“Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi olacaq

Yanvarın 18-də Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin bağlanış mərasimi keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən açılan sərgidə dünyanın böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunur. Sərginin əsas eksponatlarını İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edir, həmçinin Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də sərgilənir.

Qeyd edək ki, sərgi ötən ilin oktyabrın 23-də açılıb.

Mənbə: https://azertag.az