Blog

  • Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

    Gecikmiş məhəbbət

    Sən gizli gəlmisən ömrümə, inan
    Bu gizli eşq ilə yaşayacağam.
    Dünyanın ən böyük yükü sayılan,
    Gecikmiş məhəbbət daşıyacağam.

    Sən mənim ömrümdə açan çiçəksən
    Onu ürəyimdə bəsləyəcəyəm
    Sən məni heç zaman görməyəcəksən,
    Mən səni hər zaman gözləyəcəyəm.

    Uzaqdan göz qoyub gözünə sənin,
    Sanki görəcəyam Allahımı mən.
    Düşüb qarış-qarış izinə sənin
    Əzbərləyəcəyəm yollarını mən.

    Səni zərrə-zərrə kəşf edəcəyəm
    Səni milyon kərə kəşf edəcəyəm
    Ərini, oğlunu öyrənəcəyəm,
    Rəngini, qoxunu öyrənəcəyəm.

    Hər günü adınla başlayacağam,
    Hər günü adınla bitirəcəyəm.
    Səni röyalarda axtaracağam
    Səni xəyallarda itirəcəyəm.

    Sən məni heç zaman duymayacaqsan
    Mən bütün ömrünü izləyəcəyəm.
    Sən mənə məhəl də qoymayacaqsan,
    Mən səni həmişə səsləyəcəyəm.

    Hər gün mənim üçün doğulacaqsan…
    Hər gün mənim üçün yox olacaqsan.
    Mənim sevincim də sən olacaqsan,
    Mənim kədərim də sən olacaqsan.

    Mən sənin adına hər saat, hər an
    Qəlbimdə məktublar yollayacağam.
    Sən heç vaxt fikrimdən çıxmayacaqsan
    Mən heç vaxt yadında qalmayacağam.

    Beləcə…həsrətlə qocalacağam,
    Belə enəcəyəm, ucalacağam.

    Keçib hər alovdan, keçib hər oddan,
    Böyük əzabımdan şad olacağam.
    Sən mənə həyatda ən doğma adam
    Mən sənə yaddan da yad olacağam.

    Sən ömr edəcəksən ayrı adamla
    Mən kiməm, nəçiyəm bilməyəcəksən.
    Bir gün bu dünyadan sənin adınla
    Köçüb gedəcəyəm, bilməyəcəksən.

    Mənim ölməz şeirlərim

    Xoş gəlmisiz bu dünyaya, balalarım,
    Sevinclərim, əzablarım, bəlalarım.
    Siz gəldiniz, bilirsiniz neylədiniz?
    Oğul idim, məni ata eylədiniz.
    Qəşənglərim, kifirlərim, keçəllərim,
    Fərman verib
    Anama da nənə adı
    bəxş eyləyən dəcəllərim.
    Aşıb-daşdı evimizdə gülüşünüz,
    Bilirsizmi nələr etdi gəlişiniz?
    Gəlişiniz qələm çəkdi dincliyimə,
    Gəlişiniz nöqtə qoydu gəncliyimə.
    Siz gəldiniz, öz-özümü unutdum mən,
    Siz gəldiniz, “mən” sözünü unutdum mən.
    Hara getsəm indi sizi düşünürəm,
    Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
    Hara getsəm sizin üçün dən yığıram,
    Nə dən yığsam üçünüzə tən yığıram.
    Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu
    Mirzənin,
    Bircə kərə demirəm ki, bu da mənim.
    Anam deyir: -Heç özünə baxmayırsan, oğul,
    tamam,
    Vallah, sənə özüm paltar alasıyam.
    Nə eləsin axı anam,
    Onlar mənim balamdırsa,
    Mən də onun balasıyam.
    Çiçəksiniz, həyatımla bitirmişəm,
    Bu dünyaya mən üç insan gətirmişəm,
    Milyonların qabağında cavabdehəm
    onlar üçün,
    İstəyirəm şer deyəm onlar üçün.
    Oxusunlar ağılları kəsən zaman,
    Öz oğlundan, öz qızından küsən zaman.
    Salam mənim Mirzələrim, Vüqarlarım,
    Müşfiqlərim,
    Evimizin çıraqları – işıqlarım.
    Siz ölməzlik abidəsi,
    Əsrlərə gedib çatan ata səsi.
    Sizin üçün gündüz əsib, gecə əsib,
    Soyuqları, istiləri dilim ilə yalamışam.
    Sözlərimin mən boyundan min yol kəsib,
    Sizin xırda boyunuza calamışam.
    Arzularım, əməllərim,
    Mənə oxşar diri sözlü, diri gözlü
    heykəllərim.
    Yuxunuzdan duran zaman gecələri
    İtirirəm sətirləri, hecaları,
    dil-dil ötən ilhamım da dildən düşür,
    Qoca nənə, cavan ana əldən düşür.
    Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
    asam,
    Kiçik Müşfiq istəmir ki, şer yazam,
    Kim deyim bu dərdimi,
    Böyük Müşfiq sağ olsaydı bu halıma
    dözərdimi?!
    Sizin üçün qənd alaram, bal alaram,
    Min arzumu, istəyimi qanadaram.
    Sizi, əziz balalarım,
    Sətir-sətir böyüdürəm,
    Misra-misra yaradıram.
    Sevinclərim, əzablarım,
    Yüz-yüz susan, yazılmayan şerlərə
    cavablarım.
    Vaxt olub ki, dediyimdən dönməmişəm –
    sizin üçün!
    Vaxt olub ki, vəzifəli bir alçağın
    Qabağında dinməmişəm sizin üçün!
    Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
    Bu dünyaya verib sizi,
    Sonra sakit,
    Sonra rahat, bu dünyadan gedəcəyəm.
    Belə ömür mənə xoşdur.
    Öz səhvini görməyənlər,
    Heç nə yaza bilməyənlər
    Məndən sonra desələr ki, az yazmışdır,
    Onda çıxın ortalığa,
    Ömrüm boyu yaratdığım şerlərim –
    işıqlarım.
    Onda çıxın ortalığa,
    Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!

    1965

  • Xalq şairi Nəbi XƏZRİ.Seçmə şeirlər

    Mənim ürəyim

    Hər payız dərdimi pıçıldayaraq,
    Tökülür ağacdan sapsarı yarpaq.
    Dinlə, o həsrətlə səslənən qovaq,
    Mənim ürəyimdir, mənim ürəyim.

    Məhəbbət sonsuzdur, ömürsə qısa,
    Nə olar, sədaqət əbədi qalsa!
    Kimin ürəyində bir tel qırılsa,
    Mənim ürəyimdir, mənim ürəyim.

    Üzlərdə, gözlərdə sevgi oxunur,
    Məhəbbət ürəkdən-ürəyə qonur.
    Gözəllər gözündə o atəş, o nur
    Mənim ürəyimdir, mənim ürəyim.

    Bulağam, suyumdan doyunca için!
    Çəmənəm, mehriban-mehriban keçin!
    Min çiçək içindən bir lalə seçin-
    Mənim ürəyimdir, mənim ürəyim.

    Şairin qəlbində min bir dilək var,
    Çələng toxumağa gül var, çiçək var.
    Nə qədər dünyada sevən ürək var,
    Mənim ürəyimdir, mənim ürəyim.

    * * *

    İllər gəldi, təzə – təzə
    İşıq verdi qəlbə, gözə
    Düşdu bizim bəxtimizə,
    Məşəl kimi, yanan ürək.

    Xalqın, elin, diləyidir,
    Vaxtın, əsrin, gərəyidir.
    Ürəklərin, ürəyidir.
    Məşəl kimi yanan ürək..

    Sözü doğma, özü əziz,
    Göylər işıq, səma təmiz.
    Oldu nurlu talleyimiz.
    Məşəl kimi yanan ürək.

    İllər gəlib, parlaq – parlaq
    Çiçəklənib ana torpaq
    Sabahlara yol açacaq
    Məşəl kimi yanan ürək.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ürək”

    Qələm əlimdədir, danışmır ürək,
    Bu nədir, elə bil heç mən deyiləm.
    Görəsən nə üçün alışmır ürək,
    Yoxsa şairliyə vida deyirəm?

    Gözlərim görməsin bircə o günü,
    Dəftəri açmamış, sinəmi açım.
    Bilsəm susdugumu, ya söndüyümü
    Sətrim qəbrim olar, nidam baş daşım!

    Elə oturmuşam, deyərsən buzam,
    Bir soyuq meh dəyir üzümə hərdən.
    Düzü nə yorğunam, nə yuxusuzam
    Nə oldu, bəs mənə nə oldu birdən?

    Ağardı saçlarım başımda tək-tək,
    Görünən dağlara çatıb aşıram.
    Bundan tutulmusan bəlkə, ay ürək?
    Bəlkə görübsən ki, başqalaşıram?

    Ağ güllər bitirir bu qara torpaq,
    Hələ ki, qaradır yal-yamacları.
    Əvvəl ağ saçları sayırdım, ancaq
    İndi də sayıram qara saçları.

    Qoy başım ağarsın, qınamaz heç kim,
    Təki deməsinlər əsərsiz oldu.
    Bədənim od tutub, yanır ürəyim,
    De, niyə sən bundan xəbərsiz oldun?

    Səni gözləmişəm əlimdə qələm,
    Əsibdi ruhuma sərin bir külək.
    Sən gizli yanmısan, mən bilməmişəm,
    Qələmi götürdən sənmişsən demək.
    Nə yaman qorxuzdun məni ay ürək…

  • Xalq şairi Zəlimxan YAQUB.”Özün yazdın hər qisməti”

    Bu öy mənim öyüm deyil,
    Özünsən öyün sahibi.
    Tikən də sən, yıxan da sən,
    Bu kəndin, köyün sahibi.

    Oddan eşqin, nurdan üzün,
    Tərəfisən haqqın, düzün.
    Quranın, kitabın, sözün,
    Əlifin, beyin sahibi.

    Sümüyə bürüdün əti,
    Özün yazdın hər qisməti.
    Dizimdən alma qüvvəti,
    Dizimdə heyin sahibi.

    Qara bəxtim, qaraçuxam,
    Sənin əlin, mənim yaxam.
    Mən kiməm ki, şərik çıxam?
    Sənsən hər şeyin sahibi.

    Gecə-gündüz çəkər ahı,
    Zəlimxandır dərdin şahı.
    Bağışla, varsa günahı,
    Ey yerin-göyün sahibi!

    30 iyul 2004

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Yağma, yağış”

    Hacıbaba Həsənov bəstələmişdir

    Göylər çənə büründükcə
    Ürəyimi bürüyür qəm.
    Yağma, yağış, yağma, yağış,
    Mən görüşə tələsirəm.

    Mənim şirin sevincimə
    Acı zəhər sən qatma gəl.
    Göy çəməndə yol gözləyən
    Sevgilimi islatma gəl.

    Pəncərəmə hicran yazır
    Damcıların naxış-naxış.
    Mən görüşə tələsirəm
    Yağma, yağış, yağma, yağış,

    Ürəyini boşaltmasın
    Bu gün göylər insan kimi,
    Mən ki, açmaq istəyirəm
    Sevgilimə ürəyimi.

    Yağsan da mən gedəcəyəm.
    Görüşəndə yağışda biz.
    Üstümüzdə açılacaq
    Çətir kimi öz eşqimiz.

    1953

  • Xalq şairi Süleyman RÜSTƏM.”Duz-çörəyi itirmə!”

    İnsanın şərəfi, bəzəyi məncə,
    İnan, nə ipəkdir, nə tirmə, oğlum!
    Yaxşıdan yaxşı ol ellər içində,
    Dostuna bir ziyan yetirmə, oğlum!

    Yersiz gülümsəmə, yersiz ağlama,
    Bir könül də qırma, sinə dağlama.
    Sirrini ellərdən gizli saxlama,
    Dilinə yalan söz gətirmə, oğlum!

    Yel qanadlı illər ömürdən gedir,
    İnsan zəhmətiylə kamala yetir.
    Bağında nərgizlər, lalələr bitir,
    Tikanlar, qanqallar bitirmə, oğlum!

    Ürəyim arzuyla doludur, dolu,
    Hünər meydanıdır bu həyat yolu.
    Bilmədiyin işi gözüyumulu,
    Söz verib öhdənə götürmə, oğlum!

    Oxu Öyüdümü sən sətir-sətir,
    Dilindən məclisə səpilsin ətir.
    Qazancını itir, malını itir,
    Ancaq duz-çörəyi itirmə, oğlum!

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Behcətabad xatirəsi”

    Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
    Gec gəlmədədir yar, yenə olmuş gecə yarı.
    Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,
    Batmış qulağım, gör nə döşürməkdədi darı.
    Bir quş: “Ayığam!”- söyləyərək, gahdan inildər,
    Gahdan onu da, yel deyə laylay, huş aparı.
    Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən,
    Məndən aşağı kimsə yox, ondan da yuxarı.
    Qorxum budu, yar gəlməyə, birdən yarıla sübh,
    Bağrım yarılır, sübhüm, açılma, səni tarı!
    Dan ulduzu istər çıxa, göz yalvarı çıxma!..
    O çıxmasa da ulduzumun yoxdu çıxan.
    Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,
    Qaş böylə ağardıqca, daha baş da ağarı.
    Eşqin ki qərarında vəfa olmayacaqmış,
    Bilməm ki təbiət niyə qoymuş bu qərarı?
    Sanki xoruzun son banı xəncərdi, soxuldu,
    Sinəmdə ürək varsa, kəsib qırdı damarı.
    Rişxəndilə qırcandı səhər, söylədi durma,
    Can qorxusu var eşqin, uduzdun bu qumarı,
    Oldum qaragün ayrılalı o sarı teldən,
    Bunca qara günlərdi edən rəngimi sarı.
    Göz yaşları hər yerdən axarsa, məni tuşlar,
    Dəryaya baxar, bəllidi, çayların axarı.
    Əzbəs məni yapraq kimi hicranla saraldıb,
    Baxsan üzünə, sanki qızılgüldi qızarı.
    Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,
    Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.
    Eşqi var idi Şəhriyarın güllü-çiçəkli,
    Əfsus ki,qəza vurdu, xəzan oldu baharı.

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Gəlin gəlir

    Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” mahnısı çox gözəldi. Bu şeiri Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin toy günü üçün yazlbmış. Ruhları şad olsun.

    EVimizə gəlin gəlir,
    Sığallayıb telin gəlir,
    Görüşünə elin gəlir,
    Çıraqları gur yandıraq.
    Aşıqlar çalsın sazları,
    Rəqs eləsin el qızları,
    Qoy dolansın təzə ayın,
    Başına yer ulduzları.
    Evə sevinc, fərəh gəlir,
    Çəmənlərdən çiçək gəlir,
    Bir işıqlı ürək gəlir,
    Məşəlləri odlandıraq.
    Sağ əli qızlar başına,
    İncilər, nazlar başına.
    Oxşayır tovuz quşuna,
    Evləri işıqlandıraq.
    İki qonçə cavan gəlir,
    Gül yanında reyhan gəlir,
    Şümşadboylu oğlan gəlir,
    Bu oğlanı şadlandıraq.
    Bəzəyib şamlar əlini,
    Asta gətir bəy gəlini,
    Azərbaycan gözəlini
    Nurlu çıraq adlandıraq.

    Ana

    Əziz anam, can anam,
    Mənim mehriban anam
    Arzum budur hər səhər
    Səndən əvvəl oyanam.
    Gecələr oyaq anam,
    Ömrümə dayaq anam,
    İstərəm tez böyüyüb,
    Qulluğunda dayanım.

    Atam

    Atam evə gələndə,
    Elə bil ki, nur saçır,
    Anamın çöhrəsində,
    Təbəssüm çiçək açır.
    Gülür qardaşım,bacım,
    Sevinir babam,nənəm,
    Atam işdən gələndə,
    Ən çox sevinən mənəm

    Nənəm

    Nənəmi çox sevirəm,
    Dəyməyirəm xətrinə.
    Heyran qalmışam onun,
    Saçlarının ətrinə.
    O, mənə söhbət açır,
    Yurdun igidlərindən.
    Dilində nağıllaşan
    Vətən igidlərindən.

    Babam

    Yaman sevirəm,
    Babamı yaman.
    Ayrılmaram mən
    Ondan bircə an.
    Sözü -söhbəti
    Şəkərdir, şəkər.
    Belə babadan
    De, kim əl çəkər.

  • Xalq şairi Hüseyn ARİF.”İnciyərəm mən”

    Yaz fəsli çəməndə üzün gülməsə,
    Hər güldən, çiçəkdən inciyərəm mən.
    Azca yanağının rəngi dəyişsə,
    Bu çəndən, çisəkdən inciyərəm mən.

    Dolan, gəz elləri cavan yaşında,
    Yanında cəm olsun yar-yoldaşın da.
    Dağılsa, tellərin bulaq başında,
    Dağlarda küləkdən inciyərəm mən.

    Həm sevinc görmüşəm yolunda, həm qəm,
    Yaz dəfə dəyişib hökmünü aləm.
    Arabir yanılıb xətrinə dəysəm,
    Sinəmdə ürəkdən inciyərəm mən.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Olar”

    (Bir məktuba cavab)

    Elə demə, qan ağlaram, sevgilim,
    Yadlar mənə gülər, sənə ar olar.
    Duman qopar, alov çıxar başımdan,
    Nəmli gözlərimdə dünya dar olar.

    Bir addım yanımdan ayrı düşərkən,
    Mənə dağ çəkirsən hər yazanda sən.
    Bağlıdır qəlbinə qəlbim əzəldən,
    Könüllər bir olsa, etibar olar.

    Daş deyil hicranı duymaya, insan,
    Gəlir xəyalıma xəyalın hər an,
    Öz könül dostundan, öz sirdaşından,
    Canan vəfa görsə, vəfadar olar.

    Qəlbimi satmadım mən hər yetənə,
    İlqarım, peymanım möhkəmdir yenə.
    Özgə nəyim vardır vəd edim sənə-
    Şairin dövləti bir ilqar olar.

    Yalta, may, 1939.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Unut, unut daha vaxtdır”

    Unut, unut daha vaxtdır,
    Vaxtın özü qara baxtdır,
    Əsir külək, ötür ömür,
    Həyat gülür, ölüm gülür,
    İnsan gülür, aləm gülür
    Özünü dərdə atana
    Kədərə, qəmə batana …
    Gülə-gülə çıx dünyaya,
    Sevin, şadlan yana-yana,
    Camaat bir yana dursun,
    Yazığın gəlsin anana…
    İndi ağla gülə-gülə,
    İndi yaşa bilə-bilə…
    Ancaq gülüb sevinməkçin
    Bir ümiddən, bir şeirdən,
    Bir də ki, Şopendən qalan
    Musiqidən uzaq dolan…

  • Xalq şairi Səməd VURĞUN.”Dünya”

    Buludlar dağılır uzaqda lay-lay,
    Yenə öz yerində yuvarlanır ay,
    Fəqət nə Cəlal var, nə də ki, Humay,
    Nə ömrə acıyır, nə yaşa, dünya.

    Ulduzlar havanın bağrını dəlir,
    Qayalı dağlardan duman yüksəlir,
    Xəyalım gecəni salama gəlir,
    Çapdırır atını birbaşa dünya.

    Ellərə baxıram bağçalı, bağlı,
    Göylərə baxıram qapısı bağlı,
    Kainat ixtiyar, sirli, soraqlı,
    Əzəldən yaranıb tamaşa dünya.

    Bir də görürsən ki,açılan solur,
    Düşünən bir beyin bir torpaq olur.
    Bir yandan boşalır, bir yandan dolur,
    Sirrini verməyir sirdaşa dünya.

    Əzəldən belədir, çünki kainat,
    Cahan daimidir, ömur amanat.
    Əldən-ələ keçir vəfasız həyat.
    Biz gəldi-gedərik, sən yaşa dünya!

  • Xalq şairi Balaş AZƏROĞLU.”Karvan”

    KARVAN

    Gecənin qulağından kədərli zəng səsləri,
    Ağır-ağır yol gedir karvan şımala sarı.
    Xəyal məni aparır, görən nə vaxtdan bəri
    Dünyanı addımlayır zəngli dəvə qatarı.

    Karvan şimala gedir, karvan cənuba gedir,
    Karvan bəzən vətəndən uzaqlara yol alır.
    Karvan bütün dünyanı zaman-zaman qət edir,
    Karvan kədər gətirir, karvan sevinc aparır.

    Karvan gedir… Bir zaman Əbülüla Müərri
    Bəlkədə bu karvanla bütün şərqi dolandı.
    Kim bilir o dahinin ən gözəl əsərləri
    İsti qumlar üstündə, xəyalında yarandı…

    Karvan gedir aramsız, gecə qara, yol uzaq,
    Arxamda mavi dəniz, öndə qarlı Savalan.
    Dəvələr bir ahənglə yenə addımlayaraq
    Ötürlər babaların keçdiyi tozlu yoldan.

    Sarvanın gözlərində yuxusuzluq qəmi var,
    Neçə gecə yatmamış, hey yeriyir, yeriyir.
    Sarvanın özünün də qəribə aləmi var,
    Zəng səsləri altında hər gün bayatı deyir:

    Ağ dəvə düzdə qaldı,
    Yükü Təbrizdə qaldı.
    Oğlanı qan apardı
    Dərmanı qızda qaldı.

    Gecə sakit, uzaqlar əks etdirir bu nəğməni,
    Dəvələr aram-aram addımlayırlar yenə.
    O, Xəzər sahilindən alıb aparır məni,
    Qədim Babək yurduna- Savalan ətəyinə…

    1938

  • İlham Mikayılı doğum günü münasibətilə təbrik edirik! (5 sentyabr 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Aran bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    İlham Mikayıl (Mikayılov İlham Hamlet oğlu) 1989-cu il sentyabr ayının 5-də Kəlbəcər rayonunu Böyük İstisu qəsəbəsində anadan olub. 1996-cu ildə Yevlax şəhər 9 saylı orta məktəbin birinci sinfinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib. 2007-2011-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
    Ədəbiyyata, poeziyaya dərindən maraq göstərir. İlk poeziya örnəklərini tələbəlik illərində qələmə alıb. Azərbaycanın adət-ənənələrini dərindən bildiyi üçün daha çox xalq şeiri üslubunda ədəbi-bədii nümunələr ərsəyə gətirir. Şeirləri “Şaman”, “Möhtəşəm Azərbaycan”, “Sumqayıt Universiteti”, “Yeganə yol”,”Sancaq”, “Sözün sehri”, “Elimiz, günümüz”, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və mdəbiyat Portallarında dərc olunub. Haqqında yazılan səmimi duyğular və düşüncələr Mədəniyyət və Ədəbiyyat portalında yerləşdirilib. “Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
    Gənc ədib İlham Mikayıl haqqında qələm dostu Kənan Aydınoğlu “Kim sənə dedi ki?!”, “Kəlbəcər həsrətli şairim mənim” şeirlərini yazmış, müəllif haqqında ürək dolusu danışmışdır.
    2012-ci ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Bölgələrdə yaşayan yaradıcı gənclərlə görüşlər” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    ALA YURDUMU

    Gülü dərilməyib təzə tər qalıb,
    Ürəkdə nisgil var dərdi sər qalıb.
    Düşmən tapdağında Kəlbəcər qalıb,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu .

    Lənət o anlara, lənət günlərə,
    Dilə gəldi o gün o dağ, o dərə .
    Əldən getdi Ağdam, Laçın, Ağdərə,
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Dərbənd rus əlində, Şuşa dığada,
    Füzuli, Cəbrayıl qalıb yağıda.
    Gör kimlər oynadır at Qubadlıda?!
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    Ruhumu incidir Qazan Bayandur,
    Deyir oğuz oğlu qalx ayağa dur.
    Çağırır Xocalı, Göyçə, Zəngəzur.
    Bir oğul gəzirəm ala yurdumu.
    Səliqə səhmana sala yurdumu.

    Hər şeyin öz adı var öz adında.
    Xocavənd, Xankəndi qalsın yadında.
    Silinməz iz qoysun qoy yaddaşında.
    Bir oğul gəzirəm ala yurdumu,
    Səliqə səhmana sala yurdumu.

    QOCALIR

    Zaman tələsdirir qovur insanı,
    Baxıb bu həyata dövran qocalır.
    Duyub düşündükcə ömrün sonunu,
    Saçları ağarır, insan qocalır.

    Həyat insanların üstünə cumur,
    Əl əli yuyanda əlüzü yumur.
    Görən bu həyatda insan nə umur,
    Baxıb min arzuya güman qocalır?!

    Əyrini düz sayır, düzü də əyri,
    Allah cüt yaradıb “Şəri və xeyri”.
    Bircə bu dünyada yalandan qeyri,
    İnsana baş əyən zaman qocalır.

    Bəşər yox olubdu qandal qolunda,
    İblislər əyləşib sağı-solunda,
    Həyatın çıxılmaz çətin yolunda,
    İnsanı dərk edib qanan qocalır.

  • Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin dekabr ayında Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı Dilbazinin anadan olmasının 100 illiyi tamam olur.

    Əminə Dilbazi Azərbaycan rəqs sənətinin çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Sənətkar uzunmüddətli fəaliyyəti ərzində daim yüksək səhnə mədəniyyəti nümayiş etdirmiş, fitri istedadı və bənzərsiz ifaçılıq imkanları sayəsində xalq rəqslərinin qiymətli nümunələrinə yeni çalarlar qazandıraraq onları orijinal ifa tərzi ilə xeyli zənginləşdirmişdir. Rəngarəng repertuarında, eyni zamanda, dünya xalqlarının rəqslərinə geniş yer ayıran Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə və festivallardakı uğurlu çıxışları Azərbaycan incəsənətinin çoxsaylı nailiyyətləri sırasındadır. O, kinofilmlərdə, teatr tamaşaları və opera əsərlərində rəqslərə yüksək məharətlə quruluş vermiş, eləcə də professional rəqs qruplarının bədii rəhbəri kimi tanınmışdır. Əminə Dilbazinin, həmçinin xoreoqrafiya sənətinin incəliklərinin gənc nəslə öyrədilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan incəsənətinin inkişafı və təbliği işinə dəyərli töhfələr vermiş Xalq artisti Əminə Dilbazinin anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 sentyabr 2019-cu il.

  • Rafiq ODAY.”Arzum sülh adında göyərçin oldu”

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

    Çəkəndən üstündən Quzey əlini,
    Əritdi şəhərim buz heykəlini.
    Neçə ərən oğul öz heykəlini,
    Yondu Sumqayıtın sinəsi üstə.

    Baxıb qibtə edir indi “o yanlar”, –
    Bir vaxt ayağının altın oyanlar…
    Heyrətdən – ilk dəfə qədəm qoyanlar,
    Dondu Sumqayıtın sinəsi üstə.

    Bacar nazını çək, qoru – evindi,
    Baxdım könlüm güldü, gözüm sevindi.
    Bir vaxt bircə parkı vardısa, indi
    Ondu Sumqayıtın sinəsi üstə.

    Sahilsiz dənizə sevgi limandı,
    Xoşbəxtlik gətirər, sev ki, limandı.
    İnsana, Tanrıya sevgi – imandı,
    Dindi Sumqayıtın sinəsi üstə.

    Sökülən dan, batan gün ah yerisə,
    Dünya düzələrmi günah yerisə?!
    Sən sülh qapısısan, pənah yerisən
    İndi Sumqayıtın sinəsi üstə.

    Göyər, ümid payım, göyər, çin oldu,
    ALP ƏR gerçək oldu, GÖY ƏR çin oldu.
    Arzum sülh adında göyərçin oldu,
    Qondu Sumqayıtın sinəsi üstə.

  • Əziz MUSA.”Yaxşı tanıyıram”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Tapşırır çox zaman quzunu qurda,
    Qoyur çoxlarını bir quru yurdda,
    Bəzən möhtac edir doğmanı yada,
    Yaxşı tanıyıram mən.bu dünyanı.

    Oyundu hər işi, hər bir vərdişi,
    Neçə alçaqları eyləyir “kişi”,
    Namərdlə, alçaqla olmur bir işi,
    Yaxşı tanıyıram mən bu dünyanı,

    Kasıbın gözünün yaçını silmir,
    Haqq deyən kimsənin üzünə gülmür,
    Fağırın, kasıbın üzünə gülmür,
    Yaxşı tanıyıram mən bu dünyanı.

    Gözəl insanların ömrünü kəsir,
    Candan can almağa yaman tələsir,
    Soyuq küləkləri, yelləri əsir,
    Yaxşı tanıyıram mən bu dünyanı,

    Nahaq ayaq tutub yeriyir hələ,
    Hər yolun üstündə qurur bir tələ,
    Bir bəla göndərir hərdən bir elə,
    Yaxşı tanıyıram mən bu dünyanı.

  • Əziz MUSA.”Dünya”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Oturubdu əzəl gündən,
    Çiynimizdə qoşa mələk.
    Bir yanda kəfən asılıb,
    Bir tərəfdə isti bələk.

    Göydən yerə yağmaz daşlar,
    Ağacsız yaşamaz quşlar,
    Yağar göylərdən yağışlar,
    Yüz ölçüb, biçib fələklər.

    Qəribədir düzü həyat,
    Dəvəyə verilməz qanad,
    Göy üzü özü yeddi qat,
    Sevgisiz döyünməz ürək.

    Günəş sönməz ha yansa da,
    Yer dolanır kim dansa da,
    Xəlbir göydə fırlansa da,
    Ömrü hey ələyir ələk.

    İnsan çaşmaz yolu bilsə,
    Dünya gülər, bəşər gülsə,
    Yüz müqəddəs kitab gəlsə,
    Hər şeydən əzizdi çörək.

  • Əziz MUSA.”Toy mahnısı”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    “Vağzalı” çalınır ,kövrəlir ürək,
    Üzlərdə sevinc var, əllərdə çiçək,
    Qaldırın qədəhi, qaldırın içək,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Necə bəxtəvərdi sevən, sevilən,
    Hər yana baxırsan sevinən gülən,
    Yığışıb məclisə eşidən , bilən,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Xoşbəxtlik diləyək biz cavanlara,
    Qoy tanrı qıymasın heç vaxt onlara,
    Qoşulaq hamımız oynayanlara,
    Bir sevgi nəğməsi oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

    Şirin bir nəğmədi hər kəlmə, hər söz,
    Hamı mehribandı hamı gülər üz,
    Bəy qartal baxışlı, gəlin qara göz,
    Bir sevgi mahnısı oxuyaq, gəlin,
    Qoy qoşa qarısın bəy ilə gəlin.

  • Əziz MUSA.”Səhər-səhər çıx qarşıma”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səhər-səhər çıx qarşıma,
    Ayım, günüm, qəlbim , gözüm,
    Gəl dolanım mən başına,
    Şirin nəğməm, şirin sözüm.

    Günəş kim şəfəq çilə,
    İşığlansın yolum, izim,
    Çıx qarşıma gülə-gülə,
    Gülyanağım, aybənizim,

    Gəlişinlə sevinc gətir,
    Qoy sevinim, fərəhlənim,
    Ürəyimdə çiçək bitir,
    Qanadlansın nəğmələrim,

    Qov hicranı, qov kədəri,
    Yerə-göyə nur yayılsın,
    Ay dünyanın bəxtəvəri,
    Könlüm səndən ilham alsın,

    Gözümün nuru, işığı
    Camalına heyran olum,
    Yerin, göyün yaraşığı,
    Gəlişinə qurban olum.

  • Əziz MUSA.”Gəl bükmə boynunu”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Mən sənin hüsnünə heyran olmuşam,
    O gül camalından ilham almışam,
    Səni düşünürəm mən səhər-axşam,
    Gəl bükmə boynunu, bənövşə kimi

    Sevənlər baxmaz ki vallah heç nəyə,
    Hökm etmək olmaz ki, sevən ürəyə,
    Tələs sevilməyə, tələs sevməyə,
    Gəl bükmə boynunu, bənövşə kimi.

    Gülüm bir nəşməsən, gül çələngisən,
    Verirsən güllərə ətri , rəngi sən,
    Güllərin ən təri, ən qəşəngisən,
    Gəl bükmə boynunu, bənövşə kimi.

    Sevgisiz nə varsa yalandı, yalan,
    Sevgidi həyatda insana qalan,
    Əzizim sevinclə günəşə boylan,
    Gəl bükmə boynunu, bənövçə kimi.

    Üzməsin qəlbini həsrət, intizar,
    Düşüb taleyinə güllü yaz, bahar,
    Sənin mənim kimi bir sevənin var,
    Gəl bükmə boynunu, bənövşə kimi.

  • Kənan AYDINOĞLU.”Yalan söyləmə”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Yurda qonaq olanda,
    Elə yalan söyləmə.
    Torpağını gəzsən də,
    Hələ yalan söyləmə.

    Dağın seyrinə çıxsan,
    Gülə yalan söyləmə.
    Səni dindirsələr də,
    Telə yalan söyləmə.

    Yanıb bir közə dönmüş,
    Külə yalan söyləmə.
    Hərdən elimə əsən,
    Yelə yalan söyləmə.

    Həftəni aldatsan da,
    İlə yalan söyləmə.
    Dağdan uca Muğana,
    Milə yalan söyləmə.

    Səni haqlasa ömür,
    Belə yalan söyləmə.
    Nə atana, anana,
    Lələ, yalan söyləmə.

    Sığallasa telini,
    Yelə yalan söyləmə.
    Dəstə-dəstə düzülsə,
    Lələ yalan söyləmə.

    Sonası qalxıb uçan,
    Gölə yalan söyləmə.
    Mənə yalan desən də,
    Tülə yalan söyləmə.

    9 yanvar, 2009. Sumqayıt.

  • Kənan AYDINOĞLU.”Uzaqdasan bizdən, dağlar!”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Hər tərəfin yamyaşıldı,
    Uzaqdasan bizdən, dağlar!
    Bircə anın içində sən,
    İtirsən hər gözdən, dağlar!

    Bu gün qəmgin görünürsən,
    İnan ki, sən üzdən, dağlar.
    İnciməli deyilsən sən,
    Hər kəlmədən, sözdən, dağlar.

    1 avqust, 2006. Ağstafa

  • Kənan AYDINOĞLU.”Yerindən qalxan deyilsən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Çatdır xəbəri anama,
    Səni çağırsam yanıma.
    Od vursan sakit canıma,
    Sən mənə baxan deyilsən.

    Kəsməsin sənə quzunu,
    Səpməsin üstə duzunu.
    Xəstə olsam il uzunu,
    Yerindən qalxan deyilsən.

    Bəlkə, qızlardan fərqləndin,
    Gah danışdın, gah dinləndin.
    Bilməm, bəlkə ürəkləndin,
    Könlümə həyan deyilsən.

    Təbiətin yaz, qışında,
    Ömrün on doqquz yaşında,
    Ağrıyan dərdli başımda,
    Sevgimə yanan deyilsən.

    27 yanvar 2009.

  • Kənan AYDINOĞLU.”Düşsə əlinə ilk sevgi”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Düşsə əlinə ilk sevgi,
    Qoyma, o səni haqlaya.
    Sevginə sən sadiq ol ki,
    Qalma ağlaya-ağlaya.

    Ömrünü döndərsə yasa,
    Qollarından tutub qalsa.
    Kədər verib, sevinc alsa,
    Qoyma yolunu bağlaya.

    Şərəflidi təmiz adın,
    Qohumu olma fəryadın.
    Sevgini gərək hər qadın,
    Gözünün üstə saxlaya.

  • Kənan AYDINOĞLU.”Kaş ki, sən deyən olaydı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Ömrün yarı yollarında,
    Kaş ki, sən deyən olaydı
    Mən deyən heç olmasa da,
    Kaş ki, sən deyən olaydı.

    Səhvlərimi anladım ki,
    Tanrımı heç danmadım ki,
    Öz-özümü danladım ki,
    Kaş ki, sən deyən olaydı.

    Həyat da güləndə üzə,
    Yer verəndə saza, sözə,
    Mən qalxanda dağa, düzə
    Kaş ki, sən deyən olaydı.

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının rəhbərliyinin və kollektivinin Başsağlığı

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri cənab Rafiq Oday və kollektivi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə xanım Dövran ANAMIZ vəfatından kədərləndiklərini bildirir, dərin hüzn və kədərlə başsağlığı verirlər. ALLAH rəhmət etsin!!! Ruhu şad, Məkanı Cənnət olsun!!! İnşAllah!!!

    Mətbuat xidməti

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YOLLAR

    “Ömürdən-gündən” – silsiləsindən

    Beşikdən qəbrədək bir məsafədir,
    Insanın ömrünə uzanan yollar.
    Hər yol bir nağıldır, bir əfsanədir,
    Ömrün hər anına, uzanan yollar.

    Yollar var keçilməz, kəsəkli, daşlı,
    Yollar var qaranlıq, dava-dalaşlı.
    Bəzən yol gedərlər gözləri yaşlı,
    Ömrün hər anına, uzanan yollar.

    Istəyə, arzuya zinət, yaraşıq,
    Hər səyyah çıxdığı yoluna aşiq.
    Ərəb saçı kimi olar dolaşıq,
    Ömrün hər anına, uzanan yollar.

    Baxılmaz yolların çınqıl, daşına,
    Əzm edib çatarlar mənzil başına.
    Yolçular qovuşar, dost-sirdaşına,
    Ömrün hər anına, uzanan yollar.

    Bir ucu vətəndir, bir ucu qürbət,
    Bir ucda şəhərdir, digərində kənd.
    Bəzən acı olar, bəzən şəkər, qənd,
    Ömrün hər anına, uzanan yollar.

    Çoxda ki, tufandır, dumandır, qardır,
    Hər kəsin həyatda öz yolu vardır.
    Dövrana hər yolda Allahı yardır,
    Ömrün hər anına, uzanan yollar.

    ZƏMANƏ MƏNİ

    “Ömürdən-gündən silsiləsindən

    Ömrümdə bir tikə haram yemədim,
    Fitnədən ,riyadan libas geymədim.
    Ağ rəngə heç zaman qara demədim,
    Səpsə də vaxt,zaman saçıma dəni-
    Dəyişə bilmədi zəmanə məni.

    Əyrilər kök salıb zalım dünyada,
    Düzlərin qsməti dərd,bəla,qada.
    Tamaha qul olub etmədim xəta,
    Uddum qətrə- qətrə qüssəni,qəmi-
    Dəyişə bilmədi zəmanə məni.

    Çox yağdı gurşadlar, qapandı çatlar,
    Həmzəni gəzdirir indi “Qırat”lar.
    Düzünü yazmasam ürəyim partlar,
    Qara tufanlara gərdim sinəmi-
    Dəyişə bilmədi zəmanə məni.

    Qızılgül yerində qanqal bitsə də,
    Qarğalar bülbültək dil- dil ötsə də,
    Bütün ayıbları pul, var örtsə də,
    Mən düşmən bildim hey haram yeyəni-
    Dəyişə bilmədi zəmanə məni.

    Dövran,- yaşam olar, bəzən dözülməz,
    Həqiqət incələr, amma üzülməz.
    Haqqa könül verən ümidlər ölməz,
    Yaşadım bir ömür Rəbbim verəni-
    Dəyişə bilmədi zəmanə məni.

    AĞDAMSIZ GÜNLƏRİM

    AĞDAMIN İŞĞALINDAN – 26 İL KEÇİR…

    Hər gün ömür kitabımdan,
    Vərəq qopar yurda həsrət.
    Bir şairəm, mən bağrıqan,
    Doğma yurdum, olub qürbət.

    Yazılmasın ömrə, günə,
    Qoy Ağdamsız keçən günlər.
    Həsrət qaldıq toy- düyünə,
    Kolundaca, soldu güllər.

    Qəlb nisgilli, gözlər yolda,
    Qan ağlayır səbr, dözüm.
    Millət perik, el nə halda?
    Qoşa çeşmə, iki gözüm.

    Vətənində yurdsuz qalan,
    Elim, günüm, obam- hey, hey!
    Torpağında yad, yurd salan,
    Gorda dustaq, babam- hey, hey!

    Heç bir röyam, heç bir yuxum,
    Canım,- Ağdamsız olmayır.
    Damaq dadım, iyim, qoxum,
    Anım,-Ağdamsız olmayır.

    Çarəsizəm, baş əyirəm,
    Önündə mən dərd, qəhərin.
    Intizarla gözləyirəm,
    Sədasını son zəfərin…

    YETƏR İÇDİ İSLAM QANIN İSRAİL

    “Düşüncələrim” – silsiləsindən

    Haram olub deyib- gülmək, çal-çağır,
    Xalq pərişan, uşaq-qoca qanbağır.
    Fələstinə bomba yağır, od yağır,
    Yenə içir islam qanın İsrail.

    Pak adları günahkartək hallanır,
    Qəzzə səhri raketlərlə şumlanır.
    Gavur oğlu insaf- mürvət nə qanır?
    Yenə içir islam qanın İsrail.

    Tanınmayır bəlli olan sərhədlər,
    Qanda üzür həm şəhərlər, həm kəndlər.
    Qüsullanır öz qanında cəsədlər,
    Yenə içir islam qanın İsrail.

    Körpə, ahıl, cavan qanı- al lala,
    Nə ev qalıb, nə bir qəsr, nə qala.
    Niyə susur, görən dünya bu hala?
    Yenə içir islam qanın İsrail.

    Yersiz gəlib yerli qaçsın hayana?
    Pak torpaqlar qalıb halay pozana.
    Gözəl Qüds həsrət qalıb azana,
    Yenə içir islam qanın İsrail.

    Allah versin qan tökənin cəzasın,
    Əhli – islam etsin cihad qəzasın.
    Dövran, görək Haqqın- haqlı qisasın,
    Yetər, içdi islam qanın İsrail!.

    HƏLƏ VAXT VAR DEYƏN KƏSİN

    “Ömürdən- gündən” – silsiləsindən

    Hələ vaxt var deyən kəsin,
    Dünya çox çəkdi nazını.
    Fələk qəfil kəsdi səsin,
    Dünən qıldıq namazını.

    Inanmırdı Haqq yazana,
    Rişxənd edərdi azana.
    Çırpınırdı çox qazana,
    Itirdi çoxdan azını.

    Tamah hissi alovlandı,
    Gah itirdi, gah qazandı.
    Imanını, dini dandı,
    Kəsdi nəzir, niyazını.

    Qafil idi, yazıq nadan,
    Enməzdi göydən, fəzadan.
    Qorxmazdı qədər, qəzadan,
    Əcəl sıxdı boğazını.

    Nə görmüşdü pulda, varda?
    Qazandığı qaldı burda.
    Görən necə yatır gorda?
    Bilmir dərin, dayazını.

    Dövran, düşün, daşın sən də,
    Şeir yazıb, söz deyəndə.
    Az yesən də, çox yesən də,
    Yazan yazıb, son yazını…

  • Şairə-publisist Nəcibə İLKİN.”Nişanlı məzar” (Hekayə)

    Adəti üzrə məktəbdən çıxan kimi dayanacağa tərəf tələsdi. Yenə də fikirli idi. Çatılmış qaşlarının tən ortasındakı düyün simasında təbii görünürdü. Kənardan baxan istənilən adam bu qızın çiynində bir dərd yükünü daşıdığını hiss edərdi. Qaldı ki, Rəvana- onu demək olar ki hər gün addım-addım izləyən birinin gözündən bu gizli ah, kədər qaçası deyildi. Qonşu idilər Nərgizlə. Qibtə olunası ziyalı bir ailənin övladı olsa da, bu məsum qonşu qızın həyatı, talehi onu üzürdü. Əlində əlacı olsa idi bütün işlərdə- həm ev, həm dərslərində, ən əsası isə onu üzüb əldən salan, içindən yeyən uşaqlıq illərindən bu günə qədər başına gəlmiş bütün acınacaqlı hallarından xilas olmasına kömək edərdi. Amma necə? Heç yaxınlaşmağa belə cürəti çatmırdı. Qəribə də o idi ki, məhəllədə baş verən müəyyən içtimai söhbətlərdə, bayram günləri ilə əlaqəli olaraq binanın qarşısına yığışan mehriban qonşuların keçirdiyi şənliklərdə ünsiyyətdə olur, ordan-burdan söhbət edirdilər. Kənarda isə ona yaxınlaşmağa çürət etmirdi. Nə desin, nəyi bəhanə edib yaxınlaşsın? “Nərgiz, olar sizi məktəbdən evə qədər ötürüm? Ya da, Nərgiz, bu gün hava yaxşıdı. Mən də inistitutdan tez çıxacağam. Bəlkə dərsdən sonra bir az gəzək? Nərgiz, səndə maraqlı kitablar var? Məndə də kitablar çoxdu. Bəlkə dəyişib növbə ilə oxuyaq, məlumatlanaq dünyadakı hadisələrdən?” Bütün bu suallarla hər gün özünü yorsa da, sonda yenə susaraq qızı kənardan izləmək olurdu qisməti. Evdəkilər də hiss etmişdi onun hərəkətlərindəki dəyişikliyi.
    – Bax hələ, dəridən qabıqdan çıxdı bu uşaq. Gör pəncərədən necə pusur? – gülümsəyərək dedi Məqbulə. Sərdar kişi açıq söz-söhbətləri sevmədiyi üçün ciddi qarşılamışdı onun bu sözlərini. – Burda pis heç nə görmürəm. Evlənən vaxtıdır. Seçimini özü etsin. Belə də ki, Nərgiz də pis qız deyil. Gözümüzün qabağında böyüyüb zavallı. Mən danışaram Yaqubla. Görüm bu işə necə baxır, – təmkinlə cavab vermişdi. Rəvanın gözləri isə qarşı binanın pəncərəsinə zillənib qalmışdı. Bilirdi ki, Nərgiz də onun baxışlarındakı sözü, mənanı anlayır. Amma bu baxışların cavabsız olduğu qorxudurdu onu. Təkcə qızın ailəsindəki ciddi problemlərlə bağlı kədər libasına büründüyünü bildiyi üçün dözürdü. Onu itirmək qorxusu yox idi ürəyində.
    Nərgiz həmişəki kimi dərslərini hazırlayandan sonra mətbəxə keçdi. Bulaşıq qab-qacaqlar sanki sərgidə nümayiş olunacaq halda dayanmışdılar. Atası hələ gəlməmişdi. Kiçik qardaşı və bacısı isə dərsləri ilə məşqul idilər. Anaları bu evi tərk edib getdiyi gündən bəri Nərgiz bütün ev işlərini öz üzərinə götürmüşdü. Ağrı-acınının bütün yükünü çiyninə almış, uşaqların üzülməsini istəmirdi. Atası hər gün səhər evdən gedir, axşam qayıdırdı. Zeynəb ərini, uşaqlarını tərk edib gedən gündən bəri korluq verməmişdi Yaqub evə. Amma mənəvi dayaq ola bilmirdi övladlarına. Heç buna zamanı da çatmırdı. Bir də ki, onun təbiətinə görə əgər evdə soyuducu ağzına qədər dolu idisə, demək hər şey qaydasında idi. Nərgizi isə belə həyat qane etmirdi. Tez-tez atasından gələn zərif qadın ətirlərinin qoxusu, köynəyindəki rəngli dodaq boyalarının izi atasının yaxşı həyat sürməsindən xəbər verirdi. Əvvəllər bu mənzərəli qəbul edə bilmir, otağına çəkilib saatlarla ağlayırdı. Getdikcə adiləşdi hər şey. Böyüdü, yaşından tez kamilləşdi. Atasının da bir insan kimi qayğıya ehtiyacı olduğunu dərk etdi. “Əgər o yad bir qadını gətirib bizə ana etsəydi, bu daha ağır dərd olmazdımı”- deyə düşünəndə təsəlli tapırdı. Yaxşı bilirdi ki, anası qayıtmayacaq. Qayıtsa da yenidən ailənin bir üzvü kimi qəbul olunmayacağını bilirdi. Atasından soruşmağa cəsarəti çatmırdı. Anasının niyə ailəni tərk etiyini, hara getdiyini soruşmağa cəsarəti çatmırdı. Qonşu qadınların pəncərədən küləklə gətirib otağa saldığı söhbət, dedi-qodulardan onun yad bir kişi ilə sevişərək evi tərk etdiyinə isə inana bilmirdi. Hamı kimi o da sevirdi anasını. Gözləri gözlərinin önündən bir an da olsa çəkilmirdi. Gecələr əllərini bacı-qardaşının saçlarına çəkərək qayğını əsirgəmir, sonra təkrar əllərini saçlarına çəkib için-için ağlayırdı. Ana nəvazişinə həsrət qalmaq ən ağır dərddir övladı üçün. Yoxluğu həzm etmək olur gec-tez. Bu yoxluq isə həzm ediləsi deyildi. Məktəbdə ana haqqında şeirlər söylənəndə, inşa yazılanda baxışlarını gizlətməyə yer tapmırdı. Xəcalət çəkirdi. Anasının etdiyi bağışlanmaz səhvin günahını, əzabını yaşayırdı, hər gün ölüb-dirilirdi. Uşaqlıqdan bəri çəkdiyi acılar beynində yüklənib qalmışdı. Bir neçə dəqiqə davam edən güclü baş ağrıları ona düşünməyə imkan vermirdi. Əllərini başına tutub dayanır, bu ağrıların keçib getməyini gözləyirdi. Şiddətli ağrılar keçəndən sonra dərindən nəfəs alırdı. Əvvəllər bu ağrlar beş-on dəqiqə davam edirdisə, getdikcə dəqiqələrin sayı da çoxalmış, onu narahat etməyə başlamışdı. Gün ərzinə damarlarında dövr edən qanın beynində bir neçə dəfə ilişib qaldığını, yubandığını açıq-aydın hiss edirdi. Nə vaxtsa anası ilə qovuşacağı günü, bu ağrıların da keçib gedəcəyini gözləyirdi.
    -Salam Nərgiz, – axşam anası ilə söhbətdən sonra güc toplayıb yaxınlaşdı qıza Rəvan. Nərgiz dönüb baxsa da üzündəki ifadə dəyişmədi. Dilucu salam verdi.
    – Bilirəm ki, indi dediklərim əhvalını heç də dəyişməyəcək. Amma deməyim məsləhətdi. Bilirsən ki…
    – Nə? Nəyi bilməliyəm? Məndən xoşun gəldiyini? Mənimlə əylənmək istədiyini? Mən heç kəsi bu fürsətdən istifadə etməyə qoymaram. Başa düşürsən? İmkan vermərəm. Axı anamın həyatının mənum həyatım ilə nə əlaqəsi? Ölüb! Ölüb o insan. Yoxdu. Anlayırsız, – ixtiyarsız bir sözə bənd imiş kim çığırdı qız. Rəvan söz tapa bilmədi. Onun dedikləri isə cəsarət verdi oğlana.
    – Sən nə danışırsan? Bu nə söhbətdi? Gözləməzdim səndən. Səni ağır düşüncəli bir qız bilirdim. Yaxınlaşmaqda isə pis heç nə görmürəm. Onu da qeyd edim ki, sən düzgün düşünmürsən.
    – Bu söhbətləri saxla tələbə dostlarınla edərsən. Dərsə geçikirəm. Bağışla,- deyib uzaqlaşdı. Rəvanın arxadan dediyi sözlər qulağında cingildədi.
    – Anamla atam axşam sizə gələcək.
    Axşam döyülən qapının arxasında onun valideyinlərini görən qız işin ciddiliyini bildi. Hörmət xatirinə yaxşı qarşıladı onları. Az keçmiş atası da gəldi. Bir saat davam edən söhbətdən sonra mehriban qonşular xoş davranışla sağollaşdılar. İndi atasının otağa gəlib ona deyəcəklərini gözləyirdi. Elə də oldu.
    -Axı mən indi o halda deyiləm, ata. Həm də məktəbi bitirməmişəm. Bir az vaxt ver onlara. Bu barədə bir az düşünməliyəm, – çəkinmədən dedi.
    -Bu təbiidir. Sən gec-tez ailə qurmalısan. Rəvan yaxşı oğlandı. Səni qayğıdan kənarda saxlamaz. Əminəm buna,- yazıq görkəm aldı Yaqub. Sevinmiş olsa da gözlərindəki kədəri gizlədə bilmədi.
    -Yaxşı, bir söz demirəm. Amma, o gəsin. Sonra… – sözünü bitirmədən ağladı.
    -O, gəlməyəcək. Gəlsə də mən qəbul etməyəcəm. Bu qədər. Gecən xeyrə qalsın.
    Nərgiz bilirdi anası gəlməyəcək. Ondan heç bir xəbər olmasa da sağ olduğuna əminlik var idi içində. Onun geri- ailəyə dönəcəyi günü gözləyirdi. Otağına keçib pəncərəni açdı. Hava qəbul etmək istədi. Gözləri yenə də Rəvanın baxışları ilə toqquşdu. Dərhal pəncərəni bağlayıb, pərdəni çəkdi. Yenə şiddətli ağrı ilə baş-başa qaldı. “Yox, belə olmaz. Atama ağrılarım barədə nə isə deməliyəm. Niyə? Axı niyə deyim? Bilsə dərhal məni həkimə aparacaq. Mən isə istəmirəm, istəmirəm. Yaşamaq istəmirəm” pıçıldayaraq üzü üstə yatağa uzanıb ağladı.
    Son zəng tədbiri bitəndən bir neçə gün sonra Nərgizə nişan taxıldı. Qara buludlar bu nişan şamlarının şölələri ilə birgə ailənin başı üzərindən uzaqlaşdı. Qonşular ehtiramla hal-əhval tutur, əvvəlki günlərə nisbətən xoş davranırdılar. Ayağı üzülmüş qohumların da ayaq izləri tanış evin otaqlarında göründü. Toya hazırlaq gedir, ailə məsələləri müzakirə olunurdu. Nərgiz bu bir neçə gündə dəyişmiş- elə bil böyümüş, daha da gözəllşmişdi. Övladlarının acısını çəkən, hər gecə onların gələcək həyatı barədə narahat olub düşünən Yaqubun da qırışları açılmışdı. Rəvan tez-tez Nərgizlə birgə gəzintiyə çıxır, xoş anlar yaşayırdılar. Sevdiyi insanı bir an da olsa qayğıdan kənarda saxlamırdı. Onu ömrü boyu sevəcəyinə, anasız keçirdiyi o acı günləri unutduracağıa qıza söz vermişdi. Nərgizin ağrıları isə üzə çıxmağa başladı. Rəvan bunun yaxşı bir əlamət olmadığını duyub qızın tez-tez özündən getməsini evdə danışdı. Böyük qanqaraçılığa səbəb oldu müzakirələr. Söz-söhbət Yaquba çatanda isə ailənin sorağı klinikadan gəldi. Nərgiz ciddi həkim nəzarəti altınla saxlanılmalı, güclü müalicə olunmalı idi. Bir səhər isə həkimin qoyduğu diaqnoz ailənin bütün xoşbəxtliyinə son qoydu.
    -Onsuz da öləcək. Bunu bilə-bilə qızın ürəyinə xal salmayaq. Qoy son saatlarını xoşbəxt yaşasın barı, – kövrələrək dedi Sərdar.
    Nərgizdən başqa hər kəs onun bu ağır xəstəliyinin adını bilirdi. Rəvanın özündən çox bu bəxtsiz sevgilisinə ürəyi yanırdı. Tale onun ilk məhəbbət arzusunu ürəyində boğdu. Qızın yanından bir an belə çəkilmir, onu ümüdləndirirdi. Son günlər isə Nərgiz heç nə danışmır, nə baxışları, nə də hərəkətləri ilə heç bir reaksiya vermirdi. Ancaq bir nöqtəyə baxb axtarır, axtarır, onu cavan ikən dərdə salan insanı arzulayırdı. Bu arzu ilə də Rəvanın qolları arasında həyatını itirdi.
    Toya hazırlaşan bütün qohumlar dəfndə iştirak etdi. Nərgizi gül-çiçək dəstəlri ilə torpağın qoynuna gəlin köçürdülər.
    Rəvan uzun müddət özünə qapandı. Sevdiyi insanın yoxluğunu həzm edə bilmirdi. Onun istəyi ilə Nərgizin qara mərmərdən olan baş daşına “Nişanlı məzar. Nişanlısı Rəvandan əbədi xatirə” sözlərini həkk edildi. Tez-tez gəlib məzarı ziyarət edir, göz yaşı axıdaraq təskinlik tapırdı. Bu qara mərmər Yaqubun və Rəvanın baxışlarının əksini özündə saxlamışdı. Doğmaları gələndə elə bil mərmərdən boylanan şəkil gülümsəyirdi, məmnun idi. Bu baxışlara bir çüt göz də qoşulmuşdu. Hamıdan xəlvət qızının məzarını seyr edən, peşimançılıq içində yanb, qovrulan, hisslərinin qurbanına çevrilmiş Zeynəbin baxışları idi. İndi Nərgiz çox rahat uyuyurdu. Anasının isti göz yaşları qəbrinin üstünə axdıqca ruhu sevinirdi.
    Son

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    SÖZÜN DÜZÜ

    Səhrada iz tez itir,
    Sözü çəkmə səhraya,
    Elə danış, elə din,
    Gəlim çatım haraya.

    Sözün işığına çıx,
    Azı çoxdan abırlı,
    Söz var saçı ağarıb,
    Söz barlı-baharlı.

    Söz var qaraqabaqdı,
    Söz var göylərdə süzür,
    Təbəssüm yaxşı şeydi,
    Naz var ki, ürək üzür.

    Söz var dili dondurur,
    Söz var alovdu, oddu,
    Söz var ipəkdən incə,
    Söz də var üzü coddu,

    Yovşan ətri gələn söz,
    Oda, ocağa çəkir,
    Söz də var kəklik kimi,
    Çəməndə, düzdə səkir.

    Mən deyim, siz eşidin,
    Hər sözüm ürək sözü,
    Bircə onu bilirəm,
    Gözəldi sözün düzü.

    MƏN

    Mən sevgi, məhəbbət nəğməkarıyam,
    Sevib, sevilənlər anlayar məni.
    Sözdən şirə şəkən bal arısıyam,
    Gəzib, dolaşıram çölü, çəməni.

    Əzəldən gözəllik aşiqiyəm mən,
    Nəğmələr qoşuram gülə, çiçəyə,
    Dözüm öyrənmişəm yanıq Kərəmdən,
    Mən könül vermişəm qəlbi göyçəyə.

    Sevgiylə bəzənib könül sarayım,
    Qəlbim gül-çiçəkdən zövq alır hər an.
    Bir nur çələngidir günəşim , ayım,
    Bülbülə dönüəm söküləndə dan,

    Əhdimə, sözümə vəfalıyam mən,
    Eşqin yolçusuyam illərdən bəri,
    Tanrım hər bir zaman tutur əlimdən,
    Çıxsa da qarşıma dərdin betəri.

    Sevgiylə yoğrulub hər kəlməm, sözüm,
    Dözüm yiyəsiyəm, səbr yiyəsi,
    Vallah gözəllikdən doymayır gözüm,
    Sevgidi qəlbimin ilham pərisi.

  • Məryəm İsmayılovanı doğum günü münasibətilə təbrik edirik! ( 29 avqust 2013-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və Kollektivi Sizi, İsmayılova Məryəm Rüfət qızını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    GƏLİR

    “Kim bilmir, mən səni seçmişəm axı,
    Beş deyil, on deyil, yüzlər içində”.
    Nəriman Rüstəm.

    Yenə səsləyirəm səni uzaqdan,
    Buraya-yaxına gələnim gəlir.
    Bürüyüb obanı işığa, nura,
    Şadlanıb, sevinib, gülənim gəlir.

    Baxanda həsrətlə o nazik telə,
    Atıb qədəmini obaya, elə.
    Bu ömrün ən soyuq qışında belə,
    Sevginin qədrini bilənim gəlir.

    Səhər açılanda gəzəndə kölgə,
    Gözünü açanda bu böyük ölkə.
    Dərdini söyləyən günəşlə birgə,
    Gözünün yaşını silənim gəlir.

    HƏMİŞƏ

    Yanaqdan süzülən təbib gülüşün,
    Dediyin hər sözün baldı həmişə.
    Necə də gözəlsən qızlar içində,
    Boynunda sallanan şaldı həmişə.

    Dedin ki, igidlər gedin döyüşün,
    Yadıam düşəndə sənin görüşün.
    Güldən-çiçəkdən də incə gülüşün,
    Məni bu könlümü aldı həmişə.

    Dərdin çarəsini açanda kitab,
    Şükür, çətinliyə gətirmişəm tab.
    İllərlə çəkdiyin həsrət, iztirab,
    Mənim bu canımda qaldı həmişə.

  • Şair-publisist Əli Rza Xələflinin yeni kitabı işıq üzü görüb

    https://c.radikal.ru/c03/1908/cc/8d424cae95a6.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı laureatı, “Kredo” qəzetinin Baş redaktoru, şair-publisist Əli Rza Xələflinin yeni – “Ruhun daşqını” adlı kitabı işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, kitabın rəyçisi, filologiya elmləri doktoru Elçin Mehrəliyev, redaktor və “Ön söz” müəllifi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, “Respublika” gündəlik ictimai-siyasi, sosial-iqtisadi qəzetinin əməkdaşı Şəfəq Nasirdir.

    Kitabda Əməkdar jurnalist Avdı Qoşqarın poetik yaradıcılığından bəhs edən ədəbi qeydlər, publisist düşüncələr, məqalələr toplanıb. Kitaba toplanan məqalələr ayrı-ayrı vaxtlarda yazılsa da, Avdı Qoşqarın poetik yaradıcılığı haqqında dolğun təsəvvür yaradır.
    Qeyd edək ki, “Ruhun daşqını” yaxın günlərdə geniş ictimaiyyətə təqdim ediləcək.

    Mənbə:https://azertag.az

  • 26 avqust-Gundelik.info-Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin “6” yaşı tamam olur

    http://gundelik.info/uploads/posts/2019-08/1566968946_logo.jpg

    cenabrafiqoday

    Təsisçisi və direktor: Rafiq ODAY

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri: Rahilə DÖVRAN

    Rahilə DÖVRAN 1958-ci il fevral ayının 14-də Naxıçıvan Muxtar Respublikasında (Naxçıvan MR) ziyalı ailəsində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm” media mükafatı laureatıdır.
    2013-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyatı tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması ayrıca kitab kimi işıq üzü görüb. Ümumiyyətlə, “Bir insan ömrünə nələr sığarmış” poeması xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəridir.
    “Dövran həmən dövrandır” adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb. Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigardır.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində Anadolu və Osmanlı türkcələrində yayınlanaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəridir.

    Baş redaktorun I müavini: Şəfaqət CAVANŞİRZADƏ

    Baş redaktor müavini: İlahə İMANOVA

    lahə İmanova Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. İxtisasca hüquqşünasdır. Mədəniyyət sahəsində çalışır.
    2015 –ci ildə “Zərrələr” layihəsinə qoşulmuş və bir neçə şeiri həmin topluda yer almışdır. 2015-2016 –cı ildə Bakı Slavyan Universitetdə, Yaradıcılıq fakultəsində təhsil almışdır. Həmin vaxtlardan etibarən “Oxu məni”qəzetində, “Xəzan” jurnalında şeir və hekayələri dərc olunmuşdur.
    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Seçilmiş povestlər” toplusunda “Elçi zanbaqlar” povesti də yer alıb.

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    1915291_748109358667106_2463672035380493579_n

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    1423756700_sefa-xanim

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    Baş redaktor: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Photo Kenan

    Mətbuat xidmətinin rəhbəri: Kənan AYDINOĞLU

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    2013-cü ilin avqust ayının 28-də Bakı şəhərində “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi çağdaş dönəmdə Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin 7 dekabr 1999-cu il tarixli “Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun tələblərinə uyğun olaraq, öz fəaliyyətini uğurla davam etdirməkdədir.
    Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin, istedadlı qələm sahiblərinin müasir ədəbi prosesə cəlb edilməsi, əsərlərinin təbliği,
    Ədəbi birliklərə üzv qəbul edilməsi yönündə məqsədyönlü tədbirlər planı hazırlayıb, həyata keçirir.Avropanın bir çox ölkələri ilə, xüsusilə də Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən bir neçə ünlü mətbu orqan ilə əməkdaşlıq əlaqələrini uğurla davam etdirərək, yeni və orta nəslin nümayəndələrinin əsərlərinin təbliğinə xüsusi diqqət yetirir.
    Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü elektron orqanlardan fərqli olaraq, “Ədəbi birliklər” bölməsini özündə əks etdirir.Müvafiq bölmədə Azərbaycan Respublikasında fəaliyyət göstərən Azərbaycan Yazıçılar Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”, Yeni Yazarlar və Sənətçilər Qurumu haqqında məlumat yer alıb.
    Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin təbliği yönündə həyata keçirdiyi tədbirlər Azərbaycan dövlətinin diqqət mərkəzindədir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə dəstək olduğu üçün sertifikatlara layiq görülmüş, mükafatlandırılmışdır.
    Respublika səviyyəsində gerçəkləşdirilən bir neçə layihəyə öz töhfəsini verib.
    Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən daim nəzarətdə saxlanılan Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin səhifəsində Azərbaycan dövlətçiliyinin əleyhinə yönəlmiş yazıların heç biri dərc olunmur.

    E-mail: gundelik.info@mail.ru
    Bizimlə əlaqə saxlamaq üçün
    055 260 98 89; 070 815 12 96
    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • Zeynəb Rövşən qızı Məmmədovanı doğum günü münasibətilə təbrik edirik! (28 avqust 2010-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı bürosunun rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik omlmasın, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti!

  • Yazar Münevver hanım Düverin doğum gününü kutluyoruz! (Ağustos)

    Münevver Düver Kısa Öz Geçmiş
    Orta Asya Türkü olan Bozoklar, 24 oğuz boylarından, Yıldızhan’ın Avşar boyundan olup Orta Asya’nın hazar denizi kıyısından Horasan yolu ile Anadolu ya gelmişlerdir. Bu büyük göçte aile Kadirli, Kozan, Adana, Çukurova ya yerleşmiştir. Kalabalık bir nüfusa sahip olan ailedeki birçok kişide sanatçı ruhu vardır. Ећair olan anneanne ve anne buna bir örnektir.
    Münevver Düver Adana’da doğdu. İlk şiirini beş yaşında yazdı. Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı Türkiye temsilcisi Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temsilcisidir.

    Türkiye’m 2

    Gönülden gönüle geçen yol vardır
    Ay yıldız aşkıyla birsin Türkiye’m
    Dünyada her ırkla dost ile yardır
    Kahraman ordunla ersin Türkiye’m

    Asya, Avrupa’yı bölen cıvansın
    Osmanlı’dan kalan yadigГўr hansın
    Avrupa Birliği senden utansın
    Denizlerle coşan yersin Türkiye’m

    Kültürün, Tarihin özün bellidir
    Dağın, gölün, ovan, düzün bellidir
    Ayda dört mevsimin, güzün bellidir
    Bütün dünyaya değersin Türkiye’m

    Yedi bölgen turistlerin yatağı
    Seksen bir ilin farklı sıcağı
    İnsanların kalbi sevgi otağı
    Gönül tahtına binersin Türkiye’m

    Atatürk kurdu bu cumhuriyeti
    Başına getirdi asil milleti
    Demokrasi verdi ve hürriyeti
    Gözlerimde hep seğersin Türkiye’m

    21.12.2010-Adana

    Toprağım Azerbaycan

    Hasretinle doluyum ben
    Azerbaycan Azerbaycan.
    Özlemlerin yoluyum ben
    Azerbaycan Azerbaycan.

    Her zaman seni anarım
    Hasretin ile yanarım
    Budur benim son kararım
    Azerbaycan Azerbaycan.

    Türk’ün ülküsü sen oldun
    Can oldun gönlüme doldun
    Özgürlüğü sonra buldun
    Azerbaycan Azerbaycan.

    Yol oldun gönül çarşıma
    Nur oldun ulu marşıma
    Sevgisin yüce arşıma
    Azerbaycan Azerbaycan.

    Sen yakında, ben uzakta
    Sensiz yüreğim tuzakta
    Bayrağın her an kucakta
    Azerbaycan Azerbaycan.

    Her zaman seni düşlerim
    Seni gönlümde süslerim
    Kalbimde seni beslerim
    Azerbaycan Azerbaycan.

    Toprağın kokusu gelir
    Kokusu bağrımı deler
    Gözyaşımı sele eler
    Azerbaycan Azerbaycan.

    Münevver, Güneyin Kızı
    Dinmez bağrımdaki sızı
    Mevlâ’m ayırmasın bizi
    Azerbaycan Azerbaycan.

    Yedi Devlet Bir Millet’in Sultanları

    Bu cihanda Türklük şanını gördü
    Yedi devlet bir millet’in sultanları.
    Dünyada insanlık hükmünü sürdü
    Yedi devlet bir millet’in sultanları.

    Mahtumgulı Firaği Türkmen şair
    Mutasavvıf ilmi insana dair
    Bahtiyar Vahapzade yazdı şiir
    Yedi devlet bir millet’in sultanları.

    Ahmet Yesevi evrende nam saldı
    Pir-i Türkistan’ın şairi oldu
    Hacı Bektaş, Yunus feyziyle doldu
    Yedi devlet bir millet’in sultanları.

    Ali Ећir Nevai Özbek’in piri
    Cengi Aytmatov gönüllerde diri
    Denktaş, Nihat Asya bizlerden biri
    Yedi devlet bir millet’in sultanları.

    27.12.2010-Adana

    Ahmet Yesevi

    Yesi ülkesine bir güneş doğdu
    Türkistan’nın piri Ahmet Yesevi
    Yalanı, yanlışı ilmiyle boğdu
    Türkistan’ın miri Ahmet Yesevi

    Buhara’ydı ilim, irfan merkezi
    Sıcak yüreğiyle sardı herkesi
    Dünyaya duyurdu Türkistan sesi
    Kainatta iri Ahmet Yesevi

    Hacı Bektaş, Yunus Emre, MevlГўna
    Feyz alıp dağıttı kalpten her yana
    İki bin yıl önceden ta bu yana
    Gönüllerde biri Ahmet Yesevi

    Pir-i Türkistan’ın şairi, veli
    Dört kapı, kırk makama değmiş eli
    Yüz yirmi yaş sonra seherin yeli
    Yaratanın eri Ahmet Yesevi

    16.12.2010-Adana

    Ali Ећir Nevai

    Özbekistan dünyasının şairi
    Altun yürekli Ali Ећir Nevai
    Beş yüz yıldan beri olmuş ahiri
    Güçlü bilekli Ali Ећir Nevai

    Rus, Uygur, Ermeni’ler seni anar
    Azeri, Tatar’lar özüne yanar
    Türkmenler, Özbekler sözüne kanar
    Eli kalemli Ali Ећir Nevai

    Türk dilinde öncü, yoluyla yoldu
    İnsan sevgisiyle aşını böldü
    Afganistan, Herat oradan geldi
    Horasan Гўlimi Ali Ећir Nevai

    Babası Vezir, Timur’un meliki
    O bir mühürdar, Vezir, Vali idi
    Bin bey yüz bir yılında vefat etti
    Fani mahlaslı Ali Ећir Nevai

    22.12.2010-Adana

  • Əziz MUSA.”Vaxt”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Hər an ömrümüzdən ötüşüb keçir,
    Dönür xatirəyə hər ötüşən gün.
    Zaman ömrümüzü doğrayır, biçir,
    Tələsin insanlar yaxşılıq üçün.

    Vaxt, zaman məlhəmdi hər bir yaraya,
    Budaqdan meyvəni zaman qoparır,
    Vaxt baxmır sevincə, haya, haraya,
    Hər şeyi qoynuna alıb aparır.

    Nağıllar danışır bizə hər gecə,
    Yorulmaz yolçu tək yolunu gedir.
    Hər gün başımızı qatır beləcə,
    Elə fələklər də bildiyin edir.

    Gərək yaxşı bilək vaxtın qədrini,
    Vaxt bir çay kimi axır, dayanmır,
    Zaman yaxşı bilir öz qədərini,
    Səbəbsiz Ay batmır, Günəş də yanmır.

    Gecə də gündüz də vaxtında gəlir,
    Yer heç vaxt Yer oxundan kənara çıxmır,
    Tale də, qismət də göylərdən gəlir,
    Vaxt ötüşüb keçir, heç nəyə baxmır.

  • Əziz MUSA.”Gəldin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Elə ki, ömrümə, günümə gəldin,
    Eşqinin oduna ruhum alışdı,
    Qəlbimə, könlümə hakim kəsildin,
    Sevincim , istəyim başımdan aşdı.

    Mən səni görəndən ey nazlı pəri,
    Sən oldun dilimdə ən şirin sözüm,
    Açıldı ömrümün təzə səhəri,
    Çəməndən, çiçəkdən çəkildi gözüm.

    Gözündən gözümü çəkə bilmirəm,
    Bəxtimin günəşi nur saçır indi,
    Sən varsan qəlbimdən çəkilib dərd, qəm,
    Tay elə bilirəm yer, göy mənimdi,

  • Əziz MUSA.”Sevgidən o yana”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Ürəklər alışıb yansın odlara,
    Məhəbbət deyilmir hər sevdalara,
    Nəqmə qoşulacaq təzə adlara,
    Sevgidən o yana, yalandı dünya.

    Axı hər yanana Kərəm demrilər,
    Sevgiyə bağlıdı bütün ömürlər,
    Ürəyə, sevgiyə olmur əmrlər,
    Sevgidən o yana, yalandı dünya.

    Dünyanın hər üzü sevgidi elə,
    Məcnunlar, leylilər düşübdü dilə,
    Sevgi dastanları bitməyib hələ,
    Sevgidən o yana, yalandı dünya.

    Sevgiylə yaranıb dünya özü də,
    Sevgiylə sınayır Tanrı bizi də,
    Eşq olub göyləin əzəl sözü də,
    Sevgidən o yana, yalandı dünya.

    Nəni qınamayın eşq üçün barı,
    Ürəkdən istəyə gərək yar yarı,
    Məhəbbət yox isə neynirəm varı,
    Sevgidən o yana, yalandı dünya.

  • İradə AYTEL.”Qara qız”

    Bəxtinə rəngin düşdü,
    A bəxtəvər olanım!
    Hanı baharın, qışdı?
    Dərdi gövhər olanım!
    Bu yaz səninki deyil,
    Bu qız dünənki deyil,
    Çək yazını dara qız,
    Qara qız, ay qara qız!

    Hanı şirin nağılın,
    Hanı balın, noğulun?
    Tələ qurdu yığvalın,
    Düşdün tara, tora, qız,
    Qara qız, ay qara qız!

    Gəlinlik libasını
    Gözüyolda saçların
    Geyindikcə öyün, qız,
    Üzündəki naxışlar
    Xınasıdı dərdinin
    Bəzəyinə söyün, qız.
    Şana götür əlinə,
    Göynək bağla belinə,
    “Telini yan dara, qız!”
    Qara qız, ay qara qız!

  • İradə AYTEL.”Oldun”

    Elə yaddın, elə uzaq,
    Yaxın oldun… yaxın oldun.
    Həsrətinlə ilmələnən
    Qorxum oldun… qorxum oldun.

    Ha gizlətsəm ürəyimdə,
    Səni gəzdim hər deyimdə.
    Od qaladın kürəyimdə
    Ahım oldun… ahım oldun!

    Yurdsuz nəfəs, cansız bədən,
    Nə sən varsan, nədə ki mən…
    Yuvasınnan çıxıb gedən,
    Ruhum oldun… ruhum oldun!

  • İradə AYTEL.”Sən mənim alım yazım”

    Sənnən xəbər gözlədim,
    Kipriyə qaş düşəndə.
    Quru-quru alışdım
    Araya yaş düşəndə.

    Oxunnan çıxıb yayım,
    Oxuma! Yatıb toyum!
    Ətaydı buta payım,
    Yuxuma daş düşəndə.

    Bu nə tale, nə yazı,
    A baharım, ayazım?
    Sən mənim alın yazım
    Alnıma qış düşəndə!

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Yetim uşaq”

    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, dərbədər, ey yetim.
    Axan göz yaşın kimi niyə qiymətsiz oldun,
    Açılmamış qönçəsən, niyə gül kimi soldun?
    Qəminlə ürəyimi gəl, dağlama, ey yetim,
    Həsrətli göz yaşımsan, sən ağlama, ey yetim!

    Bağbansız sütül ağac, yandım sənin halına,
    Necə dözüm bu acı, dözülməz əhvalına?
    Dinlədim ürəyinin kədər, qəm nəvasını,
    Günahkar millətindir, sən çəkdin cəzasını.
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Ölkən düşünsə idi sənin səadətini,
    Duya bilsəydi elmə tükənməz rəğbətini,
    Əl açıb dilənməzdin, bu böyük hümmətinlə,
    Yandırmazdın məni də kövrək təbiətinlə.
    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    İstəyini ödədim, fəqət məlul, pərişan,
    Mən küllün fikrindəyəm, sən cüzin hayındasan.
    Sənə pul yox, tərbiyə, təlim, təhsil gərəkdir,
    Sənisə düşündürən bircə günlük çörəkdir.
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim,
    Öz yurdunda dərbədər, ac, yalavac, ey yetim!

    Sınıq sazdır ürəyin, dilə gəlsə danışar,
    Bir qığılcım düşərsə, məşəl kimi alışar,
    Millət qəflətdə yatır, xəyanətkardı dövlət,
    Bircə nəzər yetirmə sənə, mənə hökumət.
    Sən bu biganəlikdən çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Bu ölkədə rəhmlə ədalət də qalmamış,
    Yetim-yesirə xalqda mərhəmət de qalmamış.
    Mənimsədi qəyyumun sənin də var-yoxunu,
    Belə gördüm dünyanı, belə gördüm çoxunu.
    Öz doğma diyarında çəkdin nələr, ey yetim,
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

    Dilini bağladılar, bir dərdin açılmadı,
    Fitri istedadından qığılcım saçılmadı,
    Ötdü bahar, ötdü yaz, açılmadı bir gülün,
    Niyə basa çatmadı sənin təkamül yolun?
    Məktəb sənin dərdinə eylər əlac, ey yetim!
    Ayaqyalın, başaçıq, ac, yalavac, ey yetim!

  • Xalq şairi Süleyman RÜSTƏM.”Yazmışam adını”

    Sevgilim, söyləmə vəfasız mənə, mənə,
    Mən ki, yad edirəm hər zaman, hər zaman səni.
    Qəlbimdən bircə an qopara bilməz,
    Nə boran, nə tufan, nə hicran səni.

    Yazmışam adını günə, aya, aya mən.
    Düşmüşəm eşq adlı, eşq adlı bir sevdaya mən.
    Səninçün gəlmişəm bu dünyaya mən,
    Mənimçün yaradıb yaradan səni.

  • Xalq şairi Məmməd RAHİM.”Yurdumun”

    (İxtisarla)

    Çiçəkləri ətri-ənbər qoxuyan,
    Al günəşli cənnəti var yurdumun;
    Bülbülləri cəh-cəh vurub oxuyan
    Bir səfalı xilqəti var yurdumun.

    Şərq elinə işıq saçan məşəldir,
    Gözəlləri mələklərdən gözəldir,
    Eşqi sönməz bir müqəddəs əməldir,
    Çox mənalı söhbəti var yurdumun.

    Ağ cunadan yaşmaq tutur dağları,
    Gəlin kimi al geyinir bağları,
    Ağızlarda gəzir, qədim çağları,
    Qəhrəmanlıq şöhrəti var yurdumun.

    Sənətkarlar ondan alır pərvazı,
    Qoynundadır Nizaminin avazı,
    Cavanşiri, Koroğlusu, Eyvazı,
    Yenilməyən qüdrəti var yurdumun.

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.Seçmə şeirlər

    Şəhid balalara

    Dərdimi necə deyim, vallah deyə bilmirəm,
    Mən necə üsyan edim yerə-göyə, bilmirəm.
    Başıma qara salıb, qara geyə bilmirəm,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Ağlatdılar daşı da, torpağı da, ay Allah,
    Sındırdılar bir körpə budağı da, ay Allah.
    Bağlı qaldı neçə bəy otağı da, ay Allah,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Bir gəlinin əlindən getməmişdi hənası,
    Bir gülləylə dağıldı onun ömür dünyası.
    İndi analar tutur oğul yası, qız yası,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Bu, zamanın hökmümü, inana bilmirəm mən,
    Bu dərdlərin önündə yenə əyilmirəm mən.
    Sənə təsəlli üçün sözüm çatmır, ey Vətən,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Dayanmışam kədərlə məzarların önündə,
    Dönür göz yaşlarına göydə duman da, çən də.
    Dünya mənə dar gəlir elimin dar günündə,
    Bu şəhid balaların ölən çağı deyildi.

    Dayanmışam, gözümdə iki damla yaş mənim,
    İçimdə haray salan tufan mənim, qış mənim.
    O güllələr dəyəydi bu sinəmə kaş mənim, —
    Bu şəhid balaların ölən çağı deyildi.

    Hələ çoxlu fıdanın boy atası vaxtıdır,
    Quşların körpələri oyadası vaxtıdır.
    Çox ananın kam alıb, toy tutası vaxtıdır,
    Bu şəhid balaların ölən çağı deyildi.

    1990

    BİR DAMLAYAM
    Mənim azadlığım dumansız səma,
    Təzə dənə dolmuş tər sünbüllərdir.
    Mənim səadətim bu el, bu oba,
    Bir də şəfəq içən körpə güllərdir.

    Mənim arzularım min-min gəncliyin
    Həyat yollarında addım səsidir.
    Mənim ümidilərim neçə körpənin
    Beşik-beşik qalxan qəhqəsidir.

    .Mənim hünərim də, mənim gücüm də
    Birlikdir, birliyin öz səsiyəm mən.
    Bu birlik eşqiylə hey zaman-zaman
    Bəxtəvər-bəxtəvər ötəsiyəm mən…

    Mənim nəğmələrim ana laylası,
    Ana nəfəsindən almışdır qida.
    Şeirim müjdə verən qaranquşlar tək
    Yenə qanadlanıb uçur havada…

    Mənim dəyanətim Tomris nənəmin
    Düşmənə bac verməz vüqarındandır.
    Mənim məhəbbətim elin, elatın
    Pozulmaz andından, ilqarındandır.

    Bir zərrə varlığam, bir damlayam mən,
    Bu dərin dənizdə, coşqun sularda.
    Sənə minnətdaram, Vətən, ay Vətən,
    Yaşasam da harda, olsam da harda.
    1971

  • Xalq şairi Balaş AZƏROĞLU.”Addımlar”

    Sənət meydanına qədəm qoyuram,
    Qoy sözüm güc alsın elimdən mənim.
    Nə qədər çətindir, bunu duyuram,
    Ay dostlar, tutunuz qolumdan mənim.

    Körpəcə bir quşam asiman dərin,
    Mən o dərinliyə uçmaq istərəm.
    Nəğmə dəftərimin, söz dəftərimin
    Adını “Vətən”lə açmaq istərəm.

    Mənim arzum budur, bir oğul kimi,
    Kaş bu çətinliyə dözə biləydim.
    Vətənə sevgimi, elə sevgimi
    Könül sözlərimə yaza biləydim.

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçmə şeirlər

    Hər papaq qoyana kişi desəm mən,
    Kişilər inciyər səxavətimdən.
    Elə qadınlar da böyüdüb vətən,
    Günahdır onlara kişi deməsəm.
    Kişi -alınmayan qala deməkdir.
    vətənə arxadır, elə köməkdir.
    Kişi -məhvəridir yer kürrəsinin,
    Onun çiyni üstə durur qitələr.
    Ocaqdır, odunda onun isinin,
    Mayakdır, ümmanda o yol göstərər.
    Çıraqdır, bir evdə o sönsə əgər,
    O evə zülmətin nəfəsi girər.
    Kişi sözü versə insan-insana,
    Vəkalət, zəmanət nə gərək ona!
    Kişi cəsarətdir, kişi hünərdir,
    Qardaşdır, oğuldur, yenilməz ərdir.
    Səngərdir, sipərdir, dincliyi saxlar,
    Kişisiz vətəni düşman ayaqlar.

    Ey bixəbər!

    Mən səni sevdiyim qədər,
    Bir daşı sevsəydim əgər.
    Daş dünüb insan olardı,
    Bir quşu sevsəydim əgər,
    O donub terlan olardi.
    Hər gün qonub pəncərəmə,
    Mənə nəğmə oxuyardı.
    Könlüm belə qan olmasın,
    Halım pərişan olmasın!
    Sən nə daşsan,
    Sən nə quşsan.
    Ne gozumden axan yawsan,
    Niyə yoxdur səndən xəbər?
    Niyə gözüyaşlı qalıb?
    O müqəddəs xatirələr?

  • Xalq şairi Hüseyn ARİF.”Söylə yadındamı?”

    Söylə yadındamı o axşam çağı?..
    Dinməyən mən oldum, dinən sən oldun.
    İlk eşqin ocağı alovlanmamış
    Sönməyən mən oldum, sönən sən oldun

    Doymamış sabahın tər nəfəsindən,
    Sevdalı quşların təranəsindən,
    Sözündən, əhdindən, iradəsindən
    Dönməyən mən oldum, dönən sən oldun.

    Pozuldu ilqarın, dəyişdi andın,
    Torpaqda alışıb havada yandın.
    Axır gözlərinlə görüb inandın
    Enməyən mən oldum, enən sən oldun.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Sən olmadınmı?”

    Gözəlim, mən hara, aşıqlıq hara,
    Bu sazı çalıdıran sən olmadınmı?!
    Öz gizli eşqimi, pünhan dərdimi,
    Aləmə bildirən, sən olmadınmı?!

    Alnında gah günəş, gah qara duman,
    Hərdən gülərüzlü, hərdən pərişan,
    Yaralı qəlbimi bəzən ağladan,
    Bəzən də güldürən, sən olmadınmı?!

    Nizə kiprikləri “qana-qan” deyən,
    Qoşa hörüklərə “cüt olan” deyən,
    Bir gündə min dəfə mənə can deyən,
    Min öldürən, sən olmadınmı?!

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Yəni heç yadıma da düşməyəcəksən?”

    Yəni
    heç yadıma da düşməyəcəksən?
    Necə unutdura biləcəksən
    özünü mənə ?
    Yəni sənə bənzəyən
    bir nəğmə,
    bir dəniz sahili,
    ya bir ağac kölgəsi
    çıxmayacaq qarşıma ?
    Yox,qurtara bilməyəcəksən,
    qaça bilməyəcəksən yaddaşımdan,
    hələ ki, yer üzündə
    bircə nəğmə, bircə ağac,
    bircə sahil var…

  • Xalq şairi Səməd VURĞUN.”Mən tələsirəm!

    Dostlar, badələri qaldırın içək!
    Gecə, ulduzludur, hava da sərin.
    Demirəm məst olub dünyadan keçək…
    Deyirəm mehriban düşüncələrin
    İsti qücağında qızınaq bir az…
    Qoy uzansın gecə, geciksin səhər,
    Yuxuya getməsin məclisdəkilər –
    Mənim söhbətimdən yorulmaq olmaz.
    Hələ yer üstündə, insan yanında
    Deyib danışmaqdan doymamışam mən…
    Uzadaq ömrünü hər bir anın da,
    Yel kimi keçməsin vaxt üstümüzdən…
    Bu aylı gecədə, bu dağ döşündə,
    Bu sazlı, söhbətli bulaq başında
    Bu saat, bu dəm
    Heç yana, heç yerə mən tələsmirəm!

    Sevgilim, qolunu boynuma dola!
    Demə ki, yorğunam, ya qocalmışam.
    Mən hələ dünyadan nə zövq almışam?
    Dur, bütün aləmi gəzək qol-qola!
    Yenə də fikrimin səyyar yelkəni
    Dənizdən – dənizə atsa da məni,
    Qorxma! Ürəkdə de:: «Uğurlar ola!»
    Dur, bütün aləmi gəzək qol – qola,
    Sellərdən, sulardan yeyin axsam da,
    Şimşəklə yanaşı göydə çaxsam da,
    Nə şadlıq səyirtsin atını, nə qəm,
    Heç yana, heç yerə mən tələsmirəm!
    ***
    Sən də, ovçu dostum, tələsmə sən də,
    Bu qəlbi dağları qoy asta aşaq.
    O çay yanındakı yaşıl çəməndə
    Asta addımlayıb ağır dolaşaq.
    Hər güllə, çiçəyə salam verməsəm,
    Xoş üz göstərməsəm, xoş üz görməsəm;
    Nanələr, reyhanlar inciyər məndən.
    Güllərin yarpağı tökülər dən – dən…
    Odur ki, yel olub çöldə əsmirəm,
    Heç yana, heç yerə mən tələsmirəm!
    ***
    Bulud tez keçməsin başımın üstdən,
    Çay da yavaş axsın…sular boyunca.
    Baxım hər zərrəyə, baxım doyunca…
    Ürək tərpənməyir ötərgi səsdən,
    Nə çıxar bir anlıq yanan həvəsdən?

    Elə zənn etmə ki, ağırlaşmışam,
    Ayağı sarıqlı şikəst bir quşam…
    Qoy dünya böyüsün, zaman uzansın,
    Bir günün ərzində aylarla yansın
    Al günəş üzündən nur yağa – yağa..
    Ömrün kitabını tamamlamağa
    Çox da can atmasın əlimdə qələm,
    Mən tələsmirəm,
    Mən tələsmirəm!

  • “Gənclər şəhəri” Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecə keçiriləcək

    Əziz sumqayıtlılar!
    Sizi şəhərimizin 70 illik yubileyinə həsr olunmuş “Həzin nəğmələrdə yaşayan şəhər” adlı ədəbi-bədii gecəyə dəvət edirik! Tədbir 24 avqust 2019-cu il tarixində saat 19:00-da Heydər Parkında, Sumqayıt Poeziya Evinin qarşısında keçiriləcək.
    Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, AYB və AAB Sumqayıt Bölmələrinin, Şəhər Mədəniyyət Evinin və Ə.Kərim adına Poeziya Evinin təşkilatçılığı ilə keçirilir.

  • Əziz MUSA.”Cəbrayıl”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səni tək-tənha qoyduq,
    Yağıların əlində,
    Gör kimlər at oynadır,
    İgidlərin elində,
    İndi ah-nalə bitib,
    Köçkünlərin dilində,
    Səndən ayrı neyləyək,
    Həsrətə dözmür ürək,
    Cəbrayıl, ay Cəbrayıl.

    Neyləyir Xan çinarım,
    Gur bulaqlar axırmı?
    Yenə Ağoğlan dağı
    Məğrur-məğrur baxırmı?
    Tey dağında, Qalada,
    İldırımlar çaxırmı?
    Yazda əlvan don geyən,
    Necədir gözəl Gəyən?
    Cəbrayıl, ay Cəbrayıl.

    Diri dağda bənövşə,
    Saralıbmı, solubmu7
    Topcağda bağça-bağım,
    Görən talan olubmu?
    Şişqayanın həsrətdən,
    Gözü yaşla dolubmu?
    Sönübdümü od-ocaq,
    Susubdumu Daş bulaq?
    Cəbrayıl, ay Cəbrayıl.

    Xan Arazım ağlayır,
    Xudafərin gülməyir,
    Ziyaratdan əsən meh,
    Mil, Muğana gəlməyir,
    Əziz Musa nə çəkir,
    Heç fələk də bilməyir,
    Hanı doğma yurd yuva,
    Hanı o su, o hava7
    Cəbrayıl, ay Cəbrayıl,