Şair Səfa Rəşidin “Adiloğlu” nəşriyyatı tərəfindən reallaşan “Ayrılığı sal yadıma” kitabı 128 səhifə həcmində 300 tirajla çapa verilmişdir. Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, iki kitab müəllifi istedalı şair Aysel Səfərli, məsləhətçi isə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.
Kitabın üz qabığının rəsmi, gözəl rəssam Sehran Allahverdiyə məxsusdur.

“Ayrılığı sal yadıma” şeirlər kitabı Səfa Rəşidin ilk kitabıdır. Kitabda şairin 90-cı illərin sonlarında yazdığı və son iki ildə qürbət həyatında qələmə aldığı sevgi, vətən və fəlsəfi düşüncələri yer almışdır.

Kitabın ədəbi mühitdə böyük maraq doğuracağına inanıb şairə yeni yaradıcılıq uğurları arzu edirik. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.