https://a.radikal.ru/a26/1905/c4/13a27dae4ec7.jpg

https://c.radikal.ru/c35/1905/b9/a34876bd5ea9.jpg

https://a.radikal.ru/a09/1905/5d/8b16fb9c2b1c.jpg

https://d.radikal.ru/d22/1905/b3/026f943546b0.jpg

https://a.radikal.ru/a31/1905/06/f29cd3f0153a.jpg

https://c.radikal.ru/c21/1905/7d/533a7dd04550.jpg

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nəsimi ili” münasibətilə çap olunmuş ədəbi almanaxın təqdimatı keçirilib. Tədbirə gələn yazarlar və poeziya sevərlər öz ürək sözlərini söyləyiblər. Sonda tədbir iştirakçılarına kitablar hədiyyə olunub. Şair Publisist Ramilə Atəş, Ziyafət Tovuzlu, Samir Həsrət, Gülmayə Qasımova və bir çox şairlərə yaradıcılıq uğurlarına görə “NƏSİMİ ” POEZİYA DİPLOMU təqdim edilib.

“Elm və təhsil” nəşriyyatında nəşr olunan poetik toplunun baş məsləhətçisi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca, redaktoru və tərtibçilər: AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, Prezident mükafatçısı, şair Balayar Sadiq və AYB-nin üzvü, Beynəlxalq Rəsul Rza ədəbi mükafatı laureatı, şair Tahirə Məğrurdur.
Bu poeziya almanaxında müxtəlif ədəbi nəsillərin və çoxçeşidli ədəbi-bədii düşüncəyə malik qələm sahiblərinin şeirləri toplanıb.

Mənbə: http://www.pressaz.az