Blog

  • Xalq şairi Hüseyn Arifin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi Hüseyn Arifin “Analar” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101-ci sayında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində “Ehtiyacım var” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları”aylıq şeir dərgisinin 48-ci sayında çap olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Xalq şairi Osman Sarıvəllinin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Xalq şairi Osman Sarıvəllinin “Söylə” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101-ci sayında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Xalq şairi Nəriman Həsənzadənin şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, Xalq şairi, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor, Heydər Əliyev Mükafatı laureatı, şair-dramaturq Nəriman Həsənzadənin “Ürəyimin ananı istəyir, qızım” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101-ci sayında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Xalq şairi Səməd Vurğunun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Ən yeni dövr Azərbaycan poeziyasının və müasir Azərbaycan ədəbiyyatının banisi, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954-1956), Xalq şairi Səməd Vurğunun “Göygöl” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101. sayısında çap olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isəÇağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı gənc xanım yazar İradə Aytelin şeiri “Kardelen” dərgisində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Jurnalistlər Birliyinin (AJB), UASB-nin üzvü, “Kultur.az” internet dərgisinin təsisçisi və baş redaktoru, yazıçı-şair, publisist İradə Aytelin “Sevgi nağılı” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 101. sayısında Azərbaycan türkcəsində dərc olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar İradə Aytelin hekayələri İran İslam Respublikasının paytaxtı Tehran şəhərində nəşr olunan “Qorxunun rəngi” adlı hekayələr toplusunda işıq üzü görmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlu “Əlliyə çatacaq yaşın, ay Ana!” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 101. sayısında dərc olunub.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində gənc yazar Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • AZƏRBAYCAN-QIRĞIZ ƏDƏBİ ƏLAQƏLƏRİNDƏ YENİ SƏHİFƏ MİLLƏT VƏKİLİNİN DƏVƏTİ İLƏ RESPUBLİKAMIZA GƏLƏN QIRĞIZ YAZARLARI BAKIDAN MƏMNUN AYRILMIŞLAR

    https://b.radikal.ru/b12/1907/3a/562a28d06a26.jpg

    https://a.radikal.ru/a29/1907/c7/6779d068488d.jpg

    https://d.radikal.ru/d13/1907/bc/28f7df94f4ed.jpg

    https://d.radikal.ru/d10/1907/3b/903f5ed4ed4e.jpg

    https://a.radikal.ru/a15/1907/cc/e4b03e3091f9.jpg

    https://a.radikal.ru/a43/1907/11/73ff9795270d.jpg

    https://d.radikal.ru/d05/1907/79/6b1da2b85d89.jpg

    https://a.radikal.ru/a42/1907/09/0b08311e433e.jpg

    https://a.radikal.ru/a11/1907/f1/9381bd8e0652.jpg

    https://a.radikal.ru/a10/1907/dc/7145e42f1306.jpg

    https://c.radikal.ru/c15/1907/65/7889496a8597.jpg

    https://a.radikal.ru/a12/1907/06/8f0c9e80f94a.jpg

    https://b.radikal.ru/b24/1907/b3/74c27e2104d9.jpg

    Milli Məclisin üzvü, dr.Cavanşir Feyziyevin rəhbəri olduğu layihə çərçivəsində nəşr olun­muş “Gənc Qırğız şeiri antologiyası”, 14 qırğız yazarının iştirakı ilə Bakıda ictimaiyyətə təqdim edilib. Bir sıra başqa tədbir və görüşlərin daxil olduğu maraqlı proqram əsasında respublikamıza səfər etmiş Qırğız nümayəndə heyəti Azərbaycandan zəngin təəssüratlarla ayrılıb. Qardaş ölkə yazarları Qırğız Mili Yazıçılar Birliyinin və özlərinin sosial media hesablarında Azərbaycan təəssüratlarını paylaşmaqda, burada keçirdikləri günləri həyatlarının ən yaddaqalan günləri kimi dəyərləndirməkdədirlər.
    Qırğız Milli Yazıçılar Birliyinin (QMYB) başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi, qardaş ölkənin istedadlı yeni nəsil yazarlarının daxil olduğu heyət, Dünya Gənc Türk Yazarlar Birliyi mənsublarının müşayiəti ilə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib, muzeylərə baş çəkib, Bakı və Sumqayıtın görməli yerləri ilə tanış olublar.
    Beynəlxalq Mətbuat Mərkəzində “üç əsrin qəzeti” fəxri ünvanını daşıyan tarixi “Kaspi” qəzetinin kollektivi ilə Azərbaycan Milli Mətbuat Günündə görüşən qardaş ölkə yazarları, Azərbaycanlı həmkarları ilə Azərbaycan-Qırğız ədəbi əlaqələrinin dünəni, bugünü və sabahı, habelə “Gənc Qırğız şeiri antologiyası” üzərinə fikir mübadiləsi aparıblar.
    Tədbiri giriş sözü ilə açan Atatürk Mərkəzinin şöbə müdiri, sözügedən antologiyanın baş redaktoru Əkbər Qoşalı antologiya, ümumən Azərbaycan-Qırğız ədəbi əlaqələri barədə danışıb. “Bu antologiyada müstəqillik dövrü Qırğız şeirinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb. Bir neçə aydınımız bu kitaba rəy, məsləhətçi və “ön söz” müəllifi kimi öz töhfələrini verib. Həmçinin Azərbaycanın Qırğız Respublikasındakı səfiri Hidayət Orucovun, Millət vəkili Cavanşir Feyziyevin və Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulovun ürək sözləri antologiyanın girişində yer alıb.
    Bu görüş həm də Qırğız-Azərbaycan ədəbi əlaqələri ilə yanaşı, ədəbi qurumlar arasında da yeni bir əməkdaşlıq yaradacaq. Qardaş ölkə ilə Azərbaycan arasında olan əlaqələrin köklü keçmişi var; biz eyni kökdən gəlirik. Sovet dövründə bir-birimizə daha yaxın olmuşuq, müstəqilliyin ilk illərində əlaqələrimiz bir qədər zəiflədi, amma son illərdə bu əlaqələr ortaq türk qurumları, eyni zamanda, “Kaspi” qəzetinin nüfuzlu nəşrləri sayəsində yeni bir mərhələyə keçdi”.
    Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva qeyd etib ki, hər bir türksoylu xalqın nümayəndəsi üçün Azərbaycan həm də onun ikinci vətənidir: “Biz eyni ruhun daşıyıcılarıyıq, eyni kökdən gələn xalqlarıq. Bununla da qürur duyuruq ki, biz kök etibarı ilə türkük, eyni zamanda, Yer üzündə ilk dəfə Tanrının səsini eşidən türkün övladlarıyıq. Bu gün qarşımızda çox qiymətli kitab var. Bu şeir antologiyasında gənc qırğız şairlərinin şeirləri toplanıb. Şeirləri oxuduqca mənə çox təsir etdi”.
    Xanım Vəliyeva kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
    Antologiyanın çox mühüm bir nəşr olduğunu bildirən Qırğız Milli Yazıçılar Birliyinin başqanı Nurlan Kalıbekov əlavə edib ki, qırğız ədəbiyyatı dünyaya Çingiz Aytmatov kimi ədib bəxş edib. Azərbaycanın da görkəmli yazıçılarının, şairlərinin olduğunu söyləyən qonaq, ədiblərimizin əsərlərinin qırğız dilinə daha çox çevrilməsinin vacibliyini söyləyib.
    O, Qırğız şairlərinin Azərbaycanda təbliğ olunmasının yaxşı və artıq gerçəkləşmiş bir ideya olduğunu diqqətə çatdırıb. Bildirib ki, yaşadığımız qloballaşma dövründə bir-birimizlə dost olmağımız çox vacibdir.
    Daha sonra QMYB başqanı Nurlan Kalıbekov Birliyin nüfuzlu “Qızıl qələm” ali media mükafatını Sona Vəliyevaya təqdim edib. S.Vəliyeva “öz yaradıcılığımla bu qələmə layiq olmağa çalışacağam” – deyə bildirib. O, “Kaspi” qəzeti adından iki ölkənin müştərək duyğularını əks etdirən ornamentlərlə süslənmiş xalçanı Nurlan Kalıbekova təqdim edib.
    ***
    Azərbaycan Yazıçılar Birliyində (AYB) keçirilən görüşdə AYB sədrinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev qardaş ölkə yazarları ilə görüşdən məmnunluğunu ifadə edərək, qırğız ədibləri ilə bağlı xatirələrini danışıb, qırğız gənc yazarlarını maraqlandıran suallara cavab verib.
    QMYB başqanı Nurlan Kalıbekov isə AYB və DGTYB ilə memorandum imzalamaq istəyini ifadə edərək, qardaşlıq duyğularının ədəbi qurumlar arasında həm də hüquqi sənədlərlə möhkəmlənməsinin ümumi işin xeyrinə olacağına inamını ifadə edib.
    Sonra qarşılıqlı hədiyyə mübadiləsi olub, Xalq yazıçısı qırğız və rus dillərində çıxmış kitablarını qardaş ölkə yazarlarına hədiyyə edib.
    ***
    Qırğız yazarları Azərbaycana səfərin növbəti işçi günü Millət vəkili Cavanşir Feyziyevin təşkilatçılığı ilə Milli Məclisdə olublar. Azərbaycan parlamentinin tarixi, iş prinsipi barədə qonaqlara ətraflı bilgi verilib, onları maraqlandıran suallar cavablandırılib, xatirə şəkilləri çəkilib. Ardınca qloballaşan dünyada Azərbaycan-Qırğız mədəni əlaqələri ətrafında müzakirə aparılıb. Millət vəkili dr.Cavanşir Feyziyevin moderatoru və məruzəçisi olduğu “Dəyirmi masa”da TürkPA baş katibi Altınbek Mamayusupov, QMYB başqanı Nurlan Kalıbekov, Atatürk Mərkəzinin şöbə ümdiri Əkbər Qoşalı, DGTYB Qırğız təmsilçisi Altınbek İsmail, Sumqayıt Poeziya Evinin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı, müvəqqəti olaraq Mingəçevirdə yerləşən, Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər 35 saylı tam orta məktəbin direktoru, şair-publisist Elşən Əzim və başqaları çıxış ediblər.
    Nurlan Kalıbekov Azərbaycan-Qırğız ədəbi-mədəni əlaqələrinin inkişafında xidmətlərinə görə Millət vəkili Cavanşir Feyziyevə QMYB-nin “Xidmətlərə görə” medalını təqdim edib.
    Millət vəkili də öz növbəsində qırğız heyətinin hər bir üzvünə adlı “Təşəkkür plaketi” və Azərbaycan ornamentləri ilə süslənmiş qiymətli hədiyyələr təqdim edib.
    Sonra Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupovun, TürkPA baş katibi Altınbek Mamayusupovun iştirakı ilə qonaqların şərəfinə Milli Məclisdə nahar təşkil edilib.
    ***
    “Gənc Qırğız şeiri antologiyası”nın geniş təqdimatı 23 iyulda, rəsmi şəxslərin, türko­loq­ların, şair və yazıçıların, QHT və KİV təmsilçilərinin iştirakı ilə Azər­baycanda ATATÜRK Mərkəzində baş tutub.
    Mərkəzin şöbə müdiri Əkbər Qoşalı, təqdimatı keçirilən antologiyanın layihə rəhbəri Mil­lət vəkili dr.Cavanşir Feyziyev, QMYB başqanı Nurlan Kalıbekov, Mərkəzi qərargahı Nur­sultan şəhərində yerləşən Xalqlararası Türk Akademiyasının (TVESKO) nümayəndəsi Füzuli Məcidli, AYB-nin katibi Rəşad Məcid, Yunus Əmrə İnstitutu Bakı Türk Kültür Mərkəzinin təhsil koordinatoru Əli İhsan Çevik, Saxa (Yakutiya) Respublikasındakı Azər­baycan diaspor təşkilatının icraçı katibi Rahib Süleyman, dos.dr.Təranə Turan Rəhimli, dos.dr.Pərvanə Məmmədli, yazıçı-publisist Varis, Qırğız əsilli Azərbaycan vətəndaşı Elza Piri, eləcə də, Qırğız yazarları– Altınbek İsmail (Qırğız-Türkiyə MANAS Universiteti Qırğızca Koor­di­natoru, DGTYB Qırğız təmsilçisi), Jıldızbek Tursunbay (MANAS Radiosu Mədəniyyət proqramı redaktoru, “Nurborbor” Yaradıcı Gənclər Akademiyasının üzvü), Maksat Canqazi (“5-ci Kanal” Dövlət Televizyasının aparıcısı, “Nurborbor”un üzvü), Altınay Ormotay (“Kaganat” və “MezgilNews” saytlarının redaktoru, QMYB-nin üzvü), Venera Akmat (QMYB-nin üzvü), Kıyal Taci (Baken Kıdıkeyeva ad. Gənclər Teatrı Mədəniyyət bölümü başqanı, “Nurborbor”un üzvü), Bekbolot Saribay (“Super.Kg” bilgi portalının redaktoru, “Nurborbor”un üzvü), Bekmurat Keldibay (“Oş şamı” qəzetinin əməkdaşı, “Ciger” Ədə­biyyat Klubunun üzvü), Rıskül İzat (“Min Türkün” dərgisinin redaktoru, Canı Tolkun Ədə­biyyat Klubunun üzvü), Çolpon Orozali (QMYB başqan assistenti, “Nurborbor”un üzvü), Narsulu Qurqubay (QMYB-nin üzvü), Nuriza Ömürbay (QMYB-nin üzvü), Kamçıbek Uzakbayoğlu (“Ciger” Ədəbiyyat Klubunun üzvü) və b. çıxış ediblər.
    Təqdimatda qardaş ölkələrin ədəbiyyat təsərrüfatları arasında yaxınlaşma üçün görülməli işlər, mövcud durum, problemlər və perspektivlər barədə danışılıb, təqdim olunan antologiyanın bu bağlamda oynadığı rol vurğulanıb, Bişkekdə Azərbaycanla bağlı yeni nəşrlərin planlaşdırılması təklif olunub.
    Sonra QMYB başqanı Nurlan Kalıbekov “Gənc Qırğız şeiri antologiyası”nın hazırlan­masında iştirak edən Azərbaycanlı yazarlara Birliyin mükafatlarını, “Fəxri fərman”larını təq­dim edib.
    Həmin gün Sumqayıta gələn qırğız nümayəndə heyəti ilə Əli Kərim adına Poeziya Evində görüş olub; qardaş ölkələr arasında ədəbi əməkdaşlığın yeni üfüqləri barəsində fikir mübadiləsi aparılıb.
    ***
    İyulun 24-də Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev QMYB başqanı Nurlan Kalıbekovun başçılıq etdiyi nümayəndə heyətinin bir qrup üzvü ilə görüşüb. Görüşdə qardaş ölkələr arasındakı mədəni əlaqələrdən söz açılıb.
    Azərbaycanda mədəniyyətə və ədəbiyyata dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışan Əbülfəs Qarayev bu dəstəyin yaradıcı insanlara böyük stimul verdiyini qeyd edib. Bildirilib ki, dövlətin dəstəyi ilə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrinin əsər­ləri ölkədə və xaricdə nəşr olunaraq, geniş təbliğ edilir.
    Nazir vurğulayıb ki, Azərbaycanda təşkil edilən xalqlararası kitab sərgiləri, xarici yazı­çıların əsərlərinin tərcüməsi, eləcə də TÜRKSOY-la birgə bu istiqamətdə həyata keçirilən layihələr türksoylu xalqların ümumi ədəbi-mədəni inkişafına töhfələr verir.
    QMYB başqanı Nurlan Kalıbekov öz növbəsində səmimi qəbula görə təşəkkür edərək bildirib ki, Azərbaycanda olduqları müddətdə Azərbaycanın mədəniyyəti ilə yaxından tanışlıq imkanı qazanıblar. Xalqlarımız arasındakı dil və mədəniyyət yaxınlığından danışan Nurlan Kalıbekov ölkəmizə səfərinin məhsuldar keçdiyini diqqətə çatdırıb.
    QMYB başqanı vurğulayıb ki, eyni kökdən olan xalqlar daha sıx əməkdaşlıq etməli, qloballaşma dövründə bir-birini daha çox dəstəkləməlidir.
    Görüşdə MANAS Universitetinin əməkdaşı, DGTYB-nin Qırğız təmsilçisi Altınbek İsmail, “MANAS” Radiosu mədəniyyət proqramının redaktoru, şair Jıldızbek Tursunbay, şair-tərcüməçilər Nuriza Ömürbay, Narsulu Qurqubay, Millət vəkili dr.Cavanşir Feyziyev və Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı iştirak ediblər.
    ***
    Qırğız yazarları ilə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundakı görüşü Akademiyanın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik, Millət vəkili İsa Həbib­bəyli açaraq, qardaş ölkədən gəlmiş qonaqları məhəbbətlə salamlayıb. Akademik çıxışı zamanı qeyd edib ki, Qırğız Respublikası Azərbaycana qardaş ölkədir, bu iki ölkə arasında böyük əlaqələr var. Qardaş ölkələr arasında ən böyük ədəbi körpü Çingiz Aytmatovdur. Biz onu həm də Azərbaycan yazıçısı hesab edirik. Eyni zamanda “Manas” eposu da Azərbaycanda öyrənilir.
    Akademik həmçinin bildirib ki, keçən il İssı-Kulda keçirilən konfransda institutun elmi katibi Mehman Həsənli ilə birgə iştirak ediblər. Mehman Həsənlinin qırğız ədəbiyyatı ilə bağlı dissertasiya müdafiə etdiyini, Çingiz Aytmatovun əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırdığını nəzərə çatdırıb. Akademik İsa Həbibbəyli DGTYB-nin və Birliyin qurucusu Əkbər Qoşalının bu istiqamətdə gördüyü işləri də yüksək qiymətləndirib.
    Sonra QMYB-nin başqanı Nurlan Kalıbekov çıxış edərək Elmlər Akademiyasında belə bir görüşdən məmnun qaldıqlarını bildirib.
    Əkbər Qoşalı da Ədəbiyyat İnstitutunda bu cür görüşlərin keçirilməsinə şərait yaratdığı üçün institut rəhbərliyinə təşəkkürlərini bildirib. Həmçinin DGTYB tərəfindən həyata keçirilmiş layihələr haqqında ətraflı bilgi verib. Ə.Qoşalı xatırladıb ki, 2017-ci ildə Qazaxıstan gənc yazarlarının əsərləri dilimizə çevrilərək çap olunmuşdu, bu il isə “Gənc qırğız şeiri antologiyası” işıq üzü görüb.
    Tədbirdə iştirak edən Qırğız yeni nəsil yazarlarından Altınbek İsmail, Nuriza Ömürbay, Narsulu Qurqubay, Bekbolat Sarıbay və b. da çıxış edərək, öz şeirlərini səsləndiriblər.
    Eyni zamanda, Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin əməkdaşlarından İsmixan Osmanlı və Mehman Həsənli də çıxış edərək Azərbaycanda ümumtürk ədəbiyyatının öyrənilməsi istiqamətində görülən işlərdən danışıblar.
    Tədbirin sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
    ***
    Növbəti işçi gün yenidən Yazıçılar Birliyinə gələn QMYB başqanı burada AYB başqanı, Xalq yazıçısı ANARla görüşüb. Hər iki qurumun başçısı, qarşılıqlı əlaqələri gücləndirməyi ehtiva edən birgə çalışmalar üçün müvafiq “Memorandium”a qol çəkib.
    Xalq yazıçısı ANAR qardaş ölkələr arasındakı ədəbi-mədəni əlaqələrin keçmişindən, eləcə də, Azərbaycan həqiqətlərindən, Qarabağda yaşanan insanlıq dramlarından söz açıb, Qırğız yazarlarını Azərbaycanlı qardaşlarının yaşadıqları ilə yaxından tanış olmağa çağırıb.
    Nurlan Kalıbekov ANARın çağırışına olumlu cavab verərək, “Ala Tauu” dərgisinin bir sayını bütünlüklə Qarabağ hekayələri əsaslı Azərbaycan nəsrinə ayrımağa, qırğızcaya çevriləcək ədəbi örnəkləri çap etmək, yaymaqçün əllərindən gələni əsirgəməyəcəklərinə söz verib.
    Sonra “NATAVAN Klubu”nda DGTYB ilə QMYB arasında da birgə əməkdaşlığa dair “Memorandium” imzalanıb.
    Sənədi DGTYB Yönətim Kurulu başqanı İntiqam Yaşar, QMYB başqanı Nurlan Kalıbekov imzalayıb.
    İmzalanma törənlərində AYB-nin Gənclərlə iş üzrə katibi Rəşad Məcid, DGTYB Məs­ləhət Şurasının başqanı Əkbər Qoşalı, Qırğız yazarlarından Altınbek İsmayıl, Jıldızbek Tur­sunbay, Azərbaycan Müəlliflər Birliyinin başqanı İsmayıl Məmmdkərimov, AYB Mətbuat Xidmətinin başçısı Xəyal Rza iştirak ediblər.
    ***
    Qırğız yazarları Bakıdan ayrılmamışdan öncə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyi rəhbərliyi ilə görüşüb.
    Millət vəkili, ABAİB başqanı Qənirə Paşayeva QMYB-nin başqanı Nurlan Kalıbekovu və bərabərindəki heyəti salamlayaraq, onları Azərbaycanda görməkdən çox məmnun oldu­ğunu bildirib. Xanım Millət vəkili, yazarlar arasında sıx əlaqələrin, işbirliyinin ölkələrarası əlaqələrdə xüsusi mövqe və mənaya malik olduğunu bildirib.
    Qardaş ölkə yazarlarına Azərbaycan həqiqətlərindən, yazarlarımızın ömürlərinə çökmüş, əsərlərinə köçmüş Qarabağ üzüntüsündən, qaçqın-məcburi köçkün yazarlarımızın mənəvi-psxioloji qayğı­larından danışan Qənirə Paşayeva, Qarabağda yaşanan erməni zülmünü, Xocalı soyqırımını türk dünyasının ortaq problemi kimi şərh edib, qardaş ölkədə “Qarabağ hekayələri” antologiyasının çıxması fikrinə dəstəyini ifadə edib.
    Xanım Paşayeva qırğız yazarlarına Azərbaycan mədəniyyətini, milli rəmzlərimizi əks etdirən hədiyyələr təqdim edib; qırğız yazarları da öz növbəsində millət vəkilinə qırğız əl sənəti nümunəsi olan mili ornamentlərlə süslənmiş saat hədiyyə ediblər.
    Qarşılıqlı fikir mübadiləsi ortamında keçən görüşdə kitablar da mübadilə edilib. Xanım millət vəkili Azərbaycana səfərə gələn qırğız yazarlarına, səfərin təşkilatçılarına minnətdarlıq edib, belə səfərlərin davamlı olmasını təmənna edib.
    Görüşdə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin başqanı Arzu Bağırova, Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşar, adıkeçən ictimai qurumların üzvləri iştirak ediblər.
    ***
    Qırğız yazarları Azərbaycana səfər müddətində “EkoAvrasiya”nın Bakı nüma­yən­dəsi Yılmaz Okuklu, ATXƏM başqanı, Mətbuat Şurası İdarə Heyətinin üzvü İlham İsmayılov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Forumun Sumqayıt regional koordinatoru Mübariz Hacıoğlu və digər ziyalılarla da türk dünyasında mədəni işbirliyinin gücləndirilməsi yönündə fikir mübadiləsi aparıblar.
    ***
    Onu da bildirək ki, “Gənc Qırğız şeiri antologiyası”nın bu ilin sentyabr ayında Azər­baycanın Qırğız Respublikasındakı Səfiri Hidayət Orucovun, Qırğız Respublikası Mə­dəniyyət, İnfor­masiya və Turizm naziri Azamat Jamankulovun, Qırğız ədəbi, elmi ictimaiy­yə­tinin iştirakı ilə Bişkekdə də təqdimatı nəzərdə tutulub.
    Xatırladaq ki, “Gənc Qırğız şeiri antologiyası”nda müstəqillik dövrü Qırğız şei­rinin 35 gənc nümayəndəsinin şeirləri toplanıb.
    Antologiyanın layihə rəhbəri – Millət vəkili Cavanşir Feyziyev, baş redaktoru Əkbər Qoşalıdır. Antologiyaya AYB katibi Rəşad Məcid və yazıçı-publisist Yunus Oğuz rəy verib.
    Nəşrin məsləhətçiləri akademik Nizami Cəfərov və fəlsəfə üzrə elmlər doktoru Sona Vəliyevadır.
    Antologiyanı Qırğızıstanın istedadlı gənc yazarları – DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib.

  • Şerif Yılmaz – ATATÜRKÜN İSTEDİĞİ MİLLET VEKİLİ

    Atatürk 1931 yılında İzmir Aydın Denizli seyahatini yaptıktan sonra dönüşte Konya’ya geliyor oradan da Ankara’ya dönerken İkinci Ordu müfettişi Birinci ferik Fahrettin paşa hazretleri ne bir telgraf gelir Atatürk’ten telgrafın mahiyeti şudur,
    “ Konya’dan bir çiftçi mebus yapma kararındayız arzu edilen vasıflara uygun bir adayı bulunuz, bulduğunuz adayda arzu edilen vasiflar ve özellikler sırasıyla’
    1. Adayımız mütegallibe olmamalıdır, kimsenin adamı olmamalıdır az çok arazi ve çift Çubuk sahibi olmalıdır, mutlaka köylü olmalı, mutlaka çiftçilikle iştigal eden olmalı ve mutlaka askerliğini yapmış olmalı…
    2.Adayımız milletvekili seçildikten sonra Çifçiliği bırakmayacaktır. Çiftçilik hayatını devam ettirecektir. Meclisin dışında çiftçilikten başka hiçbir iş yapmayacaktır ve tatillerini bile köyünde köylüleri ile birlikte geçirecektir.
    3. Adayımız behemahal milliyetçi olacaktır. Türk milliyetçiliğinden hiçbir şekilde taviz vermeyecektir. Beynelmilel her harekete ve her türlü fikir akımına karşı olacaktır. Söz ve faaliyetlerinde gerekse de meslektaşları ile ilişkilerinde milliyetçi çizgisini değiştirmeyecektir. Kendisi milliyetçi savunacağı çiftçilik ve ziraatcilik de milli olacaktır.
    4. Cumhuriyet halk fırkasına ve onun bütün prensiplerine akidelerine hareketlerine tam sadakat sahibi olarak ve mebusluğu müddetince bu vaziyetini muhafaza edecek müteassıp olmayacaktır.
    5. Meclisteki hayatında hal ve vaziyeti ve kıyafeti esas memleketindeki gibi olacak meclis içtimalarına ve her yere kasketi ve kıyafetleri ile gelecek, gündelik hayat ve yaşama tarzını değiştirmeyecek yalnız, merasim günlerinde herkes gibi frak, Jaket ve redingot yiyecektir.
    6. Adayımız yeni harflerle az çok okur yazar olacak bu hususta eksikliği varsa, Meclisteki hizmeti esnasında çalışıp tamamlayacak, konuşurken zeki aklı selim sahibi olacak çok yaşlı ve mütegallibe olmayacak.
    7. Adayımızın milli mücadele sırasında yani kurtuluş Savaşı sırasında hiçbir lekesi olmamalıdır. Milli mücadele yani kurtuluş Savaşı sırasında mutlaka cephede savaşmış olanlardan olmalıdır. “
    Mustafa Kemal ATATÜRK
    Şimdi Allah aşkına yaslanın arkanıza ve bir şimdiki mebusları yani milletvekillerini düşünün bir de Atatürk’ün istediği köylü milletvekili ne düşündün.
    Umarım düşündüğünüz zaman büyük Atatürk’ün ne kadar gerçekçi ne kadar mükemmel ve ne kadar milli olduğunu anlayacaksınızdır…

  • Tanınmış yazıçı Eyvaz Zeynalovun “Dede ve Torun” adlı yeni kitabı İstanbulda işıq üzü görüb

    https://c.radikal.ru/c28/1907/8a/aca59187f30d.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən “Dede ve Torun ” adlı yeni kitabı Osmanlı türkcəsində 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğlududur.

    Qeyd edək ki, həmin gün görkəmli Azərbaycan yazıçısı Eyvaz Zeynalovun “Kış güneşi”, “Dede ve Torun ”adlı yeni kitabları işıq üzü görmüşdü.

    Bundan başqa, istedadlı tanınmış yazıçı Eyvaz Zeynalovun Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Universal” Nəşriyyatı tərəfindən “Uşaq hekayələri və nağıllar” adlı kitabı gürcü dilində nəşr olunaraq, ictimaiyyət nümayəndələrinin, ədəbiyyatsevərlərin ixtiyarına verilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış yazıçı Eyvaz Zeynalovun “Tabiatın dostları” adlı yeni kitabı İstanbulda işıq üzü görüb

    https://d.radikal.ru/d21/1907/ef/39121c83e910.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən “Tabiatın dostları” adlı yeni kitabı Osmanlı türkcəsində 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğlududur.

    Qeyd edək ki, həmin gün Azərbaycan yazıçısı Eyvaz Zeynalovun “Kış güneşi” kitabı işıq üzü görmüşdü.

    Bundan başqa, istedadı tanınmış yazıçı Eyvaz Zeynalov “Bələdçi”, “Tələ” romanlarının, Qarabağ həqiqətləri ilə bağlı yazılmış bir çox dəyərli hekayələrin müəllifidir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Tanınmış yazıçı Eyvaz Zeynalovun “Kış güneşi” adlı yeni kitabı İstanbulda işıq üzü görüb

    https://a.radikal.ru/a24/1907/4b/065360a7281b.jpg

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən “Kış güneşi” adlı yeni kitabı Osmanlı türkcəsində 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğlududur.

    Qeyd edək ki, bundan öncə tanınmış Azərbaycan yazıçısı Eyvaz Zeynalovun “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabı işıq üzü görmüşdü. Bələdçi” romanı Azərbaycan türkcəsindən Alman dilinə tərcümə olunmuşdu.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • İradə AYTEL.”Arzularını söyləyəcək birisi varsa, yaşayırsan…”

    Son günlər içimdə bir cümlə dolaşır: “arzularını söyləyəcək birisi varsa, yaşayırsan”. Arzularım var, söyləyəcək kimsəm yoxdur və bu yoxluğun ətrafında neçə gündür var-gəl edirdim ki, kitablarımın arasından bir kitab (ən əziz, uca yerdə saxladığım kitab) məni “çağırdı”. Bu, Akif Səmədin – ululardan ulu, alilərdən ali, sözü qanad götürüb yallı gedən, cəngə səsləyən, ağrıdan, ağrıyan, sevdirən, sevən Akif Səmədin seçilmiş əsərlərindən ibarət şeirlər kitabı idi. Və dönə-dönə oxuduğum, oxuduqca oxunduğum (sanki özüməm bu kitab, vərəqlədikcə vərəqlədir, güldükcə güldürür, hönkürdükcə hönkürdür), dərdimi, sevincimi, arzularımı – diqqət edin, arzularımı söylədiyim bir kitab.

    “Kitab insanın ən yaxın dostudur” kəlamının doğruluğuna bir daha tapınaraq, Akif Səməd diliylə özümü oxumağa başladım:

    Daha torpaqdı atan,

    Torpaqdan al ətrini,

    …Atan balandı daha…

    Başımın tacı, qürurum, dayağım, ümidim, pənahım atamın ətrini “torpaqdan al”, -dedi dostum mənə və bir də dedi ki, “Atan Vətəndi daha”. Soru sordum dostuma, sordum ki, “bəs ata yoxluğundan sonra bu yoxluq ilə mənim aramda sipər olan, çəpər olan, o dərdi evimə yaxın buraxmayan anam necə, o da torpağa üz tutdu axı? Dostum dedi:

    Hara gəldin, sözünə dön,

    Çayır bitən izinə dön,

    Dost istəsən özünə dön,

    “Dost istəsən Allah yetər”.

    Özümə dönüncə anamı gördüm, anamın səsini eşitdim, anamın laylasında uyudum və Allahı “gördüm”. Gördüm ki, Allah atama olan qürurumda, anama olan ərkimdə, balama olan sevgimdə, körpələrə olan mərhəmətimdə, güldə, çiçəkdə, küləkdə… hər yerdədi. Gördüm ki, bütün sevgilərin, gözəlliklərin, vicdanın, namusun və s. ən ali hisslərin məcmusudur Allah! Dosta tapındım, Allaha tapındım. Və bir də gözümdən içimdəki mənə – içimdəki Allahıma, içimdəki nura tapındım, güzgüdən hər kim baxır-baxsın, tapındığım Allahdırsa, gözlərimin güzgü olacağına inandım:

    Gözüm güzgüyə güzgüdü,

    Güzgünün güzgüsü baxır.

    Güzgüdəki mən deyiləm,

    Güzgüdən özgəsi baxır.

    İnandım ki, bu ömür də atam kimi, anam kimi, uşaqlığım, gəncliyim kimi mənim deyil.

    Namərdinsən, mərdinsən,

    Mənim deyilsən, ömrüm.

    Ya quşunsan, qurdunsan,

    Mənim deyilsən, ömrüm.

    İnandım ki, mənim olmayanı mənim etmək üçün ömürdən sonrakı həyatı qazanmalıyam (“Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. Əbu Turxan). Bu qazanc isə hər insan oğluna qismət olmur. Ömürdən sonrakı həyatı yaşamaq üçün akifsəmədlərin ömrünə qarışmalıdı ömrün. Elə qarışmalıdır ki, ruhən əbədi olasan (“Ruh olan yerə ölüm girə bilməz”. Ə.T.), dirilər sənin ölümünə həsəd apara…

    22 iyul ruh şairimizin, mövlanımız, irfanımız Akif Səmədin bu fani dünyamızla təmasının 60 ili tamam olacaq. Onu sevənlər, onun yoluyla addımlayanlar, dostları, yaxınları hamısı bir ağızdan altmış yaşını təbrik edəcək şairin. Kimsə deməyəcək ki, altmışın dörddəüçünü bizimlə oldu, daha yoxdu Akif Səməd! Kimsə onun yoxluğundan söz açmayacaq. Hamı bir ağızdan onun əbədi həyatını alqışlayacaq, ona əbədi həyat arzulayacaq! Hamı həvəslə dostlarının onun ad gününə hədiyyə etdiyi “Ölüm nə mənədir ki…” adlı filmindən, (“ARBAran Media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzi tərəfindən çəkilib. Direktor İqbal Məmmədəliyev, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanova, prodüser Nicat Məmmədov, bədii rəhbər Tahir Tahiroviç), “60 inci” adlı altmış şeiri toplanmış yeni kitabından (nəşriyyatın direktorları Nayma Qaramanlı, Fərman Qəhrəmanov, kitabın redaktoru İbrahim İlyaslı, önsöz müəllifi Rüstəm Kamal), şairin fəxarət dolu adını yaşadan küçədən (Bakı şəhəri “Qurtuluş” qəsəbəsində) söz açacaq, Akif Səməd adını uca tutan, Akif Səmədin dostu, sirdaşı və bu dostluğa sadiq qalan Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi və Rəsm Komitəsi başkanı Nəvai Metinə minnətdar olacaq, bütün bu uğurlu işlərə təşəbbüs göstərdiyinə görə “çox sağ ol deyəcəklər”.

    Bax, budur ölümün zirvəsi! Bax budur ölməzlik!

    ***

    Gözəllər bəxtəvər deyil,

    bəxtəvərlər gözəldir!

    Akif Səməd yaradıcılığı barədə yazdığım birinci yazıda fanidən əbədiyə, alidən uluya, zərrədən günəşə doğru yol gedən və bu yolun keşməkeşlərini adlayıb nur tapdıqca ətrafını da o nura çağıran irfan şeirlərindən daha çox söz açmağa çalışmışdım. Bu yazımda isə Akif Səmədlə öz dünyam boyda bir məkanda, yaşadıqlarım, yaşayacaqlarım (məchula doğru olsa belə) və bəxtəvər olmayan gözəlliklər barədə söhbət etmək, o gözəl olmayan bəxtəvərlərə gendən baxıb gözəl olan, lakin bəxtəvərliyə gennən baxan gözəlliklərdən danışmaq istədim. Elə buradaca şairin “Əylən” adlı gəraylısı məni yoldan əylədi:

    Bu nə yeriş, bu nə nazdı,

    Amandı, ay gedən, əylən.

    Bu günlər, yoxsa sabahlar

    Gümandı, ay gedən, əylən.

    Gülə can verən arıyıq,

    Yönü sevdaya sarıyıq,

    Ölüm heç nədi, ayrılıq

    Yamandı, ay gedən, əylən.

    Açıb yasəmən kolları,

    Açılıb bizə qolları,

    Tanı getdiyin yolları,

    Dumandı, ay gedən, əylən.

    Və bu məqamda qürbətdə vətənləşən, ruhu mövlan olan böyük şairimiz Məmməd İsmayılın Akif Səməd – Akif Səməd poeziyasının özü olan bu gəraylı barədə fikirləri yadıma düşdü: “…Akif Adəmdən üzü bəri sürüb gələn şeirin elə qatına düşdü ki, o qat irfani ruhun yenidən şahlanmasına gətirib çıxaracaqdı. Çıxardı da!… “Əylən!” desə də, yaşadığı zaman kəsimində əbədiyyətə qovuşmağa tələsən də hamıdan çox özü idi”. Elə buradaca bir nəticəyə gəlirəm: irfan özü əbədiyyətə qovuşmaq deyilmi, əbədiyyətə qovuşmaq özü ölməzlik deyilmi? Ölməzlik özü Akif Səməd deyilmi?!

    “Ölmədən öncə ölmək lazımdır”

    Məhəmməd Peyğəmbər

    Oxuculara məlumdur ki, Akif Səməd yaradıcılığının ana xəttini ölümlə söhbət təşkil edir.

    Yanana ölüm də kefdi,

    Qanana qəbir də evdi.

    Sağlığımda sevəmmədim,

    Öləndə ölümü sevdim.

    “Öləndə ölümü sevdim” fikri ilə şair nə demək istəyir? Burada məchula ilişib qalsaq da, belə bir nəticə hasil olur: ölüm Akif Səməd üçün cismin bu dünyanı tərk etməsi deyil, ölüm “qələmdə sözü qocaltmadan” ətri, qanı, gözəlliyi üstündə vərəqlərə düzməkdi: “Adım Akifdi, özüm söz, özgə deyiləm, “sən”əm, gəl”! (ölüm, gəl! İradə A.).

    Yananda ölür, şeir yazır və o ölümü (yazdıqlarını) sevir. Hər yazandan sonra yenidən dirilir, ömür alır ölümdən və əbədiləşir.

    Qış ölürəm, yaz ölürəm,

    Yaz adam ölməz, ölürəm,

    Ürəyimdə söz ölürəm,

    Ağır səfərdən gəlirəm.

    Və yaxud:

    Guya ölüm haqq işidi,

    Ölməmək qorxaq işidi.

    Və burada yatmağa gedən (şeir yaza bilməyən, cismi torpağa qarışan) Akif Səməd ölümə (şeirə) son pıçıltılarını söyləyir:

    Görsəniz yoxam, deyin

    Aytək batmağa getdi.

    Öldü deməyin, dostlar,

    Akif yatmağa getdi.

    Ölüm müqəddəsləşmirmi, ölüm ucalmırmı, ölüm şeirləşmirmi burada?..

    Ölümlə söhbət edən, sevgi boyda uca Akif Səməd yaradıcılığında sevgi şeirləri az yer tutur. Otuzunda əlliyə baxıb sevginin sözə çevrilmək məqamını itirmişdimi deyə:

    Pərvanə oduma gəlmir,

    İlham da dadıma gəlmir.

    Deyirlər, cavan olmuşam,

    Bə niyə yadıma gəlmir.

    Yaxud, əllərin, tellərin bəxtəvər olan çağında ölümlə (sözlə, şeirlə) söhbətin bir ahu telində qarıyacağındanmı qorxurdu:

    Əl-ələ qovuşub titrəyir, əsir,

    Əllərin bəxtəvər olan çağıdı.

    Bir ahu telinə olmuşam əsir,

    Tellərin bəxtəvər olan çağıdı.

    Bəlkə də, ürəyində qımıldayan o hiss içini tel-tel etdi deyə, şair bu mövzudan söz salmağa çəkindi:

    Yaz gəlib, hər tərəf iydə iyidir,

    Yel əsdi, yamacda gül qımıldadı,

    Sənin gözlərində bənövşə açdı,

    Mənim ürəyimdə tel qımıldadı.

    Bütün bunlara rəğmən, söz adamlarına söz “öyrədən” redaktorlara yazdığı şeirdə “Mənim misralarım ilahi səsdi, Qumru nəğməsidi, Qu nəğməsidi”, deyir və bu qumru nəğmələrinin, qu nəğmələrinin dünya durduqca könülləri riqqətə gətirəcəyinə əminliyini bildirir.

    ***

    “Keçmişini unudan onu təzədən yaşamağa məhkumdur”

    Akif Səməd poeziyanın özüdür, o, sözü zirvələrdə tutan, sözə can atanların çoxunu yarı yolda qoyanlardandı. Eyni zamanda, Akif Səməd publisistik yazıları, araşdırmaları ilə də qələmi uca tutanlardan olub. O, Qaçaq Nəbidən yazdığı araşdırmasında Nəbinin arvadı Həcər xanım haqqında oxucuların düşündüklərinə tam zidd (Akif Səməd başdan-ayağa ziddiyyət adamı, təzadlar şairi idi) bir fikir səsləndirir. Bu yazıdan sonra oxucu şairə zəng edərək: “Laçını, Qubadlını alsaq, nənəm Həcərə böhtan atdığına görə səni ora qoymaram”, – deyir. Şair telefondakı adama heç nə demədən dəstəyi asır və şeir yazır:

    Sazım gedər, sözüm gedər,

    Odum gedər, közüm gedər,

    Oğlum gedər, qızım gedər,

    Orda olmasam da olar.

    Və qırx yaşın şeirindən sonra “orda olmasam da olar” misraları özünüdərkin dərinliyinə o qədər varır ki, inkarı da aşaraq “Hər kola təzə ağladım, hər ağacı təzə gördüm” deyir, asılan adamlarçün vicdan çəkən dar ağacına (“elə adamlar asılır, dar ağacı utanır!”. Rüstəm Behrudiyə yazdığı şeirdən) acıyacaq qədər, Yaradanın fəxarəti, cəsarəti, qüdrəti olan Yer üzünü qınayacaq qədər… (“eh Yerin başı batmasın, havayı, boşa fırlanır…” Yaradanın yaratdığına (əbədiyə – Yerə, faniyə – bizə (insanlara) ironiyasına qədər…

    Aldanma, bağları sulu,

    Yer nədi, göylərin qulu…

    …özü fırlansa cəhənnəm,

    Bizimlə qoşa fırlanır.

    Akif Səməd yaradıcılığı zamansız, məkansız olsa da,

    (Çox da ki, şımşəklər haqqa şığıdı,

    Bu qanlar-qadalar haqq işığıdı,

    Akifə oxşayıb, haqq aşığıdı…)

    kiçik bir duraqda ləngiməyə də imkan tapır. Bu duraq zamanın durağıdır. Bu duraqda zamana boyun əyən boynu əyrilər dara çəkilsə də, gərdiş qınanır:

    Fələyin qarğışıdı,

    Kişi kimi arvadlar,

    Arvad kimi kişilər.

    Və Akif Səməd yaradıcılığının əsrarəngiz səmasından yerə enirsən bir anlıq. Misralardakı həqiqəti göz önündə canlandırır fələyi sən də qarğıyırsan, “Fələk, qadını kişisiz, dayaqsız qoyub qadınlıqdan, kişini heysiyyətsiz, huysuz qoyub kişilikdən etmə” deyirsən.

    ***

    Akif Səməd yaradıcılığında Vətən mövzusu üst qatda olsa da, o qata hər oxucu çıxammır. O, mübaliğəyə, pafosa yol vermədən vətənin ağrısında ağrıyır, adamları – şeir yazan (nağıl yazan, qanun yazan) adamları oyatmağa çalışır:

    Zaman ötür, sular axır,

    Qazanımız köhnə, paxır,

    Düşmən dağa bayraq taxır,

    Düzdə şeir yazırıq.

    Və şeirləri ilə gələcəyə bir ismarış da edir, – Vətənə Vətəndaş olun, deyir! Burada bir məqam da diqqətdən qaçmır, Akif Səməd Vətən deyəndə Elçibəy deyir, Elçibəy deyəndə Vətən deyir:

    Tünd-qara rənglər içində,

    Bir göy qurşağı adamdı…

    (Vətəndi! İradə A.)

    Buluddan yuxarı duran,

    Tozdan aşağı adamdı.

    (Vətəndi! İradə A.)

    Və bu vətənləşmə elə müqəddəs sevgilər sırasındadır ki, “Sarvan köçəndən sonra karvanı qalan…” Elçibəylə bütövləşir…

    Burdan o yana söz qalmadı…

    Yaşasın Vətən!

    Yaşasın Vətəni Vətən edən oğullar!

    Yaşasın Akif Səməd.

    http://edebiyyatqazeti.az

  • Təhminə VƏLİYEVA (Özgeçmiş)

    TƏRCÜMEYİ-HAL

    Vəliyeva Təhminə Şahin qızı 12.06.1994-cü il tarixdə Azərbaycan Respublikasının Cəlilabad şəhərində anadan olub. 2001-2012-ci illərdə Bakı şəhərində tam orta məktəb təhsili almb, 2007-ci ildə oxuduğum 199 saylı tam orta məktəbin “Fəxri fərman”ı ilə təltif olunmuşam. Müxtəlif illərdə məktəblərarası keçirilən Respublika Fənn Olimpiyadasının iştirakçısı olmuşam. 2012-ci ildə isə Faiq Rzayev adına 150 saylı tam orta məktəbin məzunu olmuşam. Həmin il Bakı Dövlət Universitetinin filologiya fakültəsinə “Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə daxil olmuş və 2012-2016-cı illərdə ixtisasım üzrə əyani bakalavr təhsili almışam. 2016-cı ildə məzun olduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikası və metodologiyası” ixtisası üzrə təhsilimi magistratura səviyyəsində davam etdirmişəm. 2016-2018-ci illərdə əyani magistr təhsili almışam. 25.06.2018-ci il tarixdə ADPU-nun Dissertasiya Şurası qarşısında “Azərbaycan dili dərslərində nitq etiketlərinin mənimsənilməsi yolları (V-IX siniflər üzrə)” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş və magistr adını almağa layiq görülmüşəm.
    Əmək fəaliyyətinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin 05.09.2017-ci il tarixli qərarı ilə başlamışam. Həmin vaxtdan etibarən institutun “Mətbuat tarixi və publisistika” şöbəsində kiçik elmi işçi vəzifəsində çalışıram. Mən Azərbaycan dilçiliyi, Azərbaycan dilinin tədrisi metodikası və ədəbiyyatşünaslıq üzrə 20-dən çox məqalə, 4 tezis və 1 monoqrafiyanın müəllifiyəm. Respublikamızda keçirilən beynəlxalq seminar və konfranslarda məruzələrlə çıxış etmişəm. “Speech etiquettes in Azerbaijani and Azerbaijani language teaching” adlı monoqrafiyam ingilis dilində Latviyanın Riqa şəhərində nəşr olunmuşdur. Bundan başqa, “Ustad” dərgisinin AXC-nin 100 illiyi münasibətilə təşkil etdiyi hekayə müsabiqəsində “Keçən günlərin soyuq küləyi” adlı hekayəm münsif heyəti tərəfindən bəyənilmiş və “Təşəkkürnamə” ilə təltif edilmişəm. Rus, türk və ingilis dillərini bilirəm. Fars dili üzrə kurs keçmişəm, farsdilli əlifbaya və fars dilinin qrammatik quruluşuna bələdəm.

  • Əlirza HƏSRƏT.Yeni şeirlər

    ehe

    Bundan belə

    Ayrılıqdan çəkib şirə,
    Yol gedirik hələ pirə.
    Bu eşq xatirə-xatirə, –
    Başından tökülsün sənin.

    Yaşanmış günlərim kövşən,
    Ah rəsmidir bu bənövşən.
    Mənim kimi eşqə düşən, –
    Sevənlərin ölsün sənin.

    Eşq yoludur bu can belə,
    Yaxanı çəkmə yan, belə.
    Çox demirəm, bundan belə, –
    Hər gün üzün gülsün sənin.

    Dəyirmanda dən oynadı

    Bu sevgi toy tutdu mənə,
    Hərə bir cür şən oynadı.
    Qərib ahından diksinib, –
    Bu zalım Vətən oynadı.

    Qələmini batır tərə,
    Gəlim çiçək dərə-dərə.
    Könül verdiyim xəbərə, –
    Bu ruhsuz bədən oynadı.

    Təbiətə tacdı sünbül,
    Nə gözəl nur saçdı sünbül.
    Yaxasını açdı sünbül, –
    Dəyirmanda dən oynadı.

    Kəndimiz

    Gələni yox, gedəni yox bu kəndin,
    Gözü yolda qalıb duman, dağ belə.
    Görüşünə yubandığım zirvələr, –
    Görməmişdi saçlarımı ağ belə.

    Lalələrin bağrında qan qalmışdı,
    Hər sevgidən bir şöhrət, şan qalmışdı.
    O kənddə bir yetim oğlan qalmışdı,
    Görən varmı o uşağı sağ belə?

    Belə qoyub getmişdikmi kəndi biz?
    Niyə kəsdik bu bərəni, bəndi biz?
    Kövrəlmişəm qoy görməsin kəndimiz,
    Gözlərini sıx, ay bulud, yağ belə!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Eyvaz ZEYNALOV.”Məktəbli forması” (Hekayə)

    eyvaz ist

    Qızım dükandan iki cüt uşaq ayaqqabısı almışdı. Soruşdum:

    – Bunları kimə almısan?

    – Bir cütünü oğluma, o birini də qonşumuz Fatmanın oğluna, – dedi. – Təsadüfən anası ilə söhbətini eşitdim. Altı yırtılmış ayaqqabısını ona göstərib şikayətlənirdi.

    – Sən bunu uşağa necə vermək fikrindəsən?

    – Bir azdan oğlumla oynamağa gələcək. Onda çağırıb geyindirəcəyəm ayağına. Yetimi sevindirmək savabdı.

    – Dayan, qızım, belə olmaz! – dedim. – Uşağın qəlbini yaralayarsan. Qaş düzəltdiyin yerdə, vurub gözünü də tökərsən.

    – Bəs necə eləyim?

    – Sən uşağın anası ilə danış, başa sal. Ayaqqabını gizlincə ona ver. Qoy onu oğluna özü aldığını söyləsin.

    Qızım razılaşdı. Ayaqqabı məsələsi uşaq vaxtı başıma gələn bir hadisəni yadıma saldı.

    ***

    İkinci sinifdə oxuyurdum. Dərsin ortasında məktəb direktoru əlində bir bağlama içəri girdi. Müəllimimizə:

    – Bağışlayın, – dedi, – beş dəqiqə vaxtınızı almalı olacağam.

    – Buyurun, buyurun, – müəllimimiz dedi.

    Direktor cibindən bir kağız çıxartdı. Ordan mənim adımı, familiyamı oxudu. Kağızı yenidən qatlayıb cibinə qoydu.

    – Əli, eşitmədin? – müəllimimiz səsini qaldırdı. – Direktor səninlədi, qabağa çıx.

    Qalxıb könülsüz addımlarla ona yaxınlaşdım. Direktor əlindəki bağlamadan bir məktəbli forması çıxartdı. Onu nümayişkəranə şəkildə bütün sinfə göstərdi.

    – Əli, Sovet hökuməti yetim-yesirin hökumətidi, – dedi. – Bu paltarı sənə göndərib.

    Onu büküb mənə verdi.

    – Keç otur, Əli, – müəllim bunu deyəndə direktor artıq çıxıb getmişdi, mən isə hələ də lövhənin qabağındaydım.

    Bükülünü göstərib:

    – Bəs bunu neyniyim? – sadəlövhcəsinə soruşdum.

    – O sənindi, oğlum, – müəllim dedi. – Gedəndə evinizə apararsan.

    Özümü pis hiss edirdim. Həmişə beləydi. Yad adam mənə bir şey verəndə özümü pis hiss edirdim.

    Atam iki yaşım olanda ölmüşdü. Ancaq hər dəfə soruşanda, anam onun uzağa getdiyini, tezliklə qayıdıb gələcəyini, həm də nəyim çatmırdısa, hamısını alıb gətirəcəyini söyləyirdi.

    ***

    Arxamca qaçan sinif yoldaşım məktəb qapısında mənə çatdı. Əlindəki bağlamanı irəli uzadıb təngnəfəs dedi:

    – Bunu unutmusan.

    Mən onu qəsdən partanın altında qoymuşdum. Fərqinə varmadan:

    – Qoy sənin olsun, – dedim.

    – Olmaz, – dedi, – o sənindi.

    – Atam mənə başqasını alıb gətirəcək, – anamsayağı dedim.

    – Sənin atan yoxdu, ölüb, – sinif yoldaşım dedi.

    – Anam deyir, o, uzaqdadı, – tez etiraz etdim.

    – Anan səni aldadır. Ölənlər geri qayıtmır. Bu forma da ataları olmayanlar üçündü.

    Paltarı qoltuğuma verib uzaqlaşdı. Arxasınca bağırmaq istədim, səsim qırıldı. Bircə anda onun doğru dediyini, anamın məni aldatdığını anladım. Görünür, bunu mənə başqa biri deməliydi.

    ***

    Anamla həyətdə qarşılaşdım. Təndiri qalamışdı. Çörək bişirəcəkdi.

    – Qoltuğundakı nədi, oğlum? – Bükülünü açıb baxdı. – Hardandı? – soruşdu.

    – Direktorumuz verdi.

    – Nə yaxşı, – üzü güldü. – Allah köməyi olsun. Sağ ol dedinmi?

    – Mən onu geyinməyəcəyəm, – mızıldandım.

    – Niyə, bala? Pisdi?

    – İstəmirəm məni yetim çağırsınlar.

    – Eh, ay bala, bəyəm istəməklədi?

    Təəccübdən ağzım açıla qaldı. Bu nə danışır? Anama nə olmuşdu? Demək, o da daha məni aldatmağın mənasız olduğunu başa düşmüşdü.

    Mən birdən paltarı anamın əlindən qapıb çırtaçırtla yanan təndirə atdım.

    – Ə, sən neynədin? – Anam dəli kimi qışqırdı.

    Özünü ora-bura vurdu. Məktəbli formasını göyə yüksələn alovun əlindən almağa çalışdı. Lakin daha gec idi.

  • Kənan AYDINOĞLU.”Hayanda oldumsa darıxıram mən”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Hayanda oldumsa darıxıram mən,
    Yenə həsrətini çəkirəm sənin.
    Gözümün önündə qalasan deyə,
    Rəsmini tabloya çəkirəm sənin.

    Mənbə: http://kenanaydinoglu.com/

  • Şəfa EYVAZ.”Çıxıb getmək var… bacarsan”

    Çıxıb getmək var bir də
    Ətrin hopmuş bu şəhərdən.
    Həsrətli baxışları
    yığıb küncdən, bucaqdan
    kimsəsiz döngələrdən.
    Sıxmaq var susqunluğu
    Dişlərində qəhərdən.
    Çıxıb getmək var bir də
    bu şəhərdən,
    Gedə bilsən…

    Çıxıb getmək var
    səndən,
    Sənə bağlı xatirələrdən.
    Ömür dediyin uzun deyil,
    Düşüncənin bir yerində
    bütün bağlar qırılır…

    Yenidən sevmək üçün
    gücü yetmir ürəyin
    qopub səndən, özündən
    yeni liman axtarsın…

    Çıxıb getmək var,
    amma
    getməyin də növü var.
    Unudulmaq itkidir,
    Unutmaqsa intihar!
    Çıxıb getmək var,
    Çıxıb getmək… bacarsan.

  • Şəfa VƏLİYEVA.”Bəxt dediyin bircə bəndlik şeirdi

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bəxt dediyin bircə bəndlik şeirdi,
    Bir ömür güc-bəla anlamaq olur…
    Dünən burdan bir “Ağ atlı” keçirdi…
    Dedi ki: ” mənsiz də yaşamaq olur…”

    Küsün gedin, ay gedənlər, nə olur,
    Kimsə gözləməsin cığır başında…
    Hər səhər gözümdə ümid doğulur,
    Boğub öldürürəm şər qarışanda…

  • Sumqayıt Poeziya Evində “Evimizin Fəxri qonaqları” rubrikasında növbəti qonaqlarımız Qırğızstan Milli Yazıçılar İttifaqının sədri, ünlü qırğız şairi NURLAN KALIBEKOVun rəhbərliyi ilə gənc qırğız şairləri oldu

    Sumqayıt Poeziya Evində “Evimizin Fəxri qonaqları” rubrikasında növbəti qonaqlarımız Qırğızstan Milli Yazıçılar İttifaqının sədri, ünlü qırğız şairi NURLAN KALIBEKOVun rəhbərliyi ilə gənc qırğız şairləri oldular. Azərbaycanda nəşr olunmuş “Gənc qırğız şeiri antologiyası”nın təqdimatı münasibəti ilə ölkəmizə təşrif buyurmuş qələm dostlarımız şəhərimiz, şəhərimizin ədəbi mühiti ilə bağlı məlumatlandırıldılar və səfərdən çox razı qaldıqlarını dilə gətirdilər.

  • “Qoşa qanad” ədəbi almanaxı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Qoşa qanad” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax AMEA Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin 22 may 2019-cu il tarixli, 5 saylı qərarı ilə çap olunub. Kitaba Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən rəy verilib.

    Kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, redaktoru isə hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanovdur. Ədəbi almanaxın tərtibçi-redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı, nəşriyyat redaktoru isə Mətanət Novruzovadır. Kitabın kompüter düzümçüsü Arzu Novruzovadır.

    Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademik ədəbiyyat məktəbi” adlı yazısı ilə açılır. İki hissəli, 352 səhifədən ibarət olan ədəbi almanax “AFPoliqrAF” mətbəəsində çap olunub. Kitabın birinci bölümü “Şeir”, ikinci bölümü “Nəsr” nümunələrindən ibarətdir.

    Kitabda AMEA-nın müxtəlif elmi-tədqiqat institutlarında çalışan əməkdaşların bədii əsərləri, xüsusən də şeir və hekayələri toplanıb. Şeir bölməsində İsa Həbibbəyli, Ziya Bünyadov, Vaqif Abbasov, İbrahim Əzizov, Vüqar Əhməd, Cəfər Quluzadə, Knyaz Məmmədov, İmaş Hacıyev, Tağı Hüseynov, İsmayıl Quliyev, Kübra Quliyeva, Zülfiyyə Quliyeva, Əflatun Baxşəliyev, Şakir Albalıyev, Nizami Muradoğlu, Əhməd Qəşəmoğlu, Oktay Bəyaz, Bəhram Basqallı, Rəşid Təhməzoğlu, Vüqar Cəfərov, Gülbəniz Babayeva, Səlimə Əyyubova, Ruşan Ruşanzadə, Atif İslamzadə, Lalə Əliyeva, Qiymət Məhərrəmli, Zəki Bayram (Yurdçu), Qəndab Əliyeva, Aygün İskəndərzadə, Zümrüd Mənsimova, Nigar Vəlizadə, Sevinc Rəcəbova, Telman Quliyev, Natəvan Bağırova, Fazil İsmayılov, Asya Əhmədova, Nərmin Hüseynova, Nazlı İbrahimova, Fatimə Əliyeva, Sevil İbrahimqızı, Yusurə Abdullayeva, Ramilə Cəfərli, Sevinc Hüseynova kimi müəlliflərin şeirləri nəşr edilib.

    Nəsr bölməsində isə Kamran İmranoğlu, Salidə Şərifova, Mərziyyə Nəcəfova, Ələddin Məlikov, İlhamə Qəsəbova, MirNamik Bəşirov, Səlimə Əyyubova, Sadıq Qarayev, Göyərçin Mustafayeva, Rəşid Fətəliyev, Nicat Məmmədov, Əsmər Hüseynova, Natəvan Bağırova, Fazil İsmayılov, Vüsalə Əbdüləli qızı, Nərmin Hüseynova, Aynur Cəlilova, Mənzər Niyarlı, Turxanım Hümbətova kimi əməkdaşların hekayələri yer alıb.

    Ümumilikdə, kitabda ayrı-ayrı elmi fəaliyyət sahələrini əhatə edən alimlərin müxtəlif mövzulu və formalı bədii nümunələri cəm olunub. Həmçinin Elmlər Akademiyasının Ədəbiyyat, Neft-Kimya Prosesləri, Molekulyar Biologiya və Biotexnologiyalar, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri, Memarlıq və İncəsənət, Şərqşünaslıq, Botanika, Coğrafiya, Dilçilik, Folklor, Radiasiya Problemləri, Torpaqşünaslıq və Aqrokimya, Fəlsəfə, Mərkəzi Nəbatat Bağı, Ədəbiyyat Muzeyi, Fizika, Zoologiya kimi institutlarında çalışan tədqiqatçılar bədii əsərləri sayəsində bir araya gəliblər.

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
    Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • “Plyus bədii yaradıcılıq” ədəbi almanaxı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyi tərəfindən “Plyus bədii yaradıcılıq” ədəbi almanaxının üçüncü kitabı nəşr edilib. Ədəbi almanax İnstitutun Elmi Şurasının 04 iyul 2019-cu il tarixli, 6 saylı qərarı ilə çap olunub.

    Kitabın ideya və ön sözünün müəllifi Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəylidir. Ədəbi almanax akademik İsa Həbibbəylinin “Akademiyada ədəbiyyatdan akademizmə” adlı yazısı ilə açılır. Üçüncü kitabın redaktoru və giriş məqaləsinin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlıdır.

    Üç hissəli, 416 səhifədən ibarət olan ədəbi almanax “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. Kitabda Ədəbiyyat İnstitutunda çalışan əməkdaşların bədii əsərləri yer alıb. Poeziya bölməsində İsa Həbibbəyli, Məmməd Arif Dadaşzadə, Qasım Qasımzadə, Atif Zeynallı, Arif Abdullazadə, Vüqar Əhməd, Mərziyyə Nəcəfova, Fəridə Hicran, Xədicə İsgəndərli, Zəki Bayram (Yurdçu), Nizami Tağısoy, Qürbət Mirzəzadə, Qəndab Əliyeva, Gülbəniz Babayeva, Lütviyyə Əsgərzadə, Leyli Əliyeva, Əflatun Baxşəliyev, İlham Məmmədli, Lətifə Mirzəyeva, Təranə Məhəmmədqızı, İradə Yusifova, Rasim Qurbanov, Bahar Bərdəli, Gülnar Səma, Nizami Vəliyev, Aynur Xəlilova, Ruhəngiz Əliyeva kimi əməkdaşların şeirləri nəşr edilib.

    Nəsr hissəsində Qəzənfər Paşayev, Məmməd Əliyev, Mənzər Niyarlı, Esmira Fuad, Baba Babayev, Elçin Mehrəliyev, Fidan Abdurahmanova, Dilarə Adilgil, Zəhra Allahverdiyeva, Əsmər Hüseynova, Solmaz Həyatova, Salidə Şərifova və s. kimi tədqiqatçıların hekayələri verilib. Kitabın tərcümə bölməsində Ülkər Hüseynovanın, Xuraman Hümmətovanın, Xanım Zairovanın, Leyli Əliyevanın, Cavidə Məmmədovanın, Pərvanə Məmmədlinin, Cavanşir Yusiflinin, Aytən Rüstəmzadənin, Mərcan Sofiyevanın, Təhminə Bədəlovanın və s. müxtəlif dillərdən tərcümə etdikləri əsərlər çap olunub.

    Ümumilikdə, kitabda yaşından və elmi fəaliyyət səviyyəsindən asılı olmayaraq Azərbaycan ədəbi, elmi, nəzəri-estetik fikrində özünəməxsus yeri və mövqeyi olan müəlliflərin şeirləri, nəsr əsərləri, müxtəlif dillərdən tərcümələri toplanıb.

    Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
    Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsi

  • Sumqayıtın 70 illiyi münasibətilə mədəniyyət işçilərinin Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib

    https://a.radikal.ru/a41/1907/64/8e77279aff05.jpg

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə mədəniyyət işçilərinin Sumqayıt şəhər Ağsaqqallar Şurasının üzvləri ilə görüşü keçirilib.
    Sumqayıtın 70 illiyi münasibətilə Sumqayıt Dövlət Dram Teatrında baş tutan görüşdə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov, , şəhər ziyalıları və mədəniyyət işçiıləri iştirak edib.
    Tədbiri giriş sözü ilə açan idarə rəisi Mehman Şükürov son illər şəhərimizdə aparılan abadlıq və quruculuq işlərindən, inşa edilən mədəniyyət müəssisələrindən danışaraq bildirib ki, ölkə başçısının və şəhər rəhbərliyinin mədəniyyət işçilərinə olan diqqət və qağısı bizi daha da böyük nailiyyətlər əldə etməyə ruhlandırır.
    Sonra şəhər Ağsaqqallar Şurasının sədri Müzəffər Gülümov, şair Əşrəf Şəfiyev, Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı, S.Vurğun adına Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova və digərlərinin mövzu ətrafında çıxışları dinlənilib.
    Sonda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək sumqayıtın 70 ildə keçdiyi tarixi yola nəzər salıb, son illərdə görülən işlərdən danışaraq bildiirib ki, ölkə prezidenti cənab İlham Əliyevin “möcüzə” adlandırdığı sumqayıt buıvarının ərazisi şimala doğru 1 kilometr uzadılır. Hazırda 106 hektar olan bulvar ərazisinə daha 32 hektar əlavə edilir.
    Natiq Muğam mərkəzi və kinoteatrın inşasına diqqət çəkərək bildirib ki, sumqayıtlıların mədəni istirahətlərini təmin etmək üçün şəhərimizdə bütün lazımi şərait yaradılacaq və şəhərimiz sözün əsl mənasında mədəniyytət mərkəzinə çevriləcək.
    Sonda Teymur Səmədov hər kəsi Sumqayıtın 70 illik yubileyi münasibətilə təbrik edib.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

  • Əsir Ağdam məscidi


    Viktor Hüqo sevimli yazıçılarımdan olub!
    “Səfillər”i bir neçə dəfə, hər dəfə də heyranlıqla oxumuşam!

    “Doxsan üçüncü il”, “Gülən adam” romanları da qeyri-adi əsərlərdəndir!

    “Paris Notr-Dam kilsəsi” isə bir neçə dəfə ekranlaşdırılıb!

    Qəhrəmanları – Qvazimoda, Quinplin qəribədirlər: zahirən çirkin, qəribə, daxilən pak, yüksək mənəviyyat daşıyıcıları!

    Başqa cür ola da bilməzdi!

    Allaha məxsus dini məbəddə ancaq belələri sığınacaq tapa bilərdilər!

    ***

    Paris Notr-Dam kilsəsinin yanmasına dərin təəssüflə baxdım…

    Əsrlərin sınağından çıxan möhtəşəm dini məbəd, bəşəriyyətə məxsus olan qeyri-adi memarlıq abidəsi…

    Ancaq heç kəs məni qınamasın: Ağdam məscidi dağıdılanda, onun qırılmış daşlarından kiçik parçanı ATƏT-in Minsk qrupunun sədrlərindən biri Bakıya gətirərək Ulu Öndər Heydər Əliyevə təqdim edəndə daha çox ağrımışdım!

    Bəlkə də içərimdə Notr-Dam kimi yanmışdım!

    Bəli, mənə Ağdam məscidi Notr-Damdan daha doğmadır, daha əzizdir!

    Nə olsun ki, həcmcə kiçikdir!

    Nə olsun ki, dünya mədəniyyəti incilərindən sayılmır!

    Axı hər ikisi bir nöqtədə birləşir: çünki hər ikisi Allahın evi sayılır!

    ***

    Məscid kimsəsizlərə pənah yeri, sığınma yeri olub.

    Esmiralda da, Kvazimoda da orada gizlənərək özlərini ağır cəzadan qoruyurdular!

    Hər ikisi ədalətsizliyin qurbanı idi!

    Hər ikisinə qarşı haqsızlıq edib, cəza vermək istəyirdilər!

    Amma dini məbəd onları qoruyub saxlayırdı!

    Qanunun cəza əli isə bu müqəddəs məkana çata, girə bilməzdi!

    Çünki o yer Allaha məxsusdur!

    Allah evi hesab olunur!

    Bu gün isə erməni vəhşiləri həmin müqəddəs məkanları, pirləri, tarixi abidələri yandırıb dağıdırlar, heyvan saxlanan tövləyə çevirirlər!

    İşğaldakı ərazilərdə 13 dünya (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli abidə və muzey, 13 mindən artıq nadir eksponat məhv edilib!

    Xislətləri budur!

    Faşist Njdeyə heykəl qoyanlardan, Xocalı soyqırımını törədənlərdən daha nə gözləmək olar?!

    Dəniz sahilinə bir balina atılanda “humanist duyğuları” dilə gələn dünya isə bütün bunları sanki nə görür, nə də eşidir!

    İraqda bombardman nəticəsində yaralanan 6 yaşlı ərəb uşağının bu vəhşilikləri və qırğınları törədənləri ölüm ayağında hədələməsi məni həm sarsıtmışdı, həm də kövrəltmişdi: “Bunların hamısını Allaha danışacam!” demişdi həmin oğlan uşağı!

    … Və artıq danışıb da!

    Bəs görəsən Allah bizə niyə kömək etmir ki, öz məscidimizə qayıdaq?!

    ***

    Vaxtilə dünya iki qütbə bölünmüşdü: kommunizmə və kapitalizmə!

    Müxtəlif əqidəyə və dünyagörüşünə malik insanların yaşadığı dövlətlər arasındakı müharibələrdə milyonlarla adam qırıldı, əlil oldu, əzab və məşəqqətlərə məruz qaldı.

    Bu gün dünya birqütblüdür, qloballaşır!

    Yeni prosesin fəsadları artıq təkcə ərəb dünyasını və müsəlmanları deyil, Avropanı, habelə dağılan ölkələrdə yaşayan müxtəlif dinlərə sitayiş edənləri də kənarda qoymur, küçə və dini məbədlərdə törədilən partlayışlar hesabına vaxtsız ölümlər, dağıntı və “miqrant” (əslində qaçqın) axını ilə “mükafatlandırır”.

    Hələ də bu faciələr davam edir!

    İkiqütblü dünyada baş verən müharibələrdə dövlət sərhədləri bəlli idi!

    Sivilizasiyalararası çarpışmalarda isə proseslər əsasən dövlətlərin daxilində gedir!

    Dövlətlərin daxilində sərhədlər çəkərək insanları dininə görə ayırmaq mümkün deyil!

    Bu cür qarşıdurmaların və “terror aktları mübadiləsinin” sonunda qalib gələn də olmur!

    Dünyanı bu təlatümlərdən və qırğınlardan yalnız sülh və multikulturalizm xilas edə bilər!

    Azərbaycanın dünyaya təklif etdiyi multikulturalizm!

    Azərbaycanın öz təcrübəsinə və Azərbaycan xalqının həyat tərzinə əsaslanan multikulturalizm!

    Belə halda nə məscid, nə kilsə, nə sinaqoq və digər dini məbədlər də partlayışlar və terror aktlarına hədəf olmaz!

    Günahsız insanlar qurbana çevrilməz!

    Heç bir dini məbəd Ağdam məscidi kimi xaraba qalmaz!

    ***

    Allah Allah evlərini yandıranları və dağıdanları, xaraba qoyanları heç vaxt bağışlamayacaq!

    Hər əməlin cəzasının zamana ehtiyacı var!

    Bu gün kriminal və qaniçən erməni siyasətçiləri və dövlət başçıları bir-birlərini həbsxanaya atdıraraq cəzalandırırlar!

    Allahın cəzası isə hələ sonra olacaq!

    NƏ QƏDƏR Kİ:

    * Dünyada ikili standartlar hökm sürür;

    * Terrorun səbəbi yalnız islam dinində və müsəlmanlarda axtarılır;

    * Terrorçu qrup və birləşmələri gizli şəkildə silahlandırılıb maliyyələşdirilərək məkrli niyyətlərin icrasına yönəldilir;

    BU MÜDDƏTDƏ:

    Məscidlər və başqa dini məbədlər partladılacaq, ibadətə gələnlər qətlə yetiriləcək, ölkələr daxilində sabitlik pozulacaq, günahsız insanlar dinindən və milliyyətindən asılı olmayaraq sağlam təfəkkürə deyil, zora əsaslanan siyasətin qurbanına çevriləcəklər!

    ADƏTƏN:

    * İnsanlar dünyanın o başındakı əzizlərinin yanına gedə bilir…

    * Xəstəxanada yatanlara baş çəkə bilir…

    * Həbsxanadakılarla görüşə bilir…

    Bircə əsir və girovların yanına getmək, onlara baş çəkmək, onlarla görüşmək mümkün olmur!

    Artıq 26 ildir əsir Ağdam məscidinə gedə, orda Allaha dua edə, arzularımızı gerçəkləşdirmək üçün ondan kömək istəyə bilmirik!

    Çünki bu müqəddəs məkan özü əsirlikdədir!

    Özünün köməyə ehtiyacı var!

    Özü Quran və əzan səsinə həsrətdir!

    Bu həsrət nə qədər çəkəcək, bircə Allah bilir!

    O da bunu nə bizə deyir, nə də hələlik kömək göstərir!

    Allah hamımıza yalnız bol-bol səbir verir!

    ***

    Sovet hakimiyyəti yaşadığı 73 il ərzində bizi ateist kimi tərbiyə etməyə, Allahın yoxluğuna inandırmağa çalışdı. Amma bütün təqiblərə, qorxu və qadağalara baxmayaraq heç kəs Allahından üz döndərmədi, onu danmadı!

    Hətta elmi ateizm fənnindən imtahan verib qiymət alandan sonra Tanrıdan üzrxahlıq dilədik, bizi bağışlamasını xahiş etdik: “Dediklərimiz ürəkdən gəlmirdi, qiymət almağa xidmət edirdi” söylədik.

    Yəqin ki, uca Tanrı da bizi anlayıb, günahımızdan keçdi.

    Sovetin bütün illərində Ağdam məscidi fəaliyyətini dayandırmadı, “vicdan azadlığı” nümunəsi kimi daim işlədi, qapıları açıq oldu.

    Məhərrəm ayında, aşura günlərində qonşu rayonlardan da buraya gəlirdilər…

    Allaha dualar edən kim, nəzir-niyaz verən kim, ağlayaraq dərdinə əlac istəyən kim…

    Dərs qurtaran kimi məscidə qaçar, müəllimlərimiz bizi görməsinlər deyə küncdə-bucaqda gizlənər, sonra dəstə tutub “şaxsey-vaxsey” deyənlərə qoşulardıq…

    Şapalaqla sinəmizi vurub qızardar, səsimiz batana qədər qışqırardıq…

    Allahın böyüklüyünə, ədalətinə, bizi eşidəcəyinə, istəklərimizi yerinə yetirəcəyinə inanardıq!

    Bu gün də həmin inamdayıq!

    Əlimiz hər yerdən üzüləndə belə Allahın ətəyini buraxmırıq!

    “Allah Kərimdir!” deyirik!

    Bəxtiyar SADIQOV

  • Bu da 60

    Jurnalistlik təkcə təhlükəli yox, həm də bir az qəribə, bir az bənzərsiz, bir az da bəxtsiz və içi özünü, çölü özgəni yandıran peşədir. Hətta bir qədər dərinə gedib müasir tələblər baxımından yanaşdıqda, perspektiv peşə sayılan jurnalistliyi bu geniş dünyada, bu milyonlar arasında “tənha” peşə də saymaq mümkündür. Bəlkə də ona görədir ki, jurnalistin səmimi, qəlb dostları əksər vaxt həmkarları olur. Başqaları isə jurnalisti yalnız işi düşəndə, əli qapı arasında qalanda yada salır. Çünki bu təmənnalı zamanada jurnalistin qələmdən savayı sərvəti, yazmaqdan başqa səlahiyyəti yoxdur.

    Amma bütün bunların fonunda jurnalistlik həm də bir peşə xəstəliyidir, yoluxdunmu, müalicə edilə bilməyəcəksən, ömrünün sonunacan onun daşıyıcısı olacaqsan. Və nə yaxşı ki, bu gün Azərbaycanda sayı az olsa da, peşəsinin, sözün yaxşı mənasında, xəstəsi olan jurnalistlər var. Onlardan biri də ömür zirvəsinin 60-cı pilləsinə qədəm qoyan, köhnə dillə desək, 37 il əlindən qələm düşməyən Amil Novruzovdur.

    Orta yaşlı həmkarlarımız arasında Amil Novruzovu tanımayan az adam olar. Hamı da onu istedadlı jurnalist, etibarlı dost, sabit və prinsipial mövqeyi olan insan kimi qəbul edir. Tam doğru sözümüzdür: Amil Novruzovun birbaşa şəxsiyyəti ilə bağlı olan bu keyfiyyətlər yubiley tərifi deyil, həqiqətdir, daha artığına layiq olduğu həqiqət.

    A.Novruzov qarabağlıdır, Ağdamda doğulub boya-başa çatıb, orta məktəbi qurtarıb. Amma onun xarakterində, davranışında əksər həmyerlilərində olduğu kimi dəliqanlılıq, çılğınlıq yoxdur. O, olduqca təmkinli, səbirli, sakit adamdır. Özü də Amili tələbəlik, gənclik illərindən tanıyanlar deyirlər ki, o, həmişə belə olub. Bununla belə, A.Novruzovun həyatında elə anlar, elə hadisələr olub ki, hətta möhkəm xarakteri ona özü kimi qalmağa imkan verməyib, məhvərindən çıxarıb, əsəblərini tarıma, sağlamlığını sınağa çəkib. Söhbət Qarabağın, doğma Ağdamın işğalından gedir.

    Ərazilərimiz işğal olunanda Amil Bakıya təzəcə gəlmiş, bugünəcən işlədiyi “Azərbaycan” qəzetində yeni işə düzəlmişdi. Lakin ata-anası, bacı-qardaşı, qohum-əqrəbasının çoxu Ağdamda yaşayırdı. Əksər ağdamlılar kimi, onların da rayonda geniş ev-eşikləri, yaxşı iş-gücləri var idi. İndi isə işğal onların hamısını məhv etmişdi. Cavanlar bu faciənin fəsadlarının öhdəsindən yenə birtəhər gəlirdilər. Amilin valideynləri – atası Şəmsəddin kişi və anası Əminə müəllimə isə ömürlərinin sonunacan köçkünlük həyatı, Ağdamsız ağdamlı olmaları ilə barışa bilmədilər. Onlar keçmiş partiya məktəbinin yataqxanasında məskunlaşmışdılar. İş yerimiz həmin binaya yaxın olduğu üçün Amil hər gün onlara baş çəkirdi. Deyir ki, hər dəfə yataqxanaya onların nisgilini azaltmağa, könüllərini almağa getsə də, özünün qanı qaralıb gəlirdi… Allah heç kimə yurd həsrəti yaşatmasın, xüsusən də qoca yaşında.

    Amma gənc Amilin Ermənistanın işğalçılıq siyasətindən çəkdiyi təkcə bu deyildi. Çünki o, Ağdamdan əvvəl Kəlbəcərin işğalının ağrısını yaşamışdı. Bunun isə birbaşa jurnalist taleyi ilə bağlı olan maraqlı tarixçəsi var.

    1982-ci ildə indiki BDU-nun Jurnalistika fakültəsini bitirəndən sonra Amil Azərbaycan KP MK-nın bölgüsü ilə Kəlbəcərdə çıxan “Yenilik” qəzetinə göndərilmişdi. Onu da qeyd edək ki, Kəlbəcəri Amilin özü seçmişdi. Tələbə kimi təcrübədə olduğu Kəlbəcərin təbiəti, camaatı, yerli qəzetin kollektivi xoşuna gəlmişdi. Elə həmin vaxt qərar vermişdi ki, jurnalistlik fəaliyyətinə Azərbaycanın bu bənzərsiz yurdunda başlayacaq. Elə də etdi. Hələ üstəlik tələbə yoldaşları Malik Zeynalovun və Validə İsmayılovanın da “saqqızını oğurlayıb” Kəlbəcərə gətirdi və düz 6 il bu romantik gənc jurnalistlər “Yenilik”də yenilik etməklə məşğul oldular. Həmin dövr üçünsə bu vacib keyfiyyət sayılırdı. O üzdən qəzetdə müxbir kimi çalışan Amil çox keçməmişdi ki, redaktor müavini vəzifəsinə irəli çəkilmişdi. Hətta sonralar rayon partiya komitəsi onu redaktor təyin etmək istəmiş, lakin Mərkəzi Komitə 24 yaşlı gənc üçün bu vəzifənin tez olduğunu bildirmişdi.

    Bunlar işgüzarlığı, məsuliyyəti, istedadı ilə seçilən A.Novruzov haqqında partiya kabinetlərində verilən qərarlar idi. Bayırda isə 1988-ci il idi. Artıq uzaqlarda Qarabağ və ətraf rayonların işğalı düyməsi basılmışdı. Amil deyir ki, o zaman Kəlbəcərdən Ağdama ailəsinin, valideynlərinin yanına gedib-gəlmək çətinləşmişdi, müəyyən risk tələb edirdi: “Ona görə də Ağdama qayıtmaq qərarı verdim. Rayonda məni Turizm və Səyahətlər Bürosuna direktor təyin etdilər. Bir müddətdən sonra gördüm ki, bu iş mənlik deyil. Əvvəl “Ağdam” qəzetində, sonra isə rayon icra hakimiyyətində işlədim”.

    Amma dostları, həmkarları Amili mərkəzi qəzetlərdə görmək istəyirdilər. Bildirdilər ki, onun bu həyatda mükəmməl bacardığı bir iş varsa, o da jurnalistlik, qəzetçilikdir.

    Amil Novruzov 27 ildir ki, tək fəaliyyətini yox, həmçinin ömrünü “Azərbaycan” qəzetinə bağlayıb. Bağlayıb deyirik ona görə ki, Amil redaksiyamızın divarları arasında ahıl yaşına çatan, gözünün nurunu, canının sağlamlığını qəzetimizə verən əməkdaşlarındandır. 1992-ci ildən bu yana “Azərbaycan”ın elə nömrəsi yoxdur ki, üzərində həm müxbir və şöbə redaktoru, həm də 1998-ci ildən baş redaktorun birinci müavini kimi Amilin zəhməti, əməyi olmasın. O, bu gün baş redaktorun sağ əli kimi əsasən redaktə ilə məşğul olur. Lakin yenilikçiliyi mühafizəkarlığını, ciddiliyi yumşaqlığını, məsuliyyətliliyi liberallığını tamamlayan A.Novruzov bu zaman da verdiyi məsləhətlər və etdiyi redaktələrlə redaksiyamızın gənc jurnalistlərinə peşə dərsi keçir.

    Redaksiyamızın yerləşdiyi “Azərbaycan” nəşriyyatının binasında gecələr işığı ən gec sönən bir otaq var. Bu, Əməkdar mədəniyyət işçisi Amil Novruzovun otağıdır. Bəzən gecə saat 12-də, bəzən də daha gec həmin işıq sönür və Amil Prezidentin jurnalistlərə hədiyyə etdiyi binadakı mənzilinə yollanır. Artıq neçə vaxtdır A.Novruzovun bu vaxtsız-vədəsiz iş rejiminə özü kimi ailə üzvləri də öyrəşiblər. O, bu rejimlə 3 övlad böyüdüb, oxutdurub, əllərini çörəyə çatdırıb. İndi şükür, elə bir dərdi, problemi yoxdur. Sözsüz ki, Qarabağdan, Ağdamdan savayı. Amma Amil bu arzusuna da qovuşacağına inanır. İnanır ki, valideynlərinin nisgilli taleyini yaşamayacaq, hətta yaşı 60-ı haqlasa da…

    “Azərbaycan”lılar adından

    Raqif MƏMMƏDLİ

  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur.

    Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir.

    Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişmişdir. Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılmışdır.

    Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır. Teatr, həmçinin beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak etmişdir. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkənin mədəni həyatının əlamətdar hadisəsi kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 24 iyul 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Rauf İsayeni doğum günü münasibətilə təbrik edirik! (23 iyul 1984-cü il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, oğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Rəhbərliyinin Milli Mətbuat Günü münasibətilə təbriki

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir.
    Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!

    Dərin hörmətlə,

    Rafiq ODAY,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və
    direktoru, Respublikanın Əməkdar jurnalisti.

  • Rafiq Odayı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!

    Mətbuat xidməti

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Ећərur rayonunun Ећəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ЕћAİRDİR.

    Sən ulu öndərisən bu xalqın, bu millətin

    Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının Ümummillilideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyinə

    Sən zülmət gecələrin bir ümid çırağısan,
    Sən elin ağsaqqalı, sən yurdun dayağısan,
    Sən hürriyyət sədası, azadlıq sorağısan,
    Hər qarışda izin var, bu izi silmək çətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Vətənin hər daşını sevginlə naxışladın,
    Bu yurda kəc baxanın yolunu yoxuşladın,
    Sən qalan ömrünü də xalqına bağışladın,
    Əbədiyyət rəmzi var kökündə bu ülfətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Əshabi-kəhf timsallı neçə pirlər burada,
    Hər qayanda qorunur neçə sirlər burada,
    Sənə yön çevirdilər “91-lər” burada,
    Bir daha bəlli oldu xalqına sədaqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sən haqqa arxa durdun, əsarətə yox dedin,
    Acın dərdini bilməz heç bir zaman tox, dedin,
    Oyan, ey ulu millət, qaranlıqdan çıx dedin,
    Aydınlıq nuru qonsun üzünə məmləkətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Bu dövlətin qırılmaz təməlində yaşarsan,
    Ən müqəddəs, ən ülvi əməlində yaşarsan,
    Vətən sevdalıları cəm elində – yaşarsan,
    Xalq görür bəhrəsini çəkdiyin hər zəhmətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Sənə xalq məhəbbəti sonsuz – dərindən dərin,
    Yüksəliş müjdəlidi hər açılan səhərin,
    Daha yolu rəvandı aşılmaz zirvələrin,
    Bütün dünya çevirib yurduma öz diqqətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ən böyük əmanətin İlham Əliyev bizə,
    Bir də müqəddəs Vərən – döğma ocaq, ev bizə.
    Onunçün o, qatır ki, gecəsini gündüzə,
    Heç zaman laxlamasın özülü bu qüdrətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Azərbaycan – Türkiyə qardaşlıq nümünəsi,
    Bütün cahan bir ola boğa bilməz bu səsi,
    Hələ qarşımızdadır Qarabağ təntənəsi,
    Ürəyində gömərik düşmənin bəd niyyətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    And içirik günəşin sübh doğan çağına,
    And içirik qan ilə boyanan torpağina,
    And içirik üçrəngli müqəddəs bayqağına,
    Kokünü kəsəcəyik hər zülmün, hər zillətin,
    Sən ulu öndərisən bu xalqın, bu millətin.

    Ali Baş Komandanım!

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Ећəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Ећükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc В«yanВ»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş Komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Ећovinist ocağında neçə В«yanВ» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Ећahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sənə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Şəfa Vəliyevanı doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1988-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məslətəhçisini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    ***

    Başımdan sevda havası
    Duman-duman çəkilir ey…
    Kədərlə sevinc davası
    Baxış-baxış sökülür ey…

    Ey… bəxti olmayan sevdam,
    Xoşuna gələn bəddimi?
    Ey… yoxluğuyla ovudan
    Hisslərimin sərhədini…

    Yox-dediyin əbədi Var!
    Var-dediyin könlü yıxar.
    Adında eşq məbədi var,
    Əlim günbəzinə qalxar…

    ***

    Qapı acıq, taybatay,
    Getmək ürək istəyir.
    Bax bu il… elə bu ay
    Ölmək ürək istəyir.

    Ölməyə söz vermirəm,
    Gedirəm… bax, gedirəm.
    Sənə vida etmirəm,
    Dərdə qonaq gedirəm.

    Gedişlər möhtəşəmdi,
    Yola salan sağ olsun.
    Dilimdə pörşələndi,
    Burax, sözüm dağ olsun.

    Könlünə xoş gəlmədim,
    Yolum uzağa düşdü.
    Mən səni tərk etmədim,
    Səndən qabağa düşdüm.

    “AĞARMIŞ GÜN”

    Səndən ayrılmaq
    səninlə yaşamaqdı, əslində,
    sonsuz kədərləri.
    Səni unutmaq
    əbədilik qazandırmaqdı, əslində,
    yaddaşımdakı xatirələrə.
    Səni sevmək
    Dünyadan bac almaqdı, əslində,
    acılmayacaq sabahlara.
    Sənsiz ölmək
    ağarmış günlərə bürünməkdi, əslində,
    kəfən əvəzinə.
    Bağışla.
    Sözündən çıxdım yenə də.
    Ağartmadım günlərimi,
    İstərsən,
    Bağışlama.
    Və bir daha heş kimi
    Yollarına baxmaqdan qarasını itirən
    göz kimi
    ağarmış günə yollama.

    ***

    Əntiqə Səməndərə

    Dostum, küsə bilərsən,
    Yenə ikinci oldun.
    Getdi bütün sevgilər,
    Mənsə seyrci oldum.

    Sənə “bağışla” demək
    Günahım sayılacaq.
    Dodağım büküləcək,
    Gözlərim qıyılacaq.

    Bu qız sənə tanışdı,
    Darıxar özü üçün.
    Gəl, bir şeir danışım,
    Elə belə, söz üçün.

    Küssək də hər axşamdan,
    Bu günlə barışmışıq.
    Bir də, soruşmasan da,
    “O”nunla ayrılmışıq.

    ***

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı.
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı.

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım.
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım.

    Amma… birdən inciyər
    O kicik söz: – necəsən?
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?

    ***

    Üşüdünmü bu axşam?
    Keçdimmi ürəyindən?
    Mən elə darıxmışam.
    Sən bildinmi, bilmirəm…

    Ütüləyib yığdığım
    Xatirələri açdım.
    Bir vaxtlar utandığım
    Şəkillərinə baxdım.

    Adın şəkdim… bəzəndi
    Dünyam nişanlı qıztək.
    Günlər ürək üzəndi,
    Gəl, ömrün ipini çək.

    Gəl, götür əllərimdən
    Əlinin yaddaşını…
    Pozmağa da cəhd elə
    “Dəli”nin yaddaşını.

    Üz bütün ümidləri,
    De ki, heş olmamışam.
    Yandırdım şəkilləri,
    Üşüdünmü bu axşam?

  • Nəcibə İlkini doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1961-ci il)

    ni

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbərini, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır.
    Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur.
    2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir.
    Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub.
    Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir.
    AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur.
    Ailəlidir. Iki övladı və bir nəvəsi var.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

  • Yunus Oğuzu doğum günü münasibətilə təbrik edirik! (22 iyul 1960-cı il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu
    doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.

    Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.

    1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.

    1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.

    Kitabları Redaktə
    Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə)
    Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994)
    Qadın ulduzu (1996)
    Qədim Anadolu və Azərbaycan türkləri (2002)
    Türkün tarixinə yeni bir baxış (2006)
    Atilla pyesi (2007)
    Nadir Şah (tarixi roman) (2008)
    Təhmasib şah (tarixi roman) (2009)
    Türkün gizli tarixi (2010)
    Əmir Teymur zirvəyə doğru (2011)
    Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011)
    Əmir Teymur dünyanın hakimi (2012)
    “Şah arvadı və Cadugər” tarixi romanı (2013)
    Sultan Alp Arslan (tarixi roman) (2015)
    Azərbaycanın geosiyasəti (2016)
    Atabəy Eldəniz (tarixi roman) (2017)
    Ovçu (2018)[1]

  • Şəfa Eyvazı doğum günü münasibətilə təbrik edirik! (21 iyul 1987-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini
    doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın!
    Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!

    Mətbuat xidməti

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibidir.
    Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.

  • Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Akademik Məmmədağa Şirəliyevin 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin sentyabr ayında görkəmli dilçi alim, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmmədağa Şirəli oğlu Şirəliyevin anadan olmasının 110 illiyi tamam olur.
    Akademik Məmmədağa Şirəliyev mühüm elmi əhəmiyyətə malik sanballı tədqiqatları ilə Azərbaycan dilçiliyini zənginləşdirmiş, onun bir çox istiqamətlərinin müəyyənləşməsi və formalaşmasında təqdirəlayiq xidmətlər göstərmişdir. Alimin dilçiliyin aktual problemlərinin öyrənilməsində, xüsusən Azərbaycan dialektologiyasının əsaslarının yaradılmasında və türkoloji dilçilik sahəsində ardıcıl nailiyyətlər qazanılmasında müstəsna rolu vardır. Azərbaycan dilinin ilk dialektoloji atlası və lüğətlərinin tərtibi Məmmədağa Şirəliyevin adı ilə bağlıdır. SSRİ Elmlər Akademiyasının Bakıda iyirmi ilə yaxın bir dövr ərzində Məmmədağa Şirəliyevin rəhbərliyi altında işıq üzü görən “Sovetskaya tyurkoloqiya” jurnalı bu səpkidə yeganə nüfuzlu nəşr olub, beynəlxalq elm məkanında dünya türkoloqlarının mötəbər tribunasına çevrilmişdir. Alim respublikada və onun hüdudlarından kənarda filoloqların yeni nəslinin müasir elmi-nəzəri biliklərə dərindən yiyələnməsi üçün var qüvvəsini əsirgəməyərək uzun illər ali təhsil ocaqlarında dilçilik kursu üzrə mühazirələr oxumuş, həmçinin yüksəkixtisaslı dilçi kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Məmmədağa Şirəliyev, eyni zamanda, mövcud elmi potensialdan daim ölkənin və xalqın mənafelərinə uyğun səmərəli istifadə olunmasına çalışan bacarıqlı elm təşkilatçısı kimi tanınırdı.
    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə dilçilik elminin inkişafına qiymətli töhfələr vermiş görkəmli alim Məmmədağa Şirəliyevin anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Məmmədağa Şirəliyevin 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.
    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 19 iyul 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Təhminə VƏLİYEVA.”ŞƏXSİYYƏTİ VƏ ELMİ İLƏ YADDAŞLARA YAZILAN AD – ƏZİZXAN TANRIVERDİ”

    “Artıq bir il ötdü Azərbaycan filologiyasında Əzizxan Tanrıverdinin yoxluğundan” – yazmaq istəyirəm. Amma əlim gəlmir. Adını eşitcək boğazımda düyünlənir sözlər… Nə? Əzizxan Tanrıverdi yoxluğu? Əgər insan qoyub getdiyi irsi ilə yadda qalırsa, xatirələrdə yaşayırsa, hansı yoxluqdan söhbət gedə bilər!? Əzizxan Tanrıverdi 23 kitab, 180 sayda elmi məqalə irs qoyub və mərd insan xarakteri ilə yaddaşlarda yer edib.
    Filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdi türk mənşəli Azərbaycan şəxs adlarını ilk dəfə olaraq tarixi-linqvistik müstəvidə tədqiq etmişdir. “Kitabi-Dədə Qorqud” abidəsində işlənən şəxs adları, dağ kultu, at kultu, obrazlar sistemi, assonans və alliterasiya kimi məsələləri ilk dəfə olaraq dilçilik və ədəbiyyat müstəvisində kompleks şəkildə araşdırmışdır. Alimin Azərbaycan və ümumtürk elmi üçün göstərdiyi fədakarlıq yüksək qiymətləndirilir. O, 2014-cü ildə “Türk dünyasının ulu atası Korkut” mükafatına layiq görülür.
    Əzizxan Tanrıverdi imzası ilə ilk tanışlığım Bakı Dövlət Universitetinin III kursunda oxuyan dövrə – 2015-ci ilə təsadüf edir. Yadımdadır, həmin vaxt “Azərbaycan dilinin tarixi qrammatikası” adlı fənn keçirdik. Bizə seminarlara hazırlaşmaq üçün Hadi Mirzəzadənin kitabından oxumaq tövsiyə olunmuşdu. Bir dəfə məşğələ müəllimi Səmayə xanım dərsə əlində başqa bir kitabla gəldi. Əlavə vəsait kimi gətirmişdi onu. Bu, Əzizxan Tanrıverdinin “Azərbaycan dilinin tarixi qrammatikası” adlı dərsliyi idi. Kitabı gözdən keçirirəm. Bəli, bu, mənim illərdir axtardığım kitabdır. Yox, mən illərdir tarixi qrammatika ilə məşğul deyildim. Mənim axtardığım kitab elmi mübahisə, elmi fikir doğuracaq, tədqiqata yönəldəcək bir kitab idi. Dərslik müəllimə hədiyyə olunduğundan onu ala bilmirəm, amma üzünü çıxardıram. Qrupa da hay salıram “Bu, çox yaxşı kitabdır. Kserokopiya edin”. Bax, həmin kitabla da başladı Əzizxan Tanrıverdi ilə mübahisələrim. Oxuduqca qeydlər edir, araşdırırdım.
    İl yarımdan sonra ADPU-nun magistraturasına qəbul olur və dissertasiya mövzumu Əzizxan Tanrıverdinin rəhbərlik etdiyi “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasından götürürəm. Nə ADPU-nu seçəndə, nə də dildən dissertasiya yazmağa qərar verəndə Əzizxan Tanrıverdinin orada mənim tələbəsi olacağım kafedrada işlədiyindən xəbərim yox idi. Bu zamana qədər onu qiyabi tanıyırdım. Əyani tanışlığımın isə maraqlı bir tarixçəsi var… Bir imtahan sonrası tanımışdım onu. Belə ki, imtahan öncəsi bizə verilən suallarla imtahandakı sualların uyğun gəlmədiyini kafedraya bildirdik və imtahanın vaxtı dəyişdirildi. Koridorda rastlaşırıq. Tanımıram nə mən onu, nə o məni. Ancaq üzündən oxunurdu gərginliyi. Rəfiqəm böyrümü dümsükləyərək Əzizxan müəllimi nişan verdi. Uzun-uzun baxdım və görsəm bunu soruşaram dediyim fikirlər gəldi keçdi ağlımdan. Deyəsən o da duymuşdu bunu. Baxır, təbii ki tanıya bilmir. Mən də tez üzümü çevirirəm.
    Növbəti, Əzizxan müəllimin də dediyi o “unudulmaz görüş” yenə bir imtahan sonrasına təsadüf etdi. Bu dəfə mən də gərgin və əsəbi idim, imtahanda haqsız surətdə balım kəsildiyinə görə. Bir kafedra müdiri kimi gəlmişdi onda – məsələni həll etmək, müəllimlə mənim aramı düzəltmək və mənim nə dərəcədə haqlı olduğumu aydınlaşdırmaq üçün. O kafedra müdiri idi və kafedrasını sona qədər qorumağı borc bilirdi özünə. Yaxşı xatırlayıram, apelyasiya otağında onu görəndə dərhal “mənə həmin müəllimi çağırın” dedim. O isə “qəsdin nədi? Bilirsən ki, o özü bu suallara cavab verə bilməyəcək, yenə onu istəyirsən?” demiş və əgər mənim balım qaldırılsa, müəllimin ağır töhmət alacağını bildirmişdi. “Mənim də bu bala görə təqaüdüm kəsilir” demişdim. O, yalnız “yəqin ki bilirsən mən yoxlasam səhv tapacağam və balın bir az da kəsiləcək” deyəndə razılaşdım onun yoxlamağına. Vərəqi o yana-bu yana çevirib bir səhv tapmayanda mənim imtahan biletinin birinci sualını rum rəqəmləri verib yanına nöqtə qoymağıma gözü sataşdı. Bəli, bu, texniki səhv idi. Doğrunu yanlış yerində qoyub texniki səhvə görə bal kəsmək vicdan məsələsidir. O, bu səhvi bal kəsməyə görə və mənim haqsız olub geri çəkilməyim üçün etməmişdi. Bir müəllim qayğısı ilə “niyə bundan sonra nöqtə qoymusan?” sualını verdi və mən “olmamalıdır?” deyə təəccüblə soruşanda rum rəqəmlərinin yaranma tarixçəsindən danışdı. O, sözünü bitirmədən mən balın haqlı yazıldığına dair qol çəkdim. İlk dəfə “nə olursa-olsun dönməyəcəyəm” vədimə xilaf çıxırdım. Bu, mənim heç vaxt etmədiyim bir hərəkət və ilk dəfə atdığım bir addım idi. Mən yenə ondan öyrəndim. Bəli, o, mənə öz pedaqoqluğu ilə qalib gəldi.
    Praktika dönəmində Əzizxan Tanrıverdinin kitabları ilə daha yaxından tanış oldum. Kafedradakı kitab şkafının bir rəfində Əzizxan müəllimin kitabları yer alırdı: “Koroğlu”nun şeir dili”, “Dəli Kür” romanının poetik dili”, “Anarın nəsri”, “Azərbaycan dilinin tarixi qrammatikası”, “Kitabi-Dədə Qorqud”da şəxs adları”, “Kitabi-Dədə Qorqud”un obrazlı dili”, “Dilimiz, mənəviyyatımız”, “Poeziyanın dili, dilin poeziyası”, “Dədə Qorqud kitabı”nda at kultu”, “Dədə-Qorqud kitabı”nda dağ kultu”, “XVI əsr qıpçaq (poloves) dilinin qrammatikası”,“Kitabi-Dədə Qorqud” və qərb ləhcəsi”. Onları oxuduqca suallarım artırdı. Hələ ilk oxuduğum kitabından başlanan mübahisələrimiz apelyasiya boyunca, praktika boyunca sürdü. Hətta “Kitabi-Dədə Qorqud”un söz dünyası” kitabından ilhamlanıb bir elmi məqalə – “Baybörə oğlu Bamsı Beyrək boyu”nun dilində işlənən nitq etiketləri” yazdım. Bu dövrdə onun iki kitabı da – “Dilimiz, düşüncəmiz” və “Türkologiyamızın Afad Qurbanovu” yeni çapdan çıxmışdı. Yadımdadır, elmi-tədqiqat təcrübəmizin bir günü sonuncu Çərşənbəyə düşmüşdü. Həmin gün onun göstərişi ilə hərəmiz bir şeir səsləndirdik və üç nəfər birinci kitabdan resenziya və rəy nümunəsi oxumuşdu. Mən də “XI-XII əsrlər türk dillərinin etnoqrafik leksikası” adlı rəy məqaləsini oxumuşdum və oxuduqca söylənən mətləblərə öz rəyimi bildirmişdim. O gün də unudulmaz oldu bizim üçün. Bəllidir ki, şeirlə, ədəbiyyatla keçən hər gün unudulmazlıq qazanır.
    Əzizxan Tanrıverdini ya koridorda tələbələrin suallarını cavablandırarkən, ya kafedrada tələbələri sorğu-suala tutarkən, ya da öz müəllim yoldaşları və tələbələri ilə hansısa bir məsələ ətrafında müzakirə edərkən görərdin. Danışa-danışa bitməzdi onun Dədə Qorqud barədə söhbətləri… Əzizxan Tanrıverdi bir müəllim kimi hər zaman hamının işi ilə maraqlanır, ona verilən sualları həvəslə cavablandırırdı. Bir alim kimi elmi mübahisə doğuran, yaxud tələbələr üçün qaranlıq qalan məsələləri qabardır, onlara aydınlıq gətirirdi. Bir kafedra müdiri kimi “əsas tələbələrin işləridir. Arzu xanım, Sənubər xanım, müəllimlər diqqətiniz onların üzərində olsun. Nə əyər-əskikləri varsa başa salın düzəltsinlər” deyə tapşırıq verirdi. Bax, budur Əzizxan Tanrıverdinin örnək olası şəxsiyyəti!
    Əzizxan müəllim tələbənin könlünü xoş tutan müəllimlərdən deyildi. Onun hər zaman yanında olan, haqqını kəsməyən, onu ruhlandıran, tənbəlliyinə görə danlayan böyük bir pedaqoq idi. O, daim tələbələri zəhmətkeş olmağa səsləyirdi. Onun “pis yazsanız da özünüz yazın. Təcrübəsizlikdən buraxdığınız səhvləri zamanla, yazdıqca, püxtələşdikcə düzəldəcəksiniz” sözlərindən neçə tələbə ilham alıb tez bir zamanda qorxmadan, özünə inanaraq özü yazıb tamamladı, “bütün elmi mənbələri yoxladıqdan sonra bir yekun qərara gəlin” şəklində verdiyi tövsiyə, əminəm ki, neçə tədqiqatçının ana prinsipinə çevrildi.
    Praktika dövründə öyrəndik xəstə düşməyini… Sarsıldıq. Heç kim gözləmirdi bu xəbəri, heç kim inana bilmirdi. Bir neçə ay sonra da itirdik onu. Sonuncu dəfə mayda ADPU-ya gedişimdə gözüm hər yerdə Əzizxan müəllimi axtardı. Bircə kitabları qalmışdı kafedrada. Nə özü, nə səsi vardı. O zaman anladım Əzizxan Tanrıverdi yoxluğunu. Yasında xanımının dediyi “o həmişə deyirdi məni tələbələrim yaşadacaq” sözləri unuda bilməyəcəyəm. Heç kimdən nəsə ummadan ancaq Azərbaycan elmi üçün çalışan, 28 illik pedaqoji fəaliyyətini tələbələrini əsl müəllim, əsl alim kimi yetişdirməyə adamış Əzizxan Tanrıverdi adını tələblərin uğurları yaşadacaq və onun elm qarşısında çəkdiyi fədakar zəhmətə minnətdarlıq hissi ilə xatırlanacaq.

  • “Sevgilim Sumqayıt” Sumqayıt Dövlət Dram Teatrında…

    https://a.radikal.ru/a35/1907/e9/74077310a171.jpg

    Ölkə başçımızın müvafiq sərəncamı ilə bu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi xüsusi qeyd olunacaqdır. Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti tanınmış dramaturq Əli Əmirlinin şəhərin 70 illik yubileyinə həsr olunmuş “Sevgilim Sumqayıt” lirik-psixoloji dramını hazırlayaraq tamaşaçıların ixtiyarına vermişdir. Teatr özünün 50-ci mövsümünü 19 iyul saat 1900da həmin tamaşanın premyerası ilə başa vuracaqdır. 20 iyul saat 1200da isə kollektivdə mükafatlandırma mərasimi keçiriləcəkdir.

    Yubiley ili ərzində bizimlə əməkdaşlıq edən, teatrımızda baş verən ədəbi hadisələri KİV-də yayımlayaraq dəstəyini əsirgəməyən həmkarlarızı 50-ci teatr mövsümün bağlanışı və növbəti gün mükafatlandırma mərasimində görmək niyyətindəyik. Hər biriniz dəvətlisiniz.

    Hörmətlə,

    Mübariz HƏMİDOV,
    Sumqayıt Dövlət Dram
    Teatrının direktoru
    Azərbaycan Respublikasının Əməkdar artisti,
    Kalmkiya Respublikasının Əməkdar İncəsənət Xadimi

    Mənbə: http://sumqayitfakt.az

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    BU GECƏ

    Gecə yuxuma gəldin,
    Gözümə inanmadım,
    Ağlım çıxdı başımdan,
    Mən sənə toxunmadım.

    Ətrindən bihuş oldum,
    Sənə doyunca baxdım.
    Heyran oldum hüsnünə,
    Güldü üzümə baxdım.

    Arzularım gül açdı,
    Ay da baxıb sevindi.
    Nurlandı ev-eşiyim,
    Ulduzlar bizdən dedi.

    Qxudu şən bülbüllər,
    Meh əsdi sərin-sərin,
    Qəlbim şam kimi yandı,
    Olmadı heç xəbərin.

    Dünya bir cənnət idi,
    Sənsə gözəl bir mələk,
    Kaş ki, ayılmayaydım,
    Yatıb, qalaydım gərək.

    NEYLƏYİM

    Hamı xoş söz demir arxamca mənim,
    Üzümə gülənlər yalandan gülür,
    Yaxşılıq şumunda cücərmir dənim,
    Bağımın çəpəri gizlin sökülür.

    İnsana inam var odlu sinəmdə,
    Xeyirxah əməllər sahibiyəm mən.
    Sığır bir ürəyə sevinc də, qəm də,
    Kimsə inciməyib şirin dilimdən.

    Ayıra bilirəm yaxşını, pisi,
    Hamı əməlinin haqqını alır,
    Əyilən görmüşəm hər vaxt nakəsi,
    Zaman namərdləri pis günə salır.

    Məşhər ayağında, Haqq divanında,
    Düzlər alnıaçıq dayanıb, durar,
    Ucalar yanında, dağlar yanında,
    Alçaqlar həmişə boynunu burar.

    Ömrün hər anında, hər vədəsində,
    Etibar etmişəm dosta, yoldaşa,
    Vallah rast gəlmişəm dağ zirvəsində
    Dərədən arxamca atılan daşa.

  • Qürbətdə yaşayıb-yaradan (İspaniya Santander şəhəri) şair Səfa Rəşidin “Ayrılığı sal yadıma” ilk şeirlər kitabı işıq üzü görüb

    Şair Səfa Rəşidin “Adiloğlu” nəşriyyatı tərəfindən reallaşan “Ayrılığı sal yadıma” kitabı 128 səhifə həcmində 300 tirajla çapa verilmişdir. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki kitab müəllifi istedalı şair Aysel Səfərli, məsləhətçi isə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.
    Kitabın üz qabığının rəsmi, gözəl rəssam Sehran Allahverdiyə məxsusdur.

    “Ayrılığı sal yadıma” şeirlər kitabı Səfa Rəşidin ilk kitabıdır. Kitabda şairin 90-cı illərin sonlarında yazdığı və son iki ildə qürbət həyatında qələmə aldığı sevgi, vətən və fəlsəfi düşüncələri yer almışdır.

    Kitabın ədəbi mühitdə böyük maraq doğuracağına inanıb şairə yeni yaradıcılıq uğurları arzu edirik. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • “Buta-4” Türk Dünyası Şairləri Almanaxı işıq üzü görüb

    Salam əziz Dostlar! Türk Dünyası Şairlərinin bir arada birləşdiyi “Buta-4” Almanaxı Sizlərlə görüşə gəlir! Yeri gəlmişkən onu da qeyd edim ki, Butanın bu sayı Türk Dünyasının böyük fikir ustadı, şairi, filosof İmadəddin Nəsiminin 650 illiyinə həsr olunur.
    “Buta-4”-də cəm olan şairləri Sizə təqdim edirik.

    Abdulhadi BAY –Türkiyə
    Abdurauf ABDUQAFFAROV –Qazaxıstan
    Ağasəf İMRAN –Azərbaycan
    Alaattin CEYLAN –Türkiyə
    Alişer ABDULLOH –Özbəkistan
    Almara ƏHMƏDOVA –Azərbaycan
    Asror ALLAYAROV –Özbəkistan
    Aybəniz ALLAHVERDİYEVA –Azərbaycan
    Aydın MANAFOV –Azərbaycan
    Babək ƏHMƏDİ –Cənubi Azərbaycan-İran
    Bahodir OTAŞ – Qazaxıstan
    Barno İSAQOVA -Qırğızıstan
    Burhan BİLGİÇ –Türkiyə
    Dolimjon SAYFULLAYEV – Qazaxıstan
    Elza GÜLMƏMMƏDOVA –Azərbaycan
    Emre BAŞ –Türkiyə
    Erkinoy SULTONOVA – Qazaxıstan
    Erol AVCI –Türkiyə
    Ədalət DUMAN –Cənubi Azərbaycan-İran
    Əkbər ƏSƏDİ –Cənubi Azərbaycan-İran
    Əkbər KAZIMZADƏ –Cənubi Azərbaycan-İran
    Əli TALİBİ –Cənubi Azərbaycan-İran
    Fəridə ANIS –Özbəkistan
    Gülahmed ŞAHİN –Azərbaycan
    Gulbahor JUMAEVA –Özbəkistan
    Gülnur KUŞANAÇ –Türkiyə
    Gülxar MAHMUDOVA –Azərbaycan
    Halima JUMANİYOZOVA –Özbəkistan
    Halim KOZLU –Türkiyə
    Hülya ÇÖLGEÇEN –Türkiyə
    Hüseyn ZAREİ –Cənubi Azərbaycan-İran
    İbrahim HƏBİBOV –Azərbaycan
    İbrahim TÜRKİ – Qazaxıstan
    İkromxon VALİXON –Özbəkistan
    İlahə BAYANDUR –Azərbaycan
    İlhamə QASIMOVA –Azərbaycan
    İsmail ÇELİK –Türkiyə
    İshak ÖZKAN –Türkiyə
    Maysara SARAPOVA – Qazaxıstan
    Məhbub XƏLİLİ –Cənubi Azərbaycan-İran
    Məhəmməd Nuri DÜDƏRAN –Cənubi Azərbaycan-İran
    Məhnaz SABUNİ –Cənubi Azərbaycan-İran
    Mirzəkişi SABAH –Azərbaycan
    Muhammad ALİ –Özbəkistan
    Muhsin AKSAKAL –Türkiyə
    Muqimjon NURBOEV –Özbəkistan
    Müşfiqə BAXŞI –Azərbaycan
    Mustafa KARAAHMETOĞLU –Türkiyə
    Mohidil ŞERMANOVA –Özbəkistan
    Mohinur Qudratullaeva –Özbəkistan
    Nargiza YOQUBJON QIZI –Özbəkistan
    Nigar BAYRAKTAR –Türkiyə
    Rahim ÇETİNKAYA –Türkiyə
    Rahim RAŞİD -Qazaxıstan
    Recep ÇAKAR –Türkiyə
    Rozigul Alimardanov -Tacikistan
    Sabir YAQUBOV –Azərbaycan
    Saffet KURAMAZ –Türkiyə
    Serpil DEVRİM –Türkiyə
    Sevda ÇİNGİZ –Azərbaycan
    Sevda XASI QIZI –Azərbaycan
    Səxavət İZZƏTİ –Cənubi Azərbaycan-İran
    Səyyad ZİYADPUR –Cənubi Azərbaycan-İran
    Şahnoza JALİLOVA -Tacikistan
    Şahribonu Tursunova –Özbəkistan
    Şəbnəm FƏRZİZADƏ –Cənubi Azərbaycan-İran
    Şohida SUVANKULOVA –Özbəkistan
    Simuzər GÜLƏRÜZ –Azərbaycan
    Soatoy KAMOL QIZI – Qazaxıstan
    Sobir ŞOMUROD – Qazaxıstan
    Solmaz MƏRDANQIZI-Gürcüstan
    Sunnatilla AKROMOV – Qazaxıstan
    Tamam YARALI –Azərbaycan
    Ülkü TAŞLIOVA ÖZKAN –Türkiyə
    Umroy KARİMOVA – Qazaxıstan
    Xosiyat BOBOMURODOVA –Özbəkistan
    Yavuz SEVDAİ –Türkiyə
    Yusuf ASLAN –Türkiyə
    Zilolabonu XOLİQOVA –Özbəkistan
    Zokir AHMAD – Qazaxıstan
    Zuhra BEGİM –Özbəkistan

    Qeyd edək ki, “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən gerçəkləşdirilən layihənin rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı (edebiyyat-az.com) və Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyidir (gundelik.info).

  • İlahə Bayanduru doğum günü münasibətilə təbrik edirik! (18 iyul 1970-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, “Ziyalı Ocağı” İctimai Birliyinin Başkanını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olması diləyir.

    Mətbuat xidməti

    Bayrağında qan izi var, qan gölündə üzən ölkəm,
    Dərd-qüssənin ağuşunda itib-batan, talan ölkəm.

    Zaman vardı şan-şöhrətin hay salmışdı dünyaya,
    Ərəblərə bac verməyən, ruma qılınc çalan ölkəm.

    Yaraların dünənindir, fitnənindir, felindir,
    Qazan xanı tora düşən, eli başsız qalan ölkəm.

    Gündoğandan günbatana yürüş edən, hakkım deyen,
    Şah oğlunun gözlərində tikan kimi dalan, ölkəm.

    Müxennətə bel bağladın, uydun namərdin sözünə,
    Qara günə düçar oldun, ağlar oldu balan, ölkəm.

    Sükutlara, möhnətlərə, göz yaşına bələnənim,
    Dili qısa, üz töhmətli, əsir-yesir, nalan ölkem.

    Qalx ayağa, haqqını al, istemezsen haqq verilməz,
    Özgələrin haqq divanı əfsanədi, yalan, ölkəm!

  • “Zərif kölgələr” 2 layihəsinə start verildi

    “Zərif kölgələr” mənim həyatımda oyanış oldu. Heç ağlıma gəlməzdi ki, yazılarımı dərc edərəm. Və kitab çıxdıqda o qədər xoş qarşılandı ki, məni yazmağa ruhlandırdı. Bu kitabdakı yazarlarla bir arada olmaq mənim üçün şərəfdir. Gözəl, incə qəlbli xanımlar bir araya bu layihədə toplaşdı. Dəyərlərimizi cəmlədik. Kitabı oxuduqca zərif kölgələrin əslində güclü bir ruha sahib olduğunun şahidi oldum.
    İndi isə “Zərif Kölgələr” 2 antologiyasına START veririk.
    Antologiyamızda şeirlərini, yazılarını görmək istəyən xanım yazarlarımız zerifkolgeler@gmail.com ünvanına yaxud @zerifkolgeler instagram səhifəsinin direktinə yaza bilərlər.

  • Təhminə VƏLİYEVA.“Xatirələr” aynasında görünən Əhməd bəy Ağaoğlu şəxsiyyəti!

    Müstəqillik sözlərə, fikirlərə ədəbiyyata da yeni can, yeni ruh gətirdi. Xalqımızın mədəni-mənəvi irsinin öyrənmək, özünü tanımaq fürsəti ələ düşdü. Bizdən gizli saxlanılan həqiqətləri, bizə yanlış tanıdılan şəxsiyyətləri! Sovet ədəbiyyatında mürtəce romantizmin nümayəndəsi kimi verilən, “pantürkist”, “panislamist”, “paniranist” damğaları vurulan Əhməd bəy Ağaoğlu da bu şəxslər sırasında idi. Əlbəttə, partiya ideologiyası elmi ədəbiyyata da sirayət etmişdi. Bu dönəmdə partiyaçılığa müxaliflik təşkil edən fikirləri Əhməd bəy Ağaoğlu şəxsiyyəti və yaradıcılığını tədqiqlərdən uzaq salmışdı. Ancaq həqiqət əlbət bir gün zühur edir. Elmi həqiqətə susayan tədqiqatçılarda Əhməd bəy Ağaoğlu şəxsiyyəti və yaradıcılığını öyrənmək istəyi baş qaldırdı. Onların sırasında ədibin irsinin öyrənilməsi istiqamətində görkəmli ədəbiyyatşünas Əziz Mirəhmədovun apardığı tədqiqatları uğurla davam etdirən Vilayət Quliyevin adı xüsusilə çəkilməlidir. O, “Əhməd bəy Ağaoğlu kimdir?” sualına hələ 1997-ci ildə nəşr etdirdiyi “Ağaoğlular” adlı monoqrafiyasında elmi şərh vermişdir. Monoqrafiya ilə Türkiyənin ictimai-siyasi həyatında yüksək mövqe tutan Ağaoğlular – Əhməd bəy Ağaoğlu, Sürəyya Ağaoğlu, Səməd Ağaoğlu barədə məlumat alırıq. O, Əziz Mirəhmədovla birgə tərtib etdiyi Əhməd bəy Ağaoğlunun “Seçilmiş Əsərləri”ni çap etdirməklə bu suala cavab tapmağı geniş oxucu kütləsinin öhdəsinə buraxdı. Əhməd bəy Ağaoğlu kimi ensiklopedik şəxsiyyəti tanımaq isə neçə-neçə vətən övladında milli qeyrət hissi oyandırdı. Həm də utandırdı. Bu qədər zaman içərisində həqiqətə göz yumub o yalanlara uyduğumuza görə… Əhməd bəy Ağaoğlu ilə bizi tanış etdiyinə görə Vilayət Quliyevə minnətdarlıq etməmək olmur. Daim dövri mətbuatda Ə.Ağaoğlu irsinin tədqiqinə dair sanballı məqalələrlə çıxış edən V.Quliyev ədibin 150 illik yubileyi ərəfəsində də fəallıq göstərir. O, bu münasibətlə “Atatürk və Əhməd Ağaoğlu” və “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitablarını nəşr etdirdi.
    Ədibin çoxşaxəli həyat və fəaliyyətini öyrənmək baxımından zəngin material verən “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabında “Altmış yeddi il sonra” və “Sərbəst firqə xatirələri” adlı memuarları yer alır. “Sərbəst firqə xatirələri” daha öncə ixtisarla Ağaoğlunun “Seçilmiş Əsərləri”nə daxil edilmişdir. Burada isə memuar tam variantda Azərbaycan oxucusuna təqdim edilir. Həmçinin kitab vasitəsilə ədibin ilk dəfə “Altmış yeddi il sonra” adlı xatiratı ilə tanış oluruq. Kitabın tərtibçisi, ön söz, izah və şərhlərin müəllifi Vilayət Quliyev həm də xatiratları Türkiyə türkcəsindən Azərbaycan dilinə uğurlu şəkildə uyğunlaşdırma aparmışdır. Memuarların bədii dil xüsusiyyətləri elə qorunmuş, Ə.Ağaoğlunun yazı üslubu, deyim tərzi elə gözlənilmişdir ki, əsərin tərcümə olunduğu hiss edilmir. Bunu V.Quliyevin uzun illər Əhməd bəy Ağaoğlunun yaradıcılığı üzərində tədqiqat aparması və tərcümə sahəsində yetərincə təcrübəsi olması ilə əlaqələndirmək olar. Əhməd bəy Ağaoğlunu “əsrin əvvəllərində Bakıdakı “müsəlman mühiti”nin daim oyaq olan vicdanı” adlandıran V.Quliyev onun həyati mübarizəsindən səmimi bir dillə bəhs açır. Ədəbiyyatşünas alimin kitaba yazdığı “Əhməd bəy Ağaoğlu: hadisələrlə zəngin ömürdən iki xatirə” adlı ön sözdə də ədibə olan ehtiramı, sevgini duymamaq olmur. V.Quliyevin “Əhməd bəy Ağaoğlunun cild-cild kitablara, böyük seriallara material verən həyat yolunu göz önündə canlandıranda istər-istəməz insanın qəlbində bir istək baş qaldırır – kaş ki ümumtürk mədəniyyətinin və ictimai fikrinin inkişafına əvəzsiz xidmətlər göstərmiş bu böyük şəxsiyyət öz ömür salnaməsini özü qələmə almış olaydı!” qeydi isə qələmə alınmamış ssenarinin yazılmasına rəvac verə bilər.
    “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı oxucunun “Əhməd bəy Ağaoğlu kimdir?” sualına cavab tapmasına əyani köməklik göstərir. XX əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatında baş verənlərin bədii əksi Ə.Ağaoğlu xatirələrində yer alır. O, həmin dövrdə Türkiyədə baş verənlərin izləyicisi yox, fəal iştirakçısı olduğundan onun qələmə aldığı xatirələri birbaşa qaynaq rolunu oynayır.
    Ömrünün 67-ci ilində qələmə aldığı ədibin “Altmış yeddi il sonra” memuarı həyatının Şuşa, Tiflis, Peterburq və Paris dönəmini ayna kimi əks etdirir. Təəssüflər olsun ki, xatirat yarımçıq saxlanmışdır. Əsərdə o, özünün doğulub boya-başa çatdığı patriarxal ailəsindən – Şərq düşüncəli mömin atası Həsən ağadan, oğlunun yalançı mollalardan olmasını istəməyən anası Tazə xanımdan, Şərq dilləri və ədəbiyyatına yaxşı bələd olan böyük əmisi Hacı Mirzə Məhəmməddən və anadangəlmə filosof adlandırdığı əmisi Əli bəydən bəhs açır. Sarıcalı obasıından olan anası Əhməd bəyin dünyəvi təhsil görməsi üçün əlindən gələni edir. Ona rus dilini öyrətmək üçün gizlicə müəllim tutur, oğlunun rus məktəbində təhsil almasına nail olur. Əhməd bəyin “nədən bu fəlakətlə dolu yolu oğluna rəva gördün?” sözlərində həyati mübarizədə yorğun düşmüş bir qəhrəmanın üsyanı duyulur. Bəzən sakit ömür sürmüş əmilərini, atasını xatırlayıb öz həyatından gileylənir də – “Ah, nə olardı mən də onlar kimi ola biləydim!”.
    Oxuduğu məktəb mühiti, müəllimləri onun dünyagörüşünün formalaşmasında, düşüncələrinin təzələnməsində misilsiz rol oynayır. Ənənəvi mollaxana məktəbi ilə rus məktəbini müqayisə edərkən 54 il sonra da cavabını tapa bilmədiyi “niyə? bu fərqliliyin səbəbi nədir?” sualı doğur. O, onsinifli lisey timsalında XIX əsrin sonlarında “hər məktəb bir inqilab təlimi yuvası idi” qeydini verməklə təhsil ocaqlarının inqilabi fikrin formalaşdırılmasında roluna işarə edir. Çarizmin apardığı siyasətə rəğmən məktəblərdə müəllimlərin uşaqları inqilab ruhunda tərbiyə etməsi məsələsinə toxunulur. Bu məktəblərdə Əhməd bəyə də aşılanan inqilabi ruh onun bütün həyatı onunla bərabər irəliləmiş, ən sərt mübarizələrdən geri döndərməmişdir.
    Əhməd bəy Nəsir bəy Tahirovun təşviqi ilə məktəbin yeddinci sinfini Tiflisdə oxumağa qərar verir. Ailəsindən razılıq ala bilməyən gənc Tiflisə gizlicə qaçmağa məcbur olur. O dövrdə fikri və siyasi cərəyanların mərkəzi olan Tiflisdə türklər, ləzgilər, osetinlər, çərkəzlər kimi “çarın sadiq bəndələri”ndən fərqli olaraq, erməni, gürcü və ruslar hər biri ayrı-ayrı gizli təşkilatda fəaliyyət göstərirdi. Ə.Ağaoğlunun şeyxülislamı ziyarətə gedərkən mülkün giriş qapısı üzərində yazılan “Əli təriqəti”, “Ömər təriqəti” ifadələri o zaman onda necə təəccüb doğurmuş və düşündürmüşdüsə sonradan təriqətləşmə İslamın birliyi uğrunda apardığı mübarizəsində yeni problem təşkil edəcəkdir. Memuarda Tiflisə əyləncə məqsədi ilə gəlib müflis vəziyyətdə qayıdan müsəlmanlara da toxunulur. Tiflisdən aldığı üç yüz manat pul mükafatı ilə qayıdan ədib Sarıcalı elinə – dayılarının yanına yollanır. Əhməd bəy kişilərlə bir tutulan, at belinə minən, heyvanları sürüyə aparan, heç yaylıqlarını burnunun ucuna qədər qaldırmağı belə lüzumsuz görən köçəri qadınlarla bağlı “köçəri həyatında nə təsəttür vardı, nə də bütünlükdə qadın məsələsi!” qeydini verir.
    Əhməd bəy oxuduğu kitabların təsirilə Peterburq sevdasına düşür. Ailəsi, qohum-əqrəbası ilə vidalaşarkən ana oğluna “de ki, ana, əgər bir xaçpərəst qızı ilə evlənsəm, bu döşlərimdən əmdiyim süd mənə haram olsun” – deyə and içdirir. O, bunu o zaman mahiyyətinə varmadan etsə də, andını heç vaxt pozmur. Şuşadan uzaqlaşdıqca mənən də ondan ayrıldığını bildirən ədib Peterburqdakı həyatı barədə – “qafqazlılıq duyğusu”ndan bəhs açır, tələbələr arasında türklərdən təhsil almağa gələnlərin olmadığının heyrət doğurduğunu qeyd edirdi. Buna görə bir yandan təəssüflənir, bir yandan da özü ilə qürur duyurdu. Onun Peterburqdakı mühitlə bağlı bildirdiyi “on minlərlə tələbədən tək bir nəfər tapılmazdı ki, bu təşkilatlardan hansınasa mənsub olmasın” sözləri isə şəhərin inqilabi təşkilatlanmasından xəbər verirdi. Burada o, Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə tanış olur.
    Peterburq mühitindən sıxılan Əhməd bəy hələ gimnaziyanın dördüncü sinfində oxuyarkən xəyalını qurduğu Parisə yollanır. Atasının “yüz əlli rubl göndərirəm. Ürəyin hara istəyir, get” yazılmış teleqramı ailəsinin bu səfərə razılıq vermədiyinin açıq-aşkar işarəti idi. Yüz əlli rublla Parisə getmək və təhsil almaq! Vaqonda təsadüfən rastlaşdığı köhnə tanışlardan biri – bir fransız qızı ilə Parisə gedir. Paris dövrünü Ə.Ağaoğlunun ilk ən çətin sınaqlar dövrü adlandırmaq olar. Fransız dilini yetərincə bilməməsi və az pulla burada yaşamağa çalışması kimi maddi sıxıntılarla yanaşı, doğma yurddan ayrı düşməsi, atasından, ailəsindən gördüyü laqeyd münasibət onda mənəvi böhran doğururdu. Ancaq bu çətin dönəmdə ev sahibinin, baqqalda işləyən qadının anlayışlı davranışı, ev yoldaşlarının əllərindən gəlsə köməklik edərcəsinə səmimiyyəti ona mənəvi güc verirdi. O, hətta pulu olmadığına görə iki gün ac-susuz qalır, kirayəni ödəyə bilmədiyinə görə bir müddət damın altındakı boş yerdə gecələməyə məcbur olur. Həyatının Paris dövrü onun iradəsinin möhkəmlənməsində, bir insan kimi yetişməsində misilsiz rol oynayır. Ə.Ağaoğlu bunu özü də etiraf edir: “indi anlayıram ki, insanın yetişməsi, möhkəmlənməsi üçün qara günlər ağ günlərdən daha mühüm imiş. Amma bir şərtlə: boş dayanmamalısan, başını aşağı salıb zülm və zillətə qatlaşmamalısan!”
    Əhməd bəy təhsil aldığı “College de France” məktəbini “insanı yüksəltmək, irəli aparmaq xüsusiyyətləri sanki zahirindən özünü bəlli edirdi” sözləri ilə xatırlayır, burada Ernest Renan, Ceyms Darmsteterdən dinlədiyi məruzələri yada salır. Əsərin əlyazması isə elə burada qırılır…
    “Sərbəst firqə xatirələri” aynasında isə Türkiyə Cümhuriyyətinin ilk müxalif partiyası “Sərbəst Cümhuriyyət Firqəsi”nin fəaliyyətinin bütün cəhətləri əks olunmuşdur. Siyasi memuar Türkiyə Cümhuriyyətinin ilk onilliyinin xronikasını vermək baxımından əhəmiyyətlidir. 1930-cu il avqustun 10-dan noyabrın 16-na qədər fəaliyyət göstərən “Sərbəst firqə”nin heyətində Əhməd bəy Ağaoğlu da yer almışdır. Ə.Ağaoğlu həyatının “Sərbəst firqə” dövrünü fikir böhranları ilə dolu bir dövr kimi səciyyələndirmək olar. “Sərbəst firqə” M.K.Atatürkün Türkiyədə həyata keçirdiyi demokratikləşmə siyasətinin bir parçası idi. Firqənin yaradılmasını zəruri edən səbəblər içərisində Avropanın çoxpartiyalı sistem təcrübəsinin sınaqdan keçirilməsini, M.K.Atatürkün fərqli fikirlərin ortaya qoyulması və ölkədə hansı proseslərin getdiyini izlənilməsi istəyini göstərmək olar. Bu partiya Cümhuriyyət Xalq Firqəsinin bir qolu olacaq, Qazinin (M.K.Atatürk) maliyyə dəstəyi ilə yaradılacaqdı. “Sərbəst firqə”nin üzvləri, idarə heyəti də Qazi tərəfindən seçiləcəkdi. Əhməd bəy Ağaoğlu öncə bu işə – razılaşdırılaraq firqə yaradılmasına inamsızlıqla yanaşır. Lakin sonradan partiyanın iti qələm sahiblərindən, kəskin çıxış yiyələrindən birinə çevrilir. O da, Qazi də fərqli fikirlərin, mövqelərin inkişafa aparacağına inanırdı.
    “Sərbəst firqə”nin tərkibində “İttihad və Tərəqqi”nin üzvlərindən – Əli Fəthi bəy (sədr), Əhməd bəy Ağaoğlu (sədr müavini) və Mehmet Nuri Conkerlə Həsən Təhsin Üzer, M.K.Atatürkün bacısı Məqbulə xanım, ümumilikdə isə sayı 13-ü keçməyən millət vəkili yer alırdı. Mustafa Kamal Atatürk “Sərbəst firqə”yə ən inandığı və ən güvəndiyi adamları gətirmişdi. Xatiratdan məlum olur ki, firqənin adı da Əhməd bəyin “sərbəstlik” ideyasından qaynaq götürmüşdür. Hələ partiyanın quruluş şəklini müzakirə edərkən Ə.Ağaoğlunun sərbəstlik barədə səsləndirdiyi fikirlər oradakı hər kəsi mütəəssir etmişdi: “… sərbəstlik elə bir şeydir ki, sizi əhatə edən havaya bənzəyir, o hava ortalıqdan qaldırılsa, kimsədə, əlbəttə, nə söz istəmək, nə də söyləmək həvəsi qalar”. Əhməd bəyin “sərbəst düşüncə, sərbəst söz, sərbəst hərəkət” tezisi onun “Sərbəst insanlar ölkəsində” adlı fəlsəfi traktatında şərh olunmuşdur. Bu əsərin meydana çıxmasında, sözsüz ki, “Sərbəst firqə”nin öz payı vardır.
    Xatirat ədibin xarakterini ortaya qoymaqda misilsiz rol oynayır. “Xalqa pul lazımdır, pul!” deyiləndə onun “türk kəndlisinin ətindən-dırnağından kəsib vəkillərə, məbuslara, komandanlara, böyük məmurlara pul verməyə heç kimin haqqı yoxdur” sözləri təmiz vicdanının bariz göstəricisidir. Əhməd bəy Ağaoğlu hər zaman cəsarəti ilə seçilən, dürüst söz adamlarından biri olub. O, Qaziyə yazdığı məktubunda onun CXF üzvlərinin əməlləri üzündən get-gedə nüfuzunu itirdiyini yazırdı. Memuarda xalqla CXF arasında mənəvi bağların tamamilə qırıldığını bildirərək “qorxu” və “Qaziyə bəslənən minnətdarlıq hissi”nin bu partiyanın hələ də yaşama səbəbi olduğunu göstərirdi. Əhməd bəy Ağaoğlunun vicdanlı, namuslu insan xarakterini açan digər bir fakt – İsmayıl Haqqı bəyin öz məktubunda bildirdiyi “mən Cümhuriyyət Xalq Firqəsi rəisi Qazini deyil, məmləkətin xilaskarı Mustafa Kamalı sevirəm” – fikirlərə qarşılıq olaraq Qazi tərəfindən Ə.Ağaoğluya yazdırılan küfr dolu məktubdan ötrü utanc duyur. İsmayıl Haqqı kimi “təmiz, hörmətəlayiq şəxsiyyət” kimi tanıdığı insana qarşı bu cür hərəkət etdiyinə görə peşmanlıq çəkir. Sonradan bu yazının “gecə ədəbiyyatı” seriyasından olduğunu, məktubun və Fəthi bəyə ünvanlanan teleqramın göndərilmədiyini öyrənəndə daxili rahatlıq tapır.
    Firqə yaranar-yaranmaz xalq arasında böyük əks-sədaya səbəb oldu. Xalqın mənafeyini müdafiə edən yazıları, dövlətin malından sui-istifadə edənləri sərt tənqid edən məqalələri ilə kütlənin qəlbinə yol tapır. CXF üzvləri yeni firqə qurulan gündən düşmən mövqeyə keçdilər. Firqə az müddətdə özünə çoxlu tərəfdar toplayır. “Sərbəst firqə”yə xalq arasında rəğbət günü-gündən artır. Mitinqləri insan axını ilə baş tuturdu. Əhməd bəy bələdiyyə seçkilərində “Sərbəst firqə”nin iştirakının əleyhinə çıxmasını da bununla bağlayırdı. Yeni firqə iştirak edərsə, CXF məğlub olacaqdı. Qazinin bu cür vəziyyətlə barışmayacağını bildirərək yazır: “Qazi keçmiş firqəni tərk etməmişdi. Yenə onun öz təşkilatı idi. digəri isə yalnız ögey övlad səviyyəsində kombinasiya aləti idi”. Əhməd bəy burada həm də iki partiyaya M.K.Atatürkün münasibətini göstərirdi. Mətbuat bu iki firqə arasında gedən mübarizəni xüsusi maraqla izləyir, bəzən küfr dərəcəsinə çatan məqalələr çap olunurdu. Yaqub Qədrinin küfr dolu məqaləsinə verdiyi cavabda Əhməd bəy “mən inancımın cəzasını çəkirəm, sən də küfrünün mükafatını alırsan” deyə öz inancının sarsıldığını da bildirirdi. “Küfrünün mükafatını alırsan” deməklə Yaqub Qədri Qaraosmanoğlunun səfirlik məqamına yüksəlməsinə işarə edirdi.
    Firqənin qısa müddətdə qazandığı mövqe Qazini mənən narahat edirdi. Axı o, türk xalqının qurtuluşu üçün nələr fəda vermiş, nələrdən keçmişdi. Necə ola bilər ki, yeni firqə yaranar-yaranmaz xalq onun partiyasından üz çevirir. Əhməd bəy bu münasibətlə yazırdı: “Qazi bu firqəni, həqiqətən, səmimi şəkildə yaratmaq istəmişdisə, o zaman öz hesablarında aldandığını qəbul etmək lazım gəlir. Çünki o, xalqın yeni firqəyə belə gur axın edəcəyini əvvəlcədən ağlına gətirməmişdi”. Qazinin CXF barədə söylədiyi “rəsmi vəzifəm başa çatdıqdan sonra Cümhuriyyət Xalq Firqəsinin rəhbərliyində feilən çalışacağam” – sözləri partiyaya qarşı tutduğu mövqenin ifadəsi idi. İzmir hadisələrindən sonra Fəthi bəy, Nuri bəy və Əhməd bəylə görüşən Qazinin “Sizin daha yardıma ehtiyacınız yoxdur. Yardıma o biri firqə möhtacdır” səciyyəli sözləri Ə.Ağaoğlunun Qazinin iki firqə barəsində hansı fikirdə olmasına dair qənaətinin doğru olduğunu isbatlayır. Əhməd bəy “o, mübarizəni sevir və qarşı tərəfin məğlub vəziyyətindən zövq alaraq qarşıdurmanı aradan qaldırmağı deyil, qızışdıraraq ən son həddə çatdırandan sonra üzərinə atılıb bir anda yox etməyi düşünürdü” – fikirlərini bildirərək Sərbəst firqənin yaradılmasını və hər iki tərəfi mübarizəyə təhrik etməsini M.K.Atatürkün mübariz xarakteri ilə bağlayır.
    Əhməd bəy “Sərbəst firqə”nin böyük əks-səda doğurmasından Qazinin bərk qorxduğunu yazırdı. Sözsüz ki, bu qorxunu yaradanlar arasında İsmət paşanın rolu az deyildi. CXF sədri İsmət İnönünün Qaziyə müraciətlə söylədiyi “bələdiyyə seçkilərini gördük. Xalq yalnız o tərəfə axışır… Seçiləcək millət vəkillərinin əksəriyyəti, təbii ki, Fəthi bəyin adamları olacaq. Onun günlərin birində həmin əksəriyyətin gücünə arxalanıb hər şeyi öz əlinə almayacağına əminsiniz?” sözlər “Sərbəst firqə”nin iflasa uğramasına və bağlanmasına birbaşa təsir göstərdi. Qazinin “Sərbəst firqə”yə qarşı çıxmağa və sizinlə mücadilə etməyə məcburam… Mübaizə meydanına atılaq, qarşı-qarşıya gələk. Kim bilir, bəlkə, siz müvəffəq oldunuz” – sözləri ilə “Sərbəst firqə”yə yardım etməkdən və dəstək olmaqdan imtina etdiyini bildirdi. Bu isə “Sərbəst firqə”nin süqutunu sürətləndirdi. Ağır ittihamlar, sərt tənqidlərlə üzləşən “Sərbəst firqə”çilərin hətta “vətən xaini ittihamı ilə mühakimə altına alınmağı” təklif edilirdi. Əhməd bəy “Sərbəst firqə” oyununun belə bitəcəyini gözləmədiyini bildirirdi: “Biz Qazinin təklif və israrı əsasında qurulmuş firqənin belə macəralı sonluğa uğrayacağını ağlımıza da gətirməzdik”. Firqə dağılandan sonra İsmət paşanın xalqa ümidlər vermək üçün ortaya çıxarılan xülya olduğunu deməsi və bu oyunu özü təşkil etdiyini etiraf etməsi Ə.Ağaoğlunun məyusluğunu artıran səbəblərdən idi. Bu, həm də “Sərbəst firqə” komediyası nə üçün oynanıldı? sualına ən tutarlı cavab idi.
    Əhməd bəy Ağaoğlu “Sərbəst firqə” timsalında ümumiləşdirdiyi qənaətlər əsasında bir zamanlar dinin unudulmasından şikayət edən xocaları, hürriyyətdən, azadlıqdan ağızdolusu danışanların sonradan hürriyyəti zərərli hesab edənləri, liberallıqdan faşizmə keçid alıb onun ideallığından dəm vuran ədibləri ifşa edir. O, xalqın maariflənməyini vacibliyini vurğulayır və ədalət hissi olmayan bir millətdə hürriyyət, firqə kimi anlayışların heç bir məna ifadə etmədiyini bildirirdi: Belə mühitlərdə hər şey oyuna, hiyləyə, qarşılıqlı ittihamlara, iftiralara əsaslanır, nəhayət, bir tərəfin əl-qolunu bağlanır, o biri tərəfə isə istədiyi kimi hərəkət etmək imkanı verilir.
    Kitabın “İzah və şərhlər” bölməsi isə “Altmış yeddi il sonra” və “Sərbəst firqə xatirələri” memuarlarında sözü gedən şəxslər və bəhs açılan hadisələr barədə geniş məlumat almaqda yardımçı rol oynayır, hadisələrin daha aydın qavranılmasını təmin edir. Həmçinin bu bölmədə ədibin oğlu Səməd Ağaoğlunun xatirələrindən qeydlərin verilməsi də həmin şəxsiyyətlər barədə ətraflı məlumat almaq imkanı yaradır.
    “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı ədibin qələmə aldığı xatirələr aynasında görünən kimliyinə – Əhməd bəy Ağaoğlu şəxsiyyətinə, mücadilə dolu bir ömrə nəzər salmaq fürsəti verir. İnanırıq ki, Vilayət Quliyevin tərtibçisi olduğu “Əhməd bəy Ağaoğlu: Xatirələr” kitabı ağaoğluşünaslığa böyük töhfə verməklə yanaşı, Əhməd bəy Ağaoğlu şəxsiyyətinin kütləyə tanıdılmasında misilsiz rol oynayacaq. Onun vətən, türk milləti uğrunda üzləşdiyi çətinliklərə sinə gərməsi, xalqının inkişafa, yeniliyə nail olması üçün sərf etdiyi əməyi neçə-neçə qəlbləri riqqətə gətirəcək, onun cəsarətindən neçə gənc mənəvi güc alacaq, haqq, ədalət naminə apardığı mübarizədən heç vaxt yan qaçmayacaq, qarşısına çıxdığı əngəlləri əzmlə aşacaqdır. Neçə-neçə gənc tədqiqatçıda onun irsini öyrənməyə sövq edəcəkdir.

  • Təhminə VƏLİYEVA.“Rus ədəbiyyatının ümumi səciyyələri”nə xüsusi nəzər

    Dünya ədəbi prosesinə əsaslı təsir göstərən rus ədəbiyyatı, xüsusilə də XIX əsr rus ədəbiyyatı Avropa və dünyanın görkəmli fikir adamlarının diqqətini necə özünə çəkmişdisə, eləcə dəƏhməd bəy Ağaoğlu və xalqımızın digər mütəffəkirlərində bu ədəbi inkişaf prosesini izləməyə dair bir maraq oyanmışdı. Ə.Ağaoğlu rus ədəbiyyatının tənqidi problemlərinə xüsusi həssaslıqla yanaşmış, onun görkəmli nümayəndələrinin həyat və fəaliyyətinin geniş şərhini vermiş və əsərlərini təhlilə cəlb etmişdir. O, rus ədiblərinin yaradıcılığı ilə yaxından maraqlanmış və yeri gəldikcə rus ədəbi fikrindən yararlanmışdır. Ə.Ağaoğlunun rus ədəbiyyatının tədqiqi məsələlərinə dair ərsəyə gətirdiyi məqalə və yazıları dövri mətbuatda – “Kafkaz”, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” kimi qəzetlərdə və sonradan Türkiyə mətbuatında dərc olunmuşdur.
    Ədib 1908-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra İstanbul Darülfünununda rus dili və ədəbiyyatı professoru kimi fəaliyyət göstərmiş, “Rus ədəbiyyatı tarixi” kursundan dərs demişdir. Ə.Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” adı ilə “Seçilmiş Əsərləri”nə (Tərtib edənlər: Əziz Mirəhmədov, Vilayət Quliyev). Bakı, Şərq-Qərb, 2007, 392 s.) daxil edilən bu əsəri ilk dəfə 1932-ci ildə beş məqalə şəklində “Cümhuriyyət” qəzetində dərc edilmişdir. Ağaoğluşünas alim Vilayət Quliyev Əhməd bəy Ağaoğlunun “Seçilmiş Əsərləri”nə yazdığı “izah və şərhlər” bölməsində bu məqalələr əsasında Əhməd bəyin İstanbul Universitetində oxuduğu mühazirə materiallarının dayandığını və nəşrə hazırlanma prosesində məqalələrin dil və üslubunda müəyyən qədər dəyişikliklər aparıldığını bildirir.
    Əhməd bəy Ağaoğlunun “Rus ədəbiyyatının ümumi səciyyələri” əsərində rus ədəbiyyatının keçdiyi inkişaf yoluna eksurs edilir və onun başlıca xüsusiyyətlərinə diqqət yetirilir. Rus blınaları və “İqor Polkun dastanı”nı çıxmaq şərtilə XVII əsrə qədər zəngin ədəbiyyat nümunələrinə malik olmayan rus ədəbiyyatı Puşkin və XIX əsr rus ədiblərinin timsalında ədəbi zirvəyə qalxır. O, dünya ədəbi irsinə əsaslı təsir göstərəcək qədər inkişaf tapır. Bəs bu işıq sürətli tərəqqi necə meydana çıxdı? Ola bilərmi ki, uzun müddət sakit axan rus ədəbiyyatında fırtına necə qopdu? Onlar bu inkişafa necə nail oldular? sualları insanı düşündürməyə bilmir. Bəli, rus ədəbiyyatının az zamanda qazandığı böyük nailiyyətlərdən Ə.Ağaoğlu da mütəəssir olur. O, bu ədəbiyyatın mövzu, ideya və məzmun keyfiyyətlərini rus ədiblərinin yaradıcılığı əsasında səciyyələndirir. Belə ki, ədib “heç bir millətdə ədəbiyyat ruslarda olduğu qədər həyatla müvazi bir surətdə yürüməmişdir” deməklə rus ədəbiyyatının ən ümdə xüsusiyyəti kimi onun həyatla birbaşa bağlı olmasını göstərirdi. Bəli, ədəbiyyat həyatın, xalqın və cəmiyyətin güzgüsü olmalı, həyatda baş verən hadisələr bütün obyektivliyi ilə ədəbiyyatda öz əksini tapmalıdır. Belə ədəbiyyat əbədiyaşarlıq qazanmaqla bərabər onu oxuyan hər kəs üçün əvəzsiz fayda kəsb edir. Rus və dünya ədəbiyyatının ən görkəmli nümayəndələri bu prinsipi əldə əsas meyar tutmaqla yanaşı ədəbiyyatın tərbiyəvi və idraki funksiyasını da gözdən uzaq qoymamışlar. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski, A.P.Çexov, N.İ.Qoqol və başqa rus ədəbiyyatının seçkin imzaları “insan və həyat” kontekstində rus xalqını narahat edən problemlərə toxunur, bu həyatın qüsurlu cəhətlərini rus həyatından aldığı inandırıcı hadisə və əhvalatlarla, canlı obrazlarla açıb göstərir. Bu səbəbdəndir ki, rus ədəbiyyatı rus milli ruhunun, düşüncəsinin və yaşam tərzinin ən bariz göstəricisidir. Ə.Ağaoğlu bu münasibətlə yazırdı: “Rus ədəbiyyatının tarixi rus mədəniyyətinin tarixidir. Zamanın bütün cərəyanları, mühitin bütün lövhələri ədəbiyyatda əks eyləmişdir”. Bax, budur XVII əsrdə formalaşan, az müddətdə dünya ədəbi-bədii fikrinə təsir göstərən rus ədəbiyyatının uğuru!
    Ədib rus ədəbiyyatının səciyyəvi xüsusiyyətləri olaraq rus milli vicdanının bədii əksini, “ictimai və mühiti ünsür” amilini, təqlidçilikdən uzaq mövqe tutmağı və məfkurəçiliyi göstərirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının rus zehniyyətinin və rus milli vicdanının təcəssüm etdirməsini bu ədəbiyyat üçün başlıca keyfiyyət hesab edirdi. O, “İctimai və mühiti ünsür” konstekstində isə rus ədəbiyyatının həyati (realist) və təsviri (deskriptiv) mahiyyət daşıması məsələsini qoyaraq rus həyatının bütün cəhətləri və real lövhələrlə təsvir edildiyini bildirirdi. Əhməd bəy Ağoğlu “ta Puşkindən başlayaraq rus ədibləri rusları və Rusiyanı olduğu kimi təsvir etməkdədir” fikirləri ilə faydalı ənənənin davam etdirilməsini diqqətə çatdırır. O, “mühiti ünsür” məsələsində bəzən rus ədiblərinin ifrata vararaq naturalist mövqe sərgiləməsini tənqid edir. Ədib naturalizmi rus ədəbiyyatının “seçmə”, “fərqləndirici sifəti” adlandırır. Bəli, rus ədiblərindən nadir tapılar ki, hansısa öz əsərində vətəni Rusiya təbiəti təsvir etməsin. İstər kiçik şeir parçasında, istər poema, istərsə roman, istərsə də dram olsun, fərq etməz, biz bu peyzaj təsvirləri ilə rastlaşırıq. Həmçinin Ə. Ağaoğlu kənd həyatı mövzusunun rus ədəbiyyatı üçün ən işlək mövzu olduğunu xüsusilə diqqətə çatdırırdı. A.S.Puşkin, M.Qorki, L.Tolstoy, F.M.Dostoyevski rus kəndlisinin saflığını, yüksək mənəvi aləmini kübar həyatın saxta səmimiyyətlərinə qarşı qoyur. Uzun müddət dünya ədəbiyyatında, eləcə də rus ədəbiyyatında ingilis romantizminin ən məşhur nümayəndəsi C.Q.Bayronun təsirinə uyaraq təqlidi əsərlər ərsəyə gətirilirdi. Təqlidçilik probleminə dair Əhməd bəy məşhur rus tənqidçisi Savodnikin “hər hankı bir millətin ədəbiyyatı yalnız müstəqil və şəxsi olduğu halda digər ədəbiyyatdakı əsərlər kimi qiymətli və əhəmiyyətli əsərlər vücuda gətirə bilər” fikirlərini əsas gətirərək orijinal, xalqın özünəməxsus cəhətlərini əks etdirən ədəbiyyatın tərəfdarı kimi çıxış edirdi. Həyatın ən qaranlıq tərəflərinə işıq salan rus ədəbiyyatı üçün məfkurəçilik başlıca keyfiyyətdir. Ə.Ağaoğlu rus ədiblərinin yaradıcılığında xüsusi yer tutan məfkurəçiliklə bağlı fikirlərini əsərdə belə bildirirdi: “Məfkurəçiliyi, nikbinliyi həyatın ən qəmli cəhətləri ilə birləşdirmək, cılız bir mövzuya məfkurəvi mahiyyət vermək iqtidarı etibarı ilə heç bir ədəbiyyat rus ədəbiyyatı dərəcəsinə varmamışdır”. “Hər insanda bir işıq var” deyən Lev Tolstoyun bu mövqeyi də məhz məfkurəçiliklə bağlıdır. Ən qəddar insanda belə “insan işığı” tapmaq istəyi rus ədibləri üçün ümumi bir amal olmuşdur. Həyatın ən çıxılmaz vəziyyətlərində onlar insan üçün hər zaman bir ümid işığı, bir təsəlli yeri qoyurlar.
    Bütün bu deyilənlərlə yanaşı, Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının xəlqi mahiyyətini qabardaraq bu ədəbiyyatın xalqın milli düşüncəsini, onun ideal və arzularını ifadə etdiyini bildirir. Rus ədəbiyyatının ən böyük uğurlarından biri də rus ədiblərinin yaradıcılığında qadının yüksək hüquq qazanmasıdır. Puşkinin eyş-işrət vurğunu Yevgeni Onegini saf məhəbbətlə sevən, lakin qarşılığında sevgilisindən aldığı “tövsiyələr”dən zamanla dərs çıxarıb Onegini kor-peşman edən Tatyanası (“Yevgeni Onegin”),Qriboyedovun şan-şöhrətli, var-dövlətli, yumşaq xasiyyətli ər axtaran, ancaq bir yalançıya aldanan Sofiyası (“Ağıldan bəla”), Tolstoyun azad sevgi qadınını timsalı olan “Anna Karenina”sı, Dmitri Nexlyudovu gənclik səhvlərindən ötrü peşman etməyi bacaran, ona mənəvi “dərs” verənMaslovası (“Dirilmə”), Dostoyevskinin cinayət törətmiş Raskolnikovu mənəvi “cəza”dan xilas edən Sonyası (“Cinayət və cəza”) rus ədəbiyyatındakı qadın fenomenini təcəssüm etdirən obrazlardır. Beləliklə,Ə. Ağaoğlu rus ədəbiyyatının ümumi səciyyələrini məfkurəçi (idealist), “şəniyəçi” (realist), təbiətçi (naturalist), feminist və “mücahidəçi” keyfiyyətlərində qruplaşdırırdı.
    Əsərdə Əhməd bəy Ağaoğlu rus ədəbi tənqidçiləri tərəfindən rus ədəbiyyatının üç tarixi dövrə: “birinci dövr rusların xristianlığı və xristianlıqla bərabər ilk yazını qəbul etdikləri zamana qədər, yəni X əsri – miladiyyəyə qədər davam edər; ikinci dövr X əsrdən XIX əsrin ibtidalarına, yəni Puşkinin zühuruna qədər davam edər; üçüncü dövr də Puşkindən zamanımıza qədər davam eləyir” ayrıldığını göstərir və rus ədəbiyyatının yaranma və inkişafı mərhələlərini bu aspektdə izləyirdi. Rus ədəbiyyatının birinci dövrünü XVIII əsrdə müxtəlif tədqiqatçılar tərəfindən toplanan blinalar təşkil edir. Onlarda qədim dastan və əfsanələr ehtiva olunur. Blinaların meydana gəlməsində türk tatarların güclü təsir göstərdiyini Stasov, Miller, Potanin kimi tədqiqatçılarla yanaşı Əhməd bəy Ağaoğlu da təsdiqləyir. Bu məqsədlə ədib rus dastanlarında qəhrəmana Boqatır (bahadır) ləqəbinin verilməsini nümunə göstərir. Həmçinin o, “İqorun alayı haqqında söz” (“İqor polkun dastanı” – T.V) dastanına dair bir kitabxanalıq tədqiqat aparıldığını bildirir. Bununla yanaşı, dastanda rus ədəbiyyatının bütün keyfiyyətlərinin ibtida halında ehtiva olunduğunu da qeyd edir. Məşhur qazax şairi Oljas Süleymenov “Az-ya” əsərində “İqor polkun dastanı”nın türklərin birbaşa təsiri əsasında yazıldığını dastanın mətnini ədəbi təhlilə və dil-üslub keyfiyyətlərini tədqiqə cəlb etməklə müəyyənləşdirmişdir.
    Əhməd bəy rus ədəbiyyatının ikinci dövründə tədricən yazılı ədəbiyyat nümunələrinin yarandığını bildirir. Rus tənqidçilərinin bölgüsünə əsaslanaraq o da bu dövrü üç fəslə – “Kiyev” (XIII əsrə qədər), “Moskva” (XIV əsrdən XVII əsrə qədər), “yeniləşmə və intibah” (XVII əsrdən Puşkinə qədər) dövrlərinə ayırmışdır. “Kiyev fəsli” rusların Bizansdan xristianlığı qəbul etməsi və bu dinin təsiri ilə Kiyev knyazlığına daxil olması ilə başlanır. Rus xalqının ictimai-siyasi, ədəbi-mədəni həyatında xristian dinin hakim mövqe tutduğu rus ədəbiyyatının bu dövründə dini mətnlər – ilahilər, xütbələr, moizələr əsas təşkil edirdi. Ə.Ağaoğlu həm də kilsə papalarının şəninə yazılan, onların tərcümeyi-hallarının əks olunduğu əsərlərin – salnamələrin yarandığını bildirirdi. “Kiyev fəsli” salnamələrdən savayı səyahətnamələri də məşhurdur. Onların da ərsəyə gəlməsində, sözsüz ki, xristianlığın müstəsna rolu var idi. Beytül-müqəddəsi – Konstantinopolu (İstanbul – T.V) ziyarət etməyə gedənlər səyahət zamanı etdiyi qeydləri səyahətnamələrində yazardılar.
    Rus ədəbiyyatının “Moskva fəsli”ni Əhməd bəy Ağaoğlu durğunluq dövrü olaraq səciyyələndirir. Qızıl Ordunun istilasına məruz qalan ruslar kilsəyə sığınır. Qısa müddətdə din xadimlərini və xalqı ram edən Moskva knyazlığı istibdad və mərkəzləşdirmə siyasəti yürüdürdü. Ədəbiyyat çarizm və İvan Qroznı istibdadına qarşı tənzimlə kilsə xadimləri tərəfindən yazılmış “Prosvetitel”, “Minei”, “Stepaniya kniqa” kimi əsərlərdən ibarət idi. Bu dövrdə nəinki mütərəqqi ədəbiyyatdan söhbət gedə bilməz. Hətta “şəxsi fikir” pərvərdə etmək cəsarətində bulunan hər kəs edam kötüyünün üzərinə çıxardı”. Ə.Ağaoğlunun bu qeydi verməklə həmin dövrdə zülm və istibdadın hansı dərəcədə olduğunu göstərirdi.
    Üçüncü dövrün – “Yeniləşmə və intibah”ın əsas səciyyəvi cəhəti Avropa ədəbiyyatını, xüsusilə də bayronizmi təqlid və onlardan tədricən təsirləmədir. Bu dövrü Ə.Ağaoğlu üç kiçik qismə – “yeni Kiyev”, “Lomonosov”, “Karamzin” dövrlərinə ayırır. Ədib mərkəzi hakimiyyətin Moskvaya keçməsinə baxmayaraq Kiyev şəhərinin hələ də mədəni mərkəz olduğunu qeyd edir və rus ədəbiyyatının “Yeni Kiyev” dövründə bir-birinə zidd iki qüvvənin mübarizə apardığını nəzərə çatdırırdı. Bu dövrdə katolik təbliğatı ilə yanaşı ona qarşı mübarizə hərəkatının başlanmışdı. Ə.Ağaoğlu bildirirdi ki, katolizmə qarşı mübarizə hərəkatının əsasını Tövrat və İncilin tərcüməsində buraxılmış xətaların, cahil katiblərin köçürmə zamanı etdiyi səhvlərin aşkarlanması və onların təshihi işi təşkil edirdi. O, həmçinin həmin dövrün ictimai fəallarını – Slavinetskini, Simeon Polotskini, Silvestri, Yurki Krijanskini, Stefan Yavorskini və Feofan Prokopoviçi Qərb mədəniyyətindən alınan ünsürlərin daxil edilərək yeni intibah cığırı açan simalar kimi səciyyələndirir. Bu hərəkat Kiyev mühacirlərinin sayəsində Şimali Rusiya ilə Cənubi Rusiya arasında ədəbi-mədəni körpü rolunu oynadı.
    Əhməd bəy Ağaoğlu rus ədəbiyyatının “Lomonosov” və “Karamzin” dövründə baş verən ədəbi-mədəni hadisələrin Böyük Petro (I Pyotr – T.V) və onun varisləri ətrafında getdiyi barədə məlumat verir. I Pyotr dövründə Peterburq akademiyasının əsası qoyulması Rusiyada yeni bir hadisə idi. Akademiya rus ədəbi və ictimai fikrinin yeni şəkil almasında misilsiz rol oynamışdır. Əhməd bəy Ağaoğlu bu dövrün akademik M.V.Lomonosovun adı ilə verilməsinə də əsərdə aydınlıq gətirir: “Bu dövrün başında, dövrün adının da dəlalət etdiyi kimi, Lomonosov durur. Lomonosovun ətrafında Qantemir, Trediakovski, Sumorokov, akademiya üzvlərindən alman Şlosser və Miller və s. ikinci dərəcədə çoxlu mühərrir və ədiblər toplaşırlar”. I Pyotrun yenilikçi siyasəti varisləri – Yelizaveta və Katerin (Yekaterina – T.V) tərəfindən davam etdirilmişdir. Belə ki, ikinci Yekaterina Leybnits, Volter kimi ictimai xadimlərlə məktublaşır, onlardan Rusiyanı hərtərəfli inkişaf etdirmək üçün fikirlər alırdı. Onun dövründə yeni tipli məktəblər açılır, rus əsilzadələrinə mənsub olan gəncləra təhsil almaq üçün Avropaya göndərilirdi. Yeniliklər bir-birini davamlı olaraq izləyir və tədricən rus ictimai və ədəbi fikri yeni inkişaf mərhələsinə qədəm qoyurdu. Əhməd bəy D.İ.Fonvizinin “Hedorosl” əsəri istisna olmaqla, 1726-ci ildən 1791-ci ilə qədərki “Lomonosov” dövrünü Avropanı təqlid dövrü kimi xarakterizə edirdi. “Lomonosov” dövründə ədəbi prosesində yunan və latın dillərində olan Avropa və dünya ədəbiyyatından rus dilinə çevrilən tərcümələr xüsusilə diqqəti cəlb edirdi. Ə.Ağaoğlu rus ədəbiyyatının yeni dövrə keçid almasını təfəkkür və fəaliyyətdəki inqilabi hərəkatla bağlayaraq bildirirdi: “Təfəkkür və hissiyyat tərzi, iş üsulları uzun, mühüm bir inqilab dövrü keçirir və Puşkinlə başlayan müstəqil və orijinal rus ədəbiyyatının zühuru üçün mətin bir zəmin hazırlanır”.Qərb-Avropa ədəbiyyatından səmərəli şəkildə faydalanma rus ədəbiyyatı üçün zamanla öz bəhrəsini verdi.
    Akademiya üzvlərinin həm tərcümələr etdiyi, həm də əsasən, qəsidə (oda), tragediya və dastan janrlarında müstəqil əsərlər yazdığı barədə məlumat verən ədib bu əsərləri ədəbi-bədii cəhətdən naqis hesab edirdi. Bu əsərlərin mövzularının klassik ədəbiyyatdan alınmasını və vaxtilə fransız nəzəriyyəçisi Nikola Bualonun müəyyənləşdirdiyi “dörd vəhdət” prinsipinə əsaslanaraq yazılmasını qüsurlu cəhət olaraq göstərirdi. Klassizmin “dörd vəhdət” prinsipi yazıçıya hadisələri geniş zaman daxilində, müxtəlif məkanlarda və dinamik hərəkət halında, çoxşaxəli süjet xəttində təsvir etməyə imkan vermirdi. Ə.Ağaoğlunun bu dövrün yazıçılarını klassik ədəbiyyatdan mövzu aldığına görə tənqid etməsi onun müasirlik konsepsiyası ilə bağlıdır. Onun bədii əsərlərində real hadisələrin romantik zəmində əks etdirilməsini görürüksə, publisistik məqalə və yazılarında isə realizm əsas ünsür səciyyəsini alır. Müasirlikdən uzaqlaşmamaq, ədəbiyyatın müasir həyatın bədii əksi olması fikri Ə.Ağaoğlunun ədəbi-tənqidi görüşlərinin təməlində dayanır. Ədib həmçinin rus tənqidçilərinin bu ədəbiyyatın “Lomonosov” və “Karamzin” dövrünü milli ədəbiyyat sırasına daxil etmədiklərini də bildirir. Ancaq bu iki mərhələ rus ədəbiyyatının yeni əsaslarla, yeni zəmində qurulmasında keçid dövrü hesab olunmalıdır. Ə.Ağaoğlunun “Lomonosov” dövrü ilə bağlı verdiyi ümumi səciyyəni aşağıdakı şəkildə yekunlaşdırmaq olar:
    1. Ədəbiyyatın dinin təsirindən xilas olaraq müstəqil istiqamət alması.
    2. Nəsr və nəzmdə inqilabın baş verməsi. Nəzmdə ənənəvi sillabik vəzn əvəzinə rus dilinə daha uyğun gələn tonik vəznin işlədilməsi, nəsrə isə dini kitabların yazıldığı əski slavyan dilinin yerinə xalqın danışdığı canlı dilin gətirilməsi idi.
    3. Köhnə mövzuları ədəbiyyata gətirməkdən əl götürən rus ədiblərinin müasir həyatdan mövzu alması.
    Əhməd bəy Ağaoğlu məşhur rus yazıçısı N.M.Karamzinin adını daşıyan bu dövrün 1791-ci ildən – Karamzinin “Bir rus səyyahının məktubları”nın çap olunması ilə başlayıb 1821-ci ilə – A.S.Puşkinin “Ruslan və Lyudmilla” əsərinə qədər davam etdiyini bildirir. Ədib Karamzinin rus ədəbiyyatdakı mövqeyinin üç mühüm inqilabla müəyyən olunduğunu göstərərək yazır: “Bu inqilablardan birisi Karamzin sayəsində sentimentalizm tərzinin Rusiyada o zaman psevdoklassizmi tamamən modadan çıxarmasından ibarətdir… Karamzinin etdiyi ikinci mühüm inqilab dilə aiddir. Karamzin məktublarında bütün əski slavyan kəlmələrini, latın-alman tərkiblərini, arxaizmləri tərk edir. Bu məktublar yazı dilini canlı dilə yaxınlaşdırmaq xüsusunda mükəmməl bir örnəkdir. Karamzinin icra etmiş olduğu üçüncü inqilab tarixə aiddir. İlk əvvəl tarixi bir elm kimi alıb mənalandıran və bu münasibəti başqalarına da qəbul etdirən Karamzindir”. Karamzin tarixçi üçün elm və həqiqət qayğısını çəkməkdən başqa vətənpərvərlik, moralistiklik, müəllimlik və sənətkarlıq xüsusiyyətlərinə də malik olmağı vacib sayır.
    Əsərdə həmçinin Karamzinin nəzəriyyələrinin nöqsanlı cəhətlərindən də söz açılır. Belə ki, onun Rusiya üçün qurtuluşu keçmişə bağlılıqda axtarması, İvan Qroznı nəzəriyyələrini elmi əsasda verməsi, fikirlərində mühafizəkar mövqedə olması və hər cür ani inqilablara qarşı olması bu səciyyəyə aid edilir. Karamzini “panslavizmin müjdəçisi” hesab edən Ə.Ağaoğlu İ.A.Krılov və A.S.Qriboyedovun yaradıcılığının dövrün digər yazıçılarından xüsusilə seçildiyini bildirir. Bu iki yazıçının yaradıcılığı Puşkin dövrünə təsadüf etdiyindən Ə.Ağaoğlu əsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində onların fəaliyyətindən geniş bəhs açmışdır.
    Əsərin “Puşkin dövrünün müqəddiməsi” hissəsində ədib əvvəldə qeyd olunan məsələlərə qısa ekskurs edir və onlara qarşı münasibətini yekun icmal şəklində verir. Burada rus ədəbiyyatında gedən “yıxılış” və “oluş” prosesləri zəminində ənənə və müasirlik probleminə də toxunur: “Həqiqət halda yıxılış və oluş eyni əməliyyədir, eyni qüvvətin müxtəlif təzahürləridir. Xərabələrdən çoxları daşıdıqları canlı ruh sayəsində yeni amil və ünsürlərlə birləşərək yenidən həyatın əsaslarını təşkil edəcəklər… Böhranlar əsnasında müasirlər əksəriyyət etibarilə o iki əməliyyəni ayrı-ayrı zənn edərək iki böyük qismə ayrılırlar. Bir qismi keçmişə saplanıb qalır və müvazinətini, ahəngi, xilası o keçmişdə görür, digər qismi isə nicat və xilası yıxmaqda arar və ona görə də mövcudu, keçmişi yıxan amillərə sarılıb qalırlar. Avropadan gələn ruzigarlar yıxıcıdır, keçmişdən yüksələn sədalar isə mühafizəkardır. Odur ki, yenilikçilər üçün Avropadan əsən hər hansı cərəyan hörmətə layiq və müqəddəs olduğu kimi, mühafizəkarlar üçün də keçmişdən gələn sədalar mübarəkdir. Hər iki tərəf də içində bulunduğu müvazinət və ahəng amillərini tapa bilmədiklərindən o ahəng və müvazinəti təqlidçilikdə arayırlar. İstər Avropanı, istər keçmişi təqlid olsun! …. Yenilik və əskilik yoxdur. Müasirləşmək isə keçmişin bu günlə sintezindən ibarətdir”.
    Məşhur rus yazıçıları İ.A.Krılov və Qriboyedovun yaradıcılıq fəaliyyəti əsərin bu bölməsində geniş təhlilə cəlb edilmişdir. Öncə ədib bu iki yazıçının rus ədəbi tənqidi fikrində “milli istiqamətin rəhbəri” şəklində adlandırılmasından bəhs açaraq rus məfkurəsinin onların yaradıcılığında istiqlaliyyət qazandığını, əsərlərinin sadə dildə yazıldığını qeyd edir. O, məşhur rus təmsil və komediya ustası İ.A.Krılovun Jan de Lafontendən “Palamut və çub” təmsilini sadə rus şivəsində tərcümə etməsi ilə şöhrət əldə etdiyinə diqqəti yönəltməklə əsərlərin kütləyə siraət etməsi üçün onların canlı, danışılan dildə yazılmasının vacibliyini vurğulayır. Əhməd bəy İvan Krılovun təmsillərini mahiyyətinə görə iki qrupa ayırır: tərbiyəvi (didaktik), həcvi (satirik). İ.Krılov həcv xarakterli təmsillərə daha çox üstünlük verir. O, sərt tənqidlərdən mümkün qədər uzaq duraraq fikirlərini bir istehza, bir ironiya vasitəsilə çatdırır. Yazıçı həcvlərini üç qisimdə qruplaşdırır: ümumbəşəri nöqsanlara, yerli rus nöqsanlarına və tarixi hadisələrə həsr olunanlar. Ümumbəşəri nöqsanlara xudbinlik, xudpəsəndlik, yelbeyinlik, aldatmaq, özünü mədh etmək; yerli rus nöqsanlarına pis əməl, rüşvətxorluq, kağızbazlıq, ədalətsizlik, təqlidçilik və tərbiyə nöqsanları daxil edilir. Tarixi hadisələrə həsr olunan təmsillərdə isə tarixi şəxsiyyətlərin bədii obrazı yaradılmış, onların qüsurlu cəhətləri satirik dillə tənqid olunmuşdur. Krılovu “rusların Xoca Nəsrəddini” adlandıran Ə.Ağaoğlu onun yerli xalq arasında məşhurluq qazanmasını üç amillə – xalqçılıq, həqiqətçilik və sənətkarlıqla bağlayır. İ.A.Krılovun sənətkarlıq məharətinin yalnız Jan de Lafontenilə müqayisə edilə biləcəyi qənaətindədir.
    A.S.Qriboyedov yazdığı yalnız bir əsərlə – “Ağıldan bəla” (“Горе от ума”) mənzum komediyası ilə rus ədəbiyyatında xüsusi yer tutmuşdur. Əsər Azərbaycan dilinə Ələkbər Ziyatay tərəfindən tərcümə olunmuş, “Ağıldan bəla” adı ilə 2006-cı ildə çap edilmişdir. Lakin Əhməd bəy Ağaoğlu əsəri “Ağlın bəlası” adı ilə təqdim etmişdir. O, əsəri “psevdoklassizm məktəbi tərəfindən qəbul edilmiş qaydalara riayət olunmayaraq sərbəst yazılmış mənzum komediya” adlandırır. Mövzusunu canlı həyatdan alaraq yazan və doğulub böyüdüyü, boya-başa çatdığı Moskva cəmiyyətini real lövhələrlə təsvir edən Qriboyedov rus ədəbi sənətinə sərbəstlik meyarını gətirdiyinə görə ədib tərəfindən təqdir edilir. A.S.Qriboyedov sənətkarlığının üstün cəhətlərindən biri də “Ağıldan bəla”da həqiqi tiplər – vəzifə, rütbə üçün hər cür alçaqlığa əl atan, “yarınmağı” özlərinə peşə seçən “qulluq” adamlarının Famusov vəSkalozubun, “kiçik rütbə”dən ucalmaq üçün katibin qızı ilə sevgi münasibəti quranların Molçalinin və öz cəmiyyəti tərəfindən “dəli” adlandırılan mütərəqqi fikirli gənclərin isə Çatskinin timsalında obraz səciyyəsini almasıdır. Krılov dilini komediyaya gətirmək və sadə rus dilində yazmaq A.S.Qriboyedovun böyük uğuru hesab edilməlidir. Komediya barədə məşhur rus tənqidçisi V.Q.Belinski də olduqca yüksək fikirlər bildirmişdi: “Qriboyedovun komediyası … qüvvətli istedadın, dərin ağlın məhsulu olmaq etibarilə heç bir təqlidçilik, yalançı motivlər və süni boyalara malik olmayan, həm ümumiyyətlə və həm də ayrı-ayrı hissələrində, həm süjeti, həm xarakterləri, həm ehtirasları, həm hərəkəti, həm fikirləri, həm də dili başdan-ayağa rus həyatının dərin həqiqətini daşıyan birinci rus komediyası idi”. Professor Məmməd Cəfər isə əsərin təsiredici qüvvəsinə xüsusilə diqqəti cəlb edir və onu “20-ci illərdə ağıllara çox qüvvətli təsir göstərən, gənc nəslin mövcud siyasi-ictimai quruluşa qarşı müxalifət ruhunda mühüm rol oynayan yüksək sənət əsəri” hesab edirdi.
    Rus ədəbiyyatının “Puşkin dövrü” rus tənqidçilərinin də qeyd etdiyi kimi, “rus milli ədəbiyyatının banisi” hesab olunan A.S.Puşkin və sələflərinin yaradıcılıq fəaliyyətini əks etdirir. Əhməd bəy A.S.Puşkinin ədəbi fəaliyyətini iki dövrdə: təqlidçilik və intibah dövrlərində qruplaşdırır. İngilis romantik ədəbiyyatının ən görkəmli nümayəndələrindən və dünya ədəbi prosesinə əsaslı təsir göstərən C.Q.Bayronun yaradıcılığı Puşkinə də təsirsiz ötüşmədi. Ə.Ağaoğlu Onun “Ruslan və Lyudmilla”, “Qafqaz əsiri”, “Baxçasaray çeşməsi”, “Qaraçılar” poemalarını təqlidçilik dövrünün əsərləri olaraq səciyyələndirir və onların Bayron və Şatobrianın təsiri ilə yazıldığını bildirir. Nəzərə alsaq ki, dörd poema Puşkinin ilkin dövr yaradıcılığını əhatə edir, onların təsirlənmə və təqlidə məruz qalması təbii qarşılanmalıdır. O, vaxtilə rus tənqidi fikrində böyük əks-sədaya səbəb olan Puşkinin “Ruslan və Lyudmilla” əsərinin italyan şairi Aristonun “Aşiq Roland” və “Qudurmuş Roland”, alman şairi Vilandın “Obaron”, Volterin “Orlean bakirəsi” kimi əsərlərdən təsirlənmə və onları təqlid yolu ilə ərsəyə gəldiyini yazır. Ə.Ağaoğlu ədibin “Ruslan və Lyudmilla” poemasının dilini uğurlu hesab edir, sadə və gözəl üslubda yazıldığını, təsvirlərin canlı və parlaq surətdə əks etdirildiyini bildirir. O, “Ruslan və Lyudmilla” Puşkinin ən zəif əsərlərindən birisidir. Əsərin bir çox yerləri süni və qeyri-təbiidir” sözləri ilə isə əsərin zəif cəhətlərini də göstərir.
    Əsərdə “yəs, küskünlük” və “şəxsiyyətə qarşı pərəstiş” bayronizmin iki əsas səciyyəvi xüsusiyyəti göstərilir: “… Mədəni həyatın süniliyindən hüsulə gəlmiş yorğunluq, fərdiyyətlərin əzilməsi, mənən və əxlaqən düşkünlüyün yüksək həddə çatması nəticəsində Bayron ümumən mədəni bəşəriyyətə qarşı bir nifrət hissi təlqin edir, mədəni bəşəriyyəti miskinlik və acizliyə, əsarət və zəlilliyə məhkum görür. İkinci xüsusiyyət şəxsiyyətə qarşı pərəstişdir. Mədəniyyətin süni qaydalarını tanımayan, mədəni həyatın fərdlər üzərinə qoyduğu maddi və mənəvi zəncirləri qıran şəxsiyyətlər Bayronun qəhrəmanlarıdır. Bunlar qüvvətli iradəyə malik, önlərinə çıxan hər maneəni yıxıb atan, öz fərdi hürriyyətlərini müqəddəsləşdirərək ictimai şərt və hüdudların fövqünə çıxan insanlardır. Bunlar özlərinə pərəstiş etdiklərindəm, təbii ki, ətraflarında olanlara həqarət və nifrətlə baxırlar”.
    Ə.Ağaoğlu “Bayronizm Moskvada rus mujiki üzərinə atılmış bir ingilis toqqasına, üst geyiminə bənzəyirdi” deyərək onu xəyali, süni bir təzahür adlandırırdı. Puşkin əsərlərində bayronizmin təsiri hətta onun məşhur “Yevgeni Onegin” mənzum romanında dueldə öldürülən Vladimir Lenskinin məzarının təsvirində də duyulur. C.Q.Bayronun “Abidos gəlini”ndə Səlim və Züleyxanın qəbri arasında bitən qara tikan Cəfərin simvolik obrazı olaraq verilirsə, Vladimir Lenskinin məzarı üstünə əyilən, sanki başını aşağı sallamış budaq günahkar Onegini səciyyələndirir. Doğrudur, Ə.Ağaoğlunun bu əsərində Puşkinin intibah dövrü yaradıcılığı ayrıca təhlil və təsvir olunmasa da, “Qaraçılar” poemasının sonunda verilən parça vasitəsilə əsərin təqlidçi ruhdan tamamilə azad olaraq rus ədəbiyyatı üçün yeni mahiyyət daşıması göstərilir. A.S.Puşkinin bayronizm xəstəliyindən yaxa qurtarıb intibah dövrünə qədəm qoyması rus ədəbiyyatının yeni axın və yeni istiqamətli inkişaf tapmasına səbəb oldu. Puşkin yaradıcılığında rus dili sadəlik və poetiklik sintezində özünü göstərir. Rus ədəbiyyatına yeni motivlər, canlı obrazlar, təbii duyğular daxil olur.Görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər A.S.Puşkinin yenilikçi mövqeyinə diqqəti yönəldərək yazırdı: “Puşkin böyük novator şair idi və öz əsərləri ilə rus ədəbiyyatına bir yenilik, təzəlik, təravət gətirmişdir; yeni tipli realist və romantik şeirin, realist nəsrin, yüksək məzmunlu siyasi lirikanın, mənzum romanın, tarixi povestin, mənzum dramın və hekayənin gözəl nümunələrini yaratmışdır”.
    Əhməd bəy Ağaoğlunun rus ədəbiyyatının tədqiqinə həsr olunan “Rus ədəbiyyatının ümumi səciyyələri” adlı ayrı-ayrı məqalələrdən ibarət əsəri rus ədəbiyyatının yaranma və inkişaf tarixini izləmək, onun məxsusi keyfiyyətlərinə bələd olmaq baxımından əhəmiyyət daşımaqla bərabər milli ədəbiyyatda rus ədəbi ənənələrindən səmərəli istifadə üçün əsaslı material verir.

  • Nizami CƏFƏROV.”Dilçi missiyası…Və dilçilikdə “elm poeziyası””

    Oljas Süleymenovun dilçilik marağının köklərinin nə qədər dərin olduğunu, yəqin ki, böyük şairin yaradıcılığı ilə az-çox tanış olanların hamısı bu və ya digər dərəcədə bilir. Neçə illərdir “1001 söz” universal etimologiya sözlüyü üzərində çalışdığı da məlumdur. Lakin “Sözün kodu” kitabçasının nəşri əsərin tərtib prinsipləri barədə müəyyən təsəvvür yaratmaqla güman etmirəm ki, dilin mexanizminə peşəkar səviyyədə bələd olanların sözlüyə nədəsə diqqətini cəlb etdi; bəlkə, əksinə, daha çox belə bir təəssürat doğurdu ki, şair etimoloji araşdırmalarında artıq dil haqqındakı elmlə hesablaşmağın hüdudlarına gəlib çıxdığından son labüd uğursuz döyüşünü müasir dilçiliyin banisi Ferdinand de Sössürlə aparmaq istəyir… “Qədim işarələrin axtarışına çıxıb” müxtəlif “Günəş” simvollarını aşkarlayandan sonra “cəngavərlik qanunları”na açıq-aşkar məhəl qoymadan (və döyüş qaydalarını öz bildiyi şəkildə müəyyən edərək) dahi dilçiyə hücum edir.
    “Əgər linqvistlər və ya yazı tarixçiləri birdən nə üçünsə bütün bu simvolları bir vərəq kağızda toplasalar, belə uyuşmazlıq yalnız F.Sössürün “işarə sərbəstdir” (1916) fərziyyəsinin doğruluğunun təsdiqinə yarayar”.
    Hər hansı künc-bucaqda itib-batmış, yaxud müəllifindən başqa heç kimə lazım olmayan bir nəzəriyyə ilə bu cür davranmaq olardı (hərçənd elmi etika buna da yol vermir), ancaq dahi dilçi ilə belə zarafat eləmək təhlükəlidir. Ferdinand de Sössür simvolları işarə hesab edir, ancaq onları dil işarəsi qədər sərbəst saymır. Və dil işarəsinin sərbəstliyi barədə onun nəzəriyyəsinin “Günəş” simvollarına, ya müxtəlifliyində, ya da mənşəcə əlaqəsində heç bir dəxli yoxdur… “Elmi işlərindən göründüyü kimi, Cenevrə Universitetinin professoru yazının bütün növləri içərisindən ancaq hərfli yazıyla tanış olmuşdur” deməkdə isə şair, heç şübhəsiz, haqsızdır. “Ümumi dilçilik kursu”nun müəllifi ideoqrafik və fonetik olmaqla iki yazı sistemindən bəhs edir. Və “yeri gəlmişkən” göstərir ki, “ideoqrafik yazı sistemləri qarışıq tipli sistemlərə asan keçir: bəzi ideoqramlar öz ilkin mənasını itirərək ayrı-ayrı səslərin təsvirinə çevrilir”.
    Lakin bu başqa məsələdir ki, Ferdinand de Sössür dil işarəsinin təbiətini aşkarlayarkən yazıya o qədər də əhəmiyyət verməyin tərəfdarı kimi çıxış etmir:
    “Yazı öz-özlüyündə dilin daxili sisteminə yad olsa da, ondan bütünlüklə uzaqlaşmaq olmaz: axı bu elə bir texnikadır ki, dil onun köməyi ilə fasiləsiz ifadə edilir. Dilçi onun üstünlüklərini də, çatışmazlıqlarını da, eyni zamanda ona müraciət edərkən ortaya çıxan təhlükələri də bilməlidir.
    …Yazı dili nəzərdən qoruyur: yazı onu geyindirmir, onun üst-başını qaydaya salır”.
    Oljas Süleymenovun belə bir mülahizəsi absurd səslənir ki, Ferdinand de Sössür “yalnız işarə yaradanların sərbəstliyi ilə izah olunan forma müxtəlifliyini öndən görmüşdür”.
    “Kurs” müəllifi, əlbəttə, qədim simvollar üzrə mütəxəssis deyildi, lakin yaratdığı təlimdən belə məlum olur ki, həmin simvollarla yaxından tanış olsaydı belə, onlara elə bir əhəmiyyət verməzdi. Hər şeydən əvvəl ona görə ki, o, dilçi idi.
    Şair daha bir absurd mühakimə yürüdür:
    “Sössür öz kəşfi ilə etimoloqların və yazı tarixçilərinin işini də əhəmiyyətli dərəcədə yüngülləşdirmişdir ki, onlardan artıq sözün və yazı işarələrinin səbəbiyyətini axtarıb tapmaq tələb olunmur”.
    Fikrimcə, ironiya tamamilə yersizdir… Birincisi, Ferdinand de Sössür heç kimin nə düzgün, nə də yanlış istiqamətdə axtarışlarının qarşısını almaq iddiasında olmamışdır. Və burada da hər kəs “sərbəst”dir… İkincisi isə, sözün “tərcümeyi-hal”ı bir, yazı işarəsinin “tərcümeyi-hal”ı isə başqa bir məsələdir.
    Oljas Süleymenovun Ferdinand de Sössür təliminə verdiyi “tarixi şərh” də əvvəlki mülahizələrindən az absurd deyil:
    “Qohum dillərdə oxşar mənalı leksemin yayılması mənzərəsini təsəvvür etmək və bunun əsasında ilkin formanı bərpa etmək etimoloqa kifayət edir. Ancaq ilkin formanın necə əmələ gəldiyini fikirləşmək lazım deyil: bu, məlumdur, çünki qədimdə kiminsə tərəfindən heç bir şeyə əsaslanmadan müxtəlif fikirlər uydurulmuşdur. Sössürün sözləri “inqilablara hamilə olan” XX əsrin lap başlanğıcında səslənmişdi. Bu sözlər rəssamlıq, ədəbiyyat, qrafika və heykəltəraşlıqda özbaşınalıq ənənələri yaradan mədəni inqilab şüarı oldu, sünini sənət kimi qəbul etməyi çoxlarına öyrətdi”.
    Sözün yaranma mexanizmini “işarə + işarənin adı + işarənin izahı = söz-məfhum” formulu ilə “izah” edən şair gerçək elmi məntiqdən tamamilə uzaqlaşmaqla yanaşı, işarədən anlayış icad etmək vəzifəsini bütünlüklə “kahin”lərin öhdəsinə buraxdıqdan sonra belə bir “qanunauyğunluq” da aşkarlayır:
    “Həqiqi etimologiya qrafik işarənin mənası və təfsirçinin assosiativ təxəyyülü sözün genezisində dərk ediləndə başlayır”.
    “Sözün kodu” müəllifi bir-birindən impulsiv “qaydalar” müəyyən etdikdən sonra (və həmin “qaydalar”ın emosiyası altında) elan edir:
    “İşarə sərbəstdir?.. Yox, sərbəst deyil”.
    Və “yalnız işarə etimologiyası sözün tarixi haqqında əsl həqiqəti bilməyə kömək edir” qənaətinə gələn müəllif yazır ki, “kahinlər öz qəbilələrinin müqəddəs işarələrini izah etdikcə söz yaratmağın qaydaları özünü göstərməyə başlayır və aktiv istifadə olunurdu. Əslində, bu işarələr gerb qoruyucuları idi, nəslin – qəbilənin taleyi onlardan asılı olurdu və onları uzun müddət qoruyub saxlayırdılar. Hətta ilkin mənaları itirilmiş olsa belə, onların məzmunları izah edilirdi”.
    Şair “Kurs”u diqqətlə təhlil etmiş olsaydı orada hər cəhətdən işinə yarıyacaq belə bir fikrə rast gələrdi ki, “geologiya bəzən mövcud vəziyyəti – zaman etibarilə əvvəllər nələr olduğuna fikir vermədən, artıq qərarlaşmış vəziyyəti (məsələn, Cenevrə gölü hövzəsinin indiki vəziyyətini) təsvir edir. Lakin başlıca olaraq o, ardıcıllığı diaxron cərgələr yaradan hadisələrlə, transformasiyalarla məşğul olur. Doğrudur, nəzəri olaraq, prospektiv geologiya barədə düşünmək mümkündür, ancaq faktiki olaraq onun baxışı, hər şeydən əvvəl, retrospektivdir”.
    Bu isə o deməkdir ki, geologiyada olduğu kimi, dilçilikdə də etimoloji təhlil dünəndən bugünə deyil, bugündən dünənə dogru aparılır. O qədim “Günəş” işarələrinin ki, bugünkü anlayışların və ya sözlərin mənşəyində dayanması güman edilir, onların reliktləri heç zaman itməməli, bugündən dünənə baxanda görünməli idi.
    Əgər böyük şair öz etimoloji maraqlarını “Az i Ya”dakı səviyyədə saxlamış olsaydı, elmi baxımdan daha mükəmməl görünərdi. İlk növbədə ona görə ki, hər sahədə olduğu kimi, elmdə də yeni iddialar, tamamilə təbiidir ki, yeni imkanlar tələb edir. Və güman etmirəm ki, hər hansı elmin əsas prinsiplərinə “poetik etinasızlıq” göstərməklə həmin elmdə hansı mənada isə canlanma yaratmaq mümkün ola.
    Təəssüf ki, şair bu yola üstünlük verir:
    “Linqvistikanın sübutu olmayan müddəalarını tədris etməklə çörəkpulu qazananlar məni öz işimlə məşğul olmamaqda davam etdiyimə bir daha inanmaq üçün broşürü vərəqləyirlər. İndiki dilçiliyin ağacı ağac deyil, kökləri olmayan quru dirəkdir. Ondan səsgücləndiricilər və işıqlar asmaq olar, ancaq onlar gerçək canlı məhsulları əvəz etməzlər. Dilin kök sistemi bərpa edilərsə, mahiyyətcə, Homo Sapiens qəbiləsinin həyat ağacı olan qurumuş bitki də canlanar”.
    Müəllif özünün “qaydalar toplusu”nu mükəmməl “təlimat” kimi özünəməxsus şəkildə təbliğ etməkdən də çəkinmir:
    “…İstənilən oxucu nümunə göstərilən qaydalar toplusunu (yaxud onlardan bəzilərini) ana dilindəki sözün genezisinin təyin olunması üçün sınaqdan çıxara bilər. Əgər belə təcrübələr baş tutarsa, mən onlardan xəbər tutmağa, alınan nəticələrlə razılaşmağa və ya mübahisə etməyə şad olaram. Onların ən yaxşıları “1001 söz”ə daxil ediləcəkdir”.
    Görünür, dildən bəhs edəndə, həmişə olmasa da, hərdənbir dilçilərin nə dediyinə qulaq asmaq lazımdır… Heç olmasa, Ferdinand de Sössürün… O dahi Ferdinand de Sössürün ki, deyirdi:
    Dillə “az və ya çox dərəcədə hamı məşğul olur, lakin nitq fəaliyyəti məsələlərinə bu cür kütləvi maraq paradoksal nəticələrə gətirib cıxarır: elə bir sahə yoxdur ki, bu qədər cəfəng ideya, xurafat, xam xəyal və fiksiya törətsin. Bütün bu yanlışlıqlar psixoloji maraq doğurur və dilçiliyin ən mühüm vəzifəsi də onları üzə çıxarmaq, imkan dairəsində tamamilə aradan qaldırmaqdır”.
    Əlbəttə, böyük şairlə razılaşmaq olar ki, poeziya (ədəbiyyat) da eynilə musiqi, rəssamlıq kimi müxtəlif elmlərə nüfuz edə, enerji, can, ruh verə bilər, ancaq onu əvəz etmək fikrinə düşsə, xam xəyallar qaçılmazdır…

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Ədəbiyyat İnstitutunun əməkdaşlarının altı ayda 24 monoqrafiyası çap olunub

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının bu ilin altı ayı ərzində 545 məqaləsi, 24 monoqrafiyası, 12 tərtib kitabı və 3 bədii əsəri çap olunub.

    AZƏRTAC xəbər verir ki, bu, Ədəbiyyat İnstitutunun 2019-cu il üçün yarımillik hesabatında əks olunub.

    Hesabatda bildirilir ki, bununla yanaşı, AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəylinin bu müddətdə bir kitabı, 15 elmi məqaləsi (11-i ölkədə, 4-ü xaricdə), dövrü mətbuatda isə 25 məqaləsi işıq üzü görüb. Bundan başqa, yarım il ərzində İsa Həbibbəylinin elmi redaktorluğu və müqəddiməsi ilə 5 kitab çapdan çıxıb.

    Mənbə: azertag.az

  • Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib

    https://a.radikal.ru/a20/1907/2b/efc690426a86.jpg

    https://a.radikal.ru/a25/1907/95/30e1d4826e35.jpg

    https://d.radikal.ru/d06/1907/23/3f6bcd9f21f1.jpg

    https://d.radikal.ru/d03/1907/9a/36fb5d0c44b1.jpg

    https://d.radikal.ru/d17/1907/c9/2377aba0dc85.jpg

    https://d.radikal.ru/d29/1907/be/6e7e7ad7ff70.jpg

    https://c.radikal.ru/c01/1907/bd/6cc47c6926cb.jpg

    https://b.radikal.ru/b40/1907/10/7518c34114d3.jpg

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda Sumqayıt şəhərinin yaranmasının 70 illiyi ilə əlaqədar “Gözəlləşən şəhərimiz “ adlı tədbir keçirilib.

    “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvlərinin iştirakı ilə keçən tədbirdə kitabxanaçı Bəturə Lazımova Sumqayıt şəhərinin yaranması, dünəni və bu günü haqqında geniş məlumat verib.

    Tədbirdə “Sumqayıt-uşaqların gözü ilə” mövzusunda müzakirələr aparılıb.

    “Verbal” tədris mərkəzinin psixoloqu Aydan Məhərrəmli, “Cığır”ın üzvləri: Ömər Bayramov, Jalə Əhmədova, Xədicə Bayramova, Məhəmməd Əhmədov mövzu ilə bağlı fikirlərini bölüşüblər.
    Sonra oxucuların ifasında Sumqayıt haqqında şeirlər və əfasanələr dinlənilib.

    Daha sonra tədbir iştirakçıları kitabxanada fəaliyyət göstərən nağıl otağı, xidmət şöbəsi, kitab sərgiləri, “rəsm” dərnəyi üzvlərinin əl işləri ilə yaxından tanış olublar.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuat xidməti

  • “Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək

    23 İyul 2019-cu il saat 15.00-da Azərbaycanda ATATÜRK Mərkəzində “Gənc qırğız şeiri antologiyası”nın təqdimat mərasimi keçiriləcək. Təqdimatda Qırğız Respublikası Yazıçılar Birliyinin başqanı sayın Nurlan Kalıbekov başda olmaqla, 14 qırğız şairi də iştirak edəcək.

    Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

    Mənbə: http://edebiyyatqazeti.az

  • Şairə-publisist Nəcibə İLKİN.”Ölümlü gecəm”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    İslatdı dərdimi göz yaşlarımda,
    Qucağında ölüm gətirən gecə.
    Hönkürtü səsində açılan səhər,
    Kəsdi kələyimi dan yerinəcən.

    Donmuş nəfəsimdə şehə bələndi,
    Ruhumun can adlı sızıltıları.
    Sən demə dərd elə üzə güləndi,
    Açıldı ömrümün ölüm qatları.

    Susdu kabus kimi, susdu o gecə,
    Ölüm küləyinin əsdi yelləri.
    Asdı ürəyimdən kəfənliyimi,
    Açıldı qəbrimin qərib dilləri.

    Bir ölüm gətirdi mənə o gecə,
    Bir ölüm oxudu ömür payıma.
    Mən can diləmədim, heyf bu ömür-
    Can verə bilmədi vətən hayına.
    04.05.2019

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    GECƏLƏR

    Yuxum itgin düşər sənsiz gecələr,
    Sən gəlsən, üzümə gülər bu dünya.
    Xəyalım yolları gəzər gecələr,
    Sənsiz quzu kimi mələr bu dünya.

    Gecə tək qaradı hicranın üzü,
    Hər dərd bir ürəyi axtarıb seçər,
    Bu qaranlıq gecə ayırıb bizi,
    Getdin yol, cığır qəlbimdən keçər.

    Çıraq şöləsinin göz qırpımları,
    Məni xəyallardan ayırır hərdən,
    Dolub gözlərimə həsrət qumları,
    Gözlərim yaşarır indi qəhərdən.

    Səni gözləyirəm bəs sən hardasan?
    Bu gecə sənindi bəs niyə getdin?
    Bənövşə, yasəmən, süsən hardasan?
    Gecənin qoynunda bəs niyə itdin?

    Pəncərəm önündə yorğun bir ulduz,
    Bilirəm baxmaqdan Ay da darıxır.
    Qalmışam bu gecə mən burda yalqız,
    Gözlərim həsrətlə yollara baxır.

    SEVGİ OYUNU

    Məhəbbət şirin nağıl,
    Ürək sevgi yuvası.
    Sən ətirli bir çiçək,
    Mən də bir bal arısı.

    Yaman uzandı gülüm,
    Bu gizlənpaç oyunu,
    Bilmirəm olacaqmı,
    Ayrılığın bir sonu.

    Səni görəndən bəri,
    Qəlbim, gözüm olmusan.
    Möcüzəsən ay gözəl,
    Məni məndən almısan.

    Qəlbim sənsiz çırpınır,
    Bir sirli tapmacasan.
    Nə olar ay sevgilim,
    Bir qapımı açasan.

    XOŞ GƏLMİSƏN

    İncə gülsən, zərif çiçək,
    Boy buxunun qəşəng, göyçək,
    Məni məftun edən mələk,
    Sən qəlbimə xoş gəlmisən.

    Sənsən dərdimin əlacı,
    Sənsiz ömrüm, günüm acı,
    Ay başımın qızıl tacı,
    Sən ömrümə xoş gəlmisən

    Tay almısan məni məndən,
    Mən doya bilmirəm səndən,
    Sənə tay olmaz hər yetən,
    Sən ömrümə xoş gəlmisən.

    Ruhumsan, canımsan gülüm,
    Gözəlsən saçı sünbülüm,
    Sən varsansa, yoxdu ölüm,
    Sən könlümə xoş gəlmisən,

    Nurludu ömrün, həyatın,
    Dilimdə əzbərdi adın,
    Məni xoşbəxt edən qadın,
    Sən ömrümə xoş gəlmisən.

    Çox gəzmişəm mən hər yanı,
    Sənin kimi gözəl hanı,
    Əzizin ürəyi, canı,
    Sən könlümə xoş gəlmisən,

    SAXLAYAR

    Ovunarmı ocağından gen düşən,
    Gecə-gündüz Vətən deyib ağlayar,
    Ömrü-günü ah , naləylə ötüşən,
    Ümidini dan yerinə bağlayar,

    Gedən deyil qürbət elin töhməti,
    Yaman olur özgələrin minnəti,
    Ulu Tanrım gəl ağlatma milləti,
    Bu ayrılıq sinələri dağlayar.

    Yurd sevgisi heç bir zaman sağalmaz,
    Qış getməsə, bahar olmaz, yaz olmaz,
    Günahını necə yusun Xan Araz,
    Qəzəbindən aşıb, daşar çağlayar,

    Yurd, yuvasız nə arzu var, nə həvəs,
    Qəriblərdən görməmişəm gülən kəs,
    Qürbət eldə vaxt, vədəsiz ölən kəs,
    Qisasını qiyamətə saxlayar.

  • R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda memarlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rasim Həsən oğlu Əliyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 15 iyul 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Aşıq sənətinə həsr olunmuş növbəti kitab işıq üzü görüb

    https://c.radikal.ru/c22/1907/87/36a67c27c5a6.jpg

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı nəfis şəkildə işıq üzü görüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və tədris sistemi üçün nəzərdə tutulub.

    Mənbə: http://www.azertag.az

  • Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitab işıq üzü görüb

    https://d.radikal.ru/d09/1907/97/be907c65a7b4.jpg

    Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanıb. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

    Mənbə: http://www.azertag.az

  • “İdrakın üfüqləri” kitabı işıq üzü görüb

    https://b.radikal.ru/b16/1907/c0/e03f9b7d81c2.jpg

    Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görüb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları və müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer alıb.

    Mənbə: http://www.azertag.az