Blog

  • İradə AYTEL.”Çatarmolar”

    Sinəm basdı sinəsinə
    Qollarımı sinə-sinə.
    Bir ah çəksəm sənə… sənə
    Çatarmolar, çatarmolar?

    Dağı bağa ha daşıyım
    Yenə laldı ev-eşiyim.
    Layla desəm boş beşiyim
    Yatarmolar, yatarmolar?

    Allah gendə, bəndə gendə,
    Kimdi görən bu bədəndə?
    Ay ürəyim Göy sinəmdə
    Batarmolar, batarmolar.

  • İradə AYTEL.”Son məktubum”

    Bu, sənə son məktubum,
    Qanımın son damlası.
    Oxu, gözlərin səpsin
    Oduma son damla su.

    Sən bir ömür xatirəm,
    Sən alnımda yazımdın.
    Sən çölümdəki boran,
    Sən içimdə yazımdın.

    O yaz qönçə barına
    Həsrətkən qışa köçdü.
    O yaz gözlərimdəcə
    Bir qara daşa köçdü.

    Verdiyin dərd yerində
    Dağ olacaq göy otlar.
    Ağrının sinəsində
    Soğulacaq göy otlar.

    Dərdimi bas bağrına,
    Layla de, yuxusu var.
    İlahi bir sevginin
    İlahi qorxusu var.

    Bu qorxu böyüdükcə
    Kiçildi ömür şamım.
    Son kəz söylə, söylə ki, –
    “Ay sinəsi şan-şanım”.

    Söylə ki, “Sənim, səni
    Qorumaq çətin oldu”.
    Söylə ki, “bu sevgidən
    Yarımaq çətin oldu”.

    Söylə ki, “Sənim, səni
    Qurban etdim qorxuma”.
    Söylə ki, “ruhunla da
    Gəl yollarıma baxma!”

    Bu, sənə son məktubum,
    Qanımın son damlası.
    Oxu, gözlərin səpsin
    Oduma son damla su.

  • İradə AYTEL.”Bilirsənmi?!”

    “Səni sevdim qar üstündə yem axtaran quş kimi“
    Ramiz Rövşən

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.

    Bilirsənmi, O, gizlinim, o sirrim,
    O sirri tutmaqdan qala olmuşam.
    Elə gözdən düşüb, təklənmişəm ki,
    Lalası sovrulan tala olmuşam.

    Bilirsənmi, Ona necə həsrətəm,
    Yad eldə evini özləyən kimi.
    Oğulları döyüş aparan gündən,
    Gəlinlər yolları gözləyən kimi.

    Bilirsənmi, onsuz necə yanıram,
    O gecə Xocalım yandığı kimi.
    Adını çəkəndə qançır geyinən,
    Diş altındakı dilim yandığı kimi.

    Bilirsənmi, bağban necə qovrulur,
    Gülü bağda suya həsrət qalanda.
    Bilirsənmi, insan necə qıvrılır,
    Tellərinə yad nəfəsi dolanda.

    Bilirsənmi, Ondan necə qopmuşam,
    O gecə balamdan qopduğum kimi.
    Bilirsənmi, Ona necə hopmuşam,
    Laylam torpaqlara hopduğu kimi.

    Bilirsənmi, Onu necə sevirdim,
    Ananın balanı sevdiyi kimi.
    Sərçənin qar üstdə dəni sevdiyi,
    Arının balını sevdiyi kimi.
    Bilirsənmi, Onu necə sevirəm…

  • Emil Rasimoğlunu doğum günü münasibətilə təbrik edirik! ( 27 iyun 1991-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Emil RASİMOĞLU, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Emil RASİMOĞLU.”…Sən demə, hər şamın arxası bir qadın yuvası imiş…”

    Ağaclardakı dənizlər,
    dənizlərdəki yanan kimsəsiz kibritlər
    və göy üzündəki torpaq.
    …və bir də
    alnımdakı qandallı qırışların edam günü.

    Evimizin divar saatı
    bağışlayır ana bətnlərinin günahını,
    unuduram aynaların küçəsini Vətən olan hər yerdə.
    …Sən demə,
    hər şamın arxası bir qadın yuvası imiş.
    Məni bağışlamağa can atma,
    kəsməyib siqaret bədənindəki yağışlar.

    …hələ də
    maestronun eynəkləri müharibə aşiqidisə
    yalnız sonuncu doğulan adam
    diş çıxardacaq hər fəsil,
    hər gün
    sudan qorxan balıqlar qaçacaq kilsə zənginə.

    İndi döydüyüm bütün qapılar da
    süd dişinə tərəf açılır…
    Sənsə tələsirsən üzü çətirlərin divarlarına sarı.
    Daha bilmirsən ki,
    nə qədər ki, qayıqlar var
    demək, qovuşmaq vərdişdi, xoşbəxtlik deyil…

    …Mən də
    sonuncu məktubuna öyrəşəndə bildim,
    bildim ki,
    hər gecə akvarumdakı skripkanın notlarına
    ölümünü sevdirməkmiş payız,
    bir cüt ayaqqabı imiş arxamca düşən sabahlar.

    …ağaclardakı dənizlərə,
    dənizlərdəki yanan kimsəsiz kibritlərə

    göy üzündəki torpağa qədər
    qoy, küçələr gecələsin quşların dimdiyində.

  • 26 iyun “Silahlı Qüvvələr günü” münasibətilə hərbi hissələrdə konsertlər keçirilib

    https://a.radikal.ru/a26/1906/8f/c20079b71c3b.jpg

    https://a.radikal.ru/a33/1906/ca/c5e02ae2b38a.jpg/></p>
<p><img decoding=

    https://c.radikal.ru/c14/1906/c5/26d95521e82f.jpg

    https://d.radikal.ru/d11/1906/50/369f26d1d687.jpg

    https://c.radikal.ru/c17/1906/5c/71088e2984ab.jpg

    https://d.radikal.ru/d08/1906/ce/07275514b1d7.jpg/></p>
<p><img decoding=

    https://d.radikal.ru/d24/1906/83/2351a20b2b37.jpg

    https://d.radikal.ru/d37/1906/e4/4fafac6e884f.jpg

    https://d.radikal.ru/d00/1906/bf/7e0adcf67153.jpg

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə mədəniyyət müəssisələrinin kollektivləri hərbi hissələrdə konsert proqramı ilə çıxış ediblər.

    Sumqayıt şəhər və Dostluq Mədəniyyət evi, Corat Qəsəbə Mədəniyyət evi, C.Cabbarlı adına Mədəniyyət evi, 28 May Diyarşünaslıq evi, Gənclik klubu ayrı-ayrı hərbi hissələrdə konsert proqramı ilə çıxış etdilər. Gənc müğənnilər Şamo Babayev, Günel Eyvazova, Rəşad Bəşirov, Elşən Əliyev, Leyla Məmmədova, İbrahim Fərzəliyev, Birgül Ağdamlı, Samir Qoca, Ruslan Əkbərov iştirak edərək öz rəngarəng musiqi nömrələri ilə əsgər və zabitlərimizin zövqünü oxşayıblar.

    Xızı rayon mədəniyyət işçiləri də “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov çıxış edərək hərbiçilərimizi təbrik edib, xoş arzularını çatdırıb, yeni-yeni zəfərlər arzulayıb. Daha sonra tədbir Xızı rayon Uşaq Musiqi Məktəbinin “Xızı Dağları” ansamblının solistlərinin çıxışı ilə davam edib.

    Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində “Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü” münasibəti ilə tədbir keçirildi. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin üzvləri qonaq oldular. Tədbirdə güclü və yenilməz Azərbaycan ordusu haqqında danışıldı.

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

  • İradə AYTEL.”Yolum ocaq”

    İçimdə ürəyim kösöv,
    Çölüm ocaq, çölüm ocaq!
    Uzun bir yola çixiram,
    Yolum ocaq, yolum ocaq!

    Az gileylən, ruhum, darda,
    Yer geyəcəm ilk baharda.
    Əməllərim günahlarda
    Yolunacaq, yolunacaq!

    Əl qaldırdı rəqsə alım,
    Bəyazlar mənə çox zalım.
    Tələsin, vida “Vağzalı”m
    Çalınacaq, çalınacaq.

  • İradə AYTEL.”Qızılgül”

    Ürəyiмdə qübаr еdən dərdiмi,
    Dаnışмаrам…dаnışмаrам, qızılgül!..
    Həsrətiмin gilеy dоlu cığrınа,
    Qаrışмаrам… qаrışмаrам, Qızılgül!

    Bоylаnırам bоyun-bоyun bоynunа,
    Hоylаnırам bu tаlеyin оynunа,
    Bircə günlük yаr оluммu qоynunа,
    Sоruşмаrам…
    sоruşмаrам, Qızılgül!

    Yахınındа qаrа dаğlаr qаrlıdı,
    Vüsаl uмаn həsrətindən kаrlıdı,
    Dеsən: könlüм vəfаdаrlı, yаrlıdı,
    Bаrışмаrам…
    bаrışмаrам, Qızılgül!..

  • İradə AYTEL.”Səni gözləyir”

    Gözlərini Bənövşən
    Аçмır, səni gözləyir.
    Yаz оlsа dа ətrini,
    Sаçмır, səni gözləyir.

    “Оyаn”- dеyir sübh меhi,
    Bükür bоynunu “еh”i,
    Yаrpаğındаkı şеhi,
    Içмir, səni gözləyir.

    Qоrхur yаd əllər dəyər,
    Qurur kоl аltdа dəyə,
    “Sözlüм gələcək” – dеyə,
    Köçмür, səni gözləyir.

  • İradə AYTEL.”Sevgi nağılı”

    Gəl, sənə bir nağıl söyləyim,
    O nağıl ömrümün noğulu idi.
    O nağılda biri vardı – o Səndin,
    O nağılda biri yoxdu – o məndim.
    O nağılda Sən Günəşdin, mən gecə.
    O nağılda Sən məndəydin,
    Mən təkcə!
    O nağılda gözlərin göz işığım,
    Səsin İlahi səsi,
    Səsin “Azan”ım idi.
    O nağılda baxışın ürək dağım,
    Sözün Müqəddəs ayə,
    Özün alnıma tale,
    Qismət yazanım idin.
    O nağılda “ağ atlı”,
    Bəyaz don gözləmirdim,
    Qaranlıq gecələrdə
    Təklikdən asılsam da,
    Göydən düşən üç alma,
    Mutlu son gözləmirdim.
    O nağılda, bircə Sən,
    Bircə Səni görürdüm!
    O Nağılda tək səni,
    Təkcə Səni sevirdim!
    Yahu!
    Yahu!
    Yahu!
    Mən ki, Səni sevirdim!
    Mən ki, Səni sevirəm!

    03 iyun 2014

  • İradə AYTEL.”Ona deyin”

    Ona deyin, verdiyi
    Dərdi də sevər oldum.
    Gözüm hər acısını
    Gördü də, sevər oldum.

    Ona deyin, əcəl də
    Məndən üz çeviribdi.
    Təxti olan köksümü
    Atəşi deviribdi!

    Ona deyin, bahara
    Çıxmam!
    Çıxmam bu qışla.
    Ona deyin can verən,
    “Can” deyəni bağışla!
    Ona deyin,
    Bağışla!

    30 may 2014

  • Sumqayıtda istedadlı jurnalist İlhamə Məhəmmədqızının 50 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilmişdir

    https://b.radikal.ru/b03/1906/f3/1d77250940ad.jpg

    İyun ayının 23-də Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə “Möhtəşəm Azərbaycan” qəzeti redaksiyasının akt zalında Azərbaycan Jurnalistlər Birliyinin və Dağıstan Yazıçılar Birliyinin üzvü, “Həsən bəy Zərdabi”, “Müqəddəs qələm” və digər media mükafatları laureatı, bir sıra nüfuzlu qəzet və jurnallarda məsul vəzifələrdə çalışmış, hazırda “İdeal Market” qəzetinin təsisçisi və baş redaktoru, “Xatırla məni”, “Dərdə açma qapını”, “Möcüzə işığında”, “Söz dünyam”, “Ömrün naxışları”, “Var olsun yaxşılar, yaxşılıqlar”, “Bəs kimə deyim”, “Zirvəyə doğru” kitablarının müəllifi, şairə, istedadlı jurnalist İlhamə Məhəmmədqızının 50 illik yubileyinə və çoxillik səmərəli jurnalistlik fəaliyyətinə həsr olunmuş tədbir keçirildi.
    Tədbiri giriş sözü ilə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, şair-publisist Rafiq Oday açaraq, yubilyarın ömür yolu və səmərəli jurnalistlik fəaliyyəti haqqında geniş məlumat verdi.

    Sonra “Qafqaz Media” İctima Birliyinin sədri, XalqTv-nin icraçı direktoru, Prezident təqaüdçüsü, şairə Hacı Azadə Taleh Abbasqı və XalqTv-nin direktoru yazıçı Hacı Hidayət Şirvanli çıxış edərək İlhamə Məhəmmədqızına ürək sözlərini və təbriklərini çatdırdılar. Yubilyara XalqTv tərəfindən fəxri fərman və qiymətli hədiyyə təqdim olsundu, kollektiv adından Aygun Məmmədova İlhamə xanıma gül buketi təqdim etdi.

    Tədbirin təşkilatçılarından və mənəvi dəstəkçilərindən – “Dəlidağ” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlı, “Çeşmə” Ədəbi Məclisinin sədri, şairə Lilpar Cəmşidqızı, Azərbaycan Aşıqlar Birliyi Sumqayıt regional bölməsinin sədri, şairə Qənirə Mehdixanlı, “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru Firdovsi Cəfərxan, “Günəşli sabah” qəzetinin təsisçisi və baş redaktoru Aygün Hacıyeva, “Möhür” kiçik müəssisəsinin rəhbəri, veteran jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü Zümrüd Baloğlanova həyat və yaradıcılığı haqqında öz fikirlərini bölüşmüşlər.

    Tədbirdə həmçinin peşəkar rejissor, Əməkdar incəsənət xadimi, yazıçı, ssenarist Ağalar İdrisoğlu, şairə, publisist “Möhtəşəm Azərbaycan” qəzetinin tedaktoru Nisə Heydərli, şairə, “Dəlidağ” Ədəbi Birliyinin sədr müavini Sevinc Qərib, Sumqayıt Regional Mədəniyyət idarəsinin nümayəndəsi Eldar Xanlaroğlu, yubilyarın qələm dostları – Asif Asiman, Məryəm Aslanqızı, Qaratel Azəri, Xürrəm Qafanlı, Süleyman Sərraf, Kəramət Əmirli, Rəfail Laçınlı, Nizami Kolanılı, Alı Səfolu, Vüsal Ağayev, Asif Hüseynoğlu, Güloğlan Dünya, Ədalət İzzətoğlu, Nəriman Nərimanlı, Sevinc Murad və Natiq İsmayıloğlu iştirak və çıxış etmişlər.

    Azərbaycan Aşıqlar Birliyi Sumqayıt regional bölməsinin nəzdində yaradılmış “Aşıq qızlar” dərnəyinin rəhbəri aşıq Ruhiyyə Qarabağlı öz şirin avazı ilə tədbirə xoş ovqat bəıxş etmişdir.

    İlhamə Məhəmmədqızının bacısı, səmimi xanım Elnarə Məmmədova çıxış edərək tədbir iştirakçılarına ailələri adından minnətdarlığını bildirmiş, Elnarə xanımın qızı, gənc və istedadlı müğınni, şəhərimizin bir sıra tədbirlərində məharətlə çıxış edən, öz məlahətli səsi ilə dinləyiciləri ovsunlayan Vüsalə Məmmədova tədbirə yeni rəng, yeni çalar qatmışdır.

    Tədbirdə İlhamə Məhəmmədqızına Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri Rafiq Oday tərəfindən fəxri diplom, gül çələngi və qiymətli hədiyyə təqdim olunmuşdur.
    Tədbir XalqTv-nin əməkdaşları Mənsurə Həşimova və Jalə Əkbərova tərəfindən lentə alınaraq, arxivləşdirilmişdir.
    Sonda xatirə şəkilləri çəkilmişdir.

    Mərcan Sabirqızı,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Səxavət İZZƏTİ (ƏNDƏLİB).”USTAD YƏHYA ŞEYDA”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi

    Yəhya Şeyda 1924-cü ilin may ayının 10-da şərqin ən qədim şəhərlərindən olan Təbriz şəhərində anadan olmuşdur. Onun atası Səttarxan hərəkatının iştirakçılarından, Təbrizin məşrutə mücahidlərindən olan “Yüzbaşı” ləqəbli Həsən Çərəndabidir. Şeyda, Firdovsi mədrəsəsinin ədəbiyyat bölümünü bitirmiş, fars və ərəb dillərini mükəmməl şəkildə mənimsəmiş, Ədəbi fəaliyyətə gənclik dövründən başlamışdır (1940). Əli Fitrət, Cəfər Xəndan və Mövlana Yetim kimi şairlərdən ədəbiyyat dərsləri almış, mətbuatla çıxış etmişdir. 1948-51-ci illərdə Tehranda təhsilini davam etdirmiş, həmin müddətdə müxtəlif ədəbi məclislərin toplantılarına qatılmışdır. Tehranda təhsilini başa vurduqdan sonra Təbrizə dönmüş, burada jurnalist kimi mətbuatda fəaliyyət göstərmiş, eyni zamanda ədəbi məclislərdə fəal iştirak etmiş, Səhənd, Həbib Sahər, Həsən Qazı, Əhməd Tərcanizadə, Vaiz Çərəndabi, Ədib Tusi, Mənuçöhr Mürtəzavi, Ustad Şəhriyar və b. kimi şairlərlə dostlaşmışdır. Pəhləvi rejimi dövründə siyasi səbəblər üzündən daim təqib olunmuş, dəfələrlə həbs edilmişdir[1]. Şeyda türkcə və farsca şeirlər yazmışdır. Onlarca kitabın müəllifi və tərtibçisidir. Ayrıayrı şeir kitablarından başqa, romanları və ədəbiyyata dair araşdırmaları çap olunmuşdur.

    Yəhya Şeyda 2011-ci il oktyabrın 21-də Təbrizdə vəfat etmişdir.

    Yəhya Şeydanın ədəbi fəaliyyəti çox güclü və uzun muddətli olmüş.1947 inci ildən mətbuata gələn ustad şeyda uzun illər Təbrizdə çıxan “Məhd-e azadi” (“Azadlıq beşiyi”) qəzeti redaksiyasında şöbə müdiri və Azərbaycan dilində buraxılan səhifələrin redaktoru idi.iran türk yazar və şairlərinin içində çox az adam tapılarki ilk təcrübəsini bu qazetin türkcə səhifələriylə başlamasın.

    Şeyda onlarca şairin şeir dəftərlərinə önsöz yazmış, şeirlərini bir dil sərrafı tək araşdırmış, incələmiş və yol göstərmişdir. Heç kim Şeyda qədər mu’asir şeirimizlə tanış deyil. Şaiirlərimizin şeir dəftərləri ustad Şeydanın önsözlərilə bəzənir. Onün uç cildlik «ədəbyat ocağı» kitabınin nəşri iran türk basımınada bir müsbət ədəbi cərəyan demək çox yerli olar. çağdaş ədəbiyyatımızda önəmli və dəyərli bir əsərdir. Böyük ədib, bu əsəri hazırlamağa illər boyü zəhmət çəkib və yuzlərcə çağdaş şairlərimizlə əlaqə bağlayıb, şeirlərini
    ələ gətirib, və uç cildlik kitabda toplayıbdır. “Ədəbiyyat ocağı”nın I cildi 1985, II cildi 1987, III cildi isə 2002-ci ildə Təbrizdə işıq üzü görmüşdür.

    Mərhum ustad yəhya şeyda bir çox şairlərimizin əsərlərini toplayıb elmi üslüblara dayanaraq nəşrə çatdirmişdir o cümlədən:

    əli nəzminin şeirləri “Sijimqulu”, Mirzə Əli Möcüzün “Əsərləri”, ustad Məhəmmədhüseyn Şəhriyarın “türkcə şeirlər”ı,təbrizli həddadin “odlu sözlər”,mirməhdi etimadın”gəlinlər bəzəgi”,”odlar vətəni” şeir toplusu, “ehsaslı qəzəllər”, molla vəli vidadını “divani”, “ehsaslı bayatılar”, və farsca – türkcə bir çox əsərlər nəşr olunubdur. Çəşidli dərgi və qəzetələrdə yazı və şeirləri dərc edilibdir. Ustadın vəfatindan sonra iki cilid şeir toplusu biri türkcə (sarı köynək) biridə farsca yayıldı.

    Mərhum ustad şeiyda son nəfəsinə qədər ədəbi toplantılardan çəkilmədi o həmişə belə toplantilara qatılaraq ədəbi gəncliyimizə türk şeir və mədəniyətinin nə olduğunu anlatmağa çalışdı. Biz nəsil ədəbiyat aşiqlarinin
    boynunda danılmaz haqqı var mərhum ustad yəhya şeidanin.
    Ustad şeyda şeirimizin çoxlu qaliblərində gözəl əsərlər yaratmışdır (qəzəl,qəsidə, tərkib bənd, qoşma) kimi şeir qaliblərini artıq sevirdi. şeirlərinin mayasını vətən, millət, dil və azadlıq təmaları yaradırdı onun sevdigi şeirdə bir ğayə olmalıydı deyərdi şeirin içi olmalıdır, beyni olmlalıdır.

    Bütün həyatı və fəaliyyəti dövründə ürəyi Azərbaycan eşqi ilə çırpınan şairin yaradıcılığına vətən və millət sevgisi hakim kəsilmişdir. Şairin gənc yaşlarında yazdığı “Azərbaycanım” şeiri buna gözəl bir örnəkdir:

    Ey sevgili yurdum, yaşayır səndə min amal,
    Sənsiz aça bilməz bu xəyalım quşu heç bal.
    Ey şanlı vətən, şairi bu gənc çağında,
    Sən saxlamısan isti məhəbbət qucağında.
    Mən fəxr edirəm sənlə ki, doğma vətənimsən,
    Bağım, çiçəyim, laləli gülgün çəmənimsən.
    Sənsiz yaşamaq xeyli müsibətdi cahanda,
    Sən saxlamısan canımı eşqinlə amanda.
    Eşqin mənə aləmdə böyük şanu-cəlaldır,
    Sənsiz işim hər yanda bütün ahu-məlaldır.
    Şeyda sənin eşqinlə belə tazə cavandır,
    Fəxr ilə deyir: “Torpağım Azərbaycandır!

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Kümbet”, “Usare”, ”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Sumqayıtda ədəbi həyat”ın təqdimatı

    https://c.radikal.ru/c30/1906/1c/419123bca14d.jpg

    Sumqayıt Poeziya Evində Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, Ə.Kərim adına Poeziya Evinin və AYB Sumqayıt bölməsinin təşkilatçılığı ilə görkəmli tənqidçi, filologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Vaqif Yusiflinin “Sumqayıtda ədəbi həyat” adlı kitabının təqdimatı keçirilib.

    Tədbiri giriş sözü ilə açan Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı tədbir iştirakçılarını salamlayaraq “Sumqayıtda ədəbi həyat” kitabı və onun nəşrə hazırlanması və çapı ilə bağlı ətraflı məlumat verib və Sumqayıtın 70 illik yubileyinə layiqli bir ərməğan olan kitabı araya-ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

    Sonra söz tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlliyə verilib. Əşrəf Veysəlli Vaqif Yusiflinin ədəbi tənqid sahəsində gördüyü işlərdən və Sumqayıt ədəbi mühitindən ətraflı söz açıb.

    Sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək ölkəmizin mədəni dəyərlərinin dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğundan və dünyada tanıdılması yönündə görülən geniş miqyası layihələrdən söz açıb, sumqayıtlı yazarla xüsusi rəğbətinin olduğunu dilə gətirib, müəllifi təbrik edib.
    Təqdimatda çıxış edən yazarlardan Ofelya Babayeva, Əvəz Mahmud Lələdağ, Raqfiq Yusifoğlu, Namiq Məna, Gülnarə Cəmaləddin, Qənirə Mehdixanlı, Rafiq Oday, Zirəddin Qafarlı, Rəfiqə Şəms, Günel Eyvazlı, Rəfail Laçınlı, Almaz Bəyazid, məktəbli yazar Gülnaz Nağızadə çıxış edərək kitabın nəşrində əməyi keçənlərə öz təşəkkürlərini bildiriblər.

    Kitabın nəşrinə dəstək olmuş “Regional Hüquqi və İqtisadi maarifləndirmə” İB-nin sədri Arzu Bağırova və Sumqayıt Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Ceyran Axundova çıxış edərək tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşkilatçılara öz təşəkkürlərini bildiriblər.
    Tədbirin sonunda kitabın müəllifi Vaqif Yusifli Azərbaycanda çağdaş ədəbi proses barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və “Sumqayıtda ədəbi həyat” kitabının yazılması barədə danışıb, kitabın nəşrində əməyi keçənlərə minnətdarlığını bildirib.

    Sumqayıt Regional Mədəniyyət idarəsinin Mətbuat xidməti

  • İradə AYTEL.”Anama”

    Pir yolunda pir olmusan,
    Anam, getmə pirə, dəyməz!
    Dilək-dilək qovrulmağın,
    İçindəki sirrə dəyməz!

    Bircə gülü solsa əgər,
    Sanma bağban qan-yaş tökər.
    Bağına bax, bəhər-bəhər
    Al-yaşılda tərə dəyməz!

    Balan oldum, balın oldum,
    Bal yolunda yalın oldum,
    Sonda bu kor yolu buldum,
    Bunca dərdə, sərə dəyməz!

    Bahar ömrüm keçdi daha,
    Ağ gün mənlə öcdü daha,
    Ümid etmə, gecdi daha,
    Göy qurşağı yerə dəyməz!

  • İradə AYTEL.”Anama”

    Bir dəli sevdaya düşmüşəm, ana,
    İntihar sevdasına!
    Amma
    Qıymıram sənin ürəyinin bir parçasına,
    Qıymıram sənə!
    Bax, ana,
    Bircə canımnan başqa
    heç nəyim yoxdu.
    Onu da borcluyam Sən Tanrıma!
    Bilirəm, onsuz da qatiləm!
    Mənli arzularının,
    İstəklərinin,
    Sənə verəmədiyim nəvələrinin “qatili”!
    İndi də
    balanın qatili olmaqdan qorxuram!
    Ana!
    Sənin ölümünü gözləyirəm!
    Başımdakı bu sevdanın xatirinə!
    Bağışla!!!

  • İradə AYTEL.”Qəribəm”

    Duam Allaha yetmir,
    Mən bu dində qəribəm.
    Bir qərib də içimdə,
    Birəm mində,
    Qəribəm.

    Məni doğan ögeyim,
    Göynəmə göyüm-göyüm,
    Suçuyam Yerin, Göyün,
    Dolan gendə, qəribəm.

    A balamın bələyi,
    Yer, sənnəndir diləyim,
    Aç köksünü gələyim,
    Mən bu təndə qəribəm.

  • İradə AYTEL.”Yığış gedək”

    A köksümdə döyünənim,
    Mərdim, mərdim, yığış gedək.
    Səni səni sevməyənə
    Verdim… verdim, yığış gedək.

    Gül açmadı yenə bu yaz,
    Ümid düşdü çənə bu yaz…
    Qara saçım, səni bəyaz
    Hördüm… hördüm, yığış gedək.

    Nədən saldın mənə meyil,
    Di içimdə söyül, döyül.
    Bu dünya bizimki deyil,
    Dərdim, dərdim, yığış gedək!

  • İradə AYTEL.”Qadın”

    İstəkdən yoğrulsan da,
    İstəklə doğulmadın.
    O qədər çox idi arzun
    Arzundaca boğuldun!
    Yum! Yum gözlərini, qadın!

    Sevdin!
    Ruhun uzaqda
    Cismin doğma yataqda,
    Ananın naxış-naxış,
    Həvəs-həvəs tikdiyi
    Yastığı cırmaqlayan
    Dırnaqların şişəmi?
    Məhrəminə satdığın
    Cismin dözür şişəmi?
    Bu dünya çox kiçikdir.
    Bir qadın içindəki
    Sevgini basdırmağa
    Yer acizdi torpaqda,
    Torpaq bəyaz bayraqdı!
    Sən azad olamadın!
    Yum! Yum gözlərini, qadın!

    Alisən!
    Ulusan!
    Anasan!
    Dözümün sinən üstə
    Dağ olsun kişilərə,
    Nə fərqi
    O dağın təkindəki
    Qaranlıqda inləyən
    Saçlarından asılan,
    Qara divə qısılan ürək
    Alimi?
    Ulumu?
    Anamı?!…
    Təki o dağ dağların
    Bağ olsun kişilərə…
    Əmsin dünya dərdini,
    Dönsün dünya dərdinə!

    Qapqara saçlarından
    Bir tel ayır…
    Dolaşdır bəmbəyaz buxağına…
    – Ana!
    Yenə…
    Bala səsinə çevril,
    Bala nəfəsinə səril…
    Səril!
    Səril!
    Təkcə öz ayağına sərilmə!
    Ayaqlama cənnəti!
    24.08.10

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.””Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi…”

    Əzizim Azər!

    Qəzetinizin 85 illik yubiley günü yaxınlaşır. Mübarək olsun.

    Yubiley ili ərəfəsində çox şeyi demək, çox şeyi də xatırlamaq olar. “Ədəbiyyat qəzeti” artıq çoxdan bütov bir epoxanı müxtəlif, mürəkkəb mərhələlərlə birlikdə əhatə edən salnaməyə və salnaməçiliyə, tarixə və tarixçiyə çevrilmişdi.

    Yazıçı kimi, yazıçı qəzetinin də ayrıca öz tərcümeyi-halı olur. O, indi sizin özünüzdən də yaşca çox böyükdür. Enişlər-yoxuşlar keçib gəlib. İstilər də görüb, soyuqlar da.

    Şair demiş, onun səhifələrində “gənclik” də var, “piranəlik” də!

    Bəxtimizə, payımıza çıxan bu qəzetin həm oxucuları, həm də müəllifləriyik.

    Bu gün, şeir, hekayə yazmaq üçün əlinə qələm götürən istedadlı bir gənc də bu qəzeti özününkü hesab edir və səhv eləmir.

    Etiraf edirəm: ilk şeirim bu qəzetin səhifələrində çıxanda necə sevinmişdimsə, indi də, təzə bir şeirimin çapına eləcə sevinirəm.

    Ədəbi yaradıcılığın sirr olduğu kimə məlum deyil?! “Ədəbiyyat qəzeti” mənim tale qəzetimdi.

    “Tərcümeyi-hal”ımın ən yaddaqalan səhifəsi bəlkə də burada işlədiyim vaxtlarda yazılıb.

    O zaman Sovet məkanında baş redaktorun “öz qəzetində” müəllif kimi çıxış etməsi müşkül məsələydi. Onda irad tuturdular ki, onsuz da qəzetin hər sayında baş redaktorun imzası gedir. Məndən qabaq bu qəzetin baş redaktoru işləyən mərhum şair Qasım Qasımzadə (şairlərin ən mehribanıydı, ona bir şeir də həsr etmişəm) bir dəfə mənə dedi ki, doqquz il bu qəzetdə baş redaktor işlədim, özümün bir əsərimi çapa vermədim. Xeyirxah insan məni bu məsələdə ayıq olmağa çağırırdı. Dövr mürəkkəb idi, başqa yolumuz yox idi. Ancaq indi görəndə ki, sən baş redaktor kimi qəzetin yazı həyatında dəyərli yazılarınla çıxış edirsən, bunun nə qədər vacib iş olduğu meydana çıxır. Sələflərimiz C.Məmmədquluzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və digərləri o zaman rəhbəri olduqları qəzet və jurnal səhifələrində ardıcıl çıxış etmişdilər. İndi sən “Ədəbiyyat qəzeti”ndə həm də o ənənəni qoruyub saxlayırsan.

    Adətən qəzet (“Ədəbiyyat qəzeti”də) redaksiyada formalaşır. Sizin redaksiyada istedadlı, məhsuldar yaradıcı gənclər fəaliyyət göstərir ki, onların imzaları artıq ədəbi mühitdə yaxşı tanınır. Bundan başqa, qəzetə güclü elmi-ədəbi-fəlsəfi potensialı və qələmi olan Respublikanın tanınmış alimləri – Nizami Cəfərov, Rüstəm Kamal, Elnarə Akimova, Məti Osmanoğlu da cəlb edilmişdir ki, onlar demək olar, qəzetin hər növbəti sayında çıxış etməklə, müxtəlif yönlü aktual, problem məsələlərə, müasir ədəbi prosesin izlənməsinə qədər, müstəqilliyimiz və azərbaycançılığımız mövqeyindən aydınlıq gətirməyə çalışırlar.

    Bunlar, əlbəttə, baş redaktorun əzablı axtarışlarının nəticəsi kimi təqdirə də, tərifə də layiqdi.

    Baş redaktor – qəzetin müəllifidi. Daima narahatdı, nigarandı. Axtarışdadı. Qəzet çıxana qədər də, çıxandan sonra da. Yəqin təbii vəziyyətdi.

    Əzizim Azər!

    Sən görkəmli ədəbiyyatşünas alim atan İmamverdi Əbilovun ailəsində böyüdün, böyük Əli bəy Hüseynzadədən türkçülüyü-azərbaycançılığı mənimsədin; Müasirimiz, klassikimiz Hüseyn Cavidin tədqiqatçılarından biri kimi hörmət qazandın. “Turan” təxəllüsün də o ailədən gəlir. İndi çox yaxşıdır ki, sən onlardan öyrəndiklərini qəzetin səhifələrinə gətirirsən. (Onu da xatırlayıram ki, sən Turan xanımın vəfatından sonra gülməyi yadırğamışdın, oğul. Sədaqət böyük amildir).

    Bizim Yazıçılar Birliyinin “Ədəbiyyat qəzeti” unudulmaz ulu öndərin müntəzəm oxuduğu yeganə qəzet olub. Bakıda, Azərbaycan Respublikasının rəhbəri vəzifəsində, Birinci şəxs olduğu zaman; Moskvada, Siyasi Büronun üzvü, böyük dövlətin rəhbərlərindən biri olanda da. Sağ ol ki, qəzetin oxunaqlı olması üçün bu gün əlindən gələn hər şeyi edirsən, dövlətinə və dövlətçiliyinə sadiqsən, milli ideologiyanın keşiyində dayanmısan. “Ədəbiyyat qəzeti” bu gün ən fərəhli dövrünü yaşayır. Qəzetimizin 85 yaşı mübarək olsun!

    Yeni uğurlar…

    Hörmətlə, Nəriman Həsənzadə

    xalq şairi

    08.08.2018

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Vətən oğulları, Vətən qızları…”

    Ramiz Duyğunun şeirinə rəy

    Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda hərbiçi şair dostum Ramiz Duyğunun 80 yaşı hörmətlə qeyd edildi. Oxucuları onu təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladılar.

    “Ədəbiyyat qəzeti”nin 16 mart 2019-cu il tarixli sayında isə şairin “Nərmin və Elnur dastanı”nı oxudum. Zəng vurub fikrimi bildirdim.

    Əsər ithafla başlayırdı: “Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm”.

    Ramiz Duyğun yüksək hərbi rütbə daşıyan qələm dostlarımızdan olduğu üçün, əsgərlik həyatını yaxşı bilir.

    Bu kiçik epiqraf bəsiydi ki, şeirin, şəklin təsirinə düşəsən. Nərmin xanımla qazi Elnurun (əl arabasında) yanaşı şəkilləri oxucunun üzünə gülümsəyirdi.

    İki könül birləşmişdi.

    Yəqin, qəzetin Baş redaktoru, hörmətli Azər müəllim də rütbə dastanı şəkillə birlikdə səhifəyə çıxaranda, eyni hissi yaşamış, yaxşı ki, belə etmişdir!

    Təqdimat çağırır: keçmə, dayan, – deyir. Biz də “dayanıb” vətən oğlu Elnurun şəklinə doyunca baxırıq, qızımız Nərmin xanıma minnətdarlığımızı bildiririk.

    Elnur kimi oğullar Nərmin kimi qızlarımız reklamlarda daha çox səslənməli, daha çox göstərilməlidir ki, vətəndaşlıq, fədakarlıq, mənəvi paklıq adi verdiyimiz bu yüksək insani keyfiyyətlər nəsildən-nəslə ötürülsün.

    Bu, onların yaddaşlarda yaşamaq haqqı, hüququdur!

    Tarixi Lələtəpə döyüşlərindən iki gün sonra (birinci gün cənab Prezident İlham Əliyev yaralı döyüşçülərin yanında idi) mən də hərbi hospitalda əsgərlərimizlə görüşdüm. Qollarının, ayaqlarının sarıqlarını gördükcə istər-istəməz gözlərim dolurdu. Əksinə, söhbətləri zamanı onlar yüksək əhval-ruhiyyə ilə danışır, qələbəmizə güclü inam hisslərilə yaşayırdılar.

    Bu günlərdə də hərbi hospitala getmişdim. Azərbaycan ordusunun kapitan rütbəsində bir gənc zabiti Əyyubov Fərhad Rüstəm oğlu ilə tanış oldum.

    Əfqanıstan döyüşlərinin iştirakçısı olub. Qarabağ könüllüsüdü. Türkiyədə hərbi zabit təhsili alıb, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəkkür məktubuna layiq görülüb. Tabeliyində olan təcrübəsiz əsgərin döyüş mövqeyini müəyyənləşdirdiyi yerdə, düşmən atəşinə tuş olub. Sol ayağı dizdən yuxarı sarıqlıydı.

    Fərhad sağalan kimi yenidən hərbi xidmətə qayıtmaq arzusu ilə yaşayır.

    Xanımı Fatma qızımız onu təkidlə alqışlayır. İlk şəfqət bacısı, ilk həkimi, ilk loğmanı olmuşdur.

    Onlar bizim müasirimiz olsalar da, sabahkı Azərbaycanın – işğaldan tam azad olunmuş bir ölkənin sakinləridi.

    Biz onlara baxıb özümüzü görürük. Bir daha özümüzü tanıyırıq. İnsan öz boyundan bir az uca olduğunu dərk etməlidir.

    23.03.2019

    Nərmin və Elnur dastanı

    Qarabağ döyüşlərində əllərini və ayaqlarını itirmiş qazi

    Elnuru sevib onunla evlənən Nərmin xanıma həsr edirəm

    Mən nə Nizamiyəm, nə də Füzuli,

    Mən “Bayatı-Şiraz”ın

    Həm bəmiyəm, həm zili.

    Azərbaycanı üçün

    Qəlbini qurban kəsən

    Adi Vətən şairi.

    “Bayatı-Şiraz” üstdə

    Yazıram bu şeiri…

    İlk məhəbbətin yaşı dünyanın yaşı qədər.

    Nə məhəbbət, nə dünya indiyəcən görməyib,

    Belə sevinc, belə kədər.

    Qoca dünya bu yaşında

    Belə bir toy görməyib.

    Hələ belə uca qamət,

    Belə uca boy görməyib…

    Gəlin gedir toyxanaya

    Gəlinlik libasında.

    Bəy gəlinin apardığı əlil arabasında.

    Bəyin nə əlləri var,

    Nə də ki, ayaqları.

    Gəlinin qollarıdır onun son dayaqları.

    Bilirsənmi bu toy kimin,

    Kimin, kimin toyudur?

    Bu toy mənim Vətənimin,

    Tariximin toyudur!

    Qoca tarix, ulu dünya

    Belə məhəbbət görməyib,

    Belə mərhəmət görməyib.

    Məhəbbətin mərhəmətindən uca,

    Mərhəmətin məhəbbətindən uca.

    Onların hər ikisindən

    Bulaqlardan da təmiz

    Saf təbiətin uca!..

    Sən yeni bir ilahə,

    Sən yeni bir varlıqsan.

    Sən yeni bir səadət,

    Təzə bəxtiyarlıqsan.

    Məhəbbət təlimində

    Bir əfsanə gözəlin

    Meyli sənə çatammaz.

    Şirin sənə çatammaz,

    Leyli sənə çatammaz.

    Ayırır məni məndən

    Say-hesabsız suallar:

    Məcnun sevməyə nə var,

    Fərhad sevməyə nə var?

    Hünərin varsa əgər,

    Gözləri baxa-baxa,

    Alova-oda girən

    Şirin, cavan canını

    Öz ana torpağına,

    Gözəl Qarabağına,

    Dip-diri qurban verən,

    Bu dünyaya yenidən

    Nər doğula-doğula,

    Yenilməz bir oğula

    Arxa-dayaq olasan!

    Candan ayrı bir cüt əl,

    Bir cüt ayaq olasan!

    Hünərin varsa əgər,

    Odu, qoru sevəsən.

    Əllərsiz, ayaqlarsız

    Nər Elnuru sevəsən!

    Nərmin! Nər qızım mənim!

    Ərdən ər qızım mənim!

    Sən sevgi qəhrəmanı,

    Sən sevda igidisən!

    Sən məhəbbət qazisi,

    Sən sevgi şəhidisən!

    Sən sevda dünyasına,

    Yeni od bağışladın.

    Sən sevgi tarixinə,

    Yeni ad bağışladın.

    Sən əbədi bir eşqin,

    Əbədi şahidisən,

    Məhəbbət şəhidisən!

    Bu döyüşdə, savaşda

    Bütün dünya gözəlləri,

    Nə Madonna, nə Cülyetta,

    Sənin ilə yarışammaz.

    Əsli, Şirin, Leyli xanım,

    Əllərinə su tökməyə yaraşammaz…

    Budur böyük xalqımın

    Yeni sevgi,

    Yeni qürur dastanı.

    Düşsün dilə-ağıza,

    Nərmin-Elnur dastanı…

    Bakı, 18 fevral 2019 il

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlalın ilk günü”

    X.R.Ulutürkün xatirəsinə

    Xəlil təzə qayıtmışdı

    Dönüb oda,

    Oxuyurduq, tələbəydik

    Dünənəcən

    Moskvada.

    KQB-nin

    zindanından

    Qayıtmışdı,

    O, yarıcan qayıtmışdı

    Öskürürdü aradabir.

    Yox, öskürmür,

    Püskürürdü

    Aradabir.

    Ordan vulkan qayıtmışdı.

    Azərbaycan həbsdəydi,

    Azərbaycan

    qayıtmışdı.

    Sığışmırdı məcrasına –

    Daşa-daşa

    qayıtmışdı.

    İçində bir Nazim Hikmət,

    Nuru Paşa

    qayıtmışdı.

    Firəngizi yanındaydı,

    Təbrizi yox.

    O, Təbrizi evdə görmək

    istəyirdi,

    Ta bizi yox.

    Təbriz yoxsa, bir kəsi yox!

    Bu istidə üşüyürdü

    Xəlil Rza.

    Moskvadan Bakıyacan

    Yüyürmüşdü,

    Töyşüyürdü

    Xəlil Rza.

    Anan ölsün sənin, şair!

    Anan hanı?

    Səni bir də doğan hanı?

    Qol çəkirdim,

    Müstəqillik

    Aktımıza.

    Taleyin bir töhfəsiydi

    Bu da bizim

    baxtımıza.

    Ulu öndər yanımdaydı,

    Onda Xəlil,

    Sən – Yadımda.

    Öz imzam bir möcüzəydi

    Həyatımda:

    Zaman bizə qaytarırdı

    Haqqımızı

    Üçrəngli bayrağımızı

    Himnimizi,

    Gerbimizi.

    Əsr-əsr almışdılar

    Məndən səni,

    Səndən məni,

    Bizdən bizi!

    Ad günüydü – doğum günü,

    İstiqlalın

    Şahlıq günü.

    Tanrım mənə çox görməsin

    Himnimizin sözlərini

    Oxuduğum

    O ilk günü,

    Bir də səni!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Bu eşqlə”

    Gənc yazıçı Günel xanımın atası
    xalq yazıçısı Anarın, anası akademik, musiqişünas Zemfira xanımın
    55 illik həyat hekayəsinə həsr etdiyi filmə baxdım

    Hər qızın hünəri deyil
    Atasına, anasına,
    İki könül dünyasına,
    Beşiyinə, laylasına
    Layla desin öz dilində,
    Bakirə bir qız dilində.

    Bu Zemfira, o da Nigar,
    Biri Rəsul, biri Anar.
    Sən onlardan yadigarsan,
    Onlar da səndən yadigar, –
    Bu əsərin adı deyil,
    Həyatdı, “həyati” deyil.

    Gül açsın Göyçayın narı,
    Sevindir atan Anarı.
    Onun gəncəli tərəfi, –
    Onun o bəy babaları
    Gedəndə millət yolunda,
    Şax durdular qətl yolunda.

    Gör kimlərin nəvəsisən,
    Gör kimlərin əvəzisən.
    Sən bu eşqdən doğulmusan,
    Sən də bu eşq töhfəsisən.
    Bu eşqlə yaşayın, Anar!
    Səksəndən başlayın, Anar!

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İki yaşlı nəvəmə”

    İki yaşlı nəvəmə

    Salam, Nəriman qağa,
    xoş gəlibsən bu bağa.
    Səninkidir hər nə var,
    əncir, qoşa xan çinar.
    Nəhəng şah tut ağacı,
    o tərəfdə iydə, nar,
    bu tərəfdə gilənar,
    üzüm, innab və badam,
    ək, becər, kişi balam.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • İki zirvə Çələngi… – Şair Nizamidən – alim Nizamiyə…Nəriman Həsənzadə yazır

    Dünyaya Bəhmənyar və Tusi gəldi,

    indi də onların varisi gəldi.

    Mahmud Qaşqarinin türkçü qələmi,

    sənin əlindədi indi, Nizami…

    On bir il bundan əvvəl yazdığım poemada Nizamiyə müraciətlə deyirdim:

    Nizami, millət də bəzən tək qalır,

    onu da tək görüb hərifləyirlər.

    Unu ələyirlər, bir kəpək qalır,

    unu yox,

    kəpəyi tərifləyirlər…

    1949-cu iliydi. Millətimizi öz qədim torpaqlarından (Qərbi Azərbaycandan) “köçkün” adıyla gətirib Ağstafa dəmiryol vağzalına tökmüşdülər.

    Nizaminin hələ bunlardan xəbəri yoxuydu. Hələ dünyaya gəlməmişdi.

    Mən onda rayonumuzun Kirovka (indiki Vurğun) kəndində oxuyurdum. Onuncu sinif şagirdiydim.

    Poema mənim kiçik bir qeydimlə açılır: “…bu əsərin maraqlı yaranma tarixi var. Gənc dostum Nizami Cəfərovun 40 yaşı tamam olurdu. Məni dəvət etmişdi. Bir şeirlə getmək istədim. İlk gəncliyimdən ürəyimdə ayrıca yeri, bənzərsiz gülüşləri olan bu insanın həyatı çox da nikbin keçməyib. Mərhum atası doğma torpaqlarından zorla deportasiya edilənlərdən olub”.

    Bu “sürgün”dən düz on il sonra, 1959-cu ildə Nizami dünyaya göz açıb və onun tale yolu başlayıb.

    Mənim öz taleyim isə elə gətirib ki, qabağıma həmişə yaxşı adamlar çıxıb. Tək olsam da, tək qalmamışam. Dünya yaxşılardan xali deyil, – deyiblər. Onların xeyirxahlığı insani münasibətləri, təmənnasız yaxşılıqları mənim həyatda yaşamağıma (hətta yaşamağıma!), cəmiyyətdə müəyyən hörmət-izzət sahibi olmağıma səbəb olub.

    Əslində, onlar məktəb olublar.

    Həyatda təklik də, tək addım atmaq da çətindi.

    Bu dəfə qarşıma çıxan xeyirxah insan əvvəlkilərin hamısından yaşca kiçik idi. Bakı Dövlət Universitetində oxuyurdu. Filologiya fakültəsinin üçüncü kurs tələbəsiydi. Məni bir ədəbi görüşə dəvət etmişdilər. Sual verəndə, mən də onun adını soruşdum. Nizami Cəfərov, – dedi. Sualı maraqlı olduğu üçün, adı da yadımda qaldı. Təəssüf ki, indi sualı xatırlaya bilmirəm.

    Sonralar öyrəndim ki, o tələbə oğlan bizim Ağstafa rayonundandı. Hətta mənim ata-ana yurdum olan Qıraq Kəsəmən kəndində doğulub. Kənddə kimlərdən olduğunu da dedilər…

    Vaxt elə keçir ki, dönüb arxaya baxanda nə gözünə, nə özünə inanırsan. “Asta” keçən bu “sürət” nədir?! Hamını heyran qalan görmüşəm.

    Günlərin bir günü mərhum xalq yazıçımız İsmayıl Şıxlı (bu il onun 100 illik yubileyini keçirəcəyik) Yazıçılar Birliyinə (o vaxt İttifaq idi) sədr vəzifəsinə gəldi. Mən onda Yazıçılar İttifaqının ədəbi orqanı “Ədəbiyyat və incəsənət” qəzetinin Baş redaktoru işləyirdim.

    Bizim redaksiyada Tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri başqa işə keçdiyinə görə yer boş idi. İsmayıl müəllimin qəbuluna getdim ki, deyim, həmin şöbəyə istedadlı gənc, universitetin filologiya fakültəsini bitirmiş Nizami Cəfərovu gətirmək istəyirəm.

    İsmayıl müəllim təbiətən ağır, təmkinli, bir az da zəhmli adam idi. Üzündə təbəssüm gördüyüm üçün Nizamini təriflədim. Şöbə ağır olsa da, – dedim – öhdəsindən gələcək.

    Təmkinlə cavab verdi: Mən buraya, (Yazıçılar İttifaqına) təzəcə sədr vəzifəsinə gəlmişəm, sən burada “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktorusan. Yusif Səmədoğlu “Azərbaycan”da, Sabir Azəri “Ulduz”da baş redaktor işləyirlər. İndi də xahiş edirsən Nizami Cəfərovu gətirək, qazaxlının biri də artsın?!

    Nizami haralı olsaydı, qəzetə gətirmək istəyirdim. Ürəyimə yatmışdı.

    Yazıçılar Birliyinin indiki sədri, xalq yazıçımız Anar da oradaydı. O da İsmayıl müəllimə Nizami Cəfərovu istedadlı gənc kimi tanıdığını dedi. Yəqin, onlar bir-birini məndən əvvəl tanıyırlarmış.

    İsmayıl müəllim rəhmətlik tənqidçi Nadir Cabbarovu qəzetə Baş redaktorun müavini vəzifəsinə təklif etdi. Etiraz etmədim. Əl-ələ verib işlədik.

    Aradan bir xeyli keçmişdi, İsmayıl müəllim redaksiyaya zəng vurdu. Nizaminin işiylə maraqlandı. Ehtiyat elədim ki, yenə o məsələyə qayıdacaq. Elə olmadı. Bu dəfə Nizamini özü təriflədi: Dünən axşam “Amerikanın səsi” radiosuna (o vaxt o “səsi” DTK izləyirdi) qulaq asırdım. Nizaminin mənim haqqımda yazdığı gözəl bir məqaləsini eşitdim. Hələ heç kəs belə yazmayıb… Mənim təşəkkürümü çatdır, – dedi.

    Çatdırdım. Nizamidən çox, özüm sevinirdim.

    Burada istəyirəm yeri gəlmişkən, bir haşiyə çıxım: bu müddət ərzində Nizami, əlbəttə, mənim əsərlərim barədə də qiymətli fikirlər söyləyib, kitablarımın ilk oxucularından olubdu. İndi ali məktəbdə tədris edilən “Kulturologiya” (“Dünya mədəniyyəti tarixi”) adlı dərslik kitabıma ilk müsbət elmi rəy verən də Nizami idi…

    Nizaminin şəxsində redaksiyaya işgüzar bir şöbə müdirinin gəldiyini, onun məhsuldar jurnalist fəaliyyətini təkcə mən yox, iş-otaq yoldaşları, dostları da görür, mehriban yaradıcılıq mühiti yaranırdı.

    İstedadlı bir gəncin belə alicənablığına da sevinirdim, bu sevinci onun özüylə bölüşürdüm: “Ay dərdiş, sən dahisən! – deyib çapa hazırladığı materialı mətbəəyə göndərirdim.

    Belə məqamlarda yadıma mərhum yazıçı Mir Cəlal müəllim düşürdü. İnandığı tələbəsinin boynuna qoyurdu ki, sən bacarıqlısan, istedadlısan və s. Onda özünə inam yaradır, insanda – insanı oyadırdı.

    Nizami özü də Mir Cəlalın sonuncu dərs dediyi tələbələrindən olub. Mənim sözümü qəribəliyə salmaz.

    İşdə, xüsusilə zehni yorğunluq vaxtlarında hər kəsin öz universitet xatirələri baş qaldırır, ürəyimizi qızdırırdı. Amma qəzetçilik peşəsi elə sahədir ki, “gözdən qaçıb” bir səhv getdimi, qanımız qaralırdı. Qəzetin Baş redaktoruna bu dəmdə elə gəlirdi ki, (əlbəttə, özümü deyirəm) ölkədə qəzetin tirajı qədər göz, bu səhvi görür və ona istehza edir.

    Tərs kimi, səhvlər də gah məqalələrin iri şriftlə yığılmış başlıqlarında gedir, gah da vergül, nöqtə üstə olurdu ki, bu da cümlədə fikrin təhrifinə, yanlış oxunuşuna səbəb olurdu.

    Qəzetdə nöqsan axtaran, bu “nöqsanlar”ın da hamısını Baş redaktorun ünvanına istiqamətləndirən “dostlarımız” da az deyildi.

    O zaman ictimai ab-hava başqaydı. Qəzetimizi ölkənin Birinci şəxsi – Heydər Əliyev oxuyurdu. Bu da bizi həm ruhlandırır, həm də ciddi, diqqətli olmağa çağırırdı. Yüz iyirmi min tirajla çıxırdıq.

    Hələ biz qəzeti əski əlifbada – Cənubda yaşayan azərbaycanlılar üçün, latın qrafikasında isə – Türkiyə üçün çap edirdik. Bakıda – kirildə çıxırdıq.

    Cənubi Azərbaycandan və türk qardaşlarımızdan aldığımız məktublarda onlar üçün qəzetin tirajını gələcəkdə – üç yüz, dörd yüz minə qaldırmağı təklif edirdilər.

    Qəzetdə ümummilli liderimiz Heydər Əliyevin çıxışlarını çap etməklə (orada elmimiz, ədəbiyyatımız, mədəniyyətimiz, mənəviyyatımız bu və ya başqa tərkibdə geniş əhatə edilirdi), xaricdə yaşayan oxucularımızla bir növ mədəni əlaqələr yaratmış olurduq.

    Nizaminin köməyi çox idi. Mən ona inanmışdım. İndi də inanıram.

    Nizamidə olan xeyirxahlıq, liderlik xüsusiyyətləri fitri istedadı kimi, yüksək insani keyfiyyətlərindən irəli gəlirdi. Bu da onun ünsiyyət imkanlarını artırır, hətta özündən yaşca böyüklərlə oturub-durmağa, görüb-götürməyə, eşidib-öyrənməyə sövq edirdi. İndi də belədir.

    BDU-da təhsil aldığı illərdə müəllimləri mərhum akademik Tofiq Hacıyevi, mərhum Ağamusa Axundovu o, indi də hörmətlə xatırlayır, heç vaxt unutmur. Onlarla və başqa müəllimləri ilə olan tələbə-müəllim münasibətlərini, elmi pedaqoji səfərlərini, səmimi ailə-məişət zarafatlarını o, yeni yazdığı “Keçən günlərin dastanı” romanında ilhamla qələmə almışdır.

    O özü də bədii bir obraz kimi, əsərdə müəllimlərinin – həm tələbəsi, həm dostu, həm də yaşıdı təsiri bağışlayır.

    Bizim vaxtımızda mətbuat işçiləri üçün yazılmamış bir qanun varıydı. Baş redaktor işlədiyi qəzetdə (elə jurnalda da) öz əsərini çap etmək istəyirdisə, mütləq kənar rəy almalıydı.

    “Kimin sualı var” adlı poemamdan yeni yazdığım bir fəsli çapa vermişdim. İndi haqq dünyasında olan rəhmətliklər – xalq şairi Süleyman Rüstəm, xalq şairi Bəxtiyar Vahabzadə, Yazıçılar İttifaqının katibi Cabir Novruz rəylərini yazılı göndərmişdilər.

    İlk telefon zəngi İttifaqımızdan oldu… Əhval-ruhiyyəm tamam dəyişmişdi. İş otağımda fikirli oturmuşdum. Dedilər akademik Həsən Əliyev redaksiyaya gəlib. Gedib qarşıladım.

    Bu böyük insan hadisədən agah olan kimi mənim şəhər telefonumla İttifaqa zəng vurdu. İlk sözləri bu oldu: “Marksın “Kapital” əsərindən də ayrıca götürülmüş bir parçada səhv tapmaq, ya da onu yozmaq olar. Şairin yeni fəslini mən oxumuşam”, – dedi.

    Dəstəyi yerinə qoydu. Telefonda eşitdiyim – “Ağsaqqallar ağsaqqalı…” sözləri yarımçıq qaldı.

    Akademik Həsən Əliyev şairləri, yazıçıları sevirdi. Onların dostuydu. Özü də görkəmli yaradıcı ziyalı kimi dünya miqyasında şöhrət qazanmışdı.

    Mənim yeni çap etdirdiyim fəsli oxuyub-oxumadığını isə bilmirdim. Bəlkə də söhbət etməyə gəlmişdi? Bu, mənim üçün unudulmaz anlar olardı…

    Mərhum xalq şairi Xəlil Rza Ulutürk poema ayrıca kitab şəklində nəşr olunandan sonra yazırdı ki: “”…Kimin sualı var?” poemasını yalnız Nəriman yaradıcılığının deyil, Azərbaycanın çağdaş poeziya mədəniyyətinin ən parlaq incilərindən biri adlandırmaq olar…”.

    O vaxt yuxarıda adlarını çəkdiyim qələm dostlarımdan biri də gənc tənqidçi Nizami Cəfərov idi.

    “Nizami” poemasında o günləri xatırlayıram:

    “Kimin sualı var?” yazmışdım onda,

    cavab istəyirdim, ruhumda hiddət.

    – Mənim sualım var! –

    qalxdın salonda,

    səsimə səs verdin, sözümə qüvvət.

    … O zaman yaxşı ki, 37 yox,

    ya 82-iydi, ya da 83.

    Filankəs, filankəs, bir də filankəs,

    hələ filankəs də ordaydı… qərəz.

    Onda Rəsulbəyov cavab istədi,

    məni akademik vermədi ələ.

    Onda Səməd Vurğun daha yox idi,

    Nizami Cəfərov gənc idi hələ.

    Məhkəməni qurdu İttifaqımız. …

    Mən Nizamini ilk gördüyüm gündən o, müdrik olub. Bu fikir poemaya da gəlib çıxmışdı:

    …Mənə elə gəlir, Nizami, oğlum,

    sən uşaq yaşından,

    uşaq deyilsən! – deyirəm.

    Onun “yaşca” böyüklüyünü Türkiyədə, Antalyada keçirilən Birinci Türkoloji qurultay zamanı da gördüm.

    Dəvət olunan qonaqlar dəniz sahilində salınan “Antalya” adlı nəhəng bir mehmanxanada yerləşdirilmişdi.

    Biz də buradaydıq.

    Bu əzəmətli mədəniyyət abidəsi elə bir “mürəkkəb” konstruksiya və kompozisiya ilə inşa edilmişdir ki, binanın bu qədər daxili “girişi-çıxışı”, dolanbac “cığırları”, bir-birinə oxşar “dalanları”, yəqin ki, mənim kimi burada ilk dəfə gecələyən qonağı asanca çaşdıra bilərdi.

    İlk “bələdçim” Nizami oldu. Daxili “dolayları” keçə-keçə, qurultay gedən yerə bərabər gəldik.

    Rəhmətlik Tofiq Hacıyev də qurultay nümayəndəsiydi. Nizami təzədən geri, mehmanxanaya qayıdıb ona da “bələdçilik” etdi.

    Yanımızda oturub qurultayın açılışını gözləyirdi. Ürəyimə bir fikir gəldi, yarıciddi, yarızarafat özünə dedim:

    – Dərdiş, sən indi yuxarı qalx. Qurultaya sədrlik etməyə hazırlaş.

    Nizami gülümsədi. Mən ciddi oturmuşdum.

    Bu arada Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev salona daxil oldular və alqışlarla qarşılanıb Rəyasət Heyətində əyləşdilər.

    Öz aralarında qısa söhbətdən sonra salona göz gəzdirdilər. Yanlarındakı ortayaşlı bir nəfər Nizamini mənim yanımdan Rəyasət Heyətinə dəvət etdi.

    Türkoloji qurultayı aparan sədrlərdən biri seçilmişdi.

    Nizami ciddi görkəm aldı. Bu dəfə mən gülümsədim. Pıçıltı ilə təbrik də elədim.

    Müasir türkologiyanı elmi töhfələrilə zənginləşdirən və Azərbaycanda onun başında duran Nizami Cəfərov – türk dünyasının yetişdirdiyi tarixi şəxsiyyətlər sırasında yüksək təfəkkürü ilə seçilib-sayılan nadir simalardan biridir. O, Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Çoxşaxəli yaradıcılığı ilə – geniş tədqiqatla məşğul olan dilçi-ədəbiyyatşünas alim kimi, Azərbaycanşünaslıq elminə yiyələnən tarixçi və ictimai xadim, Milli Məclisin deputatı kimi bizim müasirimizdi.

    İlk ədəbi uçuşlarını (qələm təcrübələrini demirəm) nüfuzlu “Ədəbiyyat və incəsənət” qəzetinin səhifələrindən başlamışdı.

    Ona görə “nüfuzlu” sözünü işlətdim ki, o vaxt, 1986-87-ci illərdə 26-27 yaşlarında olan Nizaminin Azərbaycan Yazıçılar İttifaqının mətbuat orqanında böyük bir şöbəyə rəhbərlik etməsi, məşhur, tanınmış şair və yazıçılarla gündəlik işgüzar ünsiyyəti, hər-halda, onun gənc həyatının irəliyə doğru bir yaradıcılıq pilləsiydi.

    Obrazlı desək, qəzet – gündə bir qarış qalxan möhtəşəm bir abidənin divar hörüyünün möhkəm özülüydü, bünövrə daşı.

    Maraqlıdır ki, uzun illər keçəndən sonra o yenə əvvəl pərvazlandığı ədəbiyyat qəzetinə “qayıdıb” və artıq xeyli vaxtdır yazılarının əksəriyyətini də bir-birinin ardınca burada çap etdirir.

    Bir dəfə bizim xalq yazıçımız Elçin dedi ki, mən Nizaminin imzasını “Ədəbiyyat qəzeti”ndə görməyəndə gözümə inanmıram. Deyirəm, görəsən, bu nömrədə niyə imzası yoxdu?

    Elçin müəllim səmimi deyirdi.

    Nizaminin çoxlu sayda tələbələri, müəllim yoldaşları, qələm dostları var. Qəzetdə hər dəfə çıxış eləyəndə, öz imzası ilə onları da sevindirir.

    “Ədəbiyyat qəzeti”nin səhifələrində ədəbiyyatımızın eləcə də elmi-ədəbi prosesin tədqiqi və təhlili sahəsində son illərdə bir neçə nəslin elə bir pleyadası yetişir (və yetişmişdir) ki, Nizaminin özünün də poetik məna ilə dediyi “Turan sevdası …” , “Azər Turan mərhələsi …” həqiqətən Baş redaktorun şəxsi yaradıcılıq fəaliyyəti, təşkilatçılıq istedadı tərifəlayiq nümunə kimi yüksək qiymətləndirilə bilər və qiymətlənməlidir.

    Nizaminin “tale qəzeti” olan “Ədəbiyyat qəzeti” indi 85 illik yubileyini qeyd etməyə hazırlaşır. Bu il Nizaminin də 60 yaşı tamam olur, hər iki yubiley günləri eyni aya düşür – sentyabra!

    Yuxarıda deyilənləri ümumiləşdirmək istəsək, daxili bir səmimiyyətlə etiraf etmək olar ki, Nizami – öz zəmanəsinin müdrik səsidi. Yeni fikir carçısı kimi ədəbi-tarixi düşüncəmizin intibahı, bütöv bir qabaqcıl fəlsəfi dünyagörüşüdü.

    Nizami kimlərdən öyrənirsə, onların ləyaqətli varisi, kimləri öyrədirsə, onların ləyaqətli müəllimidir. Bu mötəbər alim bütün zəkası və nəfəsilə öz kökü üstə bitən Azərbaycan çinarıdı! Onun boyuna baxıb sevinmək də olar, kölgəsində rahat nəfəs almaq da.

    Savad bacı (Nizaminin anasını mən belə çağırıram) oğlu dünyaya göz açanda, adətimizə görə, onun qulağına təkrar-təkrar “Nizami” deyib. İstəyib ki, dünyada eşitdiyi ilk ad bu olsun.

    Xalq sevdiyi sənətkarların adlarını övladlarına qoyub əsr-əsr belə yaşadır.

    Əlbəttə, ad qoyanda gərək tələsməyəsən. Qədim Roma filosofu Siseron deyir ki, belə qoyulan adlar sonradan o insanları təqib edir. Yəni ad sahibilə adı qoyulanın sənət, peşə yaxınlığı, tale qohumluğu olur.

    Mən bu fikrə inanıram. Həyatımda belə “təsadüfləri” az görmüşəm.

    Böyük şair Nizami yazırdı: “… hər uca rütbədən, alimin rütbəsi daha ucadır”.

    Akademik Nizami yazır: “… Azərbaycançılıq ideologiya, Azərbaycanşünaslıq elmidir”.

    Bir şərəfli adın iki zirvə çələngi bax, budur.

    Qeyd etmək istərdim ki, Azərbaycanda ilk dəfə Atatürk Mərkəzini yaradanda və oraya rəhbər təyin edəndə, Nizaminin xeyir-duasını (başqa yaşıdları kimi) ümummilli liderimiz Heydər Əliyev özü vermiş, onun gələcək (və bugünkü!) taleyini də müəyyən etmişdi.

    O illər unudulmur. Əksinə, hər yaşda xatırlanır.

    “Nizami” poemasında bir qoşmanın son bəndi də belədir:

    Çoxu şeir yazdı, şairəm, – dedi,

    Nizami nə Əsli, nə Kərəm dedi.

    Mən də tənqidçiyəm, gəlirəm dedi,

    şükür,

    içimizdən bir QAĞA çıxdı!

    may 2019

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Xalq şairi Vahid Əzizin yaradıcılıq gecəsi keçirilib

    Xalq şairi Vahid Əzizin “Azərkitab” Kitab Təbliğatı Mərkəzində yaradıcılıq gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, gecəni giriş sözü ilə “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov açaraq şairin həyat və yaradıcılığından söz açıb. O, Vahid Əzizi Xalq şairi fəxri adı alması münasibətilə təbrik edib və bunu ölkə başçısının söz adamlarına verdiyi ən yüksək qiymət kimi dəyərləndirib.

    Tədbirin aparıcısı Yusif Nəğməkar Vahid Əzizin yaradıcılıq axtarışlarından danışıb və onun poetik təxəyyülündən süzülən bir-birindən mənalı şeirlərindən söhbət açıb.

    Milli Məclisin deputatı Fəzail İbrahimli, Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Cingiz Abdullayev və digər çıxış edənlər şairin yaradıcılığından danışıblar.

    Qiraət ustası Aynur Qafarlı şairin seirlərini söyləyib.

    Mənbə: https://azertag.az

  • Bədii, sənədli və animasiya film ssenariləri müsabiqəsinin nəticələri açıqlanıb

    Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il martın 1-də “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədilə ictimai təşkilatların, kino qurumlarının və Mədəniyyət Nazirliyinin nümayəndələrindən ibarət İşçi Qrupu tərəfindən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və digər aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanaraq ölkə başçısına təqdim edilmişdir. Sözügedən Sərəncamın 2-ci bəndinə əsasən dövlət sifarişi ilə film istehsalını həyata keçirmək, həmçinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etmək məqsədilə martın 20-dən mayın 1-dək Mədəniyyət Nazirliyi tərəfindən bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunmuşdur.

    Müsabiqəyə təqdim olunan film layihələrinin qiymətləndirilməsini həyata keçirmək üçün Nazirliyin müvafiq əmri ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev (sədr), kinodramaturq Ramiz Fətəliyev, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, kinorejissor və kinoşünas Ayaz Salayev, Dövlət Film Fondunun baş mütəxəssisi Yusif Şeyxov, kinorejissor Rüfət Həsənov, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Elşad Əliyev və Dövlət Film Fondunun baş mütəxəssisi Leyla Vəzirzadədən ibarət münsiflər heyəti yaradılıb.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kino ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan müsabiqəyə təqdim edilən 200-dək bədii, sənədli və animasiya filmi ssenarisindən münsiflər heyəti “Tammetrajlı”, “Qısametrajlı”, “Sənədli” və “Animasiya” olmaqla ümumilikdə 20-yə yaxın film layihəsini seçib.

    Dövlət sifarişi ilə film istehsalı üçün ssenari ehtiyatının formalaşdırılması məqsədilə seçilmiş sözügedən ssenarilərə istehsal imkanlarından asılı olaraq filmlər çəkilməsi nəzərdə tutulub.

    Eyni zamanda, Mədəniyyət Nazirliyi ölkədə kino sahəsində fəaliyyət göstərən müstəqil prodüser mərkəzlərini əməkdaşlığa dəvət edərək bildirir ki, hər hansı prodüser mərkəzi paritet əsaslarla Nazirlikdən vəsait əldə etməklə istər müsabiqədə seçilmiş, istərsə də digər, Ekspert Şurasının müsbət rəyini almış, özünəməxsus ssenarilərin istehsalını həyata keçirə bilər.

    Qeyd edək ki, dövlət sifarişi ilə film istehsalı üçün Mədəniyyət Nazirliyi tərəfindən gələcəkdə də davamlı olaraq ssenari müsabiqələrinin keçirilməsi nəzərdə tutulub.

    Mənbə: https://azertag.az

  • Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Bosniya və Herseqovinada tədbir keçirilib

    Bosniya və Herseqovinanın Milli və Universitet Kitabxanasında, Qazi Xosrov bəy Kitabxanasında və digər müəssisələrdə saxlanılan dahi Azərbaycan klassikləri İmadəddin Nəsimi, Nizami Gəncəvi və Məhəmməd Füzuliyə aid əlyazmaların tədqiq edilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov Sarayevo şəhərində elmi ezamiyyətdə olub.

    Elmi ezamiyyəti zamanı Ə.Bağırov Sarayevo şəhərində yerləşən Milli və Universitet Kitabxanasında Universitet alimləri qarşısında İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar məruzə ilə çıxış edib.

    Çıxışında, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunduğunu deyən Ə.Bağırov, dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinin Azərbaycan tərəfindən ölkəmizdə və bütün dünyada qeyd edildiyini vurğuladı. Dahi Azərbaycan şairi İmadəddin Nəsimin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verən Ə.Bağırov, Nəsimin Suriyanın Hələb şəhərində, nəsimişünasların gəldiyi nəticəyə görə, dini örtüklə pərdələnmiş siyasi motivlər səbəbi ilə faciəli şəkildə qətlə yetirildiyini bildirib. Nəsiminin əsərlərinin dünyanın bir çox dillərinə tərcümə edildiyini vurğulayan alim, bu şeirlərin Bosniya və Herseqovinanın yerli dillərinə də tərcümə edilməsi ilə bağlı alim-tərcüməçilərlə danışıqlar aparıldığını qeyd edib. Sonda Ə.Bağırov bütün tədbir iştirakçılarına, xüsusən Bosniya və Herseqovinada olduğu bir ay müddətində milli irsin bərpası məqsədilə başlanmış bu işdə ona dəstək olmuş bosniyalı və eləcə də azərbaycanlı həmkarlarına dərin təşəkkürünü bildirib. Ə.Bağırovun məruzəsinin yerli dildə olan mətni tədbir iştirakçılarına paylanılıb.

    Həmçinin tədbirdə Milli və Universitet Kitabxanasının direktoru İsmət Ovçina da çıxış edib. O, çıxışında əlyazmaların tədqiqi sahəsində Azərbaycan ilə Bosniya və Herseqovina arasında qurulmuş əməkdaşlıqdan məmnun qaldığını diqqətə çatdırıb. Bu təşəbbüsün Azərbaycan tərəfindən gəldiyini qeyd edən İ.Ovçina, Azərbaycanın Bosniya və Herseqovinadakı səfirliyinə və AMEA-nın rəhbərliyinə minnətdarlığını xüsusi olaraq vurğulayıb, bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirib.

    Əkrəm Bağırov Bosniya və Herseqovinaya elmi ezamiyyəti zamanı bir çox görüşlər keçirib, tədqiqat aparmaq üçün Sarayevo şəhərində yerləşən bir necə kitabxana və arxivlərdə olub, eləcə də ölkənin Mostar və Visoko şəhərlərinə səfərlər edib.

    Ə.Bağırovun tədqiqatı zamanı müəllifləri azərbaycanlı olan əlyazmalar aşkar olunub. Kitabxana kataloqlarında Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Mahmud Şəbüstəri, Vəhid Təbrizi, Seyid Yahya Şirvani, Nəsirəddin Tusi, Qasim Ənvar, Hinduşah Naxçivani, Şəms Təbrizi, Şərəfəddin Rami kimi elmə bəlli olan məşhur azərbaycanlılardan əlavə, az tanınan, bəlkə də əsərlərinin yeganə əlyazma nüsxəsi bu kitabxanada olan və nisbələri Təbrizi, Ərdəbili, Zəncan, Xalxali və sair olan müəlliflərin də adlarına rast gəlinib.

    Elmi ezamiyyətin nəticəsi olaraq, Əkrəm Bağırov Bosniya və Herseqovinada olduğu müddətdə 15 minə qədər əlyazmanın içərisindən Azərbaycan müəlliflərinin 150-yə qədər əlyazmasını aşkarlayıb. Bu müəlliflər içərisində tanınmış və məşhur Azərbaycan klassikləri ilə yanaşı, yeni adlar da tapılıb.

    Həmçinin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Sarayevo şəhərindəki üç mühüm müəssisə – Qazi Xosrov bəy Kitabxanası, Milli və Universitet Kitabxanası, eləcə də Sarayevo Tarix Arxivi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Əkrəm Bağırov Bosniya və Herseqovinada bir ay müddətində apardığı fəaliyyəti yerli KİV-də geniş işıqlandırılıb.

    Mənbə: https://azertag.az

  • Heydər Əliyev Sarayında növbəti konsert – “Sazlı-sözlü diyarım mənim”

    İyulun 2-də Heydər Əliyev Sarayında “Sazlı-sözlü diyarım mənim” adlı aşıq konserti keçiriləcək.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə sevilən aşıqlar Altay Məmmədli, Solmaz Kosayeva, Ağamurad İsrafilov, Nargilə Mehdiyeva, Gözəl Kəlbəcərli, Cahangir Quliyev, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Avdı Musayev, Şaiq İncəli, şairələr Pərvanə Zəngəzurlu, Güllü Eldar Tomarlı və “Çeşmə” folklor qrupu, “Ruhani” saz qrupu iştirak edəcəklər.

    Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • Debüt: Ülvi ƏLƏKBƏRZADƏ. Yeni şeirlər

    Həyatın üzü
    Bu gün
    həyatın,
    gerçək üzü
    üçün
    şeir yazmaq
    istədim..
    Bülbülün
    səsini batırmaq
    istəyən, qarğa
    üçün..
    Həsrətlə
    uşaq evində
    ata- analarının
    yolunu gözləyən,
    körpələr üçün..
    Qocalar evinə
    atılmış
    gözü yaşlı,
    valideyinlər
    üçün..
    Övlad həsrəti çəkənlər
    üçün,
    vətən dərdi
    çəkənlər
    üçün,
    gözü yaşlı,
    yolumuzu gözləyən,
    Qarabağ,
    Şuşa,
    Laçın,
    Xocalı
    üçün
    bir şeir yazmaq istədim..
    Amma…
    bu qədər
    ağrını ,
    bu qədər dərdi
    çəkməyə,
    nə mənim
    nə də qələmin
    gücü çatdı..

    *******************
    Ürək ağrısı
    Parça-parça buludlar,
    Yenə göyləri alıb.
    Ürəyimin ağrısı,
    Sanki göylərə qalxıb.
    Fəryadım göy yandırır,
    ağrıların içində.
    Göydən yağıştək yerə,
    Dərdlərimə bələnib,
    Mənim göz yaşım axır.
    Yağdıqca yağış yerə,
    İnlədir o hər yeri.
    Mənim ürək nisgilim,
    Ağladır göyü, yeri..
    ********************
    Səni gözləməkdən, yorulmadıq
    Hər yağış yağdıqca,
    saçlarım islanır..
    tellərimdən
    misra-misra,
    sətir-sətir
    sənə yazdığım
    son məktublar,
    namələr ,
    şeirlər,
    axır..
    Sözlər süzülür,
    dolur baxışlarıma..
    eynək olur
    gözlərimə..
    o eynəkdən baxanda
    sənə olan hisslərimin,
    sevgimin,
    eşqimin,
    rənginin
    dəyişdiyini hiss edirəm.
    Elə sən gedəndən bəri,
    sənə yazdığım
    şeirlərdə öz
    rəngini,
    dərisini dəyişib..
    İlan dərisini
    dəyişən kimi..
    Kaş son görüşə
    gəlsəydin,
    kaş…
    Bəlkə də bir şans olardı,
    bəlkə söz baxçamda
    yeni qafiyələr
    boy atardı..
    sənə daha çox
    bağlanar,
    daha çox şeirlər
    yazardım..
    Şeirlərdə,
    darıxıb
    sənin üçün,
    kaş bilsəydin,
    misralar
    pəncərə önündə
    necə düzülüb,
    səni gözləyirlər..
    Həsrətlə gözləri
    yola düzülüb,
    qafiyələrin.
    Neçə yay,
    qış,
    payız,
    yaz..
    keçdi..
    sən yenə də
    gəlmədin..
    Amma
    nə mən,
    nə də
    misralar,
    qafiyələr
    yorulmadı
    səni
    gözləməkdən..

    Mənbə: http://pressaz.az

  • “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildi təqdim edilib

    AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda bir neçə ildir ki, oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin hazırlanmasına başlanılıb. Nəzərdə tutulan oncildlikdə ədəbiyyatımızın bütün dövrlərini əhatə edən mərhələlər üzrə icmallar veriləcək, onun inkişaf və zənginləşməsində xüsusi xidmətləri olan ədəbi simalar haqqında oçerklər təqdim ediləcək.

    AZƏRTAC xəbər verir ki, iyunun 18-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda yeni konsepsiya əsasında hazırlanmış “Azərbaycan ədəbiyyatı tarixi” çoxcildliyinin birinci cildinin təqdimatı keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci cildinin yeni elmi konsepsiya ilə hazırlanma zərurətindən danışıb. Akademik çıxışında ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsinə geniş yer ayırıb və bununla bağlı fikirlərinin təqdimatı keçirilən kitabın müqəddiməsində də yer aldığını qeyd edib. Həmçinin bildirib ki, kitab AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik institutları, Bakı Dövlət Universiteti və Azərbaycanda Atatürk Mərkəzinin birgə əməkdaşlığı sayəsində işıq üzü görüb. Kitabın hazırlanmasında üç prinsip – elmi, ümummilli və dövlətçilik prinsipləri əsas götürülüb. Bu kitab elmi ictimaiyyət və tədqiqatçılar üçün dəyərli töhfə olacaq.

    Daha sonra “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildinin məsul redaktoru, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Qasımlı məruzə ilə çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O, nəşrdə ümumtürk etnocoğrafiyasının nəzərə alındığını, milli istiqlal düşüncəsinə xüsusi yer ayrıldığını bildirib.

    Qeyd olunub ki, nəşr tarixi-xronoloji aspektdə ilkin olan və yazılı ədəbiyyatın inkişafında əsas mənbə rolunu oynayan “Şifahi xalq ədəbiyyatı”na həsr edilib. Akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” sərlövhəli təqdimatı ilə başlayan kitabda milli ədəbiyyatımızın mifoloji qaynaqları, zəngin şifahi xalq ədəbiyyatı örnəkləri, mənşə etibarilə etnosdan bədii təfəkkür baxımından eposaqədərki təkamül prosesləri və aşıq yaradıcılığı yüksək elmi-nəzəri səviyyədə yazılmış oçerklər əsasında oxuculara çatdırılır. Şifahi xalq ədəbiyyatımızın ayrı-ayrı janrları tanınmış alimlərin araşdırmalarında xronoloji ardıcıllıqla verilib. Ustad aşıqlara ayrıca oçerklər həsr edilib. Həmçinin Azərbaycan folklorunun öyrənilməsi, toplanılması və nəşri məsələləri, folklorşünaslığımızın inkişafında böyük xidmətləri olan alimlərin bu istiqamətdəki fəaliyyətləri tədqiqata cəlb olunub, folklorşünaslarımız haqqında yığcam məlumatlar verilib.

    Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, professorlar Qəzənfər Paşayev və Qəzənfər Kazımov, nəşrin məsul katibi Aynur Xəlilova, müəlliflərdən Əfzələddin Əsgər çıxış edərək təqdimatı keçirilən kitab haqqında fikirlərini bölüşüblər. Çıxış edənlər folklorşünaslığımızın elmi təcrübə və nəticələrinə əsaslanan, kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildini folklorumuzun öyrənilməsi üçün mühüm elmi mənbə kimi səciyyələndiriblər.

    Mənbə: https://azertag.az

  • “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi işıq üzü görüb

    Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, İctimaiyyətlə əlaqələr şöbəsindən Edebiyyatqazeti.az-a verilən məlumata görə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” on cildliyinin birinci cildi nəşr edilmişdir. İnstitut Elmi Şurasının 15 oktyabr 2018-ci il tarixli 12 saylı iclas protokolunun qərarı ilə nəşr olunan birinci cild “Şifahi xalq ədəbiyyatı” bölməsini əhatə edir. 1072 səhifəlik kitabın baş redaksiya şurasına Akif Əlizadə (sədr), İsa Həbibbəyli (baş redaktor), Teymur Kərimli və Məhərrəm Qasımlı daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli (baş redaktor), Məhərrəm Qasımlı (məsul redaktor), Aynur Xəlilova (məsul katib), Qəzənfər Paşayev və Əlizadə Əsgərlidən ibarətdir.

    “Elm” nəşriyyatında işıq üzü görmüş kitab AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” adlı irihəcmli tədqiqatı ilə başlayır.

    Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental “Azərbaycan ədəbiyyatı tarixi” kitabının birinci – “Şifahi xalq ədəbiyyatı” cildində Azərbaycan folkloru bütöv bir sistem kimi ayrı-ayrı ədəbi növ və janrların tarixi təkamül və təşəkkülü, struktur-semantik səciyyəsi, ideya-məzmun tutumu, bədii-estetik məziyyətləri ilə əlaqəli şəkildə öyrənilmişdir.

    Sanballı tədqiqat oçerklərindən ibarət kitabda Məhərrəm Qasımlı, Arif Acaloğlu, Bəhlul Abdulla, Ramazan Qafarlı, Oruc Əliyev, Muxtar İmanov, Təhmasib Fərzəliyev, Azad Nəbiyev, Nizami Cəfərov, Kamil Vəliyev, Əfzələddin Əsgər, Tofiq Hacıyev, Qəzənfər Kazımov, Məmməd Əliyev, Sədnik Paşa Pirsultanlı, İslam Ələsgər, Qəzənfər Paşayev, Məhəmməd Hüseyn Təhmasib, İsrafil Abbaslı, Aynur Xəlilova kimi alimlərin tədqiqatları yer almışdır.

    Azərbaycan, türk, rus dillərində 1061 sayında ədəbiyyat siyahısını Təranə Vəliyeva və Vüsal Səfiyeva sistemləşdirmişdir. Kitabda eyni zamanda rus və ingilis dillərində ətraflı xülasələr də yer almışdır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Bakıda çap edilən “Gənc Qırğız şeiri antologiyası” xəbəri xarici mətbuatda

    Bu yaxınlarda çap edilən “Gənc Qırğız şeiri antologiyası”nın xəbəri xarici mətbuat səhifələrində işıqlandırılıb. Qırğızıstanın məşhur “Kabar”, For.kg, Kaktusmedia xəbər saytları öz səhifələrində bu xəbərə geniş yer ayırıblar. Bu haqda məlumatı Qırğız mətbuatına Azərbaycanın Qırğızıstandakı Səfirliyinin ataşesi Müstəcəb Tağıyev xəbər verib.

    35 gənc qırğız şairinin müxtəlif mövzuda yaradıcılıq örnəkləri toplanmış nəşrə daxil edilən şeirləri dilimizə İbrahim İlyaslı, dos.dr. Rəsmiyyə Sabir, dos.dr. Təranə Turan (Rəhimli), dos.dr. Pərvanə Məmmədli, Günel Eyvazlı, Xan Rəsuloğlu, Akəm Xaqan, Faiq Balabəyli, Elşən Əzim, Elməddin Nicat, Gülnar Səma (Qasımlı)Taleh Mansur, İntiqam Yaşar, Tural Turan, Aysel Xanlarqızı (Səfərli), Sona Əli, Ümid Nəccari, Əkbər Qoşalı tərəfindən (ruscadan, Türkiyə və Qırğız türk­cələrindən) çevrilib.

    Layihə rəhbəri Millət vəkili Dr. Cavanşir Feyziyev, məsləhətçiləri Millət vəkili, akademik Nizami Cəfərov, Əməkdar jurnalist, “Kaspi” qəzetinin təsisçisi Dr. Sona Vəliyeva, nəşrə məsul, baş redaktoru Atatürk Mərkə­zinin şöbə müdiri Əkbər Qoşalı olan anto­lo­giyaya AYB-nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Olaylar” qəzetinin baş redaktoru, yazıçı-publisist Dr. Yunus Oğuz rəy verib.“Gənc Qırğız şeiri antologiyası”nı qardaş ölkənin istedadlı gənc yazarları, DGTYB üzvləri Altınbek İsmail, Kaliça Yaqub və Bekbolat Sarıbay tərtib edib. Kitaba Azərbaycan Respublikasının Qırğız Res­publikasında Fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov “Təqdim” Millət vəkili Dr. Cavanşir Feyziyev “Önsöz”, Qırğız Respublikasının Mədəniyyət, infor­masiya və turizm naziri Azamat Jamankulov isə “Biş­kekdən Bakıya poeziya buketi” adlı ürək sözü yazıb.

    DGTYB bundan öncə “Çağdaş Azərbaycan şeiri” (2cilddə, Ankara), “Gənc tatar şeiri” (Bakı), “Yeni qazax şeiri” (Bakı), “Fəzanın cazibəsi ( -Arxangelsk şairlərinin şeirləri)” (Bakı), “Özbək şeir çələngi” (Daşkənd), “Yeni zaman Azərbaycan şeiri” (Astana) kimi anto­logiyalar hazır­layıb, nəşr etdirib.

    Qeyd edək ki, “Gənc Qırğız şeiri antologiyası”nın Ba­kıda və Bişkekdə təqdimat törənlərinin keçirilməsi nə­zərdə tutulub. Antologiya hər iki ölkənin aparıcı ki­tab­xanalarına, mədəniyyət müəssisələrinə, o cüm­lə­dən ədəbi qurum­larına paylanacaq.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • İmadəddin Nəsiminin 650 illik yubileyi Kazan şəhərində qeyd olundu

    Ötən həftə Tatarıstanın Kazan şəhərində Azərbaycan Milli Mədəni Muxtariyyatı tərəfindən Xalqlar Dostluğu evində Azərbaycan şairi, filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Kazanda yaşayan azərbaycanlı ziyalılar, tələbə və gənclər, həmçinin bir sıra iş adamları iştirak ediblər.

    Tədbiri giriş sözü ilə “Odlar yurdu” qəzetinin baş redaktoru Vasif Abdullayev açaraq Nəsimi irsindən, onun şeirlərinin fəlsəfi məziyyətlərindən danışıb. Sonra tarixçi Rafayıl Həsənov, şərqşünas-yazar, nəsimişünas Vüsal Hətəmov və psixoloq-ilahiyyatçı Bəhruz Camal söz alaraq İmadəddin Nəsiminin həyat və yaradıcılığından danışıblar.

    Tədbirdə Nəsiminin şeirləri və saz ifası səsləndirilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı olub

    Daşkənddə yazıçı Yunus Oğuzun “Ovçu” romanının təqdimatı ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nə yekun vurulub.

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə baş tutan tədbirdə elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, soydaşlarımız, jurnalistlər iştirak edib.

    AMM-nin direktoru Samir Abbasov qonaqları salamlayaraq dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, milli mədəniyyətimizin tanıdılması və təbliğinə yönəlmiş bu cür tədbirlərin əhəmiyyətindən danışıb. O, Mədəniyyət Mərkəzinin layihəsi ilə mədəniyyət və ədəbiyyat günləri çərçivəsində 2 konsert proqramının, dəb sərgisinin, 2 kitab təqdimatının keçirildiyini qeyd edib. S.Abbasov Daşkənddəki aparıcı kitabxanalara ölkəmizə dair zəngin kitab kolleksiyasının bağışlandığını, keçirilən tədbirlərdə “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı kitab, milli mədəniyyətimizi özündə əks etdirən suvenirlər, maddi-mədəniyyət nümunələrinin sərgisinin keçirildiyini qeyd edib.

    O, Yunus Oğuzun yaradıcılığı haqqında danışıb, 2016-cı il Aprel hadisələrinə həsr olunan və Daşkənddə özbək dilində çap edilən “Ovçu” romanını yüksək qiymətləndirib. Samir Abbasov Aprel zəfərinin qəhrəmanları, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edən əsərin xalqımızın qəhrəmanlıq hislərinin yüksəldilməsinə öz töhfəsini verdiyini bildirib.

    Çıxış edənlər Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”ni yüksək qiymətləndirib, məhz Mədəniyyət Mərkəzinin layihəsi ilə həm milli mədəniyyətimizə, həm də ədəbiyyatımıza dair çoxsaylı tədbirlər, layihələr vasitəsi ilə geniş məlumatlandırma və təbliğat işlərinin həyata keçirildiyini vurğulayıblar.

    Filoloq alim Nurbay Cabbarov Azərbaycan-Özbəkistan ədəbi əlaqələri haqqında danışıb, müasir dövrdə də bu əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Yunus Oğuzun əsərləri haqqında söhbət açıb, özbək dilində də çap edilən “Əmir Teymur” əsərinə yüksək qiymət verib.

    Kitabın tərcüməçisi, filoloq alim Gülbahar Aşurova qəhrəmanlıq və vətənpərvərlik mövzusunda yazılan “Ovçu” romanında yaradılan obrazların gənclərimiz üçün bir nümunə olduğunu qeyd edib, kitabın təbliğinin gənclərin vətənpərvərlik ruhunun inkişafında müsbət rol oynayacağını söyləyib.

    Babaxan Şərif, Bürabiya Racabova, Xaydarbek Bababekov Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələr, tarixi dostluq münasibətləri haqqında məlumat verib, belə əsərlərin yayılmasına və təbliğinə geniş ehtiyac olduğunu qeyd ediblər.

    Yunus Oğuz çıxışında “Ovçu” romanı haqqında fikirlərini bölüşüb, əsərin yaranması, onun yazılması ilə bağlı xatirələrini danışıb, romanın müasir tariximizə bağlı yazdığı ilk əsər olduğunu qeyd edib. O, gələcəkdə də torpaqlarımızın azadlığı, Qarabağ uğrunda savaşan əsgər və zabitlərimizin şərəfli döyüş yolu haqqında əsərlər yazmaq niyyətində olduğunu qeyd edib.

    Sonda türk tarixinin araşdırılması sahəsindəki xidmətlərinə görə Yunus Oğuza Özbəkistanın “Turan” Akademiyasının akademiki seçilməsi ilə bağlı vəsiqə və döş nişanı təqdim olunub.

    Sonra “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin bağlanışı münasibətilə bədii proqram təqdim olunub.

    Konsertdə AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri, həmçinin özbək və tacik xalqlarının nümayəndələri öz xalqlarının rəqslərini və musiqi nömrələri ifa ediblər.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək

    İyulun 5-də Heydər Əliyev Sarayında Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən Qədim Musiqi Alətləri Dövlət Ansamblı konsert proqramı ilə çıxış edəcək. Ansamblın bədii rəhbəri və konsertmeysteri Xalq artisti Munis Şərifovdur.

    Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq artisti Teyyub Aslanov və Əməkdar artist Nuriyyə Hüseynova iştirak edəcək. Konsertdə xalq və bəstəkar mahnıları, şərq musiqiləri səsləndiriləcək.

    Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

    Mənbə: https://azertag.az

  • III Respublika Xalq Teatrları Festivalının final mərhələsi keçiriləcək

    İyunun 23-25-də “Azərbaycan Xalq Yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”na müvafiq olaraq III Respublika Xalq Teatrları Festivalının final mərhələsi, bağlanış mərasimi və I Respublika Xalq Teatrları Konfransı keçiriləcək.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında 37 xalq teatrı kollektivi fəaliyyət göstərir. Əhalinin asudə vaxtının təmin olunması, istedadlı şəxslərin yetişdirilməsi, onların bədii yaradıcılıqlarını inkişaf etdirmələrində bu kollektivlərin əhəmiyyətli rolu vardır.

    Xatırladaq ki, bu ilin aprel ayı ərzində Bakı şəhəri və respublikanın bölgələrində festivalın seçim mərhələsi keçirilib. Həmin mərhələdə uğurla çıxış etmiş İsmayıllı, Qəbələ, Beyləqan, Zaqatala, Şabran, Masallı, Şərur, Füzuli, Yevlax, Mərdəkan, Qax, Bərdə, Cəlilabad xalq teatrları final mərhələsinə dəvət edilib. Final mərhələsi üçün nazirliyin müvafiq əmri ilə müəyyən edilmiş münsiflər heyəti tərəfindən mükafatçılar, o cümlədən müxtəlif həvəsləndirici nominasiyalar üzrə qaliblər seçiləcək.

    Festival çərçivəsində iyunun 25-də Muzey Mərkəzində Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzlə birgə I Respublika Xalq Teatrları Konfransı təşkil ediləcək. Festivalda nazirliyin əməkdaşları, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, regional mədəniyyət idarələrinin nümayəndələri, peşəkar teatrların rəhbərləri, xalq teatrları kollektivlərinin rejissor və bədii rəhbərləri, aktyorları, habelə bu sahə üzrə ixtisaslaşmış mütəxəssislər iştirak edəcəklər.

    Mənbə: https://azertag.az

  • Daşkənddəki iki mərkəz arasında memorandum imzalanıb

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyət və ədəbiyyatı günləri” çərçivəsində son layihə olaraq paytaxtdakı “Turon” Kitabxana-İnformasiya Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzalanıb.

    AZƏRTAC xəbər verir ki, memoranduma əsasən tərəflər mədəniyyət və ədəbiyyat sahəsində birgə layihələrin icrası, müxtəlif tədbirlərin keçirilməsi, Azərbaycan və Özbəkistanın mədəniyyətinin, ədəbiyyatının təbliği, elmi və mədəni irsinin öyrənilməsi, “Turon” Mərkəzində “Azərbaycan” və “Dostluq” guşələrinin, fondlarının yaradılması, qarşılıqlı olaraq konfranslarda, seminarlarda, elmi və ədəbi simpoziumlarda, müsabiqə və festivallarda iştirak, Azərbaycan dilinin öyrənilməsi imkanının yaradılması, kitabxanalar arasında təcrübə və kitab mübadiləsinin həyata keçirilməsi, ölkələrin mədəniyyəti və ədəbiyyatı haqqında mühazirələrin və təqdimatların təşkili nəzərdə tutulur.

    Tərəflər mədəniyyət və ədəbiyyat sahəsində mövcud məsələlər üzrə birgə nəşr layihələri, tanınmış ədəbiyyat nümayəndələri, şair və yazıçılarla görüşlər, təmsil etdikləri sahənin aktual məsələlərinə dair seminarlar, dəyirmi masalar, konfranslar, habelə kitab təqdimatları təşkil edəcəklər. AMM “Turon” Kitabxana-İnformasiya Mərkəzinin Azərbaycan kitabxanaları ilə əlaqələrinin yaradılması və genişləndirilməsinə dəstək veriləcək.

    Bundan başqa “Turon” Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün Mədəniyyət Mərkəzinin muzeylərinə mütəmadı olaraq ekskursiyalar təşkil olunacaq, onlar üçün xüsusi kurslar keçiriləcək.

    Memorandumu Daşkənddə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və “Turon” İnformasiya-Kitabxana Mərkəzinin direktoru Dildora Abduəzizova imzalayıb.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

    Mənbə: https://azertag.az

  • Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən iyunun 21-də saat 11:00-da mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşlarla görüşəcək.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli – Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin yuxarıda qeyd olunmuş rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlaya bilərlər.

    Mənbə: https://azertag.az

  • İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Cananı sevirəm” adlı qəzəllər kitabı özbək dilində çap olunub

    Özbəkistanda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə “Cananı sevirəm” adlı qəzəllər kitabı özbək dilində çap olunub.

    Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə çap olunan kitabı Azərbaycan dilindən tanınmış şair və tərcüməçi Tahir Qəhhar çevirib.

    Layihənin rəhbəri və ön sözün müəllifi AMM-in direktoru Samir Abbasov, elmi məsləhətçisi Sona Vəliyevadır.

    Ön sözdə bildirilir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib və bu münasibətlə dünyanın müxtəlif ölkələrində İmadəddin Nəsiminin kitabları çap olunur, böyük şairin həyatı və yaradıcılığı ilə bağlı müxtəlif tədbirlər keçirilir.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Nəsiminin qəzəllər toplusu Moskvada işıq üzü görüb

    Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə rus dilində ərsəyə gətirilmiş “И стал Путем Истины я сам” kitabı (Azərbaycan Dövlət Tərcümə Mərkəzi) Moskvada nəşr olunub.

    Tərcümə Mərkəzindən bildirilib ki, kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поезия вечной истины” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib.

    Məqalədən sitat: “Böyük Azərbaycan şairi, filosof-mistik, bütün dövrlərin ən məşhur yeddi sufisindən biri. Hələ sağlığında Nəsiminin qəzəl və rübailəri bir çox dillərə tərcümə olunaraq Orta Asiya ərazisində, Türkiyədə və İranda geniş yayılmışdı. Yaradıcılığının ilkin mərhələsində sufizmə meyil edən şair sonradan ustadı – asket və mistik Fəzlullah Nəimi tərəfindən əsası qoyulmuş hürufizmə qoşulur.

    Nəsiminin Azərbaycan, o cümlədən türkdilli xalqların ədəbiyyatındakı yeri onun divan poeziyasının formalaşmasında oynadığı rolla müəyyən olunur. Eyni zamanda, onu Azərbaycan fəlsəfi şeirinin banisi də hesab etmək olar. Nəsimi, sözün həqiqi mənasında, mütəfəkkir şairdir, bütün yaradıcılığında dünyanın yaranışı, insan-Tanrı münasibətləri, insanın Tanrının bir zərrəsi, təcəllası olması, onun həyatda, cəmiyyətdə mövqeyi, bu dünyaya təsadüfi deyil, xüsusi missiya ilə gəlməsi vurğulanır”.

    Moskva Yazıçılar Birliyinin “У Никитских ворот” nəşriyyatında çap olunan kitabın tərtibçisi və “Ön söz” müəllifi Püstə Axundovadır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • “SUMQAYITDA ƏDƏBİ HƏYAT” kitabının təqdimat mərasimi keçiriləcək

    22 iyun 2019-cu il tarixində saat 12:00-da Əli Kərim adına Sumqayıt Poeziya Evində görkəmli tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusiflinin yeni nəşr olunmuş “SUMQAYITDA ƏDƏBİ HƏYAT” kitabının təqdimat mərasimi keçiriləcək.

    Bütün ədəbiyyatsevərlər dəvətlidir.

    Qeyd edək ki, kitabın redaktoru Pr. İsa Həbibbəyli, rəyçisi Pr. Qəzənfər Paşayev, ön söz müəllifi Sumqayıt “Poeziya Evi”nin rəhbəri, şair-tərcüməçi İbrahim İlyaslıdır.

    Kitabda Vaqif Yusiflinin illərdir qələmə aldığı tənqidi məqalələri yer alıb.

    “Sumqayıtda ədəbi həyat” kitabı şəhərin 70 İllik yubileyinə həsr olunub. Bakı “CBS-PP” nəşriyyatında Millət vəkili Qənirə Paşayevanın maliyyə dəstəyi ilə çap edilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Azərbaycanın ilk Dövlət Mükafatı laureatı Əliağa VAHİD.Həyatı və Yaradıcılığı

    Həyatı

    100 illiyində buraxılmış Azərbaycan poçt markası
    Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olmuşdur. Mollaxanada oxumağa başlamış, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoymuş, xarratlıq etmişdir. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak etmiş, Azər (İmaməliyev), Müniri və b. şairlərin təsiri ilə lirik şerlər yazmışdır. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunmuşdur.

    Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazmış, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmişdir. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

    Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə etmişdir. 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat etmişdir.

    Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulmuş, daha sonra təmir zamanı İçəri Şəhərə köçürülmüşdür.

    Əliağa Vahidin İçəri Şəhərdəki heykəli
    Repressiya
    Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Onun da adı orda olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü sərxoş olan adamdır. Ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta, bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırtdırıb, ona 1951-ci ildə 2 otaqlı mənzil verib.[4]

    Filmoqrafiya
    Yeni horizont (film, 1940)
    Qəzəlxan (film, 1991)

  • Əməkdar incəsənət xadim Əli TUDƏ.Həyatı və Yaradıcılığı

    Cavadzadə Əli Qulu oğlu (Əli Tudə) — Azərbaycan şairi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, SSRİ Yazıçılar Birliyinin üzvü, Əmək veteranı (1986), Əməkdar incəsənət xadimi (1987).

    Həyatı

    Əslən Ərdəbilin Çanaxbulaq kəndindən olan atası Qulu və anası Şahbəyim Şimali Azərbaycana köçmüş və Əli 1924-cü il yanvarın 31-də Bakıda anadan olmuşdur. Atası Qulu neft mədənində fəhləlik etmiş, sonra isə buruq ustası vəzifəsinədək yüksəlmişdir. Əli 1 yaşında olarkən atası, 5 yaşında isə anası dünyasını dəyişmişdir. O, nənəsi Qəribin himayəsində böyümüşdür. 150 saylı orta məktəbdə oxumuşdur. Bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. Artıq 13 yaşında ikən Əlinin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səslənib. 1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdiyi almanaxda da şeirləri çap olunub.

    1938-ci il repressiya dövründə 7-ci sinifdə oxuyarkən o, Cənubi Azərbaycan mənşəli olduğundan nənəsi ilə birlikdə İrana sürgün edilir. Təhsili yarımçıq qalır. İranda təsərrüfat işləri və fəhləliklə məşğul olaraq ağır həyat tərzi keçirir. Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsini söndürmür.

    Əli Tudə 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə aparır. Milli ruhlu şerləri ilə xalqı istiqlala çağırır. 1944-cü ildə “Vətən yolunda” qəzetində Əli Tudə imzası ilə şeirləri çap olunur. 1944-1946-cı illərdə Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxlarında şeirləri müntəzəm işıq üzü görür. O, “Hizbitudeyi İran” partiyasının üzvü olur (1944). Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına qoşulur. İran xalq partiyası Ərdəbil vilayət komitəsində təbliğatçı (1944-1945), Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyində tədris şöbəsinin müdiri (1945-1946) işləyir. “Ana dili” kitabının tərtibi və çap olunmasında xüsusi rol oynayır. Sonra isə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli filarmoniya yaradır, onun ilk və son müdiri olur. Mahal-mahal, kəndbəkənd gəzərək istedadları bu böyük mədəniyyət ocağına cəlb edir.

    Əli Tudə Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradıcılarından biridir. İctimai-siyasi fəaliyyəti ilə bərabər şair öz qələminin qüdrətindən inqilabın nailiyyətlərinin qorunub saxlanılması üçün ustalıqla istifadə edir. Yaradıcılığını, yüksək əqidəsini, mütərəqqi fikirlərini mübarizə yollarında məşələ çevirən Əliyə Təbrizin şairlər məclisində müdriklər tərəfindən Tudə, yəni Xalq təxəllüsü verilir. Milli hökumət onu ali mükafat “21 Azər” medalıyla təltif edir. O vaxt şairin cəmi 22 yaşı var idi və ilk şerlər kitabı da çap ərəfəsində idi. Lakin tale burda da öz qəddar hökmünü verdi. Bu xoş günlər, azadlıq və səadət uzun çəkmədi. Min bir əzabla, qanlar bahasına qurulmuş Milli hökuməti İran dövləti beşikdəcə boğdu. Şairin üsyankar ruhlu şeirlər kitabı mətbəədəcə yandırıldı. Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilməsi barədə şahın fərmanı verildi. Şair mübarizəni davam etdirmək və qayıtmaq məqsədilə öz məsləkdaşları ilə bir daha Vətəndən Vətənə mühacirət etmək məcburiyyətində qaldı. 1946-cı il dekabrın 12-də sərhəddə yazdığı “Mən nə gətirdim” şeri Cənubi Azərbaycan mühacir ədəbiyyatının ilk nümunəsi oldu. O taydan gələn qardaş-bacılarımızın manifestinə, həyat məramına dönən bu şer tez bir zamanda dillər əzbərinə çevrildi.

    Milli demokratik hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya mühacirət zamanı “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləyir. Ona ali təhsil almaq imkanı yaranır. BDU-nun filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirir (1947-1952). Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali partiya məktəbində müdavim, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi-şöbə müdiri olur (1952-1962). Sonra bütün həyatını bədii yaradıcılığa həsr edir. Ümumittifaq tədbirlərində, Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. iştirak etmişdir. “21 Azər” (1946), “Əməkdə fərqlənməyə görə” (1959) medalları ilə mükafatlandırılmışdır. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur (1984). Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü seçilmişdir (1960-cı ildən). 50 poemanın, 40-a yaxın kitabın müəllifidir. Əsərləri özbək, qırğız, hind, ukrayna, rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Əli Tudə ömrü boyu siyasi mühacir olaraq qaldı. Sovet pasportu daşımadı. Bir çox yüksək titul və mükafatlardan məhrum oldu.

    1996-cı il fevralın 26-da Bakıda vəfat etmişdir. Fəxri Xiyabanda dəfn olunmuşdur.

    Əsərləri

    Cənub nəğmələri. Bakı: Azərnəşr, 1950, 99 səh.
    Bakının işıqları. Bakı: Uşaqgəncnəşr, 1950, 40 səh.
    Vətən sevgisi. Bakı: Azərnəşr, 1951, 64 səh.
    Məhbusların son sözü (poema). Bakı: Uşaqgəncnəşr, 1952, 28 səh.
    Arazın o tayında (poema). Bakı: Azərnəşr, 1954, 48 səh.
    Şerlər. Bakı: Azərnəşr, 1955, 76 səh.
    Şairin düşüncələri. Bakı: Azərnəşr, 1956, 131 səh.
    Qartal. Bakı: Azərnəşr, 1959, 170 səh.
    Qəzəb. Bakı: Azərnəşr, 1960, 98 səh.
    Əli Tudə (şairin kitabxanası). Bakı: Azərnəşr, 1962, 227 səh.
    Buludlar. Bakı: Azərnəşr, 1964, 132 səh.
    Yanıqlı tütək. Bakı: Azərnəşr, 1966, 187 səh.
    Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1968, 321 səh.
    Кеманча и знамя. Москва: Советский писатель, 1969, 78 стр.
    Şerlər. Bakı: Gənclik, 1970, 68 səh.
    Город в горах. Москва: Советский писатель, 1972, 71 стр.
    Sevinc. Bakı: Gənclik, 1973, 112 səh.
    Şəlalə. Bakı: Azərnəşr, 1974, 183 səh.
    Ömrün illəri. Bakı: Gənclik, 1976, 164 səh.
    Həyat sınağı. Bakı: Yazıçı, 1978, 232 səh.
    İran Xalq Partiyası. Təbriz: 1358.
    Vətən torpağı (ərəb əlifbası ilə). Bakı: 50 səh.
    Nəğməli gecələr. Bakı: Yazıçı, 1981, 210 səh.
    Если скажет жизнь сама. Москва: Советский писатель, 1982, 78 стр.
    Günəşli baharın yarpaqları. Bakı: Yazıçı, 1983, 87 səh.
    Tellərdə çırpınan həsrətlər (povest və hekayələr). Bakı: Gənclik, 1983, 145 səh.
    Araz üstə palıd. Bakı: Yazıçı, 1984, 303 səh.
    Öz gözlərimlə (nəsr). Bakı: Azərnəşr, 1986, 161 səh.
    Gecikmiş vüsal (şerlər və poemalar). Bakı: Yazıçı, 1988, 255 səh.
    Mənə elə baxma (nəsr). Bakı: Gənclik, 1990, 276 səh.
    Təbriz yolu. Bakı: Azərbaycan nəşriyyatı , 1996, 240 səh.
    Söz ömrü. Bakı: Azərbaycan nəşriyyatı, 1997, 328 səh.
    Mühacir qeyrəti. Bakı: Azərbaycan nəşriyyatı, 1998, 386 səh.
    Mənim səsim. Bakı: Azərbaycan nəşriyyatı, 2002, 472 səh.
    Yarımçıq dastan. Bakı: Azərbaycan nəşriyyatı, 2004, 576 səh.

    Mənbə

    Nəbioğlu Sabir. Kökdən düşməyən rübab:Bu karvanın yolu güneyədir. Bakı: Nurlan, 2007, 440 s.

    Xarici keçidlər

    Sabir Nəbioğlu. Kökdən düşməyən rübab.

  • Xalq şairi Söhrab TAHİR.”Apar, bu məktubu anama çatdır”

    Ağdərə cəbhəsində bir əsgər şairə məktub
    vermişdir ki, anasına çatdırsın.

    Sənə yalan deyə bilmədiyimdən,
    Səndən gizli gəldim cəbhəyə. Ana.
    Bağışla bir yol da günahımı sən,
    Öpüb baş əydiyin böyük QURANA.

    Bilirdim, ağlayıb yalvaracaqdın
    “Mənə rəhmin gəlsin, gözlə özünü!”
    Mənimlə cəbhədə olur nə vaxdır
    Ana tapşırığın, ata dözümün.

    Bəlkə də Allaha çatıbdır duan,
    Məni güllə tutmur heç bir hücumda.
    Sənin göz yaşını görürəm, ana
    Bir də ağ saçını vətən borcumda.

    Yüz gəldik, sayımız azalıb yüzdən,
    Ancaq qoruyuruq ana torpağı.
    Sənə baş əyirik biz üçümüz də
    Bir tankın içində hücum qabağı.

    Bayrağım üstündə ay-ulduzum sən
    Bayrağım, vətənim, hər sözüm –ana.
    Qayıdıb zəfərlə öpər əlindən
    Ya qanlı köynəyim, ya özüm, ana.

    Düşmənin amanı kəsilib bütün,
    Bu gecə üç kəndi almalıyıq biz.
    Əgər qismət olsa sabah, biri gün
    Şəhid zirvəsində olmalıyıq biz.

    Şair məktubu anaya çatdıranda artıq ana oğlunun ölüm xəbərini almışdır. Şəhid əsgərimiz məktubu şairə verən gün şəhid zirvəsinə ucalmışdır.

  • Xalq şairi Balaş AZƏROĞLU.”Buludlar”

    Yenə ağ çalmalı Kəpəzin üstdə
    Çətirtək durmusuz, qara buludlar.
    Deyin, külək qovmuş, günəş dağıtmış,
    Sizi kim gətirmiş bura, buludlar?

    Niyə qaraldınız bu bahar çağı?
    Siz də mi gördünüz ayrılıq dağı?
    Görünsə günəşin qızıl saçağı,
    Hara gedəcəksiz, hara, buludlar?

    Cənub ellərinə siz gedən zaman,
    Bir sözüm çıxmasın qoy yadınızdan.
    Məni xəbər alsa gülüzlü canan,
    Salam deyərsiniz yara, buludlar.

    Deyin, qəm çəkməsin siz ona, dözsün,
    Dərdə, işgəncəyə, zindana dözsün.
    Axı söz veribdir, hicrana dözsün,
    Tapaq bu dərdlərə çara, buludlar.

    Gözünüzdən axan qəlb sevincidir,
    Bəlkə, həsrət yaşı, bəlkə, incidir?
    Yəqin, bu ayrılıq sizi incidir,
    Edir könlünüzü para, buludlar?

    Yetər, ağlamayın bu gölün üstə,
    Bu dağın, çəmənin, bu çölün üstə.
    Günəş bayraq açıb bu elin üstə,
    Bu torpaq bürünmüş nura, buludlar.

    Gedin, o sahillər gözləyir sizi,
    Yuyun göz yaşıyla, yuyun Təbrizi.
    Nə düşmən ləpiri, nə də qan izi
    Düşməsin bir daha ora, buludlar.

  • Əməkdar incəsənət xadimi Mədinə GÜLGÜN.”Xəzər, mən”

    Dayanmışıq üz-üzə Xəzər, mən,
    Heyranıq şeirə, sözə Xəzər, mən.
    Sevirik körpələri Xəzər, mən,
    Sevirik ləpələri Xəzər, mən.
    Göydə günü sevirik Xəzər, mən.
    Gah susur, gah dinirik Xəzər, mən.
    Sevirik dostu, yarı Xəzər, mən.
    Sevirik insanları Xəzər, mən.
    Ötərik dalğa-dalğa Xəzər, mən.
    Heyranlıq bu dostluğa, Xəzər mən.
    1973

  • Xalq şairi Nigar RƏFİBƏYLİ.”Sənsiz”

    Bir son bahar da düşdü
    ömrümün təqvimindən,
    Nə sənə məhəbbətim,
    nə həsrətim azaldı.
    Özüm də heç bilmirəm
    niyə bir ömür boyu
    Gözüm uzaq yollarda –
    sənin yolunda qaldı.
    Bir qocaman dağ olsan
    səni vurub yıxardım.
    Ürəyimdən ən incə
    teli necə qopardım?
    Dünyada gözəl də çox,
    gözəl ürəklər də çox.
    Şirin-şirin arzular,
    incə diləklər də çox.
    Bir sən oldun könlümün
    yaxın dostu, həmdəmi.
    Sən olmazsan tutmazdı
    bəlkə əlim qələmi.
    Sən olmazsan baharın
    yazın ətri olmazdı.
    Sən olmazsan bir dünya
    sevinc belə çox azdı.
    Baharın çiçəkləri
    açıb solmasın sənsiz.
    Ömrüm sənsiz olmasın,
    şerim olmasın sənsiz.

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”İzn ver toy gecəsi məndə sənə dayə gəlim”

    İzn ver toy gecəsi məndə sənə dayə gəlim
    Əl qatanda sənə məşşatə təmaşayə gəlim

    Sən bu məhtab gecəsi seyrə çıxan bir sərv ol
    İzn ver, məndə dalınca sürünüb sayə gəlim

    Mənədə baxdın o şəhla gözlə, mən qaragün
    Cürətim olmadı bir kəlmə təmənnayə gəlim

    Mən cəhənəmdədə baş yastığa qoysam sənlə
    Heç ayılmam ki durub cənnəti-məvayə gəlim

    Nənə qarnında sənlə əkiz olsaydım mən
    İstımızdim doğulub birdə bu dünyayə gəlim

    Sən yatıb cənnəti röyadə görəndə gecələr
    Məndə cənnətdə quş ollam, ki o röyayə gəlim

    Qıtlıq illər yağşı tək, quruyub göz yaşımız
    Kuye-eşqində gərək birdə müsəllayə gəlim

    Səndə səhrayə marallar kimi bir çıx,nə olur ki
    Mən də bir seydə çıxanlar kimi, səhrayə gəlim

    Allahından sən əgər qorxmayıb, olsan tərsa
    Qorxaram məndə dönüb dini məsihayə gəlim

    Şeyx sən`an kimi donquz otarıb illərcə
    Səni bir görmək üçün məbəde tərsayə gəlim

    Yox sənəm! Anlamadım, anlamadım, haşa mən
    Buraxım məscidimi, sənlə kelisayə gəlim!

    Gəl çıxaq ture-təcəllayə, sən ol celveye-tur
    Mən də musa kimi, o turə təcəllayə gəlim

    Şirdir şəhriyar-ın şeri, əlində şəmşir
    Kim deyir mən belə sir ilə dəvayə gəlim

  • Xalq şairi Süleyman RÜSTƏM.”Mənim deyil, sənindir!”

    Eşqinlə gecə-gündüz vuran bu şair ürək İnan,
    sevgilim, inan, mənim deyil, sənindir!
    Sözə varmı ehtiyac, məndən gözəl bilirsən,
    Məni yaşadan bu can mənim deyil, sənindir!

    Bağımda bağban kimi çalışıb tər tökmüşəm,
    Gözlərimi səninçün bu yollara dikmişəm.
    Gəl, gör sənin adına, neçə güllər əkmişəm,
    Bu misilsiz gülüstan mənim deyil, sənindir!

    Sənə vurğundur könül, sənə bağlıdır könül,
    Sənin səadətinlə bahar çağlıdır könül.
    Sevgilim, bu sözündə, məncə haqlıdır könül
    Səni sevən Süleyman mənim deyil, sənindir!

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Dünyanın”

    Baş çıxarmaq həm çətindir, həm asan
    İblisindən, mələyindən dünyanın.
    Adəm satdı bir buğdaya cənnəti,
    Tora düşdü kələyindən dünyanın.

    Nə gözəldir, ürək geniş, söz açıq,
    Yaşamadım bir sevdamı yarımçıq.
    Əzab adlı dəyirmandan narın çıx,
    Keçəcəksən ələyindən dünyanın.

    Arzum üçün mələyən bir cüyürdüm,
    O təpədən bu təpəyə yüyürdüm.
    Niyə qorxum kəfənindən?
    Nə gördüm
    Beşiyindən, bələyindən dünyanın?

    Ey Bəxtiyar, zaman ömrü əridər,
    Ölümümüz axan vaxta borc ödər.
    Arxasınca palaz kimi sürüdər
    Bərk yapışsan ətəyindən dünyanın.

  • Xalq şairi Zəlimxan YAQUB.”Dünya”

    Vaxtında uzadıb kömək əlini,
    Vermədin mənimlə əl-ələ, dünya!
    Nəyimə gərəkdi vaxtı keçəndə,
    Göydən qızıl yağdır, ləl ələ, dünya!

    Acı yel üstümdən əsdikcə əsdi,
    Yağan qar yolumu bağladı, kəsdi.
    Gəl, məni bu qədər yandırma, bəsdi,
    Mən ki nə Kərəməm, nə Lələ, dünya!

    Yolsuz yoxuşlarda yordum dizləri,
    Ahımla qurutdum göy dənizləri.
    Qaldı kürəyimdə kəndir izləri,
    Dərdi dərd üstündən şələlə, dünya!

    Aşılmaz dağları mən necə aşım,
    Zəlimxan, fikirdən çatılıb qaşım.
    O sənin daşındı, bu mənim başım,
    Nə qədər istəsən, gəl, ələ, dünya!

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Yaşayır”

    Poyluda mən doğulmuşam,
    Poyluda Nazim yaşayır.
    Könüldə sevgi-məhəbbət,
    sazda sarı sim yaşayır.

    Ağstafa, Poylu, salam!
    Alməhəmməd oğlu, salam!
    Ata payım, oğul balam,
    mənim əvəzim yaşayır.

    Atamın çırağı yanır,
    anamın ocağı yanır.
    Səni anır, məni anır –
    eşqim, həvəsim yaşayır.

    Poyluda bir ünvan qalıb,
    O, məndən nigaran qalıb.
    Gedən gedib, qalan qalıb,
    tanış-bilişim yaşayır.

    Əyilməsin uca başın,
    sevinsin torpağın, daşın.
    A qızım, sənin qardaşın,
    mənim ləlşim yaşayır.

  • Xalq şairi Səməd VURĞUN.”Anam gəlini”

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

    Öpsün ayağını çöldə çiçəklər,
    Quşların avazı bir toya dönsün.
    Tökülsün sinənə qara birçəklər,
    Gözəllik dünyada açıq görünsün
    Quşların avazı bir toya dönsün.

    Sən ilk pərisisən şеrin, sənətin,
    Adın tarixlərdə bir yadigardır.
    Günəşdən rəng alan bir məhəbbətin
    O açıq alnında işığı vardır,
    Adın tarixlərdə bir yadigardır.

    Hüsnünü örtməsin nə pərdə, nə rəng,
    Ay kibi saf dolan, gün kibi açıq,
    Kеçmişin üstünə qələm çəkərək,
    Vuruş mеydanında vuruşmağa çıx,
    Ay kibi saf dolan, gün kibi açıq.

    Könlümdə sirri var, tərlan sonamın
    Bütün gözəlliyin gözüdür insan,
    Zülmətdə şam kibi sönmüş anamın
    Ölüm qisasını alaq dünyadan
    Bütün gözəlliyin gözüdür insan.

    Bеşikdən başlamış ölümə qədər,
    Tarixlər yazılır sənin əlinlə.
    Səndədir yaraşıq səndədir hünər,
    Şеirim qanad çalır hər əməlinlə
    Tarixlər yazılır sənin əlinlə.

    Başına döndüyüm, anam gəlini!
    Sən ilk qönçəsisən bizim gülşənin.
    Hər səhər günəşə uzat əlini,
    İşıqda, qüvvətdə adın var sənin…
    Sən ilk qönçəsisən bizim gülşənin.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Bacım bayquş, gözlərini ver mənə”

    Bacım bayquş, gözlərini ver mənə
    Gecə düşüb, qaranlıqdır görmürəm,
    Gündüzlər də bu dünyanı seyr edib,
    Abadlıqdır, viranlıqdır, görmürəm.

    Bacım bayquş, ovun bir baxışladı,
    Allah səni gecəyə naxışladı,
    Mənə də bir ömür-gün bağışladı,
    Əbədidir, bir anlıqdır, görmürəm.

    Bacım bayquş, zülmətdə çıxdım yola,
    Neçə kərə yıxılmışdım az qala,
    Qurban olum, ulayanda bərk ula,
    Səsə gedim, dumanlıqdır, görmürəm.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Ay mama oğlu”

    Yenə unutmadım səni,
    Yada saldım ay mama oğlu.
    Abad olmuş evinizdə,
    Qonaq oldum ay mama oğlu.

    Bu kəndin ayaz-boranı,
    Bürüyüb dağı-aranı,
    Qapınızda mal-qaranı,
    Dama saldım ay mama oğlu.

    Çıxıbdı bu kəndin adı,
    Damağımda qalıb dadı,
    Çörək-su verən olmadı,
    Özüm aldım ay mama oğlu.

    Evinizdə qonağıq biz,
    Axşama tək gözlədik düz,
    Gördüm soyumuş südünüz,
    Qatıq çaldım ay mama oğlu.

    Qışın bu ayaz günündə,
    Kəsmədiniz iki kündə,
    Muğanlıda bircə gündə,
    Lap qocaldım ay mama oğlu.