Gürcüstan, Polşa, Ukrayna və Litvanın müvafiq strukturlarının birgə əməkdaşlığı sayəsində yeni beynəlxalq teatr festivalı təsis olunub.

AZƏRTAC xəbər verir ki, yeni festival “Trans/Missions-Rise of Eastern Art” adlanır.

Geniş miqyaslı olacaq festival əsasən dramaturgiyaya üstünlük verəcək. Bununla belə digər janrlar da burada təmsil oluna biləcək. Yaradıcı kollektivlər festivalda teatr tamaşaları ilə yanaşı, konsert proqramı, filmlər və sərgilər də nümayiş etdirə biləcəklər.

Burada həmçinin, məşhur aktyorlarla görüşlər də keçiriləcək.

Gürcüstanı bu festivalda İlya Çavçavadze adına Batumi Dövlət Peşəkar Dram Teatrı təmsil edəcək.

Teatrdan bildiriblər ki, festivalda Azərbaycan, Türkiyə, Moldova, Rusiya və digər ölkələrdə iştirak edə biləcəklər.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mənbə: azertag.az