https://d.radikal.ru/d21/1907/ef/39121c83e910.jpg

Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Asmaaltı Yayınevi” nəşriyyatı tərəfindən “Tabiatın dostları” adlı yeni kitabı Osmanlı türkcəsində 104 səhifə həcmində, 1000 tirajla işıq üzü görüb. Kitabın tərcüməçisi, tərtibatçısı, tərcüməçi Ömər Küçükmehmetoğlududur.

Qeyd edək ki, həmin gün Azərbaycan yazıçısı Eyvaz Zeynalovun “Kış güneşi” kitabı işıq üzü görmüşdü.

Bundan başqa, istedadı tanınmış yazıçı Eyvaz Zeynalov “Bələdçi”, “Tələ” romanlarının, Qarabağ həqiqətləri ilə bağlı yazılmış bir çox dəyərli hekayələrin müəllifidir.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.