M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Türkiyənin Çukurova Dövlət Simfonik Orkestri çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, sentyabrın 27-də Ü. Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertin solisti türkiyəli tənbur ifaçısı Murat Salim Tokac olacaq.

Qeyd edək ki, builki festival çərçivəsində 40-dək tədbirin təşkili nəzərdə tutulur.

Festivalda ABŞ, Rusiya, Çin, Türkiyə, İtaliya, Özbəkistan, Belarus, Bolqarıstan, Ukrayna və Gürcüstandan tanınmış musiqi kollektivləri iştirak edəcək.

Mənbə: azertag.az