz. Zəhmət olmazsa, bununla bağlı deyərdiniz, kitablarınızdakı süjetlərdə gerçəklik payı nə qədərdir?

    -Hesab edirəm ki, onlar kifayət qədər realdır – təxminən 80-90 faizi belədir.

    – Siz Azərbaycanda dünyaya gəlmisiniz, kitablarınızda isə hadisələr əsasən Qərbdə cərəyan edir. Siz özünüzü kim olaraq görürsünüz? Qərb, yoxsa Şərq insanı kimi?

    -Tənqidçilər qeyd edirlər ki, mənim qəhrəmanlarım Qərbin və Şərqin özünəməxsus simbiozudur. Yəqin ki, elə mən özüm də.

    -İndi süjetləri haradan götürürsünüz?

    – Həyatdan. O, gözlənilməz, dinamik və yetərincə faciəlidir. Heç bir şey uydurmaq lazım gəlmir. Hər gün təsəvvür edəcəyimizdən də daha maraqlı hadisələr baş verir.

    – Moda Sizin üçün nədir və bu sahədə Sizin öz meyilləriniz varmı?

    -Moda arxasınca getmək sərsəmlikdir, amma onu nəzərə almamaq daha çox sərsəmlik olar. Mən kitablarımda özümə xas olan meyilləri qələmə alıram. Bunlar qəhrəmanlarımın sevdikləri brendlərdir. Təfsilata varmaq istəmirəm, çünki məni gizli reklamda ittiham edə bilərlər.

    – Sizin uğurunuzun sirri nədədir? Bu, sizin gərgin əməyinizin nəticəsidir, yoxsa “yuxarıdan” gəlir?

    – Zəhmət, zəhmət və bir daha zəhmət. Uğurun sirri budur. Təəssüf ki, “yuxarıdan” heç kim kömək etmir. Hərçənd aydındır ki, “ilahi qığılcım” da olmalıdır və onsuz heç nə mümkün deyil.

    – Kitablarınızda heç bir vəchlə toxunmayacağınız mövzular varmı?

    – Şübhəsiz. Bunlar seks, zorakılığın təbliği, terror aktlarında istifadə oluna biləcək əlaltı vasitələrin təsviri, real insanların təhqir olunması, xalqların və ya millətlərin ünvanına təhqiramiz ifadələrdir.

    – Sizin milyonlardan gizli sirləriniz varmı və onları nə vaxtsa açıqlayacaqsınız?

    – Yəqin ki, bəli. Tənqidçilər bunun üzərində kifayət qədər uğurla işəyirlər.

    – Xalq, millət, insan – Sizin üçün bu zəncirin ən mühüm halqası hansıdır?

    – İnsan. O, hər şeyin meyarı və istinad nöqtəsidir. Bütün xalqlar və millətlər məhz ondan başlayır.

    – Kulinariyada nəyə daha çox üstünlük verirsiniz?

    – Çox rəngarəng seçimim var. Lakin anamın və nənəmin hazırladığı Azərbaycan, Bakı yeməklərini daha çox sevirəm.

    – “İsrail” dedikdə ağlınıza ilk olaraq nə gəlir?

    -Dünyaya çoxlu sayda şəksiz dahilər bəxş etmiş böyük xalq. Tamamilə imkansız şəraitlərdə mövcudluğunu qoruyub saxlayan ölkə. Öz dillini və dövlətini dirçəltmiş insanlar. Bir də, mənim çoxlu sayda sadiq oxucularım.

    -Çox sağ olun, əziz Çingiz müəllim! Sizə yeni maraqlı süjetlər, tükənməz yaradıcılıq enerjisi və sevimli yazıçı zəhmətinizin bəxş etdiyi xoşbəxtlik arzulayırıq.

    Mənbə: https://azertag.az

  • Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb


    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə ilk dəfə olaraq “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğət nəşr olunub.
    Layihənin reallaşmasında Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, ölkəmizin və Özbəkistanın milli elmlər akademiyalarının dilçilik institutları, hər iki ölkənin bu sahədə çalışan alimləri yaxından iştirak ediblər.
    Qeyd edək ki, lüğət Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun və Özbəkistan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və Folklor İnstitutunun elmi şuralarının qərarları ilə nəşr olunub.
    Layihənin rəhbəri, eyni zamanda, “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərtibçi müəlliflər isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Tətbiqi dilçilik” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, özbək ədəbiyyatşünas, dilşünas alim Babaxan Məhəmməd Şərif, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova, şərqşünas-filoloq Şahista Kamranlıdır.
    Nəşrin rəyçiləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Özbəkistan Elmlər Akademiyası Dil, Ədəbiyyat və Folklor İnstitutu “Lüğətşünaslıq” şöbəsinin müdiri, filologiya elmləri namizədi, dosent Abduvahab Mədvəliyev, elmi məsləhətçilər isə AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuhrat Siracəddinovdur.
    Redaksiya heyətində Azərbaycan və Özbəkistandan bir sıra tanınmış alimləri – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda “Terminologiya” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas Sona Vəliyeva, filologiya elmləri namizədi, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova, filologiya elmləri namizədi, dosent Şahina İbrahimova, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə iştirak ediblər.
    Qeyd edək ki, lüğətdə ümumilikdə 23 minə yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin transkripsiyası xüsusi cədvəldə öz əksini tapıb.

    http://mct.gov.az/az/

  • VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qeydiyyat davam edir

    2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Tədbirin təşkilatçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyidir.
    İştirakçılar Sərgi-Yarmarkada çap məhsullarını nümayiş etdirmək, satmaq, yerli və xarici nəşriyyatlar, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı qazanacaqlar.
    VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında hər bir iştirakçıya stend sahəsi (6 kv.m.-dək) və avadanlıqlar ödənişsiz veriləcək.
    VI Bakı Beynəlxalq Sərgi-Yarmarkasında iştirak haqqında ilkin məlumat ən gec 19 avqust 2019-cu il, ərizə-müqavilə isə 31 avqust 2019-cu il tarixinədək təqdim edilməlidir (nrtis@mct.gov.az).
    Ərizə-müqaviləni (PDF formatında) burada yükləyə bilərsiniz.
    Ziyarətçilər üçün sərgiyə giriş sərbəst olacaq.
    Sizi VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka dəvət edirik!

    Mənbə: http://mct.gov.az/az/

  • Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Müqəddəs Qurban Bayramı münasibəti ilə tədbirlər keçirilib

    https://a.radikal.ru/a21/1908/96/4c72e6489ac4.jpg

    https://c.radikal.ru/c40/1908/2b/23d584d320a9.jpg

    https://a.radikal.ru/a05/1908/87/fe4ebafff22e.jpg

    https://b.radikal.ru/b32/1908/d7/a13fd68171b2.jpg

    https://a.radikal.ru/a26/1908/ed/218e36e3f02e.jpg

    https://d.radikal.ru/d16/1908/fc/c204d77e5fdc.jpg

    https://d.radikal.ru/d33/1908/3d/1c659a4ae995.jpg

    https://d.radikal.ru/d10/1908/83/46ab2bbb33fc.jpg

    https://b.radikal.ru/b34/1908/3b/5df9225919d3.jpg

    https://a.radikal.ru/a00/1908/b6/da9b3c8ab979.jpg

    Sumqayıt şəhər C.Cabbarlı adına Mədəniyyət evinin özfəaliyyət kollektivləri “N” saylı hərbi hissədə əsgər və zabit heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edib. Əvvəlcə Mədəniyyət evinin solisti Əliağa Tapdiqli konsertə toplaşan əsgər və zabit heyətini salamlayaraq, onları Müqəddəs Qurban Bayramı münasibəti ilə təbrik edərək xoş arzularini çatdırıb. Sonra mədəniyyət evinin kiçiklərdən ibarət “Turan” milli rəqs qrupunun üzvlərinin ifasında bir-birindən maraqlı rəqs nömrələri nümayiş olunub. Daha sonra mədəniyyət evinin solistləri Əli Əzizoğlu, Təranə Nurlu, Pənah Məmmədli, Ədalət Dağlının ifasında səslənən şən və vətənpərvər ruhda mahnılar əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb. Sonda Hərbi hissənin polkovnik-leytenantı Həsən Mahmudov konsert proqramını təşkilinə gorə C.Cabbarlı adına Mədəniyyət evinin direktoru A.Qəhrəmanovaya dərin minnətdarlığını bildirərək, Fəxri Fərman təqdim edib.

    Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsində Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər təşkilatı ilə birgə xeyriyyə tədbiri keçirib. Tədbirdə QAC Sumqayıt təşkilatının sədri Mətanət Məhərrəmova, S.Vurğun adına Mərkəzi kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova mövzu ilə əlaqədar çıxış edib, düşüncələrini bölüşüblər. Bildirilib ki, Qurban bayramı xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. əl tutmaq, yardımlaşmaq, bölüşməyi bacarmaq bu müqəddəs ayın ali keyfiyyəıtləırindəndir. İnsanlara mənəvi paklıq aşılayan bu bayram həm də fürsət ayıdır. Yaxşılıq etmək, yardım etmək üçün bir fürsət ayıdır. İmkanı olan hər kəs bu fürsətdən yararlanmalıdır. Tədbirin sonunda bayram münasibətilə imkansız ailələrə qurban payı verilib.

  • Şairə-publisist Nəcibə İLKİN.Seçmə şeirlər

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    GƏLMƏ GÖRÜŞÜMƏ

    Gəlmə görüşümə, gəlmə,
    Heç zəng də eləmə…
    Unut olub keçənləri,
    O mənli xatirələri…
    Heç olmamış kimi
    Qara bir örtüyə bük, bərk-bərk!
    Üstündən qara bir xətt çək!
    Hicranımın əli elə qanlıdı,
    Səni yenidən ağuşuna alacaq,
    Bakirə hisslərimi oyadacaq..
    Yox .. istəmirəm, gəlmə.
    Könlümün yuvasında sənin üçün
    üşüyən günlərimi qoruyuram..
    Yana-yana sevgi ilmələri toxuyuram.
    Həsrətimin üzü elə soyuqdu,
    Lap Sibirin uzaqları kimi…
    Əllərim yanır, sənin üçün alışan
    dodaqlarım kimi.
    Sökəyirəm dodaqlarımı
    həsrətimin buz aynasına,
    Soyuq nəfəsində çırpınıram,
    Özümü məhbəsdə sanıram.
    Gəlmə görüşümə, gəlmə
    Gəlsən də danışma, dinmə…
    Get.. bütün ümidlərim sənin olsun,
    Təkcə sənsizliyimia aparma….

    BİLMİRƏM

    Sən ömür baharı, mən könül qışı,
    Haraya gedəcək bu yol, bilmirəm.
    Mən bəxtin önündə payız yağışı,
    Alırsan könlümü gəl al, bilmirəm.

    Ayrılıq deməyə gəlmədi üzüm,
    Verdiyin vədəndə qışladı sözüm,
    Həsrəti eyləyib dağ, dərə, düzüm,
    Çəkdin sinəm üstə min yol, bilmirəm.

    Könlümün evinə bir yol uçduğun,
    Gözümdən gizlənib nədən qaçdığın,
    Hər məni görəndə geniş açdığın,
    Kimlərə açılır o qol, bilmirəm.

    Deməyin sərxoşam, xumar çəkibdi,
    Mənə nə dağ çəkib o yar çəkibdi,
    De kimin saçına tumar çəkibdi,
    Əlimdə buzlayan o əl, bilmirəm..

    Mənbə: https://edebiyyat-az.com

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ABİ

    Adımız bir, soyumuz bir,
    Əziz dostsan vətənimdə,
    Biz sirdaşıq, biz qardaşıq,
    Xoş günümdə, dar günümdə,
    Gələsən abi.

    Bir babanın övladıyıq,
    Can deyərəm nə söyləsən,
    Ağlayanda ağlayasan,
    Mən güləndə sevinəsən,
    Güləsən abi.

    Dalğalanır bayrağımız,
    Uca tutum qoy başımı,
    Yaxına gəl tut əlimdən,
    İstəyirəm göz yaşımı,
    Siləsən abi.

    Hay ver mənim harayıma,
    Tanrı qoy qorusun bizi,
    Gəl bağrıma basım səni,
    Gərək sən də dərdimizi ,
    Böləsən abi.

    Bir cənnətdir məkanımız,
    Doğma, əziz məmləkətik.
    Canımız bir, qanımız bir,
    İki dövlət bir millətik,
    Biləsən abi.

    DAĞLAR YOL VERİN

    Elim-obam boş qalıbdı,
    Yaz ömrümü qış alıbdı,
    Dərd qəlbimdə yurd salıbdı,
    Dağlar yol verin, yol verin.

    O bağlar, bağçalar hanı,
    Neyləyirəm xəstə canı,
    Qalıb dərdimin dərmanı,
    Dağlar yol verin, yol verin.

    Bu nə ömürdü, bilmirəm,
    Qəlbim açılmır gülmürəm,
    Ah çəkən şeyda bülbüləm,
    Dağlar yol verin, yol verin.

    Yollarımı bağlamayın,
    Ürəyimi dağlamayın,
    Məni yoldan saxlamayın,
    Dağlar yol verin, yol verin.

    Qürbət elə yurd demərəm,
    Ayrılıqdı ən acı qəm,
    Həm Lələyəm, həm də Kərəm,
    Dağlar yol verin, yol verin.

    Əziz Musa dözmür daha,
    Yalvarır hər gün Allaha,
    Batmayın bir də günaha,
    Dağlar yol verin, yol verin.

    GÜLÜM

    Güllərin incəsi, qönçəsi, təri,
    Ömrümün günümün nurlu səhəri,
    Xoşbəxtəm mən səni görəndən bəri,
    Səndən özgəsinə baxmaram gülüm.

    Günəş olan yerdə nə ulduz, nə ay,
    Mənim qismətimə düşən gözəl pay,
    Sən məni özünə hər vaxt yaxın say,
    Səndən özgəsinə baxmaram gülüm.

    Qurbanın olaram əgər istəsən,
    Ceyran baxışlısan, boyu bəstəsən,
    Könül sarayımın sultanı sənsən,
    Səndən özgəsinə baxmaram gülüm.

    Yatıb yuxuda da görürəm səni,
    Unutmaz heç zaman sevən sevəni,
    Başqa birisinə qısqanma məni,
    Səndən özgəsinə baxmaram gülün,

    Adınla bağlıdır hər şirin sözüm,
    Mən səni seçmişəm, sevmişəm özüm,
    Baxsam özgəsinə, kor olsun gözüm,
    Səndən özgəsinə baxmaram gülüm.

    ANA

    Elə sevinirdim, elə gülürdüm,
    Özümü yenə də uşaq bilirdim,
    Yox idi niskilim, yox idi dərdim,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Yuxuda saçımı sığallayırdın,
    Mənə şirin-şirin layla çalırdın,
    Təndir qalayırdın, çörək salırdın,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Başımı qoymuşdum dizinin üstə,
    Saçların düşmüşdü gözümün üstə,
    Bir nəğmə var idi o, şirin səsdə,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Mənim hər kəlməmə can-can deyirdin,
    Nağıl söyləyirdin, dastan deyirdin,
    Canını canıma qurban deyirdin,
    Bu gecə yuxuma gəlmişdin ana.

    Qara qaşlarını çatırdın yenə,
    Ömrümə bal-şəkər qatırdın yenə,
    Arxamca sərin su atırdın yenə,
    Bu gecə yuxuma gəlmişdin, ana.

    Sönməz qaladığın bu od, bu ocaq,
    Ruhun narahatdı göylərdə ancaq,
    Bilirəm, bu günüm nurlu olacaq,
    Bu gecə yuxumuma gəlmişdin, ana.

    Mənbə: https://edebiyyat-az.com

  • Kənan AYDINOĞLU.Rübailər (Dünya haqqında)

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Ağladım göz yaşım silmədi dünya,
    Yaşadım qədrimi bilmədi dünya.
    Fərqi yox, yaşanan ömrün hər günü,
    Dərdimi mənimlə bölmədi dünya.

    Cücərdib, becərməz dəni bu dünya,
    Gül olsam qoparmaz məni bu dünya.
    Bu dünya dəyişib alt-üst olsa da,
    Haqq yola aparmaz məni bu dünya.

    Xeyirdən ayırıb şərinə çəkər,
    Bəşər öövladını dərinə çəkər.
    Savabı-günahı qarışıb salıb,
    Cənnət-cəhənnəmdən birinə çəkər.

    Dolanar, fırlanar gah solu, sağı,
    Istər ki, başlara əritsin dağı.
    Bu gün çıxmadısa, inan ki, sabah,
    Bu dünya insana kəsilir yağı.

    Biz çəkən dərdləri birgə çəkənməz,
    Nizamla arpanı bu gün əkənməz.
    Nə qədər çalışıb vuruşsa belə,
    Ətəkdən xoş əməl yerə tökənməz.

    Göynədər qəlbləri kaman, tar kimi,
    Aldadar başları dövlət, var kimi.
    Günah dəryasında bəşər övladın,
    Əridər sonunda dümağ qar kimi.

    Bir bəşər oğluna durmadı arxa,
    Əvvəldə yalançı, sonunda darğa.
    Yenə nağılını söyləyib gəlir,
    Bu dünya hər insan çatanda qırxa.

    Kədəri hər gözə ələyən dünya,
    Qara əməllərçün mələyən dünya.
    Alimə, cahilə elə əzəldən,
    Cəhənnəm rarzusu diləyən dünya
    .
    Oxumuş alimi taxta saxlamaz,
    Ağlasa bəşərlə birgə ağlamaz.
    Vədələr söyləyən açıq dodağın,
    Götürüb açarla yenə bağlamaz.

    Fərhadı Şirindən uzaq eyləyər,
    Ona sığınannı qonaq eyləyər.
    Kitab tək yığılan arzu, istəyi,-
    Alışıb yetməyən ocaq eyləyər.

  • Kənan AYDINOĞLU.”Allaha yalvarış”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    (Anam haqqında)

    Uzat ki, ömrünü anamın, Allah,
    Şükür söyləməkdə davam eyləsin.
    Peyğəmbər, İmamlar, Məsumələrə,
    Salavat göndərib, salam eyləsin.

    Mərhəmət nurunu əskik eləmə,
    Bu gün də anamın gözündən, Allah!
    Əfv edib günahı ömrün bu günü,
    Tökülsün min sevinc üzündən, Allah!

    Qayğılı gözüylə var ehtiyacı,
    Övladın, nəvənin ona baxmağa.
    Sənə yalvarıram, yalvarıram mən,
    Qıyma göz yaşını vaxtsız axmağa.

    Dinləyib övladdan bir xoş xəbəri,
    Yaşarıb gözləri sevincdən dolsun.
    Həkimin qoyduğu yeni diaqnoz,
    Çevrilib sonunda yenə puç olsun.

    Qoyma ki, məni də böyüdən anam,
    Kaman tək sızlayıb, ney tək inləsin.
    Ruhunu oxşayıb, əzizləyəndə,
    Mübarək aəyədən bir-bir dinləsin*.

    Sənin tək bir olan Uca Allahın,
    Bəndəyə sevincli min fərmanı var.
    Üzmədim ümidim səndən heç zaman,
    Çünki hər dərdin də min dərmanı var.

    *Müqəddəs və təməl kitabımızın mübarək ayələri nəzərdə tutulur.

  • Kənan AYDINOĞLU.“Məhəmmədhüseyn Şəhriyara məktublar” silsiləsindən

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    ŞƏHRİYARIN HARAYI

    Şəhriyarın o taydakı harayı,-
    Süleymanın harayına qarışır.
    “Azərbaycan” yenə doğma vətənə,
    Məğrurluqdan, azadlıqdan danışır.
    Yəhər üstə at belində igidlər,
    Doğma yurdda, doğma eldə yarışır.

    ŞİMAL-CƏNUB HƏSRƏTİ

    Deyəsən, ay ustad, şimal həsrəti,
    Cənub həsrətinə qardaş olacaq.
    Dağ boyda bir dərdi tarixə yazan,
    Yanaqdan süzülən bir yaş olacaq.
    Mənzum məktubunun cavablarını,
    Şimala yollayan dağ, daş olacaq.
    Qorxuram, sonunda qılınc qaldıran,
    Ərənlər yurdunda göz, qaş olacaq.

    USTADA KİÇİK SUAL

    Heydərbaba dağlarının yaşıl-yaşıl ətəkləri,
    Ya yaxından, ya uzaqdan söylə görək görünürmü?!
    Zərrə-zərrə şirə çəkən arıların pətəkləri,
    Doğma kəndin, el-obanın arxasınca sürünürmü?!
    Qarlı gündə oğrun-oğrun güllərinin çiçəkləri,
    Al qumaşa, qızıl rəngə bəs yayda da bürünürmü?!
    Savalının ətəyindən ordan bura görünürmü?!

    YOLUNU GÖZLƏYİR
    BU TORPAQ SƏNİN

    Bağlanan sərhədə dirəklər çəkmək,-
    O tayın, bu tayın həsrəti oldu.
    Ustad Nizaminin böyük heykəli,-
    Bir qəlbin bir qəlbə hörməti oldu.

    Üstündən nə qədər ötüşdü illər,
    Nə sözün kəsildi, nə də əsərin.
    Tökdü göz yaşını əsrlər boyu,
    Geniş xatirəli ayna Xəzərin.

    Tehran da, Təbriz də yanaşı durub,
    Yolunu gözləyir, yolunu, şair!
    O tay da, bu tay da unudarmı heç,
    Bir şair oğlunu, oğlunu, şair?!

    İnan ki, torpağın ehtiyacı var,
    Sənin tək alovlu yanar bir cana.
    Bəs niyə qayıdıb gəlmirsən, denən,
    “Şairlər torpağı Azərbaycana?!”.

    Gərək ki, şerinin hər bir kəsəri,
    Bir elin-obanın dağ-daşı olsun!
    Haraylı şeirin Kövkəb ananın,-
    Yanaqdan süzülən göz yaşı olsun!

  • Xalq şairi Zəlimxan YAQUB.”Gəlmişəm”

    Alıb çiyinlәrimә ömür adlı bir yükü,
    Qışdan yaza çıxmışam, yazdan yaya gәlmişәm.
    Yağış kimi hopmuşam torpağın ciyәrinә,
    Süzülüb çeşmәlәrә, axıb çaya gәlmişәm.

    Şimşәklә, ildırımla döyüşüm, davam olub,
    Könlümdә tufanlarım, başımda havam olub.
    Qarlı zirvә, dağ döşü, mәnim ilk yuvam olub,
    Güllәri-çiçәklәri saya-saya gәlmişәm.

    Dәn-dәn olub, әlәnib, әlәyindәn keçmişәm,
    Çәrxindә fırlanmışam, fәlәyindәn keçmişәm.
    Beşiyindәn çıxmışam, bәlәyindәn keçmişәm,
    Haqqın mәnә verdiyi haqqı-saya gәlmişәm.

    Ağladım, gözlәrimin yaşını sildi dünya,
    Qәdir ağacı әkdim, qәdrimi bildi dünya.
    Mәn ki doğulmamışdım, mәnim deyildi dünya,
    Dünya mәnim olanda mәn dünyaya gәlmişәm.

  • Xalq şairi Zəlimxan YAQUB.”Suç mənim”

    Aldanmışam sәrvәtinә dünyanın,
    Ömrüm-günüm yalan mәnim, puç mәnim.
    Nahaq yerә yaxasından yapışdım,
    Tәqsir mәnim, günah mәnim, suç mәnim.

    Beş-altı gün yas paltarı geyәrlәr,
    Hәrdәn yaxşı, hәrdәn yaman deyәrlәr.
    Ehsanımı şirin-şirin yeyәrlәr,
    Qırxa qәdәr yeddi mәnim, üç mәnim.

    Qәlәm alsın baş daşımı yazanlar,
    Bel götürsün mәzarımı qazanlar.
    Ay Zәlimxan, ağı desin ozanlar,
    Kәfәn mәnim, karvan mәnim, köç mәnim.

  • Xalq şairi Zəlimxan YAQUB.”Məkkə yolu”

    Bu yol Mәkkә yoludu,
    Bu yol şәrәf-şan yolu.
    İnsana, insanlığa,
    Nurlu Kәhkәşan yolu.

    Göydәn gәlәn sәslәrin,
    Sәsi duyan kәslәrin,
    Əsil müqәddәslәrin,
    Əbәdi nişan yolu.

    Ürәkdәn gәlәn sözün,
    Sözdәn yaşaran gözün,
    Gözdә alışan közün,
    Hәddini aşan yolu.

    Arzuların, kamların,
    Sevgi dolu camların,
    Haqqa qul adamların,
    Qaynayıb daşan yolu.

    Fürsәt verәr duyana,
    Canı haqqa qıyana.
    Günahını yuyana,
    Ən böyük imkan yolu.

    Gedәn dost, gәlәn Hacı,
    Peyğәmbәrin meracı.
    Bütün yolların tacı,
    Din yolu, iman yolu.

    Bu yol Mәkkә yoludu,
    Duyğuların saf yolu,
    Tövbә, etiraf yolu,
    Mәrhәmәt, insaf yolu.

    Fikirlәrin, hisslәrin,
    Su kimi şәffaf yolu!
    Haqq yolu, vicdan yolu,
    Din yolu, iman yolu!

    Gözsüzlәrә gur işıq,
    Cansızlara can yolu!
    Əbәdiyyәt yolunda
    Əbәdi nişan yolu!!!

    Bakı-Ciddә, 1994, iyul

  • Xalq şairi Zəlimxan YAQUB.”Məkkədə”

    Çağırdıq qadir Allahı,
    Yazıldı qismәt Mәkkәdә.
    Çәkdi bizi ziyarәtә,
    Ulu bir qüdrәt Mәkkәdә.

    Hәftәlәr aya qovuşdu,
    Çeşmәlәr çaya qovuşdu.
    Damla dәryaya qovuşdu,
    Yox oldu hәsrәt Mәkkәdә.

    Şәkәr imiş sözdәn ötrü,
    İşıq imiş gözdәn ötrü,
    Zәmzәm suyu bizdәn ötrü,
    Oldu bir şәrbәt Mәkkәdә.

    Fikir fikrә heyran oldu,
    Sәsimizi yayan oldu.
    Baxanlara әyan oldu,
    Əsil hәqiqәt Mәkkәdә.

    Yerdәn göyә mәhәbbәt var,
    Göydәn yerә mәrhәmәt var.
    Haqqa doğru hәrәkәt var,
    Bircәdi sifәt Mәkkәdә.

    Nur yaranıb, zor doğulub,
    İmam, peyğәmbәr doğulub.
    Əli kimi әr doğulub,
    Kәbәsi Hikmәt Mәkkәdә.

    Dilindә Quran ayәsi,
    Üstündә haqqın sayәsi.
    Allahdandı sәrmayәsi,
    Tükәnmәz sәrvәt Mәkkәdә.

    Geyindik ehram paltarı,
    Ağlığı dağların qarı.
    Yeridik qiblәyә sarı,
    Qıldıq ibadәt Mәkkәdә.

    Sevgi çәlәngi, gül toxuduq,
    Ətir daddıq, gül qoxuduq.
    İmama rәhmәt oxuduq,
    Yezidә lәnәt Mәkkәdә.

    Aydınlığı haqqın nuru,
    Tәmizliyi sudan duru.
    Bu şöhrәti, bu uğuru,
    Yaradıb qeyrәt Mәkkәdә.

    Əl vuranda qara daşa,
    Az qalır ki, ağlın çaşa.
    Nә gördüksә başdan-başa,
    Heyrәtdi, heyrәt, Mәkkәdә.

    Nahaq yerә ürәk yarma,
    Haqq olmasan, haqqa varma.
    Ey insan, cәnnәt axtarma,
    Gәzdiyin cәnnәt Mәkkәdә.

    Baxışlardan nur tökülür,
    Dodaqlardan dürr tökülür.
    Hәr yerdәn şükür tökülür,
    Yoxdu şikayәt Mәkkәdә.

    Tarix qәdim, dәrgah ulu,
    Torpaq odlu, çeşmә sulu.
    Kim olsa Allahın qulu,
    Çәkmәz xәcalәt Mәkkәdә.

    Baxın Kәbәnin yaşına,
    Dünya dolanır başına.
    Toz qonsa bircә daşına,
    Qopar qiyamәt Mәkkәdә.

    Ən uca dövlәt kimidir,
    Ən dadlı qismәt kimidir,
    Allaha xidmәt kimdir,
    Kәbәyә xidmәt Mәkkәdә.

    Hәr ürәk bir dolu camdı,
    Hәr könül bir yanan şamdı.
    Sabaha bir ehtiramdı,
    Dünәnә diqqәt Mәkkәdә.

    Bir tanış ol, yaxşı tanış,
    Qәlәmim, yaz, dilim, danış.
    Allah әli toxunmamış,
    Yoxdu bir sәnәt Mәkkәdә.

    Ər demişik әrәnlәrә,
    Haqqa könül verәnlәrә.
    Mәhәmmәdi görәnlәrә,
    Var bir şәrafәt Mәkkәdә.

    Yaxın gәlmәz ağrı-acı,
    İman olsa başın tacı.
    Zәlimxan da oldu Hacı,
    Tapdı sәadәt Mәkkәdә!

    Mәkkә, 1994, iyul

  • Xalq şairi Zəlimxan YAQUB.”Şairin andı”

    “Ey qadir Allah! Sənə ona görə səcdə eləmirəm ki, Sənin cənnə ti nə tamahım var, ona görə səcdə eləmirəm ki, Sənin cəhənnə mindən qorxuram. Sənə ona görə səcdə edirəm ki, Sən bu səcdəyə layiqsən”. Həzrəti Əli.

    Allah evi! And içirәm,
    Ərәnlәrin canı haqqı!
    Mәni sәnlә görüşdürәn,
    Vaxtın xoşbәxt anı haqqı!

    Ürәklәrin dolu camı,
    Könüllәrin yanan şamı,
    Gecәlәrin dadı, tamı,
    Sübhün nurlu danı haqqı!

    Fikri sәf-sәf olanların,
    Haqqa tәrәf olanların,
    İşi şәrәf olanların,
    Ölmәz adı-sanı haqqı!

    Düzün gülü, dağın qarı,
    Göyün nuru, yerin barı,
    Güldәn şirә çәkәn arı,
    Bal süzdürәn şanı haqqı!

    Tәmizlәrin tәravәti,
    Halalların lәyaqәti,
    Zirvәlәrin әzәmәti,
    Otun, suyun sanı haqqı!

    Doğan günün, xoş saatın,
    Üzә gülәn bir hәyatın,
    Yerin, göyün, Kainatın,
    Əbәdi nişanı haqqı!

    Mәnim fikrim, mәnim hissim,
    Haqq yolundan dönmәyәcәk!
    Əqidәmin qulluğunda,
    Mәhәbbәtim sönmәyәcәk!

    Əl vurub Kәbә daşına,
    Olmuşamsa haqq aşığı –
    Mәnim süfrәm indәn belә,
    Haqq xörәyi, haqq qaşığı!

    Ey evimә gәlәn qonaq,
    Süfrәmdә şәrab görmәzsәn.
    Canımda bir narahatlıq,
    Ruhumda әzab görmәzsәn.

    Haqqı sәpә bilmәyәnlәr,
    Hәqiqәti dәrә bilmәz.
    Heç kәs mәni әqidәmdәn,
    Yolumdan döndәrә bilmәz!

    Qarışqa mәndәn incimәz,
    Danışaram, dilim tәmiz.
    Yatanda yatağım halal,
    Qalxanda mәnzilim tәmiz.

    Özünü yormasın şeytan,
    Onu yaxına qoymaram.
    Ömrüm boyu haqq yolunda
    Qılıncı qına qoymaram!

    İnanıram, mәn әl vursam,
    Əlim qumu göyәrdәcәk.
    Nәfәsim daşlar üstünә,
    Düşәn tumu göyәrdәcәk!

    Minadan ucalan eşqim,
    Kәbәdәn güc alan eşqim,
    Mәkkәdә hac olan eşqim,
    Saf toxumu göyәrdәcәk!

    Mәn ki qırx beş yaş içindә,
    Zәvvar oldum ziyarәtә,
    Girdim Kәbә qapısından,
    Durdum haqqa ibadәtә.

    Mәn ki Zәmzәm bulağında,
    Əl-üzümü yuya bildim,
    Göz gördü, qulaq eşitdi,
    Hәqiqәti duya bildim.

    Mәn ki ehram paltarına,
    Cәnnәt әtri sәpә bildim.
    Dilim “Allah!” deyә-deyә,
    Qara daşdan öpә bildim.

    Mәn ki Mәkkә xatirәli,
    Bir sәfәrin zәvvarıyam.
    Peyğәmbәrin Mәdinәsi,
    Bir şәhәrin zәvvarıyam.

    Bulaqların gözü kimi,
    Ruhun tәmiz olmalıdı.
    Könüllәri isitmәyә,
    Eşqin dәniz olmalıdı!

    Gәlәn gәlmiş axın-axın,
    Daha mәnә indәn belә.
    Hamı doğma, hamı yaxın,
    Hamı әziz olmalıdı!

    Bu söhbәti mәn demirәm,
    Bu Hikmәti Quran deyir.
    Haqqın ulu dәrgahına,
    Öz evitәk varan deyir.

    Meraca çapıb atını,
    Dindә tapıb hәyatını,
    Göyün yeddinci qatını,
    Bir gecәdә yaran deyir.

    Ziyarәti qәbul olan,
    Hekayәti mәqbul olan,
    Allahına Rәsul olan,
    İman әhli iman deyir.

    Ulu tanrım! Varlığımı,
    Bu imana layiq eylә!
    Peyğәmbәrin damarından,
    Axan qana layiq eylә!

    Daha mәnә ölüm yoxdu,
    Daha mәnә zaval yoxdu.
    Daha mәnim dәftәrimdә,
    Hәqiqәt var, xәyal yoxdu!

    Daha mәnim yeriyәndә,
    Büdrәmәyә haqqım yoxdu.
    Daha mәnim danışanda,
    Titrәmәyә haqqım yoxdu!

    Əlin harama haqqı yox,
    Dilin yalana haqqı yox.
    Qәlbin kinә-küdurәtә,
    Nәfsin talana haqqı yox,

    Qadir Allah, daha mәnim,
    Günahımı bağışlama!
    Bir nemәtә әyri baxsam,
    Tamahımı bağışlama!

    Şair könlüm, indәn belә,
    Günah sәnin işin deyil.
    Alan alsın, verәn versin,
    Tamah sәnin işin deyil!

    Çәkil xәlvәt bir guşәyә,
    Qәlәm olsun, varaq olsun.
    Qәlbin, ruhun haqq yolunda,
    Şölәlәnәn çıraq olsun!

    Dözüm min-bir әzabına,
    Hәr haqqına, hesabına.
    Canım qurban kitabına,
    Canı cana layiq eylә!

    Haqqın yerdә nişanıyam,
    Övliyalar mehmanıyam.
    Hәr kimin ki heyranıyam,
    O heyrana layiq eylә!

    Dәrk elәdim hikmәtini,
    Bildim ki, nәyә layiqsәn.
    Sәcdә qılır bәşәr sәnә,
    Sәn bu sәcdәyә layiqsәn!

    Qayaların sinәsindәn,
    Qalxan atәşә layiqsәn.
    Gedәn vaxta, gәlәn günә,
    Doğan Günәşә layiqsәn!

    Buludların yağışına,
    Çiçәklәrin naxışına,
    Ulduzların baxışına,
    Göyün rәnginә layiqsәn!

    Bu qurğunun, bu nizamın,
    Öz әlinlә yanan şamın,
    Bu әbәdi ehtişamın,
    Xoş ahәnginә layiqsәn!!!

    Mәkkә-Bakı, 1994, avqust

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Zaməddin oğul

    Hərdən Karqayaya yolun düşəndə,
    Sənin yanındayam zənn elə mən də.
    Məni o cənnətə apar özünlə,
    Bax o gözəlliyə heyrət gözümlə.
    Dinlə, nə danışır o dağ yelləri,
    Dinlə, ilk uşaqlıq laylamı çalan,
    Orda qərib səsli anadilləri,
    Ah, həsrət illəri, həsrət illəri.

    Bakı, 08.10.1997

    Şirin dilim

    Saçlarından tel əsəndə,
    Telinə qurban olmuşam.
    Dilin sözə tələsəndə,
    Dilinə qurban olmuşam.

    Təzə çıxan süd dişinə,
    Qəh-qəhəli gülüşünə.
    Tırıp- tırıp yerişinə,
    Çox baxıb heyran olmuşam.

    Yanağının gülü solsa,
    Könlün bir an tutqun olsa,
    Bir ağrıyla gözün dolsa,
    Mən ürəyi qan olmuşam.

    Keçib getdi ayım, ilim,
    Sən açıldın, qönçə gülüm,
    ” Ana” deyən gündən dilin,
    Ən xoşbəxt insan olmuşam.

    MÜƏLLİMİM
    O elə şəfqətli, elə gözəldi,
    Yox idi gözümdə heç bərabəri.
    O, bir arzu idi, xoş bir əməldi,
    Yaşayır könlümdə illərdən bəri…

    Necə məlahətli, qəşəngdi səsi
    Axan saf suların təranəsitək;
    Necə də istiydi doğma nəfəsi,
    Necə də böyükdü köksündə ürək!

    Qarlı qış axşamı soyuq küləklər
    Körpə ürəklərə gətirəndə qəm,
    Onun bir sözüylə açar çiçəklər,
    Nura qərq olardı elə bil aləm!

    Min nəğmə gələrdi qulağımıza
    Daim çiçəklənən könül bağından.
    Elə bil çıxırdıq təzə bir yaza
    Soyuq, cansıxıcı qış otağından.

    O bizim şəfqətlə sığallayanda
    Hərdən başımızı bir ana kimi
    Onun ətrafında biz də bu anda
    Olardıq nur görmüş pərvanə kimi.

    Heyif ki, əl çatmaz o gözəl günə,
    Aradan keçmişdir neçə qış, bahar!
    Ancaq saçlarımın üstündə yenə
    Sanki o əllərin hərarəti var.

    Ah, ey uşaqlığın gözəl günləri,
    Əziz müəlliməm, hardasınız siz?
    O məktəb illərim dönsəydi geri,
    Önündə hörmətlə indi çöküb diz —

    Deyərdim: — Bu şeirim, sənətim üçün
    Həmişə, həmişə borcluyam sənə.
    Şərəflə keçirib ömrünü bütün,
    Nəsillər böyütdün doğma vətənə.

    Sözü inci kimi düzdün dilimə,
    Öyrətdin düşünüb cümlə qurmağı.
    Qələmi bir dayaq edib əlimə,
    Çox usta çıxartdın uca bir dağı.

    Coşqun bir çay kimi, bir bulaq kimi
    Sən həyat eşqilə coşdun, çağladın,
    Mümkün olsa idi açmaq qəlbimi
    Görərdin orada həkk olub adın.

    Sən uşaq könlümün eşqi, ilqarı,
    Andıydın, ustadım, dostum, yoldaşım!
    Bununçün bu adı daşıyanların
    Önündə hörmətlə əyilir başım.

  • Xalq şairi Hüseyn ARİF.”Dünya necə boşalıbdır?”

    Nə gündəyəm, nə kökdəyəm,
    Ağrılarım baş alıbdı.
    Başı fikir, ürəyi qəm,
    Gözlərimi yaş alıbdı.

    Xəzan yeli vaxtsız əsir,
    Yer tələsir, göy tələsir.
    Yol, izi payız kəsir,
    Qapımızı qış alıbdı.

    Dayan tufan, dayan külək,
    Qoy dinəlsin yorğun ürək.
    Arif getdi Hüseyn tək,-
    Dünya necə boşalıbdı.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Dərdin alım”

    Çiçəklərdən səni könlüm,
    Dilər keçər, dərdin alım!
    Xəyalın tez-tez yanımdan
    Gülər küçər, dərdin alım!

    Dağ başını aldı duman,
    Körpə quzu anasından,
    Azıb ayrı düşən zaman,
    Mələr keçər, dərdin alım!

    Demə: dünya bir qəfəsdi,
    Mahnıların quru səsdi…
    Eşq, sevda bir həvəsdi,
    Gələr keçər, dərdin alım!

    Bahar çağı, səhər erkən,
    Göy çəməndə gəzəndə sən,
    Bilirsənmi ürəyimdən,
    Nələr keçər, dərdin alım?!

    1943.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.Seçmə şeirlər

    * * *

    Azadlıq həsrəti var
    Yenə titrək səsində.
    Neçə quş dustaq qalıb
    Köksünün qəfəsində,

    Burda yurd salma, gülüm,
    Bura vətən yeridir.
    Üfüqə gedənlərin,
    Gözdən itən yeridir…

    1991.

    * * *

    Sal qayadan daman su,
    aləm duman,
    hər yan duman,
    gəlib-gedir zaman-zaman
    bu yerlərdən dümağ duman…

    Günəş çıxır lap kəlləyə,
    dözmür duman sərt küləyə,
    seyrəlir, dağılır duman ,
    ağlama, ağlama, dayan,
    ey bu yolların yolçusu,
    ey yetim doğulan insan,
    bir ora bax,
    sırğa kimi düşür yerə
    kar baxtının qulağından,
    sal qayadan daman duman…

    1991.

    * * *

    Gün doğanda ceyran gözü
    gün batanda tülkü gözü,
    gün kəllədə olanda
    gözəl qadın gözü işıldar, yanar…
    Ay doğanda bayquş gözü,
    Ay batanda oğru gözü,
    zil qaranlıq düşəndə
    gözəl qadın
    gözü işıldar, yanar…

    1991.

  • Xalq şairi Səməd VURĞUN.Seçmə şeirlər

    Meysiz, məzəsiz can ilə canan ola bilməz!
    Sevda dediyin hər kəsə meydan ola bilməz!

    Arifləri dindir ki, nədir şer ilə sənət?
    Şair yaranan ömrə peşiman ola bilməz!

    Könlüm evi bir gülşənə bənzər ki, əzizim,
    Min badi – xəzan əssə də viran ola bilməz!

    Qəlbin, ürəyin odlarına yanmasa bir söz
    Dillərdə, ağızlarda o dastan ola bilməz!

    Girdim günəşin qoynuna, minbir səhərim var,
    Bülbül də mənim, gül də , zimistan ola bilməz.

    Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar
    Dünyada bir ad qoysa da, insan ola bilməz!

    Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,
    Bundan da gözəl bir daha dövran ola bilməz!

    Anam gəlini

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

    Öpsün ayağını çöldə çiçəklər,
    Quşların avazı bir toya dönsün.
    Tökülsün sinənə qara birçəklər,
    Gözəllik dünyada açıq görünsün
    Quşların avazı bir toya dönsün.

    Sən ilk pərisisən şеrin, sənətin,
    Adın tarixlərdə bir yadigardır.
    Günəşdən rəng alan bir məhəbbətin
    O açıq alnında işığı vardır,
    Adın tarixlərdə bir yadigardır.

    Hüsnünü örtməsin nə pərdə, nə rəng,
    Ay kibi saf dolan, gün kibi açıq,
    Kеçmişin üstünə qələm çəkərək,
    Vuruş mеydanında vuruşmağa çıx,
    Ay kibi saf dolan, gün kibi açıq.

    Könlümdə sirri var, tərlan sonamın
    Bütün gözəlliyin gözüdür insan,
    Zülmətdə şam kibi sönmüş anamın
    Ölüm qisasını alaq dünyadan
    Bütün gözəlliyin gözüdür insan.

    Bеşikdən başlamış ölümə qədər,
    Tarixlər yazılır sənin əlinlə.
    Səndədir yaraşıq səndədir hünər,
    Şеirim qanad çalır hər əməlinlə
    Tarixlər yazılır sənin əlinlə.

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İstəməsəydim”

    İstəsəydim səni səndən alardım,
    Gozəlləri öz taxtından salardım.
    Ürəyimi ürəyinə çalardım,
    Sən yanardın, mən baxardım tüstünə.

    Ulduz olub öz zirvemdən enərdim,
    Dövrəndəki mələkləri yönərdim.
    Al laləyə, qərənfilə dönərdim,
    Səpilərdim yollarının üstünə.

    İstəsəydim vusalına yeterdim,
    Mən gül olub ürəyində bitərdim,
    Orda bülbül fəryadıyla ötərdim,
    Mən yanardım, sən baxardın tüstümə.

    Ölsəm, bir gün gəl qəbrimin üstünə,
    Bircə dəstə bənövşə qoy, bəsimdir.
    Baş üstündə bir qaranquş ötəcək,
    O da sənə minnetdarlıq səsimdir ..

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Qürbət nədir”

    Qürbət nədir,
    Soyuq üzlü bir diyar
    Kədəri çox, sevinci az bir bahar
    Nə ananın layla səsi var orda,
    Nə atanın xoş nəfəsi var orda,
    Sanırsan ki,
    Nə yolların, cığırların adı var,
    Nə də yanan ocaqların
    İstisi var, odu var.
    Qürbət eldə qanadlanmaz arzular…

  • Xalq şairi Mirvarid DİLBAZİ.“Vətənin keşiyində”

    Mirvarid Dilbazinin “Vətənin keşiyində” şeirində əri cəbhədə olan qadın oğlunu da müharibəyə yola salır. Əsgər isə anasının sözlərini belə xatırlayır:

    Laylasında anam mənə
    Belə demiş dönə-dönə:
    “Bir anan mən, biri Vətən.
    Yadda saxla bunları sən,
    Canın kimi sev Vətəni,
    O bəsləmiş, oğul, səni.
    Bayrağını möhkəm saxla
    Sərhədini tez-tez yoxla.
    Atan qızıl komandandır,
    Qorxu bilməz bir insandır.
    Qəhrəman ol, oğul, sən də
    Qoru bizi böyüyəndə”.
    Gözəl Vətən, gözəl Vətən,
    Xidmətində durmuşam mən.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”İncənin yolları burma-burmadı…”

    İncənin yolları burma-burmadı…
    Yolçu oldum yollar məni yormadı,
    Elə bilmə,el halımı sormadı?..
    Qərib gəldim,qərib getdim vətəndən!

    Bu el mənim nənəm-babam elidi,
    İncə çayı,göz yaşımın selidi,
    Mən gəlmişəm,il ayrılıq ilidi,
    Cənnətdəyəm,bura gəlib-gedəndən!

    İncə kəndim,sazın-sözün vətəni,
    Şair etdin,səni qəlbən sevəni,
    Mirvaridəm,könlüm sənə güvəni,
    Anadiltək,İsaq-Musaq ötəndən.

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Yadıma uşaqlıq illərim gəlir”

    Lalədən biçəndə donunu dağlar,
    Yadıma uşaqlıq illərim gəlir.
    İşıqlı, günəşli, əlvan bir bahar,
    Gözəl obalarım, ellərim gəlir.

    Min nəğmə səsləyir elə bil mənə,
    Anır məhəbbətlə min könül məni.
    Yadımda yurdumun çölü, çəməni,
    Zümrüd çeşmələrim, göllərim gəlir.

    Tez yatan çovğunlar, ötən boranlar,
    Gəzib dolaştığım dağlar, aranlar.
    Şehli çəmənlərdə qaçdığım anlar
    Yadıma islanan tellərim gəlir.

    Əziz uşaqlığın uzaq illəri,
    Qar altdan dərdiyim novruz gülləri,
    Yadıma baharın ilıq yelləri,
    Nəğmələr oxuyan dillərim gəlir.

  • “Hece Taşları” aylık şiir dergisinin 54. sayısı yayında

    Rahatlık bir çakırdikeni gibi, batmaya başladı insanoğluna, yalın ayak altta don yok gezerken, yufka arasına bulursa soğan, bulamazsa suyu katık ederek, yediği günleri hesaba katmaz, dünyanın yarısı kıtlık çekerken, çocuklar babasız boyun bükerken, analar içini göğe dökerken, kimisi kasapta eti beğenmez, kimi lionslara kapağı atar, kimi cemaatte kazan kaynatır, sınırsız özgürlük naralarıyla, nefsini put yapıp tapan tapana.

    Ar çatladı yırtık hayâ perdesi, aynalarda görünmüyor yüzümüz, görmezlikten gelir herkes herkesi, başörtüsü artık moda aracı, soyunmanın adı cüretkar oldu, hünsalar meydanda eylem yapıyor, bel altına kaydı aşkın anlamı, hayvanlar insandan utanır oldu, sözün doğrusuna kulak asan yok, ellerimiz bizim ele benzemez, tarih tekerrür mü ediyor yoksa, nerde yanlış yaptık ulu hocalar, yaşasın Sodom ve Gomore deyip, şeytanın yoluna sapan sapana.

    Parti de pırtı da demokrasi de, oyunun içinde başka bir oyun, menfaat nerdeyse koçlar orada, koyunlara bol bol melemek düşer, şehir eminleri eskisi gibi, zorla seçilmiyor iş kolaylaştı, işkembeden fazla atan kazanır, üyelerden çok parayı bastıran, ne kadar ekmekse o kadar köfte, sürgit işler kazan kazan mantığı, nasıl olsa deniz devletin malı, lisans yetmez oldu namussuzluğa, yemeyeni enayiden sayarlar, fırsatını bulup kapan kapana.

    Anlaşılan dünya artık yaşlandı, tövbe kapıları kapanmak üzre, maç başladı hıncahınç bir statta, herkes sendi sahasında oynuyor, kimi gölgesine çalım atıyor, kimi top çevirir kendi kendine, Meksika dalgası tribünlerde, herkes kendi kalesine şut çeker, onsekiz içinde on bir kişinden, atak yapan olmaz rakip sahaya, herkes kendi kalesine gol atar, kendi sahasında kaybeder herkes, İsrafil’in sur düdüğü elinde, Allah’ın ipinden kopan kopana.

    Tayyib ATMACA

  • Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

    Hörmətli həmvətənlər!
    Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.
    Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir.
    Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.
    Əziz bacı və qardaşlarım!
    Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy, bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin.
    Qurban bayramınız mübarək olsun!

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 9 avqust 2019-cu il.

    Mənbə: https://president.az

  • Görkəmli Azərbaycan bəstəkarı Üzeyir HACIBƏYOV

    Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli (tam adı: Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov; 18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.[1][2] Üzeyir Hacıbəyovun əsərləri dünya musiqi incilərindən sayılır.[3]

    Azərbaycanın əməkdar incəsənət xadimi (1935), SSRİ xalq artisti (1938), Stalin mükafatı laureatı (1941), “Lenin ordeni” və “Qırmızı əmək bayrağı” ordeni laureatı, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948).[4] Azərbaycan SSR və Azərbaycan Respublikası himnlərinin bəstəkarı,[5] müsəlman şərqində ilk operanın müəllifi. [6][7]

    Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Ећirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur.[8] Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Ећirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.Onun həyatında Abbasovlar ailəsi böyuk rol oynayırdı.

    Üzeyirdən başqa ailənin bütün uşaqları Ећuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Ећuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Ећirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Ећuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Ећirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Ећuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Ећirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Ећuşaya gətirirlər.[9]

    Valideynləri Ağcabədidən Ећuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Ећuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Ећövkət Ələkbərovanın ilk musiqi müəllimi olmuşdur.

    Köməyə görə təşəkkürümüzü bildiririk : Coşqun Qurbanlı

    Qori seminariyasında təhsili

    Üzeyir Hacıbəyov Qori seminariyasının tələbələri arasında (birinci cərgədə, solda), 1904, arxada Müslüm Maqomayev oturubdur
    Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır.[8] Onun dünyagörüşünün formalaşmasında seminariya böyük rol oynamışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə Azərbaycan opera musiqisində öz sözünü deyəcək Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.[10]

    Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir

    Üzeyir Hacıbəyovun Bakıya gəlişi
    Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs demişdir. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq В«HəyatВ» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan В«İrşadВ» qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirir.[11] Rus yazıçısı Nikolay Qoqolun В«ЕћinelВ» povestini Azərbaycan dilinə tərcümə edir.

    1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar В«İqbalВ» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.[12]

    Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.

    Ölümün bir addımlığında
    1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Ећərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.

    Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.

    1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: “Özünüz həll edin”. Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.[13]

    Üzeyir Hacıbəyov 1948-ci il 22 noyabrda vəfat etmişdir.

    Yaradıcılığı
    Publisistika
    Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni iqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.[14] “Molla Nəsrəddin” jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə etmişdir: “Adı bəy, özü Filankəs”, “Anaş Qurbağa”, “Tısbağa”, “Qatilov”, “Behmankəs”, “Cin”, “Xoca Lələ”, “Bızbıza”, “Çoban”, “Əqrəb” (ehtimal olunur), “Qaf”, “Beş”, “İdarədən”, “Lal uşaq”, “Bala uşaq”, “Gendən baxan”, “Gendən qulaq asan”, “Yalançı” və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.[15]

    Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığı vaxtı ilə dövri mətbuat səhifələrində В«Ordan-burdanВ» ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü. Hacıbəyovun В«Bazar söhbətiВ», В«MəzhəkəВ», В«TəhsilВ» kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayə; В«Rəfiqimdən məktubВ», В«Üçüncü dəlləkВ», В«Məclisimizin duzuВ» В«O, heç!В», В«Tərəqqi və gerilikВ», В«Ha fikir edirəm başa düşmürəm!В» kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların uzlərinə vurur, fəaliyyətsiz В«qlasnılarıВ» barsız ağaclara bənzədir. Ü. Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn В«Dövlət DumasıВ», В«Ata və oğulВ», В«MoizəВ» və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.[16]

    Bütün ömrü boyu Üzeyir bəy Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salmış, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazmışdır. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm də sovet Azərbaycanının himnlərini müəllifi olmuşdur.

    Operalar

    Üzeyir Hacıbəyov, 1913-cü il
    Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün, maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhimbəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər.

    Leyli və Məcnun
    Əsas məqalə: Leyli və Məcnun (opera)

    “Leyli və Məcnun” operasının afişası, 1908-ci il
    Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni təqvimlə 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Ећərqində opera sənətinin əsası qoyulmuşdur. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazmışdır. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər.

    Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, “Leyli və Məcnun” poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulmuşdur. “Leyli və Məcnun” ilə musiqi tarixində operanın yeni növü – muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı В«Leyli və MəcnunВ» poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Ећərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı. Azərbaycanda ilk opera olan В«Leyli və MəcnunВ» xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan opera və balet teatrının səhnəsində oynanilir.[17] Azərbaycan operasının məhz Füzulinin В«Leyli və MəcnunВ» poeması əsasında yazılması təsadüfi deyil. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürürdü. Səməd Vurğun çox doğru olaraq Üzeyirə “Ey Füzuli şerinin bir bəstəkar qardaşı!”—deyə müraciət edirdi.[18]

    Məcnun rolunun ilk ifaçısı Hüseyinqulu Sarabski olmuşdur. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əliövsət Sadıqov, Ећirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa etmişlər.

    Yarandığı gündən sevilən, musiqisi və sözləri dillər əzbərinə dönən “Leyli və Məcnun” operası milli mədəniyyətimizin şanlı salnaməsinəçevrildi. Operanın səhnələşdirilməsində əsas problem Leyli rolunun ifaçısını seçmək idi. XX əsrin əvvəllərində Azərbaycanda qadın aktyorları səhnədə problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu Operaya gətirərək Leyli rolunu ona təklif edir. İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Yenə də təsadüf nəticəsində Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir.

    Sonralar Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan səhnəyə Sona Hacıyeva, Məhbubə Paşayeva,Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olmuşdur.[19]

    Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Ећeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Ећah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Ећahnamə” əsərinin motivləri əsasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir.[20]

    Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə etmişdir.

    Üzeyir Hacıbəyov, 1946-cı il
    1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında “Koroğlu” operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan “Koroğlu” operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir.[21] Elə həmin il Üzeyir Hacıbəyov “Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülmüşdür.

    Koroğlu operası
    Əsas məqalə: Koroğlu (opera)
    1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və Məmməd Səid Ordubadinindir) Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbacan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmışdır.[22]

    O, “Koroğlu” operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Ећərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir.

    1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Arşın mal alan”, “Koroğlu” operaları böyük maraqla qarşılanır. Hər iki operaya baxan Stalin bəstəkarın yaradıcılığını yüksək qiymət verir. “Koroğlu”nu zamanıda yaradılan opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət görür ki, “Bir yox, iki belə opera yaratmaq lazımdır”.

    Stalinin göstərişi ilə Azərbaycandan gələn nümayəndə heyətinin şərəfinə ziyafət təşkil edilir. Deyilənə görə, həmin məclisdə Üzeyir Hacıbəyova yuxarı başda Stalinlə Mircəfər Bağırovun yanında yer göstərilir. Stalin Üzeyir bəylə xeyli söhbət edir və söhbət əsnasında “Arşın mal alan” operasına hələ Gürcüstanda olarkən baxdığını bildirir, “Arşın mal alan”dan parçalar da oxuyur.

    Hacıbəyov həyatının son illərində “Firuzə” operası üzərində işləmişdir. Bu bitməmiş operadan təkcə Firuzənin ariyası qalmışdır.[23]

    Musiqili komediyalar
    Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirmiş, Azərbaycan və ümumiyyətlə Ећərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirmişdir. Hacıbəyov həm də böyük musiqişunas alim idi. O, müasir Azərbaycan elmi musiqişunaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır.

    Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
    Ər və arvad
    Əsas məqalə: Ər və arvad (musiqili komediya)
    Müsəlman şərqində ilk operetta da Üzeyir Hacıbəyovun adı ilə bağlıdır. Bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olmuşdur. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış etmişlər. Komediyalarının mətnini də Üzeyir bəy özü yazmışdır.

    O olmasın, bu olsun
    Əsas məqalə: O olmasın, bu olsun (operetta)
    1910-cu ildə Üzeyir Hacıbəyov “Ər və arvad”dan sonra ikinci operettasını yazır. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur. Əsərin musiqi partiyası ənənəvi xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya uzərində qurulmuşdur. “Uzundərə” lirik xalq rəqsinin bir qədər dəyişdirilən melodiyasından istifadə olunmuş və Məşədi İbadın ilkin xarakteristikasını verən “Mən nə qədər, nə qədər qoca olsam da” mahnısı bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat mubaliğəli səslənir. Əsərin sonuncu pərdəsində təkrarlanan bu mahnı Məşədi İbadın mənəvi məğlubiyyətini göstərir.

    Sonralar “O olmasın, bu olsun” musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq Qafqazyanı ölkələrdə, eləcə də Türkiyədə, Bolqarıstanda, Yəməndə və digər məmləkətlərdə tamaşaya qoyulmuşdur.

    Arşın mal alan
    Əsas məqalə: Arşın mal alan (operetta)
    Üzeyir Hacıbəyovun üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. “Arşın mal alan” musiqili komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapmışdır. Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxumuşdur. Peterburq dövrü Hacıbəyovun yaradıcılığında mühüm rol oynamış, o, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaratmışdır. Üzeyir Hacıbəyovun yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilmiş, 100-dən çox teatrın səhnəsində oynanılmışdır. “Arşın mal alan” beş dəfə ekranlaşdırılmış, dəfələrlə qrammafon valına yazılmışdır.

    “Arşın mal alan” musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilmişdi. Bu, səssiz film olub.
    İkinci dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov “Arşın mal alan”ı yenidən ekranlaşdırmışdı. Lakin o bu işi görərkən nə müəllifdən icazə almış, nə də onunla məsləhətləşmişdi. Bu səbəbdən də cəmi iki gün nümayiş etdirilən film ekrana buraxılmamışdır.
    Üçüncü dəfə isə 1937-ci ildə ABЕћ-da yaşayan rejissor R.Mamulyan adlı bir erməni rejisor “Arşın mal alan”ı Üzeyir Hacıbəyovdan icazə almadan, ekranlaşdırmışdır. Filmdə Azərbaycan bəstəkarının adını göstərməmişdir.
    Dördüncü dəfə “Arşın mal alan” 1945-ci ildə Bakı kinostudiyasında ekranlaşdırılmış və bu musiqili film də dünyada geniş şöhrət qazanmışdır. Baş rolda Rəşid Behbudov çəkilib. Lakin əsərlərinə kimlərinsə düzəliş etmələri il heç cür barışmayan Üzeyir bəy “Arşın mal alan” bədii filmindən narazı qalmışdı. Filmə baxış sona yetəndən sonra Üzeyir bəy söz alaraq deyib: “Mənim övladım yoxdur. Əsərlərim mənim övladlarımdır. Heç kimin onlara toxunmağa haqqı yoxdur”.[13]
    1965-ci ildə isə “Arşın mal alan” musiqili komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə, musiqi redaktoru Fikrət Əmirov idi. Bu film uğurlu alınmışdı. Baş rolun ifaçıları Həsən Məmmədov, Murad Yegizarov, Nəcibə Məlikova, Leyla Ећıxlinskaya, [ çıları valeh etməkdədir. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belorus, gürcü və s. dillərə tərcümə edilmişdir.[24].
    Musiqili komediyaların siyahısı:

    1909 – “Ər və arvad”. 3 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1910-cu il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.
    1910 – “O olmasın, bu olsun”. 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915-ci ildə yazılmışdır). Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1911-ci il aprelin 25-də (mayın 8-də) Bakıda, Mayılov qardaşlarının teatrında olmuşdur.
    1913 – “Arşın mal alan”. 4 pərdədə. Librettosu Üzeyir Hacıbəyovundur. İlk tamaşa 1913-cü il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, Hacı Zeynalabdin Tağıyevin teatrında olmuşdur.
    İnstrumental müşayiətli xor əsərləri
    1919 – “Azərbaycan”. Xor və orkestr üçün. Sözləri Əhməd Cavadındır.
    “Milli marş”. Xor və orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    1930 – “Himn”. Xor və simfonik orkestr üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    1934 – “Kantata”. M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simfonik orkestr üçün.
    “Qızıl əsgər marşı”. Solist, xor və fortepiano üçün. Sözləri Məmməd Səid Ordubadinindir.
    1936 – “Azərbaycan xalq mahnılarının xor üçün işləmələri”. Xalq çalğı alətləri ansamblı və ya fortepianonun müşayiəti ilə xor üçün (“Ay bəri bax”, “Gedək gəzək bağçada”, “Aman nənə”, “Nə gözəldir”, “Lolo”, “Sən gözəl”, “Ləlli”).
    “Süvari marşı”. Xor və fortepiano üçün.
    “Piyadalar marşı”. Xor və fortepiano üçün.
    1938 – “Kantata”. Solist, xor, simfonok orkestr və rəqs qrupu üçün. Sözləri Süleyman Rüstəmindir.
    “Ölməz sənətkar Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibətilə”. Xor və fortepiano üçün. Sözləri H. Natiqindir.
    1939 – “Kantata”. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün.
    1942 – “Vətən və cəbhə” kantatası. Solist, xor, simfonik orkestr və rəqs qrupu üçün. Sözləri Üzeyir Hacıbəyovundur.
    “Ey Vətən”. Xor və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    1945 – “Azərbaycan SSR Dövlət himni”. Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğun və Süleyman Rüstəmindir.
    “Qələbə himni” (“Zəfər himni”). Xor və simfonik orkestr üçün. Sözləri Səməd Vurğunundur.
    “Stalinə salam”. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
    1947 – “Kantata”. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simfonik orkestr üçün. Sözləri Süleyman Rüstəmindir.
    Orkestr əsərləri 1928—1933
    “Kolxoz çöllərində”. Xalq çalğı alətləri orkestri üçün.
    “Arazbarı”. Simfonik orkestr üçün.
    “Təntənəli marş”. Azərbaycan Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simfonik orkestr üçün.
    “Fantaziya в„–1”. Xalq çalğı alətləri orkestri üçün.
    “Fantaziya в„–2”. Xalq çalğı alətləri orkestri üçün.
    “Cəngi”. Xalq çalğı alətləri orkestri üçün (1941).
    Kamera-instrumental əsərləri 1925—1945
    “Aşıqsayağı”. Skripka, violonçel və fortepiano üçün.
    “Uşaq albomu”. Fortepiano üçün.
    “Sonatina”. Fortepiano üçün.
    “Uşaq pyesləri”. Fortepiano üçün.
    Xoreoqrafik miniatürlər (1919)
    Azərbaycan. “Qaytağı” (Dağıstan).
    Romans-qəzəllər
    Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyov üçün yeni bir ilham mənbəyi olmuşdu. Nizami qəzəllərinin dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri yaratmağı tələb edirdi. “Sənsiz”, “Sevgili canan” kimi qəzəl incilərinə layiq musiqi əsərləri yaradan böyük sənətkarımız, Üzeyir Hacıbəyov olmuşdur. Nizami dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz romansların yaradılmasına səbəb oldu.[25]

    “Sənsiz”. Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Cəfər Xəndanındır) (1941). Ећikəsteyi-fars üstündə yazılmışdır. “Sənsiz” qəzəli bir tənhalığın, sənsizliyin ürək çırpıntısıdır.[26]
    “Sevgili canan”. Səs və fortepiano üçün. Sözləri Nizami Gəncəvinindir (Azərbaycan dilinə tərcüməsi Mirvarid Dilbazinindir) (1943). “Bayatı Ећiraz” muğamı üzərində qurulmuşdur. “Sevgili canan” qəzəli bir gözəlin tə’rifini verir.[27]
    Mahnılar
    “Çırpınırdı Qara dəniz”. Səs və fortepiano üçün. Sözləri Əhməd Cavadındır (1918).
    “Yetim quzu”. Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).
    “Bir quş düşdü havadan”. Səs və fortepiano üçün. Sözlərinin müəllifi məlum deyil (1927).
    “Qaragöz”. Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir (1930).
    “Komsomolçu qız”. Səs və fortepiano üçün. Sözləri Məmmədhüseyn Təhmasibindir (1932).
    1933—1934
    “Süvari mahnısı”. Səs və fortepiano üçün. Sözləri H. Natiqindir.
    “Pilotlar”. Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
    “Bayram günü”. Səs və fortepiano üçün. Sözləri M. Seyidzadənindir.
    “Çağırış”. Səs və fortepiano üçün. Sözləri S. Əliyevanındır (İlk variantı “Mazut” adı ilə 30-cu illərdə yazılmışdır) (1941).
    “Ећəfqət bacısı”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur. İfa edən: Ећövkət Ələkbərova (1941)
    1942
    “Vətən ordusu”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    “Yaxşı yol”. Səs və fortepiano üçün. Sözləri Süleyman Rüstəmindir. İfa edən: Ећövkət Ələkbərova
    “Ananın oğluna nəsihəti” Səs və fortepiano üçün. Sözləri aşıq M. Bayramovundur.
    “Döyüşçülər marşı”. Səs və fortepiano üçün. Sözləri Səməd Vurğunundur.
    Filmoqrafiya
    Arşın mal alan (film, 1917)
    Arşın mal alan (film, 1945)
    O olmasın, bu olsun (film, 1956)
    Arşın mal alan (film, 1965)
    Haqqında çəkilən filmlər
    Üzeyir Hacıbəyov (film, 1965)
    Üzeyir Hacıbəyov (film, 1976)
    Üzeyir ömrü (film, 1981)
    Üzeyir Hacıbəyov (film, 1986)
    Elmlər Akademiyasında fəaliyyəti
    SSRİ Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar tarixli qərarı ilə SSRİ EA Azərbaycan Filialı Azərbaycan SSR EA-ya çevrildi. Həmin il Azərbaycan SSR EA-ya 15 həqiqi üzv seçildi. Onun ilk heyətində Ü.Hacıbəyov, S.Vurğun, M.İbrahimov, Y.Məmmədəliyev, M.Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, M.Mirqasımov, Ећ.Əzizbəyov, Ə. Əlizadə, M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və İ.İ.Ећirokoqorov daxil oldu. Azərbaycan EA İncəsənət İnstitutu 1945-ci ildə böyük Azərbaycan bəstəkarı, akademik Üzeyir Hacıbəyov tərəfindən yaradılıb və ilk dövrlər Azərbaycan İncəsənət Tarixi İnstitutu adlanırdı. 1945-1948-ci illərdə bu institutun direktoru Üzeyir bəy olmuşdur.

  • Görkəmli Azərbaycan bəstəkarı Zülfüqar HACIBƏYOV

    Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (17 aprel 1884 – 30 sentyabr 1950) — bəstəkar, Azərbaycanın əməkdar incəsənət xadimi (1943), Azərbaycan Musiqili Komediya Teatrının banilərindən biri.

    Həyatı

    Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Ећuşa şəhərində anadan olub. Zülfüqarın kiçik qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında oynadığı “böyük qardaş” rolu haqda sənədlər, söhbətlər, xatirələr çoxdur. Bu barədə onun öz xatirələri də vardır. Professional Azərbaycan musiqisinin banisi Üzeyir Hacıbəyov, bəstəkar və dirijor Müslüm Maqomayev, səhnə ustaları Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski kimi sənətkarlar sırasında Zülfüqar Hacıbəylinin də məxsusi yeri vardır.

    Bəstəkar Üzeyir Hacıbəyovun qardaşıdır.
    Bəstəkar və dirijor Niyazinin atasıdır.
    Yaradıcılığı
    Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – “50 yaşında cavan”ın (1910) müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Mətni də, musiqisi də Zülfüqar Hacıbəyova məxsus olan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir.

    Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Tiflisdə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda, Ећuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən “Aşıq Qərib” operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Lakin, naməlum səbəblərdən nə o zaman, nə də sovet hakimiyyəti illərində bu əsər tamaşaya qoyulmadı.

    XX əsrin 20-ci, 30-cu illərinin məşhur mahnıları olan “Kənd qızı”, “Çoban qız”, “Əsgər nəğməsi” məhz ilk bəstəkar mahnıları sayılır. Klassik musiqinin yaradılmasında da Zülfüqar Hacıbəyovun zəhməti böyükdür.

    O, 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu, məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazmışdır.

    Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Elə həmin ilin sentyabrında Zülfüqar Hacıbəyov dünyasını dəyişir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycan musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndi. “Evli ikən subay”, “11 yaşlı arvad və varlı” musiqili komediyaları və “Aşıq Qərib” operası Zülfüqar Hacıbəyova böyük şöhrət gətirdi.[1]

    Əsərləri
    Musiqili komediyalar
    “Əlli yaşında cavan” (1909)
    “On bir yaşlı arvad” (1911)
    “Evliykən subay” (1911)
    Operalar
    “Aşıq Qərib” (1915)
    “Nüşabə” – Nizaminin “İskəndərnamə” poeması və Abdulla Ећaiqin librettosu əsasında, yarımçıq qalıb
    “Üç aşiq və ya Məlikməmməd” – yarımçıq qalıb
    Vokal əsərlər
    Nəğmələr: “Kəndçi qızı”, “Çoban qızı”, “Əsgər nəğməsi” və s.
    “Azərbaycan” kantatası
    Digər əsərlər
    “Kölə qadınların rəqsi” simfonik əsəri (1932) ona böyük şöhrət gətirir
    Xalq Çalğı Alətləri Orkestri üçün “Cəngi” – Fikrət Əmirovla birgə
    Filmoqrafiya
    Almaz (film, 1936) (tammetrajlı bədii film) – Niyazi ilə birgə bu filmə musiqi yazmışdır
    Üzeyir ömrü (film, 1981)
    Maestro Niyazi (film, 2007)

  • Görkəmli Azərbaycan bəstəkarı Qara QARAYEV

    Qara Əbülfəz oğlu Qarayev (d. 5 fevral 1918 — ö. 13 may 1982) — görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu, SSRİ Xalq Artisti (1959), Stalin mükafatı laureatı (1946, 1948), Lenin mükafatı laureatı (1967), Sosialist Əməyi Qəhrəmanı (1978), Lenin, Oktyabr İnqilabı və Qırmızı Əmək Bayrağı ordenlərinin laureatı, SSRİ Ali Sovetinin deputatı, AMEA-nın akademiki. Müharibədən sonrakı dövr Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.

    Həyatı

    Qara Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim-pediatr Əbülfəz Qarayevin və Sona xanım İskəndər qızının ailəsində anadan olmuşdur. Qara Qarayev nəslində özünü musiqi sənətinə həsr eləmiş ilk adamdır. Ata tərəfi Abşeronun Fatmayı kəndindən, ana babası İskəndər bəy Axundov isə Ећamaxının məşhur nəsillərindən idi. Bu ailə 20-ci əsrin Bakı ziyalıları kimi çox da zəngin deyildi.[1] 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930–cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Ећaroyevin fortepiano sinfinin tələbəsi, 1935–ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (Leopold Rudolf) və Azərbaycan xalq musiqisinin əsasları (Üzeyir Hacıbəyov) siniflərinin tələbəsi olmuşdur. 1938–ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (A.N.Aleksandrov) tələbəsi olmuşdur. Bir müddət Bakıya qayıtdıqdan sonra 1946-cı ilədək yenidən Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin (Dmitri Ећostakoviç) tələbəsi olmuşdur.

    1982–ci il mayın 13-də Moskva şəhərində dünyasını dəyişmişdir. Bakıda dəfn olunmuşdur.

    Bəstəkar Fərəc Qarayevin atası, həkim-pediatr Mürsəl Qarayevin qardaşı və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmisidir.

    Fəaliyyəti
    1937–ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941–ci ildəMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944–cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur.

    1946–cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir.

    1948–ci ildə SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü seçilmiş, Azərbaycan Dövlət Konservatoriyasının dosenti, Azərbaycan Elmlər Akademiyasının memarlıq və incəsənət İnstitutunun musiqi bölməsinə rəhbərlik etməyə başlamışdır. 1949-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının direktoru olmuşdur. 1950–ci ildə SSRİ Nazirlər Soveti yanında SSRİ Dövlət mükafatları üzrə komitənin üzvü təyin edilmiş, 1952–ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin sədri seçilmişdir.

    1953–cü ildə Leninqrad Dövlət Kiçik (“Malıy”) opera teatrında “Yeddi gözəl” baletinin ilk tamaşası qoyulmuşdur.

    1954–1982-ci illərdə SSRİ Lenin və Dövlət mükafatları komitəsinin üzvü olmuşdur.

    1956–1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləmiş, 1957–ci ildə SSRİ kinematoqraf işçilər ittifaqının üzvü 1962-ci ilədək SSRİ Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü olmuşdur. 1955-1976-cı illərdə IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olmuşdur.

    1959–cu ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq kafedrasının professoru, Azərbaycan Elmlər Akademiyasının akademiki. 1960–cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü seçilmişdir.

    1961-ci ildə Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı əsəri əsasında yazdığı “İldırımlı yollarla” baletindən İkinci süitanın ifası ilə bağlı Los-Ancelesdə I beynəlxalq çağdaş musiqi festivalının iştirakçısı olmuşdur.

    1963–ci ildə Leninqrad Kiçik (“Malıy”) opera teatrının qastrolları zamanı Qahirədə “Yeddi gözəl” baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964–cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı “İldırımlı yollarla” baletinin tamaşaya qoyulması ilə bağlı “Varşava payızı” çağdaş musiqi festivalında iştirak etmişdir.

    1965–ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

    1966-cı ildə Dirijorların İkinci Ümumittifaq müsabiqəsində münsiflər heyətinin sədri olmuş, sovet mədəniyyət və incəsənət ustaları arasında İspaniyaya səfər etmiş, Bakıda “Klassik süitanın” ilk ifası olmuşdur.

    1968–ci il aprelin 21–də Qorki (indiki Nijni Novqorod) şəhərində, aprelin 28-i Moskvada Violino ilə simfonik orkestr üçün Konsertin ilk ifaları olmuşdur.

    1969–cu ildə “Yeddi gözəl” baletinin və “Leyli və Məcnun” simfonik poemasının musiqisinə balet tamaşasının göstərilməsi ilə bağlı Parisdə keçirilən ümumdünya rəqs festivalına, sovet mədəniyyət və incəssənət ustaları arasında Yaponiyaya səfər etmişdir.

    1971–ci ildə “Qoyya” filmininə yazdığı musiqi ilə bağlı çəkiliş bölüyü ilə Almaniya Demokratik Respublikasında səfərdə olmuşdur.

    1972–ci ildə “Varşava payızı” çağdaş musiqi festivalında və bəstəkarlar ittifaqları katibliklərinin toplantılarında keçirilən balet artistlərinin İkincı beynəlxalq musabiqəsində münsiflər heyətinin üzvü olmuşdur.

    1973-cü ildə P.İ. Çaykovski adına V beynəlxalq musiqi musabiqəsinin münsiflər heyətinin üzvü, modal musiqi məsələləri ilə bağlı Türkiyədə keçirilən beynəlxalq konqresdə iştirak etmişdir.

    1976-cl ildə “Gənc bəstəkarların yetişdirilməsi” simpoziumunun işində iştirak etmiş, sovet və italyan bəstəkarlarının ikitərəfli iştirakı ilə bağlı İtaliyanın Pezaro şəhərinə səfər etmişdir.

    1978-ci ildə Ümumdünya müəllif hüquqları agentliyi konqresinin iştirakçısı kimi Parisdə səfərdə olmuş, Moskva operetta teatrında “Çılğın qaskoniyalı” müziklinin ilk tamaşası qoyulmuşdur.

    Qara Qarayev həmçinin gözəl müəllim olmuş, neçə-neçə gözəl bəstəkarlar yetişdirmiş, Azərbaycan musiqisinin tədqiqinə dair məqalələt dərc etdirmişdir.

    Adlar və mükafatlar
    “Əməkdə igidliyinə görə” medalı (1946)
    Stalin mükafatı (1946)
    “Vətən” operasına görə SSRİ Dövlət mükafatı (1946)
    “Leyli və Məcnun” simfonik poemasına görə Dövlət mükafatı (1948)
    Stalin mükafatı (1948)
    Azərbaycan SSR-in əməkdar incəsənət xadimi (1955)
    “Bir məhəlləli iki oğlan” filminin musiqisinə görə birinci Ümumittifaq sovet filmləri festivalının laureatı (1957)
    Azərbaycan SSR xalq artisti (1958)
    SSRİ Xalq Artisti (1959)
    “Uzaq sahillərdə” filminin musiqisinə görə Kiyevdə Ümumittifaq kino festivalında II Mükafat (1959)
    Qırmızı Əmək Bayrağı ordeni (1961)
    “Antoni və Kleopatra” tamaşasına yazdığı musiqiyə görə M.F.Axundov adına Mukafat (1965)
    “İldırımlı yollarla” baletinə görə Lenin mükafatı (1967)
    “İldırımlı yollarla” baletinə görə Lenin ordeni (1967)
    Oktyabr İnqilabı ordeni (1971)
    Sosialist Əməyi Qəhrəmanı (1978)[2]
    “1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” medalı
    Əsərləri

    Qara Qarayevin portreti (Adil Kərimov, Azərbaycan Milli İncəsənət Muzeyi)

    Qara Qarayevin heykəli
    Operalar

    “Vətən” (1945) – Cövdət Hacıyevlə birgə
    “Zəriflik” (1972) – fransız yazıçısı Anri Barbüsün əsəri əsasında qadın səsi və kamera orkestri üçün monodrama (1972)

    Baletlər

    “Yeddi gözəl” (1952)
    “İldırımlı yollarla” (1958) – Cənubi Afrika yazıçısı Piter Abrahamsının romanı əsasında yazdığı
    “Leyli və Məcnun” (1969) – eyniadlı simfonik poema əsasında birpərdəli xoreoqrafik poema
    “Don Kixot” simfonik qravürləri (2000) – eyniadlı simfonik qravürlər əsasında birpərdəli balet

    Müzikl

    “Çılğın qaskoniyalı” – fransız dramaturqu E.Rostanın “Sirano de Berjerak” komediyası əsasında Azərbaycan musiqisi üçün yeni olan müzikl

    Orkestr üçün əsərləri

    Leyli və Məcnun simfonik poeması (1947) – Nizaminin poeması əsasında
    “Yeddi Gözəl” simfonik süita (1949)
    “Don Kixot” simfonik qravürləri (1960) – ispan yazıçısı Migel de Servantes əsəri əsasında
    Üç simfoniya (1943, 1946, 1965) – III simfoniya Azərbaycan musiqisinə dodekfoniya yazı üsulunun gətirilməsi ilə əlamətdardır
    “Azərbaycan süitası” (1939)
    “Vyetnam süitası”
    Alban rapsodiyası (1952)
    Klassik süita (1966)
    Fortepiano və orkestr üçün “Gənclik” poeması (1937)
    Skripka və orkestr üçün konsert (1967)

    Kamera əsərləri

    İki simli kvartet
    Kvartettino
    Skripka və fortepiano üçün sonata
    Fortepiano üçün iki sonatina (1940, 1943), 24 prelüdiya (1951—1963)
    Nəfəsli və estrada orkestri üçün əsərlər, kinofilmlər, teatr tamaşaları üçün musiqilər.[3]

    Kamera vokal əsərləri

    Ömər Xəyyamın şeirlərinə səs və fortepiano üçün 6 rübai (1946)
    Aleksandr Puşkinin şeirlərinə səs və fortepiano üçün “Mən sizi sevirdim” və “Gürcüstan təpələrində” romansları (1949)

    Vokal-simfonik əsərləri

    “Könül mahnısı” kantatası (1938)
    “Sevinc mahnısı” kantatası (1947)
    Səs və caz orkestri üçün 3 noktürn (1958)
    “Partiyamız” kantatası (1959)
    “Dostluq himni” (1972)
    Xatirəsinin əbədiləşdirilməsi

    Bakı şəhərində Qara Qarayevin abidəsi
    1986-cı ildən Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda bəstəkarın xatirəsinə həsr olunmuş Beynəlxalq Müasir Musiqi Festivalı keçirilir.
    Bakıda metro stansiyası, Bakıda prospekt, İmişlidə küçə adı, Moskvada 75 nömrəli Uşaq Musiqi Məktəbi, Bakıda 8 nömrəli Uşaq Musiqi Məktəbi, Gəmi Qara Qarayevin adını daşıyır.
    Bakıda Qara Qaraevin yaşadığı evin divarında xatirə lövhəsi quraşdırılıb.
    3 fevral 2001-ci ildə Bakı şəhərinin 28 May küçəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Qara Qarayevin abidəsi açılıb.[4]
    20 iyun 2014-cü ildə Moskvada Qara Qaraevin 1973-cü ildən 1982-ci ilədək yaşadığı evdə xatirə lövhəsi açılıb.
    Filmoqrafiya
    Bəstəkar kimi

    Ordenli Azərbaycan (film, 1938)(tammetrajlı sənədli film)
    Bir ailə (film, 1943)(tammetrajlı bədii film)
    Xəzər dənizçiləri (film, 1944)(tammetrajlı sənədli film)
    Bakının işıqları (film, 1950)(tammetrajlı bədii film)
    Mingəçevir (film, 1950)(qısametrajlı sənədli film)
    Xəzər neftçiləri haqqında dastan (film, 1953)(tammetrajlı bədii-sənədli film)
    Bir məhəllədən iki nəfər (film, 1957)(tammetrajlı bədii film)
    Don Kixot (film, 1957)(tammetrajlı bədii film)(Rusiya)
    Onun böyük ürəyi (film, 1958)(tammetrajlı bədii film)
    Uzaq sahillərdə (film, 1958)(tammetrajlı bədii film)
    Dənizi fəth edənlər (film, 1959)(tammetrajlı bədii-sənədli film)
    Əsl dost (film, 1959)(tammetrajlı bədii film)
    Matteo Falkone (film, 1960)(qısametrajlı bədii film)
    Leyli və Məcnun (film, 1961)(tammetrajlı bədii film)
    İnsan məskən salır (film, 1967)(tammetrajlı bədii film)
    Nizami (film, 1982)(tammetrajlı bədii film)
    Yeddi gözəl (film, 1982)(tammetrajlı bədii film-balet)

    İştirak etdiyi filmlər

    Axşam konserti (film, 1948)(qısametrajlı sənədli film)
    Bülbül (film, 1968)(qısametrajlı sənədli film)
    Respublikam haqqında həqiqət (film, 1972)(tammetrajlı sənədli film)
    Ürək nəğməsi (film, 1989)(qısametrajlı sənədli film)

    Əsərlərindən istifadə edilən filmlər

    Doğma xalqıma (film, 1954)(tammetrajlı bədii-sənədli film)
    150 il. Mirzə Fətəli Axundov (film, 1962)(qısametrajlı sənədli film)
    Üçüncü simfoniya (film, 1968)(qısametrajlı sənədli film)
    Abşeron ritmləri (film, 1970)(tammetrajlı musiqili-bədii televiziya filmi)
    Dostluq himni (film, 1974)(qısametrajlı sənədli film)
    Əfsanələr aləmində (film, 1975)(qısametrajlı bədii film)(Rusiya)
    Nəğməkar torpaq (film, 1981)(tammetrajlı musiqili film)
    Əlvida, cənub şəhəri (film, 2006)(tammetrajlı bədii film)
    40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
    Həqiqətin özü (film, 2008)(tammetrajlı sənədli film)
    Ölüm növbəsi (film, 2009)(tammetrajlı bədii film)
    Üfüqü ötənlər (film, 2011)(tammetrajlı bədii-sənədli film)

    Haqqında çəkilən filmlər

    Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev (film, 1968)(qısametrajlı sənədli film)
    Qara Qarayev-60 (film, 1978)(qısametrajlı sənədli film)
    Bəstəkar Qara Qarayev. Opus-78 (film, 1979)(qısametrajlı sənədli film)
    İstinadlar
    Kayzen.az – Böyük musiqiçilər: Qara Qarayev
    Караев Кара Абульфаз оглы
    Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
    http://sia.az/az/news/social/391363-prezident-ilham-eliyev-xalq-musiqimiz-muam-seneti-umumdunya-musiqi-senetinin-zirvesidir
    Mənbə
    “”Uzaq sahillərdə” ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust.
    Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust.
    Hüseynova, M; Sultanov, Ə; Məmmədov, Y; Əliyev, S; Kazımov, R; Yusifov, Ə. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 22 avqust.
    Rəşid Ећəfəq. “Qara Qarayev-75: Azərbaycan musiqisinin iftixarı” //Odlar yurdu.- 1993,- 20 fevral.- в„– 5-6.- səh. 2.
    “Zamanın böyük bəstəkarı”. Vidadi Xəlilov. Ömür yollarında. Bakı: Nərgiz, 2012. – səh. 155.

  • Görkəmli Azərbaycan bəstəkarı Tofiq QULİYEV

    Quliyev Tofiq Ələkbər oğlu (7 noyabr 1917, Bilgəh, Bakı, Azərbaycan — 4 oktyabr 2000, Bakı, Azərbaycan) — bəstəkar, pianoçu, dirijor, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifi, Azərbaycan SSR-in xalq artisti (1964), Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.

    Həyatı
    Tofiq Quliyev 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə, 1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ећtrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib.

    1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə “Rast”, “Segah”, “Zabul”, “Dügəh” muğamlarını fortepianoda hazırlayıb.

    Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

    1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə “Qırmızı ordu” ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın “Qırmızı flot” hissəsinin rəhbəri olub.

    Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb.[1] 1948-ci ildə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1951-ci ildə aspiranturaya daxil olub və A.Qaukun rəhbərliyi altında elmi iş müdafiə edib. Həmin il “Azərbaycan xalq rəqsləri” toplusunu hazırlayanlardan biri olub.

    1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı “Azərbaycan mahnıları” musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib.

    XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən “Bakı payızı”nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

    Tofiq Quliyev 2000-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

    Ailəsi
    Ailəsinə hədsiz dərəcədə bağlı olan Tofiq Quliyevin nəvəsi – Cəmilə Muradasilovaya həsr etdiyi fortepiano üçün “Cəmilənin albomu” uşaq pyesləri məcmuəsindən uşaq musiqi məktəblilərinin repertuarında geniş istifadə edilir. Bundan başqa, Cəmilə Muradasilova Tofiq Quliyevin bəstəkarı olduğu 2 filmdə – “Ећir evdən getdi” və “Musiqi müəllimi” filmlərində çəkilib.

    Kinorejissor Eldar Quliyevin atasıdır.
    Ssenarist Nərminə Quliyevanın babasıdır.
    Cəmilə Muradasilovanın babasıdır.
    Musiqi əsərlərinin notları PDF
    Sənə də Qalmaz
    Ağacda Leylək
    Fəxri adları və mükafatları
    Azərbaycan SSR Xalq Artisti (1964)
    Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi (1958)
    Azərbaycan SSR Dövlət Mükafatı Laureatı
    SSRİ Qırmızı Əmək Bayrağı Ordeni (iki dəfə)
    SSRİ “Ећərəf nişanı” ordeni
    Xəzər Universitetinin fəxri doktoru
    “İstiqlal” ordeni — 07.11.1997[2]
    Filmoqrafiya
    İyirminci bahar (film, 1940)
    Səbuhi (film, 1941) – bəstəkar
    Qayğı (film, 1943)
    Bakı döyüşür (film, 1944)
    Qardaşlıq köməyi (film, 1944)
    Ећəfa nəğməsi (film, 1944)
    Əbədi odlar ölkəsi (film, 1945)
    İran Azərbaycanının paytaxtında (film, 1945)
    Zəfər bayramı (film, 1945)
    Çağırışa cavab (film, 1947)
    Sovet Azərbaycanı (film, 1948)
    Sovet Azərbaycanı (film, 1950)
    Doğma xalqıma (film, 1954)
    Alagöz yaylağında (film, 1955)
    Bəxtiyar (film, 1955) – bəstəkar
    Görüş (film, 1955)- bəstəkar
    Qızmar günəş altında (film, 1957) – bəstəkar
    Bakı və bakılılar (film, 1957)
    Ögey ana (film, 1958)- bəstəkar
    Onu bağışlamaq olarmı? (film, 1959) – bəstəkar
    Telefonçu qız (film, 1962) – bəstəkar
    Möcüzələr adası (film, 1963) – bəstəkar
    Arabaçı Həsən (Tacikfilm, 1965) – bəstəkar
    Əbədi qardaşıq (film, 1965)
    Sən niyə susursan? (film, 1966) – bəstəkar
    Azərbaycan elmi (film, 1969)
    O qızı tapın (film, 1970) – bəstəkar
    Sovet Azərbaycanının 50 illiyi (film, 1970)
    Mahnı qanadlarında (film, 1973)
    Nəsimi (film, 1973) – bəstəkar
    1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film)
    Dərviş Parisi partladır (film, 1976) – bəstəkar
    Xoşbəxtlik qayğıları (film, 1976) – bəstəkar
    Ећir evdən getdi (film, 1977) – bəstəkar
    Qayınana (film, 1978) – bəstəkar
    Əlavə iz (film, 1981) – bəstəkar
    Nəğməkar torpaq (film, 1981)
    Əzablı yollar (film, 1982) – bəstəkar
    Musiqi müəllimi (film, 1983) – bəstəkar
    Damğa (film, 1984)
    Layiqli namizəd (film, 1984)
    Tənha narın nağılı (film, 1984) – bəstəkar
    Cinayətin astanası (film, 1985)
    Sökmək asandır… (film, 1985)
    Xüsusi vəziyyət (film, 1986) – bəstəkar
    Küləyapardı (film, 1986)
    Mən Bakıda yaşayıram (film, 1986)
    Sürəyya (film, 1987) – bəstəkar
    Ürək nəğməsi (film, 1989)
    Nakəs (film, 1991) – bəstəkar
    Özüm və zaman haqqında (film, 1991)
    Qayıdış (film, 1992)
    Hər şey yaxşılığa doğru (film, 1997)
    Tikdim ki, izim qala. II film (film, 1997)
    Kədərimiz… Vüqarımız… (film, 1998)
    Tikdim ki, izim qala. III film (film, 1998)
    Məhv olmuş gündəliklər (film, 1999)
    Mirzə Babayev (film, 2001)
    Musiqişünas (film, 2001)
    Abşeron lövhələri (film, 2004)(qısametrajlı sənədli film)(AzTV) – musiqisindən istifadə edilən bəstəkar
    Oqtay Ağayev. Ötən günlər (film, 2004)
    Azərbaycan naminə (film, 2005)
    Unudulmuş qəhrəman (film, 2005)
    Ailəm (film, 2006)
    Bakı bağları. Qala Xaşaxuna qala (film, 2007)
    Bakı bağları. Mərdəkan (film, 2007)
    Bakı bağları. Türkan (film, 2007)
    Qəmbər Hüseynli (film, 2007)
    Absurdistan (film, 2008) (tammetrajlı bədii film) – musiqisindən istifadə edilən bəstəkar
    İstanbul reysi (film, 2010)
    Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) – musiqisindən istifadə edilən bəstəkar
    Mahnıları
    Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – Laylay – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – İlk bahar – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova & Mirzə Babayev – Qəmgin mahnı – sözlər: Zeynal Cabbarzadə
    Ећövkət Ələkbərova – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
    Ећövkət Ələkbərova – Rusiya mahnısı – sözlər: Ənvər Əlibəyli
    Ећövkət Ələkbərova – Gül oğlum – sözlər: Zeynal Cabbarzadə
    Rəşid Behbudov – Ağacda alma – sözlər: Ənvər Əlibəyli
    Rəşid Behbudov – Sənə də qalmaz – sözləri: Rəsul Rza
    Rəşid Behbudov – Qızıl üzük – sözləri: Rəsul Rza
    Rəşid Behbudov – Bakı – sözlər: Zeynal Cabbarzadə
    Akif İslamzadə – Axşam mahnısı – sözlər: Zeynal Cabbarzadə
    “Qaya” vokal ansamblı – Toy mahnısı – sözlər: Zeynal Cabbarzadə
    Mirzə Babayev – Sən mənimsən, mən sənin – sözlər: Zeynal Cabbarzadə
    Azər Zeynalov – Bəxtəvər oldum – sözlər: Xaqani Ећirvani
    İstinadlar
    Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 813.
    “T. Ə. Quliyevin В«İstiqlalВ» ordeni ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 1997-ci il tarixli, 640 nömrəli Fərmanı (azərb.)
    Mənbə
    Əhədoğlu, Y. “Belə bir ada da var” //Ədəbiyyat və incəsənət.- 1964.- 27 iyun.