Blog

  • Xəzangül Hüseynovanın seçilmiş əsərlərindən ibarət kitabı işıq üzü gördü (II cild)

    Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri, “Əməkdar mədəniyyət işçisi”, “Türkiyə-Avrasiya Yazarlar Birliyi”nin üzvü, şair, publisist, dramaturq, ictimai xadim Xəzangül Hüseynovanın seçilmiş əsərlərindən ibarət kitabı işıq üzü gördü (“Seçilmiş əsərlər -II cild”. “Elm və təhsil” nəşriyyatı. Bakı-2019. 328 səh).

    Kitab müəllifin uzun illərdən bəri yazdığı, müxtəlif mətbu orqanlarda və dərc edilmiş kitablarında yer alan şeirlərindən ibarətdir.

    Bundan əvvəl Xəzangül Hüseynovanın “Qaya üstə bitən çiçək” (1988), “Yeddinci göylə söhbət” (1996), gürcü dilində “Ekvebi” (1998), “Ömür şikəstəsi” (1998), “Günəş məni aldadır” (2000), “Könlümdən baxan günəş” (2008), türk dilində “Bitmeyen hazan” (2008), “Özümü axtarıram” (2015), “Seçilmiş əsərləri I cild” (2017), “Zaveşanie boqu” (2018) kitabları nəşr edilmişdi.

    Mənbə: http://kultur.az

  • Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb

    Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb. “Söz dünyası” adlı kitab nəşrə hazırlanmış beşcildliyin ilk cildidir.

    AZƏRTAC xəbər verir ki, beşcildliyə müəllifin müxtəlif illərdə yazdığı icmal məqalələr, portret-oçerklər, esselər, xatirələr daxildir. “Söz dünyası” beşcildliyinin I, II, III cildləri qədimlərdən bu günə qədər ədəbiyyat tariximizə, klassiklərə və çağdaşlara həsr olunmuş yazıları əhatə edir. IV və V cildlər “Musiqi dünyası”, “Rənglər dünyası”, “Daşlar dünyası”, “Teatr dünyası” və “Kino dünyası” adlı bölmələrdən ibarətdir.

    Cildlərdə ədəbiyyatımızın və incəsənətimizin zənginliyindən, ayrı-ayrı görkəmli şəxsiyyətlərindən bəhs olunur. Beşcildliyə daxil edilən yazıların əksəriyyəti bir neçə il öncə rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş “Литература. Искусство. Культура Азербайджана” üçcildliyinə daxil idi. “ЛИК Азербайджана” üçcildliyi də, Azərbaycan dilində çıxan bu beşcildlik də ədəbiyyatımızın və incəsənətimizin böyük hamisi və qayğıkeşi ulu öndər Heydər Əliyevin işıqlı xatirəsinə ithaf olunur.

    Ədəbiyyat və incəsənətin müxtəlif sahələrini və şəxsiyyətlərinin fəaliyyətini əks etdirən beşcildlik zəngin mədəni irsimizlə maraqlanan oxucular üçün, eləcə də gələcək nəsillər üçün faydalı məxəz olacaq.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitab işıq üzü görüb

    Görkəmli nasir və şair, Əməkdar incəsənət xadimi Vidadi Babanlının iki cilddən ibarət “Seçilmiş əsərləri” Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə çap edilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kitabın birinci cildində yazıçının əlli ilə yaxındır sevilə-sevilə oxunan “Vicdan susanda” romanı, həmçinin “Həyat bizi sınayır” və “Ana intiqamı” povestləri, ikinci cildində isə “Müqəddəs ocaq”, “Ömürlük əzab” romanları və “Mənim gizlinlərim” memuarı daxil edilib.

    Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Mənbə: https://azertag.az

  • Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 2 saylı filialı 170 nömrəli tam orta məktəbdə Milli qəhrəmanlar Mətləb Quliyev və Rövşən Abdullayevə həsr olunmuş “Nəsillərə yadigar əfsanəvi qəhrəmanlıq” adlı görüş təşkil edib.

    Baş İdarədən AZƏRTAC-a bildirilib ki, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Milli qəhrəmanlar haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycanın müstəqilliyi, torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə vətəndaşımız iştirak edib və şəhidlik zirvəsinə yüksəlib. Onların həyat yolunu, döyüş şücaətlərini hər bir Azərbaycan vətəndaşı bilməli, ondan nümunə götürməli, təbliğ etməlidir, çünki onların həyat yolu bizi qələbəyə aparan yoldur.

    Sonda şagirdlər vətənpərvərlik, qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Fərmanın imzalanmasında məqsəd Mədəniyyət Nazirliyinin fəaliyyətini optimallaşdırmaq, strukturunu və idarə edilməsini daha da təkmilləşdirməkdir.

    Fərmana əsasən Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilir.

    Nazirliyin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

    Komissiyanın sədri

    Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri

    Komissiya sədrinin müavini

    Mədəniyyət naziri

    Komissiyanın üzvləri

    Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

    Maliyyə nazirinin müavini

    Təhsil nazirinin müavini

    Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

    Fərmanda yeni yaradılan komissiyaya, eləcə də Nazirlər Kabinetinə, Maliyyə, Təhsil, Mədəniyyət, Ədliyyə nazirliklərinə, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq tapşırıqlar verilib.

    Mənbə: https://azertag.az

  • Mədəniyyət naziri Xızıda vətəndaşları qəbul edəcək

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də saat 11:00-da Xızı şəhərində vətəndaşları qəbul edəcək.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Heydər Əliyev küçəsi, 37) Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

    Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə (əlaqələndirici şəxs: Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

    Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

    Mənbə: https://azertag.az

  • “YARAT” da Rusiya istehsalı olan filmlər nümayiş ediləcək

    Yanvarın 15-29-da “YARAT” Müasir İncəsənət Mərkəzində Rusiya istehsalı olan qısametrajlı filmlər nümayiş ediləcək.

    AZƏRTAC xəbər verir ki, qeyd edilən müddət ərzində beş ekran əsəri kinosevərlərin ixtiyarına veriləcək. Belə ki, qonaqlar “Qız və dilək ağacı”, “Doğum günü”, “Yepyeni”, “Dalan” və “Planetlərin paradı” filmlərinə baxa biləcəklər. Ekran əsərlərinin xronometrajı 88 dəqiqədir.

    Mənbə: https://azertag.az

  • Qəlbləri sözün qüdrəti ilə fəth edən şair

    Ölkə başçısının yanvarın 11-də imzaladığı Sərəncamla 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bu dövlət başçısının şairin yaradıcılığına böyük diqqətinin göstəricisidir.

    AZƏRTAC xəbər verir ki, ölümündən 600 ildən artıq vaxt keçsə də, şair şeiriyyəti, fəlsəfi fikirləri ilə bu gün də bəşəriyyətə xidmət edir. Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin dünya ədəbiyyatı və fəlsəfi fikrində böyük rolu var. Dahi mütəfəkkir qəlbləri qılınc gücünə yox, sözünün qüdrəti ilə fəth edib, söz sənəti ilə əbədilik qazanıb. Ölkəmizin elm və mədəniyyət mərkəzlərindən biri olan Şamaxıda dünyaya göz açan şair 20 min misranı əhatə edən ədəbi irsə sahibdir. Nəsimi öz yaradıcılığında ümumbəşəri dəyərləri, insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm edib.

    Yeri gəlmişkən, 2018-ci il ölkəmizin mədəni mühitində Nəsimi – şeir, incəsənət və mənəviyyat festivalının keçirilməsi ilə də əlamətdar olub. Sentyabrın 27-dən 30-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə təşkil olunan mədəniyyət tədbiri çərçivəsində bir sıra sərgilər açılıb. Festival həm də dahi Nəsimi yaradıcılığından nümunələrin təqdim olunması ilə yadda qalıb. Ən əsası bu mötəbər tədbir ölkəmizlə yanaşı, sərhədləri aşaraq Heydər Əliyev Fondunun, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı, Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada da təşkil olunub. Çünki Nəsimi poeziyası vasitəsilə sülhü, tolerantlığı və multikulturalizmi müdafiə edib. Festivalın əsas qayəsi də o idi ki, bəşəriyyət 600 il əvvəl Nəsiminin təbliğ etdiyi və uğrunda fədakarlıq göstərdiyi bəşəri dəyərlər ətrafında birləşməlidir. Çünki onun poeziyasının əsas mövzuları İnsan, Kainat, Məhəbbət və İlahidir. 2019-cu ilin “Nəsimi ili” elan olunması görkəmli Azərbaycan şairi və mütəfəkkirinin ruhuna böyük hörmətin təzahürüdür.

    Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə ölkə başçısı “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən bu il ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsimiyə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulu

    Mənbə: https://azertag.az

  • Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası yenidən səhnədə

    Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunacaq.

    Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

    Səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.

    Səhnə əsərində rolları Xalq artistləri Qərinə Kərimova, Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Fərid Əliyev, Tural Ağasıyev, İlham Nəzərov, Səbinə Vahabzadə, Fəridə Məmmədova və başqaları canlandıracaq.

    Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcək.

    Mənbə: https://azertag.az

  • “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi olacaq

    Yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

    Qeyd edək ki, sərgi ötən ilin oktyabrın 23-də açılıb.

    Mənbə: https://azertag.az

  • 20 Yanvar – tarixdə bu gün..

    Yanvarın 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında “20 Yanvar – tarixdə bu gün…” adlı elmi-praktik seminar keçiriləcək.

    Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 4 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na və qurumun elm şöbəsinin “İllik iş planı”na əsasən təşkil ediləcək.

    Tərtib olunmuş proqrama əsasən filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçiriləcək tədbirdə Qoruq İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Ofeliya Əfəndiyeva, tarix üzrə elmlər doktoru Vəfa Quliyeva, “İçərişəhər” Muzey Mərkəzinin əməkdaşı Sevda Məmmədova və 20 Yanvar faciəsinin şahidi Gülüş Mursakulova məruzələrlə çıxış edəcəklər.

    Tədbirdə, həmçinin 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olunacaq və Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında kompozisiya təqdim ediləcək.

    Mənbə: https://azertag.az

  • Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir.

    Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlаmətdаr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır. Nəsiminin əsərləri ölkəmizdə dəfələrlə işıq üzü görmüşdür. Şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilmişdir.

    Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində silsilə tədbirlər həyata keçirilmiş və onun ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılmış, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılmışdır.

    2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir.

    2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır.

    Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    2019-cu il Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 11 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Rafiq ODAY.”SUMQAYIT-70″

    Sumqayıtla bağlı araşdırma apararkən 10 il bundan öncə “Azərtac”da gedən bir informasiya diqqətimi çəkdi və bu statusun yazılmasına vəsilə oldu.

    10 il bundan öncə Sumqayıta şəhər statusu verilməsinin 60 illiyinə həsr edilmiş mahnı müsabiqəsinin keçirildiyi bəlkə də çoxlarının yadından çıxıb. Bəlkə də çoxlarının yadındadır. Respublika Bəstəkarlar İttifaqı tərəfindən şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birlikdə elan edilmiş bu müsabiqədə təcrübəli musiqiçilərlə yanaşı musiqi həvəskarlarına da öz yaradıcılıq imkanlarını üzə çıxarmaq imkanı verilmişdi.
    Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bütün əsərləri dinləmiş, ən yaxşı hesab olunan 10 əsərdən 4-ü müsabiqə qalibi hesab olunmuşdur.
    Yerlər aşağıdakı kimi bölüşdürülmüşdür:
    Bəstəkar İlham Abdullayevin şair Vahid Əzizin sözlərinə yazdığı “Sumqayıt lövhələri” mahnısı birinci yeri tutmuşdur. İkinci yeri iki əsərin müəllifləri – “Sumqayıt” mahnısının sözlərinin müəllifi şairə Zivər Ağayeva və Bəstəkar Ədviyyə Rəhmətova, habelə “Gözəl Sumqayıtım” mahnısının sözlərinin və musiqisinin müəllifi Emil Murad bölüşmüşlər. Sumqayıtlı şair Qafqaz Əvəzoğlunun sözlərinə Nərminə Nağıyevanın bəstələdiyi “Sumqayıtım” mahnısı üçüncü yerə layiq görülmüşdür.
    Təqdimat mərasimində mükafata layiq görülmüş mahnılar dinlənilmiş, müsabiqənin qaliblərini o zaman Sumqayıt şəhər icra hakimiyyətinin başçısı olan çox hörmətli Vaqif Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə təbrik etmişlər.

    Əslində mənim sözümün canı ondan ibarətdir ki, bu qədər əziyyət çəkildi, müsabiqə elan olundu, qaliblər müəyyənləşdirildi, möhtəşəm tədbir keçirildi, təltiflər olundu, amma üstündən 10 il keçməsinə baxmayaraq doğma Sumqayıtımız haqqında bəstələnmiş bu mahnıların haradasa səsləndirilməsinə, ifa olunmasına şəxsən mən rast gəlməmişəm. Yəqin ki, Sumqayıtda kimdən də soruşulsa, bu mahnılardan xəbərsiz olduqlarını söyləyəcəklər.
    Əgər Respublikanın əməkdar incəsənət xadimi, bəstəkar Eldar Mansurovun sədrlik etdiyi, peşəkar musiqiçilərdən və musiqişünaslardan ibarət səriştəli münsiflər heyəti bu mahıları bəyənib, mükafata layiq görmüşdüsə, demək ki, bu bəstələrin yaşamaq haqqı da var idi. Ən azından şəhərimizdəki musiqi məktəbləri, incəsənət müəssisələri, mədəniyyət ocaqları bu bəstələri öz repertuarlarına sala və müxtəlif tədbirlərdə ifa edə bilərdilər.

    Gələk mətləbə.
    Bu il Sumqayıt üçün çox əlamətdar bir ildir. Şəhərimiz 70 illik yubileyini qeyd edəcək. Artıq yubiley tədbirlərinə, demək olar ki, start verilib. Və güman ki, yubileylə bağlı müxtəlif müsabiqələr də keçiriləcək. Deməyim odur ki, gəlin müsabiqələri elə keçirək ki, o müsabiqələrin nəticəsindən şəhər də faydalansın, şəhər sakinləri də.

    Biz də – Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı olaraq, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş publisistik yazılar (əsas etibarilə oçerklər) müsabiqəsi keçirmək istəyirik. Və bu müsabiqəni yüksək səviyyədə keçirməyə hazırıq. Sadəcə biz ictimai əsaslarla fəaliyyət göstərdiyimizə görə qaliblərin mükafatlandırılması məsələsində problemimiz var. Əgər Şəhər İcra Hakimiyyəti, yaxud Şəhər Bələdiyyəsi və yaxud hər hansı bir təşkilat, idarə, müəssisə bizimlə birgə bu müsabiqəni keçirməyə razılıq verərsə, biz böyük məmnuniyyətlə müsabiqənin şərtlərini təqdim etməyə hazırıq.

    İnanıram ki, Sumqayıtın 70 illik yubileyi şəhərimizin adına layiq keçiriləcək və uzun illər şəhər sakinlərinin yaddaşına həkk olunacaq.
    Son bir neçə ildə Möhtərəm Prezidentimiz İlham Əliyevin pəhbərliyi altında Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı hörmətli Zakir müəllim Fərəcov tərəfindən şəhərimizdə həyata keçirilən möhtəşəm layihələr bunu deməyə əsas verir. Bu şəhər hər birimizin tale şəhəridir, bu şəhəri qurub-yaradan əllər var olsun!

    Rafiq ODAY,
    şair-publisist,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti,
    gundelik.info və edebiyyat-az.com saytlarının təsisçisi və direktoru.

  • Ədalət RƏSULOVA.”Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən” (Yenilənmiş versiya)

    Mir Cəlal Paşayevin yaradıcılığına nəzər salarkən

    Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda kəndli ailəsində anadan olmuş, uşaq ikən atası
    tərəfindən Kirovabad (indiki Gəncə) şəhərinə gətirilmiş, uşaqlıq və gənclik illəri bu şəhərdə keçmiş,
    1928-ci ildə pedaqoji texnikumunu da burada bitirmişdir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
    Səməd Vurğun, Yusif Məmmədəliyev, Həmid Araslı, Mikayıl Rzaquluzadə, Osman Sarıvəlli kimi
    ğörkəmli nümayəndələri ilə də bu şəhərdə tanış olmuş, yaxınlaşmışdır.

    Tələbəlik və müəllimlik illərində, Gədəbəy və Kirovabadda (Gəncədə) işləyəndə, Kazanda ali təhsil
    alanda, Ağ dəniz -Baltik kanalında yaradılıq ezamiyyətinə, sonralar respublika qəzetlərində işi ilə
    əlaqədar müxtəlif yerlərə gedib, müxtəlif adamlarla görüşəndə Mir Cəlal bir yazıçı kimi həyatı
    dərindən müşahidə etmiş, öyrənmişdir. Buna görə də əsərləri həmişə güclü olmuş, oxucuları
    maraqlandıran mühüm suallara cavab vermişdir. Otuzuncu illərdə tez-tez oçerklərlə çıxış
    edib, həyatın qızğın nəbzini tutmağı bacaran yazıçı bir neçə səhifəlik bu yığcam əsərlərdə
    quruculuq əzəmətini, yaradıcı əməyin böyük gücünü tərənnüm edərək əmək zərbəçilərinin
    portretlərini yaratmışdır.

    Ədib müasir dövrdə Cəlil Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov kimi yazıçıların adı ilə
    bağlı ənənələri davam və inkişaf etdirmişdir. Mir Cəlalın hekayələrini iki qismə bölmək olar.
    Yumoristik-satirik əsərlərində köhnə adətləri , hələ də şüurlarda yaşamaqda olan xüsusi
    mülkiyyətçilik hisslərini, laqeyidlik və tənbəlliyi, bürokratizm və uyğunlaşmanı amansız tənqid
    atəşinə tutan yazıçı ilk hekayəsi “Həkim Cinayətov” dan başlayaraq, əsəsrlərinin mərkəzinə ciddi
    əhəmiyyətə malik ictimai problem qoymuş, nöqsan və kəsirləri kəskin tənqid atəşinə tutmuşdur.
    “Anket Anketov”, ” İclas qurusu” , “Təzə toyun nəzakət qaydaları” kimi onlarca hekayəsini buna
    misal göstərmək olar. Mir Cəlal lirik hekayələrində yeni insanı, onun yüksək mənəvi keyfiyyətlərini
    tərənnüm etməklə ciddi əxlaqi məsələləri qabaqcıl mövqelərdən işıqlandırmışdır. Yumor və satira
    Mir Cəlal yaradıcılığının əsas xüsusiyyətlərindən biri olmuşdur. Onun ilk hekayələrində özünü
    göstərən, əsərdən-əsərə güclənən incə yumor böyük tərbiyəvi əhəmiyyətə malikdir. Ədib həyatın
    inkişaf sürətindən geri qalanlara, avamliğa gülür, yalançılıq və əli əyriliyi, şəxsi mənfəətini güdmək ,
    xalq mənafeyinə laqeyidlik kimi nöqsanları amansız satira atəşinə tutur. Böyük VƏTƏN müharibəsi
    illərində heyakəçi Mir Cəlalın fəaliyyəti daha da güclənir.O, öz əsərlərində sovet adamlarının vətənə
    məhəbbət və igidliklərini, sədaqətlərini və qələbəyə inamlarını əks etdirən maraqlı hekayyələr
    yazmışdır. Bu illərdə də, Mir Cəlal öz üzərində diqqətlə işləyir, əsərlərinin sənətkarlıq səviyyəsinə
    xüsusi diqqət verirdi. Məhs buna görə də həmin əsərlər bu gün də əhəmiyyətlərini itirməmişdir.
    Mir Cəlal BÖYÜK VƏTƏN müharibəsindən sonra hekayələrində həyatın müxtəlif sahələrinə toxun-
    muşdur. O bütün dünya gənclərinin Leninə məhəbbətindən: ” ÇİN QIZI”, sovet adamlarının sülh
    uğrunda mübarizəsindən : “Sülh istəyirlər”, BÖYÜK VƏTƏN müharibəsi iştirakçılarına qayğıdan:
    “Əsgər Oglu”, ” Aqil İnsan” hekayələrini yazmışdır.

    Realist ədib adi görünən hadisələri qələmə alarkən ümumiləşdirici, mənalı , zəruri təfərrüatları
    yerinə işlətməklə canlandırdığı səhnəni genişləndirir surətlərin hissləri ilə yanaşı ictimai əlaqələ-
    rini də açır.” İftixar” hekayəsində qoca müəllim iyirmi il əvvəl əlifba öyrətdiyi şagirdlərinin müvəf-
    fəqiyyətlərini, şəxsi xoşbəxtliklərini görüb deyir : – ” Mən inanıram ki, sizin ictimai xidmətiniz
    məndən çox yüksək olacaqdır. Bizdə həmişə belə olur, tələbə müəllimini, şagird ustasını, övlad
    atasını ötür…”.

    Mir Cəlalın hekayələri həyatilik, ictimai məzmunun güclülüyü, sənətkarlıq səviyyəsinin yüksək-
    liyi ilə diqqəti cəlb edir. Ədibin hekayələri inandırıcı surətdə göstərir ki, o, ölkəmizin həyatında baş
    vermiş dəyişiklik və yeniliyin müdafiyəçisidir. İncə bir həssaslıqla qəhrəmanlarının daxili aləmini
    açan yazıçı oxucunu mənəvi paklığa, yaradıcı əməyə çağırır. Mir Cəlalın “Subaylıq fəlsəfəsi” və
    “İnsanlıq fəlsəfəsi” adlı iki hekayəsinə nəzər salaq. Birincidə ” Subaylıq sultanlıqdır ” deyə özündən
    başqa kimsə haqqında fikirləşməyən,ictimai həyatdan, vətəndaşlıq borcunun icrasından geri
    çəkilən, ömrün mənasını hərcayi keyfdə görənlərin çürük “fəlsəfələrini” qəzəblə rədd edən müəllif,
    ikincidə insan əzəmətinin mənasını, ölməzliyini şairanə boyalarla həkk etmişdir. “Bənna Baxış
    vaxtsız öləndən sonra iş yoldaşları ailəsini yaddan çıxarmır, özlərini namuslu əmək dostlarını
    kollektivin daimi üzvü bilir, oğlu Nadiri atasına əvəz hazırlamayınca, şəklini şərəf lövhəsindən
    götürmürlər”

    Yazıcı “tikənlər, quranlar nəslini ” təmsil edənlər arasında insani münasibətləri alqışlayır. Mir Cəlal
    ” Təsadüf ya zərurət ” hekayəsində xalqlar dostluğunu tərənnüm edir, ” insanlıq fəlsəfəsinin” hökm
    sürdüyü cəmiyyətdə inkişaf, sovet həyatının qanunu , zərurəti kimi mənalandırmışdır.

    Partiyanın XX qurultayından sonra Mir Cəlal yaradıcılığının əhatə dairəsi daha da genişlənmişdir,
    güclü satirik qələmi ilə o, özünün bir neçə yazısını “Məzəli hekayələr ” adı altında birləşdirməklə
    aydın münasibətini amansız bir kinayə ilə bildirmişdir. Yazıçı, şəxsi mənfəəti olmayan yerdə salam
    verməyən yaltaqların, mədəniyyətdən kənar savadsızların , hərəkətlərinə qəzəblə gülür , iflaslarının
    labüdlüyünü inandırıcı verir. Onun ” Gənc şairin ərizəsi “, ” Səyyah xanım” , “Xarici naxoşluq”,
    ” Qəbul imtahanı “, “Mənim səmimi dostum”, ” Rola girib”, “İki qız bir oğlan” kimi hekayələri
    mühüm ictimai – əxlaqi məsələlərə həsr olunmuşdur. Mir Cəlal özünün ilk hekayələrinin mövzusunu
    Azərbaycan xalqının inqilabdan əvvəlki həyatından almış , zəhmetkeşlərin hüquqsuzluğunu , azadlıq
    və sovet hakimiyyəti uğrunda mübarizəni real planda canlandırmışdır. Sosyalizmin qələbəsinin
    möhkəmlənməsi nəticəsində otuzuncu illərdə xalqın inqilabi mübarizə tarixinin qəhrəmanlıq
    səhifələrinə maraq artmışdır. M.S.Ordubadi , Mehdi Hüseyn , Süleyman Rəhimov , Ə. Əbülhəsən
    kimi sənətkarlar həmin dövürdə öz əsərləri ilə bu tələbə cavab verməyə cəhd edirdilər. İnqilab
    ərəfəsində Azərbaycan kəndində müsavatçıların özbaşınalığına qarşı ümumxalq mübarizəsinə həsr
    olunmuş əsərləri arasında “Dirilən adam ” və ” Bir gəncin manifesti ” əsərlərinin xüsusi yeri vardır.
    “Dirilən adam ” da bir ailənin tarixini canlandıran ədib , bədii ümumiləşdirmənin gücü ilə müsavat
    hakimiyyəti illərində Azərbaycan kəndində hökm sürən özbaşınalığı , qanunsuzluğun ictimai
    səbəblərini aça bilmişdir.

    Bu əsərində Mir Cəlal xalqı inqilabi mübarizəyə gətirib çıxarmış dözülməz vəziyyəti
    canladırmağa daha artıq diqqət vermişdir, əsərdə Bəbir bəy deyir : – “Hürriyyətlik dediyin nədir ?
    Özümüzük, lap doğru deyək özümüzük , dana ! Kimi deyirsən yıxım , kimi deyirsən tikim. O bizim
    əlimizdədir “.

    Müsavatçıların xalqa vəd etdikləri azadlığı özbaşınalıq kimi başa düşən Bəbir bəy yoxsul kəndli
    Qədiri davaya göndərəndən sonra , onun ölüm xəbərini çıxardıb , gözəl arvadı Qumrunu almaq ;
    heyvani hisslərini həyata keçirmək üçün istifadə edir . Bəbir bəy o qədər qudurmuşdur ki , min
    müsibətdən sonra kəndə dönən Qədirdən diriliyinə sübut tələb edir. Qədir müxtəlif idarələrin
    qapısını döyür , din xadimlərinin yanına gedir. Axund ona cavab verir ki , Sənin ölməyin məsləhət
    imiş ; Qədirə həmişəlik ölü qalmağı , diriməməyi məsləhət görür . . . Yavaş – yavaş Qədirdə siyasi
    şüur oyanır , həbsxanada bolşevik Qiyasla görüşü gözlərini açır, ədalət və azadlıqdan, bərabərlik və
    qardaşlıqdan danışanların əsil simasını görəndən sonra ruhən ” dirilir “, başa düşür ki, Bəbir bəy
    kimilərinə qarşı mübarizə etmədən diriliyini sübut edə bilməyəcəkdir. “Dirilən adam ” da köhnəlik
    tərəfdarları güclüdürlər.
    Yazıçı sanki onların özbaşınalığını, xalqın başına açdıqları dəhşətli oyunları qabarıqlaşdırmaqla
    belələrinə ixtiyar vermiş quruluşun yaşamaq hüququna malik olmadığı fikrini təlqin etmək
    istəyirdi. Əsərdə ictimai ədalətsizlik, törədənlər bütün çılpaqlığı ilə ifşa olunsalar da, onlara qarşı
    duran qüvvələr zəif idilər, Mir Cəlalın ikinci romanı olan ” Bir gəncin manifesti ” mövzusuna görə
    “Dirilən adam ” la səsləşirdi, amma xarakterlərin reallığı və canlılığı ilə, hərəkət və düşüncə
    tərzlərinin, fikirlərinin ictimai – pisixoloji cəhətdən əsaslandırılması nöqteyi-nəzərindən daha
    mükəmməl sənət əsəri idi. Ədib zəhmətkeşlərin mübarizə əhvali-ruhiyyəsini ilk plana çəkərək bir
    sıra müsbət qəhrəman surətləri yaratmışdır.Əsərdə incidilmiş, təhqir edilmiş Qədir şəhərə şikayət
    üçün gəlirsə, Mərdan mübarizəni davam etdirmək üçün gəlir. Mir Cəlal Mərdan, Bahar, Sona,
    Movlam kişi, Yaqub, Rəhim, Suren, Yəhya kimi surətlərin taleyində inqilabi ideyaların hərəkətverici
    gücünü parlaq boyalarla göstərməyə nail olmuşdur.

    Musavatçılar tərəfindən dar ağacından asılan adsız gəncin surəti heç vaxt yaddan çıxmır.
    Mir Cəlalın hümanizmi, təsvir etdiklərinə aydın münasibəti oxucuda qoluzorlulara nifrət , namuslu
    adamlara , zəhmətkeşlərə məhəbbət hissi oyadır.

    Otuzuncu illərin sonunda yazılmış ” Bir gəncin manifesti ” romanı Azərbaycan sovet ədəbiyyatının
    yaradıcılıq müvəffəqiyyəti kimi qiymətləndirildi. Xalq yazıçısı Mehdi Hüseyn yazmışdır: ” Mir Cəlalın
    “Bir gəncin manifesti ” əsəri otuzuncu illərdə yaranan Azərbaycan romanının ən yüksək mərhələsi dir.”
    —— 1. Mehdi Hüseyn , ” Ədədbiyyat və sənət məsələləri ” , Azərnəşr , 1958 , səh.330
    Mir Cəlalın satirik istedadı ” Açıq kitab ” romanında özünü parlaq surətdə göstərmişdir. O, xalq
    malını dağıdan , hər işdə çəxsi mənfəətini güdən , mənfur əməllərini gizlətmək, üçün namuslu
    adamları ləkələyən və təqib edən Gəldiyevi romanın mərkəzinə qoymuş, ətrafın havasını
    zəhərləyən Gəldiyevin surətini çəkəndə qara boyalarını əsirgəməmişdir. Həyatı, onun kölgəli
    tərəflərini də partiyalılıq mövqeyindən tətqiq edib işıqlandıran ədib inandırırdı ki, Gəldiyev hər
    addımda partiya və hökümət adından danışsa da , özünü xalqa sədaqətli bir adam kimi qələmə
    vermək üşün dəridən çıxsa da , cəmiyyətimizə yad bir ünsürdür, ona ləkədir.

    Müəllif Gəldiyevin məğlubiyyətinin , iflasının labüdlüyünü inandırıcı əsaslandırmış , buna realist
    sənətə xas vasitələrlə nail olmuşdur.

    Mir Cəlalın ” Yaşıdlarım ” romanı Azərbaycan nəsrində Böyük Vətən müharibəsinə həsr edilmiş
    ilk iri həcmli əsərlərdən biri olmuşdur. “Yaşıdlarım” da müəllif müharibə dövrünün real mənzərəsini
    yarada bilmiş , müharibə ərərfəsində ölkəni bürümüş qaynar quruculuq işi kimi , düşmənin hücumu
    ilə yaranan yeni vəziyyəti , davanın gətirdiyi mərhumiyyətləri də qabarıq təsvir etmişdir. Romanda
    ədibi maraqlandıran hədəf çox olsa da, əsas diqqətini Kərimzadənin ailəsi üzərində mərkəzləşdirmişdir.
    Azərbaycan ziyalılarının böyük əksəriyyəti, xalqa sədaqətli xidməti, Sovet hakimiyyətini sevinclə
    qarşılayıb, yeni həyatın fəal qurucuları oldular. Bu ziyalıların tipik nümayəndəsi kimi verilən
    Kərimzadə , altmış illik ömründə çox şey görmüşdür.

    İnqilabın ilk illərində respublikanın ən ucqar rayonlarında məktəblər açan, Kərimzadə eyni zamanda
    fəal bir vətəndaş kimi yeni həyat quruculuğunda yaxından iştirak etmişdir. Xalqa xidmət arzusu ilə
    yaşayan; yorulmadan işlədiyi kimi ,başqalarını; xüsusilə oğul bildiyi Nərimanı da bu ruhda
    böyüdür…

    Mir Cəlal öz qələmini tarixi roman sahəsində də sınamışdır. Xalqımızın yaxın keçmişinə həsr olun-
    muş əsərlər arasında onun ” Yolumuz hayanadır? ” romanı xüsusi əhəmiyyətə malikdir.
    XX əsr Azərbaycan ədəbiyyatı və ictimai fikrinin böyük nümayəndəsi M.Ə.Sabir təkcə istedadlı şair
    deyil , həm də mətin , mübariz vətəndaş olmuşdur. Ona görə də təbiidir ki , özü haqqında
    “bənzərəm bir qocaman dağa ” deyən böyük satirikin şəxsiyyəti bir çox sənətkarların diqqətini
    cəlb etmişdir. Romanda Sabiri öz mühitində verən ədib , əsasən ziyalıların timsalında xalqın ən
    yaxşı oğullarının bolşeviklər partiyası , xalq azadlığı cəbhəsində durduqlarını inandırıcı göstərmişdir.
    “Yolumuz hayanadır ? ” romanı çap edildikdən sonra müəyyən mübahisələr doğurmuşdur. Haqlı
    olaraq göstərildiyi kimi , əsərin başlıca nöqsanı Sabirin arzu və əməllərinin , çıxışlarının həddindən
    artıq dərəcədə müasirləşdirilməsidir… Əsər üzərində məhəbbətlə işləyən ədib Sabiri böyük
    sənətkar , qabaqcıl vətəndaş , gözəl insan kimi göstərməyə müvəffəq olmuşdur.

    Mir Cəlal dilinin sadəliyi və aydınlığı , yığcamlığı və axıcılığı, ilə tanınan yazıçılardandır. Mir Cəlal
    sözə, insanın təfəkkür və hissinin , mədəni səviyyəsinin , hadisələrə münasibətinin ifadəsi kimi baxır.
    Yazıçının dilinin aydınlığı müdafiə etdiyi ideyanın aydınlığı ilə eyniləşirdi.

    Mir Cəlalın əsərlərinin , xüsusilə kiçik hekayələrinin böyük müvəffəqiyyətinin sirri də bundadır.
    A. S. Puşkin yazırdı ki , dəqiqlik və qısalıq nəsrin ümdə ləyaqətidir,nəsr fikir və yenə də fikir
    tələb edir, bunsuz gözəl ifadə heç nəyə dəyməz. “Mir Cəlalın üslubunun orjinallığı onun ümumi
    xalq dili xəzinəsinə bələdliyi , ondan özünə məxsus yolla bəhrələnməsi nəticəsində yaranır. O , dilin
    sadəliyi , xəlqiliyi , dəqiqliyi uğrunda ardıcıl mübarizə aparan ədiblərdəndir”…

    Yığcamlıq Mir Cəlalın başlıca üslub xüsusiyyətlərindən biridir. Bu cəhət özünü sujetin inkişafında ,
    surətlərin səciyyələndirilməsində , təbiət təsvirlərindən istifadədə , özünü göstərir. Yazıçının təkcə
    hekayələrində deyil , romanlarında da geniş , hərtərəfli psixoloji təhlilə, rast gəlinir. Ədib dildən
    bacarıqla , düşünülmüş istifadə ilə bu çətin sənətkarlıq vəzifəsinin öhdəsindən gəlir.

    Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatı , onun Cəlil Məmmədquluzadə , M .Ə. Sabir,
    N. Nərimanov , Ə. Haqverdiyev , A. Səhhət kimi görkəmli nümayəndələrinin yaradıcılığına aid qiymətli
    və geniş tədqiqat əsərlərinin müəllifidir.

    Böyük Vətən müharibəsi dövründə iki cildlik , ondan sonrakı son dövrdə isə üç cildlik Azərbaycan
    ədəbiyyatı tarixinin yaradılmasında müəllif və redaktor kimi böyük xidmətləri olmuşdur.
    Mir Cəlal Paşayev otuzuncu illərdə N. B. Vəzirov , Ə. Haqverdiyev , N. Nərimanov kimi sənətkarların
    ilk mükəmməl külliyatlarını çapa hazırlanmışdır.

    Uzun illər Mir Cəlal Paşayev C. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin professoru
    Azərbaycan ədəbiyyatı kafedrasının rəhbəri olmuşdur. Respublikada onun sadəcə Mir Cəlal müəllim
    kimi tanınması da təsadüfi deyildir. Ali təhsilli ədəbiyyat müəllimlərinin , elmi işçilərin hazırlanma-
    sında onun böyük əməyi olmuşdur. Partiya və hökümət Mir Cəlal Paşayevin ədəbi-pedaqoji fəaliy-
    yətini yüksək qiymətləndirmiş , dəfələrlə onu orden və medallarla təltif etmişdir.

    Mir Cəlal XX əsr Azərbaycan ədəbiyyatı , mədəniyyəti və elmi tarixində şöhrət tapmış parlaq şəxsiy-
    yətlərdən biridir. O , yetmiş illik ömrünün tam yarım əsrini çətin , lakin mənalı və şərəfli bədii , elmi
    və pedaqoji yaradıcılıq işinə həsr etmişdir. Böyük uğurlarla nəticələnən bu çoxşaxəli sahələrin hər
    üçü yanaşı inkişafda bir- birini tamamlayıb zənginləşdirmiş və dolğunlaşdırmışdır . Mir Cəlalın elmi
    məntiqi bədii ilhamına , həyata sənətkar baxışına , estetik duyğu- düşüncələr sisteminə uyğun gəlir-
    di , birlik potensialı , zəka və təfəkkür işığı sənətini təbii məcəraya yönəltməyə kömək edirdi .
    O , milli şifahi ədəbiyyatın , klassik və müasir bədii nəsrin ən yaxşı ənənələri əsasında yetişib ,
    mahir hekayə ustası və romançı kimi yüksəlmişdir . M.Cəlalın, güldürə – güldürə düşündürən
    onlarla hekayə , novella və romanları , ədəbiyyatımızın qızıl fonduna düşmüşdür.

    Gərəkli dərs vəsaitləri , aktual problemlərə dair maraqlı məqalə , çıxış , oçerk və publisist yazıları
    geniş istifadə olunan faydalı və etibarlı mənbələrdir.

    Mir Cəlal ( Cəlal Əli oğlu Paşayev ) 1908 – ci il aprelin 26 – da Cənubi Azərbaycanın Ərdəbil
    kəndində anadan olmuşdur . Lakin sonralar Gəncə şəhərinə gəlmiş , ibtidai təhsilini burada almış ,
    uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir . 1924 – 1928 – ci illərdə Gəncə Darülmüəllimində
    oxumuş , qurtaranda Gədəbəy yeddillik məktəbinə müəllim göndərilmişdir . 1929 – 1930 – cu illər –
    də 1 saylı Gəncə şəhər məktəbində direktor vəzifəsində çalışmışdır . 1930 – 1931 – ci illərdə Kazan
    Pedaqoji institunun dil – ədəbiyyat fakültəsində oxumuş , 1932 – ci ildə Bakıya qayıdaraq Azər-
    baycan Dövlət Elmi Tədqiqat institunun aspiranturasında təhsilini davam etdirmiş , “Komunist ” və
    “Gənc işci ” qəzetlərində işləmişdir . 1933 – cü ildə SSRİ EA Zaqafqaziya filialı Azərbaycan şöbəsinin
    ictimai elmlər bölməsinə elmi işçi götürülmüşdür , 1936 – 1941 – ci illərdə Pedaqoji İnstitutda və
    Dövlət Universitetində müəllimlik etmişdir . 1940 – cı ildə “Füzulinin poetik xüsusiyyətləri ” tədqi –
    qatına görə filologiya elmləri namizədi , 1947 – ci ildə isə “Azərbaycanda ədəbi məktəblər ( 1905 –
    1917 ) ” əsərinə görə filologiya elmləri doktoru adına layiq görülmüşdür . Yazıçılıq , alimlik , müəl-
    limlik sənətini yanaşı – əlaqəli davam etdirərək uzun müddət respublika Elmlər Akademiyası Nizami
    adına ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri , 1961 – ci ildən ömrünün sonuna kimi Azərbaycan
    Dövlət Universitetində kafedra müdiri və müəllim işləmişdir . O , Füzuli irsinin sovet dövründə ilk
    gözəl tədqiqatçılarından biri , XX əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəxəssisi , müasir ədəbi
    proseslə ciddi maraqlanan nüfuzlu alim , respublikanın əməkdar elm xadimi , milli kadırların hazır –
    lanması , gənc nəslin yetişməsi və təlim – tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq
    idi . Mir Cəlal 1978 – ci il sentyabrın 28 – də vəfat etmişdir.

    Ədəbiyyata 20 – ci illərin axırlarında şerlə gələn Mir Cəlalın bədii istedadı nəsr növündə parlamış-
    dır . İlk hekayə və oçerklər 1930 – cu ildə çap olunmuşdur. Lakin Mir Cəlalın ədəbi fəaliyyəti üçün
    hekayə və roman janırları əsas olmuşdur . O , hər şeydən əvvəl , mahir hekayə ustasıdır . Sovet
    dövrü Azərbaycan ədəbiyyatında hekayə janrının, inkişafında böyük xidmətlər göstərmişdir . İnsanda
    sağlam duyğular, xoş arzu – ümidlər oyadan gerçəkliyə baxışa həqiqət işığı , tənqidi ruh və ayıqlıq
    hissi gətirən , haqsızlığa, nöqsan , eybəcərlik və mənfiliyə qarşı mübarizə keyfiyyəti aşılayan bədii
    gülüş ədibin yaradıcılığının mühüm tərkib hissəsidir. 30 – cu illərdə ədəbiyyatda “Mirzə”, “Həkim
    Cinayətov”, “Mərkəz adamı”, “Kağızlar aləmi ” , ” Təzə toyun nəzakət qaydaları”, “Bostan oğrusu” ,
    “Kələntərovlar ailəsi ” , “Anket Anketov ” tipli dəyərli hekayələr gətirmiş Mir Cəllal tənqid oxunu
    hədədfə qarşı cəsarətlə yönəldə bilirdi . Özünə məxsus realist qələmilə savadsız mirzələri,
    başgirləyən müəllimləri, cinayətkar həkimləri, “mərkəz adamı” Əntərzadələri , arvad alıb boşamaqla
    varlanan Balaxanları, mənəviyyatca pozulub “murdar cənazə” yə çevrilən Səadət xanımları,
    “nəzakət” pərdəsi altında çirkin simalarını gizlədənləri , bürokrat Anket Anketovları rüsvay edib,
    oxucuya tanıdırdı.

    Mənfi ehtirasların təsiri ilə biri digərindən qisas almağa can atan qardaşlar da , “dəm – dəsgah hə-
    risi ” və əsiri ər – arvadlar da müəllifin diqqətindən yayınmırdı . Onun gülüşə böyük əhəmiyyət ver-
    diyi , komik duyğu və incə idrak qabiliyyəti ilk hekayəsindən ( “Müəllim , “Qızıl Gəncə ” , 1930 №3)
    başlayaraq getdikcə güclənmişdir. “Kağızlar aləmi ” və “Anket Anketov ” da bürokratik iş üsulu və
    düşüncə tərzi tənqid – ifşa obyekti ” iş qovluqlarının səyyar kölgələri “kimi baxan, hər kəsin
    tərcümeyi – halında “əmma” tapıb onu özündən asılı etmək istəyən Anket Anketov tipi kimi
    ümumiləşdirilmişdir.

    Yumoristik və satirik əsərlərində lirika olduğu kimi , lirik əsərlərində də çox vaxt mənalı gülüş ,
    tənqidi ruh vardır , ” Qonaqpərəst ” , “Dost görüşü ” , “Vicdan əzabı ” və “Müalicə” dən ibarət
    “Həkim hekayələri ” (1938 – 1939 ) silsiləsində yazıçı yalnız mənəviyyatca yox , fiziki cəhətdən də
    sağlam adamlar yetişdirməyi vacib sayır , bədii əyaniliklə zərərli vərdiş , yalnız etiqad və əxlaqi
    naqislik hallarına qarşı çıxırdı . O , bəzən sərt , kəskin , bəzən də mülayim – yumşaq , ayıldıcı – saflaş-
    dırıcı gülüşə arxalanırdısa , bəzən də lirik – psixoloji motiv və məqamlara üstünlük verirdi .
    Mir Cəlal ədəbiyyata ” yeniləşən insan ” surətləri də gətirdi . Əməkçi insanın , xüsusən Azərbay-
    can qadınının taleyi , fikri – mənəvi təkamülü ədibi ciddi düşündürən problem idi . Bu baxımdan
    “Dərgah qızı ” , “Gözün aydın ” , “Badamın ləzzəti ” , “Nanənin hünəri ” forma və məzmun
    xüsusiyyətləri , bədii detalları , müqayisə və təsvirləri ilə cazibəli hekayələrdi . Amma onlar əsasən
    sovet ideologiyası , sosialist varlığının tələb və vəzifələri mövqeyindən qələmə alınmışdı . Qadının
    yenilik axtarışları , hüququ uğrunda mübarizə cəhdləri , şəxsi – ictimai təşəbbüskarlığı sosial mühit
    və amillərin təsiri , yeni əlaqə və münasibətlərin nəticəsi kimi ümumiləşdirilmişdi.

    1941- 1945 – ci illər müharibəsi dövründə Mir Cəlal daha da fəallaşdı , “Yollar” , “Anaların üsyanı”
    “Vətən yaraları ” , “Şərbət ” , “Mərcan nənə ” , “Havalı adam ” , “Silah qardaşları” kimi çoxlu
    hekayələr yazdı . Bunların bəzisində səfərbərlik ruhu və cəbhəyə yollanmaq əzmi əks etdirilirdisə ,
    digər qismində faşizmə qarşı mübarizəyə qalxan döyüşçü surəti yaratmağa nail olmuşdur. Söz yox
    ki , Mir Cəlal bütün ölkəni Vətən kimi qəbul edir , onun müxtəlif milli tərkibli ordusuna ümid-
    lər bəsləyirdi . Ona görə əsgərin həm fiziki həm də mənəvi qüdrəti , onu mübarizəyə çəkən amillər
    araşdırılırdı . ” Vətən yaraları ” o zaman böyük rəğbətlə qarşılandı , döyüşçülərin , oxucuların əlin-
    dən düşməyən bir əsər oldu.

    Mir Cəlal hərbi – vətənpərvərlik mövzusunda yazdığı kimi , arxa cəbhə adamlarından , onların iş , arzu
    və qayğılarından , sevinc və kədərindən də həssaslıqla yazırdı. O , hekayələrində həzin lirikaya , bədii
    gülüşə də müraciət edirdi . Həyatla ölümün təzadından təsirli səhnələr də yaradırdı . “Anaların
    üsyanı ” nda coşqun publisistika ilə təsirli lirika uyuşub birləşirsə , “Xəbər – ətərsiz ” də həm
    konkret hiss, həzin ahəng, incə ruh, ” Çəkmə ” , “Ər və arvad ” əsərləri isə mənalı yumor və satira
    xüsusiyyətləri ilə seçilirdi…

    Müharibədən sonrakı illərdə Mir Cəlal həyatın müxtəlif sahələrinə müraciət edir , seçdiyi mövzuları
    işləyib bədii şəklə salmağa can atırdı . “Od içindən çıxanlar ” (1945 ) silsilə hekayələrində gözləri
    dəhşətlər görmüş insanlar haqqında söhbət açır , onların fədakarlığını, arzu və məqsədlərini
    işıqlandırırdı. Digər bir sıra hekayələrində isə müharibə siyasətini pisləmək, xalqın zülmə, əsartə,
    haqsızlığa qarşı , sülh və azadlıq uğrunda mübarizəyə çağırışı diqqət mərkəzində dururdu.
    Bu əsərlər içərisində “Badam ağacları” xususilə seçilir və nəsrimizin qiymətli nümunəsi kimi
    diqqəti cəlb edir . Real fakt , mənalı təffərüat və canlı xarakter vasitəsilə, təbii əks olunmuş hadisə və
    vəziyyət əsasında müstəmləkə siyasətinin mahiyyəti açılırdı . Ədibin realist üslubunu, əlvanlaşdıran bir
    kefiyyət burada da gözlənilirdi . Həyat faktının, ictimai hadisənin, mənəvi – psixoloji ovqatın, ideya -bədii
    məzmunun tələbi ilə əlaqədar hekayələrində incə lirikada, kəskin satira; müəllim – şagird – tələbə
    münasibətləri əsas yer tuturdu. Ağıllı, namuslu, mərd övlad, həqiqi vətəndaş böyütmək haqqında
    düşünən , zəhmət çəkən , yollar axtaran ata – anaları, baba – nənələri, müəllim – tərbiyəçiləri sənətkar
    məharətlə təsvir edir, çox vaxt onların yaddaqalan maraqlı surətlərini yaradırdı . Tərbiyə məsələlərində
    çalışırdı ki , quru nəsihətçiliyə uymasın, həyati müşahidələrə, həssas müəllim – yazıçı duyğu və
    düşüncələrinə əsaslansın.

    “Əsgər oğlu “, “Ulduz “, “Plovdan sonra “, “Elçinlər qayıtdı “, “Nazik mətləb “, “Naxış “, “Vicdan
    mühakiməsi ” , “Müdafiə vəkili ” və . s . belə hekayələr idi .

    İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının özəyini təşkil edir,
    mənfiliyə qarşı mübarizə zərurətini də əsaslandırırdı. ” Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və
    əməl ” , “Heykəl uçulanda” , “Rola girib” , “Oyana baxan ” , ” Məhəbbət , yaxud qəlp pul ” ,
    “Hesap dostları ” , “Neçə cür salam var ” , “Möhür və məhəbbət ” hekayələrində , adlarından da
    göründüyü kimi , müəllifi daha çox həyatın neqativ halları düşündürürdü.

    Müsbət idealları belə məqamlarda əsasən tənqidi münasibət vasitəsilə verirdi.

    Yazıçının məsələyə konkret baxışı , satira və yumora müraciəti obyektin dərki , məzmun və mahiy-
    yəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və ziddiyət-
    lərdən məharətlə istifadə edilirdi. Təsadüfi deyil ki, akademik Məmməd Arif Mir Cəlalın əsərlərindən
    aldığı xoş , güclü , unudulmaz təəssüratın başlıca səbəbini , hər şeydən əvvəl , onun üslubundakı
    səmimiyyət , sadəlik və təbiiliklə bağlayır , bu cəhəti ən yaxşı yazıçılara xas keyfiyyət kimi yüksək
    qiymətləndirirdi”.

    “Mir Cəlal uzunçuluğu , sözçülüyü xoşlamır , yığcam , konkret və təbii yazırdı . Bu , onun üslub xüsu-
    siyyəti idi . Bütün bunları başqalarına da tövsiyə edir , imkan düşdükcə öyrədir , müzakirə və redak-
    tə zamanı köməyini əsirgəmirdi.

    1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə ( “Vətən uğrunda “, № 2,3,
    4-5 ) çap olunan “Açıq kitab müəllifin nisbətin az öyrənilmiş , müasir mövzulu ilk romanıdır . Əsərin
    süjeti bilavasitə ziyalı mühiti , məktəb həyatı ilə bağlansa da , o sahə ilə məhdudlaşmır , 30 – cu illərin
    mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə açıqlanırdı. O
    zaman haqqında müxtəlif mülahizələr söyləyən kitab həm yüksək qiymətləndirildi , həm də kəskin tənqid
    olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər “, Mir Cəlalı “ədəbiyyata həyat gətirən yazıçı”
    adlandırır , bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini təhrif etməkdə, varlığı
    birtərəfli qələmə almaqda, zəif və sönük əsər yazmaqda günahlandırılırdı.

    İllər keçdi , “Açıq kitab” həqiqəti əsasən inandırıcı və düzgün canlandırdığı üçün yaşadı , ədəbiyyatımızın
    tarixinə qüvvətli realist əsər kimi daxil oldu. Əsərdə bir çox mənfi xüsusiyyətlər, neqativ hallar,
    xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində qurmaq ehtirası Kərim Gəldiyevin simasında
    məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.

    Əsərdə Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir . Əvvələr
    törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq” niyyəti ilə o , rayondan şəhərə qaçmış,
    instituta girmişdir əməllərini başqa şəraitdə, təzə “dostlar” və tanışlar əhatəsində davam etdirir.
    Bu onu göstərir ki, gəldiyevlər hələ ölməmişlər, zaman düşən kimi imkan tapıb təzədən cücərə
    bilərlər . Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır . Bu, oxucuya hazır təqdim edilmiş mülahizə
    deyil, hadisə və vəziyyətlərin inkişafı sənətkar qələmi ilə əsaslandırılan bir həqiqətdir .
    Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti , hər şeydən əvvəl insandır, onun mənəvi
    dünyası, həyatı, mübarizə və fəaliyyətidir .İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi səsnətkar
    Mir Cəlalı da daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur. Müəllifin
    canlandırdığı surətlər bir – birinə oxşamır.

    Elə hadisə və surətlər qələmə alırdı ki , onlar oxucunu düşündürüb , mənəviyyatca saflaşdırır ,
    düzgün istiqamətləndirir , məhəbbət və nifrət duyğuları ilə zənginləşdirirdi . “Əsgər oğlu “, “Ulduz “,
    “Plovdan sonra “, “Elçinlər qayıtdı” , “Nazik mətləb” , “Naxış”, “Vicdan mühakiməsi” “Müdafiə
    vəkili” və . s. belə hekayələr idi.

    İnsan həyatını və təbiətini gözəl görmək Mir Cəlalın ictimai – estetik ideallarının əsasını təşkil
    edir. “Səyyah xanım ” , “Xarici naxoşluq ” , “Dil və əməl “, “Heykəl uçulanda”, “Rola girib “, “Oyana
    baxan “, “Məhəbbət, yaxud qəlp pul “, “Hesap dostları “, “Neçə cür salam var “, “Möhür və
    “Məhəbbət”” hekayələrində, adlarından da göründüyü kimi , müəllifi daha çox həyatın neqativ
    halları, mənfilik və eybəcərliyin müxtəlif təzahürləri narahat edir. Müsbət ideal belə məqamlarda
    əsasən tənqidi münasibət vasitəsilə verirdi.

    Yazıçının məsələyə konkret baxışı, satira və yumora müraciəti obyektin dərki , məzmun və
    mahiyyəti ilə üzvi şəkildə bağlanırdı . Bir çox hallarda qarşılaşdırma üsulundan , bədii təzad və
    ziddiyətlərdən məharətlə istifadə edilirdi. Mir Cəlalın müxtəlif səciyyəli çoxlu hekayələri içərisində
    realizimi səthi olanları da var . Amma ədib çox zaman çalışırdı ki , dərinə nüfuz etsin, ziddiyətləri
    araşdıranda dolaşıq və dumanlı təsvirlərə uymasın.

    Mir Cəlal uzunçuluğu, sözçülüyü xoşlamır, yığcam, konkret və təbii yazırdı. Bu, onun üslub
    xüsusiyyəti idi. Bütün bunları başqalarına da tövsiyə edir, imkan düşdükcə öyrədir, müzakirə və
    redaktə zamanı köməyini əsirgəmirdi.

    Mir Cəlal həm də istedadlı romançı idi ; buna misal olaraq “Dirilən adam ” ( 1934 – 1935 ) , “Bir
    gəncin manifesti” (1939), “Açıq kitab ” (1941), “Yaşıdlarım ” (1946 – 1952), “Təzə şəhər” (1948-
    1950), “Yolumuz hayanadır ” ( 1952 – 1957 ) və sairə romanlar, misal göstərmək olar .
    Azərbaycan romanının inkişafında , məzmun və formaca zənginləşməsində onun xidmətləri
    az olmamışdır. Romanlarından üçünün mövzusu keçmiş, üçününkü isə müasir həyatdan
    alınmışdır.

    Maraqlı süjet qurmaq, hadisələri və obrazları təbii məcrada qələmə almaq, mətləbi yığcam,
    konkret formada ifadə etmək bacarığı bu əsərlərin hər birində özünü göstərir.

    Müşahidə dəqiqliyi və dərinliyi, həyat hadisələrinə yaxından bələdliyi, insan psixologiyasını yaxşı
    duyması və bilməsi ədibin sənətini səciyyələndirən xüsusiyyətlərdəndi .

    1941 – ci ildə tamamlanan , lakin müharibə başladığı üçün 1944 – cü ildə (“Vətən uğrunda”, №2,3,
    4-5 ) çap olunan “Açıq kitab” müəllifin nisbətin az öyrənilmiş, müasir mövzulu ilk romanıdır. Əsərin
    süjeti bilavasitə ziyalı mühiti, məktəb həyatı ilə bağlansa da, o sahə ilə məhdudlaşmır, 30 – cu illərin
    mürəkkəb hadisələrindən də bəhs olunur . Dövrün bir sıra nöqsan və mənfilikləri cəsarətlə
    açıqlanır, surətlərin ictimai xarakteri dürüst müəyyənləşdirilirdi.

    Əsər haqqında müxtəlif mülahizələr söyləyənilir həm yüksək qiymətləndirilir, həm də
    kəskin tənqid olundu. Bəziləri onu “həqiqətin üzünə dik baxan əsər”, Mir Cəlalı “ədəbiyyata həyat
    gətirən yazıçı” adlandırır, bəziləri də “Açıq kitab ” a başqa cür yanaşır , müəllifi həyat həqiqətini
    təhrif etməkdə, varlığı birtərəfli qələmə almaqda, mütərəqqi realist ənənələrdən uzaqlaşmaqda, zəif
    və sönük əsər yazmaqda günahlandırırdı. İllər keçdi, “Açıq kitab” həqiqəti əsasən inandırıcı və
    düzgün canlandırdığı üçün yaşadı, ədəbiyyatımızın tarixinə qüvvətli realist əsər kimi daxil oldu.
    Çünki doğurdan da “Mir Cəlal həmin əsərində həyata və həqiqətə sadiq yazıçı, insan psixologiyasını
    dərindən bilən, onu təsvir və təmkinlə əks etdirən, müasir varlığı dərin məhəbbətlə sevən
    sənətkar kimi dəyərləndirilmişdir.

    “Açıq kitab“ satirik roman olsa da, lirik və dramatik məqamları az deyil. Mir Cəlal həyatı əks etdirdiyi,
    həyatın təzadlarını açdığı, insan münasibətlərinin konkret və şərait daxilindəki xarakterini, açıb
    göstərmişdir. Bir çox mənfi xüsusiyyətlər, neqativ hallar, xoşbəxtliyi başqasının bədbəxtliyi üzərində
    qurmaq ehtirası Kərim Gəldiyevin simasında məharətlə tənqid və nifrət hədəfinə çevrilmişdir.
    Obrazın “ … əzməsən əziləcəksən, ayaqlamasan ayaqlanacaqsan .. Güzəran, mənsəb cəhənnəmin
    təkində də olsa enməyi bacar ! “ kimi “ həyat fəsəfi “ var ki , onun hər şeyə varlığa, ailəyə, qadına,
    dosta, yoldaşa, münasibəti də ordan qidalanır. Özünə rahat güzəran yaratmaq üçün heç nədən
    əl çəkməyən tipik fəaliyyətinin əsas istiqamət və mahiyyətini yalan danışmaq, böhtan atmaq,
    hədə-qorxu gəlmək, tor qurmaq, satqınlıq və xəyanət etmək kimi xüsusiyyətlər təşkil edir.
    Romanda Gədiyevin düşdüyü mühit də, ona havadar çıxanlar da real boyalarla verilir. Əvvələr
    törətdiyi cinayətlərin üstü açılacagını görüb, “oxumaq“ niyyəti ilə o, rayondan şəhərə qaçmış, instituta
    girmişdir. İndi əməllərini başqa şəraitdə, təzə “dostlar“ və tanışlar əhatəsində davam və inkişaf etdirir.
    Gəldiyev, təhlükəli və zərərli varlıqdır.

    Bu o deməkdir ki, gəldiyevlər hələ ölməmişlər, “münbit“ zaman düşən kimi imkan tapıb təzədən
    cücərə bilərlər. Belələrinə qarşı ayıq – sayıq olmaq lazımdır. Bu, oxucuya hazır təqdim
    edilmiş mülahizə deyil, hadisə və vəziyyətlərin inkişafı məntiqindən təbii yolla çıxarılan, sənətkar
    qələmi ilə əsaslandırılan bir həqiqətdir.

    Mir Cəlalın yaradıcılığında başlıca tədqiq obyekti, hər şeydən əvvəl insandır, onun mənəvi dünyası,
    fikri – hissi həyatı, mübarizə və fəaliyyətidir. İnandırıcı surətlər, xarakterlər yaratmaq tələbi
    sənətkar Mir Cəlalı daim ciddi düşündürmüş və əksər hallarda o, məqsədinə nail olmuşdur.
    Müəllifin realist qələmlə canlandırdığı surətlər bir – birinə oxşamır. Hərəsinin öz daxili aləmi,
    həyata öz baxışı, öz təfəkkür tərzi , orijinal xarakteri, bu xarakteri fərdiləşdirən və ümumiləşdirən
    keyfiyyətləri var.

    Mir Cəlal əsərlərində süjet inkişafını ləngidən təsərrüfatlardan qaçmağa cəh edir, hadisə və
    mətləbin məğzini təşkil edənləri ön plana çəkir, fikri bədii məqsədəuyğun, bəzən ciddi, bəzən də
    yumoristik tərzdə oxucuya çatdırmağa diqqət yetirirdi. İstəyirdi ki, yaratdığı obrazların fəaliyyəti,
    şəxsi, ictimai taleyi, həyat yolu, daxili aləmi, fərdi psixologiyası açılsın: onlar münasib bədii cizgi və
    vasitələrlə səciyələnsin.

    Ədibin əlvan, zəngin sənət yolunda yadda qalan surətlər az deyil. Bəbir bəy, Qədir, Qumru
    ( “Dirilən adam“ ), Mərdan, Bahar, Sona, Hacı İbrahim Cəlil (“Bir gəncin manifesti“) Vahid, Sadıq kişi,
    Kərim Gəldiyev, Rübabə (“Açıq kitab“), Kərimzadə Səlim, Nəriman (“Yaşıdlarım“), Yunis, (“Təzə
    şəhər“ ), Sabir, Əntiqə, Bəndalı (“Yolumuz hayanadı “) və başqaları həmin yolla yaradılmışdır.
    Mir Cəlalın əsas hekayə və romanları həyati problemlər qaldıran, mənəvi əxlaqi və klassik
    bədii irsin bir çox qabaqcıl, realist ənənələrinin Mir Cəlal yaradıcılığında yeni məzmun və formada
    yaşaması, inkişaf etməsi təsadüfi deyil. Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt
    formal yanaşmamış, zahiri təsirə qapılmamış, həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi
    hərəkət etmişdir. O, özünu həmin əsərlərin ideya – bədii keyfiyyətlərində, hadisələrə sağlam müəllif
    baxışında, obyektiv qiymət və təsvirlərdə göstərmişdir.

    Mir Cəlalın əsas hekayə və romanları həyati problemləri mənəvi əxlaqi və klassik irsin bir çox qabaqcıl,
    ənənələrinin ir Cəlal yaradıcılığında yeni məzmun və formada yaşaması, inkişaf etməsi təsadüfi deyil.
    Çünki Mir Cəlal irsdən faydalanarkən məsələyə heç vaxt formal yanaşmamış, zahiri təsirə qapılmamış,
    həqiqi sənətə məxsus yol tutmuş, orijinal yazıçı kimi hərəkət etmişdir…

    M. C.Paşayevin əsərləri indi də sevilə-sevilə oxunur, müasirlərimiz tərəfindən adı ehtiramla çəkilir.

    AMEA Ədəbiyyat İnstitutu XX əsr şöbəsi Rəsulova Ədalət

  • Yunus Oğuzun “Ovçu” romanı Türkiyədə çap edilib

    Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz yaradıcılığında daha bir uğura imza atıb. “OLAYLAR” xəbər verir ki, qardaş ölkə Türkiyədə yazıçının daha bir romanı Türkiyə türkcəsinə uyğunlaşdırılıb. Belə ki, Yunus Oğuzun “Ovçu” romanı Turkiyədə türk dilində çapdan çıxıb. Kitab Türkiyədəki Cahan yayıçı Erol Cahangir nəşriyyatı tərəfindən çap edilib.

    Qeyd edək ki, Yunus Oğuzun “Ovçu” romanı 2016-cı ilin aprel döyüşlərinə həsr olunub.

    Mənbə: olaylar.az

  • Rafiq ODAY.”XATİRƏLƏR–YADDAŞIN SOLMAYAN ÇİÇƏKLƏRİ”

    Teyyub Ağazadəni uzun müddətdir ki, tanıyıram. Əvvəllər tez-tez görüşər, ədəbi söhbətlər edər, müzakirələr aparardıq. Maraqlı insandır, yaxşı həmsöhbətdir. Eyni zamanda da çox mədəni, abrına sığınan, hər şeyin yerini bilən, danışmağın gümüş, susmağın qızıl olduğunu, məqamı gələndə bunların yerinin dəyişilməsinə ehtiyac duyulduğunu dərindən anlayan, ən əsası isə qazandığı etibarı bu gün də qoruyub saxlayan kişilərdəndi. İndinin özündə də – baxmayaraq ki, işin-gücün çoxluğundan çox məsələlər arxa plana keçib – Teyyub müəllim yenə də heç olmasa həftədə bir dəfə (ya altıncı, ya bazar günü) mənə baş çəkər, istirahət günlərində də işlədiyimi nəzərə alaraq, vaxt baxımından maneçilik olmasın deyə, hal-əhval tutaraq geri qayıdar.
    Öncəlliklə deyim ki, hazırkı yazarlar bolluğunda, aranın qarışıb, dəftərin itdiyi bir vaxtda Teyyub Ağazadənin imzası imzalar içində seçilir. Bununla belə şairlik iddiasında olmadığını bəyan edir və bu səbəbdən də dərc etdirdiyi kitabların heç birinə təqdimat keçirməyib. Amma 50 illik yubileyində iştirak etmişəm. Orada da əsas etibarilə dostları, tələbə yoldaşları, yaxınları, əzizləri olub. Onu da deyim ki, Teyyub Ağazadənin bir çoxlarına nisbətdə tədbirlər, təqdimatlar keçirməyə daha çox haqqı var. Bu vaxta qədər mən Teyyub Ağazadənin iki şeirlər kitabına – “Ömrün təzadları” və “Ömrün də öz köç vaxtı var” kitablarına redaktorluq etmişəm, həmçinin birincisinə “Saflıq və həqiqət carçısı” başlıqlı ön söz də yazmışam.
    İndi də gələk publisistikasına. Etiraf edim ki, Teyyub Ağazadənin yaxşı publisistik qələmi var. Və bu kitab Teyyub Ağazadənin üçüncü publisistik kitabıdır. “Ziyarətim… Qənaətim…” adlanan və Kərbəla ziyarəti ilə bağlı xatirələri yer alan birinci kitabına həm redaktorluq etmişəm, həm də “Ziyarət – mənəvi saflığa aparan yol” başlıqlı ön söz yazmışam. Dilinə, yazı üslubuna, yanaşma tərzinə bələd olduğum üçün bu dəfə də “Bir kəndin nağılı” kitabına ön söz yazmaq xahişi ilə müraciət edəndə etiraz etmədim, daha doğrusu məmnuniyyətlə razı oldum. Əlyazmalarını (kompüter variantı) diqqətlə nəzərdən keçirdim. Elə ilk səhifələrdən diqqətimi çəkdi və belə olmasına çox sevindim. Çünki ön sözü rahatçılıqla yaza biləcəkdim – şişirtməsiz, saxta tərifsiz, filansız.
    Burada bir haşiyə çıxım. Demək, bu günə qədər ən azından yüz qələm adamının kitabına ön yazmış, yaradıcılığını təhlil etmişəm. Onların arasında içimdən gələn sevgi ilə yazdığım yazılar çoxdu. Amma istəmədiyim halda, məcbur edilərək, üzdən salınaraq yazdığım yazılar da yox deyil. Təbii ki, belə məqamlarda insanın nə çəkdiyini bir özü bilir, bir də Allahı. Bir çətinlik və problem də ondadır ki, ümumiyyətlə, zəif qələm sahiblərinin iddiası həmişə böyük olur. Və hünərin var onların yaradıcılığı haqqında tənqidi nəsə söylə… Tənqid nədi, heç irad belə bildirə bilməzsən. Səni “kənddən çıxararlar”.
    Nə isə qayıdaq əsas mətləbə. Onu deyim ki, kitabı maraqla oxudum. Bəs bu kitabı maraqlı edən cəhət nədən ibarətdir. İstəyirəm bir az bu məsələyə toxunum.
    Əvvala kitabın yazılma üslubu maraqlıdır. Kitab Teyyub Ağazadənin özünün uşaqlıq və gənclik xatirələri üzərində qurulduğundan zaman baxımından geniş bir dövrü əhatə edir. Təbii ki, bu illər ərzində çox hadisələr, diqqətçəkən məqamlar gerçəkləşib və Teyyub Ağazadənin yaddaşına həkk olunub. Qələm adamının bir ustalığı da ondan ibarət olmalıdır ki, bu saysız-hesabsız olayların arasından təkcə özü üçün yox, geniş oxucu kütləsi üçün də maraqlı ola biləcək məqamları seçib qələmə alsın. Və deyim ki, Teyyub Ağazadə bu işin öhdəsindən layiqincə gələ bilib. Digər tərəfdən, ilk baxışdan hadisələr əsas etibarilə müəllifin doğulub boya-başa çatdığı Lerik rayonunun Gürdəsər kəndində cərəyan etsə də, getdikcə şaxələnərək rayon səviyyəsinə yüksəlir, hətta bir çox məqamlarda digər rayonları da öz əhatə dairəsinə alır.
    Müəllifin bir ustalığı da ondadır ki, müşahidə edərək yaddaşına köçürdüklərini təhkiyə, nağıl (nəql etmə) yolu ilə oxuculara çatdırır, bu məqamda minilliklərin süzgəcindən keçib gələn folklor ənənələrinə söykənməsi müəllifin köməyinə çatır. Hiss olunur ki, Teyyub Ağazadə folklorumuza dərindən bələddir. Və bu təqdimetmə üsulu da oxucuda marağı bir az da artırır.
    Teyyub Ağazadə dilimizin incəliklərinə vaqif olan, həm ədəbi-bədii dilə, həm danışıq dilinə, həm də şifahi xalq ədəbiyyatında istifadə olunan dilə yaxşı bələd olan qələm sahiblərindəndir ki, bu, kitabda da özünü bariz şəkildə göstərir. Kitabı oxunaqlı edən ən başlıca cəhətlərdən biri də məhz budur. Kitabı oxuduqca bir məsələ məni daim intizarda saxlayırdı. Demək, bu kitabda kəndin sıravi sakinindən, çobanından tutmuş ta rayonun birinci katibinə qədər, aşıqlar, el sənətkarları, tanınmış ziyalılar, alimlər, din xadimləri və s. qəbildən olan insanların xarakterik xüsusiyyətləri, ətrafındakılarla ünsiyyəti, bu ünsiyyətdən doğan dramatik, komik, bəzi məqamlarda sarkazm və tradikomik məqamlara qədər yüksələn halları öz əksini tapıb. Təbii ki, bu insanların hamısı müsbət qəhrəmanlar deyil, çünki gülüş varsa demək ki, gülüş hədəfi də var, nifrət varsa demək ki, nifrət hədəfi də var. Eyni zamanda, bu gülüşün və bu nifrətin yaranmasına vəsilə olan hərəkət və məqamlar var. Məsələ ondadır ki, yaxşılı-pisli – mərhəmətli və acımasız, xeyirxah və qəddar, yıxılana dayaq olan və kiminsə ayağının altını qazan insanlar eyni kəndin, eyni yurd-yuvanın, eyni el-obanın insanlarıdır. Bax, əsas çətinlik də məsələnin burasındadır və müəllifdən xüsusi yaradıcılıq qabiliyyəti tələb edir. Çünki bu yaxşılı-pisli insanların özləri bu gün həyatda deyillərsə də onların nəslinin davamçıları mövcuddur və xeyirdə, şərdə üz-üzə gəlirlər. Müəllifdən tələb olunan ustalığın kökündə də o dayanır ki, hadisələri o şəkildə təqdim edə bilsin ki, hər iki tərəf bunu normal qarşılasın və sözün yaxşı mənasında həzm edə bilsin, nəticə etibarilədə müəlliflə bu insanlar arasında olan körpü yanmasın. Mən deyərdim ki, Teyyub Ağazadə bu çətin məsələnin öhdəsindən bacarıqla gələ bilib və inanıram ki, xarakterik xüsusiyyətindən asılı olmayaraq hamı tərəfindən kitab normal qarşılanacaq və böyük sevgiylə oxunacaq.
    Bir təşəkkür də Teyyub Ağazadəyə ona görə düşür ki, o, bir elin, bir mahalın uzun dövrü əhatə edən tarixini yaradıcı qələmi ilə əbədiləşdirə, ona kitab adında möhtəşəm heykəl ucalda bilib.
    Güman edirəm ki, müəllif bu kitabı kütləvi tirajla dərc etdirəcək. Çünki bu kitabda haqqında söhbət açılan insanların sayı həddən artıq çoxdur və bu nəslin nümayəndələri böyük məmnuniyyətlə istəyərlər ki, atalarının, babalarının haqqında fikir söylənilən bir kitabdan onların da evində olsun.
    Digər tərəfdən, yuxarıda da qeyd etdiyim kimi, kitabın maraqlı təqdim üslubu var. Dili rəvandır, aydın və səlisdir, oxunaqlıdır, oxucunu yormur, əksinə oxuduqca bir az da bağlanırsan, sonrakı hadisələrdən xəbərdar olmaq üçün tez bir zamanda oxuyub başa çatdırmaq istəyirsən. Məqamı gəldikcə şeirlərdən – bayatılardan, gəraylılardan, qoşmalardan istifadə olunması kitaba bir az da şirinlik qatır, oxucunun ruhuna dinclik gətirir.
    Teyyub Ağazadənin “Bir kəndin nağılı” kitabı xatirələr üzərində qurulmuş publisistik kitab olduğundan hər hansı nümunələr gətirə bilmədim. Əslində bu qəbildən olan kitablara ön söz yazmağın bir çətinliyi də məhz bundan ibatərdir. Şeir kitablarına ön söz yazarkən bədii nümunələrdən istifadə edir, müəllifin yaradıcılığına seçilmiş bəndlər və beytlər üzərindən işıq tutursan. Yəni ki, söz demək, təhlil etmək, münasibət bildirmək daha rahat olur, əgər o şeirlər əsl poeziya nümunələridirlərsə. Bununla belə mən Teyyub Ağazadənin “Bir kəndin nağılı” kitabına böyük sevgiylə ön söz yazdım. Çünki bir xatirələr toplusu olaraq bu kitab məni qane etdi.
    Sonda gözəl insan, haqq adamı, etibarlı dost, istedadlı qələm sahibi Teyyub Ağazadəni belə bir təşəbbüsdə bulunması münasibətilə təbrik edir və yeni yaradıcılıq uğurları arzulayıram.

    Rafiq ODAY,
    şair-publisist,
    Azərbaycan Jurnalistlər Birliyi
    Sumqayıt şəhər təşkilatının sədri,
    respublikanın Əməkdar jurnalisti,
    gundelik.info və edebiyyat-az.com saytlarının
    təsisçisi və direktoru.

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”İstiqlal əsgəri…”

    Bir körpə dağ qartalıydı,

    uçuşları xatalıydı.

    Dövrə vurub nə gəzirdi? –

    zirvədə zirvə gəzirdi.

    Sinəm şeir qaynağıdı,

    uçuşların oylağıdı.

    Uç, havalan sənə baxım,

    sənə qurban!

    Sənə baxım.

    Gələn-gedən mənimkidi,

    ölən-itən mənimkidi.

    Vətən,

    Vətən mənimkidi.

    ***

    Mübarizin ruhu safdı,

    yazılmamış bir kitabdı,

    toxunmamış ipək gəvə,

    ömür yolu – bir səhifə

    Həyatının bircə anı, –

    o da Nuhun bir tufanı.

    Unudulmaz o bircə gün,

    sənin üçün,

    mənim üçün.

    Arayıb-axtardım onu,

    Şumerlərin qəhrəmanı.

    Gilqamışa qohum çıxdı,

    yerdən təzə toxum çıxdı, –

    türk toxumu!

    qitə – türkün qitəsiydi.

    ***

    Neçə min il bundan qabaq,

    yarı insan, yarı Allah!

    Qılınc-qalxan gəzdirərmiş,

    qurbanlıqlar kəsdirərmiş.

    Qoruyarmuş ədaləti,

    yaşadığı məmləkəti.

    Bir kəsin xətrinə dəyməz,

    Boyun vurar,

    boyun əyməz.

    ağlayanla ağlayarmış,

    gülənlə gülərmiş o da,

    ər oğlu əriymiş o da,

    əsl əsgəriymiş o da.

    Mübariz də oxşamışdı,

    deyirdilər Gilqamışdı.

    Seçilirdi tay-tuşundan,

    yerişindən-duruşundan.

    Fərqliydi boy-buxundan da,

    azından da, çoxundan da.

    Baxıb fəxr eləyirdilər,

    göz dəyməsin deyirdilər.

    ***

    Qonşuda bir mərdimazar,

    erməni kirvə – Bağdasar.

    Evlərinə gedib-gələr,

    nə oturar, nə əl çəkər,

    iti-qurdu misal çəkər,

    Sancar arı iynəsini,

    körükləyər çənəsini:

    Amazaspı, lalayanı,

    ev-eşiyi talayanı,

    Qırğınları törədəni,

    o gədəni, bu gədəni, –

    kərəqulaq bir paşanı,

    Zəngəzuru, Naxçıvanı,

    tutub kənd-kənd yandıranı…

    “Yan”ları yan-yana düzər,

    bizimkinə ağız büzər.

    Nuru Paşa deyən kimi,

    göyərər kal göyəm kimi.

    Türkün türkə köməyini,

    desən, tutar ürəyini.

    Türkün İslam ordusunu,

    pisləyər ömrü uzunu.

    Mübarizə bu, dəyərdi,

    açıq, gizli inciyərdi.

    ***

    Ermənilər gəlməydilər,

    Qafqaz əhli deyildilər,

    İrandan köçürmüşdülər,

    Turandan köçürmüşdülər.

    Bəlkə də, qovlamışdılar,

    gətirib paylamışdılar:

    Naxçıvana,

    İrəvana,

    bir də bütün Qarabağa,

    içimizdə “yaşamağa”.

    Naxçıvan – bir xanlığıydı,

    İrəvan – bir xanlığıydı,

    Qarabağ da – ayrı xanlıq.

    Adətimiz, ənənəmiz,

    ata-baba bünövrəmiz

    göz çıxartdı, gözə gəldi,

    gələn guya, təzə gəldi,

    gələndə mərkəzə gəldi!

    ***

    “Yersiz gəldi, yerli qaç!” –

    erməni – boynunda xaç,

    hazırın naziriydi,

    Kiminsə əsiriydi,

    kiminsə xəfiyyəsi!

    Burda da “ev yiyəsi!”

    Dağıl, dağıl, a dünya!

    Orda başıdaşlısan,

    burda ikibaşlısan,

    yoxsa nağıl, a dünya?!

    ***

    Çiyələk bitən yerləri,

    kəkliklər ötən yerləri,

    havası – loğman yerləri,

    bulaqlar axan yerləri,

    meşələrin ətəyini,

    arıların pətəyini,

    təzə qalxan biçənəyi,

    gülün üstə kəpənəyi,

    bizim yaylaq yerimizi,

    yay vaxtı – dağ yerimizi,

    seçib “qonşuya” verdilər.

    sənəyi suya verdilər.

    Nikolay şahın işiydi,

    bəlkə, Allahın işiydi?

    Vətənsizə “vətən” verdi,

    böldü yarıya,

    tən verdi!

    Çar onlara yaxın oldu,

    Qafqazdan “arxayın” oldu.

    Əvvəl bir az dolandılar,

    bizimkilər inandılar.

    Dedik ki, insan-insandı:

    taxılbiçən,

    otçalandı,

    Çərçivəyə ayna salan,

    çəkmə tikən, zurna çalan,

    rəsm çəkən… ta nə deyim,

    dediyimi kimə deyim?!

    Yer bizimdi, torpaq bizim!

    deyir yox,

    Qarabağ bizim!

    Nə deyirəm, yiyə çıxır,

    bibər yeyib göyə çıxır.

    Bizim Azıx mağarası!

    İki qədim dağ arası!

    O yeri axtaran, tapan,

    Yolu açan, daşı çapan,

    o alimin özü, adı,

    mənim yaxşı yadımdadı.

    onu danır ermənilər,

    əsər yazır,

    “elmi” əsər?!

    Bu torpaqda bu gəlmələr,

    bir divar da hörmüşdülər.

    Abidəydi –

    İri divar,

    ermənicə üstə şüar.

    Guya bizə hörmət-izzət,

    “Minnətdarlıq”,

    “Əbədiyyət”,

    “Yüz əlli il dostluq”… filan,

    uçuruldu o, sonradan.

    Elə söküb-süpürdülər,

    kərpiclərin sayı qədər

    Yaşamadı nə o divar,

    nə şüarda yazılanlar.

    Xalq mat qaldı,

    – Nəyə görə?

    Açdığı süfrəyə görə?

    Kəsdiyi çörəyə görə?

    Verdiyi torpağa görə?

    İsti od-ocağa görə?!

    Biz onlara nə demişik,

    dost bilib, “Kirvə” demişik,

    Qızları gəlnimiz olub,

    bunların nəyi pis olub?!

    Orda-burda alimləri,

    ya da alimkimiləri,

    “Göstərdilər” özlərini,

    Allah yumdu gözlərini.

    ***

    Hələ onda ulu öndər,

    o rəhmətlik o mötəbər,

    çox dedi, az eşitdilər,

    yolu – tərsinə getdilər.

    Səni – özündən oxudu,

    astar üzündən oxudu,

    Ayaqlandı hörmət-izzət,

    bu da ermənixasiyyət:

    çörəyi dizinin üstə,

    durmadı sözünün üstə.

    Xəyanətə əl atdılar,

    süfrəyə çəngəl atdılar.

    ***

    Dillərini sürüdülər,

    üstümüzə yeridilər.

    Xeyir dedik, şər yeridi,

    buynuzlu divlər yeridi.

    Böhtan, xəyanət yeridi.

    sərhəddən sərhəd yeridi.

    Bizi, gəlmə ermənilər,

    “Qaçqın”, “Köçkün” elədilər.

    Külək vurdu, ləpələndik,

    qəbir-qəbir səpələndik.

    biz ölən, itən axtardıq,

    vətəndə vətən axtardıq.

    Mübariz onda qaynadı,

    göydə şimşəklər oynadı.

    Yerdə tufanlar başladı,

    dəhşətli anlar başladı.

    ***

    Mübariz ad istəmirdi,

    Silah-sursat istəmirdi,

    Səngər-filan istəmirdi,

    Ölüm, ya qan istəmirdi.

    Bu şöhrəti,

    bu hörməti, gözləmirdi.

    heykəl, gəmi, küçə, dastan,

    Gözləmirdi o, heç zaman.

    Orta məktəb illəriydi,

    dərslərindən irəliydi.

    Rəssam olmaq istəyirdi,

    çəkdiyini gizlədirdi.

    Saçında lent, üzündə nur,

    Sinifdə bir qız oxuyur.

    Çəkdiyi də o qızıydı,

    qız da bir Ay parçasıydı.

    Mübariz getdi cəbhəyə,

    Getdi hünər göstərməyə.

    O qız qaldı, qələm qaldı,

    O qızdan gizli qəm qaldı, –

    İlk görüşün əmanəti!

    Tanrım, pozma bu ülfəti.

    Qarşıda – düşmən gülləsi,

    arxada – doğma ölkəsi.

    Ortada – hərbi and durur,

    silahlı əsgər və qürur!

    Ölüm – həyat üz-üzəydi,

    Ölüm də bir möcüzəydi,

    həyat da bir möcüzəydi.

    onu tale səsləyirdi.

    Onu səngər gözləyirdi

    ***

    Altdan-üstən qıfıllandı,

    yerlər-göylər ufuldandı.

    Ləngi! –

    dedi bu səfərə,

    böyüdüyü təpə-dərə.

    Suyundan içdiyi bulaq,

    yürdəyi asılan budaq.

    Öz içindən gələn bir səs,

    dedi: yubanma, get, tələs!

    Neçə şəhid məzarından,

    səslər gəldi, get, qəhrəman.

    Gilqamış uzaqdan gəldi,

    dedi artıq zaman gəldi.

    Əsirlikdə çürüyənlər,

    çəlik tapıb yeriyənlər.

    ona “Xilaskar” dedilər.

    Get! – açıq-aşkar dedilər.

    Bir səs də gəldi, rəsmi səs,

    aydın səma, isti nəfəs.

    Ümid dolu, qürur dolu,

    Haqdan gələn bir haqq yolu.

    – İgid dönməz! –

    dedi o səs.

    – Bizimkidi o torpaqlar,

    azad olsun gərək onlar.

    Gərək erməni əsgəri,

    tərk eləsin bu səngəri.

    Əgər ölmək istəmirsə,

    təslim olsun gərək bizə.

    Vətəni varsa, rədd olsun!

    O səs deyirdi mərd olsun.

    Gördü Ali Baş Komandan,

    özü gəlir arxasından.

    Yanındadı, səngərdədi,

    səngərdəki –

    Sərkərdədi!

    Görməmişdi heç yaşından,

    Tanıdı bir baxışından.

    Çiynindəki paqonundan,

    bayraq boydakı boyundan.

    Bir şəklini saldı yada,

    dəftərinin arasında.

    Xəlvət, kəsib bir qəzetdən,

    saxlayırdı evdə ikən.

    Tez farağat görkəm aldı,

    bir güc aldı,

    bir kam aldı.

    Bir də gəldi səsi haqdan:

    – Cənab Ali Baş Komandan!

    Mən hazıram!

    Minnətdaram!

    – Mübarizsən, tanıyıram.

    Burda sizə inanıram!

    Arxanızda dayanıram…

    Mən də sizə minnətdaram!

    Bu, bəsiydi əsgər üçün,

    hünər üçün, zəfər üçün.

    ya qəhrəman olmaq üçün,

    təzədən doğulmaq üçün.

    Atəş açdı o, düzünə,

    tülkü, çaqqal sürüsünə.

    Torpaq yeyən, daş gəmirən,

    cilddən çıxıb, cildə girən

    Buqələmun dəstəsinə.

    dünya oyandı səsinə.

    Göründü Yer kürəsindən,

    tanıdılar kölgəsindən.

    Möcüzələr söylədilər,

    tarixdə –

    tarixi hünər!

    Yazılmamış yeni əsər.

    Mübarizin zəfəriydi,

    o, İstiqlal əsgəriydi.

    Vaxt dayandı hörmət üçün,

    qəhrəmanı görmək üçün.

    ***

    Bir heykəl qalxdı meydanda,

    bir məşəl yandı tufanda.

    Bir bayraq qalxdı əllərdə,

    bir şüar gəzdi dillərdə.

    Üfüq yandı, səhər güldü,

    beşikdə körpələr güldü.

    Göydə ağ-ağ göyərçinlər,

    uçuşurdu səhər-səhər.

    Mübarizin o ruhuymuş,

    bütün gecə yuxuluymuş.

    sərhəd boyu ər oğlu, ər

    dolaşırdı səngər-səngər

    Şəhidlərin varisiydi,

    amma gəlib öz adından, –

    Sizə raport verəsiydi

    Cənab Ali Baş Komandan!

    Bakı, 2018

    Mənbə: http://edebiyyatqazeti.az

  • TOŞAYAD Başkanı Sayın Hasan AKAR HOCAMIZın yeni kitabı yayında

    Kardeş Türkiye Cümhuriyetinin Tokat şehrindeki TOŞAYAD ve Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansının (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye tümsilcisinin Başkanı Sayın Hasan AKAR HOCAMIZın “Cümhuriyet döneminde Tokat valileri” yeni kitabı “Berkan” Yayın Evi tarafından yayınlandı. Kitabda 1923-2018 yıllarda Tokat şehrinde gerçekleşen tarihi anlar ile ilgili dolğun bilgiler yer almış.
    Tokat, Osmanlı Devleti döneminde 19. Yüzyılın çeyreğına kadar Sivas Eyaletine bağlı kaza olarak varlığını sürdürmekte olan 12 Ocak 1880-de Sultan 2. Abdulhamidin iradesiyle sanıcak olmuştur.
    1913 tarihli İdarei-İ Vilayetler konusunda yapılan düzenleme ile Tokat Mutasarrıflığına 25.05.1913 tarihinde Mamduh Sermed Bey atanmıştır.
    31 Mayıs 1920 yılında Türkiye Büyük Millet Meclisi (TMBB) İcra Vekilleri Heyetinde Tokat bağlı olduğu Sivas Vilayetinden ayrılarak müstakıl vilayet olmuştur. İstiklal Savaşı sonrası Mutasarrıflığı kaldırmasıyla Tokat Mutasarrıfı Mehmed Said Bey 30.09.1923 yılında Tokatın ilk Valisi ünvanını almıştır.
    Bu eserde Cümhuriyetten günümüzü görev yapmış 36 valinin kısa hayat hikayeleri konu edilmişdir.
    Değerli Kardeşimizi, HOCAMIZI tebrik ederiz. Hayırlı günler ve başarılar diliyoruz!!! İnşAllah! AMİN!!!

  • Aşıq ədəbiyyatında işlənən şeir janrları

    Qoşma

    Aşıq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri də Qoşmadır. Hər bəndi dörd misradan və hər misrası on bir hecadan ibarət olan şeir şəklinə Qoşma deyilir.

    Ədəbiyyatşünaslıqda qoşmaya “Məhəbbət şeiri” və ya “Aşiqanə şeir” də deyilir. Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Qoşmada bəndlərin sayə tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi qoşmalar 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Qoşmanın son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “tapşırma” da deyilir.

    Qoşma əsasən heca vəznində olur. Misradaxili bölgü 6+5, 5+6, 4+4+3 şəklində olur. Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan görkəmli Xalq şairlərimizin də yaradıcılığında qoşma janrında yazılmış şeirlərə rast gəlinir. Məsələn, Nəriman Həsənzadənin “Mən”,”Ay Həkim”, Zəlimxan Yaqubun “Gəlib”, “Dəli olmağıma bir addım qalıb”, Bəxtiyar Vahabzadənin “Bakıyla Təbrizin ararsındayam”, ”Səninlə dünyada bəxtiyram mən” və s.

    DAĞLAR

    Bahar fəsli, yaz ayları gələndə
    Süsənli, sünbüllü, lalalı dağlar.
    Yoxsulu, ərbabı, şahı, gədanı
    Tutmaz bir-birindən alalı* dağlar.

    Xəstə üçün təpəsində qar olur,
    Hər cür çiçək açır, laləzar olur,
    Çеşməsindən Abi-Həyat car olur,
    Dağıdır möhnəti, məlalı dağlar.

    Yazın bir ayıdı çox yaxşı çağın;
    Kəsilməz çеşməndən gözəl yığnağın.
    Axtarma motalın, yağın, qaymağın…
    Zənbur çiçəyindən bal alı, dağlar!

    Yayın əvvəlində dönərsən xana,
    Son ayda bənzərsən yеtkin bostana.
    Payızın zəmhəri* qoyur virana,
    Dağıdır üstündən calalı, dağlar!

    Gahdan çiskin tökər, gah duman еylər,
    Gah gəlib-gеdəni pərişan еylər,
    Gahdan qеyzə gələr, nahaq qan еylər,
    Dinşəməz haramı, halalı dağlar.

    Ağ xalat bürünər, zərnişan gеyməz,
    Hеç kəsi dindirib, xətrinə dəyməz.
    Sərdara söz dеməz, şaha baş əyməz,
    Qüdrətdən səngərli, qalalı dağlar.

    Köçər еllər, düşər səndən aralı,
    Firqətindən gül-nərgizin saralı.
    Ələsgər Məcnun tək yardan yaralı,
    də dərdli, nalalı, dağlar!

    Aşıq ƏLƏSGƏR.

    * Alalı – fərqli

    Qeyd: Yeni dövr Azərbaycan ədəbiyyatının ən möhtəşəm əsəri olan “Koroğlu” dastanının nəzm hissəsi qoşma və gəraylılardan ibarətdir.

    Qoşmanın məzmununa görə növləri də var:

    1. Gözəlləmə 2. Vücudnamə 3. Ustadnamə 4. Qıfılbənd

    Gözəlləmə—gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır. Aşıq Ələsgərin “Güləndam”, “Xurşıd”, “Müşkinaz” və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.

    Vücudnamə-Qoşmnın məzmununa görə növlərindən biridir. İnsanın beş yaşından ölüm anına qədər olan dövrü sadalanır.

    Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir. Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir. Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir. Dastanın əvvellində verilən ustadnamələrin hər birində insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır. Ustadnamələr ictimai-fəlsəfi və didaktik şeirlər əsasında formalaşır. Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır. Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:

    Ay həzərat, bir zamana gəlibdi,
    Ala qarğa şux tərlanı bəyənməz.
    Oğullar atanı, qızlar ananı,
    Gəlinlər də qaynananı bəyənməz.

    (Aşıq Abbas Tufarqanlı)

    Qıfılbənd-Qoşmanın məzmununa görə növlərindən biri də Qıfılbənddir. Azərbaycan şifahi xalq ədəbiyyatında tapmacaya bənzəyir. İki aşığın deyişməsinə deyilir. Şərtə görə, iki aşıq deyişir. Üstüörtülü şəkildə sualın cavabını qarşı tərəfdən istəyir. Məğlub olan sazını qalib gələn aşığa hədiyyə etməlidir. Daha çox ictimai-siyasi, dini və təbiət mövzuları ilə bağlı olur. Məsələn, XIX əsrdə Ustad Alı ilə şagirdi Aşıq Ələsgər deyişmiş. Azərbaycan Aşıq ədəbiyyatının forma-məzmun, ideya-sənətkarlıq baxımından zənginləşməsində müstəsna xidmətləri olan Ustad Aşıq Ələsgər bilərəkdən deyişmə zamanı Ustadına məğlub olur. Sənətə, saza, söə xatir Ustad Alı sazı götürməyir.

    Gəraylı

    Aşıq ədəbiyyatının ən geniş yayılmış şeir janrlarından biri də gəraylıdır. Hər bəndi dörd misradan, hər misrası 8 hecadan ibarət olan şeir şəklinə Gəraylı deyilir.

    Gəraylının ilk bəndində birinci və üçüncü misralar sərbəst olur. İkinci və dördüncü misralar isə bir-biri ilə qafiyələnir: abcb. Sonrakı bəndlərdə isə ilk üç misra öz aralarında qafiyələnir, dördüncü misra isə birinci bəndin ikinci və dördüncü misrası ilə qafiyələnir: çççb,dddb…

    Gəraylıda bəndlərin sayı tək və cüt olur. Azərbaycan Ədəbiyyatında bəzi gəraylıda 3,5,7,9 bəziləri isə 2,4,6,8 bənddən ibarət olur. Gəraylının son bəndində müəllif adətən öz təxəllüsünü göstərir. Həmin bənd “Möhürbənd” adlanır. Ədəbiyytaşünüslıqda son bəndə bəzən “Tapşırma” da deyilir.

    Gəraylı əsasən heca vəznində olur. Misradaxili bölgü 4-4, 5-3, 3-5 şəklində olur. Ahəngdarlığı ilə seçilən gəraylı Aşıq ədəbiyyatında və klassik ədəbiyyatda da işlənir.

    CЕYRAN

    Durum dolanım başına,
    Qaşı, gözü qara Cеyran!
    Saldın еşqin ataşına,
    Еylə dərdə çara, Cеyran!

    Söz еşidib, ərzim qansan,
    Mən yanana sən də yansan.
    Özün bir tülək tərlansan,
    Niyə uydun sara, Cеyran?!

    Ələsgərəm, abdal ollam,
    Еşqin girdabında qallam.
    Küsdürmüşəm, könlün allam
    Yalvara-yalvara, Cеyran!

    Aşıq ƏLƏSGƏR.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Klassik ədəbiyyatda işlənən şeir janrları

    QƏZƏL VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılmış şeir janrlarından biri də qəzəldir. Qəzəl ərəb mənşəli sözdür. ”Qadına məhəbbət” mənasını bildirir. Yaxın Şərq ədəbiyyatında daha çox istifadə olunur. Müxtəlif bəhrlərdə yazılır. Daha çox əruz vəzninnin həzəc və rəməl bəhrlərində olur. Beytlərin sayı 5-10 olur (daha çox 7 beyt).

    Qəzəlin ilk beytinin hər iki misrası öz aralarında qafiyələnir: aa. Sonrakı beytlərdə isə birinci misra sərbəst olur, ikinci misra birinci beytin hər iki misrası ilə qafiyələnir: ba,ca, ça,da…

    Qəzəlin ilk beyti “mətlə beyt” adlanır. “Günəşin doğulduğu yer” mənasını bildirir. Bu da qəzəlin ilk beyti olduğunu göstərir.

    Azərbaycan Ədəbiyyatı tarixində ana dilində yazılmış ilk qəzəlin müəllifi Şeyx İzzəddin Həsənoğludur. Ədəbiyyatımızda qəzəlin ən gözəl nümunələrini Seyid Əli İmadəddin Nəsimi, Şah İsmayı Xətayi, Məhəmməd Füzuli və başqaları yaradıb.

    QƏSİDƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatın ən geniş yayılımış şeir janrlarından biri də qəsidədir. Qəsidə də ərəb mənşəli sözdür. Yaxın şərq ədəbiyyatında daha çox istifadə olunan şeir janrlarından biridir. Dəbdəbəli, təntənəli üslubu ilə seçilir. Qafiyə quruluşu qəzəldə olduğu kimidir. aa,ba, ca, ça, da, Qəsidədə beytlərin sayı 15-200 arası olur.Daha çox saray ədəbiyyatında işlənib.

    Qəsidənin məzmununa görə əsasən aşağıdakı növləri var:

    1.Tövhid 2. Minacat 3. Nət 4. Mədhiyyə 5. Fəxriyə 6. Həcv 7. Mərsiyə

    Tövhid-Allahın birliyinin tərənnümü

    Minacat-Allaha yalvarış

    Nət-Peyğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafanın (səllallahu əleyhi və alihi və səlləm) tərifi haqqında

    Mədhiyyə-hökmdarın tərifi haqqında

    Fəxriyə-Şairin özünün şairlik qüdrətindən bəhs edilir.

    Həcv-Tənqidi məzmun daşıyır. Qoşma, müxəmməs və məsnəvi formalarında olur. Dövrün eyib və qüsurları tənqid olunur.

    Mərsiyə-Müqəddəs şəxslərin və ya yaxın qohumun ölümü münasibəti ilə yazılan şeir növü.

    QİTƏ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də qitədir. Qitə ərəb mənşəli alınma sözdür. ”Parça”, “hissə” mənasını bildirir. Qitə öz qafiyə quruluşuna görə qəzələ və ya qəsidəyə oxşadığı üçün belə adlanır. Ancaq qəzəldən və qəsidədən fərqli olaraq, ilk beyti qafiyəlnmir: ab. Sonrakı beytlərdə isə ikinci misra birinci beytin ikinci misrası ilə həmqafiyə olur: cb, çb, db və s.

    Qitə həcmcə kiçik olur. Daha çox 2-10 beytdən ibarət olur. Qitə, əsasən, ictimai-siyasi, əxlaqi-fəlsəfi mahiyyət daşıyır. Qitənin son beytində müəllif öz adını göstərmir.

    MƏSNƏVİ VƏ ONUN XÜSUSİYYƏTLƏRİ

    Klassik ədəbiyyatda işlənən şeir janrlarından biri də Məsnəvidir. Məsnəvi ərəb mənşəli sözdür. “İkilik” mənasını bildirir. Ancaq hər ikilik məsnəvi adlana bilməz. Məsnəvi olması üçün misralar bir-biri ilə qafiyələnməli və bir fikri ifadə etməlidir. Məsnəvi öz qafiyə quruluşuna görə həm qəzəldən, həm qəsidədən, həm də qitədən tamamilə fərqlənir.

    Məsnəvinin hər iki misrası öz aralarında qafiyələnir: aa, bb, cc…

    Məsnəvidə beytlərin sayı çox olur. Məsnəvinin belə qafiyələnməsi şairrə imkan ayardır ki, öz fikrini daha qabarıq şəkildə bildirsin.

    Məsnəvi formasında həm şeir şəkli, həm də şeir janrı var. Ədəbiyyatımızda bir çox sənətkarlar məsnəvi yazıblar. Məsələn, Ə.Xəqani “Töhfətül-İraqeyn”, Ş.İ.Xətayi “Dəhnamə” və s.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Azərbaycan Jurnalistlər Birliyi (AJB)

    Azərbaycan Jurnalistlər Birliyi (AJB) müstəqil, azad, könüllük əsasında fəaliyyət göstərən ictimai–yaradıcı təşkilatdır.
    O 1000–dən artıq qəzet və jurnalda, 25 teleradio şirkətində, 20 informasiya agentliyində, 40-a qədər nəşriyyatda çalışan 3000 yaxın jurnalisti öz sıralarında birləşdirir. Digər jurnalist təşkilatlarından fərqli, AJB istisnasız olaraq, istər mərkəzi, istərsə də şəhər və əyalət mediasını bütünlüklə əhatə edən ümumrespublika təşkilatıdır.

    AJB jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olur, KİV-in, azad sözün, plüralizm və demokratiyanın inkişafına yardım edir, mətbuat haqqında mütərəqqi qanunların qəbul edilməsi üçün mübarizə aparır, müxtəlif görüşlər, seminarlar təşkil edir, müsabiqələr keçirir, hər il ölkənin istedadlı jurnalistləri arasından 12 nominasiya üzrə laureatları müəyyənləşdirərək, onları 22 iyul Milli Jurnalistika günündə Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin adını daşıyan mükafatla təltif edir. AJB respublikanı beynəlxalq görüşlərdə, qurultaylarda, konfranslarda, konqreslərdə təmsil edir, xarici ölkələrin KİV-ləri haqqında bank məlumatları toplayır. Özünün ancaq üzvlük haqlarından formalaşan cüzi gəlirinə baxmayaraq, qaçqın jurnalistlərə, işğal altında olan rayonların qəzet redaksiyalarına, təqaüddə olan mətbuat işçilərinə yardımlar edir.

  • Azərbaycan Yazıçılar Birliyi (AYB)

    1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl qələmlər” ədəbi cəmiyyəti də təxminən bu dövrlərdə formalaşmış, öz ətrafına gənc ədəbi qüvvələri toplamışdı. Bu cəmiyyət əsaslı və ədəbi təşkilat kimi 1925-ci il dekabrın 25-də Bakıda yaradıldı, ədəbi dərnəkləri öz ətrafında birləşdirdi. “Qızıl qələmlər” cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr təşkil edir, tədbirdər həyata keçirirdi. “Maarif və mədəniyyət” jurnalında, “Kommunist” və “Gənc işçi” qəzetlərində müntəzəm verilən ədəbi materiallar, “Qızıl qələmlər”, “Oktyabr alovları” almanaxları və ayrı-ayrı məcmuələr ədəbiyyatın təbliğinə, kütləvi surətdə yayılmasına xidmət edirdi. 1927-ci il iyul ayının əvvəllərində Azərbaycan yazıçılarının birinci ümumi yığıncağında bütün ədəbi qüvvələri bir təşkilat ətrafında birləşdirmək qərara alındı. Beləliklə, Azərbaycan Yazıçılar Cəmiyyətinin müvəqqəti idarə heyəti yarandı. Bakıda Ümumazərbaycan yazıçılarının birinci (13.01.1928) və ikinci qurultayı (20.X.1929) çağrıldı.
    ÜİK(b)P MK-nın ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci il 23 aprel tarixli qərarından sonra Azərbaycan Yazıçılar Cəmiyyətinin yenidən qurulması haqqında təşkilatı tədbirlər görüldü və Azərbaycan Yazıçılar İttifaqı yaradıldı

  • Azərbaycan Aşıqlar Birliyi (AAB)

    Aşıqların I qurultayı 1928-ci ildə, II qurultayı 1938-ci ildə, III qurultayı isə 1961-ci ildə keçirilib. Azərbaycan Aşıqlarının III qurultayı keçirildi. 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan aşıqlarının IV qurultayı keçirildi və Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Aşıqlar Birliyi yaradıldı, xalq şairi Hüseyn Arif Birliyin sədri seçildi. Azərbaycan Aşıqlar Birliyi 1991-ci ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək müstəqil fəaliyyət göstərməyə başladı.
    1992-ci ildə Hüseyn Arifin vəfatından sonra sədrliok üstündə çəkişmələr üzündə Birliyin fəaliyyəti bir növ iflic vəziyyətinə düşdü.
    Uzun zamandan bəri dağınıq və pərişan vəziyyətdə olan Azərbaycan aşıqları axır ki, Qurultay səviyyəsində bir araya gəldi. 2008-ci il avqust ayının 29-da aşıqların V qurultayı keçirildi. 1928-ci ildə çağırılmış Birinci Aşıqlar Qurultayının üstündən səksən, sonuncu – dördüncü Qurul¬tayın üstündən isə iyirmi beş il keçdikdən sonra ortaya gələn bu tarixi toplantı müstəqillik illərinin ilk Aşıq Qurultayı idi. Azər¬baycan aşıq mü¬hit¬lərinin getdikcə ağırlaşan durumu, aşıqların sosial-mə¬işət və yara¬dı¬cılıq problemləri Qurultay çağırılmasını zərurətə çevirmişdi. 1984-cü ildə keçirilən dördüncü Qurultaydan sonra aşıqların yaradıcılıq təşki¬latının dağılmağa başlaması və çəkişmə-ziddiyyət meydanına çevrilməsi bir sıra xoşagəlməz nəticələr ortaya gətirdiyindən məsələnin ciddi və köklü şəkildə həllinə ehtiyac böyük idi. Bu səbəbdən ustad aşıqların və görkəmli ziyalıların müraciətinə cavab olaraq Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çağırılan növbəti Qurultay bir çox problematik məsələlərə aydınlıq gətirdi.
    Qurultayı millət vəkili, akademik Nizami Cəfərov açaraq bu mötəbər tədbiri idarə etməyi akademik Bəkir Nəbiyevdən xahiş etdi. Akademik Bəkir Nəbiyev giriş sözü ilə Qurultay iştirakçılarını salamladı və Qurul¬tayın səlahiyyətli olub-olmaması barədə mandat komissiyasının sədri pro¬fessor Bəhlul Abdullanı kürsüyə dəvət etdi. Mandat komissiyasının sədri 225 nəfərdən ibarət olan Qurultay nümayəndələrinin rayon konfrans¬ları tərəfindən seçilərək göndərildiklərini bildirdi. Qurultayın səlahiyyəti təsdiq olunduqdan sonra söz Azərbaycan Respublikasının Mə¬də¬niyyət və Turizm naziri Əbülfəz Qarayevə verildi. Nazir Azər¬baycan Respublikası Prezidenti İlham Əliyev cənablarının təbrikini Qurultay iştirakçılarına çatdırdı.
    Professor Məhərrəm Qasımlı “Aşıq sənətinin müasir vəziyyəti: prob¬lemləri və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi.
    YUNESKO-nun eksperti, sənətşünas Sənubər Bağırova “Aşıq sənə¬tinin qarşısında duran perspektiv vəzifələr” mövzusunda məruzə etdi.
    Məruzələr ətrafında millət vəkilləri Nizami Cəfərov, Qənirə Paşa¬yeva və Rəfael Hüseynov, professor Qəzənfər Paşayev, professor Sədnik Paşayev, xalq şairi Fikrət Qoca, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əli¬zadə, ustad aşıqlardan Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Gülarə Azaf¬lı və başqaları çıxış edərək aşıq sənətinin tarixi-mədəni dəyəri və çağ¬daş durumu barədə öz mülahizələrini bildirdilər. Aşıq sənətinin Azərbaycan xalqına məxsus unikal mədəni-mənəvi sərvət kimi YUNESKO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi təklifi çıxış¬çıların əksəriyyəti tərəfindən vurğulandı və qurultay iştirakçıları tərə¬findən dəstəkləndi.
    Qurultay nümayəndələri tərəfindən irəli sürülən namizədlər əsasında açıq səsvermə yolu ilə idarə heyəti seçildi. İdarə heyəti xalq şairi Zəlimxan Yaqubun Aşıqlar Birliyinin sədri seçilməsi təklifini irəli sürdü. Qurultay bu təklifi yekdilliklə təsdiq etdi. Professor, Dövlət Mükafatı laureatı Məhərrəm Qasımlı Birliyin birinci katibi seçildi.
    Professor Məhərrəm Qasımlı Qurultayın Qətnaməsini oxudu. Qət¬na¬mə qəbul olundu.
    Qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Müraciəti qəbul edildi.
    Qurultayın sonunda aşıqlar geniş konsert proqramı ilə çıxış etdilər.

    * * *

    V Qurultaydan sonra Azərbaycan aşıq sənətində yeni inkişaf mərhələsi başladı. Bu sənətə dövlət səviyyəsində qayğı və diqqət artırıldı, onun təbliği istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyev Fondunun rəhbərliyi və Azərbaycan Respublikası Mədə¬niy¬yət və Turizm Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirildi. “Azər¬baycan aşıq sənəti” faylı hazırlanaraq YUNESKO-ya təqdim edildi. Həyata keçirilən məqsədyönlü tədbirlər öz bəhrəsini verdi – Azərbaycan dövlətinin, xüsusilə YUNESKO və İSESKO-nun xoş¬mə¬ramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq sənətinin qo¬run¬ması, inkişafı və təbliği istiqamətində fəaliyyəti nəticəsində 2009-cu ilin 28 sentyabr – 02 oktyabr tarixində Birləşmiş Ərəb Əmirliyinin Abu-Dabi şəhərində YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Ko¬mitəsinin 4-cü sessiyasında YUNESKO-nun Hökumətlərarası Komitəsinin yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildi

  • İradə Aytelin yeni kitabı işıq üzü gördü

    Bu yaxınlarda yazıçı-şair, publisist, AYB, AJB və UASB-nin üzvü İradə Aytelin yeni kitabı işıq üzü gördü.

    Kitab müəllifin müxtəlif illərdə qələmə aldığı Azərbaycan Vətən Müharibəsi zamanı Şəmkir rayonunun Seyfəli kəndindən könüllü olaraq döyüşə atılan Şəhid oğullarımızın fədakarlıqlarından bəhs edən publisistik yazılardan ibarətdir.

    “Elm və Təhsil” nəşriyyatında (Bakı-2019) çap olunan “Seyfəli şəhidləri” kitabının redaktoru Azərbaycan Vətən Müharibəsi Veteranlar Birliyi Gəncə şəhər təşkilatının sədri Bəyanət Qasımov, üz qabığının müəllifi rəssam Nəvai Metindir.

    Kitab Türkiyənin İzmir şəhərində yerləşən Uluslararası Aktivist Sanatçılar Birliyinin dəstəyi ilə çapa hazırlanmışdır.

    Bundan əvvəl müəllifin “Sevgidən doğulan işıq” (şeirlər), “Bir cüt qızılgül” (sənədli roman), “Çiçək açan dərdlərim” (şeirlər), “İkimizin bir evimiz varıydı” (şeirlər), “Partizanın acı həqiqətləri” (sənədli roman), “Sədnik Paşa Pirsultanlının nəsri” (elmi-monoqrafiya), “Eynək taxan Günəş” (uşaqlar üçün hekayələr), “Qanlı öpüşlər” (hekayələr) kitabları işıq üzü görmüşdür.

    Mənbə: http://kultur.az

  • Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” kitabı çap olunub

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Görkəmli Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim, yazıçı, pedaqoq, jurnalist Əhməd bəy Ağaoğlunun “Atəşkəs və sürgün xatirələri” əsəri 200 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    “Atəşkəs və sürgün xatirələri” kitabında yer alan xatirələri müəllif 1919-1921-ci illərdə Maltada sürgündə olarkən yazıb. Əsəri Osmanlı türkcəsindən çevirən Dürdanə Ramazanlıdır.
    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, ədəbiyyatşünas alimlər, tələbələr, bir sözlə, hər kəs üçün nəzərdə tutulan əsər bir çox ictimai-siyasi hadisələrin cərəyan etdiyi dövrdə qələm alınıb. Birinci Dünya müharibəsi, Osmanlı İmperiyası ilə bağlı faktlara söykənən dolğun məlumatlar ilə zəngindir.
    Yeri gəlmişkən, qeyd edək ki, bundan öncə 2016-cı ildə “Kitab Klubu” nəşriyyatı tərəfindən “Müasirlərim” seriyasından Xalq şairi, Fərdi Prezident təqaüdçüsü, “Nazim Hikmət” Beynəlxalq Ədəbiyyatı Mükafatı laureatı Zəlimxan Yaqubun “Dünyadan köçən mənəm”, 2017-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, şair, dramaturq, ədəbiyyatşünas Bəxtiyar Vahabzanin “Müasirlərim” seriyasından “Axı dünya fırlanır…”, 2018-ci ildə isə Xalq şairi, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Nəriman Həsənzadənin “Dostlar gözləyir məni”, adlı şeirlər və poemalar toplusu kitabı media təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, poeziya həvəskarlarının, ədəbiyyatsevərlərin diqqətinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” kitabı işıq üzü görüb

    “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu mükafatının fəxri laureatı, görkəmli ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanı 264 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
    Professor Mir Cəlal Paşayevin yaradıcılığının zirvəsi sayılan “Bir gəncin manifesti” romanı 1938-ci ildə yazılıb. Əsər Postsovet dövründə Respublika Fəxri Komsomolu Mükafatına layiq görülüb.
    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, “Müasir Azərbaycan ədəbiyyatı” seriyasından görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin “Seçilmiş əsərləri” 2005-ci ildə “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • “Hece Taşları” aylık şiir dergisinin 46. sayısı yayında


    ŞÜKÜR ÇİÇEĞİ

    Gönül dağlarının koyaklarında, elvan elvan çiçek açar her mevsim, senin senden haberin yok belleme, kendinden dışarı adım atınca, haberin olmuyor olan bitenden, bir can uzaklarda canı derdinde, sense camekânda ona bakarsın, dilinde dolaşan lafları soyup, sözün çıkınını ortaya serip, erdem sofrasına bağdaş kurarak, bir sana bir bana derviş misali, paylaşmaktan korkuyorsan hayatı, nasıl dolaşırsın insan içinde.

    Başkasının yarasını kaşırken, kendi yaran günden güne azıyor, ne sende merhem var ne merhem veren, dokununca kokusunu bırakan, içinde fesleğen çiçeği gibi, merhametten habersizce yaşarsın, türlü türlü bahaneler üretip, üzerine düşen sorumluluğu, başkasıyla paylaşmayı denersin, aklından geçenler kalbine uymaz, kalbinin sesini kulağın duymaz, her sabah aynayı karşına alıp, boşa konuşursun kendi kendinle.

    Günden güne azalırız bu doğru, eksik olmaz sırtımızın yarası, soframıza konan kalkan bıçaklar, çevremizde uçar bühtan kuşları, dilimizde yaralanır sözcükler, Yârin kapısına vardığımızda, avcumuzu açıp boyun bükeriz, ‘hâlimiz hâl değil güzel bir hâle, tez zamanda dönder’ deyip dururuz, varlığın da yokluğun da bir sınav, olduğunu unuturuz insanız, sabah yuvasından aç uçan kuşlar, bir gün boş dönmezler rızık avından.

    Yokluk dibe vurmuş varlık tavana, yiğit muhtaç olmuş kuru soğana, bir gün olur varlık yere çakılır, yıllardır nadasta bekleyen için, sürülmeyi sürülmeyi borlaştı, insanlar insandan uzağa kaçtı, erdemli yaşamak artık zorlaştı, sen sabır küpüne tekme vurmazsan, zamanı saati geldiği vakit, darlık damarında bir sürgün verir, yaraların kabukları dökülür, bir sabah gün kız oğlan kız doğarken, açar dallarında şükür çiçeği.

    Tayyib Atmaca

  • 2019-cu il təşkilat tərəfindən “İmadəddin Nəsimi ili” elan olunub

    2018-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” olan Türkiyənin Kastamonu şəhəri bu missiyanı başa vurur. Dekabrın 18-də şəhərdə TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 36-cı dönəm toplantısı keçirildi.

    İclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı Günay Əliyeva və ölkəmizin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı iştirak edirdilər.

    Tədbirdən öncə iştirakçılar Türk dünyasının mədəniyyətinə həsr edilən kitab və rəsm sərgisi ilə tanış oldular.

    Toplantını Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açaraq Kastamonu şəhərində “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin uğurla başa çatdığını dedi: “İl ərzində Kastamonu ortaq dəyərlərimizin önə çıxarılmasında mühüm rol oynadı. Şəhərdə Türk dünyasının ortaq mədəni dəyərlərinin yaşadılması və bir araya gətirilməsi üçün önəmli tədbirlər həyata keçirildi. Kastamonu müxtəlif tədbirlərə, festival və konfranslara, sərgilərə, təqdimatlara ev sahibliyi etdi”. Nazir TÜRKSOY-un çoxsahəli fəaliyyətinə də toxundu və bildirdi ki, 25 illiyini qeyd edən qurum bu illər ərzində öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirib, ortaq türk mədəniyyəti və tarixinin dünyada tanıdılmasına nail olub.

    TÜRKSOY-un baş katibi Düsen Kaseinov da sözünə yubiley ilində təşkilatın fəaliyyətindən bəhs edərək başladı. Bu işlərdə əməyi keçən hər kəsə təşəkkürünü bildirən baş katib 2013-cü ildən həyata keçirilən “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyətini vurğuladı. Qardaş cümhuriyyətlərin bu layihənin uğurla reallaşmasında böyük rol oynadığı vurğulandı.

    Kastamonu valisi Yaşar Karadəniz isə ilboyu çoxsaylı tədbirlərə ev sahibliyi etməkdən məmnun olduqlarını dedi: “Kastamonunun “paytaxt” elan olunduğu müddətdə Türk dünyasının hər yerindən çox sayda tanınmış incəsənət nümayəndələri gəldi. Qəlblər birgə döyündü. Şəhərimiz nüfuzlu mədəni tədbirlərə də ev sahibliyi etməyin qürurunu yaşadı və Türk dünyasının ortaq dəyərlərini dünya coğrafiyasına tanıtdı”.

    Kastamonu Bələdiyyəsinin başqanı Tahsin Babaş dedi: “Belə bir ünvana sahib olduğumuza görə, mövcud mədəni varlığımızı tanıtdığımız üçün əldə etdiyimiz bu fürsətə görə rolu olanlara təşəkkür edirik. Bu bir il ərzində Kastamonunun mədəniyyəti və tarixini dünyaya nümayiş etdirə bildik. Evliyalar şəhəri olan Kastamonu mənəvi özəllikləri ilə tanınır. Bu layihələrin, tədbirlərin gerçəkləşməsində TÜRKSOY-un böyük zəhməti oldu. TÜRKSOY mənəvi bağlarımızın möhkəmlənməsində böyük rol oynamaqdadır”.

    Qırğızıstan mədəniyyət və turizm nazirinin müavini Bakıtbek Sekimov da ötən 25 il ərzində TÜRKSOY-un Türk dünyasına böyük töhfələr verdiyini, 2018-ci ilin Qırğızıstan üçün əhəmiyyətli il olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, 2018-ci il TÜRKSOY tərəfindən “Çingiz Aytmatov ili” elan olunmuşdu və bu çərçivədə Azərbaycanda, Türkiyədə, digər türkdilli ölkələrdə tədbirlər keçirildi. Bütün bunlar həm də qırğız xalqına hörməti ifadə edir.

    Türkmənistan mədəniyyət nazirinin müavini ölkəsinin TÜRKSOY-la sıx əməkdaşlıq etdiyini bildirdi: “Biz də öz növbəmizdə Türk dünyasının ortaq dəyərlərinin qorunmasında və inkişafında yaxından iştirakımıza görə məmnunluq hissi keçiririk”.

    Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Günay Əliyeva “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin ortaq mədəniyyət və irsimizin qorunması və təşviqinə mühüm töhfələr verdiyini qeyd etdi: “Bu layihənin gələcəkdə də davam etdirilməsi türk xalqları arasında həmrəyliyi və qarşılıqlı anlaşmanı daha da möhkəmləndirmək, beynəlxalq miqyasda ümumtürk mədəniyyətinin inkişafına kömək etmək, adət-ənənələri, incəsənəti, ədəbiyyatı qorumaq istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb olacaq”. Nazirlik rəsmisi xatırlatdı ki, Azərbaycanın Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunub və il çərçivəsində bir sıra mühüm tədbirlər keçirilib.

    G.Əliyeva TÜRKSOY tərəfindən ənənəvi olaraq hər il keçirilən “Türk dünyasının öncülləri” layihəsinin əhəmiyyətinə, bu çərçivədə Azərbaycan şəxsiyyətlərinə həsr edilən tədbirlərə də toxundu və 2018-ci ildə “Qara Qarayev ili”nin qurum tərəfindən yüksək səviyyədə qeyd olunduğunu vurğuladı.

    Qeyd edək ki, toplantıda Azərbaycanın 2019-cu ildə böyük şairimiz İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi çərçivəsində “Nəsimi ili”nin keçirilməsi təklifi qəbul olundu.

    Həmçinin Türkiyənin Aşıq Veysəlin anadan olmasının 125-ci ildönümü münasibətilə gələn ilin “Aşıq Veysəl ili” elan olunması təklifi də dəstəkləndi.

    Toplantıda 2019-cu ilin “Türk dünyasının mədəniyyət paytaxtı” barədə də qərar qəbul olundu. Gələn il bu missiyanı Qırğızıstanın Oş şəhəri davam etdirəcək.

    İclasdan sonra Kastamonunun estafeti Qırğızıstanın Oş şəhərinə təhvil verməsi mərasimi keçirildi. Axşam isə “Türk dünyasının mədəniyyət paytaxtı” ilinin təntənəli bağlanış mərasimi oldu.

    Mehparə SULTANOVA
    Kastamonu

    Mənbə: http://ataturk.az

  • Səxavət ƏNVƏROĞLU.Yeni şeirlər

    PEŞMAN OLARSAN.

    Saxavat Seyidmamedov ilə,

    Müəllif: Səxavət Ənvəroğlu.

    Dirənib sözündə demə bilirəm,
    Bildiyin çoxdusa saxla özündə.
    Düşün, qarşındakı kəs aciz deyil,
    Qorxu hökm edərmiş ürkək gözündə.

    Qurmadıq dünyanı nə sən, nə də mən,
    Söylə istəyini ruhən ürəkdən.
    Uşaqlıq etməyək nə mən, nə də sən,
    Zaman ələdikcə bizi ələkdən.

    Önə qoy papağı düşün dərindən,
    Səhvini tutarlar dilindən sənin.
    Özün də bilmədən peşman olarsan,
    Sevinci alsalar əlindən sənin.

    İzzətin,hörmətin dəyərini bil,
    “İnsanı ucaldar xoş söz, şirin dil”.
    Ağlayanla ağla,gülən kəslə gül,
    Yaşamaq yanmaqdır,nəfsə qul deyil!

    Sözümü unutma,qulağından as,
    Qovula-qovula nadan olarsan.
    Qarşında dayanan qarlı dağ olsa,
    Üşüyə-üşüyə peşman olarsan.

    Qırmızı dəniz.
    Misir sahilləri.2010.

    DƏRDLƏ ƏZDİN ELƏ MƏNİ.

    Saxavat Seyidmamedovvv

    Müəllif: Səxavət Ənvəroğlu.

    Göz yaşını silə-silə,
    Yöxdın məni bilə- bilə.
    Dərdlərimə gülə-gülə,
    Niyə üzdün belə məni?

    Polad kimi qırılmadım,
    Çat saldıkar-yarılmadım.
    Əzabından yorulmadım,
    Saldın gözdən elə məni.

    Kimi görsəm,”can” demişəm,
    Sancmamışam-“yan”demişəm…
    Ömür boyu qəm yemişəm,
    Dərdlə əzdin elə məni.

    Arif bilər söz qədrini,
    Bağban bilər gül ətrini…
    Dünya, qoyub ər xətrini,
    Öydün sözdə elə məni.

    Duz-çörəyin başım üstə,
    Daş qoymuşam daşın üstə.
    Yaş gəldikcə yaşım üstə,
    Bezib gəzdin elə məni.
    Salma dildən dilə məni!

    Bandirma.(Türkiyə).

    29.03.2009.

  • TOSAYAD Başkanı Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! (19 Aralık 2018 yıl)

    10498648_1088017144548624_2375876398071380324_o

    TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) Başkanı, Azerbaycan Gazeteçiler Birliği Sumqayıt şehir teşkilatının Günlük Analitik Haber Ajansı (gundelik.info) ve Azerbaycanın Kültür ve Edebiyat Portalının (edebiyyat-az.com) Türkiye temsilcisi Sayın Remzi ZENGİN HOCAMIZIN doğum gününü kutluyoruz! İYİ Kİ DOĞDUNUZ! İYİ Kİ VARSINIZ! NİCE BİLE YILLARA! BAŞARILAR DİLİYORUZ!

    Dilerim yüce mevlâdan
    Gözlerin yaş,
    Tekerin taş,
    Memleketin savaş görmesin.

    Cebinde bitmesin para
    Başın düşmesin hiç dara
    Dırdırı çok bir kaynana
    Başından eksik olmasın.

    Altında bir arap atı
    Gezesin hep memleketi,
    Malının bet bereketi
    Azalmasın, daim artsın.

    Duaların kabul olsun
    Mutluluğun bâki kalsın,
    Beklediğin yolcu gelsin
    Gözlerin yolda kalmasın

    Dilerim hiç çekme tasa
    Düşmeyesin derin yasa;
    Bir kel ile bir de köse
    Düğününde davul çalsın.

    Rüyaların gerçek olsun
    Dilerim hep yüzün gülsün,
    Seni sevmeyenler ölsün
    Yüz yirmi yıl yaşayasın.

    Remzi’den sana nasihat
    Adımını dikkatli at,
    Her şeye eyleme inat,
    DOĞUM GÜNÜN KUTLU OLSUN

    Ömür treni

    Uzun, kara bir katar
    Altmış vagonlu kadar
    Büyük bir hızla akar
    Geçti ömür treni

    Nice dağları aştı
    Nice tünelden geçti
    Sonunda düze erdi
    Geçti ömür treni

    Çok hızlı gidiyordu
    Makinistini yordu
    Şimdiyse artık durdu
    Göçtü ömür treni

    Artık gelmez islimi
    Düşünüyor teslimi
    As duvara resmini
    Geçti ömür treni

    Nice yolcular bindi
    Nice yolcular indi
    Düşün, son inen kimdi
    Geçti ömür treni

    Rengi sarardı soldu
    Şimdi miadı doldu
    Artık jiletlik oldu
    Geçti ömür treni

    (Tokat/17.8.2012)[

  • Şair Səxavət Ənvəroğlunun “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ədəbi prosesdə özünəməxsus dəsti-xətti ilə seçilən şair Şair Səxavət Ənvəroğlunun 2018-ci ildə “EcoPrint” nəşriyyatı tərəfindən 124 səhifə həcmində, 220 tirajla “Sətir-sətir oxu məni” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Bakı Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyinin üzvü, şair-publisist Anar Məmmədovdur.

    Kitaba müəllifin lirik və bəşəri mövzuda yazdığı şeirlər daxil edilib. Səxavət Ənvəroğlu ixtisasca dənizçidir. Ömrünün yarısından çoxu dənizdə üzməklə keçib. Lakin hara üz tutubsa, qəlbində Azərbaycanı aparıb və dağlalar sahhilə can atan kimi o da həmişə geriyə-Vətənə can atıb. Torpaq-yurd sevgisi, dünyanın müəmmaları, böyüyə hörmət, müəllimə ehtiram, sevgidə sədaqət və doğmalara qayğı şeirlərinin ana xəttini təşkil edir. Müxətlif illərdə yazılan və oxucunu düşünməyə vadar edən həmin şeirlər Səxavət Ənvəroğlunun poetik dünyasının ən son nümunələridir.

    Kitab müəllifin oxucularla sayca dördüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Qeyd edək ki, bundan öncə “Sən olacaqsan (“PRİNT” nəşriyyatı, 2014) və “Ürək məndən inciyibdi” (“Adiloğlu” nəşriyyatı, 2016), “Dünyanın işindən baş açmaq olmur” (“Müəllim” nəşriyyatı, 2017) şeirləri kitabı işıq üzü görüb.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”.

  • “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 2 noyabr tarixli 1330-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

    2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

    Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

    Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75; 2017, № 1, maddə 9) aşağıdakı məzmunda 11.4-cü maddə əlavə edilsin:

    “11.4. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinə uyğun olaraq, teatr tamaşalarında tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirilməsi qadağandır.”.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 2 noyabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Əmək” ordeni ilə

    Qasımov Tariel İsgəndər oğlu

    “Tərəqqi” medalı ilə

    Babayeva Məsumə Mustafa qızı
    Babayeva Sona

    Əliyev Rahib Səyidağa oğlu

    Əsədov İsa Qadir oğlu

    Hüseynova Kəmalə Müzəffər qızı

    Muradxanlı Ələsgər Calal oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illik yubileyi münasibətilə və Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

    “Xalq artisti”

    Əliyeva Lətifə Cahandar qızı
    Novruzova Nübar Qulu qızı

    “Əməkdar artist”

    Abdullayeva Mehriban Abdulla qızı
    Əsədov İlham Əsəd oğlu
    Hüseynov Elnur Bəhrəmxan oğlu
    Şərifova Güşvər Fətulla qızı

    “Əməkdar mədəniyyət işçisi”

    Rəhimli Rafiq Səfər oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 10 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

    Əliyeva Mədinə Talış qızı
    Həsənova Sənübər Abdulqafar qızı
    Quliyev Oruc İslam oğlu
    Musayeva Xalidə Məmmədəli qızı.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • “YANAN XATİRƏLƏR” – Yeni kitab

    Bu günlərdə Eltun Türkelin kitabı işıq üzü gördü.

    Poeziya dünyasına “YANAN XATİRƏLƏR” adlı şeirlər toplusuyla qədəm qoymuş gənc şair Eltun Türkelin kitabı oxucularla ilk görüşüdür. Burada şairin saf ürəyinin qanı ilə yoğrulmuş ən ülvi, çılğın hissləri qeyri-adi lirik ricətlərlə, oxucuya təqdim olunur, kövrək, həzin qəlb dünyasına uyğun olan pak, təmiz məhəbbətin, varlığından uca tutduğu sevgili Vətəninin, səadət, ləyaqət, dostluq, ümumiyyətlə narahat bir yazarın könlündən hayqıran humanist hisslərin tərənnümü əsas yer tutur. Dəyərli şairimizin həssas oxucu kütləsinin qəlbinə yol tapacağına, seviləcəyinə ümid edirik.

    Kitabın redaktoru pedaqoq, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Seyyid Süleymandır.

    Kitab “Elm və təhsil” nəşriyyatında çap olunub.

    Mənbə: http://kultur.az

  • Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Qafar oğlu Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

    Cəfər Cabbarlı XX əsr Azərbaycan ədəbiyyatının geniş şöhrət tapmış nadir simalarındandır. Klassik ədəbi irs zəminində yetişən ədib milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirmişdir. Dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilmiş, uzun illər boyu tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynamışdır.

    Ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr vermişdir. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmuş, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120-ci ildönümünün yüksək səviyyədə qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 17 dekabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.Seçmə şeirlər

    Oğul

    Məndən inciyirsən, söz demək olmur,
    mən sənin atanam, ananam oğul.
    Səni danlayıram sənin xətrinə,
    yandıran deyiləm, yananam oğul.

    Ana olmayanda, ata tək qalır,
    unu ələyirlər, bir kəpək qalır.
    İp əldə darta-dart, çəkə-çək qalır,
    çəkmə qırılanam, sınanam oğul.

    Mən ağıl vermirəm, ağlına qurban,
    qara saçlarıyın ağına qurban.
    Ana xiffətin var, mən ona qurban,
    mən də Sarasızam, Sən anam oğul.

    Bir yol ayrıcına bənzəyir həyat,
    Yaramaz həyatın üstündə əsmək.
    Cəsarət istəyir, bir də ehtiyat,
    Nə ləngimək olar, nə də tələsmək.

    Ehtiyat elədim orda ki, bir vaxt,
    Cəsarət hər şeyə, məncə, dəyərdi.
    Cəsarət göstərdim orda ki, ancaq,
    Adi bir ehtiyat bəs eləyərdi.

    Bu dünya qəribə bir əyləncədir,
    Dünya sərt, mən bəzən uşaqxasiyyət.
    Yaşadım, bilmədim bu dünya nədir,
    Bilmədim, dünyada nədir səadət.

    Kədərim dünyanın vecinə deyil,
    Sevincim necə bəs, düşürmü yada?
    Bəlkə dünya üçün, bu – heç nə deyil,
    Nə qədər sevinc var, qəm var dünyada.

    Dünya sərgisində göründüm, yetər,
    Həqiqət dedim mən ”yalan dünya”ya,
    Dünyanı əyləncə hesab edənlər,
    Əylənib baxsınlar bir an dünyaya

    * * *

    Sizin qızınızla görüşürük biz
    Gedirik gah yolla,gah kənar izlə
    Bunu mən bilirəm, siz bilmirsiniz
    O gəlir sizin öz icazənizlə

    Tələbə yoldaşı,rəfiqəsi var
    İşi də çox olur,bəzən dərsi də
    Mənəm qızınızın,necə deyərlər
    “Tələbə yoldaşı”, “rəfiqəsi” də

    Mən başa düşürəm siz anasınız
    ürəyə sığılmış adi həyəcan
    O evə dönüncə nigaransınız
    Evdə olanda da mən nigaranam

    Bir ömrün mənzili uzaq, ya qısa
    Məhəbbət, doğmalıq, hansı qədimdir?
    O sizin incə bir qızınızdısa
    O mənin yeganə səadətimdir

    Siz də heyransınız, mən də bu qıza
    Kimin qapısından o keçməlidir
    Dünya elədir ki, biri tapırsa
    Biri, təbiidir… itirməlidir

    Duruluq rəmzidir sizin qızınız
    Gözündən oxunur qəlbi, isməti
    Sizin bu sevdada uduzmağınız
    Sizin borcunuzdur, mənim qismətim

    Gərək daralmasın bu eşqə həyat
    Deməyin biz kimik,nəçiyik,nəyik
    Yad ikən doğmayıq, doğma ikən yad
    Dünya qəribədir, biz qəribəyik

    Sizin adınıza hörmət,ehtiram
    Qadın qarşısında əyilib aləm
    Mən də baş əyirəm, vidalaşıram
    Qızınız gələcək mən getməliyəm…

    Minnətdaram mən..

    Yenə səsin gəldi qulaqlarıma,
    Həyata, dünyaya minnətdaram mən.
    Sən ordan pıçılda eşidim səni,
    Özgəsi çağırsa ona karam mən.

    Sən açdın bir qəlbin məhəbbətini,
    Mən duydum bir qəlbin səadətini.
    Sənsiz hər sözünü, hər söhbətini,
    Sənsiz hər ədanı xatırlaram mən.

    Bu geniş dünyada öz aləmim var,
    Sənlə sevincim var, sənsiz qəmim var,
    Dünyada qazancım bir qələmim var,
    Sənin xidmətində daim varam mən.

  • Xalq şairi Zəlimxan YAQUB.Seçmə şeirlər

    DÜNYANIN ZOR ADAMI

    Qoşa qanadımdı atam vә anam,
    Mәn iki adamın bir adamıyam.
    Adәmdәn adama yol gәldi ömrüm,
    Sirdәn yaranmışam, sirr adamıyam.

    Çeşmә gözlәrimdә, çay gözlәrimdә,
    Min bir gözәlliyi say gözlәrimdә.
    Günәş ürәyimdә, Ay gözlәrimdә,
    Üfüqdәn boylanan zәr adamıyam.

    Dünya heyranlıqdı, mәn heyrәtdәyәm,
    Heyran olduğuma mәhәbbәtdәyәm.
    Gecә dә, gündüz dә ziyarәtdәyәm,
    Ocaq adamıyam, pir adamıyam.

    Bir sәsәm, süzülüb neydәn gәlmişәm,
    Kitabam, әlifdәn-beydәn gәlmişәm.
    Buluda qoşulub göydәn gәlmişәm,
    Torpaqdan yoğrulan yer adamıyam.

    Eşqimlә dağ yarıb, daş oya bildim,
    Bir gündә min bir gün yaşaya bildim.
    Mәn ki bu yüklәri daşıya bildim?
    Bu qoca dünyanın zor adamıyam.

    2008, 7 fevral

    APARSIN

    Kim gedәndә mәzarımın üstünә,
    Nә gül dәrsin, nә çiçәklәr aparsın.
    Dodağında Quranın bir ayәsi,
    Ürәyindә xoş dilәklәr aparsın.

    Dağ döşündә yaralanmış ahuyam,
    Dәrd evinin, qәm mülkünün şahıyam.
    Dağ yandıran Füzulinin ahıyam,
    Hesabını qoy fәlәklәr aparsın.

    İgid canım, şәhid canım, mәrd canım,
    Ağrılara möhkәm canım, sәrt canım.
    Qoyma sәndә meydan aça dәrd, canım,
    Dәrdin varsa, ver külәklәr aparsın.

    Dünya şeytan, dünya meydan, dünya qan,
    Baxıb gördük dünya axşam, dünya dan.
    Bir gün mәni aparanda dünyadan,
    Qoy ya ruhlar, ya mәlәklәr aparsın.

    At büdrәdi, meydan getdi, әr itdi,
    Ay Zәlimxan, yan, qәlbini әrit, di.
    Keçmişimi qara torpaq әritdi,
    Sabahımı gәlәcәklәr aparsın.

    2008, 15 fevral

    GƏLMİSƏN

    Qardaş, söylә görüm İranda nә var,
    Eşitdim o yerdәn tәzә gәlmisәn.
    Sәnә bu yaşında gözәllәr baxıb,
    Bir qız baxışında gözә gәlmisәn.

    Gözәllәr әlindәn alıb tabını,
    Çәkiblәr mәclisdә haqq-hesabını.
    Geyinә bilmәyib ayaqqabını,
    Dönüb ayaqyalın bizә gәlmisәn.

    Ağıllı tәrpәnib tәdbir tökәnlәr,
    Yaxanı çırmayıb yaxa sökәnlәr,
    Üzünü görmәyib şallaq çәkәnlәr,
    Mey içib, dilindә mәzә gәlmisәn.

    Arifә qurbandı şairin canı,
    Gәl dostu-düşmәni yaxından tanı.
    Dostumuz Nurәddin verib fitvanı,
    Zәlimxan dilindә sözә gәlmisәn.
    2008, 20 fevral

    ÇALMA “MÜXƏMMƏS”İ,
    TEZDİ, AY AŞIQ

    Ey külәk, dağıdıb
    salma didәrgin,
    Qoy duman yaşasın,
    duman ömrünü.
    Sünbülün öz ömrü,
    dәnin öz ömrü,
    Saman da yaşasın
    saman ömrünü.

    Tufanlar ovcunda
    sıxma dağları,
    Atәşә yandırıb
    yaxma dağları.
    Ey qәfil zәlzәlә,
    yıxma dağları,
    Dağlardı yaşadan
    insan ömrünü.

    Qoyma gül bağçalar
    bәhәrsiz qala,
    Qoyma axşamları
    sәhәrsiz qala.
    Qoyma at igidsiz,
    yәhәrsiz qala,
    Köhlәnә bağışla
    meydan ömrünü.

  • Xalq şairi Bəxtiyar VAHABZADƏ.”Gülüstan” (Poema)

    Azərbaycanın birliyi və istiqlal uğrunda
    çarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabani
    və Pişəvərinin əziz xatirəsinə

    İpək yaylığıyla o, asta-asta
    Silib eynəyini gözünə taxdi.
    Əyilib yavaşca masanın üstə
    Bir möhürə baxdı, bir qola baxdı.
    Kağıza həvəslə o da qol atdı,
    Dodağı altından gülümsəyərək.
    Bir qələm əsrlik hicran yaratdı,
    Bir xalqı yarıya böldü qılınc tək.
    Öz sivri ucuyla bu lələk qələm,
    Dəldi sinəsini Azərbaycanın.
    Başını qaldırdı,
    Ancaq dəmbədəm
    Kəsdilər səsini Azərbaycanın.
    O güldü kağıza qol çəkən zaman,
    Qıydı ürəklərin hicran səsinə.
    O güldü haqq üçün daim çarpışan
    Bir xalqın tarixi faciəsinə.
    Əyləşib kənarda topsaqqal ağa,
    Hərdən mütərcimə suallar verir.
    Çevrilir gah sola, baxır gah sağa,
    Başını yellədib təsbeh çevirir.
    Qoyulan şərtlərə razıyıq deyə,
    Tərəflər qol çəkdi müahidəyə…
    Tərəflər kim idi?
    Hər ikisi yad!
    Yadlarmı edəcək bu xalqa imdad?!
    Qoy qalxsın ayağa ruhu Tomrisin.
    Babəkin qılıncı parlasın yenə.
    Onlar bu şərtlərə sözünü desin,
    Zənciri kim vurdu şir biləyinə?
    Hanı bu ellərin mərd oğulları,
    Açın bərələri, açın yolları.
    Bəs hanı bu əsrin öz Koroğlusu
    – Qılınc Koroğlusu, söz Koroğlusu?
    Babaların şəni, şərəfi, əlbət,
    Bizə əmanətdir, böyük əmanət…
    Yoxmu qanımızda xalqın qeyrəti?
    Belə saxlayarlar bəs əmanəti?
    Qoy ildırım çaxsın, titrəsin cahan!
    Ürəklər qəzəbdən coşsun, partlasın.
    Daim haqq yolunda qılınc qaldıran
    İgid babaların goru çatlasın!
    Qoy əysin başını vüqarlı dağlar,
    Matəmi başlandı böyük bir elin.
    Mərsiyə söyləsin axar bulaqlar,
    Ağılar çağırsın bu gün qız, gəlin!..
    Tərəflər sakitdir, qəzəbli deyil,
    Məhv olan qoy olsun, onlara nə var.
    İmzalar atılır bir-bir, elə bil,
    Sevgi məktubuna qol çəkir onlar.
    Atıb imzasını hər kəs varağa
    Əyləşir sakitcə keçib yerinə.
    Eynəkli cənabla, təsbehli ağa,
    Qalxıb əl də verir bir-birinə.
    Onların birləşən bu əllərilə
    Ayrılır ikiyə bir el, bir Vətən.
    Axıdıb gözündən yaş gilə-gilə,
    Bu dəhşətli hala nə deyir Vətən?
    Bir deyən olmadı, durun ağalar!
    Axı bu ölkənin öz sahibi var.
    Siz nə yazırsınız, bayaqdan bəri,
    -Bəs hanı bu yurdun öz sahibləri?
    Bəs hanı həqiqət, bəs hanı qanun?
    Böyükdür bu yurdun tarixi, yaşı.
    Bəs hanı köksünə sərhəd qoyduğun,
    Bir vahid ölkənin iki qardaşı?
    Görək bu hicrana, bu müsibətə,
    Onların sözü nə, qərəzi nədir?
    Bu xalq əzəl gündən düşüb zillətə,
    Öz doğma yurdunda yoxsa kölədir?
    Necə ayırdınız dırnağı ətdən
    -Ürəyi bədəndən, canı cəsəddən?
    Axı kim bu haqqı vermişdir sizə,
    Sizi kim çağırmış, Vətənimizə?
    Neçə vaxt səngərdə hey ulaşdılar,
    Gülüstan kəndində sövdalaşdılar
    Bir ölkə ikiyə
    Ayrılsın deyə!..
    Göy də buludlamış deyirlər o gün,
    Çölləri, düzləri buludlar sarmış.
    O göy gumltusu Oğuz xaqanın
    Ruhuymuş, hönkürüb fəryad qoparmış.
    Gülüstan kəndinin gül-çiçəkləri
    Bir günün içində soldu, saraldı.
    “Gülüstan” bağlandı, o gündən bəri,
    Bu kəndin alnında bir ləkə qaldı.
    Bağrı köz-köz oldu “Yanıq Kərəm”in
    Tellər inildədi, yandı, nə yandı.
    Aşığın sazında daha bir həzin,
    Daha bir yanğılı pərdə yarandı.
    Həmin gün ölkəni apardı sel, su,
    Tutuldu çöhrəsi Günün, Ayın da.
    Qoca Nəbacinin eşqi, arzusu,
    O gün batmadımı Arpa çayında?
    Ağlayıb dağlardan əsən küləklər,
    Bu məşum xəbəri aləmə yaydı.
    Sanki dilə gəldi güllər, çiçəklər:
    “Bu işə qol qoyan qollar sınaydı”.
    Arazın suları qəzəbli, daşqın,
    Şirin nəğmələri ahdır, haraydır,
    Vətən, quşabənzər qanadlarının
    Biri bu taydırsa, biri o taydır.
    Quş iki qanadla uçar, yüksələr,
    Mən necə yüksəlim tək qanadımla?
    Ürəklər bu dərddən tüğyana gələr,
    Axar gozümüzdən yaş damla-damla.
    Cənablar, bir anlıq düşündünüzmü?
    Verdiyiniz hökmün ağırlığını?
    Bu hökmün dəhşəti əllimi, yüzmü?
    Biz necə götürək bu gözdağını?..
    Başı kəsiləndə bu məğrur elin
    Könül fəryadını hiss etdinizmi
    Qoca Füzulinin, igid Babəkin
    Etiraz səsini eşitdinizmi?
    Cənablar, bir damcı mürəkkəblə siz
    Düşünün, nələrə qol çəkmisiniz?
    Bir damcı mürəkkəb bir vətəndaşı
    Qanına bulayıb ikiyə böldü.
    Bir damcı mürəkkəb olub göz yaşı
    İllərlə gözlərdən axdı, töküldü.
    Min ləkə vurdular şərəfimizə
    Verdik, sahibimiz yenə “ver” – dedi.
    Lap yaxşı eyləyib doğrudan, bizə
    Biri “baran” – dedi, biri “xər” – dedi.
    Bizi həm yedilər, həm dəmindilər,
    Amma arxamızca gileyləndilər.
    Hökmü gör nə qədər böyükmüş anın.
    Möhür də basdılar varağa təkrar.
    Yox, varağın deyil, Azərbaycanın
    Köksünə dağ boyda dağ basdı onlar.
    İmzalı, möhürlü ey cansız varaq,
    Nə qədər böyükmüş qüvvətin, gücün.
    Əsrlər boyunca vuruşduq, ancaq
    Sarsıda bilmədik hökmünü bir gün.
    Ey kağız parçası, əvvəl heç ikən,
    Yazılıb, qollanıb yoxdan var oldun.
    Böyük bir millətin başını kəsən,
    Qolunu bağlayan hökmdar oldun.
    Bir eli ikiyə paraladın sən
    Özün kağız ikən paralanmadın,
    Köksünə yazıları qəlb atəşindən,
    Niyə alışmadın, niyə yanmadın?
    Araz sərhəd oldu, əsdi küləklər,
    Sular yatağında qalxdı, köpürdü.
    Üstü dama-dama taxta dirəklər,
    Çayın kənarıda səf çəkib durdu.
    Sular, sizdən təmiz, nə var dünyada?
    Ləkədən xalidir axı qəlbiniz.
    Bağrınız alışıb niyə yanmadı
    Bu çirkin əmələ qol qoyanda siz?
    Ey Araz, səpirsən, göz yaşı sən də
    Keçdikcə üstündən çölün, çəmənin.
    Səni arzulara sədd eyləyəndə,
    Niyə qurumadı suların sənin?
    Dayanıb Arazın bu tayında mən
    “Can qardaş” deyirəm, o da “can” deyir.
    Ey zaman, sorğuma cavab ver, nədən
    Səsim, yetən yerə əlim yetməyir…
    Qarışıb gözümdə, qarışıb aləm,
    Dərd dərdi doğrayır, qəm qəmdən keçir.
    Arazın üstündən keçə bilmirəm,
    Araz dərdim olub, sinəmdən keçir.
    Taxta dirəkləri torpağa deyil,
    Qoydular Füzuli divanı üstə.
    Yarıya bölündü yüz, yüz əlli il
    Gəraylı, bayatı, muğam, şikəstə.
    Dəmir çəpərləri eşqim, diləyim
    Tarixim, ənənəm üstə qoydular.
    Yarıya bölündü canım, ürəyim,
    Yarıya bölündü Arazda sular.
    Taxta dirəkləri qoydular, ax, ax!..
    Qəlbimin, ruhumun dilimin üstə,
    Biz güldük, ağladıq, yenə də, ancaq
    Bir sazın, bir telin, bir simin üstə.
    Ürəkdən ürəyə körpü? Bir dayan!
    Dərdimiz dinirsə bir sazın üstə.
    Şəhriyar yaralı misralardan,
    Körpü salmadımı Arazın üstə?!
    Bu taydan o taya axışdı sel tək
    Gözə görünməyən könül telləri.
    Bu selin önünü nə çay, nə dirək,
    Kəsə bilməmişdir yüz ildən bəri.
    Ağalar bilmədi birdir bu torpaq
    Təbriz də, Bakı da – Azərbaycandır,
    Bir elin ruhunu, dilini ancaq
    Kağızlar üstündə bölmək asandır.
    Böl, kağız üstündə, böl, gecə-gündüz,
    Torpağın üstünə dirəklər də düz,
    Gücünü, əzmətini tök də meydana,
    Qoşundan silahdan sədd çək hər yana.
    Torpağı ikiyə bölərsən, ancaq
    Çətindir bədəni candan ayırmaq!
    Ayırmaq kimsəyə gəlməsin asan,
    Bir xalqın bir olan dərdi-sərini.
    O taydan bu taya Mustafa Payan
    Oxuyur Vahidin qəzəllərini.
    Dolandı zəmanə, döndü qərinə,
    Şairlər od tökdü yenə dilindən.
    Vurğunun o həsrət nəğmələrinə
    Şəhriyar səs verdi Təbriz elindən:
    “Heydər baba, göylər qara dumandı.
    Günlərimiz bir-birindən yamandı.
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən aldılar,
    Yaxşı bizi yaman günə saldılar.
    Bir uçaydım bu çırpman yelinən,
    Qovuşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı,
    Ölkəmizdə kim qırıldı, kim qaldı”.

    1959

  • Məhəmmədhüseyn ŞƏHRİYAR.”Heydərbabaya salam” (Poema) I hissə

    Ustad Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının zirvəsi sayılan “Heydərbabaya salam” poemasını 1951-ci ildə yazıb. Poema iki hissədən ibarətdir. Şair poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır. Poemanın 1-ci hissəi 77, 2-ci hissəsi isə 48 bənddən ibarətdir. Azərbaycan dilindədir. Beşlik formasındadır. Heca vəznindədir. Vahid süjet xətti yoxdur.

    Heydər Baba, ildırımlar şaxanda,
    Sellər, sular şaqqıldayıb axanda,
    Qızlar ona səf bağlayıb baxanda,
    Salam olsun şövkətizə, elizə,
    Mənim də bir adım gəlsin dilizə.

    Heydər Baba, kəkliklərin uçanda,
    Göl dibindən dovşan qalxıb qaçanda,
    Bağçaların çiçəklənib açanda,
    Bizdən də bir mümkün olsa, yad elə,
    Açılmayan ürəkləri şad elə.

    Bayram yeli çardaqları yıxanda,
    Novruzgülü, qarçiçəyi çıxanda,
    Ağ buludlar köynəklərin sıxanda,
    Bizdən də bir yad eləyən sağ olsun,
    Dərdlərimiz qoy dikəlsin dağ olsun.

    Məmmədhüseyn Şəhriyar
    Heydər Baba, gün dalını dağlasın,
    Üzün gülsün, bulaqların ağlasın,
    Uşaqlarun bir dəstə gül bağlasın,
    Yel gələndə ver gətirsin bu yana,
    Bəlkə mənim yatmış bəxtim oyana.

    Heydər Baba, sənin yüzün ağ olsun,
    Dörd bir yanın bulaq olsun, bağ olsun,
    Bizdən sonra sənin başın sağ olsun,
    Dünya qəzov-qədər, ölüm-itimdir,
    Dünya boyu oğulsuzdur, yetimdir.

    Heydər Baba, yolum səndən kəc oldu,
    Ömrüm keçdi, gələmmədim, gec oldu,
    Heç bilmədim gözəllərin necoldu,
    Bilmez idim döngələr var, dönüm var,
    Itginlik var, ayrılık var, ölüm var.

    Heydər Baba, igid əmək itirməz,
    Ömür keçər, əfsus bərə bitirməz,
    Namərd olan ömrü başa yetirməz,
    Biz də vallah, unutmarıq sizləri,
    Görəmməsək, halal edin bizləri.

    Heydər Baba, Mirəjdər səslənəndə,
    Kənd içinə səsdən-küydən düşəndə,
    Aşıq Rüstəm sazın dilləndirəndə,
    Yadındadır, nə hövləsək qaçardım?
    Quşlar təkin qanad çalıb uçardım.

    Şəngilava yurdu, aşıq alması,
    Gahdan gedib orda qonaq qalması,
    Daş atması, alma-heyva salması,
    Qalıb şirin yuxu kimin yadımda,
    Əsər qoyub ruhumda, hər zadımda.

    Heydər Baba, Quru gölün qazları,
    Gədiklərin sazaq çalan sazları,
    Kənd-kövşənin payızları, yazları,
    Bir sinema pərdəsidir gözümdə,
    Tək oturub, seyr edərəm özüm də.

    Heydər Baba, Qaraçəmən cadası,
    Çovuşların gələr səsi, sədası,
    Kərbəlaya gedənlərin qadası,
    Düşsün bu ac yolsuzların gözünə,
    Təməddünün uyduq yalan sözünə.

    Heydər Baba, şeytan bizi azdırıb,
    Məhəbbəti ürəklərdən qazdırıb,
    Qara günün sər-nüviştin yazdırıb,
    Salıb xalqı bir-birinin canına,
    Barışığı bələşdirib qanına.

    Göz yaşına baxan olsa, qan axmaz,
    Insan olan xəncər belinə taxmaz,
    Amma heyif, kor tutduğun buraxmaz,
    Behiştimiz cəhənnəm olmaqdadır,
    Zilhiccəmiz məhərrəm olmaqdadır.

    Xəzan yeli yarpaqları tökəndə,
    Bulud dağdan yenib kəndə köçəndə,
    Şeyxülislam gözəl səsin çəkəndə,
    Nisgilli söz ürəklərə dəyərdi,
    Ağaclar da Allaha baş əyərdi.

    Daşlı bulaq daş-qumunan dolmasın,
    Bağçaları saralmasın, solmasın,
    Ordan keçən atlı susuz olmasın,
    Deynə bulaq, heyran olsun, axarsan,
    Üfüqlərə xumar-xumar baxarsan.

    Heydər Baba, dağın daşın sərəsi,
    Keklik oxur, dalısında fərəsi,
    Quzuların ağı, bozu, qərəsı,
    Bir gedəydim dağ-dərələr uzunu,
    Oxuyaydım: “Çoban, qaytar quzunu”.

    Heydər Baba, Sulu yerin düzündə,
    Bulaq qaynar çay-çəmənin gözünde,
    Bulaqotu üzər suyun üzündə,
    Gözəl quşlar ordan gəlib keçərlər,
    Xəlvətləyib bulaqdan su içərlər.

    Biçin üstü sünbül biçən oraqlar,
    Elə bil ki, zülfü darar daraqlar,
    Şikarçılar bildirçini soraqlar,
    Biçinçilər ayranların içərlər,
    Bihuşlanıb sondan durub biçerler.

    Heydər Baba, kəndin günü batanda,
    Uşaqların şamın yeyib yatanda,
    Ay buluddan çıxıb qaş-göz atanda,
    Bizdən də bir sən onlara qissə de,
    Qissəmizdə çoxlu qəmü-qüssə de.

    Qarı nənə gecə nağıl deyəndə,
    Külek qalxıb qapı-bacanı döyəndə,
    Qurd keçinin Şəngülüsün yeyəndə,
    Mən qayıdıb bir də uşaq olaydım,
    Bir gül açıb ondan sonra solaydım.

    Əmməcanın bal-bəlləsin yeyərdim,
    Sondan durub üst donumu geyərdim,
    Bağçalarda tiringəni deyərdim,
    Ay özümü o əzdirən günlərim,
    Ağac minib, at gəzdirən günlərim.

    Həçi xala çayda paltar yuyardı,
    Məmmədsadıx damlarını suvardı,
    Heç bilməzdik dağdır, daşdır, divardır
    Hər yan gəldi, şıllaq atıb aşardıq,
    Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.

    Şeyxəlislam münacatı deyərdi,
    Məşədrəhim ləbbadəni geyərdi,
    Məşdəcəli bozbaşları yeyərdi,
    Biz xoş idik, heyrat olsun, toy olsun,
    Fərq eləməz, hər nolacaq, qoy olsun.

    Melikniyaz vərəndilin salardı,
    Atın çapıb qıyqacıdan çalardı,
    Qırğı təkin gədik başın alardı.
    Dolayıya qızlar açıb pəncərə,
    Pəncərələrdən nə gözəl mənzərə.

    Heydər Baba, kəndin toyun tutanda,
    Qız gəlinlər həna, piltə satanda,
    Bəy gəlinə damdan alma atanda,
    Mənim də o qızlarında gözüm var,
    Aşıqların sazlarında sözüm var.

    Heydər Baba, bulaqların yarpızı,
    Bostanların gülbəsəri, qarpızı,
    Çərçilərin ağ nobatı, saqqızı,
    Indi də var damağımda, dad verər
    Itgin gedən günlərimdən yad verər.

    Bayram idi, gecəquşu oxurdu,
    Adaxlı qız bəy corabın toxurdu,
    Hər kəs şalın bir bacadan soxurdu,
    Ay nə gözəl qaydadı şal sallamaq,
    Bəy şalına bayramlığın bağlamaq.

    Şal istədim mən də evdə ağladım,
    Bir şal alıb tez belimə bağladım,
    Qulamgilə qaçdım, şalı salladım,
    Fatma xala mənə corab bağladı,
    Xan nənəmi yada salıb ağladı.

    Heydər Baba, Mirzəmmədin bağçası,
    Bağçaların turşaşirin alçası,
    Gəlinlərin düzmələri, taxçası
    Hey düzülər gözlərimin rəfində,
    Heyimə vurar xatirələr səfində.

    Bayram olub, qızıl palçıq əzərlər,
    Naqqış vurub, otaqları bəzərlər,
    Taxçalara dizmələri dizərlər
    Qız-gəlinin fındıqçası, hənası,
    Həvəslənər anası, qaynanası.

    Baxıcının sözü-sovu, kağızı
    Inəklərin bulaması, ağızı,
    Çərşənbənin girdəkanı, mövizi
    Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
    Ayna təkin bəxtim açıl, çərşənbə”.

    Yumurtanı göyçək, güllü boyardıq,
    Çaqqışdırıb sınanların soyardıq,
    Oynamaqdan bircə məgər doyardıq,
    Əli mənə yaşıl aşıq verərdi,
    İrza mənə novruzgülü dərərdi.

    Novruzəli xərməndə vəl sürərdi,
    Gahdan yenib küləşlərin kürərdi,
    Dağdan da bir çoban iti hürərdi,
    Onda gördün, ulaq ayaq saxladı,
    Dağa baxıb qulaqların şaxladı.

    Axşambaşı naxırınan gələndə,
    Qoduqları çəkib vurardıq bəndə,
    Naxır keçib gedib yetəndə kəndə,
    Heyvanları çılpaq minib qovardıq,
    Söz çıxsaydı, sinə gərib sovardıq. .

    Yaz gecəsi çayda sular şarıldar,
    Daş qayalar seldə aşıb karıldar,
    Qaranlıqda qurdun gözü parıldar,
    Itlər gördün, qurdu seçib ulaşdı,
    Qurd da gördün, qalxıb gədikdən aşdı.

    Qış gecəsi tövlələrin otağı,
    Kəndlilərin oturağı, yatağı,
    Buxarıda yanar odun yanağı,
    Şəbçərəsi, girdəkanı, iydəsi,
    Kəndi basar gülüb-danışmaq səsi.

    Şüca xaloğlunun Bakı sovqatı,
    Damda quran samavarı, söhbəti,
    Yadımdadı şəstli qəddi, qaməti,
    Cünəmməyin toyu döndü yas oldu,
    vənəqızın bəxt aynası kas oldu.

    Heydər Baba, Nənəqızın gözləri,
    Rəxşəndənin şirin-şirin sözləri,
    Türki dedim, oxusunlar özləri,
    Bilsinlər ki, adam gedər, ad qalar,
    Yaxşı-pisdən ağızda bir dad qalar.

    Yaz qabağı gün güneyi döyəndə,
    Kənd uşağı qar gülləsin sövəndə,
    Kürəkçilər dağda kürək zivəndə,
    Mənim ruhum elə bilin ordadır,
    Kəklik kimi batıb qalıb, qardadır.

    Qarı nənə uzadanda işini,
    Gün buludda əyirərdi teşini,
    Qurd qocalıb, səkdirəndə dişini,
    Sürü qalxıb dolayıdan aşardı,
    Baydaların südü aşıb-daşardı.

    Həccəsultan əmmə dişin qısardı,
    Mollabağır əmoğlu tez mısardı,
    Təndir yanıb, tüstü evi basardı,
    Çaydanımız ərsin üstə qaynardı,
    Qovurğamız sac içində oynardı.

    Bostan pozub gətirirdik aşağı,
    Doldururduq evdə taxta-tabağı,
    Təndirlərdə bişirərdik qabağı,
    Özün yeyib, toxumların çırtlardıq,
    Çox yeməkdən lap az qala çatlardıq.

    Vərziğandan armud satan gelende,
    Uşaqların səsi düşərdi kəndə,
    Biz də bu yandan eşidib biləndə,
    Şıllaq atıb bir qışqırıq salardıq,
    Buğda verib armudlardan alardıq.

    Mirzə Tağıynan gecə getdik çaya,
    Mən baxıram seldə boğulmuş aya,
    Birdən ışıq düşdü o tay bağçaya,
    “Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
    Heç bilmədik nə vaxt güllükdən aşdıq.

    Heydər Baba, ağaçların ucaldı,
    Amma hayıf, cavanların qocaldı,
    Toğluların arıqlayıb acaldı,
    Kölgə döndü, gün batdı, qaş qarəldi,
    Qurdun gözü qaranlıqda bərəldi.

    Eşitmişəm yanır Allah çırağı,
    Dayır olub məscidizin bulağı,
    Rahat olub kəndin evi, uşağı,
    Mənsurxanın əli-qolu var olsun,
    Harda qalsa, Allah ona yar olsun.

    Heydər Baba, Moll’ Ibrahim var, ya yox?
    Məktəb açar, oxur uşaqlar, ya yox?
    Xərmən üstü məktəbi bağlar, ya yox?
    Məndən axunda yetirərsən salam,
    Ədəbli bir salam malakəlam.

    Həci Sultan əmmə gedib Təbrizə
    Amma nə Tebriz ki, gələmmir bizə,
    Balam, durun qoyaq gedək evimizə,
    Ağa öldü, tufağımız dağıldı,
    Qoyun olan yad gedibən sağıldı.

    Heydər Baba, dünya yalan dünyadı,
    Süleymandan, Nuhdan qalan dünyadı,
    Oğul doğan, dərdə salan dünyadı,
    Hər kimsəyə hər nə verib, alıbdı,
    Əflatundan bir quru ad qalıbdı.

    Heydər Baba, yaru-yoldaş döndülər,
    Bir-bir məni çöldə qoyub, çöndülər,
    Çeşmələrim, çıraqlarım söndülər,
    Yaman yerdə gün döndü, axşam oldu,
    Dünya bizə xarabei-şam oldu.

    Emoğluynan gedən gecə Qıpçağa,
    Ay ki, çıxdı, atlar gəldi oynağa,
    Dırmaşırdıq, dağdan aşırdıq dağa,
    Məşməmixan göy atını oynatdı,
    Tüfəngini aşırdı, şaqqıldatdı.

    Heydər Baba, Qara kolun dərəsi,
    Xoşginab’ın yolu, bəndi, bərəsi,
    Orda düşər çil kəkliyin fərəsi,
    Ordan keçər yurdumuzun özünə,
    Biz də keçək yurdumuzun sözünə.

    Xoşginabı yaman günə kim salıb?
    Seyidlərdən kim qırılıb, kim qalıb?
    Amir Qafar dam daşını kim alıb?
    Bulaq genə gəlib gölü doldurur,
    Ya quruyub, bağçaları soldurur?

    Amir Qafar seyidlərin tacıydı,
    Şahlar şikar etməsi qıyqacıydı,
    Mərdə şirin, namərdə çox acıydı,
    Məzlumların haqqı üstə əsərdi,
    Zalimləri qılınc təkin kəsərdi.

    Mirmustafa dayı, ucaboy baba,
    Heykəlli-saqqallı Tolustoy baba,
    Eylərdi yas meclisini toy, baba
    Xoşginabın abi-rusu, ərdəmi,
    Məscidlərin, məclislərin görkəmi.

    Məcdüssadat gülərdi bağlar kimi,
    Guruldardı, buludlu dağlar kimi,
    Söz ağzında ərirdi yağlar kimi,
    Alnıaçıq, yaxşı, dərin qanardı,
    Yaşıl gözler çıraq kimi yanardı.

    Mənim atam süfrəli bir kişiydi,
    El əlindən tutmaq onun işiydi,
    Gözəllərin axıra qalmışıydı,
    Ondan sonra dönərgələr dönüblər,
    Məhəbbətin çırağları sönüblər.

    Mirsalehin dəlisovluq etməsi,
    Mirəzizin şirin şaxsey getməsi,
    Mirməmmədin quruması, bitməsi,
    Indi desək, əhvalatdır, nağıldır,
    Keçdi getdi, itdi batdı, dağıldı.

    Mirəbdülün aynada qaş yaxması,
    Çövçülərindən qaşının axması,
    Boylanması, dam-divardan baxması,
    Şah Abbasın dürbini, ya dəş bixeyr,
    Xoşginabın xoş günü, ya dəş bixeyr.

    Sitar’əmmə nəzikləri yapardı,
    Mirqadir də hərdən birin qapardı,
    Qapıb yeyib dayça təkin çapardı,
    Gülməliydi onun nəzik qapması,
    Əmməmin də ərsiyinin şappası.

    Heydər Baba, Amir Heydər neyləyir?
    Gəlin yenə samavarı göynəyir,
    Daha qocalıb, alt əngini çeynəyir,
    Qulaq batıb, gözü girib qaşına,
    Yazıq əmmə, hava gəlib başına.

    Xanım əmmə Mirəbdülün sözünü,
    Eşidəndə əyər ağzı-gözünü,
    Məlkamıda verər onun özünü,
    Davaların şuxluğunan qatarlar,
    Əti yeyib, başı atıb yatarlar.

    Fizzəxanım Xoşginabın gülüydü,
    Amir Yəhya əmiqızının quluydu,
    Rüxsarə artist idi, sevgiliydi,
    Seyid Hüseyn Mirsalehi yamsılar,
    Əmir Cəfər qeyrətlidir, qan salar.

    Səhər tezdən naxırçılar gələrdi,
    Qoyun-quzu dam-bacadan mələrdi,
    Əmməcanım körpələrin bələrdi,
    Təndirlərin qovzanardı tüstüsü,
    Çörəklərin gözəl iyi, istisi.

    Göyərçinlər dəstə qalxıb uçarlar,
    Gün saçanda qızıl pərdə açarlar,
    Qızıl pərdə açıb, yığıb qaçallar,
    Gün ucalıb, artar dağın cəlalı,
    Təbiətin cavanlanar cəmalı.

    Heydər Baba, qarlı dağlar aşanda,
    Gecə karvan yolun aşıb çaşanda,
    Mən hardasam, Tehranda, ya Kaşanda,
    Uzaqlardan gözüm seçər onları,
    Xəyal gəlib, aşıb keçər onları.

    Bir çıxaydım Damqayanın daşına,
    Bir baxaydım keçmişinə, yaşına,
    Bir görəydim nələr gəlib başına,
    Mən də onun qarlarıyla ağlardım,
    Qış donduran ürəkləri dağlardım.

    Heydər Baba, gül-qönçəsi xəndandır
    Amma hayıf, ürək qəzası qandır,
    Zindəganlıq, bir qaranlıq zindandır,
    Bu zindanın dərbəçəsin açan yox,
    Bu darlıqdan bir qurtulub qaçan yox.

    Heydər Baba, göylər bütün dumandı,
    Günlərimiz bir-birindən yamandı,
    Bir-birizdən ayrılmayın, amandı,
    Yaxşılığı əlimizdən alıblar,
    Yaxşı bizi yaman günə salıblar!

    Bir soruşun bu qarqınmış fələkdən,
    Nə istəyir bu qurduğu kələkdən?
    Deynə, keçirt ulduzları ələkdən,
    Qoy tökülsün, bu yer yüzü dağılsın,
    Bu şeytanlıq qurğusu bir yığılsın.

    Bir uçaydım bu çırpınan yelinən,
    Bağlaşaydım dağdan aşan selinən,
    Ağlaşaydım uzaq düşən elinən,
    Bir görəydim ayrılığı kim saldı?
    Ölkəmizdə kim qırıldı, kim qaldı?

    Mən sənintək dağa saldım nəfəsi,
    Sən də qaytar, göylərə sal bu səsi,
    Bayquşun da dar olmasın qəfəsi,
    Burda bir şir darda qalıb, bağırır,
    Mürüvvətsiz insanları çağırır.

    Heydər Baba, qeyrət qanın qaynarkən,
    Qaraquşlar səndən qopub qalxarkən,
    O sıldırım daşlarıynan oynarkən,
    Qovzan, mənim hümmətimi orda gör,
    Ordan əyil, qamətimi darda gör.

    Heydər Baba, gecə durna keçəndə,
    Koroğlunun gözü qara seçəndə,
    Qıratını minib, kəsib-biçəndə,
    Mən də burdan tez mətləbə çatmaram,
    Eyvaz gəlib çatmayıncan yatmaram.

    Heydər Baba, mərd oğullar doğginan,
    Namərdlərin burunların ovginan,
    Gədiklərdə qurdları tut boğginan,
    Qoy quzular ayın-şayın otlasın,
    Qoyunların quyruqların qatlasın.

    Heydər Baba, sənin gönlün şad olsun,
    Dünya varkən ağzın dolu dad olsun,
    Səndən keçən tanış olsun, yad olsun,
    Deynə, mənim şair oğlum Şəhriyar,
    Bir ömürdür qəm üstünə qəm qalar.

  • Xalq şairi Süleyman RÜSTƏM.Seçmə şeirlər

    SƏNDƏN ÖYRƏNDİM

    Xəzərim! Gilavar narı əsəndə,
    Üzüyumşaqlığı səndən öyrəndim.
    Sinəndə oynarkən ağ ləpələrin
    Baxıb, uşaqlığı səndən öyrəndim.
    Bəzən köpürürsən, bəzən daşırsan,
    Sahilin başına oyun açırsan.
    Öpüb ayağını sonra qaçırsan,
    Belə şıltaqlığı səndən öyrəndim.
    Olanda xəzriylə sən əlbəyaxa
    Hər dalğan çevrilir uca bir dağa.
    Xəzrinin qəsdini çıxarır yoxa,
    Mən bu qoçaqlığı səndən öyrəndim.

    SƏN DƏ GƏRƏK…

    Oğlum, yazıq bu dünyamız beş günlükdür, deyənə.
    Sən də gərək atan kimi el qədrini biləsən.
    Cürətinlə, hünərinlə bəzəyəsən ömrünü,
    Varlığınla bağlanasan vətənə sən, elə sən.
    Oğlum, gərək “mən, mən” – deyib öyməyəsən özünü,
    Arzum budur, görməyəsən qara günün üzünü.
    Başqasının süfrəsinə dikməyəsən gözünü.
    Süfrəndəki duz-çörəyi dostlarınla böləsən.
    El içində zəhmətinlə qazanmasan etibar,
    Bahar çağı gül bağına dolu yağar, qar yağar.
    Mən nə deyim? Əcəb deyib bizim ulu babalar
    Gərək bir gün öləndə də kişi kimi öləsən

    OLSUN, OLMASIN

    Sevgilim, könlüm sənin heyranın olsun, olmasın!
    Can deyib, candan keçən cananın olsun, olmasın!
    Bəlkə bilmirsən özün, çoxdan mənim qəlbimdəsən,
    Canına bağlı bu can da canın olsun, olmasın?
    Bir gün hicran yollarında könlünə üz versə qəm,
    Odlu, ilk busəm sənin dərmanın olsun, olmasın! –
    Şux çiçəklər, güllər öpsün gül dodağmdan gərək,
    Aşiqiıs bağçanda öz bağbanm olsun, olmasın!
    Mən Süleyınan Rüstomom, dillon görüm, yandım ki, mən
    Gündə min yol can sənin qurbaıım olsun, olmasm?

    ƏKSİNİ GÖRDÜM

    Qəlbimdə yenə saf, ləkəsiz güzgünü gördüm,
    Mən orda böyük eşqimin öz mülkünü gördüm.
    Uçdum dağa bir durna qatanyla bərabor,
    Göy göldə bu rəqqasələrin rəqsini gördüm.
    Endim Xəzərin sahilinə, yelkənə bənzər
    Quş ordusumın qar kimi ağ köksünü gördüm.
    Sən bəxtimə bax, ayaa kimi mavi sularda
    Axşam ayı, ulduzları, gundüz günü görduüm.
    Hər tərpənişi naz dolu şıltaq ləpələrdə
    Sandım ki, mən öz scvgilimin əksini gördüm!

  • “Qurani-Kərim”

    Bütün aləmlərə bütöv bir nursan

    Yaradanların ən gözəli olan Allah müxtəlif dövrlərdə insanları doğru yola yönəltmək üçün Lövhi-məhfuzdan dünya səmasına ilahi, nurani, səmavi kitablar nazil etdi ( Musa peyğəmbərə enən “Tövrat”, İsa peyğəmbərə enən “İncil”, Davud peyğəmbərə enən “Zəbur”, Məhəmməd peyğəmbərə enən “Qurani-Kərim”).
    Bu haqda ”Əl-Bəqərə”surəsində buyrulduğu kimi:

    “O kəslərə ki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s. ) iman gətirir və axirətə də şəksiz inanırlar”.

    Və yaxud da:

    “Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzdan dünya səmasına) nazil etdik! “(“Əl-Qədr” surəsi, ayə 2)

    Hər bir dini kitab dövrün tələblərinə uyğun olaraq peyğəmbərlər vasitəsilə insanlara çatdırılrıdı.Allahla peyğəmbərlər arasında vəhylərə vasitəçilik edən,əmrləri peyğəmbərlərə çatdıran, Allah dərgahında xüsusi hörmətə sahib olan, dörd ən böyük mələyin ən böyüyü olan Həzrət Cəbrayıl (ə.) xüsusi rolu vardı.
    Allah tərəfindən dünyaya Həzrət Cəbrayıl (ə.) vasitəsilə göndərilən sonuncu kitab “Qurani-Kərim”dir. Bu haqda “Əş-şüəara” surəsinin 192-ci ayəsində buyurulur:

    “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir!”

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı “Qurani-Kərim” adlanır. ”Qurani-Kərim” ərəb mənşəli alınma sözdür. Azərbaycan dilində “Qiraət” mənasını bildirir. Müsəlman aləmində “Əl-kitab əl-müqəddəs” (Müqəddəs kitab) və ya “Kəlami-şərrif” (Şərəfli söz) kimi qəbul edilir. ”Qurani-Kərim” 114 surə, 6236 ayə, 323.671 hərf, 77.807 kəlmə, 77394 sözdən ibarətdir. Ərəb dilindədir. Təxminən 23 ilə tamamlanıb. Surələr Səudiyyə Ərəbistanın Məkkə və Mədinə şəhərlərində nazil olub. Doxsan surə Məkkədə, iyirmi dörd surə isə Mədinədə tamamlanıb. Kitabın surələrinin sistemli şəkildə nazil olaraq tamamlanması məhz 633-cü ilə təsadüf edir.

    Kainatın yaradılmasının əsas və ilk şəxsi, nəbilərin sərvəri Peğəmbər Əfəndimiz Həzrət Muhəmməd Mustafa (səllallhu əleyhi və alihi və səlləm) müqəddəs və təməl kitabımız “Qurani-Kərim” haqqında buyurub:

    -“Aranızda ən xeyirliniz Qur’anı öyrənən və öyrədəndir”

    -“Ümmətimin ən şərəfliləri, öndə gələnləri Qur’an hafizləridir”

    -“Kim, Allahın kitabından bir ayəyə qulaq asarsa (dinlərsə) onun üçün qat-qat savab yazılır. Kim onu (Allahın kitabından bir ayəni) oxuyarsa, qiyamət günü onun üçün bir nur olar”

    -“Kim Qur’anı oxuyar, əzbərlər, halal buyurduğu şeyi halal qəbul edər, haram buyurduğu şeyi də haram qəbul edərsə, Allah, həmin şəxsi Cənnətə salar”

    “Qurani-Kərim”i ilk dəfə olaraq kitab halına salan Zeyd İİb Sabit olub. Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd Mustafa (səlləllahu əleyhi və alihi və səlləm) sağlığında kitab halına salmayıb. Dünyada islam dini yayılandan sonra “Qurani-Kərim” müxtəlif dillərə tərcümə olunmağa başladı. Azərbaycanda “Qurani-Kərim”in ərəb dilindən Azərbaycan türkcəsinə tərcümə olunması məhz Azrbaycanda Sovet hakiyyətini dağılması və müstəqillik əldə etməsindən sonrakı dövrə təsadü edir. ”Qurani-Kərim”i Azərbaycanda dövlət müstəqilliyimizi əldə etdikdən sonra Vasim Məmmədəliyev və Ziya Bünyadov tərcümə etdi. Çağdaş dövrdə “Qurani-Kərim”i Ədəbi Elektron Məkanında elektron kitab halına ( daha çox pdf və exe fomat) salındı. Azərbaycanın dini qurumu Qafqaz Müsəlmanları İdarəsinin rəsmi saytında “Qurani-Kərim”in bütün surələri ayrı-ayrılıqda yazılı ədəbi dilin qaydalarına uyğun olaraq əlavə olunub. Hətta, Azərbaycan Ədəbi Elektron Məkanında bir çox saytlara mp3 versiyaları da var.

    610-cu ildə Məkkə ilə Mədinə arasında olan Həra dağında Həzrət Cəbrayıl (ə.) vasitəsilə Həzrəti Məhəmməd Əli Mustafa (səllallahu ələyhi və alihi və səlləm) çatdırılıb. ”Əş-şuəra” surəsinin 195-ci ayəsində buyrulduğu kimi:

    “Özü də açıq-aydın ərəb dilində”.

    Müsəlman dünyasının müqəddəs və təməl kitabı, ilahi, nurani, səmavi kitabların sonuncusu “Qurani-Kərim”də iyirmi beş peyğəmbərin adı çəkilir:

    1. Hz. Adəm (ə.s) 14. Hz. Musa (ə.s)
    2. Hz. İdris (ə.s) 15. Hz. Harun (ə.s)
    3. Hz. Nuh (ə.s.) 16. Hz. Davud (ə.s)
    4. Hz. Hud (ə.s) 17. Hz. Süleyman (ə.s)
    5. Hz. Saleh (ə.s) 18. Hz. Zülkifl (ə.s)
    6. Hz. İbrahim (ə.s) 19. Hz. İlyas (ə.s)
    7. Hz. İsmayıl (ə.s) 20. Hz. Əl- Yesə (ə.s)
    8. Hz. Lut (ə.s) 21. Hz. Yunus (ə.s)
    9. Hz. İshak (ə.s) 22. Hz. Zəkəriyyə (ə.s)
    10. Hz. Yaqub (ə.s) 23. Hz. Yəhya (ə.s)
    11. Hz. Yusuf (ə.s) 24. Hz. İsa (ə.s)
    12. Hz. Eyyub (ə.s) 25. Hz. Məhəmməd (s.ə.v)
    13. Hz. Şueyb (ə.s)

    İlk nazil olan “Əl-Ələq”surəsinin ilk beş ayəsidir. Sonuncu nazil olan surə isə “Ən-nəsr” surəsidir. “Qurani-Kərim”də 113 surə “Bismillah”la başlayır. Yalnız “Tövbə”surəsi “Bismillah”la başlamır. “Qurani-Kərim”in yalnız ”Əl-nəml”surəsinin əvvəlində və otuzuncu ayəsində “Bismillah” kəlməsi iki dəfə işlənir.

    Dərin hörmət və ehtiramla,

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

  • Türkiye Cumhuriyetinin Kurucusu Sayın Mustafa Kemal Atatürk

    Mustafa Kemal Atatürk (19 Mayıs[Not 2] 1881, Selanik – 10 Kasım 1938, İstanbul), Türk ordu subayı, mareşal ve Türkiye’nin ilk cumhurbaşkanı. Türkiye Cumhuriyeti’nin kurucusu ve önderidir. 1934’te Türkiye Büyük Millet Meclisi tarafından kendisine ”Türklerin atası” anlamına gelen Atatürk soyadı verilmiştir.[1]

    Atatürk, Birinci Dünya Savaşı sırasında bir ordu subayıydı. Savaş sonunda Osmanlı İmparatorluğu’nun yenilgisini takiben Türk Kurtuluş Savaşı’ndaki Türk Ulusal Hareketi’ne önderlik etmiştir. Kurtuluş Savaşı sürecinde Ankara Hükûmeti’ni kurmuş, askeri eylemleriyle İtilaf Devletleri tarafından gönderilen askeri güçleri bozguna uğratmış ve Türkleri zafere götürmüştür. Atatürk daha sonra eski Osmanlı İmparatorluğu’nu modern ve seküler bir ulus devletine dönüştürmek için politik, ekonomik, toplumsal ve kültürel reformlar başlatmıştır. Liderliği altında binlerce yeni okul inşa edildi. İlköğretim ücretsiz ve zorunlu hale getirildi. Kadınlara sivil eşitlik ve politik haklar verildi. Köylülerin sırtına yüklenen ağır vergiler azaltıldı.[2][3]

    Türk Orduları Başkomutanı olarak Sakarya Meydan Muharebesi’ndeki başarısından dolayı 19 Eylül 1921 tarihinde “Gazi” unvanını almış ve mareşalliğe yükselmiştir.[3] Cumhuriyet Halk Fırkası’ni kurmuş ve ilk genel başkanı olmuştur.[4] 1938 yılındaki vefatına kadar arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı olmuştur.[3]

    Atatürk tarihte oynadığı önemli rolden dolayı pek çok yazar ve tarihçi tarafından incelenmiş ve hakkında 379 eser yazılmıştır. Bu yönüyle hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. Ayrıca dünyada ilk kez ve tek örnek olmak üzere, Birleşmiş Milletler’in UNESCO örgütü tarafından, kendisinin 100. doğum yılı olması sebebiyle ve tüm ülkelerin oy birliğiyle 1981 “Atatürk Yılı” olarak kabul edilmiştir. Dergilerinin Kasım 1981 sayısında da, Atatürk ve Türkiye konusu ele alınmıştır.
    (daha&helliip;)

  • Müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər ƏLİYEV

    Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

    1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

    Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

    1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

    1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

    1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

    1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

    1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

    1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

    Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub.

    1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

    Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

    Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

    1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

    1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

    Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

    1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin o dövrkü rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

    Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

    1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

    O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

    2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

    Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

    Mənbə: http://www.president.az

  • Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham ƏLİYEV

    İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

    1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

    1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

    1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

    1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

    1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

    1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

    1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

    1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

    2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

    2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

    İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

    2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

    2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

    2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

    Evlidir. Üç övladı, beş nəvəsi var.

    Təltiflər və fəxri adların siyahısı:

    Ordenlər

    Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

    Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

    Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

    Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

    Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

    Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

    Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

    Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

    Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

    Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

    Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

    Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

    Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

    Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

    Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

    Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

    Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

    Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

    Fəxri elmi adlar

    Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

    Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

    Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

    Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

    Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

    Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

    Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

    İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

    Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

    Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

    Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

    Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

    Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

    Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

    Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

    Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

    İdman təşkilatlarının mükafatları

    Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

    Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

    Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

    Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

    MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

    Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

    Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

    Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

    Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

    Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

    Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il)

    Mənbə: http://www.president.az

  • Türkiyə Cümhuriyyəti

    Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkədir.[2] Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan, İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlərlə əhatə olunmuşdur. Bu dənizlər qərbdə Egey dənizi, şimalda Qara dəniz, cənubda isə Aralıq dənizidir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır.[3] Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur.[4]

    Əhalinin təqribən 70-80%-i özünü etnik türk hesab edir.[5][6] Əhalinin 20%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır. Digər etnik azlıqlara adıqlar, albanlar, ərəblər, boşnaklar və lazlar daxildir.[6][7][8][9] Rəsmi dil türk dilidir.[10] Türk dili ilə yanaşı kurmanc, bosniya, ərəb, zaza, kabardin-çərkəz və digər dillərdə danışanlar da azlıq təşkil edir.

    Müasir Türkiyə ərazisi Paleolit dövründən etibarən müxtəlif xalqlar tərəfindən məskunlaşma yerinə çevrilmişdir. Aysorlar, yunanlar, frigiyalılar, uratular bu ərazilərin ilk sakinləri hesab olunur.[11] Makedoniyalı İsgəndər bu əraziləri ələ keçirdikdən sonra burada yunanlaşma prosesi başlamışdır. Bu proses sonralar Roma İmperiyası və Bizans İmperiyası zamanında da davam etmişdir. XI əsrdə Səlcuq türklərinin əraziyə miqrasiyası başlamışdır. 1071-ci ildə səlcuqların Malazgird döyüşündə Bizansa qalib gəlməsi Türkiyənin quruluşunun başlama tarixi kimi simvolizə edilir.[12] Rum Sultanlığı 1243-cü ildə monqol işğalı başlayana qədər Anadolunu idarə etmiş, həmin tarixdən sonra isə sultanlıq müxtəlif Anadolu bəyliklərinə parçalanmışdır.[13]

    XIII əsrin sonlarından etibarən Osmanlı sülaləsi Anadoluda yerləşən bu kiçik bəylikləri birləşdirməyə başlamış və nəticədə, ərazisi Cənub-Şərqi Avropa, Qərbi Asiya və Şimali Afrikanın çox hissəsini əhatə edən böyük imperiyaya çevrilmişdir.[14] Osmanlı İmperiyası Sultan Süleyman Qanuninin hakimiyyəti illərində dünya gücünə çevrilmişdir.[15] İki əsrdən çox müddət ərzində öz gücünü qorumasına baxmayaraq, XIX və XX əsrlərdə Avropada strateji əhəmiyyətli ərazilərin itirilməsi artıq dövlətin keçmiş hərbi qüdrətinin zəifləməsindən xəbər verirdi. 1913-cü ildə baş vermiş dövlət çevrilişindən sonra ölkənin idarə olunması “Üç Paşalar”ın əlinə keçdi. Birinci dünya müharibəsi ərzində Osmanlı İmperiyası İttifaq dövlətlərinə qoşulmağa qərar verdi. Müharibənin başa çatmasından sonra məğlub olan Osmanlı İmperiyası süquta uğradı. İşğalçı qüvvələrə qarşı başlayan və Mustafa Kamal Atatürkün rəhbərliyi ilə davam edən Türkiyə İstiqlaliyyət müharibəsi 1922-ci ildə monarxiyanın ləğv edilməsi və 1923-cü ildə Türkiyə Respublikasının əsasının qoyulması ilə nəticələndi.[16] Atatürk ölkənin ilk prezidenti təyin olundu. Atatürk ölkə başçısı seçildikdən qısa müddət sonra tarixə Atatürk islahatları adı ilə daxil olan bir çox islahat həyata keçirdi.

    Türkiyə BMT, NATO, BVF və Dünya Bankının üzvü, həmçinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, QDİƏT, İƏT və G-20 kimi təşkilatların qurucu üzvüdür. Türkiyə 1949-cu ildən Avropa Şurası, 1963-cü ildən Avropa İqtisadi Birliyi, 1995-ci ildən Avropa İttifaqı Gömrük Birliyinin üzvüdür. 2005-ci ildən etibarən ölkənin Avropa İttifaqına daxil olması ilə əlaqədar danışıqlar başlasa da, 2017-ci ildə bu danışıqlar Aİ tərəfindən dayandırılıb. Hal-hazırda Türkiyə böyüyən iqtisadiyyatı və diplomatik təşəbbüsləri sayəsində regional güc olaraq qəbul edilir.[17]

    Mündəricat
    1 Etimologiya
    2 Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
    2.1 Təbii ehtiyatları
    2.2 İqlimi
    2.3 Daxili suları
    3 Ərazi
    3.1 İnzibati-ərazi bölgüsü
    4 Əhali
    4.1 Dil
    4.2 Din
    5 Tarix
    5.1 Qədim dövr
    5.2 Cumhuriyyət dövrü
    5.3 İkinci dünya müharibəsi dövrü
    5.4 Avropalı dövlətlərlə müttəfiqlik
    6 Siyasət
    7 İqtisadiyyat
    8 Təsərrüfat sahələri
    9 Ordu
    10 Təhsil
    10.1 Universitetler
    10.2 Məktəbəqədər təhsil
    10.3 İbtidai təhsil
    10.4 Orta təhsil
    10.5 Ali təhsil
    11 Bayramlar və xüsusi günlər
    11.1 Rəsmi bayramlar
    11.2 Dini bayramlar
    12 Şəkillər
    12.1 İstinadlar
    12.2 Xarici keçidlər
    Etimologiya
    Türkiyə adı iki komponentə bölünür: Türk etnonimi və “sahib” mənasında istifadə olunan –iyə şəkilçisi. “Türk” və ya “Türük” sözlərinə tarixdə ilk dəfə Mərkəzi Asiyada dövlət qurmuş Göytürklər tərəfindən Orxon əlifbası istifadə edilərək səkkizinci əsrdə tikilən Orxon abidələrində rast gəlinib.[18] Bu sözün müasir dövrdəki halının orjinalı ilk dəfə XII əsrdə italyanlar tərəfindən orta əsr latın dili istifadə edilərək Turchia və ya Turmenia şəklində qeydə alınmışdır. Bunlarla birlikdə, orta əsrin alman səyyahları bölgəni Turkei və ya Tirkenland şəklində, fransızlar isə Turquie şəklində adlandırmışdır.

    Yunan dilində eyni mənanı ifadə edən Tourkia adı isə Bizans imperatoru VII Konstantinos tərəfindən De Administrando Imperio kitabında istifadə edilib.[19] Ancaq imperator burada “türklər” adı altında macarları ifadə etmişdir.[20] Oxşar şəkildə, Bizans mənbələri Qara dəniz və Xəzər dənizinin şimalında mövcud olmuş türk dövləti olan Xəzər xaqanlığı üçün də Tourkia (türklərin ölkəsi) ifadəsini işlətmişdir.[21] Osmanlı İmperiyası da müxtəlif vaxtlarda digər ölkələr tərəfindən Türkiyə və ya Türk İmperiyası şəklində adlandırılmışdır.

    Coğrafi mövqeyi, təbii şərait və ehtiyatları.
    İki qitədə: Avropa və Asiyada yerləşən Türkiyənin sahəsi 779 min km 2 -dir. Ölkənin Avropa hissəsi Şərqi Frakiya və ya Rumeli adlanmaqla ümumi ərazinin 3%-ni (23,7 min km 2 ), Asiya hissəsi isə Anadolu adlanmaqla ümumi ərazinin 97%-ni əhatə edir. Avropa və Asiya hissələrini bir-birindən Egey dənizi, Bosfor və Dardanel boğazları ayırır. Türkiyə ticarət və hərbi-strateji yollar (avtomobil və dəmir) kəsimində və 3 dəniz (şimalda Qara, qərbdə Egey, cənubda Aralıq dənizi) əhatəsində yerləşir, bu da onun coğrafi və geosiyasi mövqeyinin əlverişliyini müəyyən edir. Türkiyə dağlıq ölkədir. Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 m-dir. Mərkəzi hissədə Anadolu yaylası, kənarlarında isə silsilələr yerləşir (şimalda Pont, cənubda Tavr). Anadolu yaylası 3 rayona bölünür: Qərbi, Daxili və Şərqi. Qərbi Anadolu – Egey və Mərmərə dənizlərinin sahillərini əhatə edir. Buradakı dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar şimal-qərbinin (Şərqi Frakiya) relyefi düzənlik olduğundan kənd təsərrüfatı baxımından əlverişlidir. Daxili Anadolu – Anadolu yaylasının çox yüksək hissəsidir. Hündürlüyü 850 m olan dağ tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Şərqi Anadolu – İranla sərhəddə yerləşməklə ərazisində Türkiyənin ən yüksək nöqtəsi (5165 m) ucalan Ağrıdağdan ibarətdir. Pont dağları Qara dəniz sahillərinə paralel 100 km məsafədə uzanır. Pont dağları Sinopdan şərqdə 3000–3700 m-ə qədər ucalır (ən hündür nöqtə Trabzon yaxınlığında Qaçqar – 3937 m). Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə Türkiyə-İran sərhəddinədək Tavr dağları uzanır. O, Qərbi, Mərkəzi və Şərqi Tavrlara bölünür[22].

    Təbii ehtiyatları
    Türkiyə təbii ehtiyatlarla o qədər də zəngin deyildir. Əsasən xromit (Toros), həmçinin daş və qonur kömür, civə, sürmə, mis, molibden, manqan, volfram, dəmir filizinin ehtiyatı vardır. Bəzən neft-qaz ehtiyatının olduğu da göstərilir[22].

    İqlimi
    Qara dəniz sahillərində iqlim Aralıq dənizindən rütubətli subtropikə keçid təşkil edir. Burada iqlim yumşaqdır, bu da ölkənin mərkəz hissəsindən gələn soyuq atmosfer axınlarının qarşısını alan dağlar və dəniz hava kütlələri ilə əlaqədardır. Egey və Aralıq dənizi sahillərinin iqlimi subtropik Aralıq dənizi tiplidir (isti və quru yay, yumşaq və yağıntılı qış). Türkiyənin daxili hissələrinin iqlimi kontinental tipli subtropikdir. Ölkədə yanvarın orta temperaturu 4; 7 0 C, iyulun isə 20; 24 0 C-dir. Qərbə 635 mm, şərqə 2500 mm yağıntı düşür (əsasən oktyabr-mart). Şərq hissə çox şaxtalıdır (ən minimum temperatur -40 0 C burada qeydə alınıb)[22].

    Daxili suları
    Konya düzənliyi istisna olmaqla ölkə ərazisində çay şəbəkəsi sıxdır. Lakin bu çaylar dağ mənşəli olduğundan gəmiçiliyə yararlı deyildir. Yaşıl İrmak, Qızıl İrmak əsas, həmçinin Fərat, Dəclə çayları, Van isə gölüdür[22].

    Ərazi
    Asiyanın cənub – qərbində, Qara dəniz və Aralıq dənizi arasında, Anadolu yarımadasında yerləşir. Türkiyə Statistika İnsitutunun məlumatına əsasən daxili su hövzələri ilə birlikdə ölkənin ümumi ərazisi 783562.38 km² təşkil edir ki, bunun da 769603.74 km²-i quru, 13958.64 km²-i isə daxili su hövzələridir.[23]

    Türkiyə şərqdən Gürcüstan, Ermənistan, Azərbaycan və İran, cənubdan İraq və Suriya, qərbdən Yunanıstan və Bolqarıstan ilə həmsərhəddir. Ölkənin Mərmərə, Egey, Aralıq və Qara dənizlərlə əhatə olunması ona dünya okeanına çıxış imkanı verir. Ən uca dağı Ağrı dağı, ən böyük gölü Van gölüdür.[24]

    Ölkə 7 bölgəyə və 81 vilayətə ayrılır. Ölkənin şimalında dəniz iqlimi hakimdir, cənubuna Aralıq dənizi iqlimi hakimdir və mərkəz və şərq hissəsində isə quru bozqır tipli kontinental iqlim hakimdir.

    İnzibati-ərazi bölgüsü
    Əsas məqalə: Türkiyənin inzibati bölgüsü
    BlankMapTurkeyProvinces.png

    Ankara
    Kırklareli
    Ədirnə
    Təkirdağ
    Çanaqqala
    Balıkəsir
    Bursa
    Yalova
    İstanbul
    Kocaeli
    Sakarya
    Düzce
    Zonquldak
    Bolu
    Biləcik
    Əskişəhər
    Kütahya
    Manisa
    İzmir
    Aydın
    Muğla
    Dənizli
    Burdur
    Uşak
    Afyon
    İsparta
    Antalya
    Konya
    Mersin
    Karaman
    Aksaray
    Kırşəhər
    Kırıkkale
    Çankırı
    Karabük
    Bartın
    Kastamonu
    Sinop
    Çorum
    Yozqat
    Nevşəhər
    Niğdə
    Adana
    Hatay
    Osmaniyə
    Qəhrəmanmərəş
    Kayseri
    Sivas
    Tokat
    Amasya
    Samsun
    Ordu
    Girəsun
    Ərzincan
    Malatya
    Qaziantep
    Kilis
    Şanlıurfa
    Adıyaman
    Gümüşxanə
    Trabzon
    Rizə
    Bayburt
    Ərzurum
    Artvin
    Ərdəhan
    Qars
    Ağrı
    İğdır
    Tuncəli
    Elazığ
    Diyarbakır
    Mardin
    Batman
    Siirt
    Şırnak
    Bitlis
    Bingöl
    Muş
    Van
    Hakkari
    Əhali
    Əsas məqalə: Türkiyə əhalisi
    Türkiyə Statistika Qurumunun 31 dekabr 2016-cü il tarixinə olan rəsmi təxmininə əsasən Türkiyə Cümhuriyyəti əhalisi 79.814.000 nəfərdir .[25] Konda-Araştırma və Danışmanlık tərəfindən Türkiyə hökumətinin sifarişi ilə 1993-cü ildə Türkiyə Respublikasının etnik və sosial quruluşunu öyrənmək məqsədiylə apardığı araştırmanın yekunlarına əsasında 2006-cı ilə verdiyi təxminə əsasən Türkiyənin 72.975 milyon nəfər əhalisinin 76 %-ni Anadolu türkləri , 15.7 %-ni Kürdlər və Zazalar, 2.8 %-ni digər türk xalqlarının nümayəndələri , 0.7 %-ni ərəblər , 4.7 %-ni isə digər etnik qruplar təşkil edir .[26][27]

    Dil
    Türkiyə Respublikasının rəsmi dövlət dili Türk dilidir. Türkiyə türkcəsi, Azərbaycan türkcəsinə çox yaxındır. Türkiyədə rəsmi olaraq İstanbul şivəsi əsas alınmışdır. Türkiyə türkcəsi bütün Türk xalqlarının əsas dili hesab olunur. Bunun səbəbi Türkiyə türkcəsinin bütün türk xalqları tərəfindən anlaşılmasıdır.

    Kondanın sorğusuna əsasən
    Türkiyədə 18 yaşdan yuxarı
    olan əhali arasında ən çox
    danışılan 5 dil (2006)[28]
    Ana dili Nisbəti
    Türk dili

    84.54%
    Kürd dili

    11.97%
    Ərəb dili

    1.38%
    Zaza dili

    1.01%
    Laz dili

    0.12%
    Digər

    0.98%
    Din
    Türkiyə Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir. Onlardan ən geniş yayılmışı İslamdır. 1965-ci ildə aparılmış rəsmi əhali siyahıya almasının elan olunmuş nəticələrinə əsasən ölkədə o zaman yaşayan 31.391.421 nəfər əhalinin 31.129.854 nəfəri müsəlman (həmçinin 206.825 nəfər xristian, 45.995 nəfər iudaist, 2.746 nəfər digər dinlər, 613 nəfər dinsiz, 2.494 nəfər bilinmir) olduğunu bəyan etmişdir.[29]

    Türkiyədə ən geniş yayılmış din İslamdır və müxtəlif məlumatlara əsasən ölkə əhalisinin 99.8%-i müsəlmanlardan ibarətdir. Ancaq bəzi digər mənbələrdə bu məlumat fərqlilik göstərir və 96.4% olaraq göstərilir. Ümumilikdə nəzər saldıqda Türkiyə rəsmi dini olmayan bir dövlətdir və ölkənin konstitusiyasında da bu özünü Türkiyə vətəndaşı olan hər bir kəsin din və vicdan azadlığında təzahür edir. Ölkə ərazisində ümumilikdə məscid sayı isə 80.000-dən çoxdur.

    Türkiyə torpaqlarında müsəlman olmayanların sayı 1914-cü ildə 19% olduğu halda bu sayı 1927-ci ildə 2.5%-ə düşmüşdür. Müasir dövrdə ölkədə katoliklər və ortodokslar da daxil olmaqla müxtəlif məzhəblərdən 120.000 xristian vardır ki, bu da ölkə əhalisinin 0.2%-dən daha azdır. Ölkədə açıq olan kilsə sayı isə 236-dır. İstanbul şəhəri 4-cü əsrdən bu yana Şərq Ortodoks Kilsəsinin mərkəzi hesab olunur.

    Türkiyə ərazisində yaşayan yəhudi sayısı isə 26.000 hesablanmışdır. Türkiyədə ilk yəhudilər e.ə. 5-ci əsrdən etibarən məskən salmışlar. Sonradan 20-ci əsrdəki miqrasiyalara baxmayaraq hələ də az da olsa, ölkədə yəhudi əhali qalmaqdadır.

    Tarix
    Əsas məqalə: Türkiyə tarixi
    Qədim dövr

    Celsus kitabxanası
    Müasir Türkiyənin yerləşdiyi Anadolu yarımadası tarix boyu çoxlu sivilizasiyaların mərkəzi olmuşdur. Türklərin Anadoluya gəlişi isə XI əsrə təsadüf edir. 1071-ci ildə Malazgird döyüşündə Bizansı məğlub eden səlcuqlular paytaxtı İznikdə olan türk dövlətinin əsasını qoydular. XIII əsrin sonlarında səlcuqluların zəifləməsi fonunda Anadolunun şimal-qərbində qərar tutun osmanoğulları güclənməyə başladılar. 1299-cu ildən başlanmış proseslər nəticəsində 1326-cı ildə mərkəzi Bursa şəhəri olan yeni siyasi idarəçilik forması – Osmanlı quruldu. Ərazilərin genişlənməsi ilə paytaxt Ədirnəyə köçürüldü. Daha sonra 1453-cü ildə Konstantinopolun tutulması ilə şəhərin adı dəyişdirildi və paytaxt İstanbul elan edildi. Dünya tarixində Osmanlı İmperiyası ən uzunömürlü (600 ildən çox) və ən böyük imperiyalardan (Osmanlı İmperiyasının üç qitədə torpaqları olmuşdur) biri hesab olunur.

    Cumhuriyyət dövrü
    Əsas məqalə: Türkiyə Qurtuluş Savaşı

    Türk süvari birliklərinin İzmirə girişi
    XIX əsrin sonlarında zəif idarəçilik,imperiya tərkibində seperatçılığın güclənməsi və Avropa ərazisində Osmanlının vaxtaşırı məğlubiyyəti İmperiyanı hədsiz zəiflətdi. Zəifləməkdə olan İmperiya Birinci dünya müharibəsini uğursuzluqla başa vurdu. Müharibədən sonrakı dövrdə Avropa dövlətlərinin öz aralarında imzaladıqları müqavilələrin faktiki məqsədi Osmanlı Türkiyəsinin bölüşdürülməsi idi. İzmir Yunanıstanın payına düşmüşdü və 15 may 1919-cu ildə yunanlar İzmirə daxil oldular. Bundan sonra Türkiyədə professional hərbiçi Mustafa Kamal Atatürk paşanın başçılğı ilə Azadlıq hərəkatı başlandı.

    İkinci dünya müharibəsi başlayanda Qərb dövlətləri SSRİ ilə Almaniyanı Türkiyə vasitəsilə toqquşdurmağa can atırdılar. Buna görə də Türkiyə Sovet hökumətinə də qarşılıqlı yardım haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ bu müqavilə vasitəsilə İngiltərə və Fransa ilə əlaqə yarada bilərdi. Lakin özünü bitərəf elan edən SSRİ bu təklifi rədd etdi. O, əvəzində Türkiyəyə Qara dəniz və boğazlar rayonunda qarşılıqlı yardım haqqında ikitərəfli saziş təklifini irəli sürdü. Türkiyə isə bu təkliflə razılaşmadı. 1939-cu il oktyabrın 19-da Türkiyə İngiltərə və Fransa ilə qarşılıqlı yardım haqqında hərbi müqavilə imzaladı. Müqaviləyə görə, Aralıq dənizi zonasında hər hansı bir təcavüz aktı törədildikdə Türkiyə bu dövlətlərlə səmərəli əməkdaşlıq öhdəliyini öz üzərinə götürürdü. Bununla da o, Almaniya ilə müharibə vəziyyətində olan ingilis-fransız blokuna qoşulmuş oldu. SSRİ üzerinə hücum edənə qədər Almaniya tərəfindən Avropanın əksər hissəsinin işğal edilməsi Türkiyəni narahat etməyə bilməzdi. 1940-cı ilin fevralında Türkiyə Böyük Millət Məclisi “Milletin müdafiəsi haqqında” qanun qəbul etdi. Bu qanuna görə hökumətə iqtisadiyyatı hərbi rels üzərinə keçirmək və hərbi dövrün ordusunu yaratmaq üçün fövqəladə səlahiyyətlər verilirdi.

    İkinci dünya müharibəsi dövrü

    1941-ci ildə Türk əsgəri tərəfindən Ayasofya Muzeyinin minarəsindən yerləşdirilən MG08 pulemyotu.
    1941-ci il iyunun 18-də isə Türkiyə hökuməti Almaniya ilə dostluq va hücum etməmək haqqında müqavilə imzaladı. Almaniya SSRİ-yə hücum etdikdən sonra, iyunun 25-də Türkiyə özünün bitərəfliyini elan etdi. Müharibə illərində qəbul edilmiş “Millətin müdafiəsi haqqında” qanuna əsasən hökumət əmək mükəlləfiyyəti tətbiq etdi. Müəssisələrdə iş günü uzadıldı. Türkiyə bitərəf ölkə kimi müharibə edən tərəflərlə, xüsusən həm Almaniya, həm də ABŞ və İngiltərə ilə iqtisadi əməkdaşlığı davam etdirdi. Mis, pambıq, dəri, yun, tütün, meyvə ixrac edənlər və taxıl, parça, maşın avadanlığı idxal edənlər həm Almaniya ilə, həm də ABŞ və İngiltərə ilə ticarət əlaqələri saxlayırdılar. Türkiyə həmçinin Almaniya və onun müttəfiqlərini strateji xammal, meyve qurusu və s. ilə təchiz edirdi.

    1941-1942-ci illərdə Türkiyə ixracatının yarıdan çoxu Almaniyanın payına düşürdü. Ölkədə bir milyonluq ordunun saxlanması hərbi xərcləri artırırdı. Bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Dənli bitkilərin əkin sahələrinin azaldılması və məhzuldarlığın yarıya qədər aşağı düşməsi kəskin ərzaq qıtlığı yaratmışdı. Çörəyin bazar qiyməti sürətlə artmışdı. Hökümət iri şəhərlərdə talon sisteminə keçməyə məcbur olmuşdu. Ərzaq məhzulları və geniş tələbat olan malların çatışmamazlığı ölkədə bahalığın artmasına səbəb olmuşdu. Bütün bunlar isə zəhmətkeş kütlənin var-yoxdan çıxmasına va aclığa gətirib çıxarmışdı.

    Avropalı dövlətlərlə müttəfiqlik

    İkinci Qahirə Konfransında ABŞ prezidenti (Dövlət Başçısı) Roosevelt, Türkiyə Respublikasının Prezidenti İnönü və İngiltərə Baş naziri Churchill (3 dekabr 1943), Qahirə.
    1942-ci ildə qəbul olunmuş qanuna əsasən əmlak üzərinə fövqəladə vergi qoyulmuşdu. Vergini ödəməyənlərin əmlakı müsadirə olunurdu. Hökumət, həmçinin kəndlilərin taxıl ehtiyatını müsadirə edir ve məhzulun 20-50%-nin aşağı qiymətlə dövlətə satılmasını məcburi surətda tətbiq edirdi. Müharibə illərində Türkiyədə bəzi qanunlara əlavələr edilmişdi. Polis xidməti haqqında qanunda polisə istədiyi vaxt hər hansı bir şəxsi həbs etmək hüququ verilmişdi. İstanbul, Çanaqqala, Qocaeli, Ədirne, Qırxlareli və Tekirdağda fövqəladə, Sovet İttifaqı ila sərhəd olan vilayətlərdə isə hərbi vəziyyət elan olunmuşdu. Türkiyənin bəzi hakim dairələrinin faşistpərəst siyasəti ölkənin mütərəqqi qüvvələrinin müqavimətinə rast gəldi. Gələcəkdə təcrid olunmamaq və ölkə ictimaiyyatinin narazılığını aradan qaldırmaq məqsədilə Türkiyə hökuməti 1944-cü il avqustun 2-də Almaniya ilə diplomatiK əlaqələri kəsdi. İngiltərə və ABŞ gələcək planlarında Türkiyəyə böyük əhəmiyyət verirdilər. 1943-cü ilin sonunda ABŞ prezidenti Franklin Delano Ruzvelt va İngiltərənin baş naziri Çörçill Qahirədə Türkiyə prezidenti İsmət İnönü ilə görüşdülər. Görüşdə Türkiyənin Balkanlarda müharibədə iştirakı məsələsi müzakirə olundu. Lakin 1944-cü ilin payızında Balkan dövlətlərinin Sovet ordusu tərəfindən işğalçılardan azad edilməsi ingilis-amerikan planını pozdu. Onlar yalnız Yunanıstanda köhnə rejimi xilas edə bildilər. ABŞ və İngiltərənin təhriki ilə Türkiyə 1945-ci ilin fevralında Almaniya və Yaponiyaya müharibə elan etdi. Bu addım simvolik səciyyə daşısa da, Türkiyəni beynalxalq aləmdə təcrid olmaqdan xilas etdi.

    Siyasət
    1919-1923-cü illərdə Mustafa Kamal Paşa (Atatürk) rəhbərliyində həyata keçirilən İstiqlal Mubarizəsi nəticəsində Türkiyə öz müstəqilliyini bərpa etdi, prosesin yekun mərhələsində isə Osmanlı səltənəti süquta uğradı, müasir sərhədlər daxilində (Hatay bölgəsini çıxmaq şərti ilə) Türkiyə Respublikası quruldu.

    İqtisadiyyat

    Levent, İstanbul maliyyə mərkəzi
    Qurtuluş illərində Osmanlı Dövlətinin çöküş vaxtında savaş məğlubiyyətləri keçmişiylə başlayan Türkiyə iqtisadiyyatı 1923-cü ildən sonrakı illərdə ağır vəziyyətdə idi. İstanbul və İzmirdən başqa digər heç bir sənaye şəhəri və təhsil mərkəzi mövcud deyildi. Ən həyati vacib məhzullar belə ölkədə istehsal olunmurdu. 12 milyonluq əhalinin əksəriyyəti,ilk növbədə yoxsul insanlar,savadsız idi.Anadoludaki böyük torpaq sahibləri də sənaye burjaziyasını yaratmaqda maraqlı deyildilər.Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.

    Təsərrüfat sahələri
    Türkiyə – sənaye-aqrar ölkəsidir. XX əsrin 80-ci illərindən başlayaraq Türkiyədə gətirilmə xammal və müəssisələrin köçürülməsi və ya bu ölkədə məhsullarını istehsal etməsi sayəsində emaledici sənaye yüksək inkişaf edir. Qara və əlvan metallurgiya, neft emalı (İzmir şəhərində), kimya (Bandırma şəhərində), tikinti materialları istehsalı, yüngül (toxuculuq), yeyinti sənayesi fərqlənir. İstilik Elektrik Stansiyaları (İES) əsas elektrik enerjisi istehsalı mənbəyidir, həmçinin bu stansiyalar kömürlə işləyir. Suriya ilə sərhəddə, Fərat çayının üzərində böyük hidroenerji kompleksi (SES) yaradılmışdır (həm Suriya, həm də Türkiyə istifadə edir). Neft və qaz idxal olunur. Elektrotexnika və elektronika sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Türkiyədə kənd təsərrüfatı da inkişaf etmişdir. Kənd təsərrüfatında əkinçilik heyvandarlığa nəzərən xüsusilə seçilir. Anadolu yaylası kənd təsərrüfatının inkişafı baxımından əlverişlidir. Ərazidə pambıq, günəbaxan, şəkər çuğunduru, zeytun, fındıq, tütün, üzüm, dənli bitkilər (buğda, arpa, qarğıdalı, çəltik, vələmir) becərilir. “Samsun” və “Trabzon” növlü tütünlər, həmçinin fındıq əkininə görə dünyada seçilir. Türkiyə pambıq yığımına görə dünyada VI (0,8 mln ton), buğdaya görə dünyada IX (20 mln ton), şəkər çuğunduru yığımına görə isə IV-dür (2,7 mln ton). Heyvandarlıqda qoyunçuluq (anqor tiftiyi), quşçuluq və maldarlıq inkişaf etmişdir. Türkiyə nisbətən inkişaf etmiş nəqliyyat şəbəkəsinə malikdir. Daxili sərnişin və yük daşımalar əsasən avtomobil nəqliyyatı ilə həyata keçirilir. Dəmir yollarının uzunluğu cəmi 3,4 min km-dir. Xarici ticarət əlaqələrində dəniz nəqliyyatı əsas əhəmiyyət daşıyır. Mühüm dəniz limanları İstanbul, İzmir, Samsun, İsgəndərundur. “Türk hava yolları” həm daxili, həm də xarici sərnişin daşımaları həyata keçirir[22].

    Ordu
    Əsas məqalə: Türkiyə Silahlı Qüvvələri
    21 noyabr 2011-ci ildə Türkiyə Respublikası Silahlı Qüvvələr Komandanlığının açıqladığı rəsmi rəqəmlərə əsasən TSQ-nin şəxsi heyəti 720 min nəfər (666.576 hərbi personal və 53.424 mülki işçi) olmuşdur .[30][31] 3 yanvar 2012-ci il tarixinə olan ən son rəsmi elan olunmuş xəbərə əsasən TSQ-nin şəxsi heyəti 8.241 nəfər azaldılmışdır və hazırda şəxsi heyətin sayı 711.759 nəfərdən ibarətdir .[32][33]

    Təhsil
    Quruluş illərində yığılan 12 milyon əhalinin çoxu oxuma-yazma bilmirdi. Günümüzdə bu səviyyə 97%-si oxuma-yazma bilir. Türkiyə təhsil sistemi, 8 illik vacib təhsilə əsaslanır. Daha sonra, 4 illik orta təhsil sistemi var. Universitetə keçid “Tələbə Seçmə Sınağı” vasitəsi ilə həyata keçirilir. Genişlənmiş təhsil sistemləri bazasında xalq təhsili mövcuddur. Açıq təhsil sistemi də çox vaxt şagird tərəfindən işlədilməkdədir.

    Universitetler

    İstanbul Texniki Universiteti Maçka kampusu

    Boğaziçi Universiteti
    Türkiyədə 1930-cu ilə qədər cəmi 2 universitet – İstanbul Universiteti və İstanbul Texniki Universiteti mövcud olduğu halda, bu gün 170-dən artıq ali məktəb fəaliyyət göstərir. Ölkənin ən qədim ali məktəbi olan İstanbul Universiteti 1456-cı ildə, İstanbul Texniki Universiteti isə 1773-cü ildə yaradılıb. Onu da qeyd edək ki, son 50 ildə qardaş ölkənin ali məktəblərinə idarəetmə baxımından olduqca böyük sərbəstlik verilib. Universitetlərə qəbul Tələbə Seçmə Sınağı vasitəsi ilə həyata keçirilir. Türkiyənin milli təhsil sistemi planlı və əyani təhsil olaraq, iki əsas hissədən ibarətdir.Planlı təhsil, müəyyən yaş qrupundakı və eyni səviyyədəki şəxslər üçün, müvafiq proqramlarla məktəblərdə tədris edilən sistemli təhsildir. Planlı təhsil məktəbəqədər, ibtidai, orta və ali təhsili əhatə edir.

    Türkiyənin ən qədim universiteti olan İstanbul Universitetinin quruluşu 1456-cı ilə, ilk texniki universitet olan İstanbul Texniki Universitetinin quruluşu isə 1773-cü ilə təsadüf edir.

    1961-ci ildə Anayasanın 120-ci maddəsində universitetlər özəl quruluşlar olaraq yer alır. 27 sentyabr 1960-cı il tarixli 115 saylı qanuna əsasən 1946-cı il tarixli 4936 saylı qanunun bəzi maddələri dəyişdirilmişdir, yeni maddələr əlavə olunmuşdur. Bu qanunla Milli Təhsil Nazirliyinin Universitet üstünə səlahiyyətləri azalmışdır.

    Məktəbəqədər təhsil
    Məktəbəqədər təhsil pilləsində 3-5 yaşlı uşaqların könüllü təhsili nəzərdə tutulur. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti 3 formada həyata keçirilir-müstəqil, qız peşə liseylərinə bağlı sınaq sinifləri və ya digər təhsil müəssisələrinin nəzdindəki bağçalar kimi. Məktəbəqədər təhsilin məqsədi uşaqların fiziki, zehni, psixoloji inkişafını, ibtidai təhsilə hazırlanmasını, müvafiq vərdişlər qazanmasını, türk dilində səlis danışmasını və onlar üçün müştərək təlim-tərbiyə mühiti yaradılmasını təmin etməkdir.

    İbtidai təhsil
    Türkiyədə ibtidai təhsil icbaridir və dövlət məktəblərində pulsuzdur. İbtidai təhsil pilləsi 6-14 yaş arasındakı uşaqları əhatə edir. İbtidai təhsilin məqsədi uşaqların yaxşı bir vətəndaş kimi yetişməsini təmin etmək, onların zəruri məlumat, qabiliyyət, davranış, vərdiş qazanmasına, milli ruhda formalaşmalarına yardımçı olmaqdır. Şagirdlərin maraq, bacarıq və qabiliyyət istiqamətlərinə uyğun inkişafı, onların həyata və növbəti təhsil pilləsinə hazırlanması da ibtidai təhsilin başlıca vəzifələrindəndir. Səkkizillik ibtidai təhsilin sonunda şagirdlərə müvafiq diplom verilir.

    Orta təhsil
    Türkiyədə orta təhsil dördillikdir. Orta təhsil ümumi, peşə və texniki orta təhsil müəssisələrini əhatə edir. Orta təhsilin məqsədi şagirdlərə ortaq mədəni dəyərlər aşılamaq, fərd və cəmiyyət məsələlərini anlatmaq, onları ölkənin sosial-iqtisadi və mədəni inkişafına layiqli töhfələr verə biləcək vətəndaş kimi yetişdirmək, şagirdləri həm ali təhsilə, həm peşəyə, həm də müstəqil həyata hazırlamaqdır. Orta təhsil müxtəlif proqramlara uyğun tədrisə əsaslanır. Şagirdlər istək və qabiliyyətləri müqabilində bu proqramlardan birini seçərək ümumi liseylərdə, fənn liseylərində, sosial elmlər liseylərində, idman liseylərində, incəsənət liseylərində və çoxproqramlı liseylərdə təhsil ala bilərlər.

    Ali təhsil
    Ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Türkiyənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. Türkiyədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərir.

    Türkiyə ali təhsilinin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq müəyyən edilib:

    Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
    Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
    Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
    Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
    Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
    Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.[34]
    Bayramlar və xüsusi günlər
    Əsas məqalə: Türkiyə bayramları
    Rəsmi bayramlar
    1 yanvar – Yeni il
    23 aprel – Milli Suverenlik və Uşaq Bayramı
    1 may – İşçi Bayramı
    19 may – Atatürkü anma, Gənclik və İdman Bayramı
    30 avqust – Zəfər Bayramı
    29 oktyabr – Respublika Bayramı
    Dini bayramlar
    Ramazan Bayramı (3 gün)
    Qurban Bayramı (4 gün)

  • Azərbaycan Respublikası

    Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan Respublikası — Cənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan)[6], şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir.[7] Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycan ərazisinin bir hissəsi (Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 inzibati rayon) Ermənistan Respublikası tərəfindən işğal edilib, bu da ölkə ərazisinin 20%-ni təşkil edir.[8] Dövlət sərhədləri cənubdan İranla 765 km, Türkiyə ilə 15 km, şimaldan Rusiya ilə 391 km, şimal-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1007 km həmsərhəddir.[9][10][11][12] Onun 825 km-i su sərhəddidir. Sahil xəttinin uzunluğu 713 km-dir.[11] Azərbaycanın Xəzər dənizi sektorunda həmcinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

    Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir. Ölkədə 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Azərbaycanın ən böyük beş adası — Kür Dili, Pirallahı, Çilov, Xərə Zirə və Böyük Zirə adalarıdır. Azərbaycan əhalisi 9,6 milyon nəfərdir və bu göstəriciyə görə dünyada 92-ci yerdədir. Paytaxtı Bakı şəhəridir. Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.

    Aparılmış arxeoloji qazıntı işləri Azərbaycanın Üst Paleolit dövründə məskunlaşıldığını göstərir. Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı. Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur. III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı. IX əsrin ortalarında Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. XIX əsrdə Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı. 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu. 1992-ci ildə ölkənin yeni konstitusiyası qəbul olunandan bəri prezident və seçkilərlə seçilmiş qanunverici orqan — Azərbaycan parlamenti tərəfindən idarə olunan prezidentli respublikadır.

    Azərbaycan BMT, Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür.[13] 2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur. 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır. Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir. Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.

    Mündəricat
    1 Etimologiya
    2 Tarix
    2.1 Qədim dövr
    2.2 Feodal dövrü
    2.3 Yeni dövr
    2.3.1 Azərbaycan Xalq Cümhuriyyəti
    2.3.2 Sovet İttifaqının tərkibində
    2.3.3 Üçüncü Respublika dövrü
    3 Hökumət və siyasət
    4 Xarici siyasət və ordu
    5 İnzibati bölgü
    6 Coğrafiya
    6.1 İqlim
    6.2 Biomüxtəliflilik
    7 İqtisadiyyat
    7.1 İqtisadiyyat tarixi
    7.2 İxracat
    7.3 İdxalat
    7.4 Turizm
    7.5 Elm və texnologiya
    8 İnfrasruktur
    8.1 Nəqliyyat
    8.2 Enerji
    9 Demoqrafiya
    9.1 Din
    9.2 Dil
    9.3 Təhsil
    9.4 Səhiyyə
    10 Mədəniyyət
    10.1 İncəsənət
    10.2 Ədəbiyyat
    10.3 Fəlsəfə
    10.4 Musiqi
    10.5 Kinematoqrafiya
    10.6 Memarlıq
    10.7 Mətbəx
    10.8 İdman
    11 Qalereya
    12 İstinadlar
    13 Xarici keçidlər
    Etimologiya
    Əsas məqalə: Azərbaycan (ekzonim)
    Azərbaycan sözünün mənşəyi mövzusunda fərqli tarixi mənbələrlərdən əldə olunmuş müxtəlif məlumatlar var. Bəzi mənbələrə görə, “Azərbaycan” toponimi parf və ya orta dövr fars dilində, Atropatena adlı qədim dövlətin adı olan Aturpatakandan (Āturpātakān) əmələ gəlmişdir. Makedoniyalı İsgəndərin işğalından sonra Əhəmənilər imperiyasının Midiya satrapı Atropatın öz çarlığının əsasını qoyduğu Midiyanın şimalı Atropat Midiyası və ya sadəcə Atropatena adlandırılır.[14]

    Orta əsr ərəb coğrafişünasları ekzonimi fərqli şəkildə, şəxs adı Adarbadordan xalq etimologiyasının nəticəsi kimi əmələ gəlmiş olaraq şərh ediblər. Adarbador atəş məbədi və ya atəş mühafizəçisi (adar — atəş, baykan — mühafizəçi) deməkdir.[15] Ərəb coğrafiyaşünası və səyyahı Yaqut əl-Həməvi yazırdı: “Bəziləri güman edir ki, Azər pəhləvi dilində “atəş”, bayqan isə “keşikçi” və ya “atəş mühafizəçisi” deməkdir və beləliklə, söz “atəş məbədi” və ya “atəş mühafizəçisi” deməkdir, hansı ki, həqiqətə uyğundur, çünki bu ərazidə atəş məbədləri çox olub”[16].

    XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanov Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının məşhur sərkərdəsi Babək ilə əlaqələndirir.[17] Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına rəhbərlik etmişdir. Bakıxanov Gülüstani-İrəm əsərində yazırdı: “Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir, hansı ki, ərəblər Azər-Babəcan kimi tələffüz edir və “Babəkin atəşi” deməkdir. Hər halda, bizə məlum olduğu qədərilə, atəşpərəstlik hal-hazırda Azərbaycan adlandırılan ərazidə zühur edib.”

    Tarix
    Əsas məqalə: Azərbaycan tarixi
    Qədim dövr

    Qobustan dövlət tarixi-bədii qoruğunda qayaüstü rəsmlər
    Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan əvvəldən yaşamağa başlamasına aid ən qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.[18] Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz dağlarının cənub-şərq yamacında yerləşən Azıx mağarası Daş dövrü insanlarının yaşayış yeri kimi məşhurdur. Mağara 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar olunmuşdur. Aparılmış tədqiqat işləri zamanı on mədəni təbəqə aşkarlanmışdır.[19] Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Hazırda Azərbaycan, Yaxın Şərq və Qafqaz ərazisində mustye mədəniyyətinə aid ən zəngin arxeoloji abidə Tağlar mağarası hesab olunur.[20] Mağara Qarabağın Tuğ çökəkliyində, Quruçayın sol sahilində yerləşir.

    Mezolit dövrü başlıca olaraq Qobustandakı qaya üstü rəsmlər və arxeoloji tapıntılar əsasında tədqiq edilib. 2007-ci ildə Qobustan UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmişdir.[21] Qobustanda Böyükdaş dağının yuxarı terrasında yerləşən petroqliflərdə öküz (tur) təsvirlərin tarixi 15 000 il əvvələ aid edilir.[22] Bu rəsmlərdə o dövrkü adamların məşğuliyyəti, əmək fəaliyyəti, ov və balıqçılıq səhnələri, ayin və etiqadları da öz əksini tapmışdır. Neolit Azərbaycanda er.əv. 7ci minilliyə təsadüf edərək Qobustanın və Həsənlu (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması başlanır. Er.əv. 6-4-cü minilliklərdə Azərbaycan ərazisində eneolit mövcud idi. Bu zaman oturaq əkinçilik formalaşır, insanlar həyət təsərrüfatı tikililərinə malik olan evlərdə yaşamağa başlayırdılar. İnsanlar arpa, buğda və digər bitkiləri yetişdirməyi bacarır, sənətkarlıqla (daş və sümükdən əmək alətlərinin istehsalı, heyvan dərilərinin emalı, saxsı məmulatlarının hazırlanması və s.) məşğul idilər. Bu dövrə arxaik tipli incəsənət nümunələrinin (gildən hazırlanmış müxtəlif tipli qadın heykəlləri, bəzək əşyaları vəs.) düzəldilməsi təsadüf edir.

    Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir.[23] Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu – III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranmışdı.[23] Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Assuriya dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.[23]

    Eramızdan əvvəl I minillikdə – bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, Skif padşahlığı, Atropatena və Albaniya kimi qüvvətli dövlətlər mövcud olmuşdur.[23] Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.[23]

    Feodal dövrü
    Əsas məqalə: Qafqaz Albaniyası

    2000-ci ildə İçəri şəhər, Şirvanşahlar saray kompleksi və Qız qalası ilə birlikdə UNESCO-nun Ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir.[24]
    III əsrdə Azərbaycanı Sasanilər İmperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi.[23] İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərindən çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər.[23] Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkülü prosesində mühüm rol oynayırdılar.[23] Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər.[23] Həmin dövrdən başlayaraq, türk dili Azərbaycan ərazisində yaşayan və sayca az olan xalqlar, etnik qruplar arasında da başlıca ünsiyyət vasitəsinə çevrilməkdə idi.[23] Türk dili, həm də şimalla cənub arasında birləşdirici, əlaqələndirici rol oynayırdı.[23] Bu amilin o zaman vahid xalqın təşəkkülü prosesində çox mühüm rolu vardı. Çünki bəhs olunan dövrdə bütün Azərbaycan ərazisini əhatə edən vahid dini görüş – monoteist din yox idi.[23] Qədim türklərin baş Allahı olan Tanrıya sitayiş – tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.[23] Zərdüştlük, atəşpərəstlik, günəşə, aya, göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi.[23] Ölkənin şimalında – Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində, xristianlıq yayılmaqda idi.[23] Lakin müstəqil Alban Həvari kilsəsi qonşu erməni və gürcü kilsələrinin kəskin rəqabəti şəraitində fəaliyyət göstərirdi.[23]

    Şəki rayonununda yerləşən Kiş kilsəsinin interyeri
    VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.[23] İslam dini vahid xalqın və dilin təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi.[23] Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qohumluq əlaqələrinin genişlənməsinə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.[23] İslam dini onu qəbul etmiş bütün türk və qeyri-türk etnoslarını Cənubi Qafqazı bütöv halda xristianlığın təsir dairəsinə salmağa çalışan Bizans İmperiyasına və onun himayə etdiyi erməni və gürcü feodallarına qarşı vahid türk-islam bayrağı altında birləşdirdi.[23]

    IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi.[23] Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı.[23] Müstəqil dövlətlərin yaranması nəticəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.[23] Ərəb xilafətinin tənəzzülündən sonra – IX əsrin ortalarından başlayaraq Azərbaycanda, habelə bütün Yaxın və Orta Şərqdə türk-islam imperiyalarının rolu artdı.[23] XV-XVIII əsrlərdə və bundan sonrakı dövrdə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da zənginləşdi.[23] Bu dövrdə Şərqin geniş ərazili Qaraqoyunlular, Ağqoyunlular, Səfəvi, Əfşar və Qacar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu.[23]

    Azərbaycanın dövlət xadimi Uzun Həsənin (1468-1478) hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi.[23] Azərbaycanın dövlətçilik mədəniyyəti daha da inkişaf etdi. Uzun Həsən bütün Azərbaycan torpaqlarını əhatə edən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi.[23] O, bu məqsədlə xüsusi “Qanunnamə” hazırlatmışdı. Hökmdar Quranı azərbaycan dilinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə “Kitabi-Diyarbəkriyyə” adlı Oğuznamə yazdırmışdı.[23] XV əsrin sonu – XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün tarixi təkamülündə yeni mərhələyə qədəm qoydu. Uzun Həsənin nəvəsi olan dövlət xadimi Şah İsmayıl Xətai (1501-1524) babasının başladığı işi başa çatdırdı, şimallı-cənublu bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirə bildi.[23] Paytaxtı Təbriz şəhəri olan vahid, mərkəzləşdirilmiş Azərbaycan dövləti — Səfəvi dövləti meydana gəldi.[23] Səfəvilərin hakimiyyəti dövründə Azərbaycanın dövlət idarəçiliyi mədəniyyəti daha da yüksəldi.[23] Azərbaycan dili dövlət dilinə çevrildi.[23]

    Səfəvi dövlətinin süqutundan sonra hakimiyyətə gələn görkəmli Azərbaycan sərkərdəsi Nadir şah Əfşar (1736-1747) keçmiş Səfəvi imperiyasının sərhədlərini daha da genişləndirdi.[23] Azərbaycanın əfşar-türk elindən çıxmış hökmdar 1739-cu ildə Dehli də daxil olmaqla Şimali Hindistanı da ələ keçirdi.[23] Lakin Azərbaycan hökmdarının bu geniş ərazidə qüdrətli mərkəzləşdirilmiş dövlət yaratmaq planları baş tutmadı.[23] Nadir şahın ölümündən sonra onun idarə etdiyi geniş ərazili imperiya süquta uğradı.[23] Hələ Nadir şahın sağlığında ikən azadlıq mübarizəsinə qalxan və müstəqilliyə can atan Azərbaycan torpaqlarında yerli dövlətlər yarandı.[23] Beləliklə, XVIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə – xanlıqlara və sultanlıqlara parçalandı.[23]

    Yeni dövr
    Əsas məqalə: Mart soyqırımı
    Medieval azerbaijani helmet 5.JPG
    Medieval azerbaijani shield 2.JPG
    Gəncə xanlığı ordusunun dəbilqə və qalxanı, Azərbaycan Milli İncəsənət Muzeyi
    XVIII əsrin sonunda Azərbaycan sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər.[25] Qacarlar vaxtı ilə onların ulu babaları qaraqoyunluların, ağqoyunluların, səfəvilərin və nəhayət, Nadir şah Əfşarın hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla Cənubi Qafqazı işğal etməyə çalışan Çar Rusiyası arasında uzun sürən müharibələr dövrü başlandı.[23]

    Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi.[23] Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.[23] Beləliklə, Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: “Şimali Azərbaycan” (və ya “Rusiya Azərbaycanı”) və “Cənubi Azərbaycan” (və ya “İran Azərbaycanı”).[23]

    Rusiya Cənubi Qafqazda özünə dayaq yaratmaq üçün işğal etdiyi Azərbaycan torpaqlarına, xüsusən Qarabağın dağlıq rayonlarına, keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisi köçürdü.[23] Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında – keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə “Erməni vilayəti” yaradıldı.[23] Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.[23] Bundan əlavə, Rusiya 1836-cı ildə müstəqil Alban kilsəsini ləğv etdi və onu Erməni Həvari kilsəsinin tabeçiliyinə verdi.[23] Bununla da Azərbaycanın qədim əhalisi olan xristian albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə daha əlverişli şərait yaradıldı.[23] Ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddialarının əsası qoyuldu.[23] Bütün bunlarla kifayətlənməyən Çar Rusiyası erməniləri silahlandıraraq türk-müsəlman əhali üzərinə qaldırdı və azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsinə başlandı. Bununla azərbaycanlılara və Cənubi Qafqazın bütün türk-müsəlman əhalisinə qarşı soyqırımları dövrü başlandı.[23]

    Şimali Azərbaycanda azadlıq mübarizəsi misli görünməmiş faciələrlə nəticələndi. Burada hakimiyyəti ələ keçirən Stepan Şaumyanın daşnak-bolşevik hökuməti 1918-ci ilin martında Azərbaycan xalqına qarşı Mart soyqırımını həyata keçirdi.[23] 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakı döyüşündə qələbə çaldı.[26] 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı.[23]

    Azərbaycan Xalq Cümhuriyyəti
    Əsas məqalələr: Azərbaycan Xalq Cümhuriyyəti və Bakı döyüşü

    Bakını azad etmiş Qafqaz İslam Ordusunun şəhərdə fəxri keçidi
    Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, eyni zamanda, bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.[23] Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentçilik tarixi iki dövrə ayrılır: Birinci dövr – 1918-ci il mayın 27-dən noyabrın 19-dək davam etmişdir. Bu altı ay ərzində Azərbaycan Milli Şurası adı ilə fəaliyyət göstərən və 44 nəfər müsəlman-türk nümayəndədən ibarət olan ilk Azərbaycan Parlamenti çox mühüm tarixi qərarlar qəbul etmişdir. İlk Parlament 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etmiş, ölkənin idarə olun-masını öz üzərinə götürmüş və tarixi Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etmişdir.[23]

    Azərbaycan Xalq Cümhuriyyətinin parlamentçilik tarixində İkinci dövr və ya Bakı dövrü 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 27-dək – cəmi 17 ay davam etmişdir. Parlamentin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanunu xüsusi qeyd etmək lazımdır. Milli universitetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də Cümhuriyyət ideyalarının yaşamasında və xalqın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.[23] Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövrdə ümumiyyətlə 155 parlament iclası keçirilmişdir ki, bunun da 10-u Azərbaycan Milli Şurasının (27 may-19 noyabr 1918-ci il), 145-i isə Azərbaycan Parlamentinin fəaliyyət göstərdiyi dövrdə (7 dekabr 1918-ci il – 27 aprel 1920-ci il) olmuşdur.[23] Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-a yaxını qəbul olunmuşdu. Qanunlar qızğın və işgüzar fikir mübadiləsi şəraitində müzakirə edilir, özü də yalnız üçüncü oxunuşdan sonra qəbul olunurdu.[23]

    Sovet İttifaqının tərkibində
    Əsas məqalə: Azərbaycan Sovet Sosialist Respublikası

    1942-ci ildə Biləcəri Dəmiryol Stansiyasından cəbhəyə yollanan batalyon
    1920-ci ilin aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir müddət sonra da ölkə öz müstəqilliyini saxlaya bilmişdir. Aprelin 30-da Rusiya ilə Azərbaycan arasında hərbi-iqtisadi müqavilə imzalanmışdır. 1921-ci ildə tərkibinə Gürcüstan, Ermənistan və Azərbaycan respublikaları daxil olmuş Zaqafqaziya Demokratik Federativ Respublikası təşkil edildi.[27] 1918-ci ilin Mart soyqırımından sonra, faktiki olaraq, Azərbaycan xalqına qarşı yeni soyqırımına başlanmışdı.[23] 1922-ci il dekabrın 30-da Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranması və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının bu quruma daxil olması ilə Şimali Azərbaycanın müstəqilliyinə son qoyuldu.[23] Azərbaycanda müstəqil hakimiyyət məhrum edildikdən sonra ölkənin sərvətlərinin talan olunmasına başlandı.[23] Torpaq üzərində xüsusi mülkiyyət ləğv olundu. Ölkənin bütün təbii sərvətləri milliləşdirildi, daha doğrusu, dövlət mülkiyyəti hesab olundu.[23] Neft sənayesini idarə etmək üçün xüsusi olaraq Azərbaycan Neft Komitəsi yaradıldı və bu komitəyə rəhbərlik Vladimir Lenin tərəfindən Bakıya göndərilmiş A.P.Serebrovskiyə tapşırıldı.[23] Beləliklə, hələ 1920-ci il martın 17-də Qafqaz Cəbhəsinin Hərbi-İnqilab Şurasına göndərdiyi teleqramda “Bakını almaq bizə olduqca və olduqca zəruridir” deyə Şimali Azərbaycanın işğalına göstəriş vermiş Lenin öz arzusuna çatdı.[23] Bakı nefti Sovet Rusiyasının əlinə keçdi.[23]

    Azərbaycan Yazıçılar Birliyi binasında repressiyaya uğramış Azərbaycan yazıçılarına həsr edilmiş memorial lövhə
    1920-ci il aprelin 28-dən başlayaraq Azərbaycan Respublikası ərazisində insan hüquqlarına zidd qanunlar əsasında totalitar dövlət rejiminin törətdiyi özbaşınalıq, zorakılıq nəticəsində 100 minə yaxın günahsız azərbaycanlı öz siyasi əqidəsinə, fəaliyyətinə, başqa cür düşündüyünə və ayrı səbəblərə görə repressiyalara məruz qalmışdır.[28] Təkcə 1937-ci ildə 29 min adam repressiyaya uğradı.[23] Bu dövrdə Azərbaycan xalqı özünün Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Salman Mümtaz, Əli Nəzmi, Tağı Şahbazi, Yusif Vəzir Çəmənzəminli və başqaları kimi onlarla mütəfəkkirlərini və nadir ziyalılarını itirdi.[23][29]

    Azərbaycan İkinci dünya müharibəsində böyük dövlətlərin strateji planlarında mühüm yer tuturdu. Üçüncü Reyx Bakı neftini ələ keçirməklə Şərqə – İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində idi. Adolf Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin dəqiq xəritəsi də hazırlanmışdı.[30][31] Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 85-90 faizi Azərbaycanın payına düşürdü.[32] İkinci Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur.[32] Müharibənin hələ ilk günlərində respublikada 4 mindən çox oğlan və qız könüllü surətdə cəbhəyə getmək üçün hərbi komissarlıqlara müraciət etmişdi.[33] 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı.[33] Onlardan 30 min nəfərdən çoxu qadınlar idi.[33] Müharibədə hətta azərbaycanlılardan ibarət diviziyalar təşkil olunmuşdu.[33] 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar.[33] 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi.[33] 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi.[33] İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.[32].

    1948-1953-cü illərdə azərbaycanlıları Ermənistan SSR-dən kütləvi surətdə sürgün olunmasının yeni mərhələsi başlandı.[23] Deportasiyalardan sonra, ermənilərin bu ərazidə sayca üstünlüyü təmin olundu.[23] Bir sıra obyektiv və subyektiv səbəblər üzündən 1960-cı illərdə Azərbaycan iqtisadiyyatının bir çox sahələrində – həm sənayedə, həm də kənd təsərrüfatında mənfi meyllər özünü göstərməyə başladı.[23] Respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı.[23] Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirməyə başladı.[23] 1970-1985-ci illərdə, tarixən qısa bir dövr ərzində, bütövlükdə respublika ərazisində yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı.[23] 213 iri sənaye müəssisəsi işə salındı.[23] Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.[23]

    1980-ci illərin sonlarından 1994-cü ilin mayına kimi Qarabağ bölgəsində Ermənistan Respublikası tərəfindən dəstəklənən Qarabağ erməniləri ilə Azərbaycan Respublikası arasında Qarabağ müharibəsi baş verdi. Tərəflər arasında döyüşlər Dağlıq Qarabağ Muxtar Vilayətinin parlamentinin 20 fevral 1988-ci ildə Ermənistan ilə birləşmək qərarı verdikdən sonra başlamışdır. Azərbaycandan ayrılmaq haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi olmuşdur.[34] Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra ermənilər Azərbaycandan çəkilmək qərarına gəlmiş və tanınmayan Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər.

    Üçüncü Respublika dövrü
    Əsas məqalələr: Qara Yanvar, Qarabağ müharibəsi, və Xocalı soyqırımı

    Qarabağ müharibəsi zamanı Azərbaycan əsgərləri, 1992-ci il.
    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.[35] Qara Yanvar hadisələrinin əks-sədası bütün ölkəyə yayıldı və bu hadisə Azərbaycanda müstəqillik hərəkatını sürətləndirdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etmiş, Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi, referendum vasitəsilə bəyənilmişdir.[23] Bu aktla Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin olunması üçün hüquqi əsaslar yaranmış, ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir.[23]

    1991-ci il sentyabrın 8-də prezident seçkilərində Azərbaycanın prezidenti Ayaz Mütəllibov seçilmişdir.[36] Azərbaycan və Ermənistan arasında geniş miqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır.[37] 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı Xocalı soyqırımı baş vermişdir. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın tərkibində olmayan torpaqları işğal etməsi regiondakı digər ölkələrin müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam nəzarətlərinə keçirmişdirlər və hazırda Azərbaycan torpaqlarının 20%-nə nəzarət edirlər.[38] 1994-cü ilin mayında Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.[39]

    1992-ci ildə iyunun 7-də prezident seçkilərində Azərbaycanın prezidenti Əbülfəz Elçibəy seçilmişdir.[36] Daxildə gedən proseslər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə maneçilik törətmişdir. Hakimiyyət mübarizəsi, hakimiyyətin güclə dəyişdirilməsi halları Azərbaycandakı daxili vəziyyəti çox gərginləşdirmişdi.[40] Xüsusən, 1993-cü ilin iyun ayında Azərbaycanda çox ağır bir vəziyyət yaranmış, respublikada vətəndaş müharibəsi baş vermiş, Azərbaycan parçalanmaq təhlükəsi qarşısında olmuşdur.[40] Bunun qarşısı alınmış, ancaq ondan sonrakı dövrdə də Azərbaycanın müstəqilliyini pozmaq cəhdləri davam etmiş və respublikada dövlət çevrilişinə iki dəfə cəhd göstərilmişdir.[40] 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.[23]

    1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı.[41] “Əsrin müqaviləsi” adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu.[42] 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm cəzası ləğv olunmuşdur.[43]

    15 oktyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərində İlham Əliyev qalib gəlmişdir.[44] Prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin müxtəlif sahələrində ASAN xidmət kimi iri miqyaslı proqram və layihələr reallaşdırılmışdır.[45][46] 2012-ci ildən başlayaraq ölkədə mətbuat azadlığı və insan haqlarının vəziyyəti xeyli pisləşmişdir.[47][48][49][50] 2011-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.[51]

    Hökumət və siyasət
    Əsas məqalə: Azərbaycanın dövlət quruluşu

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2003-cü ildən ölkəyə başçılıq edir.
    Azərbaycan prezidentli respublikadır və icraedici hakimiyyət prezidentə məxsusdur. Hakimiyyət baş nazirin və digər seçilmiş parlament üzvlərinin əlində cəmlənmişdir və Azərbaycan xalqına suverenlik hüququ verilir. Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Azərbaycan prezidenti Kabinet başçısıdır və dövlət nazirlərini müəyyənləşdirir və ya işdən azad edir. 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında keçirilən referendumdan sonra prezident ümumi, bərabər, birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.[52]

    Azərbaycanın qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir və Milli Məclis Bakı şəhərində yerləşir. Parlament birpalatalıdır və 125 deputatdan ibarətdir. Milli Məclisdə əsas yerləri Yeni Azərbaycan Partiyası (YAP) və Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutur. Yeni Azərbaycan Partiyası 1993-cü ildən seçkilərdə daim uğur qazanır.[53] Azərbaycan baş naziri hökumətin əsas başçısıdır və Milli Məclis tərəfindən üzvləri arasından müəyyənləşdirildikdən sonra prezident tərəfindən təyin olunur. Baş nazirin formal olaraq prezident tərəfindən təyin olunmasına baxmayaraq, Azərbaycan konstitusiyası aşkar şəkildə prezidentdən parlament tərəfindən seçilmiş şəxsi bu vəzifəyə təyin etməsini tələb edir.[54]

    Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur.[55]

    Xarici siyasət və ordu
    Əsas məqalələr: Azərbaycanın xarici siyasəti və Azərbaycan Silahlı Qüvvələri

    Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Moskvada İkinci Dünya müharibəsində Qələbənin 70-ci ildönümünə həsr olunan paradda
    Azərbaycan Avropa Şurası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, GUAM, Şərq Tərəfdaşlığı, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, MAQATE, Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı və NATO-nun Sülh Naminə Tərəfdaşlıq (SNT) proqramının üzvüdür. Azərbaycan dünyanın 34 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalamışdır.[56]

    Azərbaycanın Ermənistan ilə Qarabağ münaqişəsi üzərində torpaq mübahisəsi, Azərbaycanın həmçinin Ermənistan ilə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi məsələsinə görə davam edən konflikti var.[57] Xəzər dənizinin bölünmə prinsipinin razılaşdırılmaması olmadığından, Azərbaycanın İran və Türkmənistanla su sərhəd problemi var.[58][59] Bununla belə Azərbaycanla Türkmənistan Kəpəz yatağına görə mübahisə edir.[60] Hazırda Xəzər dənizinin 21 faizi Azərbaycana məxsusdur.[61]

    2017-ci ildə ABŞ-ın “Global Firepower” araşdırma mərkəzinə görə, Azərbaycan Silahlı Qüvvələri dünyada 59-ci, Cənubi Qafqazda isə ən güclü və hazırlıqlı ordudur.[62] 1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan sülhməramlı qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyət aparırlar.[63] 2011-2015-ci illərdə Azərbaycan Avropa ölkələri arasında ən böyük silah idxalçısı idi.[64]

    2005-ci ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi 900 adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edir.[65] Azərbaycanda istehsal olunan silahlar və hərbi məhsullardan “İstiqlal” və “Yalquzaq” snayper tüfənglərini, “Qaya” qumbaraatanı, Gürzə patrul maşını, Xəzri avtomatı və “Zərbə” PUA-nı qeyd etmək olar.[66][67]

    İnzibati bölgü
    Əsas məqalələr: Azərbaycanın inzibati bölgüsü, Azərbaycan rayonlarının siyahısı, və Azərbaycan şəhərlərinin siyahısı
    Azərbaycan paytaxt Bakıdan kənarda, ölkə 65 inzibati vahidə (o cümlədən 59 rayon və 6 şəhər) və Naxçıvan Muxtar Respublikasına (6 rayon və paytaxt Naxçıvan şəhərindən ibarət olan) bölünür.[68] Hər bir inzibati vahid seçilmiş icra hakimiyyəti, qanunverici orqan və inzibati bürokratiya tərəfindən nəzarət olunur.

    Coğrafiya
    Əsas məqalələr: Azərbaycan coğrafiyası və Azərbaycan təbiəti

    Bazardüzü zirvəsi — Azərbaycan Respublikasının ən hündür nöqtəsidir.
    Azərbaycan Respublikasının ərazisi – 86,6 min km² təşkil edir. Ölkə 39° 24′, 41° 54′ şimal en dairələri arasında və 44° 46′, 50° 45′ şərq uzunluğunda, paytaxt Bakı 40° paralel üzərində yerləşir. Sərhədlərinin ümumi uzunluğu 3489 kilometrdir. Bunun 825 kilometri su sərhəddidir. Cənubdan İran-la 765 km, Türkiyə ilə 13 km (bəzi məlumatlarda 13 və ya 11 km.), şimaldan Rusiya ilə 391 km, şimali-qərbdən Gürcüstan ilə 471 km, qərbdən Ermənistan ilə 1027 km həmsərhəddir. Sahil xəttinin uzunluğu – 713 km, Bakıdan şimal qütbünə qədər olan məsafə 5550 km, ekvatora qədər olan məsafə isə 4440 km-dir. Azərbaycan Respublikası Cənubi Qafqazın şərq hissəsində, Xəzər dənizinin qərbi sahilində yerləşir. Azərbaycanın 11,5%-i meşəlik, 1,6%-i su hövzələrindən və 50,0%-i becərilən torpaqlardan ibarətdir. Ölkənin ərazisi beş coğrafi vilayətə bölünür: onlardan dördü (Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvan MR, Lənkəran) dağlıq, biri isə (Kür-Araz və ya Mərkəzi Aran) ovalıqdır.

    Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər hövzəsində yerləşir.[73] Abşeron yarımadasında, Şamaxı-Qobustan, cənub-şərqi Şirvan rayonlarında və Bakı arxipelağında yerləşən vulkanların 100-dən artığı Qobustandadır.[74] 2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.[75] Odlu qövsdəki mövqeyinə görə Azərbaycan zəlzələlərə meyilli ölkədir.[76]

    Şahdağ

    Böyük Zirə

    Beşbarmaq səddi 

    Əshabi-Kəhf mağarası

    Qoturdağ palçıq vulkanı 

    İqlim
    Əsas məqalə: Azərbaycanın iqlimi
    Azərbaycanda hava temperaturunun və atmosfer yağıntılarının paylanması və rejiminin xüsusiyyətləri, həmçinin rütubətlənmə şəraiti nəzərə alınaraq Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir.[77] Respublikanın şimalında yerləşən və şimal-qərbdən cənub-şərqə uzanan Böyük Qafqaz dağları ölkə ərazisinin böyük hissəsini şimaldan gələn soyuq hava kütlələrinin birbaşa təsirindən qoruyur.[78] Bunun da nəticəsində respublikanın əksər düzənlik və dağətəyi ərazilərində subtropik iqlim formalaşır.[78] Ölkənin düzənlik və dağətəyi əraziləri günəş işığının bolluğu ilə fərqlənir.[78] Azərbaycan ərazisində iqlimin formalaşmasına arktik (Kara və Skandinaviya antisiklonları), mülayim enliklərin soyuq kontinental (Sibir antisiklonu) və dəniz (Azor maksimumu), tropik enliklərin isti hava kütlələri (subtropik antisiklon və cənub siklonları), Mərkəzi Asiya üzərində yaranan antisiklon, həmçinin yerli atmosfer prosesləri təsir göstərir.[78]

    Azərbaycanın orta qış temperaturu 4 °C, orta yay temperaturu 26 °C təşkil edir.[79] Azərbaycanda ən yüksək temperatur 6 iyul 2000-ci ildə Naxçıvan Muxtar Respublikasında qeydə alınmışdır: 46 °C.[80]

    Biomüxtəliflilik
    Əsas məqalələr: Azərbaycan florası, Azərbaycan faunası, və Azərbaycanın daxili suları

    Qarabağ atı — Azərbaycanın Qarabağ ərazisində yaradılmış və geniş yayılmış dağ-minik at cinsidir.
    Azərbaycanda 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.[81] Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3%-ini, o cümlədən milli parklar 3,7%-ini təşkil edir.[81]

    Azərbaycan təbiətində 97 növ məməli, 357 növ quş, 67 növ amfibi və reptili, 1 növ dəyirmiağız, 97 növ balıq, 15 mindən çox onurğasız heyvan növü qeydə alınmışdır.[82] Heyvan növlərinin respublika ərazisində yayılma arealı müxtəlifdir.[82] Azərbaycan Respublikasının “Qırmızı kitab”ına 108 növ heyvanın adı daxil edilmişdir.[82] Onlardan 14 növü məməli, 36 növü quş, 13 növü sürünən və suda-quruda yaşayan, 5 növü balıq, 40 növü həşəratdır.[82] Respublikanın şirin sularında və Xəzər dənizində 30 növ balıq ovlanır.[82] Bu balıqların çoxu Kür çayında, Kürün ətrafındakı göl və axmazlarda, həmçinin Mingəçevir su anbarında tutulur.[82] Ovlanan balıqların əksəri keçici və yarımkeçicidir (dənizdə böyüyür, kürüləmək üçün çaylara keçir).[82]

    Azərbaycanın ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ali sortlu bitki növü yayılmışdır.[83] Azərbaycanda rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66%-ini təşkil edir.[83] Azərbaycanda üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir ki, bunların da nümayəndələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir.[83] Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, bigəvər, şümşad və s. göstərmək olar.[83] Respublikada 240 endemik bitki növü mövcuddur.[83]

    Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir.[84] Ölkənin hidroqrafik şəbəkəsinin əsasını çaylar təşkil edir.[84] Respublikanın ərazisindən müxtəlif uzunluqda 8359 çay axır.[84] Bunlardan 8188 çayın hər birinin uzunluğu 25 km-dən azdır.[84] Uzunluqları 100 km-dən çox olan 24 çay vardır.[84] Respublikanın ərazisindən axan ən böyük çaylar: Kür, Araz, Qanıxçay, Qabırrı, Samurçay, Tərtərçay, Türyançay, Ağstafaçay, Həkəri, Bərgüşad, Sumqayıtçay, Viləşçay və s.[84]

    İqtisadiyyat
    Əsas məqalə: Azərbaycan iqtisadiyyatı
    İqtisadiyyat tarixi

    Bakı-Tbilisi-Ərzurum Boru Xəttinin xəritəsi
    Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır.[85] Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.[85] 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə başlamış Azərbaycanda sərmayə qoyuluşu, xüsusilə enerji sektoruna xarici sərmayə investisiyaları uğurlu şəkildə inkişaf edir.[41] 2003-cü ildən etibarən isə digər sektorlara istiqamətləndirilmiş yerli və xarici investisiyanın təşviqi məqsədi ilə inkişaf proqramları həyata keçirilməyə başlandı.[86] Azərbaycan 2010-cu ildə istehsal etdiyi 51,509 milyon ABŞ dolları həcmində ÜDM-i ilə dünyanın 188 ölkəsi arasında 71-ci sırada yer almışdır.[87]

    2010-cu illərdə Azərbaycan orta gəlirli ölkəyə çevrilsə də, ölkədə qeyri-sabitlik, əməkçi qüvvəsindən kifayət qədər istifadə olunmaması və məhsuldarlığın aşağı səviyyəsi davam edir.[88] Hazırda Azərbaycanda yoxsulluq və korrupsiya ölkənin inkişafını kölgələşdirməyə davam edir.[44] 2016-cı ildə ÜDM-in təxminən 45 faizini təşkil edən enerji daşıyıcılarından əldə olunmuş gəlirlərin aşağı düşməsi nəticəsində, büdcə daxilolmaları, Azərbaycan manatının məzənnəsi, xarici valyuta ehtiyatları və ödəniş balansı zərbəyə məruz qalıb.[89] Həmin ilin sonunda Azərbaycan iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini hazırlayıb.[90] Proqramın əsas hədəfi qeyri-neft sektorunu inkişaf etdirməklə iqtisadiyatı şaxələndirməkdir.[89]

    Azərbaycan Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür.[13] Azərbaycanın ən tanınmış şirkətlərinə SOCAR, Azərbaycan Hava Yolları, Azərenerji, Azərsu, Azpetrol, Akkord, Azercell, Bakcell, Nar Mobile, Palmali Group və Azərsun Holding aiddir.[91][92]

    İxracat
    Hazırda Azərbaycan xam neft, təbii qaz və neft məhsulları ixrac edən ölkədir.[93] 2015-ci ildə ölkədə ixracın həcmi 46,1 milyon neft ekvivalenti tonu təşkil etmiş, bunun 78,4 faizi xam neftin, 16,5 faizi təbii qazın, 5,0 faizi neft məhsullarının, 0,1 faizi isə elektrik enerjisinin payına düşmüşdür.[93] Təzə ət (mal, toyuq və qoyun əti) Azərbaycanda ən çox istehsal edilən heyvandarlıq məhsulları olmaqla, dəyər ifadəsində həcminə görə ikinci yerdədir.[94] Bununla belə, bu məhsul yerli bazarın tələbatını ödəmir və onun ixracı aşağı səviyyədədir.[94] Ölkədən, əsasən, emal edilmiş və konservləşdirilmiş ət məhsulu ixrac edilir.[94]

    ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin hər il yayınladığı “The World Factbook” nəşrinin hesabatlarına əsaslanaraq, 2010-cu il üzrə dünyanın 194 ölkəsi arasında Azərbaycanın ixracat reytinqi 64-cü sırada dayanır.[87]

    İdxalat
    Azərbaycanın idxal etdiyi əsas mallar maşın, avadanlıqlar və onların hissələri, mexanizm və elektrik aparatlarıdır.[95] İdxalda əsas yerlərdən birini qara metallar və onlardan hazırlanan məmulatlar tutur.[95] Rusiya Azərbaycana ən çox mal idxal edən ölkədir.[95] Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Rusiya Azərbaycanın idxal etdiyi əsas 10 məhsul üzrə aparıcı ixracatçı olub, Azərbaycanda bu məhsullara tələbatın 37 faizini ödəyir.[94] O cümlədən Azərbaycan siqaretin yarıdan çoxunu, bərk buğda və meslinin (buğda və çovdarın qarışığı) 50 faizindən çox hissəsini Rusiyadan idxal edir.[94] Ölkənin idxal etdiyi 10 əsas məhsula olan tələbatının 7 faizini isə, əsasən, regionun digər ölkələri ödəyir.[95] İdxalda əsas ölkələr siyahısında ikinci yeri Türkiyə tutub və ordan Azərbaycana 2015-ci ildə 1 milyard 171 milyon 385,43 min dollarlıq (ümumi idxalda payı 12,70%) mal idxal olunub. Ümumi idxalda 9,19%-lik paya malik olan ABŞ-dan ötən il Azərbaycana 847 milyon 389,38 min dollarlıq mal göndərilib.[95] Azərbaycanda süd emalı müəssisələrinin sayının azlığı ilə yanaşı, sənaye tələbatı üçün təbii süd xammalı istehsalının həcmi də lazımi səviyyədə olmadığına görə, ölkəyə böyük miqdarda süd məhsulları idxal edilir.[94]

    Turizm
    Əsas məqalə: Azərbaycanda turizm

    Şahdağ Turizm Mərkəzi
    2016-cı ildə səyahət və turizm sənayesinin Azərbaycanın ümumi daxili məhsuluna (ÜDM) birbaşa təsiri 1 milyard 437,3 milyon dollar, yaxud hesabat dövründəki ÜDM-in ümumi həcminin 4,1 faizi qədər olub.[96] Ümumiyyətlə, turizm və səyahət sənayesinin məşğulluğa tam təsiri 2016-cı ildə 609 min iş yeri, yaxud əhalinin ümumi məşğulluğunun 13,2 faizi qədər təşkil edib.[96]

    Azərbaycandan YUNESCO-nun Ümumdünya irsi obyektlərinin siyahısına Şirvanşahlar Sarayı və Qız Qalasının yerləşdiyi İçəri şəhər və Qobustan dövlət tarixi-bədii qoruğu daxil edilib.[97] Azərbaycanın populyar turist məkanlarından Bakı bulvarı, Fəvvarələr meydanı, Atəşgah, Yanardağ, Şəki xan sarayı, Möminə Xatun türbəsi, Heydər Əliyev Mərkəzi, həm də ölkənin ən böyük xizək kurortu olan Şahdağ Turizm Mərkəzini qeyd etmək olar.[98][99][100]

    Prezident İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən Turizm Şurası yaradılıb.[101] Şura turizm sahəsinin inkişafı ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, digər dövlət qurumları arasında koordinasiya funksiyasını yerinə yetirir.[101] 2016-cı ildən xarici turistlərin Azərbaycanda daha çox alış-veriş etmələrinə müsbət təsir edən “Tax free” sistemi tətbiq olunur.

    Elm və texnologiya
    Əsas məqalələr: Azərbaycanda telekommunikasiya, Azərbaycan Milli Aerokosmik Agentliyi, və Azərbaycan ixtiraları və kəşfləri

    Şamaxı Astrofizika Rəsədxanası
    21-ci əsrdə Azərbaycanda neft və qaz “bumu”, ölkədə elm və texnologiya sahələrində vəziyyəti yaxşılaşdırmasına kömək etdi və Azərbaycan hökuməti modernləşdirilmə və innovasiya yönəlmiş kampaniyaya başladı. 2017-ci ildə Azərbaycan yeni iqtisadi modelə keçməklə, iqtisadiyyatını ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirmək strategiyasına başlayıb.[102]

    Azərbaycanda internet 1993-cü ildən inkişaf etməyə başlamışdır.[103] İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılmış, ilk dövlət orqanının saytı isə Azərbaycan Respublikası Prezidentinin saytı olmuşdur və 1997-ci ildə yaradılmışdır.[103] 1993-cü ildən yüksək səviyyəli milli .az domeninin inzibatçılığı həyata keçirilir.[103]

    Azərbaycanda radio yayımına ilk dəfə 1926-cı il noyabrın 6-da, televiziya yayımına isə 1956-cı ilin fevral ayının 14-də başlanılıb.[104] Hazırda ölkədə əhali yaşayan ərazilərin 99.6%-i 10–12 TV proqramdan ibarət açıq paketli rəqəmli TV yayımla əhatə edilib.[104] Bundan başqa, Gəncə, Quba və Lənkəran rayonlarında və ətraf ərazilərdə ödənişli əsaslarla çoxproqramlı rəqəmli TV yayım xidməti də göstərilir.[104]

    Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.[105] Müasir formada poçtun yaranması isə XIX əsrin 1-ci qərinəsinə təsadüf edir.[105] 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır.[105] 1881-ci il dekabrın 6-da Bakıda “Nobel qardaşları” cəmiyyəti tərəfindən Azərbaycanda ilk telefon xətti çəkilmişdir.[106] Hazırda Azərbaycanda üç GSM operatoru fəaliyyət göstərir: Azercell, Bakcell və Nar Mobile (Azerfon).[107]

    Azərbaycan Milli Aerokosmik Agentliyi (MAKA) Azərbaycanın kosmik agentliyidir. Agentlik kosmik elm və texnikanın nailiyyətlərindən, aerokosmik sahələrin elm və istehsal potensialından respublikanın xalq təsərrüfatı və təhlükəsizliyi naminə istifadə edilməsi sahəsində milli siyasəti həyata keçirir.[108] Agentlik 2013-cü il 8 fevral gecəsi kosmosa Azerspace-1 adlı ilk süni peykini buraxıb.[109] Fransa Qvianasında Kuru kosmodromundan reallaşdırılan ucuş gecə saat 01.36 və 02.20 arasında baş verib.[110] Telekommunikasiya peyki olan Azerspace-1 səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə olunur.[111]

    İnfrasruktur
    Nəqliyyat
    Əsas məqalə: Azərbaycanda nəqliyyat

    İçərişəhər metrostansiyasının gecə görünüşü
    Azərbaycan 1997-ci ildən Avropada yol hərəkətinin ümumi qaydalarını və təhlükəsizlik normalarını müəyyən edən Beynəlxalq Vyana Konvensiyasına qoşulub. Azərbaycanda avtomobil yolları ölkədə mövcud olan bütün yol şəbəkəsini əhatə edir.[112] 2015-ci ilin məlumatına əsasən, Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarının uzunluğu 19 002 kilometr təşkil edir, onun 4 645 kilometri respublika əhəmiyyətli, 14 357 kilometri yerli əhəmiyyətlidir.[112] Bu yollarda ümumi sayı 1463-ə yaxın 50 652 poqon metr uzunluğunda körpülər var.[112] Avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraq “Avtonəqliyyatservis” və “Yolnəqliyyatservis” departamentləri yaradılıb.[112]

    Azərbaycanda xidmət göstərən 7 beynəlxalq hava limanı var.[13][112] Onlardan ən böyüyü Heydər Əliyev adına Beynəlxalq Hava Limanı Bakı şəhərindən 20 kilometr şimal-şərqdə yerləşir və şəhərlə əlaqəsi 2008-ci və 2009-cu illərdə istismara verilmiş iki ən müasir avtostrada ilə təmin edilir.[112] AZAL və onun struktur bölməsinə aid olan Buta Airways milli bayraq daşıyıcısının qeydiyyat limanıdır.[112] Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən digər hava limanları Gəncə, Lənkəran, Naxçıvan, Qəbələ və Zaqatala şəhərlərində yerləşir.[112]

    1878-ci ildə Azərbaycanda ilk dəmir yolunun çəkilişinə başlanılıb və 1880-ci ilin 20 yanvar tarixində Azərbaycan Dövlət Dəmir Yolu yaradılıb.[112] Hazırda Azərbaycan dəmir yolları Bakıdan Tümen, Rostov, Xarkov, Kiyev, Sankt-Peterburq, Moskva, Mahaçqala kimi istiqamətlərə gediş-gəliş həyata keçirir.[112] 2017-ci il oktyabrın 28-də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi keçirilib.[113]

    1967-ci il noyabrın 6-da istismara verilmiş Bakı metropoliteni Azərbaycanda yeraltı dəmiryol xətlərini birləşdirən ictimai şəhər sərnişin nəqliyyatı sistemidir.[112] Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var.[112]

    Enerji
    Əsas məqalələr: Azərbaycanda enerji və Azərbaycanda neft sənayesi

    XIX əsrin sonunda Bakıda Qara Şəhər.
    Azərbaycanda neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi.[114] Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər.[114] Yalnız 1990-cı illərin əvvəllərində Azərbaycan müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.[114]

    Azərbaycan 7 milyard barel həcmində kəşf edilmiş neft ehtiyatları göstəricilərinə görə dünyanın 19-cu, neft hasilatının həcminə görə dünyanın 23-cü ölkəsidir.[87] Azərbaycan 849,5 milyard m³ həcmində kəşf edilmiş qaz ehtiyatlarına görə dünyada 28-ci ölkədir.[87] 2015-ci ildə ölkədə ümumi istehsal həcmi 69,8 milyon neft ekvivalenti tonu olan enerji məhsullarının 87,5 faizini ilkin enerji məhsulları, 9,2 faizini neft emalı məhsulları, 3,3 faizini istilik və elektrik enerjisi təşkil etmişdir.[93] Transformasiya sektorunun proseslərində elektrik və istilik enerjisinin istehsalına sərf olunan yanacaq öz əksini tapmış və onun 92,9 faizini təbii qaz, 7,0 faizini mazut və 0,1 faizini isə dizel yanacağları təşkil etmişdir.[93] Son istehlakın 37,7 faizi ev təsərrüfatlarının, 26,6 faizi nəqliyyatın, 23,1 faizi sənaye və tikintinin, 12,6 faizi isə iqtisadiyyatinin digər sahələrinin payına düşür.[93] Ölkədə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 1 fevral 2013-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmışdır.[115] 2017-ci ildə Bakıda Azəri-Çıraq-Günəşli blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilə imzalanmışdır.[116]

    Demoqrafiya
    Əsas məqalələr: Azərbaycan əhalisi və Azərbaycanlılar

    Azərbaycanın etnik azlıqlarından biri olan molokanlar.
    2017-ci ilin əvvəlində Azərbaycan Respublikasının əhalisinin sayı 9,810,000 olmuşdur.[117] Əhalinin 53%-i şəhər, 47%-i kənd yerlərində yaşayır.[117] Əhalinin 49,9%-i kişilərdən, 50,1%-i faizi isə qadınlardan ibarətdir.[117] Azərbaycan əhalisinin 90,6%-i azərbaycanlıdır.[1]

    Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 9,4%-ni təşkil edir.[1] Yerli xalqlardan ən çox üstünlük təşkil edənlər ləzgilər, ermənilər, ruslar və talışlar, eləcə də avarlar kimi kiçik etnik qruplardır.[117] Azərbaycanın böyük hissəsi ölkəni multikultural dövlət kimi görür.[118]

    1994-cü ilin fevralında Azərbaycanın prezidenti Heydər Əliyev Türkiyə Cümhuriyyətinə səfəri zamanı Azərbaycan və Türkiyə arasındakı münasibətləri xarakterizə etmək üçün “Bir millət, iki dövlət” konsepsiyasını yaratmışdır.[119] 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası mənşəyindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarına hörməti təmin edir.[1] Azərbaycan Respublikasının suverenliyi haqqında Konstitusiya aktı Azərbaycan Respublikasının bütün vətəndaşlarının Qanun qarşısında bərabər olduğunu təsdiq edir.[1] 2001-ci ildə Azərbaycan Respublikası Avropa Şurasının Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır.[1] 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Multikulturalizm ili” elan edilməsi haqqında sərəncam imzalamışdır.[120]

    Müxtəlif milli azlıqların nümayəndələri Azərbaycanın dövlət qurumlarında geniş təmsil olunmuşlar.[1] Milli azlıqların sıx yaşadığı ərazilərdə yerli əhalinin nümayəndələri yerli hakimiyyət orqanlarında rəhbər vəzifələri tutur.[1] Milli azlıqlara mənsub şəxslər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarında çalışır.[1] Milli azlıqların nümayəndələri Milli Məclisin bəzi daimi komissiyalarının sədri və ya sədr müavini vəzifəsində çalışır.[1]

    Milli azlıq[1] Sayı[1] Dili[1] Sıx yaşadığı ərazi[1]
    Ləzgilər 178000 Qafqazın Nax-Dağıstan dillərinə aid olan ləzgi dili, həmçinin Azərbaycan və rus dilləri Azərbaycanın şimal bölgələri
    Ruslar
    Molokanlar
    141700 Hind-Avropa dillərinin Slavyan dilləri qoluna aid olan rus dili, eləcə də Azərbaycan dili Sənaye şəhərlərində, eləcə də bir neçə kənd təsərrüfatı bölgələri
    Ermənilər 120700 Hind-Avropa dillərinin erməni qoluna aid olan erməni dili, eləcə də Azərbaycan dili Dağlıq Qarabağ, Bakı
    Talışlar 76800 Hind-Avropa dillərinin ailəsinin Hind-İran dilləri qoluna aid olan talış dili, eləcə də Azərbaycan dili Azərbaycanın cənub bölgələri
    Avarlar 50900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan avar dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
    Axısqa türkləri / Mesxeti türkləri 43400 Türk dillərinin oğuz qoluna aid olan türk (Anadolu türkcəsi) və Azərbaycan (Azərbaycan türkcəsi) dilləri Azərbaycanın şimal və aran bölgələr
    Tatarlar 30000 Türk dillərinin qıpçaq qoluna aid olan tatar dili, eləcə də Azərbaycan və rus dili Azərbaycanın şəhərləri, əsasən Bakı
    Ukraynalılar 29000 Hind-Avropa dilərinin Slavyan dilləri qoluna aid olan ukrayın dili, eləcə də Azərbaycan və rus dilləri Bakı
    Saxurlar 15900 Qafqazın Nax-Dağıstan dillərinə aid olan saxur dili, eləcə də Azərbaycan dili Zaqatala rayonu
    Gürcülər (İngiloylar) 14900 Qafqazın Kartvel dillərinə aid olan gürcü dili, eləcə də Azərbaycan dili Qax rayonu
    Kürdlər 13100 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan kürd dili, eləcə də (hazırda əsasən) Azərbaycan dili Ermənistanla silahlı münaqişədən əvvəl Laçın, Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarında sıx yaşamışdırlar. Bu ərazilərin işğalı nəticəsində başqa rayonlara məcburi olaraq köçürülmüşlər.
    Tatlar 10900 Hind-Avropa dillərinin Hind-İran dilləri qoluna aid olan tat dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri
    Yəhudilər:
    Dağ yəhudiləri
    Avropa (Əşkinazi) yəhudiləri
    Gürcü yəhudiləri
    8900 Afro-Asiya dillərinin Semit (Sami) dilləri qoluna daxil olan yəhudi dili, eləcə də Azərbaycan dili
    Tat dilinin xüsusi dialekti sayılan Dağ yəhudiləri (Cuhuri) dili, eləcə də Azərbaycan dili
    Quba rayonu (Qırmızı Qəsəbə) və Bakı şəhəri
    Udilər 4100 Qafqazın Nax-Dağıstan dillərinə aid olan udi dili, eləcə də Azərbaycan dili Azərbaycanın şimal bölgələri; xüsusilə Qəbələ rayonu (Nic kəndi) və Oğuz şəhəri
    Demoqrafik quruluşdakı dəyişikliklər bir neçə sosial nəticəyə səbəb olmuşdur.[121] Xüsusən 1991-ci ildən başlayaraq ölkədə miqrasiya saldosu mənfi xarakter daşımışdır, əhali əsasən “qastarbayter” kimi Rusiyaya emiqrasiya etmişdir.[121] Hazırda Azərbaycanda əsasən daxili miqrasiya mövcuddur.[121] Belə ki, son dövrlərdə əhalinin intensiv olaraq Bakı şəhərində, onun ətrafında və Abşeron yarımadasının digər məntəqələrində cəmlənməsi davam edir.[121] 2000-ci illərdə Azərbaycanda neft hasilatının və ixracatının sıçrayışla artması nəticəsində ölkənin milli gəliri dəfələrlə artmış, buna uyğun olaraq əhalinin gəlirləri də xeyli dərəcədə yüksəlmişdir[122].

    BMT İnkişaf Proqramının (UNDP) hər il nəşr etdiyi “İnsan İnkişafı Hesabatı” çərçivəsində tərtib edilən İnsan İnkişafı İndeksinintəhlili göstərir ki, Azərbaycan 2011-ci ildə İnsan İnkişafı İndeksinə görə 187 ölkə arasında 91-ci, Həyat Keyfiyyəti İndeksi ilə 111 ölkə arasında 86-cı yerdədir.[87] 2016-cı ildə “Mercer Human Resource Consulting” beynəlxalq konsaltinq şirkətinin araşdırmasında, nəticəsində məlum olub ki, bahalılığına görə, 214 şəhər arasında Bakı 172-ci yerdədir.[123] 2012-ci ildən fəaliyyət göstərən ASAN xidmət mərkəzləri — dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir.[124]

    b•m•r
    Ən böyük şəhərlər (Azərbaycan)
    2017-ci ilin siyahıyaalınması
    Yer Ad Rayon Əha. Yer Ad Rayon Əha.
    Bakı
    Bakı
    Sumqayıt
    Sumqayıt 1 Bakı Bakı şəhəri 2.245.800 11 Xankəndi Xankəndi şəhəri 55.700 Gəncə
    Gəncə
    Mingəçevir
    Mingəçevir
    2 Sumqayıt Sumqayıt şəhəri 339.000 12 Cəlilabad Cəlilabad rayonu 45.900
    3 Gəncə Gəncə şəhəri 331.400 13 Şəmkir Şəmkir rayonu 42.300
    4 Mingəçevir Mingəçevir şəhəri 103.200 14 Xaçmaz Xaçmaz rayonu 41.600
    5 Xırdalan Abşeron rayonu 98.100 15 Ağcabədi Ağcabədi rayonu 40.800
    6 Lənkəran Lənkəran şəhəri 87.800 16 Bərdə Bərdə rayonu 39.800
    7 Şirvan Şirvan şəhəri 85.000 17 Salyan Salyan rayonu 38.200
    8 Naxçıvan Naxçıvan şəhəri 81.800 18 Göyçay Göyçay rayonu 36.800
    9 Yevlax Yevlax şəhəri 68.400 19 İmişli İmişli rayonu 35.200
    10 Şəki Şəki şəhəri 67.400 20 Ağdaş Ağdaş rayonu 31.900
    Din
    Əsas məqalə: Azərbaycanda din

    Gəncədəki İmamzadə türbəsinin tavanı
    Azərbaycan konstitusiyasının 48-ci maddəsinə görə Azərbaycanda hər kəs istədiyi dinə etiqad etməkdə sərbəstdir.[125][126] 2015-ci ilin statistik təxminlərinə görə, Azərbaycanda yaşayan əhalinin 93.4%-i müsəlman, 3.1 %-i xristian, 3 % isə hər hansı bir dinə bağlı deyildir.[127] Yerdə qalan 0.5 %-ə isə digər dinin mənsubları aiddir.[127] Azərbaycanda 28-i qeyri-islam olmaqla 784 dini icma fəaliyyət göstərir.[128]

    Müsəlman əhalisinin 65 faizi şiə, 35 faizi isə sünnilərdir.[129] Xristianların böyük əksəriyyəti rus pravoslavlarıdır.[129] Xristianlar Bakı və bir sıra digər şəhərlərdə cəm halında yaşayırlar. Ölkənin 20000 nəfərlik yəhudi icmasının böyük hissəsi Bakıda yaşayır.[129] Qubada və başqa ərazilərdə də kiçik icmalar mövcuddur.[129]

    Şiələr, sünnilər, rus pravoslavları və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunurlar.[129] Lüteranların, roma katoliklərinin, baptistlərin, molokanların, yeddinci günün adventistlərinin və bəhailərin kiçik icmaları ölkədə yüz ildən artıqdır ki mövcuddur.[129] 1991-ci ildə Azərbaycan müstəqillik əldə edildikdən bəri “vəhhabi” və sələfi müsəlmanlar, əllincilər və digər yevangelist xristianlar, o cümlədən Yehovanın Şahidləri və Hari Krişna kimi hökumətin əcnəbi və ya “qeyri-ənənəvi” icma kimi hesab etdiyi dini qruplar yaranmışdır.[129]

    Dil
    Əsas məqalə: Azərbaycan dili
    Azərbaycan Respublikasının rəsmi dövlət dili — Azərbaycan dilidir.[130] Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qoluna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.[130] Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.[130]

    Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.[130] Azərbaycan dilinin morfoloji quruluşuna əsas (isim, sifət, say, əvəzlik, zərf, fel) və köməkçi (qoşma, bağlayıcı, ədat, modal sözlər, nida) nitq hissələri daxildir. Azərbaycan dilində ismin 6 halı (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), felin 5 (şühudi keçmiş, nəqli keçmiş, indiki, qəti gələcək, qeyri-qəti gələcək) zamanı var.[130] Felin şəkil kateqoriyası 6 formanı (əmr, arzu, şərt, vacib, lazım, xəbər) əhatə edir.[130] Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir.[130]

    Hazırda Azərbaycanda latın qrafikası əsasında yaradılmış Azərbaycan əlifbasından istifadə edilir.[130] Dövlət və özəl məktəblərdə dərslər azərbaycan dilində keçirilir, eləcə də, ingilis və rus dili tədris olunur.[131]

    Təhsil
    Əsas məqalə: Azərbaycanda təhsil

    Azərbaycan Milli Kitabxanasının Foyesi
    Azərbaycanda ümumi orta məktəb təhsili üç pillədən – ibtidai, ümumi orta və tam orta təhsildən ibarətdir və ümumi orta məktəb təhsili altı yaşdan başlanır.[132] Ölkədə 4481 ümumtəhsil məktəbi, 107 peşə ixtisas təhsili müəssisələri, 61 orta ixtisas məktəbi və 53 ali məktəbi fəaliyyət göstərir.[133][134] Azərbaycanda 15 və yuxarı yaş arasında olan əhalinin savadlılıq dərəcəsi 99,8 faizdir.[135]

    Azərbaycanın ən məşhur universitetləri Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti və ADA Universitetidir.[136] BMT-nin hazırladığı “İnsan inkişafı hesabatı 2014”-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.[135]

    Səhiyyə
    Əsas məqalə: Azərbaycanda səhiyyə
    2005-ci ildə AMEA Əlyazmalar İnstitutunda saxlanılan Təbabət və əczaçılıq işi üzrə orta əsr əlyazmalarından üçü — İbn Sinanın “Tibb elminin qanunu” əsəri (II cild), Rüstəm Curcaninin “Nizamşahın ehtiyatları” əsəri, Əbu Əl-Qasım Əl-Zəhrəvinin “Əl-Məqalə əs-Sələsun” əsəri Azərbaycanda YUNESCO-un Dünya Sənəd İrsi “Dünyanın yaddaşı” siyahısına daxil edilib.[137]

    2016-cı ildə BMT rəsmisinin bildirməsinə görə, Azərbaycanda kişilərin orta ömrü 69.6, qadınlarda isə təqribən 76 ildir.[138] 2016-cı ilin əvvəlinə ölkədə 32,5 min həkim və 54,9 min orta tibb işçisi çalışdığı 559 xəstəxana, 1750 ambulator-poliklinika, 79 təcili tibbi yardım stansiyası (şöbəsi), 137 qadın məsləhətxanası, 250 uşaq poliklinika və ambulatoriyaları, 68 sanatoriya-istirahət müəssi-sələri fəaliyyət göstərmişdir.[139]

    Azərbaycanda sağlamlıq xidməti milli və yerli hökumətlər tərəfindən təmin edilir.[140] Ödənişli şəxsi tibbi xidmət də təklif olunur.[140] Sığortası olmayan şəxslər işə götürənlər vasitəsilə yerli hökumətlər tərəfindən idarə olunan milli sağlamlıq-sığorta proqramında iştirak edə bilərlər. Xəstələr istədikləri həkimi və ya sağlamlıq müəssisəsini seçməkdə sərbəstdirlər.[140]

    Mədəniyyət
    Əsas məqalə: Azərbaycan mədəniyyəti

    Azərbaycan milli geyimlərindən biri
    Azərbaycanda mədəniyyətin inkişafına tarixən regionda baş verən siyasi və hərbi hadisələr və Azərbaycanın Şərqlə Qərbi birləşdirən ərazidə yerləşməsi təsir edib. Azərbaycandan YUNESCO-nun qeyri-maddi mədəni irs siyahısına muğam, aşıq sənəti, Novruz bayramı, xalça toxuculuğu ənənəvi sənəti, tar ifaçılıq sənəti, Qarabağ atı ilə oynanılan çovqan oyunu, kəlağayı, Lahıc misgərlik sənəti, lavaş bişirmə ənənəsi daxil edilib.[141]

    İncəsənət
    Əsas məqalələr: Azərbaycan incəsənəti, Azərbaycan xalçaları, və Azərbaycan milli geyimləri
    Azərbaycan ərazisində ən qədim maddi mədəniyyət nümunələri e.ə. VIII minilliyə təsadüf edir.[142] Təsviri sənətin ən qədim nümunələri arasında e.ə. VIII-V əsrlərdən qalmış Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir.[142]

    XIII-XIV əsrlərdə Marağa, Təbriz və Azərbaycanın başqa şəhərlərində xəttatlıq və miniatür sənəti sürətlə inkişaf etmiş, Təbriz şəhəri Şərqdə bədii yaradıcılığın, kitab sənəti, kalliqrafiya və miniatür boyakarlığının ən qüdrətli mərkəzinə çevrilmişdi.[142] XIX əsrin əvvəllərində Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsi ilə Azərbaycan təsviri sənətində realist təmayüllər getdikcə güclənir, bədii yaradıcılığın yeni növ və janrları meydana gəlir. “Molla Nəsrəddin” və digər jurnalların, eləcə də kitab nəşri ilə bağlı satirik qrafika və illüstrasiya janraları yaranır.[143] “Molla Nəsrəddin” jurnalının rəssamı Əzim Əzimzadə dövrün ictimai-siyasi problemləri ilə səsləşən realist qrafika sənəti sahəsində geniş fəaliyyət göstərirlər. Azərbaycan satirik qrafikasının banisi Əzimzadə ictimai bərabirsizliyi, cəhaləti, fanatizmi, çarizm zülmünü ifşa edən kəskin karikaturalar, şarjlar yaradır.[143] Müasir satirik qrafikanın inkişafı əsasən “Kirpi” jurnalının fəaliyyəti ilə bağlıdır.

    Azərbaycan xalça sənətinin elm sahəsi kimi öyrənilməsi və professional rəssamların yaradıcılığında müasir inkişafı Azərbaycanın xalq rəssamı Lətif Kərimovun adı ilə bağlıdır. Şərq, o cümlədən Azərbaycan xalçası və dekorativ – tətbiqi sənətinin mahir bilicisi, görkəmli ornamentalist – rəssam, tədqiqatçı alim kimi tanınan L.Kərimov uzun illər Azərbaycan xalçalarını tədqiq etmiş, Azərbaycan dekorativ sənətini yeni ornamentlərlə zənginləşdirmiş, ənənəvi bəzək elementləri əsasında yeni dekorativ motivlər yaratmışdır. Azərbaycan xalçaları 2010-cu ilin noyabr ayında UNESCO-nun “Qeyri-maddi Mədəni İrs” siyahısına salınmışdır.[144][145]

    Azərbaycan mədəniyyəti ilə Avropa mədəniyyətinin qarşılıqlı təsiri əhəmiyyətli nəticələr doğurmuşdur. Bəhruz Kəngərli Əzim Əzimzadə ilə birlikdə Sovet Azərbaycanının təsviri sənətinin təməllərini atmışdır. XX əsrdə fəaliyyət göstərən məşhur Azərbaycan rəssamları Tahir Salahov, Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Vidadi Nərimanbəyov, Rasim Babayev, Qəzənfər Xalıqov və Toğrul Nərimanbəyov idi.[146]

    Ədəbiyyat
    Əsas məqalələr: Azərbaycan ədəbiyyatı və Azərbaycan folkloru

    Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində İmadəddin Nəsimi rəsmi
    Azərbaycan ədəbiyyatının ən qədim nümunələri Zərdüşt peyğəmbərə aid edilən “Avesta” kitabı və Kitabi-Dədə Qorqud dastanıdır. Orta əsrlər Azərbaycanda ədəbiyyatının inkişafında mühüm rolu İzzəddin Həsənoğlu, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və Nizami Gəncəvi oynamışlar. Orta əsrlərin digər parlaq simalarından Molla Vəli Vidadini və Azərbaycan ədəbiyyatında realizmin əsasını qoyan Molla Pənah Vaqifi qeyd etmək olar. Həmin dövrdə Azərbaycan aşıq sənətinin mahir icraçılarına Aşıq Qurbani, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Abbas Tufarqanlı, Aşıq Valeh, Aşıq Ələsgər və s. aşıqları misal çəkmək olar.

    XIX əsrdə Azərbaycan ədəbiyyatı Qərb ədəbiyyatına inteqrasiya etməyə başlamışdır. Bu dövrdə Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Cəlil Məmmədquluzadə kimi şair və yazıçılar yetişdi. XIX əsrin ortalarında Mirzə Fətəli Axundzadə yazdığı 6 komediya (“Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”, “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat”, “Dərviş Məstəli Şah Cadükuni Məşhur”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Hekayəti Xırsi-Quldurbasan”, “Sərgüzəşti Mərdi-Xəsis” və “Mürafiə vəkillərinin hekayəti”) ilə Azərbaycan ədəbiyyatında yeni janrın — dramaturgiyanın əsasını qoyur. O, həmçinin Azərbaycan ədəbi tənqidinin əsasını qoymuş, “müsəlman dünyasının Molyeri” adlandırılmışdır.[147] 1896-cı ildə Nəcəf bəy Vəzirov ilk Azərbaycan tragediyası olan “Müsibəti-Fəxrəddin”i yazmışdır.[148] Nəriman Nərimanov ilk Azərbaycan tarixi tragediyası olan “Nadir şah”ın müəllifidir.[149] Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramatuqdur.[150] XX əsrin əvvəllərində Məhəmməd Hadi, həmçinin Hüseyn Cavid və Abbas Səhhət Azərbaycan ədəbiyyatında romantizmin əsası qoyur. Mirzə Ələkbər Sabir isə Şərqdə Sabir ədəbi məktəbinin əsasını qoyur.

    Sovet dövrü Azərbaycanının yazıçılarına Rəsul Rza, Məmməd Səid Ordubadi, Süleyman Sani Axundov, Mirzə İbrahimov, Ənvər Məmmədxanlı, Səməd Vurğun daxildir. Müasir dövr Azərbaycan yazıçıları arasında ən məşhurları kinodramaturq Rüstəm İbrahimbəyov və dedektiv romanların müəllifi Çingiz Abdullayevdir. Ən məşhur Azərbaycan şairlərinə isə Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Baba Pünhan misal göstərilə bilər.[151]

    Fəlsəfə
    Əsas məqalə: Azərbaycan fəlsəfəsi
    Azərbaycan fəlsəfəsi anlayışı tarixən Azərbaycanda və ölkə xaricində yaşayan müxtəlif dil, din və mədəniyyətlərin daşıyıcıları olan azərbaycanlıların fəlsəfəsinin təşəkkül və təkamülünü əhatə edir. Müasir elmi məlumatlara görə, Azərbaycanda fəlsəfi fikrin inkişafı dördüncü minilliyinə qədəm qoymuşdur. Bu ölkədə qədim dövrlərdən başlayaraq yüksək sivilizasiyaların bir-birini əvəz etməsi, müxtəlif dil, din, həyat tərzlərinin çulğaşması Azərbaycan etnosunun mənəvi mədəniyyətinin məhvəri olan fəlsəll fikir və dünyagörüşünün təşəkkül və təkamülü üçün münbit zəmin yatmışdır. Azərbaycanda fəlsəfi mədəniyyətin inkişafında onun coğrafi mövqeyi, təbii zənginliyi, tarixən yüksək şəhər mədəniyyəti, daim müxtəlif dil və din daşıyıcıları olan regionlarla əlaqələrinin mövcudluğu mühüm rol oynamışdır. Bunların sayəsində artıq e.ə. I minilliyin birinci yarısında ölkənin ictimai şüurunda varlığın təkamülü, başlanğıcı və sonunun, insan və mühitin, maddi və qeyri-maddinin, rasional və irrasionalın münasibətlərinin, həqiqət, xeyir, şər və ədalətin çoxçalarlı əlaqələrinin dərkinə yönəlmiş fəlsəfi mülahizələr və onları ehtiva və təmsil edən mifologiya və dinIə bağlı, kökləri keçmiş minilliklərə gəlib çıxan müxtəlif ideoloji cərəyanlar olmuşdur. Azərbaycanda fəlsəfi fikrin inkişafını izləmək üçiin keçmişin mühüm yazılı abidələri – Avesta, pəhləvi mətnləri, qədim yunan filosofları və tarixçilərinin əsələri, orta əsr yazılı abidələri, ölkə ərazisindəki arxeoloji qazıntıların materialları, dil və şifahi ədəbiyyat tarixinin tədqiqi və s. araşdırmalar geniş imkanlar yaradır. Fəlsəfi dünyagörüşünün təşəkkülü insanın təbiətə münasibətində fetiş, totem, ruh, ilahilər və s. bu kimi təzahür formaları ilə bağlı olmuşdur. Bu təsəvvür və təlimlər, müxtəlif kultlarda və mühitdən özünümüdafiəsinə yönəlmiş magiyada da əksini tapmışdır. Müasir elm e.ə. l minilliyin birici yarısında Azərbaycanda zərvanilik, maqlar (muğlar) təlimi və zərdüştilik fəlsəfəsinin geniş yayıldığını göstərir. Azərbaycan fəlsəfi fikrinin inkişafında VII-X əsrlər özünəməxsus mərhələ olmuşdur. Bu dövrdə artıq fəlsəfi fikrin təməl cərəyanları formalaşmış ölkədə fəlsəfonin sonrakı inkişafı xristian və islam mədəniyyətləri məcrasında davam etdirilmişdir. VII-VIII əsrlərdə ilahiyyat fəlsəfəsi inkişaf elməyə başlayır. İslamın fəlsəfi şərhi ilahiyyatçıların birbaşa vazifasinə çevrilir. Buna baxmayaraq, həmin vəzifənin icrası prosesində fikir ayrılıqları da olurdu. O dövrdə Azərbaycanda ortodoksal fəqihlərdon Əhməd ibn Harun Bərdici, Məkki ibn Əhmod Bərdəi, Musa ibn İmran Səlmasi və başqaları məşhur idilər. Rasionalizmi və azadfikırliliyi ilə səciyyələnən mötəzili cərəyanın Azərbaycanda görkəmli nümayəndələri isə IX əsrdə yaşamış məşhur alim və ilahiyyatçılar Cəfər Həmədani Bağdadi, Əbubəkr Məhəmməd ibn Ömər ibn Abdulla Bordəi, Əbusəid Əhməd Bərdəi, Bəhmənyar Azərbaycani və b. idi. XIII-XVIII əsrlərdə Azərbaycan fəlsəfi fiıkri üçün bütövlükdə idealizmlə panteizmin, irrasionalizmlə rasionalizmin, mövcud sosial quruluş və etik normaların qəbulu ilə onların tənqidi, orta əsrlərin mürəkkəb şəraitində azadfikirliliyin mövcudluğu səciyyəvi idi.[152]

    Musiqi
    Əsas məqalələr: Azərbaycan musiqisi və Azərbaycan rəqsləri

    2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.
    Azərbaycan musiqisi eklektik və çoxşaxəlidir. Azərbaycanın simli musiqi alətlərinə qopuz, çoğur, çəqanə, bərbət, çəng, rud, səntur, tar, kamança, qanun, saz, Şirvan tənburu, nəfəsli musiqi alətlərinə isə tulum, ney, zurna, balaban, tütək daxildir.[153] Azərbaycanın xalq musiqi janrları olan muğam, meyxana və Azərbaycan aşıq yaradıcılığı Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsidir.[154]

    Azərbaycan Qərb klassik musiqisi ilə XX əsrdə tanış olmuşdur və bu Azərbaycan klassik musiqisi janrını formalaşmışdır. 1907-ci ildə “Leyli və Məcnun”u bəstələyən Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin əsasını qoydu. Bu opera nəinki Azərbaycanda, həmçinin İslam aləmində yazılan ilk opera idi.[155] Azərbaycanda müasir professional balet sənətinin mənşəyi milli opera və operettanın inkişafı ilə əlaqədardır. Ölkədə həm də Azərbaycan cazı, Azərbaycan roku, Azərbaycan hip-hopu kimi müasir musiqi janrları daim inkişaf edir. Azərbaycan pop musiqisi isə 2011-ci ildə Eldar Qasımov və Nigar Camal duetinin ifa etdiyi “Running Scared” adlı mahnı Azərbaycanın ilk qalibiyyəti olaraq Avroviziya Mahnı Müsabiqəsinin tarixinə düşmüşdür.[156]

    Kinematoqrafiya
    Əsas məqalələr: Azərbaycan kinematoqrafı və Azərbaycan televiziya kanallarının siyahısı

    Heydər Əliyev Mərkəzində “Arşın mal alan” filminin rəngli formatda premyerası
    Azərbaycan kino sənətinin tarixi 1898-ci il iyunun 21-dən başlayır.[157] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri (“Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Qafqaz rəqsi” və s.) və bir bədii kinosüjetdən (“İlişdin”) ibarət idi.[157] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[157] Filmi çəkmək ücün Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdu.[157] Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[157] Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[157] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi. Azərbaycan Xalq Cümhuriyyəti 1919-cu ildə özünün ildönümünü bayram etdiyi günlərdə kinematoqrafçılar onu lentə almış, “Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə” adlı tammetrajlı sənədli film yaratmış və o, həmin ilin iyul ayında ekranlarda geniş nümayiş etdirilmişdir.[157]

    1950-ci illərinin ikinci yarısından sonra, xüsusilə 1960-cı illərin sonunda Azərbaycan kinosunda bir canlanma əmələ gəldi.[157] Bu illərdə kinostudiyada “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Uzaq sahillərdə”, “Bir qalanın sirri”, “Telefonçu qız”, “Yenilməz batalyon”, “Uşaqlığın son gecəsi”, “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim”, “Dəli Kür”, “Şərikli çörək” kimi sənət əsərləri yaradıldı.[157] 1970-1990-ci illəri Azərbaycan kinosunun intibah dövrü adlandırırlar.[157] Həmin dövrdə çəkilmiş bir sıra kino əsərlərində, o cümlədən “Sevil”, “Dədə Qorqud”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Ad günü”, “Babək”, “Təkcə adanı özünlə apara bilməzsən”, “Atları yəhərləyin”, “Yaramaz”, “Fəryad” filmlərində tarixi və müasir həyata müxtəlif baxışlar, insan amili, xarakterlərin təhlili, gənclərin formalaşması, mənəvi-əxlaqi problemlərin qaldırılması və s. məsələlər əsas yer tuturdu.[157]

    SSRİ dağıldığından sonra ilk dövrdə Azərbaycanda baş verən məlum hadisələr, hakimiyyət uğrunda gedən mübarizə, Qarabağ müharibəsi və s. Azərbaycan kinematoqrafını inkişafdan saxladı, hətta tənəzzülə uğratdı.[157] Ancaq 2000-ci illərin sonunda Azərbaycan kinematoqrafı özünü bərpa etməyə başladı, “Ovsunçu”, “Arxada qalmış gələcək”, “Qala”, “Sahə”, “Çölçü”, “Buta”, “Dolu”, “Nabat”, “Nar bağı” kimi filmlər bir sıra dünya kino festivallarında iştirak etmiş və mükafatlar qazanmışdır.[158][159][160] Onlardan bəziləri Amerika Kino Akademiyasının təsis etdiyi “Oskar” mükafatının “Ən yaxşı əcnəbi film” nominasiyasına namizədliyini irəli sürmüşdür və bir sıra beynəlxalq festivallarda uğur qazanmışdır.[161][162]

    Memarlıq
    Əsas məqalə: Azərbaycan memarlığı

    Azərbaycan memarı Əcəmi Naxçıvaninin əsas əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri olan Mömünə Xatun türbəsi.
    Azərbaycan memarlığı Şərq və Qərb elementlərindən ibarətdir.[163] X-XII yüzillikərdə Azərbaycanda müxtəlif memarlıq məktəbləri yaranmışdır.[164] Bunlar Aran, Təbriz, Naxçıvan, Şirvan, Abşeron memarlıq məktəbləridir. Bu memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.[164] Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbələrinin, eləcə də hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar Əcəmi Naxçıvani yaradıcılığı təşkil edir.[164]

    Müasir Azərbaycanda Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq xəzinələri indiyə kimi qorunub qalmışdır. Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin (Binəqədi, Bakıxanov, Montin, Məmmədyarov) salınması ilə əlaqədar olub.[164] Fabrik, zavod, anbar binaları, liman, körpü, vağzal və s. tikililər Azərbaycanda sənaye-nəqliyyat qurğuları memarlığının yaranmasına səbəb olmuşdur.[164]

    Qarabağ müharibəsi nəticəsində Qarabağ və ətraf ərazilərdə Azərbaycanın külli miqdarda memarlıq abidələri məhv edilmişdir.[165] Müstəqillik qazanandan sonra da, Azərbaycanın ən görkəmli yerlərində müasir memarlıq ansamblları yaradılmış, şəhərin simasını müəyyən edən Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tower kimi göydələnlər tikilmişdir.[166]

    Mətbəx
    Əsas məqalə: Azərbaycan mətbəxi

    Dovğa
    Azərbaycan mətbəxi — təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissəsidir.[167] Azərbaycan mətbəxi – mətbəx mədəniyyətini, onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, fiziologiyanı, gigiyenanı, kimyanı, avadanlığı, etikanı, estetikanı, poeziyanı və mətbəxin sair aspektlərini, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə ahəngdar şəkildə birləşdirir.[167] Azərbaycan xalqının dühası ilə onun tarixən yaşadığı indiki Azərbaycan Respublikası, Güney Azərbaycanı, İrəvan xanlığı, Zəngəzur və Göyçə mahallarının torpaqlarında, Gürcüstanda azərbaycanlıların qədimdən bəri yaşadıqları Borçalı bölgəsində, Dağıstan ərazisində və onun ətrafında yaradılmışdır.

    İdman
    Əsas məqalə: Azərbaycanda idman

    200 metr məsafəyə qaçışda dünya və Avropa çempionu Ramil Quliyev
    Ənənəvi idman növü olan güləş Azərbaycanın milli idman növü hesab edilir.[168] Azərbaycanın digər ənəvi oyunlarına nərd, çövkən və zorxana daxildir.[168] Ölkədə döyüş sənətləri olan cüdo, karate və boks ilə məşğul olan xeyli insan var. 2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etmişdir.[169] 2017-ci ildə Bakı şəhərində 2017 İslam Həmrəyliyi Oyunları keçirilmişdir.[170] 1996-cı ildən Azərbaycan Olimpiya Oyunlarında təmsil olunur və indiyə kimi 7 qızıl, 25 gümüş və 43 bürünc medalı qazanmışdır.[171]

    Azərbaycan dünyada şahmat ölkələrindən biri kimi tanınır.[172] Ölkənin kişilər üzrə şahmat yığması üç dəfə Avropa çempionu, qadın yığması isə Avropa çempionatının bürünc medalçısıdır.[173][174] 2016-cı ildə Bakıda 42-ci Şahmat Olimpiadası keçirilib.[175]

    Voleybol hazırda ölkədə ən məşhur idman növlərindən biridir. Azərbaycanın Azərreyl və Lokomotiv Bakı Avropa Qadınlar CEV Çağırış Kubokunun qalibi olmuşlar.[176][177] Ölkədə digər populyar idman növlərindən futzal, gimnastika və cüdonu qeyd etmək olar.[178]

    1992-ci ildə Azərbaycan Premyer Liqasının qurulmasından sonra futbol daha populyarlıq əldə etmişdir.[179] Azərbaycandan UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında “Qarabağ”, “Qəbələ” və “Neftçi” isə Avropa Liqasının qrup mərhələsində dəfələrlə iştirak edib.[180][181] 2019-cu ildə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.[182] 2020-ci ildə Bakıda UEFA Avro 2020-nın qrup mərhələsi və 1/4 finalına ev sahibliyi edəcək.[183]

    2000-ci ildən sonra Azərbaycanda Baku Cup, Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016, FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012, 2010 Güləş üzrə Avropa Çempionatı, Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, 2018 Cüdo üzrə Dünya Çempionatı kimi beynəlxalq idman yarışları keçirilib.[184][185] Hal-hazırda ölkədə Tour d’Azerbaidjan velosiped yarışları və Formula-1 çempionatının Azərbaycan Qran Prisi keçirilir.[186]

  • Əzizə Türkan ƏHMƏDOVA.”UŞAQLARA MƏHƏBBƏTLƏ”

    Uşaq ədəbiyyatının dünya miqyasındakı əhəmiyyətindən danışmaq həmişə nəinki lazımdır, həm də zəruridir. Yetişən gənc nəslin – uşaqların təfəkkürünün dərinliyi, dünyagörüşünün formalaşması, balaca balaların milliliyi və geniş eridusiyası bu sahədə çalışan yazıçıların sanbalından və qələminin zənginliyindən çox asılıdır.
    Dağıstanın görkəmli şairi Rəsul Həmzətovun vaxtilə eşitdiyim bir çıxışı həmişə yadımdadır. O demişdi: ”Biz gəzməyə çıxanda uşaqları çiynimizə qaldırırıq ki, onlar bizdən uzaqları görsünlər”.
    Şairin bu hikmətli fikri uşaq ədəbiyyatının qarşısında duran başlıca vəzifəni yerinə yetirmək – uşağa çox, bacardıqca çox bilik, mə’lumat, bilgi vermək zəruriyyətindən doğur.
    Müasir dünyada sosial vəziyyəti həqiqətən ağır olan baxımsız uşaqlar hələ də az deyil. Dövlətlərin vəzifəsi bu vacib problemi diqqət mərkəzində saxlamaq, ona lazımi qayğını göstərməkdir.
    Ölkəmizdə uşaq ədəbiyyatının inkişaf problemi ilə bağlı gözəl bir ən’ənə mövcuddur, sözsüz ki, sabah da mövcud olacaq. Bu baxımdan ”Ilin ən yaxşı kitabı”, ”Vətən”, ”Qızıl qələm”, ”Araz”, ”Tofiq Mahmud” ali ədəbi mükafatlarının laureatı, filologiya elmləri namizədi, tanınmış şair, ədəbiyyatşünas Rafiq Yusifoğlunun ”Uşaq ədəbiyyatı” (”Təhsil” nəşriyyatı, 2002) kitabının əhəmiyyəti böyükdür. Kitab hər cəhətdən – həm sosial, ictimai, həm də estetik cəhətdən kamildir, diqqəti cəlb edir.
    Rafiq Yusifoğlu – bu sakit, mülayim, mədəni insan, həm də uşaqların sevimli şairidir. Müəllifin neçə-neçə şe’rlər kitabı məktəblilərin sevə-sevə oxuduqları kitablardandır. Onun, həqiqətən dəyərli şe’r kitabları nəşr olunmuşdur. Ancaq məhz ”Uşaq ədəbiyyatı” kitabında Rafiq Yusifoğlu özünü uşaq ədəbiyyatının kamil bilicisi kimi tam aydın mövqeyi ilə təsdiq etmişdir.
    ”Uşaq ədəbiyyatı” kitabı dərs vəsaitidir. Onun əsas ideyası bütövlükdə Azərbaycan, eləcə də dünya uşaq ədəbiyyatının görkəmli nümayəndələri haqqında yığcam məqalələr vasitəsi ilə onları tanıtmaq, habelə müəlliflərin əsərlərindən ən tipik nümunələri oxuculara çatdırmaqdır.
    Kitab tərbiyəçilər, müəllimlər, tələbələr, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Bəri başdan deyək ki, belə lazımlı kitabın 500 nüsxə tirajla nəşr olunması, ən azı insafsızlıqdır. Tirajın belə az olması ona gətirib çıxarıb ki, çoxsaylı oxucu kitabsız qalıb.
    Rafiq Yusifoğlunun Azərbaycan yazıçıları haqqında mə’lumatları üslubunun yüngüllüyünə, lakonikliyinə, aydınlığına, dəqiqliyinə və emosilnallığına görə seçilir. O, hər yazıçının öz yazı tərzi, öz üslubu olduğu kimi, məqalələri də bu baxımdan təkrarsızdır, özünəməxsusdur. Məncə, bütün bu məziyyətlər müəllifin oxucu qarşısında duyduğu məs’uliyyət hissindən irəli gəlir.
    Kitabda müəllifin yazdığı sadə, aydın, ağıllı giriş sözünün də öz çəkisi var və xüsusi qeyd olunmağa layiqdir.
    Bütün kitabı ümumiləşdirmiş olsaq, onu xüsusi qeyd etmək lazımdır ki, kitabın hər sətrində müəllifin mövzuya aydın mövqeyi və hədsiz məhəbbəti duyulur. Görünür, Rafiq Yusifoğlunu uşaq ədəbiyyatının problemləri daim qayğılandırır.
    Sonda mən müəllifi, eləcə də Azərbaycan uşaq yazıçılarının yaşlı və gənc nəslini belə dəyərli kitabın nəşri münasibətilə təbrik edirəm.

    ”Ədəbiyyat qəzeti”, 18 aprel 2003-cü il.

  • Əməkdar mədəniyyət işçisi Rafiq YUSİFOĞLU.Seçmə şeirlər

    SALAM, AY ÖZGƏNIN SƏADƏT QUŞU

    Hələ çatmamısan öz ünvanına,
    Ancaq gözlərinə çöküb qaranlıq.
    Salam, ay özgənin səadət quşu,
    Yorulub çiynimə qondun bir anlıq.

    Kimsənin qisməti deyil gərəyim,
    Qəlbimə yüz həsrət sığınacaqdır.
    Taleyim belədi, mənim ürəyim
    Qərib sevgilərə sığınacaqdır.

    Duyuram, ürəyin safdı, təmizdi,
    Olmayıb heç zaman zaval yaxşıya!
    Adın da, eşqin də mənə əzizdi,
    Qalsan şad olaram, getsən yaxşı yol!

    Hansı ürəyəsə düşən açarsan,
    Ilk dəfə qalxırsan göyə sən hələ.
    Bir az dincini al, sonra uçarsan,
    Mənzilin uzaqdı deyəsən hələ…

    Xalisdən ayıra biləndə qəlpi,
    Nakam taleyinə qərib söyəcək!
    Bəlkə nə zamansa sevdalı qəlbin
    Mənim ürəyimçün qəribsəyəcək?!

    Şairin başından çıxıbdır huşu,
    Sevgi çəmənindən çiçək dər mənə.
    Salam, ay özgənin səadət quşu,
    Bircə lələyin də bəs edər mənə!

    01. 09. 2001

    BİR KÖRPƏ AĞ SEVİNC

    Coşqun dağ selləri axıb, durulub,
    Özünə zülm etmək, vallah, hədərdi.
    Bu dünya əzəldən belə qurulub;
    Əvvəli sevincdi, sonu kədərdi.

    Həyat sarayında beş-on kərpic var,
    Əcəl dəstələyir ömrü əlinə.
    Dönür postamentə dərdlər, ağrılar,
    İnsanlar çevrilir qəm heykəlinə.

    Məni danlamayın sözümün üstdə,
    Ürəyim fərəhlə döyünür hələ.
    Kədərin qartımış dizinin üstdə
    Bir körpə ağ sevinc böyüyür hələ…

    SEVGİ MÜHARİBƏSİ

    ”Sevgi müharibəyə bənzəyir, onu başlamaq asan, dayandırmaq çətindir” – Sizi müharibəyə səsləyirəm…
    Bir məktubdan

    Başı sevgi havasıyla
    dumanlanan bir qız
    mənə ultimatum göndərib.
    O, hələ müharibənin
    nə olduğunu bilmir,
    mənimsə ürəyimi
    sevgi qoşunları
    viranəyə döndərib…
    Bəbəkləri işım-işım
    işıldayır,
    Baxşlarında
    tufan qoxusu var.
    O hələ bilmir ki,
    işığa can atan ürəyin
    ütülmək qorxusu var.
    Mənə sevgi müharibəsi
    elan eləyiblər;
    içindən həsrət qoşunları
    keçən ürəyim
    həmişə səfərbərdi,
    həmişə mətindi…
    Ancaq bilirəm ki,
    bir qız ürəyini fəth eləmək
    Ölkə fəth eləməkdən
    qat-qat çətindi…

    17.05.2008

    LAYLAY, QƏBƏLƏM,
    LAYLAY

    Torpağın içindəki
    Şəhəri görmürsən bəs?
    Ayağının altında
    Tarix yatır, yavaş gəz!

    Itirib-axtarmasaq,
    Küsər Qəbələ birdən.
    Qazıb üzə çıxartdıq
    Qəbələni qəbirdən…
    ***
    Qəbələ bir yüyrükdü,
    Onu zaman tərpədir.
    Qaraçay, Qocalançay
    Sanki yüyrük ipidi.

    Qaraçay, Qocalançay
    Həzin-həzin oxuyar.
    Bu yüyrüyün içində
    Tarix gedib yuxuya.
    ***
    Evinin, hasarının
    Kərpici uçub lay-lay.
    Laylay, gözümün nuru,
    Laylay, Qəbələm, laylay!

    Laylay, ulu şəhəri
    Salan memar əlləri.
    Laylay, evim-eşiyim,
    Laylay, ötən illərim.

    Laylay, düşmən oxuna
    Sipər olan sinələr.
    Laylay, ulu babalar,
    Laylay, ulu nənələr!

    Biz sizi unutmarıq,
    Düşmənə uduzmarıq.
    Yatın, arxayın yatın,
    Yerinizdə biz varıq!

    1985

    BU PAYIZ ÖMRÜMDƏN
    KÖÇÜNÜ ÇƏKDI

    Həsrətin qanatdı könül yaramı,
    Bir nakam məhəbbət içini çəkdi.
    Ömrü xəzan oldu doğmalarımın,
    Bu payız ömrümdən köçünü çəkdi.

    Bu payız kövrəltdi məni yamanca,
    Duydum ki, dünyada tənhayam, təkəm.
    Baxıb yarpaqları qopan ağaca
    Az qaldım gözümdən mən də yaş tökəm.

    Payız neçə bağın, neçə ağacın
    Saçına sehrli əlini çəkdi.
    Daldım xəyallara mən acı-acı,
    Gözümə ayrılıq dumanı çökdü…

    2000

  • Şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib

    Şakir RƏHMAN, FOTOMÜXBİR

    Şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib
    28 noyabr 2018-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron Rayon Mədəniyyət Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Evinin sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Şair olmaq zülümdür” adlı yeni şeirlər kitabının və “55” illik yubileyinə həsr olunan möhtəşəm tədbir düzənlənib.
    Tədbirdə mədəniyyət, ədəbiyyat, incəsəcət xadimləri, müəllifin qələm yoldaşları, dostlarının, Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak ediblər.

    Sumqayıt Regional Mədəniyyət İdarəsinin Mətbuatxidməti

  • Mirzə Şəfi ədəbi ənənələri bərpa olunur

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında gənc yazarlar üçün “Mirzə Şəfi Vazeh ədəbi məclisi” təşkil olunacaq.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu məclisdə məktəblilər və tələbələr bədii əsərlərin yazılma sirlərini öyrənəcək, şeir, poema, esse, nağıl və s. janrlarda yazdıqları yazıları təqdim edəcəklər. Ədəbi məclisin sədri, “Sehirli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimovadır.

    Məclisin hər üzvünə üzvlük biletləri təqdim ediləcək. Ən yaxşı gənc yazarlar isə diplom və təşəkkürnamələrlə təltif olunacaqlar. Məclis dekabr ayından başlayaraq şənbə günləri təşkil olunacaq.

  • Daşkənd və Bakıda dramaturq Maqsud Şeyxzadənin 110 illik yubileyi qeyd olunacaq

    Bu il özbək ədəbiyyatının klassiki, şair, dramaturq, tərcüməçi, soydaşımız Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi tamam olur.

    AZƏRTAC-a Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən (AMM) verilən məlumata görə, bu münasibətlə Daşkənd və Bakıda beynəlxalq elmi konfranslar keçiriləcək.

    Belə ki, bu il dekabrın 14-də Daşkənddə baş tutacaq tədbir AMM-i Özbəkistan Milli Elmlər Akademiyasının Nəvai adına Ədəbiyyat İnstitutu, habelə Şeyxzadənin uzun illər fəaliyyət göstərdiyi Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin təşkilatçılığı və “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin dəstəyi ilə reallaşacaq.

    Konfransda Özbəkistan elminin, ədəbiyyatının tanınmış simaları – akademiklər Naim Kərimov, Baxtiyar Nazarov, ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Hamidulla Hamidi, Hamidulla Boltabayev, Babaxan Şərif və başqaları məruzələrlə çıxış edəcəklər.

    Öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan böyük şair və dramaturq Maqsud Şeyxzadənin yubileyi ədibin vətəni Azərbaycanda da geniş qeyd olunacaq.

    Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycanın “Kaspi” qəzeti və eyni adlı Təhsil Şirkəti ilə birgə təşkil olunacaq yubiley tədbiri Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

    Tədbirlər çərçivəsində Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdiriləcək.

    Yubileylə əlaqədar Mədəniyyət Mərkəzin layihəsi ilə Daşkənddə çap olunmuş “Özbək şeir çələngi” adlı kitabda Şeyxzadənin “Bir zamanlar”, “Bahar yağışı” adlı şeirləri özbək və Azərbaycan dillərində yer alıb. Tədbirlər çərçivəsində bu kitab iştirakçılara təqdim olunacaq.

    Qulu Kəngərli
    AZƏRTAC-ın xüsusi müxbiri
    Daşkənd

  • Türkiyənin “Kanal 7” televiziyasında Azərbaycandan bəhs olunub VİDEO

    Türkiyənin “Kanal 7” televiziyasında Özlem Tuncanın təqdimatı ilə hər bazar günü yayımlanan “Dünyanı gəzirəm” verilişinin budəfəki buraxılışında ölkəmizdən bəhs olunub.

    AZƏRTAC xəbər verir ki, verilişdə paytaxt Bakının görməli yerləri, tarixi məkanları barədə geniş məlumat verilir.

    Aparıcı izləyicilərinə Bakıda ilk dəfə şəhər turuna çıxdığını deyir. Bildirir ki, Azərbaycanın paytaxtı müasir memarlıq üslubu və tarixi məkanları ilə daim turistlərin diqqətini özünə çəkən bir şəhərdir.

    Müəllif bildirir ki, Bakı bir-birindən gözəl park və xiyabanları, Xəzər dənizinin sahili boyu uzanan bulvarı, geniş və səliqəli küçələri ilə göz oxşayır. Bakının simvollarından biri olan “Alov qüllələri”, qədim İçərişəhər haqqında türkiyəli izləyicilərə məlumat verən aparıcı küçələrindən ədviyyat qoxusu gələn tarixi qala divarlarının əhatələdiyi İçərişəhərin onda xoş bir təsir oyatdığını vurğulayır. Verilişdə Şirvanşahlar sarayının Bakının unikal tarixi məkanlardan olduğu bildirilir. Burada sərgilənən muzeydəki eksponatların bu yurdun qədim tarixindən soraq verdiyi diqqətə çatdırılır.

    Verilişdə “Dünyanı gəzirəm”in yaradıcı heyətinin səfər çərçivəsində Bakının Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət etdikləri bildirilir.

  • Üç ölkənin opera ulduzları Bakıda eyni səhnəni bölüşəcək

    Dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası təqdim olunacaq.

    Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İrina Jitinskanı dəvət edib. Səhnə əsərində, həmçinin Ukrayna Milli Operasının solisti, Ukraynanın Xalq artisti Andrey Romanenko, Opera və Balet Teatrının aparıcı solistləri – Xalq artistləri Əli Əsgərov və Gülnaz İsmayılova, Əməkdar artistlər İnarə Babayeva, Cahangir Qurbanov, Tural Ağasıyev, Əliəhməd İbrahimov və solist Nina Makarova da çıxış edəcək. Opera Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə ediləcək.

  • UNESCO-nun baş qərargahında TÜRKSOY-un 25 illik yubileyi qeyd olunub

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 25 illik yubileyini silsilə tədbirlərlə təntənəli şəkildə qeyd edir. ABŞ, Yaponiya, Türkiyədən sonra TÜRKSOY-un Gənclər Kamera Orkestri təşkilatın 25 illik yubileyi münasibətilə Avropa turnesinə çıxıb.

    AZƏRTAC xəbər verir ki, Parisdə yerləşən UNESCO-nun baş qərargahında türk dünyasını təmsil edən 5 ölkədən 27 artistin iştirakı ilə təşkil edilən konsert proqramı tamaşaçıların rəğbəti və alqışları ilə qarşılanıb.

    Əvvəlcə Nərminə Rəsulbəyova TÜRKSOY-un tarixi və 25 illik yubileyi barədə məlumat verib.

    Sonra çıxış edən qurumun baş katibi Düsen Kaseinov TÜRKSOY-un üzv dövlətlərinin mədəniyyət nazirləri adından tamaşaçıları salamlayıb və kamera orkestri haqqında danışıb. O, UNESCO-nun rəhbərliyinə, Azərbaycanın, Türkiyənin və Qazaxıstanın bu təşkilat yanındakı daimi nümayəndəliklərinə təşəkkürünü bildirib. TÜRKSOY-un baş katibi dünyanın yaradıcı gənclərinin dostluğu sayəsində mədəniyyətlər və dinlər arasında dialoqu möhkəmlətmək məqsədi daşıyan belə tədbirlərin əhəmiyyətini vurğulayıb. Bildirib ki, türk mənşəli xalqların musiqiçilərindən ibarət orkestr ümumi mədəniyyətimizin, adət-ənənələrimizin bütün dünyada tanıdılması istiqamətində vacib rol oynayır.

    Diqqətə çatdırıb ki, TÜRKSOY yarandığı gündən UNESCO ilə mədəniyyət, maddi və qeyri-maddi mədəni irsin mühafizəsi sahələrində daim sıx əməkdaşlıq edir.

    UNESCO-nun üzv dövlətlər və tərəfdaşlar bölməsinin direktoru Genc Seiti bildirib ki, mədəni irsin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi təşkilatın əsas məqsədidir. O, xalqların daha da yaxınlaşmasında mədəniyyətin rolundan danışıb. TÜRKSOY-un Gənclərdən Kamera Orkestrinin də milli ənənələrin gələcək nəsillərə ötürülməsində böyük rolu olduğunu diqqətə çatdırıb.

    Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstandan olan gənc ifaçılardan ibarət Kamera Orkestrinin konserti olub. Azərbaycan Simfonik Orkestrinin dirijoru, TÜRKSOY Gənclər Kamera Orkestrinin qonaq-dirijoru Mustafa Mehmandarovun idarə etdiyi orkestrin konsertində türk dünyası klassiklərinin əsərləri səsləndirilib. Konsertdə azərbaycanlı Hüsenalıyev Hüseynalı (skripka) və Üzeyir Mahmudbəyli (viola) də iştirak ediblər. Nuriyyə Hüseynova “Yar bizə qonaq gələcək” folklor mahnısını ifa edib. Orkestr Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası səsləndirilib. Musiqilərimiz tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

    Konsert çərçivəsində UNESCO-nun baş qərargahında TÜRKSOY-un fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi açılıb. Açılış mərasimində ölkəmizi UNESCO yanında daimi nümayəndəliyimizin müşaviri Ayaz Qocayev təmsil edib.

    TÜRKSOY-un Gənclər Kamera Orkestrinin növbəti konsertləri müvafiq olaraq Avstriyada və Sloveniyada olacaqdır.

    Şəhla Ağalarova
    AZƏRTAC-ın xüsusi müxbiri
    Paris