Blog

  • Respublika Günü Sumqayıtda silsilə tədbirlərlə qeyd olunub

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə 28 May-Respublika Günü münasibətilə silsilə tədbirlər keçirilib.
    İdarədən AZƏRTAC –a bildirilib ki, Sumqayıt şəhər S. Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə 3 nömrəli orta məktəbdə təşkil edilən “Azadlığa gedən yol” adlı tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və onun tarixi əhəmiyyətindən, keçdiyi çətin və şərəfli yoldan, bu yolda olan uğur və nöqsanlardan söhbət açılıb. Sonda Mərkəzi kitabxananın baş biblioqrafı Nazxanım Cəfərova tədbir iştirakçılarına “İstiqlalımızın bayramı” adlı sərgi haqqında məlumat verib.
    S. Vurğun adına Mərkəzi kitabxananın Uşaq şöbəsinin 5 nömrəli orta məktəbdə keçirdiyi tədbirdə 28 May – Respublika Günü ilə əlaqədar məlumat verilib. Sonra şagirdlər Vətənə həsr edilmiş müxtəlif şeirlər və dahilərin azadlıq, istiqlal haqqında müdrik fikirlərini, kəlamlarını söyləyib, mahnı oxuyub, rəqs ediblər.
    Tədbirdə kitab və dövri mətbuat materiallarından ibarət sərgi nümayiş etdirilib.

    Mənbə: http://www.azertag.az

  • “Hece Taşları” aylık şiir dergisinin 52. sayısı yayında

    Lamba Yandı Ben Camında Üşüdüm

    Ben bir şiir avcısıyım ağalar, ilk ava babamla birlikte çıktık, seyranî gösterdi hiciv
    kuşunu, derdiçok’u çok okudum dertlendim, hayati vasfi’yi ahmet çıtak’ı, yola çıktığımda öyle tanıdım, abim salavan’da ben engizek’te, gönlümüzün evsininde yatarak, onun ürküttüğü kuşu ben vurdum, benim ürküttüğüm kuşu o tuttu, herkes gitti bir ben kaldım cela’da, başı kurtarmadık her gün belada.

    Nerden çıktı ise bir serdengeçti, talip oldu avladığım kuşlara, her zaman mavzerim omzumda gezdim, ha hasan’a sıktım ha sana sıktım, kibrit kutusuna bir mektup koyup, mihriban’a saldım emmimoğluyla, onun da içine bir çıngı düşer, birlikte yanarız diye bekledim, bu arada askerlik de yaklaştı, orda da omzumda bir kırıkkale, garajda nöbette ülker avladım, yüzbaşıma dökemedim derdimi.

    Aşkı kâğıtlara yazdım olmadı, kendime darıldım kızdım olmadı, lamba yandı ben camında üşüdüm, dünürcü gidenler gönlü boş döndü, sanki salavan’da bir çığ yürüdü, ben altında kaldım geceler boyu, ölümle kol kola gezdim dağlarda, sonra toparladım şükür kendimi, kalbime sözümü dinletemedim, engizek adında bir gazetede, şiir yazdım ona mektup yerine, çare yok kavlimiz mahşere kaldı.

    Bin dokuz yüz seksen dörtte cela’dan, ankara’ya uçtu nasip kuşumuz, düşlerimde salavan’da dolaştım, bir gün boş dönmedim şiir avından, koşmadım peşinde şöhretin şanın, anadolu yüreğime dar geldi, bir uçtan bir uca türk illerini, ruhumla dolaştım dertle demlendim, dört mevsim ötede üşüdü bahar, eğilmeden bükülmeden

    yaşadım, asumana bıraktığım sedalar, seksen yıllık bir hayatın dökümü. İki bin on iki haziran yedi, görklü melek geldi gidelim dedi, mehmet görmez üç tekbirle namaza, durunca ruhumda çiçekler açtı, meğerse ne kadar sevenim varmış, uzaktan yakından gönlü olanlar, kocatepe avlusuna sığmadı, peşimde bir düğün alayı vardı, kimseye küsmedim şahit atmaca, kuş gibi uçarak göçtüm dünyadan, muhsin’i kendime komşu seçmiştim, arvasi yanına koydular beni.

    Tayyib ATMACA

  • Gənc xanım yazar İlahə İmanovanın şeiri Təbriz şəhərində yayınlanan “Ədəbi Körpü” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın doğum günü-yubileyi münasibətilə “Qısqanıram” adlı şeiri İran İslam Respublikasının Təbriz şəhərində fəaliyyət göstərən “Ədəbi Körpü” aylıq ədəbi dərgisinin 8-ci sayında Azərbaycan və fars dillərində dərc olunub. Şeiri Azərbaycan türkcəsindən fars dilində “Ədəbi Körpü” dərgisinin təsisçisi və baş redaktoru, tanınmış şair-publisist Səxavət İzzəti (ƏNDƏLİB) uyğunlaşdırıb.

    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.

    Qeyd edək ki, bundan öncə istedadlı gənc xanım yazar İlahə İmanovanın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kaharamanmaraş şəhəri) dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçirilib

    https://c.radikal.ru/c20/1905/7d/d0c202a702a6.jpg

    https://b.radikal.ru/b00/1905/e6/1092c341ab7f.jpg

    https://a.radikal.ru/a22/1905/ef/249454712b19.jpg

    https://a.radikal.ru/a43/1905/30/f2476cadbf83.jpg

    https://b.radikal.ru/b02/1905/6a/89e345ee1be2.jpg

    27 may 2019-cu il tarixində saat 14:00-da Azərbayvan Yazıçılar Birliyinin (AYB) “Natavan” Klubunda filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin və BDU nəzdində “Gənc istedadlar” liseyinin müəllimi Afət Abuşovanın- Viləşsoyun “Mənim adım Vətəndir” adlı hekayə və şeirlər kitabının təqdimat mərasimi keçirilmişdir.Tədbiri giriş sözü ilə şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar birliyinin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açıq elan etdikdən sonra tədbirin qonaqları, yazıçı, şair,tənqidçilər –Əkbər Qoşalı, Qulu Ağsəs, Fərqanə Mehdiyeva, Balayar Sadiq, Nəvai Mətin, Nazilə Gültac, Dayandur Sevgin, yazarın ilk müəllimləri, pedaqoq yoldaşları, tələbə və şagirdləri çıxış edərək səbəbkara yaradıcılıq uğurları diləmişlər.
    Qeyd edək ki, kitabın redaktoru və ön söz məllifi dahi yazarımız İsa Muğannanın qızı,Filologiya üzrə fəlsəfə doktoru,Bakı Dövlət Universitetinin müəllimi Sevinc İsa qızı Muğannadır.
    Kitabın texniki redaktoru: Elnarə Abbasovadır
    Abuşova Afət Yusubəli qızı 27 aprel 1985-ci ildə Masallıda dünyaya gəlmişdir.
    2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011-ci ildə gənc yazar olaraq Prezident təqaüdçüsü olmuşdur.7 bədii kitab müəllifi,Bakı Dövlət Universiteti (2003-2007-bakalavr),Bakı Slavyan Universiteti (2007-2009-magistr), Bakı Dövlət Universiteti (2011-2015-dissertant) məzunudur. Filologiya üzrə fəlsəfə doktorudur. Ondan çox elmi əsər-məqalə və tezisləri vardır. 2007-ci ildə AMEA-nın Folklor institutunda böyük laborant kimi əmək fəaliyyətinə başlamışdır.Hazırda Bakı Dövlət Universitetində nitq mədəniyyəti və “Gənc istedadlar” liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq fəaliyyətini davam etdirməkdədir.Ailəlidir, iki övladı var.

  • Nüsrət KƏSƏMƏNLİ.”Dostum”

    Gəl, məni dost kimi dindir, danışdır.
    Dost bilsin qıraqdan camaat bizi.
    Mən deyim: dostumdur, sən de: tanışdır,
    Hamıdan gizlədək sevdiyimizi.

    Danışaq, gülüşək, gəzək yan-yana
    Onda adımıza söz də deyilməz.
    Gizli görüşümüz çıxsa meydana,
    Deyək ki, dost dostla görüşə bilməz?

    Yalandan bir oğlan şəkili gətir,
    Heç kim bilməsin ki, sevgiliyik biz.
    İstəsən arada qoluma da gir,
    Burda pis nə var ki, dost deyilik biz?

    Zəng elə danışaq dərsdən-filandan,
    Anana denən ki, bir yoldaşımdı.
    Qoy hamı «dost» bilsin bizi hər zaman,
    Denən ki, heç mənim sevən yaşımdı…

    Bu yolla gizlədək gəl sevgimizi,
    Camaat «dost» bilsin, anansa yoldaş…
    «Dost»luğa bükərək həsrətimizi,
    Bir azcıq sevinək gəl yavaş-yavaş.

    «Dost»luqla böyüsün məhəbbətimiz,
    Qoy daha olmasın həsrət, göz yaşı…
    Gəl, əvvəl həyatda yoldaş olaq biz,
    Sonrasa olarıq həyat yoldaşı…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Nigar Elmar qızı MƏMMƏDOVA.”ATAM ELMAR MÜƏLLİM DƏMİROVUN ƏZİZ XATİRƏSİNƏ” (İkinci elegiya)

    https://d.radikal.ru/d38/1905/78/73aef5057ea9.jpg

    https://b.radikal.ru/b13/1905/b2/f598007ed0dc.jpg

    “Hər gediş bir ayrılıq deyil…
    Çünki bəzən nə qədər uzağa gedirsən get,
    ürəyin həmişə qoyduğun yerdədir…”
    V.Butler

    Hər bir insanın dünyaya gəlməsində, inkişaf edərək həyatda bir şəxsiyyət olaraq formalaşmasında ailənin, əsasən də ata-ananın rolu əvəzolunmazdır. Məhz buna görə də ailəyə olan sevgi və hörmət pak, ülvidir.

    Bizə – övladlarına hər zaman doğru yol göstərən, övladlarının yolunda ömrünü şam kimi əridən Ata… Deyirlər, atanın övladlarına ən gözəl hədiyyəsi onu elmli, bilikli, yüksək əxlaqa sahib olacaq səviyyədə tərbiyə etməsi, övladı böyütməsi, bu həyat yolunda, çətin anlarında ona arxa-dayaq olması, xoş günlərində isə xeyir-duasıdır.

    Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd Mustafa (səllallahu əleyhi və alihi və səlləm) buyurub: “Ata sevgisini qoru. O sevgini kəsib atsan, Allah da sənin xoşbəxtlik işığını sönürər”.

    Ata mərdlik simvoludur. Övlad üçün müqəddəs varlıqdır. Həyata gəldiyim andan ilk vüqarım, qəlbimdə sönməz atəşim mənim. Mən həyatda var olduqca döyünən ürəyimsən, uca dağlarımın zirvəsi, qəlbimin günəşisən, Ata…

    Neçə müddətdir gülüşündən, səsindən, qayğılı baxışından, narahat ürəyindən uzağam, canım atam. İndi həyatda bir atasız, xəyallarımda atalı dünyam var. Sən bizimlə olmasan da, canım atam, sən məndə, ürəyimdə, ruhumda yaşayırsan. Sənə olan sevgini izah etməyə sözüm yetməz. Ata, sən başımızın tacı, gözümüzün nuru, fəxrimiz, dayağımızsan! Sınin kimi bir ataya sahib olduğum üçün çox xoşbəxtəm.

    Ailəsi, iki övladı, 3 nəvəsi və onu sevənlərin hər birinin ürəyində əbədi məskən salmış Elman Dəmirovun xatirəsi heç zaman unudulmayacaq. Şərəfli həyat yolu, qayğıkeşliyi, səmimi sevgisi, ailəcanlığı və uzaqgörənliyi ilə nümunə olan mehriban atam, yerin behişt olsun!

    Qeyd.
    Atam Elmar Dəmirov tanınmış pedaqoq olmaqla bərəabər, şair və publisist kimi də müxtəlif səpgili yazıları ilə mətbuat səhifələrində çıxış edirdi. Aşağıdakı şeiri də mən hələ lap körpə ikən mənə həsr etmişdi. Bu şeiri ən əziz bir xatirə və ən qiymətli bir hədiyyə kimi qoruyub saxlayıram.

    Gecə yarı, hamı yatır,
    Aləm zülmət, ay da batır.
    Atan burda, anan burda,
    Sənə candan yanan burda.
    Canım balam, körpə quzum,
    Mənim parlaq dan ulduzum.
    Göz yaşını axıtma gəl,
    Lay-lay deyim, biraz dincəl.
    Ay dəcəlim, ay şeytanım,
    Ürəyimsən, necə danım?!
    Şıltaqların şıltağısan,
    Sənə baxan gözlərimin,
    Həm qarası, həm ağısan.
    Dörd tərəfin oyuncaqdır,
    Kəsir yoxdu, doyuncadır.
    Ey ilkimiz, xoşbəxtik biz?
    Sənsən döyünən qəlbimiz.
    Göz yaşını axıtma gəl,
    Lay-lay deyim, biraz dincəl.
    Ata cavan, ana cavan,
    Bizik qəlbən səni duyan.
    Tanrım, qoyma gözə gəlsin,
    Xəstəliyi bizə gəlsin.
    Qoy çağıraq nənə gəlsin,
    Təzə gedib, yenə gəlsin.
    Şirin dillə hey səsləsin,
    Hey oxşasın, əzizləsin.
    Göz yaşını axıtma gəl,
    Lay-lay desin, biraz dincəl.

    Nigar Elmar qızı
    MƏMMƏDOVA,
    Sumqayıt şəhər 1 saylı tam orta məktəbin
    ibtidai sinif müəllimi.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ayrılıq”

    Mən səni həyatda daşa dəyişdim,
    Torpağa dəyişdim, məzara döndün.
    Mən öz baharımı qışa deyişdim,
    Çinara dönmüşdün, hasara döndün.

    Bir ana bənd imiş bu əbədiyyət,
    Duydum buza dönən nəfəsimi də,
    Anamı əlimdən alan təbiət
    Gözü götürmədi, aldı səni də.

    Mən bir xəcalətdən çıxa bilmədim,
    Bu gizli dərdimi açıq desəm də.
    Sənə – sənə layiq baxa bilmədim,
    Səni – sənə layiq dəfn eləsəm də.

    Yerə söykədilər mərmər üzünü,
    Qışqırdım dayanın,əl saxladılar
    Mən özüm örtərdim evdə üzünü,
    Burda, qəbristanda torpaqladılar.

    Sən getdin, dəyişdi həyatın özü,
    Getdi dadı-tamı, hər şeyi getdi.
    Evi bəzərdin ki,gözəl görünsün,
    Evimin ən gözəl bəzəyi getdi.

    Gedib dost-qohumun qəbri üstünə,
    Gül-çiçək qoyurduq ikilikdə biz.
    Mən sənsiz ölərəm! Demişdim sənə,
    Hamısı yalanmış, yaşadım sənsiz…

    Sənə sədaqətdi bütün həyatım
    Deyərdim, baxardın gülümsəyərək.
    Səni qəbristanda qoyub qayıtdım,
    Sədaqət şüarım bu imiş demək.

    Bu gün qəbristanda gecikib səhər,
    Üstünə nur səpir qızıl dan yeri.
    Torpaq ot bitirər, ağaç bitirər,
    Burda daş bitirir qəbristan yeri.

    Bir gözəllik itib duman içində,
    Dünya imtahanmış, işləri ovsun.
    İlahi, bu qədər insan içində,
    Bir insan tapılmır söz demək olsun…

    Fikirli qalxıram üzüyuxarı,
    Nə qədər yaxınsan, nə qədər uzaq.
    Təzə ot göyərib örtür cığırı,
    İtirmək istəyir qəbrini torpaq…

    Mənsiz darıxardın evdə hər dəfə,
    Dözümsüz olmuşdu gecə-gündüzün.
    Gedəndə deyirdin: “tez qayıt evə”,
    Bəs niyə qayıdıb gəlmirsən özün?!

    Gözüm yolda qalıb, qulağım səsdə,
    Gedibsən, qalmışam mən qonaq kimi.
    Sən yerin altında, mən yerin üstə,
    Biz ayrı düşmüşük kök-budaq kimi…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Mikayıl MÜŞFİQ.”Öyrəniş”

    Həyat nədir? Sual verdim özümə,
    Mənasını çiçəklərdən öyrəndim.
    Yaşadıqca çarpışmayı, sevməyi
    Qəlbimdəki diləklərdən öyrəndim.

    Bir yay aldım çıxmaq üçün şikara,
    Tuş gəldim bir ahu gözlü nigarə.
    Nişan alıb ox atmağı, nə çarə,
    Daş ürəkli mələklərdən öyrəndim.

    Sular kimi köpüklənib daşmağı,
    Ellər kimi uca dağlar aşmağı,
    Min bir əməl arxasınca qoşmağı
    Dürlü-dürlü ürəklərdən öyrəndim.

    Xəbər olsun hər tazəyə, hər gəncə:
    İnsan çocuq, həyat ona əyləncə…
    Mən gurultu qoparmağı ilk öncə
    Alov gözlü şimşəklərdən öyrəndim.

    Həyat nədir? Ölüm nədir? Boş sual!
    Sevda nədir? Hicran nədir? Bir xəyal!
    Mən bunların əsasını, iştə, al:
    Həp çəkdiyim əməklərdən öyrəndim.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Rəsul RZA.”Pəncərəmi açmışam”

    Pəncərəmi açmışam,
    Günəş gəzir otaqda.
    Küsmüş bir qonaq kimi
    xəbərsiz getdi şaxta.
    Bir qonaq ki,
    söhbəti çox uzundu;
    qəm gətirirdi səsi.
    Bir qonaq ki,
    iliklərə sızırdı
    acı, soyuq nəfəsi.
    Pəncərəmi açmışam.
    Çöldən evə yaz gəlir.
    Yaz yox,
    yazın qoxusu.
    Hələ yerin canından
    çıxmamışdır soyuqların qorxusu.
    Pəncərəmdən gələn yaz
    yazılmamış bir nəğmənin
    ilk xalları kimidir,
    Bir körpənin xəyalları kimidir.
    Həqiqətdir, əfsanəyə bənzəyir,
    Bir xəyaldır, həqiqəti bəzəyir.
    Hələ zərif çiçək kimi
    özü küləkdə əsən
    ilıq, yeni nəfəsdir.
    Olsun,-olsun, nə zərər.
    Qışı yola salana,
    baharı duymaq üçün
    İnanın, bu da bəsdir.
    Havadan birəm-birəm
    enir qar.
    İnsanlar!
    Ay insanlar!
    Könlümüzdədir bahar…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Sevgilim, mən öləndə…”

    Sevgilim, mən öləndə,
    Bir küncdə xısın-xısın
    Ağlayacaqsanmı sən?
    Kimin xarabasında
    Bir damla yaşa dönüb
    Düşəcəyəm gözündən?

    Ağla, qurbanım, ağla,
    Ağla, һeyranım, ağla,
    Evdə qonaqlar olsa,
    Çıxıb eşikdə ağla.
    Gözlə, gecə düşəndə
    Yorğan-döşəkdə ağla.
    Qulaq asma aləmin
    Sözünə bircə kərə.
    De, Vaqif ölməliydi,
    Gəl öldü naһaq yerə…

    Sevgilim, mən öləndə,
    Soraq sənə gələndə,
    Düşmən gözü güləndə,
    Ağla, olanım, ağla,
    Ağla, qalanım, ağla,
    Ağla, mən ölüm, ağla…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Səməd VURĞUN.”Ey könül! Min namə yaz bir gülüzarın eşqinə”

    Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,
    Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.

    Hansı rəssamın əlilə canlanır dünya evi?
    Hər çəmən min qönçə açmış novbaharım eşqinə!

    Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,
    Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.

    Məcnun öz şurilə çox da aləmə səs salmasın,
    Hansı namərd can əsirgər bir nigarın eşqinə?

    Gün keçir, dövran keçir… Öz hökmünü vermiş zaman,
    Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!

    İnsan oğlu can verər pərvanətək atəşlərə
    Düz sözün, düz ilqarın, düz etibarın eşqinə!

    Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı var
    Mehri-ülfətdən yaranmış bir diyarın eşqinə!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Məmməd RAHİM.”Qara gözlərin”

    Saldı qara gözlərin neçə aşiqi bəndə,
    Qız, xaliqin öləydi səni xəlq eləyəndə.
    Kamına çatmayaydı,
    Səni yaradırdısa məni yaratmayaydı.
    Nə ad verim hüsnünə, dağlardakı qarmısan?
    Ömrə əsən sərin meh,
    Sehrli rüzgarmısan?
    Sənə mələkmi deyim, görməmişəm mələyi.
    Sənmi dolandırırsan söylə çərxi-fələyi?
    Bu necə yaraşıqdır,
    Bu nə sayaq bədəndir?
    Qız, vücudun nədəndir?
    Nəyə oxşadılıbdır, yarananda bu qamət?
    Hardandır bu təravət?
    Sən bahar fəslisənmi?
    Leylimi, Əslisənmi?
    Yoxsa, adın Şirindir?
    Şirinliyin ətirli şəkərdən də şirindir.
    Süsənbər, ağ yasəmən səndən təzə-tərmidir?
    Vücudun ənbərmidir?
    Sənə axar su deyim, suyu dayandırarsan.
    Atəşmi adlandırım, alovu yandırarsan.
    Saldı qara gözlərin neçə aşiqi bəndə
    Qız, xaliqin öləydi səni xəlq eləyəndə!…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Tofiq BAYRAM.”Ay gecikən məhəbbətim!”

    İllər boyu səni gəzdim,
    Ay gecikən məhəbbətim!
    Sən yubandın, mən tələsdim,
    Getdi gənclik təravətim,
    Ay gecikən məhəbbətim!

    Mən bir yanda sənə möhtac,
    Sən bir yanda gəzdin əlac.
    İki qəlbdə bir ehtiyac,
    Övladıyıq bir həsrətin,
    Ay gecikən məhəbbətim!

    Saç ağartdım bu yollarda,
    Harda idin, söylə harda?!
    Bir yarpağam son baharda,
    Saralıram yetim-yetim,
    Ay gecikən məhəbbətim!

    Sən əzabsan, ğöz yaşısan,
    Bəxtimin son naxışısan,
    Bəlkə tale qarğışısan,
    Bəlkə də ilk səadətim,
    Ay gecikən məhəbbətim!

    Gəl ki, sənsiz ürək bir daş.
    Poz qanunu, sədləri aş.
    Sevə-sevə öləydim kaş,
    Sən olaydın vəsiyyətim,
    Ay gecikən məhəbbətim!

    Bir könül var, əmanətdir,
    Acısı da şirin dərddir.
    Bir qadına xəyanətdir,
    Bir gözələ sədaqətim,
    Ay gecikən məhəbbətim!

    Cəzan varsa, verən gəlsin,
    Könlü hicran görən gəlsin.
    Məcnun gəsin, Kərəm gəlsin,
    Desin, nədir qəbahətim,
    Ay gecikən məhəbbətim!

    Bir xəstəyəm, əlacım sən,
    Bir koram, əl ağacım sən,
    Dilənçiyəm, əl açım, sən –
    Sən ol mənim son qismətim,
    Ay gecikən məhəbbətim!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ustad Aşıq ƏLƏSGƏR.Seçmə şeirlər

    EYLƏMİŞƏM

    Ala gözlüm, səndən ayrı düşəli,
    Hicranın qəmiylə kef eyləmişəm,
    Ah-vayınan günüm keçib dünyada,
    Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

    Səndən ayrı şad olmuram, gülmürəm,
    Canımdan bezmişəm, ölə bilmirəm,
    Nə müddətdi qulluğuna gəlmirəm;
    Bağışla təqsirim, səf eyləmişəm.

    Həsrət qoyma gözü gözə, amandı!
    Yandı bağrım, döndü közə, amandı!
    Keçən sözü çəkmə üzə, amandı!
    Hədyan danışmışam, laf eyləmişəm,

    İnsafdımı, gülə həmdəm xar ola?
    Tülək-tərlan ovlağında sar ola?
    Ələsgər istəyir bir bazar ola,
    Seçmişəm gövhəri, saf eyləmişəm.

    TELLƏRİN

    Gözəl, sənin nə vədəndi,
    Kəsilib qısa tellərin?
    Kəlağayı əlvan, qıyqacı
    Üstündən basa tellərin.

    Yanaqların güldü, solmaz,
    Oxlasan, yaram sağalmaz.
    Qaşın cəllad, gözün almaz,
    Bağrımı kəsə tellərin.

    Bağban ağlar bar ucundan,
    Alma, heyva, nar ucundan.
    Ələsgər tək yar ucundan
    Batıbdı yasa tellərin…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ustad Məhəmmədhüseyn ŞƏHRİYAR.”Azərbaycan”

    Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan!
    Xoş günlərin getməz müdam xəyalımdan, Azərbaycan!

    Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram,
    Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan!

    Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
    Abad olub, azad olub, mülkü-İran, Azərbaycan!

    Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad
    Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan!

    Vətən eşqi məktəbində can verməyi öyrənmişik…
    Ustadımız demiş heçdir vətənsiz can, Azərbaycan!

    Qurtarmaqçün zalımların əlindən Rəy şümşadını
    Öz şümşadın başdan-başa olub al qan, Azərbaycan!

    Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin?
    Qolu bağlı qalacaqdır nə vaxtacan Azərbaycan?

    İgidlərin İran üçün şəhid olmuş, əvəzində
    Dərd almısan, qəm almısan sən İrandan, Azərbaycan!

    Evladların nə vaxtadək tərki-vətən olacaqdır
    Əl-ələ ver, üsyan eylə, oyan, oyan, Azərbaycan!

    Yetər – fəraq odlarından kül ələndi başımıza…
    Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!

    Şəhriyarın ürəyi də səninki tək yaralıdır,
    Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Cabir NOVRUZ.”Sevin Azərbaycanı!”

    Azərbaycanı sevin, sevin Azərbaycanı,
    Bu gün odlu sevgiyə onun ehtiyacı var…
    Sevin odum, ocağım, evim Azərbaycanı,
    İndiki dərdlərinə eşqimiz əlac olar…

    Yaraları göynəyir, yaraları sızlayır,
    Ey millətin qeyrətli oğulları, qızları,
    Sevgimiz xilas edər bu gün Azərbaycanı,
    Azərbaycanı sevin, sevin Azərbaycanı…
    Adını uca tutun hər arzudan, diləkdən,
    Doymayın, usanmayın ona ana deməkdən…

    O, bizim hamımızın həyacanı, harayı,
    Bir də axı kim yanar ona bizdin savayı?..
    O bizim ruhumuzda, o bizim qanımızda,
    Yalnız biz keçməliyik uğrunda canımızdan.

    Can istəsə can verin, sevin Azərbaycanı,
    Qan istəsə qan verin, sevin Azərbaycanı…
    Azərbaycanı sevin, sevin Azərbaycanı,
    Kürül-kürül odlanan evim Azərbaycanı…

    Dünyada vallah, belə talesiz millət olmaz,
    Nə qədər saxlayanlar girov Azərbaycanı?..
    Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
    Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!

    Ona övlad payını bizlər verə bilmədik,
    Heç iki obasını birləşdirə bilmədik.
    Astara qovuşmadı doğma Astarasına,
    Culfalıların bir məlhəm tapmadıq yarasına
    Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı
    Biz bacara bilmədik, ey gələcək nəsillər,
    Ey gələcək nəsillər, barı təzə əsrdə,
    Bir-birinə calayın, qatın, Azərbaycanı,
    Köküm, soyum, soyadım, adım Azərbaycanı…

    Haçandır öz-özündən aralı bir ölkədir,
    Şəhidli bir ölkədir, yaralı bir ölkədir…
    Az imiş, o təzədən bölünür, parçalanır,
    Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
    Neçə yerə ayrılar, ya allahi, bir bədən?
    Xırda bir məkan qalıb o boyda bir ölkədən…

    Tamam bitər, tükənər belə getsə amandır,
    Axı o bir zamanlar o nəhəng Azərbaycandı;
    Zaman-zaman talayıb, biçib Azərbaycanı,
    Bizə miras qoydular kiçik Azərbaycanı.

    Ay bizdən ola-ola bizə yağı olanlar,
    Vətənə sevgidə də az marağı olanlar;
    Xalqına xidmətdə də tamah gəzən dənilər;
    Özümüzdən olanlar, özümüzə qənimlər;
    Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
    Vətən bağışlar sizi, vətən eşqinə gəlin,

    O sizə çörək verib, nəzri-niyaz eyləyib,
    Yalnız onun sevgisi sizi xilas eyləyər.
    Sevməyirsizsə barı boğazına çökməyin.
    Bu ulu məhəbbətə çağırıram hər kəsi,
    Divin canı şüşədə, onun bizdədir canı…
    Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
    Amma təkrar deyirəm; sevin Azərbaycanı,
    Sevin Azərbaycanı!…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ənvər ƏLİBƏYLİ.”Bakı, əziz şəhər…”

    Bakı, əziz şəhər, mehriban diyar,
    Sinəndə boy atıb oldum bəxtiyar,
    Səndə ilk eşqimin yadigarı var.
    Sən mənim söhbətim,
    Şərəfim, şöhrətim,
    Tükənməz dövlətim, əzizimsən,
    Gözəl Bakı!
    Ürəyim səninlə edir iftixar,
    Xəzərin qoynunda saldın buruqlar.
    Qəlbimdə qəlbinin hərarəti var.
    Baxdıqca doymuram gözəlliyindən,
    Şirin nəğmə qədər sevimlisən sən,
    Hər yerdə, hər yanda deyəcəyəm mən.
    Sən mənim söhbətim,
    Şərəfim, şöhrətim,
    Tükənməz dövlətim, əzizimsən,
    Gözəl Bakı!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Zeynal XƏLİL.”Bu gecə”

    Fikrimdə aylı, ulduzlu, asiman var, bu gecə…
    Qəlbimdə körpə quzutək bir ümman var, bu gecə…

    Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
    Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

    Araza “axma” – desəm mən, inan, axmaz bu gecə
    Şimşəyə “çaxma” – desəm mən, inan, çaxmaz bu gecə…

    Təkcə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
    Neyçin olmadın de, ey yar, mənə həmdəm bu gecə?

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Hüseyn Cavid.”Mənim Tanrım”

    Hər qulun cahanda bir pənahı var,
    Hər əhli-halın bir qibləgahı var,
    Hər kəsin bir eşqi, bir allahı var,
    Mənim tanrım gözəllikdir, sevgidir.

    Gözəl sevimlidir, cəllad olsa da;
    Sevgi xoşdur, sonu fəryad olsa da,
    Uğrunda mənliyim bərbad olsa da,
    Son dildarı gözəllikdir, sevgidir.

    Gözəlsiz bir gülşən zindana bənzər,
    Sevgisiz bir başda əqrəblər gəzər,
    Nə görsəm, hanki bəzmə etsəm güzər,
    Həp duyduğum gözəllikdir, sevgidir.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Hafiz BAXIŞ.”Mənim dünyam”

    Qərinələr ulu yaşın,
    Mənim dünyam, mənim dünyam.
    Kimlər olmuş gör sirdaşın,
    Mənim dünyam, mənim dünyam.

    Nizaminin öz aləmi,
    Füzulinin söz aləmi,
    Nəsiminin yüz aləmi –
    Mənim dünyam, mənim dünyam.

    Bir əlində mey dolu cam,
    Gəldi-getdi qoca Xəyyam.
    Mən də sənə bir qonağam,
    Mənim dünyam, mənim dünyam.

    Qardaş olsa, qoca bəşər,
    Nə qan, nə də qırğın düşər.
    Ömrüm, günüm gözəlləşər,
    Mənim dünyam, mənim dünyam.

    Qoy ucalsın haqqın səsi,
    Qanadlansın sülh nəğməsi.
    Çiçəklənsin yer kürəsi,
    Mənim dünyam, mənim dünyam.

    Desin, gülsün körpə balam,
    Gözlərində qalmasın kam.
    Səndən ötrü narahatam,
    Mənim dünyam, mənim dünyam…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • İslam SƏFƏRLİ.”Bakı, sabahın xeyir!”

    Qayıdıb xoş güzərdən,
    Günəş qalxır Xəzərdən.
    Sevgilim keçən yerdən,
    Bütün şəhər yeriyir
    Bakı, sabahın xeyir!

    Hörükləri qaradır,
    Qaşları ayparadır.
    O bir aləm yardır,
    Hamı örəkdən deyir:
    Bakı, sabahın xeyir!

    Xumarlanır ləpələr,
    Gülür mehriban şəhər.
    Sevgilim səhər-səhər
    Zər şəfəqdən don geyir,
    Bakı, sabahın xeyir!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Ələkbər ZİYATAY.”Nə deyim, məni sənsiz görəndə?”

    Özün getdin, intizarın qaldı, yar!
    Məhəbbətin yoxsa gözə gəldi, yar?!
    Tanışların bəlkə bizə gəldi, yar,
    De, nə deyim, məni sənsiz görəndə?
    Deyimmi, yar əhdini,
    andını pozdu getdi?
    Əllərini əlimdən,
    hirs ilə üzdü getdi?
    Özün yaxşı bilirsən,
    Sən ki, yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar!
    Hirs gedər – üz qızarar!

    Evimizdən bir çıxardıq hər səhər,
    Yadlar baxıb deyərdi: “Cüt bəxtəvər!”.
    Eşqimizə o vaxt həsəd çəkənlər,
    De, nə deyim məni sənsiz görəndə?!
    Deyimmi, bir kəlməyə,
    Bir eşqi verdi qurban.
    Deyimmi öz əhdini,
    Tapdadı hirslə canan?
    Sən ki, yaxşı bilirsən,
    Özün yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar!
    Hirs gedər – üz qızarar!

    Bəs deyirdin ömürlükdür bu ilqar?!
    Bəs deyirdin qırılmaz bu etibar?!
    Bu sözlərə şahid olan qohumlar,
    De, nə deyim, məni sənsiz görəndə?
    Deyimmi, yar əhdini
    Andını pozdu getdi?
    Əllərini əlimdən,
    Biryolluq üzdü getdi?
    Sən ki, yaxşı bilirsən,
    Quzum, yaxşı bilirsən:
    Hirs gələr – göz qızarar,
    Hirs gedər – üz qızarar.
    Əhd edib, dönük çıxan,
    Həyatda tez qızarar!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Zirvə”

    Zirvəyə qalxıram dolama yolla,
    bu yol əziyyətdi, tamaşa deyil.
    Qalxıram tədbirlə, hisslə, ağılla,
    zirvənin mənzili birbaşa deyil.

    Kəsir qabağımı gah sis, gah duman,
    gözümdə yorğunluq, saçlarımda dən.
    Qalxıram, daş qopur ayağım altdan,
    dağ mənə söykənir, mən dağa hərdən.

    İllər pillələrmiş bizdən ötəri,
    Yollara gah bürkü, gah şaxta düşür.
    Şöhrətin sevinci, yaşın kədəri,
    tərs kimi, ikisi bir vaxta düşür.

    Keçir icazəsiz ömrün səddini,
    keçirir bizi də alovdan, oddan.
    Sağlamlıq, gözəllik ləyaqətini
    alır əlimizdən yaş soruşmadan.

    Ah, zirvə hardadı, görəsən harda?
    nədi mən getdiyim bu cığır, bu iz?
    Mən də bir zirvəyəm aşağılarda,
    nə mən zirvəsizəm, nə zirvə mənsiz.

    Gedirəm… illərə sorağım düşür,
    insan öz-özündən ayrılır, demək.
    Yuxarı baxıram – papağım düşür,
    aşağı baxıram – gözümdən eynək…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Süleyman RÜSTƏM.”Könlüm yenə min şövq ilə, canan, səni istər”

    Könlüm yenə min şövq ilə, canan, səni istər,
    And olsun əziz canına ki, can səni istər.

    Çəkməz ətəyindən əlini, çəksə də hicran,
    Eylər canını canına qurban, səni istər.

    İlham alıram incə səsindən, nəfəsindən,
    Tək mən deyiləm, şanlı bu dövran səni istər.

    Sən qəlbi təmiz, alnı açıq, şux gözəlimsən,
    Ellər də olub hüsnünə heyran, səni istər.

    İşdir, mənə üz versə fəraqından kədər, qəm,
    Könlüm yenə də dərdinə dərman səni istər.

    Gün keçsə, zaman keçsə, vəfasız belə olsan,
    Əvvəlki məhəbbətlə Süleyman səni istər.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Əli KƏRİM.”Qaytar Ana borcunu…”

    Bir gözəl, bir sevimli oğul böyütdü ana.
    O bəd, uğursuz günü – ərinin öldüyünü
    Bildirmədi heç ona.
    Kədəri dalğa-dalğa doldusa da ürəyə
    Lakin nə saç yolaraq verdi əsən küləyə,
    Nə şivən etdi ana.
    Ürəyində ağlayıb, gülmək öyrətdi ona,
    Dözərək davanın da dərdinə, bəlasına,
    Öz boğazından kəsib yedirdi balasına…
    Bir oğul böyütdü ki, gur, çatmaqaş, gensinə.
    Bir oğul böyütdü ki, oğul deyirəm sənə:
    Atlını atdan salıb küləklərlə ötüşür.
    Baxışından qızların ürəyinə od düşür.
    Bir oğul böyütdü ki, oğul məktəb bitirdi,
    Oğul instituta qızıl medalla girdi.
    Ana fikirləşdi ki: “Gör neçə aya getdi?!”
    Ana yuxularında tez-tez Bakıya getdi,
    Ana məktub yazdı ki: “Yanıltma gümanımı,
    Pul nədir, pul deyirsən, göndərərəm canımı”.
    Nə zaman ki oğlunun getdiyi dörd il oldu,
    Məktubları kəsildi, gəlmədi tətil oldu,
    Ananı fikir aldı, ananın əsdi dizi
    Ana müqəssir etdi, tramvayı, dənizi.
    O yenə dözdü, durdu… O yolmadı saçını,
    Səsləri qonşuları Əsmər, Çiçək bacını.
    Yenə də azalmadı ürəkdən bala dərdi
    Onlar oğul vermədi, onlar təsəlli verdi.
    Məktub məktub dalınca axdı, Bakıya xdı,
    Ana da məktubların dalınca baxdı, baxdı…
    Məktublarsa Bakını dolandı, gəzdi, gəldi,
    Məktublar əzik-üzük, məktublar bezdi gəldi,
    Ana yenə də baxdı gah dolama yollara,
    Gah da oğul boyuna həsrət qalan qollara.
    Ana oğul böyütdü gur, çatmaqaş, gensinə,
    Ana oğul böyütdü, özgəyə qismət oldu.
    Ana fikirləşdi ki, mən neyləmişəm sənə?
    Bu nə oğulluq oldu, bu nə məhəbbət oldu?
    Oğul böyütdümü o büzmədodaq bir qıza?
    Oğul böyütdümü o. min işvəyə, min naza?
    Ana bilsəydi əgər böyütməzdi oğlunu,
    Yox, bunu yandım dedim, yenə atmazdı onu.
    Bir gözəl, bir sevimli oğul böyütdü ana,
    Ürəyində ağlayıb gülmək öyrətdi ona.
    Oğul! Nədir etdiyin bəs bu haq-say üçün?
    Qaytar onun ömrünə neçə gecə, neçə gün!
    Qaytar onun saçının qaralığını geri.
    Qaytar o dilindəki şirin-şirin sözləri!
    O sözü, o söhbəti gülüşü anan verib,
    Ana dodaqlarından bala dodaqlarına.
    İndi ondan gen gəzən oğul, ayaqlarına
    Yerişi anan verib.
    Qaytarsan o sözləri, sözsüz bir lal olarsan,
    Qaytarsan o yerişi, yerindəcə qalarsan.
    Qaytarsan o gülüşü hırıldamazsan daha
    Qaytar, qaytar onları. qaytar qoyma sabaha!
    Sən ki dərd verdin, oğul, sənə gülüş verənə.
    Oğul demərəm sənə!
    Deyirəm ki, o boyu, buxunu qaytar geri!
    Deyirəm ki, varını, yoxunu qaytar geri!
    Qaytar onun borcunu,
    Gülüşünü, adını, sözünü qaytar geri!
    Qaytar ana borcunu,
    O borc sənin özünsən, özünü qaytar geri!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Musa YAQUB.”Onu biləcəksən…”

    İndi nazın böyük, ürəyin aram,
    Eh, mən də səninçün belə qalmaram…
    Bir də görərsən ki, bir ərk yerin yox,
    Qalmısan neçə yad baxışın altda.
    Qəfil görəcəksən çətirin də yox,
    Əsirsən bir qərib yağışın altda.
    Günəşdə üstünə kölgə salan yox,
    Tənhasan, amma heç yada salan yox.
    Sönüb səndən ötrü o isti ocaq.
    Onda bilcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.

    Könlün darıxanda, lap darıxanda,
    Kimlərsə hardansa qoşa baxanda,
    Bir də görəcəksən
    Sən burda təksən,
    Yanında boş qalıb bir sirdaş yeri,
    Sızlayır könlünün həmin boş yeri.
    O sözün, o səsin, o ərkin yoxdur,
    Dərdin var, bu dərdə şərikin yoxdur.
    Onda birdin-birə gözün dolacaq,
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.

    Məsələn, bir dəfə yeri gələndə,
    Bir gizli vaxt tapıb güzgülənəndə
    Bir də görəcəksən şümşad əllərin,
    Çiyninə tökülmüş dalğın tellərin,
    Bir gülər üzün var,
    Amma bilən yox,
    Bu xumar gözlərlə birgə gülən yox.
    Yoxdur bu əllərin qədirbiləni,
    Yoxdur bu tellərin qədirbiləni,
    Çiynin boş, əlin boş, boş qalan qucaq..
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq.

    Soraq almayanda eldən, mahaldan,
    Yığa bilməyəndə gözünü yoldan,
    Könlün bir qanadlı söz istəyəndə,
    Ümid qanadıyla uçum deyəndə
    Bir də görəcəksən qanadın yoxdur.
    Çağrılır, deyilir, adı var,amma
    Dilimdə şipşirin o adın yoxdur,
    Bir nağıl, bir sevgi, həyatın yoxdur.
    Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
    Onda biləcəksən mənim sevgimi,
    Biləcəksən,
    O da çox gec olacaq…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Fikrət QOCA.”Ana”

    Əziz anam, şirin sözlü anam,
    Qəlbin kövrək, eşqin solmaz bahar.
    Gülər üzlü, qara qözlü, anam.
    Hara getsəm gözün mənə baxar.
    Ana, qəlbim bu laylarla gəzər
    Doğma səsin ömrü, günü bəzər
    Laylay dedin ana, laylay dedin mənə,
    Həyat verdin mənə, əziz ana.
    Laylan hələ yaşar, laylan ellər aşar,
    Günəş kimi yana yana, ana.

    Ana, səsin aydın səhər ola,
    Ana, qəlbin keşik çəkər bizə.
    Yolum üstə uzaq səfər ola,
    İşıq dolar nurdan düşən gözə.
    Mənim görək gözüm sənsən, ana,
    Ömrüm günüm özüm sənsən, ana
    Laylay dedin ana, laylay dedin mənə,
    Həyat verdin mənə, əziz ana.
    Laylan hələ yaşar, laylan ellər aşar,
    Günəş kimi yana yana, ana…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Ramiz RÖVŞƏN.”Bir səhər yuxudan durub”

    Bir səhər yuxudan durub
    Özünü uşaq görəsən.
    Görəsən hamı evdədi,
    Ölənləri sağ görəsən.

    …Qorxasan qaçıb gedələr, –
    Tez qapını bağlayasan.
    Geri dönüb içəridə
    bir təzə qonaq görəsən.

    Görəsən ki, qapqaradı
    o qonaq başdan ayağa.
    Ondan başqa hamısının
    üst-başını ağ görəsən.

    Pəncərədən içəriyə
    dola, dola gün işığı.
    İçəridə boş-boşuna
    yanan bir çıraq görəsən.

    Söndürəsən o çırağı –
    hamı birdən yoxa çıxa….
    Otaqda bir qara qələm,
    bir də ağ vərəq görəsən…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Mirvarid DİLBAZİ.Seçilmiş şeirlər

    Xatirələr olan yerdə

    Daşların da dili vardır,
    Xatirələr olan yerdə.
    İnsanların sevincləri,
    Həsrətləri qalan yerdə.

    Məni bulaqlar dindirər,
    Hey ağladar sevindirər.
    Sular odumu söndürər,
    Anam layla çalan yerdə.

    Hər duyğunun öz adı var,
    Fikrin qəmlisi, şadı var.
    Könlüm qaldı qoca çinar,
    Kölgəsini salan yerdə.

    Bənövşələr üşüyəndə

    Bir qanadlı ürəyim var,
    Yuvasında tutmur qərar.
    Dünənlərə nazlı bahar,
    Yaşıl xalı döşüyəndə.

    Neçə dağdan keçir yolum,
    Çiçək olur sağım, solum.
    İstəyirəm günəş olum,
    Bənövşələr üşüyəndə.

    Göyçə dərdi

    Qəsbkara qalan Göyçəm,
    El-obası talan Göyçəm.
    Ağ güllərin qara bitsin,
    El yurduna dönməyincə.

    Qoy axmasın bulaqların,
    Gül açmasın yaylaqların,
    Tikan bitirsin dağların
    Yad bayrağın enməyincə.

    Yurd saldıq qaldı namərdə,
    Ağlar burda göy də,yer də,
    Yanmayacaq el çırağı
    Qurduğunuz ağ evlərdə
    Yad çırağı sönməyincə.

    Təklənmiş millətim

    Qoçaqların şan-şöhrətin,
    Qorxaqların baş töhmətin
    Olan təklənmiş millətim!
    Qoçağa qorxaq deyilməz,
    Heç zərbədən dağ əyilməz.
    Qalx, ey adı oğul olan,
    Torpağı düşmənə qalan,
    Meşələrdə dönən balan
    Qisasa çağırır səni,
    Qalx, qurtar doğma vətəni,
    Kömək gəlir yad ellərdən,
    O günü ağlayıram mən,
    “İanəyə” qaldıq nədən?
    Qəhrəmanım, gir döyüşə

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Hüseyn ARİF.”Aşıq Mirzə Bayramova”

    Mən beşikdə ikən telli sazınla
    Laylamı sən çaldın, ay Mirzə dayı
    Yenə dilləndirdin “Yanıq Kərəmi”
    Canıma od saldın, ay Mirzə dayı.

    Ağır toylar gördün, nişanlar gördün,
    Mahaldan-mahala atını sürdün.
    Gəlinlər gətirdin, qızlar köçürdün,
    Çox nəmərlər aldın, ay Mirzə dayı.

    Sənət meydanında imtahan olur,
    Hüseynin əhvalı pərişan olur.
    Səsin tutulanda könlüm qan olur,
    Sən niyə qocaldın, ay Mirzə dayı?

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”

    Dostum, incə barmaqların
    Sədəflərin üzündədir.
    Mənim meylim bir sazında,
    Bir də şirin sözündədir.

    Qarayazı meşəsində,
    Cavan ovçu həvəsində,
    Qulağın maral səsində,
    Gözün ceyran izindədir.

    Tarixi var hər daşın da,
    Tərlanın on beş yaşında,
    Bəzən qarlı dağ başında,
    Bəzən Muğan düzündədir.

    Baxan kimi sərraf gözün,
    Təmtəraqlı yalan sözün
    Canı yoxdur, dedin özün,
    Məna sözün düzündədir.

    Zaya getməz alın tərin,
    Bir gün bitər şah əsərin,
    Arzuların, diləklərin
    Hələ sənin gözündədir.

    Söz şairin ürəyində,
    Zor binanın dirəyində,
    Güc pələngin biləyində,
    Pəhləvanın dizindədir.

    Heç əlinə alma əsa,
    Yetmişində batma yasa,
    Hər kim yüz il yaşamasa,
    Günah onun özündədir.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Nəbi XƏZRİ.”Külək”


    Yenə payız gəldi qonaqlar kimi…
    Soldu məhəbbətim yarpaqlar kimi…
    Ürək pıçıldayır dodaqlar kimi…
    Külək, niyə belə əsirsən, külək?
    Niyə ümidimi kəsirsən, külək?

    Sevgilim görüşə çağırmış məni,
    Mən necə unudum olub-keçəni?
    O deyir astaca: “Sevmirəm səni…”
    Sən niyə sözünü kəsirsən, külək?
    Külək, niyə belə əsirsən, külək?

    O, ürək ağrıtdı, ürək incitdi,
    Bir eşqin sevimli nəğməsi bitdi.
    Sanki məhəbbətim xəyaldı, getdi…
    Külək niyə belə əsirsən, külək?
    Sən də mi sevgini gəzirsən, külək?…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Vahid ƏZİZ.Bayatılar

    BAYATILAR

    Ürəyimdə ayaz var,
    Nə qış gedib,nə yaz var
    Oyatma bənövşəni,
    Kol dibində ayaz var

    Kədərli baxmayaydın,
    Göz yaşım axmayaydı
    Yad baxmağı bir yana,
    Yar yada baxmayaydı

    Bu dünya çətin qala,
    Yolları çətin qala
    Yaxşı yarı yazda gəz,
    Payıza çətin qala

    Qalanın daşı oldum,
    Gözümün yaşı oldun
    Dünyada gün görmədim,
    Sevəndə naşı oldum

    Yanımda qal bir az da
    Göz yaşı var arazda
    Yar yuxusun danışıb,
    Şəkli qalıb arazda

    Yenə də axşam oldu
    Gün keçdi,axşam oldu
    Gecələr mən alışdım
    Əriyən şam oldu…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Baba VƏZİROĞLU.”Təkcə səndən nigaranam…”

    Ömrüm boyu gözümdə kam,
    Bu həsrəti daşıyıram.
    Mən birtəhər yaşayıram,
    Təkcə səndən nigaranam…

    Yandı qəlbim, soldu keçdi,
    Bir də sevmək daha gecdi,
    Mənə olan oldu, keçdi,
    Təkcə səndən nigaranam…

    Mən sahilsiz bir gecəyəm,
    Heç bilmirəm kiməm, nəyəm,
    Nə vecinə, mən necəyəm,
    Təkcə səndən nigaranam…

    Gəlib hərdən düşər yada,
    O günlər bir nağılsa da,
    Bütün dünya dağılsa da,
    Təkcə səndən nigaranam…

    Ömür ötür aram-aram,
    Heç bilmirsən yoxam, varam,
    Mənsə səni soruşaram,
    Təkcə səndən nigaranam,
    Təkcə səndən nigaranam!..

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

    Söz: Əhməd Cavad
    Musiqi: Üzeyir Hacıbəyov

    Azərbaycan! Azərbaycan!
    Ey qəhrəman övladın şanlı Vətəni!
    Səndən ötrü can verməyə cümlə hazırız!
    Səndən ötrü qan tökməyə cümlə qadiriz!
    Üçrəngli bayrağınla məsud yaşa!
    Üçrəngli bayrağınla məsud yaşa!

    Minlərlə can qurban oldu,
    Sinən hərbə meydan oldu!
    Hüququndan keçən əsgər,
    Hərə bir qəhrəman oldu!

    Sən olasan gülüstan,
    Sənə hər an can qurban!
    Sənə min bir məhəbbət
    Sinəmdə tutmuş məkan!

    Namusunu hifz etməyə,
    Bayrağını yüksəltməyə
    Namusunu hifz etməyə,
    Cümlə gənclər müştaqdır!
    Şanlı Vətən! Şanlı Vətən!
    Azərbaycan! Azərbaycan!
    Azərbaycan! Azərbaycan!

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Məmməd ARAZ.”Azərbaycan-Dünyam mənim”

    Azərbaycan – qayalarda
    bitən bir çiçək,
    Azərbaycan – çiçəklərin içində qaya.
    Mənim könlüm bu torpağı
    vəsf eləyərək,
    Azərbaycan dünyasından
    baxar dünyaya.

    Azərbaycan – mayası nur, qayəsi nur ki,
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Füzulinin ürəyinə toxuna bilər…

    Oğulları Kür gəzdirər biləklərində,
    Oğulların göz atəşi
    Gözəl əridir.
    Azərbaycan səhərinin bəbəklərində
    Qütb ulduzu,
    dan ulduzu gözəlləridir.
    İllər olub – kürrələrdə dəmir olmuşuq,
    Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
    Od gölündə,
    buz çölündə gəmi olmuşuq,
    Biz Bakının ilk səadət carçılarıyıq.
    Min illərlə zülmətlərə yollar açıqdı,
    Dalğalandı Sabirlərin
    ümman dünyası,
    Azərbaycan qatarı da yollara çıxdı
    Dağılanda Qoca Şərqin duman dünyası.

    Azərbaycan – mayası nur, qayəsi nur ki…
    Hər daşından alov dilli ox ola bilər.
    “Azərbaycan!” – deyiləndə ayağa dur ki,
    Ana yurdun ürəyinə toxuna bilər…

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Azərbaycan”

    Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
    Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
    Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
    Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.

    Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
    Mahnımızda yaşar bizim babaların addım səsi.
    Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
    Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.

    Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
    Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
    Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
    Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.

    Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
    Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
    Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
    Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.

    Mənbə: Klassik Ədəbiyyat İnciləri

  • İlham Əliyev 28 May – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib

    Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
    Rəsmi qəbul Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı.
    Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.
    Prezident İlham Əliyevin nitqi
    -Hörmətli xanımlar və cənablar.
    Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
    Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı. Biz haqlı olaraq fəxr edirik ki, məhz Azərbaycan xalqı müsəlman aləmində ilk demokratik respublikanın yaradılmasının müəllifi olmuşdur. Bu, onu göstərir ki, xalqımız çox mütərəqqi xalqdır. Onu göstərir ki, Azərbaycanın görkəmli ziyalıları ölkəmizin inkişafı üçün çox böyük işlər görmüşlər. Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da, 23 ay ərzində çox böyük işlər görə bilmişdir. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilmişdir, milli ordu yaradılmışdır və Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etmişdir. Bakı Dövlət Universiteti yaradılmışdır. Bu, onu göstərir ki, təhsilə çox böyük diqqət yetirilirdi. 200-dən çox qanun qəbul olunmuşdur. Onların arasında qadınlara səsvermə hüququ verən qanun qəbul edilmişdir. Yəni, bütün bu və digər addımlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ölkəmiz, xalqımız üçün çox böyük işlər görmüşlər. Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini əziz tutur. Onların xatirəsi bizim qəlbimizdə yaşayır. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakı şəhərinin mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Keçən il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
    İyirmi üç aydan sonra respublika süqut etdi və bu, bir daha onu göstərir ki, müstəqilliyi saxlamaq onu əldə etməkdən daha çətin işdir. 1918-ci ildə qaldırılmış bayraq 1920-ci ildə endirildi. Ondan sonra ilk dəfə olaraq rəsmi qaydada bu bayrağı ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırmışdır və təsis etmişdir. Əslində, müstəqilliyə gedən yol bu tarixi andan başlamışdır. Sovet İttifaqı hələ yaşayırdı və belə cəsarətli addım Ulu Öndərin öz xalqına, öz dövlətinə, xalqının, dövlətinin gələcəyinə nə qədər bağlı olduğunu, nə qədər böyük önəm verdiyini göstərir.
    1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində digər müttəfiq respublikalarla birlikdə Azərbaycan da müstəqilliyə qovuşdu və əlbəttə ki, bizim üçün XX əsrdə ikinci şans yarandı. Ancaq əfsuslar olsun ki, ölkədə gedən xoşagəlməz proseslər imkan vermirdi ki, gənc müstəqil Azərbaycan ayaqda möhkəm dayana bilsin, öz müstəqil siyasətini apara bilsin və xalqın maraqlarını doğrulda bilsin. Çox ağır, faciəvi illər idi. 1992-ci ildə AXC-Müsavat rejimi hakimiyyəti qanunsuz şəkildə zəbt etdikdən sonra vəziyyət daha da ağırlaşdı, pisləşdi. Ölkə idarəolunmaz vəziyyətə düşmüşdü. Məhz o illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi alovlanmış və torpaqlarımız işğal altına düşmüşdü. Ölkəmizdə xaos, total böhran hökm sürürdü, iqtisadiyyat iflic vəziyyətdə idi. Əlbəttə ki, Azərbaycan xalqı çıxış yolu axtarırdı. Onu da əlavə edim ki, AXC-Müsavat rejimi ölkədə vətəndaş müharibəsini başlamışdı. Xalqımız nicat yolunu Heydər Əliyevin simasında gördü, onu hakimiyyətə dəvət etdi və bir daha öz müdrikliyini təsdiqlədi.
    1993-cü il müasir tariximizdə dönüş nöqtəsi idi. Məhz 1993-cü ildən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu, Azərbaycanda sabitlik təmin edildi və ölkə inamla irəliyə getməyə başladı. Ulu öndər Heydər Əliyevin xalq, dövlət qarşısında misilsiz xidmətləri vardır. Onu da bildirməliyəm ki, 1993-cü ilə qədər müstəqilliyimiz formal xarakter daşıyırdı, ölkəmiz müstəqil siyasət apara bilmirdi. Heydər Əliyevin xalq qarşısında xidmətlərindən biri də o idi ki, Azərbaycan əsl müstəqillik yoluna qədəm qoydu. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə çox ciddi islahatlar aparılmağa başlanmışdır. Nizami ordu yaradılmışdır, ölkəmizə böyük həcmdə xarici sərmayə gəlməyə başlamışdır, dövlətçiliyin əsasları qoyulmuşdur, azərbaycançılıq ideologiyası rəsmi ideologiya kimi qəbul edilmişdir. Bir sözlə, məhz o illərdə Azərbaycanın strateji inkişaf istiqamətləri müəyyən edildi. Bu gün Azərbaycan bu strateji inkişaf istiqamətlərini əsas tutaraq bölgədə, dünyada dəyişən vəziyyətə uyğun olaraq öz inamlı siyasətini aparır. Bu gün ölkəmiz müstəqil siyasət apararaq, milli maraqların təmin olunmasında çox böyük addımlar atıb, çox böyük uğurlar qazanıb. 2003-cü ildən bu günə qədər Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşdirilir. Əlbəttə ki, o vaxtdan bu günə qədər çox böyük işlər görülüb, ancaq, eyni zamanda, dünya da, bölgə də dəyişib. Dünyada, bölgədə yeni təhlükə mənbələri üzə çıxır, yeni çağırışlar meydana gəlir. Əlbəttə, biz həmişə çalışırıq və çalışmalıyıq ki, ölkəmizi mümkün olan risklərdən qoruya bilək. Son illərin təcrübəsi onu göstərir ki, biz buna müvəffəq ola bilmişik.
    Ölkəmizin hərbi qüdrəti güclənir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır.
    Biz son 16 ildə iqtisadi inkişafa nail olduq və bir çox iqtisadi məsələlər öz həllini tapdı. Ölkəmizə böyük həcmdə sərmayə gətirildi. Qoyulan 260 milyard dollardan çox vəsait bu gün ölkəmizin, xalqımızın inkişafına xidmət göstərir. Həm neft, həm qeyri-neft sektoruna qoyulan vəsait ölkəmizin iqtisadi potensialını böyük dərəcədə gücləndirə bilmişdir.
    Sosial sahə ilə bağlı çox ciddi addımlar atılır və insanların rifah halı böyük dərəcədə yaxşılaşıb. Məcburi köçkünlərin problemləri öz həllini tapır. Yüzdən çox şəhərcik salınmışdır və bu məsələ ilə bağlı bundan sonra da addımlar atılacaq. Azərbaycanda çox müasir infrastruktur yaradılmışdır və bu sahəyə çox böyük vəsait qoyulmuşdur.
    Bir sözlə, son illər ərzində bütün istiqamətlər üzrə inkişaf, tərəqqi var. Sosial infrastrukturun inkişafı ilə bağlı çox böyük işlər görülmüşdür, məktəblər, xəstəxanalar tikilmişdir. Bütün bunlar Azərbaycan reallıqlarıdır. Biz artıq güclü iqtisadi potensial, güclü iqtisadi baza yaratmışıq. Əgər bizim təşəbbüsümüzlə uğurla reallaşan nəqliyyat və enerji layihələrini əlavə etsək, görərik ki, doğrudan da Azərbaycan böyük yol keçmişdir.
    Bu gün biz beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparırıq. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, 6 beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir.
    Görülmüş bütün işləri sadalamaq üçün bir neçə saat vaxt lazım olacaq. Sadəcə olaraq, demək istəyirəm ki, bu gün Azərbaycan müstəqillik yolunda inamla irəliləyir və ölkə qarşısında duran problemlər həll edilir. Ancaq biz gələcəyə baxmalıyıq, əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Ölkə qarşısında duran problemlər bizim üçün əsas məsələ olmalıdır və bütün müvafiq tapşırıqlar bu istiqamətdə verilir.
    Bundan sonra dayanıqlı inkişafı təmin etmək üçün biz fəal işləməliyik və qəbul olunmuş qərarlar icra edilməlidir. Hesab edirəm ki, bu, qarşıda duran ən vacib məsələlərdən biridir. Çünki bəzi hallarda qərarlar qəbul edilir, sərəncamlar imzalanır, ancaq onların reallaşması yubanır. Ona görə, bundan sonrakı dövrdə mütləq bu sahəyə daha ciddi diqqət göstərilməlidir ki, qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar həyata keçirilsin.
    Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Belə olan halda hərbi potensialımızın gücləndirilməsi əsas prioritet məsələlərdən biri olmalıdır. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Deyə bilərəm ki, son illərdə hərbi hissələrimizin 80 faizi tamamilə yenidən qurulub. Növbəti illərdə qalan, hələ də təmirə ehtiyacı olan hissələr də təmir ediləcəkdir. Azərbaycan bu gün çox güclü hərbi potensiala malikdir. Ancaq bundan sonra da bu istiqamətdə praktiki addımlar atılacaq.
    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altına düşməsi AXC-Müsavat rejiminin acı mirasıdır. Biz çalışırıq bu məsələni həll edək. Həm hüquqi, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərdən Azərbaycan bu istiqamətdə böyük dərəcədə güclənib. Son illərdə mötəbər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələr bizim ədalətli mövqeyimizi dəstəkləyir və münaqişənin həlli üçün bu, çox güclü hüquqi baza yaradıb. Qondarma “Dağlıq Qarabağ respublikası”nı heç bir ölkə tanımayıb, orada keçirilmiş qanunsuz referendumlara dünyanın aparıcı təşkilatları və bir çox ölkələr tərəfindən sərt, mənfi reaksiya verilmişdir. Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir. Çünki əgər əvvəlki dövrlərdə erməni lobbisi tərəfindən yayılan saxta, təhrif edilmiş məlumatlar daha çox yer tuturdusa, bu gün münaqişə ilə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır. Hər kəs xəritəyə baxsa görər ki, Azərbaycan işğala məruz qalan ölkədir.
    Bu məsələ ilə bağlı biz bundan sonra da ardıcıl siyasət aparacağıq. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Biz bu mövqedən dönməyəcəyik. Münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və müvafiq beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir.
    Biz bundan sonra da sosial sahəyə çox böyük diqqət göstərəcəyik. Çünki bu sahə hər bir ölkə üçün prioritet olmalıdır, o cümlədən bizim üçün. Baxmayaraq ki, son illər ərzində dəfələrlə maaşlar və pensiyalar artırılıb, biz bundan sonra da bu istiqamətdə addımlar atacağıq. Bu yaxınlarda çox böyük sosial paket qəbul edildi. Bu islahatların anonsu keçənilki prezident seçkilərindən sonra verilmişdir. Bu ilin əvvəlindən çox ciddi sosial təşəbbüs icra edilməyə başlamışdır. Qəbul edilmiş qərarlar üç milyon insanı əhatə edir və bu vətəndaşların maddi vəziyyəti yaxşılaşır.
    Ancaq hesab edirəm ki, biz bundan sonra da bu istiqamətdə tam qətiyyətlə addımlar atacağıq. Çünki vətəndaşların sosial rifahı bizim üçün ən prioritet məsələdir. Ancaq təbii ki, bu, iqtisadi inkişafa bağlıdır. Çünki iqtisadi inkişaf, maddi imkanlar olmasa sosial proqramları həll etmək mümkün olmayacaq. Ona görə iqtisadi sahədə aparılan islahatlara bu gün çox böyük diqqət göstərilir və bu islahatlar artıq nəticə gətirir. Nəticə ondan ibarətdir ki, büdcə daxilolmaları artır. Bu ilin əvvəlindən büdcə daxilolmaları böyük dərəcədə – yüz milyonlarla manat həcmində artmışdır. Bu, bizə əlavə imkanlar yaradır ki, ilk növbədə sosial sahədə bu artım özünü göstərsin.
    İşsizliklə bağlı problemlərin həlli daim gündəlikdə duran məsələdir. Çünki 2003-cü ildən bu günə qədər 2 milyon iş yeri yaradılmasına baxmayaraq, yenə də işsizlik var. Düzdür, başqa ölkələrə nisbətən Azərbaycanda işsizliyin səviyyəsi çox aşağıdır, ancaq biz hesab edirik ki, bundan sonra da bu istiqamətdə addımlar atılmalıdır. Bu ilin əvvəlindən təkcə dövlət sektorunda 50 minə yaxın iş yeri yaradılmışdır. Ancaq, əlbəttə, biz yaxşı başa düşürük ki, ilk növbədə özəl sektorda iş yerləri yaradılmalıdır, özəl sektorda da yaradılır. Biz dövlət olaraq özəl sektora dəstək göstərərək onları da bu işə sövq edirik.
    İşsizlik hər bir ölkə üçün xas olan problemdir. Bu məsələnin həlli böyük səylər tələb edir. Biz bu səyləri göstəririk və nəticə də əldə olunur. Ancaq onu da bilməliyik ki, son 15 il ərzində Azərbaycan əhalisi 1,7 milyon artmışdır. İşsizliklə bağlı tədbirlər müntəzəm olaraq aparılmalıdır. Bu, gündəlikdə daimi duran məsələdir və biz məsələ ilə bağlı ciddi məşğuluq.
    Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik.
    Bizim qarşımızda bir çox vəzifələr dayanır. Ən önəmlisi ondan ibarətdir ki, Azərbaycan öz müstəqil siyasətini aparmalıdır. Xalqımız ancaq müstəqillik şəraitində inkişaf edə bilər. Biz əsrlər boyu müstəqillikdən məhrum idik və öz seçimimizi edə bilmirdik. Bu gün biz xoşbəxtik ki, müstəqil ölkə kimi, azad xalq kimi yaşayırıq, taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq! Sağ olun.
    x x x
    Rəsmi qəbul Azərbaycan incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

    Mənbə: http://www.president.az

  • Şəfa VƏLİYEVA.”hər bazarertəsi tənha ağaclar”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    hər bazarertəsi tənha ağaclar
    sevinir duyanda gülüşlərini…
    o boz göyərçinlər, ala qarğalar
    sevdirir Tanrının əl işlərini…

    səninlə açılan hər səhər yaşıl,
    yerişin yaraşır bütün yollara…
    nə olsun xəyalın sərhədlər aşır?!
    mənimçün uzaqdı ikicə dalan…

    hərdən ürəyimə sığmır iş vaxtın-
    sonsuzluq simvolu o səkkiz saat…
    sənə xatir yaşayıram həyatı…
    açıram zəngini, zamanı uzat…

  • Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

    sxv

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
    Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    bütün zəlzələlər, qar uçqunları,
    bir insan ruhunun sancısındandı…
    şeirlər hisslərin uçurumları,
    romanlar ən ucuz intiharlardı…

    səhər “sevda!”-deyə yansa könlümüz,
    axşam can ağrısı qor edir bizi…
    uğrunda şeirlər öldürdüyümüz,
    bir ağ gün eşqinə öldürür bizi…

    Nə gözəl aldadır bizi bu dünya;
    ayaq tutan hər nə varsa yeridir…
    Təbiət Tanrının oyuncağıysa,
    ruhumuz ən gözəl oyun yeridir…

  • Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib

    Ötən həftə Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində “Nəsimi ili” ilə əlaqədar şeir müsabiqəsi keçirilib.
    Kollecin “Ana dili və ədəbiyyat” fənn birləşməsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə tələbələr Azərbaycan şairlərinin şeirlərini səsləndirərək qiraət məharətini nümayiş etdiriblər.

    Münsiflər heyətində təmsil olunan professor, Azərbaycan Respublikası mədəniyyət işçisi, “Göyərçin” jurnalının baş redaktoru Rafiq Yusifoğlu, filologiya üzrə fəlsəfə doktoru Rövşən Məmmədov, yazıçı, Kollecin “Kitabxana müdiri” Günel Eyvazlı, “Ana dili və ədəbiyyat” fənn birləşməsinin sədri Hamlet Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Aynur Qarayeva şəffaf səsvermə nəticəsində ən gözəl qiraət bacarığı, poeziya ruhu olan tələbəni fərqləndirə biliblər.
    Müsabiqənin qalibləri Fəxri Diplom, həvəsləndirici hədiyyələr və pul mükafatı ilə təltif olunublar.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Afaq MƏSUD

    Vəliyeva Afaq Məsud qızı — Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri[1], yazıçı, dramaturq, əməkdar incəsənət xadimi (2003), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981), 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının (PANİ) həqiqi üzvü. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[2]

    Həyatı
    Afaq Məsud 1957-ci ilin 3 iyununda Bakıda anadan olub. 1979-cu ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 1979-1986-cı illərdə “Azərbaycanfilm” kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986-1988-cu illərdə “Azərbaycantelefilm”də direktor vəzifələrində çalışıb. 1989-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktoru işləyib.
    Əsasən romanlar və hekayələr müəllifi kimi tanınır. Əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilib.
    Q.Q.Markesin “Patriarxın payızı”, T.Vulfun “Dünyanın hörümçək toru” romanlarını, qədim sufi əlyazmalarını – M.Nəsifinin “Mövcudluq haqqında həqiqət”, Ə.Qəzalinin “Səadət iksiri”, “Oğluma məktub”, “İlahi bilik”, İbn Ərəbinin “Məkkə açıqlamaları” Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
    “Can üstə”, “O məni sevir”, “Yol üstə”, “Qatarın altına atılan qadın”, “Kərbala”, “Mənsur Həllac” pyeslərinin müəllifidir.
    Əsərləri əsasında “Sərçələr”, “Qonaqlıq”, “Gecə”, “Cəza”, “Dovşanın ölümü” televiziya filmləri çəkilib.
    2000-ci ildə Vyana Universitetində A.Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib (S.Dohan “Avropa şərqşünaslığında qadın yazarlar”).
    “Humay” Milli Akademiyası mükafatı laureatıdır. Afaq Məsud 16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilmişdir.[3]
    23 dekabr 2015-ci ildə türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə TÜRKSOY-un “Haldun Taner” mükafatına layiq görülmüşdür.[4]
    2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
    1 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
    Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin nəvəsidir.
    Yazıçı Məsud Əlioğlunun qızıdır.

    Türkdilli ölkələr arasında ədəbi əlaqələrin möhkəmlənməsi istiqamətində göstərdiyi uğurlu fəaliyyətinə, teatr sənətinin inkişafında xidmətlərinə görə dəfələrlə TÜRKSOY-un medalı ilə təltif edilib.
    2015-ci ildə Türkiyə Mədəniyyət Nazirliyi, TÜRKSOY və Avrasiya Yazarlar Birliyinin təsis etdiyi “Beynəlxalq Səhnə Əsərləri müsabiqəsi”nin qalibidir.
    2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
    Kitabları[redaktə | əsas redaktə]
    “Üçüncü mərtəbədə”, Bakı, Gənclik, 1971
    “Şənbə gecəsi”, Bakı, Yazıçı, 1984
    “Субботний вечер”, Москва, 1984 (“Şənbə gecəsi”, Moskva, 1984)
    “Keçid” (povest və hekayələr), Bakı, Yazıçı, 1988
    “Tək”, Bakı, Gənclik, 1992
    “İzdiham”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi
    “Azadlıq” (roman, esse, hekayə), Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1997
    “Roman, esse, hekayə”, Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1999
    “Yazı”, Bakı, Qanun, 2004
    “II İohan” (hekayə-roman), Bakı, Mütərcim, 2009
    “Suiti”, Tehran, 2011, Pinar
    “Seçilmiş əsərləri” 1-ci cild, Bakı, Elm və təhsil, 2012
    “Seçilmiş əsərləri” 2-ci cild, Bakı, Elm və təhsil, 2012
    “Роман-рассказ”, Баку, Евразиа Пресс, 2012
    “Kalabalık” (“İzdiham”), Ankara, Bengü, 2015
    “Üzü işığa”, Tehran, Nohbəgan, 2015
    “İzdiham”, Tehran, Şurafərin, 2016
    “İzdiham”, Tehran, Fərsar, 2016
    “Избранное”, Москва, Художественная литература, 2017 (“Seçilmiş əsərləri”, Moskva: Xudojestvennaya literatura, 2017)
    “Azadlıq”, Kiyev, Druqe dixaniya, 2017
    “Azadlık” İstanbul, Zengin Yayıncılık,2018
    “Şənbə gecəsi və digər hekayələr”, Qahirə 2018
    “Azadlıq” Merani,2019
    Xarici keçidlər[redaktə | əsas redaktə]
    [1]
    İstinadlar[redaktə | əsas redaktə]
    Broom icon.svg Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
    ↑ http://www.president.az/articles/11752
    ↑ “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
    ↑ İlham Əliyev tanınmış yazıçıya vəzifə verdi
    ↑ Teatr xadimlərinə “Haldun Taner” mükafatı verildi

  • Azərbaycan Respublikasının Xalq yazıçısı Kamal ABDULLA

    Kamal Abdulla (tam adı: Abdullayev Kamal Mehdi oğlu) — dilşünas, ədəbiyyatşünas, yazar, ictimai xadim; filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi; Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Bakı Slavyan Universitetinin rektoru (2000-2014); Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai elmlər bölməsinin akademik – katibi (2010-2014); Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri (2014-2017); Azərbaycan Dillər Universitetinin rektoru (1 iyun 2017-ci ildən); Azərbaycan Yaradıcılıq Fondunun sədri, Azərbaycan Milli Elmlər Akademiyasının “Türkologiya” jurnalının baş redaktoru; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Himayəçilik Şurasının sədri, Birinci dərəcəli dövlət müşaviridir. Azərbaycan Respublikasının Xalq yazıçısı (24.05.2019).[1]

    Həyatı və fəaliyyəti

    4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
    1968-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

    1973-1976-cı illərdə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunun “Türk dilləri” şöbəsinin əyani aspirantı olub.
    1977-ci ilin yanvar ayında Moskvada “Sintaktik paralelizm” (“Kitabi-Dədə Qorqud” dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə etmişdir.
    1984-cü ildə Bakıda “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” adlı doktorluq dissertasiyası müdafiə etmişdir.
    1978 – 1983-cü illərdə Azərbaycan EA-nın Dilçilik İnstitutunda “Türk dillərinin müqayisəli tədqiqi” şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri.
    1983-cü ildən başlayaraq televiziyada “Azərbaycan dili”, “Qoşma”, “Dəfinə”, “Sözün sirri” kimi aylıq və həftəlik ədəbi-bədii, elmi-publisistik verilişlərin müəllifi və aparıcısı.

    1984-cü ildə Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
    1988-1990-ci illərdə Azərbaycan Mədəniyyət Fondunun (Hazırda Azərbaycan Yaradıcılıq Fondu) sədrinin birinci müavini, 1990-ci ildə Fondun İdarə Heyətinin sədri.
    1990-cı ildə M.F.Axundov adina Rus dili və ədəbiyyatı İnstitutunun “Ümumi və rus dilçiliyi” kafedrasının müdiri.
    1993-cü ildən 2000-ci ilədək yenidən Xarici Dillər İnstitutunun “Ümumi və Azərbaycan dilçiliyi” kafedrasının müdiri.
    1994-1995-ci illərdə Bursa (Türkiyə Respublikası) Uludağ Universitetinin “Türk dili və ədəbiyyatı” bölümünün professoru.
    2000-ci ilin may ayında ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun rektoru təyin edilib.

    Yaradıcılığı
    Elmi yaradıcılığı

    Türk xalqlarının qədim epik ədəbiyyatları sahəsində araşdırmalar müəllifi.
    Müxtəlif ölkələrin universitetlərində ( Rusiya – Linqvistik Universitet, Pedoqoji Universitet, Dilçilik İnstitutu; Türkiyə – Uludağ Universiteti, Ege Universiteti, Bahçeşehir Universiteti; Gürcüstan – Tiflis Dövlət Universiteti; Polşa – Varşava Universiteti; Fransa – İnalko Universiteti, Strasburq Universiteti; Almaniya – Mayns Universiteti, Humboltd Universiteti; ABŞ – Kolumbiya Universitetinin Harriman İnstitutu və başqalarında) “Ümumi dilçilik”, “Mətn sintaksisi”, “Kitabi-Dədə Qorqud” dastanlarının kulturoloji aspektləri”nə həsr olunmuş mühazirələr və xüsusi kurslar aparmışdır.
    Bir çox beynəlxalq simpozium, konfrans və kollokviumların təşkilatçısı və iştirakçısı.
    2009-cu ilin noyabr ayında Strasburq (Fransa), Varşava (Polşa), Mayns (Almaniya) universitetlərində “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud” kitabının təqdimat mərasimləri keçirilmiş və prof. Kamal Abdulla bu universitetlərdə “Kitabi Dəd ə Qorqud”un poetikası” mövzusunda mühazirələr oxumuşdur.
    Dilçiliyə dair “Проблемы синтаксиса простого предложения в азербайджанском языке” (Баку, Элм, 1983), “Azərbaycan dili sintaksisinin nəzəri problemləri” (Bakı, Maarif, 1999 – 2016-ci illər), “Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər” (müəllif qrupu ilə birgə), “Azərbaycanda rus dili” (İ.Həmidovla birgə), “Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik”, “Azərbaycanca danışaq” (Paris 2008, Buxarest 2010, Budapeşt 2011) kimi kitabları var.
    Ədəbiyyatşünaslıq və ədəbi tənqidə dair “Müəllif – əsər – oxucu” (Bakı, Yazıçı, 1985), “Əvvəl – axır yazılanlar” (Bakı, Yazıçı1990), “Yolun əvvəli və axırı” (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1993), “300 azərbaycanlı” (Bakı, Mütərcim, 2007) kitablarında dünya ədəbiyyatının problematik aspektlərindən bəhs edilir, qədim və müasir ədəbi prosesin görünməyən tərəfləri işıqlandırılır.
    “Лекции в Бакинском славянском университете” (Баку, Мутарджим, 2003) (“Bakı Slavyan Universitetində mühazirələr”) adlı kitabı (akad. A.Mirzəcanzadə ilə birlikdə) ədəbiyyat və poetika məsələlərinə həsr edilib.
    Qorqudşünaslığa dair “Gizli Dədə Qorqud” (1991), “Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2” (Bakı, Elm, 1999), “Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud”, “Kitabi-dədə Qorqud” dastanının poetikasına giriş” (Bakı, 2017) adlı monoqrafiyalar yazıb nəşr etdirmişdir.

    Akad. Kamal Abdulla 2015-ci ildə (prof. E.Ə. Nəcəfov ilə həmmüəlliflikdə) “Multikulturalizm” fənni üzrə “Multikulturalizmə giriş” (Bakalavr səviyyəsi üçün) və “Azərbaycan multikulturalizmi” (Magistr səviyyəsi üçün) tədris proqramları hazırlamışdır. O, “Azərbaycan multikulturalizmi” adlı ali məktəblər üçün dərsliyin elmi redaktoru (prof. E.Ə.Nəcəfovla birlikdə) və əsas müəlliflərindən biridir.
    Elmi və publisistik məqalələri Azərbaycanda və ondan kənarda çap olunur.
    200-dən çox məqalə, 20-dən çox elmi kitab, dərs vəsaiti və monoqrafiya müəllifidir.
    Onlarla magistr, aspirant və doktoranta elmi rəhbərlik etmişdir.

    Bədii yaradıcılığı
    Kamal Abdulla “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” romanlarının, şeirlər və hekayələr toplularının müəllifidir.
    Dram əsərlərindən ibarət Azərbaycan, rus, türk dillərində bir neçə kitabı nəşr olunmuşdur. “Unutmağa kimsə yox” (Bakı, Azərnəşr, 1995), “Ruh” (Bakı, Azərnəşr, 1997), “Все мои печали” (Bakı, Mütərcim, 2009) adlı pyesler toplusu var.
    “Gümüş dövrün sirləri” tərcümələr toplusunun (rus poyeziyasının “gümüş dövr şairlərinin şeirlərinin tərcüməsi) müəllifidir (Bakı, Mütərcim, 2001). “Kədərli seçmələr” (Bakı, Mütərcim, 2002) adlı kitabında esseləri, şeirləri, hekayələri, tərcümələri, pyesləri toplanıb.
    “Hekayələr” (Bakı, Mütərcim, 2009), “Labirint” (Bakı, Qanun, 2012), “Sirri-zəmanə” (Bakı, Mütərcim, 2014), “Edam vaxtını dəyişmək olmaz” (Bakı, 2017) adlı hekayələr toplusu çap olunmuşdur.“Yarımçıq əlyazma” romanı Bakıda ilk dəfə 2004-cü ildə çap edilib. Roman Azərbaycanda 2013-cü ildə təkrar nəşr edilib.
    “Sehrbazlar dərəsi” romanı Bakıda ilk dəfə 2006-ci ildə çap edilib.
    “Unutmağa kimsə yox…” romanı 2011-ci ildə Bakıda çap edilmişdir.
    Müəllifin öz məktəb həyatından bəhs edən “Tarixsiz gündəlik” povesti 2005-ci ildə Bakıda çap edilmişdir. 2007-ci ildə bu povest «Открывая друг друга» adlı topluda “Дневник с заметками на полях” adı ilə rus dilində çap edilmişdir. “Tarixsiz gündəlik” povesti 2007-ci ildə Heydər Əliyev Fondunun və Fondun rəhbəri Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə «Əsərlər toplusu» adlı kitabda dərc edilib. 2007-ci ildə povest “Един към друг” adlı topluda “Дневник с бележки в полетата” adı ilə bolqar dilində çap edilmişdir.
    “Yarımçıq əlyazma” romanının 2006-cı ildə Parisdə İnalko Universitetində, 2007-ci ildə Moskvada “Иностранная литература” jurnalının redaksiyasında, 2012-ci ildə Braziliyada (Paraiba Universitetində), 2013-cü ildə Avstriyada (Karl və Frants adına Qrats Universitetinin Alman dili və Ədəbiyyatı İnstitutunun təşkilatçılığı ilə), 2013-cü ilin noyabrında Londonda (Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Waterstones” kitab evində), 2014-cü ilin fevralında isə Berlində (Humboldt Universitetində) təqdimat mərasimləri keçirilmişdir.
    Əsərləri xarici dillərdə[redaktə | əsas redaktə]
    Pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və aşağıda qeyd edilən xarici ölkələrdə çap olunmuşdur:
    1. ABŞ-da – ingilis dilində
    2. Avstriyada – alman dilində
    3. Fransada – fransız dilində
    4. İtaliyada – italyan dilində
    5. Braziliyada – portuqal dilində
    6. Serbiyada – serb dilində
    7. Monteneqroda – monteneqro dilində
    8. Polşada – polyak dilində
    9. Rusyada – rus dilində
    10. Türkiyədə – türk dilində
    11. Qazaxıstanda – qazax dilində
    12. Qırğızıstanda – qırğız dilində
    13. Gürcüstanda – gürcü dilində
    14. Litvada – litva dilində
    15. İranda – fars dilində
    16. Yaponiyada – yapon dilində
    17. Rumıniyada – rumın dilində
    18. Macarıstanda – macar dilində
    19. Misirdə – ərəb dilində
    20. Bolqarıstanda – bolqar dilində

    “Yarımçıq əlyazma” Fransada “Le Manuscrıt inachevé” adı ilə (Paris, L’Harmattan, 2005), Türkiyədə “Eksik El Yazması” adı ilə (İstanbul, Ötüken, 2006), Rusiyada “Неполная рукопись” (Moskva, Xroniker, 2006), Braziliyada “O Manuscrito İnacabado” adı ilə (João Pessoa, İdeia, 2009), Polşada “Zagadkowy Rękopis” adı ilə (Torun, 2009), Misirdə “رلمخطوط المبتو” adı ilə (Qahirə, 2012), Amerikada (“The Incomplete Manuscript” adı ilə 2013), Qazaxstanda “Толык емес колжазба” adı ilə (Astana, 2013), Avstriyada «Das unvollständige manuscript» adı ilə (Viana, 2013), Qırğızıstanda «Толук емес колжазма» adı ilə (Bişkek, 2014), İtaliyada “İl Manoscritto İncompleto” adı ilə (Roma, 2014), Monteneqroda “Nepotpuni rukopis” adı ilə (Podgorica, 2015), Yaponiyada (Suseyşa nəşriyyatı, 2017) çap edilib.
    Bakıda 2006-cı ildə işıq üzü görmüş sufi dərvişlərin həyatından bəhs edən “Sehrbazlar dərəsi” romanı “Büyücüler deresi” adı ilə İstanbulda, “Долина Кудесников” adı ilə Sankt-Peterburqda (“Zlatoust”, 2010), “Stebukladarių slėnis” adı ilə Litvada (Vilnüs “Edukologiya” 2013), həmçinin 2013-cü ildə Yaponiyanın “Miçitani” nəşriyyatında çap edilmişdir.
    Moskvada «Господин дороги» adlı şeirlər və pyeslər toplusu nəşr edilmişdir (Москва, Риф Рой, 2004).
    2014-cü ildə Moskvada son illərdə qələmə aldığı hekayələri toplanmış «Платон, кажется, заболел…» toplusu 2016-ci ildə “Qızıl Delviq” mükafatına layiq görülmüşdür.
    Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulmuşdur.
    “Gəlin azərbaycanca danışaq” kitabı 2008-ci ildə Parisdə fransız dilində (Parlons Azerbaidjanais. L’Harmattan, 2008, Mişel Malerblə həmmüəlliflikdə), Rumıniyada rumın dilində (Sa Vorbim Azerbaidjana. İdeea Europeana, Buxarest 2010) Macarıstanda macar dilində (Budapeşt, 2011, prof. Mariya Keneşi ilə həmmüəlliflikdə) nəşr edilib.
    Təkrar nəşrlər:
    “Yarımçıq əlyazma” – “Le Manuscrıt inachevé” adı ilə Fransada (Paris, L’Harmattan, təkrar nəşr: 2013), “Eksik El Yazması” adı ilə Türkiyədə (İstanbul, Ötüken, təkrar nəşr: 2014), “İl manoscritto incompleto” adı ilə İtaliyada (Roma, İoleggoperche, təkrar nəşr 2015). “Неполная рукопись” adı ilə Rusiyada “Романы” kitabında (Москва, Художественная литература, 2013) və «Под сенью Карагача» kitabında (Москва, Художественная литература, 2016) təkrar nəşrlər həyata keçirilib.
    Haqqında yazılanlar[redaktə | əsas redaktə]
    Azərbaycanda Kamal Abdulla haqqında “Kədərin sirri” (müəllifi Elçin Səlcuq), “Kamal Abdulla: seçimin morfologiyası” (müəllifi Asif Hacılı), “Kamal Abdulla: Yazıdan mifə” (müəllifi Rüstəm Kamal), Türkiyədə “Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” (müəllifi Mehman Musaoğlu), Rumıniyada « Камал Абдулла: Философия полноты» (müəllifi Lyudmila Bejenaru) adlı kitablar çap olunub.
    Elmi və bədii yaradıcılığı ilə bağlı Rusiya, Türkiyə, Fransa, İtaliya, Braziliya, Polşa, Litva, ABŞ, Qazaxstan, Qırğızıstan, Yaponiya və başqa ölkələrdə məqalələr çap edilib.

    Almaniyanın Mayns Universiteti və Folkenştayn Cəmiyyəti ilə birgə 2009-cu ildən həyata keçirilən “Kitabi Dədə Qorqud” və “Nibelunqlar haqqında nəğmə” adlı Beynəlxalq layihənin ideya müəllifi və təşkilatçılarından biri;
    Türk Dil Qurumunun həqiqi fəxri üzvü;
    Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki);
    Rus PEN-klubunun (Moskva) üzvü;
    MŞPU-nun (Moskva Şəhər Pedaqoji Universitetinin) fəxri doktoru;
    Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru;
    Sofiya Universitetinin ali mükafatı – “Mavi Lent Fəxri Nişanı” (“Honorary Blue Ribbon Insignia”) laureatı;
    Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki;
    Rusiyanın Ural Federal Universitetinin fəxri doktoru;
    Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü.
    Mükafatlar və Təltiflər[redaktə | əsas redaktə]
    3 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni;
    2007-ci ildə Rusiya Federasiyasının Puşkin medalı;
    2007-ci ildə Azərbaycanda Humay mükafatı;
    2007-ci ildə 525-ci qəzetin “İlin romanı” adlı mükafatı;
    2007-ci ildə Monitorinq qrupunun “İlin ədəbiyyat adamı”;
    2009-cu ildə Azərbaycanla Çexiya arasında münasibətlərin inkişafında mühüm roluna görə “Karl Kramej” medalı;
    2009-cu ildə Polşa Respublikası prezidenti Lex Kaçinski tərəfindən təqdim edilən “Böyük Xaç” kavaler ordeni;
    2009-cu ildə Polşanın müsbət simasının formalaşmasındakı mühüm xidmətlərinə görə Polşa Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi Diplomu;
    2010-cu ildə Dədə Qorqud Milli Fondunun “Dədə Qorqud Milli Mükafatı” “Azərbaycan dünyası” beynəlxalq jurnalının “Vətən övladı” qızıl medalı;
    2010-cu ildə III Nəsimi Milli Ədəbiyyat Müsabiqəsində “Yarımçıq əlyazma” romanına görə “Son 10 ilin ədəbi əsəri” mükafatı;
    21 may 2015-ci ildə İranın Təbriz şəhərində Qafqaz Universitetləri Birliyinin (KUNİB) 5-ci konqresində “Elmi fəaliyyətə görə” mükafat;
    21 sentyabr 2015-ci ildə “Yarımçıq əlyazma” romanı İtaliyanın ən böyük fondlarından biri Rikardo Tanaturri Fondunun təsis etdiyi “Scanno” mükafatının (“Skanoprize”) ədəbiyyat üzrə xüsusi prizi;
    2016-cı ildə Rusiyanın məşhur “Художественная литература” nəşriyyatı tərəfindən çap edilən “Platon, deyəsən, xəstələnib…” (“Платон, кажется, заболел…”) hekayələr kitabına Rusiyada ədəbiyyat üzrə təqdim olunan “Qızıl Delviq” mükafat;
    2017-ci ildə Şərqi Avropada ilin ən bacarıqlı şəxslərini seçən Regional Agentlik və onun nəşr etdiyi “Euromanager” jurnalı tərəfindən “Müasir dünyanın dini, irqi və etnik ayrı-seçkilik kimi problemlərindən əziyyət çəkən Avropa regionunda multikulturalizm ənənələrinin inkişaf etdirilməsi sahəsində xidmətlərinə görə” mükafat.
    İstinadlar[redaktə | əsas redaktə]
    ↑ “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Azərbaycan Respublikasının Xalq şairi Musa YAQUB

    Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub; 10 may 1937, Buynuz, İsmayıllı rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1970), Milli Məclisin deputatı (1995-2000), Azərbaycan Respublikasının Xalq şairi (2019)

    Həyatı
    Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləmişdir. ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olmuşdur. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, “Azərbaycan” jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışmışdır (1974-1978). İsmayıllı rayonunda çıxan “Zəhmətkeş” qəzetinin redaktoru olmuşdur (1978-?).

    Ədəbi fəaliyyətə 1957-ci ildə “Azərbaycan” qəzetində çap olunan “İki qəlb, iki dünya” poeması ilə başlamışdır. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak etmişdir. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olmuşdur (1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilmişdir. M.F.Axundov adına mükafata layiq görülmüşdür. Musa Yaqub Parkinson xəstəliyindən əziyyət çəkir.

    Musa Yaqub 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülmüşdür.[1]

    Əsərləri

    Yarpaqlar oxuyur (şerlər). Bakı: Azərnəşr, 1966, 30 səh.
    Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1966, 58 səh.
    Bu məhəbbət yaşadır məni (şerlər). Bakı: Gənclik, 1970, 72 səh.
    Mənim kainatım (şerlər). Bakı: Gənclik, 1973, 88 səh.
    Üzü bəri baxan dağlar (şerlər və poema). Bakı: Azərnəşr, 1977, 96 səh.
    Yaxşı ki, sən varsan (şerlər və poemalar). Bakı: Yazıçı, 1979, 132 səh.
    Bir sim üstə (şerlər və poema). Bakı: Yazıçı, 1983, 255 səh.
    İki qəlbin işığı (şerlər və poemalar). Bakı: Gənclik, 1985, 124 səh.
    Mənim sevgi taleyim. Bakı: Yazıçı, 1988, 132 səh.
    Ürəyimdə yerin qaldı (şerlər, poemalar). Bakı: Gənclik, 1992, 130 səh.
    Nanə yarpağı (şerlər, poemalar). Bakı: Sabah, 1996, 388 səh.
    Payızdan yaza yol varmı (şerlər). Bakı: Azərnəşr, 1999,
    Ruhumla söhbət (şerlər). Bakı: Müstəqil nəşriyyat, 2000, 235 səh.
    Bu dünyanın qara daşı ğöyərməz(şerlər) Baki: Azərnəşr, 2007
    Dövrün dəyirmanı, 2012

    İstinadlar

    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Azərbaycan Respublikasının Xalq şairi Ramiz RÖVŞƏN

    Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — şair, yazıçı, esseist, kinossenarist,[1] tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).

    Həyatı
    Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktorudur. Bir neçə şeir kitabının müəllifidir.

    Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir. O, 24 may 2019-cu ildə “Azərbaycan Respublikasının Xalq şairi” fəxri adına layiq görülmüşdür.[3]

    Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

    Yazıçı Yaşar Əliyevin qardaşıdır.
    Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır[4].
    Kitabları
    Cild Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə ISBN
    Bir yağışlı nəğmə Şeirlər Bakı Gənclik 1970 62
    Göy üzü daş saxlamaz Şeirlər və poema Bakı Yazıçı 1987 158
    Kəpənək qanadları Nəğmələr Bakı Səda 1999 120
    Gedək biz olmayan yerə Şeirlər və poema Bakı Çıraq 2006 184
    Nəfəs – kitablar kitabı Şeir, nəsr, esse Bakı Qanun 2006 760
    Göy üzü daş saxlamaz Şeirlər Təbriz Yaşmaq 2007 ISBN 965-6743-87-0
    Nefes – kitablar kitabı Şiir-nesr-esse Ankara Bengü 2008 226 ISBN 978-605-5988-11-1
    Yağışlı nəğmə Şeirlər Tehran Əndişeye No 2009 312 ISBN 978-964-6149-56-4
    Sevgi məktubu kimi Şeirlər Bakı Mütərcim 2009 52
    Yağış yuyur, gün qurudur Şeirlər Tehran Pinar 2011 240 ISBN 965-6743-87-0
    Göyərçinim, gəl görüm Şeirli, şəkilli əlifba Bakı 3 alma 2018 68 ISBN 978-9952-311-53-2
    Gizlənmişəm, tap məni Uşaq şeirləri Bakı 3 alma 2018 32 ISBN 978-9952-310-97-9
    Tərcümələri
    Sergey Yesenin. Qara adam (poema). “Xəzər”, 2004, N3, s.18-22.
    Vladimir Mayakovski. Şalvarlı bulud (poemadan parça); Anam və almanların öldürdüyü bir gecə; Qulaq asın; Sergey Yeseninə (şeirlər). “Xəzər”, 2005, N1, s.18-26.
    Aleksandr Blok. Şeirlər. “Xəzər”, 2005, N2, s.24-26.
    Marina Svetayeva. Sənin adın; Yatır yollar yorğunu (Blok haqqında şeirlərdən). “Xəzər”, 2005, N2, s.27-30.
    Filmoqrafiya
    Filmin adı İl Ssenari müəllifi Redaktor Şeir müəllifi Mahnı mətnlərinin müəllifi Sinxron mətnlərin müəllifi Mətn düzümü Filmin növü
    Qız Qalası (1924).JPG
    Qız qalası əfsanəsi 1923 Hə
    (2011-ci ildə filmin bərpasından sonra dialoqların mətninin müəllifi) Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Şəbih 1971 Hə “Mozalan” satirik kinojurnalı № 2, 1-ci süjet
    Bulud Niyə Ağlayır? (1973).jpg
    Bulud niyə ağlayır? 1973 Hə Qısametrajlı cizgi filmi
    Pıspısa Xanım və Siçan Bəy (1974).jpg
    Pıspısa xanım və Siçan bəy 1974 Hə Qısametrajlı cizgi filmi
    Təkcə adanı özünlə apara bilməzsən… (film, 1980).jpg
    Təkcə adanı özünlə apara bilməzsən… 1980 Hə Tammetrajlı bədii film
    Yol Əhvalatı (1980)(afişa).JPG
    Yol əhvalatı 1980 Hə Tammetrajlı bədii film
    Babamızın babasının babası (film, 1981)(kollaj).jpg
    Babamızın babasının babası 1981 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Söyüdlünün su dərdi 1982 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 75, 2-ci süjet
    Nizami (1982).JPG
    Nizami 1982 Hə Tammetrajlı bədii film
    Əzablı Yollar (1982).JPG
    Əzablı yollar 1982 Hə Tammetrajlı bədii film
    Evlənmək İstəyirəm (1983).JPG
    Evlənmək istəyirəm 1983 Hə Hə Tammetrajlı bədii film
    Tənha Narın Nağılı (1984).JPG
    Tənha narın nağılı 1984 Hə Tammetrajlı bədii film
    Cin Mikrorayonda (1985).JPG
    Cin mikrorayonda 1985 Hə Tammetrajlı bədii film
    Humayın Yuxusu (1985).jpg
    Humayın yuxusu 1985 Hə Qısametrajlı cizgi filmi
    Şəhərli biçinçilər (film, 1986).jpg
    Şəhərli biçinçilər 1986 Hə Tammetrajlı bədii film
    İşarəni Dənizdən Gözləyin (1986).JPG
    İşarəni dənizdən gözləyin 1986 Hə Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Fədailər 1986 Hə Qısametrajlı bədii süjet-Mozalan № 106, 4-cü süjet
    Şəkil yoxdur-film.svg
    Özbaşınalıq 1986 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 103, 1-ci süjet
    Şəkil yoxdur-film.svg
    Haram tikə 1986 Hə Qısametrajlı sənədli film-Mozalan № 110
    Bəyin Oğurlanması (1985)(kollaj).jpg
    Bəyin oğurlanması 1986 Hə Tammetrajlı bədii film
    Xüsusi Vəziyyət (1986).jpg
    Xüsusi vəziyyət 1986 Hə Tammetrajlı bədii film
    Süd Dişinin Ağrısı (1987).JPG
    Süd dişinin ağrısı 1987 Hə Tammetrajlı bədii film
    Kishi Sozu (1987).JPG
    Kişi sözü 1987 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Lovğa fil balası 1987 Hə Qısametrajlı cizgi filmi
    Araqarışdıran (film, 1987).jpg
    Araqarışdıran 1987 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Varlığa nə darlıq 1987 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 118, 1-ci süjet
    Şəhidlərdən Şəhidlərə (1990).jpg
    Şəhidlərdən şəhidlərə 1990 Hə Qısametrajlı sənədli film
    Qətl Günü (1990).JPG
    Qətl günü 1990 Hə Tammetrajlı bədii film
    Təxribat (1990).JPG
    Təxribat 1990 Hə Tammetrajlı bədii film
    Girişmə, Öldürər (1990).jpg
    Girişmə, öldürər 1990 Hə Tammetrajlı bədii film
    Gecə Qatarında Qətl (1990).JPG
    Gecə qatarında qətl 1990 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Almas İldırım 1991 Hə Qısametrajlı sənədli film
    Şəkil yoxdur-film.svg
    Bəhanə 1991 Hə Qısametrajlı sənədli süjet-Mozalan № 161, 1-ci süjet
    Bəxt Üzüyü (1991).JPG
    Bəxt üzüyü 1991 Hə Tammetrajlı bədii film
    Prima (1992).JPG
    Prima 1992 Hə Qısametrajlı sənədli film
    Şəkil yoxdur-film.svg
    Şəbi-hicran 1993 Hə Qısametrajlı sənədli film
    Ac Herifler (1993).JPG
    Ac həriflər 1993 Hə Tammetrajlı bədii televiziya film-tamaşası
    Şəkil yoxdur-film.svg
    Kamança 1993 Hə Tammetrajlı Bədii televiziya filmi
    Ağ atlı oğlan (film, 1995)(kollaj).jpg
    Ağ atlı oğlan 1995 Hə Hə Tammetrajlı bədii film
    Özgə Vaxt (1996).JPG
    Özgə vaxt 1996 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Füzuli-500 1997 Hə Qısametrajlı sənədli film
    Sarı Gəlin (1998).JPG
    Sarı gəlin 1998 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Xoşbəxt adam 1999 Hə Sənədli televiziya filmi
    Etimad Telefonu (2001).jpg
    Etimad telefonu 2001 Hə Tammetrajlı bədii film
    Şəkil yoxdur-film.svg
    Ömür ağacı 2002 Hə Sənədli televiziya filmi
    Hacı Qara (2002).JPG
    Hacı Qara 2002 Hə Tammetrajlı bədii film
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003 Hə Qısametrajlı cizgi filmi
    Məkanın Melodiyası (2004).jpg
    Məkanın melodiyası 2004 Hə Tammetrajlı bədii film
    Küçələrə Su Səpmişəm (2004).JPG
    Küçələrə su səpmişəm 2004 Hə Hə Tammetrajlı bədii film
    Arxada qalmış gələcək (film, 2004).jpg
    Arxada qalmış gələcək 2005 Hə Tammetrajlı bədii film
    Əlvida, Cənub Şəhəri (2006).JPG
    Əlvida, cənub şəhəri 2006 Hə Hə Tammetrajlı bədii film
    Cavid ömrü (film, 2007).jpg
    Cavid ömrü 2007 Hə Tammetrajlı bədii film
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (2003).jpg
    Kitabi Dədə Qorqud. Basat və Təpəgöz 2003 Hə Qısametrajlı cizgi filmi
    Məhkumlar (2007).jpg
    Məhkumlar 2007 Hə Tammetrajlı bədii film
    Biz Qayıdacağıq (2007).JPG
    Biz qayıdacağıq 2007 Hə Tammetrajlı bədii film
    Qala (2008).jpg
    Qala 2008 Hə Hə Tammetrajlı bədii film
    Buta (2011).jpg
    Buta 2011 Hə Tammetrajlı bədii film
    İlahi məxluq (film, 2011).JPG
    İlahi məxluq 2011 Hə Tammetrajlı bədii film
    Tərsinə çevrilən dünya (film, 2011).jpg
    Tərsinə çevrilən dünya 2011 Hə Tammetrajlı bədii film
    Səhərə inan… (film, 2011).jpg
    Səhərə inan… 2011 Hə Hə Tammetrajlı bədii televiziya filmi
    Maestro (film, 2011).jpg
    Maestro 2011 Hə Hə sənədli televiziya filmi
    Çölçü (film, 2012).jpg
    Çölçü 2012 Hə Tammetrajlı bədii film
    Yarımçıq xatirələr (film, 2015).jpg
    Yarımçıq xatirələr 2015 Hə Tammetrajlı bədii film
    Haqqında olan televiziya verilişləri
    Üç çinar yarpağı (film, 1985) (ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor Ramiz Həsənoğlu) (veriliş üç şair – Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif Cəbrayılzadəyə həsr olunub)
    Burax gedim, ay işığı (film, 1987) (rejissor Ramiz Həsənoğlu)
    Ağrı (film, 1993) (rejissor Ramiz Həsənoğlu)
    Mətnlərinin müəllifi olduğu mahnılar
    “Bağışla”. Flora Kərimova (youtube. com)
    “Pıspısa xanım və Siçan bəy”. Flora Kərimova (youtube. com)
    “Ayrılıq”. Azərin (youtube. com)
    “Yalquzaq”. Şəmistan Əlizamanlı (youtube. com)
    “Bu ağac öləcək…”. Mehriban Zəki (youtube. com)
    “Bilirəm gələn deyilsən”. Şəfa. (youtube. com)
    “Bilirəm gələn deyilsən”. Lamiyə (youtube. com)
    “Səni sevdim sevilmədən”. Lamiyə (youtube. com)
    Filmlərdə səslənən şeirləri
    “Yağış yuyur, gün qurudur” (Əlvida, cənub şəhəri Mehriban Zəki) (youtube. com)
    İstinadlar
    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 272-274.
    Ramiz Rövşənin doğum günüdür
    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.
    RAMİZ RÖVŞƏNİN OĞLU “VARİS”də. musavat.com (azərb.)
    Mənbə
    Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
    Xarici keçidlər
    Commons-logo.svg
    Vikianbarda Ramiz Rövşən ilə əlaqəli mediafayllar var.

    Vikisitatda Ramiz Rövşən ilə əlaqədar sitatlar var.
    Ramiz Rövşən: “Susuram, Sözüm böyüyür” Rəsul Mirhəşimli
    Ramiz Rövşən. “Azərbaycansayağı hannibalizm” (esse)
    “Tanış səltənətin sultanı” Fəxri Uğurlu
    Ramiz Rövşən. Şeirlər, Hekayələr
    Ramiz Rövşən şeirləri və haqqında
    Milli Metr: Ramiz Rövşən
    Geriyə baxanda – Ramiz Rövşən (24.09.2017)

  • Azərbaycan Respublikasının Xalq şairi Vahid ƏZİZ

    Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974).

    Həyatı
    Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur[1]. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963-1964).

    Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). “Xəbər Mətbuat Agentliyi”ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışmışdır.

    Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991-1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində “Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi”nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni – Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.

    “Oğuz eli” ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olmuşdur. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olmuşdur (1991). “Ergün” firmasını, eyni adlı nəşriyyatı təsis etmişdir. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirmişdir.

    Bədii yaradıcılığa 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində çıxan ilk şeirindən sonra başlamışdır. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunmuşdur. Yeni şeirlərlə vaxtaşırı çıxış etmişdir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılmışdır. “Dözmək olmur” (1997) şeirlər kitabı rəğbətlə qarşılanmışdır. Bədii tərcümə ilə də məşğul olur. 40-dan çox mahnısına musiqi bəstələnmişdir. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olmuşdur.

    24 may 2019-cu ildə “Azərbaycan Respublikasının xalq şairi” fəxri adına layiq görülmüşdür.[2]

    Əsərləri

    Mən küləyi görürəm. Bakı: Gənclik, 1969, 40 səh.
    Aylı pəncərə. Bakı: Gənclik, 1974, 63 səh.
    İllərin baharı. Bakı: Yazıçı, 1980, 136 səh.
    Əllərimin kölgəsi. Bakı: Gənclik, 1985, 232 səh
    Тень моих рук. M.: Советский писатель, 1988, 120 стр.
    “Dözmək olmur” (1997)
    Tərcümələri
    Ruscadan
    Aqustino Netto. Azadlıq nəğmələri. Bakı: Yazıçı, 1981, 84 səh.
    İstinadlar
    Elmin Nurizadə, “Səmimiyyət və müdriklik aralığında”, “Bütöv Azərbaycan”, №34(122), 5-11 oktyabr 2011. səh.12
    “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı” (azərb.). president.az (25 may 2019). 25 may 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 may 2019.

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq şairi”

    Cəfərov Vahid Əziz oğlu (Vahid Əziz)
    Əliyev Ramiz Məmmədəli oğlu (Ramiz Rövşən)
    Yaqubov Musa Səfiməmməd oğlu (Musa Yaqub)

    “Xalq yazıçısı”

    Abdullayev Kamal Mehdi oğlu (Kamal Abdulla)
    Rəsulzadə Natiq Rəsul oğlu
    Vəliyeva Afaq Məsud qızı (Afaq Məsud)

    “Xalq artisti”

    Muradov İlqar Əliməmməd oğlu
    Zeynallı Cavanşir Mirzəməmməd oğlu

    “Əməkdar incəsənət xadimi”

    Cəbrayıllı Vaqif İsib oğlu (Vaqif Bayatlı Odər)
    Hüseynbəyli Elçin Hüseyn oğlu
    Mustаfаyеv Firuz Qədimаlı оğlu (Firuz Mustafa)

    “Əməkdar artist”

    Xasiyev Nadir Şənbə oğlu
    Kərimova Cəmilə Rüstəm qızı
    Məsimov Qurban Abdulla oğlu
    Nağıyev Qasım Gəncalı oğlu
    Niftəliyeva Nurbəniz Nurəddin qızı
    Süleymanova Elmira Süleyman qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Əliyev Asim Yediyar oğlu
    Əlixanov Vaqif Ənvər oğlu (Vaqif Əlixanlı)
    Güləliyev Abbas Musaxan oğlu
    Məmmədov Rauf Davud oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 24 may 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Bulanova Oksana İqorevna
    Əhmədov Ənvər Misir oğlu
    Qəniyev Maarif Soltan oğlu
    Mustafayev Sabir Məmməd oğlu
    Salayev İltifat Saleh oğlu
    Talıbzadə Alina Dmitriyevna.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezident
    Bakı şəhəri, 25 may 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Səmimiyyət…”

    Yığcam, oxunaqlı povest və hekayələr, esse və mənsur şeirlər müəllifi, gözəl dost və səmimi insan kimi xətrini istədiyim hörmətli yazıçımız, tanınmış Musa Quluzadənin 80 yaşı tamam olmuşdur.

    İllər həqiqətən öz sözünü deyir: qara saçdan ağ saçlara qədər ləyaqətli bir yol keçmiş Musa müəllim bu gün də insani keyfiyyətlərilə mənə əzizdir.

    Əvvəllər imzasını mətbuat səhifələrindən tanısam da, “Ədəbiyyat və incəsənət” qəzetində işlədiyim vaxtlarda redaksiyaya gəlişini xatırlayıram. Üç hekayə oxudu və onlardan ikisini ayrı-ayrı vaxtlarda çap elədik. Qafqaz şeyxülislamı Allahşükür Paşazadə haqqında sənədli povestdən parçalar verdik. Yeri gəlmişkən deyim ki, bu əsərdə hörmətli şeyximizə geniş yer verilsə də, orada Azərbaycan şeyxləri haqqında ilk dəfə yazıçı qələmilə danışılır, qiymətli mənbələr əsasında bədii söz deyilirdi. Yadımdadır, sonralar “Şəfqətli və mərhəmətli qəlb” adlanan bu kitab 50 min tirajla nəşr olundu.

    Musa Quluzadənin hekayə və povestləri səmimiliyi, dilinin obrazlığı ilə seçildiyindən, nüfuzlu qələm sahiblərindəndi. Yaradıcılıq diapazonu genişdir və üslubu aydındı. Yazdığı hekayə və povestləri, mənsur şeirləri və fəlsəfi məzmun daşıyan esseləri, radio və televiziya pyesləri, uşaqlar üçün nağılları, hekayələri oxucularla ədəbi əlaqələrini daha da genişləndirmiş və ona yeni-yeni mövzular vermişdir. “Püstə”, “Onu hamı görmək istəyirdi”, “Meşədən səs gəlir”, “Ötən günlərin sorağında”, “Dünya yaxşılarındır”, “Bu da bir ömürdür”, “Xatirələrdən boylanan ömür” və s. kitabları dediklərinə misal ola bilər.

    Yazıçının “Xatirələrdən boylanan ömür” adlı kitabında toplanmış povest və hekayələrində bir-birindən fərqlənən insan xarakterləri, ölkəmizin cənub bölgəsinin əvəzsiz təbiət gözəllikləri və bunların təbii boyalarla təsviri uzun müddət yadda qalır, bizi mənəvi zənginləşdirir, yaşamağa çağırır.

    Musa müəllim ədəbi yaradıcılığında olduğu kimi, həyatda da olduqca səmimi insandır. İxtisasca tarixçi olsa da, mütaliəsi genişdir, dünyagörüşü zəngindir. Tarixçi olmaq dərddir, – deyir Musa Quluzadə. Bu, onun müqəddəs dərdidir. Bəlkə də, bu dərdə görə onu çox sevirəm. Bizim dostluğumuz, söhbətimiz daha yaxşı tutur. Musadan Azərbaycançılıq dərsi almaq olur. Buna görə taleyimə minnətdaram ki, onu bu cürə tanıyıram.

    Musa Masallı bölgəsində pərvəriş tapıb. Masallı gözəl ziyalıları ilə seçilən bir diyardır. Böyük-kiçik, ana-bacı, ağsaqqal-qarasaqqal nüfuzu, əvəzsiz mənəvi sərvətimiz kimi bu tərəflərdə qiymətli tutulur. Bütün bunlar, ümumilikdə götürəndə Azərbaycan mədəniyyətidir, milli, mənəvi mentalitetdir, Musada bunların cəmini, demək olar, mən həmişə müşahidə edirəm. İnsan saflaşır. Səmimiyyət dedikdə, mən bunları düşünürəm.

    Təbiidir ki, ədəbi yaradıcılıq da insan təbiətindən, onun mənəviyyatından süzülüb gələn ona qaynayıb-qarışan bir qüvvədir. İstisnalar da başqa cür olmur. Bu mənada Musanın əsərlərinin əksəriyyəti onun özünə bənzəyir. Səmimi, mülayim, maraqlı, yəni Musa kimi söhbətcil.

    Musa Quluzadənin əsərləri dilinin obrazlığı, qələmə aldığı mövzuların insanı düşündürməsi ilə seçilir. Yaradıcılıq diapazonu genişdir və üslubu aydındır. Yazdığı povest və hekayələr, mənsur şeirləri, fəlsəfi məzmun daşıyan esseləri, radio və televiziya pyesləri, uşaqlar üçün yazdığı povest, hekayə və pyesləri həmişə maraqla qarşılanmışdır. Həcmindən asılı olmayaraq Musanın bütün əsərlərində həyat vardır və hu həyati hadisələr obrazlı şəkildə, yeni çalarlarla verilir.

    Müəllifin özünəməxsus yazıçı üslubu onun yeni “Xatirələrdən boylanan ömür” kitabında toplanmış əsərlərində də görünür.

    Kitabda müəllifin iki povesti, iki pyesi, on hekayəsi, əllidən çox mənsur şeir və esseləri toplanmışdır. Bu əsərlərin hamısının istər kiçikhəcmli esseləri, mənsur şeirləri olsun, istərsə də povestləri, mövzuları yenidir, təzədir. Bu əsərlər formaca, məzmunca da yenidir. Bu əsərlər insanı düşündürür, oxucunun mənəvi aləminə işıq salır, qəlb dünyasını oyadır.

    Musa müəllimin bir neçə sənədli hekayəsi də kitaba salınmışdır. Bunlar: “Kəhkəşanda parlaq ulduz”, “Ad günü” və “Əsgər paltarı”dır. “Kəhkəşanda parlaq ulduz” hekayəsi böyük dövlət xadimi Heydər Əliyevə həsr olunmuşdur. Əsərdə ədəbiyyatımızın, milli mədəniyyətimizin böyük bilicisi, qayğıkeşi, Azərbaycanı, Azərbaycan xalqını və onun çoxəsrlik bədii, estetik təfəkkürünün yadigarlarını dünyada tanıtmaqda misilsiz xidmət göstərmiş Heydər Əliyevin bədii obrazı məhəbbətlə yaradılmışdır. Əsər böyük uğur qazanmışdır. 2004-cü ildə Azərbaycan Yazıçılar Birliyinin və Novosibirsk şəhərindəki “Heydər Əliyev adına Beynəlxalq Forum”un keçirdiyi müsabiqədə 1-ci yeri tutmuşdur. Dəfələrlə radioda səslənmiş, qəzetlərdə dərc olunmuşdur. Əvəzolunmaz şairimiz S.Vurğuna həsr olunmuş “Ad günü” və ecazkar səsi ilə musiqi mədəniyyətində öz yeri olan Şövkət xanıma həsr olunmuş “Əsgər paltarı” hekayələri də səmimiliyi ilə seçilir.

    Kitabda əllidən artıq mənsur şeir və esselər xüsusi yer tutur. Mənsur şeir və esse janrı çətin janrdır. Hər qələm sahibi bu sahədə yazmır. Burada az sözlə çox məna verilməlidir. Sözlərdə qafiyə, axıcılıq, bir sözlə, nəsrlə yazılmış şeirdir.

    Ədəbiyyatımızda bu sahədə məşhurlaşan xalq yazıçısı Gülhüseyn Hüseynoğlundan sonra uğur qazanan Musa Quluzadədir.

    Hörmətli qələm dostumun Dağlıq Qarabağla əlaqədar yazdığı radiopyeslərində, hekayələrində və mənsur şeirlərində vətəndaşlıq qayəsi daha aydın görünür, xalqımızın mübarizə əzmini, doğma torpaqlarımızın azad olacağı günə möhkəm inamını, milli qürur hisslərini patetikadan uzaq, sənətkarlıqla verə bilir. Çünki onun özü də müstəqillik yolundakı istiqlal mübarizəsinə səs vermiş, ulu öndərimiz Heydər Əliyevin çağırışlarına qoşulmuşdur. 1993-cü ilin yayında Lənkəranda baş verən separatçılığa qarşı Musa Quluzadənin yazıçı səsi daha gür səsləndi və eşidildi.

    Onun bir-birinin ardınca mətbuatda dərc etdirdiyi “Biz daha sıx birləşməliyik”, “Vətən bölünməzdir”, “İndi hansı yana əyilməliyik?!” kimi tutarlı publisist yazıları, televiziya ilə çıxışları böyük əks-səda doğurmuşdur. Bütün bunlar indiki kimi yadımdadır.

    Musa Quluzadə görkəmli yazıçı olduğu kimi, həm da tanınmış tarixçi alimdir, tarix elmləri doktorudur. O, 50 ilə yaxındır ali məktəblərdə dərs deyir. Hazırda Prezident yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində işləyir və Azərbaycanın dövlətçilik tarixindən mühazirələr oxuyur, Respublikanın əməkdar müəllimidir. Onun elmi və bədii təfəkkürü bir-birini tamamlayır. Bu vaxta kimi 250-dən artıq elmi məqalə, 4 monoqrafiya, bir elmi kitabı nəşr edilmişdir. Əlamətdar hadisədir ki, Musa müəllim, “Azərbaycanın dövlətçilik tarixi” kitabını yazıb nəşr etdirmişdir. Bu əsər respublikada ali məktəb tələbələri üçün yazılmış ilk tədris vəsaitidir.

    Qələm dostumun “Ziyalılar cəmiyyəti”ndə sədr müavini işlədiyi vaxtlarda etdiyi çıxışları indi də xatırlayıram. Bu gün də o, müstəqil Azərbaycanın tərəqqisi yolunda fəaliyyətini davam etdirir.

    Deyirlər, dost yolda sınanar. Mən Musa müəllimlə ən uzaq yola – vaxtilə Kuba adasına, Havanaya səfərə çıxmışıq. Onun daxili aləminə bir daha bələd olmuşam, mənəvi gözəlliyini – paklığını bir daha görmüşəm. Yazıçılarımızın sırasında belə təvazökar, gözü-könlü tox, istedadlı şəxsiyyətlərin olması, nəinki təkcə onun özünə, başqa yazıçı yoldaşlarına, bizim Yazıçılar Birliyinə də hörmət gətirir. Düz fikirdir ki, cəmiyyətdə yaşayıb, cəmiyyətdən kənarda qalmaq mümkün deyil.

    Mənbə: http://edebiyyatqazeti.az

  • Gənc xanım yazar Afət Viləşsoyun “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabının təqdimat mərasimi və imza günü keçiriləcək

    27 may 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü, filologiya üzrə fəlsəfə doktoru, istedadlı gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza günü keçiriləcək.

    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Qeyd edək ki, gənc xanım yazar Afət Viləşsoyun tirajla “Mənim adım Vətəndir” adlı yeni şeirlər və hekayələr kitabı təqdimat mərasimi və imza gününün rəsmi informasiya dəstəyi Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalıdır (edebiyyat-az.com).

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Anamın əlləri

    Anamın əlləri qocalır yaman,
    Əllərinə cavan qırışlar düşür.
    Aybaay, günbəgün ,saatbasaat
    Cavanlığı barmağından sürüşür.

    Anamın əlləri qocalır yaman,
    Üstünə illərin ağrısı çökür.
    Qocaman bir evin qayğı yükünü
    İndi də qocalmış əlləri çəkir.

    Bu qocalmış əllər cavan əllərin
    Beşik yürgələyən xatirəsidi.
    Anamın əlinə düşən qırışlar
    Onun taleyinin xəritəsidi.

    Anamın əlləri qocalır yaman,
    Ömrümü bu qoca əllərə yazın.
    Deyirlər torpağın altı soyuqdur,
    Qəbrimi anamın əllində qazın.

    Asaram özümü göyün üzündən …

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, ilahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

    Çağı küçələr

    Axşam çağı küçələr
    Tərk edilmək üçündü.
    Üşüyən oturacaqlar
    Əyninə xəzan geyir.
    Göy üzündə yarım ay
    Yarim gecə lampası.
    Küləklər yelləncəkdə…
    Aya, ulduza dəyir.
    Ayrılığın bir ucu
    Bu sarı qıza dəyir.
    Sən də getdin, əzizim,
    Eh! Elə onlar kimi.
    Elə küçə kimiyəm,
    Yıxılan yollar kimi.
    Əllərim çətir olmur,
    Yanağımı su aparır.
    Indi sənin xəyalını
    O aparır, bu aparır…

  • Azərbaycan Yazıçılar Birliyində “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib –FOTOLAR

    https://a.radikal.ru/a26/1905/c4/13a27dae4ec7.jpg

    https://c.radikal.ru/c35/1905/b9/a34876bd5ea9.jpg

    https://a.radikal.ru/a09/1905/5d/8b16fb9c2b1c.jpg

    https://d.radikal.ru/d22/1905/b3/026f943546b0.jpg

    https://a.radikal.ru/a31/1905/06/f29cd3f0153a.jpg

    https://c.radikal.ru/c21/1905/7d/533a7dd04550.jpg

    Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib. Tədbirə gələn yazarlar və poeziya sevərlər öz ürək sözlərini söyləyiblər. Sonda tədbir iştirakçılarına kitablar hədiyyə olunub. Şair Publisist Ramilə Atəş, Ziyafət Tovuzlu, Samir Həsrət, Gülmayə Qasımova və bir çox şairlərə yaradıcılıq uğurlarına görə “NƏSİMİ ” POEZİYA DİPLOMU təqdim edilib.

    “Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.
    Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb.

    Mənbə: http://www.pressaz.az

  • Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib

    Mayın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

    Tədbir institutda praktika keçən Bakı Avrasiya Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri ilə birlikdə hazırlanıb.

    Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, Prezident İlham Əliyevin Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilmişi haqqında Sərəncamı Azərbaycan ədəbiyyatına, onun görkəmli yaradıcılarına dövlət səviyyəsində diqqətin mühüm nümunəsidir. İ.Həbibbəyli çıxışında Hüseyn İbrahimovun Azərbaycan tarixində mövqeyindən, onun zəngin bədii yaradıcılığından danışaraq deyib: “Hüseyn İbrahimov görkəmli yazıçılardan biridir. O şəxsiyyətli bir insan olub. Mən deyərdim ki, onun əsərlərində satirik məqamlar da var. O daima idealların, sədaqətin keşiyində dayanıb”.

    Yazıçının müxtəlif illərdə Azərbaycan Kommunist Partiyasının təbliğat orqanlarında çalışdığını deyən İ.Həbibbəyli vəzifəsindən asılı olmayaraq ədibin əsərlərinin ideologiyadan uzaq olduğunu və sadə insan həyatını əks etdirdiyini vurğulayıb. Bildirib ki, yazıçı “Sabahın sorağında” romanında kənd müəllimlərinin, yerli ziyalıların qayğılarına toxunub, “Bahar yağışı” əsərində isə həyata, insana, cəmiyyətə olan baxışlarına aydınlıq gətirib. Bundan əlavə, H.İbrahimovun tarixi keçmişimizdən bəhs edən əsərlərinin oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində önəmli rol oynadığını diqqətə çatdırıb.

    Akademik əsərləri dəfələrlə tamaşaya qoyulan yazıçının fəaliyyətinə ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətin verildiyini, onun 1994-cü ildə “Şöhrət” ordeni ilə təltif edildiyini, 1998-ci ildə isə Xalq yazıçısı adına layiq görüldüyünü xatırladıb.

    Tədbirdə çıxış edən tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli bildirib ki, Naxçıvan elmi mühitinin formalaşmasında iki böyük insan varsa, onlardan biri də Hüseyn İbrahimovdur. O böyük vəzifələrdə işləsə də, yaradıcılığı daima ön planda olub. Onun tarixi romanlarında tarixilik və müasirlik problemi qaldırılır. Yazıçının “Qumralın məktubu”, “Nehrəm kəndinin əhvalatı”, “Göyərçinin məhəbbəti”, “Qu quşları oxuyanda ölürlər” əsərləri hamı tərəfindən sevilir, maraqla oxunur.

    Bildirilib ki, ötən əsrin 60-cı illərində yeni bir mərhələ yaranır, “Dəli kür”, “Qarlı aşırım”, “Ölüm hökmü” əsərləri yaranır, onların sırasında “Əsrin onda biri” romanı da var. Tənqidçi qeyd edib ki, “Əsrin onda biri” romanında Cahan Pəhləvan obrazı şairlərə, rəiyyətə olan münasibəti ortaya qoyur.

    Daha sonra Bakı Avrasiya Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, dosent Elmira Məmmədova çıxış edərək təmsil etdiyi ali təhsil ocağı ilə Ədəbiyyat İnstitutu arasındakı qarşılıqlı əlaqələrdən danışıb və keçirilən konfransı yüksək qiymətləndirib.

    Sonda Bakı Avrasiya Universitetinin IV kurs tələbələri “Hüseyn İbrahimovun həyatı, yaradıcılıq yolu”, “Hüseyn İbrahimovun yaradıcılığında yeni insan konsepsiyası”, “Hüseyn İbrahimovun hekayələrində məişət problemi”, “Hüseyn İbrahimovun mənəvi-əxlaqi mövzularda yazılmış hekayələri”, “Bahar yağışı” romanında müasirlik”, “Əsrin onda biri” romanında tarixilik”, “Bahar hekayəsi povesti”, “Hüseyn İbrahimovun 100 illik yubileyi – mədəni irs kimi”, “Hüseyn İbrahimov və milli ədəbiyyatımız” mövzusunda məruzələrlə çıxış ediblər.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında yeni layihəyə start verilib

    İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Azərbaycan Dövlət Televiziyasında yeni layihəyə start verilib. Respublika üzre “Sözün sehri” adlı bədii qiraət müsabiqəsinin seçim turu başa çatdıqdan sonra altmışa yaxın iştirakçı arasından final mərhələsi üçün seçilən 14 iştirakçının ifası mayın 22-sində Muğam Mərkəzində açılış mərasimində dinlənilmişdir.

    Dilimizin saflığının qorunması, düzgün oxunması, səlis ifadə edilməsi istiqamətində Respublika Prezidenti İlham Əliyevin yürütdüyü siyasətə layiqli töhfə verəcək bu layihənin idea müəllifi Mədəniyyət kanalının direktor müavini, professor İlham Rəhimlidir.

    Qeyd edək ki, müsabiqənin münsiflər heyəti Xalq artisti Əminə Yusifqızı, Xalq artisti Laləzər Mustafayeva ve professor İlham Rəhimlidir. Layihenin hazırlanmasında yaxından iştirak edən və tələbələri hazırlayan müəllimlər isə AYB-nin Güney Azərbaycan şöbesinin müdiri, yazıçı Sayman Aruz, İncəsənət Universitetinin müəllimləri Nadir Hüseynov və Kamalə Mehdiyevadır.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • “Nəsimi ili” ilə əlaqədar Özbəkistanın əlyazmalar fondunda şairin əsərlərindən ibarət nadir əlyazmalar aşkar edilmişdir

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Nəsimi ili” ilə əlaqədar olaraq Özbəkistan Milli Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunda saxlanılan əlyazmaların müəyyən edilməsi, onların kataloqunun hazırlanması, onların surətlərinin qarşılıqlı əsaslarla Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu ilə mübadiləsi layihəsinin həyata keçirilməsi nəzərdə tutulub.

    Qeyd olunan layihənin icrası məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunun mütəxəssisi, filologiya elmləri namizədi Kərumulla Məmmədzadə cari il 20 aprel – 1 may tarixlərində Özbəkistanda olmuş elmi ezamiyyətdə olmuşdur.

    Ezamiyyət çərçivəsində Özbəkistan Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda araşdırmalar aparan K.Məmmədzadə burada qorunan Azərbaycana aid çoxsaylı əlyazma irsi haqqında məlumat toplaya bilmişdir.

    Qeyd edək ki, Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutu 1943-cü ildə Dövlət Xalq Kitabxanasının (indi Əlişir Nəvai adına Dövlət Kitabxanasının) Şərq şöbəsi əsasında yaradılmış, 1950-ci ilə qədər Şərq Əlyazmalarının Öyrənilməsi İnstitutu adlandırılmışdır. İnstitut 1950-ci ildən isə Şərqşünaslıq İnstitutu adlandırılır. İnstituta 2017-ci ildə Şərqin tanınmış mütəfəkkiri Əbu Reyhan Biruninin adı verilmişdir.

    İnstitutun əlyazma fondunda təxminən 26000 cild əlyazma vardır. Onların əksəriyyətinin bir neçə əsər ehtiva etdiyini nəzərə alsaq burada qorunan əsərlərin sayı daha da çoxdur. İnstitutun litoqrafiya və bədii kitablarının fondu təxminən 40000 cilddir. Bundan əlavə, institutun əlyazmalar kolleksiyasında təxminən 10 min tarixi sənəd saxlanılır.

    2000-ci ildə Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazma fondu dünyanın ən zəngin əlyazma xəzinələrindən biri biri kimi YUNESKO-nun Dünya Maddi-Mədəni İrsi Siyahısına daxil edilmişdir. Əlyazmalar fondunda Azərbaycan klassiklərindən Nizami Gəncəvi və Məhəmməd Füzulinin əsərlərinin sayı üstünlük təşkil etsə də burada Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai kimi klassiklərimizin də əsərlərindən ibarət nadir əlyazma nüsxələri mühafizə edilir.

    İnstitutun əlyazma fondunda Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin də əsərlərindən ibarət əlyazma nüsxələri qorunmaqdadır. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşı filologya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə burada qorunan Nəsimi irsini yaxından tədqiq etmişdir. Qeyd edək ki, burada şairin türkcə “Divan”ının 2 əlyazma nüsxəsi, şeirlərindən ibarət 1 məcmuə və 8 ədəd müxtəlif janrda yazılmış şeiri mövcuddur.

    Bunlar içərisində təbii ki, ən qiymətlisi şairin türkcə olan “Divan”larıdır. Bunlardan birincisi 1794 şifrəsi ilə institutun əsas fondunda mühafizə edilən əlyazma nüsxəsidir. Nəsimi şeirlərindən ibarət bu əlyazm nüsxəsi köçürülmə tarixi hicri 1259-cu il kimi qeyd edilmişdir. Əlyazmanın katibi Mir Həbibullah Buxaridir və buda onu göstərir ki, əlyazma Buxarada köçürülmüşdür. Əlyazma hər səhifədə 13 sətr olmaqla incə nəstəliq xəttilə zərif Şərq kağızına yazılmışdır. Əlyazmanın ölçüləri 13x25sm, həcmi isə 155 vərəqdir. Əlyazmanın əvvəlində Sədi, Şəms Təbrizi və s. klassiklərə aid farsca münacat, rübai və qəzəllər yer alır. Nəsimi şeirləri əlyazmanın 2a səhifəsindən başlayır. “Divan” ənənəvi olaraq nət və münacatlarla başlayır. Şairin qəzəlləri isə əlyazmanın 4a səhifəsindən başlayır və 113a səhifəsinə qədər davam edir. Burada Nəsimin ümumilikdə 184 qəzəli yer almaqdadır. Əlyazmanın 113a səhifəsində farsca verilmiş (təmam şod nüsxeyi-Nəsimi əleyh ər-rəhmət sənə 1294) bir qeyddən sonra qırmızı mürəkkəblə farsca (rübaiyyati-Həzrəti-Seyyid Nəsimi qəddəsallah sirrüləziz) bir qeyd vardır ki, bundan sonra da Nəsimin rübailəri gəlir. Burada yer alan rübailər dördlük şəklində deyil beytlər ardıcıllıqla verildiyi üçün ilk baxışda qəsidəyə bənzəyir. Rübailərdən sonra da bir neçə səhifədə Nəsiminin qəzəlləri gəlir və əlyazma 121a səhifəsində təmmət-əl-kitab qeydi vardır ki, orada əlyazmanın hicri 1294-cü il bazar ertəsi günü (ruzi-düşənbə) tamam olduğu yazılır. Bundan sonra əlyazmanın 122a səhifəsindən başlayaraq fərqli bir xəttlə farsca yazılmış rübailər başlayır və iki vərəqi əhatə edir. Müşahidələr zamanı məlum oldu ki, bi iki vərəq əlyazmaya sonradan əlavə edilmişdir belə ki, bu vərəqlərin kağızı və mətnin xətti əlyazmanın digər vərəqlərindən fərqlidir. Əlyazmanın 125b səhifəsində isə “bəsmələ”dən sonra bir qəsidə başlayır və 125b səhifəsində bitir. Əlyazmanın 126a-126b səhifələri boş buraxılıb. 127b səhifəsindən isə “Qisseyi-Hüseyn” adlı qissə başlayır. Bu qissə əlyazmanın 156b səhifəsinə qədər davam edir. Əlyazmanın sonu naqis olduğu üçün qissənin tamamı əlyazmada yer almamışdır.

    Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazma fondunda qorunan Nəsimiyə digər bir əlyazma isə 9593 şifrəsi altında mühafizə edilən şairin türkcə “Divan”ın başqa bir nüsxəsidir. Əlyazmanın köçürülmə tarixi hicri 1116-cı il (miladi 1704) kimi qeyd edilmişdir. Katibi Mirbağı ibn Molla Qurbanquludur. Nəstəliq xəttilə axərli Şərq kağızına köçürülmüşdür. Əlyazmanın ölçüləri 13×19 sm, həcmi 123 vərəqdir. Əlyazma yaşıl rəngli kağızla üzlənmiş medalyonlu karton cildlidir. Əlyazmanın əvvəli naqisdir. Əlyazmanın 1a-4a səhifələrində Nəsimiyə aid 4 qəsidə var. Nəsimi qəzəlləri əlyazmanın 4a səhifəsindən başlayır. Əlyazmada Nəsimiyə aid 4 qəsidə (1a-4a), 296 qəzəl (4a-116b), 70 rübai (116a-123b) var. Qeyd etmək yerinə düşər ki, bəzi mənbələrdə bu divan Nəsiminin farsca “Divan”ı olaraq qeyd edilmişdir. Amma tədqiqat zamanı bir daha aydın oldu ki, əlyazmada bəzi farsca şeir parçaları olsa da bu əlyazma Nəsiminin türkcə şeirlərindən ibarət “Divand”ır.

    Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda qorunan Nəsimi irsinə aid başqa bir əlyazma isə 5661 şifrli “Məcmuəi-Nəsimi” adlı əlyazma nüsxəsidir. Əlyazma nəstəliq xəttilə hər səhifəd 15 sətr olmaqla Şərq kağızına köçürülmüşdür. Əlyazmanın ölçüsü 25×26 sm, həcmi isə 104 vərəqdir. Əlyazmada Nəsimiyə aid “Vəfatnameyi-Fatimə”, “”Mehmannamə”, “İmam Hüseyn”, “Mənsur Həllac” adlı qissələr yer alır.

    Nəsiminin türkcə “Divan”ının iki əlyazma nüsxəsi ilə yanaşı bir neçə şeiri də burada mühafizə olunan cünglərdə yer almaqdadır. Bunlardan birincisi 3326 şifrəli cüngdür ki, burada Sədi, Hafiz, Cami, İsmət kimi klassiklərin şeirləri ilə yanaşı cüngün 49b səhifəsində Nəsiminin 9 beytlik farsca bir qəzəli dı yer almaqdadır. 8196/7 şifrli başqa bir cüngün 4a-4b səhifələrində şairin başqa bir farsca qəzəli verilmişdir.

    Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunda Nəsimi əsərlərinin bir neçə litoqrafiya nüsxəsi də qorunur. Bunlardan birincisi 1936 şifrli daşbasma çap nüsxəsidir. Nəşr Nəsiminin “Mənsur Həllac” qissəsinin fars dilindən özbəkçəyə tərcüməsidir. Əsərin tərcüməçisi və nəzmə çəkəni A.Q. Məhəmməd, naşiri isə Şəmsəddin Hüseynoğludur. Kitab 1889-cu ildə Kazanda nəşr edilib. Həcmi 16 səhifədir.

    Nəsimi əsərlərinin başqa bir litoqrafiya nüsxəsi isə 12547 şifrli çap nüsxəsidir. Bu Nəsiminin türkcə “Divan”ının 1844-cü il İstanbul nəşridir. Kitabın Naşiri Məhəmməd Səiddir. Kitabın həcmi, 133 səhifədir.

    Araşdırmalar bir daha göstərmişdir ki, Özbəkistanda qorunan Nəsimi əlyazmaların geniş tədqiqata ehtiyacı vardır.

    Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə Nəsimi irsinə dair əlyazmaların tədqiqatına dair layihə davam etdirilir.

    Hazırda Azərbaycan Mədəniyyəy Mərkəzi İmadəddin Nəsimi irsinə həsr edilmiş “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsi elan etmişdir. Müsabiqə əsasında Azərbaycan və Özbəkistan şairləri Nəsimi yaradıcılığına, habelə şairin dəst-xəttinə uyğun yazılan şeirlər toplanır və yekunda hər iki ölkədən müsabiqəyə təqdim olunan şeirlərin kitab halında Daşkənddə çap edilməsi nəzərdə tutulub.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Nizami Gəncəvinin “Sirlər xəzinəsi” Türkiyə Kitab və Mədəniyyət Sərgisində

    Türkiyə Dəyanət Vəqfi (TDV) tərəfindən 38-ci Türkiyə Kitab və Mədəniyyət Sərgisinin açılışı olub. Türkiyənin tanınmış 105 nəşriyyat evinin qatıldığı sərgi mayın 31-dək öz işini davam etdirəcək.

    Hər gün yüzlərlə ziyarətçini qəbul edən sərgidə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində son 3 ildə nəşr olunan 38 adda Azərbaycan ədəbi, elmi əsərləri də nümayiş olunur.

    Nazirlikdən bildirilib ki, sərgi zamanı, həmçinin layihə üzrə türk dilində yenicə nəşri başa çatdırılan, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitabı Türkiyə ictimaiyyətinə təqdim edilib. “Zengin Yayıncılık” nəşriyyatının direktoru Sevinc Fırat qonaqlara kitabla bağlı ətraflı məlumat verib, nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının tanıdılması işinə vacib töhfə olduğunu bildirib. Kitab ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, cari ilin sonunadək “Xəmsə”yə daxil olan digər 4 kitabın da nəşrinin tamamlanması və Nizami irsinin tanıdılması, təbliği məqsədilə Türkiyədəki təhsil müəssisələrində, kitabxanalarda, dərnəklərdə və digər aidiyyəti qurumlarda yerləşdirilməsi nəzərdə tutulub.

    Mənbə: http://www.edebiyyatqazeti.az

  • Özbəkistanın “Gülüstan” jurnalında Anarın “Zəncir” hekayəsi çap olunub

    Özbəkistanın “Gülüstan” jurnalında Azərbaycanın Xalq yazıçısı Anarın “Zəncir” hekayəsi çap olunub.

    Hekayəni orijinaldan ədəbiyyatımızın dostu Mamatkul Hazratkulov çevirib. O, Azərbaycan ədəbiyyatı ilə yaxından tanışdır, ölkəmizdə yazıçı və şairlər arasında çoxlu dostları var. Ayrı-ayrı vaxtlarda Anarın, Elçinin və digər yazıçıların əsərlərini özbək dilinə çevirib.

    Son illərdə Anarı Daşkənddə “Mən, sən, o və telefon” və “Qırmızı limuzin” kitabları özbək dilində çap edilib.

    Mənbə: http://www.edebiyyatqazeti.az